Məhkəmə qərarları › İş №1(044)-88/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-88/2022

29.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-88/2022 29.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızınn katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1978-ci ildə Ucar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Göyçay şəhər H. Əliyev prospekti ev 185, mənzil 10-da qeydiyyatda olmaqla Ucar şəhəri M. V. Vidadi küçəsi, ev 31-də yaşamış, Şəki Apellyasiya Məhkəməsinin 28.10.2021-ci il tarixli 1(107)-387/2021 saylı qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş, hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 317-2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Ucar rayon Məhkəməsinin 15.07.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib barəsində bir il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasında saxlanılan şəxs olmaqla istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.02.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş həbs yerlərinin daxili intizam Qaydalarına 1 nömrəli əlavəyə əsasən, istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan 2 ədəd metadon həbini, həmçinin narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan tramadol kapsulunu qanunsuz olaraq əldə edib ağ sellofana bükülü vəziyyətdə yoğun bağırsağında gizlətməklə saxlayaraq daşımış və gəzdirmiş, 18.07.2021-ci il tarixdə, saat 12:15-də Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ünvan 1 ünvanında yerləşən 2 saylı X1 Bölməsinin əməkdaşları tərəfindən həmin Təcridxananın axtarış-baxış otağında üzərinə və şəxsi əşyalarına baxış keçirilən zaman yoğun bağırsağından ağ sellofana bükülü vəziyyətdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni hər birində metadonun təsir maddəsinin miqdarı 0,04 qram, ümumilikdə 0,08 qram təşkil edən narkotik vasitə olan 2 ədəd metadon həbi, həmçinin narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan, hər birində tramadolun təsir maddəsinin miqdarı 0.05 qram, ümumilikdə isə 0.65 qram təşkil edən 13 ədəd güclü təsir edən maddə olan tramadol kapsulu aşkar edilərək götürülmüşdür. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 317-2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu CM-nin 234.1 və 317-2.1-ci maddələri ilə tam təqsirli bilərək ifadəsində bildirdi ki, barəsində 15.07.2021-ci il tarixdə Ucar rayon Məhkəməsində Azərbaycan Respublikasının 234.1-ci maddəsinə əsasən barəmdə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bundan sonra onu Ucar RPŞ-nın MSY-nə aparmışlar. 17.07.2021-ci il tarixdə mən Gəncə şəhəri 2 saylı təcridxanaya gətirilmiş və 24 saat həmin təcridxanadakı kameraların birində qalmışdır. 18.07.2021-ci il tarixdə onu həmin təcridxanadakı otaqların birinə aparmışdırlar. Orada əməliyyat bölməsinin və digər bölmənin əməkdaşları olmuşdur. Həmin otaqda ona hüquq və vəzifələrim izah edildikdən sonra şəxsi əşyalarında və üzərində hər hansı qanunla qadağan edilmiş əşyanın olub-olmaması əgər varsa təqdim etməyini bildirmişdirlər. O, isə anus dəliyində saxladığı içərisində həblər olan sellofanı könüllü olaraq təqdim etmişdir. Həmin sellofanın içərisində 13 ədəd ağ və göy rəngli və iki ədəd üzərində M-40 yazılan həblər olmuşdur. Daha sonra üzərində axtarış keçirilmiş və başqa heç bir qadağan olunmuş əşya tapılmamışdır. O, tramadol və metadon həblərin həbs edilməmişdən əvvəl, yəni 2021-ci ilin iyul ayının əvvəllərində Bakı şəhərində tanımadığı aptekdən almışdır, əldə edib saxladığı narkotik vasitə olan metadonu və güclü təsir edən maddə olan tramadolu heç kəsə satmamış, əvəzli, yaxud əvəzsiz olaraq verməmiş, belə bir məqsədi də olmamışdır. O, narkotik vasitə olan metadonu və güclü təsir edən maddə olan tramadolu özü istifadə etmək üçün saxlamışdır. 15.07.2021-ci il tarixdə Ucar rayon Məhkəməsinə getməmişdən əvvəl həbs ediləcəyini təxmin etdiyi üçün qabacaqdan həmin həbləri sellofana bükərək sonradan istifadə etmək üçün üzərində gətirmişdir. Sonda o, törətdiyi əməldən peşmanlıq çəkdiyini və bir daha belə əmələ yol verməyəcəyini bildirmiş, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında komendantı Şahid2 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında komendant vəzifəsində işləyir. 18 iyul 2021-ci il tarixdə təxminnə saat 12 radələrində 2 saylı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən o və həmin təcridxanada dükançı işləyən Şahid1 təcridxananın axtarış-baxış otağına dəvət edilmişlər. Orada onlara hüquq və vəzifələri izah edilmişdir. Daha sonra Ucar RPŞ-nin əməkdaşları tərəfindən 2 saylı İstintaq Təcridxanasına gətirilmiş məhkum Təqsirləndirilən şəxs axtarış-baxış otağında üzərinə və şəxsi əşyalarına baxış keçirilən zaman Təqsirləndirilən şəxs yoğun bağırsağında ağ sellofana bükülü vəziyyətdə 13 ədəd ağ-göy rəngli kapsulda həb və 2 ədəd üzərində M-40 yazılı psixotrop dərmana bənzər həblər aşkar edilərək götürülmüşdür. Daha sonra həmin həblər qablaşdırılmış və iştirakçılar tərəfinədn imzalanmış və bu barədə protokol tərtib olunmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunmuş Şahid1 ifadəsindən görnür ki, o, Şahid2la eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı X1 bölməsinin böyük inspektoru Şahid3 ifadəsində göstərmişdir ki, o, 2009-cu ildən Azərbaycan Respublikası Ədliyyə Orqanlarında, hal-hazırda isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı X1 bölməsinin böyük inspektoru vəzifəsində işləyir. 18.07.2021-ci il tarixdə saat 12 radələrində işlədiyi 2 saylı X1 aparatının məlumatına əsasən 3-cü rejim korpusunun 56 saylı karantın kamerasında saxlanılan məhkum Təqsirləndirilən şəxs axtarış-baxış otağına dəvət etmişlər. Bundan sonra onun 2 saylı İstintaq Təcridxanasının ƏB-in inspektoru Şahid4 və Şahid5, həmçinin hal şahidlərinin iştirakı ilə məhkum Təqsirləndirilən şəxs üzərinə və əşyalarına baxış keçirilən zaman onun yoğun bağırsağında ağ sellofona bükülü vəziyyətdə 13 ədəd ağ göy rəngli və 2 ədəd üzərində M- 40 yazısı olan həblər aşkar edilərək götürülmüşdür. Həmin həblər qablaşdırılmış, üzəri imzaqlanmış və möhürlənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı X1 Bölməsini əməliyyat müvəkkilləri Şahid4 və Şahid5 digər Şahid3 ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş: - 18.07.2021-ci il tarixli protokoldan məlum olur ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasının əməkdaşları Vəkilov Elçn Rafiq oğlunun, Şahid4, Şahid5, hal şahidləri Şahid1 və Şahid2 iştirakları ilə, 2 saylı X1 aparatına daxil olmuş əməliyyat məlumatına əsasən 18 iyul 2021-ci il tarixdə saat 12:15 radələrində Ucar Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cii maddəsi ilə təqsirli biilinərək 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum edilmiş Təqsirləndirilən şəxs Məhəmmədli oğlunu axtarış-baxış otağında üzərinə və şəxsi əşyalarına baxış keçirilən zaman onun yoğun bağırsağında ağ sellofana bükülü vəziyyətdə 13 (on üç) ədəd ağ-göy rəngli kapsulda həb və 2 (iki) ədəd üzərində M-40 yazılı psixotrop dərmana bənzər həblər aşkar edilərək götürülmüşdür. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 30.07.2021-ci il tarixli, 6/3188 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi — Pentensiar Xidmət 2 saylı X4 üçün” dairəvi möhür əksi olan, “Həbs edilmiş şəxs Məmmədov” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketin içərisində üzərində “M40” göstəricisi olan 2 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə üzərindəki göstəriciyə əsasən metadonun təsir maddəsinin ümumi miqdarı 0,08 qram (1ədəd həbdə 0,04 qram) təşkil edir. Təqdim olunmuş ümumi sayı 13 ədəd olan göy-ağ rəngli dərman kapsulanın tərkibində tramadolun təsir maddəsinin ümumi miqdarı 0,65 qram (bir ədəd kapsulda tramadolun təsir maddəsinin miqdarı 0.05 qramdır) olduğu müəyyən edildi. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir. Tramadol hidroxlorid 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. (Metadon həblərinin sayı -2 ədəd, tədqiqata sərf edildi – 2 qram, qalıq – 1 ədəd. Tramadol həblərinin sayı – 13 ədəd, tədqiata sərf edildi – 2 ədəd, qalıq -11 ədəd). Ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. - Məhkəmə-narkoloji ekspertizasının 18.12.2021-ci il tarixli, 1555 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloii dispanserdə qeydiyyata alınması məsləhət görülür. - Gəncə şəhər Psixonevroloji Dispanserinin 16.08.2021-ci il tarixli 2989 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. - Gəncə şəhər Narkoloji Dispanserin 16.08.2021-ci il tarixli 4084 saylı arayışından görünür ki, Məmmədov X2 Dispanser qeydiyyatda durmur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs 17.01.2021-ci il tarixdə Azərbaycan Respublikası Cnayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsulyyətinə cəlb edilmiş, cinayət işi 19.05.2021-ci il tarixdə məhkəməyə göndərilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin 1(107)-387/2021 saylı, 28.10.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ucar Rayon Məhkəməsinin 15.07.2021-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs həmin hökmlə təyin olunmuş 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası artırılaraq 01 il 06 ay müəyyən edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 7(044)-2/2022 nömrəli 06.01.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “8 noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsii haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilmiş və ona Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28.10.2021-ci il tarixli qərarı ilə təyin edilmiş 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 il 06 gün hssəsi 06 ay azaldılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1 və 317-2.1-ci maddəsi ilə tövsif edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İİ Siyahısında metadon şəxsi istehlak miqdarının yuxarı həddi 0.02 qram müəyyən edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 317-2.1-ci maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 317-2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu cinayət əməlini barəsində çıxarılmış Ucar Rayon Məhkəməsinin 1(063)- 43/2021 saylı, 15.07.2021-ci il tarixli hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə, həmin hökmlə təyin edilmiş və Şəki Apellyasiya Məhkəməsinin 1(107)- 387/2021 saylı, 28.10.2021-ci il tarixli qərarı ilə müddəti artırılmış cəza (Gəncə şəhər Nizami Rayon Məhkəməsnin 06.01.2022-ci il tarixli, 7(044)-2/2022 nömrəli qərarına əsasən 06 ay azaldılması nəzərə alınmaqla) hazırki iş üzrə təyin ediləcək cəza ilə qismən toplanılmaqla, təqsirləndirilən şəxsə qəti cəza təyin edilməli, cəzasını həmin hökmlə müəyyən olunmuş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli həmin hökmlə təyin olunmuş qəti cəzanın başlandığı 15.07.2021-ci il tarixdən hesablanmalıdır. Çünki Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş üzrə məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 65 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 1 ədəd narkotik vasitə metadon həb və 11 ədəd güclü təsir edən maddə olan taramadol həbləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Müdafiəçi2 məhkum Təqsirləndirilən şəxs məhkəmədə 11 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 66 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-c maddəsi ilə təyin olunmuş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təyin olunmuş 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Şəki Apellyasiya Məhkəməsinin 1(107)-387/2021 saylı, 28.10.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin olunmuş 01 il 06 ay müddətinə azadlıqan məhrumetmə cəzası (Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 06.01.2022-ci il tarixli qərarına əsasən 06 ay azaldılması nəzərə alınmaqla) hazırkı hökmlə təyin olunmuş 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 15.07.2021-ci il tarixdən hesablansın və onun həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 1 ədəd narkotik vasitə metadon həb və 11 ədəd güclü təsir edən maddə olan taramadol həbləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş manat) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab №AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 66 (altmış altı) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar