Məhkəmə qərarları › İş №1(045)-15/2023

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-15/2023

09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-15/2023 09.02.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X30 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Goranboy rayon məhkəməsində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1995-ci il tarixdə Goranboy rayonunun Səfikürd kəndində anadan olmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Goranboy rayonunun Səfikürd kəndində qeydiyyatda olan və Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsində kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında itizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02 noyabr 2022-ci il tarixdə saat 02 radələrində Goranboy rayonu Şəfəq kəndi ərazisində çayın kənarında yabanı halda bitmiş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini gövdə hissədən qopararaq Goranboy rayonu Səfikürd kəndində yaşadığı evin həyətində yerləşən tövləyə gətirib, orada tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin istifadəyə yararlı hissələrini gövdələrdən ayıraraq toplayıb qurutmaqla satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq 495,31 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib iki ədəd yaşıl və göy rəngli polietilen paketdə qablaşdıraraq gələcəkdə özü istifadə etmək məqsədilə yaşadığı evin həyətyanı sahəsində yerləşən tövlənin içərisindəki çarpayının üzərində gizlədib qanunsuz olaraq saxlamış, 03 noyabr 2022-ci il tarixdə saat 07 radələrində həmin narkotik vasitə olan qurudulmuş marixuananın bir qismini tanışı X12 bəxşiş olaraq vermiş, qalan iki ədəd yaşıl və göy rəngli polietilen paketdə təmiz çəkisi 490 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı yaşadığı evin yataq otağında divanın altında gizlədib qanunsuz olaraq saxlamağa davam etmiş, həmin gün, yəni 03 noyabr 2022-ci il tarixdə saat 16 radələrində qohumu X6 vasitəsi ilə yaşadığı evin yataq otağında divanın altında gizlətdiyi iki ədəd yaşıl və göy rəngli polietilen paketdə 490 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qonşuluğunda yerləşən X3 məxsus yaşayış olmayan evin zirzməsində gizlədib qanunsuz olaraq saxlamağa davam etmiş, 03 noyabr 2022-ci il tarixdə saat 19:00-da Goranboy RPŞ-nin əməkdaşları tərəfindən Goranboy rayonu Səfikürd kəndində yerləşən Vilayət Süleymanova məxsus yaşayış olmayan fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman satış məqsədi olmadan qanunsuz olaraq saxladığı iki ədəd yaşıl və göy rəngli polietilen paketdə 490 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə ( kannabis ) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana fərdi yaşayış evinin zirzəmsində aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir müddətdir ki, narkotik vasitə istifadə edir. X8 tanıyır. Belə ki, Xəyyam Həsənov onun dostudur. Xəyyamla münasibətləri həmişə normal olmuş, Xəyyamla heç bir ədavəti və ya düşmənçiliyi olmamış, 2022-ci ilin oktyabr ayında dəqiq xatırlamadığı gündə Xəyyam Həsənov onun istifadəsində olan mobil telefonuma “vatcap” sosial şəbəkə proqramı vasitəsi ilə Goranboy rayonu Şəfəq kəndi ərazisində yabanı halda bitmiş çətənə kollarının foto şəklini göndərmişdir. 30 oktyabr 2022-ci il tarixdə Bakı şəhərindən çıxıb arvadı Suqra ilə birlikdə Goranboy rayonu Səfikürd kəndinə yaşadığı evə gəlmiş, belə ki, 02 noyabr 2022-ci il tarixdə arvadı Suqranın qardaşı Elməddinin toy məclisi təşkil olunması nəzərdə tutulmuş, o və arvadı da toya dəvət olunduqları üçün Bakı şəhərindən çıxıb Goranboy rayonu Səfikürd kəndinə gəlmiş, 01 noyabr 2022-ci il tarixdən 02 noyabr 2022-ci il tarixə keçən gecə saat 01 radələrində Xəyyamla mobil telefonla əlaqə saxlayıb onu yaşadığı ünvana dəvət etmiş, belə ki, qərara almış ki, Xəyyamın bir müddət bundan əvvəl ona şəklini göndərdiyi yabanı halda bitmiş çətənə kollarının olduğu yerə gedib yararlı hissələrini toplayıb şəxsi istifadəsi üçün saxlasın. Bir qədər sonra Xəyyam gəlmiş, Xəyyam gəldikdən sonra yaşadığı evin həyətində onunla görüşmüş, sonra isə onlar söhbət etməyə başlamışlar. Söhbət zamanı Xəyyamdan onu şəklini göndərdiyi yabanı halda bitmiş çətənə kollarının olduğu yerə aparmasını xahiş etmiş, Xəyyam da onu həmin yerə apara biləcəyini demiş, bundan sonra Xəyyam Namiq adlı taksi fəaliyyəti ilə məşğul olan şəxlsə telefonla danışmış, odur ki, o və Xəyyam yaşadıqları evdən çıxıb yolda Namiq adlı şəxsin Vaz 2107 markalı avtomobilinə əyləşmişlər. Bundan sonra Namiq adlı şəxs onları Goranboy rayonu Şəfəq kəndi ərazisinə gətirmiş, Goranboy rayonu Şəfəq kəndi ərazisində torpaq sahələri olan yerin yaxınlığında Namiq Vaz 2107 markalı avtomobilini saxlamış, bundan sonra Xəyyamla birlikdə avtomobildən düşüb torpaq sahələrinə doğru getmişlər. Həmin vaxt saat təxminən 02 radələri olmuş, Namiq isə avtomobildə qalmış, Xəyyam onu yabanı halda bitmiş çətənə kollarının olduğu yerə yəni çayın kənarına aparmış, həmin yerdə o və Xəyyam çətənə kollarını gövdə hissədən qopararaq əynlərində olan paltarın altına gizlətmişlər. Bundan sonra isə gəlib Namiqə məxsus Vaz 2107 markalı avtomobildə əyləşmişlər. Namiq də onları Pərvizin yaşadığı evin yaxınlığına gətirmiş, orada o və Xəyyam avtomobildən düşüb Namiqin pulunu vermişlər. Sonra isə Xəyyamla birlikdə yaşadığı evin həyətinə gəlib tövləyə daxil olub Xəyyamla birgə qopardıqları çətənə kollarının gövdə hissələrini tövlənin içərsində yerə sərdiyi göy rəngli polietilen paketin üzərinə tökmüşlər. Bundan sonra tövlədən çıxmışlar. Xəyyam çıxıb getmiş, o da tövləyə daxil olub çətənə kollarının gövdə hissələrinin yararlı hissələrini gövdədən ayıraraq polietilen paketin üzərinə quruması üçün yığmış, sonra isə yaşadığı evə daxil olub yatmış, səhəri gün yuxudan oyandıqdan sonra tövləyə daxil olub polietilen paketin üzərinə sərdiyi çətənə kollarının yarpaqlarının quruduğunu gördüyü üçün həmin çətənə kollarının yarpaqlarını göy rəngli polietilen paketə büküb həmin göy rəngli polietilen paketi isə yaşıl rəngli polietilen paketə keçirib tövlədə olan setka çarpayının üzərinə yerləşdirmiş, bundan sonra isə həmin gün yəni 02 noyabr 2022-ci il tarixdə qaynı Elməddinin toy məclisində iştirak etmiş, həmin gün saat 22 radələrində toy məclisi yekunlaşmış, Elməddinin toyuna gəlmiş dostu Röyalın qalmağa yeri olmadığı üçün Röyalı yaşadığı evə aparmış, bundan sonra Röyalla aralarında münasibət yaranmış, Röyal gecəni onun yaşadığı evdə yatmış, səhəri gün yəni 03 noyabr 2022-ci il tarixdə yuxudan oyandıqdan sonra Röyalla söhbət edən zaman şəxsi istifadəsi ilə əlaqədar yaşadığı evin həyətində yerləşən tövlədə narkotik vasitə olan qurudulmuş marixuana saxladığını demiş, Röyal da narkotik vasitə olan qurudulmuş marixuana istifadəçisi olduğu üçün ona istifadə etməsi üçün bir qədər narkotik vasitə olan qurudulmuş marixuana verməyini istəmiş, o da Röyalla razılaşıb tövləyə daxil olmuş, bundan sonra tövlədə setka çarpayının üzərində iki ədəd yaşıl və göy rəngli sellofanın içərsinədki narkotik vasitə olan qurudulmuş marixuandan bir qədərini istifadə etməsi üçün Röyala vermiş, Röyal da həmin narkotik vasitə olan qurudulmuş marixuananı sellofana büküb əynində olan kostyumun sol iç yan cibinə yerləşdirib onunla sağollaşıb getmiş, o da iki ədəd yaşıl və göy rəngli polietilen paketdə olan narkotik vasitə qurudulmuş marixuananı yaşadığı evə aparıb yataq otağında olan divanın altına qoymuş, bundan sonra isə şəxsi işləri ilə məşğul olmuş, sonradan məlumat almış ki, Goranboy rayon polis şöbəsinin əməkdaşları onunla maraqlanıblar. Odur ki, polis əməkdaşlarının narkotik vasitə olan qurudulmuş marixuana saxlamağından şübhə etdiklərini anladığı üçün saat 16 radələrində əmisi nəvəsi Fəxri Məmmədovun mobil telefonuna zəng vurub ona yaşadığı evdə yataq otağında divanın altında polietilen paket olduğunu və həmin paketi evə daxil olaraq oradan götürüb qonşuluğumda yerləşən Vilayət Süleymanova məxsus lakin içərsində yaşayış olmayan evin zirzməsinə aparıb yerləşdirməsini xahiş etmiş, evin açarları onda olduğu üçün Fəxridən xahiş etmiş ki, pəncərədən daxil olub divanın altında olan paketi götürsün. Lakin Fəxriyə polietilen paketin içərsində nə olduğunu deməmiş, Fəxri bu barədə soruşsa da ona məlumat verməmiş, sadəcə olaraq ondan xahiş etmiş ki, həmin paketi oradan götürsün. Bir qədər sonra Fəxri ilə danışmış və Fəxri ona yaşadığı evin yataq otağında divanın altında gizlətdiyi paketi aparıb qonşuluğumda yerləşən Vilayətə məxsus evin zirzəmisinə yerləşdirdiyini demiş, bundan sonra həmin gün yəni 03 noyabr 2022-ci il tarixdə saat 17 radələrində Goranboy rayonu Səfikürd kəndi ərazisində olan zaman mülki geyimdə şəxslər ona yaxınlaşıb Goranboy rayon polis şöbəsinin əməkdaşları olduqlarını deyib xidməti vəsiqələrini təqdim etmişlər. Bunun ardınca polis əməkdaşları ona narktoik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib hüquq və vəzifələrimi izah edib onu Goranboy rayon polis şöbəsinə dəvət etmişlər. O da hüquq və vəzifələrinin aydın olduğunu deyib polis əməkdaşları ilə birlikdə Goranboy rayon polis şöbəsinə gəlmiş, Goranboy rayon polis şöbəsinin inzibati binasına çatdıqdan sonra polis əməkdaşları onu tanımadığı bir otağa aparmışlar. Orada olan zaman şübhəli şəxs qismində saxlanıldığını demişlər və ona üzərində şəxsi axtarış keçiriləcəyi izah edilmiş, həmçinin polis əməkdaşları hüquqlarının müdafiəsi ilə bağlı vəkil seçmək hüququnun olmasını izah etmişlər. Bunun ardınca isə təqdim edilmiş siyahı üzrə hüquqlarının müdafiəsi üçün onun istəyi ilə Goranboy rayon polis şöbəsinə vəkil dəvət edilmiş, daha sonra isə üzərində şəxsi axtarış aparılacağı bir daha polis əməkdaşları tərəfindən ona bildirilmiş, həmçinin yenidən hüquq və vəzifələri izah edilmiş, bundan sonra polis əməkdaşları və vəkilinin iştirakı ilə üzərində video çəkiliş altında şəxsi axtarış aparılmasına başlanılmış, şəxsi axtarış zamanı ona üzərində olan əşyaları könüllü olaraq təqdim etməyi bildirildiyi üçün əynində olan tünd göy rəngli gödəkcənin sol yan cibindən 1 ədəd ətir qabını, şalvarının sağ arxa cibindən 2 ədəd 5 manatlıq əskinazı, əynində olan gödəkcənin sol iç cibindən bir ədəd fotoşəkili çıxarıb masanın üzərinə qoymuş, bundan başqa şəxssi axtarış zamanı üzərindən narkotik vasitə və ya dövriyyəsi qadağan olunmuş hər hansısa alət və ya əşya aşkar olunmamış, üzərindən aşkar olunmuş 1 ədəd ətir qabı, 2 ədəd 5 manatlıq pul əskinazı və bir ədəd fotoşəkil iş üzrə maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmış, şifahi sorğu zamanı polis əməkdaşları başqa bir yerdə narkotik vasitə saxlayıb-saxlamadığını soruşduqda polis əməkdaşlarına yaşadığı ünvanda gizlətdiyi lakin sonradan Fəxrinin vasitəsi ilə qonşuluğunda yerləşən Vilayət Süleymanova məxsus evin zirzəmisində iki ədəd yaşıl və göy rəngli polietilen paketin içərsində narkotik vasitə olan qurudulmuş marixuana saxladığını demiş, polis əməkdaşları isə həmin ünvana baxış keçirilməsinin zəruri olduğunu demişlər. Bundan sonra isə tərtib edilmiş sənədləri digər iştirakçılar ilə birlikdə imza etmiş, sonra isə Vilayət Süleymanova məxsus Səfikürd kəndində yerləşən evin zirzəmisinə baxış keçirilməsi zərurəti yarandığı üçün polis əməkdaşları ona Səfikürd kəndinə gedəcəklərini deyib hüquq və vəzfiələrini izah etmişlər. Bundan sonra polis əməkdaşları və vəkili ilə birlikdə xidməti avtomobillə Goranboy rayonu Səfikürd kəndinə Vilayət Süleymanovun yaşdığı evin önünə gəlmişlər. Orada isə Vilayət Süleymanovun qardaşı Elxan Süleymanov, Fəxri Məmmədov və onun anası Ceyhunə Hüseynova olmuş, polis əməkdaşları yenidən ona və digər iştirakçılara hüquq və vəzifələri izah etmişlər, sonra isə baxışa başlanılmış, baxış video çəkiliş altında aparılmış, Vilayət Süleymanovun yaşadığı evin həyətinə daxil olduqdan sonra evin zirzəmisinin önünə gəlmişlər. Həmin yerdə, o və Fəxri polietilen paketin olduğu zirzəmini göstərmişlər. Bundan sonra Fəxri həmin zirzəmin taxta materialdan olan qapısını açıb zirzəmidə iki ədəd yaşıl və göy rəngli polietilen paketi çxarıb yerə qoymuş, polis əməkdaşları tərəfindən həmin iki ədəd polietilen paketin içərsinə baxış keçirilmiş və göy rəngli polietilen paketin içərsində narkotik vasitə olan qurudulmuş marixuana olması aşkar edilmiş, aşkar edilmiş içərsində narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəzi vasitəsi ilə çəkilmiş, bunun ardınca isə aşkar edilmiş həmin narkotik vasitə olan qurudulmuş marixuana polis əməkdaşları tərəfindən qablaşdırılmış və möhürlənərək ekspertiza tədqiqatına təqdim olunması üçün götürülmüş, bununla bağlı sənədlər isə, o və digər iştirakçılar tərəfindən imza edilmiş, bundan sonra isə Goranboy rayonu Səfikürd kəndində yerləşən fərdi yaşayış evinə gəlinərək onun, vəkilinin, polis əməkdaşlarının, Fəxri Məmmədovun və onun anasının iştirakı ilə baxış keçirilməsi qərara alındığı üçün polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilməsinə etiraz etmədiyini demiş, bundan sonra video çəkiliş altında onun yaşadığı fərdi yaşayış evinə və həyətyanı sahəyə baxış keçirilmiş, baxış zamanı evdə və həyətyanı sahədə narkotik vasitə və ya dövriyyəsi qadağan edilmiş digər əşya və məmulat aşkar edilməmiş, bununla da baxış keçirilməsi başa çatdırılmış, yaşadığı ünvandan çıxıb polis əməkdaşları ilə birlikdə Goranboy rayon polis şöbəsinin inzibati binasına gəlib sonda hazırlanmış sənədləri digər iştirakçılar ilə birlikdə imza etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs ifadəsində Vilayət Süleymanovun yaşadığı evin zirzəməsindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananın ona məxsus olmasını, həmin narkotik vasitə olan qurudulmuş marixuananı iki ədəd yaşıl və göy rəngli polietilen paketdə ilk öncə yaşadığı evin həyətində yerləşən tövlədə, sonra isə yaşadığı evdə yataq otağında divanın altında gizlətdiyini, 03 noyabr 2022-ci il tarixdə isə polis əməkdaşlarının onunla bağlı maraqlanmasını eşitdikdən sonra polis əməkdaşlarının narkotik vasitə olan qurudulmuş marixuananı saxlamağından şübhəyə düşdüklərini anladığı üçün qohumu olan Fəxri Məmmədovdan evdə yataq otağında olan iki ədəd polietilen paketin içərsində olan narkotik vasitə qurudulmuş marixuananı götürüb qonşuluğunda yerləşən içərsində yaşayış olmayan Vilayət Süleymanovun evinin zirzəmsinə aparmasını dediyini, Fəxrinin də bunu etdiyi üçün həmin narkotik vasitə olan qurudulmuş marixuananın Vilayət Süleymanovun evinin zirzəmisindən aşkar olunaraq götürüldüyünü, həmin narkotik vasitəni şəxsi istifadəsi ilə əlaqədə olaraq gizlətdiyini, həmin narkotik vasitə olan qurudulmuş marixuananı satmaq niyyətinin olmadığını, Fəxrinin iki ədəd yaşıl və göy rəngli polietilen paketin içərsində narkotik vasitə olan qurudulmuş marixuana olmasından heç bir məlumatı olmadığını, özünün də Fəxriyə bu barədə məlumat vermədiyini, taksi fəaliyyəti ilə məşğul olan Namiqin Xəyyamla onun narkotik vasitə olan çətənə kollarının gövdə hissələrini yığmağa getdiklərini, həmin yerdə çətənə kollarının gövdə hissələrini toplamalarını və üzərlərində gizlədərək gətirməklərini bilmədiyini, özü və ya Xəyyamın da bu barədə Namiqə məlumat vermədiklərini, Röyal Məmmədova konkret olaraq hansı miqdarda narkotik vasitə olan qurudulmuş marixuana verməyini bilmədiyini, belə ki, həmin narkotik vasitə olan qurudulmuş marixuananı miqdarını müəyyən etmədiyini, bundan başqa isə Röyalın şəxsi istifadəsi ilə əlaqədar olaraq narkotik vasitə olan qurudulmuş marixuandan istədiyi üçün heç bir mənfəət əldə etmədən özü üçün saxladığı narkotik vasitə olan qurudulmuş marixuandan bir qədərini Röyala verdiyini, lakin bunun müqabilində Röyaldan pul və ya başqa hər hansısa dəyərli əşya almadığını, Röyala verdiyi narkotik vasitə olan qurudulmuş marixuananı bəxşiş olaraq verdiyini, həmin yabanı halda bitmiş çətənə kollarının olduğu yeri bilmədiyi üçün Xəyyamla birlikdə həmin yerə getdiyini, çünkü həmin yerin şəklini Xəyyamın çəkib ona atdığını və Xəyyamın onun narkotik vasitə istifadə etdiyini bildiyi üçün həmin yabanı halda bitmiş çətənə kollarını şəklini çəkib onun telefonuna göndərdiyini, orada isə Xəyyamla birlikdə onun üçün yabanı halda bitmiş çətənə kollarının gövdə hissələrini qopardıqlarını, sonra isə əynlərində olan paltarın altında gizlədib onun yaşadığı ünvana gətirib tövlədə polietilen paketin üzərinə sərdiyini, lakin Xəyyamın həmin yabanı halda bitmiş çətənə kollarının gövdə hissələrində istifadə etməyəcəyini və onların arasında bununla bağlı hər hansısa razılaşma və ya sövdələşmə olmadığını, özünün həmin yabanı halda bitmiş çətənə kollarının gövdə hissələrinin istifadəyə yararlı yarpaqlarını qurududaraq istifadə etdiyini, təhqiqat zamanı həyəcanlı olduğundan və məsuliyyətdən kənarda qalmağı üçün həmin narkotik vasitə olan qurudulmuş marixuanın Xəyyama aid olmasını bildirdiyini, əslində isə həmin narkotik vasitə olan qurudulmuş marixuananın ona məxsus olmasını, Xəyyamın həmin narkotik vasitədən istifadə etmədiyini, eyni zamanda Xəyyamın da həmin narkotik vasitə olan qurudulmuş marixuandan istifadə etməsi ilə bağlı aralarında hər hansısa razılaşma və ya sövədələşmə olmadığını, bundan başqa isə məsuliyyətdən kənar qalmaq üçün narkotik vasitə istifadə etmədiyini bildirdiyini, əslində isə narkotik vasitə istifadə etdiyini, Vilayət Süleymanov və ailə üzvlərinin Rusiya Federasiyasında yaşadıqları üçün həmin evdə yaşayış olmadığını göstərmişdir. Üzərində şəxsi axtarış aparılan zaman polis əməkdaşları tərəfindən ona heç bir təzyiq olmamışdır. Əməlindən peşmandır. Evlidir və hazırda övladı yoxdur. Göstərilənləri nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili X23 ifadəsində göstərdi ki, hazırda Azərbaycan Respublikası DİN-in Goranboy RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 03 noyabr 2022ci il tarixdə RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şaiq Şəfiyevin icraatına Goranboy RPŞnin TB-nin baş təhqiqatçısı icraatına Goranboy RPŞ-nin TB-nin baş təhqiqatçısı X20 rayonu Səfikürd kənd sakini Təqsirləndirilən şəxs yerinin müəyyən olunaraq Təhqiqat bölməsinə təqdim edilməsi barədə raportu daxil olmuş, daxil olmuş raportda eyni zamanda X9 üzərində şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixunaya bənzər kütlənin Təqsirləndirilən şəxs tərəfindən Röyal Məmmədova verilməsi qeyd olunmuş, odur ki, daxil olmuş raportu icra etmək məqsədi ilə iş yoldaşı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şaiq Şəfiyevlə birlikdə 03 noyabr 2022-ci il tarixdə saat 16:30 radələrində xidməti avtomobillə Goranboy rayonu Səfikürd kəndinə getmişlər. Bundan sonra saat 17 radələrində Goranboy rayonu Səfikürd kəndi ərazisində Təqsirləndirilən şəxs görüb ona yaxınlaşıb xidməti vəsiqələrini çıxarıb Goranboy rayon polis şöbəsinin əməkdaşları olduqlarını deyib onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib birlikdə üzərində şəxsi axtarış aparılacağı məqsədi ilə Goranboy rayon polis şöbəsinə getməli olduğunu demişlər. Təqsirləndirilən şəxs da onların təklifini qəbul edib hüquqlarının və vəzifələrinin ona aydın olduğunu bildirərək Goranboy rayon polis şöbəsinə getməyə razılıq vermiş, odur ki, Təqsirləndirilən şəxsla birlikdə xidməti avtomobillə Goranboy rayon polis şöbəsinə gəlmişlər. Təqsirləndirilən şəxs RPŞ-nin inzibati binasına gətirdikdən sonra baş təhqiqatçı Ruslan Abbasovun xidməti otağına aparılmış, baş təhqiqatçı Ruslan Abbasov tərəfindən yenidən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilib üzərində şəxsi axtarış aparılacağı bunun üçün isə şübhəli şəxs qismində tutulacağı bildirilmiş, Təqsirləndirilən şəxs da bununla bağlı heç bir etirazının olmadığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs baş təhqiqatçı Ruslan Abbasov tərəfindən şübhəli şəxs qismində tutulmuş, bunun ardınca isə baş təhqiqatçı Ruslan Abbasov tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə Goranboy rayon ərazisində və digər yerlərdə fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs hüquqlarının Goranboy rayon vəkil bürosunun vəkili X10 tərəfindən müdafiə edilməsini istədiyi üçün vəkil Sərvər Mustafayev müdafiəçi qismində dəvət edilmiş, biz az sonra vəkil Sərvər Mustafayev gəlmiş, bundan sonra onun, Oktay Verdiyevin və vəkil Sərvər Mustafayevin iştirakı ilə video çəkiliş altında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanmış, video çəkilişi isə Goranboy RPŞ-nin KTQ-nun baş inspektoru kriminalist Həbib Məmmədov həyata keçirmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, buna görə də Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibindən 1 ədəd ətir qabını, şalvarının cibindən pul əskinası, əynində olan gödəkçənin iç cibindən isə bir ədəd fotoşəkili çıxarıb masanın üzərinə qoymuş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə və ya dövriyyəsi qadağan edilmiş əşya və digər məmulat aşkar edilməmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs Goranboy rayonu Şəfəq kəndi ərazisində çayın kənarında yabanı halda bitmiş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini həmkəndlisi X17 ilə birlikdə gövdə hissədən qopararaq Goranboy rayonu Səfikürd kəndində yaşadığı evin həyətində yerləşən tövləyə gətirib, orada tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin istifadəyə yararlı hissələrini gövdələrdən ayıraraq toplayıb qurutmaqla satış məqsədi olmadan narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib iki ədəd yaşıl və göy rəngli polietilen paketdə qablaşdıraraq gələcəkdə özü istifadə etmək məqsədilə yaşadığı evin həyətyanı sahəsində yerləşən tövlənin içərisindəki çarpayının üzərində gizlədib qanunsuz olaraq saxladığını, bundan sonra isə ki ədəd yaşıl və göy rəngli polietilen paketin içərisində narkotik vasitə olan qurudulmuş marixuananı yaşadığı evin yataq otağında divanın altında gizlətdiyini, 03 noyabr 2022-ci il tarixdə saat 16 radələrində qohumu X6 vasitəsi ilə yaşadığı evin yataq otağında divanın altında gizlətdiyi iki ədəd yaşıl və göy rəngli polietilen paketdə narkotik vasitə olan qurudulmuş marixuananı qonşuluğunda yerləşən X3 məxsus yaşayış olmayan evin zirzməsində gizlədib qanunsuz olaraq saxlamaqda davam etdiyini bildirmiş, bundan başqa Təqsirləndirilən şəxs qonşuluğunda yerləşən X3 məxsus yaşayış olmayan evin zirzməsində gizlədib qanunsuz olaraq saxlamaqda davam etdiyi narkotik vasitə olan qurudulmuş marixuanadan bir qədərini bəxşiş olaraq istifadə etməsi üçün tanışı X12 verməsini bildirmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd ətir qabı, pul əskinasları və bir ədəd fotoşəkili iş üzrə maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün onun özünə qaytarılmış, sonda isə video çəkiliş dayandırılaraq baş təhqiqatçı Ruslan Abbasov tərəfindən protokol tərtib ediliş, o və digər iştirakçılar isə həmin protokolu imza etmişlər. Bundan sonra isə Təqsirləndirilən şəxs qohumu Fəxri Məmmədovun vasitəsi ilə gizlətdiyi narkoik vasitə olan qurudulmuş marixuananın aşkar edilməsi ilə bağlı Təqsirləndirilən şəxs, vəkil Sərvər Mustafayev, əməliyyat müvəkkili Şaiq Şəfiyev, baş təhqiqatçı Ruslan Abbasov və KTQ-nun baş inspektoru kriminalist Həbib Məmmədovla birlikdə Goranboy rayonu Səfikürd kəndinə X3 məxsus fərdi yaşayış evinə gəlinmiş, lakin həmin fərdi yaşayış evində heç kim yaşamadığından evə nəzarət edən Vilayət Süleymanovun qardaşı Elxan Süleymanov baxış keçirilməsi məqsədi ilə dəvət edilmiş, eyni zamanda baxış keçirilməsi üçün Təqsirləndirilən şəxs qohumu yetkinlik yaşına çatmayan Fəxri Məmmədov və onun anası Cehunə Hüseynova da dəvət edilmiş, bundan sonra Vilayət Süleymanova məxsus fərdi yaşayış evinə və həyətyanı sahəyə baxış keçirilməsi üçün baş təhqiqatçı Ruslan Abbasov tərəfindən məlumat verilib iştirakçılara hüquq və vəzifələri izah edilmiş, Elxan Süleymanova X15a məxsus yaşayış olmayan fərdi yaşayış evinə və həyətyanı sahəyə baxış keçirilməsi ilə bağlı etirazının olmaması barədə ərizə yazmış, bundan sonra onun, əməliyyat müvəkkili Şaiq Şəfiyevin, Elxan Süleymanovun, Cehunə Hüseynovanın, Fəxri Məmmədovun, Təqsirləndirilən şəxs və vəkil Sərvər Mustafayevin iştirakı ilə video çəkiliş altında baxış keçirilməsinə başlanılmış, video çəkilişi isə Goranboy RPŞ-nin KTQ-nun baş inspektoru kriminalist Həbib Məmmədov həyata keçirmiş, baxış zamanı Vilayət Süleymanova məxsus evin həyətinə daxil oldunduqdan sonra evin zirzəmisinin önünə gəlmişlər. Həmin yerdə Fəxri və Pərviz evin zirzəmisini göstərmişlər. Bundan sonra X36 həmin zirzəmin taxta materialdan olan qapısını açıb zirzəmidə iki ədəd iç-içə keçirilmiş yaşıl və göy rəngli polietilen paketi çxarıb yerə qoymuş, həmin iki ədəd iç-içə keçirilmiş polietilen paketin içərsinə baxış keçirilmiş və göy rəngli polietilen paketin içərsində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar edilmiş, aşkar edilmiş içərsində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzi vasitəsi ilə çəkilmiş, bunun ardınca isə aşkar edilmiş həmin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə baş təhqiqatçı Ruslan Abbasov tərəfindən qablaşdırılmış və möhürlənərək ekspertiza tədqiqatına təqdim olunması üçün götürülmüş, baxış zamanı iş üzrə əhəmiyyət kəsb edə biləcək digər əşya və ya hər hansısa məmulat aşkar edilməmiş, bununla bağlı sənədlər isə o və digər iştirakçılar tərəfindən imza edilmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs Səfikürd kəndində yaşadığı evə baxış keçirilməsi zərurəti yarandığı üçün əməliyyat müvəkkili Şaiq Şəfiyev, Cehunə Hüseynova, Fəxri Məmmədov, Təqsirləndirilən şəxs, vəkil Sərvər Mustafayev, baş təhqiqatçı Ruslan Abbasov və KTQ-nun baş inspektoru kriminalist Həbib Məmmədovla birlikdə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin önünə gəlmiş, həmin yerdə baş təhqiqatçı Ruslan Abbasov tərəfindən məlumat verilib iştirakçılara hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs evinə və həyətyanı sahəsinə baxış keçirilməsi ilə bağlı etirazının olmaması barədə ərizə yazmış, bundan sonra onun, əməliyyat müvəkkili Şaiq Şəfiyevin, Cehunə Hüseynovanın, Fəxri Məmmədovun, Təqsirləndirilən şəxs və vəkil Sərvər Mustafayevin iştirakı ilə video çəkiliş altında baxış keçirilməsinə başlanılmış, video çəkilişi isə Goranboy RPŞ-nin KTQ-nun baş inspektoru kriminalist Həbib Məmmədov həyata keçirmiş, baxış zamanı Təqsirləndirilən şəxs məxsus evin həyətinə daxil oldunduqdan sonra baxış davam etdirilmiş, baxış zamanı həyətyanı sahədə, yardımçı tikililərdə və fərdi yaşayış evində narkotik vasitə, dövriyyəsi qadağan olunmuş əşya və məmulat aşkar edilməmiş, bununla bağlı sənədlər isə o və digər iştirakçılar tərəfindən imza edilmiş, sonra isə Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evindən çıxıb iştirakçılar ilə birlikdə Goranboy rayon polis şöbəsinə gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs onun dostudur. Təqsirləndirilən şəxsla münasibətləri həmişə normal olmuşdur. Pərvizlə heç bir ədavəti və ya düşmənçiliyi olmamış, briqada şəklində fəaliyyət göstərən fəhlələri Azərbaycan Respublikası ərazisi daxilində ehtiyac olan yerlərə Mercedes Benz markalı mikroavtobusla daşımaq işini həyata keçirir. 2022-ci ilin oktyabr ayında Goranboy rayonu Şəfəq kəndi ərazisində torpaq sahələrinə briqada şəklində fəhlələri aparan zaman orada torpaq sahələrində yabanı halda bitmiş çətənə kollarının olduğunu görmüş, həmin vaxt yabanı halda bitmiş çətənə kollarının foto şəkillərini çəkib Bakı şəhərində yaşayan dostu Təqsirləndirilən şəxs mobil telefonuna göndərmiş, belə ki, Pərvizin narkotik vasitə istifadə etdiyini bildiyi üçün yabanı halda bitmiş çətənə kollarının fotoşəklini onun mobil telefonuna göndərmiş, 01 noyabr 2022-ci il tarixdən 02 noyabr 2022-ci il tarixə keçən gecə saat 01 radələrində Pərvizlə telefonla danışdıqdan sonra onun yaşadığı ünvana gəlib həyətdə Pərvizlə görüşüb söhbət etmiş, söhbət zamanı Pərviz Xəyyamdan onu fotoşəklini çəkib göndərdiyi yabanı halda bitmiş çətənə kollarının olduğu yerə aparmağını xahiş etmiş, o da Pərvizlə razılaşmış, bundan sonra Vaz 2107 markalı avtomobillə taksi fəaliyyətilə məşğul olan Namiqlə əlaqə saxlayıb onları Goranboy rayonu Şəfəq kəndi ərazisinə aprmasını xahiş etmişlər. Bir qədər sonra isə Səfikürd kəndi ərazisində yolda Namiqin avtomobilinə əyləşib Goranboy rayonu Şəfəq kəndinə gəlmişlər. Şəfəq kəndi ərazisində Namiqdən avtomobili torpaq sahələrinin kənarında saxlamasını xahiş etmiş, bundan sonra Pərvizlə birlikdə avtomobildən düşüb torpaq sahələrinə doğru getmişlər. Həmin vaxt saat təxminən 02 radələri olmuş, Namiq isə avtomobildə qalmış, Pərvizi yabanı halda bitmiş çətənə kollarının olduğu yerə, yəni çayın kənarına aparmış, həmin yerdə, o və Pərviz çətənə kollarının gövdə hissələrini qoparıb əynlərində olan paltarın altına gizlətmişlər. Bundan sonra isə gəlib Namiqə məxsus Vaz 2107 markalı avtomobildə əyləşmişlər. Namiq də onları Pərvizin yaşadığı evin yaxınlığına gətirmiş, orada, o və Pərviz avtomobildən düşüb Namiqin pulunu vermiş, sonra isə Pərvizlə birlikdə onun yaşadığı evin həyətinə gəlib tövləyə daxil olub Pərvizlə birgə topladıqları çətənə kollarının gövdə hissələrini tövlənin içərsində Pərvizin yerə sərdiyi göy rəngli polietilen paketin üzərinə tökmüşlər. Bundan sonra tövlədən çıxmışlar. O da Pərvizlə sağollaşıb yaşadığı evə getmiş, 02 noyabr 2022-ci il tarixdə isə həmkəndlisi Elməddinin toy məclisində iştirak etmiş, 03 noyabr 2022-ci il tarixdə saat 18:30 radələrində Goranboy rayonu Səfikürd kəndi ərazisində olan zaman mülki geyimdə şəxslər ona yaxınlaşıb Goranboy rayon polis şöbəsinin əməkdaşları olduqlarını deyib xidməti vəsiqələrini təqdim etmişlər. Bunun ardınca polis əməkdaşları ona narktoik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib hüquq və vəzifələrini izah edib onu Goranboy rayon polis şöbəsinə dəvət etmişlər. O da hüquq və vəzifələrinin aydın olduğunu deyib polis əməkdaşları ilə birlikdə Goranboy rayon polis şöbəsinə gəlmiş, Goranboy rayon polis şöbəsinin inzibati binasına çatdıqdan sonra polis əməkdaşları onu tanımadığı bir otağa aparmışlar. Orada olan zaman şübhəli şəxs qismində saxlanıldığını demişlər və ona üzərində şəxsi axtarış keçiriləcəyi izah edilmiş, həmçinin polis əməkdaşları hüquqlarımın müdafiəsi ilə bağlı vəkil seçmək hüququnun olmasını izah etmişlər. Bunun ardınca isə təqdim edilmiş siyahı üzrə hüquqlarının müdafiəsi üçün Goranboy rayon polis şöbəsinə vəkil dəvət edilmiş, vəkil gəldikdən sonra isə üzərində şəxsi axtarış aparılacağı bir daha polis əməkdaşları tərəfindən ona bildirilmiş, həmçinin yenidən hüquq və vəzifələri izah edilmiş, bundan sonra polis əməkdaşları və vəkilin iştirakı ilə üzərində video çəkiliş altında şəxsi axtarış aparılmasına başlanılmış, şəxsi axtarış zamanı ona üzərində olan əşyaları könüllü olaraq təqdim etməyi bildirildiyi üçün əynində olan göy rəngli cins şalvarın cibindən 1 ədəd içərisində siqaretlər olan “LD” markalı siqaret qutusunu və bir ədəd alışqanı masanın üzərinə qoymuş, bundan başqa şəxsi axtarış zamanı üzərindən narkotik vasitə və ya dövriyyəsi qadağan olunmuş hər hansısa alət və ya əşya aşkar olunmamış, üzərindən aşkar olunmuş 1 qutu “LD” markalı siqaret və bir ədəd alışqan iş üzrə maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün onun özünə qaytarılmış, şifahi sorğu zamanı polis əməkdaşları başqa bir yerdə narkotik vasitə saxlayıb-saxlamadığını soruşduqda polis əməkdaşlarına hər hansısa bir yerdə narkotik vasitə saxlamadığını demiş, bundan sonra isə tərtib edilmiş sənədləri digər iştirakçılar ilə birlikdə imza etmiş, sonra isə polis əməkdaşları yaşadığı ünvana baxış keçirilməsi zərurəti olduğunu dedikləri üçün vəkil və polis əməkdaşları ilə birlikdə Goranboy rayonu Sıfikürd kəndinə xidməti avtomobillə gəlmiş, yaşadığı ünvanda onları anası Çiçək qarşılamış, polis əməkdaşları ona və anası Çiçəyə hüquq və vəzifələrini izah edib yaşadıqları ünvana baxış keçirəcəklərini demişlər. O və anası isə buna etiraz etməmişlər. Odur ki, bundan sonra video çəkiliş altında yaşadığı ünvana baxış keçirilmiş, lakin baxış zamanı yaşadığı evdən hər hansısa narkotik vasitə və ya dövriyyəsi qadağan edilmiş əşya və məmulat aşkarlanmamış, bundan sonra isə polis əməkdaşları ilə birlikdə Goranboy rayon polis şöbəsinin inzibati binasına gəlib sonda hazırlanmış sənədləri digər iştirakçılar ilə birlikdə imza etmişdir. Eyni zamanda Xəyyam Həsənov ifadəsində yabanı halda bitmiş çətənə kollarının foto şəklini çəkib Pərvizin telefonuna göndərdiyini, Pərvizin də Bakı şəhərindən Səfikürd kəndinə yaşadığı evə gəldikdən sonra 01 noyabr 2022-ci il tarixdən 02 noyabr 2022-ci il tarixə keçən gecə Pərvizin yaşadığı evin həyətində söhbət edən zaman Pərvizin yabanı halda çətənə kollarının olduğu yerə aparmağını xahiş etdiyi üçün Pərvizlə birlikdə getdimyini, çünkü həmin yeri tanıdığını, orada isə Pərvizə kömək etmək məqsədi ilə çətənə kollarının gövdə hissələrini yığdığını, lakin həmin çətənə kollarının gövdə hissələrindən sonradan istifadə etmək niyyətinin olmadığını, bununla bağlı da Pərvizlə aralarında hər hansısa razılaşma və ya sövdələşmə olmadığını, Pərvizin həmin çətənə kollarının gövdə hissələrinin istifadəyə yararlı yarpaqlarını qurudub istifadə etmək niyyətində olduğunu, Pərvizin telefonuna yabanı halda bitmiş çətənə kollarının şəklini göndərməkdə hansısa məqsəd güdmədiyini, sadəcə olaraq Pərvizin nakrotik vasitə istifadəçisi olduğunu bildiyi üçün zarafat etmək məqsədi ilə həmin yabanı halda bitmiş çətənə kollarının şəklini çəkib Pərvizə göndərdiyini, taksi fəaliyyəti ilə məşğul olan Namiqin Pərvizlə onun narkotik vasitə olan çətənə kollarının gövdə hissələrini yığmağa getdiklərini, həmin yerdə çətənə kollarının gövdə hissələrini toplamaqları və üzərlərində gizlədərək gətirmələrini bilmədiyini, özü və ya Pərvizin də bu barədə Namiqə məlumat vermədiyini, Təqsirləndirilən şəxs yaşadığı ünvanda tövlədə, sonradan evdə və ən sonda isə qonşuluğunda yaşayan Vilayət Süleymanova məxsus fərdi yaşayış evinin zirzəmisində gizlətdiyi iki ədəd yaşıl və göy rəngli polietilen paketdə saxladığı narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmək və ya satmaqla bağlı Pərvizlə aralarında hər hansısa razılaşma və ya sövdələşmə olmadığını, Pərvizin narkotik vasitə olan qurudulmuş marixuananı harada saxlamasını bilmədiyini sadəcə olaraq ilkin yabanı halda bitmiş çətənə kollarının gövdə hissələrini qopardıqdan sonra Pərvizin həmin çətənə kollarının gövdə hissələrini yaşadığı evin həyətində yerləşən tövlədə polietilen paketin üzərinə sərdiyini, Pərvizin özündə saxladığı narkotik vasitə olan qurudulmuş marixuanadan Röyal Məmmədova bəxşiş olaraq verməsindən heç bir məlumatı olmadığını göstərmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin işirakı ilə şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs atası Rəfayilin əmisi oğludur. Təqsirləndirilən şəxsla qohum kimi münasibətləri həmişə normal olmuş, Pərvizlə heç bir ədavəti və ya düşmənçiliyi olmamış, 03 noyabr 2022-ci il tarixdə saat 16 radələrində yaşadığı Goranboy rayonu Səfikürd kəndində “Ballı” adlanan artezian quyusunun yaxınlığında olan zaman Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng vurub yaşadığı evdə yataq otağında divanın altında polietilen paket olduğunu demiş, Pərviz ondan həmin polietilen paketi həmin yerdən götürüb qonşuluğunda yerləşən Vilayət Süleymanova məxsus lakin içərsində yaşayış olmayan evin zirzməsinə aparıb qoymağını xahiş etmiş, Pərviz evin açarlarının özünə olduğu üçün pəncərədən daxil olub divanın altında olan politelin paketi götürməsini xahiş etmiş, lakin Pərviz ona polietilen paketin içərsində nə olduğunu deməmiş, Pərvizdən politetilen paketin içərsində nə olduğunu soruşsa da bu barədə ona məlumat verməmiş, sadəcə olaraq Pərviz ondan həmin polietilen paketi oradan götürməsini xahiş etmiş, o da bundan sonra bir başa Pərvizin yaşadığı evə getmiş, həmin yerə çatdıqda hasardan aşıb həyətə daxil olmuş, bundan sonra evə yaxınlaşıb pəncərədən içəriyə daxil olmuş, pəncərədən içəriyə daxil olduqdan sonra isə yataq otağına daxil olmuş və divanın altına baxdıqda orada iki ədəd iç-içə keçirilmiş politelin paket olduğunu gördüyü üçün həmin polietilen paketi götürüb evin pəncərəsindən çıxıb Pərvizin qonşuluğunda yerləşən Rusiya Federasiyasında yaşayan Vilayət Süleymanova məxsus fərdi yaşayış evinin həyətinə daxil olmuş, bundan sonra isə həmin polietilen paketi aparıb Vilayət Süleymanova məxsus evin zirzəmisinə qoyub oradan çıxmış, bir qədər sonra Pərvizlə əlaqə saxlayıb həmin politelin paketi aparıb Vilayət Süleymanova məxsus evin zirzəmisinə qoyduğunu demiş, bundan bir neçə saat sonra isə axşam saatlarında polis əməkdaşları onun yaşadığı ünvana gəlib Təqsirləndirilən şəxs narkotik vasitələtin qanunsuz dövriyyəsi ilə məşğul olmasına görə saxlanıldığını deyib Təqsirləndirilən şəxs evində polietilen paketdə saxladığı narkotik vasitə olan qurudulmuş marixuananı onun vasitəsi ilə yerini dəyişdirməsini bildirməsinə görə onu Goranboy rayonu Səfikürd kəndində yerləşən Vilayət Süleymanova məxsus fərdi yaşayış evinin önünə dəvət etmişlər. O da anası Cehunə ilə birlikdə Vilayət Süleymanovun yaşadığı evin önünə gəlmiş, həmin yerdə isə başqa polis əməkdaşları olmuş, həmçinin orada Təqsirləndirilən şəxs, onun vəkili və Vilayət Süleymanovun qardaşı Elxan Süleymanov da olmuş, həmin yerdə polis əməkdaşları Təqsirləndirilən şəxs, ona, anasına və X21 Süleymanova məxsus evə baxış keçirəcəklərini deyib bununla bağlı hüquq və vəzifələrini izah etmişlər.Sonra isə baxışa başlanılmış, baxış video çəkiliş altında aparılmış, Vilayət Süleymanovun yaşadığı evin həyətinə daxil olduqdan sonra evin zirzəmisinin önünə gəlmişlər. Həmin yerdə, o və Pərviz polietilen paketin olduğu zirzəmini göstərmişlər. Bundan sonra həmin zirzəmin taxta materialdan olan qapısını açıb zirzəmidə iki ədəd iç-içə keçirilmiş yaşıl və göy rəngli polietilen paketi çxarıb yerə qoymuş, polis əməkdaşları tərəfindən həmin iki ədəd polietilen paketin içərsinə baxış keçirilmiş və göy rəngli polietilen paketin içərsində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar edilmiş, aşkar edilmiş içərsində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzi vasitəsi ilə çəkilmiş, bunun ardınca isə aşkar edilmiş həmin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə polis əməkdaşları tərəfindən qablaşdırılmış və möhürlənərək ekspertiza tədqiqatına təqdim olunması üçün götürülmüş, bununla bağlı sənədlər isə, o və digər iştirakçılar tərəfindən imza edilmiş, bundan sonra isə Goranboy rayonu Səfikürd kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinə gəlinərək onun, anası Cehunə Hüseynovanın, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs vəkilinin və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilməsi qərara alındığı üçün polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs və onlara hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilməsinə etiraz etmədiyini demiş, bundan sonra video çəkiliş altında Pərvizin yaşadığı fərdi yaşayış evinə və həyətyanı sahəyə baxış keçirilmiş, baxış zamamnı evdə və həyətyanı sahədə narkotik vasitə və ya dövriyyəsi qadağan edilmiş digər əşya və məmulat aşkar edilməmiş, bununla da baxış keçirilməsi başa çatıdırılmış, Pərvizlə yanaşı o və anası Pərvizin yaşadığı ünvandan çıxıb polis əməkdaşları ilə birlikdə Goranboy rayon polis şöbəsinin inzibati binasına gəlib sonda hazırlanmış sənədləri digər iştirakçılar ilə birlikdə imza etmişdir. Eyni zamanda Fəxri Məmmədov ifadəsində Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin yataq otağında olan divanın altından götürüb Vilayət Süleymanova məxsus fərdi yaşayış evinin zirzəmisinə yerləşdirdiyi iki ədəd iç-içə keçirilmiş polietilen paketin içərisində narkotik vasitə olan qurudulmuş marixuana olmasını bilmədiyini, belə ki, həmin iki ədəd iç-içə keçirilmiş polietilen paketin içərisinə baxmadığını, həmçinin iki ədəd iç-içə keçirilmiş polietilen paketin içərisi görünmədiyi üçün həmin paketin içərisində nə olduğunu görmədiyini, bundan başqa isə heç vaxt narkotik vasitə olan qurudulmuş marixuana görmədiyi üçün həmin paketin içərisindəki narkotik vasitə olan qurudulmuş marixuananı görsə belə tanımayacağını, Təqsirləndirilən şəxs da ona həmin iki ədəd iç-içə keçirilmiş polietilen paketin içərisində nəsə olması barədə heç bir məlumat vermədiyini, həmin iki ədəd iç-içə keçirilmiş polietilen paketin içərisində narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildiyi halda həmin paketin yerini dəyişdirməkdən imtina edəcəyini, Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması barədə heç bir məlumatı olmadığını, Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin yataq otağında olan divanın altından götürüb Vilayət Süleymanova məxsus fərdi yaşayış evinin zirzəmisinə yerləşdirdiyi iki ədəd iç-içə keçirilmiş polietilen paket barədə başqa heç kimin məlumatı olmadığını, çünkü Vilayət Süleymanova məxsus fərdi yaşayış evində heç kimin yaşamadığını, Vilayətin Rusiya Federasiyasında yaşadığı üçün ona məxsus fərdi yaşayış evinə qardaşı Elxanın nəzarət etdiyini, Elxana bu barədə hər hansısa məlumat vermədiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, X7 onun doğma qardaşıdır. X15 20 ildən çoxdur ki, Rusiya Federasiyasında ailə üzvləri ilə birlikdə yaşayır. X15 Rusiya Federasiyasıında yaşadığı dövrdə Goranboy rayonu Səfikürd kəndində özü və ailəsi üçün bir mərtəbəli fərdi yaşayış evi tikdirmiş, lakin qardaşı Vilayət və onun ailə üzvləri Rusiya Federasiyasında yaşadığı üçün hazırda həmin evdə heç kim yaşamır. O da həmin evə qardaşı Vilayətin xahişi əsasında nəzarət edir. 03 noyabr 2022-ci il tarixdə axşam saatlarında Goranboy rayonu Səfikürd kəndi ərazisində olan zaman Goranboy rayon polis şöbəsinin əməkdaşları onunla əlaqə saxlayıb Rusiya Federasiyasında yaşayan qardaşı Vilayətə məxsus Səfikürd kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilməsi zərurəti yarandığını demişlər. Odur ki, polis əməkdaşları onu qardaşı Vilayətə məxsus evin girişinə gəlməyi demişlər. O da bundan sonra qardaşı Vilayətə məxsus Səfikürd kəndində yerləşən evin girişinə gəlmiş, həmin yerdə isə Goranboy rayon polis şöbəsinin əməkdaşları, həmkəndliləri Pərviz, Cehunə, Cehunənin oğlu Fəxri və bir nəfər adını sonradan bildiyi vəkil Sərvər oilmuş, polis əməkdaşları həmin yerdə ona izah etmişlər ki, Təqsirləndirilən şəxs narkotik vasitələtin qanunsuz dövriyyəsi ilə məşğul olmasına görə saxlanılmış, həmin vaxt müəyyən olunmuş ki, Təqsirləndirilən şəxs Səfikürd kəndində yaşadığı evdə saxladığı narkotik vaitə olan qurudulmuş marixuanaya bənzər kütləni qohumu Fəxrinin vasitəsi ilə evindən çıxarmış, Fəxri həmin narkotik vaitə olan qurudulmuş marixuanaya bənzər kütləni gətirib onun qardaşı Vilayətə məxsus fərdi yaşayış evinin zirzəmisində gizlətmişdir. Odur ki, polis əməkdaşları bununla bağlı qardaşıma məxsus fərdi yaşayış evinə baxış keçirilməsinin zəruri olduğunu deyib ona və digər iştirakçılara hüquq və vəzifələrini izah etmişlər. O da qardaşı Rusiya Federasiyasında yaşadığı üçün evinə nəzarəti ona həvalə etdiyinə görə evə və həyətyanı sahəyə baxış keçirilməsinə etiraz etmədiyini bildirib bu barədə ərizə yazmış, bundan sonra isə video çəkiliş altında polis əməkdaşlarının, Pərvizin, Cehunənin, Fəxrinin müdafiəçinin və onun iştirakı ilə qardaşı Vilayətə məxsus fərdi yaşayış evinə baxış keçirilməsinə başlanılmış, baxış zamanı X15a məxsus evin həyətinə daxil olduqdan sonra evin zirzəmisinin önünə gəlmişlər. Həmin yerdə Fəxri və Pərviz evin zirzəmisini göstərmişlər. Bundan sonra Fəxri həmin zirzəminin taxta materialdan olan qapısını açıb zirzəmidə iki ədəd iç-içə keçirilmiş yaşıl və göy rəngli polietilen paketi çxarıb yerə qoymuş, polis əməkdaşları tərəfindən həmin iki ədəd polietilen paketin içərsinə baxış keçirilmiş və göy rəngli polietilen paketin içərsində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar edilmiş, aşkar edilmiş içərsində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzi vasitəsi ilə çəkilmiş, bunun ardınca isə aşkar edilmiş həmin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə polis əməkdaşları tərəfindən qablaşdırılmış və möhürlənərək ekspertiza tədqiqatına təqdim olunması üçün götürülmüş, bununla bağlı sənədlər isə o və digər iştirakçılar tərəfindən imza edilmiş, bundan sonra isə polis əməkdaşları və digər iştirakçılar çıxıb getmişlər. O da həmin yerdən ayrılıb yaşadığı evə getmişdir. Eyni zamanda Elxan Süleymanov ifadəsində Təqsirləndirilən şəxs qohumu Fəxrinin vasitəsi ilə qardaşı Vilayət Süleymaova məxsus fərdi yaşayış evinin zirzəmisində narkotik vasitə olan qurudulmuş marixuana saxlaması barədə əvvəlcədən heç bir məlumatı olmadığını, ona bu barədə məlumatı polis əməkdaşlarının 03 noyabr 2022-ci il tarixdə qardaşına məxsus evin önünə dəvət etdikdən sonra orada olan zaman dediklərini, həmin evdə isə qardaşı və ailə üzvləri və ya başqa heç kim yaşamadığı üçün, eyni zamanda evə nəzarəti həyata keçirdiyi üçün onun iştirakı ilə baxış keçirildiyini və baxış zamanı qardaşına məxsus evin zirzəmisindən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək polis əməkdaşları tərəfindən götürüldüyünü göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X27 ifadəsində göstərdi ki, Vaz 2107 markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobili etibarnamə əsasında idarə edir. Həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olub pul qazanır.Təqsirləndirilən şəxs və X8 tanıyır.Hər iki şəxs həmkəndliləridir. Həmkəndli kimi Pərviz və Xəyyamla normal münasibətləri olmuşdur. Onlarla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. 01 noyabr 2022-ci il tarixdən 02 noyabr 2022-ci il tarixə keçən gecə saat 01 radələrində Pərviz onun mobil telefonuma zəng vurub Vaz 2107 markalı avtomobili ilə onu yaşadığı evin yaxınlığından götürüb Goranboy Şəfəq kəndinə aparmağını xahiş etmiş, o da bundan sonra yaşadığı evdən çıxıb Vaz 2107 markalı avtomobili ilə Pərvizin yaşadığı evin yaxınlığına gəlmiş, həmin vaxt Pərvizin yanında digər həmkəndlisi Xəyyam da olmuş, Pərviz və Xəyyam hər ikisi gəlib ona məxsus avtomobildə əyləşmişlər.Bundan sonra avtomobili Şəfəq kəndi istiqamətində idarə etməyə başlamış, bir qədər sonra Şəfəq kəndi ərazisinə çatmışlar. Şəfəq kəndi ərazisində torpaq sahələrinin kənarında Pərviz və Xəyyam avtomobili ondan saxlamağını xahiş etmişlər. O da buna görə avtomobili yolun kənarında saxlamış, bundan sonra Xəyyamla Pərviz avtomobildən düşüb getmişlər. Lakin onların haraya və hansı məqsədlə getmələrini bilməmiş, odur ki, Vaz 2107 markalı avtomobilinin içərisində Xəyyam və Pərvizin gəlməsini gözləmiş, bir az sonra Xəyyam və Pərviz gəlmişlər. Onlar gəldikdən sonra avtomobilində əyləşmişlər və ondan Səfikürd kəndinə getməyi xahiş etmişlər. O da avtomobili idarə edib Səfikürd kəndinə gəldikdə Pərviz yaşadığı evin yaxınlığında avtomobili saxlamağını xahiş etmiş, o da həmin yerdə avtomobili saxladıqdan sonra Xəyyam və Pərviz avtomobildən düşmüşlər. Həmin vaxt Pərviz onları avtomobili ilə Şəfəq kəndinə aparıb-gətirməyi ilə bağlı pul vermiş, o da bundan sonra yaşadığı evə getmişdir. Eyni zamanda Namiq Əsədov ifadəsində Pərviz və Xəyyamın hansı məqsədlə Goranboy rayonu Şəfəq kəndinə getmələrini bilmədiyini, həmçinin onların da hansı məqsədlə getmələri barədə ona məlumat vermədiklərini, sadəcə olaraq Pərvizlə Xəyyamın onun Vaz 2107 markalı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olduğunu bildikləri üçün onunla Şəfəq kəndinə gedib-gəldiklərini, bunun müqabilində isə onun pulunu verdiklərini, Pərviz və Xəyyamın Goranboy rayonu Şəfəq kəndi ərazisində yabanı halda bitmiş çətənə kollarının gövdə hissələrini qoparıb paltarın altına gizlətmələrindən heç bir məlumatı olmadığını, həmçinin də Xəyyam və Pərvizin ona bu barədə məlumat vermədiklərini, əgər X26 kəndinə yabanı halda bitmiş çətənə kollarının gövdə hissələrini qoparıb toplamaq məqsədi ilə getdiklərini bildii halda ümumiyyətlə onları avtomobili ilə aparmaqdan imtina edəcəyini, Pərviz və Xəyyamın narkotik vasitə qəbul etmələri barədə heç bir məlumatı olmadığını göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilməklə elan edilmiş “şübhəli şəxsin tutulması haqqında” 03 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilməklə elan edilmiş “Şəxsi axtarış aparılması haqqında” 03 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin TQ-nin baş təhqiqatçısı X18, Oktay Verdiyevin, Şaiq Şəfiyevin, Həbib Məmmədovun, müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakları ilə sonuncunun üzərinə baxış keçirtmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü surətdə masanın üzərinə qoyaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində 1 (bir) ədəd tünd göy rəngli gödəkçə, 1 (bir) ədəd qara rəngli şalvar, ayağında 1 (bir) cüt qara rəngli dəri ayaqqabı olmuşdur. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibindən 1 ədəd ətir qabını, şalvarının sağ arxa cibindən 2 ədəd 5 manatlıq əskinazı, əynində olan gödəkçənin sol iç cibindən bir ədəd fotoşəkili masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə həmkəndlisi Xəyyam Həsənovla birlikdə taksi vasitəsi ilə Goranboy rayonu Şəfəq kəndi yaxınlığında yerləşən sahəliklərdən marixuananı yığaraq Xəyyam Həsənovla birlikdə marixuananı onun yaşadığı evin həyətində olan dama gətirmişlər, daha sonra o marixuananı yığaraq yaşadığı evdə olan divanın altına qoymuşdur, xx.xx.2022-ci il tarixdə polis əməkdaşlarının onunla maraqlandıqlarını bildikdən sonra o evdə olmadığına görə qohumu olan X11 zəng edərək həmin marixuana olan torbanı qonşuluqda yaşayış olmayan X2 məxsus evin həyətində gizlətməsini istəmişdir. Hazırda həmin marixuananı təqdim edə bilər. Digər əşyalar maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs qaytarımışdır; İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilməklə elan edilmiş “Baxış keçirilməsi haqqında” 03 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin TQ-nin baş təhqiqatçısı X18, hal şahidlərinin, müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakları ilə X3 məxsus fərdi yaşayış evinə baxış keçirtmişdir. X16 məxsus evdə heç kim olmadığına görə onun evinə nəzarət edən qonşuluqda yaşayan qardaşı X5 iştirakı ilə başlamışdır. Baxış zamanı müəyyən olunmuşdur ki, Vilayyət Süleymanova məxsus Goranboy rayonu Səfikürd kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə giriş boz gümüşü rəngli boya ilə boyanmış, dəmir materialdan hazırlanmış, iki taylı darvazanın sağ tayının içərisində olan bir taylı qapıdandır. Həmin qapıdan həyətyanı sahəyə daxil olduqda sol tərəfdə bir mərtəbəli evdir. Düzünə həyatyanı sahədir. Yaşayış evinin digər yan tərəfində olan bir taylı taxtadan qapısı olan zirzəmini Fəxir Məmmədov göstərərək qohumu Təqsirləndirilən şəxs evindən götürərək orada gizlətiyi sellofan torbanın zirzəmidə olması demiş, Zirzəmin qapısını açmışdır. Zirzəminin daxilində sağ hissədə bir ədəd yaşıl rəngli sellofan torba olmuşdur. Həmin torba zirzəmidən götürülmüş, həmin torbanın içində göy rəngli sellofana bükülmüş qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin qurudulmuş marixunaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və 850 qram çəkidə olması müəyyən edilmişdir. Polis əməkdaşları həmin qurudulmuş marixuanaya bənzər külə torbaya qablaşdırılaraq üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 121 saylı möhürü ilə möhürlənərək ekspert tədqiqinə təqdim edilməsi üçün götürülmüşdür; İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilməklə elan edilmiş “Baxış keçirilməsi haqqında” 03 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin TQ-nin baş təhqiqatçısı X18, hal şahidlərinin, müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakları ilə sonuncunun yaşadığı fərdi yaşayış evinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs Goranboy rayonu Səfikürd kəndində yerləşən həyatyanı sahəsinin giriş iki taylı açıq mavi rəngə boyanmış, dəmir materialdan hazırlanmış, iki taylı darvazanın sağ tayının içərisində olan bir taylı qapıdandır. Həmin qapıdan həyətyanı sahəyə daxil olduqda sol tərəfdə öndə bir mərtəbəli evdir. Evin giriş qapısı bir taylı taxtadandır. Qapının üzərində asma kilid vardır. Təqsirləndirilən şəxs üzərində açarın olmadığını bildirirək özü qapıda olan kilidi açmasına icazə vermişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, özünə məxsus qurudulmuş marixunanı evində olan divanın altına qoymuşdur. Polis əməkdaşlarının onu axtarmasını bildikdə qohumu Fəxri Məmmədova zəng edərək evində divanın altına olan sellofan torbanın qonşuluqda yaşayış olmayan Vilayət Süleymanova məxsus evdə gizlətməsini istəmişdir. X19 isə bildirmişdir ki, Təqsirləndirilən şəxs evinin açarı onda olmadığına görə evin ön hissəsində olan pəncərədən Təqsirləndirilən şəxs evinə daxil olaraq divanın altında olan sellofan torbanı qonşuluqda yaşayış olmayan X1 evinin zirzəmidə gizlətmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş, evdə müxtəlif cür ev əşyalarının olması müəyyən edilmişdir. Evdən sonra Təqsirləndirilən şəxs evin sağ hissəsində olan bir otaqlı heyvan damını göstərərək həmkəndlisi Xəyyam Həsənovla orda marixuananı yerə sərib qurutduğu yeri göstərmişdir. Evə, həyatyanı sahəyə və yardımçı tikiliyə baxış keçirlmiş, oradan maddi sübut əhəmiyyəti kəsb edəcək hər hansı bir əşya aşkar edilməmiş və götürülməmişdir; İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilməklə elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 noyabr 2022-ci il tarixli, 16/1255 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs məxsus qurudulmuş marixuanaya bənzər kütlə” yazı və imzalar olan sintetik kisədəki 2 (iki) ədəd, yaşıl və göy rəngli polietilen paketdə təmiz çəkisi 490 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 490 qram, tədqiqata sərf edilmiş - 0.2 qram, qalıq –489.8 qram. Aparılmış tədqiqatın dəyəri 30,40 manatdır; X9 üzərindən götürülmüş 5,29 qram xx.xx.2022-ci il tarixli 16/1254 nömrəıli rəyə əsasən 5,31 qram olmuşdur. Tədqiqata 0,02 qram sərf edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilməklə elan edilmiş “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və saxlanıldığı Goranboy RPŞnin MSY-dən azad edilməsi haqqında” 05 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə Goranboy RPŞ-nin MSY-dən azad edilmişdir; İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilməklə elan edilmiş “Maddi sübut qismində tanıma barədə” 10 noyabr 2022-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra təmiz çəkisi 489,8 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik vasitələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanması üçün rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir; İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilməklə elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 22 noyabr 2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır; İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilməklə elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 04 yanvar 2023-cü il tarixli, 02 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilməklə elan edilmiş cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması barədə 10 yanvar 2023-cü il tarixli qərardan görünür ki, X9 barəsində ********** nömrəli cin ayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-146-cı maddələri). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 12-ci qrafasına əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs qanunsuz saxladığı narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 490 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - törətdiyi əməli etiraf etməsi və əməlindən peşman olmasını; - qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Goranboy RİH başçısının Səfikürd kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 09 yanvar 2023-cü il tarixli xasiyyətnamə). Məhkəmə, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır Cinayət Məcəlləsinin 58.3-cü maddəsi. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşırı narkotik vasitədən istifadə edir (əsas: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 04 yanvar 2023-cü il tarixli, 02 nömrəli rəyi), eyni zamanda Təqsirləndirilən şəxs məxsus narkotik vasitə olan marixuananın çəkisinin küllü miqdar olmasına çox az miqdar qalmışdır. Məhkəmə, göstərilənləri Təqsirləndirilən şəxs şəxsiyyətini səciyyələndirən hallar kimi nəzərə alır və hesab edir ki, bu hallar Təqsirləndirilən şəxs cinayət törətməyə meylli şəxs kimi xarakterizə olunmasına əsas verir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 gün (03 noyabr-05 noyabr 2022-ci il) ona təyin edilmiş cəzadan çıxılmalı (Azərbaycan Respublikası Cinayət Məcəlləsi - 69.3), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalı, cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı tarixdən hesablanmalı (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi -158.2.1, 158.6, Azərbaycan Respublikası Cinayət Məcəlləsi - 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (Azərbaycan Respublikası Cinayət Məcəlləsi - 56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Goranboy RPŞ-də saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 489,8 qram olan qurudulmuş marixuana məhv edilməli (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi - 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi - 198.1). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 2 (iki) gün (03 noyabr-05 noyabr 2023-cü il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və qəti olaraq ona 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 09 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Goranboy RPŞ-də saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 489,8 qram olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza xərci 30,4 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar