Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-14/2025 30.01.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Verdiyev Ədalət Hüseyn oğlunun iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olan, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 noyabr 2024-cü il tarixdə, saat 00:30 radələrində Goranboy şəhəri V.Bayramov küçəsində yerləşən “Şəlalə” kafesinin qarşısında tanışı Zərərçəkmiş şəxs yumruqla qəsdən vuraraq sonuncuya sağ göz altı nahiyəsinin, sol göz ətrafının, sol gicgah nahiyəsinin və boyunun arxa səthinin hematomaları, sol gözün ağlı qışasına qansızmasından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmiş, bununla o, Zərərçəkmiş şəxs sağlamlığına qəsdən Yüngül Zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır, əvvəllər münasibəti normal olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Goranboy şəhərində yerləşən “Lux” marketdən 1 ədəd 250 ml-lik ölçüdə spirtli içki olan araq almış və yaşadığı ünvana qayıtmışdır. Yaşadığı evdə mağazadan aldığı spirtli içki olan arağı içmiş və daha sonra isə pivə içmək üçün Goranboy şəhəri V.Bayramov küçəsində yerləşən Vüsal Tağıyevin işlətdiyi adsız kafeyə getmişdir. Həmin gün saat təxminən 22:30 radələrində kafedə olan zaman Zərərçəkmiş şəxs kafeyə gəlmiş və masaların birində tanımadığı şəxsin yanında əyləşmiş, kafedə olan zaman Sərxan masada əyləşdiyi tanımadığı şəxslə uca səslə söhbət etdiyi üçün Sərxana “biraz yavaş danış” demiş, Sərxan isə cavabında ona “səndən icazə almalıyam?” deyə cavab vermişdir. O da Sərxana yenidən yavaş danışmasını demiş və həmin vaxt kafeyə daxil olan Vüsal Tağıyev ona yaxınlaşmış, mübahisə və dava-dalaş olmasın deyə onu kafedən çölə çıxartmışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 00:05 radələrində Goranboy şəhər V.Bayramov küçəsində yerləşən “Şəlalə” adlı kafeyə getmiş, orada olan zaman o, Şahid ona pivə və pendir verməsini istəmiş, Şahid isə ona kafeni bağladığını və buna görə də pivə və pendir verə bilməyəcəyini demiş, o isə Həsənə “sən ver, kafeni bağlayana kimi içib qurtaracam” demiş, lakin Həsən ona pivə və pendir verməmiş və kafeni bağladığını bildirərək onu küçəyə çıxartmışdır. Həmin gün saat təxminən 00:30 radələrində “Şəlalə” kafesinin qarşısında Zərərçəkmiş şəxs görmüş, kafenin qarşısında Sərxanla aralarında yenidən sözlü mübahisə yaranmışdır. Mübahisə zamanı o, əsəbiləşmiş və yumruqla bir dəfə qəsdlə Sərxanın burun nahiyyəsindən vurmuş, lakin Sərxan yerə yıxılmamış, daha sonra isə ikinci dəfə yumruqla qəsdlə bir dəfə Sərxanın göz nahiyyəsindən vurmuş və Sərxan yerə yıxılmışdır. Daha sonra isə o, oradan uzaqlaşaraq çıxıb getmişdir. Vüsal Tağıyevin işlətdiyi kafedə Zərərçəkmiş şəxsla aralarında mübahisə və dava-dalaş olmamış, sadəcə aralarında sözlü mübahisə olmuş, həmin kafedə Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadə işlətməmiş, həmçinin o da Zərərçəkmiş şəxs qarşı nalayiq ifadə işlətməmiş, təhqir etməmişdir. Həmin vaxt yanlarında heç kim olmamış, kənar şəxslər toplaşmamışdır. “Şəlalə” kafesinin içərisində Zərərçəkmiş şəxsla dava-dalaş etməmişdir. O, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat təxminən 00:30 radələrində Goranboy şəhəri V.Bayramov küçəsində yerləşən “Şəlalə” kafesinin qarşısında yumruqla qəsdlə vuraraq döymüş, Sərxanı nalayiq ifadələrlə təhqir etməmişdir. Yanlarında heç kim olmamış, kənar şəxslər toplaşmamışdır. Aralarında olan mübahisə və dava-dalaş təxminən 5 dəqiqə ərzində baş vermiş, əvvəllər aralarında mübahisə və dava-dalaş olmamışdır. Hazırda Zərərçəkmiş şəxsla barışmışdır, Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbi yoxdur, bu barədə notarial qaydada təsdiq olunmuş ərizəsi də vardır. O, əməlindən səmimi peşman olmuşdur, bir daha belə əməllərə yol verməyəcəyinə söz verir. Odur ki, göstərilənləri nəzərə alaraq, barəsində yüngül, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, rəsmi olaraq heç yerdə işləmir. Təqsirləndirilən şəxs tanıyır, əvvəllər münasibəti normal olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 22:30 radələrində tanışı Tacirlə birlikdə çörək yemək üçün Goranboy şəhəri V.Bayramov küçəsində yerləşən Vüsalın işlətdiyi kafeyə getmişlər. Kafedə olan zaman zalda Tacirlə birlikdə masaların birində əyləşmişlər. Orada olan zaman Tacirlə yemək və içmək üçün isə spirtli içki olan araq sifariş vermiş, təxminən bir neçə dəqiqə keçdikdən sonra çörək masaya gəlməmiş, kafedə Tacirlə söhbət edən zaman Təqsirləndirilən şəxs kənardan ona “biraz yavaş danış” demiş, o da Tapdığa “səndən icazə almalıyam?” deyə sual vermiş, Tapdıq isə yenidən öz sözlərinə davam edərək ona yavaş danışmağını bildirmişdir. Həmin vaxt kafeni işlədən Vüsal Tapdığa yaxınlaşmış, mübahisə və davadalaş olmasın deyə Tapdığı kafedən çölə çıxartmış, o da Tacirlə birlikdə çörək yemiş və spirtli içki olan araq içmişdir. Orada olan zaman saat təxminən 23 radələrində evə getmək üçün “Şəlalə” kafesində olan tanışı Şahid zəng etmiş və Həsəndən evə gedib getməyəcəyini, gedəcəyi təqdirdə onu da Qızılhacılı qəsəbəsində yerləşən avtobus dayanacağında düşürdə biləcəyini soruşmuş, Həsən də birazdan evə gedəcəyini və aparıb düşürdəcəyini demişdir. Daha sonra o, Həsənlə mobil telefonla danışdıqdan sonra sağollaşmış və bir müddət keçdikdən sonra xx.xx.2024-cü il tarixdə saat təxminən 00:05 radələrində kafedən çıxıb evə getmək üçün Həsənin olduğu “Şəlalə” kafesinə getmiş, orada olan zaman o, masaların birində əyləşmiş və həmin vaxt sərxoş olmuşdur. Həsən ona və özünə çay gətirmiş və birlikdə çay içmişlər. Həmin gün saat təxminən 00:30 radələrində Həsən ona kafeni bağladığını, buna görə də kafedən çıxıb kafenin qarşısında gözləməyini demiş, o da ayaqyoluna getmək üçün zaldan otağa, oradan da ayaqyoluna gedən zaman “Şəlalə” kafesinin sağ tərəf qarşısında Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə “Şəlalə” kafesindən çıxdığını görmüşdür. Kafenin qarşısında olan zaman Tapdıq onun üzərinə gəlmiş və onunla sözlü mübahisə edərək qəfildən yumruqla qəsdlə onun burun nahiyyəsindən bir dəfə vurmuş, lakin o, yerə yıxılmamış və burnunun qanadığını görmüşdür. Buna baxmayaraq, Tapdıq ikinci dəfə onun üzərinə gəlmiş və qəsdlə yumruqla bir dəfə yenidən sağ göz nahiyyəsindən vurmuş və o, yerə yıxılmışdır. Tapdıq isə oradan uzaqlaşaraq çıxıb getmiş, o da kömək üçün Şahid çağırmış, bir neçə dəqiqədən sonra Həsən gəlmiş, ondan nə məsələ olduğunu soruşmuş, o da Həsənə Tapdığın onu döyməsini demiş, Həsən isə onu öz şəxsi avtomobili ilə Goranboy rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Xəstəxanada o, Təqsirləndirilən şəxs onu döyməsini demiş, təxminən bir neçə dəqiqə keçdikdən sonra Goranboy RPŞ-nin əməkdaşları gəlmiş, o da Təqsirləndirilən şəxs onu döyməsi barədə şikayət etmişdir. Vüsal Tağıyevin kafesində olan zaman Tapdıq ilə aralarında mübahisə və dava-dalaş olmamış, Tapdıq ona qarşı nalayiq ifadələr işlətməmiş, təhqir etməmişdir. Həmin vaxt yanında Tacir olmuşdur. “Şəlalə” kafesinin içərisində Tapdıqla rastlaşmamış, mübahisə və dava-dalaş olmamışdır. Təqsirləndirilən şəxs onu xx.xx.2024-cü il tarixdə saat 00:30 radələrində Goranboy şəhəri V.Bayramov küçəsində yerləşən “Şəlalə” kafesinin qarşısında qəsdlə yumruqla əvvəlcə burun nahiyyəsinə, daha sonra isə yumruqla sağ göz nahiyyəsinə qəsdlə vuraraq xəsarət yetirmiş, həmin vaxt yanlarında heç kim olmamış, kənar şəxslər toplaşmamış, mübahisə və dava-dalaş zamanı Tapdıq onu nalayiq ifadələrlə təhqir etməmiş, aralarında olan mübahisə və dava-dalaş təxminən 5 dəqiqə ərzində davam etmiş, əvvəllər aralarında mübahisə və dava-dalaş olmamışdır. Hazırda Təqsirləndirilən şəxslə barışmışdır, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, bu barədə notarial qaydada təsdiq olunmuş ərizəsi də vardır. Odur ki, göstərilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Goranboy RMX-da müharibə iştirakçıları üzrə mütəxəssis işləyir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır, əvvəllər hər ikisi ilə münasibəti normal olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. Goranboy şəhəri V.Bayramov küçəsində yerləşən “Şəlalə” kafesi anası X1 adınadır, o da işdən sonra həmin kafeyə nəzarət edir. xx.xx.2024cü il tarixdə saat 23 radələrində Goranboy şəhəri V.Bayramov küçəsində yerləşən “Şəlalə” kafesində olan zaman Zərərçəkmiş şəxs ona zəng etmiş və hal-əhval etdikdən sonra evə gedib getməməsini, gedəcəyi təqdirdə onu Goranboy rayonu Qızılhacılı qəsəbəsində avtobus dayanacağında düşürtməyini demiş, o da birazdan gedəcəyini demişdir. xx.xx.2024-cü il tarixdə saat 00:05 radələrində “Şəlalə” kafesində olan zaman Zərərçəkmiş şəxs kafeyə gəlmiş və masaların birində əyləşmiş, o da Sərxana çay vermişdir. Sərxanla çay içdikdən sonra Sərxana kafedən çıxmağını demiş, Sərxan da kafedən çıxaraq kafenin qarşısında dayanmışdır. O da kafeni bağlamaq istəyən zaman Təqsirləndirilən şəxs kafeyə gəlmiş, ondan pivə və pendir verməsini xahiş etmiş, o da gec olduğunu və kafeni bağladığını demiş, Tapdığı sərxoş vəziyyətdə olduğu üçün qolundan tutub kafedən çölə çıxartmış, özü isə kafeyə daxil olmuş və kafenin işıqlarını keçirən zaman saat təxminən 00:30 radələrində kafenin qarşısında səs-küy gəldiyini, Zərərçəkmiş şəxs onu çağırmasını eşitmişdir. Həmin vaxt o, kafenin qarşısına çıxmış və orada olan zaman Sərxanın yerdə uzanıqlı vəziyyətdə üz nahiyyəsinin qan olduğunu görmüş, Sərxandan nə məsələ olduğunu soruşmuş, Sərxan isə sərxoş vəziyyətdə kafenin qarşısında Tapdığın onu yumruqla vuraraq döydüyünü demişdir. Həmin vaxt o, ilkin tibbi yardım göstərilməsi məqsədilə Sərxanı öz şəxsi avtomobilinə əyləşdirmiş və Goranboy rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Xəstəxanada Sərxana ilkin tibbi yardım göstərilmişdir. Xəstəxanada olan zaman polis əməkdaşları gəlmiş və Sərxan da Tapdığın onu döyməsi barədə şikayət etmişdir. “Şəlalə” kafesinin içərisində Sərxanla Tapdığın mübahisə və davadalaş etməmiş, Sərxanla Tapdıq arasında olan mübahisə və dava-dalaşı görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 26 noyabr 2024-cü il tarixli “Cinayət haqqında şifahi məlumatın qəbulu barədə protokol”dan görünür ki, Həsənov X4 RPŞ-yə müraciət edərək xx.xx.2024-cü il tarixdə Goranboy şəhəri V.Bayramov küçəsində Təqsirləndirilən şəxs tərəfindən döyülərək xəsarət aldığını bildirmişdir. O, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir; TƏBİB-in Goranboy RMX PHŞ-si tərfindən verilmiş 379 saylı xx.xx.2024-cü il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs sərxoşluğunu müəyyən etmək üçün o, alkotester vasitəsi ilə yoxlanılmış, onun yüngül dərəcə sərxoş (0.477%) olması müəyyən olunmuşdur; TƏBİB-in Goranboy RMX PHŞ-si tərfindən verilmiş 380 saylı xx.xx.2024-cü il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs sərxoşluğunu müəyyən etmək üçün o, alkotester vasitəsi ilə yoxlanılmış, onun yüngül dərəcə sərxoş (0.636%) olması müəyyən olunmuşdur; MTE və PA birliyinin Goranboy rayon şöbəsi publik hüquqi şəxsinin verdiyi xx.xx.2024-cü il tarixli 705 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər sağ göz altı nahiyyəsinin, sol göz ətrafının, sol gicgah nahiyyəsinin və boyunun arxa səthinin hematomaları, sol gözün ağlı qışasına qansızma KÜT əşyanın (ların), o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən yumruqla vurulma zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül Zərər vurmaya aid edilir; Goranboy RİHB-nin Goranboy şəhər İƏDÜN-si tərəfindən verilmiş 5-45-1/2-184/2024 saylı xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Əliyev X2 şəhəri E.Namazoğlu küçəsi ev 59-da qeydiyyatda olmaqla yaşayır, əvvəllər məhkum olunmuşdur, hazırda heç bir yerdə işləmir, şəhər ictimaiyyəti arasında öz hərəkətləri ilə müsbət xarakterizə olunmayan sakindir, özü və ailə üzvləri barəsində Goranboy şəhər İƏD üzrə nümayəndəliyinə vətəndaşlar tərəfindən şikayət və ərizə daxil olmamışdır; Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2004-cü ildə Goranboy RPŞ-si tərəfindən Cinayət Məcəlləsinin 177.2.1.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, həmin tarixdə Azərbaycan Respublikası CPM-nin 40.2.3-cü maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs xx.xx.2010-cu ildə Goranboy rayon Məhkəməsinin kökmü ilə CM-nin 127.2.3, 221.3cü maddələri ilə 4 il müddətinə azadlıqdan məhrum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə 3 il sınaq müddəti cəzasına məhum edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2013-cü ildə Goranboy rayon Məhkəməsinin hökmü ilə CM-nin 221.3-cü maddəsilə 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü ildə Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən xx.xx.2013-cü il tarixli hökm dəyişdirilərək CM-nin 221.3, 62-ci maddələrinə əsasən 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2013-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2015-ci ildə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-nin 126.2.4-cü maddəsinə əsasən 7 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin qərarı ilə 8 ay 8 gün vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2022-ci ildə cəza müddəti başa çatmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Goranboy RPŞ-si tərəfindən CM-nin 128-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş və Azərbaycan Respublikası CPM-nin 40.3, CM-nin 73.2, CPM-nin 40.2.3-cü maddəsinə əsasən barəsində olan cinayət işinin icraatına xitam verilmişdir; Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 7(001)-29/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(088)-250/2015 saylı hökmü ilə ona təyin edilmiş 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 8 ay 8 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad olunmuşdur; “Cinayət işinin başlanmasına xitam verilməsi haqqında” Goranboy RPŞ-nin TB-nin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 128-ci maddəsi ilə cinayət işinin başlanılmasına CPM-in 40.3 və 73.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilmişdir; Goranboy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli 17412/2022 nömrəli məktubundan görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib, 07 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 1(001)-29/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.1983-cü il tarixdə anadan olmuş, Goranboy şəhəri E.Namazoğlu küçəsi ev 56-da qeydiyyatda olan Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 08 ay 08 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, şərti cəzasının müddəti xx.xx.2022-ci tarixdə bitmişdir; Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə “Sübutların qiymətləndirilməsi barədə” 16 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 26 noyabr 2024-cü il tarixli, 705 nömrəli rəyi sübut növü kimi qiymətləndirilmişdir; Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, onun Təqsirləndirilən şəxs heç bir şikayəti, tələbi və iddiası yoxdur, gələcəkdə də olmayacaqdır; Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş Şəhid ailəsi üzvünün 009395 saylı xx.xx.2023-cü il tarixli vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs şəhid ailəsinin üzvüdür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidin ifadələri, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə alınmış ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməli etiraf edib peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, şəhid ailəsinin üzvü olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdırılan hallar, habelə təyin olunacaq cəzanın cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, onun barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı iş üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə müdafiəçisi Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatı üçün cəmi 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yerini axşam saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Goranboy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatı üçün cəmi 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №1(045)-14/2025
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-14/2025
30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver