Məhkəmə qərarları › İş №1(044)-92/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-92/2021

11.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-92/2021 11.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi Novruzov Maarif Vidadi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1967-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Gəncə şəhəri, Ə.Əlizadə küçəsi, ev 14-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 21:00 radələrində yaşadıqları Gəncə şəhəri, E.Əlizadə küçəsi, ev 14-ün birinci mərtəbəsinin giriş otağında birlikdə yaşadığı qardaşı Zərərçəkmiş şəxs ilə şəxsi münasibət zəminində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs stolun üzərindəki mətbəx bıçağı ilə sonuncunun sağ əlindən vuraraq sağ said nahiyyəsinin yarası kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli xəsarət yetirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, eləcə də işdə olan və tədqiq olunan digər iş materialları ilə aşağıdakı qaydada tamamilə sübuta yetirilmişdir. Məhkəmə iclasında cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır və birlikdə yaşayırlar. Birlikdə yaşadıqları müddət ərzində dəfələrlə mübahisələri olmuşdur. Mübahisələrə səbəb Rəhmanla xasiyyətinin düz gəlməməsi olmuşdur. Belə ki, bəzi vaxtlarda etdiyi hərəkətlər Rəhmanın xoşuna gəlmir, bəzi vaxtlarda da Rəhmanın etdikləri onun xoşuna gəlmir. xx.xx.2021-ci il tarixdə axşam saatlarında o, yaşadığı evdə olarkən axşam saatlarında Rəhman evdə olmamışdır. Həmin vaxt Rəhman yaşadıqları evin qarşısında dayanmışdır. Rəhmanın orada soyuqda heç bir səbəbsiz dayandığını görüb onu səsləyərək evə gəlməyini demişdir. Rəhman isə onu niyə çağırdığını deyərək iradını bildirmişdir. Sonra aralarında mübahisə yaranmışdır. Mübahisə evin birinci mərtəbəsində girişdəki otaqda baş vermişdir. Həmin otaqda bir qədər əvvəl nar yemiş və stolun üzərində mətbəx bıçağı olmuşdur. Mübahisə zamanı həmin bıçağı götürərək Rəhman ilə itələşmiş, bu vaxt Rəhmanın sağ əlinin üstündən həmin bıçaqla xəsarət yetirmişdir. Bundan sonra X6 Nazirliyinin “102” xidmətinə zəng vuraraq məlumat vermişdir. Mübahisə baş verən vaxt yanlarında heç kim olmamışdır. Mübahisə ümumi olaraq 2-3 dəqiqə davam etmişdir. Qardaşı Zərərçəkmiş şəxsı əvvəlcə bıçaqla vurmaq fikri olmamışdır. Mübahisə zamanı əsəbləşmiş və bu zaman masanın üzərindəki bıçaq əlinə keçmişdir. Bıçaqla da Rəhmanın əlindən qorxutmaq məqsədi ilə vurmuşdur. Hadisədən sonra hərəkətlərindən peşman olmuş, Rəhmandan üzr istəyərək onunla barışmış və ona dəymiş ziyanı ödəmişdir. Odur ki, qeyd etdiklərini nəzərə alıb məhkəmədən cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxs Tapdıq oğlu ilə birlikdə yaşayır. Dilqəmin alkaqol asılılığı olduğundan mütəmadi olaraq onunla mübahisəsi yaranır. Dilqəm demək olar ki, hər gün spirtli içki qəbul edir. xx.xx.2021-ci il tarixdə axşam saatlarında yaşadıqları evdə olarkən Dilqəm yenə spirtli içki qəbul edərək sərxoş olmuşdur. Dilqəm heç bir səbəbsiz olaraq mübahisə yaratmağa başlamışdır. Təxminən saat 21 radələrində yaşadığı evin qarşısında dayanıb hava qəbul edərkən Dilqəm ona evə gəlməyini demişdir. O, Dilqəmdən nəyə görə çağırdığını soruşmuşdur. Dilqəm isə dəxlisiz söhbətlər etmiş və mübahisə yaratmağa başlamışdır. O, evə keçmiş, Dilqəm mübahisəni evdə də davam etdirmişdir. Dilqəm evdə mübahisə zamanı heç bir səbəbsiz olaraq masanın üzərində olan dəstəyi qara rəngli olan mətbəx bıçağını götürmüş, həmin vaxt onunla itələşmiş və Dilqəm əlinə aldığı həmin bıçaqla qəsdən onun sağ əlinin bilək nahiyyəsinin üst tərəfindən ona xəsarət yetirmişdir. Mübahisə orada da sonlanmışdır. O, Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Həmin bıçaq evin mətbəxinin bıçağı olmuş, bir qədər əvvəl Dilqəm həmin bıçaqla nar təmizləyib yemiş və bıçaq masanın üzərində qalmışdı. Mübahisə baş verən vaxt yanlarında heç kim olmamış, ümumi mübahisə 2-3 dəqiqə çəkmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs hərəkətlərindən peşman olmuş və ondan üzr istəyərək, onunla barışmış və ona dəymiş ziyanı ödəmişdir. Ona görə də cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir (Zərərçəkmiş şəxs cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışması, ondan heç bir şikayət və tələbinin olmaması, onun cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə xitam verilməsi barədə ərizəsini məhkəməyə təqdim etmişdir). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər МТЕ və PA Şöbəsindən verilmiş xx.xx.2021-ci il tarixli, 44 saylı «canlı şəxsin ekspertizası» rəyindən görünür ki, Zərərçəkmiş şəxsnın bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ said nahiyyəsinin yarası – kəsici alətlə əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə ballistik ekspertizasının xx.xx.2021-ci il tarixli, 16/42 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Məhkəmə iclasında elan edilmiş və iş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi bıçaq iş üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə iclasında elan edilmiş və iş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221 və 228-ci maddələrinin tərkibi olmadığında həmin faktlar üzrə barəsində cinayət təqibi rədd edilmişdir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 21:00 radələrində yaşadıqları Gəncə şəhəri, E.Əlizadə küçəsi, ev 14-ün birinci mərtəbəsinin giriş otağında birlikdə yaşadığı qardaşı Zərərçəkmiş şəxs ilə şəxsi münasibət zəminində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs stolun üzərindəki mətbəx bıçağı ilə sonuncunun sağ əlindən vuraraq sağ said nahiyyəsinin yarası kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli xəsarət yetirmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin ifadəsini dinləyib, məhkəməyədək sadələşdirilmiş icraat materiallarını araşdırıb hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə, onun barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə iclasında elan edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, hazırda cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmiş, ona görə də Təqsirləndirilən şəxs barəsində məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmişdir. Ona görə də məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Beləliklə, məhkəmədə işə baxılarkən aydın olmuşdur ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işinin materiallarında saxlanılan və cinayət işi üzrə maddi sübut kimi tanınmış bir ədəd bıçaq qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 31,50 (otuz bir manat əlli qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan məbləğ məhkəmə məsrəfləri olaraq cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə araşdırması zamanı cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 6 iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 36 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və müsadirə tətbiq ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37.4, 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində müəyyən edilmiş cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarında saxlanılan bir ədəd bıçaq qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 31,50 (otuz bir manat əlli qəpik) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfləri olaraq cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 36 manat məbləğində pul köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar