Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-95/2021 27.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X11 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi – Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən 27 dekabr 2020-ci il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ünvan 2 ünvanında yerləşən ərzaq mağazasının qapısının dəstəyinə güc tətbiq etməklə qapını itələyib açaraq mağazaya qanunsuz daxil olmuş, mağazanın kassasından hər biri 3 manat olmaqla ümumi dəyəri 21 manat olan 7 ədəd “bakcell” mobil operatoruna məxsus danışıq kartlarını, hər biri 2 manat olmaqla ümumi dəyəri 90 manat olan 45 ədəd “bakcell” mobil operatoruna məxsus danışıq kartlarını, hər biri 1 manat olmaqla ümumi dəyəri 57 manat olan 57 ədəd “bakcell” mobil operatoruna məxsus danışıq kartlarını, 1 ədəd 10 manat dəyərində “azercell” mobil operatoruna məxsus danışıq kartını, hər biri 5 manat olmaqla ümumi dəyəri 10 manat olan 2 ədəd “azercell” mobil operatoruna məxsus danışıq kartlarını, hər biri 2 manat olmaqla ümumi dəyəri 52 manat olan 26 ədəd “azercell” mobil operatoruna məxsus danışıq kartlarını, hər biri 1 manat olmaqla ümumi dəyəri 11 manat olan 11 ədəd “azercell” mobil operatoruna məxsus danışıq kartlarını, hər biri 2 manat olmaqla ümumi dəyəri 6 manat olan 3 ədəd “nar” mobil operatoruna məxsus danışıq kartlarını və 60 manat pulu, ümumilikdə Namıq Rəsulovun 317 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 27 dekabr 2020-ci il tarixdə günorta saatlarında yaşadığı evdə yemək yeyərkən bir qədər spirtli içki qəbul etmişdir. Həmin gün o, saat 17 radələrində yaşadığı evdən çıxıb siqaret almaq üçün “X8” adlanan yerin yaxınlığında yerləşən, əvvəldən tanıdığı Namiq adlı şəxsin işlətdiyi ərzaq mağazasına getmiş, mağazanın qapısını açmaq istədikdə plastik materialdan olan qapının bağlı olduğunu görmüşdür. Həmin vaxt o, maddi vəziyyəti yaxşı olmadığı, pula ehtiyacı olduğu üçün, həmçinin mağazanın qapısının şüşəsindən baxdıqda mağazanın içərisində və ətrafda heç kimin olmadığını görüb oradan oğurluq etmək qərarına gəlmişdir. Həmin vaxt o, tək olmuş, oğurluq etməkdə ona heç kəs köməklik etməmişdir. O, mağazanın qapısının dəstəyindən tutub bir qədər bərk itələdikdə qapı açılmış və mağazaya daxil olmuşdur. Bundan sonra o, kassaya yaxınlaşaraq oradan rezinlə bağlı halda olan “bakcell”, “azercell” və “nar” mobil operatorlarına məxsus danışıq kartlarını və kassada olan manatlıq pulları götürüb mağazadan çıxmışdır. O, mağazadan çıxdıqdan sonra oradan bir qədər aralaşıb ara küçələrdə olarkən mağazadan oğurladığı danışıq kartlarını və pulları saymış və danışıq kartlarının 7 ədəd 3 manatlıq, 45 ədəd 2 manatlıq, 57 ədəd 1 manatlıq “bakcell” mobil operatoruna məxsus danışıq kartlarından, 1 ədəd 10 manatlıq, 2 ədəd 5 manatlıq, 26 ədəd 2 manatlıq, 11 ədəd 1 manatlıq “azercell” mobil operatoruna məxsus danışıq kartlarından, 3 ədəd 2 manatlıq “nar” mobil operatoruna məxsus danışıq kartlarından ibarət olduğunu, oğurladığı pulların isə hamısı 1 manatlıq əskinazlardan ibarət olmaqla 60 manat miqdarında olduğunu müəyyən etmişdir. O, bir qədər piyada gəzişib oğurladığı pulun 30 manatını şəxsi ehtiyacları üçün xərcləmiş, daha sonra isə etdiyi oğurluq əməlindən peşman olduğu üçün Nizami RPİ-nə gedib baş vermiş oğurluq əməlini etiraf etmiş, mağazadan oğurladığı ümumilikdə 257 manat dəyərində danışıq kartlarını və qalan 30 manat pulu istintaqa təqdim etmişdir. O, həmin mağazadan ümumilikdə 257 manat dəyərində danışıq kartlarından və 60 manat nağd puldan başqa heç nə oğurlamamışdır. Qeyd etdiyi cinayət əməlindən başqa o, 01 mart 2020-ci il tarixdə saat 02 radələrində tanışı X6 ilə birlikdə X2 icarə əsasında işlətdiyi Şəmkir rayonu, Qaracəmilli kəndində yerləşən kompyuter oyunları salonunun qapısını sındırıb içəri daxil olmaqla oradan 4 ədəd televizor və 4 ədəd oyun aparatı oğurlamış, həmin törətdiyi cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılaraq ona azadlıqdan məhrumetmə cəzası verilmiş, həmin qərardan o, apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunaraq ona cəzası azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Sonda təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, atasının İ Qarabağ müharibəsndə iştirak edərək müharibə veteranı olduğunu, qardaşlarının İİ Qarabağ müharibəsində iştirak edərək medallarla təltif olunduqlarını və hal-hazırda işğaldan azad edilmiş ərazilərdə xidmət apardıqlarını, özünün güləşçi olaraq idman ustası olduğunu, dəfələrlə yarışlarda naliyyətlər qazandığını, qardaşları hərbi xidmətdə olduqları üçün onkoloji xəstə olan anasının onun himayəsində olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Cinayət prosesi iştirakçılarının razılığı ilə ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi məhkəmə iclasında elan edilmiş, Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, o, icarə əsasında ünvan 3 ünvanında yerləşən ərzaq mağazasını işlədir. 27 dekabr 2020-ci il tarixdə, saat 16:30 radələrində mağazanın plastik materialdan olan qapısını açarla bağlayıb mağazadan çıxmış, təxminən yarım saat ərzində yaxınlıqda yerləşən “Oba” marketə gedib geri qayıtmışdır. O, mağazaya qayıdan zaman mağazasının qapısının açıq vəziyyətdə olduğunu aşkar etmiş, həmin vaxt başa düşmüşdür ki, mağazadan oğurluq olmuşdur. Bundan sonra mağazaya daxil olub baxış keçirdikdə mağazanın kassasından hər biri 3 manat dəyərində olmaqla ümumi dəyəri 21 manat olan 7 ədəd bakcell mobil operatoruna məxsus danışıq kartlarının, hər biri 2 manat dəyərində olmaqla ümumi dəyəri 90 manat olan 45 ədəd bakcell mobil operatoruna məxsus danışıq kartlarının, hər biri 1 manat dəyərində olmaqla ümumi dəyəri 57 manat olan 57 ədəd bakcell mobil operatoruna məxsus danışıq kartlarının, 1 ədəd 10 manat dəyərində azercell mobil operatoruna məxsus danışıq kartının, hər biri 5 manat dəyərində olmaqla ümumi dəyəri 10 manat olan 2 ədəd azercell mobil operatoruna məxsus danışıq kartlarının, hər biri 2 manat dəyərində olmaqla ümumi dəyəri 52 manat olan 26 ədəd azercell mobil operatoruna məxsus danışıq kartlarının, hər biri 1 manat dəyərində olmaqla ümumi dəyəri 11 manat olan 11 ədəd azercell mobil operatoruna məxsus danışıq kartlarının, hər biri 2 manat dəyərində olmaqla ümumi dəyəri 6 manat olan 3 ədəd nar mobil operatoruna məxsus danışıq kartlarının, bundan başqa hər biri 1 manatlıq əskinazlardan ibarət olmaqla 60 manat pulunun oğurlandığını aşkar etmiş, ümumilikdə onun 317 manat dəyərində əmlakı oğurlanmışdır. Zərərçəkmiş şəxs əlavə suala cavab olaraq bildirmişdir ki, ilkin ərizəsində mağazada dəqiq hesabat aparmadan 780 manat dəyərində əmlakının oğurlanmasını bildirmiş, daha sonra isə mağazada olan malların və pulun dəqiq hesabatını apardıqda 317 manat dəyərində əmlakımın oğurlanmasını müəyyən etmiş, baş vermiş oğurluq nəticəsində ona 317 manat maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Baxış keçirilməsi haqqında” 27.12.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi ünvan 3 ünvanında yerləşən, Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi mağazada baş vermişdir. - 29.12.2020-ci il tarixli “təqdim edilmiş əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs təqdim ediyi mobil operatorlara məxsus danışıq kartlarını və 30 manat pulu mütəntiq Ayaz Əhmədov götürmüşdür. Baxış zamanı müəyyən edilmişdir ki, həmin danışıq kartları 7 ədəd 3 manatlıq, 45 ədəd 2 manatlıq, 57 ədəd 1 manatlıq “bakcell” mobil operatoruna məxsus danışıq kartlarından, 1 ədəd 10 manatlıq, 2 ədəd 5 manatlıq, 26 ədəd 2 manatlıq, 11 ədəd 1 manatlıq “azercell” mobil operatoruna məxsus danışıq kartlarından, 3 ədəd 2 manatlıq “nar” mobil operatoruna məxsus danışıq kartlarından ibarətdir və istifadə olunmamışlar, 30 manat pul isə 30 ədəd 1 manatlıq əskinaslardan ibarətdir. - 29.12.2020-ci il tarixli “şübhəli şəxsin tutulması” protokolundan, 30.12.2020-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən dərhal azad edilməsi haqqında” qərardan məlum olur ki, Təqsirləndirilən şəxs 29.12.2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuş, 30.12.2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və saxlandığı Gəncə ŞBPİ-nin MSY-dən azad edilmişdir. - “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 02.01.2021-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları təsdiq edərək ünvan 3 ünvanında yerləşən, Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi mağazadan oğurluq etdiyi yeri göstərmişdir. - Gəncə şəhəri, Psixonevroloji Dispanserindən alınmış 05.01.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. - Gəncə şəhəri Narkoloji Dispanserindən alınmış 06.01.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. - Evlər üçlüyü tərəfindən verilmiş 06.01.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin 23.01.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 03 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. - Gəncə şəhər Probasiya şöbəsinin 11.01.2021-ci il tarixli məktubundan görünür ki, Aqil Hüseynov 10.03.2020-ci il tarixdə şöbədə qeydiyyata alınaraq cəza müddəti başlanmış və 11 yanvar 2021-ci il tarixə kimi cəzasının 10 ay 01 gününü çəkmiş, 01 il 05 ay 25 gün cəza müddəti qalmışdır. - Şəmkir Rayon Məhkəməsinin 1(076)-7/2021 saylı, 02.02.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Samux Rayon Məhkəməsinin hökmü ilə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 02 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkm müəssisəində çəkmələ cəzasının əvəli 02.02.2021-ci il tarixdən hesablanmışdır. - Gəncə Apellyasiya Məhkəməsinin 1(104)-195/2021 saylı, 27.04.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi X5 apelyasiya şikayəti qismən təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli 1(076)-7/2021 saylı hökmü Təqsirləndirilən şəxs münasibətdə dəyişdirilmiş, həmin hökmlə Təqsirləndirilən şəxs CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş. CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər Samux Rayon Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 il 5 ay 3 gün hissəsi hazırkı qərarla təyin edilmiş cəzaya qismən birləşdirilərək üzərində 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, CM-nin 69.3-cü maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs 02 fevral 2021-27 aprel 2021-ci il tarixlərdə həbsdə saxlanıldığı 2 ay 25 gün, azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 5 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmuş və hazırkı qərarla hökümlərin məcmusu üzrə təyin edilmiş cəzandan çıxılmaqla onun üzərində qəti olaraq 01 il 06 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər saat 22:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırılması vəzifələri qoyulmuşdur. Məhkum Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalında həbsdən dərhal azad edilmişdir. - zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış teleqramdan görünür ki, o, təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxs ona dəymiş zərəri tam ödəmişdir, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, onun qardaşları Adil və Səməd “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuşlar. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 065801 nömrəli vəsiqədən görünür ki, onun atası X10 müharibə veteranı olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş, Gəncə şəhər Onkoloji Xəstəxanasının 18.01.2018-ci il tarixli arayışdan görünür ki, onun anası X3 27.04.2016-cı il tarixdə “Uşaqlıq cisminin xərçəngi” diaqnozu ilə həmin xəstəxanada cərrahi müdaxiləyə məruz qalmış, onkoloqun nəzarəti altındadır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; - 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. - 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməllərdən peşmançılıq hissi keçirməsini (CM-nin 59.2), zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını (CM-nin 59.1.13), qardaşları Adil və Səmədin İİ Qarabağ müharibəsində iştirak edərək hazırda da azad edilmiş ərazilərdə xidmət aparmalarını, atasının İ Qarabağ mühaibəsində iştirak edərək müharibə veteranı olmasını, onkoliji xəstə olan anasının onun himayəsində olduğunu nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi cinayətə görə məhkumluğu onun əməlində cinayətin residivini yaratmasa da, qəsdən az ağır cinayətlər törətməyə görə əvvəllər məhkum olunması, buna baxmayaraq yenidən qəsdən az ağır cinayət törətməsi onun cinayət törətməyə meyilli şəxs olmasına dəlalət edir və bu hal cəza təyini zamanı onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyasının həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarəti edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Probasiya şöbəsi tərəfindən verilmiş 27.05.2021-ci il tarixli məktubundan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 1(104)- 195/2021 saylı, 27.04.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 06 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının əvvəli onun şöbədə qeydiyyata alındığı 24.05.2021-ci il tarixdən hesablanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə Apellyasiya Məhkəməsinin 1(104)- 195/2021 saylı, 27.04.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə hazırki hökmlə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası qismən toplanılmaqla cəza təyin edilməli, cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı 24.05.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 29.12.2020-ci il tarixdən 30.06.2020ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübutlar – 7 ədəd 3 manatlıq, 45 ədəd 2 manatlıq, 57 ədəd 1 manatlıq “bakcell” mobil operatoruna məxsus danışıq kartlarının, 1 ədəd 10 manatlıq, 2 ədəd 5 manatlıq, 26 ədəd 2 manatlıq, 11 ədəd 1 manatlıq “azercell” mobil operatoruna məxsus danışıq kartlarının və 3 ədəd 2 manatlıq “nar” mobil operatoruna məxsus danışıq kartlarının və 30 manat pulun sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X4 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 manat məbləğində pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən həmin cəza Gəncə Apellyasiya Məhkəməsinin 1(104)-195/2021 saylı, 27.04.2021-ci il tarixli qərarı ilə təyin edilmiş 01 il 06 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs 02 (iki) il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, təyin edilmiş cəzadan 04 gün çıxılaraq ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı 24.05.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutların – 7 ədəd 3 manatlıq, 45 ədəd 2 manatlıq, 57 ədəd 1 manatlıq “bakcell” mobil operatoruna məxsus danışıq kartlarının, 1 ədəd 10 manatlıq, 2 ədəd 5 manatlıq, 26 ədəd 2 manatlıq, 11 ədəd 1 manatlıq “azercell” mobil operatoruna məxsus danışıq kartlarının və 3 ədəd 2 manatlıq “nar” mobil operatoruna məxsus danışıq kartlarının və 30 manat pulun sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ**********0000067944, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) 60 (altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(044)-95/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-95/2021
27.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver