Məhkəmə qərarları › İş №1(044)-9/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-9/2021

26.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-9/2021 26.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi ilə, Həsənov Ayxan Rasim oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X2 oğlunun iştirakları ilə xx.xx.1993-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında həbsdə saxlanılan X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə, xx.xx.1997-ci ildə Rusiya Federasiyasının Samara Vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, 1-ci mikrorayon, bina 5, mənzil 42-də qeydiyyatda olan, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3, 180.2.1 və 180.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X7 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, X7 16.08.2019-cu il tarixdə, saat 16 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Gəncə şəhəri, V.Xuluflu küçəsində yerləşən “Stilmen” adlanan kişi geyimləri mağazasına müştəri qismində daxil olub mağazanın ayaqqabı bölməsindəki ayaqqabı rəfinin üzərindən Zərərçəkmiş şəxs1 məxsus içərisində 180 manat nağd pul olan 5 manat dəyərində “Gucci” markalı pulqabını, ümumilikdə isə 185 manat məbləğində əmlakı gizli olaraq talamaqla ələ keçirib əynində olan şalvarın arxa sol cibinə qoyaraq mağazadan çıxdıqdan sonra özgənin əmlakını qanunsuz olaraq gizli yolla ələ keçirdiyini Təqsirləndirilən şəxs1 bildirərək sonuncu ilə birlikdə iti addımlarla hadisə yerindən uzaqlaşmağa çalışan zaman əmlakın sahibi Zərərçəkmiş şəxs1 tərəfindən aşkar olunduqlarını dərk edərək pulun geri qaytarılmaması üçün Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş və onun tapşırığı əsasında Təqsirləndirilən şəxs1 həmin pulqabını əynindəki şalvarın arxa sol cibindən götürüb hadisə yerindən qaçıb getməsi ilə yaranmış boşluqdan istifadə edərək onu tutub saxlayan əmlakın sahibi Zərərçəkmiş şəxs1 əlindən çıxıb qaçmaqla hadisə yerindən uzaqlaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 əmlakını açıq talayıb soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs1 saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar özgə əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, o, 2018-ci ilin dekabr ayında, istintaqa dəqiq məlum olmayan tarixdə həmin vaxt kirayəçi qismində yaşadığı Zərərçəkmiş şəxs2 məxsus Gəncə şəhəri, Eminbəyli küçəsi, 12-ci dalanda yerləşən 2 saylı evin ona etibar edilməmiş yardımçı otağının hadisə vaxtı bağlı vəziyyətdə olmuş pəncərəsinin cəftəsini açıb həmin pəncərədən qanunsuz olaraq içəri daxil olmuş və oradan 2 ədəd, ümumi dəyəri 300 manat olan büllur qəndqabıları, 300 manat dəyərində 1 ədəd “Panasonic” markalı, “MK-MG 1501” modelli ətçəkən avadanlığı, Çexiya istehsalı olan 12 hissədən ibarət, ümumi dəyəri 400 manat olan boşqab dəstini, 300 manat dəyərində 1 ədəd “Braun” markalı, “J700” modelli şirəçəkən avadanlığı, Çexiya istehsalı olan, tünd mavi rəngli, 500 manat dəyərində 1 ədəd bogemanı və 3 kiloqram çəkidə, mis materialdan olan 500 manat dəyərində 1 ədəd məcməyini, ümumilikdə isə zərərçəkmiş şəxsin 2300 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrar 16.08.2019-cu il tarixdə saat 16 radələrində X7 ilə birlikdə Gəncə şəhəri, V.Xuluflu küçəsində yerləşən “Stilmen” adlanan kişi geyimləri mağazasına müştəri qismində daxil olduqdan sonra Elnur Babazadə mağazanın ayaqqabı bölməsindəki ayaqqabı rəfinin üzərindən Zərərçəkmiş şəxs1 məxsus içərisində 180 manat nağd pul olan 5 manat dəyərində “Gucci” markalı pulqabını, ümumilikdə 185 manat məbləğində əmlakı gizli olaraq talamaqla əynində olan şalvarın arxa sol cibinə qoyaraq birlikdə iti addımlarla hadisə yerindən uzaqlaşmağa çalışan zaman əmlakın sahibi Zərərçəkmiş şəxs1 pulqabının geri qaytarılmasını tələb edərkən qabaqcadan əlbir olan bir qrup şəxs şəxs halında, yəni Elnur Babazadənin tapşırığı əsasında həmin pulqabını sonuncunun əynindəki şalvarın arxa sol cibindən götürüb hadisə yerindən qaçıb getməklə Zərərçəkmiş şəxs1 185 manat məbləğində əmlakını açıq talayıb soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs1 və X2 törətmiş olduqları cinayət əməlləri onların özlərinin qismən etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübut, ekspertiza rəyi, iş materiallarında olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X7 özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bildiyini göstərmişdir. Belə ki, hesab edir ki, o, soyğunçuluq deyil, oğurluq cinayət əməlini törətmişdir. 16.08.2019-cu il tarixdə saat 16 radələrində tanışı Təqsirləndirilən şəxs1la birlikdə Gəncə şəhərində “Mərkəzi Univermağ”ın yaxınlığında görüşmüş və Rüstəmə birlikdə gedib keçmiş “Yevlax avtovağzalı” adlanan ərazidə çay içməyi təklif etmişdir. Onlar birlikdə piyada Gəncə şəhəri, Nizami Gəncəvi prospekti ilə üzü keçmiş “Yevlax avtovağzalı” adlanan istiqamətdə getmişlər. Keçmiş “Kolxoz bazarı” adlanan ərazidə yerləşən “keçəllər” kimi tanınan yerə çatdıqda özünə köynək almaq üçün tanışı Rüstəmlə birlikdə “Stilmen” adlanan kişi geyimləri mağazasına daxil olmuşlar. Həmin vaxt mağazada təxminən 4-5 nəfər tanımadığı şəxslər də var imiş. O, Rüstəmlə birlikdə mağazada köynəklərə baxarkən gözü ayaqqabı rəfinin üzərində olan mobil telefona və pulqabına sataşmış, ona görə də o, həmin pulqabını götürüb arxa sol cibinə qoyub tez mağazadan çıxmışdır. Mağazadan çıxarkən isə tanışı Rüstəmə pulqabını götürdüyünü bildirmiş və tez mağazadan çıxıb ardınca gəlməsi üçün göz-qaş işarəsi etmişdir. Rüstəm də onunla birlikdə mağazadan çıxmışdır. Bu zaman bir nəfər tanımadığı şəxs “ay qaqaş bir dəqiqə dayan” deyə ona səslənmişdir. O, həmin vaxt arxadan onu səsləyən şəxsə tərəf geri çöndükdə həmin şəxsin ona tərəf qaçdığını görmüş və həmin şəxsin onu tutmaq üçün gəldiyini başa düşüb qaçmağa başlayarkən həmin vaxt onun qarşısında artıq bir nəfər tanımadığı şəxs də peyda olmuşdur. Həmin şəxslər və bazarın işçiləri, yoldan keçən şəxslər onu əhatəyə almışlar. Onu səsləyən şəxs ondan pulqabını onun götürdüyünü bildiyini demişdir. Həmin vaxt pulqabının sahibi olduğunu düşündüyü şəxs arxa sol cibində olan pulqabını görüb özünə məxsus olduğunu demiş və pulqabını tələb etmişdir. Həmin vaxt o, həyəcanlı olmuşdur və qaçmağa fürsət axtarmışdır. Elə həmin vaxt orada olan bir nəfər polis əməkdaşını da görüb daha da həyəcanlanmış və qorxmağa başlamışdır. Ona görə də həmin şəxslərə “gəlin, yolu keçək o tərəfə söhbət edək” deyə təklif etmişdir. Beləcə onlar həmin şəxslərlə birlikdə yolu qarşı tərəfə keçmiş və küçəyə daxil olmuşlar. Onlar həmin şəxslərlə birlikdə yolu keçərkən o, qaçmaq istəsə də, tanımadığı şəxslər onun qolundan tutub saxladığına görə qaça bilməmişdir. Bu vaxt polis əməkdaşı onları görüb yaxınlaşmağa başladıqda o, tez tanışı Rüstəmə arxa sol cibindən pulqabını götürüb qaçmasını tapşırmışdır. Rüstəm də tez həmin pulqabını onun arxa sol cibindən götürüb qaçmağa başlamışdır. O da yaranmış boşluqdan istifadə edib üzü “beş yol” adlanan kəsişməyə tərəf qaçmış, lakin tanımadığı bir nəfər şəxs onun arxasınca qaçıb onu saxlamış və orada xidmət aparan polis əməkdaşına təhvil vermişdir. Bundan əlavə qeyd edir ki, Təqsirləndirilən şəxs1 bir-iki ildir ki, yaşadığı ərazidən tanıyır. Rüstəmlə aralarında dostluq münasibətləri var. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmiş, zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Ona görə də məhkəmədən zərərçəkmiş şəxslə barışmasını, himayəsində bir nəfər azyaşlı uşağının olmasını nəzərə alıb ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3, 180.2.1 və 180.2.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bildiyini göstərmişdir. Belə ki, o, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş, Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini isə törətməmişdir. Onun daimi yaşayış yeri yoxdur və heç bir yerdə işləmir. Yaşamağa evi olmadığı üçün kirayə mənzil tutub yaşayır. X3 təxminən 1-2 ildir tanıyır. O, əvvəllər Gəncə şəhəri, 3-cü mikrorayon ərazisində kirayədə yaşayırmış. Elnuru da həmin ərazidən tanımışdır. 16.08.2019-cu il tarixdə, saat 16 radələrində tanışı X7 ilə birlikdə Gəncə şəhərində “Mərkəzi Univermağ”ın yaxınlığında görüşmüş və Elnura keçmiş “Yevlax avtovağzalı” adlanan ərazidə çay içməyi təklif etmişdir. Ona görə də birlikdə piyada Gəncə şəhəri, Nizami Gəncəvi prospekti ilə üzü keçmiş “Yevlax avtovağzalı” adlanan ərazi istiqamətdə getmişlər. Onlar keçmiş “Kolxoz bazarı” adlanan ərazidə yerləşən “keçəllər” kimi tanınan yerə çatdıqda Elnur özünə köynək almaq istədiyini bildirdiyi üçün o, Elnurla Gəncə şəhəri, Vaqif küçəsində yerləşən “Sitlmen” adlanan kişi geyimləri mağazasına daxil olmuşdur. Həmin vaxt mağazada təxminən 4-5 nəfər tanımadığı şəxslər də var imiş. O, Elnurla birlikdə mağazada köynəklərə baxarkən Elnur mağazanın ayaqqabı bölməsinə keçmişdir. Bir qədər sonra Elnur ona göz-qaş edərək mağazada pulqabını götürdüyünü və tez mağazadan çıxmağı demişdir. O da Elnurun arxasınca mağazadan çıxmışdır. Bu zaman iki nəfər tanımadığı şəxs arxadan onları səsləmiş və qaçaraq onlara çatmışlar. Həmin şəxslər onlara çatdıqda onu və Elnuru əhatəyə almış, elə həmin vaxt da bazarın tanımadığı işçiləri, yoldan keçən şəxslər ətraflarına toplaşmışlar. Onları səsləyən şəxslərdən biri Elnura pulqabını onun götürdüyünü bildiyini demiş və qaytarmasını tələb etmişdir. Elnur isə həmin şəxsə heç bir şey oğurlamadığını bildirmiş, həmin vaxt qaçmaq istəyərkən orada olan bir nəfər polis əməkdaşını görüb həyəcanlanmış və qorxmağa başlamışlar. Ona görə də o, həmin şəxslərə “gəlin, yolu keçək o tərəfə söhbət edək” deyə təklif etmiş və beləcə həmin şəxslərlə birlikdə yolu qarşı tərəfə keçmişlər. Onlar həmin şəxslərlə birlikdə yolu keçərkən tanımadığı şəxslər, eləcə də pulqabını tələb edən şəxs Elnurun qolundan tutub saxlamış və qaçmasına imkan verməmişdir. Pulqabının sahibi Elnurun arxa sol cibində özünə məxsus pulqabını göstərib həmin pulqabının ona məxsus olduğunu bildirmiş və Elnurdan pulqabını geri qaytarmasını tələb etmişdir. Həmin vaxt polis əməkdaşı da onları görüb yaxınlaşmağa başlamışdır. Həmin vaxt tanışı Elnur şalvarının arxa sol cibindən 1 ədəd qara rəngli pulqabı çıxarıb ona uzadaraq “götür qaç” deyə tapşırıq vermişdir. O isə pulqabını götürməmişdir. Elə həmin vaxt ara qarışdığı üçün Elnurun pulqabını nə etdiyini görə bilməmişdir. Bu vaxt polis əməkdaşı onlara yaxınlaşıb Elnuru saxlamışdır. O isə həmin yerdən qaçıb getmişdir. Bundan başqa, o, bir neçə müddət əvvəl kirayədə yaşadığı evdən oğurluq etmişdir. Belə ki, 2018-ci ilin noyabr ayında kirayə ev tutub kirayədə yaşamaq qərarına gəlmişdir. Bunun üçün o, Mərkəzi kolxoz bazarının yaxınlığında olan çayxanada Mətləb adlı maklerlə tanış olmuş və Mətləbdən ona kirayə ev tapmasını istəmişdir. Mətləb də başqa bir maklerlə danışıb ona Gəncə şəhəri, Eminbəyli küçəsi, 12-ci dalan, ev 2 ünvanını təklif etmişdir. Bundan sonra o, Mətləblə birlikdə qeyd edilən ünvana gedib evə baxmışdır. Həmin vaxt ev sahibəsi Kəmalə adlı qadın da evdə imiş. O, həmin vaxt orada Kəmalə adlı qadınla evi ayda kirayə pulu qismində 200 manat ödəməyə razılaşmış və ertəsi günü, yəni 15 noyabr 2018-ci il tarixdə həmin evdə təkcə qalmağa başlamışdır. Həmin ev həyət evi olmaqla 3 otaqlı ev imiş, həmçinin evin mətbəxi, tualeti və hamamı da var imiş. O, Kəmalə ilə evi danışanda Kəmalə ona evin qonaq otağını və yataq otağını kirayə vermiş, lakin hamamın yanında olan balaca otağı isə şəxsi əşyaları olduğu üçün qıfılla bağlamışdır. O, həmin evdə tək qalmağa başladıqdan təxminən 2-3 gün sonra tanışı Şahid2 da onun kirayədə qaldığı evə gəlib təxminən bir həftə onunla birlikdə yaşamışdır. Məhdinin də onunla kirayədə müvəqqəti qaldığını Kəmalə bilirmiş. O, Kəmalənin kirayə pulunu hər ayın 15-də verirmiş. 2018-ci ilin dekabr ayının 10-da o, kirayədə yaşadığı evdə tək olan vaxt həmin evdən oğurluq etmək qərarına gəlmiş, bunun üçün isə Kəmalənin bağlı saxladığı otağın pəncərəsinin şüşəsi olmayan nəfəsliyindən əlini salıb pəncərənin çəftəsini açaraq pəncərədən otağa daxil olmuşdur. O, otağa daxil olduqdan sonra otağı axtarmağa başlamış və Kəmaləyə məxsus bir ədəd qənd qabı, bir ədəd ətçəkən cihazı, boşqab dəstini, şirəçəkən avadanlığı, bir ədəd “bogemanı” və bir ədəd məcməyini götürüb həmin əşyaları pəncərədən qonaq otağına çıxarmışdır. Həmin gün o, küçədə səyyari şəkildə muravey markalı motosiklla metal alqı-satqısı ilə məşğul olan şəxsi görüb həmin şəxsə ətçəkən cihazı və şirəçəkən cihazı hər birini 15 manat olmaqla, ümumilikdə 30 manata satmışdır. Bundan sonra qalan əşyaları tanımadığı taksi sürücüsü ilə mərkəzi kolxoz bazarının yuxarı hissəsinə aparmış və orada bir ədəd “bogemanı” antik əşyalar alınan mağazaya 15 manat pula, bir ədəd məcməyini 80 manata satmışdır. Evdən oğurladığı boşqab dəsti və qənd qabını isə həmin evdə istifadə edən zaman ehtiyatsızlıqdan sındırmış və qalıqlarını isə yığıb zibilliyə atmışdır. O, satdığı əşyaların pulunu isə öz şəxsi tələbatı üçün xərcləmişdir. O, həmin evdən oğurluq etməyi barədə heç kimə heç nə deməmiş və bundan heç kəsin xəbəri olmamışdır. Bundan sonra o, 14 dekabr 2018-ci il tarixdə kirayə qaldığı evi tərk eləmiş və çıxan günü də tanışı Məhdiyə demişdir ki, Kəmaləyə zəng edib bu barədə bildirsin. 21.02.2019-cu il tarixdə o, Gəncə şəhəri, Azərittifaq adlanan ərazidə olan vaxt polis əməkdaşları ona yaxınlaşıb onu Polis İdarəsinə aparmışlar. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmiş, zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Ona görə də məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 16.08.2019-cu il tarixdə, saat 16 radələrində özünə paltar almaq üçün Gəncə şəhərinə gəlmişdir. Belə ki, o, həmişə paltar aldığı tanışı Hasilin işlətdiyi Gəncə şəhəri, Vaqif küçəsində yerləşən “Stilmen” adlanan mağazasına getmiş və mağazada özünə şalvar bəyənib həmin mağazanın ayaqqabı bölməsində olan soyunma otağına keçmişdir. Həmin vaxt üzərində olan pulqabını və mobil telefonunu isə cibindən çıxardıb ayaqqabı rəfinin üzərinə qoymuşdur. Onun pulqabında 180 manat pul var imiş. O, soyunma otağında əynini dəyişərkən gözü pulqabında imiş. Həmin vaxt mağazaya iki nəfər tanımadığı, biri nisbətən uzun boylu, ikisi də arıq bədən quruluşlu, təxminən 20-25 yaşlarında kişi cinsli şəxslər daxil olmuşlar. Onlardan bir qədər uzunboylu olanı ayaqqabı bölməsinə keçib ayaqqabılara baxmağa başlamışdır. O, şalvarını çıxardıb yenisini geyindiyi vaxt həmin şəxs onun pulqabını götürüb mağazadan çıxmışdır. Ona görə də mağazanı işlədən Hasilə pulqabının oğurlandığını bildirib tez soyunma otağından çıxaraq birbaşa həmin şəxslərin ardınca getmişdir. O, qaçaraq həmin şəxslərə çatmış və pulqabını geri qaytarmalarını tələb etmişdir. Həmin vaxt o, qara rəngli pulqabısını nisbətən uzunboylu həmin şəxsin arxa sol cibində aşkar etmiş, lakin onların hər ikisi onun arxası ilə qaçdığını görüb onlar da qaçmağa çalışmışlar. O, pulqabının uzunboylu həmin şəxsdə olduğuna əmin olduğu üçün qaçmasın deyə qolundan tutub saxlamışdır. Həmin vaxt tanışı Hasil, eləcə də ətrafda olan tanımadığı bir neçə şəxs onların ətrafına toplaşmışlar. Bu vaxt adının Elnur olduğunu sonradan bildiyi həmin şəxs çəkilib bir qədər kənarda söhbət etməyi təklif etmiş, o isə həmin şəxsin qolundan buraxmadan yolu qarşı tərəfə keçmişdir. O, həmin şəxsin qolundan tutub bir neçə dəfə ona pulqabını qaytarmasını dedikdə Elnur pulqabını götürməsini etiraf edib geri verəcəyini bildirsə də, qaçmağa çalışmışdır. Lakin Elnurun qaçmağına imkan verməmişlər. Onlar yolu qarşı tərəfə keçdikdə Elnur adlı həmin şəxs yanında olan tanışına pulqabını cibindən götürüb qaçmasını tapşırmış, həmin şəxs də Elnurun arxa sol cibindən pulqabını götürüb cəld hadisə yerindən qaçıb naməlum istiqamətdə getmişdir. Həmin vaxt yaranmış çaşqınlıqdan və boşluqdan istifadə edən Elnur da onun əlindən çıxıb üzü “beş yol” adlanan yolayrıcı istiqamətində qaçmağa başlamışdır. Həmin vaxt o, Elnuru tutmaq üçün arxasınca qaçmış və təxminən 100 metr qaçdıqdan sonra Elnura tutub saxlamışdır. Həmin vaxt onların yanına ərazidə xidmət aparan tanımadığı bir nəfər polis əməkdaşı gəlmiş və o, həmin polis əməkdaşına Elnur adlı şəxsi təslim etmişdir. Pulqabısını və 180 manat pulunu isə Elnurun yanında olan tanışı aparmışdır. Hadisə vaxtı onun yalnız 5 manat dəyərində “Gucci” markalı, qara rəngli pulqabı və 180 manat nağd pulu oğurlanmışdır. Hadisə nəticəsində ona 185 manat ziyan dəymişdir. Hal-hazırda təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan ödənilmişdir və onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Eminbəyli küçəsi, 12-ci dalan, ev 2 ünvanı ona məxsusdur. Maddi imkanıyla bağlı qeyd olunan ünvanı kirayə vermişdir. Sonradan adı ona məlum olan Mətləb adlı şəxs ona müraciət edərək Təqsirləndirilən şəxs1 kirayəçi qismində tapdığını deyib ona təqdim edərək həmin şəxsin kirayə qalacağını bildirmişdir O da Mətləblə həmin evi kirayə verilməsi üçün 200 manata razılaşmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 yanında olan Məhdi adlı şəxslə onun evində kirayədə yaşamağa başlamışlar. Həmin vaxt o, evdə olan qiymətli məişət və digər əşyaları evin içərisinə girişdən qarşı tərəfdə olan otağa yığıb qapısını bağlayıb açarı özüylə götürmüşdür. Həmin vaxt o, Təqsirləndirilən şəxs1 bağlı olan həmin otaqda özünə məxsus əşyalar olduğunu bildirmiş və həmin otağa toxunmamasını tələb etmişdir. Daha sonra o, kirayə haqqı üçün Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil nömrəsinə zəng etsə də, zəng çatmadığı üçün 05.02.2019-cu il tarixdə, saat 17 radələrində yaşadığı evə getmiş və özündə olan ehtiyat açarla qapını açıb evə daxil olmuşdur. Həmin vaxt o, evi səliqəsiz şəkildə aşkar etmiş, bundan sonra bağlı saxladığı otağın qapısını açıb içəri daxil olduqda orada olan məişət və digər əşyalarının orada olmadığını müəyyən etmişdir. O, həmin əşyaların Təqsirləndirilən şəxs1 tərəfindən oğurlandığını düşünmüşdür. Oğurlanmış əşyaların siyahısını tərtib etdikdə isə 300 manat dəyərində büllur qəndqabıların, 300 manat dəyərində “Samsung” markalı ətçəkən cihazın, 400 manat dəyərində çexiya istehsalı olan boşqab dəstinin, 300 manat dəyərində şirəçəkən cihazın və 500 manat dəyərində tünd göy rəngli, çexiya istehsalı olan “bogema”nın Təqsirləndirilən şəxs1 Ruzgar oğlu tərəfindən bağlı otağın pəncərəsindən daxil olma yolu ilə oğurlandığını müəyyən etmişdir. Həmçinin həmin oğurluq nəticəsində ona məxsus evdən 2 ədəd, ümumi dəyəri 300 manat olan büllur qəndqabları, 1 ədəd 300 manat dəyərində “Panasonic” markalı, “MK-MG 1501” modelli ətçəkən cihaz, 12 hissədən ibarət 400 manat dəyərində çexiya istehsalı olan boşqab dəsti, 1 ədəd 300 manat dəyərində “Braun”markalı, “J700” modelli şirəçəkən avadanlıq, 1 ədəd 500 manat dəyərində tünd göy rəngli çexiya istehsalı olan bogema və 1 ədəd mis materialdan olan 500 manat dəyərində 3 kiloqramlıq məcməyi oğurlanmışdır. Həmin oğurluq nəticəsində ona ümumilikdə 2300 manat maddi ziyan dəymişdir. Halhazırda ona dəymiş ziyan ödənilmiş və onun Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, o, iki-üç ildir Gəncə şəhəri, Vaqif küçəsində “keçəllər” kimi tanınan ərazidə yerləşən “Stilmen” adlanan kişi geyimləri mağazasını icarə əsasında işlədir. O, mağazada ayaqqabı və şalvar-köynək satır. Zərərçəkmiş şəxs1 müştəri kimi tanıyır. Belə ki, İsmayıl mütəmadi olaraq ondan paltar alır. 16.08.2019-cu il tarixdə, saat 16 radələrində çalışdığı mağazada olarkən tanışı Zərərçəkmiş şəxs1 gəlib şalvar almaq istədiyini bildirmiş və mağazada bir ədəd şalvar bəyənərək pulqabını və mobil telefonunu çıxardıb ayaqqabı rəfinin üzərinə qoymuş, ayaqqabı bölməsində olan soyunma otağına keçmişdir. Həmin vaxt mağazada tanımadığı bir-iki nəfər də müştəri olduğu üçün o, mağazanın paltar satılan bölməsində imiş və həmin müştərilərlə məşğul olurmuş. Bu vaxt mağazaya iki nəfər tanımadığı, biri nisbətən uzunboylu, digəri isə orta boylu, 20-25 yaşlarında kişi cinsli şəxslər daxil olmuşdur. Onlardan biri mağazanın paltar bölməsində qalmış, digəri isə ayaqqabılara baxmaq üçün ayaqqabı bölməsinə keçmişdir. Bir neçə dəqiqədən sonra onların hər ikisi tələsik halda mağazadan çıxmışlar. Elə həmin vaxt da soyunma yerində olan tanışı İsmayıl pulqabının həmin şəxslər tərəfindən götürüldüyünü bildirərək mağazadan çıxmış və az əvvəl mağazanı tərk edən həmin iki nəfər şəxsin ardınca qaçmışdır. Bir neçə dəqiqədən sonra o, mağazada olan müştəriləri yola salıb nə baş verdiyini öyrənmək üçün mağazadan çıxıb az əvvəl mağazasına gəlib tələsik gedən iki nəfər şəxsin yanında tanımadığı insanların toplaşdığını və İsmayılın onlardan pulqabının qaytarılmasını tələb etdiyini görmüşdür. Həmin vaxt müştərisi İsmayıl uzunboylu, adının Elnur olduğunu sonradan bildiyi şəxsin qolundan tutub saxlayırmış. Elnurun yanında olan tanışı və Elnurun özü isə pulqabını israrla verməyərək oradan qaçmağa çalışırdılar. Bu vaxt uzunboylu həmin şəxs İsmayıla bir qədər kənara çəkilib söhbət etməyi təklif etmiş və beləcə onlar yolu qarşı tərəfə keçmişlər. Yolun qarşı tərəfində olarkən Elnurun yanında olan tanışı qəflətən qaçmağa başlamış, elə bu vaxt Elnurun özü də yaranmış boşluqdan istifadə edib qaçmışdır. Tanışı İsmayıl da Elnurun ardınca təxminən 100 metr qaçıb Elnuru saxlamış və polis əməkdaşına təhvil vermişdir. Elnurun yanındakı tanışı isə qaçıb aradan çıxmışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2010-cu ildən Gəncə şəhər Baş Polis İdarəsinin XTB-nin polis nəfəri vəzifəsində çalışır. 16.08.2019-cu il tarixdə, saat 16 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin PPXT-nin manqa komandiri, polis baş serjantı Şahid4la birlikdə Gəncə şəhəri, Vaqif küçəsində yerləşən “Keçəllər” adlanan ərazidə xidmət aparırmış. Həmin vaxt bazarın yaxınlığında insanların yolun qarşı tərəfinə doğru qaçışdığını gömüş və həmin şəxslərin arxasınca getməyə başlamışdır. Yolun qarşı tərəfinə keçdikdə orada bir nəfər uzun boylu, digər isə alçaq boylu şəxslərin ətrafına insanların toplaşdığını, həmin şəxslərin isə qaçmağa çalışdıqlarını müşahidə etmişdir. Həmin vaxt sonradan adını bildikləri Elnurun arxa cibindən yanında olan tanışı nəyisə götürüb qaçmağa başlamışdır. Həmin şəxslərin biri 5 nömrəli məktəbin arxa tərəfinə, digər isə “beş yol” adlanan yolayrıcı istiqamətinə qaçmış, həmin vaxt orada olan tanımadığı şəxslərdən biri “beş yol” istiqamətinə qaçan şəxsin arxasınca qaçıb həmin şəxsi saxlamış və onlara təhvil vermişdir. Bundan sonra onlara məlum olmuşdur ki, həmin şəxsin adı X4r və Elnur soyğunçuluq etmişdir. Onlar həmin şəxsi Gəncə şəhər Nizami rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verib raportla məruzə etmişlər. Eləcə də onlar Elnur Babazadəni saxladıqda Elnurun əlində, üzərində, eləcə də ciblərində pulqabı yox imiş. Belə ki, onlar Elnuru saxladıqda Elnurdan pulqabını tələb etmiş, Elnur isə ciblərini göstərib pulqabının olmadığını, tanışının pulqabını götürüb qaçdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Şahid2 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs1 təxminən 5-6 ildir ki, tanıyır, Rüstəmlə münasibətləri normaldır. Təqsirləndirilən şəxs1 ona kirayə ev tutub qalmaq istədiyini bildirmiş, təxminən 2018-ci ilin noyabr ayının 15-də isə ona zəng edərək artıq “X14”nın qarşısında kirayə ev tutmuşdur. Aradan təxminən 2-3 gün keçdikdən sonra o, ailə üzvləriylə dalaşdığı üçün Rüstəmə zəng vurub Rüstəmin kirayədə qaldığı evə gedib birlikdə yaşamağa başlamışdır. Belə ki, həmin ev həyət evi imiş və evin sahibəsi adını sonradan bildiyi Kəmalə adlı qadın imiş. Həmin ev 3 otaqdan ibarət olmaqla, Kəmalə Rüstəmə həmin evin qonaq otağını və yataq otağını kirayə vermiş, mətbəxin yanında olan kiçik otağa isə öz şəxsi əşyalarını yığıb otağın qapısını qıfılla bağlamışdır. O, həmin evdə təxminən 1 həftə qaldıqdan sonra yenidən öz yaşadığı evə qayıtmışdır. Dekabr ayının 15də Rüstəm ona zəng edib ondan xahiş edib ki, o, evin sahibi Kəmaləyə, Rüstəmin həmin evdən çıxdığını və kirayədə qalmayacağını bildirsin. O da təxminən dekabr ayının 17-də Kəmaləyə whatsapp vasitəsi ilə yazıb Rüstəmin evdən çıxmasını bildirmişdir. Kəmalə də ona evində qartal formasında olan suveniri tapa bilmədiyini bildirmiş və Rüstəmin alıb yerinə qoymasını tələb etmişdir. O da zəng edib Rüstəmə həmin suvenir barəsində soruşduqda Rüstəm həmin suvenirin qırıldığını bildirmişdir. O da bu barədə Kəmaləyə məlumat vermişdir. Bundan sonra o, daha Kəmalə ilə danışmamışdır. 21.02.2019-cu il tarixdə o, Gəncə şəhəri 27 nömrəli orta məktəbin yaxınlığında olan vaxt polis əməkdaşları gəlib onu Nizami rayon Polis İdarəsinə aparmışlar. Sonradan ona məlum olmuşdur ki, Rüstəm Kəmalənin evində kirayə qalan vaxt ərzində sonuncuya məxsus əşyaları gizli olaraq təkcə oğurlamış və satmışdır. O, Rüstəmin həmin evdən oğurluq etməsinin şahidi olmamış, Rüstəm ona bu barədə heç bir söz deməmiş və eləcə də o, həmin oğurluqda iştirak etməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 18 avqust 2019-cu il tarixli və 03 sentyabr 2019-cu il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və E.Babazadə görüntüdə olan şəxslərin arasından özlərini göstərməklə hadisə yerində olduqlarını, hadisə yerindən uzaqlaşmağa çalışdıqlarını etiraf etmişlər. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 18 avqust 2019-cu il tarixli şübhəli şəxs X2 ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, şübhəli şəxs qismində dindirilmiş X2 ifadəsinin düzgünlüyü müəyyən etmək və ifadəsində göstərdiyi xüsusatları dəqiqləşdirmək məqsədilə ifadəsi yerində yoxlanılmış və o, həmin istintaq hərəkətinin icrası zamanı ibtidai istintaqda verdiyi ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha əyani olaraq göstərməklə ifadəsini təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 03 sentyabr 2019-cu il tarixli şübhəli şəxs Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, şübhəli şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 da ifadəsinin düzgünlüyü müəyyən etmək və ifadəsində göstərdiyi xüsusatları dəqiqləşdirmək məqsədilə ifadəsi yerində yoxlanılmış və o, həmin istintaq hərəkətinin icrası zamanı ibtidai istintaq zamanı ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha əyani olaraq göstərməklə ifadəsini təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 19 sentyabr 2019-cu il tarixli fotoşəkillərin tanınma üçün təqdim edilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 fotoşəkli iş üzrə cinayət prosesinin iştirakçıları ilə heç bir əlaqəsi olmayan 3 nəfər digər şəxsin fotoşəkilləri arasında Zərərçəkmiş şəxs1 təqdim edilmiş və Zərərçəkmiş şəxs1 ona təqdim edilmiş 4 ədəd fotoşəkil arasında Təqsirləndirilən şəxs1 məxsus fotoşəkli tanıyaraq bildirmişdir ki, həmin fotoşəkildə olan şəxs 16.08.2019-cu il tarixdə, saat 16 radələrində Gəncə şəhəri, Vaqif küçəsində Elnur adlı şəxsin şalvarının arxa sol cibindən pulqabını götürüb hadisə yerindən qaçan şəxsdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 06 fevral 2019-cu il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, hadisə Zərərçəkmiş şəxs2 məxsus ünvan 2-də baş vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan qəbzdən görünür ki, iş üzrə təqsirləndirilən şəxs X7 tərəfindən Zərərçəkmiş şəxs1 vurulmuş zərər ödənilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan ərizədən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs2 vurulmuş maddi zərər tamamilə ödənilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 07 oktyabr 2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 hadisə vaxtı ona məxsus pulqabını Elnur Babazadənin tapşırığı ilə sonuncunun şalvarının cibindən götürüb qaçmasını Təqsirləndirilən şəxs1 üzünə qarşı deyərək ifadəsini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəməəmtəəşünaslıq ekspertizasının 23.09.2019-cu il tarixli, 23822 saylı rəyindən görünür ki, “Panasonic” markalı, MK-MG 1501 modelli ətçəkən maşının 2018-ci ilin dekabr ayına orta bazar qiyməti təxminən 150 manat, “Braun” markalı, J 700 modelli şirəçəkən aparatın qiyməti təxminən 220 manat, 3 kilqoram çəkidə, mis materialdan olan məcməyinin qiyməti isə təxminən 100 manat olaraq müəyyən edilir. Bundan başqa, həmin rəyə əsasən, büllur qəndqabıların, Çexiya istehsalı olan 12 hissədən ibarət boşqab dəstinin, Çexiya istehsalı olan tünd mavi rəngli bir ədəd bogemanın qiymətlərini isə həmin mallar haqqında kifayət qədər məlumat olmadığı üçün müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X7 tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Rayonlarası Ruhi Əsəb dispanseri tərəfindən verilmiş 27.08.2019-cu il tarixli arayışdan görünür ki, X7 dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Rayonlarası Narkoloji dispanseri tərəfindən verilmiş 28.09.2019-cu il tarixli arayışdan görünür ki, X7 dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Rayonlarası Ruhi Əsəb dispanseri tərəfindən verilmiş 18.09.2019-cu il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Rayonlarası Narkoloji dispanseri tərəfindən verilmiş 18.09.2019-cu il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər İcra Hakimiyyəti 6 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, X7 yaşayış yeri üzrə müsbət xarakteriza olunur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 himayəsində 06.08.2017-ci il təvəllüdlü bir az yaşlı uşağı var. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 atası X8 31.03.2021-ci il tarixdə ölmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 07 oktyabr 2019-cu il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, içərisində iş üzrə istintaq hərəkətinin və hadisənin videogörüntüləri olan DVD disklər sübut növü kimi qəbul edilmişdir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, X7 16.08.2019-cu il tarixdə, saat 16 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Gəncə şəhəri, V.Xuluflu küçəsində yerləşən “Stilmen” adlanan kişi geyimləri mağazasına müştəri qismində daxil olub mağazanın ayaqqabı bölməsindəki ayaqqabı rəfinin üzərindən Zərərçəkmiş şəxs1 məxsus içərisində 180 manat nağd pul olan 5 manat dəyərində “Gucci” markalı pulqabını, ümumilikdə isə 185 manat məbləğində əmlakı gizli olaraq talamaqla ələ keçirib əynində olan şalvarın arxa sol cibinə qoyaraq mağazadan çıxdıqdan sonra özgənin əmlakını qanunsuz olaraq gizli yolla ələ keçirdiyini Təqsirləndirilən şəxs1 bildirərək sonuncu ilə birlikdə iti addımlarla hadisə yerindən uzaqlaşmağa çalışan zaman əmlakın sahibi Zərərçəkmiş şəxs1 tərəfindən aşkar olunduqlarını dərk edərək pulun geri qaytarılmaması üçün Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş və onun tapşırığı əsasında Təqsirləndirilən şəxs1 həmin pulqabını əynindəki şalvarın arxa sol cibindən götürüb hadisə yerindən qaçıb getməsi ilə yaranmış boşluqdan istifadə edərək onu tutub saxlayan əmlakın sahibi Zərərçəkmiş şəxs1 əlindən çıxıb qaçmaqla hadisə yerindən uzaqlaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 əmlakını açıq talayıb soyğunçuluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 2018-ci ilin dekabr ayında, istintaqa dəqiq məlum olmayan tarixdə həmin vaxt kirayəçi qismində yaşadığı Zərərçəkmiş şəxs2 məxsus Gəncə şəhəri, Eminbəyli küçəsi, 12-ci dalanda yerləşən 2 saylı evin ona etibar edilməmiş yardımçı otağının hadisə vaxtı bağlı vəziyyətdə olmuş pəncərəsinin cəftəsini açıb həmin pəncərədən qanunsuz olaraq içəri daxil olmuş və oradan 2 ədəd, ümumi dəyəri 300 manat olan büllur qəndqabıları, 300 manat dəyərində 1 ədəd “Panasonic” markalı, “MK- MG 1501” modelli ətçəkən avadanlığı, Çexiya istehsalı olan 12 hissədən ibarət, ümumi dəyəri 400 manat olan boşqab dəstini, 300 manat dəyərində 1 ədəd “Braun” markalı, “J700” modelli şirəçəkən avadanlığı, Çexiya istehsalı olan, tünd mavi rəngli, 500 manat dəyərində 1 ədəd bogemanı və 3 kiloqram çəkidə, mis materialdan olan 500 manat dəyərində 1 ədəd məcməyini, ümumilikdə isə zərərçəkmiş şəxsin 2300 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrar 16.08.2019-cu il tarixdə saat 16 radələrində X7 ilə birlikdə Gəncə şəhəri, V.Xuluflu küçəsində yerləşən “Stilmen” adlanan kişi geyimləri mağazasına müştəri qismində daxil olduqdan sonra Elnur Babazadə mağazanın ayaqqabı bölməsindəki ayaqqabı rəfinin üzərindən Zərərçəkmiş şəxs1 məxsus içərisində 180 manat nağd pul olan 5 manat dəyərində “Gucci” markalı pulqabını, ümumilikdə 185 manat məbləğində əmlakı gizli olaraq talamaqla əynində olan şalvarın arxa sol cibinə qoyaraq birlikdə iti addımlarla hadisə yerindən uzaqlaşmağa çalışan zaman əmlakın sahibi Zərərçəkmiş şəxs1 pulqabının geri qaytarılmasını tələb edərkən qabaqcadan əlbir olan bir qrup şəxs şəxs halında, yəni Elnur Babazadənin tapşırığı əsasında həmin pulqabını sonuncunun əynindəki şalvarın arxa sol cibindən götürüb hadisə yerindən qaçıb getməklə Zərərçəkmiş şəxs1 185 manat məbləğində əmlakını açıq talayıb soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs X2 əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə, eləcə də Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3, 180.2.1 və 180.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də təqsirləndirilən şəxslər X7 və Təqsirləndirilən şəxs1 həmin maddələrlə təqsirli bilinərək onlara azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilməsini, yəni Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmədiyi ilə bağlı ifadəsində göstərdiklərini onun həmin cinayət əməlinə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, onun özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinin məhkəmə araşdırması zamanı tədqiq edilmiş digər mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxs X2 məhkəmə iclasında verdiyi ifadəsində onun soyğunçuluq deyil, oğurluq cinayət əməlini törətməsi ilə əlaqədar da qeyd edir ki, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.03.2005-ci il tarixli, 1 nömrəli Qərarının 5-ci bəndində göstərilmişdir ki, “Oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq kimi tövsif edilməlidir. X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə müəyyən dilmiş cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinin məhkəmə araşdırması zamanı tədqiq edilmiş digər mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddələrinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 177.2.3, 180.2.1 və 180.2.2-ci maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş 27.08.2019-cu il tarixli tələbnamədən görünür ki, X2 məhkumluğu yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş 12.09.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 04.05.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 600 manat cərimə cəzasına, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25.01.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 221.2, 66.3, 66.5-ci maddələri ilə təqsirli bilinərək 01 il islah işləri cəzasına və 600 manat cərimə cəzasına, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 12.05.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4, 66.5, 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 24 gün islah işləri cəzasına və 600 manat cərimə cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Probasiya Şöbəsindən alınmış 03.09.2020-ci il tarixli, 238640/17 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 600 manat cərimə cəzasını 30.03.2016-cı il tarixdə ödəmiş, 01 il 11 ay 24 gün müddətinə islah işləri cəzasının 01 il 03 hissəsini çəkmiş, çəkilməmiş 08 ay 24 gün müddət qalmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.2 və 18.4.4-cü maddələrinə əsasən resedivin müəyyən edilməsi zamanı yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilmiş cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, eyni zamanda təqsirləndirilən şəxs X2 himayəsində bir azyaşlı uşağının olmasını onların cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxslər X2 və Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və onların cəzasını yüngülləşdirən hallar Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq X7 və Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxs X5 və Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onların cəzasını yüngülləşdirən hallarla yanaşı, Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarların şəxsiyyətini, təyin olunan cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Şübhəli şəxsin tutulması” haqqında 21 fevral 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 21 fevral 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 23 fevral 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı X6 azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 14 mart 2019-cu il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 03.09.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saxlanılaraq Gəncə şəhər Baş Polis İdarəsinin X10 təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 04.09.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli 03.09.2019-cu il tarixdən hesablanmaqla 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bundan başqa, məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Şübhəli şəxsin tutulması” haqqında 17 avqust 2019-cu il tarixli protokoldan görünür ki, X7 17 avqust 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 19 avqust 2019-cu il tarixli qərardan görünür ki, X2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı X6 azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 11.06.2020-ci il tarixli Gəncə şəhər Nizami Rayon Məhkəməsinin qərarından görünür ki, X7 məhkəmə istintaqından yayındığı üçün barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 22.07.2020-ci il tarixli qərardan görünür ki, X7 həmin tarixdə saxlanılaraq Gəncə şəhər Baş Polis İdarəsinin X10 təhvil verilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs X7 17 avqust 2019-cu il tarixdən 19 avqust 2019-cu il tarixədək şübhəli şəxs qismində 03 gün saxlanılmışdır, bundan başqa o, 22 iyul 2020-ci il tarixdən hal-hazırki tarixədək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.http://www.e-qanun.gov.az/alpidata/code/data/0/c_c_11.htm Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-cı maddəsinin tələblərinə görə həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X7 Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi onun cəzasını yüngülləşdirən hal olduğundan ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzası onun təqsirləndirildiyi Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmənin son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməsini, onun himayəsində bir azyaşlı uşağının olmasını, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən sınaq müddəti təyin edilməklə ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Odur ki, məhkəmə təqsirləndirilən şəxs X2 cəza çəkmədən islah olunmasını mümkün sayır, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərara gəlir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə müvafiq olaraq, təqsirləndirilən şəxs X2 barəsində şərti məhkum etmə təyin edərkən, onun şəxsiyyətini (yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, himayəsində bir azyaşlı uşağının olmasını), həmçinin əməlindən peşman olmasını, cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə dəymiş zərəri könüllü şəkildə tamamilə ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, habelə onun cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə təyin ediləcək cəzanın təqsirləndirilən şəxs X2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb, ona törətdiyi cinayətə görə ittiham olunduğuı maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərək barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Cinayət Məcəlləsinin 70.5 maddəsinə əsasən təqsirləndirilən şəxsin üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Hökmün icrası təqsirləndirilən şəxs X2 yaşayış yeri üzrə Probasiya şöbəsinə tapşırılmalıdır. X1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunmalı və təqsirləndirilən şəxs X2 barəsində hökm qanuni qüvvəsini alanadək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3, 180.2.1 və 180.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 12.05.2017-ci il tarixli, 1(043)-51/2017 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 01 il 11 ay 24 gün müddətinə islah işləri cəzasının çəkilməmiş 08 ay 24 gün hissəsi Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin 04 günü bərabər tutulmaqla 02 ay 06 gün hazırki hökm ilə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs1 barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən törədilən cinayətlərin az ağır cinayətlər kateqoriyasına aid olmasını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli 03.09.2019-cu il tarixdən hesablanmalıdır. Bundan başqa Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən iş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İçərisində iş üzrə istintaq hərəkətinin və hadisənin videogörüntüləri olan DVD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxslər X7 və Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadıqları üçün onlar dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs X5 hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 40 iş saatı məsrəf olunmuşdur. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən 40 iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla təqsirləndirilən şəxs X5 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 240 manat, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi3 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 240 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X2 şübhəli şəxs qismində tutulduğu 03 (üç) gün, eləcə də həbsdə olduğu 09 (doqquz) ay 04 (dörd) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. X2 üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. X2 davranışı üzərində nəzarət onun qeydiyyatda olduğu və yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. X2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. X2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası təqsirləndirilən şəxs X2 yaşayış yeri üzrə Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3, 180.2.1 və 180.2.2-ci maddələrində nəzərədə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddələri ilə 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanılmaqla ona 03 (üç) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 12.05.2017-ci il tarixli, 1(043)-51/2017 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş islah işləri cəzasının çəkilməmiş qalan 08 ay 24 gün müddəti Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin 04 günü bərabər tutulmaqla 02 ay 06 gün hazırki hökm ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs1 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 03 gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 03.09.2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İçərisində iş üzrə istintaq hərəkətinin və hadisənin videogörüntüləri olan DVD disklər cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 240 manat, Müdafiəçi3 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 240 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar