Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-14/2024 25.01.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1990-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1 və 178.2.1-ci maddələrində, xx.xx.1972-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 2 ünvanda yaşayan və barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək xx.xx.2023cü il tarixdə saat 11 radələrində Goranboy rayonu, Heydər Əliyev prospektində yerləşən Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasına daxil olaraq qrupun üzvü Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs fikrini yayındırmasından istifadə edərək sonuncunun onu görməməsindən əmin olduqdan sonra mağazanın içərsində olan piştaxtanın üzərindəki 2000 manat pul vəsitini gizli olaraq talayıb, zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, satış məqsədi olmadan, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 0,232 qram olan narkotik vasitə hesab edilən heroini 1 ədəd qızılı rəngli kağız kəsiyi bükümündə qablaşdırılmış halda əynində olan göy rəngli şalvarının sağ yan cibində daşıyaraq saxlamış, 21 oktyabr 2023-cü il tarixdə saat 17 radələrində Goranboy rayon polis şöbəsinin əməkdaşları tərəfindən Mingəçevir şəhəri, Xətai küçəsində saxlanılaraq Goranboy rayon polis şöbəsinə gətirilib üzərinə axtarış və götürmə aparılan zaman qeyd olunan narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 20 oktyabr 2023-cü il tarixdə saat 11 radələrində Goranboy rayonu, Heydər Əliyev prospektində yerləşən Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasına daxil olaraq qrupun üzvü Təqsirləndirilən şəxs1 mağazada olan pulu oğurlaması üçün münbit şərait yaratmaq məqsədi ilə Zərərçəkmiş şəxs fikrini yayındırmış, həmin müddət ərzində Təqsirləndirilən şəxs1 mağazanın içərsində olan piştaxtanın üzərindəki 2000 manat pul vəsitini gizli olaraq talayıb, zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 3 ünvanda yaşayır. Təqsirləndirilən şəxs2 onun qonşusudur, Zakirlə yaxşı münasibəti var. xx.xx.2023-cü il tarixdə saat təxminən 09 radələrində Təqsirləndirilən şəxs2la birlikdə evinin yaxınlığıda yerləşən çay evində oturub çay içən zaman o, Zakirə Goranboy rayonunda əsgər yoldaşının olduğunu və gedib onu görmək lazım olduğunu bildirmişdir. Zakir də onunla razılaşaraq Goranboy rayonuna getmək üçün Bakı-Qazax yolunun kənarına gəlmişlər və oradan tanımadığı bir avtomobilə əyləşib Goranboy rayonuna gəlmişlər. O, Zakirə həmin əsgər yoldaşının bazarda işlədiyini bildirmiş, ona görə onlar Goranboy rayonunun mərkəzi bazarına getmiş, lakin o, əsgər yoldaşı Samiri tapa bilməmişdir. Bundan sonra Zakirlə birlikdə Mingəçevirə qayıtmalı olmuş, o, yol üstü mağazalardan birinə siqaret almaq üçün daxil olmuş, həmin vaxt Zakir mağazadan çöldə gözləmiş, o, mağazanın içərsində yaşlı bir satıcı olduğunu və piştaxtanın üzərində çoxlu pul olduğunu və həmin pulların müxtəlif növ pul əskinazları olduğunu görmüşdür. O, mağazadan çıxıb Zakirin yanına getmiş, mağazada çoxlu pul olduğunu və həmin pulları oğurlamağa kömək etməli olduğunu bildirmişdir. Zakir də onunla razılaşmış və onlar birlikdə mağazaya yenidən daxil olmuşdur. Zakir mağazanın içərsində olan “Hell” içkiləri satılan soyuducuya yaxınlaşmış, mağazada satıcı işləyən yaşlı kişini yanına çağıraraq suların qiymətlərini soruşmağa başlamışdır. O da satıcının başının Zakirə qarışdığından istifadə edərək piştaxtanın üzərində olan pulları götürüb mağazadan çıxmış, onun arxasınca Zakir də mağazadan çıxmışdır. Bundan sonra onlar Mingəçevir şəhərinə gedən ümumi istifadə üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsinə əyləşib Mingəçevir şəhərinə getmişlər. Mingəçevir şəhərində yerləşən evindən təxminən 300 metr kənarda yerləşən satdionun yanına getmiş və o, üzərində olan pulları çıxarıb saymış, həmin vaxt Zakir də onun yanında olmuşdur. Pulları saydıqdan sonra 1680 manat olmasını bilmiş və onlar pulları yarı-yarıya bölmüşlər. Bundan sonra həmin puldan bir qədərini borcları və ehtiyacları üçün xərcləmişdir. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində yaşadığı küçədə piyada gəzən zaman 1 ədəd siqaretin qızılı kağız bükümü diqqətini cəlb etmiş, həmin bükülüyə baxan zaman içərsində narkotik vasitə olan heroin olduğunu görmüşdür. O, narkotik vasitə aludəçisi olduğu üçün həmin bükümü cibinə qoymuşdur. Bundan sonra saat təxminən 17 radələrində yaşadığı küçədə olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra oğurluqda şübhəli olduğunu bildirirərək onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində polis əməkdaşları özünün istəyi ilə dəvət edilmiş vəkil Müdafiəçi1 ona təqdim edib, onların iştirakı ilə üzərində razılığı əsasında videoçəkiliş vasitəsiylə şəxsi axtarış aparmışlar. Axtarış zamanı əynində olan göy rəngli şalvarının qabaq sağ cibindən oğurluq nəticəsində əldə etdiyi pulu və 1 ədəd bükümdə olan narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Son olaraq əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, onunla barışdığını və zərərçəkmiş şəxsin ondan şikayətçi olmadığını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Verilən suala cavab olaraq bildirdi ki, onlar oğurladıqları 2000 manat pulun bir qismini həmin günü yeyib-içməyə və əyləncələrə xərcləmişlər, yerdə qalan 1680 manat puul öz aralarında bölərək bir qismini də digər ehtiyacları üçün xərcləmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 4 ünvanda yaşayır. Təqsirləndirilən şəxs1 onun qonşusudur, Kənanla yaxşı münasibəti var. xx.xx.2023-cü il tarixdə saat təxminən 09 radələrində Təqsirləndirilən şəxs1lə birlikdə evinin yaxınlığıda yerləşən çay evində oturub çay içən zaman Təqsirləndirilən şəxs1 Goranboy rayonunda əsgər yoldaşı olduğunu və gedib onu görmək lazım olduğunu bildirmiş, o da onunla razılaşaraq Goranboy rayonuna getmək üçün Bakı-Qazax yolunun kənarına çıxmışlar və oradan tanımadıqları bir avtomobilə əyləşib Goranboy rayonuna gəlmişlər. Kənan əsgər yoldaşının adının Samir olduğunu və bazarda işlədiyini bildirmişdir. O, Kənanla birlikdə Goranboy rayonunun mərkəzi bazarına getmiş və Samiri tapa bilməmişlər. Bundan sonra Kənanla birlikdə Mingəçevirə qayıtmalı olmuşlar. Təqsirləndirilən şəxs1 yol üstü mağazalardan birinə siqaret almaq üçün daxil olmuş, o isə mağazadan çöldə gözləmiş, bir qədər sonra Kənan onun yanına gələrək ona mağazada yaşlı bir satıcı olduğunu və piştaxtanın üzərində çoxlu pul olduğunu bildirmişdir. Bundan başqa Kənan ona pulları oğurlamağa kömək etməyini demişdir. O da Kənanla razılaşmışdır və mağazaya daxil olan kimi mağazada yerləşən “Hell” içkiləri satılan soyuducuya yaxınlaşmış, mağazada satıcı işləyən yaşlı kişini yanına çağıraraq suların qiymətlərini soruşmağa başlamış, onun bu hərəkətləri etməyinin səbəbi isə pulları Kənanın görünmədən rahatçılıqla oğurlaması üçün şərait yaratmaq olmuşdur. Bundan sonra kişinin başını qatmış, Kənan mağzadan çıxan kimi heç nə almayaraq mağazadan çıxmışdır. Bundan sonra onlar Mingəçevir şəhərinə gedən ümumi istifadə üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsinə əyləşərək çıxıb getmişlər. Mingəçevir şəhərində yerləşən evindən təxminən 300 metr kənarda yerləşən satdionun yanına getmiş və Kənan üzərində olan pulları çıxarıb saymışdır. Həmin vaxt o da Kənanın yanında dayanmışdır. Pulları saydıqdan sonra 1680 manat olmasını bilmiş və onlar pulları yarı-yarıya bölmüşlər. Bundan sonra həmin puldan bir qədərini borcları və ehtiyacları üçün xərcləmişdir. Son olaraq əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, onunla barışdığını və zərərçəkmiş şəxsin ondan şikayətçi olmadığını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Verilən suala cavab olaraq bildirdi ki, onlar oğurladıqları 2000 manat pulun bir qismini həmin günü yeyib-içməyə və əyləncələrə xərcləmişlər, yerdə qalan 1680 manat puul öz aralarında bölərək bir qismini də digər ehtiyacları üçün xərcləmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Goranboy şəhəri H.Əliyev prospektində yerləşən adı olmayan ərzaq mağazası ona məxsusdur. Həmin mağazanı o, 20 ildən artıq müddətdir ki, işlədir. Mağazada müxtəlif növ ərzaq mallarının satışı ilə məşğul olur. Mağazada satıcı kimi özü fəaliyyət göstərir, heç bir başqa işçisi yoxdur. O, bir neçə gündür ki, mağazada firmalar tərəfindən nağdsız alışveriş etdiyi karta pul yükləmək üçün 2000 manat pul toplamışdır. xx.xx.2023-cü il tarixdə sat 09:30 radələrində mağazaya hər zaman çörək gətirən şəxs çörək gətirmiş, o, həmin vaxt şalvarının sağ yan cibindən topladığı pulları çıxarmış, çörək gətirən şəxsə 4 manat 80 qəpik pul ödəmiş, qalan 2000 manat pulu isə mağazada olan soyuducunun rəf hissəsinə qoymuşdur. Bu zaman mağazaya əvəllər tanımadığı 28-30 yaşlarında orta bədən quruluşlu, orta boylu, qara saçlı şəxs daxil olmuş, araqlarla maraqlanmağa başlamış, daha sonra ondan 250 ml ölçüdə olan araq istəmiş, onun arxasınca soyuducunun arxa hissəsinə girmək istəmiş, o, həmin şəxsə rəfin arxasına girməyə icazə olmadığını bildirmişdir. Həmin şəxsə 250 ml araq vermiş, həmin adam arağa baxmış və ona həmin araq acıdır olduğunu deyib mağazadan uzaqlaşmışdır. O isə mağazada çörəyi yerbəyer etməyə başalmış, pul isə qoyduğu yerdə qalmışdır. Təxminən 5 dəqiqə sonra həmin şəxs başqa bir 30-35 yaşlarında arıq bədən quruluşlu, başında papağı olan şəxslə mağazaya gəlmiş, ilk dəfə mağazaya gələn şəxs soyuducu tərəfə gedib araqlara baxmağa başlamış, onunla gələn şəxs isə ondan spirtli içki olan energetik içki istəmiş, o isə mağazanın künc hissəsində olan soyuducunu əli ilə göstərərək orada spirtli energetik içkinin olmasını demişdir. Həmin şəxs isə ona “gəl özün aç ver” demişdir. O, həmin vaxt onu çağıran şəxsin yanına getdiyi üçün arxada olan soyuducunu görməmiş, soyuducudan götürdüyü energetik içkini həmin şəxsə vermiş, o isə içkini götürüb baxmış və müxtəlif bəhanələr edərək başqasını istədiyini demişdir. Bu zaman ilk olaraq mağazaya daxil olan şəxs mağazadan çıxıb getmişdir. Təxminən 2 dəqiqə sonra energetik içki götürən şəxs də həmin yerdən uzaqlaşıb getmişdir. Onlar getdikdən bir neçə dəqiqə sonra o, soyuducunun ön hissəsinə qoyduğu 2000 manat pulun yerində olmadığını görmüşdür. Həmin vaxt onların arxası ilə Goranboy şəhərinə çıxmış, ancaq həmin şəxsləri tapa bilməmişdir. Bundan sonra o, ərizə ilə Goranboy Rayon Polis Şöbəsinə müraciət etmiş və bir gün sonra həmin şəxslər polis əməkdaşları tərəfindən tutulub saxlanmışdır. Son olaraq təqsirləndirilən şəxslərin ondan oğurladıqları 2000 manat məbləğində pulu geri qaytardıqlarını, onlarla barışdığını, onlara qarşı şikayətinin və tələbinin olmadığını bildirərək, buna dair ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, hazırda Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə Goranboy RPŞ-nin TB-dən əməliyyat xidmətinə Goranboy rayonu, Qarasüleymanlı kənd sakini Zərərçəkmiş şəxs mağazasından 2000 manat pulunun oğurlanması barədə əməliyyat tapşırığı daxil olmuşdur. Zərərçəkmiş şəxs mağazasından oğurluq edən şəxslərin müəyyən edilməsi məqsədi ilə CAB-ın əməliyyat müvəkkili Şahid1 ilə birlikdə bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilmiş və əməliyyat tədbirlərinin nəticəsində Zərərçəkmiş şəxs mağazasından oğurluq edən şəxslərin Mingəçevir şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olması müəyyən edilərək həmin şəxslər polis şöbəsinə gətirilmışdir. Həmin şəxslər dindirilməsi üçün Goranboy RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru Nurlan Allahverdiyevə təqdim edilmiş, Nurlan Allahverdiyev tərəfindən ilk əvvəl Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edilərək o, Şahid1 və vəkil Müdafiəçi1 iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmasına başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində olan əşyaları könüllü təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkçənin qabaq sağ cibindən 6 ədəd 100 manatlıq, 2 ədəd 20 manatlıq, 4 ədəd 10 manatlıq, 4 ədəd 5 manatlıq, 1 ədəd 1 manatlıq əskinaslardan ibarət ümumilikdə 701 manat pullu təqdim edərək həmin pulların oğurluq yolu ilə əldə etdiyini bildirmişdir. Bundan sonra ondan üzərində qanunsuz hər hansı əşya və ya predmet olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs1 əynində göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd bükümü təqdim edərək içərsində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Aşkar edilmiş bükülüyə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş heroini yaşadığı küçədən tapdığını, həmin narkotik vasitədən özü istifadə üçün üzərində saxladığını bildirmişdir. Bundan başqa onun üzərindən 1 ədəd boş şüşə və 1 ədəd telefon aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş pul əskinasları və heroinə bənzər kütlə qablaşdırılmış və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 121 saylı möhürü ilə möhürlənərək ekspertiza tədqiqatına təqdim olunması üçün götürülmüşdür. Bundan sonra o, müstəntiq tərəfindən tərtib edilmiş sənədləri isə digər iştirakçılar ilə birlikdə imza etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində eyni əsaslarla şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmış və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən 600 manat pul vəsiati aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 iş üzrə digər Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” 20 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin TB-nin baş təhqiqatçısı X5, Goranboy RPŞ-nin əməliyyat müvəkkili X2, Zərərçəkmiş şəxs, Goranboy RPŞ KİQ-nın baş inspektoru X4 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, mağazanın giriş hissəsi şüşədəndir, mərkəzi hissəsi iki taylı açılan qapıdan ibarətdir. Mağazaya daxil olduqda sağ hissədə içərisində müxtəlif növ pivə və içkilər olan soyuducu, mərkəzi hissədə yerləşən tərəzinin sağ hissəsində içərisində içkilər və quş yumurtaları olan soyuducu yerləşir. Mağazanın hər tərəfində müxtəlif növ içkilər, ərzaqlar, şirniyyatlar və saç şampunları vardır. Vətəndaş Zərərçəkmiş şəxs soyuducunun arxa hissəsində olan yerdə rəfin üzərinə 2000 (iki min) manat pulunu açıq şəkildə qoyduğu yeri göstərdi. Həmin yerdə sellofan torbalar və post-terminal yerləşir. Zərərçəkmiş şəxs onun mağazasına saat 09:30 radələrində gələn iki nəfər şəxslərdən başında idman papaq və əynində açıq rəngli gödəkçə olan şəxsin onun diqqətini giriş hissədə olan soyuducuya qatdığını, digər qulağında telefon, əlində sellofan torba olan şəxsin mağazadan çıxıb getdikdən sonra 2000 (iki min) manat pulunun oğurlandığını aşkar etdiyini bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs onunla qonşuluqda olan “Aydan butik” adlı mağazada quraşdırılan videomüşahidə kamerasından götürülmüş bir ədəd CD-R diski təqdim etmiş və həmin disk maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür; “Video diskə baxış keçirilməsi” haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, görüntünün 21 dəqiqə 42-ci saniyəsində Təqsirləndirilən şəxs1 sağ əlində olan telefonu sağ qulağında tutaraq, sol əlində sellofan torba ilə müşahidə kamerasının altından keçərək Zərərçəkmiş şəxs mağazasının pilləkəninə tərəf gedərək pilləkəndə dayanması, onun arxası ilə gələn Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs mağazasına daxil olması, onun arxası ilə Təqsirləndirilən şəxs1 mağazaya daxil olması, videogörüntünün 22 dəqiqə 47 saniyəsində mağazanın daxilindən Təqsirləndirilən şəxs1 sol qulağında telefon tutaraq və sağ əlində sellofan torba ilə çıxaraq, arxaya tərəf boylanması, daha sonra onun arxası ilə Təqsirləndirilən şəxs2 əlində içki ilə mağazadan çıxaraq müşahidə kamerası istiqamətində gəlmələri, Təqsirləndirilən şəxs1 avtomobil yoluna tərəf, Təqsirləndirilən şəxs2 isə müşahidə kamerasının altından keçməsi, bundan sonra həmin yerdə müxtəlif insanların və yolla avtomobillərin keçməsi əks olunmuşdur; “Şəxsin şübhəli şəxs qismində tutulması” haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 azadlığı faktiki olaraq xx.xx.2023-cü il tarixdə saat 16:55dən məhdudlaşdırılmışdır; “Şəxsi axtarış və götürmə” barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkçənin qabaq sağ cibindən 6 ədəd 100 manatlıq, 2 ədəd 20 manatlıq, 4 ədəd 10 manatlıq, 4 ədəd 5 manatlıq, 1 ədəd 1 manatlıq əskinaslardan ibarət ümumilikdə 701 manat pulu təqdim edərək həmin pulların oğurluq yolu ilə əldə etdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 əynində göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd bükümü təqdim edərək içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Aşkar edilmiş bükülüyə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Bundan başqa onun üzərindən bir ədəd boş şüşə qab və bir ədəd telefon aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 üzərində olan narkotik vasitə - heroinə bənzər kütlə və yuxarıda qeyd olunan miqdarda və növdə pullar iş üçün əhəmiyyətli olduğundan Goranboy RPŞ-nin əməkdaşları tərəfindən götürülmüşdür; “Şəxsin şübhəli şəxs qismində tutulması” haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 azadlığı faktiki olaraq xx.xx.2023-cü il tarixdə saat 17:00dan məhdudlaşdırılmışdır; “Şəxsi axtarış və götürmə” barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli şalvarının qabaq sağ cibindən 6 ədəd 100 manatlıq əskinaslardan ibarət ümumilikdə 600 manat pulu təqdim edərək həmin pulların oğurluq yolu ilə əldə etdiyini bildirmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmış və üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 600 manat pul iş üçün əhəmiyyətli olduğundan Goranboy RPŞ-nin əməkdaşları tərəfindən götürülmüşdür; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 16/1058 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində imzalar olan kağız paketdəki 1 (bir) ədəd qızılı kağız bükümdə olan 1(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,232 qram olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manatdır; Goranboy Rayon Məhkənəsinin “qətimkan tədbirinin seçilməsi” barədə xx.xx.2023-cü il tarixli, 4(045)-62/2023 nömrəli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir; Goranboy Rayon Məhkənəsinin “qətimkan tədbirinin seçilməsi” barədə xx.xx.2023-cü il tarixli, 4(045)-62/2023 nömrəli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2024-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ödənilməmiş və ya götürülməmiş məhkumluğu yoxdur; Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-154/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona qəti olaraq 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir; Mingəçevir Şəhər Məhkəməsinin hökmün icrası barədə göstərişdən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-154/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 2083 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür; “Sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş 1 ədəd sellofan kəsiyi bükümündə qablaşdırılmış ekspertizadan sonra qalıq çəkisi 0,182 qram narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərindən şəxsi axtarış və götürmə aparılan zaman onlardan götürülmüş 1301 manat pul maddi sübut kimi tanınmışdır; Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, o, maddi sübut olan 1301 manat pulu Goranboy RPŞ-də müstəntiqdən təhvil almışdır; Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyan tam həcmdə ödənilmiş, ona görə onlardan heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə, təqsirləndirilən şəxslərin ifadədan görülərini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 tərəfindən CM-in 234.1 və 177.2.1 -ci maddələrində, Təqsirləndirilən şəxs2 tərəfindən isə CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın İ siyahısının 83-cü qrafasına əsasən narkotik vasitə hesab edilən heroinin xeyli miqdar daxil olmaqla, aşağı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə heroinin təmiz çəkisi 0,232 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. CM-in 177.2.1-ci maddəsinə əsasən, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Həmin Qərarın 11-ci bəndində qeyd edilir ki, CM-in 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-in 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-in 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlləri 234.1 və 177.2.1-ci, Təqsirləndirilən şəxs2 əməli isə CM-in 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onların barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf edib peşman olmasını; zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsi və onunla barışmasını; yaşayış və qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Mingəçevir şəhəri 8 saylı MİS tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli xasiyyətnamə). Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə, 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər (bu halda məhkəmə CM-in 68.1.1-1-ci maddəsini rəhbər tutaraq hesab edir ki, iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrumetməyə bərabər hesab olunmalıdır). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 hazırkı cinayət əməllərini Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-154/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü çıxarılmazdan əvvəl, yəni 20-21 oktyabr 2023-cü il tarixlərdə törətmişdir. Buna görə də CM-in 66.5-ci maddəsinə əsasən həmin hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Nəzərə alınmalıdır ki, həmin hökmlə Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzası təyin edilərək cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansa da, Təqsirləndirilən şəxs1 hazırda (Goranboy Rayon Məhkəməsinin icraatında olan iş üzrə) həbsdə olması nəzərə alınmışdır. Yəni, faktiki olaraq İsayev X3 Şəhər Məhkəməsinin 1(051)- 154/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməmişdir. Bu səbəbdən də Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(051)-154/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla qəti cəza müəyyən edilməlidir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 CM-in 234.1 və 177.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli, ona 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə, 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzaları təyin edilməli, həmin cəzaları qismən toplamaq yolu ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli (CM-in 66.2, 68.1.1-1), Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-154/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla qəti cəza müəyyən edilməli (CM-in 66.2, 66.5), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 21 oktyabr 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməli (CM-in 93.1.2), iş üzrə maddi sübut - Goranboy RPŞ-yə saxlanca verilmiş 0,182 qram narkotik vasitə olan heroin məhv edilməli, ekspertiza tədqiqatının dəyəri ondan tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf edib peşman olmasını; zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsi və onunla barışmasını; yaşayış və qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Mingəçevir şəhəri 4 saylı MİS tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli xasiyyətnamə). Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə və ev dustaqlığında saxlanıldığı 3 (üç) ay 4 (dörd) gün (xx.xx.2023 - xx.xx.2024-cü il) həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-in 234.1 və 177.2.1-ci maddələrində, Təqsirləndirilən şəxs2 isə CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut – 1301 manat məbləğində pulun Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Goranboy Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 Təqsirləndirilən şəxs1, Müdafiəçi2 isə Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında hüquqlarının dövlət hesabına müdafiə edilməsinə görə xidmət haqqı dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi xidmətə görə Goranboy Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 məhkəmədə iştirak etdikləri hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 9 (doqquz) iş saatına görə hər birinə görə 54 (əlli dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 68.1.1-1-ci maddələrinə əsasən təyin edilmiş cəzaları (iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrumetməyə bərabər olmaq hesabı ilə, 3 il azadlığın məhdudlaşdırılması=1 il 6 ay azadlıqdan məhrum etmə) qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(051)-154/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni 21 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 tutulduğu və ev dustaqlığında saxlanıldığı 3 (üç) ay 4 (dörd) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 2 (iki) il 5 (beş) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Mingəçevir şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habələ cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut - Goranboy RPŞ-nin saxlancına verilmiş 0,182 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut - 1301 (bir min üç yüz bir) manat məbləğində pulun Zərərçəkmiş şəxs tərəfindən təhvil alınması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 30,4 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi xidmətə görə Goranboy Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 məhkəmədə iştirak etdikləri hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 9 (doqquz) iş saatına görə hər birinə görə 54 (əlli dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan (həbsdə saxlanılan şəxsə təqdim edildiyi andan) 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №1(045)-14/2024
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-14/2024
25.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver