Məhkəmə qərarları › İş №1(045)-12/2024

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-12/2024

30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-12/2024 30.05.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Saat 15:55 X10 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Goranboy rayonunun Yenikənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış - barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Goranboy Rayon Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli, 4(045)- 75/2023 nömrəli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 xx.xx.1993-cü il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Kəlbəcər rayonunun Bəzirxana kəndində daimi qeydiyyatda olan və Goranboy rayonunun Veyisli qəsəbəsində yaşayan - barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında birləşib 05 aprel 2023-cii il tarixdə, 22 radələrində Goranboy şəhərində yerləşən Şahmat məktəbinin yaxınlığında yerləşən çayxanada heç bir əsaslı səbəb olmadan ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına qarşı saymamazlıq, şəxslər üzərində zor tərbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək insanların intensiv hərəkətinin müşahidə olunduğu həmin yerdə, çayxananın normal iş fəaliyyətini pozaraq kənar şəxslərin gözü qarşısında, Zərərçəkmiş şəxs ünvanına ucadan nalayiq söyüşlər söyüb əli ilə onun bədəninin müxtəlif nahiyələrinə vuraraq ona sağ gözün alt və üst qapaqlarında qançırlar, sol göz almasına qansızmalar və təpə nahiyəsində yaralar kimi dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə şəxslər üzərində zor tərbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında birləşib 05 aprel 2023-cü il tarixdə 22 radələrində Goranboy şəhərində yerləşən Şahmat məktəbinin yaxınlığında yerləşən çayxanada heç bir əsaslı səbəb olmadan ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə etinasızlıq göstərərək, cəmiyyətdə harmı tərəfindən qəbul olunmuş davranış qaydalarına qarşı saymamazlıq, şəxslər üzərində zor tərbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək insanların intensiv hərəkətinin müşahidə olunduğu həmin yerdə, çayxananın normal iş fəaliyyətini pozaraq kənar şəxslərin gözü qarşısında, Zərərçəkmiş şəxs ünvanına ucadan nalayiq söyüşlər söyüb əli ilə onun bədəninin müxtəlif nahiyələrinə vuraraq ona sağ gözün alt və üst qapaqlarında qançırlar, sol göz almasına qansızmalar və təpə nahiyəsində yaralar kimi dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə şəxslər üzərində zor tərbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun illərdir ki, tanıyır. Hadisədən 2 il əvvəl Namiqlə aralarında yaranmış narahatçılığa görə Namiqi döymüşdür. Həmin vaxtdan bu günə qədər onların aralarında problemlər vardır. xx.xx.2023-cii il tarixdə dostu Ruslan və Muğanla birlikdə Şahmat məktəbinin yanında yerləşən Əsədin işlətdiyi çay evində pivə içmək üçün getmişdir. Onlar pivə içmək üçün masa arxasında əyləşmiş, onlar hərəsi 1-2 bakal pivə içdikdən sonra çayxanadan çöldə səs-küy gəldiyini eşitmiş, bu vaxt onlar nə baş verdiyini öyrənmək üçün çayxanadan çölə çıxmış, çayxanadan çıxan kimi iki nəfər şəxsin Namiqi döydüyünü görmüş, o, həmin şəxslərin heç birini tanımamışdır. Onlar nə baş vediyini və Namiqi nə üçün döydüklərini öyrənmək üçün həmin şəxslərə yaxınlaşmış, bu vaxt Namiqi döyən şəxslər onları görüb qaçmışlar. Bundan başqa Namiqi döymədiyini, Namiqin ifadəsində göstərdiklərinin yalan olduğunu bildirmişdir. Yekunda barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun illərdir ki, tanıyır. Namiqlə heç bir düşmənçilik və ya ədavəti yoxdur. xx.xx.2023-cü il tarixdə dostu Ruslanla birlikdə Şahmat məktəbinin yanında yerləşən çay evində pivə içdiyi zaman çayxanadan çöldə səs-küy gəldiyini eşitmiş, bu vaxt o, nə baş verdiyini öyrənmək üçün çayxanadan çölə çıxmış, çayxanadan çıxan kimi iki nəfər şəxsin Namiqi döydüyünü görmüşdür. O, həmin şəxslərin heç birini tanımamış, lakin həmin şəxslərin hər ikisinin hərbi formada olduğunu görmüşdür. O da Namiqlə münasibəti olduğu üçün həmin şəxsləri aralaşdırmış, bu vaxt Namiq heç bir səbəb olmadan onun ünvanına nalayiq ifadələr işlətmiş, bu vaxt o, Namiqə iki sillə ilə vurmuşdur. Bundan sonra dava-dalaş başa çatmışdır. Yekunda əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında tədqiq edildikdən sonra elan edilmiş ifadəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində tanışı Şahid1 onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək onu Goranboy şəhərində yerləşən Şahmat məktəbinin yaxınlığıda yerləşən çayxanaya çay içməyə dəvət etmişdir. O da Əsədlə razılaşaraq evindən çıxıb həmin çayxanaya getmiş, həmin vaxt çayxanada Əsəd, Ruslan, Rasim, Bəxtiyar və Əsədin adını bilmədiyi qohumunun masa arxasında əyləşdiyini görmüşdür. O ilk əvvəl masaya yaxınlaşıb masada əyləşənlərin hər biri ilə ayrıayrılıqda salamlaşmış və masanın arxasında əyləşmişdir. Həmin vaxt Ayşən və Dəniz qadınlar çayxanada xidmətçi işləmiş, o, masaya əyləşdikdən sonra Ayşəni masaya çağırmış və Ayşəndən bir ədəd pivə gətirməsini xahiş etmişdir. Ayşən 5 dəqiqə sonra 1 ədəd bakal pivəni masaya gətirmiş, pivənin yarsını içdikdən sonra Bəxtiyar, Əsəd, Rasim və Ruslan masadan qalxıb getmiş və gedən zaman isə 5 dəqiqəyə qayıdacalaqraını bildirmişlər. O, Əsədin adını bilmədiyim qohumu ilə masada qalmış, onunla masada əyləşən şəxs mahnı sifariş etmiş, mahnı qurtardıqdan sonra o, həmin şəxsə öz telefonundan mahnı qoymaq istədiyini bildirmişdir. Həmin şəxs ona “mənim telefonum səs gücləndiricilərə qoşuludu, götür mənim telefonumdan mahnı qoy qulaq asaq" demişdir. O da həmin şəxsin telefonunu götürüb Rövşən Lənkəransikinin mahnısını qoymuş, bu vaxt həmin şəxs telefonu götürüb mahnını kəsmiş, o isə həmin şəxsdən nə üçün mahnını kəsdiyini soruşmuş, sonradan adının Rövşən olduğunu bildiyi şəxs ona “bu mahnı bu çay evində oxuya bilməz” demiş, o isə Rövşəndən nə üçün belə dediyini soruşmuşdur. Rövşən isə ona Ruslanla Muğan bu mahnının bu çay evində oxunmasını qadağan etdiyini, ancaq lotu Qulinin mahnısının oxuna biləcəyini demişdir. O isə Rövşənə ona Ruslanla Muğanın səhv etdiyini, öz telefonu ilə mahnı qoyacağını, qorxduğu halda çayxanadan çıxmağını və Ruslanla Muğana cavab verəcəyini bildirmişdir. Rövşən isə onunla razılaşmamış, heç bir səbəb olmadan Rövşən Lənkəranskinin ünvanına nalayiq ifadələr işlətmiş, o isə Rövşənə iradını bildirmiş, Rövşəndən ölmüş şəxsin dalıyca söyüş söyməməsini istəmişdir. Rövşən ona yaxşı etdiyini demiş, o, masadan Rövşəni itələmiş, Rövşən isə kəmərinin altından bıçaq çıxarmış, onu vurmaq istəyən zaman kupedən çıxmış, kupe balaca yer olduğundan çayxananın salonuna çıxmışdır. Rövşən salona çıxan kimi ona bıçaq atan zaman o çəkilmiş və bıçaq köynəyini cırmışdır. Rövşən onu ikinci dəfə vurmaq istəyən zaman Ayşən araya girmiş və onları aralamağa çalışmış, lakin Ayşən Rövşənin əlindəki bıçağı görəndə aradan çəkilmişdir. Bu vaxt o, Rövşəni yumuruqla vurub yerə yıxmışdır. O, Rövşənin onu təkrarən bıçaqla vuracağından qorxduğu üçün piştaxtadan bir ədəd pivə bakalını götürmüş və özünü müdafiə etməyə çalışmışdır. Rövşən isə onu vurmayıb kafedən çıxmış, bir neçə dəqiqə sonra Muğan, Əsəd, Ruslan, Rasim və mübahisə etdiyi Rövşən adlı şəxslər birlikdə kafeyə daxil olmuş, Əsəd, Ruslan və Muğan ondan “bu uşağı kim vurub” deyə soruşmuşlar. O isə onlara “mən vurmusam” demişdir. Bundan sonra yuxarıda qeyd olunan şəxslərə masa ətrafında əyləşmələrini və vəziyyəti izah edə biləcəyini bildirmişdir. O, əvvəlcədən əyləşdiyi masaya qayıdan zaman Əsəd onun üzünə yumuruqla vurmuş, o, Əsədə tərəf çevrilmək istəyən zaman isə Muğa onu yumruqla vurmuş, bu vaxt arxadan tanımadığı bir nəfər şəxs onu boğub yerə yıxmışdır. Bundan sonra Bəxtiyar, Muğan, tanımadığı bir nəfər şəxs Əsəd və onun qohumu onu yerdə döymüşlər. Bundan sonra Rasim onları aralamaq üçün çalışmış və o onu döyənlərin əlindən qaçıb çıxmışdır. Kafedən çıxan kimi üzünü yumaq üçün su olan yerə getmiş, bu vaxt adlarını qeyd etdiyi şəxslər çay evindən çıxıb ona yaxınlaşıb və onu döyməyə davam etmişlər. Bundan sonra o uca səslə qışqırmış, bundan sonra adları qeyd olunan şəxslər onu buraxıb qaçmışlar, bundan başqa o ifadəsində dava-dalaş təxminən 1 saata yaxın davam etdiyini, dava-dalaş zamanı çayxananın içərsində Dəniz və Ayşən adlı qızların olduğunu, kənar şəxslərin olmadığını çayxanada heç bir əşya sınmadığını bildirmişdir. Yekunda təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı şikayət tələbinin olmadığını göstərərək buna dair müvafiq ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs uzun illərdir ki, tanıyır. Namiqlə heç bir düşmənçilik və ya ədavəti yoxdur. Namiqə bir neçə dəfə eyni masa arxasında əyləşib çörək yemişdir. O, Azərbaycan Respublikası MN-nin N nömrəli hərbi hissəsində MAXE işləyir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Goranboy şəhərində Şahmat məktəbinin yanında yerləşən çay evinə gəlmiş, təxminən 1 saat çay evinə oturduqdan sonra Namiqə zəng etmiş, pivə içməyə dəvət etmiş, Namiq çay evinə gələnə kimi onu dostları çağırmış, Namiq çay evinə gəlib bir ədəd pivə sifariş etdikdən sonra o Namiqə “sən 5 dəqiqəyə otur qayıdıram” deyərək çayxanadan çıxıb getmişdir. O, sonradan öyrənmişdir ki. çayxanadan çıxandan sonra onunla əyləşən dostları Ruslan, Rasim, Bəxtiyarda kafedən çıxmış, Namiq onun qohumu Şahid3 ilə çayxanada qalmışdır. O, Goranboy şəhərində yerləşən Atıra adlı kafeyə getmiş, dostları ilə oturmuş, təxminən saat 22 radələrində çay evində işləyən Ayşən adlı xanım ona zəng edərək dava düşdüyünü, qorxduğunu, çay evinə gəlməyini xahiş etmişdir. O, tez həmin çay evinə getmiş, çay evinə çatan zaman Namiqin çay evinin çöl hissəsində yerdə başının qanadığını, həmin vəziyyətdə yerdə uzandığını görmüşdür. O, Namiqdən nə baş verdiyini soruşmuş. Namiq yıxılaraq xəsarət aldığını demişdir. O, çay evinə çatdıqdan təxminən 1-2 dəqiqə sonra polis əməkdaşları çay evinə gəlmiş, o, polis əməkdaşları ilə birlikdə köməkləşib Namiqi yerdən qaldırdıq və çay evinin içərisinə gətirmişlər. Namiq yenə polis əməkdaşlarına döyülmədiyini, yıxılaraq xəsarət aldığını demişdir. Sonra polis əməkdaşları ilə birlikdə Namiqi Goranboy rayon Mərkəzi xəstəxanasına aparmışlar. O, dava vaxtı orada olmadığı üçün Namiqi döyən şəxsləri görmədiyini. Namiqin kim tərəfindən, nə ilə döyüldüyünü görmədiyini, Namiqi döymədiyini və ona heç xəsarət yetirmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Əsədlə qohumu Məryəmin vasitəsi ilə tanış olmuş, Məryəm ona Goranboy rayonunda işləməyi təklif etmişdir. Məryəm qeyri rəsmi yaşadığı Əsədin Goranbovda kafe işlətdiyini və onun yanında xidmətçi işləyə biləcəyini demiş, o da məryəmlə razılaşıb Bakı şəhərindən çıxıb Goranboya gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Namiqlə əynində hərbi forma olan bir nəfər masa arxasında əyləşib pivə sifariş etmiş, o da pivə vermişdir. Namiqlə həmin şəxs qarşılıqlı pivə içmiş, həmin vaxt onunla birlikdə işləyən dənizdə çayxanada olmuşdur. Bir müddət keçdikdən sonra mahnı üstündə Namiqlə həmin şəxsin mübahisə etdiklərini görmüş, o isə ilk əvvəl onların mübahisələrinə qarışmamış, bundan sonra mübahisə ayaq üstündə davam etmişdir. Bu vaxt Namiq içdiyi pivə bakalını götürüb həmin tanımadığı şəxsi vurmaq istəyən zaman o həmin bakalı Namiqin əlindən almış, bundan sonra Əsədə zəng edərək çayxanada dava-dalaş olduğunu bildirmişdir. Bundan sonra Əsəd 3-4 nəfər tanımadığı şəxslə içəri daxil olmuş və Namiq həmin şəxsləri görüb çayxanadan çıxmışdır. Bundan sonra onların arasında dava-dalaş olmasını eşitmiş, lakin o qorxduğu üçün çölə çıxmamışdır. Onların aralarında nə baş verdiyini bilməmişdir. Bir müddət sonra polis əməkdaşları Namiqi üzü gözü qanlı halda içəri gətirmiş və Namiqin üzünü yumuşlar. Bundan başqa Namiqi çayxananın içərsində heç kimin döymədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə evindən çıxıb Goranboy rayonunda yerləşən Şahmat məktəbinin yanındakı çay evinə gəlmiş, yolda gələn zaman həmkəndlisi və dostu Yusif adlı polis əmədaşı ilə danışmış, Yusifə çay evində olacağını və görüşüb çay içmək istədiyini bildirmişdir. Yusif onunla razılaşmış və ona işlərini görüb çay evinə gələcəyini bildirmişdir. Bundan sonra o çayxanada əyləşib bir ədəd pivə sifariş etmiş, Ayşən pivəni gətirib masaya qoymuş, o da pivəsini içməyə başlamışdır. Bu vaxt bir nəfər içəri daxil olmuş, həmin şəxsin Namiq olduğunu görmüşdür. Əvvəllər Namiqlə onun heç bir münasibəti və ya düşmənçiliyi olmamışdır. O içəri daxil olan kimi ondan Əsədi soruşmuş, o isə Namiqə Əsədin olmadığını demişdir. Bundan sonra Namiq onun oturduğu masaya yaxınlaşıb onun yanında əyləşmişdir. Namiq onun yanında oturduqdan sonra ona demişdir ki, "mənə siqaret ala bilərsənmi?", o isə pulunun olmadığını və bir ədəd pivə ala biləcəyini demişdir. Namiq də onunla razılaşmışdır. O da söz verdiyi kimi Namiq üçün bir ədəd pivə sifariş etmiş, Namiq pivəni onunla birlikdə içmiş, həmin vaxt çayxanada musiqidə olmuşdur. Namiq ona demişdir ki, “telefonunu ver bir mahnı qoyum". O isə Namiqə telefonu verə bilməyəcəyini demiş, bu vaxt Namiq onu 2 dəfə yumuruqla vurmuş, o da Namiqin əlindən çıxıb çölə qaçmışdır. O çaxanadan çıxan zaman Yusifi görmüş, Yusif ondan hara qaçdığını soruşmuş, o isə ona içəridə olan Namiqin onu vurduğunu demişdir. Yusif ona “gəl gedək sizi barışdırım” demiş, bundan sonra o, Yusiflə birlikdə çayxanaya qayıtmışdır. Yusif Namiqlə onu barışdırmışdır. Bundan sonra onlar üçü masa arxasında əyləşib pivə içmişlər. Bu vaxt Əsəd çayxanaya daxil olmuş, onlarla salamlaşıb görüşmüş, Əsədin arxası ilə 3 nəfər tanımadığı şəxs çayxanaya daxil olub Namiqə yaxınlaşmış, həmin şəxslər Namiqdən nə üçün onu döydüyünü soruşmuşlar, Namiq həmin şəxslərə nə isə demiş, lakin həmin söz onun yadında qalmamışdır. Həmin sözdən sonra onların aralarında mübahisə yaranmışdır. Bu vaxt ona zəng gəlmiş və o çayxanadan çıxıb çöldə danışmışdır. O isə çağırıldığı üçün çayxanaya qayıtmamış, bu vaxt Yusif çayxanadan çıxmış, o, Yusifə işdən çağrıldığını deyərək çıxıb getmişdir. Bundan başqa o çayxanadan çıxandan sonra çayxananın içərsindən dava-dalaş səslərinin gəldiyini, Namiqi vurmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 07 mart 2023-cü il tarixli prtokoldan görünür ki, Goranboy rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı X1 Namiq Musa oğlunun şikayət ərizəsi ilə əlaqədar hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. Baxış Goranboy şəhərində yerləşən çay evində keçirilir. Goranboy şəhərində Şahmat məktəbinin yanında yerləşən çay evinin üzərində ad yazılmamışdır. Çay evinin həyətində iki ədəd besetka vardır. Çay evinin giriş qapısı şüşə və plastikdəndir. Giriş qapısına dəmir barmaqlıqlar yerləşdirilmişdir. Çay evinin içərisində sağ tərəfdə yuxarı hissədə vətəndaş Zərərçəkmiş şəxs barın qarşısında döyüldüyü yeri göstərmişdir. Həmin yerdə qan və ya maddi sübut əhəmiyyət kəsb edən sübut aşkar olunmamışdır. Daha sonra Zərərçəkmiş şəxs çay evinin həyətində döyüldüyü yeri göstərmişdir. Həmin yerdə də qan və ya maddi sübut əhəmiyyət kəsb edən sübut aşkar olunmamışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya birliyi publik hüquqi şəxsin 08 aprel 2023-cü il tarixli, 209 nömrəli (canlı şəxsin ekspertizası) rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər - sağ gözün alt və üst apaqlarında qançırlar, sol göz almasına qansızmalar küt əşyanın (alətin) təsirinən əmələ bilərdilər, təpə nahiyəsində yaralar kəsici-deşici əşyanin ola bilsin bıçağın təsirindən əmələ gəlmişlər, yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğundurlar, ağırlıq dərəcələrinə görə sağ göztin alt yə üst qapaqlarının qançırları sağ almasına qansızmalara birlikə sağlamlığa qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aiddir, başın tüklü hissəsində yaralar sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilmir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmədə dindirmə protokolu”ndan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ilə üzləşdirilən zaman Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı demiş, Təqsirləndirilən şəxs2 isə onun ifadəsində göstərdiklərini qismən təsdiq edərək Namiqi yumruq və şillə ilə vurduğunu bildirmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmədə dindirmə protokolu”ndan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ilə üzləşdirilən zaman Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xtisusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı demiş, Təqsirləndirilən şəxs1 isə onun ifadəsində göstərdiklərini qismən təsdiq edərək Namiqi vurmadığını bildirmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy rayon İcra Hakimiyyəti Başçısının Veyisli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfdən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 18 noyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Qasımov X5 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 04 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cli il tarixli qərarı ilə Milli Məclisin xx.xx.2023cü il tarixli Amnistiya qərarına əsasən cəzası 1 il azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasını çəkib qurtarmışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 18 noyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2 və 62-ci maddələri ilə təqsirli bilinərək 400 manat cərimə cəzasına məhkum edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Gəncə Hərbi Məhkəməsinin 1-1(095)-165/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib həmin məcəllənin 62-ci maddəsi tətbiq edilərək 400 (dörd) yüz manat miqdarında cərimə cəzasına məhkum edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 1(045)-63/2021 nömrəli, hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs2 faktiki olaraq 14 mart 2021-ci il tarixdən 30 iyun 2021-ci il tarixədək 03 (üç) ay 16 (on altı) gün müddətində həbsdə və ev dustaqlığında olması nəzərə alınaraq, ona təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 07 (yeddi) ay 02 (iki) gün çıxılmış, üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 7(045)-76/2021 nömrəli qərarından görünür ki, Goranboy Rayon Məhkəməsinin 1(045)-63/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsi tətbiq edilərək 1 il 4 ay 28 gün müddətinə azadlığın məhdudulaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudulaşdırılması cəzasının çəkilməmiş hissəsi “28 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarına əsasən bir il müddətinə azaldılmışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy rayon İcra Hakimiyyəti Başçısının Yenikənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfdən verilmiş 173 nömrəli, 01 dekabr 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Cəmşi oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunur; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçmək haqqında” 07 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altın vermə qətimkan tədbiri seçilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçmək haqqında” 07 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altın vermə qətimkan tədbiri seçilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy Rayon Məhkəməsinin 4(045)-75/2023 nömrəli, 30 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 29 dekabr 2023-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy Rayon İcra və Probasiya Şöbəsinin 237877/2022 nömrəli, 23 may 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 400 manat cəriməni tam şəkildə ödəmiş və cəzasını xx.xx.2022-ci il tarixdə çəkib qurtarmışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş İ- 10577, İ-61857 və İ-3673 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 “Suqovuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Cəsur döyüşçü medalları ilə təltif edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş 13706 nömrəli “Xəstəlik haqqında Şəhadətnamə”dən və ona əlavə edilmiş tibbi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 sağrı nahiyəsində yumşaq toxumada bir ədəd metal qəlpə müşahidə olunur, partlayış zamanı qapalı kəllə-beyin travması keçirmiş, baş beyin silkələnməsindən sonrakı vegativ-damar davamsızlığı və mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli davranış pozuntuları, ağıreşitmə mövcuddur. Elektron məhkəmə informasiya sistemində Təqsirləndirilən şəxs2 qohumluq məlumatlarından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 övladları X4 xx.xx.2013-cü il tarixdə, X7 xx.xx.2019-cu il tarixdə, X2 xx.xx.2016-cı il tarixdə doğulmuşdur. Məhkəmə, təqsirləndirilən şəxslərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan əməllərin törədilməsi Təqsirləndirilən şəxs2 qismən etirafından başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıqaşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 törətdiyi xuliqanlıq əməlini etiraf etməməsi barədə ifadəsini özünümüdafiəsinə yönəlmiş ifadə kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında birbirini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin elan edilmiş ifadəsi, şahid ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Belə ki, üzləşdirmə protokollarında, xüsusilə xx.xx.2023-cü il tarixli “üzləşdirmədə dindirmə protokolu”nda Zərərçəkmiş şəxs cinayət işi üzrə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ilə üzləşdirilən zaman Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı deməsi və Təqsirləndirilən şəxs1 isə onun ifadəsində göstərdiklərini qismən təsdiq edərək Namiqi vurmadığını bildirməsi, yəni Təqsirləndirilən şəxs1 qeyri-müəyyən ifadə verməsini də nəzərə alır. Beləliklə, məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək zərərçəkmiş şəxsə xəsarət yetirməklə xuliqanlıq etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslər barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: zərərçəkmiş şəxslə barışmasını, ona qarşı şikayət və tələbin olmamasını; qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını; “Vətən müharibəsi” iştirakçısı olmasını və göstərdiyi şücaətlərə görə medallarla təltif edilməsini; İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsi) nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində Goranboy Rayon Məhkəməsinin 4(045)-75/2023 nömrəli, 30 dekabr 2023-cü il tarixli qərar ilə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını; zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində üç azyaşlı uşağının olmasını. İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3cü maddəsi) nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52- 1 maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Goranboy rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 Təqsirləndirilən şəxs1 və Müdafiəçi1 isə Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə etmələrinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, vəkillər tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirərək hesab edir ki, Müdafiəçi2 və Müdafiəçi1 məhkəmədə iştirak etdikləri 21 (iyirmi bir) iş saatı üçün hər birinə 126 (yüz iyirmi altı) manat məbləğində vəsait Goranboy rayon Vəkil Bürosunun hesabına Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayıt işi üzrə Goranboy Rayon Məhkəməsinin 4(045)-75/2023 nömrəli, 30 dekabr 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 21 (iyirmi bir) iş saatı üçün hər birinə 126 (yüz iyirmi altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 21 (iyirmi bir) iş saatı üçün hər birinə 126 (yüz iyirmi altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: imza Hakim Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar