Məhkəmə qərarları › İş №1(044)-98/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-98/2022

21.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-98/2022 21.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, zərərçəkmiş şəxsin nümayəndəsi – X1, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, subay, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 təqsirləndirilir ona görə ki, o, özgənin əmlakını xeyli miqdarda gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 2020-ci ilin dekabr ayında günü istintaq dəqiq məlum olmayan tarixdə 28 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək aparılan İkinici Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qoşunları tərəfindən istifadə edilmiş, həmin nazirliyin əmlakı hesab edilməklə hərbi əmlak kimi toplanmalı olduğu halda müharibə gedişatı zamanı hərbi qoşunların irəli doğru getməsi səbəbindən Füzuli rayonunun Alxanlı və Qaraxanbəyli kəndlərinin döyüş nöqtələrində qalmış 1 kiloqramının dəyəri 6 manat 50 qəpik olmaqla 5122 manat dəyərində 788 kiloqram çəkidə xırda çaplı, 29334 manat 50 qəpik dəyərində iri çaplı mərmi gilizlərini yığıb ünvan 2 ünvanına daşıyaraq saxlamaqla gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxsə vahid niyyətlə 34456 manat 50 qəpik məbləğində, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndi tətbiq edilməklə Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 194.1-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs1 cinаyət məsuliyyətindən аzаd edilmiş və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayə işinin icraatına ona aid hissədə xitam verilmişdir. Cinayət işinin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, gündəlik olaraq qazancını zibilliklərdən metal tullantıları yığıb sataraq əldə edir. 2020-ci ilin dekabr ayının əvvəlində o, tullantı metal yığaraq satmaq qərarına gəlmiş, döyüş zamanı işğal olunmuş ərazilərdə mövqelərimiz irəlilədikcə arxa cəbhələrdə mərmi gilizləri qaldığını eşitmiş, o, həmin mərmi gilizlərini yığaraq satmaq qərarına gəlmişdir. Bu məqsədlə hansı cəbhəyanı rayona gedəcəyini düşünmüş və ən əlverişli rayon kimi Füzuli rayonunu düşünmüşdür. Bundan sonra o, 2020-ci ilin dekabr ayının ortalarında səhər radələrində Gəncə şəhər Beynəlxalq avtovağzaldan Mercedes markalı dövlət qeydiyyat nişanlı avtomobillə Füzuli rayonu, Alaxanlı kəndinə getmişdir. O, kəndin döyüş getmiş hissəsinə getdikdə orada mövqelərdən səngərlərdə iri və xırda çaplı silahların mərmi gilizlərinin olmasını görmüş, həmin mərmi gilizlərini yığaraq Gəncə şəhərinə aparıb və münasib vaxt olduqda satmaq qərarına gəlmişdir. Axşam saat 20 radələrinədək həmin mövqelərdə gəzib mərmilərin yerini müəyyən etmiş, onu heç kəsin görməməsi üçün gilizlərin yığılmasını gecə vaxtı həyata keçirtmək qərarına gəlmişdir. Həmçinin ona həmin gilizləri yığmaq üçün yük avtomobili lazım olmuş, bu məqsədlə Alxalı kəndinin içərisində gəzərkən yoldan bir nəfər yaşlı kişinin idarə etdiyi Kamaz markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin keçdiyini görüb həmin avtomobilə əl edib saxlatmış, o, həmin sürücüyü yalandan Müdafiə Nazirliyinin əməkdaşı olduğunu, döyüş gedən yerlərdə mövqelərdə qalan mərmiləri yığaraq Gəncə şəhərinə aparmalı olduqlarını, öz avtomobillərinin nasaz olduğunu bildirərək gilizlərin daşınmasını həyata keçirib-keçirə bilməməsini soruşmuşdur. həmin şəxslə o, 200 manat qarşılığında razılaşmış, bundan sonra həmin gün gecə saat təxminən 22 radələrində sürücü avtomobili Alxanlı kəndi ilə Qaraxanbəyli kəndlərinin kəsişməsində döyüş getmiş yerə sürərək yolun kənarında saxlamışdır. O, da səngərlərdən, mövqelərdən yığdığı iri və xırda çaplı mərmi gilizlərini Kamaza yükləmiş, həmçinin o, səngərlədən mərmi gilizləri yığarkən iki qutu “Akhtamar” markalı erməni siqareti tapmış və maraq üçün həmin siqaretləri də özü ilə götürmüşdür. Bundan sonra onlar təxminən saat 05 radələrində özünə məxsus ünvan 3 ünvanına gəlmiş və o, gilizləri həmin yerə boşaltmış, sürücüyə 200 manat ödəniş etdikdən sonra həmin şəxs çıxıb getmiş, bundan sonra o, bu barədə heç kəsə bir söz deməmiş və gilizləri həmin ünvanda saxlamışdır. Çünki gilizləri tezliklə satmağı şübhə oyada biləcəyini düşünmüş, buna görə də, bir qədər gözləyib və əlverişli vaxt olanda həmin gilizləri satmaq qərarına gəlmişdir. O, təxminən 3 ay bu barədə heç kəsə bir söz demədən gilizləri özünə məxsus ünvan 3 ünvanında saxlamışdır. 2021-ci ilin mart ayının ortalarından etibarən isə artıq sakitlik olduğunu, gilizləri heç kəsin maraqlanmadığını görərək satmağa qərar vermişdir. Bu məqsədlə o, şəhər ərazisində metal qəbulu məntəqələrini gəzərək 2705-in dairəsinin yaxınlığında yerləşən metal qəbulu yerinin qarşısına getmişdir. Orada adı ona sonradan məlum olan Anar adlı şəxs çıxmış, o, Anara yaxınlaşaraq latun metal olduğunu və onu satmaq istədiyini bildirmişdir. Anar ondan hansı metal olmasını soruşduqda o, Anara Füzuli rayonu ərazisində təxminən 5 tona yaxın iri çaplı və az miqdarda xırda çaplı mərmi gilizlərini gizlincə yığıb saxladığını və satmaq istədiyini bildirmişdir. Anar ona qeyd olunan latun mərmilərini ümumilikdə 10.000 manata ala biləcəyini, ilkin ödəniş kimi 3.000 manat verəcəyini, qalanını isə sonrakı müddətdə verəcəyini bildirmişdir. O, Anarla razılaşmış, bundan sonra onlar sakitlik yer kimi Gəncə şəhər Məhsəti qəsəbəsinin yaxınlığını seçib və axşam saat 23 radələrində orada görüşəcəkləri barədə razılaşmışlar. Bundan sonra o, “Əllərin dairəsi” deyilən yerə getmiş, oradan keçən “Kamaz” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı və sürücüsünü tanımadığı avtomobilə əl edib saxladaraq yüklərin olduğunu və N.Nərimanov prospektindən Məhsəti qəsəbəsinə daşınmalı olduğunu bildirmişdir. Həmin şəxs onunla 50 manat müqabilində razılaşmış, bundan sonra həmin gün saat 22 radələrində Kamaz markalı avtomobil N.Nərmanov prospektində yerləşən “Göz xəstəxanası”nın yaxınlığına gəlmiş və o, həmin Kamazı qarşılayaraq 9-cu döngə ev 33 ünvanına sürdürmüşdür. Orada həyətə yığdığı gilizləri özü Kamaza yükləyrərək Anarla razılaşdıqları yerə Məhsəti qəsəbəsinə getmiş, qəsəbənin giriş hissəsində onlar görüşmüş, Anar həmin yerə Mercedes Ateko markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə tək gəlmişdir. Onlar orada avtomobilləri yanbayan verdikdən sonra ikisi birlikdə gilizləri Anarın avtomobilinə yükləmişlər. Gilizləri yüklədikdən sonra Anar ona 3000 manat ödəniş etmiş, Anarla razılaşması alındığı üçün o, Anara pay kimi səngərdən tapdığı 1 qutu “Akhtamar” markalı erməni siqaretini vermişdir. O, pulu götürdükdən sonra çıxıb getmiş, razılaşmalarına əsasən Anar ona gilizləri satdıqdan sonra pulun qalan hissəsini verməliimiş. Təxminən 1 həftə o, Anarı gözləmiş, bundan sonra Anarın xatırlamadığı mobil nömrəsinə zəng etsə də, həmin nömrəyə zəng çatmamışdır. Sonra o, eşitmişdir ki, polis əməkdaşları həmin gilizləri tapmışlar. Hazırda hərəkətlərindən peşmandır, zərəri ödəmişdir. Cinayət işinin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 ona CM-nin 194-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin mart ayının əvvəlində o, ikinci Qarabağ müharibəsindən sonra ordumuz işğal olunmuş əraziləri azad edə-edə irəli getdikləri üçün Füzuli, Cəbrayıl və digər cəbhə boyu rayonlarda döyüşlərdə istifadə edilmiş mərmi gilizləri qaldığını eşitmişdir. O, həmin gilizilərin tərkibinin latun olduğunu bildiyi üçün ucuz qiymətə sata biləcəyini düşünmüş, həmin ərəfələrdə o, işi ilə əlaqədar Bakı şəhərində olarkən orada X8 ilə görüşmüş, Azadla işlə bağlı söhbət əsnasında Azad cəbhə bölgəsində qaldığı üçün mərmi gilizlərinin olubolmamasını soruşmuşdur. Azad isə mərmi gilizlərinin olmamasını bildirmiş, bundan sonra onun Azadla söhbəti sonlanmış və o, Gəncə şəhərinə qayıdaraq öz işi ilə məşğul olmuşdur. 15 mart 2021-ci il tarixdə axşam saat 17 radələrində o, müəssisəsinin qarşısında dayanarkən adı ona sonradan məlum olan Emin adlı şəxs ona yaxınlaşaraq latun metal olduğunu və satmaq istədiyini bildirmişdir. O, həmin şəxsdən hansı metal olmasını soruşduqda Emin ona Füzuli, Cəbrayıl və döyüş əməliyyatları getmiş digər rayonların ərazisində təxminən 5 tona yaxın iri çaplı və az miqdarda xırda çaplı mərmi gilizlərini yığıb saxladığını və satmaq istədiyini bildirmişdir. O, həmin şəxsə qeyd olunan latun mərmiləri ümumilikdə 10.000 manata ala biləcəyini, ilkin ödəniş kimi 3.000 manat verəcəyimi, qalanını isə sonrakı müddətdə verəcəyini bildirmişdir. Emin onunla razılaşmış, bu barədə müəssisədə işləyən digər şəxslərin xəbər tutmaması üçün o, həmin şəxsə yük avtomobilini aparıb onlara yığacağını düşünmüş və Eminə demişdir. Bundan sonra o, həmin gün saat 23 radələrində Mercedes Ateko markalı ** DR *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri, Məhsəti qəsəbəsinin yaxınlığında yaşayış olmayan sakitlik yerdə həmin şəxslə görüşmüş,o, gilizləri tanımadığı şəxsin idarə etdiyi Kamaz markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə oraya gətirmiş, onlar orada avtomobilləri yanbayan verdikdən sonra ikisi birlikdə gilizləri onun avtomobilinə yükləmişlər. Eminin sürücüsü isə onları gözləmiş, o, avtomobilə gilizləri yüklədikən sonra yük yerinə çadırı çəkmiş və həmin şəxsə 3000 manat ödəniş etmişdir. Həmçinin həmin şəxs ona maraq üçün 1 qutu “Akhtamar” markalı erməni siqareti də verərək həmin siqareti gilizləri yığarkən səngərdən tapdığını demişdir. O, isə Eminə gündüz görüşdükləri sexdə sürücü işlədiyini, gilizləri Bakı şəhərində satdıqdan sonra qalan pulunu verəcəyini demişdir. Bundan sonra həmin şəxs 3000 manatı götürərək çıxıb getmiş, o isə Ateko markalı avtomobili işə salaraq şirkətə gəlmiş və arxa qapıdan şirkətin ərazisinə daxil olmuş və şirkətin ərazisində saxlamışdır. Bundan sonra həmin gecə tək özü Ateko markalı avtomobildə olan mərmi gilizlərini şirkətin ərazisində dayanmış Kamaz markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yığaraq üzərini örtüklə örtmüşdür. Həmin vaxt kisələrə yığılmış xırda mərmi gilizləri Kamazın yük yerində çətinliklə dayandığı üçün o, onları yarımtikilinin altına yığmış, 1 qutu “Akhtamar” markalı erməni siqaretini isə aparıb Bayramın otağına səhərisi maraq üçün istifadə etmək üçün qoymuşdur. Ateko markalı avtomobildən həmin yükləri boşaltdıqdan sonra digər şəxslərin şübhələnməməsi üçün avtomobili oradan çıxardaraq şirkətin önündə yerləşən dayanacaqda saxlamışdır. Bundan sonra həmin gilizlərə alıcı tapmaq və satmaq qərarına gəlmiş, bu məqsədlə o, həmin gün Əlillər dairəsi adlanan yerin gümüşü rəngli Mercedes E class markalı taksi ilə alıcı tapmaq üçün Bakı şəhərinə getmişdir. Lakin həmin gilizləri tapacaq hər hansı bir şəxsi tapa bilməmiş, həmin ərəfələrdə Bayram xarici ölkədə olduğu üçün o, Bayrama heç bir söz deməmiş, şirkətə isə müvəqqəti nəzarəti Bayramın qardaşı Əbülfəz etmiş, o, Əbülfəzə də, bu barədə heç bir söz deməmişdir. xx.xx.2021-ci il tarixdə günorta saatlarında ona polis əməkdaşları tərəfindən şirkətin ərazisindən gilizlərin aşkar olunması bildirilmiş, bundan sonra o, Gəncə şəhərinə qayıtmışdır. O, Gəncə şəhərinə qayıtdıqdan sonra Ateko markalı ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilə də baxış keçirilmiş, baxış zamanı həmin avtomobilin yük yerindən 82 kq çəkidə 107 ədəd minaatan mərmi gilizləri aşkar edilmiş, həmin mərmi gilizləri o, 15 mart 2021-ci il tarixdə gecə Kamaz markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləri boşaldarkən qalmışdır. Latun külçələrin bəziləri əhalidən alış aktı ilə alınmış metal tullantıların əridilməsi nəticəsində alınmışdır. Qalan latun külçələr isə xidməti müqavilə əsasında başqa şirkətlərdən emal edilməsi və qaytarılması üçün götürülmüşdür. Zavod ərazisində aşkar edilərək götürülmüş 35 tona yaxın latun külçələr zavoda tədarükçülər tərəfindən gətirilmiş və tədarük və elektron qaimə əsasında alınmış mis, sink, latun digər metal tullantılarının əridilməsi nəticəsində əmələ gəlmişdir. Həmin külçələr latun gilizlərin əridilməsi nəticəsində əldə edilməmişdir. Şirkətdə ümumi nəzarətçi və anbardar Şahid4dir. Şirkətə metal qəbuluna və şirkətdən metal xaric edilməsinə Abbas nəzarət edir. Ancaq şirkətin ümumi rəhbəri Bayramdır. Bayram digər şirkətlərlə danışıqlar aparır. O isə Bayramın dediklərini icra edərək metal tullantılarını tədarük edərək Ateko markalı avtomobillərə yükləyir. Onun həmin gilizləri almaqda məqsədi latun kimi başqa şəxslərə satmaq olmuş, həmin gilizləri əritmək kimi məqsədi olmamışdır. O, həmin mərmi gilizlərini əridərək emal etməmiş, o, bunu etsə, bu barədə işçilərin, həmçinin Bayramın da, məlumatı olacaqmış. Ona görə də, bu barədə heç kəsə bir söz deməmiş, heç kəsin xəbəri olmamışdır. Eminin bu barədə heç bir məlumatı olmamışdır. O, Emini əvvəllər tanımamış, gilizləri dəqiq olaraq haradan və necə əldə etməsini bilmir, Eminin deməsinə görə gilizləri Füzuli, Cəbrayıl və döyüş əməliyyatları getmiş digər rayonların ərazisindən gizlin olaraq oğurlayıb yığmışdır. O, əvvəlcədən Eminin həmin gilizləri oğurlayacağını bilməmişdir. Hazırda o, əməlindən peşmandır, həmin mərmi gilizləri hamısı polis əməkdaşlarına təhvil verilmişdir. Cinayət işinin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin zabiti, kapitan X4 ifadəsində göstərmişdir ki, 28 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2021-ci il tarixədək aparılan İkinici Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qoşunları tərəfindən istifadə edilmiş mərmilərin gilizləri döyüş mövqelərinə düşmüş və müharibə gedişatı zamanı hərbi qoşunların irəli doğru getməsi səbəbindən gilizlər döyüş mövqelərində qalmışdır. Həmin gilizlər Müdafiə Nazirliyinin əmlakı hesab edilməklə bir qismi döyüş mövqelərindən toplanılsa da, bir qisminin toplanılması mümkün olmamışdır. Həmçinin qoşunların irəliləməsi və torpaqların işğaldan azad olunması ilə əlaqədar arxa cəbhədə döyüş mövqelərində qalan mərmi gilizlərinin mühafizəsinin təşkil edilməsi mümkün olmamışdır. xx.xx.2021-ci il tarixdə Gəncə şəhər BPİ-nin əməkdaşları tərəfindən keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində "xxxx" MMC-dən aşkar edilmiş iri çaplı və xırda çaplı mərmi gilizləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məxsus olmaqla həmin mərmi gilizləri İkinci Qarabağ müharibəsi ərəfəsində istifadə olunduqdan sonra döyüş mövqelərində qalmış gilizləridir. Həmin mərmi gilizləri hərbi əmlak hesab edilməklə kənar şəxslərin onları toplaması qadağandır. Sözgedən cinayət işi üzrə isə həmin mərmi gilizlərinin talanması nəticəsində Azərbayan Respublikası Müdafiə Nazirliyinə xeyli miqdarda maddi ziyan dəymiş, lakin hazırda həmin ziyan tam ödənildiyindən hazırda heç bir tələbi və şikayəti yoxdur. Cinayət işinin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2005-ci ildən metal yığıb satmaqla məşğul olur. Təqsirləndirilən şəxs1 və Şahid1 xeyli müddətdir ki, tanıyır. Təqsirləndirilən şəxs1 metal alıb əritməklə məşğuldur. Onda olan məlumata əsasən Təqsirləndirilən şəxs1 Gəncə şəhərində Metal Əritmə zavodu açmışdır. Zavodun adını dəqiq bilmir. O, metal yığını və satışı ilə Bakı şəhərində məşğul olur. Təqsirləndirilən şəxs1 da Bakı şəhərində məndən metal tullantılar almışdır. O, tez-tez Təqsirləndirilən şəxs1 özünə metal satır. O, mis, latun, sink və digər metalları yığıb Anar və digər alıcılara satır. O, kiçik miqdarda metal yığa bildiyi üçün təxminən 100, 200, 300 bəzən isə 400 kiloqram metal satır. Bir neçə dəfə təxminən 2-3 ton Anara Abbasova metal tullantı satmışdır. Onun Metalsənaye MMC-nin inzibati ərazisindən aşkar edilərək götürülmüş latun gilizlər barəsində heç bir məlumatı yoxdur. O, Təqsirləndirilən şəxs1 latun giliz satmamışdır. O, sonuncu dəfə 2020-ci ilin dekabr ayında Metalsənaye MMC-yə tədarükçü kimi təxminən 4 ton latun metal tullantıları satmışdır. Bundan əvvəl isə dəfələrlə Təqsirləndirilən şəxs1 metal tullantı satmışdır. O, səyyari şəkildə metal tullantılarını toplayır. Daha sonra isə alıcılara satır. 2020-ci ilin dekabr ayında Metal Sənaye MMC-yə 4 tona yaxın latun tullantı və qırıntı satmışdır. Bundan əvvəl isə az miqdarda tullantı və qırıntı halında latun, mis və digər metalları Təqsirləndirilən şəxs1 satmışdır. O, Bayramı Anarın qohumu kimi tanıyır. Bayramın həmin zavodda hər hansı fəliyyəti barədə məlumatı yoxdur. Cinayət işinin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, orta təhsilli olsa da, metallardan yaxşı anlayışı vardır və təxminən 5 ildən artıqdır ki, metal işi məşğul olur. O, hal-hazırda Gəncə şəhərində 2705 adlanan ərazidə yerləşən köhnə Farfor zavodunun binasında olan Metalsənaye zavodunda iş icraçısı, daha doğrusu anbardar işləyir. Həm də zavoda gətirilmiş metal tullantılarını seçib çeşidləyir. Həmin zavodun rəhbəri Təqsirləndirilən şəxs1dur. Daha doğrusu Təqsirləndirilən şəxs1 sənəd üzərində MMC-nin təsisçisidir. Lakin Təqsirləndirilən şəxs1 zavodda hər hansı rəhbərlik fəaliyyəti yoxdur. Anarın işi zavoda metal tullantılar yığıb gətirməkdən ibarətdir. Zavodun faktiki rəhbəri Şahid1dur. O, 2021-ci ilin yanvar ayında Metalsənaye MMC-yə rəsmi işə götürülmüş, həmin vaxtdan da orada işləyir. Onun həmin zavodda işi metal əridən fəhlə və ustalara nəzarət etməkdən ibarətdir. Zavodda 4 ədəd metaləritmə sobası vardır. Həmin sobalardan hal-hazırda ikisi fəaliyyət göstərir, ikisi isə işləmir. O, səhər saat 8:00-da işə gəlir. İş saatı 18:00-da qurtarır. Onların gündəlik işi sexlərdə olan sobalarda latun, sink və mis metallarını əritməkdən və külçə halına salmaqdan ibarətdir. Onlar metalları əritdikdən sonra həmin külçə halına düşmüş metallar avtomaşınlara yığılaraq Bakı şəhərinə aparılır. Lakin onun həmin metalların Bakı şəhərinə kimə və nə üçün aparılması barədə məlumatı yoxdur. Zavoda daxil olan bütün növ metalları müdiriyyət sifariş edir və müdiriyyətin deməsinə görə həmin metallar Bakı şəhərindən gətirilir. 2021-ci ilin mart ayının 16-də o, işə gəldikdə zavodun inzibati ərazisində müxtəlif diametrli top mərmilərinin atılmış gilizlərini görmüş, həmin gilizlər Kamaz markalı ** DM *** dövlət nömrə nişanlı avtomaşının kuzovunda olmuş, həmçinin o, sexin yanındakı yarımtikilidə kisələrdə xırda çaplı mərmi gilizləri də, görmüş, lakin o, həmin gilizlərin nə məqsədlə oraya gətirilməsini bilməmiş, bundan sonra o, öz işi ilə məşğul olmuşdur. xx.xx.2021-ci il tarixə kimi gilizlər həmin yerdə qalmış, xx.xx.2021-ci il tarixdə polis əməkdaşları tərəfindən şirkət ərazisinə baxış keçirilmiş və Kamazın yük hissəsində top mərmilərinin gilizləri və sexin qarşısındakı yarımtikilinin altından isə balaca mərmi gilizləri aşkar edilmişdir. O, həmin gilizləri xx.xx.2021-ci il tarixdə səhər saatlarında şirkətin ərazisində görmüş, həmin gilzilərin nə məqsədlə oraya gətirilməsini bilməmişdir. Həmin latun külçələr şirkətin aldığı mis, sink və digər metalların əridilməsindən hazırlanmışdır və buna görə də ayrıca depolanmışdır. Həmin gilizlərin haradan əldə edilməsini dəqiq bilmir. O, şirkətin ərazisində gilziləri ilk dəfə xx.xx.2021-ci il tarixdə görmüş, xx.xx.2021-ci il tarixdə o, şirkətin ərazisində giliz görməmişdir. O, gilizlərin əridilməsini görməmişdir. Onun bu barədə heç bir məlumatı yoxdur. Cinayət işinin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, "xxxx" şirkətində sürücü işləyir. Həmin MMC-nin faktiki rəhbəri Şahid1 olsa da, MMC-nin sənəd üzərində direktoru Təqsirləndirilən şəxs1dur. Həmçinin Şahid1 onun dostudur və aralarında yaxın münasibət vardır. O, MMC-yə məxsus ** DM *** dövlət qeydiyyat nişanlı Kamaz markalı avtomobili idarə edir. Həmin avtomobil etibarnamə əsasında ona sürməyə verilmişdir. O, həmin avtomobil ilə MMC-yə qum, mişar daşı və lazım olan digər ləvazimatları daşıyır. O, arabir pul qazanmaq üçün də Qaradağ rayonundan mişar daşı gətirərək satır və Bayrama faiz verir. Ancaq alver yaxşı getmədiyi üçün 2020-ci ilin dekabr ayından o, həmin Kamaz markalı avtomobili sürmür. Kamaz markalı avtomobili MMC-nin ərazisində saxlamış, MMC-yə metal tullantıları ** BA *** və ** DR *** dövlət qeydiyyat nişanlı Mercedes Ateko markalı avtomobillər ilə daşınır. Həmin Ateko markalı avtomobilləri 2020-ci ilin yay aylarına kimi o və Bayram idarə edir. Onlar Bakının müxtəlif məntəqələrindən cürbəcür metal tullantıları tədarük edir. Metal tullantıları əridildikdən sonra külçələr əldə edilir və həmin külçələr satılır. Ancaq o, haraya satılmasını bilmir. 2020-ci ilin yay aylarından sonra isə o, həmin Ateko markalı avtomobilləri idarə etmir. Hal-hazırda həmin avtomobilləri Anar və sürücü Musa adlı şəxs idarə edir. O, 2020ci ilin dekabr ayından sonra özünə məxsus ZİL markalı ** EN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə fərdi olaraq yük daşımaqla məşğul olur. Həmin avtomobillə iki dəfə MMC-yə qum gətirmiş, hal-hazırda həmin avtomobili sürücü Asif idarə edir. O, səhhətində problemlər olduğu üçün uzaq yol gedə bilmir. Metalsənaye MMC-nin ərazisindən aşkar edilmiş mərmi gilizləri barədə heç bir məlumtı olmamışdır. Cinayət işinin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, 08.0.1.2021-ci il tarixdən DİO-da xidmət edir. O, təxminən 1 ay müddətdir ki, "xxxx" şirkətinin giriş-çıxış qapısında xidmətdə olur. O, bir gün fasilə ilə səhər saat 08-dən axşam saat 19-a kimi xidmətdə olur. O, xidmətdən çıxdığı zaman mülki geyimdə mühafizəçilər gəlir. Həmin mühafizəçilər 3 nəfərdən ibarətdir. Növbə ilə işləyirlər. Onun istirahət günlərində polis nəfəri X7 xidmətdə olur. Onlar ancaq gündüzlər xidmətdə olurlar. Gecə vaxtı mülki şəxslər mühafizəni təşkil edirlər. İdarənin şirkətdə bağladığı müqaviləyə əsasən xidmətdə olan polis nəfəri ancaq işçilərin giriş-çıxışına nəzarət edirlər və üzərilərini axtarırlar. Şirkətin ərazisinə gələn yük maşınlarını axtarmağa icazələri yoxdur. Həmçinin yük maşınlarının arxası bağlı olduğu üçün nə gətirmələrini görə bilmir. Yük maşınları girib-çıxan zaman darvazanı açıb-bağlayırlar. Polis nəfərinin şirkətin ərazisində gəzməsinə müdir Bayram tərəfindən icazə verilmir. Həmçinin şirkətdə bağlanmış müqavilədə də onun üzərinə şirkətin ərazisinə nəzarət etməklə bağlı vəzifə qoyulmamışdır. O, ancaq əritmə sexinin yanında olan kafeyə günorta saat 01-03 radələrində yemək yeməyə gedir. Daha sonra geri qayıdıb xidmətini davam etdirir. ** DM *** dövlət qeydiyyat nişanlı avtomobil Kamaz markalı avtomobilin şirkətin ərazisindən nəzarət etdiyi qapıdan girib-çıxmasını o, yalnız bir dəfə görmüş, belə ki, xx.xx.2021-ci il tarixdə günorta saatlarında həmin avtomobili Bayramın qardaşı Əbülfəz sürərək qarşıdakı avtomobil təmiri sexinə aparmışdır. 15 dəqiqə sonra Əbülfəz avtomobili sürərək geri qayıtmışdır. Bundan sonra o, xidmətdə olan zaman həmin avtomobilin nəzarət etdiyi qapıdan girib-çıxmasını görməmiş, o, avtomobillərin yük hissəsinə baxmadığı üçün şirkətə nə gətirilməsini bilmir. Lakin xx.xx.2021-ci il tarixdə şirkətin ərazisində kafeyə getdiyi vaxt Mercedes Ateko markalı, ** DR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin içərisində iri və kiçik çaplı silahlardan atılmış mərmi gilizlərinin olduğunu görmüşdür. Lakin həmin işlərə o, qarışmadığına görə bu barədə heç kimə heç bir söz deməmişdir. İbtidai istintaq zamanı ifadə vermiş Şahid1 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, hal-hazırda "xxxx"-də texnoloq vəzifəsində işləyir. Zavodun fəaliyyəti metal əritmə və emal etmədən ibarətdir. Zavod digər zavodlardan xidməti müqavilə əsasında metal tullantıları qəbul edir və onları istehsal edir. Zavoda metal tullantılar zavodun rəsmi işə götürdüyü tədarükçülər tərəfindən göndərilir. Tədarükçülər zavodun alacağı metal tullantıları olduqları rayondan tədarük edir və gətirib zavoda təhvil verirlər. Zavodda metal tullantılar anbardar tərəfindən qəbul edilir, alış aktı isə mühasib tərəfindən yazılaraq tədarükçülərə verilir. Tədarükçülər kimlərdən metal tullantı qəbul edirlərsə onların adları, soyadları və digər anket məlamatları götürülür. Onun zavodda fəaliyyəti texonoloq kimi istehsalat prosesində istehsal olunmuş nümunələrin tərkibi və göstəricilərinə nəzarət etməkdən ibarətdir. Şirkətin ərazisindən aşkar edilmiş latun külçələrin bəziləri əhalidən alış aktı ilə alınmış metal tullantıların əridilməsi nəticəsində alınmışdır. Qalan latun külçələr isə xidməti müqavilə əsasında başqa şirkətlərdən emal edilməsi və qaytarılması üçün götürülmüşdür. Zavodun ərazisindən aşkar edilmiş mərmi gilizləri Anar tərəfindən onun xəbəri olmadan əldə edilmişdir. Lakin bu barədə onun heç bir məlumatı olmamışdır. Həmçinin zavodda hər hansı bir mərmi gilizləri əridilməmişdir. Zavod ərazisində aşkar edilərək götürülmüş 35 tona yaxın latun külçələr zavoda tədarükçülər tərəfindən gətirilmiş və tədarük və elektron qaimə əsasında alınmış mis, sink, latun digər metal tullantılarının əridilməsi nəticəsində əmələ gəlmişdir. Həmin külçələr latun gilizlərin əridilməsi nəticəsində əldə edilməmişdir. Onun bu barədə məlumatı yoxdur. Polis əməkdaşları həmin mərmiləri aşkar etdikdən sonra o, Anarın həmin mərmiləri alaraq zavodun ərazisinə gətirməsini bilmişdir. Həmçinin şirkətin ofisindən aşkar edilmiş 1 ədəd “TOZB” modelli qoşa lüləli, 20 çaplı 761047 nömrəli ov tüfəngi, həmin tüfəngin ləvazimatları ona məxsusdur. Həmin silahı yaşadığı evdə kənar şəxslərin toxunmasından ehtiyat edərək ofisə gətirmişdir. Ofisdə aşkar edilmiş “Akhtamar” markalı erməni siqareti barəsində heç bir məlumatı olmamışdır. Həmçinin baxış zamanı götürülmüş bir ədəd yaddaş qurğusunu da, o öz vəsaiti hesabına şirkətin mühafisəzinin təmin etmək məqsədilə alıb quraşdırmış, lakin son zamanlar yaddaş qurğusunda yaranan nasazılıqla əlaqədar olaraq onu təmir etməyə fürsət tapa bilməmiş, yaddaş qurğusu işlək vəziyyətdə olmamışdır. İbtidai istintaq zamanı ifadə vermiş Şahid2 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, 2021-ci ilin fevral ayının 15-dən Metalsənaye MMC-də sürücü işləmişdir. Həmin MMC-nin rəhbəri Təqsirləndirilən şəxs1dur. Hər dəfə Bakı şəhərinə gedib oradan metal yığıb gətirərkən gedib gəlməyə 60-70 manat pul alır. Metalsənaye MMC-nin 2 yük avtomaşını vardır. Avtomaşınların hər ikisi Mercedes Ateko markalıdır. Avtomaşınlardan biri ** DR ***, ** BA *** dövlət nömrə nişanlıdırlar. 2021-ci ilin fevral ayının 15-dən mart ayının sonlarına kimi həftədə 2-3 dəfə olmaqla Bakı şəhərinə gedib oradan içərisi metal tullantı dolu avtomaşını sürüb Gəncə şəhərinə Metal Sənaye MMC-yə gətirmişdir. O, boş avtomaşınla Gəncə şəhərindən Bakı şəhərinə yola düşmüş, orada dolu avtomaşını Anarla görüşüb təhvil almış, onlar daim Ulduz metrosunun yaxınlığında görüşmüş,o, gecə saatlarında Bakı şəhərinə çatdıqda Anar özü təyin etdikləri yerə gəlməmişdir. Anar həmin vaxt görüşdükləri yerdə dolu avtomaşının yük yerinin qapılarını bağlanmış blomlu vəziyyətdə saxlamış və avtomaşının açarını akumilyatorun üzərinə qoymuşdur. O da boş avtomaşını dolu olanın yerində saxlamış və dolu avtomaşınla Gəncə şəhərinə qayıtmışdır. Hər dəfə avtomaşında 8-10 ton arası metal tullantı olmuş, o, metal tullantı dolu avtomaşını Gəncə şəhərinə Metal Sənaye MMC-yə gətirib inzibati ərazidə saxlamış, həmin yük yeri metal tullantı dolu avtomaşını MMC-nin işçisi olan Abbasa, Altaya və ya mühafizənin işçisi olan Əkbər adlı şəxsə təhvil vermişdir. Onun şirkət ərazisindən aşkar edilmiş mərmi gilizləri barəsində məlumatı olmamış, həmin gilizlərin haradan əldə edilməsini bilməmişdir. O, ümumiyyətlə şirkətə giliz daşımamış və bu barədə də, heç bir məlumatı olmamışdır. İbtidai istintaq zamanı ifadə vermiş Şahid5 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, təxminən 3 ildir müddətdir ki, "xxxx" şirkətində fəhlə işləyir. Həmin MMC-nin faktiki rəhbəri Şahid1 olsa da, MMC-nin sənəd üzərində direktoru Təqsirləndirilən şəxs1dur. O, metal tullantılarını daşıyaraq əritmə sobalarına tökür. O, gündəlik olaraq saat 08-dən axşam saat 18-a qədər işləyir. İşdə saat 13-dən saat 14-ə qədər nahar fasiləsidir. Gündüz vaxtı mühafizə polis əməkdaşları tərəfindən təşkil edir. Axşam mühafizəsini isə Əkbər və Elman həyata keçirirlər. Şirkətə metal tullantıları adətən gündüz saatlarında gəlir. Aradabir gecə saatlarında da metal tullantıları gəlir. Metal tullantıları əridilərək sink və ya latun əldə edildikdən sonra külçələr halına salınır. Şirkətə metal tullantıları yük maşınları ilə daşınır. Həmin avtomobilləri Musa və şirkətin müdiri Təqsirləndirilən şəxs1 idarə edirlər. Təqsirləndirilən şəxs1 və şirkətin fəhləsi Mustafa Bakı şəhərində qalırlar və Bakı şəhərində metal tullantıları yığaraq Ateko markalı avtomobillərlə Gəncə şəhərinə yola salırlar. ** DM *** dövlət qeydiyyat nişanlı Kamaz markalı avtomobil mütəmadi olaraq şirkətin həyətində dayanır. Əvvəllər Pərviz həmin avtomobili sürür, ancaq hal-hazırda keç kim həmin avtomobili idarə etmir. Təxminən 16 mart 2021-ci il tarixdə yenə o, adəti üzrə saat 08 radələrində sexə gəlmiş, bu zaman o, sexdən bir qədər aralıda dayanmış **-DM-*** dövlət qeydiyyat nişanlı Kamaz markalı avtomobilin yük yerinin bağlı şəkildə olduğunu görmüş, o, həmin Kamaza yaxınlaşıb yük yerinə baxdıqda orada iri və xırda çaplı mərmi gilizlərinin olmasını görmüş, həmçinin o, sexin yanındakı yarımtikilidə kisələrdə xırda çaplı mərmi gilizləri də, görmüş, lakin o, həmin gilizlərin nə məqsədlə oraya gətirilməsini bilməmiş, bundan sonra o, öz işi ilə məşğul olmuşdur. xx.xx.2021-ci il tarixə kimi gilizlər həmin yerdə qalmışdır. xx.xx.2021-ci il tarixdə polis əməkdaşları tərəfindən şirkət ərazisinə baxış keçirilmiş və Kamazın yük hissəsində top mərmilərinin gilizləri və sexin qarşısındakı yarımtikilinin altından isə balaca mərmi gilizləri aşkar edilmişdir. O, həmin gilizləri xx.xx.2021-ci il tarixdə səhər saatlarında şirkətin ərazisində görmüş, həmin gilzilərin nə məqsədlə oraya gətirilməsini bilməmişdir. Həmin latun külçələr şirkətin aldığı mis, sink və digər metalların əridilməsindən hazırlanmışdır və buna görə də ayrıca depolanmışdır. Həmin gilizlərin haradan əldə edilməsini dəqiq bilmir. O, şirkətin ərazisində gilziləri ilk dəfə xx.xx.2021-ci il tarixdə görmüş, xx.xx.2021-ci il tarixdə o, şirkətin ərazisində giliz görməmişdir. O, gilizlərin əridilməsini görməmişdir.Onun bu barədə heç bir məlumatı yoxdur Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldam görünür ki, həmin tarixdə Gəncə şəhəri, Şəmkir şossesi 1 ünvanında yerləşən “Metalsənaye MMC-nin ərazisinə baxış keçirilmiş, baxış zamanı oradan 4432 kq iri çaplı, 788 kq xırda çaplı mərmi gilizləri, 32,517 ton latun külçələr aşkar edilmiş bu barədə protokol tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin tarixdə “Mercedes Ateko” markalı ** DR *** dövlət qeydiyyat nişanlı Mercedes Ateko markalı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin yük hissəsindən 107 ədəd 81 kq çəkidə minaatan mərmisinin gilizləri aşkar edilmiş, bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 5(044)-62/2021 nömrəli qərarından görünür ki, “Metalsənaye MMC-nin metal əritmə sexindən aşkar edilmiş 32,517 ton latun külçələrin, "xxxx" MMC-nin ərazisində dayanmış vəziyyətdə olan ** DM *** dövlət qeydiyyat nişanlı Kamaz markalı avtomobilin yük yerindən aşkar edilmiş oğurluq edilərək ələ keçirilmiş 887 ədəd xalis çəkisi 5 tona yaxın latun tərkibli iri çaplı silahların mərmi gilizlərinin, MMC-nin ərazisindən aşkar edilmiş 751 kq çəkidə təxminən 11500 ədəd latun tərkibli kiçik çaplı silahların mərmi gilizlərinin, Metalsənaye” MMC-yə metal tullantıları daşıyan ** DR *** dövlət qeydiyyat nişanlı Mercedes Ateko markalı avtomobilin yük hissəsindən aşkar edilmiş 107 ədəd mina atan mərmisinin gilizləri üzərinə həbs qoyulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-ballistik ekspertizasının 20 may 2021-ci il tarixli 3/762 nömrəli rəyindən görünür ki, tədqiqata əqdim edilmiş 8 (səggiz) ədəd gilizdən: a) “1” rəqəmi ilə işarələnmiş bir ədəd giliz - “1” rəqəmi ilə işarələnmiş giliz zavod üsulu ilə hazırlanmış, müəyyən məsafədəki hədəfə (o cümlədən canlı hədəfə) atəş açaraq, zədə yetirməklə məhv' etmək təyinatına malik olan, “Mfl-20”, “fl-20" haubitsalarında, “CY-152” “HCY-152” özüyeriyən artilleriya qurğularında və s. odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 152 mm kalibrli susatın atəşlə ayrılmış hissəsidir - gilizdir və atəş komponentləri atıldığına görə, halhazırda isitfadəyə - atəşə yararsızdır; b) “2” rəqəmi ilə işarələnmiş bir ədəd giliz - zavod üsulu ilə hazırlanmış, müəyyən məsafədəki hədəfə (o cümlədən canlı hədəfə) atəş açaraq, zədə yetirməklə məhv etmək təyinatına malik olan, “M-30”, “fl-30” haubitsalarında, “CY-122” özüyeriyən artilleriya qurğularında və s. odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 122 mm kalibrli susatın atəşlə ayrılmış hissəsidir - gilizdir və atəş komponentləri atıldığına görə, hal-hazırda isitfadəyə - atəşə yararsızdır; c) “3” rəqəmi ilə işarələnmiş giliz - zavod üsulu ilə hazırlanmış, müəyyən məsafədəki hədəfə (o cümlədən canlı hədəfə) atəş açaraq, zədə yetirməklə məhv etmək təyinatına malik olan, “C-53”, “3HC-C-53” markalı, “1944” nümunəli toplarda və s. odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 85 mm kalibrli susatın atəşlə ayrılmış hissəsidir - gilizdir və atəş komponentləri atıldığına görə, hal-hazırda isitfadəyə - atəşə yararsızdır; ç) “4” rəqəmi ilə işarələnmiş giliz - zavod üsulu ilə hazırlanmış, müəyyən məsafədəki hədəfə (o cümlədən canlı hədəfə) atəş açaraq, zədə yetirməklə məhv etmək təyinatına malik olan, müvafiq döyüş gəmilərinə quraşdırılan “AK-230” və digər bir sıra artilleriya qurğularının ikilüləli, avtomatik, “HH-30” markalı toplarında və s. odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 30x210 mm kalibrli susatın atəşlə ayrılmış hissəsidir - gilizdir və atəş komponentləri atıldığına görə, halhazırda isitfadəyə - atəşə yararsızdır; d) “5” rəqəmi ilə işarələnmiş giliz - zavod üsulu ilə hazırlanmış, müəyyən məsafədəki hədəfə (o cümlədən canlı hədəfə) atəş açaraq, zədə yetirməklə məhv etmək təyinatına malik olan, müvafiq döyüş gəmilərinə quraşdırılan “2M-3”, “2M-3M” və digər bir sıra artilleriya qurğularının ikilüləli, avtomatik, “HH-30” markalı toplarında və s. odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 25x220 mm kalibrli susatın atəşlə ayrılmış hissəsidir - gilizdir və atəş komponentləri atıldığına görə, halhazırda isitfadəyə - atəşə yararsızdır; e) “6” və “7” rəqəmləri ilə işarələnmiş 2 (iki) ədəd giliz - zavod üsulu ilə hazırlanmış, müəyyən məsafədəki hədəfə (o cümlədən canlı hədəfə) atəş açaraq, zədə yetirməklə məhv etmək təyinatına malik olan, 12,7 mm kalibrli “flLUK” (“flLUKM”), “YB”, “HCB”, “fİKB-12,7”, “Kopfl”, “OCB-96 (B-94)”, “ÄCBK” markalı böyük kalibrli pulemyotlarda və s. odlu döyüş silahlarında döyüş sursatı kirffİ^tifadə edilmək üçün nəzərdə tutulmuş, 12,7x108 mm kalibrli patronlarıri;7:ğtəşlə ayrılmış hissələridirlər - gilizləridirlər və atəş komponentləri atıldığıa görə hal hazırda istifadəyə-atəşə yarasızdırlar. f) “8” rəqəmi ilə işarələnmiş giliz-zavod üsuli ilə hazırlanmış, pistonu alışan, 7,62x51 mm kalibrli olmaqla, həmin kalibrə malik, /”JNG 90Bora”, “CB-98”, “Palatz”, “CZ- 700”, “ORİS T-5000”, M”-24” və s. snayper tüfənglərində, “MG-3”, “Broving m1919” və s. pulemyotlarda, habelə digər bir sıra yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronun atəşlə ayrılmış hissəsidir-gilzidir və atəş komponentləri atıldığına görə hal-hazırda istifadəyə-atəşə yararsızdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəməəmtəəşünaslıq ekspertizasının 17 avqust 2021-ci il tarixli 9/5135 nömrəli rəyindən görünür ki, 1 kq latun 6,50 manat, 1 kq mis 11,30 manat, 1 kq sink 1,20 manat, 1 kq alüminumun dəyəri isə 2,30 manat təşkil edir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan mütəxəssis rəyindən görünür ki, diamteri təxminən 15,7 sm, divarının qalınlığı 1,75 mm olan silindir formalı, diamteri təxminən 12,5 sm, divarının qalınlığı 1,62 mm olan silindir formalı, diamteri təxminən 8,5 sm, divarının qalınlığı 1,26 mm olan silindir formalı, diamteri təxminən 4,5 sm, divarının qalınlığı 1,17 mm olan, diamteri təxminən 3,5 sm, divarının qalınlığı 1,15 mm olan, diamteri təxminən 2,1 sm, divarının qalınlığı 0,52 mm olan, diamteri təxminən 2,1 sm, divarının qalınlığı 0,63 mm olan, diamteri təxminən 1,1 sm, divarının qalınlığı 0,37 mm olan gilizlərin tərkibi “Foundry-master” markalı spektrometr analiz ilə müəyyən edilmişdir. Aparılmış tədqiqatlar nəticəsində müyyən edilmişdir ki, həmin gilizlərin hər biri 57 faizi mis, 37 faizi sink, qalan 4 faizi isə qarşıq metalların ərintilərindən hazırlanmışdır və onlar latun metal hesab edilir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/1592 nömrəli rəyindən görünür ki, diametrləri 15,7 sm, 12,5 sm, 8,5 sm, 3,5 sm, 2,1 sm, 2,1 sm və 1,1 sm olan 8 ədəd gilizin hər biri mis və sink əsaslı ərintidən hazırlanmışdır; -5 ədəd müxtəlif formalı metal nümunələrinin hər biri mis, sink, və qurğuşun əsaslı ərintidən hazırlanmışdır. Tədqiqata təqdim edilmiş 5 ədəd mütəlif formalı metal nümunələr tərkibinə görə 8 ədəd gilizdən fərqlidir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 5(044)-59/2021 nömrəli qərarından görünür ki, Gəncə şəhər Baş Polis İdarəsinin Nizami RPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili, polis baş leytenantı X2 “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Beləliklə məhkəmə iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə tam təqsirli olduğu təqsirləndirilən şəxsin özünün ifadsi ilə yanaşı, həm də zərərçəkmiş nümayəndəsinin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, maddi sübut və cinayət işinin digər obyektiv halları ilə məhkəmə istintaqında tam sübuta yetirilmişdir. İttihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Ona görə də, Təqsirləndirilən şəxs2 CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib cıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır. Azərbaycan Respublikası CPM-nin 139.0.5-ci maddəsində qeyd edilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir Sübut dedikdə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) başa düşülür (CPM-nin 124.1-ci madd.). Cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir (CPM-nin 139.0 və 139.0.1-ci maddələri). Sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər (CPM-nin 125-ci madd.). CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. CPM-nin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Azərbaycan Respublikası Cinayət-prosessual qanunvericiliyinin yuxarıda qeyd olunan normalarının tələblərindən görünür ki, cinayət prosesini həyata keçirən orqan hər hansı hadisənin baş verməsini mötəbər şəkildə sübut etməlidir, o cümlədən hadisənin baş verməsinin vaxtı, yeri, şəraiti, təqsirin forması, hadisənin baş verməsinin səbəbləri, motivi, niyyəti və sair əhəmiyyətli hallar mötəbər sübutlarla təsdiq edilməlidir. Bu məqsədlə sübutlar əldə olunmalı, yoxlanılmalı, müqayisəli şəkildə tədqiq edilməli və obyektiv şəkildə qiymətləndirilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növü və həddi ilə bağlı isə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi Azərbaycan Respublikası CM-in 177.2.4 maddəsi ilə törədilən əməllər cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilməlidir. Cinayət Qanununun sadalanan normalarının təhlilindən də görünür ki, cinayət törətmiş şəxs əməlinin hansı təhlükəli nəticələrə səbəb olduğunu dərk edirsə, əməlindən səmimi şəkildə peşman olursa, bunu cəzadan yaxa qurtarmaq məqsədilə deyil, səmimi niyyətlə edirsə, habelə törətdiyi cinayətin zərərli nəticələrini tez bir zamanda aradan qaldırmağa yönələn davranış nümayiş etdirirsə və sadalanan müsbət davranışı iləözünün formalaşmış mənfi obrazını cəmiyyətin yaddaşından silmək istəyirsə, bu halda təqsirkarın islah olunmağa başlamasından söhbət gedə bilər. Belə hərəkətlər islah olunmanın başlanığıc nöqtəsi kimi çıxış edir və həm təqsirkarın tam islah olunmasını stimullaşdırır, həm də cəzanın məqsədlərini təmin edir. Məhkəmənin qənaətinə görə belə vəziyyətdə cəzanın məqsədlərinə daha tez nail olunmağa başlandığı üçün cəzanın real olaraq çəkilməsini zərurət aradan qalxır. Belə hallarda cəzanın real olaraq çəkilməsinə lüzum qalmır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, dəymiş ziyanın tam olaraq ödəməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, yaşayış yerindən müsbət səciyyələndirilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, ağırlaşdıran halın olmaması, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, xüsusilə təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona CM-nin 177.2.4-cü maddəsinin sanksiyası həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə ki, Azərbaycan Respublikası CM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələblərinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 5(044)-59/2021 nömrəli qərarına əsasən üzərlərinə həbs qoyulmuş, “Metalsənaye MMC-nin ərazisində aşkar edilmiş 4432 kq iri çaplı, 788 kq xırda çaplı mərmi gilizlərinin, “Mercedes Ateko” markalı ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsindən aşkar edilmiş 107 ədəd 81 kq çəkidə minaatan mərmisinin gilizlərinin üzərinə qoyulmuş həbs götürülməli və hökm qanuni qüvvəyə mindikdən sonra həmin mərmi gilizləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sərəncamına verilməli, 2 ədəd “Akhtamar” markalı siqaret isə məhv edilməlidir. İş üzrə məhkəmə ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 50 manat məbləğində pul vəsaitindən 25 manat pul (25 manatı isə Təqsirləndirilən şəxs1 tutulacaqdır) Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkəmədə 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, onun işlədiyi vəkil bürosunun hesabına 120 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli 5(044)-59/2021 nömrəli qərarına əsasən üzərlərinə həbs qoyulmuş, "xxxx" MMC-nin ərazisində aşkar edilmiş 4432 kq iri çaplı, 788 kq xırda çaplı mərmi gilizlərinin, “Mercedes Ateko” markalı ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsindən aşkar edilmiş 107 ədəd 81 kq çəkidə minaatan mərmisinin gilizlərinin üzərinə qoyulmuş həbs götürülsün və hökm qanuni qüvvəyə mindikdən sonra həmin mərmi gilizləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sərəncamına verilsin, 2 ədəd “Akhtamar” markalı siqaret isə məhv edilsin. İş üzrə məhkəmə ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 50 manat məbləğində pul vəsaitindən 25 (iyirmi beş) manatı (25 manatı isə Təqsirləndirilən şəxs1 tutulacaqdır) Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardıma görə Müdafiəçi4 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 120 (yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar