Məhkəmə qərarları › İş №1(044)-86/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-86/2021

02.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-86/2021 02.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Yediyarova Zeynəb Fərman qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1957-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, təqaüdçü, əvvəllər məhkum olunmamış, Göygöl şəhəri H.Ə.Əliyev prospekti, ev 42-də qeydiyyatda olan və Gəncə şəhəri, Ə.Rəfibəyli küçəsi, dalan 6, ev 11, mənzil 59-da yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq , məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 25.01.2019-cu il tarixdə saat 12 radələrində, guya həmin tarixdə “Yeni Gəncə-1” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin təsis yığıncağının keçirilməsi barədə saxta qərarını, həmin qərara əlavə edilməli olan yığıncağın boş protokol formasını Gəncə şəhəri, Nizami rayonu, M.C.Paşayev küçəsində yerləşən kompyuter ofisində printer vasitəsilə çap edərək sıra sayı ilə sakinlərin adlarını, mənzil nömrələrini, şəxsiyyət vəsiqələrinin nömrələrini əlyazma ilə protokola qeyd edib həmin sakinlərin bəzilərinə ayrı-ayrı vaxtlarda müxtəlif bəhanələrlə protokola imza etdirmiş, əlavə olaraq həmin binada 42 və 43 nömrəli mənzillərin faktiki sahibi olan X19 yerinə 42 nömrəli mənzilin sahibi kimi X20, 43 nömrəli mənzilin sahibi kimi isə X47 protokolda mənzil sahibi kimi göstərmiş, daha sonra həmin mənzil sahiblərindən protokolda 32-ci sətirdə adı qeyd edilən Şahid17, 56-cı sətrdə adı qeyd edilən Şahid13, 36 və 37-ci sətrlərində adı qeyd edilən Şahid11, 29-cu sətrində adı qeyd edilən X21, 20-ci strdə adı qeyd edilən X1, 23 və 24-cü sərtlərdə adı qeyd edilən X15, 16-cı sətrdə adı qeyd edilən X16, 13 və 14-cü sərtlərdə adı qeyd edilən X7, 7-ci sətrdə adı qeyd edilən X8 əvəzindən imza etməklə, “Yeni Gəncə-1” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin təsis yığıncağının qərarında 49 sahə mülkiyyətçisinin iştirak etdiyini göstərməsinə baxmayaraq protokolda 59 sahə mülkiyyətçisinin iştirak etdiyini qeyd edərək guya həmin şəxslərin səsverməsi ilə Təqsirləndirilən şəxs “Yeni Gəncə-1” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin idarə heyətinin sədri seçildiyini göstərib hüquq verən və rəsmi sənəd hesab edilən 25.01.2019cu il tarixli qərarı və həmin qərara əlavə edilməli olan protokolu saxtalaşdırmış, həmin saxta qərar və protokolu 15.10.2019-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat və Qeydiyyat Baş İdarəsinə təqdim edib “Yeni Gəncə-1” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini qeydiyyatdan keçirməklə bilə-bilə həmin saxta qərar və protokoldan istifadə etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 320.1 və 320.2-ci maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, hal-hazırda heç bir yerdə işləmir. X37 2006-cı ildə Gəncə şəhəri, M.Paşayev küçəsində sərəncam alıb 10 mərtəbəli 2 girişli 90 mənzilli yaşayış binasının tikintisinə başlamış və o, tikinti mühəndisi olduğu üçün Rövşən onu həmin tikintidə iş icraçısı kimi işləməyə dəvət etmiş, o, da rəsmi olaraq həmin vaxtdan iş icraçısı kimi həmin binada tikinti işlərinə rəhbərlik etmiş, həmin binanın tikintisi 2008-ci ildə qismən başa çatmış, bina tam hazır olmasa da, binanın mənzilləri satılmış, bina tikilən ərəfədə demək olar ki, satış başa çatmış, bina tam hazır olmadığı üçün binanın təhvil verilməsi uzanmış, tikinti gedərkən binanın dam örtüyünün taxta atmaları hazır olmamış, lakin üzəri dam örtüyü ilə bağlanmamışdır. Binanın dam örtüyü təxminən 3 ilə yaxın həmin şəkildə açıq qalmış, 2011-ci ildə Rövşən öldürülmüş, Rövşən vəfat etdiyi üçün bina yarımçıq qalmış, Rövşənin ölümündən təxminən 1 il sonra Rövşənin arvadı Şahid1 qeyd edilən binaya gəlmiş, özünü təqdim etmiş, Venera Rövşənin vərəsəsi kimi həmin binanın tikintisini başa çatdırılacağını demişdir. Venera ona özü ilə iş icraçısı gətirdiyini və onunla işləyəcəyini demiş, o, da razılaşmış və onlar evin dam örtüyünü çəkməyə başlamış, təxminən 2 ay müddətində Venera işləri başa çatdırmışdır. Bundan təxminən bir neçə ay sonra Venera 28 mənzil sahibini həmin mənzillər saxta sənədlərlə satılmasına dair məhkəməyə vermiş, lakin məhkəmə həmin mənzil sahiblərini qanuni hesab etmiş, Venera məhkəməni uduzmuş, lakin çəkişmə Ali məhkəməyədək davam etmiş, qüvvəsində saxlanılmışdır. Bundan sonra isə Venera 6 mənzil mülkiyyətçisini məhkəməyə vermiş, həmin məhkəmələri uduzduqdan sonra, məhkəmənin qərarından apellyasiya məhkəməsinə müraciət etmişdir. Həmçinin Venera özünün və qızının Rövşənin binaya aid hissəsində vərəsəsi kimi tanınması barədə məhkəməyə müraciət etmiş, lakin 2019-cu ilin noyabr ayında başa çatmış məhkəmə ilə onun bu iddiası da təmin edilməmişdir. Bina sakinlərinin istəyi ilə o, Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin yaradılması üçün mənzil sahiblərinin iştirakı ilə yığıncaq keçirmiş və bu barədə 25 yanvar 2019-cu il tarixdə protokol tərtib etmiş, həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Həmin protokolu sonradan qoşulan bina sakinləri də imzalamışlar. O, həmin iclas protokolunu Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş idarəsinə təqdim etmiş və Ədliyyə Nazirlyinin razılığı ilə qeyri kommersiya strukturlu Gəncə 1 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini yaratmış, MMC-nin rəhbəri o, seçilmiş, həmin cəmiyyət qeydiyyatdan keçdiyi üçün onlar binaya qaz çəkilişi üçün texniki və şərt lahiyə almış, bütün bunlar onun rəhbərliyi altında baş vermişdir. Hazırda Şahid1 və Şahid16 onun cəmiyyətin iştirakı ilə gördüyü işlərinə mane olduqları üçün o, onlardan şikayət etmiş, həmin cəmiyyətin saxta olması və sakinlərin imzalarının saxtalaşdırılması barədə Şahid1 polisə şikayət etmişdir. Həmin su artezanının çəkilməsi barədə mənzil sahiblərindən ibarət yığıncaqda müzakirə aparılmış, sakinlərin razılığı alındıqdan sonra 2016-cı ildə 14 nəfər sakindən yığılmış vəsait hesabına subartezan quyusu qazılmış və ətrafı hasarlanaraq, istifadəyə verilmiş, həmin artezanın çəkilişi 14.000 manat pul hesabına olmuşdur. Artezan su quyusu 2016-cı il tarixdə istifadəyə verilsə də, hazırkı vaxtadək qeydiyyatdan keçirilməmiş, sakinlərə suyu çənə qoşulmuş borular vasitəsilə verilmiş və su pulunu Qara adlı binanın mühafizəçisi yığmış, yığılan pullar artezanın enerji xərclərinə, Şahid6 zəhmət haqqına və binanın su ilə əlaqəli təmirinə keçirilmişdir. O, ayda cəmi 9 sakindən 12 manatdan su pulu yığmış, fərdi yaşayış evlərindən isə hərəsindən ayda 12 manat olmaqla 5 evdən pul yığmışdır. O, həmin binada ev satmamış, binaya mənzil almaq üçün müştəri gəldikdə o, binada satılmalı olan mənzilləri satan şəxslərin adlarını vermiş, onun təşəbbüsü ilə Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin yaradılması üçün mənzil sahiblərinin iştirakı ilə yığıncaq keçirlmiş və bu barədə 25.01.2019-cu il tarixdə protokol tərtib edilmiş, həmin protokolda adları olan şəxslərin özləri imza atmışlar, həmin protokolun ləğvi barədə Şahid1 məhkəməyə müraciət edərək ləğvini məhkəmədən xahiş etmişdir. O, Qalib və Adil adlı şəxsləri binaya gəlib gedərkən tanımış, bundan başqa onların saxta sənədlə mənzil satmasını eşitsə də, onların kimə və hansı şəxsildə mənzil satmalarından xəbəri olmamışdır. Qeyd olunan protokol 25.01.2019-cu il tarixdə tərtib edilmiş, həmin iclasda protokolda qeyd edilən şəxslər və yaxınları iştirak etmişdir. Bundan sonra iclas keçirilməmişdir. O, həmin binanın tikintisində iş icraçısı olmuş və özü də hal-hazırda orada yaşayır. Mənzil sahiblərinin də xeyli hissəsinin telefon nömrələri onda olmuş, buna görə də o, həmin mənzil sahiblərini telefonla iclasa dəvət etmiş, həmin iclas 25.01.2019-cu il tarixdə saat 12 radələrində baş tutmuşdur. O, mənzil sahiblərini iclasa dəvət edib iclas keçirərkən onların mənzilə dair alqı-satqı müqavilələrinin surətini almışdır. İclasın təşkil edilməsində məqsəd binanın idarə edilməsi və binanın kommunal xərclərinin yığılıb binaya xərclənməsi olmuşdur. İclasın sədri isə o, seçilmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, halhazırda mərhum əri Rövşən Rüstəmovdan qalma işləri davam etdirib ailəsini dolandırır. Əri Rövşən hündür mərtəbəli binaların tikintisi ilə məşğul olmuş və 08.06.2011-ci il tarixdə vəfat etdikdən sonra onun biznes öhdəliklərini o, həyata keçirməli olmuşdur. Bakı şəhərində və Gəncə şəhərində yerləşən Rövşən tərəfindən tikilən binalar onun tərəfindən tamamlanıb təhvil verilmiş, Şahid4 və X28 təxminən 1 ildir ki tanımış, onlarla mərhum əri Rövşənin tikdikdən sonra ona qalmış boş məzillərinə baxış keçirərkən tanış olmuş və təxminən 1 il əvvəl ona məxsus mənzillərə daha doğrusu 36, 85 və 12 nömrəli mənzillərə qanunsuz olaraq yiyələndiklərini demiş, o da buna görə Bakı şəhərindən Gəncə şəhərinə gəlib həmin mənzilləri yoxlamaq istəmişdir. Mənzilləri yoxlasa da qapılar bağlı olduğu üçün həmin mənzillərə daxil ola bilməmiş, ona məxsus mənzillərə kimlərin qanunsuz sahiblənməsini araşdırmış, 36, 85 nömrəli mənzillərə Şahid4, 12 nömrəli mənzilə isə Gülər Əliyevanın qanunsuz yiyələndiyini öyrənmişdir. Mərhum əri Rövşən həmin mənzillərə dəmir qapı qoydurmuş və həmin qapıların açarları onda olmuş, Cəmşid və Gülər həmin mənzillərin qapılarını qanunsuz sındıraraq içəri daxil olmuş həmin mənzilləri zəbt etmiş və təmir işləri aparmışlar. O, Cəmşidlə Gəncə şəhərində həmin yeni tikilmiş binanın qarşısında görüşmüş, Cəmşiddən nə üçün mənzilinə qanunsuz yiyələndiyini soruşmuş, Cəmşid ona həmin mənzilləri Təqsirləndirilən şəxs aldığını bildirmiş, Təqsirləndirilən şəxs əri Rövşənin sağlığında həmin binanın tikintisində maaşla iş icraçısı işləmiş, onun həmin binanın tikintisində, binanın tikilməsi üçün çəkilmiş xərclərdə heç bir iştirakı olmamışdır. Rövşən öldürüldükdən sonra yoxluğunu fürsət bilərək binada olan bir çox boş mənzilləri qanunsuz olaraq saxta sənədlər hazırlayaraq, Rövşənin ölümündən əvvəlki tarixlərdə qeydiyyatdan keçmiş kimi göstərərək tarixləri və imzaları saxtalaşdıraraq satmışdır. Həmin mənzillərin satışından Eldar küllü miqdarda gəlir əldə etmiş, Rövşən öldükdən sonra həmin binanın dam örtüyü olmadığı üçün sakinlər onunla əlaqə saxlayıb ondan həmin binanın dam örtüyünü çəkdirməsini və tikintinin digər çatışmazlıqları aradan qaldıraraq tamamlamasını xahiş etmişlər. O, da sakinlərin xahişindən sonra sakinlərlə görüşüb iclas keçirmiş, həmin iclasda Ələddin, Eldar və digər sakinlər iştirak etmiş, o, iclas iştirakçılarının qarşısında Ələddinə ona kömək etməsini və onlar tikintini tamamlamasını təklif etmiş, o, Ələddinə Rövşənin sağlığında binaya material satışından, daha sonra isə həmin binada heç bir haqqı olmadığı halda saxta sənədlərlə ev satışından külli miqdarda pul qazandığı üçün belə bir təklif etmişdir. Ələddinlə Rövşənin arasında həmin binanın tikintisində hər hansı rəsmi və qeyri rəsmi hər hansı razılıq və müqavilə olmamışdır. O, Ələddinə bu təklifi etdikdə Ələddin ona tikintinin tamamlanmasını özünün başlamasını, işin gedişatında ona köməklik edəcəyini bildirmiş, lakin Ələddin ona heç bir köməklik göstərməmişdir. Bütün bunların əksinə olaraq o, binanın dam örtüyünü çəkdikdən, kanalizasiya xəttini bərpa etdikdən və digər yarımçıq işləri tamamladıqdan sonra Eldar və Ələddin Rasim adlı şəxsin adından onu məhkəməyə verib Rövşənin onlara binanın zirzəmisini satdığını bildirmiş, özləri də şahid qismində həmin məhkəmədə çıxış edib Rasimin pul ödəyib onların iştirakı ilə Rövşəndən həmin zirzəmini aldığını təkidlə etiraf etmişlər. Lakin məhkəmə ekspertiza təyin edərək müqavilənin saxtalığını üzə çıxarmış, Ələddin və digərlərinin iddiası isə rədd edilmiş, bundan sonra isə Ələddin Əhmədov onun oğlunu və qızını əri Rövşənin vərəsələri kimi məhkəməyə verib onlardan 400.000 ABŞ dolları pul tələb etmiş, lakin məhkəmə gedişi zamanı övladlarının vəkili Ələddin və Eldarın təqdim etdikləri şərikliyə və Rövşənin Eldara borclu olduğuna dair arayışın saxtalığını faktlarla və ekspert rəyi ilə sübuta yetirmiş və məhkəmə onların tələblərini təmin etməmişdir. Eldarın təkidi ilə onun Eldara mənzil satdığını bildirən Qalib Zeynalov adlı şəxs bir neçə mənzili onun Eldara satdığını bildirmiş, həmin mənzillərdən 21 saylı mənzilin müqavilə sənədində onun imza etdiyini və yazı ilə adına sənəddə qeydiyyat apardığını bildimişdir. Bu barədə sənədin əsli götürülərək məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş, həmin ekspertizanın 06 noyabr 2019-cu il tarixli 25873 nömrəli rəyinə əsasən 21 saylı mənzilə dair müqavilədə onun imza etmədiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin binanın sakinlərinin bir qismini aldadaraq, bir qisminin isə imzalarını saxtalaşdıraraq mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yaratmış, bu yolla Eldar binanın idarəsini ələ keçirməyə çalışmışdır. 14 nömrəli mənzil rəsmi olaraq X48 məxsus olsa da, onun yerinə imza atmış, eyni zamanda Qalib və Eldar həmin mənzili qanunsuz olaraq başqa şəxslərə özününkü kimi təqdim edərək satmışlar. Həmin protokolda bir çox sakinlər imza etməmiş, həmin şəxslərdən Rəşad Əsədov 2019-cu ilin yanvar ayında Gəncə şəhərində olmadığı halda onun əvəzinə Eldar tərəfindən imza edilmişdir. Rəşad onda olan məlumata əsasən Rusiya Federasiyasında yaşayır. Bundan başqa Rusiya Federasiyasında yaşayan 51 nömrəli mənzilin sahibi X29, 46-49 nömrəli mənzillərin sahibi X30 hal-hazırda Rusiya Federasiyasında yaşayırlar. Onda olan məlumata əsasən həmin şəxslərin əvəzinə protokola Eldar və Eldarın qeyri rəsmi arvadı imza atmış, Eldarın qohumu olan Qara adlı şəxs Eldarın razılığı ilə mərhum əri Rövşənin tikdirdiyi binada mühafizəçi işləmiş, daha sonra özünü binanın mühafizəçisi kimi təqdim etmiş, lakin Qara Eldarla əlbir olub həmin binada boş qalmış mənzilləri saxta sənədlərlə Eldarla birlikdə satmış, ümumiyyətlə həmin binada qanunsuzluq edən Eldar, Qalib, Ələddin, Qara və Ziyafət olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, o, halhazırda əri Təqsirləndirilən şəxs ilə birlikdə Gəncə şəhəri, M.Paşayev küçəsində yerləşən 10 mərtəbəli 90 mənzilli binanın 65 nömrəli mənzilində yaşayır. Olar binanın mülkiyyətçiləri Azərbaycan Respublikası Prezidentinin 16.01.2019-cu il tarixli fərmanına əsaslanaraq çoxmərtəbəli binalarda özünü idarə etmə məqsədi ilə mənzil mülkiyətçilərinin müştərək cəmiyət yaratmaq üçün bina sakinlərinin iştirakı ilə 25.01.2019-cu il tarixdə iclas keçirmiş və bu barədə protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət etmiş və 15.10.2019-cu il tarixdə 1119-MM6-0145 saylı şəhadətnamə ilə qeydə alınmış “Gəncə -1” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yaratmış və o, həmin cəmiyyətin idarə heyyətinin üzvüdür. Bununla əlaqədar yuxarıda qeyd olunan binanın həyətə baxan fasadının ikinci blokunun giriş qapısının üstünə təxminən 4-5 metr hündürlüyə üzərinə “Gəncə-1 Mənzil Mülkiyətçilərinin Müştərək Cəmiyyəti“ sözləri yazılmış lövhə asmış, cəmiyyətin vəsaiti hesabına həmin lövhə 85 (səksən beş) manata başa gəlmişdir. 04.11.2019-cu il tarixdə 20 radələrində yaşadığı mənzilin eyvanından həyətə baxıb toydan gələn həyat yoldaşını gözləmiş, həmin vaxt onlar tərəfindən yaradılmış cəmiyəti qəbul etməyən Şahid1, bacısı, həmin binanın 11 saylı mənzilində yaşayan Qocayeva Vüsalə və 43 saylı mənzildə yaşayan Aygül birlikdə binanın birinci blokundan çıxıb qeyd olunan lövhəyə yaxınlaşdıqları görmüşdür. Həmin vaxt Şahid1 əlində olan taxta parçası ilə lövhəni qıraraq yerə salmış, bu vaxt həyat yoldaşı Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşınla binanın qarşısına gəlmiş, həmin vaxt Eldar avtomaşını parklayanda avtomaşının işığında Venera və onun yanında olan şəxslər yerə salınmış lövhəni təpikləyərək sındırdıqlarını görmüş, Venera lövhəni yararsız hala salaraq onun və həyat yoldaşı Təqsirləndirilən şəxs ünvanına nalayiq küçə söyüşləri işlədərək təhqir edərək, öldürməklə hədə qorxu gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs avtomaşından düşəndə Venera və yanında olan şəxslər lövhəni götürüb oradan uzaqlaşaraq binanın digər blokuna daxil olmuşlar. Buna baxmayaraq Venera dəfələrlə blokdan çıxıb Eldarın ünvanına nalayiq küçə söyüşləri ilə təhqir etmiş, yanında olan şəxslər Veneranın qolundan tutaraq bloka çəkmişlər, lakin Venera öz hərəkətlərini davam etmiş, həmin vaxt o, orada digər hadisə baş verməsin deyə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etmişdir. “Gəncə- 1 Mənzil Mülkiyətçilərinin Müştərək Cəmiyyəti” sözləri yazılmış lövhəni cəmiyyətin üzvləri tərəfindən asılmış, bu lövhənin asılması və cəmiyətin yaranması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmışdır (15.10.2019-cu il tarixdə 1119-MM6-0145). Şahid1 və yanında olan şəxslərin cəmiyyət tərəfindən asılmış lövhəni sındıraraq yararsız hala salması, cəmiyətə açıqca hörmətsizlikdir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 393.1-ci maddəyə əsasən, çoxmənzilli binanın sahə mülkiyətçilərinə MM-si ilə müəyyən olunan qaydada binanın idarə edilməsi üsulunun seçilməsinə maneçilik törədilməsinə görə vəzifəli şəxslər 300 manatdan 800 manatadək, hüquqi şəxslər isə 1000 manatdan 2000 manatadək məbləğində cərimə edilir”. O, Şahid1 təxminən 5 ildir ki, tanıyır. Veneranın bacısını isə tanımır. Orada olan şəxsləri isə 2015-ci ildən tanımış, həmin şəxslər qonşularıdır. 2011-ci ildə Rövşən Rüstəmov vəfat etdikdən sonra həyat yoldaşı Şahid1 gəlib qeyd olunan binaya sahiblik etmək istəmiş və orada olan 28 nəfər mənzil mülkiyyətçillərini, o, cümlədən onun və həyat yoldaşı Təqsirləndirilən şəxs mənzilini əlindən almaq məqsədi ilə polis orqanlarına və Nizami Rayon Məhkəməsinə, o, cümlədən Ali Məhkəməyə iddia qaldlırmış, Göstərilənlər məhkəmə orqanlarında araşdırılmış, Şahid1 iddiası məhkəmə qaydasında rədd edilmişdir. Qeyd olunan məsələlərlə bağlı məhkəmə qərarı sizə təqdim edilmiş, bu günə qədər Venera ilə aralarında olan mübahisə mülki mübahisə olmuşdur. Şahid1 qeyd olunan lövhəni sındıraraq yararsız hala salan zaman hava qaranlıq olduğu üçün orada kənar şəxslərin olduğunu görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, o, halhazırda Gəncə şəhər İcra Hakimiyyətinin MKTİB-nin təmizlik şöbəsinin rəisi vəzifəsində işləyir. Şahid1 şikayəti ilə bağlı qızı X17 təxminən 2 il bundan əvvəl X74 şəhəri, M.C.Paşayev küçəsində yerləşən 90 mənzilli 10 mərtəbəli binanın 36 və 85 nömrəli mənzillərini almış, həmin bina tikilib təhvil verilmədiyi üçün qızı Cəlalə evləri ümumi etibarnamə əsasında almış və həmin mənzillər onun qızına məxsusdur. Qızı Cəlalə həmin mənzili Tağıyeva Afətdən alarkən Afət həmin mənzili binanı inşa edən Rövşən Rüstəmovdan aldığını bildirmiş, o, və qızı Cəlalə həmin binanın 36 və 85 nömrəli mənzillərinə yiyələnməmiş, mənzillərə görə Afət Tağıyevaya 52.000 manat pul ödəmiş, daha doğrusu həmin məbləği qızı Cəlalə ödəmişdir. Həmin müqavilənin əsli hal-hazırda Afət Tağıyevadadır. Qızı ondan mənzilləri alarkən Etibarnamənin əsli qızında, alqı-satqı müqaviləsinin əsli isə Afətdə qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirdi ki, o, təxminən 14 ilə yaxındır ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi M.Paşayev küçəsində inşa edilmiş binada mühafizəçi işləyir və həmin bina X37 tərəfindən inşa edilmişdir. Rövşən Rüstəmov onu özü işə götürmüş, lakin aralarında rəsmi müqavilə olmamış, o, Rövşənin tikdirdiyi binada mühafizəçi kimi işləmiş, onu Rövşənlə qohumu, yəni bibisi oğlu Təqsirləndirilən şəxs tanış etmiş, o, həmin vaxtdan, təxminən 2006-cı ildən orada işləyir. Belə ki, Rövşən Rüstəmov 2011-ci ildə öldürüldükdən sonra binanın inşası dayanmış, o, da mərhum Rövşən Rüstəmovla birlikdə işlədiyi üçün ondan sonra binaya işə getməmiş, Rövşənin ölümündən sonra şəxsi tikdirdiyi bina ilə bağlı mənzillərin satılması ilə əlaqədar mübahisələr başlamış, həmin bina Rövşən Rüstəmov tərəfindən inşa edilmiş, həmin vaxt Rövşən tikinti materiallarını Ələddin adlı şəxsdən almış, binanın iş icraçısı isə Təqsirləndirilən şəxs olmuşdur. O, binanın həyətində olan su artezanını işə salıb su çənini doldurmuş, həmin çəni doldurduqdan sonra suyu həmin binaya və ətrafda yaşayan qonşulara su mühərrikləri vasitəsilə paylamışdır. Bundan başqa həyətdə olan ağacları sulamış, başqa hər hansı iş görməmiş, o, hər hansı şəxsdən maaş almasa da dolanışığı yığdığı su pulundan olmuş, bəzi vaxtlarda su pulu yığmaq üçün evinə getdiyi sakinlər ona zəhmət haqqıda vermişlər. Həmin su artezanı onda olan məlumata əsasən Eldar və Sabit həkim kimi tanıdıqları şəxsin təşəbbüsü ilə qazılmışdır. Lakin həmin artezanın qazılması və işə salınması üçün kimlərin vəsait xərclədiklərini dəqiq bilməmişdir. O, sakinlərdən su pullarını əlbəəl gedib evlərindən almış, bəzi vaxtlarda isə özləri gətirib ona vermiş, o, pulları alsa da qarşılığında hər hansı ödəniş qəbzi verməmiş, yığdığı pulları aparıb Təqsirləndirilən şəxs vermiş, o, yaşayış binasına və ətrafda olan fərdi yaşayış evlərinədə su vermiş, yalnız fərdi yaşayış evlərindən pul yığmış, binanın su pulunu isə Eldar özü yığmışdır. O, ayda fərdi yaşayış evlərindən 8 sakindən 12 manatdan pul yığıb Eldara vermiş, bəzi vaxtlarda isə həmin pul ona zəhmət haqqı olaraq verilmiş, həmin puldan ayda təxminən 40 manat artezanın işıq sayğacına köçürürmüş, binada isə təxminən 18 sakindən pulları Eldar özü yığmış, bina sakinlərindən Təqsirləndirilən şəxs nə qədər pul yığdığını dəqiq bilməmişdir. O, həmin binada ev satmamış, binaya mənzil almaq üçün müştəri gəldikdə o, Eldarla birlikdə binada satılmalı olan mənzilləri göstərmiş, o, Şahid1 ilə Təqsirləndirilən şəxs və Ələddin adlı şəxs arasında olmuş məhkəmə prosesində iştirak etmiş, həmin prosesə öz əmək haqqını tələb etmək üçün getmiş, o, orada yalnız öz əmək haqqını istəmişdir. O, Qalib və Adil adlı şəxsləri binaya gəlib gedərkən tanımış, bundan başqa onların saxta sənədlə mənzil satmasını eşitsə də, onların kimə və hansı şəxsildə mənzil satmalarından xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirdi ki, o, halhazırda rəsmi olaraq heç bir yerdə işləmir. Hazırda fərdi təsərrüfatla məşğul olub ailəsini dolandırır. Ailəsi ondan, arvadı Gülər Əliyevadan və iki azyaşlı övladından ibarətdir. O, təxminən 4 il bundan əvvəl Gəncə şəhəri, M.C.Paşayev küçəsində yerləşən 90 mənzilli 10 mərtəbəli binanın 12 nömrəli mənzilini almış, həmin mənzili o, X9 24.000 ABŞ dollarına almış, ev 2 otaqdan, mətbəxdən, hamam və tualetdən ibarət, 115 kvm olmuş, həmin mənzili X75 Rüstəmovdan 2006-cı ildə almış, həmin evə görə Sevincin nə qədər pul ödədiyini dəqiq xatırlamamış, Sevinc həmin evi alarkən bina istifadəyə verilmədiyindən evə çıxarış ala bilməmiş və öz adına rəsmiləşdirməmişdir. O, Sevincdən 2016-cı ildə həmin evi alarkən Sevinc ona evə dair hər hansı sənəd verməmiş, razılıqlarına əsasən bina istifadəyə verildikdən sonra Sevinc onun adına çıxarış alacağını və evi onun adına keçirəcəyini demiş, o, da Sevinc qohumu olduğuna görə etibar edib evi şifahi razılıq əsasında almış, həmin vaxtdan evi təmir etmiş və 2 ildir ki, ailə üzvləri ilə birlikdə orada yaşayır. O, Gəncə şəhəri, M.C.Paşayev küçəsində yerləşən yeni binanın 12 nömrəli mənzilini qohumu Sevinc Şabanovadan 24.000 ABŞ dollarına almış, həmin mənzilin alqısatqı müqaviləsi Sevincin adına olmuş, həmin müqaviləni o, Rövşənin sağlığında bağlamış, o, Sevincdən evi pul verib aldıqdan sonra həmin evdə təmir işləri aparıb yaşamağa başlamış, o, heç kimin mənzilinə qanunsuz daxil olmadığını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, o, halhazırda heç bir yerdə işləmir. Qalib Zeynalov və Şahid1 qarşılıqlı şikayətləri ilə bağlı o, Şahid1 Qalib Zeynalova hər hansı mənzil satmasının və mənzil satması barədə müqaviləyə möhür vurub həmin müqavilədə qeydlər aparmaqla imza etməsinin şahidi olmamış, dəqiq tarixini xatırlamadığı vaxtda o, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin qarşısında dayanmış, bu vaxt Qalib Zeynalov gəlib çıxmış və ona Şahid1 mənzil aldığını və həmin mənzili almasına dair alq-satqı müqaviləsini göstərib həmin mənzili Şahid1 aldığını, Veneranın həmin mənzilə dair müqaviləni imzaladığını və onun adını, soyadını və digər şəxsi məlumatlarını öz əlyazması ilə qeydlər apardığını bildirmiş, lakin o, Qalibin Şahid1 ilə görüşməsinə və Qaliblə hər hasnı müqavilə imzalamasına şahid olmamış, 25 yanvar 2019-cu il tarixdə Gəncə şəhəri M.Paşayev küçəsində yerləşən 10 mərtəbəli 90 mənzilli binanın sakinlərindən ibarət iclasın keçirilməsi və həmin mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılması ilə bağlı iclas protokolunun tərtib edilməsi ilə bağlı o, həmin iclasda iştirak etməmiş, iştirak etmədiyi üçün də protokolda imza etməmiş, həmin protokolun kim tərəfindən tərtib edilməsi və kim tərəfindən onun əvəzinə imza atılması barədə məlumatı olmamış, eyni zamanda həmin yaşayış binasında qaynı X10 da 4 nömrəli mənzili olmuş, İlham da və onda olan məlumata əsasən iclasda iştirak etməmiş və həmin protokola imza atmamışdır. O, heç bir sənədə imza atmamış, həmin qeyd etdiyi imzanın kim tərəfindən atılmasını dəqiq bilməmiş, protokolu Təqsirləndirilən şəxs tərtib etdiyinə görə həmin imzanın kim tərəfindən atıldığını Eldarın daha dəqiq bildiyini demişdir. Həmin qeyd etdiyi binada ona məxsus 5 nömrəli 1 ədəd mənzil olmuş, həmin binada bundan başqa qaynı İlhamın adına 4 nömrəli mənzil vardır. Həmin mənzil üzərində sərəncam vermək üçün onda İlhamın ona verdiyi etibarnaməsi vardır. Bundan başqa 14 nömrəli mənzili o, Rəşad adlı şəxsə satmış, onda olan məlumata əsasən həmin mənzilin sahibi Rəşad da iclasda iştirak etməmiş və heç bir sənədə imza atmamışdır Məhkəmə iclasında dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, o, hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən bir neçə il bundan əvvəl Gəncə şəhəri, M.C.Paşayev küçəsində yerləşən 90 mənzilli 10 mərtəbəli binanın 57 nömrəli mənzilini almış, həmin mənzili o, X11 almış və mənzilə görə ödənişi Rövşənə etmişdir. Həmin mənzili o, alqı-satqı müqaviləsi əsasında almış və müqaviləsi özündə olmuşdur. Halhazırda həmin bina təhvil verilmədiyi üçün evinə çıxarış ala bilməmişdir. Həm də bina təhvil verilmədiyi üçün binaya qaz xətti çəkilməmiş istilik sistemi quraşdırılmamışdır. Evinə çıxarış ala bilmədiyi üçün bina sakinlərinin iştirakı ilə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılması, bina sakini Təqsirləndirilən şəxs rəhbərliyi ilə iclas keçirmək qərarına gəlmişlər. Həmin iclasın keçirilməsi ilə bağlı xeyli sayda bina sakinlərinin razılığı olmuş və iclas keçirilərək protokol tərtib edilmişdir. Mənzillə bağlı keçirilmiş iclas protokolunda özü imza atmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, o, hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən bir neçə il bundan əvvəl Gəncə şəhəri, M.C.Paşayev küçəsində yerləşən 90 mənzilli 10 mərtəbəli binanın 88 nömrəli mənzilini almışdır. Həmin mənzili o, X11 almışdır. Mənzilə görə ödənişi Rövşənə etmişdir. Həmin mənzili o, alqı-satqı müqaviləsi əsasında almışdır və müqaviləsi özündə olmuşdur. Halhazırda həmin bina təhvil verilmədiyi üçün o, evinə çıxarış ala bilməmişdir. O, mənzillə bağlı keçirilmiş iclasda iştirak etməmiş, lakin hansısa qaz çəkilişi ilə bağlı sənədə imza atmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, o, hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir. O, təxminən bir neçə il bundan əvvəl Gəncə şəhəri, M.C.Paşayev küçəsində yerləşən 90 mənzilli 10 mərtəbəli binanın 27, 28, 53, 54 nömrəli mənzillərini almışdır. Həmin mənzilləri o, X11 almışdır. Mənzillərə görə ödənişi Rövşənə etmişdir. Həmin mənzili o, alqı-satqı müqaviləsi əsasında almış və müqavilələrim özündə olmuşdur. Hal-hazırda həmin bina təhvil verilmədiyi üçün o, evinə çıxarış ala bilməmişdir. O, mənzillə bağlı keçirilmiş heç bir iclasda iştirak etməmişdir. O, hər hansı protokola imza atmağını xatırlamamışdır. Həm də bina təhvil verilmədiyi üçün binaya qaz xətti çəkilməmiş istilik sistemi quraşdırılmamışdır. Evinə çıxarış ala bilmədiyi üçün bina sakinlərinin iştirakı ilə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılması, bina sakini Təqsirləndirilən şəxs rəhbərliyi ilə iclas keçirmək qərarına gəlmişlər. Həmin iclasın keçirilməsi ilə bağlı xeyli sayda bina sakinlərinin razılığı olmuş və iclas keçirilərək protokol tərtib edilmişdir. O mənzillə bağlı keçirilmiş iclasda iştirak etməmiş, lakin Təqsirləndirilən şəxs ona iclasla bağlı məlumat verdikdə iştirak edə bilməyəcəyini bildirmişdir. Onun yerinə imza atması üçün qızı Aidəni göndərmişdir. Aidə onun əvəzinə protokolda imza etmişdir. Həmin mənzilləri özü alsa da, qızı Aidəyə bağışlamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, o, hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir. O, təxminən bir neçə il bundan əvvəl Gəncə şəhəri, M.C.Paşayev küçəsində yerləşən 90 mənzilli 10 mərtəbəli binanın 77 nömrəli mənzilini almışdır. Həmin mənzili o, X11 almışdır. Mənzilə görə ödənişi Rövşənə etmişdir. Həmin mənzili o, alqı-satqı müqaviləsi əsasında almış və müqaviləsi özüdə olmuşdur. Hal-hazırda həmin bina təhvil verilmədiyi üçün o, evinə çıxarış ala bilməmişdir. O, mənzillə bağlı keçirilmiş heç bir iclasda iştirak etməmişdir. O, hər hansı protokola imza atmağını xatırlamamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, o, hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən bir neçə il bundan əvvəl Gəncə şəhəri, M.C.Paşayev küçəsində yerləşən 90 mənzilli 10 mərtəbəli binanın 7 nömrəli mənzilini almışdır. Həmin mənzili o, X11 almışdır. Mənzilə görə ödənişi Rövşənə etmişdir. Həmin mənzili o, alqı-satqı müqaviləsi əsasında almış və müqaviləsi özümdə olmuşdur. Halhazırda həmin bina təhvil verilmədiyi üçün o, evinə çıxarış ala bilməmişdir. Həm də bina təhvil verilmədiyi üçün binaya qaz xətti çəkilməmiş istilik sistemi quraşdırılmamışdır. Evinə çıxarış ala bilmədiyi üçün bina sakinlərinin iştirakı ilə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılması, bina sakini Təqsirləndirilən şəxs rəhbərliyi ilə iclas keçirmək qərarına gəlmişlər. Həmin iclasın keçirilməsi ilə bağlı xeyli sayda bina sakinlərinin razılığı olmuş və iclas keçirilərək protokol tərtib edilmişdir. O mənzillə bağlı keçirilmiş iclasda iştirak etməmiş. Lakin Təqsirləndirilən şəxs ona iclasla bağlı məlumat verdikdə o, iştirak edə bilməyəcəyini bildirmiş, öz yerinə imza atması üçün qardaşı Namiqi göndərmişdir. Namiq onun əvəzinə protokolda imza etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid15 ifadəsində göstərdi ki, o, 2019-cu ilin fevral ayında X22 Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi M.Paşayev küçəsində yerləşən 90 mənzilli, 10 mərtəbəli binasında yerləşən 80 nömrəli mənzilini 24.320 manata almışdır. Həmin mənzili Xaləddin binanı inşa edən sahibkar Rövşən Rüstəmovdan 2007-ci ildə alqısatqı müqaviləsi ilə almışdır. Həmin mənzilin satışa çıxarıldığını eşitdikdə Xaləddindən mənzili almaq üçün danışıqlar aparmış və pulunu ödədikdən sonra onunla Xaləddin arasında notariusda evin ona verilməsinə dair etibarnamə vermişdir. Evin çıxarışı olmadığına görə o, mənzili etibarnamə ilə almışdır. Evi aldıqdan sonra təmir etmiş və hazırda həmin mənzildə yaşayır. Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin iclası ilə əlaqədar o, həmin iclasda iştirak etməmiş, belə ki, iclas protokolu ilə polis idarəsində tanış olarkən protokolun tarixinin 25 yanvar 2019- cu il olduğunu görmüşdür. Həmin tarixdə o, qeyd etdiyi 80 saylı mənzili almamışdır. Həmin mənzili rəsmi olaraq 03.02.2019-cu il tarixdə almış və mənzil həmin tarixdən onun mülkiyyətinə keçmişdir. İclas protokolunda isə onun adı qeyd edilmişdir. Lakin o, 25 yanvar 2019- cu il tarixdə ümumiyyətlə həmin bina sakinləri ilə görüşməmiş və iclasda iştirak etməmişdir. O, protokola baxdıqda orada onun adının qeyd edildiyini və qarşısında imza atıldığını görmüşdür. 2019-cu ilin yay aylarında onun mənzilində təmir işləri getmiş, evinə tikinti materialları alıb apararkən Təqsirləndirilən şəxs onu binanın girişində saxladıb salamlaşmış və binaya qaz çəkilməsi üçün sənəd hazırladığını bildirmişdir. Ondan boş olan lakin xəttlənmiş kağıza imza atmağını bildirmiş, o, da Eldarın göstərdiyi sətirdə imza atmışdır. Lakin hər hansı yazı aparmamışdır. Eldar ondan imzanı aldıqdan sonra çıxıb getmişdir. O, həmin ona imzaladılan kağız yalnız sətirlərdən ibarət olduğu üçün Eldardan işin təfərrüatını soruşmamışdır. Eldar ona yalnız bu imza atdığı sənəd binaya qaz çəkilişi üçün olan sənəd olduğunu demişdir. Həm də ona bina sakinlərinin də həmin sənədə imza atdıqlarını demiş, o, da işi çox olduğu üçün Eldara etibar etmiş və çıxıb getmişdir. Bundan sonra təxminən iki ay bundan əvvəl Eldarı yaşadığı binanın qarşısında görmüş, Eldar ona qaz çəkimi üçün bankda hesab açıldığını və həmin hesaba hər sakinin 700 manat pul ödəməli olduğunu bildirmişdir. O, da yenə də tələsdiyi üçün onun adına qaz üçün açdırdığı hesaba köçürtsün deyə 100 manat Eldara pul vermiş, həmin hesab nömrəsinin qeyd edildiyi sənədin bir nüsxəsi də özündə olmuşdur. O, Eldardan həmin hesab nömrəsini aldıqdan sonra Eldar onunla yenidən əlaqə saxlamış, ona qaza pul köçürməli olduğunu demişdir. O, da Eldardan həmin 100 manatı onun hesabına köçürüb köçürmədiyini soruşmuş, Eldar da ona köçürmədiyini, Eldara həmin 100 manatı cib xərcliyi olaraq verdiyini güman edib xərclədiyini demişdir. Məhkəmə iclasında dindirilmiş Şahid16 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs xeyli müddətdir ki, tanıyır. Onunla hər hansı düşmənçilik və ədavətim olmamışdır. Gəncə şəhəri, M.C.Paşayev küçəsində yerləşən 10 mərtəbəli 2 girişli binada 16, 17, 20, 21, 22 nömrəli mənzillər ona məxsusdur. 2019-cu ilin mart ayının ortalarında Eldar ona zəng edərək, binanın qarşısına çağırmışdır. Eldarın çağırışından sonra binanın qarşısına getmişdir. Orada Eldar ona binaya qaz çəkdirmək istədiyini bildirmiş, bəzi sənədlərə imza atdırmışdır. Eldara etibar etdiyi üçün imza atmışdır. Bundan bir müddət sonra Eldarın ona qaz çəkdirmək adı ilə aldadıb imza atdırdığını bilmişdir. Həmin sənədin binanın idarə edilməsi üçün mənzil mülkiyətçilərinin müştərək cəmiyyətinin yaradılması üçün yığıncaq protokolu olduğunu və həmin yığıncaqda onun sədr kimi qeyd edildiyini öyrənmiş, buna etiraz əlaməti olaraq Ədliyyə Nazirliyinin Notariat və Qeydiyyat baş idarəsinə ərizə ilə müraciət etmiş, imzasından imtina etdiyini bildirmişdir. Onun etirazı təmin edilmiş, bu barədə ona rəsmi məktub göndərilmişdir. Təqsirləndirilən şəxs tərəfindən hər hansı iclas keçirilməmiş və həmin iclas keçirilmədiyi üçün sakinlər iclasda iştirak etməmişdir. 25 yanvar 2019-cu il tarixdə hər hansı yığıncaq keçirilməmişdir. Həmin yığıncaq Təqsirləndirilən şəxs tərəfindən keçirilmiş kimi göstərilmiş və sakinlərin bəzilərinə o cümlədən ona qaz çəkilməsi adı ilə imza atdırılmış, bəzi sakinlər isə həmin sənədə imza atmamışlar. Həmin sakinlərdən onda olan məlumata əsasən 46 və 49-cu mənzillərin sahibi X30, o cümlədən 51 nömrəli mənzilin sahibi X29 25 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasında olmamışlar. Məhkəmə iclasında dindirilmiş Şahid17 şahid Şahid16 ilə eyni məzmunlu izahat verdi. İstintaqda verilmiş və məhkəmə iclasında tədqiq edilmiş edilmiş Şahid3 ifadəsindən görünür ki, o, hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 13-14 il bundan əvvəl Gəncə şəhəri, M.C.Paşayev küçəsində yerləşən 90 mənzilli 10 mərtəbəli binanın 30 nömrəli mənzilini almış, həmin mənzili o, X11 almışdır. Mənzilə görə Rövşənə 40.000 ABŞ dolları pul ödəmiş, evi 3 otaqdan, mətbəxdən, hamam və tualetdən ibarət, 120 kvm-dir. Həmin mənzili o, alqı-satqı müqaviləsi əsasında almış və müqaviləsi özündədir. Halhazırda həmin bina təhvil verilmədiyi üçün o, evinə çıxarış ala bilməmişdir. O, mənzillə bağlı keçirilmiş heç bir iclasda iştirak etməmiş, hər hansı protokola imza atmağını xatırlamır. İstintaqda verilmiş və məhkəmə iclasında tədqiq edilmiş edilmiş Şahid5 ifadəsindən görünür ki, o, hal-hazırda fərdi şəkildə taksi kimi fəaliyyət göstərib ailəsini dolandırır. X3 onun anasıdır. Anası Kəmalə onunla birlikdə Göygöl rayonu, Yeni qızılca kəndində yaşayır. Anası 2019-cu ilin oktyabr ayında Türkiyə Respublikasına işlə bağlı getmiş və həmin vaxtdan orada yaşayır. Anasının Gəncə şəhəri, M.Paşayev küçəsində yeni inşa edilmiş binada 1 otaqlı mənzili olmuş, həmin mənzilin nömrəsi 23-dür. 2019-cu ilin may ayında o, Rusiya Federasiyasından Göygöl rayonuna qayıtmış, qayıdan zaman anası Kəmalə ona binalarına qaz çəkməkdən ötrü Eldar adlı şəxsin mənzil mülkiyyətçilərindən ibarət müştərək cəmiyyət yaratmaq istədiyini və bunun üçün iclasa anası Kəmalənidə dəvət etdiyini demiş, Anası həmçinin Eldarın şəxsiyyəti ilə maraqlanmış və ona Eldarın dələduz olduğunu demiş, buna görə də o Eldarın istədiyi sənədlərə yəni mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin iclas protokoluna imza atmadığını demiş, o, anasının dediklərindən Eldarın təşkil etdiyi iclasda iştirak etməmiş və protokolu imzalamamışdır. Anası Kəmalənin ona dediyinə görə o, heç bir sənədə imza atmamış, həmin qeyd edilən imzanın kim tərəfindən atılmasını dəqiq bilməmişdir. İstintaqda verilmiş və məhkəmə iclasında tədqiq edilmiş edilmiş Şahid14 ifadəsindən görünür ki, o, hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən bir neçə il bundan əvvəl Gəncə şəhəri, M.C.Paşayev küçəsində yerləşən 90 mənzilli 10 mərtəbəli binanın 59 nömrəli mənzilini almışdır. Həmin mənzili o, X11 almışdır. Mənzilə görə ödənişi Rövşənə etmişdir. Həmin mənzili o, alqı-satqı müqaviləsi əsasında almış və müqaviləsi özündə olmuşdur. Hal-hazırda həmin bina təhvil verilmədiyi üçün o, evinə çıxarış ala bilməmişdir. Həm də bina təhvil verilmədiyi üçün binaya qaz xətti çəkilməmiş istilik sistemi quraşdırılmamışdır. Evinə çıxarış ala bilmədiyi üçün bina sakinlərinin iştirakı ilə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılması, bina sakini Təqsirləndirilən şəxs rəhbərliyi ilə iclas keçirmək qərarına gəlmişlər. Həmin iclasın keçirilməsi ilə bağlı xeyli sayda bina sakinlərinin razılığı olmuş və iclas keçirilərək protokol tərtib edilmişdir. Mənzillə bağlı keçirilmiş iclas protokolunda özü imza atmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 25.01.2019-cu il tarixli “Yeni Gəncə-1” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin təsis yığıncağının qərarından görünür ki, 25.01.2019-cu il tarixdə Yeni Gəncə qəsəbəsi M.C.Paşayev küçəsində yerləşən 10 mərtəbəli 2 girişli yaşayış binasının sakinlərinin ümumi yığıncağında X56, Şahid3, X57, X12, X4, Təqsirləndirilən şəxs, X13, X31, X67, X5, X38, Şahid10, X39, X68, X58, X32, X23, Şahid15, X49, X50, X59, X69, Şahid17 İsfəndiyar qızı, X40, X17, Şahid11, X41, X33, Şahid8, Hacıyeva Hicran Qəzənfər oğlu, X70, X71, X51, Şahid14, X60, X24, X25, X14, Şahid9 qızı, Şahid13, X26, X27 iştirak etmişlər. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan məhkəmə ekspertizası mərkəzinin 17.02.2020-ci il tarixli 3271 №-li rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 25 yanvar 2019-cu tarixli yeni Gəncə qəsəbəsi M.C.Paşayev (Ə.Mehmandarov) küçəsində yerləşən 10 mərtəbəli 2 girişli yaşayış binasının sakinlərinin ümumi yığıncağının protokolunun 49-cu sətrində olan “Vəliyev Bədəl o” yazılarının qarşısında olan imza - Şahid14 tərəfindən icra olunmuşdur. -25 yanvar 2019-cu il tarixli yəni Gəncə qəsəbəsi M.C.Paşayev (Ə.Mehmandarov) küçəsində yerləşən 10 mərtəbəli 2 girişli yaşayış binasının sakinlərinin ümumi yığıncağının protokolunun 2-ci sətrində olan “Şahid3” yazılarının qarşısında olan imza- Şahid3 tərəfində icra olunmuşdur. -25 yanvar 2019-cu il tarixli yəni Gəncə qəsəbəsi M.C.Paşayev (Ə.Mehmandarov) küçəsində yerləşən 10 mərtəbəli 2 girişli yaşayış binasının sakinlərinin ümumi yığıncağının protokolunun 17-ci sətrində olan “X45 q” yazılarının qarşısında olan imza –Şahid10 tərəfindən icra olunmuşdur. -25 yanvar 2019-cu il tarixli yəni Gəncə qəsəbəsi M.C.Paşayev (Ə.Mehmandarov) küçəsində yerləşən 10 mərtəbəli 2 girişli yaşayış binasının sakinlərinin ümumi yığıncağının protokolunun 42-ci sətrində olan “Şahid8 o” yazılarının qarşısında olan imza-Şahid8 tərəfindən icra olunmuşdur. -25 yanvar 2019-cu il tarixli yəni Gəncə qəsəbəsi M.C.Paşayev (Ə.Mehmandarov) küçəsində yerləşən 10 mərtəbəli 2 girişli yaşayış binasının sakinlərinin ümumi yığıncağının protokolunun 27-ci sətrində olan “Şahid15 o” yazılarının qarşısında olan imza-Şahid15 tərəfindən icra olunmuşdur. -25 yanvar 2019-cu il tarixli yəni Gəncə qəsəbəsi M.C.Paşayev (Ə.Mehmandarov) küçəsində yerləşən 10 mərtəbəli 2 girişli yaşayış binasının sakinlərinin ümumi yığıncağının protokolunun 55-ci sətrində olan “Şahid9 o” yazılarının qarşısında olan imza-Şahid9 tərəfindən icra olunmuşdur. -25 yanvar 2019-cu il tarixli yəni Gəncə qəsəbəsi M.C.Paşayev (Ə.Mehmandarov) küçəsində yerləşən 10 mərtəbəli 2 girişli yaşayış binasının sakinlərinin ümumi yığıncağının protokolunun 47-48-ci sətirlərində olan “X92 q” yazılarının qarşısında olan imza-X51 tərəfindən icra olunmuşdur. -25 yanvar 2019-cu il tarixli yəni Gəncə qəsəbəsi M.C.Paşayev (Ə.Mehmandarov) küçəsində yerləşən 10 mərtəbəli 2 girişli yaşayış binasının sakinlərinin ümumi yığıncağının protokolunun 10-cu sətrində olan “X98 o” yazılarının qarşısında olan imza-X67 tərəfindən icra olunmuşdur. -25 yanvar 2019-cu il tarixli yəni Gəncə qəsəbəsi M.C.Paşayev (Ə.Mehmandarov) küçəsində yerləşən 10 mərtəbəli 2 girişli yaşayış binasının sakinlərinin ümumi yığıncağının protokolunda olan yazılar-öz aralarında EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. -25 yanvar 2019-cu il tarixli yəni Gəncə qəsəbəsi M.C.Paşayev (Ə.Mehmandarov) küçəsində yerləşən 10 mərtəbəli 2 girişli yaşayış binasının sakinlərinin ümumi yığıncağının protokolunun 32-ci sətrində olan “X46 q” yazılarının qarşısında olan imza-Şahid17 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. -25 yanvar 2019-cu il tarixli yəni Gəncə qəsəbəsi M.C.Paşayev (Ə.Mehmandarov) küçəsində yerləşən 10 mərtəbəli 2 girişli yaşayış binasının sakinlərinin ümumi yığıncağının protokolunun 56-cı sətrində olan “Şahid13 q” yazılarının qarşısında olan imza-Şahid13 tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur. -25 yanvar 2019-cu il tarixli yəni Gəncə qəsəbəsi M.C.Paşayev (Ə.Mehmandarov) küçəsində yerləşən 10 mərtəbəli 2 girişli yaşayış binasının sakinlərinin ümumi yığıncağının protokolunun 36 və 37-ci sətrində olan “Şahid11 q” yazılarının qarşısında olan imzalar- Şahid11 Kamal qızı tərəfindən yox başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. -25 yanvar 2019-cu il tarixli yəni Gəncə qəsəbəsi M.C.Paşayev (Ə.Mehmandarov) küçəsində yerləşən 10 mərtəbəli 2 girişli yaşayış binasının sakinlərinin ümumi yığıncağının protokolunun 36 və 29-cu sətrində olan “X88 o” yazılarının qarşısında olan imzalar-X52 tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur. -25 yanvar 2019-cu il tarixli yəni Gəncə qəsəbəsi M.C.Paşayev (Ə.Mehmandarov) küçəsində yerləşən 10 mərtəbəli 2 girişli yaşayış binasının sakinlərinin ümumi yığıncağının protokolunun 20-ci sətrində olan “X54 o” yazılarının qarşısında olan imza-X18 tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur. -25 yanvar 2019-cu il tarixli yəni Gəncə qəsəbəsi M.C.Paşayev (Ə.Mehmandarov) küçəsində yerləşən 10 mərtəbəli 2 girişli yaşayış binasının sakinlərinin ümumi yığıncağının protokolunun 23-24-cü sətrində olan “Şahid12 o” yazılarının qarşısında olan imza-Şahid12 tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur. -25 yanvar 2019-cu il tarixli yəni Gəncə qəsəbəsi M.C.Paşayev (Ə.Mehmandarov) küçəsində yerləşən 10 mərtəbəli 2 girişli yaşayış binasının sakinlərinin ümumi yığıncağının protokolunun 16-cı sətrində olan “X80 o” yazılarının qarşısında olan imza-X38 tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur. -25 yanvar 2019-cu il tarixli yəni Gəncə qəsəbəsi M.C.Paşayev (Ə.Mehmandarov) küçəsində yerləşən 10 mərtəbəli 2 girişli yaşayış binasının sakinlərinin ümumi yığıncağının protokolunun 16-cı sətrində olan “X80 o” yazılarının qarşısında olan imza-X53 tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan məhkəmə ekspertizası mərkəzinin 17.02.2020-ci il tarixli 3516 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, 25 yanvar 2019-cu il tarixli protokoldakı “Soyadı adı və atasının adı” qrafası üzrə 1-24-cü və 27-58-ci sətirlərdəki əlyazıları, “Mənzil nömrəsi” qrafası üzrə 1-24-cü və 27-58-ci sətirlərdəki rəqəmlər, “Şəxsiyyət vəsiqəsinin nömrəsi qrafası üzrə 1-10-cu sətirdəki seriya nömrələri, 11-12-ci sətirlərdəki “AZEN” yazıları, 27-58-ci sətirlərdəki seriya nömrələri rəngləyicilərinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmə icra olunmuşdurlar. -Həmin protokoldakı 25-26-cı sətirlər üzrə bütün qrafalardakı yazılar rəngləyicilərinin kimyəvi tərkibinə görə öz aralarında eyni diyircəkli qələmlə icra olunmuşdurlar. -Həmin protokoldakı 59-cu sətirdəki bütün qrafalardakı yazılar rəngləyicilərinin kimyəvi tərkibinə görə öz aralarında eyni diyircəkli qələmlə icra olunmuşdurlar. -Həmin protokoldakı 11-12-ci sətirlərdəki “etiraz” yazıları rəngləyicilərinin kimyəvi tərkibinə görə öz aralarında eyni diyircəkli qələmlə icra olunmuşdurlar. -Tədqiqata təqdim olunmuş 25 yanvar 2019-cu il tarixli prtokoldakı “ Soyadı, adı və atasının adı” qrafası üzrə 1-24-cü və 27-58-ci sətirlərdəki yazıları, “mənzilin nömrəsi qrafası üzrə 1-24-cü və 27-58-ci sətirlərdəki rəqəmləri, “Şəxsiyyət vəsiqəsinin nömrəsi qrafası üzrə 1-10-cu, 27-58-ci sətirdəki seriya nömrələri və 11-12-ci sətirlərdəki “AZEN” yazıları ilə 25-26-cı sətirlərdəki bütün yazıları 59-cu sətirdəki bütün yazıları və 11-12-ci sətirlərdəki “etiraz” yazıları rənglərinin kimyəvi tərkibinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olumuşdur. Qanunverciliyin tələblərindən müəyyən olunur ki, CM-in obyekti idarəetmə fəaliyyətinin predmetləri olan vəsiqə və ya digər rəsmi sənədlərin, dövlət təltiflərinin, möhürlərin, ştampların və blankların hazırlanmasının, onlardan istifadənin və həmin predmetlərlə davranışın qanunvericiliklə müəyyən olunmuş qaydasıdır. Hüquq verən və ya vəzifədən azad edən vəsiqə və ya digər rəsmi sənədlər, dövlət təltifləri, möhürlər, ştamplar və blanklar təhlil edilən cinayətin predmetini təşkil edir. Habelə digər rəsmi sənədlər dedikdə hər hansı hüquqi faktın mövcudluğunu təsdiq edən hüquqi əhəmiyyətli sənədlər nəzərdə tutulur. Bundan başqa saxtalaşdırma dedikdə hüquq verən və ya vəzifədən azad edən məzmunu tamamilə saxta olan sənədin (vəsiqənin və ya digər rəsmi sənədin) hazırlanması, saxta olmayan sənədin mətninə yalan məlumatların daxil edilməsi və ya boş blankın belə məlumatlarla doldurulması, yaxud saxta olmayan sənədin mətnində düzəlişlər edilməsi, tarixin dəyişdirilməsi, mətnin bir hissəsinin məhv olunması və s. kimi qanunsuz hərəkətlərin edilməsi yolu ilə dəyişdirilməsi başa düşülür. Əgər rəsmi sənəd onun mətninə yalan məlumatların daxil edilməsi və ya boş blankın yalan məlumatlarla doldurulması yolu ilə saxtalaşdırılmışdırsa, onda həmin məlumatların nə dərəcədə yalan olmasının cinayətin tövsifi baxımından əhəmiyyəti yoxdur. Bu hal yalnız cəza təyin olunarkən nəzərə alına bilər. Həmçinin istifadə etmə dedikdə saxta rəsmi sənədin (vəsiqənin və ya digər rəsmi sənədin), onun saxta olduğunu qabaqcadan bilən şəxs tərəfindən hər hansı bir hüquq (üstünlük, güzəşt imtiyaz) əldə etmək və ya müəyyən bir vəzifənin icrasından tam və ya qismən azad olmaq məqsədi ilə dövlət orqanlarına, bələdiyyələrə və onların vəzifəli şəxslərinə hüquqi şəxslərə və vətəndaşlara təqdim olunması başa düşülür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun ittihamda qeyd olunan əməli törətməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin iş materiallarında olan və istintaq zamanı səsləndirdikləri ifadələri, habelə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs oğlunun təqsirləndirildiyi CM-in 320.1-ci və 320.2-ci maddələri cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 320.1-ci və 320.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İİ-nin 03.03.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmədə tədqiq edilmiş və işdə olan 12.06.2020-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadəsi, habelə işdə olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə təkzib olunduğundan təqsirləndirilən şəxsin ifadəsini məhkəmə işin hallarına uyğun olmayan hesab etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. İşin hallarından görünür ki, cinayət 15.10.2019-cu il tarixdə törədilmişdir. Odur ki, hazırda Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə CM-in 320.1-ci və 320.2-ci maddələri ilə başlanılmış cinayət təqibinə xitam verilməli (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə), Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda - təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Təqsirləndirildən şəxs Təqsirləndirilən şəxs özünü CM-in 320.1-ci və 320.2-ci maddələri ilə təqsirli bilmədiyindən və cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi iləəlaqədar cinayət təqibinə xitam verilməsinə razı olmadığından CPM-in 44.2.1-ci maddəsinə əsasən o, CM-in 320.1-ci və 320.2-ci maddələri ilə təqsirli bilinməli lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün barəsində cəza təyin edilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə dair xərclənmiş 243.6 (iki yüz qırx üç manat altmış qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq, X6 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə cinayət işinin məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, CPMnin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərci 243.6 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X6 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar