Məhkəmə qərarları › İş №1(045)-15/2024

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-15/2024

05.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-15/2024 05.12.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Saat 16:00 X19 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs və nümayəndəsi Gəncə Asan Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy Rayon Vəkil Bürosunun vəkil Müdafiəçi2 iştirakı ilə, xx.xx.1960-cı ildə Goranboy rayonu, Todan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Goranboy rayonu, Todan kəndində qeydiyyatda olmaqla, Goranboy rayonu, Erkəc kəndində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 29 oktyabr 2023-cü il tarixdə günorta saat 14 radələrində tanışı X5 birlikdə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində "xxxx" MMC-nin baza stansiyasının yaxınında fəaliyyət göstərən ünvansız fermada yerləşən faktiki olaraq yaşadığı fərdi yaşayış evinə gəlib, həmin gün saat 17-18 radələrinə qədər birlikdə spirtli içki içmiş, sonra Səməndər Həsənovu fermanın giriş hissəsinə qədər yola salarkən fermanın sərhədləri daxilində aralarında şəxsi ədavət zəminində münaqişə yaranmış, fermanın barmaqlıqları dəmir materialdan olan qapısının bayır tərəfindəki ümumişlək torpaq yolda dalaşmağa başlayıb həmin yolun qarşı tərəfindəki yerdə iri daş parçaları olan dar piyada cığırında dalaşmağa davam etmiş, bu zaman o, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmədən yumruqla Səməndər Həsənovun üz nahiyəsinə ardıcıl zərbələr vuraraq itələyib onu yerdə iri daş parçaları olan dar piyada cığırında yerə yıxıb sonuncunun baş nahiyəsinin yerdə olan bərk küt əşyaya dəyməsi nəticəsində məhkəmə- tibbi ekspertiza rəyinə əsasən sol alın gicgah və sol alın nahiyəsində ortada, sol gözün tış hissəsində, alt çənədə solda, sağ əlin V barmağında, sol boyunun aşağı 1/3-nin arxa səthində, sağ və sol qaş üstü nahiyənin və sol topuq nahiyəsinin yaraları, boyunun sağ yan səthinin aşağı 1/3-nin bayır səthinin qançırları, burun yəhərinin sıyrığı yaraları kimi dərəcəsi təyin edilməyən xəsarətləri ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid olan qapalı kəllə beyin travması, beyinin yumşaq qişasına, beyin toxumasına, beyin mədəciklərinə qansızma ilə müşayiət olunan və Səməndər Həsənovun almış olduğu həmin xəsarətdən 30 oktyabr 2023-cü il tarixdə saat 8 radələrində yaşadığı Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsindəki fərdi yaşayış evində ölməsi ilə nəticələnən ehtiyatsızlıqdan adam öldürmə cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, xx.xx.1960-cı ildə Goranboy rayonunun Todan kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatda olsa da, lakin faktiki olaraq Goranboy rayonunun Erkəc kəndində yaşayır. Səməndər Həsənovu uzun illərdir tanımış, aralarında narazılıq və düşmənçilik olmamış, hətta bir neçə dəfə birlikdə oturub-yeyib içmişlər və aralarında mehribançılıq olmuşdur. xx.xx.2023-cü il tarixdə qəsəbə sakini Şahid1 şəxsi işi ilə bağlı ərizə yazdırmaqla bağlı razılıqları üzrə sonuncu onun işlədiyi Aşağı Ağcakənd qəsəbə ərazisindəki fermaya gəlməli olduğu halda gəlmədiyi üçün qəsəbənin mərkəzi hissəsinə gəlmiş, orada Şahid1 və Səməndər Həsənovu birlikdə görmüşdür. Həmin şəxslər ona qəsəbə sakini Şahid3 evinə getdiklərini və orada yeyib-içəcəklərini, lakin spirtli içki almaq üçün pul lazım olduğunu bildirmişlər. Borc pul tapmaq üçün oradan ayrılmış, lakin pul tapa bilməyib Şahid3 evinə qayıtmışdır. Həmin vaxt Şahid1 və Şahid3 evdə olduqlarını görmüş, Səməndər Həsənovu soruşduqda, sonuncunun qəsəbənin mərkəzində yerləşən mağazadan spirtli içki almaq üçün getdiyini bildirmişlər. Qapının yanında gözləyərkən Səməndər Həsənov gəlmiş, sonuncu ona birlikdə oturub-yeyib içməyi təklif etmiş və o da razılaşmışdır. X11 gətirdiyi 0,750 ml şüşə qabda olan spirtli içkini 4 nəfər birlikdə içmişlər, yeyib-içdikdən sonra Şahid3lə sağollaşaraq oradan ayrılmışlar. Səməndər Həsənov ona spirtli içkinin az olduğunu və yenə içmək istədiyini bildirmiş, o da məsələni həll edəcəyini bildirmişdir. Həmin ərazidə yerləşən Faik Məmmədovun kafesinə gəlib ondan pendir lazım olub-olmadığını soruşmuş, sonuncu isə lazım olduğunu bildirmişdir. Bundan sonra Səməndər və Zahid onu gözləmiş, o, fermadan pendiri götürüb geri qayıtmışdır. Faik Məmmədov pendirin pulunu hesablamış, lakin üzərində 25 manat olmadığını, qəsəbənin mərkəzindən bank terminalından çıxarıb verə biləcəyini deyib birlikdə getmələrini təklif etmişdir. Qəsəbənin mərkəzi küçəsində Faik Məmmədov pulu çıxarıb ona vermiş, o isə mağazada xatırlamadığı satıcıdan 2 şüşə butulka spirtli içki alıb kafenin yanında onu gözləyən X15 Məsimovun yanına gəlmişdir. Şahid1 və Səməndər Həsənova fermaya gedərək yeyib-içməyi təklif etmiş və sonuncular razılaşmışlar. Fermada isə arvadı Şahid4 yemək bişirmiş, saat 14 radələrindən başlayaraq fermada birlikdə yemək yeyərək aldığı spirtli içkini qəbul etmişlər və sərxoş vəziyyətdə olmuşlar. Yeyib-içdikdən sonra isə saat 17-18 radələrində Şahid1 və Səməndər Həsənov getməyi qərarlaşmışlar. Fermada olan çoban itlərin Şahid1 və Səməndər Həsənova zərər yetirməməsi üçün fermanın aşağısına, yəni "Azercell Telekom” MMC-yə məxsus şəbəkə gücləndirici qurğunun yanında yerləşən giriş hissəsinə qədər onlarla birlikdə gəlmiş, fermanın daxilindən hələ çölə çıxmamış Səməndər Həsənov qəfildən ona arvadının Şahid3lə görüşdüyünü bildirmiş, o isə S.Həsənova bu nə ifadədir və ona niyə bu cür sözləri işlədirsən deyə irad bildirmiş, sonuncu isə düz etdiyini və arvadının Şahid3lə görüşdüyünü bir daha təkrarlamışdır. Həmin sözdən sonra aralarında mübahisə yaranmış və dalaşmağa başlamışlar. Onlar fermanın giriş hissəsindən ümumişlək yola çıxaraq hər ikisi də ağır dərəcədə sərxoş halda dalaşmağa və mübahisə etməyə davam edərək dəmir barmaqlıqlardan ibarət çəpərin yanında bir-birlərini vurmuşlar. Ardıcıl olaraq Səməndər Həsənova baş və üz nahiyəsindən yumruq zərbələri endirmiş, həmçinin sonuncu da onun üz və bədən nahiyəsinə yumruq zərbələri vurmuşdur. Fermanın giriş hissəsinin qarşısında ümumişlək yolda bir-biriylə mübahisə edən zaman yerə yıxılmışlar, yerə yıxılarkən ətraf daşlıq və torpaq qatla əhatə olduğundan üst-başları batmış, Şahid1 isə onları aralamağa çalışmışdır. Dəmir barmaqlıqlardan ibarət çəpərin yanında, yəni fermanın giriş hissəsinin qarşısında ümumişlək yolda Səməndər Həsənovla mübahisə edərkən işlədiyi fermanın yanında qonşuluqda yaşayan Şahid2 onlara yaxınlaşaraq mübahisə etməmələrini bildirmiş, lakin həm sərxoş, həm də əsəbi olduqlarından sonuncunun sözlərinə məhəl qoymayaraq mübahisə etməkdə davam etmişlər. Aralarındakı mübahisəni davam etdirərək təxminən 50 metr aralıda yerləşən daşlı və dar cığırdan ibarət olan yola gəlmişlər, yol həm ensiz və daşlı, həmçinin də yolun kənarları dəmir çəpərlə əhatə olunmuşdur. Həmin yerdə də bir daha bir-birlərinin yaxasından tutaraq mübahisəni davam etdirmişlər. Səməndər Həsənovla yenidən dalaşarkən bir-birlərinə yumruq atmışlar, hətta o, sonuncunu mübahisə zamanı yerə yıxmaq məqsədilə itələyərək yerə yıxmışdır. Mübahisə etdikləri üçün artıq üzərindəki köynəyin cırıldığını, köynəyini çıxararaq orada yerə atdığını, mübahisə edən zaman Şahid1 onları aralamağa çalışdığını, lakin fiziki cəhətdən zəif olduğundan və boyu nisbətən bəstə olduğundan sakitləşdirməyə çalışsa da, bacarmadığını, ümumilikdə mübahisənin təxminən 15-20 dəqiqə davam etdiyini, aralarındakı mübahisə sakitləşdikdən sonra Səməndər Həsənovun evi istiqamətində getdiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə səhər saat 10-11 radələrində Səməndər Həsənovun vəfat etdiyini öyrənmişdir. O, Səməndər Həsənovu öldürməmişdir, əməlindən peşman olduğunu bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Səməndər Həsənovla mübahisələri zamanı silah, bərk küt əşya və ya digər predmetdən istifadə etməmiş, yanlız yumruq zərbələri vurmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edə bilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, atası X5 onunla birlikdə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yaşamış, atasının heç kimlə düşmənçiliyi və ədavəti, həmçinin kimdənsə maddi, xidməti və sair asılılığı olmamış, habelə heç kəs atasının şəxsiyyət və ya ləyaqətini alçaltmamışdır. xx.xx.2023-cü il tarixdə Goranboy rayonunun Səfikürd ərazisində toyda olmuş, toydan çıxdıqdan sonra təxminən saat 22 radələrində evə gəlmişdir. Həmçinin yaşadıqları həyətdə iki evlərinin olduğunu, evlərdən birində özü və ailəsinin, digər evdə isə ata və anasının yaşadığını bildirmişdir. Evə gələn zaman ailəsi ilə birlikdə qaldığı evə daxil olmuş və üst geyim paltarını dəyişərək hərbi paltarını geyinib xidmət etdiyi hərbi hissəyə getmişdir. Həmin vaxt arvadı, həmçinin paltarını dəyişib həyətə çıxarkən anası Şahid8 ilə rastlaşdıqda sonuncu ona heç bir söz deməmişdir. Səhər işdə olarkən təxminən saat 8 radələrində evdən ona zəng gəlmiş və atasının vəziyyətinin pis olduğu və evə gəlməsi bildirilmişdir. İş yerindən icazə alaraq evə gəlmiş, evə gələn zaman isə artıq atasının vəfat etdiyini, həmçinin sonradan evdə ailə üzvlərindən atasının xx.xx.2023-cü il tarixdə axşam üstü sərxoş halda evə gəldiyini, gələn vaxt üst-başının toztorpaq olduğunu öyrənmişdir. Son olaraq təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, eyni zamanda Təqsirləndirilən şəxs düzgün ittiham verilmədiyini və cinayət işinin ibtidai istintaqa qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şahid5 fermasında çoban işləyən Təqsirləndirilən şəxs ona şəxsi işi ilə bağlı ərizə yazmaq üçün xahiş etmiş, xx.xx.2023-cü il tarixdə o, sonuncuya ərizə yazmalı olsa da, lakin həmin gün səhər Səməndər Həsənovla qəsəbənin mərkəzi ərazisində rastlaşmış və birlikdə yeyib-içmək qərarına gəlmişlər. Bu barədə söhbət edə- edə qəsəbədə yaşayan Şahid3 yaşadığı fərdi yaşayış evinin qarşısına çatmışlar. Həmin zaman sonuncu da orada olmuş, üçü söhbət etdikdən sonra yeyib içmək qərarına gəlmişlər. Səməndər Həsənovla spirtli içki almaq məqsədi ilə Şahid3 yanından uzaqlaşmışlar və aralarında söhbət edərkən Təqsirləndirilən şəxs qarşılarına çıxmışdır. Söhbətləri zamanı Ziyadxangildə yeyibiçəcəklərini, lakin spirtli içki almaq üçün pul lazım olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs üzərində pul olmadığını, lakin gedib borca pul tapacağını bildirərək oradan uzaqlaşmışdır. Səməndər Həsənov isə üzərində olan pula uyğun olaraq spirtli içki almaq üçün qəsəbənin mərkəzində yerləşən mağazaya getmişdir. Az sonra Təqsirləndirilən şəxs Ziyadxangilə gəlib pul tapa bilmədiyini demişdir. Səməndər Həsənov da 0.750 ml qabda spirtli içki alaraq Ziyadxangilə gəlmiş, onlar Təqsirləndirilən şəxs da birlikdə oturub yeyibiçməyi təklif etmişlər və sonuncu razılaşmışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 12 radələrində onlar birlikdə oturaraq həmin spirtli içkini qəbul etmişlər və yeyib-içdikdən sonra oradan ayrılmaq qərarına gəlmişlər. Şahid3 evindən çıxarkən Səməndər Həsənov spirtli içkinin az olduğunu və yenə içmək istədiyini demiş, Təqsirləndirilən şəxs isə məsələni həll edəcəyini bildirmişdir. Hər üçü qəsəbədə fəaliyyət göstərən Faik Məmmədovun kafesinə gəlmişlər, Təqsirləndirilən şəxs Faik Məmmədova pendir lazım olub-olmadığını soruşmuş, sonuncu isə kafeyə pendir lazım olduğunu bildirmişdir. Səməndər Həsənovla kafedə qalmış, Təqsirləndirilən şəxs isə çalışdığı fermada pendir olduğunu və gedib gətirəcəyini bildirmişdir. Təxminən 10 dəqiqə sonra Təqsirləndirilən şəxs gəlmiş və gətirdiyi pendiri F.Məmmədovla satmışdır. Lakin həmin zaman Faik Məmmədov üzərində pul olmadığı üçün mərkəzdə yerləşən bank terminalından gedib çıxarıb və gətirib pulunu verəcəyini demiş, Təqsirləndirilən şəxs isə sonuncuya birlikdə getmək istədiyini və mağazada işi olduğunu bildirmişdir. Təxminən 5 dəqiqə sonra Mübariz spirtli içki alaraq geri qayıtmış, fermaya getməyi və birlikdə yeyib-içməyi təklif etmiş, onlar da sonuncunun təklifi ilə razılaşmışlar. Beləliklə, üçü birlikdə fermaya getmişlər, təxminən saat 14 radələrində Təqsirləndirilən şəxs çalışdığı fermada oturarkən sonuncunun aldığı spirtli içkini qəbul etmişlər. Orada yeyib-içərkən Təqsirləndirilən şəxs arvadı Şahid4 onlara qulluq etmişdir. Fermada olduqları müddət ərzində heç bir problem olmamışdır. Saat təxminən 17-18 radələrində getmək qərarına gəlmişlər. Fermada olan itlərin onlara zərər verməməsi üçün Təqsirləndirilən şəxs onları fermanın giriş qapısına qədər yola salacağını bildirmiş, fermanın "Azercell Telekom” MMC-yə məxsus şəbəkə gücləndirici qurğusunun yanında yerləşən giriş qapısına doğru gedərkən hər iki şəxsdən qabaqda addımlamış, təxminən 15 metr onlardan öndə olarkən qəfildən arxadan səs-küy eşitmişdir. Geri çevrilərkən X7 Həsənovun fermanın giriş qapısının qarşısındakı ümumişlək yolda birbiriləri ilə mübahisə edərək qarşılıqlı yumruq zərbələri endirdiklərini görmüşdür. Sərxoş olduğu üçün bütün hadisənin tam olaraq yadında qalmadığını, hətta hər iki şəxsin nə üçün mübahisə etməyə başladıqlarını da anlamadığını qeyd etmişdir. Səməndərlə Mübariz fermanın giriş qapısının yanında bir-birilərini vuran zaman sonuncu Səməndər Həsənovu itələmiş və o, yerə yıxılmışdır. Onları sakitləşdirməyə çalışmış, həmçinin şəxsləri ayıran zaman etdiklərinin ayıb olduğunu, yaşlı insanlar olduqlarını bildirərək mübahisəni dayandırmalarını tələb etmiş, lakin S.Həsənov və Təqsirləndirilən şəxs ona məhəl qoymayaraq bir-birlərinə xoşagəlməz ifadələr işlədərək mübahisələrinə davam etmişlər. S.Həsənov və Təqsirləndirilən şəxs birtəhər araladıqdan sonra oradan təxminən 50 metr məsafəyə qədər uzaqlaşsalar da, lakin hər iki şəxs yenidən mübahisə etməyə başlamışlar. Həmçinin S.Həsənov və Təqsirləndirilən şəxs ikinci dəfə dalaşdıqları yerdə iri daşlar olmuş və yol kənarı dəmir çəpərlə çəkildiyi üçün həmin yol çox ensiz olmuşdur. Hər iki şəxs yenidən bir-birlərinə yumruq zərbələri atmağa başlamış, Təqsirləndirilən şəxs Səməndər Həsənova yumruq vurarkən sonuncunu itələmiş və Səməndər daşlıq ərazidə yerə yıxılmışdır. S.Həsənov yıxıldığı yerdən qalxdıqdan sonra yenə bir-birlərinə əl-qol atsalar da, onları birtəhər sakitləşdirməyi bacarmış, həmin vaxt Səməndər polisə gedib şikayət edəcəyini bildirərək evi istiqamətində getmiş, o isə bir neçə dəqiqə Təqsirləndirilən şəxs nəsihət verərək yanından uzaqlaşmışdır. Verilmiş suala cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs mərhum Səməndər Həsənovu daş parçası və ya hər hansı küt əşya ilə vurduğunu görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun yaşadığı fərdi yaşayış evinin yanındakı Şahid5 məxsus fermada çobanlıq etmiş, xx.xx.2023-cü il tarixdə saat təxminən 17-18 radələrində evdə özünə məxsus mal-qaranı yemləyərkən Şahid5 fermasının aşağı hissəsindən səs-küy eşitmiş, "Azercell Telekom”a məxsus baza stansiyasının yanında yerləşən fermanın giriş qapısının yanından gələn səs-küy tərəfə boylanarkən X7 Həsənovun bir-birilərinə nalayiq ifadələr işlədərək mübahisə etdiklərini, həmçinin onların yanında olan Şahid1 həmin şəxsləri sakitləşdirməyə çalışdığını, lakin bacarmadığını görmüşdür. Daha sonra Təqsirləndirilən şəxs fermanın giriş qapısından bayıra çıxıb Səməndərlə dalaşmağa başlamış, onlar bir-birilərinin üz və baş hissələrinə yumruq zərbələri endirmiş, mübahisə zamanı Təqsirləndirilən şəxs qəfildən Səməndər Həsənovu itələyərək yıxmış və itələyib yıxarkən tarazlığını itirdiyi üçün Təqsirləndirilən şəxs da yıxılmışdır. Həmin vaxt hər ikisi də ağır dərəcədə sərxoş olmuşlar. Hər iki şəxs bir daha ayağa qalxmış və bu zaman Təqsirləndirilən şəxs Səməndər Həsənova üz nahiyəsindən yumruq zərbələri vurmuşdur. Həmin vaxt Şahid1 onları sakitləşdirməyə çalışsa da, fiziki cəhətdən zəif və bəstə boy olduğu üçün mübahisəsini dayandırmağı bacarmamış, ona görə də, insanlıq naminə kömək etmək üçün yaxınlaşmış, yaxınlaşan zaman hər iki şəxsə yaşlı insanlar olduqlarını, etdiklərinin ayıb olduğunu bildirərək mübahisəni dayandırmalarını xahiş etmiş, lakin hər iki şəxs ona məhəl qoymayaraq mübahisələrinə davam etmişlər. Bu səbəbdən Təqsirləndirilən şəxs işlədiyi fermaya kömək çağırmaq üçün getmiş, fermada Mübarizin arvadı və ya başqa yaxını ola biləcəyini və sonuncunun dalaşdığını bildirərək həmin şəxsləri köməyə çağıracağını düşünmüşdür. Fermaya daxil olan zaman fermanın sahibi Şahid5 maşında oturduğunu görmüş, sonuncuya çobanı Mübarizin kənd sakini Səməndərlə mübahisə etdiyini və Şahid1 onları ayırmağa çalışdığını demişdir. Şahid5 isə hazırda ayağının yaralı olduğunu, buna görə gəzə bilmədiyini, həmçinin Mübarizlə Səməndərin sərxoş olduqlarını qeyd edərək sonunculara baş qoşmamasını və evinə getməsini bildirmişdir. Həmin şəxslərin sərxoş olmasından və ona nəsə edə biləcəklərindən qorxaraq fermanın kənarı ilə öz evinə keçmiş, lakin yenə də, evi istiqamətindən Səməndərlə Mübarizin mübahisəsini görmüşdür. Evindən yenidən baxarkən Mübariz ilə Səməndərin mübahisə etdikləri yerdən, yəni fermanın giriş qapısı olan ərazidən təxminən 50 metr uzaqlaşaraq mübahisəyə davam etdiklərini görmüşdür. Onların mübahisə etdikləri yerdə ətraf iri daşlarla əhatəsində olmuş, həmçinin yolun kənarları çəpərləndiyi üçün yol çox ensiz və dar olmuşdur. X7 Həsənov bir daha orada birbirilərinin yaxalarından tutaraq mübahisə etmiş, hər ikisi də yenidən bir-birlərinə yumruq zərbələri vurmuşlar, dalaşan zaman Mübariz Səməndəri itələyib yerdə iri daşlar olan yerə yıxmışdır. Həmin zaman Təqsirləndirilən şəxs əynindəki köynək də cırılmış, sonuncu əynindəki köynəyi çıxararaq hadisə yerinə atmışdır. Şahid1 mübahisəni birtəhər sakitləşdirmiş, həmin vaxt Səməndər Həsənov polisə gedərək şikayət edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs bir neçə dəqiqə orada yerdə oturmuş, Şahid1 orada qalaraq Mübarizə etdiklərinin düzgün olmadığını, hər iksinin yaşlı insanlar olduqlarını və bu hərəkətlərin onlara yaraşmadığını bildirərək daha sonra oradan uzaqlaşmışdır. Verilmiş suala cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs mərhum Səməndər Həsənovu daş parçası və ya hər hansı küt əşya ilə vurduğunu görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində ifadəsində göstərmişdir ki, Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbə ərazisində fermasının olduğunu, 38 baş iribuynuzlu və 21 baş xırdabuynuzlu heyvan saxladığını, həmin heyvanlara isə çoban kimi işə götürdüyü Təqsirləndirilən şəxs və arvadı Şahid4 nəzarət etdiklərini bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində arvadı Aynurə Mehdiyeva ilə birlikdə fermaya nəzarət etmək üçün gəlmiş, fermaya daxil olan zaman orada Təqsirləndirilən şəxs görməmiş, Şahid4 isə heyvanlara nəzarət etməyə getmişdir. Bir neçə dəqiqə sonra fermanın qonşuluğunda yaşayan Şahid2 ona yaxınlaşaraq çoban Təqsirləndirilən şəxs fermanın giriş hissəsində "Azercell Telekom” şirkətinə məxsus şəbəkə gücləndirici qurğunun yanında sərxoş vəziyyətdə Səməndər Həsənovla dalaşdığını bildirmiş, ayağı yaralı olduğu üçün sonuncuya yeriyə bilmədiyini və buna görə də, maşından düşə bilməyəcəyini qeyd etmiş, Şahid2 də geri qayıtmışdır. Təxminən bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs həmin istiqamətdən fermaya gəlmiş, sonuncunun üst-başı toz-torpağa bulanmış, həmçinin əynində köynəyi olmamış, arvadı Aynurə Mehdiyevadan bu haqda Şahid4 məlumat verməsini xahiş etmişdir. Arvadı da Xalidəni səsləmiş, sonuncu isə gəldikdən sonra ərinə geyinməsi üçün paltar vermiş və üst-başını təmizləmişdir. Təqsirləndirilən şəxs nə üçün dalaşdığını soruşduqda, sonuncu sərxoş olduqlarını, X11un onun arvadı Xalidənin əxlaqsız hərəkətlər etdiyini dediyinə görə dalaşdıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, X5 onun əridir. Səməndərin heç kimlə düşmənçiliyi və ədavəti, həmçinin kimdənsə maddi, xidməti və sair asılılığı olmamış, habelə heç kəs onun şəxsiyyət və ya ləyaqətini alçaltmamışdır. Yaşadıqları həyətdə iki ev olmuş, həmin evlərdən birində özü və əri Səməndər Həsənov, digər evdə isə oğlu Zərərçəkmiş şəxsla ailəsi yaşamışlar. 29 oktyabr 2023-cü ildə oğlu Zərərçəkmiş şəxs toya getmiş, gəlini Şahid9 körpə uşaqları ilə evlərində qalmış, digər evdə isə özü olmuşdur. Səməndər Həsənov xx.xx.2023-cü il tarixdə saat 10 radələrində evdən çıxmış, hara getdiyini soruşduqda qəsəbə ərazisində gəzib qayıdacağını bildirmişdir. Təxminən 17-18 radələrində Səməndər Həsənov evə gəlmədiyi üçün narahat qalıb küçəyə çıxmış, küçənin başına qədər getmiş və ora çatan zaman dağılmış evlərin təmiri ilə məşğul olan briqadir Şahid7 Səməndərlə söhbət etdiklərini görmüşdür. Həmin zaman Səməndər sərxoş və üst geyimi toz-torpağa bulanmış vəziyyətdə, üz nahiyəsində isə xəsarət izləri olmuşdur. Evdə də dəfələrlə nə baş verdiyini, kimləsə mübahisə edib-etmədiyini soruşmuş, lakin Səməndər heç bir cavab verməyərək paltarını soyunmadan yatağında uzanaraq yatmışdır. Səməndər Həsənov yatdıqdan sonra gəlini qaldığı evə keçmiş və hadisəni danışmış, lakin hadisənin nə olduğunu öyrənə bilmədiyini qeyd etmişdir. Telefonla hadisə barəsində qaynı Sərdar Həsənova da bildirmiş, sonuncu həmin gün axşam saat 21-22 radələrində gəlmiş və Səməndər Həsənovun olduğu otağa daxil olaraq qardaşından hadisənin necə baş verdiyini, üzündəki xəsarətlərin səbəbini, kimləsə mübahisə edib-etmədiyini soruşmuş, lakin sonuncu sərxoş olduğu üçün üzünü çevirirərək heç bir söz demədən yatmışdır. xx.xx.2023-cü il tarixdə, saat 8 radələrində nəvələrinə baxmaq üçün oğlunun evinə keçmiş, həmin vaxt gəlini Şahid9 onların qaldıqları evdə təmizlik işlərilə məşğul olarkən Səməndər Həsənov yuxudan oyanaraq otaqda stolun yanında gəlib dayanmış, gəlinindən çay istəmiş, gəlini Səməndərə çay vermək istəyərkən sonuncunun qəfildən halı pisləşmiş və stolun yanında yerə yıxılmışdır. Bu zaman Şahid9 qışqıraraq onun olduğu evə gəlmiş və Səməndərin halının pisləşdiyini, həmçinin qəfildən yerə yıxıldığını bildirmiş, onlar birlikdə sonuncunun yanına gələrək yerdən qaldırıb yatağa uzatmışlar və təcili tibbi yardıma xəbər etmişlər. Təcili tibbi yardım həkimləri gəlib Səməndəri müayinə edib vəfat etdiyini bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, işlədiyi şirkət podrat müqaviləsi əsasında təbii fəlakət nəticəsində evlərə dəymiş ziyanın bərpası və yenidən tikilməsi işləri ilə məşğuldur, o da həmin işlər üzrə briqadir vəzifəsində çalışır. X12 yaşadığı fərdi yaşayış evi təbii fəlakət nəticəsində zərər görmüş və o, digər ustalarla birlikdə həmin evin yenidən tikintisi üçün müvafiq işləri icra edir. xx.xx.2023-cü il tarixdə təxminən saat 17-18 radələrində Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsindən həmin rayonun Börü qəsəbəsinə gedən yolda özü və işlədiyi şirkətdə onunla birlikdə usta işləyən Sənan adlı şəxslə dayanmış, bu vaxt Səməndər Həsənov sərxoş vəziyyətdə yanlarına gəlmiş, sonuncunun üst-başı torpağa bulaşmış vəziyyətdə olmuşdur. Səməndər yaxınlaşdıqda üz və alın nahiyəsində bir neçə xəsarət izlərinin də olduğunu, nə baş verdiyini soruşduqda, sonuncu heç bir şey olmadığını bildirmiş, lakin ad çəkməsə də, kiməsə söyüşlər söymüşdür. Səməndərin sərxoş olduğunu və üst-başının da torpağa bulaşdığını gördükdə, sonuncuya qaldığı evə gedərək üst-başını təmizləməyi təklif etmişdir. Səməndərə kömək etmək üçün qoluna girərək qaldığı evə tərəf getməyə başlamışdır. Səməndərlə birlikdə yol boyu gələn zaman nə baş verdiyini soruşsa da, lakin sonuncu onun suallarına cavab verməmişdir. Küçənin başına çatdıqda sonuncunun arvadı Şahid8 onları görərək yaxınlaşmışdır. Həmin vaxt arvadı Səməndərdən nə baş verdiyini, üst başının niyə bu halda olduğunu soruşduqda, sonuncu arvadına da cavab verməmiş, arvadı isə qoluna girərək onu evə aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 da Şahid7la oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 da Şahid8 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Oruz qızı ifadəsində göstərmişdir ki, Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Şahid5 fermasında şifahi razılıq əsasında əri Təqsirləndirilən şəxsla birlikdə çoban kimi işləmiş, özü və əri uzun illərdir hər ilin payız fəslindən növbəti ilin may ayına qədər orada çobanlıq etmişlər. 2023-cü ilin sentyabr ayından etibarən Şahid5 onu və əri Mübarizi fermada işləməyə çağırmış, həmin vaxtdan etibarən fermada işləməyə başlamışlar. X20 uzun illərdən bəri tanımış, heç bir zaman aralarında narazılıq və düşmənçilik olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs evə gələrək pul lazım olduğunu və evdə hazırladıqları pendiri götürərək kafeyə aparıb satacağını deyib pendiri götürüb getmişdir. Təxminən yarım saat sonra əri Səməndər Həsənov və Şahid1la birlikdə fermaya gəlmiş, həmin vaxt fermada başqa heç kəs olmamışdır. Təqsirləndirilən şəxs ondan nə bişirdiyini soruşmuş, o isə dolma bişirdiyini bildirdikdən sonra əri və digər iki qonaq əyləşərək yeyibiçməyə başlamışlar. Yeyib-içən zaman araları çox yaxşı olmuş, hətta bir neçə dəfə xoş zarafatlar etdiklərini də eşitmişdir. Həmin vaxt fermada ondan və adlarını qeyd etdiyi şəxslərdən başqa heç kəs olmamışdır. Təxminən saat 17-18 radələrində X15 Məsimov sağollaşaraq getmək istədikdə Mübriz Həsənov fermanın giriş hissəsinə kimi sonuncuları yola salacağını bildirmiş və hər üçü birlikdə getmişlər. Bir neçə dəqiqədən sonra fermanın sahibi Şahid5 və arvadı Aynur Mehdiyeva gəlmiş, özü isə heyvanları gətirməyə getmişdir. Təxminən 20 dəqiqə sonra Aynur Mehdiyeva onu səsləyərək əri Təqsirləndirilən şəxs fermanın giriş hissəsindən gəldiyini və üst-başının torpaq olduğunu, həmçinin əynində köynəyinin olmadığını bildirmişdir. Cəld heyvanların yanından qaçaraq Mübarizin yanına gəlmiş, sonuncudan niyə bu halda olmasını soruşduqda, X8 dalaşdığını və mübahisə etdiklərini, həmçinin mübahisə zamanı köynəyinin cırıldığını və orada çıxarıb yerə atdığını bildirmişdir. Hansı səbəbdən dalaşdıqlarını soruşduqda, Təqsirləndirilən şəxs qapıdan S.Həsənovu yola salan zaman sonuncunun onun Şahid3lə münasibətinin olduğunu dediyini və buna görə aralarında mübahisə olduğunu ona bildirmişdir. Şahid3 özünün və ərinin uzun illərdir tanıdığını, heç bir zaman onun Ziyadxan ilə münasibətinin və ya səmimiyyətinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasına çağırılmalı şəxslərin siyahısında şahid qismində göstərilmiş Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Cinayət işinin İ cild 101-103-cü vərəqlərində olan Şahid3 istintaq orqanına verdiyi ifadəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 11-12 radələrində Səməndər Həsənov və Şahid1la qəsəbə ərazisində yerləşən evinin qarşısında görüşmüş, söhbət etdikdən sonra spirtli içki qəbul etmək qərarına gəlmişlər. Aralarında spirtli içki almaq üçün pul toplamaqla bağlı söhbət getmiş, bir az söhbət etdikdən sonra Səməndərlə Zahid onun yanından aralanmışlar. O da birlikdə yeyib-içmək üçün evdə olan ərzaqla yemək üçün nəsə hazırlamağa başlamış, bir az sonra Şahid1 geri qayıtmış və Səməndər Həsənovun spirtli içki almaq üçün mağazaya getdiyini bildirmişdir. Həmçinin Şahid1 yolda Məzahir Qəhramanovun fermasında çoban işləyən Təqsirləndirilən şəxsla rastlaşdıqlarını, yeyibiçməklə bağlı söhbəti sonuncuya da danışdıqlarını, onun da isə pul tapmaq üçün harasa getdiyini bildirmişdir. Bir az sonra Təqsirləndirilən şəxs və arxasınca isə Səməndər Həsənov gəlmişlər. Həmin zaman Səməndər Həsənov artıq mağazadan spirtli içki almış, Təqsirləndirilən şəxs pul tapa bilməsə də, sonuncunu da birlikdə yeyib-içməyə dəvət etmişlər. 4 nəfər birlikdə onun evinin həyətində oturaraq yeyib-içmişlər. Həmin vaxtı Səməndərlə Mübariz arasında heç bir münaqişə və ya narazılıq olmamışdır. Təxminən 2 saat birlikdə onun evində oturub yeyib-içdikdən sonra onunla sağollaşaraq çıxıb getmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş "Hadisə yerinə baxış keçirilməsi” haqqında 30 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, X1 öldüyü ev mişar daşı ilə tikilmiş və bir mərtəbədən ibarətdir. Evdə hadisənin baş verdiyi otağa daxil olduqda otağın mərkəz hissəsində bir ədəd stol və qaz sobasının, otağa daxil olan zaman solda bir ədəd taxtadan düzəlmiş uşaq çarpayısı və onun yanında isə dəmirdən hazırlanmış çarpayısının olmasl müşahidə edilir. Digər tərəfdə daha bir çarpayı və onun yanında isə kiçik taxta materialdan hazırlanmış dolab vardır. Mərhumun arvadı Səməndərin səhər 8 radələrində otaqda stolun yanında olarkən qəfildən səhhətinin pisləşdiyini, bundan sonra gəlini ilə birlikdə onu baxış zamanı göstərdiyi çarpayıya uzatdıqlarını və təcili tibbi yardım çağırdıqlarını bildirmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb etdiyindən S.Həsənovun xx.xx.2023-cü il tarixdə sərxoş vəziyyətdə evə gələn zaman üzərində olmuş paltarları götürülmüşdür; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş "Hadisə yerinə baxış keçirilməsi” haqqında 30 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yerləşən fermanın giriş hissəsində baş vermişdir. Fermanın giriş hissəsi və ətraf yeri dəmir çəpərlə əhatə olunmuşdur. Fermanın giriş qapısı əyilmiş, həmçinin yerə aşmaması üçün təsərrüfat təyinatlı kəndirlə bağlanmışdır. Həmçinin fermanın giriş hissəsi "Azercell Telekom” MMCyə məxsus şəbəkə gücləndirici qurğunun yaxınlığında yerləşir. Baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs fermanın giriş qapısının qarşısında dalaşmağa başladıqlarını bildirmişdir. Qeyd olunan yerin qarşısında boş sahənin olduğu, kənarları isə dəmir metaldan hazırlanmış çəpərlə əhatə olunduğu, fermanın giriş qapısından qarşıdakı ərazinin çəpərlənmiş hissəsinə qədər olan məsafənin 6,5 metr olması müəyyən edilmişdir. Yola nəzər yetirdikdə ətrafın torpaq qatla örtülü olduğu və yerdə çoxlu daş parçalarının olması müəyyən edilmişdir. Həmin ərazinin fermanın qarşısında yerləşən boş çəpərlənmiş ərazinin sağ yan tərəfində olması müəyyən edildi. Ərazinin bir tərəfi dəmir çəpərlə, bir tərəfi isə torpaq qatdan ibarət olan təpəciklə əhatə olunduğundan yol ensiz və dardır, yerdə çoxlu sayda daş və qaya parçaları vardır. Daşlıq və qaya parçaları olduğu üçün hərəkəti çətinləşdirir. Onların fermanın daxilində yeyib-içdikləri yerə mübahisə baş vermiş yerdən 400 metr aralıda olması müəyyən edilmişdir. Baxış zamanı iri daş parçaları ilə əhatə olunmuş dar cığır ərazidən Təqsirləndirilən şəxs məxsus cırılmış halda qısaqol köynək aşkar edilərək götürülmüşdür; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X9 X22 canlı şəxsin ekspertizasının 764 nömrəli xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində sağ gicgah, sol yanaq və sağ yanaq nahiyəsinin qançırları, sağ diz, sağ topuq və sol kürək nahiyəsinin sıyrıqları KÜT əşyanın (ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən əllə-təpiklə və yumruqla vurulma zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi X22 meyitin ekspertizasına dair 37 nömrəli ekspert rəyindən görünür ki, X1 bədənində aşağıdakılar müəyyən olunmuşdur: Qapalı küt kəllə beyin travması: beynin yumşaq qişasına toxumasına, beyin mədəciklərinə qansızma; sol alın gichag və sol alın nahiyəsində ortada, sol gözün tış hissəsində, alt çənədə solda, sağ əlin V barmağında, sol boyunun 1/3-nin arxa səthində, sağ və sol qaş üstü nahiyənin sol topuq nahiyəsinin yaraları, boynun sağ yan səthinin aşağı 1/3-nin bayır səthinin qançırları, burun yəhərinin sıyrığı küt əşya (ların) o cümlədən meyitin müayinəsindən 1 gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən yumruqla vurularkən yıxılma nəticəsində bərk KÜT əşyaya (predmetə) dəyməsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə Qapalı küt kəllə beyin travması, beynin yumşaq qışasına beyin toxumasına, beyin mədəciklərinə qansızma hansıki onun ölümünə səbəb olmuşdur həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir, bədən səthinin yaraları və qançırları isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. X1 ölümünə səbəb qapalı küt-kəllə beyin travması nəticəsində baş beynin yumşaq qişasına beyin mədəciklərinə qansızma olmuşdur. X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər qarşılıqlı mübahisə zəmnində kənar zərbə nəticəsində yıxılarkən bərk küt əşyaya dəyməsi zamanı əmələ gəlməsi inkar olunmur; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş "Qətimkan tədbirinin seçilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; Təqsirləndirilən şəxs içkili vəziyyətdə məhkəmə iclasına gəlməsi, məhkəmə iclasının normal gedişinə maneə tərətməsi ilə əlaqədar Goranboy rayon məhkəməsinin xx.xx.2024cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi "Məhkəmə Ekspertiza Mərkəzi” X13 məhkəməlifli materialların ekspertizasının xx.xx.2023-cü il tarixli, 16/1278 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X3 və Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş X3 məxsus 01 ədəd köynəyin üzərindən tapılmış sarımtıl-ağ rəngli matira olunmuş kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynəyin üzərindən tapılmış açıq-göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə X3 məxsus 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. Aparılmış tədqiqatın dəyəri 64,80 manat təşkil edir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi "Məhkəmə Ekspertiza Mərkəzi” X10 daxil olmuş məhkəmə-trassoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 16/1279 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunan Təqsirləndirilən şəxs məxsus köynəyin üzərində olan 03 ədəd zədə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb-sökülmə zədələridir. Tədqiqata təqdim edilmiş X3 məxsus olmuş paltarların üzərində hər hansı mexanik zədə yoxdur. Aparılmış tədqiqatın dəyəri 31,50 manat təşkil edir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş "Maddi sübut qismində tanıma” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, mərhum X3 məxsus 01 ədəd tünd yaşıl rəngli gödəkçə, 01 ədəd boz rəngli və boynun iç nahiyəsində "SİGNORE CAMlClA MİLANO” yazısı cırılmış halda köynək, 01 ədəd qara rəngli şalvar və 01 ədəd boz rəngli pijama, Təqsirləndirilən şəxs məxsus 01 ədəd ağ rəngli, sol nahiyəsində "VTR” yazısı və cibi olan cırılmış halda qısaqol köynək, "Azercell Telecom” MMC-dən daxil olmuş 01 ədəd "CD” disk maddi sübut qismində tanınmışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X23 X16 Şöbəsinin kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 784 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə cinayət hadisəsini törədən zaman və hadisədən əvvəl hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O hal-hazırda ruhi xəstədirmi hər hansı xroniki pxisi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq aşkar edilmir. Onun hal-hazırda məcburi tibbi xarakterli tədbirlərin görülməsinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək, dərk edib onları idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəsizliyini tam dərk etmək və ya həmin əməli idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs təsvir olunmuş cinayət hadisəsini törətdikdən sonra hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyinə tutulmamışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyacan vəziyyətində (affekt) olmamışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 1(045)-15/2024 nörməli və müvafiq yanlışlığın aradan qaldırılması qərarından görünür ki, xx.xx.1960-cı ildə Goranboy rayonu Todan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkum olunmamış, Goranboy rayonu, Erkəc kəndinə yaşayan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin izahatı və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144- 146-cı maddələri). Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin ictimai təhlükəliliyi daha çox təqsirkarın şəxsiyyəti, onun müəyyən olunmuş qaydalara münasibəti və s. ilə əlaqədar olur. Bu cinayət obyektiv cəhətdən məişətdə, təsərrüfatda, istehsalatda, xidməti və peşə vəzifələrinin yerinə yetirilməsi zamanı və s. hallarda müxtəlif qaydaların pozulması ilə müşayiət olunan və nəticədə başqa şəxsin ölümünə səbəb olan hərəkət və ya hərəkətsizliklə xarakterizə olunur. Təqsirkarın hərəkət və ya hərəkətsizliyi ilə zərərçəkmiş şəxsin ölümü arasında səbəbli əlaqə olmalıdır. Ehtiyatsızlıqdan adam öldürmə müxtəlif təhlükəsizlik qaydalarının kobud surətdə pozulması, təqsirkarın diqqətsizliyi, laqeydliyi, etinasızlığı, məsuliyyətsizliyi nəticəsində baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan adam öldürmə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, eyni zamanda təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, lakin Təqsirləndirilən şəxs oğlunun cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsinin sanksiyası həddində, azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1 -ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (Azərbaycan Respublikası Cinayət Məcəlləsi - 56.1.1-ci maddə), barəsində seçilmiş "həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzasının cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablanmalı, dəyəri olmadığından iş üzrə maddi sübutlar - mərhum X3 məxsus 01 ədəd tünd yaşıl rəngli gödəkçə, 01 ədəd boz rəngli və boynun iç nahiyəsində "SİGNORE CAMİCİA MiLANO” yazısı cırılmış halda köynək, 01 ədəd qara rəngli şalvar, 01 ədəd boz rəngli pijama və Təqsirləndirilən şəxs məxsus 01 ədəd ağ rəngli, sol nahiyəsində "VTR” yazısı və cibi olan cırılmış halda qısaqol köynək məhv edilməli (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi - 132.1.1), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi -198.1). Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - mərhum X3 məxsus 01 ədəd tünd yaşıl rəngli gödəkçə, 01 ədəd boz rəngli və boynun iç nahiyəsində "SİGNORE CAMİCİA MİLANO” yazısı cırılmış halda köynək, 01 ədəd qara rəngli şalvar və 01 ədəd boz rəngli pijama məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs məxsus 01 ədəd ağ rəngli, sol nahiyəsində "VTR” yazısı və cibi olan cırılmış halda qısaqol köynək məhv edilsin. İş üzrə ekspertiza xərci 96,3 (doxsan altı manat otuz qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22) hesabına köçürülsün. Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X21

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar