Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-90/2020 29.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi Novruzov Maarif Vidadi oğlunun katibliyi, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X5, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxx 1972-ci ildə Xanlar (Göygöl) rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 nəfər yetkinlik yaşına çatmayan uşaqları olan, taksi fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Göygöl rayonu, S.Hacıyev küçəsi, ev 88-də qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 29,317-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlbe dilməsi üçün kifayətedən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiqedilməsi haqqında» xx xxxx 2005-ci il tarixli Qanununda göstərilən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1,746 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan istintaqa məlum olmayan vaxt və mənbədən qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşımış, xx xxxx 2019-cu il tarixdə saat 10:45 radələrində Gəncə şəhəri, Nizami rayonu, H.Əliyev küçəsi 92-də yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 2 saylı X3 Ağır Cinayətlər Məhkəməsinin hesabında saxlanılan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.1, 206.4 və 320.1-ci maddələri ilə məhkum olunmuş şəxs Şahid4 sovqat kimi gətirdiyi sellofan torbada olan pendirin içərisində yoxlamadan gizlətməklə İstintaq Təcridxanasının nəzarətli buraxılış məntəqəsindən Şahid4 ötürən zaman 2 saylı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən sovqata keçirilən baxış zamanı 1,746 qram çəkidə narkotik vasitə olan heroin aşkar edildiyindən iradəsindən asılı olmayan səbəblərdən qeyd olunan narkotik vasitənin Şahid4 ötürülməsi ilə bağlı cinayəti başa çatdıra bilməyib cinayət etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyi, iş materiallarında olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 29,317-1.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək əvvəlcə göstərmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini məhkəmə istintaqında da təsdiq edir. Belə ki, o, ailəsini dolandırmaq üçün özünə məxsus olan “VAZ 21074” markalı, ** BH *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Göygöl rayonunda və Gəncə şəhərindətaksi fəaliyyəti ilə məşğulolur. Hazırda Gəncə şəhərində yerləşən 2 saylı istintaq təcridxanasında həbsdə saxlanılan Şahid4 onun Göygöl rayonundan qonşusu olmuşdur. O, bir neçə dəfə Zakirin valideyinlərinin sifarişi ilə sonuncuya valideyinləri tərəfindən göndərilən sovqatı istintaq təcridxanasına gətirib vermişdir. xx.xx.2019-cu il tarixdə saat 22 radələrində qonşuluqda yaşayan Vüsal adlı şəxs onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq Zakirin ailə üzvlərinin Zakirə sovqat hazırladıqlarını, həmin sovqatı türməyə- Zakirə aparmaq lazım olduğunu bildirmiş və həmin sovqatı apara bilibbilməyəcəyini ondan soruşmuşdur. O, əvvəllər də Zakirə belə bir formada sovqat apardığından Vüsalla razılaşmışdır. Bundan sonra axşam saatlarında Vüsaldigər qonşusuRafiqləbirlikdə yaşadığı ünvana gəlib Zakirin ailə üzvlərinin verdiyi sovqatı Zakirin olduğu istintaq təcridxanasına vermək üçün ona vermiş, həmçinin həmin sovqatı Zakirə çatdırmaq üçün bunun müqabilində taksi pulu kimi ona 10 manat pul vermişlər. O, həmin sovqatı götürmüşdür.Sovqat bir neçə sellofan torbada pendir, xiyar, pomidor, kampot, bir blok siqaret, su və döşək üzlərindən ibarət olmuşdur. Pendir isə plastik qabın içərisində olmuşdur. O, əvvəllər Zakirin narkotik vasitə istifadə etdiyini eşitdiyindən və Zakirlə münasibəti yaxşı olduğundan sonuncuya sovqatın içərisində narkotik vasitə olan “kokos” kimi tanınan heroini pay kimi göndərmək qərarına gəlmişdir. Buna görə də Zakirə çatacaq sovqatın içərisində olan plastik qabın içərisindəki pendirin arasına bir ədəd sellofan bükümdə narkotik vasitə olan heroin qoymuşdur. O, həmin narkotik vasitə olan heroini bir neçə ay əvvəl Göygöl rayonu ərazisində xatırlamadığı yerdən tapmışdı. O, artıq narkotik vasitə istifadə etmədiyi və narkotikdən uzaqlaşdığı üçün həmin narkotik vasitəni Zakirə göndərmək qərarına gəlmişdir. Həmin narkotik vasitədən savayı yaşadığı evdə və ya başqa hər hansı bir yerdə narkotik vasitə saxlamamışdır. xx xxxx 2019-cu il tarixdə sovqatı götürərək səhər saatlarında idarə etdiyi avtomobillə yaşadığı evdən çıxmış, saat 10:30 radələrində Gəncə şəhəri, Həsən Əliyev küçəsində yerləşən istintaq təcridxanasının qabağına gəlmiş və avtomobildən Zakirə çatacaq sovqatı götürüb təcridxananın sovqat qəbulu olan qapısına yaxınlaşmışdır. Orada o, sürücülük vəsiqəsini təqdim edərək sovqatı Zakirə çatdırılması üçün təcridxananın əməkdaşına vermiş və təcridxananın əməkdaşları sovqatı onun yanında açaraq yoxlamışlar. Təcridxananın əməkdaşları gətirdiyi sovqatın içərisində olan ərzaq məhsullarına və paltarlara baxmış, sonuncu olaraq pendir qabını açıb içərisinə baxdıqda pendirin arasında bir sellofan bükümü aşkar edilmişdir. Təcridxananın əməkdaşları həmin bükümü açan zaman bükümdə narkotik vasitə olmasından şübhələnmiş, buna görəonun və iki nəfər hal şahidlərinin iştirakı ilə kütləyə baxış keçirilmiş, həmin bükümün içərisindən spesifik iyli, qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmiş və həmin büküm qablaşdırılmışdır.Bu barədə sənədləşmə aparılmış və o, sənədlərə imza etmişdir. O, bildirmişdir ki, həmin aşkar edilmiş kütlə narkotik vasitə olan heroindir və o, həmin kütləni Zakirə pay kimi göndərmək üçün sonuncuya çatacaq olan sovqatın içərisində plastik qabda olan pendirin içərisində gizlətmişdir. Zakirin ailəsinin göndərdiyi sovqatın içərisinə narkotik vasitə olan heroin qoymasından və orada narkotik vasitənin olmasından ondan başqa heç kimin xəbəri olmamış, həmçinin Şahid4 ona çatacaq sovqatın içərisində narkotik vasitə heroin olmasından məlumatı olmamışdır. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs sonradan ifədəsini dəyişərək bildirmişdir ki, o, Gəncə şəhərində yerləşən 2 saylı istintaq təcridxanasında həbsdə saxlanılan Şahid4 həqiqətən də içərisində bir neçə sellofan torbada pendir, xiyar, pomidor,kampot, bir blok siqaret, su,döşək üzlərindən ibarət olan sovqat aparmışdır. Lakin həmin sovqatın içərisində narkotik vasitə olmasından onun məlumatı olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, o, özünə məxsus olan “VAZ 2107” markalı,** XA *** qeydiyyat nömrə nişanlı avtomobillə taksi fəaliyyəti iləməşğul olur. Şahid4 onunla qonşuluqda yaşamışdır və halhazırda Gəncə şəhəri 2 saylı istintaq təcridxanasında saxlanılır. xx.xx.2019-cu il tarixdə Zakirin atası Zahid onunla əlaqə saxlayaraq Zakirə sovqat hazırladıqlarını və həmin sovqatı türməyə aparıb Zakirə vermək üçün taksi kimi fəaliyyət göstərən və həmişə Zakirə çatdırılması üçün sovqatı aparıb təcridxanaya verən əvvəldən tanıdığı Elman adlı şəxsə vermək lazım olduğunu ona bildirmişdir. O, saat 21 radələrində qonşusu Rafiqlə birlikdə Göygöl şəhərində Zakirin ailə üzvlərinin yaşadığı evə getmişdir. Zakirin valideynlərinin Zakirə sovqat kimi hazırladıqları çantanı götürmüşdür, Zakirin atası Zahid taksi xidməti kimi Elmana vermək üçün 10 manat da pul vermişdir. O isə həmin sovqatı və pulu götürüb Rafiqlə birlikdə Elmanın Göygöl şəhərində yaşadığı ünvana aparmış, həmin sovqatı və 10 manat pulu Elmana vermişdir ki, sovqatı aparıb Zakirə versin. Həmin sovqatı Zakirin ailə üzvlərindən götürüb Elman adlı şəxsə apararkən həmin sovqatı açmamış, içərisinə baxmamışdır. Elman adlı şəxsin həmin sovqatın içərisində Zakirə ötürmək üçün narkotik vasitə gizlətməsindən heç bir məlumatı olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə küçədə olan zaman dostu Şahid1 idarə etdiyi avtomobil ilə onun yanında dayanaraq Gəncə İstintiaq təcridxanasında saxlanılan, əvvəldən tanıdığı Zakirə sonuncunun ailə üzvlərindən sovqatı götürüb Zakirin saxlanıldığı təcridxanaya verilməsi üçün Elman adlı şəxsə verəcəyini və birlikdə getməyi təklif etmişdir. O, boş olduğundan Vüsalla birlikdə Zakirin ailə üzvlərinin yaşadığı ünvana getmiş, Vüsal orada Zakirin ailə üzvlərindən Elmana vermək üçün sovqatı və 10 manat pulu götürmüş və oradan da Elmanın yaşadığı Göygöl rayonu, S.Hacıyev küçəsində yerləşən ünvana gəlmişlər. Vüsal həmin sovqatı və 10 manat pulu Elmana vermişdir, sonra isə çıxıb getmişlər. Vüsal onunla birlikdə Zakirin ailə üzvlərinin yaşadığı ünvana gedərək verdikləri sovqatı götürüb həmin sovqatı açmadan Elman adlı şəxsə aparmışlar. Elman adlı şəxsin həmin sovqatın içərisində Zakirə ötürmək üçün narkotik vasitə gizlətməsindən və ya həmin hadisədən hər hansı məlumatı olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, Şahid4 onun oğludur və hal-hazırda oğlu Zakir Gəncə şəhəri 2 saylı istintaq təcridxanasında saxlanılır. O, Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olan şəxs kimi tanıyır. Mütəmadi olaraq Zakirin saxlanıldığı təcridxanaya sovqat hazırlayıb göndərmiş və adətən həmin sovqatı təcridxanaya Elman aparıb vermişdir. xx.xx.2020-ci il tarixdə onlar Zakirə sovqat hazırlamışlar. Axşam saatlarında onunla küçədə qonşuluqda yaşayan Vüsal adlı şəxsi görmüş və Zakirə hazırladıqları sovqatı aparıb Elmana verməsini xahiş etmişdir. Bundan sonra isə həmin sovqatı və 10 manat pulu Elmana aparıb verməsi üçün Vüsala vermişdir. Vüsal isə həmin sovqatı və pulu aparıb Elmana vermişdir. Ailə üzvlərinin hazırladığı sovqatın içərisində Zakirə çatacaq ərzaqlar və digər əşyalar olmuş, içərisində hər hansı narkotik vasitə olmamışdır. O, həmin sovqatı Vüsala vermiş, Vüsal isə aparıb Elmana vermişdir. Bundan sonra Elman adlı şəxsin həmin sovqatın içərisində Zakirə ötürmək üçün narkotik vasitə gizlətməsindən və təcridxanaya keçirərkən sovqatın içərisindən narkotik vasitənin aşkar edilməsindən onun xəbəri olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərmişdir ki, törətdiyi cinayət əməlləri ilə əlaqədar hal-hazırda Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında saxlanılır. Təqsirləndirilən şəxs xeyli müddətdir ki, yaşamış olduğu Göygöl rayonundan tanıyır. Elman özünə məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. O, təcridxanada saxlandığı müddətdə valideynləri Elmanın vasitəsi ilə ona sovqat göndərmişlər. Belə ki, Elman pul müqabilində taksi kimi onun valideynlərinin hazırladığı sovqatı onlardan götürüb gətirərək təcridxanada ona keçirmişdir. Elmanın ona gətirdiyi sovqatın içərisinə narkotik vasitə heroin qoymasından heç bir məlumatı olmamışdır, ümumiyyətlə Elmanın ona sovqat gətirəcəyindən də əvvəlcədən məlumatı olmamışdır. Elmanın həmin sovqatın içərisinə nə üçün narkotik vasitə qoymasının səbəbini bilməmiş, o, narkotik vasitə istifadəçisi olmamış, heç kimdən narkotik vasitə göndərilməsini istəməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid7 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncə şəhər 2 saylı istintaq təcridxanasında rejim nəzarət şöbəsinin böyük nəzarətçisi vəzifəsində işləyir və ədliyyə baş giziri rütbəsindədir. O, sovqat qəbulu otağında xidmət edir. Penitensiar Xidmətin Əməliyyat-rejim idarəsinin və 2 saylı X1 aparatının əməkdaşlarının əməliyyat məlumatına əsasən xx.xx.2019-cu il tarixdə saat 10:30 radələrində 3-cü rejim korpusunun 58 saylı kamerasında saxlanılan Şahid4 sovqat gətirən tanışı Təqsirləndirilən şəxs gətirmiş olduğu sovqata onun, əməliyyat bölməsinin inspektoru Şahid5, rejim-nəzarət şöbəsinin böyük inspektoru Şahid6 Cəmaləddin oğlunun, baxış keçirilməsinə görə dəvət olunmuş hal şahidləri Şahid8, Şahid9 və sovqatı gətirmiş Təqsirləndirilən şəxs iştirakları ilə baxış keçirilmişdir. Baxış keçirilərkən plastik qabda olan pendirin arasında gizlədilmiş, polietilen torbaya bükülmüş 1 ədəd bükümdə spesifik iyə malik, qəhvəyi rəngdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüş və ekspertizaya təqdim edilməsi üçün kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Baxış keçirilməsi və götürmə aparılması barədə protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş və daha sonra iştirakçılar tərəfindən protokol imzalarla təsdiq edilmişdir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid8 ifadəsində göstərmişdir ki,xx.xx.2019-cu il tarixdə saat 10:30 radələrində təcridxananın dükanında olduğu zaman İstintaq Təcridxanasının əməkdaşları tərəfindən sovqat qəbulu otağına çağırılmış və dərhal ora getmişdir. Ona əməkdaşlar tərəfindən Təqsirləndirilən şəxs gətirdiyi sovqata baxış keçirilən zaman hal şahidi qismində iştirak etməyi təklif edilmiş, o isə heç bir etiraz etməmişdir. Ondan başqa təcridxanada komendant işləyən Şahid9 da hal şahidi qismində dəvət olunmuşdur. Bundan sonra onlara hüquq və vəzifələri izah olunmuş və onun, İstintaq təcridxanasının əməkdaşları Şahid5, Şahid6, Şahid7, digər hal şahidi Şahid9 və sovqatı gətirmiş Təqsirləndirilən şəxs iştirakları ilə sovqata baxış keçirilmişdir. Baxış keçirilərkən plastik qabda olan pendirin arasında gizlədilmiş, polietilen torbaya bükülmüş 1 ədəd bükümdə spesifik iyə malik, qəhvəyi rəngdə narkotik vasitəyə bənzər kütə aşkar edilərək götürülmüş və ekspertizaya təqdim edilməsi üçün kağız zərfdə qablaşdırılmış, möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş və daha sonra iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid9 eyni məzmunlu ifadə verərək Şahid8 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid5 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 2 saylı X1 Bölməsində inspektor vəzifəsində işləmiş və ədliyyə baş leytenantı rütbəsi ilə xidmət etmişdir. Təcridxananın sovqat qəbulu xidmətinə göstəriş verilmişdir ki, 58-ci kamerada olan həbsdə saxlanılan şəxslərin sovqatları daha da ciddi şəkildə yoxlanılsın. Belə ki, həmin kamerada saxlanılan şəxslərin hər hansı birisinə sovqatın, yəni konkret olaraq ərzaq məhsulunun içərisində narkotik vasitə olan heroin keçiriləcəyi barədə əvvələcədən əməliyyat məlumatı əldə etmişlər. Bu səbəbdəndə ərzaq məhsullarının içərisinə dərindən baxılması tapşırılmışdır. xx.xx.2019-cu il tarixdə sovqat xidməti qəbulundan 58-ci kamerada həbsdə olan, yəni X11 Məhkəməsinin hesabında təcrixanada həbsdə saxlanılan Göygöl rayon sakini Şahid4 gətirilən sovqatda şübhəli əşya olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Dərhal o, sovqat qəbulu otağına keçmiş və orada o, Şahid4 sovqatı gətirənin həmyerlisi Göygöl rayon sakini Təqsirləndirilən şəxs olmasını və gətirdiyi pendirin içərisində şübhəli əşya olmasını müəyyən etmişdir. Dərhal o, təcridxananın rejim nəzarət şöbəsinin böyük inspektoru,ədliyyə baş leytenantı Şahid6 və sovqat qəbulu otağının nəzarətçisi,ədliyyə baş giziri Şahid7, hal şahidi qismində dəvət edilmiş Şahid8 və X6, eləcədə sovqatı gətirən Təqsirləndirilən şəxs özünün iştirakı ilə plastik qabda olan pendir qabına baxış keçirilmiş və baxış zamanı pendirin arasında gizlədilmiş, polietilen torbaya bükülmüş, spesifik iyə malik narkotik maddəyə bənzər qəhvəyi rəngdə kütlə aşkar edilmişdir. Həmin kütlə onlarıniştirakları ilə qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs gətirdiyi sovqatın içərisində olan kütlə 1,746 qram çəkidə narkotik vasitə olan heroindir. Şahid6 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Şahid5 iləeyni məzmunlu ifadə verərək həmin xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən alınmış xx xxxx 2019-cu il tarixli, 19/902a nömrəli arayışdan görünür ki, məhkum Şahid4 sovqat gətirən Təqsirləndirilən şəxs gətirdiyi sovqatın içərisindən aşkar edilib götürülmüş, sellofan bükümün içərisində təmiz çəkisi 1.746 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 451 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində, “Təqsirləndirilən şəxs” sözləri olan kağız paketdəki, 1 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 1.741 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 260 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabionidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına xx xxxx 2019-cu il tarixli məktubundan görünür ki, xx.xx.2019-cu il tarixdə saat 10:45 radələrində 3-cü rejim korpusunun 58 saylı kamerasında saxlanılan, 1989-cu ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 3 ünvanında yaşamış, X12 məhkəməsinin x xxxxxxxx 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 206.4 və 320.2-ci maddələri ilə təqsirli bilinərək 11 (on bir) il müddətinə azadlıqdan məhrum edilmiş, haİ-hazırda X11 Məhkəməsinin hesabında 2 saylı istintaq təcridxanasında saxlanılan məhkum Şahid4 sovqat gətirən tanışı Təqsirləndirilən şəxs gətirdiyi sovqata baxış keçirən zaman plastik qabda olan pendirin arasma gizlədilmiş, polietilen torbaya bükülmüş 1,746 qram narkotik maddə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına gətirdiyi sovqata baxış keçirən zaman plastik qabda olan, pendirin arasında gizlədilmiş, polietilen torbaya bükülmüş 1,746 qram narkotik maddə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 683 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Rayonlararası Ruhi-Əsəb Dispanseri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 382 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ruhi-Əsəb dispanserində qeydiyyatda durmur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş «Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında» xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Şahid4, Şahid3, Şahid1 və Şahid2 Ramiz oğlunun əməllərində hər hansı bir cinayətin tərkibi müəyyən olunmadığından barələrində cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 1.721 qram olan narkotik vasitə heroin iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra Gəncə şəhər Baş Polis İdarəsinin saxlama anbarına saxlanca verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı fərqli və ziddiyyətli ifadələrini, yəni əvvəlcə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 29,317-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə özünü təqsirli bilməsi və həmin cinayət əməllərini törətməsini etiraf etməsi, daha sonra isə ifadəsini dəyişərək Gəncə şəhərində yerləşən 2 saylı istintaq təcridxanasında həbsdə saxlanılan Şahid4 həqiqətən də içərisində bir neçə sellofan torbada pendir, xiyar, pomidor,kampot, bir blok siqaret, su,döşək üzlərindən ibarət olan sovqat apardığı, lakin həmin sovqatın içərisində narkotik vasitə olmasından onun məlumatının olmadığına dair ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Təqsirləndirilən şəxs cinayət işinin məhkəmə araşdırması zamanı tədqiq olunmuş və onun təqsirliliyini təsdiq edən mötəbər və təkzibedilməz sübutlarla bağlı hər hansı mülahizə irəli sürə və dəlillər təqdim edə bilməmişdir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı sonradan ifadəsini dəyişərək istintaq təcridxanasına apardığı sovqatda narkotik vasitə olmasından məlumatının olmamasına dair hissəsini sübut növü kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi həmin xüsusat məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, baxış keçirilməsi barədə protokol, maddi sübut, ekspertiza rəyləri, cinayət işinin digər materialları və işin faktiki halları ilə tam təkzib olunur. Beləliklə də, məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlilləri özünün cinayət məsuliyyətindən yayınması məqsədi ilə verildiyindən, həqiqətə və işin faktiki hallarına uyğun olmadığından onları yalan və inandırıcı olmayan məlumatlar kimi qiymətləndirir və həmin dəlillər məhkəmə baxışı zamanı araşdırılan sübutlarla tam inkar olunur. Məhkəmə iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsiistehlakmiqdarındanartıqmiqdarda əldə edib saxlayaraq daşıma və istintaq təcridxanasında saxlanılan şəxsə qadağan olunmuş əşyanın yoxlamadan gizlətməklə ötürməyə cəhd etməsi cinayətini törətməkdə təqsirliliyi tam sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 29, 317-1.1-ci maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 29,317-1.1-ci maddələri ilə tövsif olunmalı və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən heroin narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarının 4-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, əməlin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmçinin Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsinin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlqıdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur, həmin Məcələnin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyükimi, Təqsirləndirilən şəxs cinayətlərin təsnifatına görə az ağır cinayət hesab edilən Cinayət Məcəlləsinin 234.1-ci maddəsində, eləcə də böyük ictimai təhlükə törətməyən cinayət hesab edilən Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 xx.xx.2019-cu il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin məhkumluğu ödənilmişdir, bundan başqa Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin məhkumluğu ödənilmişdir Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqları var. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Göygöl rayonu İcra Hakimiyyəti Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx xxxxxxx 2020-ci il tarixli, 2611 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Göygöl şəhəri, Səbuhi Hacıyev küçəsi, ev 88-də yaşayır, onun anası və uşaqları Təqsirləndirilən şəxs himayəsində yaşayırlar. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Göygöl rayonu İcra Hakimiyyəti Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakteriza olunur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Göygöl Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş kliniki laboratoriya analizinə dair sənəddən görünür ki, Təqsirləndirilən şəxs “Hepatit C” xəstəliyindən əziyyət çəkir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət xarekterizə olunmasını, ailədə tək yeganə qazanc gətirən şəxs olmasını, Təqsirləndirilən şəxs “Hepatit C” xəstəliyindən əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cəzasını yüngülləşdirən hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən və az ağır cinayət törətməsini), təqsirkarın şəxsiyyətini (yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini), himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, “Hepatit C” xəstəliyindən əziyyət çəkməsini, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, ona törətdiyi cinayətə görə ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası və Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.3 və 68.3.1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının bir gününə islah işlərinin iki günü bərabər tutulur. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxil olduğundan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən həmin Məcəllənin 68.3.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X8 təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir və o, saxlanlıdığı Gəncə şəhər Baş Polis İdarəsinin X4 azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ümumi olaraq 03 gün müddətində Gəncə şəhər Baş Polis İdarəsinin X7 şübhəli şəxs qismində saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ümumi olaraq 03 gün müddətində Gəncə şəhər Baş Polis İdarəsinin X7 şübhəli şəxs qismində saxlanılmasını nəzərə alaraq həmin müddətin ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmasını məqsədəmüvafiq hesab edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan RespublikasınınCinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası, həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsinin sanksiyası həddində islah işləri cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən həmin Məcəllənin 68.3.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxsqəti azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir:yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək;elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək;məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək;müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə Təqsirləndirilən şəxs üzərinə müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyarkən onun ailəsini dolandırmaq üçün Göygöl rayonunun və Gəncə şəhərinin ərazisi hüdudlarında taksi fəaliyyəti ilə məşğul olduğunu nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göygöl rayonunun və Gəncə şəhərinin ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan, narkotik vasitənin ekspertizadan qaytarılmış qalığı, yəni 1.721 qram olan narkotik vasitə heroin məhv edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 30.40 manat (otuz manat qırx qəpik) məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxshüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 20 (iyirmi) iş saatıməsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 29, 317-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 317-1.1-ci maddəsi ilə aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən həmin Məcəllənin 68.3.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının CinayətMəcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək, yəni ümumi 03 (üç) gün müddətində şübhəli şəxs qismində saxlanıldığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 06 (altı) gün müddətona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 5 ünvanında yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göygöl rayonunun və Gəncə şəhərinin ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan narkotik vasitənin ekspertizadan qaytarılmış qalığı, yəni 1.721 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhvedilsin. İş üzrə ekspertiza xərci olan 30.40 (otuz manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(044)-90/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-90/2020
29.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver