Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-97/2021 05.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Orucov Maarif Arif oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Gəncə şəhər Hüquq Məsləhətxanasının vəkili X1, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1997-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 29, 317-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs (bundan sonra – Təqsirləndirilən şəxs) qəsdən cinayət törədərək Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Gəncə şəhər, Nizami rayonunun ərazisində yerləşən 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan qardaşı X3 üçün 31.10.2020-ci il tarixdəsaat 14:10 radələrində sovqat gətirərkən gətirdiyi gətirdiyi sovqatların arasında olan polietilen torbadakı çörəyin içərisində xüsusi üsulla yerləşdirərək gizlətdiyi “Cəzaçəkmə müəssisələrinin X5” ilə qadağan olunmuş əşya- daxilində danışıq kartı olmayan bir ədəd “Nokia” markalı “Mini Phone” modelli, “**********95207- **********95215” imei kodlu mobil telefon aparatını yoxlamadan gizlin olaraq Fazil Mustafayevə verməyə cəhd edərkən təcridxananın nəzarət-baxış tədbirləri zamanı həmin qadağan edilmiş əşya aşkar edilərək götürüldüyünə görə onun iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etiraf ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübut, ekspertiza rəyi, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddələri ilə tam təqsirli bilərək ifadəsində göstərdi ki, onun qardaşı X3 törətdiyi cinayət əməlinə görə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 13.02.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 29,120.1-ci maddəsi ilə təqsirli bilinərək 07 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olaraq, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılır. X4 həbsdə saxlanıldığı müddət ərzində bir neçə dəfə onun görüşünə gedərək, sovqat aparmışdır. Qardaşı ilə telefon vasitəsi ilə tez-tez əlaqə saxlamaq imkanı olmadığı üçün növbəti dəfə sovqat apararkən əşyaların içərisində istintaq təcridxanasına mobil telefon ötürmək qərarına gəlmişdir. Bu məqsədlə də yaşadıqları evdə sovqata əlavə etdiyi çörəyin içərisinə bir ədəd mobil telefon gizlətmişdir. 31.10.2020-ci il tarixdə təxminən saat 14:10 radələrində həmişəki kimi X4 görüşünə gedərək onun üçün sovqat aparmaqdan ötrü həbsdə saxlanıldığı təcridxananın qarşısına gəlmişdir. Təcridxananın ərazisində daxil olaraq nəzarət buraxılış məntəqəsində əməkdaşlar gətirdiyi sovqatların arasında məhkumlar üçün qadağan olunmuş əşyanın olub-olmaması soruşulmuş, o, isə təcridxananın əməkdaşlarına gətirdiyi sovqatların arasında heç bir qadağan olunmuş əşyanın olmamamasını bildirəndən sonra xəbərdarlıq olunduğu üçün müvafiq sənədləri imzası ilə təsdiq etmişdir. Bundan sonra təcridxananın əməkdaşları tərəfindən onun və hal-şahidlərinin iştirakı ilə gətirdiyi sovqatlara baxış keçiorilərkən sovqatların arasından polietilen torbada olan çörəyin içərisindən qardaşı Fazil Mustafayevə ötürmək məqsədi ilə yaşadıqları evdə əvvəlcədən çörəyin içərisinə yerləşdirilərək gizlətdiyi daxilində danışıq kartı olmayan bir ədəd ”CE0700” markalı mobil telefon aparatı aşkar olunaraq təcridxananın əməkdaşları tərəfindən onun və hal şahidlərinin iştirakı ilə tərtib olunmuş protokola aşkar olunaraq götürülmüş mobil telefon aparatı əlavə olunaraq düzgünlüyünü imzaları ilə təsdiq etmişlər. O, bu barədə heç kimin ondan xahiş etmədiyini, özü könüllü olaraq etdiyini və bundan heç kimin xəbəri olmadığını bildirmişdir. O, əməlindən səmimi peşman olduğunu və barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərdi ki, o, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında əməliyyat bölməsinin rəisi işləyir. 31.10.2020-ci il tarixdə təxminən saat 14:10-radələrində təcridxanada həbsdə saxlanılan X3 üçün sovqat gətirmiş qardaşı Təqsirləndirilən şəxs gətirdiyi sovqatlara təcridxananın nəzarət-buraxılış məntəqəsində sonuncunun və hal şahidlərinin iştirakı ilə baxış keçirilərkən polietilen torbada olan çörəyin içərisindən əvvəlcədən yerləşdirilərək gizlədilmiş vəziyyətdə “Cəzaçəkmə müəssisələrinin X5” ilə qadağan olunmuş əşya- daxilində danışıq kartı olmayan bir ədəd ”CE0700” markalı mobil telefon aparatı aşkar olunaraq götürülmüşdür. Sonradan qanunvericiliklə nəzərdə tutulmuş qaydada qadağan edilmiş əşyanın aşkar olunması faktı ilə əlaqədar əməkdaşların, hal şahidlərinin və Təqsirləndirilən şəxs iştirakı ilə protokol tərtib edilmiş, həmin qadan olunmuş əşya qablaşdırılaraq zərfə qoyulub möhürlənərək protokola əlavə edilmişdir. Protokolla bütün iştirakçılar tanış olaraq döğruluğunu imzaları ilə təsdiqləmişlər. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. İbtidai istintaq zamanı ifadəsi alınmış və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Şahid4 ifadəsindən görünür ki, o, 31.10.2020-ci il tarixdə təxminən saat 14:10-radələrində təcridxanada işlədiyi təcridxananın əməkdaşları tərəfindən nəzarət-buraxılış məntəqəsində axtarış-baxış tədbiri keçirilərkən hal-şahidi qismində iştirak etmək üçün dəvət olunduğunu, təcridxanada həbsdə saxlanılan X3 üçün sovqat gətirmiş adını və soyadını orada bildiyi qardaşı Təqsirləndirilən şəxs gətirdiyi sovqatlara sonuncunun iştirakı ilə baxış keçirilən zaman polietilen torbada olan çörəyin içərisindən əvvəlcədən yerləşdirilərək gizlədilmiş vəziyyətdə məhkumlar üçün istifadəsi və saxlanması qadağan olunmuş əşya olan-daxilində danışıq kartı olmayan bir ədəd ”CE0700” markalı mobil telefon aparatı aşkar olunaraq götürüldüyünü görmüş, bundan sonra təcridxananın əməkdaşları tərəfindən onun və digər hal şahidinin iştirakları ilə protokol tərtib edilmiş, həmin əşya qablaşdırılaraq zərfə qoyulub möhürlənərək protokola əlavə edilmişdir. Protokolla bütün iştirakçılar tanış olaraq döğruluğunu imzaları ilə təsdiqləmişlər. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İİ-nin 23.11.2020-ci il tarixli tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs E.E.X8 Cinayətlər Məhkəməsinin 13.08.2015-ci il tarixli hökmü ilə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 05.07.2016-cı il tarixli qərarı ilə cəzası 01 il 06 aya endirilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 01.11.2018-ci il tarixli hökmü ilə 01 il 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 02.02.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhər Kəpəz rayon İH başçısının 1 saylı SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət səciyyələndirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 04.05.2021-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə Mustafayeva (İsmayılova) Laura Nurtən qızının nikahları 04 may 2021-ci il tarixdə 698 saylı akt qeydi ilə bağlanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 11.12.2020-ci il tarixli 5/913 saylı rəyindən görünür ki, təqdim olunmuş bir ədəd “Nokia” markalı, “Mini Phone” modelli, “**********95207-**********95215” imei kodlu mobil telefon aparatı olmaqla, hal-hazırda işlək vəziyyətdə olmuş, istifadə üçün yararlıdır (mobil telefonun proqram təminatında olan imei kodla arxa tərəfindəki markalanma göstəricisində olan imei kod fərqlidir. Təqdim edilmiş “Nokia” markalı, “Mini Phone” modelli mobil telefonun “Vızovı” bölməsində 15 ədəd buraxılmış zənglər, 20 ədəd yığılmış zənglər və 20 ədəd qəbul olunmuş zənglər müəyyən olunmuş, lakin “UFED TOUCH 2” markalı qurğunun proqram təminatının metodlar bazasında tədqiq olunan mobil telefonun modelinin olmaması səbəbindən qey olunan məlumatları köçürərək istintaq orqanına təqdim etmək mümkün olmamışdır. Təqdim edilmiş “Nokia” markalı, “Mini Phone” modelli mobil telefonda foto və videoçəkiliş xidmətləri mövcud deyildir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 14.12.2020-ci il tarixli maddi sübut kimi tanınmaq haqqında qərardan görünür ki, aşkar edilərək götürülmüş daxilində danışıq kartı olmayan bir ədəd “Nokia” markalı, “Mini Phone” modelli, “**********95207- **********95215” imei kodlu mobil telefon üzrə maddi sübut kimi tanınması və cinayət işinə əlavə edilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 29, 317-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 317-1.1-ci maddəsinin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi CM-in 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi CM-in 317-1.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək, əməlindən səmimi peşman olmasını, ailəli olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır və CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlarda residiv nəzərə alınmır. Belə ki, Təqsirləndirilən şəxs törətmiş olduğu hazırkı cinayət böyük ictimai təhlükə törətməyən cinayət olduğundan CM-nin 18.4.4-cü maddəsinə əsasən cinayətin residivinin müəyyən olunması zamanı nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxsn islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 29, 317-1.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 19.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmə haqqında iltiizam” qətimkan tədbiri seçilmişdir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmə haqqında iltiizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 59.94 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və daxilində danışıq kartı olmayan bir ədəd “Nokia” markalı, “Mini Phone” modelli, “**********95207-**********95215” imei kodlu mobil telefon aparatı cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur, CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,317-1.1ci maddəsində nəzərədə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış və daxilində danışıq kartı olmayan bir ədəd “Nokia” markalı, “Mini Phone” modelli, “**********95207-**********95215” imei kodlu mobil telefon aparatı cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 59.94 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(044)-97/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-97/2021
05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver