Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-1/2024 25.04.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy Rayon Vəkil Bürosunun vəkil Müdafiəçi3 iştirakı ilə, xx.xx.1991-ci il tarixdə İmişli rayonu Telişli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmuş, İmişli rayonu Telişli kəndində qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Gəncə 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə qəsdən ələ keçirmək niyyəti ilə 01 fevral 2021-ci il tarixdə saat 21 radələrində İmişli şəhəri H.Cavid küçəsində yerləşən 5 nömrəli evdə tanışı Zərərçəkmiş şəxs1 Azərbaycan Daxili Qoşunlarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi işə düzəltmək müqabilində 3400 (üç min dörd yüz) manat pul alaraq vədinə əməl etməyib, zərərçəkmiş Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etməklə və onu aldatmaqla həmin məbləğdə pulunu ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə qəsdən ələ keçirmək niyyəti ilə təkrarən 2021-ci ilin aprel ayından başlayaraq Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci tank taborunun 4-cü tank bölüyünün 3-cü tank taqımının tuşlayıcı-operatoru vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edən, əsgər Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, onun xəstəliklə ordu sıralarından ehtiyata buraxılmasına və əlillik dərəcəsi təyin olunaraq pensiya almasına köməklik edəcəyini yalan vəd verib aldadaraq 2021-ci ilin aprel ayının əvvəllərində istintaqla dəqiq müəyyən olunmayan gündə və saatda Ağcabədi şəhərində yerləşən «eManat» terminalı vasitəsilə göndərdiyi 5600 manat pulunu vahid niyyətlə ələ keçirmiş, daha sonra Zərərçəkmiş şəxs2 xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs verdiyi qardaşı X6 adına olan "xxxx" ASC-yə məxsus plastik kart hesabına Ağcabədi rayonu Qaradolaq kəndi ərazisində yerləşən «eManat» terminalı vasitəsi ilə 1500 manat, xx.xx.2021-ci il tarixdə Ağcabədi rayon ərazisində yerləşən «eManat» terminalı vasitəsi ilə 300 manat, sonuncu dəfə isə xx.xx.2021-ci il tarixdə saat 19:41:51-də Yevlax rayonu Xanabad kəndində yerləşən «eManat» terminalı vasitəsilə 3500 manat pul köçürmüş, Təqsirləndirilən şəxs həmin məbləğləri kart hesabından çıxardaraq vahid niyyətlə qəsdən ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs2 cəmi 13.000 (on üç min) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, özgənin əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə qəsdən ələ keçirmək niyyəti ilə Goranboy rayonu Veyisli kənd sakini Zərərçəkmiş şəxs3 hərbi xidmətdə olan oğlu X14 təqaüd düzəldilməsi barədə yalan vəd verərək aldadıb 2021-ci ilin sentyabr ayının axırlarında X19 rayonu Veyisli kəndi ərazisində yerləşən «MilliÖn» ödəmə terminalı vasitəsi ilə onun atası X7 məxsus plastik kart hesabına göndərdiyi 9500 manat pulu ələ keçirərək Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2021-ci ilin qış aylarında Umud adlı tanışı ilə ona məxsus olan VAZ-2106 markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobili ilə İmişli şəhərində yerləşən “Kral” çay evinə gedərkən, Umudun tanışı Səmran adlı oğlan da onlarla bir yerdə olmuşdur. Avtomobildə gedərkən X20 MAXE kimi işə düzəlmək istədiyini, gözündə problem olduğu üçün onu işə qəbul etmədiklərini bildirmişdir. O, Səmrana onun işini 3500 manata həll edə biləcəyini demişdir. Bundan sonra Səmran onunla razılaşıb onun mobil telefon nömrəsini götürmüş və atası ilə məsləhətləşib ona zəng edəcəyini bildirmişdir. Bundan 3 gün sonra Səmran onqa zəng edərək atası ilə görüşməsini istəmişdir.Həmin günün axşamı o, Səmranın atası ilə onların yaşadığı İmişli şəhəri “Depo” adlanan məhlədə yerləşən evdə görüşmüşdür. Səmranın atası ilə görüşən zaman ona pulu notarius vasitəsilə verəcəyini bildirmiş, o isə problem olmadığını bildirmişdir. Səmranın atası Elşən ona demişdir ki, Səmranın işi üçün pulu bir nəfərə vermişdir, həmin adam qaytarsın ona zəng vuracaqdır. 3-4 gündən sonra Umud ona zəng vuraraq demişdir ki, Səmranın atası Elşən deyir ki, gəlsin pulu haqq-hesab edək. Umud ilə danışdıqdan sonra o, Umudla görüşmüş və Umudu avtomobilinə mindirib Səmran gilə getmişlər. Səmran gildə oturub çay içdikləri vaxt taksi avtomobili gəlmiş və Elşənə 3500 manat pul verib getmişdir. Sonra Elşən onların yanına gəlmiş həmin puldan 100 manatını götürüb, 3400 manat pulu ona vermişdir. Pulu almamışdan əvvəl Elşən ondan 3500 manat pulu almağı və Səmranı 1 mart 2021-ci il tarixədək işə düzəldəcəyi, düzəldə bilmədiyi halda isə pulu qaytaracağı barədə iltizam almışdır. Pulu aldıqdan sonra o, Səmran gildən çıxıb evlərinə getmişdir. Pulu aldıqdan 2-3 gün sonra həmin puldan 3000 manatını lazımi yerlərə göndərdiyini, 400 manatını isə özünə götür düyünü bildirmişdir. Pulu göndərdikdən 3-4 gün sonra Səmrana demişdir ki, Daxili Qoşunların baş idarəsinə qeydiyyatdan keçmək və normativləri vermək üçün getsin. Səmran onun dediklərini etmiş, sonra qayıdıb gəlib sənədlərini toplayıb Bakı şəhərində ona vermişdir. Bundan 2 ay keçmiş Səmran ona zəng vurmuş və o, Səmrana Bakı şəhərinə gəlməsini demişdir. Bundan sonra Səmran onun yanına gəlmiş və 4 ay onunla bir yerdə qalmışdır. Bir yerdə qaldıqları vaxt, yəni 16 iyul 2022-ci il tarixdə Səmran ona bu işi istəmədiyini demişdir. O, isə Səmranı istəsə də, istəməsədə onun əmrini 21 iyul 2021-ci il tarixdə verəcəklərini bildirmişdir.Onun bu sözlərindən sonra Səmran telefonla atası Elşənlə danışmış, Elşən Səmrana rayona qayıtmasını demişdir. Səmran rayona qayıtdıqdan sonra Elşən ona zəng edərək pulunu tapıb verməsini, yoxsa onun üçün yaxşı olmayacağını, onun qohumları olmasını, onlara deyəcək onların pulu alacaqlarını demişdir. O isə Elşənə 21-nə kimi əmrin veriləcəyini, verilmədiyi halda pulunun qaytarılacağını bildirmişdir. Eyni zamanda “mən oradan 400 manat pul yemişəm, onu da pul qaytarılanda verəcəyəm iyulun axırına qədər” demişdir. 24 iyul 2022-ci il tarixdə ona Moskva şəhərindən Eliş adlı bir şəxsdən zəng gəlmiş və həmin şəxs ona “Səmrana pul borclusan, saat 12-yə qədər verməsən səni tapıb öldürəcəklər, 12yə qədər pulu verməsən bax işinə” demiş və telefonu söndürmüşdür. Bundan sonra o Səmrana zəng edərək ona zəng edənin kim olmasını soruşmuş, Səmran isə qohumu olduğunu, ortağıq uşağı olduğunu demişdir. Bundan sonra o gedib istifadəsində olan ***- ***-**-** mobil nömrəsini məhv etmiş, əvəzində isə ***-***-**-** mobil nömrəsini almışdır. Təxminən avqust ayının 2-si, ya 3-də Səmran ona zəng edərək borcu olmasını pulundan 1700 manatını verməsini, qalanın isə hissə-hissə ödəməsini bildirmişdir. O, Səmrandan harada olmasını soruşduqda Səmran Bakı şəhərində, Şamaxinka deyilən yerdə parkda olmasını bildirmişdir. O, həmin yerə gedərək Səmran ilə görüşmüş və Səmrana nə qədər versəm bəs edər, pulu almadığını, gedib faizə götürüb gətirib verməsini demişdir. Səmran isə ondan 1700 manat pul istəmişdir. O, Səmrandan ayrılıb, bir saatdan sonra yenidən Səmranla görüşüb,1700 manat pulu ona vermişdir. Səmran pulu ondan aoldıqdan sonra rayona qayıtmışdır. Bundan 3 gün keçmiş Səmran yenidən ona zəng vuraraq Bakı şəhərində olduğunu, pul lazım olduğunu demiş, o isə Səmrana Bakı şəhərində “Şamaxinka” deyilən yerdə “Balakən” kafesində olduğunu və oraya gəlməsini bildirmişdir. Səmran oraya gəlmiş və o Səmrana 200 manat pul vermiş, Səmran çıxıb getmişdir. 15 avqust 2021-ci il tarixdə Səmran yenidən ona zəng vurub, siqaret və xərclik üçün pulunun olmadığını demiş, o, Səmran ilə yenə də “Balakən” kafesində görüşüb, ona oturub onlarla yemək yeməsini təklif etmişdir. Səmran onunla və qardaşı Elvinlə oturub bir yerdə yemək yemişlər. Bundan başqa o, Nurlan adlı tanışının vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs2la 2021-ci ilin iyun ayında Mərdəkan qəsəbəsində reablitasiya mərkəzində tanış olduqlarını, belə ki, tanışı Nurlanın reablitasiya mərkəzində müalicə olunduğunu və Nurlanın yatdığı palatada Raqibin də yatdığını, orada tanış olduqlarını bildirmişdir. Raqibin əməliyyata ehtiyacı olduğunu və o, həmin məsələdə ona kömək edə biləcəyini deyib, onun yanında həkimlə danışmışdır. Həkim isə Raqibin belindəki qijanın 3 mm olduğu üçün əməliyyata ehtiyac olmadığını, müalicə yolu ilə sağala biləcəyini bildirmişdir. Raqib isə təkid edərək demişdir ki, həkimə hörmət etsin və həkim onu əməliyyat etsin. O, isə Raqibə hərbi hospitaldan göndəriş alıb Bakı şəhəri Əhmədli qəsəbəsində yerləşən Nevrocərrahiyə xəstəxanasında həkimin baxmasını demişdir. Onların bu danışığından sonra Raqib 2021ci ilin iyul ayının əvvəllərində hospitaldan göndəriş almış və həmin vaxt o, Raqib və Raqibin qardaşı Kənan birlikdə nevrocərrahiyyə xəstəxanasına getmişlər. Xəstəxanada adını xatırlamadığı bir həkimin yanına getmişlər, həkim Raqibə xx.xx.2021-ci il tarixdə MRT müayinəsindən keçməli olduğunu demişdir. Raqib həkimlə razılaşmış və bundan sonra onlar onun kirayədə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən mənzilə getmişlər. Orada razılaşmışlar MRT cavabından sonra həkimin dediklərini etsinlər. Raqibin qardaşı Kənan demişdir ki, gedib kredit götürsünlər. Raqib, Kənan və Raqibin iş yoldaşı Elvin Hacıyev kredit götürmək üçün "xxxx"ın Binəqədi filalına getmişlər. Elvin Hacıyev əvvəldən ona Raqibin əmisi Xıdırın telefon nömrəsini verdiyini və o Xıdırla danışaraq vəziyyəti ona dediiyni bildirmişdir. Həmin günün axşamı Raqib 6000 manat kredid götürmüş və həmin günün axşamı kafelərin birində qonaqlıq vermişdir. Qonaqlıqda o, Elvin Hacıyev və tanımadığı 2 nəfər iştirak etmişlər, Raqif 280 manat hesab ödəmişdir. O, Raqibə belə şeylərə pulunu xərcləməməyi demiş, Raqib isə işi alınmayacağı təqdirdə götürdüyü kreditin və xərclədiyi pulun iki qatını ondan alacağını bildirmişdir. O isə Raqibə onluq bir şey olmadığını, krediti götürüb evə göndərdiyini demişdir. xx.xx.2022-ci il tarixlə Raqib MRT müayinəsindən keçmiş və müayinənin cavabını götürüb Nevrocərrahiyyə xəstəxanasındakı həkimin yanına getmişlər. Həkim onlara Raqibin əməliyyata ehtiyacı olmadığını, Raqibin belindəki qrijanın 3,3 mmlk deşik olmasını demişdir. Bundan sonra Raqibin əməliyyat etdirilməsi fikrindən daşınmışlar. Həmin hadisənin üzərindən 15 gün keçdikdən sonra Raqib ona zəng vurub işə buraxılmadığını deyərək ondan sənədlərini istəmişdir. O isə əvvəlcədən sənədləri Raqibin özünə verdiyini, bir ədəd Nevrocərrahiyyət xəstəxanasının sənədinin onda qaldığını, sənədlərinin onada olmadığını demişdir. Raqib isə sənədlərin onda qaldığını israr etdiyindən o məcbur olub Raqibin sənədləri üçün 1500 manat xərc çəkib, sənədləri yenidən toplayıb xidmət etdiyi hərbi hissənin həkiminə göndərmişdir. Bir müddətdən sonra Raqib işinə davam etmişdir. Bir müddət o Raqiblə əlaqə saxlamadığını, Raqibin anasının ona zəng vuraraq onun ünvanına nəlayiq ifadələr işlətdiyini bildirmişdir. Təxminən 3 aydan sonra ona hərbi prokurorluqdan zəng gəlmiş və zəng vuran şəxs Raqibin anasının ondan şikayət etdiyini və 13000 manat borcu olduğunu deyib, onu hərbi prokurorluğna çağırmışdır. O isə həmin şəxsə gəlməyəcəyini, Raqibin Xıdır əmisindən 1800 manat pul aldığını, həmin puldan 400 manatını Raqibə qaytardığını, 1400 manatının isə qaldığını bildirmişdir. Bundan başqa o ifadəsində göstərmişdir ki, Goranboy rayonu Veyisli kəndində yaşayan Zərərçəkmiş şəxs3 tanımamışdır, ancaq onun oğlu X15 tanıyır. Belə ki, təxminən 2021-ci ilin sentyabr ayının əvvəllərrində tanışı Yevlax rayonu Tanrıqulular kəndində yaşayan X16 onunla telefonla danışaraq, onun hərbçi tanışı olduğunu və ona təqaüd düzəldilməsinə köməklik etməsini xahiş etmişdir. O isə Farizə, kömək edə biləcəyini, həmin adamın sənədlərini ona göndərməsini demişdir. Bundan sonra Fariz X1 ona göndərmiş və bundan sonra o, Farizə təqaüdün düzəldilməsi üçün pul verilməsini bildirmişdir. O, Farizə, 8500 manat pul vermələrini demiş və atası Heydər Babayevin adına olan kartın nömrəsini Farizə göndərmiş, pulu həmin kart hesabına vurmalarını bildirmişdir. Həmin kartın atasının adına olsa da onun istifadəsində olduğunu bildirmişdir. Fariz isə öz növbəsində həmin kart nömrəsini Aqşin Quliyevə göndərmiş və pulun həmin hesaba vurulmasını bildirmişdir. Bundan sonra təxminən 2021-ci ilin sentyabr ayının axırlarında Farizlə Bakı şəhərində «Şamaxinka» deyilən ərazidə bir yerdə olan zaman atası Heydər Babayevin adına olan kartı Kapital banka aid bankomata salıb pulu çıxartmış, 85 manat xidmət haqqı çıxıldıqdan sonra, 8415 manat pulu götürmüş və pulu Farizə vermişdir. Fariz həmin pulun üstündən 2000 manat götürmüş və qalan pulu ona vermişdir. Həmin gün Fariz, səhərisi gün Aqşinin gələcəyini bildirmişdir. Həmin günün səhərisi Aqşinlə telefonla danışmış və Bakı şəhərində hərbi hospitalın qarşısında onunla görüşmüşdür. Aqşinin özü ilə hərbi hissədən göndəriş gətirdiyini, «Covid» testi verdiyini və təxminən 3 gündən sonra Aqşini hərbi hospitala yerləşdirdiyini bildirmişdir. Aqşin 21 gün hospitalda yatmış, müalicə olunmuşdur. Aqşin hospitalda yatmağa başladığı gündən 10 gün keçmiş, o, Aqşinə, əlavə 1000 manat pul lazım olduğunu demişdir. Bundan sonra Aqşin ailəsi ilə danışmış və onun istifadəsində olan atası Heydər Babayevin adına olan kart hesabına 1000 manat pul da göndərmişlər. O, həmin gün həmin pulu da bankomatdan çıxartmışdır. 21 gündən sonra Aqşin hospitaldan çıxdıqdan sonra, ona məzuniyyət də düzəltdirməsini demiş, o, isə məzuniyyətin onluq olmadığını bildirmişdirl. Həkimlər Aqşinin hərbi xidmətdə yaralanmadığını, onun xəstəliyinə təqaüd düşmədiyini demişlər. Bundan sonra o, Farizə demişdirm ki, Aqşinin təqaüdü düzəlmir, onun pulunu düzəldib qaytarmaq lazımdır. Bundan sonra dəfələrlə Aqşinin özü və ailə üzvləri ona zəng edərək pullarını istədikdə, onlara pullarını qaytaracağını bildirsə də pulu xərclədiyi üçün qaytara bilməmişdir. O, pulu Bakı şəhərində bankomatdan çıxardan zaman Farizlə bir yerdə olduğunu və 8415 manat pulu çıxardıb, Farizə verdiyini, Fariz isə həmin pulun üstündən 2000 manat pul götürüb, qalan pulu ona verdiyini bildirmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməllərdən peşman olduğunu, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurmuş olduğu ziyanı tam ödədiyini, hazırda sonuncuların ona qarşı şikayət tələblərinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirdi ki, oğlu X22 təxminən 5 ildir ki, MAXE hərbi qulluqçusu kimi Azərbaycan Ordusunda xidmət edir. Hazırda Ağdam rayonu ərazisində yerləşən hərbi hissədə xidmət edir. Oğlu Aqşin N günlük Vətən müharibəsində yaralanmış, ancaq təqaüdə çıxarmamışlar, hazırda xidmət edir. Onun böyük oğlu İsmayılın tanışı olan Yevlax rayonu Tanrıqulular kənd sakini X16 2021-ci ilin sentyabr ayında oğlu Aqşinlə görüşərkən ona təqaüd düzəldilməsinə kömək edəcəyini söz vermişdir. Bundan sonra Fariz adlı şəxs oğluna zəng edərək təqaüd düzəldilməsi üçün 9500 manat pul verməsini bildirmiş və pulun Heydər Babayev adlı şəxsin kart hesabına göndərməsini bildirmişdir. Buna görə də o, X23 rayon filialından kredit götürmüş və qohumlardan borc pul alaraq 9500 manat pul düzəltmiş vermiş oğlu Aqşinə, 2021-ci ilin sentyabr ayının axırlarında oğlu Aqşin Goranboy rayonu Veyisli kəndində yerləşən «Göyçə» marketin içindəki «Milliön» ödəmə terminalından Heydər Babayevin adına olan karta 9500 manat pul göndərmişdir. Bundan sonra oğlu Aqşin Farizlə Bakı şəhərinə getmişlər və orada Fariz onu Təqsirləndirilən şəxs adlı şəxslə tanış etmişdir. Kamran kart hesabına pul göndərilən Heydər Babayevin oğlu olmuşdur. Orada Kamran və Fariz oğluna demişdir ki, 2-3 ay müddətinə təqaüdü düzələcəkdir. Lakin 2-3 ay keçsə də oğlunun təqaüdü düzəlməmişdir. Bundan sonra onlar Fariz adlı şəxslə əlaqə saxlamışlar, Fariz işi Təqsirləndirilən şəxs adlı şəxsin düzəldəcəyini demişdir. Oğlu bir neçə dəfə Farizlə Kamranla telefonla danışsa da oğlunu aldadıb nə təqaüdünü düzəltməmişlər nə də pulunu qaytarmamışlar. O, özü bir dəfə Yevlax rayonu Tanrıqulular kəndinə Farizin evinə getmiş, ona bir həftəyə pulu düzəldib verəcəyinə söz versə də pulunu qaytarmamışdır. O, başa düşmüşdür ki, onları aldadarlar və ona görə də şikayət etmək qərarına gəlmişdir. Oğlu Aqşin pulu «Milliön» terminalı vasitəsilə göndərən zaman telefona çəkmişdir və həmin videogörüntünü təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs tanımadıqlarını, Kamranı onlarla, yəni oğlu Aqşinlə Farizin tanış etdiyini bildirmişdir. Dəfələrlə Farizlə və Kamranla telefon əlaqəsi saxlayaraq pullarını qaytarmalarını bildirsədər də müxtəlif bəhanələrlə onları aldadaraq pulunu qaytarmamışlar. Verilən suala cavab olaraq bildirdi ki, o, Kamrana ümumilikdə 9500 manat pul vermiş və həmin puldan 6000 manatı ona geri qaytarılmış, dəymiş ziyandan 3500 manat qalmışdır. Buna görə də ondan şikayətçidir. İttiham aktının siyahısında zərərçəkmiş şəxs qismində göstərilən Zərərçəkmiş şəxs1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunarkən məlum oldu ki, dostu X9 Daxili Qoşunlara MAXE kimi işə düzəlmək istədiyini demişdir. Bundan sonra 31 yanvar 2021-ci il tarixdə gecə saatlarında dostu Umud İsmayılov yanında olan Kamran adlı şəxsin avtomobili ilə İmişli şəhərində «Kral» çay evinə çay içməyə gedərkən çay evinin qarşısında Kamranın avtomobilində onun Daxili Qoşunlarda MAXE kimi işə düzəlmək istəməsi barədə söhbət açılmışdır.Söhbət zamanı Kamran telefonla kiminlə isə danışmış və ona həmin işin 5000 manat pul müqabilində düzələ biləcəyini bildirmişdir. O, isə Kamrana əlində cəmi 3500 manat pulu olduğunu bildirdikdə Kamran onu işə düzəldəcəyini, bir aya həll olunacağını bildirmişdir. O, isə gedib evlərində məsləhətləşib ona cavab deyəcəyini söyləmişdir. O Kamranın istifadəsində olan ***-***-**- ** mobil telefon nömrəsini telefonuna qeyd etmiş və onlardan ayrılmışdır. O, evlərinə gedərək bu barədə atası Elşənə demiş, atası isə cavabında «gəlsin görək kimdir, nəçidir, tanıyım, bilim, bundan sonra bu barədə danışarıq» demişdir. Atasının sözündən sonra o, Kamranın verdiyi nömrəyə zəng edərək onlara gəlməsini, atasının onu görmək, işlə bağlı onunla danışmaq istədiyini demişdir. Bundan sonra Kamran onlara gəlmiş və onların həyətində atası, o və Kamran söhbət etmişlər. Kamran atasına “mən Münasib müəllimin, Murad müəllimin qardaşı oğluyam, bu işi həll edəcəm” demişdir. Atası Kamrandan işin necə həll olunacağını soruşduqda Kamran müəyyən adamlara 3500 manat pulun 1500 manatını verərək onu həkim komissiyasından keçirəcəyini, 1500 manat pula isə X5 yerləşən N saylı hərbi hissəsinə təyin etdirəcəyini, 500 manat pulu isə özünə götürəcəyini bildirmişdir. Kamranın sözlərindən sonra atası pulu sabah verəcəyini demiş və Kamran getmişdir. 01 fevral 2021-ci il tarixdə saat 21 radələrində Kamran onlara gəlmiş, onlarda oturmuşlar və 3500 manat pulu Kamrana verərkən Kamrandan pulu alması, onu işə düzəltməsi və işə düzəltmədiyi halda 01 mart 2021-ci il tarixdə pulu qaytaracağı barədə iltizam almışlar. Kamran kağızda adını, soyadını qeyd edərkən “Təqsirləndirilən şəxs” kimi və şəxsiyyət vəsiqəsinin nömrəsini qeyd etmiş və işi 1 aya kimi həll edəcəyinə söz vermişdir. Atası Kamrana verdiyi 3500 manat pulun son pulları olduğunu dediyi üçün Kamran həmin pulun 100 manatını qaytarmış və işin alınmayacağı təqdirdə isə 3500 manat qaytaracağını bildirmişdir. 01 mart 2021-ci il tarixə kimi Kamran onun işini düzəldə bilməmiş, o isə Kamranın ona verdiyi mobil nömrəyə zəng edərək işinin düzəldilməsini tələb etmişdir. Kamran ona “sabah Bakıya gəl, formanı götür, işə çıxacaqsan, işin hazırdır” demişdir. 02 mart 2021-ci il tarixdə Bakı şəhərinə getmiş saat 09 radələrində Kamranla görüşmüşdür. Kamran ona “mən gün ərzində sənə xəbər edəcəm, gedib vəsiqəni və formanı götürəcəksən, oradakı komandirlər sənə işə çıxacağın vaxtı deyəcəklər” dedikdən sonra ayrılmışlar. Həmin gün saat 13 radələrində Kamran ona zəng edərək X4 N saylı hissəsinə getməsini, həmin hərbi hissənin qarşısında gözləməsini, orada ona zəng edəcəklərini, zəngdən sonra hərbi hissəyə getməsini, onu qarşılayıb ona forma və vəsiqə verəcəklərini, komandirləri gün ərzində ona nə edəcəyi barədə göstəriş verəcəklərini bildirmişdir. Kamran bu sözləri deyib telefonunu söndürmüş, o isə Kamranın dediyi yerə gedərək orada tə\xminən saat 17 radələrinədək gözləmiş, lakin ona nə zəng gəlməmiş, nə də hərbi hissədən ona heç kim yaxınlaşmamışdır. Bundan sonra o, Kamrana zəng edərək ona heç kimin zəng vurmadığını, yaxınlaşmadığını, gözləməkdən yorulduğunu və qohumu gilə getmək istədiyini demişdir. Kamran ona qohumu gilə getməsini, forma və vəsiqəsinin komandirdə olmasını onları götürüb həmin gün saat 21-ə kimi gətirib verəcəyini bildirmişdir. Həmin gün saat 21:00-dək Kamran ona nə zəng etməmiş, nə də dediyi kimi forma və vəsiqəni gətirməmişdir. Bundan sonra o, rayona qayıtmış və rayondan özü və atası mobil telefon vasitəsilə mütəmadi olaraq Kamranla əlaqə saxlayaraq işinin necə olmasını soruşduqda Kamran işin alınacağını, müəyyən problemlər olduğunu, səbrli olmaqlarını deyərək onları aldatmışdır. Aprel ayının axırlarında o yenidən Bakı şəhərinə Kamranla görüşməyə getmiş və zəng vuraraq onunla görüşmək istədiyini bildirmişdir. Həmin gün saat 10 radəldərində Bakı şəhərində «Şamaxinka» adlanan yerdə Kamranla görüşmüşlər. O, Kamranla görüşərkən pulu verdiyi adamları ona göstərməsini istəmiş, Kamran isə darıxmasın göstərəcəyini demişdir. Sonra Kamran ona Bakı şəhərində kirayədə yaşadığı evə getməyini və orada 1 həftə ərzində işinin djüzəlməsini gözləməsini təklif etmiş, o da Kamranın təklifi ilə razılaşaraq may ayının axırına kimi Kamranın kirayədə yaşadığı evdə qalmışdır. Orada qaldığı müddət ərzində hər gün Kamran ona işinin bu gün həll olunacağını, sabah həll olunacağını bildirərək vaxtı uzadaraq onu aldatmışdır. İyun ayının əvvəllərində o işinin alınmadığını görüb atasına zəng vururuq Kamranın işini həll etmədiyini, ondan pulu geri qaytarmasını istəyib, pulu aldıqdan sonra rayona qayıdacağını demişdir. Atası isə pulu alıb çıxıb rayona gəlməsini demişdir. Atası ilə danışan gün saat 16 radələrində Kamran evə gəldikdə o, Kamrana verdikləri 3400 manat pulu qaytarmasını iş istəmədiyini bildirmiş, Kamran isə bir az da səbrili olmasını, komandirlə onu səhərisi görüşdürəcəyini demişdir. O, komandirlə görüşmək üçün Kamranın evində qalmış, səhərisi gün tezdən Kamran evdən çıxıb getmiş, saat 09:00-dan sonra dəfələrlə Kamranın mobil telefonuna zənglər etsə də onun zənglərinə cavab verməmişdir. Həmin gün axşam tərəfi Kamranla Papanin hospitalının yaxınlığında yerləşən çayxanaların birində olacağını fikirləşərək oraya getmiş və «8 noyabr» metro stansiyasının yaxınlığında yerləşən çayxanaların birində Kamranı tapmışdır. Kamrandan zəngdərinə niyə cavab vermədiyini, adamlarla niyə görüşdürmədiyini soruşduqda, Kamran özünün ailə problemləri olduğunu deyərək onu başından etmişdir. Bundan sonra o, Kamranın kirayədə qaldığı evə getmiş və orada Kamran və qardaşı X6 evə gəlmələrini gözləmiş, onlar axşam saatlarında evə gəldikdən sonra Kamranın qardaşı Elvin «mən sənin işini düzldəcəyəm, başqa komandirlər tapacağam dedikdən sonra onunla razılaşmışdır. Həmin günün səhərisi Elvin ilə telefon düzültdirmək üçün Nərimanov rayonuna getmişlər və orada çayxanaların birində oturub, Elvindən işini düzəldəcək komandirə zəng etməsini xahiş etmişdir.Elvin isə həmin vaxt kiminləsə telefonla danışaraq işini həll edib-etməyəcəyini soruşmuş və telefonla danışıb qurtardıqdan sonra həmin adamın işin 50 faizini həll etməsini, işin qalan hissəsinin həll edilməsi üçün isə Kamranda olan 1500 manat pulu da alıb həmin adama verəcəyini bildirmişdir. Bundan sonra Elvin Kamrana zəng vuraraq pulu hazırlamasını başqa adama verəcəyini demişdir. Bundan iki gün sonra Kamran ona 1500 manat pulu Elvinin danışdığı adama verdiyini, həmin adamın işi həll edəcəyini bildirmişdir. Kamranın bü sözlərindən sonra o həmin komandirin nömrəsini istəmiş və adını soruşmuşdur. O isə komandirin adının Elşən olduğunu deyib, onun istifadə etdiyi ***-***-**-** nömrəsini ona vermişdir. O isə həmin nömrəyə zəng vuraraq tanışlıq verdikdən sonra komandir Elşən ona «sənin işin məndədir, həll edəcəyəm, mənə də pul verilib, narahat olma» demişdir. Həmin günün səhərisi saat 09 radələrində komandir Elşən ona zəng vuraraq « bu gün işin alınacaq, sənə hesab nömrəsi deyəcəm, həmin hesab nömrəsi Daxili Qoşunlarda sənin işini düzəldən adamın hesab nömrəsidir, ona nahara kimi 200 manat pul göndər, şirinlik kimi, pulu atdıqdan sonra mənə deyərsən, mən də sənə işin alınan kimi zəng edib deyəcəm» demişdir. O isə «göndər gəlsin, ataram, problem yoxdur» demişdir.Bir az keçdikdən sonra komandir Elşən ona mesajla 4169 7385 7307 8163 nömrəli kart hesabını göndərmiş və kartın "xxxx"ın olmasını yazmışdır. O atasına zəng edərək Elşənin ona göndərdiyi kaprtın nömrəsini atasına deyərək nahara kimi həmin hesaba 200 manat pul göndərməsini bildirmişdir. Təxminən 2 saatdan sonra atası ona zəng vuraraq 200 manat pulu göndərdiyini demişdir. Bundan sonra o komandir Elşənə zəng vuraraq pulu göndərdiyini demiş və bundan sonra bir neçə saat gözləyərək onun zəng vurmadığını görüb Kamrana həmin adamla görüşmək istədiyini demiş, Kamran isə həmin gün görüşdürəcəyini bildirmişdir. Bundan sonra o, Kamran və qardaşı Elvin Kamranın avtomobili ilə Papanin hospitalının yanında yerləşən çayxanaların birinə getmişlər. Kamran komandir Elşənin də oraya gələcəyini demiş və bundan 30 dəqiqə sonra Elvin Kamranın avtomobili ilə gedərək Elşəni gətirmiş və Elvin komandirin həmin şəxs olmasını demişdir. Orada komandir rütbəsinin kapitan olmasını, özünü isə Mustafayev Elşən kimi təqdim etmişdir. X26 kimi təqdim edən komandir işinin alınacağını, narahat olmamasını, bir müddət çəkəcəyini dedikdən sonra onlarla sağollaşıb getmişdir. Təxminən 2021-ci ilin avqust ayının 15-16-sı tarixlərində Kamrandan pulunu almaq üçün Bakı şəhərinə getmişdir Bakı şəhərində təxminən saat 10 radələrində K.Marks küçəsində komandir Elşənlə görüşmüş və işinin nə yerdə olduğunu soruşmuşdur. Elşən isə ondan hərbi biletini, attestatını və nigah haqqında şəhadətnaməsini gətirməsini istəmişdir. Həmin vaxt üzərində olan attestatını Elşənə vermiş və Elşəndən ayrılmışdır. Bundan sonra Kamrana zəng vuraraq onda olan hərbi biletini və nigah haqqında şəhadətnaməsini istəmişdir. O, Kamranla «8 noyabr» metro stansiyasının yanında görüşmüş və ondan sənədlərini alaraq yenidən K.Marks küçəsinə qayıdıb komandir Elşənlə görüşmüş və sənədlərini ona vermişdir. Elşən sənədləri ondan götürdükdən sonra gedib sənədləri X13 Ali Hərbi məktəbinə verəcəyini demişdir. Həmin günün axşamı Kamranla Bakı şəhərində «Şamaxinka» adlanan yerdə görüşmüşlər və Kamrana verdiyi 3400 manat puldan 1700 manatını qaytarmış və pulu olmadığını pulun qalan hisəssini də pulu olanda verəcəyini bildirmişdir. İttiham aktının siyahısında zərərçəkmiş şəxs qismində göstərilən Zərərçəkmiş şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunarkən məlum oldu ki, 2015-ci ilin yanvar ayından müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci tank taborunun 4-cü tank bölüyünün 3-cü tank taqımının tuşlayıcı-operatoru vəzifəçində, əsgər hərbi rütbəsində xidmət edir. O, əvvəllər Azərbaycan Respublikası MN-nin Ağcabədi rayonu Aran kəndində yerləşən N nömrəli hərbi hissəsində xidmətdə olmuşdur. 2021-ci ildə hərbi hissə ləğv edildikdən sonra xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. xx.xx.2020-ci il tarixdə başlanmış Vətən müharibəsində N nömrəli hərbi hissənin tərkibində Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.2020-ci il tarixdə hücum əməliyyatını yerinə yetirərkən ona təhkim olunmuş tankın içərisində olarkən hərəkət zamanı baş və onurğa sümüyündən yaralanmışdır. Füzuli hospitalında bir günlük müalicə aldıqdan sonra könüllü olaraq təkrar döyüşlərə qayıtmışdır. 2020-ci ilin oktyabr ayının sonlarında Xocavənd rayonu istiqamətində gedən döyüşlər zamanı əvvəlki zədələri əziyyət verdiyinə görə ilk olaraq Füzuli hospitalına aparılmış,həmin hospitalda qaldıqdan sonra Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına təxliyyə olunmuşdur.2021-ci ilin yanvar ayının sonlarına kimi MN-nin BKH-da stasionar müalicə almışdır. 2021-ci ilin yanvar ayının sonlarında xəstəliyə görə ona 15 gün məzuniyyət verilmiş, daha sonra 30 gün növbəti məzuniyyətə buraxılmışdır. 2021-ci ilin aprel ayında müayinə olunmaq üçün təkrar MN-nin BKH-da olan zaman hospitalın yaxınlığında yerləşən adını bilmədiyi kafedə Təqsirləndirilən şəxs və qardaşı X17 ilə tanış olmuşdur. Həmin vaxt bir neçə saat söhbət etdikdən sonra Təqsirləndirilən şəxs qardaşının yanında atasının əmisinin Müdafiə Nazirliyində yüksək vəzifədə xidmət etdiyini, 12000 manat qarşılığında onun vasitəsilə xəstəliklə onu ordu sıralarından tərxis etdirəcəyi, əlillik dərəcəsi təyin olunacağını və pensiya alacağını bildirmişdir. O isə atası 2009-cu ildə vəfat etdiyi üçün X33la danışdıqdan sonra ona məlumat verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs əmisinin kim olması və hansı vəzifədə olması barədə ona heç bir söz deməmişdir. O həmin məsələ ilə bağlı X33a məlumat verən zaman əmisi Təqsirləndirilən şəxs ilə özünün danışacağını bildirmişdir. X33 Təqsirləndirilən şəxs ilə danışdıqdan sonra Təqsirləndirilən şəxs inanmış və Təqsirləndirilən şəxs deməsindən sonra xx.xx.2021-ci il tarixdə Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisində yerləşən «eManat» terminalı vasitəsilə, Təqsirləndirilən şəxs verdiyi "xxxx"a məxsus hesab nömrəsinə ilk olaraq 1500 manat, xx.xx.2021-ci il tarixdə anası X24 rayonu ərazisində yerləşən «eManat» terminalı vasitəsilə 300 manat və o dedikdən sonra xx.xx.2021-ci il tarixdə dostu Vüqar Yevlax rayonu ərazisində yerləşən «eManat» ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs qardaşı Elvin Babayevə məxsus "xxxx"a aid hesab nömrəsinə 3500 manat pul göndərimişdir. 2021-ci ilin aprel ayından sonra MN-nin BKH-da müalicə olunduğu müddətdə hissə-hissə olmaqla əlbə-əl Təqsirləndirilən şəxs yanında olmuş və tanımadığı şəxslərin şahidliyi ilə 2100 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Qalan 5600 manat pulu isə anası X21 rayonundan Təqsirləndirilən şəxs verdiyi karta göndərmişdir. Lakin 5600 manat pulunt qəbzləri yararsız hala düşdüyündən təqdim edə bilmədiyini, 2100 manat pulu verən zaman Təqsirləndirilən şəxs yanında olan şahidləri tanımadığını bildirmişdir. Onlar ümumilikdə Təqsirləndirilən şəxs 13000 manat pul vermişlər. Pulu verən zaman Təqsirləndirilən şəxs 2 ay müddətində işini həll edəcəyini bildirsə də, daha sonra verdiyi sözə əməl etməmiş, hər dəfə bir bəhanə gətirərək onları aldatmışdır. 13000 manat puldan isə yalnız 420 manatını Elvin Babayev qaytarmış, 12580 manat pulu qaytarılmamışdır. Təqsirləndirilən şəxs vermiş olduğu pulun 7000 manatını "xxxx"dan kredit götürdüyünü, 3500 manatını dostu Vüqardan borc aldığını, 2500 manatını isə digər dostları və özü düzəltdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində göstərdi ki, o, 2017-ci ilin noyabr ayından Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində olan müxtəlif hərbi hissələrdə MAHHXHQ kimi, tank heyətində tuşlayıcı-operator vəzifəsində, halhazırda isə N saylı hərbi hissədə xidmət edir. N günlük Vətən müharibəsində yaralanmışdır, ancaq təqaüdə çıxarmamışlar, hazırda xidmət edir. Onun böyük qardaşı İsmayıla tanış olan, eləcə də sonradan onunla bir hərbi hissədə xidmət etmiş Yevlax rayonu Tanrıqulular kənd sakini X16 2021-ci ilin sentyabr ayında onunla telefonla danışarkən ona təqaüd düzəldilməsinə kömək edəcəyinə söz vermişdir. Bundan sonra Fariz ona zəng edərək təqaüd düzəldilməsi üçün 9500 manat pul verməsini bildirmiş, ona kart nömrəsi ataraq pulun Heydər Babayev adlı şəxsin kart hesabına göndərməsini bildirmişdir. Buna görə də anası Sürəyyanın adına X23 rayon filialından kredit götürmüşlər və qohumlardan borc pul alaraq 9500 manat pul düzəltmişlər,2021-ci ilin sentyabr ayında Goranboy rayonu Veyisli kəndində yerləşən «Göyçə» marketin içindəki «Milliön» ödəmə terminalından Heydər Babayevin adına olan karta 9500 manat pul göndərmişdir. Fariz ona, narahat olmamasını, o özü də təqaüdə çıxdığını, onun də təqaüdünün düzələcəyini bildirmişdir. O pulu göndərdikdən sonra Fariz ona, Bakı şəhərinə getməsini, orada onunla görüşəcəyini demiş və 2021-ci ilin sentyabr ayının əvvələrində xidmət etdiyi hərbi hissədən göndəriş götürüb Bakı şəhərinə MN-nin baş hərbi qospitalına getmişdir. Hospitalın qarşısında Fariz və onun yanında olan Kamran adlı oğlanla görüşmüşdür. Kamran adlı oğlan, onun təqaüd məsələsini o həll edəcəyini bildirmişdir. Bundan sonra Kamran onu qospitalda mayor rütbəli adını bilmədiyi bir hərbi həkimin yanına aparmışdır. Qospitaldan ona göndəriş verilmiş və onu Mərdəkan qəsəbəsində yerləşən tibbi reablitasiya mərkəzinə göndərmişlər.O, 15 gün orada müalicə kursu keçmişdir. Kamran ona demişdir ki, mərkəzdən çıxanda ona xəbər eləsin, gəlib ona 20 günlük məzuniyyət götüzdürəcək yenidən müalicə olunsun. O qospitaldan çıxan günü nə qədər Kamrana zəng etsə də onun telefonlarına cavab verməmişdir. Lakin arada bir onunla danışaraq sənədlərinin yaxın günlərdə hazır olacağını bildirmişdir. O, Kamran və Farizin onları aldatdıqlarını görüb zəng edərək Kamrandan və Farizdən pulunu istədikdə Fariz hər dəfə onlara demişdir ki, gedib Bakıdan Kamrandan pulu alıb gətirəcəkdir. Lakin sonradan onlara zəng etdikdə Kamran da, Fariz də ona hədə qorxu gəlməyə başlamışlar. Artıq Fariz və Kamranın onların pulunu qaytarmaq istəmədiklərini görüb anası şikayət etmək qərarına gəlmişdir. Sonradan onlara məlum olmuşdur ki, 9500 manatı kart hesabına göndərdikləri Heydər Babayev onları aldadaraq pullarını ələ keçirən Təqsirləndirilən şəxs atasıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, o, əvvəllər, yəni 2021-ci ilin sentyabr ayına kimi N nömrəli hərbi hissədə gizir kimi xidmət etmiş və N günlük vətən müharibəsində yaralanmış, 2021-ci ilin sentyabr ayında ordudan tərxis olunmuşdur, 2-ci qrup əlildir. Goranboy rayonu Veyisli kəndində yaşayan X15, onun anası Zərərçəkmiş şəxs3 tanıyır. Belə ki, Aqşinin qardaşı İsmayılla bir yerdə hərbi xidmətdə olmuşdur. O, ordudan tərxis olunduqdan sonra da İsmayılla telefon əlaqəsi saxlamışlar. Təxminən 2021-ci ilin sentyabr ayında İsmayılla telefonla danışan zaman İsmayıl qardaşı Aqşinin hərbidə xidmətdə olarkən, müharibə vaxtı yaralandığını, lakin təqaüd düzəldə bilmədiyini demiş, o, isə İsmayıla, bir nəfər adamın belə işlərə əli girdiyini bildirmişdir. O, əvvəllər öz təqaüdünə görə ona imtina gələn zaman Tərtər rayonu Cəmilli kəndində yaşayan Nizami adlı ağsaqqal kişinin təqaüd düzəldən tanışı olmasını bildiyini və Nizami kişidən soruşduqda o, ona Babayev Kamran və Elvin adlı qardaşların telefon nömrəsini vermişdir. O isə həmin Kamran adlı şəxslə və Elvinlə əlaqə saxlamış və Kamranla danışaraq, onun təqaüdünə kömək etməsini demişdir və onunla görüntülü danışaraq onu tanımışdır. Həmin vaxt o, 2021-ci ilin iyun ayında Kamranın qardaşı Elvinlə Bakı şəhərində «Şamaxinka» adlanan yerdə görüşüb 1000 manat pulu Elvinə vermişdir. Bundan 1 ay keçmiş Kamran ona, guya artıq maddə yazdıracağını,ona 1-ci əlillik qrupu veriləcəyini deyərək, əlavə 1000 manat da verməyini istəmişdir. Bundan sonra o 1000 manat pul tapıb Bakı şəhərinə getmiş və Kamranla görüşüb, 1000 manat pulu Kamrana vermişdir. Lakin sonradan ona, Kamranın soyadının Babayev deyil, Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Bundan sonra Kamran onun təqaüdünün düzələcəyini demişdir. O, Kamrana zəng edərək onunla danışarkən bir nəfər tanışı olduğunu və həmin şəxsin pensiyasının düzəldilməsinə kömək etməsini bildirmişdir. Kamran isə həmin şəxsin sənədlərini Votsapp vasitəsilə ona göndərməyini xahiş etmişdir. O, İsmayıldan qardaşı Aqşinin xəstəxanadan aldığı epikrizlərin şəklini götürüb,Votsapp vasitəsilə Kamrana göndərmişdir. Kamran, pensiya düzəldə biləcəyini, ancaq bunun üçün ona 9500 manat pul verilməli olduğunu bildirmişdir. O, Kamranın dediklərini İsmayıla çatdırmış, onlar isə onunla razılaşmışlar. Təxminən 2021-ci ilin sentyabr ayının axırlarında İsmayıl gil Kamranın atası Heydər Babayevin kartına 9500 manat pul göndərmişlər. Həmin vaxt o, işi ilə əlaqədar Bakı şəhərində olduğunu, Kamran ona zəng vurub, onunla görüşməsini dediyi üçün o, Bakı şəhərində, «Şamaxinka» deyilən yerdə Kamranla görüşmüş, orada Kamran, pulun kaprtına göndərildiyini demişdir. Orada Kamran kartı bankomata salıb pulu çıxartmış, o, Kamrana, onun 2000 manat pulunu qaytarmasını demiş, Kamran bankomatdan çıxartdığı pulu ona uzatmışdır ki, pulunu götürsün. O isə pulu Kamrandan alıb üstündən 2000 manat götürmış və qalan pulun hamısını Kamrana qaytarmışdır. Bundan sonra dəqiq tarixini xatırlamadığı vaxtda Kamran Aqşini Bakı şəhərinə çağırmış, Aqşin Bakıda olan zaman o da Bakı şəhərinə getmiş və orada Aqşinlə görüşmüşdür. Kamranla telefon əlaqəsi saxlamış, Kamran onların yanına gəlmiş və «Şamaxinka» deyilən yerdə bir çayxanada görüşmüşlər. O, Aqşini Kamrana təqdim edərək, onları tanış etmişdir. Bundan sonra onlardan ayrılmış və Aqşin özü Kamranla danışmış, pensiyasının düzəldilməsi ilə əlaqədar işə başlamışlar. Kamran Aqşinlə görüşən zaman orada, 2-3 aya kimi pensiyasının düzələcəyini demişdir. Bundan sonra Aqşinin pensiyası düzəlməmiş, Aqşin gil ona və Kamrana dəfələrlə zəng edərək pullarının qaytarılmasını bildirmişlər. O isə hər dəfə Kamranla danışaraq Aqşin gilin pulunu qaytarmasını dedikdə, Kamran yaxın günlərdə qaytaracağını bildirsə də, qaytarmamışdır. Aqşinin anası isə bir dəfə onun həyətinə gəlib pulunu ondan geri qaytarmağını istəmiş, o isə ona söz vermişdir ki, pulunu qaytaracaqlar. Yəni o Kamranla danışaraq Aqşin gilin pulunu qaytramasını dedikdə Kamran 3 günə, 5 günə qaytaracağını dediyi üçün o da onlara pullarının yaxın günlərdə qaytarılacağını bildirirdiyini göstərmişdir. Ancaq Kamran pulu qaytarmamışdır. O, Təqsirləndirilən şəxs işləyib-İşləmədiyini, hansısa vəzifə daşımasını bilmədiyini, onun tanışı olduğunu pensiya düzəldə biləcəyini dediyini, ancaq necə düzəldəcəyini bilmədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda 2000 manat pul vermiş və Təqsirləndirilən şəxs həmin puldan 2000 manatını Goranboy rayonu Veyisli kənd sakini X14 pensiya düzəldilməsi üçün onlardan almış olduğu puldan ona qaytardığını bildirmişdir. Yəni Kamran həmin pulu bankomatdan çıxardan zaman pulu ona vermişdir ki, borcunu götürsün, o da həmin 2000 manatı borcunun əvəzinə götürmüşdür. O,Aqşin Quliyevin pensiyasının düzəldilməsində sadəcə onu Kamranla tanış etmişdir, həmin işdə heç bir maddi marağı və qazancı olmamışdır. X25 işini həll etmədikdə onlar Kamranı onlarla tanış etdiyi üçün zəng edərək pullarının qaytarılmasını tələb etdiklərini, o isə öz növbəsində onlara pullarının qaytarılacağını bildirib, Kamranla əlaqə saxlayıb Aqşin gilin pulunu qaytarmasını demişdir. İttiham aktının siyahısında şahid kimi göstərilən X28 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. X18 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunarkən məlum oldu ki, o, iş üzrə Zərərçəkmiş şəxs1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 16 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Hərbi prokurorluğunun Hərbi təsisatlarda qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsinin prokuroru, ədliyyə mayoru X10 tərəfindən Dövlət Təhlükəsiszlik Xidmətindən daxil olmuş və HP 7/1824m №-i ilə qeydiyyata alınmış materialda olan zərfin içərisində 9/1/4 nömrəsi ilə şərti işarələnmiş 1 ədəd diskə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər və digər şəslərlə pul yazışmaları əks olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs verilmiş olan pulların geri istənildiyi görünür; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinmiş və CPM-in 40.3-cü maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir; “İttiham elan edilməsi üçün təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək tutulması və iş üzrə icraatın dayandırılması haqqında” 20 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir; İmişli rayon Polis Şöbəsinin 16813331 nömrəli, 04 dekabr 2021-ci il tarixli məktubundan və ona müvafiq protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 15:20-də tutularaq RPŞ-nin MSY-yə təhvil verilmişdir; “Maddi ziyanın ödənilməsi haqqında” 06 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Elşən oğluna dəymiş ziyan Təqsirləndirilən şəxs qardaşı X17 tərəfindən tam olaraq ödənilmişdir; “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və qətimkan tədbiri seçmək barədə” 06 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, İmişli rayon Polis Şöbəsinin MSY-dən azad olunmuşdur; “Cinayəti törətməkdə şübhəli şəxsin tutulması barədə” 27 iyun 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxsin tutulması haqqında qərar qəbul edilmişdir; “Cinayəti törətməkdə şübhəli şəxsin tutulması barədə” 27 iyun 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə, 19:50 radələrində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur; “Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmək haqqında” 29 iyun 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, MSY-dən azad olunmuşdur; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Nəsimi RPİ-nin xx.xx.2022-cil tarixdə Təqsirləndirilən şəxs CMnin 178.1-ci maddəsi ilə təqsirli bilinmiş və CPM-in 40.3-cü maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir; “Şübəli şəxsin barəsində axtarış elan edilməsi haqqında” 20 iyun 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir; “Axtarışda olan şəxsin tutulması haqqında” 26 iyun 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə, saat 18:30 radələrində Təqsirləndirilən şəxs tutularaq Goranboy RPŞ-yə gətirilmiş və MSY-yə təhvil verilmişdir; “Üzləşdirmə haqqında” 27 iyun 2022-ci il tarixli protokoldan görünür ki, ittiham aktında şahid qismində keçən X16 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı dələduzluq faktı üzrə X2 Kamran Heydar oğlunun üzünə demişdir; “Təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” 27 iyun 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə, saat 17:45-də Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir; Zərərçəkmiş şəxs2 notarial ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur; Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı teleqramdan görünür ki, cinayət işi üzrə ona dəymiş ziyan ödənildiyi üçün heç bir şikayəti yoxdur; Goranboy Rayon Məhkəməsinin 1(045)-11/2023 nömrəli, 16 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbir dəyişdiriələrək barəsində həbs qətimkan tədbiri seçilmiş, iş üzrə icaat dayandırılmışdır; Goranboy rayon Polis Şöbəsinin 3-13-75/2-16638/2023 nömrəli, 13 sentyabr 2023cü il tarixli məktubundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs tutularaq Goranboy RPŞ-yə gətirilmiş və MSY-yə təhvil verilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına xx.xx.2023-cü il tarixdə daxil olmuşdur; Abşeron Rayon Məhkəməsinin 1(012)-280/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur; Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-175/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinmsinə dair Abşeron Rayon Məhkəməsinin 1(012)-280/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi Təqsirləndirilən şəxs qismən etirafından başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. CM-ə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə (maddə 178.2.2), xeyli miqdarda ziyan vurmaqla törədildikdə (maddə 178.2.4) dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi, zərərəçəkmiş Zərərçəkmiş şəxs3 aldadaraq əldə etdiyi pulu X16 ilə bölməsi haqda ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Təqsirləndirilən şəxsin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında birbirini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Belə ki, istintaq zamanı Təqsirləndirilən şəxs ilə X16 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Həmin protokoldan görünür ki, X16 ifadəsində göstərdiyi xüsusatı bir daha təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir ki, Zərərçəkmiş şəxs3 oğlu X14 pensiya düzəltmək adı ilə 9500 manat pul ələ keçirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, Təqsirləndirilən şəxs aldatma yolu ilə Zərərçəkmiş şəxs3 9500 manat pulunu ələ keçirməsi ilə bağlı verilmiş ittihamın məhkəmə istintaqında araşdırılmış sübutlarla öz təsdiqini tapması nəticəsinə gəlir və onun zərərçəkmiş şəxsdən 9500 manat pulun yarısını Fariz Məmmədova verməsi barədə ifadəsini məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilən ifadə kimi qiymətləndirir. Beləliklə də, CPM-in 44.1-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs əməllərində cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, baş vermiş cinayətdə rolunu nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - törətdiyi əməlləri qismən etiraf edib peşman olmasını; - zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurduğu ziyanı tam ödəməsi və onlarla barışması, digər Zərərçəkmiş şəxs3 vurduğu ziaynın bir qismini ödəməsi; - himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması (əsas: Telişli Kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamə); İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər (bu halda məhkəmə CM-in 68.1.1-1-ci maddəsini rəhbər tutaraq hesab edir ki, iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrumetməyə bərabər hesab olunmalıdır). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməllərini Abşeron Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli hökmü çıxarılmazdan əvvəl, yəni 2021-ci il tarixdə törətmişdir. Buna görə də CM-in 66.5-ci maddəsinə əsasən həmin hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Nəzərə alınmalıdır ki, həmin hökmlə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilərək cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansa da, Təqsirləndirilən şəxs hazırda (Goranboy Rayon Məhkəməsinin icraatında olan iş üzrə) həbsdə olması nəzərə alınmışdır. Yəni, faktiki olaraq Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməmişdir. Bu səbəbdən də Abşeron Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla qəti cəza müəyyən edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həmin cəzanı Abşeron Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməli (CM-in 66.5), ibtidai istintaq dövründə həbsdə saxlanıldığı 5 (beş) gün (xx.xx.2021-ci il – xx.xx.2021-ci il, xx.xx.2022-ci il - xx.xx.2022-ci il, xx.xx.2022-ci il – xx.xx.2022-ci il) müddət azadlıqdan məhrum etmə müddətinin bir günə bir gün bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalı (CM-in 69.3), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 13 sentyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatı üçün cəmi 120 (yüz iyirmi) manat məbləğində və Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 isə məhkəmədə iştirak etdiyi 18 (on səkkiz) iş saatına görə cəmi 108 (yüz səkkizi) manat məbləğində vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş və üzərində saxlanmış 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla, Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 5 (beş) gün, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində 04 (dörd) il 05 (beş) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 13 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatı üçün cəmi 120 (yüz iyirmi) manat məbləğində və Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 isə məhkəmədə iştirak etdiyi 18 (on səkkiz) iş saatına görə cəmi 108 (yüz səkkizi) manat məbləğində vəsait dövlət büdcəsi hesabına ödənilsin. Hökmdən elan edildiyi (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №1(045)-1/2024
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-1/2024
25.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver