Məhkəmə qərarları › İş №1(044)-95/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-95/2022

28.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-95/2022 28.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin məsləhətçisi (məhkəmə iclas katibi) Yediyarova Zeynəb Fərman qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Zülfüqar oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Zülfüqar oğlu, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1.720 qram təmiz çəkidə narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış və Gəncə şəhər Nizami RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri ilə 28.08.2021-ci il tarixdə, saat 19 radələrində Gəncə şəhəri, Nizami küçəsində - yaşadığı evin yaxınlığında saxlanılıb Gəncə şəhəri, H.Əliyev pr. 475 ünvanında yerləşən Nizami RPİ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılarkən əynində olan idman şalvarının ön sağ-yan cibindən 1 ədəd siqaret kağızı bükümündə olmaqla 1.720 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da, o, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Zülfüqar oğlu ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, o, Gəncə şəhəri, Nizami küçəsi, 10-cu döngə, ev 7-də ailə üzvləri ilə birlikdə yaşayır və ev təmiri işləri ilə məşğul olmaqla fəhləlik edir. Himayəsində bir azyaşlı uşağı var. “Kakos” kimi tanıdığı narkotik vasitədən bir neçə aydır ki, istifadə edir. Həmin narkotik vasitəni siqaret kağızında çəkməklə və iynə ilə damarına vurmaqla istifadə edir. Tutulduğu gündən bir gün əvvəl, yəni 27.08.2021-ci il tarixdə səhər saatlarında yaşadığı evin yaxınlığında olan zibil qutusuna zibil atmaq üçün getdikdə orada yerdən siqaret kağızının falqa kağızında bir büküm görmüş və maraqlı gəldiyinə görə həmin bükümü yerdən götürüb içərisində nə olduğunu öyrənmək üçün açdıqda tanıdığı və istifadə etdiyi “kakos” kimi tanınan heroin olduğunu müəyyən etmiş, eləcə də onu öz istifadəsi üçün götürüb cibinə qoymuşdur. Səhəri gün, saat 19 radələrində yaşadığı evin yaxınlığında olarkən mülki geyimdə olan tanımadığı polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onun qanunsuz olaraq narkotik vasitə əldə etməkdə şübhəli olduğunu bildirmiş və onu Gəncə şəhər Nizami RPİ-nin binasına aparmışlar. Orada ona müdafiəçi təqdim olunmuş, hüquqları izah edilmişdir. Bundan sonra isə videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı əynində olan idman şalvarının cibində saxladığı siqaret kağızının falqa bükümündə “kakos” yəni heroin aşkar olunaraq götürülmüşdür. Sorğu-sual zamanı ifadəsində göstərdiklərini orada da qeyd etmişdir. Bundan sonra həmin kütlə bükümlə birlikdə elektron tərəziyə qoyularaq çəkilmiş və çəkisi 2.10 qram təşkil etmişdir. Bundan sonra həmin narkotik vasitə kağıza qoyulub qablaşdırılaraq möhürlənmiş və axtarış iştirakçıları, o cümlədən onun tərəfindən imzalarla təsdiq olunmuşdur. O, həmin narkotik vasitəni satmaq istəməmiş, belə bir niyyəti olmamışdır. Sadəcə olaraq imkan yarananda özü istifadə etmək niyyəti ilə üzərində saxlamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, 28.08.2021-ci il tarixdə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi və üzərində saxlaması barədə Gəncə şəhər Nizami RPİ-yə daxil olmuş əməliyyat məlumatının icrası ilə bağlı tərəfindən eyni tarixdə “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilmiş və həmin qərar əsasında polis əməkdaşları Şahid1 və Şahid2, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19 radələrində Gəncə şəhəri, Nizami küçəsində yaşadığı evin yaxınlığında piyada halda tərəflərindən saxlanılmışdır. Elçin Quliyev və Raul Hüsnov həmin vaxt saxlanılan Təqsirləndirilən şəxs özlərini təqdim edərək xidməti vəsiqələrini nümayiş etdirmiş və qanunsuz olaraq narkotik vasitə əldə etməkdə və saxlamaqda şübhəli olması üçün saxlanıldığını izah edərək Təqsirləndirilən şəxs təxirəsalınmaz şəkildə özləri ilə xidməti avtomobilə mindirib Gəncə şəhər Nizami RPİ-nin inzibati binasına aparmışlar. Orada Təqsirləndirilən şəxs gətirilməsi ilə bağlı raport yazıb ona təhvil vermişlər. Mehti Məmmədov onun tərəfindən qərar və protokol əsasında şübhəli şəxs qismində tutularaq hüquqlarının müdafiəsi ilə bağlı müdafiəçi dəvət edilmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə axtarış başlanılmışdır. Axtarışdan əvvəl Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmiş, həmçinin bu barədə Təqsirləndirilən şəxs yazılı bildiriş təqdim olunmuşdur. Bundan sonra onun tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmaması barədə sualına, Təqsirləndirilən şəxs “var” deyərək təsdiq etmişdir. O, şübhəli şəxs Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində narkotik vasitə varsa çıxarıb təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd rəngli idman şalvarının ön sağ-yan cibindən bir ədəd siqaret kağızında büküm çıxarıb təqdim etmişdir. Bundan sonra Mehtinin üzərində Şahid1 tərəfindən axtarış aparılmış, lakin üzərindən heç nə aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin kütlə siqaret kağızından açıldıqda onun qonur-qəhvəyi rəngli, toz halında və spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Verilən suala cavab olaraq şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan heroin olduğunu və özünə məxsusluğunu, yerdən tapıb şəxsi istifadəsi üçün götürüb üzərində saxladığını, narkotik vasitə istifadəçisi olduğunu, satışı ilə məşğul olmadığını bildirmişdir. Bundan sonra müdafiəçi şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütlənin həqiqətən də ona məxsus olması, özünün dediyi kimi yerdən tapması, yoxsa başqa şəxs tərəfindən ona verilməsi, ona başqa şəxs tərəfindən təhrik olunub-olunmaması, polis idarəsinə gətirilənədək və sonra hər hansı təzyiq olunub-olunmaması barədə sual vermiş, şübhəli şəxs Təqsirləndirilən şəxs isə dediklərini bir daha təsdiq edərək narkotik vasitəni yerdən tapdığını, özünə məxsus olduğunu, təhrik və təzyiq olunmadığını bildirmişdir. Bundan sonra qeyd edilən kütlə siqaret kağızı ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 2.10 qram təşkil etmişdir. Sonra həmin kütlə içərisi boş zərfdə qablaşdırılmış, zərfin üzərində qeydlər aparılmış və imzalarla təsdiq olunmuşdur. Bundan sonra şəxsi axtarış başa çatmışdır. Məhkəmə iclasında Şahid1 Şahid3 ilə eyni məzmunlu ifadə verdi. İstintaqda verilmiş və məhkəmə iclasında tədqiq edilmiş edilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 28.08.2021-ci il tarixdə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi və üzərində saxlaması barədə Gəncə şəhər Nizami RPİ-yə daxil olmuş əməliyyat məlumatının icrası ilə bağlı tərəfindən eyni tarixdə “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilmiş və həmin qərar əsasında polis əməkdaşları o, və Şahid1, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə keçirməyə başlamışlar. Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19 radələrində Gəncə şəhəri, Nizami küçəsində yaşadığı evin yaxınlığında piyada halda tərəflərindən saxlanılmışdır. O, və Şahid1 həmin vaxt saxlanılan Təqsirləndirilən şəxs özlərini təqdim edərək xidməti vəsiqələrini nümayiş etdirmiş və qanunsuz olaraq narkotik vasitə əldə etməkdə və saxlamaqda şübhəli olması üçün saxlanıldığını izah edərək Təqsirləndirilən şəxs təxirəsalınmaz şəkildə özləri ilə xidməti avtomobilə mindirib Gəncə şəhər Nizami RPİ-nin inzibati binasına aparmışlar. Orada Təqsirləndirilən şəxs gətirilməsi ilə bağlı raport yazıb Şahid3 təhvil vermişlər. Mehti Məmmədov Şahid3 tərəfindən qərar və protokol əsasında şübhəli şəxs qismində tutularaq hüquqlarının müdafiəsi ilə bağlı müdafiəçi dəvət edilmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə axtarış başlanılmışdır. Axtarışdan əvvəl Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmiş, həmçinin bu barədə Təqsirləndirilən şəxs yazılı bildiriş təqdim olunmuşdur. Bundan sonra onun tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmaması barədə sualına, Təqsirləndirilən şəxs “var” deyərək təsdiq etmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə varsa çıxarıb təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan tünd rəngli idman şalvarının ön sağ-yan cibindən bir ədəd siqaret kağızında büküm çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində Şahid1 tərəfindən axtarış aparılmış, lakin üzərindən heç nə aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin kütlə siqaret kağızından açıldıqda onun qonur-qəhvəyi rəngli, toz halında və spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Verilən suala cavab olaraq şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan heroin olduğunu və özünə məxsusluğunu, yerdən tapıb şəxsi istifadəsi üçün götürüb üzərində saxladığını, narkotik vasitə istifadəçisi olduğunu, satışı ilə məşğul olmadığını bildirmişdir. Bundan sonra müdafiəçi şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütlənin həqiqətən də ona məxsus olması, özünün dediyi kimi yerdən tapması, yoxsa başqa şəxs tərəfindən ona verilməsi, ona başqa şəxs tərəfindən təhrik olunub-olunmaması, polis idarəsinə gətirilənədək və sonra hər hansı təzyiq olunub-olunmaması barədə sual vermiş, şübhəli şəxs Təqsirləndirilən şəxs isə dediklərini bir daha təsdiq edərək narkotik vasitəni yerdən tapdığını, özünə məxsus olduğunu, təhrik və təzyiq olunmadığını bildirmişdir. Bundan sonra qeyd edilən kütlə siqaret kağızı ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 2.10 qram təşkil etmişdir. Sonra həmin kütlə içərisi boş zərfdə qablaşdırılmış, zərfin üzərində qeydlər aparılmış və imzalarla təsdiq olunmuşdur. Bundan sonra şəxsi axtarış başa çatmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 28 08.2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 28.08.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Gəncə şəhər Baş Polis İdarəsinin MSY-nə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 30.08.2021-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və Gəncə şəhər Baş Polis İdarəsinin MSY-dən azad edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs nun barəsində “polisin nəzarəti altına vermə” haqında qətimkan tədbiri seçilmiş və o, saxlandığı Gəncə şəhər Baş Polis İdarəsinin MSY-dən azad edilmiş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan şəxsi axtarış haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlunun üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı əynində olan tünd rəngli idman şalvarının ön sağ-yan cibindən siqaret falqasına bükülmüş ümumi çəkisi 2.10 qram olan tünd qəhvəyi rəngli, toz şəkilli, ilk baxışdan narkotik vasitə olan “heroinə” oxşar kütlə aşkar edilərək götürülmüş və bu barəıdə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X7 bölməsinin 29.08.2021-ci il tarixli, 16/894 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “vət. X1 üzərindən aşkar olunmuş kütlə ...” sözləri və imzalar olan kağız paketdəki, bir ədəd “gümüşü rəngli kağız parçası bükümündə təmiz çəkisi 1.720 qram olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir (heroinin təmiz çəkisi – 1.720 qram, tədqiqata sərv edildi – 0.05 qram, qalıq 1.670 qram) ekspertiza xərci 32.40 manat). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 09.09.2021-ci il tarixli 4046 satlı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış 10.09.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkuimluğu ödənilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 14.09.2021-ci il tarixli 4692 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Disponserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsi tərəfindən verilmiş 25.10.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 25.10.2021-ci il tarixdə tutularaq Gəncə şəhər Baş Polis İdarəsinin İTİ-nə təhvil verilmiş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan qətimkan tədbirini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması haqqında 25.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutularaq Gəncə şəhər Baş Polis İdarəsinin MSY-nə təhvil verilmiş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 27.10.2021-ci il tarixli qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmış və MSY-dən azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 13.12.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28.08.2021-ci il tarixdə üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini tapdığını bildirdiyi yeri göstərmiş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 22.12.2021-ci il tarixli, 1335 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstələyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayoin Məhkəməsinin 27.02.2022-ci il tarixli ********* saylı cinayət işi üzrə 4(044)-22/2022 qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayoin Məhkəməsinin 16.04.2022-ci il tarixli ********* saylı cinayət işi üzrə 4(044)-54/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 (iki) ay müddətinə uzadılmışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, özünün etiraf ifadəsi ilə yanaşı şahid ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai - təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkum islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsini qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 - 59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəza təyini məsələsini müzakirə edib, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, o, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmalıdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında qeyd olunan cinayət əməli bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin olunan cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutaraq, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır və ona təqsirləndirildiyi Azərbaycan Repsublikası CM-nin 234.1-ci maddəsinin sanksiyalarında nəzərdə tutulan qanunla müəyyən edilmiş və kifayət edən həddə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbiri seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət (CPM-nin 158.2.1-ci maddəsi); ev dustaqlığında saxlanıldığı müddət (CPM-nin 158.2.2-ci maddəsi) daxildir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 28.08.2021-ci il tarixdən 30.08.2021-ci il tarixədək, 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulmuş və 25.10.2021-ci il tarixdən 27.10.2021-ci il tarixədək tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti CPM-nin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlama saxlanılma müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 28.08.2021-ci il tarixdən 30.08.2021ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, 25.10.2021-ci il tarixdən 27.10.2021-ci il tarixədək tutulduğu 02 (iki) gün, cəmi 04 (dörd) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının başlanğıcı 28.04.2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və onun həbsdə olması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1.670 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə ekspertizasının xərci 32.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Zülfüqar oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Zülfüqar oğlunun 28.08.2021-ci il tarixdən 30.08.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, 25.10.2021-ci il tarixdən 27.10.2021ci il tarixədək tutulduğu 02 (iki) gün həbsdə saxlamanın bir günə bir günü azadlıqdan məhrumetmənin bir gününə bərabər hesablanmaqla, cəmi 04 (dörd) gün ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq, 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Zülfüqar oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs Zülfüqar oğluna təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 28.04.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Zülfüqar oğlunun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin və həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs Zülfüqar oğlu cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və yaşayış yeri üzrə ərazi Narkoloji Dispanserdə profilaktiki qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi təmiz çəkisi 1.670 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32.40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs Zülfüqar oğlundan tutularaq Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan, məhkum Təqsirləndirilən şəxs Zülfüqar oğluna isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar