Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-11/2025 30.01.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ saat 15:55 X13 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Goranboy rayonunun Qarasüleymanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilməmiş, Goranboy rayonununun Aşağı Ağcakənd qəsəbəsində qeydiyyatda olan barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını təkrarən ələ keçirərək dələduzluq cinayət əməllərini törətmişdir. Belə ki, o, 05 yanvar 2021-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” X5 X12 İdarəsinin Goranboy Xidmət sahəsində qaz avdanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında köməkçi vəzifəsində işləyərkən qulluq mövqeyinə görə özünə olan inam və etibardan sui-istifadə etməklə özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə işlədiyi qurum üzrə işə qəbulun yalnız SOCAR-ın baş ofisinin İnsan resursları departamenti tərəfindən keçirilən müsabiqə yolu ilə və ya Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi DOST iş Mərkəzində ictimai işlərin təşkili ilə bağlı yeni mexanizmi nəzərdə tutan "İşsizin dostu" proqramına qoşulmaqla həyata keçirilməsini bildiyi halda və özünün hər hansı şəxsi işə qəbul etmək səlahiyyətinin olmamasına baxmayaraq, 2022-ci ilin yanvar ayının ikinci yarısında cinayətdən xəbərsiz tanışı Şahid1 vasitəsilə Zərərçəkmiş şəxs1 Gəncə X12 İdarəsinin Goranboy Xidmət sahəsinə özünün yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxs vasitəsilə işə qəbul edilməsini həll etmək imkanına malik olmasını yalandan vəd verib, Zərərçəkmiş şəxs1 edəcəyi köməyə görə 2000 (iki min) manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını bildirərək, sonuncunun maddi imkanının aşağı olması ilə əlaqədar qeyd edilən məsələnin müsbət həlli üçün 1300 (bir min üç yüz) manat məbləğində pul vəsaiti vermək imkanında olmasını cinayətdən xəbərsiz Şahid1, sonuncunun da özünə bildirməsi ilə əlaqədar həmin məbləğə razılıq verməklə Zərərçəkmiş şəxs1la sövdələşib, 29 yanvar 2022-ci il tarixdə onun tapşırığı ilə sonuncu Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində cinayətdən xəbərsiz qardaşı Şahid2 yanında cinayətdən xəbərsiz Şahid1 1300 (bir min üç yüz) manat məbləğində pul vəsaitini verdikdən sonra Zərərçəkmiş şəxs1 məxsus həmin vəsaiti Şahid1 alıb öz şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus qeyd edilən məbləğdə pul vəsaitini ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyinə görə özünə olan inam və etibardan sui-istifadə etməklə özgə əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirmək məqsədilə işlədiyi qurum üzrə işə qəbulun yalnız SOCAR-ın baş ofisinin İnsan resursları departamenti tərəfindən keçirilən müsabiqə yolu ilə və ya Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi DOST iş Mərkəzində ictimai işlərin təşkili ilə bağlı yeni mexanizmi nəzərdə tutan "İşsizin dostu" proqramına qoşulmaqla həyata keçirilməsini bildiyi halda və özünün hər hansı şəxsi işə qəbul etmək səlahiyyətinin olmamasına baxmayaraq, 2022-ci ilin fevral ayının birinci yarısında Zərərçəkmiş şəxs2 Gəncə X12 İdarəsinin Goranboy Xidmət sahəsinə özünün yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxs vasitəsilə işə qəbul edilməsini həll etmək imkanına malik olmasını yalandan vəd verib, Zərərçəkmiş şəxs2 edəcəyi köməyə görə 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını bildirərək sonuncunun razılığını alaraq sövdələşib, 2022-ci ilin fevral ayının birinci yarısında Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs2 alıb öz şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus qeyd edilən məbləğdə pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyinə görə özünə olan inam və etibardan sui-istifadə etməklə özgə əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirmək məqsədilə işlədiyi qurum üzrə işə qəbulun yalnız SOCAR-ın baş ofisinin İnsan resursları departamenti tərəfindən keçirilən müsabiqə yolu ilə və ya Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi DOST iş Mərkəzində ictimai işlərin təşkili ilə bağlı yeni mexanizmi nəzərdə tutan "İşsizin dostu" proqramına qoşulmaqla həyata keçirilməsini bildiyi halda və özünün hər hansı şəxsi işə qəbul etmək səlahiyyətinin olmamasına baxmayaraq, 2022-ci ilin mart ayının birinci yarısında cinayətdən xəbərsiz tanışı Şahid3 vasitəsilə Zərərçəkmiş şəxs3 Gəncə X12 İdarəsinin Goranboy Xidmət sahəsinə özünün yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxs vasitəsilə işə qəbul edilməsini həll etmək imkanına malik olmasını yalandan vəd verib, Zərərçəkmiş şəxs3 edəcəyi köməyə görə 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitinin zəruri olmasını bildirərək, Zərərçəkmiş şəxs3 maddi imkanının aşağı olması ilə əlaqədar qeyd edilən məsələnin müsbət həlli üçün 1414 (bir min dörd yüz on dörd) manat məbləğində pul vəsaiti vermək imkanında olmasını özünə bildirməsi ilə əlaqədar həmin məbləğə razılıq verməklə sonuncu ilə sövdələşib, 09 mart 2022-ci il tarixdə onun tapşırığı ilə Zərərçəkmiş şəxs3 "xxxx" MMC-nin Ağdam rayonunun “Dördyol” adlanan ərazisində yerləşən filialından onun adına 808 (səkkiz yüz səkkiz) manat, 11 mart 2022-ci il tarixdə onun tapşırığı ilə Zərərçəkmiş şəxs3 Ağdam rayonunun “Dördyol” adlanan ərazisində fəaliyyət göstərən “Şəhriyar” marketin içərisində quraşdırılmış “eManat” terminalı vasitəsilə onun göndərdiyi plastik kart hesabına 606 (altı yüz altı) manat olmaqla ümumilikdə 1414 (bir min dörd yüz on dörd) manat məbləğində pul vəsaitim göndərdikdən sonra, sonuncuya məxsus həmin vəsaiti nağdlaşdırıb öz şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui- istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 məxsus qeyd edilən məbləğdə pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyinə görə özünə olan inam və etibardan sui-istifadə etməklə özgə əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirmək məqsədilə işlədiyi qurum üzrə işə qəbulun yalnız SOCAR-ın baş ofisinin İnsan resursları departamenti tərəfindən keçirilən müsabiqə yolu ilə və ya Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi DOST iş Mərkəzində ictimai işlərin təşkili ilə bağlı yeni mexanizmi nəzərdə tutan "İşsizin dostu" proqramına qoşulmaqla həyata keçirilməsini bildiyi halda və özünün hər hansı şəxsi işə qəbul etmək səlahiyyətinin olmamasına baxmayaraq, 2022-ci ilin mart ayının ikinci yarısında cinayətdən xəbərsiz tanışı Şahid3 vasitəsilə Zərərçəkmiş şəxs4 Gəncə X12 İdarəsinin Goranboy Xidmət sahəsinə özünün yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxs vasitəsilə işə qəbul edilməsini həll etmək imkanına malik olmasını yalandan vəd verib, Zərərçəkmiş şəxs4 edəcəyi köməyə görə 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını bildirərək, sonuncunun həmin məbləğə razılıq verməsi ilə sövdələşib, 2022-ci il mart ayının ikinci yarısında Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində Zərərçəkmiş şəxs4 yaşadığı fərdi yaşayış evinin həyətində cinayətdən xəbərsiz qohumu Şahid4 və cinayətdən xəbərsiz Şahid3 yanında 1500 (bir min beş yüz) manat pul vəsaitini alıb öz şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs4 məxsus qeyd edilən məbləğdə pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, o, 2019-cu il tarixdən müqavilə əsasında, 05 yanvar 2021-ci tarixdən 13 iyun 2022-ci il tarixədək olan müddət ərzində isə “DOST” iş mərkəzinin vasitəsilə X21 İstismarı İdarəsinin Goranboy xidmət sahəsində Goranboy rayonu üzrə qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında köməkçi vəzifəsində işləmişdir. O, Yuxarı Ağcakənd, Aşağı Ağcakənd və Rus Borisi kəndlərində işləmişdir. Onun həmin kəndlərdə işlədiyi dövürdə camaat arasında etibar və hörmət qazanmışdır. O, yaşadığı qəsəbədə və işlədiyi ərazilərdə X21 İstismarı İdarəsinin Goranboy xidmət sahəsində işə qəbul olmaq üçün rəhbərlik ilə yaxın münasibətdə olduğu yalanını yaymağa başlamışdır. Onun niyyəti şəxsləri özünə inandırmaq və tutuğu vəzifədən istifadə etməklə asan qazanc əldə etməkdən ibarət olmuşdur. O, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” X5 X12 İdarəsinin Goranboy Xidmət sahəsinə işə qəbulun yalnız SOCAR-ın baş ofisinin İnsan resursları departamenti tərəfindən keçirilən müsabiqə yolu ilə və ya Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi DOST iş Mərkəzində ictimai işlərin təşkili ilə bağlı yeni mexanizmi nəzərdə tutan "İşsizin dostu" proqramına qoşulmaqla həyata keçirilməsini bilmişdir. Onun yalandan yaydığı şayələr öz bəhrəsini verməyə başlamış və bir müddət sonra ona işə qəbul olmaq istəyən şəxslər müraciət etməyə başlamışlar. Zərərçəkmiş şəxs1 o, 2019-cu il tarixdən həmkəndlisi qismində tanıyır. Onun Zərərçəkmiş şəxs1 ilə heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. Şahid1 birgə yaşadığı qəsəbə sakini və iş yoldaşı qismində 7 ildir tanıyır. Onun Şahid1 ilə heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. O, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” X5 X12 İdarəsinin Goranboy Xidmət sahəsində işə başladıqdan sonra ilkin olaraq Şahid1 yaxınlaşmış və ona yalandan işlədiyi idarəyə vətəndaşları işə düzəlməyə köməklik edə biləcəyini bildirmişdir. Şahid1 onun sözlərinə inanmışdır. Təxminən 27 yanvar 2022-ci il tarixdə Şahid1 ona zəng edərək qonşusu Zərərçəkmiş şəxs1 Gəncə X12 İdarəsinin Goranboy Xidmət sahəsinə işə düzəlmək istədiyini bildirmişdir. O, yalandan rəhbərlik ilə məsləhətləşmək lazım olmasını bildirmişdir. Bir neçə dəqiqə sonra yenidən Şahid1 ilə danışaraq 2000 manat pul lazım olmasını bildirmişdir. Lakin Şahid1 qonşusu Zərərçəkmiş şəxs1 imkanın olmamasını ona dedikdə o, 1700 manat pul istəmişdir. Seymurun isə işə düzəlmək üçün verə biləcəyini məbləğin 1300 manat olduğunu öyrəndikdə, o, özünə inandırmaq üçün rəhbər şəxslər ilə danışacağını demişdir. Təxminən 10 dəqiqə sonra o, Şahid1 zəng etmiş və yalandan rəhbərliyin 1300 manat pula razı olmasını bildirmişdir. Bundan sonra 29 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 ona zəng etmiş və pulu necə vermək lazım olmasını ondan soruşmuşdur. Həmin vaxt o, şəxsi işləri ilə əlaqədar olaraq Gəncə şəhərində olduğu üçün pulları Nicata verməsini istəmiş, həmçinin o, yalandan Seymura 2022-ci ilin fevral ayında işə çıxacağını demişdir. Bir neçə dəqiqə sonra o, Nicata zəng etmiş və Seymurdan 1300 manat pulu götürməsini istəmişdir. Nicat həmin gün pullarını götürməsini telefonla ona dedikdən sonra o, götürdüyü 1300 pulu özündə saxlamasını, onun Nicata verəcəyi kart hesabına pulları göndərməsini istəmişdir. Təxminin bir və ya iki gün sonra qardaşının dostu Elatdan aldığı xatırlamadığı kart hesabını Nicata vermiş və Nicatdan 1200 manat pulu karta yollamasım tapşırmışdır. Yerdə qalan 100 manat pulu isə qəsəbədən götürəcəyini demişdir. Onun sözlərindən sonra Nicat 1200 manat pulu onun yolladığı hesaba göndərmişdir. O, həmin pulu ertəsi gün Gəncə şəhərində “Göz xəstəxanası”'nın yaxınlığında yerləşən bankomatdan çıxardaraq çıxardaraq kafe və restoranlarda xərcləmişdir. Yerdə qalan 100 manat pulu isə ertəsi gün Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində Nicat ilə görüşərək Nicatdan almışdır. Sonradan Nicatdan aldığı 100 manat puluda öz şəxsi ehtiyyaclarmı üçün xərcləmişdir. Hadisənin üzərindən uzun müddət keçdiyi üçün tarixləri dəqiq xatırlamır. Bundan sonra asan qazanc əldə etmək üçün dələduzluq fəaliyyətini davam etdirmişdir. Zərərçəkmiş şəxs2 o, uşaqlıqdan tanıyır, Zərərçəkmiş şəxs2 onun yaxın dostu olmuşdur, onun Zərərçəkmiş şəxs2 ilə heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. 2022-ci ilin fevral ayının əvvələrində o, asan qazanc əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus 050 *** ** ** nömrəyə zəng etmiş və işlədiyi idarəyə işə düzəlməsində köməklik etməyi təklif etmişdir. Xəyal iş barəsində soruşduqda, işə düzəlməsi müqabilində 1500 manat pul lazım olmasını, işə düzəldikdən sonra isə əmək haqqı olaraq 330 manat pul alacağını bildirmişdir. Ertəsi gün Xəyal ona zəng edərək işə düzəlmək istədiyini və pulu harda verməyini soruşmuşdur. O, Xəyalı yaşadığı qəsəbənin mərkəzinə çağırmışdır. Bundan sonra Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində o, Zərərçəkmiş şəxs2 ilə görüşmüşdür. Görüş zamanı Zərərçəkmiş şəxs2 işlədiyi yerdə etibarlı əlaqələrinin olmasını demiş, bundan sonra Xəyal “Azəriqaz” X5 X12 İdarəsinin Goranboy Xidmət sahəsində işə düzəlməsində köməklik etməyi üçün ona 1500 manat pul vermişdir. O, pulu Xəyaldan götürmüş və Xəyaldan aldığı pulları öz şəxsi ehtiyyacları üçün xərcləmişdir. Onun ən başdan Xəyala hər hansı bir köməklik etmək niyyəti olmamış, o, Xəyalın pullarını ələ keçirib şəxsi istifadəsi üçün xərcləmək istəmişdir. Zərərçəkmiş şəxs3 mən təxminən 1 il müddətdir Goranboy rayonu Yuxarı Ağcakənd qəsəbəsinin sakini qismində tanıyır. Onun Zərərçəkmiş şəxs3 ilə heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. O, “Azəriqaz” X5 X12 İdarəsinin Goranboy Xidmət sahəsində işə başladıqdan sonra Zərərçəkmiş şəxs3 qohumu Mənzil Kommunal Təsərrüfat Birliyinin sahə rəisi Şahid3 ilə münasibəti yaranmışdır. Arasında yaranan etibarlı münasibətdən istifadə edərək Şahid3 yalandan işlədiyi idarədə geniş əlaqələrinin olmasını və iki nəfər işçini işə düzəlməsində köməklik edə biləcəyini, həmin şəxslərin Yuxarı və ya Aşağı Ağcakənd qəsəbəsində işləyəcəyini, bunun müqabilində isə 1500 manat pul lazım olmasını bildirmişdir. Köçərinin ona inanması üçün Xəyal Şahzədəyevi işə düzəltməyini Köçəriyə bildirmişdir. Bir neçə gün sonra Köçəri ona zəng edərək qohumu Hətəmin işə düzəlmək istədiyini bildirmiş və Hətəmin xatırlamadığı mobil nömrəsini ona vermişdir. O, öz növbəsində Hətəmə məxsus mobil nömrəyə zəng etmişdir. Telefon danışığı zamanı Hətəm ona 1400 manat pul düzəldə biləcəyini bildirmişdir. O, isə Hətəmin ona inanması üçün bir müddət gözləməsini demişdir. Hətəmin narazı olmasını görüb ona inanması üçün “Azəriqaz” X5 X12 İdarəsinin Goranboy Xidmət sahəsində işlədiyini və ona inana biləcəyini bildirmişdir. O, bir neçə dəqiqə sonra Hətəmə zəng etmiş və 1400 manat müqabilində işə düzəlməsində köməklik edəcəyini Hətəmə yalandan vəd vermişdir. Ertəsi gün Hətəm ona zəng edərək 800 manat pul düzəldə bildiyini bildirmişdir. O, isə yalandan pulu digər Bakı şəhərinə gedəcək şəxsə verəcəyini deyəcək pulu tez bir zamanda çatdırmasmı demişdir. 09 mart 2022-ci il tarixdə Hətəm 800 manat pulu ona poçt vasitəsilə göndərmişdir. O, həmin günü pulu Goranboy rayon mərkəzi poçtdan götürmüşdür. 11 mart 2022-ci il tarixdə o, Hətəm ilə mobil telefon və «What's app» vasitəsilə əlaqə saxlamış və yerdə qalan pulu verməsini istəmişdir. Hətəm uzaqda olmasını ona dedikdə, o, xatırlamadığı kart nömrəsini Hətəmə göndərmiş və həmin hesabın yalandan Xəyala məxsus olmasını bildirmişdir. Bir neçə dəqiqə sonra Hətəm həmin hesaba 600 manat pul göndərmiş və həmin pulu o, Goranboy şəhərində nəğdləşdirmişdir. Sonradan ona Hətəmin pul göndərərkən tranzaksiya haqqı olaraq 14 manat tutulması məlum olmuşdur. Zərərçəkmiş şəxs3 adlığı pulları şəxsi ehtiyyacları üçün xərcləmişdir. Zərərçəkmiş şəxs4 o, əvvəllər tanımamışdır. O, “Azəriqaz” X5 X12 İdarəsinin Goranboy Xidmət sahəsində işləməyə başladıqdan sonra Zərərçəkmiş şəxs4 tanımışdır. Onun Zərərçəkmiş şəxs4 ilə heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. Zərərçəkmiş şəxs4 qarşı dələduzluq etmək üçün o, yenidən onun cinayət əməllərindən xəbərsiz Şahid3 üz tutmuşdur. Belə ki, onun iki nəfər işçini işi düzəlməsində köməklik edəcəyimi Şahid3 yalandan vəd vermişdir. Zərərçəkmiş şəxs3 pulunu ələ keçirdikdən sonra ona yenidən Şahid3 zəng edərək Zərərçəkmiş şəxs4 işə düzəldə biləcəyini soruşmuşdur. O, isə yalandan 1500 manat müqabilində Adili işlədiyi idarəyə işə düzəlməsində köməklik edə biləcəyini, Yuxarı və ya Aşağı Ağcakənd qəsəbəsində işləyəcəyini bildirmişdir. Köçəri ilə arasında olan danışıq zaman pulu yaşadığı qəsəbəyə gətirməsini Adilə deməsini bildirmişdir. Köçəri isə Adil ilə danışmasını və Adilin işləri ilə əlaqədar gələ bilməməsini və onu yaşadığı evə dəvət etməsini bildirmişdir. 2022-ci ilin mart ayının ikinci yarısında o və Köçəri Adilin yaşadığı Goranboy rayonu Yuxarı Ağcakənd qəsəbəsində yerləşən fərdi yaşayış evinə getmişlər. Evdə o, Köçəri, Adil və Adilin qohumu adının sonradan Şahid4 olmasını bildiyi şəxs olmuşdur. O, Adilə “Azəriqaz” X5 X12 İdarəsinin Goranboy Xidmət sahəsində işləməyini, ona etibar edə biləcəyini, yalandan işə düzəlməsində köməklik edəcəyini və aylıq 400 manat maaş alacağını bildirmişdir. Adil onun sözlərinə inanmış və əvvəlcədən əldə etdiyi sövdələşmə əsasında 1500 manat pulu ona vermişdir. O, Zərərçəkmiş şəxs4 aldığı pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərdi ki, əməlindən peşmandır və zərərçəkmiş şəxslərdən aldığı pulu qaytarmışdır. Zərərçəkmiş şəxslərin ondan heç bir şikayəti, tələbi və iddiası yoxdur. Göstərilənləri nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxmini 3 (üç) ilə yaxındır ki qəsəbə sakini kimi tanıyır. Təqsirləndirilən şəxs Goranboy rayonunda qaz idarəsində işləmiş, həmçinin Təqsirləndirilən şəxs Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində qaz sayağaclarına nəzarət etmişdir. 27 yanvar 2022-ci il tarixdə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yaşayan Nicat adlı şəxs “Whatsapp” vasitəsi ilə ona mesaj yazaraq bir tanışının olduğunu və həmin tanışının Goranboy rayonunun qaz idarəsinə işə düzəltməyə işçi axtardığını ona bildirmişdir. Bu zaman o da işsiz olduğundan Nicatdan həmin tanışı ilk növbədə ona işə düzəltməsini xahiş etmişdir. Həmçinin Nicat həmin tanışı Təqsirləndirilən şəxs olmasını bildirmişdir. O, Təqsirləndirilən şəxs qəsəbədə qaz sayağaclarına nəzarət etdiyi üçün artıq tanımışdır. Nicatın təklifindən sonra onunla istifadəsində olan “***-***-**-**” nömrəli telefonu ilə istifadəsində olan “***-***-**-**” nömrəli telefonla tez-tez əlaqə saxlamışdır. Danışıqları zamanı Nicat ona həmin işə düzəlməyi üçün 2000 (iki min) manat pul verməli olduğunu, üstəlik işə girəndən sonra da alacağı əmək haqqı 300 manat olacağını və iş üzrə funksiyası isə qəsəbə qaz sayağaclarına nəzarət etmək olmasını bildirmişdir. Bu söhbətlərinə qədər yanlız Nicatın özü ilə danışmış və Təqsirləndirilən şəxsla heç bir danışığı olmamışdır. Həmçinin danışığı zamanı Nicata o qədər pulunun olmadığını bildirmiş, Nicat isə Hilal ilə danışdıqdan sonra 1700 ( min yeddi yüz) manat verə biləcəyini təklif etmiş, o, isə bu məbləğin də çox olduğunu və o, qədər imkanın olmadığını bildirmişdir. Daha sonra Nicat ona “Whatsapp” vasitəsi ilə yazaraq 1300 (min üç yüz) manat verə biləcəyimi təklif etmişdir. Bundan sonra o və Nicat ilə qəsəbədə görüşmüş, Nicat isə Təqsirləndirilən şəxs zəng edərək onun işlə bağlı 1300 (min üç yüz) manat verə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs isə telefonda Nicata bu işi düzəldəcək rəhbər səlahiyyətli vəzifəli şəxslə danışdıqdan sonra əlaqə saxlamasını bildirmişdir. Təxmini 10 dəqiqədən sonra Hilal Nicata yenidən zəng etmiş, həmin rəhbər vəzifəli şəxsin razı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs isə ilk dəfə 29 yanvar 2022-ci il tarixdə zəng edərək danışmışdır. Danışığı zamanı isə Hilala pulun hazır olmasını və harda verə biləcəyini soruşmuşdur. Hilal isə hazırda Bakı şəhərində olduğunu və pulu Nicata verməyini tapşırmışdır. O, Nicata zəng etmiş və Nicatın artıq söhbətdən xəbəri olmasını bildirmişdir. O, Hilalın Nicatla telefon vasitəsi ilə danışaraq pulu götürməsini tapşırmasını anlamışdır. Daha sonra həmən günü Nicatla Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində görüşmüşlər. Həmçinin o, ilk növbədə razılaşmaq istəməsə də, Nicat bu işin yaxşı bir fürsət olduğunu və narahatçılığa heç bir əsasın olmamasını ona bildirmişdir. Bundan sonra o, Nicatla razılaşmış və qeyd edilən məbləği yəni, 1300 (min üç yüz) manatı Nicatın özünə vermişdir. Daha sonra Hilalın özünə zəng edərək qeyd etdiyi məbləği Nicata verdiyini bildirmiş və bu işin nə zaman düzələcəyini Hilaldan soruşmuşdur. Hilal isə heç bir narahatçılığa əsasın olmamasını, bu işi bir başa özü düzəltmədiyini, qaz idarəsində səlahiyyətli rəhbər vəzifəli şəxslərdən birinin çox yaxmı olmasını və onun işini həmin şəxs tez bir zamanda düzəldəcəyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Goranboy rayonunun qaz idarəsində sahə rəisi işlədiyi üçün onun hər bir sözünə inanmış və qeyd edilən pulu vermək qərarına gəlmişdir. O, Nicata pulu verən zaman və ya Hilalın özü ilə danışığı zamanı hər ikisi 21 fevral 2022-ci il tarixdə X20 idarəsinə gedəcəyini və orda müqavilə bağlayaraq mart ayının əvvəlində işə başlayacağını bildirmişlər. Həmçinin Hilal ondan aldığı 1300 (min üç yüz) manat pulun da özünə deyil, həmin səlahiyyətli rəhbər vəzifəli şəxsə çatağını bildirmişdir. O, isə Hilaldan həmin şəxsin adını öyrənmək istəsə də, Hilal həmin şəxsin adının çəkilməsinin istəmədiyini bildirmiş və əminliklə bu işin tez bir zamanda düzələcəyini ona qeyd etmişdir. Təqsirləndirilən şəxsla danışdıqdan sonra Hilal ilə sağollaşmış və Nicatında yanından uzaqlaşaraq işi ilə əlaqədar başqa istiqamətə getmişdir. Sonradan ona Təqsirləndirilən şəxs Nicata ondan aldığı 1300 (min üç yüz) manat puldan 100 ( yüz) manatım özündə saxlamasını və geri qalan 1200 ( min iki yüz) manat pulu isə terminal vasitəsi ilə ona göndərməsini tapşırmasını. Həmçinin o, Nicata qəsəbə ərazisində 1300 (min üç yüz) manat pulu verərkən yanında böyük qardaşı Şahid2 olmuşdur. Bu hadisədən sonra o, tez-tez Təqsirləndirilən şəxs istifadəsində olan “***-***-**- **” nömrəli telefon ilə istifadəsində olan “***-***-**-**” nömrəli telefonumla əlaqə saxlamış, Hilal isə hər şeyin qaydasında olduğunu və tez bir zamanda onu işə dəvət edəcəklərini bildirirmişdir. 20 fevral 2022-ci il tarixdə o, Bakı şəhərində olmuşdur. Təqsirləndirilən şəxs zəng edərək ilk danışıqları zamanı 21 fevral 2022-ci il tarixdə X22 İdarəsində olmağını və əmək müqaviləsinə imza edəcəyini bildirmişdir. Lakin bununla bağlı ona heç bir zəng gəlməmiş və özüdə bu barədə hələ də ona heç bir məlumat verilməmişdir. Təqsirləndirilən şəxs isə işlə bağlı gecikmələrin olduğunu və tez bir zamanda ona xəbər edəcəyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs bu məsələni 2022-ci ilin mart ayının əvvəllərinə qədər yubatmağa başlamışdır. O, Hilala tez-tez zəng etmiş və Hilal ona hər dəfə bir bəhanə söyləmişdir. 2022-ci ilin mart ayının təxminən 9-da o, Hilala zəng edərək qəsəbədə görüşməyi bildirmiş və bir neçə saat sonra qəsəbədə yerləşən kafedə Hilalla görüşmüşlər. Söhbət zamanı Hilal həmin rəhbər vəzifəli şəxs sənin işini həll edib və bir neçə günə regional qaz idarəsindən ona zəng gəlməsini bildirmişdir. Bundan soma o, Hilalın sözünə bir daha inanmış və sağollaşaraq oradan uzaqlaşmışdır. Təxminən bir saat sonra “***-***-**-**” nömrəli telefondan onun istifadəsində olan telefonuna zəng gəlmişdir. Onunla danışan bir xanım olmuşdur. Həmin xanım ona həftənin 4-cü günü yəni, 17 mart 2022-ci il tarixdə X20 idarəsinə yaxınlaşmasını bildirmişdir. Həmin adını bilmədiyi qadınla danışdıqdan sonra dərhal Hilala Zəng etmiş və ona zəng gəldiyini Hilala bildirmişdir. Hilal isə heç bir narahatçılığa əsasın olmamasını və ona özü həmin idarəyə aparacağını bildirmişdir. Bundan başqa ona sonradan zəng edən qadın Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yaşayan Yasin adlı şəxsin arvadı olması məlum olmuşdur. 17 mart 2022-ci il tarixdə qəsəbədə Təqsirləndirilən şəxsla rastlaşmış və taksi ilə Gəncəyə doğru yola düşmüşlər. Goranboy rayonunun Zeyvə kəndində Təqsirləndirilən şəxs adını bilmədiyi bir nəfər şəxsi də taksiyə mindirmişdir. O, sonradan Hilal qəsəbədə yaşayan Əliş adlı bir şəxsin vasitəsi ilə həmin oğlanı da aldatması məlum olmuşdur. Daha sonra biz Goranboy RMX-dən sağlamlıq haqqında arayış almışlar. Gəncə şəhərinə çatdıqda Hilal hər ikisinə asan nömrə aldırmış və bir neçə sənədləri almaq üçün Gəncədə yerləşən Asan Xidmətə getmişlər. Orada sənəd işləri həll etdikdən sonra Təqsirləndirilən şəxs mobil telefonu ilə kiminləsə danışmış və daha sonra artıq gec olduğunu və Gəncə X15 İdarəsində heç bir işçinin artıq olmadığını onlara bildirmişdir. Bundan sonra sənədləri Gəncə şəhərində mağazaların birinə verməsini və həmin rəhbər vəzifəli şəxs gəlib sənədləri həmin mağazadan götürməsini bildirmişdir. Daha sonra Hilal taksidən düşməyə qoymamış və özü avtomobildən düşərək sənədləri Gəncə şəhərində mağazaların birinə vermişdir. Lakin o, şəhəri tanımadığından həmin mağazanında yerini dəqiq bilməmişdir. Bundan sonra yenidən qəsəbəyə qayıtmalı olmuşlar və Hilal bu işin tez bir zamanda alınacağına söz vermişdir. Bu hadisədən sonra 2022-ci ilin aprel ayının əvvəllərinə qədər gözləmişdir. İş məsələsinin alınmadığını və Hilalın onu aldatdığını başa düşən zaman Hilala zəng edib verdiyi məbləği geri istəməyi qərarlaşdırmışdır. Hilal zəng etmiş və 1300 (min üç yüz) manatımı geri istəmiş və bu işin bu qədər yubanmağından bezdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla qəsəbədə görüşmüşlər. Söhbəti zamanı Təqsirləndirilən şəxs ilk öncə bu işin düzələcəyini bildirsə də, lakin o, artıq bu işi istəmədiyini ona bildirmişdir. Daha sonra Hilal ondan adlığı pulu rəhbər səlahiyyətli vəzifəli şəxsə verdiyini və tez bir zamanda geri alıb ona qaytaracağını bildirmişdir. Bundan sonra o telefonu ilə yanında kimləsə əlaqə saxlamış və bir neçə dəqiqə danışdıqdan sonra onun pulunu tez bir zamanda verəcəyini bildirmişdir. Ona də bir neçə günə qədər həmin rəhbər vəzifəli şəxsdən pulunu alıb qaytaracağına söz vermişdir. Bir neçə gün keçdikdən sonra Hilal özü zəng edərək həmin şəxsin pulu tapa bilməməsini və daha bir neçə gün vaxt verməyini ondan xahiş etmişdir. O, bir daha Hilal ilə razılaşmış və bir neçə gün daha gözləyə biləcəyini Hilala bildirmişdir. Bir neçə gün sonra isə o, Hilala yenidən zəng edəndə Hilal bu gün onun pulunu gedib həmin şəxsdən götürüb qaytaracağını demişdir. O, həmin günü axşama qədər ondan zəng gözləmiş, lakin heç bir xəbər çıxmamışdır. Hazırda ona dəymiş olan ziyan ödənmişdir və təqsirləndirilən şəxsdən heç bir şikayəti tələbi və iddiasının olmadığını göstərərək ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, hazırda heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs uzun müddətdir ki, qəsəbə sakini kimi tanıyır. Təqsirləndirilən şəxs Goranboy rayonunda qaz idarəsində işləyir, həmçinin Təqsirləndirilən şəxs Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində qaz sayağaclarına nəzarət edir. 2022-ci ilin fevral ayının əvvəllərində Təqsirləndirilən şəxs istifadəsində olan “***-***-**-**” nömrəli telefon ilə istifadəsində olan “***-***-**-**” nömrəli telefonuna zəng etmişdir. Danışığ zamanı ona Goranboy rayonunun qaz idarəsində iş təklif etmişdir. Lakin bu işin alınması üçün 1500 (min beş yüz) manat pul verməli olmasını bildirmişdir. Həmçinin ona həmin iş yerində alacağı əmək haqqı 330 (üç yüz otuz) manat civarında olacağını bildirmişdir. O, isə ilk növbədə ehtiyat edib razı olmaq istəməsə də, lakin Təqsirləndirilən şəxs heç bir narahatçılığa əsasın olmamasını bildirmişdir. Bundan başqa bu işi düzəldəcək rəhbər vəzifəli şəxsin onun tanışı və yaxmı olduğunu və heç bir şeydən narahat olmamağmı bildirmişdir. O, isə danışığı zamanı imkan varsa 1500 (min beş yüz) manat pulu həmin rəhbər səlahiyyətli vəzifəli şəxsə özünə verməsini bildirmişdir. Təqsirləndirilən şəxs isə belə alınmamasını, həmçinin həmin şəxs bu məsələdə bilinmək istəməməsini bildirmişdir. Bundan sonra o, Hilalın qaz idarəsində işlədiyinə görə, həmçinin rəhbər səlahiyyətli vəzifəli şəxsin yaxmı olduğuna görə Təqsirləndirilən şəxs inanmış və Hilal ilə razılaşmışdır. Danışığının ertəsi günü o, pulu düzəltdikdən sonra Təqsirləndirilən şəxs zəng etmiş və pulun hazır olduğunu və görüşüb vermək istədiyini bildirmişdir. Hilal Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində görüşməyi təklif etmişdir. O və Hilal qəsəbənin mərkəz adlanan ərazisində görüşmüşlər və pulu Təqsirləndirilən şəxs vermişdir. O, pulu Təqsirləndirilən şəxs verən zaman ikisindən başqa heç kim olmamışdır. Pulu verən zaman isə Təqsirləndirilən şəxs 10 (on) gün müddətində onu işə çağıracaqlarını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs təxminən 2022-ci ilin mart ayının əvvəllərinə qədər onun işini yubatmağa başlamışdır. O, Hilala işin nə yerdə qalmasını soruşduqda, Hilal tez bir zamanda düzələcəyini və heç bir narahatçılığa əsasın olmamasını bildirirmişdir. 2022-ci ilin mart ayının əvvəllərində istifadəsində olan telefon nömrəsinə bir xanım zəng etmişdir. Danışığı zamanı Gəncə X15 İdarəsindən zəng etdiyini və sənədlərini də götürüb sabah həmin idarəyə yaxınlaşmağını bildirmişdir. Sonradan öyrəndiyi qədəri ilə ona zəng edən xanımın Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yaşayan Yasın adlı şəxsin arvadı olmuşdur. Bundan sonra o, Təqsirləndirilən şəxs zəng edərək Gəncə X15 İdarəsindən zəng elədiklərini bildirmiş, həmçinin onun Hilal ilə getməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs isə onunla gedəcəyini bildirmişdir. Danışığının ertəsi günü o, Təqsirləndirilən şəxsla birlikdə Gəncə şəhərinə yola düşmüşdür. Gəncə şəhərinə çatdıqda ilk növbədə Təqsirləndirilən şəxs ona asan nömrə aldırmışdır. Ondan sonra Asan Xidmətə getmişlər. Asan Xidmətdən Hilalın dediyi sənədləri aldıqdan sonra X20 İstismaq İdarəsinə getmişlər. İdarənin qarşısına çatdıqda Təqsirləndirilən şəxs ona gəlməyinin ehtiyac olmadığını və özü sənədləri idarəyə təqdim edib tez bir zamanda qayıdacağını bildirmişdir. O da razılaşmış və avtomobildən düşməmişdir. Təqsirləndirilən şəxs avtomobildən düşmüş və idarənin qapısından içəri daxil olmuşdur. Təxminən 15 dəqiqə sonra idarədən çıxmış və sənədlərini idarəyə təqdim etdiyini bildirmişdir. Həmçinin işinin artıq hazır olduğunu və bir neçə günə onu işə çağıracaqlarını bildirmişdir. Bundan sonra onlar yaşadığı qəsəbəyə geri qayıtmışlar, daha sonra işlə bağlı ayrı-ayrı vaxtlarda Hilala zəng edib işinin nə yerdə olmasını Hilaldan soruşduqda, Hilal tez bir zamanda düzələcəyini və onu işə dəvət edəcəklərini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayının sonlarına qədər onu yubatmış, sonda isə Təqsirləndirilən şəxs Türkiyə Respublikasına qaçmasını öyrənmişdir. Bundan başqa 2022-ci ilin mart ayında Təqsirləndirilən şəxs onunla birlikdə X20 İdarəsinə getdikdən sonra, təxminən 10 gün keçmişdir. Qəsəbədə yaşayan Zərərçəkmiş şəxs1 ona telefonla zəng etmiş. Danışığı zamanı X9 Qaz idarəsindən zəng edib işə dəvət etdiklərini bildirmiş və Seymuru Təqsirləndirilən şəxsla birlikdə Gəncə şəhərində yerləşən həmin idarəyə aparmağı üçün ondan xahiş etmişdir. Oda Seymurla razılaşmışdır. Ertəsi günü qəsəbədən Seymur və Hilalı götürüb Gəncə şəhərinə yola düşmüşlər. Goranboy rayonunun Zeyvə kəndinə çatdıqda Təqsirləndirilən şəxs başqa bir nəfəri bu kəntdən götürəcəyi bildirmişdir. O zaman Təqsirləndirilən şəxs ondan başqa Zərərçəkmiş şəxs1 və həmin adını bilmədiyi oğlanın pulunu alıb onları da qaz idarəsinə işə düzəlməsini öyrənmişdir. O, həmin şəxslər ilə birlikdə Gəncə şəhərinə çatdıqda Təqsirləndirilən şəxs eyni qayda üzrə asan nömrə aldırıb və bəzi sənədləri düzəltmək üçün Asan Xidmətə aparmışdır. Ordan çıxdıqdan sonra Təqsirləndirilən şəxs artıq gec olduğunu və hazırda Gəncə X15 İdarəsində heç bir işçinin qalmayacağmı onlara bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yanımda kiməsə zəng etdi və danışıqlarından sonra onlara sənədlərini mağazaların birinə qoyacağını və həmin rəhbər səlahiyyətli vəzifəli şəxsin gəlib həmin sənədləri oradan götürəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 və adını xatırlamadığı həmin oğlan razılaşmışlar. Təqsirləndirilən şəxs onların sənədlərini Gəncə şəhərində mağazaların birinə vermişdir. Lakin Gəncə şəhərini yaxşı tanımadığı üçün mağazanın harada yerləşməsini xatırlamır. Bundan sonra onlarla birlikdə qəsəbəyə qayıtmışlar. Daha sonra ona Təqsirləndirilən şəxs həmin şəxslərində pullarını alaraq qaçmasını öyrənmişdir. Hazırda ona dəymiş olan ziyan ödənmişdir və təqsirləndirilən şəxsdən heç bir şikayəti tələbi və iddiasının olmadığını göstərərək ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Səfərov X7 rayonunda qaz idarəsində işləmiş, həmçinin Təqsirləndirilən şəxs Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində qaz sayağaclarına nəzarət etmişdir. Təxminən 2022-ci ilin mart ayının əvvəlləri Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yaşayan dayısı oğlu Şahid3 istifadəsində olan “***-***-**-**” nömrəli tefonu ilə istifadəsində olan “***-***-**- **” nömrəli telefonuna zəng etmişdir. Dayısı oğlu Şahid3 uzun müddətdir ki, Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yerləşən Mənzil Kommunal Təsərrüfat Birliyinin sahə rəisi vəzifəsində çalışır. Telefon danışığı zamanı Köçəri ona Goranboy rayonunun qaz idarəsində işləyən Hilal adlı tanışının olduğunu və Hilalın özünün işlədiyi qaz idarəsində işə düzəltməyə 2 nələr işçi axtardığını bildirmişdir. Həmçinin danışıq zamanı Köçəri ona Təqsirləndirilən şəxs artıq Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yaşayan Xəyal adlı şəxsi qaz idarəsində işə düzəltməsini və X8 idarəsindən işə dəvət etməsini bildirmişdir. İlk öncə o, razı olmamış, lakin danışığ zamanı Şahid3 bu işə razı olsa, ya Aşağı Ağcakənd qəsəbəsində, ya da Yuxarı Ağcakənd qəsəbəsində qaz sayağaclarına nəzarət ona həvalə ediləcəyini qeyd etmişdir. Bundan sonra o, bu işlə bağlı Köçəri ilə razılaşmışdır. Həmçinin telefon danışığı zamanı Köçəri ona bu işə düzəlməyi üçün Goranboy rayonunun qaz idarəsində işləyən həmin şəxs 1500 (min beş yüz) manat pul istəməsini, o, isə o qədər pulunun olmadığını Köçəriyə bildirmişdir. Daha sonra Şahid3 Hilal ilə bu barədə danışıb, razılığa gəlməyi üçün onun telefon nömrəsini Təqsirləndirilən şəxs verəcəyini bildirmişdir. O, isə bununla razılaşmışdır. Bir saatdan sonra Təqsirləndirilən şəxs ona istifadəsində olan “050- 677-06-90” nömrəli telefonu ilə istifadəsində olan “***-***-**-**” nömrəli telefonuna zəng etmişdir. Danışığı zamanı Hilal Köçəridən aldığı məlumata görə onun qaz idarəsində işə düzəlmək istəməsini bildirmişdir. Daha sonra ona nə qədər pul verə biləcəyini soruşmuşdur. O, isə 1400 (min dörd yüz) manat pul verə biləcəyini demiş və Hilal onunla razılaşmışdır. Bundan başqa Təqsirləndirilən şəxs Goranboy rayonunun qaz idarəsində sahə rəisi olduğu üçün o, Hilalın sözlərinə inanmış və Hilalla razılaşmışdır. Həmçinin Hilal heç bir narahatçılıq olmadığını və onu tez bir zamanda işə düzəldəcəyini telefon danışığı zamanı bildirmişdir. Bu danışığının ertəsi günü o, Təqsirləndirilən şəxs zəng edərək hazırda razılaşdığı məbləğdən cəmi 800 (səkkiz yüz) manat pul düzəldə bilməsini demişdir. Bu zaman Hilal 800 (səkkiz yüz) manatı tez bir zamanda göndərməyini tapşırmışdır. Həmçinin Hilal bu işi düzəldən adamın Bakı şəhərinə getmiş və həmin 800 (səkkiz yüz) manatı Bakı şəhərində yerləşən Regional qaz idarəsində səlahiyyətli rəhbər vəzifəli şəxslərdən birinə verməsini bildirmişdir. Bundan başqa Hilal həmin rəhbər vəzifəli şəxsin yaxmı olmasını, işlə bağlı heç bir narahatçılığa əsasın olmamasını və onun işinin tez bir zamanda düzələcəyini bildirmişdir. Hilal geridə qalan 600 (altı yüz) manat pulun isə Goranboy rayonunun qaz idarəsində rəhbər vəzifəli şəxslərə çatacağını bildirmişdir. Həmin zaman o, Təıtər rayonunda olmuşdur. Günortadan sonra 09 mart 2022-ci il tarixdə Ağdam rayonunun Dördyol adlanan ərazisinə gedərək orada yerləşən poçtdan Təqsirləndirilən şəxs adma 800 (səkkiz yüz ) manat pulu göndərmişdir. Bu hadisədən 2 (iki) gün sonra o, Hilala yenidən zəng edərək geridə qalan 600 (altı yüz) manat pulun hazır olmasını bildirmişdir. Hilal isə hazırda Goraboy rayonunun qaz idarəsinə işə düzəltdiyi Xəyal adlı şəxsində yanında olduğunu və həmin 600 (altı yüz) manat pulu Xəyalın “Whatsapp” vasitəsi ilə göndərəcəyi kart hesabına köçürməyini tapşırmışdır. Daha sonra onun bilmədiyi nömrədən “Whatsapp” vasitəsi ilə kart hesabının nömrəsini mesajla göndərmiş və o, bir daha Ağdam rayonunun Dördyol adlanan ərazisinə gedərək orada yerləşən “Milliön” terminal vasitəsi ilə həmin 600 (altı yüz) manatı Hilalın göndərdiyi “Kapital Banka” məxsus kart hesabına göndərmişdir. Həmçinin poçt və ya terminal vasitəsi ilə Hilala qeyd etdiyi məbləğləri göndərdiyi zaman yanında başqa heç kəs olmamışdır. Onun fikrincə Hilalın yanında olan “Xəyal” ifadəsinin əvvəlində dayı oğlu Köçərinin ona Goranboy rayonunun qaz idarəsinə Hilal vasitəsi ilə işə düzəldiyini bildirdiyi Xəyal adlı şəxslə eyni adamdır. Təxminən 1 həftə sonra o, Hilala yenidən zəng etmiş və işin nə yerdə olmasını Hilaldan soruşmuşdur. Hilal isə cavabında 20 aprel 2022-ci il tarixdə X20 idarəsindən onu işə dəvət edəcəklərini bildirmişdir. Aprel ayının 20-nə qədər isə o, yanlız Köçəri ilə telefonla əlaqə saxlamışdır. Köçəri isə heç bir narahatçılığın olmamasını və Hilalın onu tez bir zamanda işə düzəldəcəyini bildirmişdir. 20 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qeyd etdiyi idarədən işlə bağlı ona heç bir zəng gəlmədiyindən, o, Hilala bir daha zəng etmişdir. Lakin Hilalın mobil nömrəsinə zəng çatmamış və daha sonrada ona Təqsirləndirilən şəxs Türkiyə Respublikasına getməsi məlum olmuşdur. O, pulları göndərərkən müvafiq olaraq 8 və 6 manat ondan komisiyya xərcləri tutulmuş və həmin xərclər onun üçün maddi ziyana daxildir. Hazırda ona dəymiş olan ziyan ödənmişdir və təqsirləndirilən şəxsdən heç bir şikayəti tələbi və iddiasının olmadığını göstərərək ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxmini 2 (iki) ilə yaxındır ki, qəsəbə sakini kimi tanıyır. Təqsirləndirilən şəxs Goranboy rayonunda qaz idarəsində işləmiş, həmçinin Təqsirləndirilən şəxs Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində qaz sayağaclarına nəzarət etmişdir. Təxminən 2022-ci ilin mart ayının 20-si Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yaşayan Köçəri adlı şəxs istifadəsində olan “***-***-**-**” nömrəli tefonu ilə istifadəsində olan “***- ***-**-**” nömrəli telefonuna zəng etmişdir. Köçərini uzun müddətdir ki, qəsəbə sakini kimi tanıyır, həmçinin bildiyi qədəri ilə Köçəri Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yerləşən Mənzil Kommunal Təsərrüfat Birliyinin sahə rəisi vəzifəsində çalışır. Telefon danışığı zamanı Köçəri Goranboy rayonunun qaz idarəsində işləyən bir tanışının olduğunu və həmin şəxsin işlədiyi qaz idarəsində işə düzəltməyə 2 nəfər işçi axtardığını bildirmişdir. Həmçinin danışıq zamanı Köçəri öz dayısı oğlu Zərərçəkmiş şəxs3 də həmin şəxsin vasitəsi ilə qaz idarəsinə işə düzəltdiyini ona bildirmişdir. İlk öncə o, razı olmamışdır. Danışıq zamanı Köçəri bu işə razı olacağı təqdirdə, ya Aşağı Ağcakənd qəsəbəsində, ya da Yuxarı Ağcakənd qəsəbəsində qaz sayağaclarına nəzarət ona həvalə ediləcəyini bildirmişdir. Bundan sonra o, bu işlə bağlı Köçəri ilə razılaşmışdır. Həmçinin telefon danışığı zamanı Köçəri ona bu işə onun düzəlməyi üçün Goranboy rayonunun qaz idarəsində işləyən həmin şəxs 1500 (min beş yüz) manat pul istəməsini bildirmiş, o, isə həmin şəxsin qeyd etdiyi məbləğlə razılaşmışdır. Bu hadisədən sonra təxminən bir neçə dəfə Köçəri ona zəng edərək, qeyd edilən məbləği götürüb Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsinə gəlməyini bildirmişdir. Lakin onun işləri olduğundan Köçərinin qeyd etdiyi yerə gedə bilməmişdir. Təxminən ilk danışıqdan 1 həftə keçdikdən sonra Köçəri ona bir daha zəng edərək 1500 manat pulu hazırlamağını və həmin qaz idarəsində işləyən şəxslə birlikdə yaşadığı ünvana gələcəklərini bildirmişdir. Daha sonra həmin şəxslər onun Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətinə gəlmişlər. Həmin şəxslər onun yaşadığı evə gəldikdə o, Köçərinin qaz idarəsində tanışı kimi təqdim etdiyi şəxs Goranboy rayonunun qaz idarəsində işləyən Təqsirləndirilən şəxs olmasını görmüşdür. Təqsirləndirilən şəxs ona heç bir narahatçılığa ehtiyac olmamasını, tez bir zamanda onu Goranboy rayonunun qaz idarəsində işə düzəltməsini bildirmişdir. Həmçinin əmək haqqı 400 manat civarında olmasını və Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində qaz sayağaclarına nəzarət ona həvalə edilməsini bildirmişdir. Bundan başqa Hilal aldığı pulu qaz idarəsində işləyən rəhbərlərdən birinə verməsini və onu işə düzəltməsini bildirmişdir. Həmçinin Hilal həmin qaz idarəsində işləyən səlahiyyətli rəhbər vəzifəli şəxslərdən biri ilə çox yaxın olmasını və əminliklə onu işə düzəldəcəyini bildirmişdir. Söhbət zamanı Köçəri də ona narahatçılığa heç bir əsas olmamasını, Təqsirləndirilən şəxs onun dayısı oğlu Zərərçəkmiş şəxs3 də işə düzəltməsini və hazırda Goranboy rayonunun qaz idarəsində işləməsini bildirmişdir. O, Təqsirləndirilən şəxs Goranboy rayonunun qaz idarəsində uzun müddətdir sahə rəisi vəzifəsində işlədiyini bildiyindən Hilala inanmış və onu işə düzəltmək üçün istədiyi 1500 (min beş yüz) manat pulu yaşadığı fərdi yaşayış evinin həyətində əmisi oğlu Şahid4 və Köçərinin yanında Hilala vermişdir. Bundan başqa Hilal təxminən 20 gün sonra X20 idarəsindən ona işə götürməkləri ilə bağlı zəng edəcəklərini bildirmişdir. Daha sonra Hilal ondan şəxsiyyət vəsiqəsi və hərbi biletini də istəmişdir. O, həmin sənədləri Hilala vermiş və onlar sağollaşaraq oradan uzaqlaşmışlar. Bir neçə gün sonra verdiyi sənədləri özünə lazım olduğundan Köçəriyə zəng edərək sənədlərinin özünə lazım olduğunu bildirmiş, Köçəri də sənədlərini bir neçə gün sonra özünə gətirib təhvil vermişdir. Bu hadisədən sonra təxminən 20 (iyirmi) gün keçmiş, lakin iş məsələsi ilə bağlı ona heç bir zəng gəlməmişdir. Bundan sonra mən istifadəmdə olan “***-***-**-**” nömrəli tefenumla Hilalın istifadəsində olan “***-***-**-**” nömrəli telefonuna zəng edərək işin nə yerdə olmasını soruşmuşdur. Hilal isə narahatçılığa heç bir əsasın olmamasını və onu razılaşdığı işə tez bir zamanda düzəldəcəyini bildirmişdir. Bir neçə gün keçdikdən sonra o, Hilala yenidən zəng etmiş və işinin nə yerdə olması barədə yenidən soruşmuşdur. Hilal isə hazırda avtobusda olduğunu və bir azdan ona zəng edəcəyini bildirmişdir. Axşama kimi gözləmiş, lakin Hilal ona zəng etməmişdir. O, bir daha Hilala zəng edəndə artıq Hilalın mobil nömrəsinə zəng çatmamışdır. Bundan sonra Köçəriyə zəng etmiş və hadisəni Köçəriyə danışmışdır. Danışıq zamanı Köçəri narahat olamamağını və Hilalın həmin işə onu tez bir zamanda düzəldəcəyini, həmçinin Hilal artıq dayısı oğlu Zərərçəkmiş şəxs3 ilə birlikdə bir neçə şəxsi Goranboy rayonunun qaz idarəsinə işə düzəltdiyini bildirmişdir. Bu hadisədən sonra Təqsirləndirilən şəxs Türkiyə Respublikasına getdiyini öyrənmişdir. Hazırda ona dəymiş olan ziyan ödənmişdir və təqsirləndirilən şəxsdən heç bir şikayəti tələbi və iddiasının olmadığını göstərərək ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Xocalı şəhərində qeydiyyatda olmaqla Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yaşayır. Hazırda Xocalı şəhər 5 saylı tam orta məktəbində ibtidai sinif müəllimi vəzifəsində çalışır. Qeyd edir ki, Təqsirləndirilən şəxs təxmini uzun müddətdir ki, qəsəbə sakini kimi tanıyır. Təqsirləndirilən şəxs Goranboy rayonunda qaz idarəsində işləyirdi, həmçinin Təqsirləndirilən şəxs Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində qaz sayğaclarına nəzarət etmişdir. Təxminən 2022-ci ilin yanvar ayının sonları olmuşdur. Evdə olan zaman qardaşı Zərərçəkmiş şəxs1 bildirmişdir ki, onlarla eyni küçədə yaşayan Şahid1la söhbətləri zamanı Nicat qaz idarəsində bir tanışının olduğunu və həmin tanışının Goranboy rayonunun qaz idarəsinə işçi axtardığını bildirmişdir. Daha sonra Seymur ona bildirmişdir ki, alacağı əmək haqqı 300 (üç yüz) manat və iş üzrə funksiyası isə qəsəbədə qaz sayğaclarına nəzarət etmək olacaqdır. O, Seymurdan qonşuları Şahid1 tanışının kim olduğunu soruşmuş. O, isə bildirmişdir ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Onu da qeyd etmişdir ki, o Təqsirləndirilən şəxs uzun müddət qəsəbə sakini kimi tanımışdır. O, həmçinin Seymura bildirmişdir ki, birdən Təqsirləndirilən şəxs onu aldadar, o isə arada Şahid1 olduğunu və bundan başqa Təqsirləndirilən şəxs vəzifəli səlahiyyətli rəhbər şəxsin vasitəsi ilə bu işi düzəldəcəyini bildirmişdir. Həmçinin Seymur bildirmişdir ki, Təqsirləndirilən şəxs onu işə düzəltmək üçün ilk öncə 2000 (iki min) manat, daha sonra isə qeyd etdiyi məbləğdən aşağı enərək 1700 (min yeddi yüz) manat pul istəmişdir. Lakin həmin zaman maddi vəziyyətləri aşağı olduğundan qardaşı Seymur bu iş təklifini rədd etmişdir. Daha sonra bildiyi qədəri ilə öz aralarında razılaşdıqdan sonra, Zərərçəkmiş şəxs1 evdə olan zaman ona bildirmişdir ki, Təqsirləndirilən şəxs onu işə düzəltmək üçün qeyd etdiyi məbləğdən bir az da aşağı düşərək 1300 (min üç yüz) manat pul istəyir. Həmçinin Seymur banka girəcəyini və Hilalın istədiyi pulu tapıb ona verəcəyini bildirmişdir. O, isə Seymura bildirmişdir ki, bu barədə tələsməsin və tez bir zamanda o, qardaşının əvəzinə 1300 (min üç yüz) manat pulu tapacaq. Daha sonra o, həmin pulu tapmış və qardaşı Zərərçəkmiş şəxs1 pulun hazır olduğunu bildirmişdir. Bu söhbətlərinin axşamı Seymur ona istifadəsində olan “***-***-**-**” nömrəli telefonundan istifadəsində olan “***- ***-**-**” nömrəli telefonuna zəng edərək pulu hazırlamağını və Şahid1 onunla birlikdə pulu götürməyə gəldiyini bildirmişdir. Danışdıqlarından sonra o, evdə pulu hazırlamış. Daha sonra qardaşı Zərərçəkmiş şəxs1 və Şahid1 onların yaşadıqları fərdi yaşayış evinin qarşısına gəlmişdirlər. Bu zaman o, həyətə çıxaraq Şahid1 1300 (min üç yüz) manat pulu vermişdir. Lakin onu da bildirmişdir ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs və Şahid1la aralarında olan danışıqlardan və həmçinin gəldikləri razılaşmadan heç bir məlumatı olmamışdır. O, pulu Nicata verdikdən sonra evə daxil olmuş,onlar isə sağollaşaraq həyətdən uzaqlaşmışlar. Bu hadisədən sonra təxminən 2022-ci ilin aprel ayına qədər tez-tez qardaşı Zərərçəkmiş şəxs1 onun iş məsələsinin nə yerdə qaldığını soruşmuşdur. Seymur ilə bildirirmiş ki, Təqsirləndirilən şəxs ilə telefon vasitəsilə əlaqə saxlayır və Hilal ona heç bir narahatçılığa əsas olmamasını və onun yaxını olan səlahiyyətli vəzifəli şəxsin bu işi tez bir zamanda düzəldəcəyini bildirmişdir. Bundan başqa onlar pulu verdikdən bir neçə ay sonra qardaşı Zərərçəkmiş şəxs1 Gəncə X15 İdarəsindən bir nəfər xanım zəng edərək sənədləri ilə birlikdə onu idarəyə dəvət etmişdir. Seymur Təqsirləndirilən şəxsla birlikdə Gəncəyə getmişlər, lakin Hilal onun orada bir neçə saat yubatdıqdan sonra sənədlərini Gəncə şəhərində yerləşən mağazaların birinə qoyaraq, rəhbər vəzifəli şəxsin gəlib oradan sənədləri götürəcəyini qardaşı Seymura bildirmişdir. Həmçinin sonradan öyrənmişlər ki, Gəncə X15 İdarəsindən zəng edən xanım onların qəsəbəsində yaşayan Yasin adlı şəxsin yoldaşı olmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxsqardaşı Zərərçəkmiş şəxs1 2022-ci ilin aprel ayının sonlarına qədər yubatmış, həmçinin bildiyi qədəri ilə bir neçə şəxslərdən də işə düzəltmək adı ilə pul alaraq aldatmış və Türkiyə Respublikasına qaçmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun illərdir ki, qəsəbə sakini kimi tanıyır. Həmçinin Təqsirləndirilən şəxs Goranboy rayonunda qaz idarəsində işləmiş, həmçinin Təqsirləndirilən şəxs Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində qaz sayağaclarına nəzarət etmişdir. 2022-ci ilin mart ayının əvvəllərində Təqsirləndirilən şəxs isitifadəsində olan“***-***-**-**” nömrəli telefonla istifadəsində olan “050-560-46- 39” nömrəli telefonuna zəng etmişdir. Danışıq zamanı Hilal Goranboy rayon qaz idarəsinə işə düzəltməyə bir neçə işçi lazım olmasını bildirmişdir. O, Hilaldan bu işin dəqiq olub-olmamasını soruşmuşdur. Hilal isə narahatçılığa heç bir əsas olmamasını, hazırda qaz idarəsində ştat üzrə işçi işə götürürlər və regional qaz idarəsində bu işə baxan səlahiyyətli vəzifəli rəhbər şəxs onun yaxmı olmasını bildirmişdir. Həmçinin ona qəsəbədə yaşayan Zərərçəkmiş şəxs2 1500 (min beş yüz) pulunu alaraq işə düzəltmiş, hazırda onun bir neçə günə əmri gələcək və işə başlayacaq. O, da Təqsirləndirilən şəxs belə danışığından sonra Hilaldan hər bir sözünə inanmışdır. Hilal ilə danışıqdan sonra qəsəbədə yaxın tanışlarla bu məsələni məsləhətləşmişdir. Həmçinin Zərərçəkmiş şəxs2lə də bu məsələ ilə bağlı qəsəbədə söhbət etmişdir. Xəyal ona danışıq zamanı Hilala 1500 (min beş yüz) manat pul verməsini və həmçinin X20 idarəsindən çağırdıqda sənədlərlə bağlı əlavə olaraq 100 (yüz) manat da pul xərcləməsini demişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 artıq X23 İdarəsindən dəvət etməklərini və tez bir zamanda işə başlamasını bildirmişdir. Bu söhbətlərdən sonra, həmçinin Təqsirləndirilən şəxs işə götürən vəzifəli rəhbər səlahiyyətli şəxsin yaxını olduğunu deməsi onu tam inandırmışdır. Bundan sonra o, ailə üzvləri ilə məsləhətləşmişdir. Həmin zaman bibisi oğlu Zərərçəkmiş şəxs3 işsiz olmuşdur. Daha sonra Zərərçəkmiş şəxs3 telefonla zəng etmişdir. Danışıq zamanı qaz idarəsində iş olduğunu və qəsəbədə yaşayan Təqsirləndirilən şəxs ora işçi düzəltdiyini ona bildirmişdir. Həmçinin Hilaldan qabaqcadan əmək haqqı 290 manat olmasını və tez bir zamanda əmək haqları qalxmasını öyrənmişdir. Təqsirləndirilən şəxs bu sözlərini də Hətəmə dedikdən sonra Zərərçəkmiş şəxs3 razılaşmış və işə düzəlmək istədiyini bildirmişdir. Bundan başqa Hətəmə Hilal işə düzəltmək üçün hər işçidən 1500 (min beş yüz) manat pul istədiyini bildirmişdir. Hətəm isə bu məbləğin çox olduğunu dedikdə, o, Hilal ilə yenidən telefon ilə əlaqə saxlamış və qeyd etdiyi məbləğdən bir az aşağı enməsini xahiş etmişdir. Lakin Təqsirləndirilən şəxs razılaşmadıqda, o, Zərərçəkmiş şəxs3 Hilalın nömrəsini özləri aralasında razılaşması üçün vermişdir. Daha soma Zərərçəkmiş şəxs3 Hilal ilə aralarında 1400 (min dörd yüz) manata razılaşmalarını öyrənmişdir. Bir neçə gün sonra Hətəm ilə yenidən danışdıqda, ona Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 birlikdə olduqları zaman, o Hilala razılaşdıqları puldan 600 (altı yüz) manat pulu Xəyalın kart hesabına vurduğunu və geri qalan 800 (səkkiz yüz) manatı isə poçt vasitəsi ilə Təqsirləndirilən şəxs adma göndərdiyini bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs3 iş məsələsinin nə yerdə qaldığını soruşduqda, Hətəm 20 günə qədər onu işə dəvət edəcəklərini bildirmişdir. Bundan sonra isə bildiyi qədəri ilə Təqsirləndirilən şəxs Hətəmi bir neçə ay yubatdıqdan sonra şəxslərdən aldığı pullar ilə birlikdə Türkiyə Respublikasına qaçmasını öyrənmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ona bu sözləri dedikdən və sözlərinə inandıqdan sonra, ilk növbədə bibisi oğlu Zərərçəkmiş şəxs3 iş barəsində təklifini etmiş və aralarında razılaşmışlar. Daha sonra Təqsirləndirilən şəxs ona zəng edərək daha bir işçinin lazım olduğunu demişdir. Həmçinin artıq Zərərçəkmiş şəxs3 sənədlərini X15 İdarəsinə göndərmiş və tez bir zaman da Hətəmi işə dəvət etməklərini bildirmişdir. Bundan sonra özünün işlədiyi idarədə işçi Şahid4 qaz idarəsinə işçi axtarmalarını və tanış insanlardan kimsə varsa getsin işləməsini demişdir. Şahid4 ona qohumu Zərərçəkmiş şəxs4 işsiz olmasını, əgər belə bir iş varsa Adilə gedib müraciət etməsini demişdir. Daha sonra Anar ona Zərərçəkmiş şəxs4lə danışmasını və işlə bağlı məlumatlandırmasını bildirmişdir. Bundan soma Anar ona Adilə zəng etməyini və bir daha işlə bağlı gedişatı izah etməyini xahiş etmişdir. Daha sonra o, istifadəsində olan “050-560-46- 39” nömrəli telefonu ilə Zərərçəkmiş şəxs4 istifadəsində olan “050- 680-76-66” nömrəli telefonuna zəng etmişdir. Danışıq zamanı o, işlə bağlı vəziyyəti izah etmiş və işə düzəldən şəxsin Təqsirləndirilən şəxs olmasını Adilə bildirmişdir. X17 Səfərovun dediyinə görə Regional qaz idarəsində bu işi düzəldən və bundan başqa yaxmı olan rəhbər səlahiyyətli vəzifəli şəxs olmasını və həmçinin Təqsirləndirilən şəxs həmin şəxsin vasitəsi ilə işə götürülməsini demişdir. O, Zərərçəkmiş şəxs4 bu sözləri dedikdən sonra, Hilalın nömrəsini Adilə vermiş və Adilə Hilala zəng edərək danışmasını bildirmişdir. Bundan bir neçə gün soma Təqsirləndirilən şəxs ona zəng edərək Adilin pulu hazır etməsini və onunla birlikdə evinə gedərək pulu götürməsini ondan xahiş etmişdir. O, Hilalın xahişi ilə razılaşmış və Hilal ilə birlikdə gedəcəyini bildirmişdir. O və Hilal Zərərçəkmiş şəxs4 evinə gedən zaman, Adilin qohumu Şahid4da Adilin evinə gəlməsi üçün zəng etmişdir. O, Hilal ilə birlikdə Zərərçəkmiş şəxs4 evinə gedən zaman Şahid4 artıq orda olmuşdur. Daha soma Zərərçəkmiş şəxs4 1500 (min beş yüz) manat pulu və sənədlərini Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra isə onlar sağollaşaraq oradan uzaqlaşmışlar. Bir neçə gün sonra Adil ona zəng edərək sənədlərinin Hilalda qalmasını demişdir. Ona da Yuxarı Ağcakənd qəsəbəsinə işə gələn zaman Təqsirləndirilən şəxs sənədlərini geri verməsini bildirmişdir. O, Yuxarı Ağcakənd də işləyir. Bundan sonra o, Aşağı Ağcakənd qəsəbəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 sənədlərini götürərək işə gedən zaman aparıb Zərərçəkmiş şəxs4 vermişdir. Bundan sonra isə Hilal və Adilin arasında olan danışıqlardan heç bir məlumatı olmamışdır. Həmçinin öyrəndiyi qədəri ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 də işə düzəltməmiş və Adildən aldığı pulu götürərək Türkiyə Respublikasına qaçmışdır. Bundan başqa Təqsirləndirilən şəxs Türkiyə Respublikasına getdikdən sonra, Zərərçəkmiş şəxs2 ona zəng etmişdir. Danışıq zamanı Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Əliş Quluzadə və özü aralarında razılaşlamalarmı bildirmişdir. Təqsirləndirilən şəxs aqibəti ilə maraqlanmaq üçün Goranboy rayon qaz idarəsinə getməyi qərarlaşdırmışlar. Həmin zaman bibisi oğlu Zərərçəkmiş şəxs3 burda olmadığı üçün əvəzinə qohumu kimi onun getməyini təklif etmişdir. O da Hətəmlə razılaşmışdır. Bundan sonra onlar birlikdə Goranboy rayon qaz idarəsinə getmişdir. Onlar ora getdikdə Təqsirləndirilən şəxs anası Leyla da orda olmuşdur. Leyla orda səs-küy salmışdır. X18 Səfərov aldığı pulların hamısını qaz idarəsində işləyən Elmir adlı şəxsə verməsini bildirmişdir. X10 pulları sahiblərinə geri qaytarsım və pul sahibləri Hilaldan əlçəksini istəmişdir. X24 Səfərovun ona pul verməməsini və Leylanın ona şər-böhtan atmasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Bakı şəhərinin Yasamal rayonunda qeydiyyatda olmaqla Goranboy rayonunda yaşayır. 2022-ci il mart ayından etibarən Gəncə X15 İdarəsinin Goranboy Xidmət Sahəsi üzrə rəis müavini vəzifəsində işləyir. Təqsirləndirilən şəxs onun rəhbərlik etdiyi idarədə çilingər köməkçisi kimi işləmişdir. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin "xxxx"-də isə qəbul olunmuş və Gəncə RQİİ-nin Goranboy Xidmət sahəsinə qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında köməkçi peşəsinə təhkim olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə rəsmi olaraq 21 günlük məzuniyyətə çıxmış və xx.xx.2022-ci il tarixdə isə məzuniyyəti bitdiyindən işdə olmalı olmuşdur. Lakin Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən etibarən heç bir üzürlü səbəb göstərmədən işə gəlməmişdir və xx.xx.2022-ci il tarixdən etibarən "xxxx" tərəfindən köməkçi peşəsindən azad edilmişdir. O, 2022-ci ilin mart ayından Goranboy Xidmət sahəsinin rəhbəri vəzifəsinə təyin edildiyindən onun rəhbərlik etdiyi dövrdə ümumilikdə Təqsirləndirilən şəxs 1 ay işləmişdir. Təqsirləndirilən şəxs məzuniyyətdə olduğu zaman, yəni 2022-ci ilin aprel ayının sonlarına yaxın 3 nəfər kişi və 1 nəfər qadın Goranboy Xidmət Sahəsinin inzibati binasına gəlmişlər. Həmin şəxslərin adlarını və kim olduqlarını bilmir. Lakin həmin qeyd etdiyi 3 nəfər şəxs ilk öncə idarədə bizə işə qəbulla bağlı qaydaları soruşmuşlar. Onlara işə qəbulla bağlı prosedur qaydalarını izah etmişlər. İşə qəbulla bağlı qaydalar 2 formada olur. İlkin olaraq ştatnı idarəyə işə qəbul olmaq istəyən şəxs “Socar”-ın rəsmi internet səhifəsinə daxil olmalı və insan resursları bölməsindən müraciət etməlidir. Bu zaman əgər işə qəbulla bağlı vakansiya varsa sənədlərini elektron qaydada qeydiyyatdan keçməklə təqdim edilə bilər. Daha sonra tələb olunan sənədlər uyğundursa “Socar”-ın insan resursları departamenti tərəfindən həmin şəxslər imtahana dəvət edilir və imtahandan keçən şəxslər ştat üzrə işə qəbul edilir. İkinci işə qəbulla bağlı forması isə şəxs "xxxx"-yə rəsmi qaydada müraciət edir və MMC tərəfindən şəxslər idarədə çilingər köməkçisi kimi işə qəbul edilir. "xxxx" şəxsləri işlə təmin edən zaman yanlız yardımçı fəhlə kimi işlə təmin edir və onların xüsusi olaraq vəzifə təlimatları olmur. O, bu qaydaları həmin 3 nəfər şəxsə izah etmişdir. Daha sonra həmin şəxslər ona Goranboy Xidmət Sahəsində çalışan Təqsirləndirilən şəxs hər birindən qeyd edilən idarəyə işə düzəltmək adı ilə müəyyən məbləğ almasını bildirmişlər. Bundan sonra o, əgər Təqsirləndirilən şəxs belə bir əməli törətmişdirsə qeyri qanuni olmasını demişdir. Daha sonra həmin şəxslərə hüquq mühafizə orqanlarına müraciət etməyi məsləhət etmişdir. Bu zaman ona həmin şəxslərlə gələn 1 nəfər qadın Təqsirləndirilən şəxs anası olması məlum olmuşdur. O, işə qəbul ilə bağlı qaydaları izah edib bitirdikdən sonra, Təqsirləndirilən şəxs anası Hilalın bu işi tək görmədiyini və Goranboy Xidmət Sahəsində anbardar vəzifəsində çalışan Elmir Əsədovun da bu işdə əli olduğunu bildirmişdir. Həmin zaman Elmir Əsədov da onların yanında olmuşdur. Elmir Əsədov isə Təqsirləndirilən şəxs anasının dediyi sözləri inkar etmiş, həmçinin belə bir halın yalan və böhtan olduğunu bildirmişdir. Həmin şəxslər Təqsirləndirilən şəxs işə düzəltmək adı ilə pullarını və sənədlərini aldıqda Elmir Əsədovun adını çəkməməsini demişlər. Hər bir halda idarə daxilində Elmir Əsədovunda bu işdə əli olub-olmamasını maraqlanmış, lakin heç bir real fakt olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yaşayır. Hazırda Gəncə şəhərində yerləşən mağazaların birində ayaqqabı satıcısı işləyir. Təqsirləndirilən şəxs şifahi tanıyır. Təqsirləndirilən şəxs qardaşı Saleh adlı şəxs onunla birlikdə mağazada satıcı işləyir. Təqsirləndirilən şəxs da bir dəfə qardaşı Salehin yanma mağazada işləyən zaman gəldiyi üçün Hilalı bu səbəblə tanımışdır. Saleh təxminən 2021-ci ilin dekabr ayından 2022-ci ilin yanvar ayı ərzində onunla birlikdə mağazada ayaqqabı satıcısı işləmişdir. 2022- ci ilin yanvar ayının sonlarında o, Salehlə birlikdə mağazada işdə olmuşdur. Təxminən axşam radələrində tanımadığı bir nəfər şəxs mağazaya daxil olmuşdur. Bu zaman Saleh həmin şəxsə yaxınlaşmış və görüşüb haləhval tutmuşdur. Daha sonra Saleh ona yaxınlaşaraq həmin şəxsin qardaşı Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Təqsirləndirilən şəxs ayaqqabı alacağını bildirmişdir. O, bir az mağazaya baxdıqdan sonra bir ayaqqabını bəyənmiş və ayaqabım almışdır. Daha sonra Saleh qardaşı Təqsirləndirilən şəxsla mağazanın qarşısında təxminən 5-10 dəqiqə arası söhbət etdikdən sonra Saleh ona yaxınlaşaraq rayondan qohumları qardaşı Təqsirləndirilən şəxs pul göndərməli olmasını bildirmişdir. Buna görə də özlərində kart olmadığı üçün ondan istifadəsində olan bank kartımın hesab nömrəsini verməsini xahiş etmişlər, belə ki, qeyd etdikləri pulu rayondan kartın balansına göndərsinlər və Təqsirləndirilən şəxs da bankomat vasitəsi ilə həmin pulu çıxara bilsin. O da Salehi tanıdığı üçün heç bir etiraz etməmişdir. X11 adma olan “**********008289” saylı “Kapital banka” məxsus plastik kartı Salehə vermişdir. Saleh və Hilal isə kartın şəklini çəkərək “Whatsapp” vasitəsi ilə kiməsə göndərmişlər. Həmin plastik kart qızının adına olsa da, lakin həmin kartı özü istifadə edir. Təxminən bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs telefonla danışdıqdan sonra ona qeyd edilən pulu artıq rayondan kartın balansına köçürmələrini qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və Saleh ondan Gəncə şəhərini tanımadıqları üçün şəxsi avtomobillə pulu çıxarmaq üçün bankomata aparmasını xahiş etmişlər. O isə Hilal və Salehə etraz etməmiş və pulu çıxarmaq üçün Təqsirləndirilən şəxs və Salehi öz maşını ilə Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən “Bazar store” mağazasının önündəki “Kapital Banka” məxsus bankomatın qarşısına gətirmişdir. Daha sonra o, Saleh və Təqsirləndirilən şəxs bankomatın qarşısına yaxınlaşmış, o, kartı bankomata daxil etmiş və kartın şifrəsini Təqsirləndirilən şəxs bankomata daxil etməsi üçün bildirmişdir. Həmin zaman Təqsirləndirilən şəxs nə qədər pul köçürülməsi barədə dəqiq məbləği xatırlamır. Təqsirləndirilən şəxs şəxsən pulu bankomatdan çıxardıqdan sonra plastik kartı ona təqdim etmiş və Salehlə birlikdə sağollaşaraq həmin yerdən uzaqlaşmışlar, həmçinin o da öz evinə tərəf getmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilən Şahid1, Şahid4 və Şahid5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişlər. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yaşayır. Hazırda Goranboy rayon X2 müqavilə əsasında çilingər köməkçisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs təxmini 5 (beş) ilə yaxındır ki, qəsəbə sakini kimi tanıyır. Həmçinin Təqsirləndirilən şəxs onun birlikdə Goranboy rayonunda qaz idarəsində işləmiş, bundan başqa Təqsirləndirilən şəxs Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində qaz sayağaclarına nəzarət etmişdir. Adətən hər ilin əvvəlində qaz idarəsində müqavilə əsasında yeni işçilər götürmüşlər. Onun özüdə müqavilə əsasında işə qəbul etmişlər. Təxminən 2022-ci ilin yanvar ayının ortalarında iş yerində olarkən, Təqsirləndirilən şəxs ona yaxınlaşmışdır. Hilal ona qaz idarəsində işə düzəlmək istəyən adam olsa ona xəbər etməsini və işə düzəltməsini bildirmişdir. Hilal bu iş üçün də ondan bir neçə şəxs tapmasını xahiş etmişdir. Hilalın fikri onun tapacağı şəxslərin pulunu alaraq idarədə işə düzəltmək olmuşdur. Hilal həmin şəxsləri də qaz idarəsində çilingər köməkçisi vəzifəsi işinə düzəltməli olmuşdur. O, Hilala işə düzəltməyinə görə adam tapmağında köməklik edəcəyini bildirmişdir. Bundan sonra ilk ağlıma gələn özünün qardaşı və əmisioğlu olmuşdur. İşdən evə qayıtdıqdan sonra o, qardaşına və əmisioğluna qaz idarəsində iş olduğunu bildirmiş, lakin razı olmamışlar. Bundan sonra qonşusu Zərərçəkmiş şəxs1 işlə bağlı təklifini etmişdir. Həmin zaman Zərərçəkmiş şəxs1 işsiz olmuşdur. Həmçinin Seymura bu işi düzəldən qəsəbədə qaz sayağaclarına nəzarət edən Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Bundan başqa Hilal işə düzəltməsi üçün 2000 (iki min) manat pul istəməsini bildirmişdir. Lakin Zərərçəkmiş şəxs1 pulun çox olmasını bildirərək ilk öncə razı olmamışdır. Daha sonra o, Hilala zəng edərək qonşusu Zərərçəkmiş şəxs1 işə düzəlmək istəməsini, lakin 2000 (iki min) manat pulun çox olmasını və hazırda o qədər imkanının olmadığını bildirmişdir. Hilal isə bu işi düzəldəcək rəhbər səlahiyyətli vəzifəli şəxslə danışacağını və həmin məbləği bir azda aşağı salacağını bildirmişdir. Ertəsi gün Hilal ona yenidən zəng etmiş və bu işi düzəldən rəhbər vəzifəli şəxslə danışdığını, qeyd edilən pulu isə 1700 (min yeddi yüz) manata endirdiyini bildirmişdir. O, yenidən bu məsələni işdən evə qayıtdıqda qonşusu Zərərçəkmiş şəxs1 bildirmişdir. Lakin Seymur həmin məbləğində çox olmasını və o qədər imkanının olmamasını yenidən bildirmişdir. O, Seymurun dediyi sözləri bir daha Təqsirləndirilən şəxs çatdırmışdır. Bu söhbətdən bir gün sonra yaşadığımız fərdi yaşayış evinin həyətində Seymurla söhbət etmişlər. Söhbət zamanı Seymur 1300 (min üç yüz) manata gücünün çatdığını bildirdi. Söhbətdən sonra Seymurun yanında Hilalın istifadəsində olan “050-677- 06-90'’ nömrəli telefonuna istifadəsində olan “***-***-**-**” nömrəli telefonumla zəng etmiş və Seymur işə düzəlməyi üçün 1300 (min üç yüz) manat pul verə bilməsini demişdir. Bundan sonra Hilal ona bu işi düzəldən rəhbər şəxslə danışmasını və 10 dəqiqədən sonra məlumat verməsini bildirmişdir. Təxminən 10 dəqiqə sonra Təqsirləndirilən şəxs ona yenidən zəng etmiş, həmin şəxsin razı olduğunu bildirmiş və tez bir zamanda Zərərçəkmiş şəxs1 işə düzəldəcəyini bildirmişdir. Bundan başqa danışıq zamanı İ-İilal bu işi düzəldəcək rəhbər səlahiyyətli şəxs onun yaxmı olmasını, heç bir narahatçılığa əsas olmamasını və həmin şəxs bütün işləri özü həll edəcəyini bildirmişdir. Həmçinin o, dəfələrlə Təqsirləndirilən şəxs bu işi düzəldən rəhbər vəzifəli şəxsin kim olduğunu soruşsa da, Hilal həmin şəxsin adını deməmişdir. Bu söhbətdən sonra onun bildiyi qədəri ilə Zərərçəkmiş şəxs1 Hilal ilə telefon əlaqəsi saxlamış və pulu düzəltməsi üçün Hilaldan 2 (iki) gün möhlət istəmişdir. Çünki ertəsi gün qəsəbədə olarkən Seymurun möhlət istəməsini Hilal özü ona demişdir. 29 yanvar 2022- ci il tarixdə Hilal ona zəng edərək Zərərçəkmiş şəxs1 pulu hazırlamasını, lakin Bakı şəhərində olmasını demişdir. Hilal üçün də ona Seymurdan pulu götürüb dediyi kart hesabına atmağını bildirmişdir. Bundan bir neçə dəqiqə sonra Seymurun özü ona zəng edərək, pulun hazır olmasını, Hilalın özü ilə danışıb və 1300 (min üç yüz) manat pulu Hilalın tapşırığı ilə ona verməli olmasını bildirmişdir. O, da Seymura məlumatının olduğunu bildirmiş və qəsəbədə görüşməyi bildirmişdir. Seymurla görüşən zaman Seymurun qardaşı Şahid2 yanında olmuş və Seymur 1300 (min üç yüz) manatı və işlə bağlı sənədləri onun yanında ona vermişdir. Daha sonra Hilal ilə telefonla danışmışdır. Hilal həmin pulun 1200 (min iki yüz) manatını deyəcəyi kart hesabına göndərməsini, geri qalan 100 (yüz) manatı isə qəsəbəyə qayıtdıqda Zərərçəkmiş şəxs1 sənədləri ilə birlikdə ondan götürəcəyini bildirmişdir. O, də Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yerləşən “Ağcakənd” mağazasında yerləşən terminal vasitəsi ilə 1200 (min iki yüz) manat pulu telefon vasitəsi ilə dediyi kart hesabına göndərmişdir. Geri qalan 100 manat pulu və Seymurun sənədlərini isə ertəsi günü qəsəbədə Hilalın özünə vermişdir. Bundan sonra təxminən bir ay keçmiş, lakin Təqsirləndirilən şəxs Seymuru işə düzəltməklə bağlı heç bir xəbər çıxmamışdır. Zərərçəkmiş şəxs1 onunla tez-tez görüşəndə iş məsələsinin nə yerdə qalmasını ondan soruşmuşdur. Lakin heç bir məlumatının olmamasını Seymura bildirmişdir. Həmçinin dəfələrlə Hilalın özünə bu məsələ ilə bağlı telefonla zəng etmişdir. Hilal isə Seymurun işinin tez bir zamanda düzələcəyini ona bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tez-tez onun yanında rəhbər vəzifəli şəxslə telefonla əlaqə saxlamış, işin nə yerdə olmasını soruşmuş və daha sonra ona Zərərçəkmiş şəxs1 işi tez bir zamanda düzələcəyini bildirmişdir. Lakin sonradan o, Təqsirləndirilən şəxs elədiklərinin hamsını bir oyun olmasını öyrənmişdir. Təqsirləndirilən şəxs Seymurun iş məsələsini 2022-ci ilin aprel ayına qədər yubatmış və daha sonra isə Seymurdan aldığı pulu da qaytarmadan Türkiyə Respublikasına getməsini öyrənmişdir. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 19 mart 2022-ci ildə Goranboy rayon MKİS-in Yuxarı Ağcakənd qəsəbəsi üzrə sahə nəzarətçisi Şahid3 istifadəsində olan “050-560- 46-39” nömrəli telefonu ilə istifadəsində olan “***-***-**-**” nömrəli telefonuna zəng etmişdir. Danışıq zamanı ona Goranboy rayonunun qaz idarəsində bir nəfər işə düzəltməyə işçi axtarmasını bildirmişdir. O, kim olduğunu soruşduqda, Şahid3 həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu demişdir. Lakin o, Təqsirləndirilən şəxs tanımamışdır. Bundan başqa Köçəri Təqsirləndirilən şəxs həmin şəxsləri işə düzəltmək üçün 1500 (min beş yüz) manat pul istəməsini bildirmişdir. Həmçinin, Köçəri Təqsirləndirilən şəxs dediyinə görə əmək haqqı 300 manat olmasını və işə qəbul edilən şəxslər qəsəbədə sayağaclara nəzərət etməsini bildirmişdir. Danışıq zamanı Şahid3 əgər belə bir adam olsa xəbər edəcəyini bildirmişdir. Evə gəldikdən sonra ilk növbədə atası ilə məsləhətləşmişdir. Həmin zamanlar qardaşı da işsiz olmuşdur. Lakin o qədər pulu olmadığına görə atası bu işə razı olmamışdır. Bundan sonra əmisi oğlu Zərərçəkmiş şəxs4də işsiz olmasını xatırlamışdır. Daha sonra Zərərçəkmiş şəxs4 zəng etmiş və belə bir işin olduğunu Adilə bildirmişdir. Zərərçəkmiş şəxs4 isə sabah bu məsələ ilə bağlı üz-üzə görüşüb söhbət etməsini demişdir. Ertəsi gün o, əmisi oğlu Zərərçəkmiş şəxs4lə görüşmüşdür. Qaz idarəsində belə bir işin olmasını və əmək haqqının 300 manat olduğunu Adilə bildirmişdir. Bundan sonra bu iş təklifini ona Şahid3 bildirmiş və bu işi Şahid3 bir tanışı düzəltmişdir. Daha sonra isə Zərərçəkmiş şəxs4 onun yanında Şahid3 ilə bu məsələ ilə bağlı danışmışdır. Lakin dəqiq nə danışdıqlarını bilməmişdir. Onu da əmisi oğlu Zərərçəkmiş şəxs4lə Şahid3 və Təqsirləndirilən şəxs arasında bir neçə gün telefon danışıqları olmuşdur. Lakin aralarında nə danışdıqları barədə o, maraqlanmamışdır. Bir neçə gün sonra Zərərçəkmiş şəxs4 ona telefonla zəng edərək Təqsirləndirilən şəxs Şahid3 ilə birlikdə pulu gəlib götürəcəklərini bildirmiş və bu səbəbdən onunda yanında olmağını xahiş etmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs4 yaşadığı evə gəlmişdir. Bir az keçdikdən sonra Təqsirləndirilən şəxs Şahid3 ilə birlikdə gəlmişdir. Görüşdükdən sonra, Təqsirləndirilən şəxs bir daha heç bir narahatçılığın olmayacağmı, bu işi yaxmı olan səlahiyyətli vəzifəli şəxs düzəltməsini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs Adildən və başqa şəxslərdən aldığı pulları həmin vəzifəli səlahiyyətli şəxsə çatdırmalıdı və həmin şəxs tez bir zamanda bu şəxslərin işlərini düzəltməsini bildirmişdir. Söhbətdən sonra əmisi oğlu Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxsla razılaşdıqları kimi 1500 (min beş yüz) manat pulu və işlə bağlı bəzi sənədləri onun və Şahid3 yanında Hilala vermişdir. Həmçinin Təqsirləndirilən şəxs Adilə təxminən 20 (iyirmi) gün sonra Gəncə X15 İdarəsindən işə dəvət edəcəklərini bildirmişdir. Lakin onun bildiyi qədəri ilə Təqsirləndirilən şəxs əmisi oğlu Zərərçəkmiş şəxs4 bir aya qədər aldadaraq yubatmış və daha sonra öyrəndiyi qədəri ilə Təqsirləndirilən şəxs əmisi oğlu ilə yanaşı bir çox şəxsləri də işə düzəltmək adı ilə aldadaraq, pullarını alıb Türkiyə Respublikasına qaçmışdır. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə ifadəsi elan edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir qəsəbə sakini kimi tanıyır, həmçinin Təqsirləndirilən şəxsla əri Yasin Hüseynov ailəvi dostdurlar. Təqsirləndirilən şəxs Goranboy rayonunda qaz idarəsində işləmiş, həmçinin Təqsirləndirilən şəxs Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində qaz sayağaclarına nəzarət etmişdir. 2022-ci ilin mart ayının əvvəllərində o, Təqsirləndirilən şəxs evinə qonaq getmişdir. Bu zaman Təqsirləndirilən şəxs da evdə olmuşdur. Təqsirləndirilən şəxs konturunun olmadığını və onun konturu varsa bir nəfərə zəng edəcəyini bildirmişdir. O, isə mobil telefonunda konturunun olmasını bildirmişdir. Lakin Hilaldan zəng edəcəyi şəxs daha sonra ona zəng edərək narahat etməməsini xahiş etmişdir. Hilalda da heç bir narahatçılığa əsasın olmamasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onun telefonunu götürərək isitfadəsində olan “***-***-**-**” nömrədən tanımadığı bir nömrəni yığmış və ona həmin adamla danışmağını bildirmişdir. O, isə bunun səbəbini soruşduqda, Hilal həmin adamla zarafat etdiyini və qorxacaq bir şeyin olmadığını ona bildirmişdir. Həmin adamla danışığı zamanı sənədlərini götürərək Gəncə X15 İdarəsinə getməsini deməyini ondan xahiş etmişdir. Onun danışacağı adamın adının Xəyal olmasını bildirmişdir. O, isə Hilalın zarafat etdiyinə inanmış və Hilalın xahişi ilə razılaşmışdır. Bundan sonra telefonu götürərək Təqsirləndirilən şəxs qeyd etdiyi nömrəni yığmışdır. Telefonu Xəyal adlı şəxs götürmüş və o, Xəyala sənədlərini götürərək sabah Gəncə X15 İdarəsində olmasını tapşırmışdır. Xəyal isə minnətdarlığını bildirib onunla sağollaşmışdır. Həmin nömrə telefonu yaddaşında qalmamış və həmçinin nömrəni xatırlamır. Bu hadisədən iki gün sonra Hilalın arvadı Aysel Səfərova ona kömək etməyi üçün evinə dəvət etmişdir. Bu zaman da Təqsirləndirilən şəxs evdə olmuşdur. O, Ayselə kömək edən zaman Hilal ona yaxınlaşaraq telefonunu istəmiş və bir nəfərə zəng edəcəyini bildirmişdir. O, isə nə üçün öz telefonu ilə zəng etmədiyini Hilaldan soruşduqda, Hilal hazırda mobil telefonunda konturunun olmamasını ona bildirmişdir. O, bir daha telefonunu zəng etməsi üçün Hilala vermişdir. Təqsirləndirilən şəxs bir daha onun tanımadığı bir nömrəni telefonunda yığmış və danışması üçün telefonu bu səfər arvadı Aysel Səfərovaya vermişdir. Aysel Səfərova telefondakı şəxsə Gəncə X15 İdarəsindən işə dəvət olduğunu və sənədlərini götürərək sabah həmin idarəyə gəlməsini tapşırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs bir daha onun telefonundan heç kimə zəng etməmişdir. Lakin bundan sonra o, Təqsirləndirilən şəxs qaz idarəsinə işə düzəltmək adı ilə bir çox şəxslərdən müəyyən məbləğlər alaraq aldatmasını və sonra Türkiyə Respublikasına qaçmasını öyrənmişdir. Həmçinin Təqsirləndirilən şəxs zarafat adı ilə onu aldadaraq telefonda danışdırdığı Xəyal adlı şəxsi və onun telefonu ilə arvadı Aysel Səfərovanın danışdığı şəxsi də işə düzəltmək adı ilə pullarını alaraq daha sonra aldatmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Gəncə X12 İdarəsinin 26 avqust 2022-ci il tarixli TŞ-01/xx-xx-1328 nömrəli məktubundan görünür ki, xx.xx.1994-cü ildə Goranboy rayonunun Qarasüleymanlı kəndində anadan olmuş Təqsirləndirilən şəxs xx.xx.2019-cü il tarixdən xx.xx.2020-ci il tarixə kimi VÖEN əsasında xidməti müqavilə ilə fiziki şəxs qismində Gəncə RQİİ-nin Goranboy Xidmət sahəsində xidmət göstərmişdir. xx.xx.2021 -ci il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin "xxxx"-də işə qəbul olunmuş və Gəncə RQİİ-nin Goranboy Xidmət sahəsinə qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında köməkçi peşəsinə təhkim olunmuşdur. xx.xx.2022-ci il tarixdən “DOST İş Mərkəzi MMC tərəfindən köməkçi peşəsindən azad edilib. “Azəriqaz” İstehsalat Birliyinə və struktur bölməlirinə işə qəbul SOCAR-ın X3 tərəfindən müsabiqə yolu ilə həyata keçirilir və boş iş yerlərinin vakansiyası Şirkətin vebsaytının karyera bölməsində işə qəbul bölməsində yerləşdirilir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin "xxxx"- nin 17 oktyabr 2022-ci il tarixli **********9 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ilə “DOST İş Mərkəzi” arasında xx.xx.2022-ci il tarixində əmək müqaviləsi bağlanılaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" X5 X15 İdarəsinə Goranboy rayonu üzrə təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim edilmişdir. “DOST İş Mərkəzi” arasında Təqsirləndirilən şəxs arasında bağlanmış əmək müqaviləsi 06 iyul 2022-ci il tarixdə xitam verilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş "xxxx" ASC-nin 19 oktyabr 2022-ci il tarixli 157000/2-5153 nömrəli məktubundan və məktubla əlavə edilmiş kart hesabından görünür ki, X4 adına olan 4169 74******8289 saylı "xxxx" ASC kart hesabına 31 yanvar 2022-ci il tarixdə terminal vasitəsilə 1200 manat mədaxil olmuş, 31 yanvar 2022-ci il tarixdə hesabdan Gəncə şəhəri N.Nərimanov prospekti 76 yerləşən bankomat vasitəsilə müvafiq olaraq 10 manat xidmət haqqı tutulmaqla 1000 manat və 1,87 manat xidmət haqqı tutulmaqla 187 manat nağdlaşdırılmışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 4(045)-51/2022 nömrəli və həmin tarixli müvafiq qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 32.4, 312-2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs oğu barəsində həbsetmənin əvvəli tutulduğu vaxtdan hesablanmaqla barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və o, tutularaq dərhal həbs edilməsi qərara alınmışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin 02 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs3 09 mart 2022-ci il tarixdə göndərdiyi 800 manat məbləğində pul köçürməsi eyni gündə Goranboy RMŞ-də alıcı Təqsirləndirilən şəxs ödənilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğu, Kriminalistika və informasiya texnologiyaları idarəsinin 04 ədəd DVD diskə baxış keçirilməsi haqqında 12 noyabr 2024-cü il tarixli protokolundan görünür ki, «1» nömrəli disk “HP” markalı stansionar kompyuterə taxılmışdır. Bundan sonra açılan “UFED Sellebrite” proqramı vasitəsilə silinmiş “What's app” ani mesajlaşma proqramında olan yazışmalara baxış keçirildi. Bu zaman “Samsung GSM_SM-J330FN Galaxy J3_2022-08- 17_OTneT” adlı fayl “Adobe Reader” vasitəsilə açıldı. +994 51 *** ** ** saylı mobil nömrədə “What's app” ani yazışma proqramında 01 fevral 2022-ci il tarixdə dialoq müəyyən edilmişdir: - Axşamın xeyir, amanat çatdı qaqa, Çatdı, sağol qaqa, Ləngitdim, üzürlü say, Hecnə olmaz. Bundan əlavə isə 02 fevral 2022ci il tarixdə - “Axşamın xeyir qaqa, Nicatdan bir xəbər çıxmadı 3 gün sənəd getməliydi nə oldu?” - mesajı müəyyən edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Baxış keçirilmə haqqında” 12 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 təqdim etiyi hesabat və qəbzə baxış keçirilmişdir. Təqdim edilmiş hesabat və qəbzdən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən verilmiş hesabat,, yəni ödəmə şərtli poçt pul köçürməsinin ərizə vərəqəsidir. 09 mart 2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 tərəfindən 800 manat nağd pul köçürməsi Təqsirləndirilən şəxs edilmiş və köçürmə rüsumu olaraq 8 manat pul tutulmuşdur. İkinci qəbz “eManat” vasitəsilə edilmiş köçürməni göstərir. 11 mart 2022-ci il tarixdə 606 manat nağd pul “416974******534” saylı kart hesabına köçürülmüşdür; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Baxış keçirilmə haqqında” 13 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şahid1 təqdim etiyi qəbzə baxış keçirilmişdir. Təqdim edilmiş qəbzdən müəyyən edilir ki, Qəbz “eManat” vasitəsilə edilmiş köçürməni göstərir. 30 yanvar 2022-ci il tarixdə Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində yerləşən Ağcakənd X1 adma olan “4****8289” saylı kart hesabına 1200 manat pul köçürülmüşdür; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məhkəməyə təqdim etdiyi ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs onlara dəymiş ziyanı ödəmişdir və heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3 maddələrində nəzərdə tutulan əməllərin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-146-cı maddələri). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil etsə də, bu cinayətin predmeti talama cinayətlərinin digər formalarının predmetindən fərqlənir. Dələduzluq özünün törədilmə üsuluna görə iki növə ayrılır: aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə yolu ilə dələduzluq. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin Qərarın 23-cü bəndində göstərilir ki, dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətlədirərək Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmək yolu ilə zərərçəkmiş şəxslərə məxsus pulu ələ keçirməsi ilə bağlı verilmiş ittihamın məhkəmə istintaqında tam həcmdə öz təsdiqini tapması nəticəsinə gəlir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf edib peşman olmasını; zərərçəkmiş şəxslərə vurulan ziyanı tam ödəməsini. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, cəza məsələsini müzakirə edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini (cinayətin ictimai təhlükəliliyinin maddi ziyanla bağlı olmasını), təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsi) nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs faktiki olaraq 29 oktyabr 2024-cü il tarixdən 30 yanvar 2025-ci il tarixədək müddətdə 03 (üç) ay 1 (bir) gün müddətində həbsdə saxlanılması nəzərə alınaraq, ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 06 (altı) ay 02 (iki) gün çıxılmalı, üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etməsinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, həmçinin vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə məhkəmədə iştirak etdiyi 12 (on iki) iş saatına görə 72 (yetmiş iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs faktiki olaraq 29 oktyabr 2024-cü il tarixdən 30 yanvar 2025-ci il tarixədək müddətdə 03 (üç) ay 1 (bir) gün müddətində həbsdə saxlanılması nəzərə alınaraq, ona təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 06 (altı) ay 02 (iki) gün çıxılsın, üzərində 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində yaşadığı evi saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Goranboy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Vəkil Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 12 (on iki) iş saatına görə 72 (yetmiş iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X16
Məhkəmə qərarları › İş №1(045)-11/2025
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-11/2025
30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver