Məhkəmə qərarları › İş №1(044)-9/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-9/2022

10.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-9/2022 10.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun DİMÜİ-nin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1984-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli,evli, məhkum olunmamış, “X3 Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinin Gəncə filialının rəhbəri vəzifəsində işləmiş, hazırda “Lombardcini” Lombard Kredit Təşkilatının Gəncə filialının müdiri vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə, xx.xx.1989-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, məhkum olunmamış, X3 Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinin Gəncə filialının qrup rəhbəri vəzifəsində işləmiş, hazırda "xxxx" MMC çörək zavodunda iqtisadçı işləyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3 ünvanında faktiki yaşayan, yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İstintaq orqanının mövqeyinə görə, Təqsirləndirilən şəxs1 vəzifəli şəxs kimi digər vəzifəli şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, 14 mart 2018-ci il tarixli əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilə əsasında “X3 Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinin Gəncə filialının müdiri vəzifəsinə işə qəbul edilməklə həmin vəzifədə işləyərkən Cəmiyyətin Müşahidə şurasının 6 yanvar 2016-cı il tarixli və 1 fevral 2017-ci il tarixli qərarları ilə təsdiq edilmiş vəzifə təlimatlarına əsasən, kreditlərin verilməsi məqsədilə kredit mütəxəssislərinin müştərilər barəsində tərtib etdiyi məlumatların düzgünlüyünü, girov və ya ipoteka predmetinin veriləcək borca tənasüblüyünü və yetərliliyini, müştərinin aylıq ödəniş qabiliyyətinin vəziyyətini və reallığını yoxlayaraq onun alacağı krediti ödəmək qabiliyyətinin olmasını yoxlamalı, lazım gələrsə, müvafiq sənədləri tələb edib biznes fəaliyyətinin reallığını və digər gəlirlərin mənbəyini yerində araşdırmalı, kredit mütəxəssisinin verdiyi məlumatların düzgünlüyünə əmin olduqdan sonra kreditin verilməsi haqqında təklifin Kredit Komitəsinə çıxarılmasını təmin etməli, verilmiş kreditlərin borclu tərəfindən gələcəkdə vaxtında və tam ödənilməsini təmin etməli, risklərdən çəkindirmək üçün eyni müştəriyə əvvəlki borcu ödəyib başa çatdırmadan təkrar kreditlərin verilməsinin qarşısını almalı, filialın kredit portfelində olan problemli kreditlərin həlli üçün əməli tədbirlər görməli olan və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi 13 fevral 2019-cu il tarixdən həmin QSC-nin Gəncə filialının qrup rəhbəri vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar özü, Təqsirləndirilən şəxs2 və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib özlərini tanışlarının yanında nüfuzlu vəzifəli şəxs kimi göstərmək və həmin şəxslər yanında saxta nüfuz qazanmaq, habelə Cəmiyyətin rəhbərliyi qarşısında filialın rentabelli fəaliyyət göstərməsi görüntüsü yaratmağa dair Təqsirləndirilən şəxs2la razılaşmalarına əsasən, 25 fevral 2019cu il tarixdən 2 oktyabr 2019-cu il tarixədək olan müddətdə həmin QSC-nin Gəncə filialının Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 150 ünvanında yerləşən ofisində götürüləcək kredit məbləğini ödəmə qabiliyyəti olmayan və ya ödəmə qabiliyyəti aşağı olan ayrı-ayrı tanışlarına onların aylıq ödəniş qabiliyyətinin vəziyyətini və mülkiyyətlərində müvafiq əmlakın olub-olmamasını yoxlamadan, habelə, bəzi tanışlarının mülkiyyətində əmlaklarının olmadığını bilməklə, eləcə də, eyni müştəriyə əvvəlki borcu ödəyib başa çatdırmadan təkrar kreditlərin verilməsinin qarşısını almadan onlara dair məlumatları düzgün olmayan və təhrif olunmuş formada, o cümlədən, həmin şəxslərin mülkiyyət və maliyyə vəziyyəti barədə bilə-bilə şişirdilmiş, eləcə də ödəmə qabiliyyətlərinin guya yüksək səviyyədə olması barədə təhrif olunmuş məlumatları qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 özünə təqdim etməsindən sonra həmin məlumatları daxili yazışmalar yolu ilə QSC-nin Kredit komissiyasına şəxsən göndərərək, həmin məlumatlar əsasında qeyd edilən komissiyanın cinayətdən xəbərsiz üzvləri tərəfindən kreditin verilməsi müsbət qiymətləndirilməklə, özlərinin ayrı-ayrı tanışlarına müxtəlif məbləğlərdə, o cümlədən, X6 oğluna 25.02.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 12 ay müddətinə illik 46 faiz olmaqla 2.000 manat, Şahid4 27.02.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 48 faiz olmaqla 5.200 manat, Şahid8 01.03.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 18 ay müddətinə illik 50 faizlə 9.000 manat, götürdüyü kredit məbləği tamamilə ödənilmədən yenidən 10.05.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 18 ay müddətinə illik 50 faizlə 8.500 manat, Cəfərov Vüsal Elşən oğluna 14.03.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 48 faizlə 2.300 manat, götürdüyü kredit məbləği tamamilə ödənilmədən yenidən 01.05.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 50 faizlə 3.500 manat və 18.07.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə 54 faizlə 4.200 manat, Abbasov Seymur Dəmir oğluna 27.03.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 46 faiz olmaqla 4.100 manat, Şahid9 29.03.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 9 ay müddətinə illik 48 faiz olmaqla 530 manat, Abbasov Qədir Qəzənfər oğluna 02.04.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 46 faiz olmaqla 2.600 manat, Haxverdiyev Şükür Sabir oğluna 05.04.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 46 faiz olmaqla 3.600 manat, Şahid16 08.04.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 18 ay müddətinə illik 48 faiz olmaqla 1.730 manat, Şahid7 10.04.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 48 faiz olmaqla 8.100 manat, Şahid5 15.04.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 15 ay müddətinə illik 46 faiz olmaqla 2.245 manat, Şahid3 29.04.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 50 faizlə 10.000 manat, Şahid17 01.05.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 12 ay müddətinə illik 50 faiz olmaqla 1.500 manat, Rəfiyev Elnur Eldar oğluna 14.05.2019-cu il tarixli kredit və girov müqaviləsinə əsasən 15 ay müddətinə illik 50 faizlə 11.000 manat, Şahid13 23.05.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 50 faiz olmaqla 5.700 manat, Şahid12 04.07.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 18 ay müddətinə illik 48 faiz olmaqla 1.400 manat, Şahid18 09.07.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 9 ay müddətinə illik 50 faiz olmaqla 1.500 manat, Şahid11 18.07.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 54 faiz olmaqla 5.000 manat, Şahid6 22.07.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 12 ay müddətinə illik 52 faiz olmaqla 550 manat, Şahid14 29.07.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 18 ay müddətinə illik 52 faiz olmaqla 2.600 manat və Şahid10 02.10.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 7 ay müddətinə illik 30 faiz olmaqla 1.300 manat məbləğində, ümumilikdə 21 nəfər şəxsə cəmi 98.155 manat məbləğində pul vəsaitinin kredit qismində verilməsinə nail olub, həmin kredit pul vəsaitindən 27 oktyabr 2020-ci il tarixədək qeyd edilən şəxslər tərəfindən əsas və faiz borcu ödənişi qismində ümumilikdə 47.153,15 manatın Cəmiyyətə ödənilib, əsas borc qismində 72.821,9 manat, faiz borcu qismində isə 38.396,22 manat olmaqla, ümumilikdə 111.218,12 manat pul vəsaitinin müqavilələr üzrə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq ödənilməməsi ilə hüquqi şəxs olan “X3 Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinin kredit siyasətinin stabilliyinə mənfi təsir göstərib normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs2 isə vəzifəli şəxs kimi digər vəzifəli şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. Belə ki, o, 13 fevral 2019-cu il tarixli əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilə əsasında “X3 Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinin Gəncə filialının qrup rəhbəri vəzifəsinə işə qəbul edilməklə həmin vəzifədə işləyərkən Cəmiyyətin Müşahidə şurasının 1 fevral 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş vəzifə təlimatına əsasən, kreditlərin verilməsi məqsədilə kredit mütəxəssislərinin müştərilər barəsində tərtib etdiyi məlumatların düzgünlüyünü, girov və ya ipoteka predmetinin veriləcək borca tənasüblüyünü və yetərliliyini, müştərinin aylıq ödəniş qabiliyyətinin vəziyyətini və reallığını yoxlayaraq onun alacağı krediti ödəmək qabiliyyətinin olmasını yoxlamalı, lazım gələrsə, müvafiq sənədləri tələb edib biznes fəaliyyətinin reallığını və digər gəlirlərin mənbəyini yerində araşdırmalı, kredit mütəxəssisinin verdiyi məlumatların düzgünlüyünə əmin olduqdan sonra kreditin verilməsi haqqında təklifin Kredit Komitəsinə çıxarılmasını təmin etməli, verilmiş kreditlərin borclu tərəfindən gələcəkdə vaxtında və tam ödənilməsini təmin etməli, risklərdən çəkindirmək üçün eyni müştəriyə əvvəlki borcu ödəyib başa çatdırmadan təkrar kreditlərin verilməsinin qarşısını almalı, filialın kredit portfelində olan problemli kreditlərin həlli üçün əməli tədbirlər görməli olan və digər səlahiyyətlərə malik təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi 14 mart 2018-ci il tarixdən həmin QSC-nin Gəncə filialının müdiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar özü, Təqsirləndirilən şəxs1 və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib özlərini tanışlarının yanında nüfuzlu vəzifəli şəxs kimi göstərmək və həmin şəxslər yanında saxta nüfuz qazanmaq, habelə Cəmiyyətin rəhbərliyi qarşısında filialın rentabelli fəaliyyət göstərməsi görüntüsü yaratmağa dair Təqsirləndirilən şəxs1la razılaşmalarına əsasən, 25 fevral 2019-cu il tarixdən 2 oktyabr 2019-cu il tarixədək olan müddətdə həmin QSC-nin Gəncə filialının Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 150 ünvanında yerləşən ofisində götürüləcək kredit məbləğini ödəmə qabiliyyəti olmayan və ya ödəmə qaibiliyyəti aşağı olan ayrı-ayrı tanışlarına onların aylıq ödəniş qabiliyyətinin vəziyyətini və mülkiyyətlərində müvafiq əmlakın olub-olmamasını yoxlamadan, habelə, bəzi tanışlarının mülkiyyətində əmlaklarının olmadığını bilməklə, eləcə də, eyni müştəriyə əvvəlki borcu ödəyib başa çatdırmadan təkrar kreditlərin verilməsinin qarşısını almadan onlara dair məlumatları düzgün olmayan və təhrif olunmuş formada, o cümlədən, həmin şəxslərin mülkiyyət və maliyyə vəziyyəti barədə bilə-bilə şişirdilmiş, eləcə də ödəmə qabiliyyətlərinin guya yüksək səviyyədə olması barədə təhrif olunmuş məlumatları həmin QSC-nin Kredit komissiyasına qabaqcadan əlbir Təqsirləndirilən şəxs1 daxili yazışmalar vasitəsilə göndərərək, həmin məlumatlar əsasında qeyd edilən komissiyanın cinayətdən xəbərsiz üzvləri tərəfindən kreditin verilməsi müsbət qiymətləndirilməklə, özlərinin ayrı-ayrı tanışlarına müxtəlif məbləğlərdə, o cümlədən, X6 oğluna 25.02.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 12 ay müddətinə illik 46 faiz olmaqla 2.000 manat, Şahid4 27.02.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 48 faiz olmaqla 5.200 manat, Şahid8 01.03.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 18 ay müddətinə illik 50 faizlə 9.000 manat, götürdüyü kredit məbləği tamamilə ödənilmədən yenidən 10.05.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 18 ay müddətinə illik 50 faizlə 8.500 manat, Cəfərov Vüsal Elşən oğluna 14.03.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 48 faizlə 2.300 manat, götürdüyü kredit məbləği tamamilə ödənilmədən yenidən 01.05.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 50 faizlə 3.500 manat və 18.07.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə 54 faizlə 4.200 manat, Abbasov Seymur Dəmir oğluna 27.03.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 46 faiz olmaqla 4.100 manat, Şahid9 29.03.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 9 ay müddətinə illik 48 faiz olmaqla 530 manat, Abbasov Qədir Qəzənfər oğluna 02.04.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 46 faiz olmaqla 2.600 manat, Haxverdiyev Şükür Sabir oğluna 05.04.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 46 faiz olmaqla 3.600 manat, Şahid16 08.04.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 18 ay müddətinə illik 48 faiz olmaqla 1.730 manat, Şahid7 10.04.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 48 faiz olmaqla 8.100 manat, Şahid5 15.04.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 15 ay müddətinə illik 46 faiz olmaqla 2.245 manat, Şahid3 29.04.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 50 faizlə 10.000 manat, Şahid17 01.05.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 12 ay müddətinə illik 50 faiz olmaqla 1.500 manat, Rəfiyev Elnur Eldar oğluna 14.05.2019-cu il tarixli kredit və girov müqaviləsinə əsasən 15 ay müddətinə illik 50 faizlə 11.000 manat, Şahid13 23.05.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 50 faiz olmaqla 5.700 manat, Şahid12 04.07.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 18 ay müddətinə illik 48 faiz olmaqla 1.400 manat, Şahid18 09.07.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 9 ay müddətinə illik 50 faiz olmaqla 1.500 manat, Şahid11 18.07.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 54 faiz olmaqla 5.000 manat, Şahid6 22.07.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 12 ay müddətinə illik 52 faiz olmaqla 550 manat, Şahid14 29.07.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 18 ay müddətinə illik 52 faiz olmaqla 2.600 manat və Şahid10 02.10.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 7 ay müddətinə illik 30 faiz olmaqla 1.300 manat məbləğində, ümumilikdə 21 nəfər şəxsə cəmi 98.155 manat məbləğində pul vəsaitinin kredit qismində verilməsinə nail olub, həmin kredit pul vəsaitindən 27.10.2020-ci il tarixədək qeyd edilən şəxslər tərəfindən əsas və faiz borcu ödənişi qismində ümumilikdə 47.153,15 manatın Cəmiyyətə ödənilib, əsas borc qismində 72.821,9 manat, faiz borcu qismində isə 38.396,22 manat olmaqla, ümumilikdə 111.218,12 manat pul vəsaitinin müqavilələr üzrə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq ödənilməməsi ilə hüquqi şəxs olan “X3 Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinin kredit siyasətinin stabilliyinə mənfi təsir göstərib normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 14 mart 2018-ci il tarixdə "xxxx" Bank Olmayan Kredit Təşkilatının “Gəncə” filialına müdir vəzifəsinə təyin olunaraq orada bir müddət işlədikdən sonra 11 dekabr 2019-cu il tarixdə işdən azad edilmişdir. İşdən çıxarılma əmri isə 03.02.2020-ci il tarixdə verilmişdir. İşlədiyi dövrdə filial müdiri kimi onun işi kreditlərin verilməsinə nəzarət, filialın kassasına nəzarət, kassa kitabının imzalanması, işçilərə müəyyən dövrdən bir satışın artırılması barədə tapşırıqların verilməsi, marketinqlərin keçirilməsini təşkil etmək, kreditlə bağlı sənədləşmələri yekunda təsdiq etmək və bu kimi işlərdən ibarət olmuşdur. Müştərilər Təqsirləndirilən şəxs2 dostu ola bilərmiş, lakin inanmırmış ki, Vasif ödəmə qabiliyyəti olmayan və qaytarılmayacağını qabaqcadan bildiyi halda kredit verilməsini təşkil etsin. Həmçinin kreditləşmə tərəflərindən təşkil edilsə də, razılıq Baş ofis tərəfindən verilərək həmin kredit məbləği müştərinin adına olan hesab kartına köçürülmüşdür. Lakin bununla yanaşı bəzi müştərilər olmuşdur ki, götürdükləri kredit ödənişini dayandırıb, bəziləri isə yubatmışlar və bu səbəbdən rəhbərlik onların bu hərəkətinin səbəbkarı kimi onları təqsirli hesab etmiş və onlardan həmin kreditlərin geri qaytarılmasını tələb etmişlər. Eləcə də götürülən kreditlər yubandığı üçün bu barədə deyə bilərmiş ki, təşkilata ziyan dəyməmişdir. Lombard kreditlərində biznes plan olmadığı üçün onlar həmin kreditlərə dair biznes plan hazırlamamışlar. Onlar bunu yalnız rəhbərliyin şifahi göstərişinə əsasən bunları əlavə məlumat kimi bildirmişlər və həmin məlumatlarda da heç bir yalan olmamışdır. Bunun əsasında Baş ofis həmin kreditlərin razılığını vermiş və biznes planına ehtiyac olmadığı üçün onlardan tələb edilməmişdir. Həmçinin veriləcək kreditin təminatı, onun həcmindən artıq və ya ən azı ona mütənasib qiymətdə verilməməsi Baş ofisin səlahiyyətində olaraq onların razılığı əsasında verilmişdir. Eləcə də yazışmalarda müştərilər barədə olan məlumatlara rəhbərlik tərəfindən istinad edilməmişdir. Bütün kreditlər Baş ofisin razılıq məktubu əsasında verilmişdir. Əgər həmin zaminlik müqavilələri formal xarakter daşısa idi o zaman həmin kreditləşmə dayandırılmalıymış. Kredit verilərkən həmin kreditləri alan şəxslər ona hər hansı pul və bu kimi maddi nemətlər verməmişlər. Vəzifə təlimatı və orada göstərilən öhdəlikləri ilə o, 11.12.2019-cu il tarixdə filialı tam təhvil-təslim etdikdən sonra 07.01.2020-ci il tarixdə ona təqdim olunan vəzifə təlimatı ilə tanış olaraq imza etmişdir. Baxmayaraq ki, o, vəzifə təlimatı ilə ilkin vaxtda tanış olmadan işlədiyi dövrə müştərilərin ödəməməsi ilə bağlı tərəflərindən Baş ofisin əməkdaşlarının iştirakı ilə təftiş və bu kimi yoxlamalar aparılmış, lakin daxili qaydalarda yoxlamanın rəsmiləşdirilməsi qaydası nəzərdə tutulmadığı üçün onlar bu barədə sənədləşmə aparmamışlar. Əlavə olaraq onu da bildirmişdir ki, təşkilatda lombard kreditləri verilərkən həmin vəzifə təlimatında qeyd olunan bəndlərin icrası onlardan tələb olunmamışdır. O ilk dəfə işə daxil olarkən vəzifə təlimatı ilə tanış olmuş və həmin vaxt vəzifə təlimatı iki səhifədən ibarət olmuş, lakin hazırkı təlimat 3 səhifədən ibarətdir. Çox güman ki, onlar həmin vəzifə təlimatını dəyişmişlər. Orada olan imza və yazılar ona məxsusdur. Bundan sonra isə onlar ona yenə 07.01.2020-ci il tarixdə vəzifə təlimatına imza etdirmişlər. O, Şahid3 ilk dəfə filiala müraciət edərkən görmüş, həmin vaxt Ramin Vasifin dostu Cəfərov Vüsal Elşən oğlu ilə birlikdə gəlmişdir. Həmin məlumatları ona Vasif bildirmişdir və o da Vasifin dediklərini yazıb baş ofisə göndərmişdir. Onların göndərdiyi təqdimatlarda yazılanlardan sənəd çatışmazlığı olduğu halda kreditlər baş ofisin nəzarət şöbəsindən və kreditin verilməsini təsdiq edən şəxs tərəfindən kredit təsdiqlənmirmiş. Həmçinin, Şahid3 məxsus mebel salonunda fotoşəkillər çəkilərək baş ofisə göndərilmişdir. O, Şahid5 ilk dəfə filiallarına müraciət edərkən görmüş, həmin vaxt Zaurun bütün məlumatları Vasif tərəfindən götürülmüş və ona təqdim edilmişdir. O da Vasifin dediklərini yazıb baş ofisə göndərmişdir. O, Şahid6 ilk dəfə filiallarına müraciət edərkən görmüş, həmin vaxt Elşənin bütün məlumatları Vasif tərəfindən götürülmüş və ona təqdim edilmişdir. O da Vasifin dediklərini yazıb baş ofisə göndərmişdir. O, Şahid8 ilk dəfə filiala müraciət edərkən görmüşdür. Həmin vaxt Elxanın bütün məlumatları Vasif tərəfindən götürülmüş və ona təqdim edilmişdir. O da Vasifin dediklərini yazıb baş ofisə göndərmişdir. Həmçinin, həmin mebel salonunun fotoşəkilləri çəkilmiş və baş ofisə göndərilmişdir. O, Şahid9 ilk dəfə filiala müraciət edərkən görmüşdür. Həmin vaxt İslamın bütün məlumatları Vasif tərəfindən götürülmüş və ona təqdim edilmişdir. O da Vasifin dediklərini yazıb baş ofisə göndərmişdir. Şahid10, Şahid12, Şahid17, Şahid15, Şahid16 və Şahid18 barəsində də yuxarıda qeyd edilənləri göstərmişdir. O, cinayət əməli törətmədiyinə və təqsiri olmadığına görə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 13 fevral 2019-cu il tarixdə "xxxx" Bank Olmayan Kredit Təşkilatının “Gəncə” filialına qrup rəhbəri vəzifəsinə təyin olunaraq orada bir müddət işlədikdən sonra 17 oktyabr 2019-cu il tarixdə işdən azad edilmiş, işlədiyi dövrdə qrup rəhbəri kimi işi müştəri cəlb edərək onlara kreditlərin verilməsini təşkil etmək və bu kimi işlərdən ibarət olmuşdur. Kreditləşmə tərəflərindən təşkil edilsə də, razılıq Baş ofis tərəfindən verilərək həmin kredit məbləği müştərinin adına olan hesab kartına köçürülür. Bu deyilənlərə əsasən o deyə bilərmiş ki, həmin kreditlər yalan və uydurma olmamış və münasib şəxslərə verilmişdir. Lakin bununla yanaşı bəzi müştərilər olmuşdur ki, götürdükləri kredit ödənişini yubatmışlar və bu səbəbdən rəhbərlik onların bu hərəkətinin səbəbkarı kimi onu və filial müdirini təqsirli hesab etmiş və onlardan həmin kreditlərin geri qaytarılmasını tələb etmişlər. Hətta işlədiyi dövrdə həmin problemlərə görə iki aylıq əmək haqqı kartı qeyd olunan problemli müştərilərin ödənişinə köçürülmüşdür. Lombard krediti üzrə müştəri cəlb edərək onlara kreditlərin verilməsini təşkil etmiş, lombard kreditlərində biznes plan olmadığı üçün o, həmin kreditlərə dair biznes plan hazırlamamışdır. O bunu yalnız rəhbərliyin şifahi göstərişinə əsasən əlavə məlumat kimi bildirmiş və həmin məlumatlarda da heç bir yalan olmamışdır. Bunun əsasında Baş İdarə həmin kreditlərin razılığını vermiş və biznes planına ehtiyac olmadığı üçün onlardan tələb edilməmişdir. Həmçinin, veriləcək kreditin təminatı, onun həcmindən artıq və ya ən azı ona mütənasib qiymətdə verilməməsi Baş İdarənin razılığı əsasında verilmişdir. Bir daha bildirmişdir ki, həmin məlumatlar yalnız kredit götürən şəxsin sözlərinə uyğun yazılmış, həmin məlumatların yoxlanılması, dəqiqliyinin müəyyən edilməsi, onun əmək funksiyasına aid olmamış, həmin məlumatların yoxlanılması kredit təşkilatının monitorinq qurumu tərəfindən həyata keçirilməli imiş. O, ilkin olaraq müştərinin verdiyi məlumatları ora qeyd etmişdir. Həmin kreditlər rəhbərliyin razılığı əsasında verilmişdir. Bu səbəbdən o, həmin kreditlərdə heç bir problem görmürmüş. Həmin kredit ödəməli şəxslərin ödəmə qabiliyyətinin olub-olmaması ona əvvəlcədən məlum olmamış, orada olan zaminlik müqavilələri filial tərəfindən həyata keçirilmişdir və həmin müqavilələrin ona aidiyyatı olmamışdır. Kredit verilərkən həmin kreditləri alan şəxslər ona hər hansı pul və bu kimi maddi nemətlər verməmişlər. O, "xxxx" BOKT-un vəzifə təlimatını tanımırmış və işini də Mərkəzi Bankın qoyduğu təlimatlar üzrə icra etmişdir. Bundan əlavə işçilərin vəzifə təlimatlarının həyata keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qəbul edilmiş 1998-ci il tarixli təlimata uyğun həyata keçirilir və həmin təlimatın tələbinə uyğun hər hansı bir formada vəzifə təlimatı almamışdır, eləcə də həmin işini əmək funksiyasına uyğun icra etmişdir. Həmin vəzifə təlimatı ona təqdim edilmədiyi üçün tanış olmadığı səbəbindən orada göstərilənləri də icra etməməyə görə özünü məsuliyyətli hesab etmirmiş. O, bundan əlavə işini işçilərin vəzifə təlimatlarının həyata keçirilməsi haqqında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qəbul edilmiş 1998-ci il tarixli təlimata uyğun təlimatlandırılmamış və əmək funksiyasını əmək müqaviləsinə nəzərdə tutulan qaydada həyata keçirmişdir. O, Şahid3 dostu Cəfərov Vüsal vasitəsilə tanımış, həmin məlumatları ona Raminin özü demiş və o, Raminin dedikləri kimi qeyd etmişdir. Əvvəlki vaxta Vüsal Cəfərovun gecikməsi olmaması səbəbindən sonuncu zamin kimi qeyd edilmiş və bundan sonra onun gecikmələri olmuşdur. Həmçinin götürdüyü 3 kreditin bir çox hissəsini bağlamış, bildiyi qədəri ilə 1 krediti qalmışdır. Həmin zaminlik müqaviləsinin bağlanmasından onun məlumatı olmamış, həmin müqavilə filial tərəfindən bağlanmışdır. Müqavilənin formal olub-olmaması ilə bağlı məlumatı olmamışdır. Şahid5 onunla dostluq münasibətində olmuş, onunla yaxın qohumu vasitəsilə tanış olmuşdur. Şahid6 onun dostu olmasa da onunla münasibəti olmuş, o, polis işlədiyinə görə həmin təqdimatda əməliyyatçı kimi qeyd etmişdir. Şahid8 özünü tanımış, tanışı olmuşdur və onun Goranboyda icarəyə götürdüyü mebel salonu olmuşdur. Hazırda da o, Gəncə şəhərində mebel salonuna sahiblik edirmiş. İslamla bir məktəbdə oxumuş və onunla münasibəti olmuşdur. İslamın fotoqraf kimi işləməsi barədə məlumatı olmuşdur. Şahid10 Gəncə şəhərində yaşadığı ünvandan təxminən 200 metr məsafədəki qonşuluqdakı binada yaşayırmış. Şahid12 barəsində yazdığını qismən təsdiq edir, belə ki, Malikin təkər təmiri sexinin olmasını bildirməmiş, çox güman ki, bankın özü həmin yazılarda dəyişiklik etmişdir. Şahid17 tanıyırmış, onunla Əli vasitəsilə tanış olmuş, dostluq münasibəti olmuşdur. Şükür onun Parabankda müştərisi olmuşdur. Səbuhinin atası ilə onun atası qohumdurlar. Ona görə də o, həmin məlumatları həmin məzmunda qeyd etmişdir. Onu digər lombard şirkətindən cəlb etmişdir. Şahid18 aid olan məlumatları ona dediyi kimi qeyd eləmiş, bu məlumatların kreditin verilməsində heç bir önəmi olmamışdır. Həmin məlumatlar Elzaminin sözlərinə əsasən yazılmışdır. Kredit borcunda da gecikməsi olmamışdır. Rəhbərlik onlardan kreditin verilməsi zamanı müştəri barəsində şifahi olaraq əlavə məlumatın yazılmasını tələb edirmiş. Lakin, kreditin verilməsində həmin yazışmaların hər hansı bir rolu olmamışdır. Çünki onlar krediti girov əsasında vermişlər. O, cinayət əməli törətmədiyinə və təqsiri olmadığına görə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, BOKT-un fəaliyyəti biznes fəaliyyəti ilə bağlı lombard, kənd təsərrüfatı, sahibkarlığa dəstək ilə bağlı və bu kimi kreditlərin təşkil edilərək verilməsindən ibarətdir. Həmçinin, Respublikanın bir neçə regionlarında filialları olmaqla fəaliyyətlərini davam etdirirlər. Həmin filiallardan biri də Gəncə şəhəri, Heydər Əliyev pr, 125 ünvanında yerləşən Gəncə filialı olmuşdur. Belə ki, həmin filialda kütləvi şəkildə müştərilərin uzun müddətli gecikmə kereditlərinin olmasını müşahidə edərək bu barədə təftiş aparmaqla 05 fevral 2020-ci il tarixdə bu barədə audit yoxlaması aparmışlar. Yoxlama zamanı orada bir sıra qanunsuzluqlar aşkar edilmişdir. Belə ki, həmin yoxlama zamanı aşkar edilmişdir ki, filialın qrup rəhbəri Təqsirləndirilən şəxs2 təxminən 22 nəfər müştəriyə Mərkəzi Bankın kreditləşməyə dair əsas rəhbərliyinin və özünün vəzifə təlimatının, habelə Mərkəzi bankın digər normativ aktlarının tələblərini pozmaqla, ödəmə qabiliyyəti olmayan və qaytarılmayacağını qabaqcadan bildiyi halda, Kredit Komitəsinə uydurma məlumatlar göndərilməklə özünün dost və tanışlarına kreditlərin verilməsini sənədləşdirərək ayrı-ayrı müqavilələr üzrə 22 nəfərə 86.650 manat kredit adı ilə pul vəsaitlərinin verilməsinə nail olmuşdur. Hal-hazırkı vaxta həmin şəxs kreditlərin faizləri ilə birlikdə kredit təşkilatına 96.571,68 manat ziyan vurmuşdur. Əlavə kimi qeyd etmişdir ki, həmin qanunsuz sənədləşmə işləri barədə Gəncə filialının müdiri olmuş Elnur adlı şəxs də məlumatlı olmuşdur. Çünki onlar həmin kreditlərin verilməsi zamanı sonuncudan məlumatların doğruluğu barədə maraqlansalar da, Elnur onları bu barədə əmin etmiş, lakin yoxlama zamanı bunun həqiqətə uyğun olmadığını aşkar etmişlər. Bildirmişdir ki, sədrlik etdiyi "xxxx" Bank Olmayan Kredit Təşkilatının yerlərdə olan filialları MMC-nin 2013-cü il tarixli qərarı ilə təsdiq edilən qiymətli metalların təminatı ilə (lombard) kreditin verilməsi qaydaları əsasında kreditləri vermişlər. Həmçinin, həmin qaydalara əlavə olaraq kreditin verilməsi zamanı təsdiq almaq üçün filial rəhbərləri ilə "xxxx" Bank Olmayan Kredit Təşkilatının idarə heyətinin komitə üzvlərindən, o cümlədən, ondan daxili “outlook” yazışması ilə razılıq alınmalı imiş. Onlar həmin yazışmalarda müştəri haqqında olan məlumatları onlara təqdim edirlər, onlar da onların yazdıqlarına əsasən həmin müştərilərə kreditlərin verilməsini razılıq verirlər. Onlar filial rəhbərlərinin hər biri ilə kredit verilməsi qaydalarını yuxarıda dediyi qaydada həyata keçirirlər. Lakin, təşkilatın Gəncə filialından onlara daxil olmuş yazışmalarda müştərilər barədə məlumatlar yalnış olmuş, bəziləri isə təhrif olunmuş formada onlara göndərilmişdir. Ümumiyyətlə, tərəflərindən razılığı verilmiş kreditlər həmin “outlook” yazışmalarında göstərilən məlumatlara və qoyulan girova görə verilmişdir. Təşkilatın filial rəhbərlərinin və qrup rəhbərlərinin vəzifə təlimatından da göründüyü kimi onlar kreditlərin verilməsi məqsədilə kredit mütəxəssislərinin müştərilər barəsində tərtib etdiyi məlumatların düzgünlüyünü, müştərinin aylıq ödəniş qabiliyyətinin vəziyyətini və reallığını yoxlayaraq onun alacağı krediti ödəmək qabiliyyətinin olmasını yoxlamalı, lazım gələrsə, müvafiq sənədləri tələb edib biznes fəaliyyətinin reallığını və digər gəlirlərin mənbəyini yerində araşdırmalı, kredit mütəxəssisinin verdiyi bu məlumatların düzgünlüyünə əmin olduqdan sonra kreditin verilməsi haqqında təklifini kredit komitəsinə çıxarılmasını təmin etməli, risklərdən çəkindirmək üçün eyni müştəriyə əvvəlki borc ödəyib başa çatdırmadan təkrar kreditlərin verilməsinin qarşısını almaq üçün əməli tədbirlər görməli və sair vəzifələrini yerinə yetirməlidilər. Odur ki, məhkəmədən təqsirləndirilən şəxslərin CM-nin 308.1-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmələrinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2013-cü il tarixdən hal-hazırkı vaxta kimi "xxxx" Bank Olmayan Kredit Təşkilatının idarə heyətinin sədri vəzifəsində çalışır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır və heç bir düşmənçiliyi və ədavəti yoxdur. BOKT-un fəaliyyəti barədə qeyd etmişdir ki, kənd təsərrüfatı, sahibkarlığa dəstək ilə bağlı və bu kimi kreditlərin təşkil edilərək verilməsindən ibarətdir. Həmçinin, Respublikanın müxtəlif yerlərində 30-a yaxın filialı fəaliyyət göstərir. Bunlardan biri də Gəncə şəhəri, Heydər Əliyev pr, 125 ünvanında yerləşən Gəncə filialı olmuşdur. Hər bir filialın müdiri vardır və onlar vəzifə təlimatlarına uyğun olaraq verdikləri hər bir kreditin altından imza atırlar və həmin kreditə görə məsuliyyət daşıyırlar. Bildirmişdir ki, sədrlik etdiyi "xxxx" Bank Olmayan Kredit Təşkilatının yerlərdə olan filialları kreditin verilməsi zamanı təsdiq almaq üçün filial rəhbərləri ilə "xxxx" Bank Olmayan Kredit Təşkilatının idarə heyətinin komitə üzvlərindən, o cümlədən, ondan daxili “outlook” yazışması ilə razılıq alınmalı imiş. Onlar həmin yazışmalarda müştəri haqqında olan məlumatları onlara təqdim edirlər, onlar da onların yazdıqlarına əsasən həmin müştərilərə kreditlərin verilməsini razılıq verirlər. Onlar filial rəhbərlərinin hər biri ilə kredit verilməsi qaydalarını yuxarıda dediyi qaydada həyata keçirirlər. Lakin, təşkilatın Gəncə filialından onlara daxil olmuş yazışmalarda müştərilər barədə məlumatlar yalnış olmuş, bəziləri isə təhrif olunmuş formada onlara göndərilmişdir. Ümumiyyətlə, tərəflərindən razılığı verilmiş kreditlər həmin "outlook” yazışmalarında göstərilən məlumatlara və qoyulan girova görə verilmişdir. Həmçinin Gəncə şəhərində aparılmış monitorinq zamanı problemli kreditlərin olduğu aşkarlanmışdır. Bununla bağlı Elnuru və Vasifi şəxsən özü baş ofisə dəvət edərək bu kimi halların aradan qaldırılmasını bildirmişdir. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs2 30-dan çox kredit vermişdir ki, bunlarından 22-si problemli kredit olmuşdur. Təşkilatın filialları içərisində yalnız Gəncə filialında problemli kredit mövcuddur. Bundan əlavə qeyd etmişdir ki, müştərilərə qızılın 200 faizi dəyərində kredit verilir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2018-ci il tarixdən hal-hazırkı vaxta kimi "xxxx" Bank Olmayan Kredit Təşkilatının müştəri xidmətləri departamentinin müdiri vəzifəsində çalışmışdır. Şirkətin Gəncə filialında kütləvi şəkildə müştərilərin uzun müddətli gecikmə kreditlərinin olmasını müşahidə edərək bu barədə təftiş aparmaqla 05 fevral 2020-ci il tarixdə audit yoxlaması aparmışlar. Yoxlama zamanı orada bir sıra qanunsuzluqlar aşkar edilmişdir. Belə ki, həmin yoxlama zamanı aşkar edilmişdir ki, filialın qrup rəhbəri Təqsirləndirilən şəxs2 təxminən 22 nəfər müştəriyə Mərkəzi Bankın kreditləşməyə dair əsas rəhbərliyinin və özünün vəzifə təlimatının, habelə Mərkəzi bankın digər normativ aktlarının tələblərini pozmaqla, ödəmə qabiliyyəti olmayan və qaytarılmayacağını qabaqcadan bildiyi halda, Kredit Komitəsinə uydurma məlumatlar göndərilməklə özünün dost və tanışlarına kreditlərin verilməsini sənədləşdirərək ayrı-ayrı müqavilələr üzrə 22 nəfərə 86.650 manat kredit adı ilə pul vəsaitlərinin verilməsinə nail olmuşdur. Hal-hazırkı vaxta qədər həmin şəxs kreditlərin faizləri ilə birlikdə kredit təşkilatına 96.571,68 manat ziyan vurmuşdur. "xxxx" Bank Olmayan Kredit Təşkilatının yerlərdə olan filialları MMC-nin 2013-cü il tarixli qərarı ilə təsdiq edilən qiymətli metalların təminatı ilə (lombard) kreditin verilməsi qaydaları əsasında kreditləri vermişlər. Həmçinin, həmin qaydalara əlavə olaraq kreditin verilməsi zamanı təsdiq almaq üçün filial rəhbərləri ilə "xxxx" Bank Olmayan Kredit Təşkilatının idarə heyətinin komitə üzvlərindən, o cümlədən, ondan daxili “outlook” yazışması ilə razılıq alınmalıymış. Filal müdiri və filialın qrup rəhbəri həmin yazışmalarda müştəri haqqında olan məlumatları onlara təqdim etmiş, onlar da filal müdiri və filialın qrup rəhbərinin yazdıqlarına əsasən həmin müştərilərə kreditlərin verilməsini razılıq verirmişlər. Onlar filial rəhbərlərinin hər biri ilə kredit verilməsi qaydalarını yuxarıda dediyi qaydada həyata keçirirlər. Lakin təşkilatın Gəncə filialından onlara daxil olmuş yazışmalarda müştərilər barədə məlumatlar yalnış olmuş, bəziləri isə təhrif olunmuş formada göndərilmişdir. Ümumiyyətlə, tərəflərindən razılığı verilmiş kreditlər həmin “outlook” yazışmalarında göstərilən məlumatlara və qoyulan girova görə verilmişdir. O və sədr Nicat müəllim Gəncə filialından gələn yazışmalarda müştəri barəsində, yəni işləməsi, gəliri və sair barədə məlumatları görməsəydilər kreditin verilməsinə razılıq verməzdilər. Filial müdiri və filialın qrup rəhbəri ona görə də həmin məlumatları yalnış və təhrif olunmuş formada kredit komitəsinə göndərmişlər. Kredit komitəsi də filial rəhbərinə və filialın qrup rəhbərinə işçiləri kimi inam göstərib bildirmiş olduğu məlumatlar əsasında kreditlərin verilməsini həyata keçirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 oğlu ifadəsində göstərmişdir ki, 10 aprel 2019-cu il tarixli kredit müqaviləsi ilə illik 48 faiz olmaqla 24 ay müddətində likvid dəyəri 3.915,1 manatlıq ( 2.303 USD) qızılını girov qoymaqla 8.100 manat məbləğində olan kreditləri "xxxx" Bank Olmayan Kredit Təşkilatının “Gəncə” filialından həmin yerin əməkdaşı olan Təqsirləndirilən şəxs2 tanışlığı və vasitəçiliyi ilə götürmüş, Təqsirləndirilən şəxs2la atası vasitəsi ilə tanış olmuş və onunla sonradan dostluq münasibəti yaranmışdır. Onun Vasifə vermiş olduğu qızıllarını həmin kredit təşkilatı satdıqdan sonra kredit borcu bağlanılmışdır. Geridə qalan məbləği isə yenidən onunla girovsuz kredit müqaviləsi bağlamışlar. Şahid7 həmçinin ifadəsində göstərmişdir ki, illik 48 faizlə lombard kreditini həmin təşkilatın girovun dəyərinin 200 faizi qiymətində kredit verməsinə görə götürmüşdür. O, həmin kredit təşkilatına 214 qram qızıl girov yüklü etmiş, əgər kreditini ödəyə bilməsəydi həmin girovunun satılmasını tələb edəcəkmiş. Hazırda da həmin qızıllar satılmış və onun kredit borcu ödənilmişdir. Krediti alarkən aldığı məbləğdən Təqsirləndirilən şəxs2 və eləcə də digər şəxslərə hər hansı məbləğdə pul ödəməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, 23 may 2019-cu il tarixli kredit müqaviləsi ilə illik 50 faiz olmaqla 24 ay müddətində 5.700 manat krediti "xxxx" Bank Olmayan Kredit Təşkilatının “Gəncə” filialından həmin yerin əməkdaşı olan Təqsirləndirilən şəxs2 tanışlığı və vasitəçiliyi ilə götürmüş, çünki Təqsirləndirilən şəxs2 onun yaxın dostu olmaqla həmin kreditin götürülməsində ona köməklik etmiş, eləcə də özü ona rəsmi şəkildə zamin olmuşdur. Qeyd etmişdir ki, o, həmin krediti təxminən 7 aya yaxın bir vaxta kimi aylıq 381 manat ödəsə də daha sonra anasının xəstəliyi və eləcə də özünün şəxsi ehtiyacları səbəbindən həmin krediti ödəmək imkanı olmamışdır. Həmin vaxtdan hal-hazırki vaxta kimi borc qalığı qalmaqdadır. Bundan əlavə onun daha 2.700 manat məbləğində krediti olsa da o, həmin kreditin bir hissəsini ödəyərək tam bağlaya bilməmişdir. Bu məqsədlə sonradan o, həmin krediti tam şəkildə ödəmək istədikdə kredit təşkilatından buna razılıq verilməyərək hər iki krediti eyni vaxtda bağlamağını tələb etsələr də onun buna imkanı olmamışdır. Şahid13 həmçinin ifadəsində göstərmişdir ki, tanışı və həmin kredit təşkilatının əməkdaşı olan Təqsirləndirilən şəxs2 müraciət edərək onun köməkliyi ilə qeyd olunan yüksək faizdə krediti götürmüşdür. Götürdüyü kreditin məbləği yüklü etdiyi əşyanın dəyərindən yüksək olmuş və həmin ərəfədə pula ehtiyacı olduğu üçün bu barədə Təqsirləndirilən şəxs2 müraciət etmişdir. Sonuncu da onun bu xahişini yerə salmayaraq bu formada ona kredit verilməsini təşkil etmiş, hətta ona zamin də olmuşdur. Əgər həmin krediti ödəyə bilməsəydi aldığı əmək haqqını həmin ödənişə yönəldəcəkmiş. O, krediti götürdükdən bir müddət sonra ödənişi icra edə bilməmiş və buna səbəb də anasının xəstəliyi və özünün şəxsi ehtiyacları ilə bağlı çətinliyi olmuşdur. Təqsirləndirilən şəxs2 onun yaxın dostu olmuş və bunun sayəsində o, həmin krediti götürmüşdür. Onun krediti qaytarmaq fikri olmuş, lakin çətinliyi olduğu üçün bunu icra edə bilməmişdir. Yəqinki Vasif ona inandığı üçün o formada qeyd etmişdir. Krediti alarkən aldığı məbləğdən Təqsirləndirilən şəxs2 və eləcə də digər şəxslərə hər hansı məbləğdə pul verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid18 ifadəsində göstərmişdir ki, 09 iyul 2019-cu il tarixli kredit müqaviləsi ilə illik 50 faiz olmaqla 9 ay müddətində 572,2 manat (336 dollar) məbləğində qızıl girov etməklə 1.500 manat məbləğində olan kreditləri "xxxx" Bank Olmayan Kredit Təşkilatının “Gəncə” filialından həmin yerin əməkdaşı olan Təqsirləndirilən şəxs2 tanışlığı və vasitəçiliyi ilə götürmüş, Təqsirləndirilən şəxs2 həmin bankdan kredit götürəndə tanımışdır. Qeyd etmişdir ki, kreditini bir müddət ödədikdən sonra karantin dövrünə düşdüyü üçün bir müddət gecikmələri olmuşdur. Şahid18 həmçinin ifadəsində göstərmişdir ki, bankdan iş yerindən arayış tələb olunduğuna görə, həmçinin əlində qızılı olduğuna görə illik 50 faizlə lombard krediti götürmüşdür. O, krediti götürdükdən bir müddət sonra ödənişi icra edə bilməmiş və buna səbəb də qeyd etdiyi kimi karantin dövründə imkanının zəif olması səbəb olmuşdur. Təqsirləndirilən şəxs2 əvvəldən tanımamış, Vasifi ilk dəfə kredit götürərkən tanımışdır. Şəxsi kamazı ilə yükdaşıma ilə məşğul olmuşdur. Həmçinin qeyd etmişdir ki, hal-hazırda kredit borcunu bağlamışdır və borcu yoxdur. Krediti alarkən aldığı məbləğdən Təqsirləndirilən şəxs2 və eləcə də digər şəxslərə hər hansı məbləğdə pul verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, 18 iyul 2019-cu il tarixli kredit müqaviləsi ilə illik 54 faiz olmaqla 24 ay müddətində likvid dəyəri 2.091 manatlıq ( 1.230 USD) qızılını girov qoymaqla 5.000 manat məbləğində olan kreditləri "xxxx" Bank Olmayan Kredit Təşkilatının “Gəncə” filialından həmin yerin əməkdaşı olan Təqsirləndirilən şəxs2 tanışlığı və vasitəçiliyi ilə götürmüş, çünki Təqsirləndirilən şəxs2 o, uşaqlıqdan tanımış və həmin kreditin götürülməsinə ona köməklik edərək eləcə də digər tanışı X2 ona rəsmi şəkildə zamin olmuşdur. Qeyd etmişdir ki, kreditlərini həmişə vaxtında ödəmiş, pandemiya dövrü ilə əlaqədar olaraq maddi sıxıntıları olduğuna görə kredit ödənişlərində gecikmələr olmuşdur. O, tezliklə həmin krediti ödəyib qızıllarını götürmək istəyirmiş. Şahid11 həmçinin ifadəsində göstərmişdir ki, illik 54 faizlə lombard krediti müqaviləsi onun tərəfindən imzalanaraq tanışları vasitəsilə Təqsirləndirilən şəxs2 tərəfindən verilsə də o, belə bir yüksək fazilə kredit verildiyini bilməmiş, çünki krediti alan zaman ona bildirilməmişdir. Ödədikdən sonra belə yüksək bir faizin olduğunu bilmişdir. Götürdüyü kreditin məbləği yüklü etdiyi əşyanın dəyərindən yüksək olmuş və həmin ərəfədə pula ehtiyacı olduğu üçün o, bu barədə Təqsirləndirilən şəxs2 müraciət etmiş, sonuncu da onun bu xahişini yerə salmayaraq bu formada ona kredit verilməsini təşkil etmiş, hətta tanışı Orxan Mustafayev ona zamin də olmuşdur. Əgər həmin krediti ödəyə bilməsəydi o zaman qoyduğu qızıl əşyalarının satılmasını tələb edəcəkmiş, yerdə qalan kəsiri isə hansısa yol ilə hissə-hissə ödəyəcəkmiş. Təqsirləndirilən şəxs2 onun tanışı olmuş, onunla universitet dövründə tanış olmuşdur. Vasif onunla qapı qonşusu olmamışdır. Onun hansı səbəbdən elə yazılmasını başa düşə bilməmişdir. O, 2010-cu ildə LEYS firmasında işləmiş və atasının Dubay Bazarında ərzaq dükanı, bilyard salonu, çay evi vardır. Krediti alarkən aldığı məbləğdən Təqsirləndirilən şəxs2 və eləcə də digər şəxslərə hər hansı məbləğdə pul verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, 29 iyul 2019-cu il tarixli kredit müqaviləsi ilə illik 52 faiz olmaqla 18 ay müddətində likvid dəyəri 963.9 manatlıq (567 USD) qızılını girov qoymaqla 2.600 manat məbləğində olan kreditləri "xxxx" Bank Olmayan Kredit Təşkilatının “Gəncə” filialından həmin yerin əməkdaşı olan Təqsirləndirilən şəxs2 tanışlığı və vasitəçiliyi ilə götürmüş, çünki Təqsirləndirilən şəxs2la şəhər adamı kimi münasibəti olmuşdur. Şahid14 həmçinin ifadəsində göstərmişdir ki, onun banklarda borcları olduğuna görə bankdan pul götürə bilmirmiş, həmçinin, əlində olan qızıla görə digər lombardlarda 1.000 manatdan artıq pul vermirlərmiş. Vasif isə ona 3.000 manata yaxın pul verə biləcəyini bildirmişdir. O, da pul lazım olduğuna görə illik 52 faizlə həmin kredit təşkilatından 2.600 manat pul götürmüşdür. Götürdüyü kreditin məbləği yüklü etdiyi əşyanın dəyərindən yüksək olmuş və həmin ərəfədə pula ehtiyacı olduğu üçün o, bu barədə Təqsirləndirilən şəxs2 müraciət etmişdir. Sonuncu da onun bu xahişini yerə salmayaraq bu formada ona kredit verilməsini təşkil etmişdir. Əgər həmin krediti ödəyə bilməsəydi o zaman qoyduğu qızıl əşyalarının satılmasını tələb edəcəkmiş, yerdə qalan kəsiri isə hansısa yol ilə hissə-hissə ödəyəcəkmiş. O, krediti götürdükdən bir müddət sonra ödənişi icra edə bilməmiş, lakin hazırda kreditini vaxtı vaxtında ödəyirmiş, tez bir zamanda kreditini bağlayacaqmış. Təqsirləndirilən şəxs2 dostudur və bunun sayəsində o, həmin krediti götürmüşdür. Onun krediti qaytarmaq fikri olmuş, lakin çətinliyi olduğu üçün bunu icra edə bilməmişdir. O, Gəncə şəhər Hərbi Poilisində kargüzar operator vəzifəsində işləyirmiş və həmin vaxt aylıq əmək haqqı 720 manat olmuşdur. Bundan əlavə o, krediti ola-ola yenidən BOKT-dan kredit götürmüşdür. Həmçinin qeyd etmişdir ki, krediti 4 ay tez bağlamışdır və borcu yoxdur. Dəfələrlə ona zəng edib yenidən kredit götürməsini təklif edirlər. Krediti alarkən aldığı məbləğdən Təqsirləndirilən şəxs2 və eləcə də digər şəxslərə hər hansı məbləğdə pul verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, 09 iyul 2019-cu il tarixli kredit müqaviləsi ilə illik 50 faiz olmaqla 10 ay müddətində likvid dəyəri 1.009 manatlıq (594 USD) qızılını girov qoymaqla 1.650 manat məbləğində, 10 iyul 2019-cu il tarixli kredit müqaviləsi ilə illik 50 faiz olmaqla 12 ay müddətində likvid dəyəri 1.771 manatlıq (1.042 USD) qızılını girov qoymaqla 3.080 manat məbləğində olan kreditləri "xxxx" Bank Olmayan Kredit Təşkilatının “Gəncə” filialından həmin yerin əməkdaşı olan Vasif adlı şəxsdən götürmüş, kredit götürdükdən sonra maddi imkanının zəif olması səbəbindən götürdüyü krediti bağlaya bilməmişdir. Daha sonra isə həmin kredit təşkilatının işçisi Vasiflə əlaqə saxlamış və girov qoymuş olduğu qızılların satılmasını və kredit ödənişlərilə əvəz edilməsini xahiş etmişdir. Bundan sonra Vasiflə birlikdə həmin qızılları Univermaqda satmışlar. Lakin, qızıla verilmiş olan pul krediti tam bağlamamış və Vasif yenidən onunla 02 oktyabr 2019-cu il tarixdə girovsuz illik 30 faiz olmaqla 7 ay müddətinə 1.300 manat borc müqaviləsi bağlamışdır. Hazırda bildirmişdir ki, o, bir dəfə 205 manat pul kreditinə ödəniş etmiş, hazırda imkanının zəif olması səbəbindən ödəniş edə bilməmişdir. Şahid10 həmçinin ifadəsində göstərmişdir ki, illik 50 faizlə lombard krediti götürərkən ona pul lazım olduğuna görə onun faizi barədə maraqlanmamışdır. Onun girov qoymuş olduğu qızılın qiyməti təxminən 4.000 manata yaxındır. Əgər krediti ödəyə bilməsəydi həmin qızılın satılmasına razılıq vermişdir. O, krediti götürdükdən bir müddət sonra ödənişi icra edə bilməmiş və buna səbəb də qeyd etdiyi kimi imkanının zəif olması olmuşdur. Təqsirləndirilən şəxs2 onun qonşusu olmamış və Vasiflə şəhər adamı kimi münasibəti olmuşdur. Vasifin hansı səbəbdən təqdimatda qonşusu olmasını yazmasını başa düşə bilməmişdir. Krediti alarkən aldığı məbləğdən Təqsirləndirilən şəxs2 və eləcə də digər şəxslərə hər hansı məbləğdə pul verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərmişdir ki, 08 aprel 2019-cu il tarixli kredit müqaviləsi ilə illik 48 faiz olmaqla 18 ay müddətində 1.730 manat məbləğində olan kreditləri "xxxx" Bank Olmayan Kredit Təşkilatının “Gəncə” filialından həmin yerin əməkdaşı olan Təqsirləndirilən şəxs2 tanışlığı və vasitəçiliyi ilə götürmüş, çünki Təqsirləndirilən şəxs2 atası ilə onun atası yaxın dost olmuşlar və onlarında ona görə dostluğu yaranmışdır. Qeyd etmişdir ki, kreditini bir müddət ödədikdən sonra maddi imkanı olmadığından kreditinin hamısı ödəyə bilməmişdir. Şahid16 həmçinin ifadəsində göstərmişdir ki, onun banklarda gecikmələri olduğu üçün ona bankdan kredit verilmirmiş, o da ona görə illik 48 faizlə lombard krediti almışdır. O, krediti götürdükdən bir müddət sonra ödənişi icra edə bilməmiş və buna səbəb də səhhətilə əlaqədar olaraq problemləri olmuşdur. Təqsirləndirilən şəxs2 yaxın qohumu olmamış, Vasifin atası ilə onun atası dost olmuş və onlar bir birilərini ataları vasitəsilə tanımışlar. Ona görə də həmin krediti götürmüşdür. Onun krediti qaytarmaq fikri olmuş, lakin çətinliyi olduğu üçün bunu icra edə bilməmişdir. Həmçinin, o, Vasifin başqa lombardda müştərisi olmamışdır. Krediti alarkən aldığı məbləğdən Təqsirləndirilən şəxs2 və eləcə də Təqsirləndirilən şəxs1 hər hansı məbləğdə pul verməmişdir. Krediti alarkən iş yerindən əmək haqqı barədə arayış istənilməsini xatırlamırmış. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Haxverdiyev Şükür Sabir oğlu ifadəsində göstərmişdir ki, 05 aprel 2019-cu il tarixli kredit müqaviləsi ilə illik 46 faiz olmaqla 24 ay müddətində 3.600 manat məbləğində olan kreditləri "xxxx" Bank Olmayan Kredit Təşkilatının “Gəncə” filialından həmin yerin əməkdaşı olan Təqsirləndirilən şəxs2 tanışlığı və vasitəçiliyi ilə götürmüş, çünki Təqsirləndirilən şəxs2 onun dostu olmuşdur və ona rəsmi şəkildə zamin olmuşdur. Qeyd etmişdir ki, kreditini bir müddət ödədikdən sonra maddi imkanı olmadığından kreditinin hamısını ödəyə bilməmişdir. Haxverdiyev Şükür Sabir oğlu həmçinin ifadəsində göstərmişdir ki, bankdan iş yerindən arayış tələb olunduğuna görə, həmçinin əlində qızılı olduğuna görə illik 46 faizlə lombard krediti götürmüşdür. O, krediti götürdükdən bir müddət sonra ödənişi icra edə bilməmiş və buna səbəb də qeyd etdiyi kimi yüksək faizlərin olması və eləcə də buna imkanının zəif olması səbəb olmuşdur. Təqsirləndirilən şəxs2 dostu olmuşdur, lakin Vasif Parabankda işləyən zaman onun müştərisi olmamışdır. Krediti alarkən aldığı məbləğdən Təqsirləndirilən şəxs2 və eləcə də digər şəxslərə hər hansı məbləğdə pul verməmişdir. Krediti götürərkən ondan iş yerindən əmək haqqı barədə arayış istənilməsini xatırlamamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 29 mart 2019-cu il tarixli kredit müqaviləsi ilə illik 48 faiz olmaqla 09 ay müddətində likvid dəyəri 124.1 manatlıq ( 73 USD), bazar dəyəri 785.4 manatlıq (462) qızılını girov qoymaqla 530 manat məbləğində olan kreditləri "xxxx" Bank Olmayan Kredit Təşkilatının “Gəncə” filialından həmin yerin əməkdaşı olan Təqsirləndirilən şəxs2 tanışlığı və vasitəçiliyi ilə götürmüş, çünki Təqsirləndirilən şəxs2 dostu X1 qohumudur və Orxan ona rəsmi şəkildə zamin olmuşdur. Qeyd etmişdir ki, kreditini bir müddət ödədikdən sonra maddi imkanı olmadığından kreditinin hamısını ödəyə bilməmiş, hazırda 326 manat borcu var və həmin borcunu tez bir zamanda ödəyəcəkmiş. Şahid9 həmçinin ifadəsində göstərmişdir ki, illik 48 faizlə lombard kreditini banklar vasitəsilə kredit əldə etmək müəyyən vaxt tələb etdiyinə görə, lakin ona tez bir zamanda pul lazım olduğuna görə götürmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs2la tanışlıq münasibətləri olduğundan və kreditinin məbləği az olduğundan həmin filialdan kredit götürmüşdür. Götürdüyü kreditin məbləği yüklü etdiyi əşyanın dəyərindən yüksək olmuş və həmin ərəfədə pula ehtiyacı olduğu üçün bu barədə Təqsirləndirilən şəxs2 tanışı vasitəsilə müraciət etmiş, sonuncu da onların bu xahişini yerə salmayaraq bu formada ona kredit verilməsini təşkil etmiş, hətta dostu Orxan Mustafayev də ona zamin də olmuşdur. Əgər həmin krediti ödəyə bilməsəydi o zaman qoyduğu qızıl əşyalarımın satılmasını tələb edəcəkmiş, yerdə qalan kəsiri isə hansısa yol ilə hissə-hissə ödəyəcəkmiş. O, krediti götürdükdən bir müddət sonra ödənişi icra edə bilməmiş və buna səbəb də qeyd etdiyi kimi yüksək faizlərin olması və eləcə də buna imkanının zəif olması səbəb olmuşdur. Təqsirləndirilən şəxs2 onun dostu olmamış, onunla dostu Orxan Mustafayev vasitəsi ilə tanış olmuş və bunun sayəsində o, həmin krediti götürmüşdür. Onun krediti qaytarmaq fikri olmuş, lakin çətinliyi olduğu üçün bunu icra edə bilməmişdir. Bildirmişdir ki, o, Billur restoranında fotoqraf işləməmiş, həmin səhv məlumatların ora hansı səbəbdən yazılmasını başa düşə bilməmişdir. Krediti alarkən aldığı məbləğdən Təqsirləndirilən şəxs2 və eləcə də digər şəxslərə hər hansı məbləğdə pul verməmişdir. İbtidai İstintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 18 iyul 2019-cu il tarixli kredit müqaviləsi ilə illik 54 faiz olmaqla 24 ay müddətində likvid dəyəri 4.161,6 manatlıq ( 2.448 USD) qızılını girov qoymaqla 8.500 manat məbləğində olan kreditləri "xxxx" Bank Olmayan Kredit Təşkilatının “Gəncə” filialından həmin yerin əməkdaşı olan Təqsirləndirilən şəxs2 tanışlığı və vasitəçiliyi ilə götürmüş, Təqsirləndirilən şəxs2 dostları vasitəsilə tanımış, pandemiya dövrü ilə əlaqədar olaraq maddi sıxıntıları olduğuna görə kredit ödənişlərində gecikmələr olmuşdur. O, tezliklə həmin krediti ödəyib qızıllarını götürmək istəyirmiş. Şahid5 həmçinin ifadəsində göstərmişdir ki, illik 54 faizlə lombard krediti müqaviləsi onun tərəfindən imzalanaraq tanışları vasitəsilə Təqsirləndirilən şəxs2 tərəfindən verilsə də o, belə bir yüksək faiz ilə kredit verildiyini bilməmiş, çünki krediti alan zaman ona bildirilməmişdir. Ödədikdən sonra belə yüksək bir faizin olduğunu bilmişdir. Götürdüyü kreditin məbləği yüklü etdiyi əşyanın dəyərindən yüksək olmuş və həmin ərəfədə pula ehtiyacı olduğu üçün o, bu barədə Təqsirləndirilən şəxs2 müraciət etmişdir. Sonuncu da onun bu xahişini yerə salmayaraq bu formada ona kredit verilməsini təşkil etmişdir. Əgər həmin krediti ödəyə bilməsəydi o zaman qoyduğu qızıl əşyalarının satılmasını tələb edəcəkmiş, yerdə qalan kəsiri isə hansısa yol ilə hissə-hissə ödəyəcəkmiş. Təqsirləndirilən şəxs2la onun hər hansı bir qohumluq əlaqələri olmamış, Vasifi digər dostları vasitəsilə tanımışdır. Şahid13 onun tanışı imiş, münasibəti yaxşı olmuş, hətta götürdüyü kreditlərə zamin olmuşdur. Krediti alarkən aldığı məbləğdən Təqsirləndirilən şəxs2 və eləcə də digər şəxslərə hər hansı məbləğdə pul verməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 29 aprel 2019-cu il tarixli kredit müqaviləsi ilə illik 48 faiz olmaqla 24 ay müddətində 4.397 manatlıq qızılını girov qoymaqla 10.000 manat krediti "xxxx" Bank Olmayan Kredit Təşkilatının Gəncə filialından həmin yerin əməkdaşı olan Təqsirləndirilən şəxs2 tanışlığı və vasitəçiliyi ilə götürmüş, çünki Təqsirləndirilən şəxs2 onun yaxın dostu olmasa da tanışı Vüsal Cəfərovun tanışı olmuş və həmin kreditin götürülməsinə ona köməklik edərək ona rəsmi şəkildə zamin olmuşdur. Qeyd etmişdir ki, o, həmin kreditləri bir müddət ödədikdən sonra ödədikləri kreditlər ancaq faizə getmiş, elə borcu yerində qalmış və o da bu səbəbdən, eləcə də maddi imkansızlığından ödənişini dayandırmışdır. Çünki ona bu yüksəklikdə faiz ödəyəcəyi əvvəldən bildirilməmişdir. Şahid3 həmçinin ifadəsində göstərmişdir ki, illik 50 faizlə lombard krediti müqaviləsi onun tərəfindən imzalanaraq tanışları vasitəsilə Təqsirləndirilən şəxs2 tərəfindən verilsə də o, belə yüksək faizlə kredit verildiyini bilməmiş, çünki kredit alan zaman ona bildirilməmişdir. Ödədikdən sonra belə yüksək faizin olduğunu bilmişdir. İlk öncə onun 145 qramlıq qızılının dəyəri aşağı hesablanmış, çünki təxminən dəyəri 7.000 manata yaxın olmalı imiş. Düzdür götürdüyü kreditin məbləği yüklü etdiyi əşyanın dəyərindən yüksək olmuş və həmin ərəfədə pula ehtiyacı olduğu üçün o, bu barədə Təqsirləndirilən şəxs2 müraciət etmiş, sonuncu da onun bu xahişini yerə salmayaraq bu formada ona kredit verilməsini təşkil etmiş, hətta Vüsal Cəfərov da ona zamin olmuşdur. Əgər həmin krediti ödəyə bilməsəydi o zaman qoyduğu qızıl əşyalarının satılmasını tələb edəcəkmiş, yerdə qalan pulu isə hansısa yolla hissə-hissə ödəyəcəkmiş. O, krediti götürdükdən bir müddət sonra ödənişi icra edə bilməmiş və buna səbəb də qeyd etdiyi kimi yüksək faizlərin olması və eləcə də buna imkanının zəif olması səbəb olmuşdur. Təqsirləndirilən şəxs2 onun dostu olmamış, sonuncu ilə digər şəxslər vasitəsilə tanış olmuş və bunun sayəsində həmin krediti götürmüşdür. Həmin krediti qaytarmaq fikri olmuş, lakin çətinliyi olduğu üçün bunu icra edə bilməmişdir. Eləcə də onun mebel salonu və sexi olmamış, həmin yerləri icarədar kimi işlətmiş və işləri alınmadığı üçün oradan ayrılmışdır. Həmçinin, o heç vaxt Təqsirləndirilən şəxs2 müştərisi olmamış, sonuncudan ilk dəfə həmin vaxt kredit götürmüşdür. Qeyd edilən məlumatların yalnış formada yazılaraq komitəyə göndərilməsi barədə məlumatı olmamış və o, bu formada qeydiyyat aparılmasını heç kimdən xahiş etməmişdir. Cəfərov Vüsal Elşən oğlu onun dostudur və münasibətləri də yaxşıdır. Hətta Vüsal onun götürdüyü kreditə zamin olmuşdur. Vüsal Cəfərov onun tanışı olmasına və kreditinə zamin olmasına baxmayaraq, onun adına kreditlərin olması barədə məlumatı olmamışdır. O, krediti alarkən aldığı məbləğdən Təqsirləndirilən şəxs2 və eləcə də digər şəxslərə hər hansı məbləğdə pul verməmişdir. İbtidai İstintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 01 mart 2019-cu il tarixli kredit müqaviləsi ilə illik 50 faiz olmaqla 18 ay müddətində 5.038 manatlıq qızılını girov qoymaqla 9.000 manat və 10 may 2019-cu il tarixli kredit müqaviləsi ilə illik 50 faiz olmaqla 18 ay müddətində 4.248 manatlıq qızılını girov qoymaqla 8.500 manat məbləğində olan kreditləri "xxxx" Bank Olmayan Kredit Təşkilatının Gəncə filialından həmin yerin əməkdaşı olan Təqsirləndirilən şəxs2 tanışlığı və vasitəçiliyi ilə götürmüş, çünki Təqsirləndirilən şəxs2 onun yaxın dostu olmasa da tanışı Vüsal Kərimovun dostu olmuş və həmin kreditin götürülməsində ona köməklik etmiş, eləcə də digər tanışı Şahid13 ona rəsmi şəkildə zamin olmuşdur. Həmin kreditləri bir müddət ödədikdən sonra baxmışdır ki, ödədikləri ancaq faizə gedərək elə borcu yerində qalmış və o da bu səbəbdən ödənişini dayandırmışdır. Çünki ona bu yüksəklikdə faiz ödəyəcəyi bildirilməmişdir. Şahid8 həmçinin ifadəsində göstərmişdir ki, illik 50 faizlə lombard krediti ilə olan müqavilə onun tərəfindən imzalanaraq tanışları vasitəsilə Təqsirləndirilən şəxs2 tərəfindən verilsə də o, belə bir yüksək faizlə kredit verildiyini bilməmiş, çünki krediti alan zaman bu ona bildirilməmişdir. Ödədikdən sonra belə yüksək bir faizin olduğunu bilmişdir. Götürdüyü kreditin məbləği yüklü etdiyi əşyanın dəyərindən yüksək olmuş və həmin ərəfədə pula ehtiyacı olduğu üçün o bu barədə Təqsirləndirilən şəxs2 tanışı vasitəsilə müraciət etmişdir. Sonuncu da onların bu xahişini yerə salmayaraq bu formada ona kredit verilməsini təşkil etmiş, hətta tanışı Şahid13 ona zamin də olmuşdur. Əgər həmin krediti ödəyə bilməsəydi o zaman qoyduğu qızıl əşyalarının satılmasını tələb edəcəkmiş, yerdə qalan kəsiri isə hansısa yol ilə hissəhissə ödəyəcəkmiş. O, krediti götürdükdən bir müddət sonra ödənişi icra edə bilməmiş və buna səbəb də qeyd etdiyi kimi yüksək faizlərin olması və eləcə də buna imkanının zəif olması səbəb olmuşdur. Təqsirləndirilən şəxs2 onun dostu olmamış, sonuncu ilə digərləri vasitəsi ilə tanış olmuş və bunun sayəsində həmin krediti götürmüşdür. Onun krediti qaytarmaq fikri olmuş, lakin çətinliyi olduğu üçün bunu icra edə bilməmişdir. Onun Goranda “Elit” mebel salonu olmamış, həmin yeri icarəyə götürərək işlətmiş və krediti götürdükdən təxminən 3 ay sonra oradan ayrılmışdır. Bunu da bu formada Təqsirləndirilən şəxs2 bildirmişdir. Yəqin ki, Təqsirləndirilən şəxs2 bu məlumatı özü təhrif edərək qeyd etmişdir. Eləcə də digər bankda onun gecikməsi olduğu üçün və ona kredit verilmədiyi üçün məcbur qalaraq hal-hazırkı təşkilatdan kredit götürmüşdür. Şahid13 onun tanışı olmuş, münasibəti də yaxşı olmuş, hətta götürdüyü kreditlərə zamin olmuşdur. Krediti alarkən aldığı məbləğdən Təqsirləndirilən şəxs2 və eləcə də digər şəxslərə hər hansı məbləğdə pul verməmişdir. İbtidai İstintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 27 fevral 2019-cu il tarixli kredit müqaviləsi ilə illik 48 faiz olmaqla 24 ay müddətində likvid dəyəri 3,445,9 manatlıq (2.027 USD) qızılını girov qoymaqla 5.200 manat məbləğində olan kreditləri “İnternational" Bank Olmayan Kredit Təşkilatının Gəncə filialından həmin yerin əməkdaşı olan Vasif adlı şəxsdən götürmüşdür. Kredit götürdükdən sonra maddi imkanının zəif olması səbəbindən və avtomobili ilə avtoqəza etdiyinə görə götürdüyü krediti bağlaya bilməmişdir. Ondan sonra Vasif ona yeni qrafik açmış və iki müqavilə bağlamışdır. Həmin müqavilələrdən birinə isə özü zamin durmuşdur. İmkanının zəif olması səbəbindən ödəniş edə bilməmişdir. O, krediti həmin təşkilatın işçisi Təqsirləndirilən şəxs2 vasitəsilə almış, həmin vaxt ona pul lazım olduğuna görə onun faizi barədə maraqlanmamışdır. Onun girov qoymuş olduğu qızılın qiyməti təxminən 4.800 manata yaxın olmuş, əgər krediti ödəyə bilməsəydi həmin qızılın satılmasına razılıq veribmiş. O, krediti götürdükdən bir müddət sonra ödənişi icra edə bilməmiş və buna səbəb də imkanının zəif olması olmuşdur. O, krediti alarkən aldığı məbləğdən Təqsirləndirilən şəxs2 və eləcə də digər şəxslərə hər hansı məbləğdə pul verməmişdir. İbtidai İstintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş Şahid17 ifadəsində göstərmişdir ki, 26 dekabr 2019-cu il tarixli kredit müqaviləsi ilə illik 40 faiz olmaqla 24 ay müddətində 2.120 manat məbləğində olan kreditləri "xxxx" Bank Olmayan Kredit Təşkilatının Gəncə filialından həmin yerin əməkdaşı olan Təqsirləndirilən şəxs2 tanışlığı və vasitəçiliyi ilə götürmüş, Təqsirləndirilən şəxs2 tanışı Şahid13 vasitəsilə tanımışdır. Qeyd etmişdir ki, kreditini bir müddət ödədikdən sonra maddi imkanı zəiflədiyi üçün krediti ödəyə bilməmişdir. Şahid17 həmçinin ifadəsində göstərmişdir ki, bankdan iş yerindən arayış tələb olunduğuna görə, həmçinin əlində qızılı olduğuna görə illik 50 faizlə lombard krediti götürmüşdür. Krediti götürdükdən bir müddət sonra ödənişi icra edə bilməmiş və buna səbəb də qeyd etdiyi kimi maddi imkanının zəif olması səbəb olmuşdur. Təqsirləndirilən şəxs2 onun yaxın dostu olmamışdır, onu ilk dəfə kredit götürərkən Şahid13 vasitəçiliyi ilə tanımışdır. Azəraliminium ASC-də sürücü işləyərək aylıq əmək haqqı 550 manat olmuşdur. Krediti alarkən aldığı məbləğdən Təqsirləndirilən şəxs2 və eləcə də digər şəxslərə hər hansı məbləğdə pul verməmişdir. Kredit götürülən vaxt o banka qızıl qoyduğuna görə ondan iş yerindən arayış tələb edilməmişdir. İbtidai İstintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş Şahid12 ifadəsində göstərmişdir ki, 05 mart 2019-cu il tarixli kredit müqaviləsi ilə illik 48 faiz olmaqla 12 ay müddətində 786 manatlıq qızılını girov qoymaqla 1000 manat, 19 aprel 2019-cu il tarixli kredit müqaviləsi ilə illik 48 faiz olmaqla 12 ay müddətində 344 manatlıq qızılı girov qoymaqla 530 manat və 04 iyul 2019-cu il tarixli kredit müqaviləsi ilə illik 48 faiz olmaqla 18 ay müddətində 836 manatlıq qızılını girov qoymaqla 1400 manat məbləğində olan kreditləri "xxxx" Bank Olmayan Kredit Təşkilatının Gəncə filialından həmin yerin əməkdaşı olan Təqsirləndirilən şəxs2 tanışlığı və vasitəçiliyi ilə götürmüş, çünki Təqsirləndirilən şəxs2 onun yaxın dostu olmasa da tanışı Şahid13 dostu olmuş və həmin kreditin götürülməsinə ona köməklik edərək eləcə də özü ona rəsmi şəkildə zamin olmuşdur. Qeyd etmişdir ki, o, həmin kreditlərdən olan 530 manat olan krediti tam şəkildə ödəmiş, lakin yerdə qalan digər kreditləri isə müəyyən vaxt ödədikdən sonra ödədiklərinin ancaq faizə getdiyini, elə borcunun yerində qaldığını görmüşdür. O da bu səbəbdən ödənişi dayandırmış, çünki ona bu yüksəklikdə faiz ödəyəcəyi bildirilməmişdir. Şahid12 həmçinin ifadəsində göstərmişdir ki, illik 48 faizlə lombard krediti tanışı Şahid13 vasitəsilə Təqsirləndirilən şəxs2 tərəfindən verilsə də o, belə bir yüksək faizlə kredit verildiyini bilməmiş, çünki krediti alan zaman bu ona bildirilməmişdir. Götürdüyü kreditin məbləği yüklü etdiyi əşyanın dəyərindən yüksək olmuş və həmin ərəfədə pula ehtiyacı olduğu üçün o, bu barədə Təqsirləndirilən şəxs2 tanışı vasitəsilə müraciət etmişdir. Sonuncu da onların bu xahişini yerə salmayaraq bu formada ona kredit verilməsini təşkil etmiş, hətta tanışı Şahid13 ona zamin də olmuşdur. Əgər həmin krediti ödəyə bilməsəydi o zaman qoyduğu qızıl əşyalarının satılmasını tələb edəcəkmiş, yerdə qalan kəsiri isə hansısa yol ilə hissə-hissə ödəyəcəkmiş. O, krediti götürdükdən bir müddət sonra ödənişi icra edə bilməmiş və buna səbəb də qeyd etdiyi kimi yüksək faizlərin olması və eləcə də buna imkanının zəif olması səbəb olmuşdur. Təqsirləndirilən şəxs2 onun dostu olmamış və sonuncu ilə tanışı Şahid13 vasitəsi ilə tanış olmuş və bunun sayəsində o həmin krediti götürmüşdür. Onun krediti qaytarmaq fikri olmuş, lakin çətinliyi olduğu üçün bunu icra edə bilməmişdir. Yəqinki Vasif ona inandığı üçün o formada qeyd etmişdir. Onun belə bir yeri olmamış və o, həmin təkər təmiri yerində adi işçi kimi çalışmış və bunu da bu formada Təqsirləndirilən şəxs2 bildirmişdir. Yəqin ki, Təqsirləndirilən şəxs2 bu barədə özü təhrif edərək məlumatı qeyd etmişdir. Krediti alarkən aldığı məbləğdən Təqsirləndirilən şəxs2 və eləcə də digər şəxslərə hər hansı məbləğdə pul verməmişdir. İbtidai İstintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 22 iyul 2019-cu il tarixli kredit müqaviləsi ilə illik 52 faiz olmaqla 12 ay müddətində likvid dəyəri 292.4 manatlıq (172 USD) qızılını girov qoymaqla 550 manat məbləğində olan kreditləri "X3 Kredit Teşkilatının Gəncə filialından həmin yerin əməkdaşı olan Həsən adlı şəxsdən götürmüşdür. O, həmin kredit təşkilatından ilk dəfə 2019-cu ilin əvvəllərində 900 manat məbləğində kredit götürmüş, həmin vaxt o, Təqsirləndirilən şəxs2 adlı şəxsi tanımış, onunla əvəl tanışlığı və ya münasibəti olmamışdır. O, birinci krediti ola ola yenidən həmin kredit təşkilatına müraciət etmiş ve orada ona yenidən kredit verilmişdir. Hazırda ilk götürdüyü krediti bağlamış, lakin 22.07.2019-cu il tarixli kreditində isə 320 manata yaxın borcu qalmışdır. Borcunu da gecikdirməyinin səbəbi isə pandemiya dövrü ilə əlaqədar maddi vəziyyətində yaranmış olan sıxıntıdır. Şahid6 həmçinin ifadəsində göstərmişdir ki, illik 52 faizlə lombard kreditini banklarda qara siyahıda olduğu üçün götürmüş, həmçinin ailə vəziyyəti ilə bağlı ona təcili pul lazım olduğunu bildirmişdir. Onun girov qoymuş olduğu brilyantın qiyməti təxminən 1000 manata yaxın olmuş, əgər krediti ödəyə bilməsəydi həmin brilyantın satılmasına razılıq vermişdir. O, krediti götürdükdən bir müddət sonra ödənişi icra edə bilməmiş və buna səbəb də qeyd etdiyi kimi imkanının zəif olması olmuşdur. Təqsirləndirilən şəxs2 onun dostu olmamış və onu ilk dəfə həmin kredit təşkilatında görmüşdür. Vasifin hansı səbəbdən o cür məzmunda təqdimat göndərməsini başa düşə bilməmişdir. O, kredit alarkən orada polis nəfəri işlədiyini bildirmiş, əlavə olaraq bildirmişdir ki, o, 2016-cı ilədək Göygöl rayon polis şöbəsində kiçik əməliyyat müvəkkili işləmiş, lakin həmin il DİO-dan xaric olunmuşdur. 2018-ci ildən isə yenidən DİO-a hazırkı vəzifəsinə təyin olunmuşdur. O, krediti götürdüyü zaman əməliyyatçı işləməmişdir. Krediti alarkən aldığı məbləğdən Təqsirləndirilən şəxs2 və eləcə də digər şəxslərə hər hansı məbləğdə pul verməmişdir. İş materiallarında olan 20.12.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Şahid18, Abbasov Seymur Dəmir oğlu, Şahid6, Şahid14 Mahammad oğlu, Şahid9 və Şahid11 "xxxx" Bank Olmayan Kredit Təşkilatı qarşısında götürdükləri öhdəlikləri tam icra etmişlər; Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya Məlumatları İdarəsi tərəfindən 21.10.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır; Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya Məlumatları İdarəsi tərəfindən 21.10.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarında olan 05 fevral 2020-ci il tarixli Audit Aktından görünür ki, Təqsirləndirilən şəxs2 Bokt "xxxx" QSC-nin Gəncə filialının qrup rəhbəri vəzifəsində çalışdığı dövr ərzində kurasiyası üzrə qızıl girovu il 13 nəfərə verilmiş problemli kreditlər üzrə 733.69.54 manat (əsas borc üzrə 58917.47 manat + faiz borcu üzrə 14452.07), zaminliyi üzrə verilmiş kreditlər üzrə 6 nəfər olmaqla 5366.83 manat (əsas borc üzrə 5011.12 + faiz borcu üzrə 355.71), problemli kreditlərin yenidən digər zaminliklə rəsmiləşdirilməsi nəticəsində 4 nəfər üzrə 17835.31 manat (əsas borc üzrə 17265 manat, faiz borcu 570.31 manat) cəmisi isə 96571.48 manat (əsas borc üzrə 81193.59 + faiz borcu üzrə 15378.08) manat borc yaranmışdır. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarında olan 18 iyul 2020-ci il tarixli baxış protokolundan görünür ki, Bokt "xxxx" QSC-nin Kredit Komitəsi ilə Gəncə filialının müdiri Təqsirləndirilən şəxs1 arasında olan 26 aprel 2019-cu il tarixli daxili yazışmalardan görünür ki, Gəncə filialının yeni müştərisi Şahid3 kredit istəyir. Müştərini Təqsirləndirilən şəxs2 cəlb edib, müştəri Vasifin yaxın dostudur. Əlavə olaraq qeyd edilmişdir ki, müştəri öz vəsaiti hesabına lombardda olan borcunu bağlayaraq, Vasifin yaxını olduğu üçün onlardan kredit götürmək istəyir. Əvvəl işlədiyi lombard 8.500 manat təklif edib. Vasif Goranboyda işləyən zaman müştərisi olub. Müştərinin özünün Goranda ELİT mebel salonu var. Mağazanın şəkillərini vatsapla göndərəcəkmiş. Ödənişdə problem olmayacaq, tez zamanda bağlanacaq. Goranboyda mebel sexi var.Vasif zəmanət məktubu verir. Əlavə olaraq filialın təkrar müştərisi Cəfərov Vüsal Elşən oğlu zamin götürülür. Vüsalın da Gəncə və Goranboyda mebel sexi var. 24 ay müddətinə 48 faizlə 10.000 manat istəyir. Sex üçün əlavə dəzgah alırlar. Ona pulları çatmır. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarında olan Bokt "xxxx" QSC-nin Kredit Komitəsi ilə Gəncə filialının müdiri Təqsirləndirilən şəxs1 arasında olan 01 mart 2019-cu il tarixli daxili yazışmalardan görünür ki, Gəncə filialının yeni müştərisi Şahid8 kredit istəyir. Müştərini Təqsirləndirilən şəxs2 cəlb edib. Qızıllara öz zərgəri likvid dəyəri 4.282 manat, bazar qiyməti isə 5.038 manat təyin edilmişdir. Müştəri Vasifin yaxın dostudur. Müştəri Goranda yerləşən ELİT mebel salonunun yiyəsidir. Vasif “Parabokt” Goranboy filialında işləyən zaman bir neçə dəfə müştərisi olub. Qaynatası Ələddin müəllim Vasifin atası ilə bir işləyir, GDU-da Hərbi fakültəsinin dekanıdır. Qaynanası da onların müştərisidir, ödənişlərində problem yoxdur. Ödənişdə problem olmayacaq, tez zamanda bağlanacaq. Vasif zəmanət məktubu verir. 18 ay müddətinə 50 faizlə 9.000 manat istəyir. 10 may 2019-cu il tarixli Bokt "xxxx" QSC-nin Kredit Komitəsi ilə Gəncə filialının müdiri Təqsirləndirilən şəxs1 arasında olan daxili yazışmalardan görünür ki, Gəncə filialının təkrar müştərisi Şahid8 kredit istəyir. Müştərini Təqsirləndirilən şəxs2 cəlb edib. Qızıllara zərgər təqribi olaraq likvid dəyəri 3611 manat, bazar qiyməti 4248 manat təyin edilmişdir. Müştəri Vasifin yaxın dostudur. “Nərmin 557” lombard həmin qızıllara 7.000 manat verib, 4.820 manat borcu qalıb. Müştəri Goranda yerləşən ELİT mebel salonunun yiyəsidir. Vasif “Parabokt” Goranboy filialında işləyən zaman bir neçə dəfə müştərisi olub. Qaynatası Ələddin müəllim Vasifin atası ilə bir işləyir, GDU-da Hərbi fakültəsinin dekanıdır. Qaynanası da onların müştərisidir, ödənişlərində problem yoxdur. Ödənişdə problem olmayacaq, tez zamanda bağlanacaq. Vasif zəmanət məktubu verir. Əlavə olaraq filialın 3cü dövr müştərisi Vasifin qohumu olan FHN-nin əməkdaşı Şahid13 rəsmi zamin götürülür. Razılıq olarsa lombardı bu gün bağlayıb, qızıllarıda bu gün götürə bilərlər. Müştəriyə bir neçə bank yarı biznes yarı qızıl girovu götürüb mikrobiznes krediti təklif edib. Lakin sənədləşmə bir neə gün çəkəcəyi üçün onlardan kredit götürmür. Müştəri mebel üçün aksesuarlar gətirib, gömrükdə kargodan əlavə pul istəyiblər ora verməlidir. 13 may 2019-cu il tarixli Bokt "xxxx" QSC-nin Kredit Komitəsi ilə Gəncə filialının müdiri Təqsirləndirilən şəxs1 arasında olan daxili yazışmalardan görünür ki, Gəncə filialının yeni müştərisi Rəfiyev Elnur Eldar oğlu kredit istəyir. Müştərini Təqsirləndirilən şəxs2 cəlb edib. Qızıllara zərgər təqribi olaraq likvid dəyəri 4.561 manat, bazar qiyməti 5.353 manat təyin edilmişdir. Qızılları görə bilmədiklər üçün akt əsasında təxmini qiymətlənmə olunur. Qızılların əksəriyyəti izdeliyadır. Müştəri Vasifin dayısı oğlunun yaxın dostudur. “X8” ASC həmin qızıllara 15.000 manat verib, 4.250 manat borcu qalıb. Ləğv etmədə olduğu üçün keçmiş qızıllar "xxxx" ASC-nin bunkerində saxlanılır. (Bütün ləğvetmədə olan banklar "xxxx" ASC-də fəaliyyət göstərir. Müştəri Sumqayıt yolunda Masasız dairəsində yerləşən RİYAD ticarət mərkəzində LUVR mebel salonunu işlədir. Hazırda dükanda 150.000 manatlıq mal qalığı var. Əlavə olaraq 6-cı cəzaçəkmə məntəqəsinin yaxınlığında mebellərin hazırlanması sexi var. 1 ədəd ”CNC ROUTER”2030 aparatı gətizdirmiş, məbləğdə kəsiri qalmışdır. (Bu aparat istənilən şəkli mebelin üzərinə çəkmək üçündür). Ödənişdə problem olmayacaq, tez zamanda bağlanacaq. Əlavə olaraq “Kəpəz” TV-nin işçisi X5 zamin götürülür. Zamin də şəxsən tanıdıqları adamdır, aylıq əmək haqqı 450 manatdır. Vasif zəmanət məktubu verir. 15 ay müddətinə 50 faizlə 11.000 manat təklif olunur. Razılıq olarsa bu gün qalıq borcu bağlayıb, qızılları da bu gün götürüb krediti rəsmiləşdirəcək. Müştərinin bildirdiyinə görə qızılların bazar dəyəri təqribən 12.000 manat təşkil edir. 14 mart 2019-cu il tarixli Bokt "xxxx" QSC-nin Kredit Komitəsi ilə Gəncə filialının müdiri Təqsirləndirilən şəxs1 arasında olan daxili yazışmalardan görünür ki, Gəncə filialının yeni müştərisi Cəfərov Vüsal Elşən oğlu kredit istəyir. Müştərini Təqsirləndirilən şəxs2 cəlb edib. Qızıllara zərgər təqribi olaraq likvid dəyəri 1.311 manat, bazar qiymət 1.543 manat təyin edilmişdir. Müştəri Vasifin yaxın dostudur. Gəncə şəhərində mebel sexi, Goranda mebel dükanı var. Material almaq üçün pul götürür. 24 ay müddətinə 48 faizlə 2.300 manat istəyir. Vasif zəmanət məktubu verir. Əlavə olaraq qeyd edir ki, qızılları öz vəsaiti hesabına GL MMC-də bağlıyıb gətirir. FHN-nin əməkdaşı Şahid13 zamin durur. Zamin 490 manat əmək haqqı alır. 01 may 2019-cu il tarixli Bokt "xxxx" QSC-nin Kredit Komitəsi ilə Gəncə filialının müdiri Təqsirləndirilən şəxs1 arasında olan daxili yazışmalardan görünür ki, Gəncə filialının təkrar müştərisi Cəfərov Vüsal Elşən oğlu kredit istəyir. Müştərini Təqsirləndirilən şəxs2 cəlb edib. Müştəri Vasifin yaxın dostudur. 14.03.2019-cu il tarixdə 2.300 manat kredit verilib 1 ay ödəniş edib. Gəncə şəhərində mebel sexi, Goranda mebel dükanı var. Material almaq üçün pul götürür. 24 ay müddətinə 50 faizlə 3.500 manat istəyir. Vasif zəmanət məktubu verir. FHN-nin əməkdaşı Şahid13 zamin durur. Zamin Vasifin qohumudur və müştəridir. 490 manat əmək haqqı alır. 17 iyul 2019-cu il tarixli Bokt "xxxx" QSC-nin Kredit Komitəsi ilə Gəncə filialının qrup rəhbəri Təqsirləndirilən şəxs2 arasında olan daxili yazışmalardan görünür ki, Gəncə filialının təkrar müştərisi Cəfərov Vüsal Elşən oğlu kredit istəyir. Müştərini Vasif özü cəlb etmiş. 3-cü dövr müştəridir. Hazırda 2 aktiv krediti vardır. Hər iki kreditinə zamin qoyulub. 14.03.2019-cu il tarixdə 1.543 manat bazar dəyəri üzrə 2.300 manat kredit verilib, 2.050 manat borcu qalıb. 01.05.2019-cu il tarixdə 1.240 manat bazar üzrə 3.500 manat verilib, 330 manat borcu qalıb. Hazırda başqa lombardda 1 aylıq ödənişi qalmışdır, həmin qızılları da öz vəsaiti hesabına bağlayıb onlara gətirmişdir. Əvvəl götürdüyü lombard 48 faiz, 1 faiz komissiya ilə 3.500 manat təklif edir. Qızıllara zərgər likvid 1.608 manat, bazar 1.910 manat qiymət təyin etmişdir. Müştəri özünün yaxın dostudur. Gəncə şəhərində mebel sexi, Goranda mebel dükanı var. Material almaq üçün pul götürür. 24 ay müddətinə 54 faizlə, 1 faiz komissiya tutulmaqla 4.200 manat istəyir. Özü zəmanət məktubu verir. 30 mart 2019-cu il tarixli Bokt "xxxx" QSC-nin Kredit Komitəsi ilə Gəncə filialının müdiri Təqsirləndirilən şəxs1 arasında olan daxili yazışmalardan görünür ki, Gəncə filialının yeni müştərisi Şahid9 kredit istəyir. Müştərini Təqsirləndirilən şəxs2 cəlb edib. Müştəri Vasifin yaxın dostudur. Gəncə şəhərində Billur şadlıq sarayında fotoqraf işləyir. 9 ay müddətinə 48 faizlə 530 manat istəyir. Vasif zəmanət məktubu verəcək. Əlavə olaraq Gəncə şəhəri DYP-nin əməkdaşı X2 zamin duracaq. Zamin Vasifin qohumudur. Ödənişdə problem olmayacaq. Kredit 2-3 aya tam bağlanacaq. 03 iyul 2019-cu il tarixli Bokt "xxxx" QSC-nin Kredit Komitəsi ilə Gəncə filialının qrup rəhbəri Təqsirləndirilən şəxs2 arasında olan daxili yazışmalardan görünür ki, Gəncə filialının təkrar müştərisi Şahid12 kredit istəyir. Müştərini ilkin olaraq Vasif özü cəlb etmiş. 3-cü dövr müştərisidir. Qızıllara zərgər likvid 704 manat, bazar 836 manat qiymət təyin etmişdir. Müştəri Vasifin yaxın dostudur. Özünün Gəncə şəhərində təkər təmiri yeri vardır. Ödənişlərində gecikmə olmayıb. Digər aktiv krediti üzrə də 2 aylıq ödəniş edib. 1 nəfər FHN-nin əməkdaşı Şahid13 zamin götürülür. Həmin şəxsdə Vasifin şəxsən tanıdığı adamdır. Zamin özü də 4-cü dövr müştərisidir, 2 kreditini bağlayıb, 2 krediti var, gecikməsi olmayıb. 18 ay müddətinə 48 faizlə 1.400 manat istəyir. Əlavə olaraq Samux rayonu Əhmədbəyli kəndində 8 hektar sahədə tum əkdirib. 1 aya məhsulu yığdıracaq. Əlavə vəsait suvarma və bəzi çatışmayan işlər üçün lazımdır. Kredit 2-3 ay ərzində tam bağlanacaq. Zərurət olarsa zəmanət məktubu verilər. 18 iyul 2019-cu il tarixli Bokt "xxxx" QSC-nin Kredit Komitəsi ilə Gəncə filialının qrup rəhbəri Təqsirləndirilən şəxs2 arasında olan daxili yazışmalardan görünür ki, Gəncə filialının təkrar müştərisi Şahid11 kredit istəyir. Müştərini Vasif özü cəlb etmiş. 2-cü dövr müştəridir. İlk olaraq 1.349 manat bazar üzrə kreditə 48 faizlə 2.060 manat vermişlər, hazırda 1.470 manat qalığı qalmışdır. 20.02.2019-cu il tarixdə "xxxx" MMC-dən 48 faizlə 6 ay müddətinə 1.540 manat kredit götürüb. Bu gün son ödənişini edib, həmin qızılları da əlavə edərək filiala mürəciət edir. Hazırda həmin lombard, onlardakı qızıl istisna olmaqla, müştəriyə 2.500 manat təklif edir. Qızıllara zərgər likvid 2.057 manat, bazar 2.439 manat qiymət təyin etmişdir. Müşəti Vasifin özünün yaxın dostu, qapı qonşusudur. Gəncə şəhərində yerləşən LEYS firmasında işləyir. Özlərinin şəxsi olaraq Dubay bazarında ərzaq dükanı, bilyard salonu, çay evi var. Əlavə olaraq Gəncə şəhəri DYP-nin əməkdaşı X2 zamin duracaq. Vasif özü zaminin oğlunun kirvəsidir. Ödənişdə problem olmayacaq. Vasif özü zəmanət məktubu vermişdir. 27 mart 2019-cu il tarixli Bokt "xxxx" QSC-nin Kredit Komitəsi ilə Gəncə filialının müdiri Təqsirləndirilən şəxs1 arasında olan daxili yazışmalardan görünür ki, Gəncə filialının yeni müştərisi Abbasov Seymur Dəmir oğlu kredit istəyir. Müştərini Təqsirləndirilən şəxs2 cəlb edib. Qızıllara zərgər təqribi olaraq likvid 2.478 manat, bazar 2.916 manat qiymət təyin etmişdir. Müştəri Vasifin dayısı oğludur. Əlavə olaraq qeyd edir ki, müştəri “Platinium” lombarddan 2.600 manat kredit götürüb. Hazırda 2.460 manat borcu var. X10 restoranının adminstratorudur. Kredit tez zamanda bağlanacaq. Vasif zəmanət məktubu verəcək. Razılıq olarsa 2.460 manat vəsait lombarda ödənilərdi. Vəsait günün ilk yarısında ödənildiyi halda, qızıllar bu gün veriləcək və kredit bu gün rəsmiləşdiriləcək. 27 iyul 2019-cu il tarixli Bokt "xxxx" QSC-nin Kredit Komitəsi ilə Gəncə filialının müdiri Təqsirləndirilən şəxs1 arasında olan daxili yazışmalardan görünür ki, Gəncə filialının yeni müştərisi Şahid14 Məhəməd oğlu kredit istəyir. Müştərini Təqsirləndirilən şəxs2 cəlb edib. Vasifin yaxın dostudur. Gəncə şəhər Hərbi Polisində Kərgüzar (qeyri məxfi yazışmalar üzrə) vəzifəsində çalışır. Aylıq əmək haqqı 720 manatdır. Ödənişlərdə problem olmayacaq, kredit vaxtından əvvəl bağlanacaq. Bəzi gecikmədə olan hərbiçi müştərilərin ödənməsində köməkliklər göstərir. 22 iyul 2019-cu il tarixli Bokt "xxxx" QSC-nin Kredit Komitəsi ilə Gəncə filialının müdiri Təqsirləndirilən şəxs1 arasında olan daxili yazışmalardan görünür ki, Gəncə filialının təkrar müştərisi Şahid6 kredit istəyir. Müştərini Vasif cəlb etmiş. 2-ci dövr müştəridir. Qızıllara zərgər likvid dəyəri kimi 292 manat, bazar qiyməti kimi 400 manat təyin etmişdir. Müştəri Vasifin dostudur. Əlavə olaraq qeyd etmişdir ki, Göygöl rayon polis şöbəsində əməliyyaçı işləyir. Paralel olan krediti likvid üzrə 748 manat, bazar üzrə 860 manat məbləğə 930 manat verilib, hazırda 737 manat borcu qalıb. Kredit tez zamanda bağlanacaq. 23 may 2019-cu il tarixli Bokt "xxxx" QSC-nin Kredit Komitəsi ilə Gəncə filialının müdiri Təqsirləndirilən şəxs1 arasında olan daxili yazışmalardan görünür ki, Gəncə filialının təkrar müştərisi Şahid13 kredit istəyir. Müştərini Vasif cəlb etmiş. 4-cü dövr müştəridir. Bütün kreditlərində ödənişlər vaxtından əvvəl olunur. Əlavə olaraq filiala bir neçə müştəri cəlb edib, onlarında ödənişləri qabaqcadan olunur. Müştəri Vasifin yaxın dostudur. Özü FHN-nin əməkdaşıdır. Avtomobilini dəyişir 3500 manat pulu çatmır. Vasif rəsmi zamin durur. Ödənişdə problem olduğu halda Vasifin əməh haqqından tutulmasına narazılığı yoxdur. Bildirir ki, əgər lazımdısa əmək haqqı kartını versin kassaya ödənişində problem olarsa onun əmək haqqından tutulsun. 09 iyul 2019-cu il tarixli Bokt "xxxx" QSC-nin Kredit Komitəsi ilə Gəncə filialının qrup rəhbəri Təqsirləndirilən şəxs2 arasında olan daxili yazışmalardan görünür ki, Gəncə filialının yeni müştərisi Şahid18 kredit istəyir. Müştərini Təqsirləndirilən şəxs2 özü cəlb edib. Qonşusudur, özünün şəxsi bartavoy kamazı var. Azərbaycan və xarici ölkələrə yük daşıyır. Maşın alır, çatmayan məbləği var. Xalası oğlu Şahid11 da filialın müştərisidir. 12.03.2019-cu il tarixdə 2.060 manat kredit vermiş, 1.630 manat borcu qalmış, ödənişlərdə heç bir problem olmayacaqmış. Tez zamanda bağlanacaq. Zərurət olarsa zəmanət məktubu verəcək. 08 aprel 2019-cu il tarixli Bokt "xxxx" QSC-nin Kredit Komitəsi ilə Gəncə filialının müdiri Təqsirləndirilən şəxs1 arasında olan daxili yazışmalardan görünür ki, Gəncə filialının yeni müştərisi Şahid16 kredit istəyir. Müştərini Təqsirləndirilən şəxs2 digər lombarddan cəlb edib. Qızıllara zərgər likvid 734 manat, bazar 864 manat qiymət təyin etmişdir. Müştəri Vasifin yaxın qohumudur, eyni zamanda digər lombardda müştərisi olub. Həmişə vaxtında ödənişlər edib. Əlavə olaraq qeyd etmişdir ki, müştəri Zeytun apteklər şəbəkəsində nəzarətçi işləyir aylıq əmək haqqı 400 manat dir. Atası Gigiyena və epidemiologiya mərkəzində şöbə müdiri işləyir. Əmisi Vaqif müəllim Gəncədə keçmiş DYPnin əməkdaşı olub (tanınmış adamdır). Kredit vaxtından əvvəl bağlanacaq aylıq ödənişin rahat ödənilməsi üçün müddət 18 ay yazılıb. Vasif zəmanət məktubu verir. 26 fevral 2019-cu il tarixli Bokt "xxxx" QSC-nin Kredit Komitəsi ilə Gəncə filialının müdiri Təqsirləndirilən şəxs1 arasında olan daxili yazışmalardan görünür ki, Fərid müəllim dəqiq qiymətləndirmə aşağıdakı kimidir. Saatın qiymətləndirilməsini az hesablamışlar. Ona görə də qiymətləndirmədə fərq vermişdir. Şahid4 kreditinin ödənilməsi Təqsirləndirilən şəxs1 özünün nəzarətində olacaqmış. 05 oktyabr 2019-cu il tarixli Bokt "xxxx" QSC-nin Kredit Komitəsi ilə Gəncə filialının qrup rəhbəri Təqsirləndirilən şəxs2 arasında olan daxili yazışmalardan görünür ki, Gəncə filialının yeni müştərisi Şahid10 kredit istəyir. Müştərini Təqsirləndirilən şəxs2 özü cəlb etmiş, qonşusudur. Özü AAY (Azərbaycan avtomobil yollarının dövlət agentliyi) Qərb bölgəsinin baş mütəxəssisi işləyir. SELL Lombardan 13.05.2019-cu il tarixdə 1.400 manat götürüb. Hazırda 1.300 manat borcu vardır. Ödənişlərdə problem olmayacaq. Tez zamanda bağlanacaq. Zərurət olarsa zəmənət məktubu verərmiş. Razılıq olarsa 1.300 manat vəsait bu gün ödənilib, qızılları gətirib filialdan krediti rəsmiləşdirərdi. Əlavə olaraq qeyd etmişdir ki, başqa lombarda da bir neçə qızılı var. Daimi filialla işləyəcəkmiş. 01 aprel 2019-cu il tarixli Bokt "xxxx" QSC-nin Kredit Komitəsi ilə Gəncə filialının müdiri Təqsirləndirilən şəxs1 arasında olan daxili yazışmalardan görünür ki, Gəncə filialının yeni müştərisi Abbasov Qədir Qəzənfər oğlu kredit istəyir. Müştərini Təqsirləndirilən şəxs2 cəlb edib. Qızıllara zərgər təqribən likvid dəyəri kimi 1.605 manat, bazar qiyməti kimi 1.888 manat təyin etmişdir. Müştəri Vasifin yaxın qohumudur. Müştəri fevral ayında bu qızıllara SARO lombarddan 2.030 manat kredit götürüb. Hazırda 2.100 borcu var. Özü Gəncə şəhərində yerləşən Xəmsə çay evini işlədir. 1 nəfər FHN-nin əməkdaşı Şahid13 zamin götürülür. Kredit vaxtından əvvəl bağlanacaq. Əlavə olaraq Vasif zəmanət məktubu verəcək. Lombard 01.04.2019-cu il tarixdə bağlansa, qızıllar 02.04.2019-cu il tarixdə veriləcək. 05 aprel 2019-cu il tarixli Bokt "xxxx" QSC-nin Kredit Komitəsi ilə Gəncə filialının müdiri Təqsirləndirilən şəxs1 arasında olan daxili yazışmalardan görünür ki, Gəncə filialının yeni müştərisi Haxverdiyev Şükür Sabir oğlu kredit istəyir. Müştərini Təqsirləndirilən şəxs2 cəlb edib. Qızıllara zərgər təqribən likvid dəyəri kimi 2.061 manat, bazar qiyməti kimi 2.420 manat təyin etmişdir. Müştəri Vasifin dostudur. Özü ford ilə səyyar satış edir. Vəsait mal qalığını artırmaq üçün lazımdır. Vasif Parabankda işləyən zaman daimi müştərisi olub, gecikməsi olmayıb. Hazırda qızıllar Şəmkir şəhərində yerləşən PRO lombarddadır. Bu qızıllara Prolombard 52 faizlə 2.000 manat və 1.500 manat (cəmi 3.500 manat) kredit verib. Lombard təzədən həmin məbləği təklif edir, sadəcə həm faizin azaldılması, həm də Vasiflə şəxsi münasibətə görə filiala müraciət edir. 24 ay müddətinə 46 faizlə 3.600 manat istəyir. Ödənişdə problem olmayacaq. Vasif zəmanət məktubu verir. Hazırda cəmi 2.530 manat borcu qalıb. Əgər razılıq olarsa 05.04.2019-cu il tarixdə borcu bağlayaraq qızılları gətirib həmin gün krediti rəsmiləşdirərdi. 25 fevral 2019-cu il tarixli Bokt "xxxx" QSC-nin Kredit Komitəsi ilə Gəncə filialının müdiri Təqsirləndirilən şəxs1 arasında olan daxili yazışmalardan görünür ki, Gəncə filialının yeni müştərisi X6 oğlu kredit istəyir. Müştərini Təqsirləndirilən şəxs2 cəlb edib. Qızıllara zərgər təqribən likvid dəyəri kimi 1.355 manat, bazar qyməti kimi 1.594 manat təyin etmişdir. Müştəri Vasifin dostudur. Əlavə olaraq qeyd etmişdir ki, müştərinin GL MMC-də 24.000 manata yaxın qızılı var. Həmin kreditlərin vaxtının bitməsinə 3 ay qalıb. Yaxın vaxtlarda hamısını cəmliyərək krediti filialdan götürəcək. Şəxsi 4 ədəd mercedes markalı avtomobili var. Hamısı Bakı-Gəncə reysindədir. Filial və Baş Ofis arasındakı sənəd göndərişlərini çox müştəriyə məxsus avtomobillərlə göndərirlər. Əlavə olaraq Gəncə şəhərində özünə məxsus çayçısı var. Vasif zəmanət məktubu verəcək. 12 ay müddətinə 46 faizlə 2.000 manat istəyir. 10 aprel 2019-cu il tarixli Bokt "xxxx" QSC-nin Kredit Komitəsi ilə Gəncə filialının müdiri Təqsirləndirilən şəxs1 arasında olan daxili yazışmalardan görünür ki, Gəncə filialının təkrar müştərisi Şahid7 kredit istəyir. Müştəri stomatoloqdur. Fəaliyyət göstərdiyi yerdə söküntü və abadlaşdırma işləri aparılır. Bəzi işləri müştərinin üzərinə qoyublar. Xərcləri çoxalıb. Buna görə də müştəri qızılların bir qismini özü satıb borcunu azaltdı və qalan qızıllara yenidən kredit rəsmiləşdirilir. Müştəriyə ilk dəfə artıq məbləğ verilmişlər ona görə də özü könüllü qızılları sataraq gələcək problemlərin qarşısına almaq istəyir. Satılan qızıllara 5.000 manat pul verirlər. Bu gün 5.000 manat ödəniş olunacaq. Hazırda torpaq sahəsi var satışa çıxarıb. Yaxın vaxtlarda satış olan kimi 4.000 manat ödəniş edəcək. Ödənişlərdə problem olmayacaq. Vasif zəmanət məktubu verir. 01 may 2019-cu il tarixli Bokt "xxxx" QSC-nin Kredit Komitəsi ilə Gəncə filialının müdiri Təqsirləndirilən şəxs1 arasında olan daxili yazışmalardan görünür ki, Gəncə filialının yeni müştərisi Şahid17 kredit istəyir. Müştərini Təqsirləndirilən şəxs2 cəlb edib. Müştəri Vasifin yaxın dostudur. Müştəri "xxxx" ASC-də sürücü işləyir. Aylıq əmək haqqı 550 manatdır. Qızılları başqa lombarddan bağlayaraq Vasifin tanışı olduğu üçün filiala müraciət edib. Kredit evi əmək haqqını nəzərə alaraq müştəriyə 1.200 manat təklif edib. Müştəriyə 1.500 manat lazımdır. Ödənişdə problem olmayacaq, tez zamanda bağlanacaq. Vasif zəmanət məktubu verir. 12 ay müddətinə 50 faizlə 1.500 manat istəyir. 15 aprel 2019-cu il tarixli Bokt "xxxx" QSC-nin Kredit Komitəsi ilə Gəncə filialının müdiri Təqsirləndirilən şəxs1 arasında olan daxili yazışmalardan görünür ki, Gəncə filialının yeni müştərisi Şahid5 kredit istəyir. Müştərini Təqsirləndirilən şəxs2 cəlb edib. Qızıllara zərgər likvid dəyəri kimi 1552 manat, bazar qiyməti kimi 1.877 manat təyin etmişdir. Müştəri Vasifin yaxın qohumudur. Əlavə olaraq qeyd etmişdir ki, müştəri təhsil idarəsinin yanında alman təkərlərinin satışı ilə məşğul olur. Kredit vaxtından əvvəl bağlanacaq. Vasif zəmanət məktubu verir. Cinayət işinə əlavə edilmiş kredit müqavilələrindən görünür ki, Bokt "xxxx" QSC-nin Gəncə filialından X6 oğluna 2.000 manat, Şahid4 5.200 manat, Şahid8 9.000 manat və 8.500 manat, Cəfərov Vüsal Elşən oğluna 2.300 manat, 3.500 manat və 4.200 manat, Abbasov Seymur Dəmir oğluna 4.100 manat, Şahid9 530 manat, Abbasov Qədir Qəzənfər oğluna 2.600 manat, Haxverdiyev Şükür Sabir oğluna 3.600 manat, Şahid16 1.730 manat, Şahid7 8.100 manat, Şahid5 2.245 manat, Şahid3 10.000 manat, Şahid17 1.500 manat, Rəfiyev Elnur Eldar oğluna 11.000 manat, Şahid13 5.700 manat, Şahid12 1.400 manat, Şahid18 1.500 manat, Şahid11 5.000 manat, Şahid6 550 manat, Şahid14 2.600 manat və Şahid10 1.300 manat kreditlər verilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş 14 mart 2018-ci il tarixli əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, Təqsirləndirilən şəxs1 14 mart 2018-ci ildən Bokt "xxxx" QSC-nin Gəncə filialının müdiri vəzifəsində işləyir. Həmin müqavilədən görünür ki, onun işəgötürənin saxlanılmaq və ya digər məqsədlər üçün işçiyə verilmiş əmlaka və digər sərvətlərə qayğı ilə yanaşmaq və ziyanın qarşısını almaq üçün vaxtında lazımi tədirləri görmək, ona etibar edilmiş əmlak, maddi və ya digər sərvətlərin salmmatlığının təmin olunmasına təhlükə törədən bütün hallar haqqında işəgötürənə vaxtında məlumat vermək, əmək funksiyalarının icrası ilə bağlı olan qanunvericiliyin və BOKT daxili müvafiq hüquqi-normativ qaydaların pozulması ilə əlaqədar, həmçinin vəzifə funksiyalarının icrası ilə bağlı olmayan digər əməllərlə bağlı təşkilata birbaşa və ya dolayısı ilə vurulmuş zərərə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096- 1097-ci maddələrinə uyğun olaraq tam maddi məsuliyyət daşıyır. 03 fevral 2020-ci il tarixli 2/2020 nömrəli əmrdən görünür ki, 03 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən Təqsirləndirilən şəxs1 Bokt "xxxx" QSC-nin Gəncə filialının müdiri vəzifəsinə xitam verilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş 13 fevral 2019-cu il tarixli əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, Təqsirləndirilən şəxs2 13 fevral 2019-cu ildən Bokt "xxxx" QSC-nin Gəncə filialının qrup rəhbəri vəzifəsində işləyir. Həmin müqavilədən görünür ki, onun işəgötürənin saxlanılmaq və ya digər məqsədlər üçün işçiyə verilmiş əmlaka və digər sərvətlərə qayğı ilə yanaşmaq və ziyanın qarşısını almaq üçün vaxtında lazımi tədirləri görmək, ona etibar edilmiş əmlak, maddi və ya digər sərvətlərin salmmatlığının təmin olunmasına təhlükə törədən bütün hallar haqqında işəgötürənə vaxtında məlumat vermək, əmək funksiyalarının icrası ilə bağlı olan qanunvericiliyin və BOKT daxili müvafiq hüquqi-normativ qaydaların pozulması ilə əlaqədar, həmçinin vəzifə funksiyalarının icrası ilə bağlı olmayan digər əməllərlə bağlı təşkilata birbaşa və ya dolayısı ilə vurulmuş zərərə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-1097-ci maddələrinə uyğun olaraq tam maddi məsuliyyət daşıyır. 17 oktyabr 2019-cu il tarixli 43 nömrəli əmrdən görünür ki, 17 oktyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Təqsirləndirilən şəxs2 Bokt "xxxx" QSC-nin Gəncə filialının qrup rəhbəri vəzifəsinə xitam verilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Bokt "xxxx" QSC-nin 30 oktyabr 2020-ci il tarixli 001-477-020 saylı məlumat məktubundan görünür ki, 27.10.2020-ci il tarixədək 21 nəfər şəxs tərəfindən əsas və faiz borcu ödənişi qismində ümumilikdə 47.153,15 manat Cəmiyyətə ödənilib, əsas borc qismində 72.821,9 manat, faiz borcu qismində isə 38.396,22 manat olmaqla, ümumilikdə 111.218,12 manat pul vəsaiti borc qalmışdır. Cinayət işinə əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı 07 oktyabr 2013-cü il tarixdə yaranmışdır, 15 avqust 2018-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi Yanında Milli Gəlirlər Departamentinin Hüquqi X4 İdarəsində qeydiyyatdan keçmişdir, VÖEN nömrəsi **********, 10 yanvar 2019-cu il tarixdə BOKT "xxxx" QSC-nin nizamanməsi qəbul edilmişdir, müstəqil təsərrüfat subyekti olmaqla, öz fəaliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsi, qüvvədə olan digər qanunvericilik aktları və nizamnaməsi əsasında həyata keçirir və əsas məqsədi mənfəət götürməkdən ibarət olan kommersiya təşkilatıdır. 31 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə öz xüsusiyyətinə, əlamətlərinə və üzərində hadisənin izlərini saxladığına görə və cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Bokt "xxxx" QSC-nin Kredit Komitəsi ilə Gəncə filialının arasında olan “26 aprel 2019-cu il tarixli, 01 mart 2019cu il tarixli, 10 may 2019-cu il tarixli, 13 may 2019-cu il tarixli, 14 mart 2019-cu il tarixli, 01 may 2019-cu il tarixli, 17 iyul 2019-cu il tarixli, 30 mart 2019-cu il tarixli, 03 iyul 2019-cu il tarixli, 18 iyul 2019-cu il tarixli, 27 mart 2019-cu il tarixli, 27 iyul 2019-cu il tarixli, 22 iyul 2019-cu il tarixli, 23 may 2019-cu il tarixli, 09 iyul 2019-cu il tarixli, 08 aprel 2019-cu il tarixli, 26 fevral 2019-cu il tarixli, 05 oktyabr 2019-cu il tarixli, 01 oktyabr 2019-cu il tarixli, 25 fevral 2019-cu il tarixli, 10 aprel 2019-cu il tarixli, 01 may 2019-cu il tarixli və 15 aprel 2019-cu il tarixli daxili yazışma sənədləri və X6 oğluna məxsus 25.02.2019-cu il tarixli, Şahid4 məxsus 27.02.2019-cu il tarixli, Şahid8 məxsus 01.03.2019-cu il tarixli, 10.05.2019-cu il tarixli, Cəfərov Vüsal Elşən oğluna məxsus 14.03.2019-cu il tarixli, 01.05.2019-cu il tarixli, 18.07.2019-cu il tarixli, Abbasov Seymur Dəmir oğluna məxsus 27.03.2019-cu il tarixli, Şahid9 məxsus 29.03.2019-cu il tarixli, Abbasov Qədir Qəzənfər oğluna məxsus 02.04.2019-cu il tarixli, Haxverdiyev Şükür Sabir oğluna məxsus 05.04.2019-cu il tarixli, Şahid16 məxsus 08.04.2019-cu il tarixli, Şahid7 məxsus 10.04.2019-cu il tarixli, Şahid5 məxsus 15.04.2019-cu il tarixli, Şahid3 məxsus 29.04.2019-cu il tarixli, Şahid17 məxsus 01.05.2019-cu il tarixli, Rəfiyev Elnur Eldar oğluna məxsus 14.05.2019-cu il tarixli, Şahid13 23.05.2019-cu il tarixli, Şahid12 məxsus 04.07.2019-cu il tarixli, Şahid18 məxsus 09.07.2019-cu il tarixli, Şahid11 məxsus 18.07.2019-cu il tarixli, Şahid6 məxsus 22.07.2019-cu il tarixli, Şahid14 məxsus 29.07.2019-cu il tarixli və Şahid10 məxsus 02.10.2019-cu il tarixli kredit müqavilələri maddi sübut qismində tanınmışdır. Məhkəmə qeyd edir ki, cinayət işinin başlanmasına səbəb və əsas Bank olmayan kredit təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Gəncə” filialının qrup rəhbəri işləmiş Təqsirləndirilən şəxs2 və həmin filialın müdiri olmuş Təqsirləndirilən şəxs1 13 fevral 2019cu il tarixdən 17 oktyabr 2019-cu il tarixinədək qaytarıla bilməsi təmin edilmədiyi halda, Kredit Komitəsini aldatmaqla, 22 nəfər öz tanışlarına 86.650 manat məblərində kredit verməklə, həmin kreditlərə hesablanmış faizlərlə birlikdə kredit təşkilatına 96.571,68 manat məbləğində ziyan vurması barədə 15 aprel 2020-ci il tarixdə Bank olmayan kredit təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna daxil olmuş müraciət və həmin müraciət əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırma zamanı toplanmış materialda cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin müəyyən edilməsi olmuşdur. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 ona görə CM-nin 308.1-ci maddəsi ilə ittiham elan edilmişdir ki, o ümumilikdə 111.218,12 manat pul vəsaitinin müqavilələr üzrə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq ödənilməməsi ilə hüquqi şəxs olan “X3 Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinin kredit siyasətinin stabilliyinə mənfi təsir göstərib normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 ona görə CM-nin 308.1-ci maddəsi ilə ittiham elan edilmişdir ki, o ümumilikdə 111.218,12 manat pul vəsaitinin müqavilələr üzrə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq ödənilməməsi ilə hüquqi şəxs olan “X3 Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinin kredit siyasətinin stabilliyinə mənfi təsir göstərib normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərə verilmiş ittiham öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə təqsirləndirilən şəxslərə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən “Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır”. Qeyd edilən Məcəllənin 349.5.1-ci maddəsinin məzmunundan görünür ki, məhkəmənin cinayət işi üzrə gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Təqsirləndirilən şəxslərə verilmiş ittihamla bağlı, yəni onların vəzifə səlahiyyətlərindən sui istifadə etmələri ilə bağlı məhkəmə onu qeyd edir ki, təqsirləndirilən şəxslər “Outlok” proqaram təminatı vasitəsilə müştərilərin özlərinin verdikləri şifahi məlumat əsasında qızıldan ibarət girov təminatından başqa həmin müştərilərin əmlak vəziyyəti barədə informasiyanı hüquqi şəxsin rəhbərliyinə ötürmüş, həmin hüquqi şəxsin rəhbərliyi tərəfindən verilmiş informasiyaların həqiqiliyini təsdiq edən hər hansı sənədlər tələb edilməmişdir. Bu da onu deməyə əsas verir ki, əvvəlcədən həmin kredit təşkilatı iş prinsipini məhz bu formada qurmuş və həmin kredit təşkilatı bu formada da müştəriləri cəlb etmişdir. Həmin sənədlərin rəsmi qaydada tələb edilməsi hər hansı normativ aktlarda, o cümlədən işçi ilə bağlanılmış əmək müqaviləsində nə qədər ki, nəzərdə tutulmayıb və həmin münasibətlər hüquqi xarakter almadan filial müdirinin və digərlərinin yol verdikləri pozuntular cinayət hüquq pozuntusu hesab edilə bilməz. İş materiallarında olan təqsirləndirilən şəxslərlə bağlanılmış əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilələrdən görünür ki, onlar işəgötürənin saxlanılmaq və ya digər məqsədlər üçün işçiyə verilmiş əmlaka və digər sərvətlərə qayğı ilə yanaşmaq və ziyanın qarşısını almaq üçün vaxtında lazımi tədirləri görmək, ona etibar edilmiş əmlak, maddi və ya digər sərvətlərin salamatlığının təmin olunmasına təhlükə törədən bütün hallar haqqında işəgötürənə vaxtında məlumat vermək, əmək funksiyalarının icrası ilə bağlı olan qanunvericiliyin və BOKT daxili müvafiq hüquqi-normativ qaydaların pozulması ilə əlaqədar, həmçinin vəzifə funksiyalarının icrası ilə bağlı olmayan digər əməllərlə bağlı təşkilata birbaşa və ya dolayısı ilə vurulmuş zərərə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-1097-ci maddələrinə uyğun olaraq tam maddi məsuliyyət daşıyır. Cinayət hüquqi pozuntunun olmasından ötrü ilk öncə filial müdiri ilə hüquqi şəxsin arasında borcalanların əmlak vəziyyəti barədə məlumatların hər hansı bir sənədə istinad etmədən hüquqi şəxsin rəhbərliyinə ötürülməsi kimi münasibətləri tənzimləyən hər hansı nomativ aktın olması labüddür. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, nəinki filialla baş idarə arasında, filiala müraciət etmiş müştərilərlə filial arasında da müştərilərin verdikləri şifahi məlumatlar rəsmi qaydada yoxlanılmamış və bunun rəsmi sənədlərlə yoxlanılması da filialdan tələb edilməmişdir. Hazırki işdə təqsirləndirilən şəxslər tərəfindən əlavə məlumatların qeyd edilməsini Baş İdarə özü görmüş, müştərilərin filial müdirinə verdiyi məlumatların doğruluğunu təsdiq edən hər hansı rəsmi sənəd tələb edilməmiş və bununla da hüquqi şəxs tərəfindən kreditin verilməsinə razılıq verilmişdir. Beləliklə məhkəmə onu qeyd edir ki, filialla hüquqi şəxs arasında girov predmetindən başqa, əlavə təminatlar barədə məlumatların verilməsi ilə bağlı hüquqi müstəvidə münasibət yaranmadığından, bu münasibətlərin pozulması ilə müşayət edilən əməl də hüquqa zidd münasibət hesab edilə bilməz. Təşkilatın filial rəhbərlərinin və qrup rəhbərlərinin vəzifə təlimatı ilə onlar kreditlərin verilməsi məqsədilə kredit mütəxəssislərinin müştərilər barəsində tərtib etdiyi məlumatların düzgünlüyünü, müştərinin aylıq ödəniş qabiliyyətinin vəziyyətini və reallığını yoxlayaraq onun alacağı krediti ödəmək qabiliyyətinin olmasını yoxlamalı, lazım gələrsə, müvafiq sənədləri tələb edib biznes fəaliyyətinin reallığını və digər gəlirlərin mənbəyini yerində araşdırmalı, kredit mütəxəssisinin verdiyi bu məlumatların düzgünlüyünə əmin olduqdan sonra kreditin verilməsi haqqında təklifini kredit komitəsinə çıxarılmasını təmin etməli, risklərdən çəkindirmək üçün eyni müştəriyə əvvəlki borc ödəyib başa çatdırmadan təkrar kreditlərin verilməsinin qarşısını almaq üçün əməli tədbirlər görməli və sair vəzifələrini yerinə yetirməli olmaları göstərilsə də, həmin hərəkətlərin hansı hüquqi sənədlər vasitəsilə rəsmiləşdirilməsi öz əksini tapmamışdır. Belə ki, girov predmeti olan qızılların qiymətləndirilməsi müvafiq qiymətləndirilmə aktı ilə rəsmiləşdirilsə də, borca alanlar barədə əlavə məlumatların həqiqiliyi isə hər hansı rəsmi sənədlərlə rəsmiləşdirilməmiş və bu qayda da Baş İdarə tərəfindən qəbul edilmişdir. Götürülmüş kreditin təminatı kimi, qızıl-zinət əşyalarının dəyərindən artıq məbləğdə kreditin verilməsi isə rəsmi qaydada həyata keçirilmiş və həmin kreditlər Baş İdarə tərədindən təsdiqləndikdən sonra müştərilərə verilmişdir. Hüququ şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulma ilə bağlı məhkəmə qiymətləndirmə aparakən cinayətin obyektiv cəhəti ilə bağlı da hüquqi dəyərləndirilmə aparılmasını zəruri hesab edir. Belə ki, cinayətin obyektiv cəhəti müəyyən zamanda və məkanda, müəyyən şəraitdə baş verən, mövcud ictimai münasibətlərə ziyan vuran ictimai-təhlükəli qəsdin zahiri cəhətidir. Cinayətin obyektiv cəhəti cinayəti konkretləşdirən əlamətlərdən biridir. Obyektiv cəhət subyektin ictimai-təhlükəli əməlini, yetirdiyi zərəri xarakterizə edir. Cinayətin obyektiv cəhətini həm də ictimai təhlükəli nəticə, əməllə nəticə arasında səbəbli əlaqə, zaman, məkan, cinayətin edilmə üsulları, baş verdiyi şərait və əməlin törədilməsində istifadə edilən alət və vasitələr əhatə edir. Baş vermiş nəticənin biri ondan ibarətdir ki, 22 nəfər şəxsə kreditlər verilmiş, həmin kreditlər verilərkən təqsirləndirilən şəxslərin ondan hər hansı mənfət əldə etməsi, maddi tələblərinin olması halları baş verməmişdir. Qeyd edilən şəxslərdən 6 nəfəri kredit öhdəliklərini icra edərək onların BOKT qarşısında götürdükləri öhdəliklərə xitam verilmişdir. Digər şəxslərə münasibətdə isə kredit təşkilatı olan “X3 Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinin mülki hüquqi müstəvidə məhkəməyə nəinki kredit borcu, hətta onlara dəymiş ziyanla bağlı iddia qaldırmaq kimi imkanları itirilməmişdir. Baş vermiş şəraitə münasibətdə isə məhkəmə onu qeyd edir ki, cinayət işinin materiallarından göründüyü kimi girov qoyulmuş qızılların dəyərinin 200 faizi mislində kredilərin verilməsi də nəzərdə tutulduğundan təqsirləndirilən şəxslər də həmin hüquqlardan istifadə edərək yuxarıda adları çəkilən şəxslərin müraciətləri əsasında onların adına kredit rəsmiləşdirmişlər. Bəzi müştərilərin digər bankda və yaxud digər lombard təşkilatında olan öhdəliklərinə xitam verilərək, “X3 Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinin Gəncə filialına müraciət etmələri ilə bağlı məhkəmə onu qeyd edir ki, bazar iqtisadiyyatında hər kəs daha keyfiyyətli və əl çatımlı xidmətlərin göstərilməsini axtarır, tələb və təklifdən asılı olaraq müştərilər özlərinə uyğun bank və yaxud qeyri-bank xidmət sahəsini seçirlər. Bazarın əsas meyarlarından biri rəqabətin mövcudluğunu təmin edən iştirakçıların fəaliyyət sərbəstliyidir. Müstəqil iştirakçıların sayı nə qədər çox olsa, bazarın rəqabət qabiliyyəti o qədər yüksəkdir. Bazar əmtəə iqtisadiyyatının bir kateqoriyası olmaqla məhsul (xidmət) istehsalçıları ilə istehlakçılar arasında müntəzəm mübadilə əməliyyatlarına əsaslanan iqtisadi münasibətlər məcmusudur. Həm istehsalçılar, həm də istehlakçılar üçün bazara sərbəst giriş şəraitində mübadilə rəqabət şəraitində baş verir. Ona görə də həmin müştərilərin məhz “X3 Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətini seçməsinə görə onlara kreditin ayrılması təqsirləndirilən şəxslərin vəzifələrindən sui istifadə kimi qiymətləndirilə bilməz. Məhkəmə müştərilərin əksəriyyətinin kredit tairxçəsinin qənaətbəxş olmaması ilə bağlı onu qeyd edir ki, Bank olmayan kredit təşkilatları haqqında Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinə əsasən BOKT hər bir borcalan haqqında məlumatı maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi qaydada maliyyə bazarlarına nəzarət orqanında yaradılan Mərkəzləşdirilmiş kredit reyestrinə verməlidir. Həmin Qanunun 22.2-ci maddəsinə görə isə BOKT tərəfindən borcalanları barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Məhkəmə araşdırılması zamanı o da müəyyən edilmişdir ki, filialın borcalanlar barədə kredit bürosuna sorğu verərək, onların kredit tarixçələrinin yoxlanılması imkanları olmamış, həmin imkanlar hüquqi şəxsin özündə olsa da hüquqi şəxsin özü tərəfindən də həmin qaydalara riayət edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, CM-in 308-ci maddəsinin məzmununa əsasən vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinə daxil olan hərəkət və ya hərəkətsizlik vəzifəli şəxsin qanuni səlahiyyətlərindən irəli gəlməlidir. Vəzifəli şəxsin qulluq mənafeyinə zidd olaraq istifadə etdiyi qulluq səlahiyyətləri müvafiq normativ aktlarla və qanunvericiliyə müvafiq fəaliyyət göstərən dövlət və bələdiyyə idarə, müəssisə və təşkilatları, kommersiya və qeyri-kommersiya təşkilatları ilə bağlanan əmək müqaviləsində əks olunan vəzifələrin həcmi ilə müəyyən olunur. BOKT-nin fəaliyyətini tənzimləyən normativ aktlarda isə lombard kreditləri verilərkən hər hansı bir rəsmi sənədləşdirmə işləri görülmədən sadəcə şifahi verilənlər əsasında girov predmetindən başqa əmlakların formal olaraq göstərilməsi qaydası nəzərdə tutulmamışdır. Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması müəyyən edilmişdir. Azadlıq hüququnun məhdudlaşdırılması ictimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi, tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında qeyd etmişdir ki, qanunverici orqan tərəfindən azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktlar qəbul edilərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik, tarazlıq prinsiplərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sadalanan prinsiplərə əməl olunması beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarından, habelə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının 21 dekabr 2010-cu il tarixli Konstitusiya Qanunundan irəli gəlir. Hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib cıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır. Hüquq normalarının dəqiq, aydın, birmənalı və müəyyən olması, hüquqtənzimetmə sistemində onların bir-birinə uyğunluğu tələbi yuxarıda qeyd olunan konstitusion prinsiplərdən irəli gəlir. Əks təqdirdə, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatını zəiflədən ziddiyyətli hüquqtətbiqetmə təcrübəsi yaranar. Vəzifə səlahiyyətlərindən sui-istifadə subyektiv cəhətdən qəsdən edilən cinayətdir. Şəxs qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etdiyini dərk edir, bunun fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan nəticələrini qabaqcadan görür, bu nəticələrin baş verməsini arzu edir (birbaşa qəsd) və ya belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir (dolayı qəsd). Hazırki iş üzrə təqsirləndirilən şəxslər verdikləri kreditlərin ödənilməyəcəyinə əmin olsalar da və buna şüurlu surətdə yol versələr də belə, həmin kreditlər təminatlı kreditlər olduğundan girov predmetinə tutmanın yönəldilməsi yolu ilə hüquqi şəxsin hüquq və qanuni mənafelərinə vurulmuş ziyanın aradan qaldırılması mümkün görünürdü.Odur ki, hazırki iş üzrə təqsirləndirilən şəxslərin əməllərində cinayətin subyektiv cəhətləri də mövcud deyildir. Vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinin subyektiv cəhətinin daha bir zəruri əlaməti cinayətin motividir. CM-in 308-ci maddəsində bu cinayətin motivi vəzifəli şəxsin özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlüyün əldə edilməsi kimi müəyyən olunmuşdur. Hazırki iş üzrə müəyyən edimişdir ki, iş üzrə təqsirləndirilən şəxslərin yeganə məqsədləri öz kredit portfellərini artırmaq olmuşdur. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 7 iyul 2017-ci il tarixli, 14 nömrəli Qərarı ilə təsdiq edilmiş Bank olmayan kredit təşkilatlarının prudensial tənzimlənməsi Qaydalarının 2.1-ci bəndində kreditlərin verilməsi qaydaları və növləri öz əksini tapmışdır. Belə ki, həmin Qaydalara əsasən kreditin tam təminatlı kredit, qismən təminatlı kredit və təminatsız kredit kimi növləri müəyyən edilmişdir. Tam təminatlı kredit-vaxtında və tam qaytarılması bazar dəyəri bu kreditin ödənilməmiş məbləğinə bərabər və ya ondan artıq olan girovla (daşınar və daşınmaz əmlakın girovu, girov əmanəti), qarantiya, zaminlik və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq digər üsullarla təmin edilmiş kreditdir. Əgər nəzərə alsaq ki, verilmiş kreditlər tam təminatlı kreditlərdir, o halda vaxtında və tam qaytarılması bazar dəyəri bu kreditin ödənilməmiş məbləğinə bərabər və ya ondan artıq olan girovla (daşınar və daşınmaz əmlakın girovu, girov əmanəti), qarantiya, zaminlik və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq digər üsullarla təmin edilməli idi. Kreditin bu üsulla təmin edilməməsini Baş İdarə bildiyi halda kreditin verilməsinə icazə vermişdir. Digər tərəfdən nəzərə alsaq ki, verilmiş kreditlər qismən təminatlı kreditdir, o zaman bazar dəyəri kreditin ödənilməmiş məbləğindən az olan girovla və ya digər təminatla təmin edilməli idi. Göründüyü kimi Qaydalarda digər təminatın mövcudluğu bazar qiyməti ilə əlaqələndirilmişdir.Yəni, təminatın bazar qiymətinin müəyyən edilməsi mütləq şərt kimi qaydalara daxil edilmişdir. Bundan başqa nəzərə alınsa ki, verilmiş kreditlər təminatsız kreditlərdir, bu halda isə verilmiş kreditin heç bir təminatı olmamalı və ya təminatının bazar dəyəri olmamalı, habelə dəyərindən asılı olmayaraq təminat Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq rəsmiləşdirilməməlidir. Əgər verilmiş kredit məhz bu növ kreditlərə aiddirsə deməli, qaydalarda belə bir kreditrin verilməsi nəzərdə tutulmuşdur. Buna görə də təqsirləndirilən şəxslər qaydalardan kənar hər hansı hüquqa zidd əmələ yol verməmiş və vəzifə səlahiyyətlərindən sui istifadə etməmişlər. Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 461.1-ci maddəsinə əsasən öhdəliklərin icrası üçün təminat vermiş şəxs kreditorun razılığı ilə onu başqa təminatla əvəz edə bilər. Qəbul etsək ki, hazırki iş üzrə təqsirləndirilən şəxslər öhdəliklərin icrası üçün təminat vermiş şəxs qismində çıxış etmişlər, bu halda onlar tərəfindən kredit verilərkən kreditor qismində çıxış edən “X3 Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri kreditin təminatsız olduğunu, yəni təminat qismində hər hansı bir rəsmi sənəd əlavə edilmədən təsdiqlənmək üçün Baş İdarəyə göndərilmiş kreditin başqa təminatla əvəz edilməsi təşəbbüsü ilə də çıxış etməmişdir. Beləliklə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinin tərkib əlamətləri aşkar edilməmişdir. Azərbaycan Respublikası CM-nin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur; 33-cü maddəsinə əsasən hakimlər cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən həmin Məcəllənin 125, 144 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir; 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır; 42.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər; 126.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayət prosesini həyata keçirən orqan tərəfindən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsdən və şahidlərdən alınmış şifahi və yazılı məlumatlar ifadələr hesab olunur; 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 349.5.1-ci maddəsinə əsasən məhkəmə yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İstər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, istərsə də məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsinin dispoziyasında nəzərdə tutulan cinayət əməlinin törədilməsində onların təqsirli olması sübuta yetməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə ittiham verilməsini Azərbaycan Respublikası CPM-nin 8.0.2, 9.1.2, 9.1.3, 10.1, 10.5, 11.1, 12.1, 12.3. 21.1,21.2, 21.3, 28.1, 28.2-ci maddələrinin tələbləri baxımından əsassız hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.1-ci maddəsin əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə, təqsirsiz sayılır; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. CPM-nin müddəlarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə, təqsirsiz sayılır; 63-cü maddəsinin 2-ci hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər; 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət qanunvericiliyinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İttihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə vurğulamışdır ki, hakim sübutların qəbul edilənliyini müəyyənləşdirməyə görə cavabdehlik daşıyır. Hakim bu məsələdə İnsan Hüquqları haqqında Avropa Konvensiyasının presedent hüququna uyğun olan tərzdə Cinayət Prosessual Məcəlləsinə istinad etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən də qəbul olunan hüquqi müəyyənlik prinsipi “hüquqi təhlükəsizlik konsepsiyasının” baş prinsiplərindən biri hesab olunur. Hüquqi müəyyənlik ümumi ideya kimi bir çox hüquq sistemlərinə daxil edilmişdir. Onun əsasını isə hüquqi məsuliyyətə cəlb etmə müddətləri də əhatə olunmaqla, hüquqi vəziyyətin sabitliyini təmin edən əvvəlcədən xəbər vermə təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 06 yanvar 2004-cü il tarixli digər Qərarında qeyd edilmişdir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 22 sentyabr 2008-ci il tarixli başqa bir Qərarında qeyd edilmişdir ki, cinayət hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir və bu meyarlar Cinayət Məcəlləsinin qanunçuluq prinsipinin təmin edilməsinə xidmət edir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən, təqsirləndirilən şəxslərə müvafiq olaraq tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilmələri, qətimkan tədbirinin tətbiqi və qanunsuz məhkəməyə verilmələri nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. O cümlədən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dərhal ləğv eüdilməlidir. CPM-nin 353.5.2-ci maddəsinə əsasən məhkəmə hökmü çıxarılanadək bəraət almış şəxs barəsində qətimkan tədbirlərinin seçildiyi halda onun dərhal ləğv edilməsi bəraət hökmünün nəticəvi hissəsində göstərilməlidir. İş üzrə mülki iddia və müsadirə olunacaq əmlak yoxdur. İş materiallarında olan Bokt "xxxx" QSC-nin Kredit Komitəsi ilə Gəncə filialının arasında olan “26 aprel 2019-cu il tarixli, 01 mart 2019-cu il tarixli, 10 may 2019-cu il tarixli, 13 may 2019-cu il tarixli, 14 mart 2019-cu il tarixli, 01 may 2019-cu il tarixli, 17 iyul 2019cu il tarixli, 30 mart 2019-cu il tarixli, 03 iyul 2019-cu il tarixli, 18 iyul 2019-cu il tarixli, 27 mart 2019-cu il tarixli, 27 iyul 2019-cu il tarixli, 22 iyul 2019-cu il tarixli, 23 may 2019-cu il tarixli, 09 iyul 2019-cu il tarixli, 08 aprel 2019-cu il tarixli, 26 fevral 2019-cu il tarixli, 05 oktyabr 2019-cu il tarixli, 01 oktyabr 2019-cu il tarixli, 25 fevral 2019-cu il tarixli, 10 aprel 2019-cu il tarixli, 01 may 2019-cu il tarixli və 15 aprel 2019-cu il tarixli daxili yazışma sənədləri və X6 oğluna məxsus 25.02.2019-cu il tarixli, Şahid4 məxsus 27.02.2019-cu il tarixli, Şahid8 məxsus 01.03.2019-cu il tarixli, 10.05.2019-cu il tarixli, Cəfərov Vüsal Elşən oğluna məxsus 14.03.2019-cu il tarixli, 01.05.2019-cu il tarixli, 18.07.2019-cu il tarixli, Abbasov Seymur Dəmir oğluna məxsus 27.03.2019-cu il tarixli, Şahid9 məxsus 29.03.2019-cu il tarixli, Abbasov Qədir Qəzənfər oğluna məxsus 02.04.2019-cu il tarixli, Haxverdiyev Şükür Sabir oğluna məxsus 05.04.2019-cu il tarixli, Şahid16 məxsus 08.04.2019-cu il tarixli, Şahid7 məxsus 10.04.2019-cu il tarixli, Şahid5 məxsus 15.04.2019-cu il tarixli, Şahid3 məxsus 29.04.2019-cu il tarixli, Şahid17 məxsus 01.05.2019-cu il tarixli, Rəfiyev Elnur Eldar oğluna məxsus 14.05.2019-cu il tarixli, Şahid13 23.05.2019-cu il tarixli, Şahid12 məxsus 04.07.2019-cu il tarixli, Şahid18 məxsus 09.07.2019-cu il tarixli, Şahid11 məxsus 18.07.2019-cu il tarixli, Şahid6 məxsus 22.07.2019-cu il tarixli, Şahid14 məxsus 29.07.2019-cu il tarixli və Şahid10 məxsus 02.10.2019-cu il tarixli kredit müqavilələrinin maddi sübut kimi tanınması nəzərə alınmalıdır. Bundan əlavə təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçilər təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 həyata keçirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» qərarına edilmiş 03.05.2018-ci il tarixli dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat miqdarında haqq ödənilməlidir. Müdafiəçilərin məhkəməyə təqdim etdiyi hesabatdan isə görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxslərə vəkil Müdafiəçi1 və Müdafiəçi2 25 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 müdafiəsini məhkəmə istintaqında Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 müdafiəsini isə Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 həyata keçirdiyindən hər bir vəkil üçün 150 manat, cəmi 300 manat dövlət hesabından tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun (hesablaşma hesabı “XalqBank” Gəncə filialı; Kod: 504023; VÖEN; **********; Müxbir hesab: AZ24NABZ********************; S.Ü.İ.F.T.BİK: HAJCAZ22; Hesab №-si AZ75HAJCHCRAZN**********1001; VÖEN: **********) hesabına keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 42, 344-347, 349, 351, 352, 353, 356, 357 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 əməlində cinayət tərkibi olmadığından təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dərhal ləğv edilsin. Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibi olmadığından təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dərhal ləğv edilsin. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilmələri, qətimkan tədbirinin tətbiqi və qanunsuz məhkəməyə verilmələri nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 izah edilsin. Bokt "xxxx" QSC-nin Kredit Komitəsi ilə Gəncə filialının arasında olan “26 aprel 2019-cu il tarixli, 01 mart 2019-cu il tarixli, 10 may 2019-cu il tarixli, 13 may 2019-cu il tarixli, 14 mart 2019-cu il tarixli, 01 may 2019-cu il tarixli, 17 iyul 2019-cu il tarixli, 30 mart 2019-cu il tarixli, 03 iyul 2019-cu il tarixli, 18 iyul 2019-cu il tarixli, 27 mart 2019-cu il tarixli, 27 iyul 2019-cu il tarixli, 22 iyul 2019-cu il tarixli, 23 may 2019-cu il tarixli, 09 iyul 2019-cu il tarixli, 08 aprel 2019-cu il tarixli, 26 fevral 2019-cu il tarixli, 05 oktyabr 2019-cu il tarixli, 01 oktyabr 2019-cu il tarixli, 25 fevral 2019-cu il tarixli, 10 aprel 2019-cu il tarixli, 01 may 2019-cu il tarixli və 15 aprel 2019-cu il tarixli daxili yazışma sənədləri və X6 oğluna məxsus 25.02.2019-cu il tarixli, Şahid4 məxsus 27.02.2019-cu il tarixli, Şahid8 məxsus 01.03.2019-cu il tarixli, 10.05.2019-cu il tarixli, Cəfərov Vüsal Elşən oğluna məxsus 14.03.2019-cu il tarixli, 01.05.2019-cu il tarixli, 18.07.2019-cu il tarixli, Abbasov Seymur Dəmir oğluna məxsus 27.03.2019-cu il tarixli, Şahid9 məxsus 29.03.2019-cu il tarixli, Abbasov Qədir Qəzənfər oğluna məxsus 02.04.2019-cu il tarixli, Haxverdiyev Şükür Sabir oğluna məxsus 05.04.2019-cu il tarixli, Şahid16 məxsus 08.04.2019-cu il tarixli, Şahid7 məxsus 10.04.2019-cu il tarixli, Şahid5 məxsus 15.04.2019-cu il tarixli, Şahid3 məxsus 29.04.2019-cu il tarixli, Şahid17 məxsus 01.05.2019-cu il tarixli, Rəfiyev Elnur Eldar oğluna məxsus 14.05.2019-cu il tarixli, Şahid13 23.05.2019-cu il tarixli, Şahid12 məxsus 04.07.2019-cu il tarixli, Şahid18 məxsus 09.07.2019-cu il tarixli, Şahid11 məxsus 18.07.2019-cu il tarixli, Şahid6 məxsus 22.07.2019-cu il tarixli, Şahid14 məxsus 29.07.2019-cu il tarixli və Şahid10 məxsus 02.10.2019-cu il tarixli kredit müqavilələrinin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında olması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (hesablaşma hesabı “XalqBank” Gəncə filialı; Kod: 504023; VÖEN; **********; Müxbir hesab: AZ24NABZ********************; S.Ü.İ.F.T.BİK: HAJCAZ22; Hesab №-si AZ75HAJCHCRAZN**********1001; VÖEN: **********) köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (hesablaşma hesabı “XalqBank” Gəncə filialı; Kod: 504023; VÖEN; **********; Müxbir hesab: AZ24NABZ********************; S.Ü.İ.F.T.BİK: HAJCAZ22; Hesab №-si AZ75HAJCHCRAZN**********1001; VÖEN: **********) köçürülsün. Hökm elan olunduğu andan 20 (iyirmi) müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən şikayət və protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar