Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-86/2022 23.02.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, zərərçəkmiş şəxsin nümayəndəsi – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə, təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə, ittiham olunmasına dair cinayət işi 18.01.2022-ci tarixdə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmənin hazırlıq iclası zamanı müəyyən olunmuşdur ki, cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yaşayır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, o, qeydiyyatda olduğu Gəncə şəhəri, Kəpəz rayonu, Rafael Əsədov küçəsi, ev 16 ünvanında yaşayır, bəzən işi ilə əlaqədar ünvan 2 ünvanında müvəqqəti yaşayır. Lakin onun əsas yaşayış yeri Gəncə şəhəri, Kəpəz rayonudur, buna görə də icra sənədi aidiyyəti üzrə Gəncə şəhəri üzrə icra idarəsinə göndərilmişdir. O, cinayət işinin aidiyyəti üzrə Gəncə şəhəri Kəpəz Rayon Məkhəməsinə göndərilməsinə etiraz etməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi cinayət işinin aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı cinayət işinin aidiyyəti üzrə göndərilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs cinayət işinin aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin münasibətini aydınlaşdırıb, cinayət işinin materiallarını araşdıraraq hesab edir ki, cinayət işi aidiyyəti üzrə göndərilməlidir. Çünki Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli hərəkətsizlik formasında törədildiyi üçün onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu yer, yəni yaşadığı yer hesab olunur. Buna görə də hazırkı iş baxılması üçün aidiyyəti üzrə təqsirləndirilən şəxsin yaşadığı yer üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 299.1.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələlərə baxılır. Həmin Məcəllənin 300.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan əməl onun yaşadığı ünvan 4 ünvanında törədildiyi üçün cinayət işinin materialları baxılması üçün aidiyyəti üzrə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74, 299, 300, 301 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair 1(044)-86/2022 nömrəli cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarətinə vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(044)-86/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-86/2022
23.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver