Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-89/2021 05.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, zərərçəkmiş şəx Zərərçəkmiş şəxs və onun nümayəndəsi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə zərərçəkmiş şəxsin və dövlət ittihamçısının vəsatətlərinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı məhkəməyə daxil olmuşdur. Yekun protokola əsasən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 03.06.2020ci il tarixdə saat 15 radələrində yaşadıqları Gəncə şəhəri, Ozan küçəsi, 2-ci dalan, 15 saylı evin birinci mərtəbəsində anası Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində, mübahisə zamanı orta dərəcəli alkoqol sərxoşluq vəziyyətində əl zərbələri ilə sonucunu vuraraq ona – sağ said nahiyyəsinin yumşaq toxumasının əzniyi və hemotoması, sağ mil və dirsək sümüklərinin qapalı yerdəyişməmiş sınığı, hər iki gözətrafı, üst dodaq, hər iki yanaq, boyun, hər iki əl pəncəsi və sol said nahiyyələrinin qançırları-kimi xəsarətləri yetirməklə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Həmin əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 23.09.2020-ci il tarixli, 1(044)-118/2020 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs G.K.Köçəriyeva tərəfindən apellyasiya şikayətləri verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 17.11.2020-ci il tarixli, 1(104)-383/2020 saylı qərarına əsasən apellyasiya şikayətlərinə baxılmasına xitam verilmiş, iş üzrə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 23.09.2020-ci il tarixli, 1(044)-118/2020 saylı hökmü ləğv edilmiş, cinayət işi yenidən baxılması üçün həmin məhkəmənin baxış mərələsinə qaytarılmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs vəsatət verərək bildirmişdir ki, onun 85 yaşı var, Təqsirləndirilən şəxs tərəfindən ona yetirilmiş xəsarətlər təqdim edilmiş fotolardan da açıq-aydın görünür. Cinayət xəstə, qoca, köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildiyindən təqsirləndirilən şəxsin əməlinin daha ağır maddə ilə, Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə tövsif edilməsi üçün cinayət işinin yenidən istintaq aparılması üçün prokurora qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı Ədalət Əzimov vəsatət verərək məhkəməyədək sadələşdirilmiş icraat materialına baxılmasına xitam verilməsini və materialın ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması xahiş etmiş və vəsatətini onunla əsaslandırmışdır ki, tədqiqat materiallarından Zərərçəkmiş şəxs 1935-ci il təvəlüdlü olmaqla 85 yaşında olan qadın olduğu və cinayət əməlini törətmiş şəxsin anası olduğu görünür. Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə tövsif edərkən təhqiqat orqanının 17.06.2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarında Təqsirləndirilən şəxs əməlində CM-nin 61.1.7-ci maddəsinə əsasən (cinayətin təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədilməsi) cəzasını ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. Yəni təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayəti köməksiz vəziyyətdə olan anası Zərərçəkmiş şəxs qarşı törətməsi təsdiq edilmişdir. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarın 13-cü bəndinə əsasən köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı, bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir. CM-nin 127.2.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədilməsi cinayət tərkibinin əlamətidir. Beləliklə, Təqsirləndirilən şəxs əməlində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsinin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, sonuncuya həmin maddəsi ilə, yəni ağır ittiham irəli sürülməsi məsələsinə baxılması üçün məhkəmə tərəfindən məhkəməyədək sadələşdirilmiş icraat materialın baxılmasına xitam verilməklə, material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Buna görə də vəsatətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və onun müdafiəçisi vəsatətlərin təmin edilməməsini xahiş etmişlər. Məhkəmə cinayət prosesi iştirakçılarını dinləyib, vəsatətləri iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, vəsatətlər təmin olunmalı, məhkəməyədək sadələşdirilmiş icraat materialının baxılmasına xitam verilməli, iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Gəncə şəhər prokuroruna qaytarılmalı və təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti uzadılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Həmin Məcəllənin 318.2-1-ci maddəsinə əsasən bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 11 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, onun işlədiyi vəkil bürosunun hesabına 66 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Zərərçəkmiş şəxs və dövlət ittihamçısı X2 vəsatətləri təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialının baxılmasına xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı Gəncə şəhər prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 (bir) ay, yəni 05.06.2021-ci il tarixədək uzadılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 66 (altmış altı) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(044)-89/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-89/2021
05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver