Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-15/2025 30.01.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ saat 12:55 X13 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1996-cı il tarixdə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olmuş, ali təhsilli, evli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan bitkiləri əkib, yetişdirməklə kultivasiya etmək qərarına gələrək, bu məqsədlə 2024-cü ilin avqust ayının axırlarından qanunsuz olaraq yaşadığı ünvan 2-də yerləşən fərdi yaşayış evinin yataq otağındakı dibçəklərdə 03 ədəd, evinin həyətyanı sahəsində isə 01 ədəd tərkibində narkotik maddələr olan və əkilib becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkilərini əkib becərməklə yetişdirmiş, onlara aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etmiş, xx.xx.2024cu il tarixdə saat 14:27 radələrində Goranboy rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində qeyd olunan evə və evin həyətyanı sahəsinə baxış keçirilərkən ümumilikdə 04 ədəd olan həmin bitki kolları onun ünvan 2-də yerləşən fərdi yaşayış evinin yataq otağındakı 03 ədəd dibçəkdən və evinin həyətyanı sahəsindən 01 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək kökündən çıxarılmaqla götürülmüşdür. Bundan başqa o, satış məqsədi olmadan, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda, təmiz çəkisi 14,65 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuananı bir ədəd şəffaf şüşə qabda (bankada) qablaşdırılmış halda Goranboy rayonu, Qızılhacılı qəsəbəsi D.Məmmədov küçəsi ev 43-də yerləşən fərdi yaşayış evinin zirzəmisində daşıyaraq saxlamış, 14 oktyabr 2024-cü il tarixdə saat 14:27-də Goranboy rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Goranboy rayonu, Qızılhacılı qəsəbəsində yerləşən fərdi yaşayış evinin zirzəmisinə baxış keçirilən zaman qeyd olunan narkotik vasitə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. O, təxminən 12 il olar ki, narkotik vasitə olan marixuanadan istifadə etməsini qeyd etmişdir. 2024-cü ilin may- iyun aylarında yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinin hasarının kənarında 1 ədəd narkotik vasitə olan marixuanaya bənzər bitki kolu olmasını görmüş və o, əvvəldən də narkotik vasitə istifadə etdiyi üçün həmin kolun hansı bitki olmasını bilmişdir. O, həmin kolu aşkar edən zaman kol artıq böyümüş və buna görə də həmin kolu qırıb öz şəxsi istifadəsi üçün yaşadığı evə aparmış, kolu təmizləyərək şəxsi istifadəsi üçün qurutmuş və bu zaman həyətində yabanı şəkildə bitən kolun üzərində olan toxumlardan bir neçəsini götürmüş və özündə saxlamışdır. Daha sonra isə qurutmuş olduğu marixuananı bankaya yığmış və şəxsi istifadəsi üçün yaşadığı fərdi yaşayış evinin zirzəmisində gizlətmiş və mütəmadi olaraq ondan istifadə etmişdir. 2024-cü ilin avqust ayının axırlarında həyətyanı sahəsində yabanı halda yetişən marixuana kolunun üzərindən götürdüyü toxumları əkibbitirmək qərarına gəlmiş və həmin toxumları yaşadığı fərdi yaşayış evinin yataq otaqlarından birində 3 ədəd fərqli dibçəklərdə əkmişdir. O, toxum əkdiyi otağın açarını özündə saxlamış və həmin otağa ondan başqa heç kimin girməsinə icazə verməmişdir. Yaşadığı fərdi yaşayış evinin yataq otağında 3 ədəd fərqli qablarda marixuana əkməyindən heç kimin məlumatı olmamışdır. Mütəmadi olaraq isə özü həmin otaqda olan və qablara əkmiş olduğu marixuana toxumlarına xüsusi olaraq qulluq etmişdir. Toxumları əkdikdən bir müddət sonra onların cücərməsini görmüş və xüsusi qaydada qulluq etməyə davam etmişdir. Həmçinin yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində bir müddət əvvəl işləyən zaman orada hasardan bir qədər məsafədə 1 ədəd marixuana kolunun olmasını görmüş və həmin kolun yabanı halda bitdiyi ona məlum olmuşdur. Lakin o, kolu görən zaman ölçüsü kiçik olmuşdur. Buna görə də o, bundan sonra həmin kola da xüsusi olaraq qulluq etməyə başlamış və onu mütəmadi olaraq suvarmışdır. Həmin kolun olması barədə də yalnız onun məlumatı olmuşdur. O, nə yaşayış evində olan, nədə həyətyanı sahədə olan narkotik maddə olan marixuanalar barədə heç kimə heç bir məlumat verməmişdir. Ailə üzvlərirində bundan heç bir məlumatı olmamışdır. O, həmin çətənə kollarını öz istifadəsi üçün əkmiş və onlara qulluq etmişdir. O. narkotik vasitə olan çətənə bitkilərini özü istifadə etmək məqsədi ilə əkməsini bildirmişdir. O, nə yaşayış evində olan, nədə həyətyanı sahədə olan narkotik tərkibli bitki olan marixuanalar barədə heç kimə heç bir məlumat verməmişdir. Ailə üzvlərinində bundan heç bir məlumatı olmamışdır. O, həmin çətənə kollarını öz istifadə üçün əkmişvə onlara qulluq etmişdir. O, narkotik vasitə olan qurudulmuş marixuanadan və ya əkib-qulluq etdiyi çətənə bitkisindən heç kimə verməmiş və satmamışdır. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman yanında heç kim olmamış, tək olmuşdur. O, RPŞ-nə gətirilərkən və üzərində şəxsi axtarış aparılan zaman polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələrinin izah edilməsi, ona vəkil təqdim edilməsini bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən, RPŞ-nə gətirilərkən, üzərində şəxsi axtarış aparılan zaman hər hansı bir təzyiq, təsir, güc tətbiq olunmadığını, bu barədə heç bir şikayəti olmadığını bildirmişdir. O, yaşadığı evin zirzəmisindən aşkar edilmiş qurudulmuş marixuadan, yaşadığı evdə xüsusi qaydada qulluq edib-becərdiyi çətənə bitkisindən və həyətyanı sahədə qulluq edib becərdiyi çətənə bitkisindən başqa narkotik vasitə və ya psixotrop maddə istifadə etmədiyini və ya başqa haradasa saxlamadığını bildirmişdir. Yekunda Təqsirləndirilən şəxs bildirdi ki, etdiyi əməldən peşmandır. Evlidir, himayəsində iki azyaşlı övladı vardır. Göstərilənləri nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir, o, 2020-ci ildə Vüsalla ailə həyatı qurmuş, birgə nigahından 26 dekabr 2022-ci il təvəllüdlü X4 və 10 avqust 2024-cü il təvəllüdlü X6 adında iki övladı dünyaya gəlmişdir. O, Vüsalla və övladları ilə birlikdə fərdi yaşayış evində yaşayır, Vüsalın valideynləri onlarla yaşamır. Vüsalla ailə həyatı quran vaxtdan münasibətləri yaxşı olmamışdır. O. sonradan Vüsalın narkotik vasitə istifadə etməsini bilmişdir. Lakin Vüsal onun yanında narkotik vasitə istifadə etməmişdir. 14 oktyabr 2024-cü il tarixdə əvvəllər tanımadığı polis əməkdaşları onun yaşadığı ünvana gəlmişlər, özlərini təqdim edib Vüsalın narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olmasına şübhələr olduğu üçün yaşadıqları evə və həyətyanı sahəyə baxış keçirəcəklərini demişlər, o, da buna heç bir etiraz etməmişdir. Baxış zamanı polis əməkdaşları Vüsalın özünün əkibbecərdiyi narkotik vasitə olan 4 ədəd marixuana aşkar etmişlər və bundan başqa evin zirzəmisindən Vüsalın şəxsi istifadəsi ilə əlaqədar saxladığı qurudulmuş marixuananı aşkar edib qablaşdıraraq götürmüşlər. O, Təqsirləndirilən şəxs yaşadıqları evdə narkotik vasitə əkib-becərməsindən və qurudub saxlamasından məlumatı olmamasını, bu barədə əvvəlcədən Vüsalın ona heç bir məlumat verməməsini bildirmişdir. O, əvvəllər narkotik vasitə olan marixuananı tanımamış, Vüsal da bu barədə yəni narkotik əkib-becərməsi barədə ona məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 1986-cı ildə X11 Texnikomunu bitirmiş və həmin ildən də hazırkı X9 Mərkəzində aqronom vəzifəsində işləyir. 14 oktyabr 2024-cü il tarixdə ona Goranboy rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Rəhman Həsənovdan aqronom kimi gəlməsi barədə məktub daxil olmuşdur. Goranboy rayonu Qızılhacılı qəsəbə sakini Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman o, digər iştirakçılarla birlikdə həmin video çəkilişlə keçirilən baxışda iştirak etmişdir. Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin otaqlarından birində 3 ədəd dibçəkdə hər birində bir ədəd olmaqla ümumilikdə üç ədəd çətənə bitkisi aşkar olunmuş, təhqiqatçı polis baş leytananı Rəhman Həsənov tərəfindən ona həmin çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilibgöstərilməməsi sorğu edilmiş, o, hər üç çətənə bitkisinə ayrı- ayrılıqda baxmış və hər üç çətənə bitkisinə aqrotexniki qaydada xüsusi qulluq göstərilməsini bildirmişdir. Bundan sonra hər üç çətənə bitkisi kökündən çıxarılaraq bir ədəd zərfdə qablaşdırılaraq möhürlənmiş, zərfin üzəri imzalandıqdan sonra ekspertiza tədqiqatı aparılması üçün götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin zirzəmisinə baxış keçirilən zaman oradan bir ədəd şüşə qabda, bankada olan narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirməyə başlamışlar, həmin həyətyanı sahədə bağda tərəvəz əkini üçün nəzərdə tutulmuş yerdə bir çətənə bitkisi aşkar edilmiş, o, həmin bitkiyə də baxış keçirmiş və aqrotexniki qaydada xüsusi qulluq göstərilərək becərildiyini bildirmişdir. Bundan sonra həmin çətənə bitkisi kökündən çıxarılaraq bir ədəd zərfdə qablaşdırılaraq möhürlənmiş zərfin üzəri imzalandıqdan sonra ekspertiza tədqiqatı aparılması üçün götürülmüşdür. Daha sonra video çəkiliş başa çatdırılmış və X7 tərəfindən tərtib edilmiş protokolu imzalamışlar. O, 14 oktyabr 2024-cü il tarixli rəy yazaraq Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən və həmin evin həyətyanı sahəsindən aşkar edilmiş ümumilikdə dörd ədəd çətənə bitkisinin aqrotexniki qaydada xüsusi qulluq göstərilmiş çətənə bitkisi olmasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, rəsmi olaraq heç yerdə işləmir, təqaüdçüdür. Təqsirləndirilən şəxs onun doğma oğludur, Vüsal 2020-ci ildə Nuranə ilə ailə həyatı qurmuş, birgə nigahından 26 dekabr 2022-ci il təvəllüdlü X4 və 10 avqust 2024-cü il təvəllüdlü X6 adında iki azyaşlı övladı vardır. Vüsal ailəsi ilə birlikdə onunla bir həyətdə lakin ayrı evdə yaşayır, fərdi yaşayış evlərinin həyətini hasar ayırır. Vüsalın təxminən iki-üç il əvvəl narkotik vasitə istifadə etməsini bilmiş, buna görə də onu dəfələrlə müalicə etdirmiş, Vüsal ona bir daha narkotik vasitə istifadə etməyəcəyinə söz vermişdir. 14 oktyabr 2024-cü il tarixdə o, Gəncə şəhərində olanda qəsəbənin icra Nümayəndəsi Şahid3 ona zəng edib polislərin Vüsalın evinə gəlməsini demiş, o, da nə olduğunu bilmədiyi üçün tez yaşadığı ünvana gəlmiş, o, gələn kimi maraqlanmış və polis əməkdaşlarının Vüsalın evində və həyətyanı sahəsində axtarış aparan zaman Vüsalın özünün əkib-becərdiyi narkotik vasitə olan 4 ədəd marixuana aşkar etmələrini və bundan başqa evinin zirzəmisindən Vüsalın şəxsi istifadəsi ilə əlaqədar saxladığı qurudulmuş marixuana aşkar edib qablaşdırıb götürmələrini bilmişdir. O, Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə əkib-becərməsindən və qurudub saxlamasından məlumatı olmamış, Vüsal bu barədə əvvəlcədən ona heç bir məlumat verməmiş, o, əvvəllər narkotik vasitə olan marixuananı tanımamış, Vüsal da bu barədə yəni narkotik əkib-becərməsi barədə ona məlumat verməmişdir. Əksinə o, həmişə Vüsala narkotik vasitədən uzaq olmasını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası DİN-in Goranboy RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 14 oktyabr 2024-cü il tarixdə Goranboy rayonu Qızılhacılı qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə və evinin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkiləri əkibbecərməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat dərhal Goranboy RPŞ-nin rəhbərliyinə məruzə edilmişdir. Təxirə salınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün qərar qəbul edilmiş, eyni zamanda tədbirin keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri isə Goranboy RPŞ-nin X2 baş əməliyyat müvəkkili, polis mayoru Şahid4, RPŞ-nin TB-nın təhqiqatçısı, polis baş leytenantı X5 və ondan ibarət olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə getmişlər. X7 tərəfindən əvvəlcədən oraya aqronom Şahid6 və Goranboy rayon İcra Hakimiyyəti Başçısının Qızılhacılı qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi Şahid3 da dəvət etmişdir. İştirakçılarla birlikdə video çəkilişlə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə və həyətyanı sahəsinə baxış keçirməyə başlanılmışdır. Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin otaqlarından birində 3 ədəd dibçəkdə hər birində bir ədəd olmaqla ümumilikdə üç ədəd çətənə bitkisi aşkar olunmuş, mütəxəssis tərəfindən həmin çətənə bitkilərinə baxış keçirilmiş və həmin çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilməsi qeyd olunmuşdur. Bundan sonra hər üç çətənə bitkisi kökündən çıxarılaraq bir ədəd zərfdə qablaşdırılaraq möhürlənmiş, zərfin üzəri imzalandıqdan sonra ekspertiza tədqiqatı aparılması üçün götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin zirzəmisinə baxış keçirilən zaman oradan bir ədəd şüşə qabda, bankada olan narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirməyə başlanılmış, həmin həyətyanı sahədə bağda tərəvəz əkini üçün nəzərdə tutulmuş yerdə bir ədəd çətənə bitkisi aşkar edilmiş, mütəxəssis həmin bitkiyə də baxış keçirmiş və aqrotexniki qaydada xüsusi qulluq göstərilməsini qeyd etmiş, bundan sonra həmin çətənə bitkisi kökündən çıxarılaraq bir ədəd zərfdə qablaşdırılaraq möhürlənmiş, zərfin üzəri imzalandıqdan sonra ekspertiza tədqiqatı aparılması üçün götürülmüşdür. Daha sonra video çəkiliş başa çatdırılmış və X7 tərəfindən tərtib edilmiş protokolu imzalamışlar. Bundan sonra RPŞ-də video çəkilişlə X7 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərində narkotik vasitə və ya dövriyyəsi qanunla qadağa edilmiş heç nə aşkar edilməmişdir. İttiham aktının siyahısında şahid kimi göstərilən Şahid3 və Şahid4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunarkən məlum oldu ki, o, iş üzrə digər Şahid5 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə ifadəsi elan edilmiş Şahid3 ibtidai sitintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2022-ci il tarixdə Goranboy rayon İcra Hakimiyyəti Başçısının Qızılhacılı qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi işləyir. 14 oktyabr 2024-cü il tarixdə ona Goranboy rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Rəhman Həsənov zəng edərək Goranboy rayonu Qızılhacılı qəsəbə sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına şübhələr olduğu üçün yaşadığı fərdi yaşayış evinə baxış keçiriləcəyini ona da həmin baxışda iştirak etməyi təklif edilmiş, o, da heç bir etiraz etməmişdir. Digər iştirakçılarla birlikdə video çəkilişlə keçirilən baxışda iştirak etmişdir. Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin otaqlarından birində 3 ədəd dibçəkdə hər birində bir ədəd olmaqla ümumilikdə üç ədəd çətənə bitkisi aşkar olunmuş, mütəxəssis tərəfindən həmin çətənə bitkilərinə baxış keçirilmiş və həmin çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilməsi qeyd olunmuşdur. Bundan sonra hər üç çətənə bitkisi kökündən çıxarılaraq bir ədəd zərfdə qablaşdırılaraq möhürlənmiş, zərfin üzəri imzalandıqdan sonra ekspertiza tədqiqatı aparılması üçün götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin zirzəmisinə baxış keçirilən zaman oradan bir ədəd şüşə qabda bankada olan narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirməyə başlamışlar, həmin həyətyanı sahədə bağda tərəvəz əkini üçün nəzərdə tutulmuş yerdə bir çətənə bitkisi aşkar edilmiş, mütəxəssis həmin bitkiyə də baxış keçirmiş və aqrotexniki qaydada xüsusi qulluq göstərilməsini qeyd etmiş, bundan sonra həmin çətənə bitkisi kökündən çıxarılaraq bir ədəd zərfdə qablaşdırılaraq möhürlənmiş, zərfin üzəri imzalandıqdan sonra ekspertiza tədqiqatı aparılması üçün götürülmüşdür. Daha sonra video çəkiliş başa çatdırılmış və iştirakçılar X7 tərəfindən tərtib edilmiş protokolu imzalamışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Baxış və götürmə haqqında” 14 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin TB-nin polis baş leytenantı X5 tərəfindən, hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs fərdi yaşayış evinə və həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Goranboy rayonu Qızılhacılı qəsəbəsində yerləşən fərdi yaşayışevinin girişində qəhvəyi rənglə boyanmış, dəmir materialdan hazırlanmış iki hissəli qapı (darvaza) vardır. Həmin iki hissəli qapının sol tərəfində dəmir materialdan hazırlanmış qəhvəyi rəngli giriş qapısı vardır. Qapıdan həyətə daxil olduqda sağ tərəfdə fərdi yaşayış evi, sol tərəfdə isə hovuz yerləşir. Həyətə daxil olduqdaq sonra sağda yerləşən fərdi yaşayış evinə daxil olmuşlar. Fərdiyaşayış evinin qəhvəyi rəngli dəmir materialdan hazırlanmış qapısından daxil olduqdan sonra pilləkənlə yuxarı qalxdıqda sağda 1 ədəd dolab yerləşir və sağda mətbəx,solda isə hamam otağı yerləşir. Bundan sonra isə taxta qapıdan qonaq otağına qapı açılır. Qonaq otağından isə iki ədəd yataq otağına və bir ədəd uşaq otağına qapı açılır. Qonaq otağının sol baş tərəfində 1 ədəd qaz sobası, masa və ətrafında stullar, həmçinin 1 ədəd dolab yerləşir. Qonaq otağının sağ baş tərəfində isə divan yerləşir. Otağın sol tərəfində yerləşən otaqlardan birinin qapısı bağlı olmuş və üzərində açar varmış. Otağın qapısını açarla açdıqdan sonra otağa daxil olmuşlar və otağa daxil olarkən otaqda olan yataq dəstinin yanında pəncərənin qarşısında 1 ədəd qəhvəyi rəngli dibçəkdə, 1ədəd şəffav rəngli və 1 ədəd qara rəngli dibçəklərin içərisində ümumilikdə 3 (üç) ədəd çətənə bitkiləri aşkar olunmuşdur.baxış zamanı aqronom Şahid6 3 ədəd tərkibində narkotik maddə olan çətənə bitkilərinə baxış keçirmiş və həmin bitkilərin narkotik vasitə olan marixuana olduğunu və aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Baxış zamanı aşkar olunmuş 3( üç) ədəd çətənə bitkisinə bənzər bitkilər kökündən çıxarılaraq yaş halda 1 ədəd ağ rəngli sintetik kisəyə qablaşdırılmış, Azərbaycan Respublikası DİN-in 121 saylı möhürü ilə möhürlənmiş və ekspertiza tədqiqatına göndərilməsi üçün protokola əlavə edilmişdir. Daha sonra evin digər otaqlarına baxış keçirilmiş, lakin maddi sübut əhəmiyyətini kəsb edən hər hansı qanunsuz maddə aşkar edilməmişdir. Baxış prosesində daha sonra Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin zirzəmisinə baxış keçirilmişdir. Zirzəmiyə baxış keçirilən zaman orada yığılan əşyaların içərisindən 1 ədəd bankanın içərisində spesifik iyə məxsus olan qurudulmuş marixuanaya bənzəyən kütlə aşkar edilmişdir. İştirakçıların iştirakı ilə elektron tərəzidə çəkilmiş və aşkar edilmiş narkotik vasitə olan marixuanaya bənzər maddənin 12,54 qram olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin zirzəmisində 1 ədəd bankanın içərisində aşkar olunmuş narkotik vasitə olan marixuanaya bənzər maddə götürülərək 1 ədəd zərfdə qablaşdırılmış və DİN-in 121 saylı möhürü ilə möhürlənərək ekspertiza tədqiqi aparılması üçün qablaşdırılmışdır. Daha Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilmiş və həyətə keçirilən baxışdan sonra Təqsirləndirilən şəxs məxsus olan və evinin arxa hissəsində yerləşən həyətyanı sahəyə baxış keçirmək üçün iştirakçılarla birlikdə gəlmişlər. Həyətyanı sahənin ətrafı dəmirlə hasarlanmışdır. Həyətyanı sahəyə daxil olduqda orada müxtəlif növlü ağac bitkilərinin olduğunu görmüşlər. Həyətə baxış keçirən zaman həyətin sol baş tərəfində yeni cücərən qarğıdalıların arasında 1 ədəd çətənə bitkisi aşkar olunmuşdur. Baxış zamanı aqrononm Şahid6 1 ədəd tərkibində narkotik maddə olan çətənə bitkisinə baxış keçirmiş, həmin bitkinin narkotik maddə olan marixuana olduğunu və aqrotexniki qaydada qulluq ediildiyini bildirmişdir. Baxış zamanı aşkar olunmuş 1 ədəd çətənə bitkisinə bənzər bitki kökündən çıxarılaraq yaş halda 1 ədəd zərfə qablaşdırılmışdır. Azərbaycan Respublikası DİN-in 121 saylı möhürü ilə möhürlənmiş və ekspertiza tədqiqatına göndərilməsi üçün protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs fərdi yaşayış evinə və həyətyanı sahəsinə baxış keçirən zaman ümumilikdə 4 (dörd) ədəd çətənə bitkisinə bənzər bitkilər və fərdi yaşayış evinin zirzəmisinə baxış keçirilən zaman 12,54 qram narkotik vasitə olan marixuanaya bənzər maddə aşkar edilərək götürülmüş və ekspert tədqiqatına təqdil edilməsi üçün qablaşdırılmışdır. Bununla da baxış keçirilməsi başa çatdırılmışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin aqronumu tərəfindən verilmiş rəydən görünür ki, xx.xx.2024-cü il tarixdə Goranboy rayon polis şöbəsinin əməkdaşlarının Goranboy rayonu Qızılhacılı qəsəbəsində yerləşən Təqsirləndirilən şəxs həyətyanı sahəsində və fərdi yaşayış evinin yataq otağında baxış keçirdiyi 4 (dörd) ədəd çətənə bütkisi xüsusi, yəni aqrotexniki qaydada qulluq göstərilmiş çətənə kollarıdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Şübhəli şəxsin tutulması haqqında” 14 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:27-də şübhəli şəxs qismində tutulmuşdur. Həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığı 14 oktyabr 2024-cü il tarixdə, saat 15:55-də məhdudlaşdırılmışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Şəxsi axtarış aparılması haqqında” 14 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində tünd göy rəngli cins şalvar, qara rəngli ön tərəfi seplə bağlanan gödəkcə, tünd göy rəngli, qabaq tərəfində 3 ədəd düyməsi olan qısaqol köynək, ayağında isə qara rəngli və ipli idman ayaqqabısı vardır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs öz istifadəsi üçün Goranboy rayonunun Qızılhacılı qəsəbəsində yaşadığı evin yataq otağına və həyətinə çətənə bitkisi əkdiyini, əvvəllər narkotik tərkibli çətənə bitkisi əkmədiyini, marixuanadan istifadə etdiyini, həyətinə əkdiyi çətənə bitkisindən hər hansı şəxsə vermədiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində olan tünd göy rəngli şalvarın sol yan cibindən 1 ədəd özünə məxsus olan şəxsiyyət vəsiqəsi aşkar edildi. Onun üzərindən aşkar edilən şəxsiyyət vəsiqəsi maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün sayılaraq onun özünə geri qaytarıldı.Sorğu zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evində narkotik vasitə saxlayıb saxlamamağı barədə və əgər varsa könüllü təqdim etməyi təklif olundu, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaaşayış evində hər hansı bir narkotik vasitənin olmadığını bildirmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 15 oktyabr 2024-cü il tarixli, 16/1019 nömrəli rəyindən görünür ki, , tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs fərdi yaşayış evinin zirzəmisindən aşkar edilərək götürülmüş qurudulmuş marixuanaya məxsus olan kütlə" sözləri və imzalar olan kağız paketdəki 1 (bir) ədəd ağ kağız bükümdə təmiz çəkisi 14,65qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində "Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilərək götürülümş 1 ədəd marixuana koluna bənzər bitki" sözləri və imzalar olan kağız paketdəki 1 (bir) ədəd təmiz çəkisi- 6,84qram olan bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Tədqiqata təqdim olunmuş üzərində "Təqsirləndirilən şəxs fərdi yaşayış evinin yataq otağından aşkar edilərək götürülmüş 3 ədəd narkotik vasitə olan marixuana koluna bənzər bitkilər" sözləri və imzalar olan sintetik kisədəki ümumi sayı 3(üç) ədəd, ümumi təmiz çəkisi-40qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Çətənə bitkisi 4 ədəd, ümumi təmiz çəkisi - 46,84 qram, tədqiqata sərf olundu cəmi - 0.12 qram (hər birindən 0,03qr), qalıq - 46,72qram. Marixuananın təmiz çəkisi 14,65 qr, tədqiqata sərf edildi – 0,03 qr, qalıq – 14,62 qr. Aparılmış ekspertiza tədqiqatının dəyəri 64,80 (altmış dörd manat səksən qəpik) manatdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 4(045)-53/2024 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Maddi sübut qismində tanıma barədə” 16 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülərək bir ədəd kağız paketdə qablaşdırılmış ekspertiza tədqiqatından sonra təmiz çəkisi 14,62 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, bir ədəd sintetik kisədə qablaşdırılmış üç ədəd bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi və bir ədəd kağız paketdə qablaşdırılmış bir ədəd bitki nümunəsinin maddi sübut kimi tanınması və saxlanılması üçün Goranboy RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 25 oktyabr 2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ilə təqsirli bilinərək 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il təvəllüdlü Zəhra adlı və 10.08.204-cü il təvəllüdlü Faiq adlı övladları vardır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Cəlilabad Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 1(073)-18/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 7 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs 20 sentyabr 2022-ci il tarixdən tutulduğu və ev dustaqlığında olduğu müddət nəzərə alınmaqla cəzasını çəkmiş hesab edilməsi barədə hökm edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 məcburi narkoloji-tibbi yoxlama haqqında 30 noyabr 2024-cü il tarixli, 1913 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-146-cı maddələri). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir); 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; 21-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının: 2-ci bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 959-İİQ nömrəli Qanununun 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir; 4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur; 5-ci bəndinə əsasən narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir; 6-cı bəndinə əsasən istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın “Narkotik vasitələr” adlı İ siyahısının 109.1-ci qrafasına əsasən təmiz halda 5 qram qurudulmuş marixuana xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 14,65 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır; 1.0.7-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlərdir; 5.2-ci maddəsinə əsasən dərman vasitələrinin təcrübəvi nümunələrinin işlənib hazırlanması halları istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin istehsalı və tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası qadağandır; 21-ci maddəsinə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİİ siyahının (Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər) 1-ci qrafasına əsasən narkotik maddə hesab edilən 2-10 ədəd (4-20 hissə), 3-15 ədəd (6-30 hissə) çətənə növlü bitkilər xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs yaşadığı həyətyanı sahəsindən aşkar edilmiş narkotik tərkibli çətənə kolları 4 ədəd təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin say Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarının 17ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Məhkəmələrə izah olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrii ilə düzgün tövsif edilmişdir və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf edib səmimi peşman olmasını; himayəsində 2 azyaşlı övladının olmasını. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Cəlilabad Rayon Məhkəməsinin 20 aprel 2023-ci il tarixli hökmü) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Yəni, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzanı çəkməkdən azad olunduğu vaxtdan, yəni 20 aprel 2024-cü il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş cəzalar qismən toplanılmaqla qəti cəza müəyyən edilməli (Azərbaycan Respublikası Cinayət Məcəlləsi-66.2), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (Azərbaycan Respublikası Cinayət Məcəlləsi - 56.1.3), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan hesablanmalı (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi -158.2.1, 158.6, Azərbaycan Respublikası Cinayət Məcəlləsi-69.3), o, narkoloji kabinetdə qeydiyyata alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi 198.1), Goranboy RPŞ-nin anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra 14,62 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, bir ədəd sintetik kisədə qablaşdırılmış üç ədəd bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi və bir ədəd kağız paketdə qablaşdırılmış bir ədəd bitki nümunəsi məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə əlavə olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, ona məhkəmədə iştirak etdiyi 10 (on) iş saatı üçün cəmi 60 (altmış) manat məbləğində vəsait ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 14 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 60,80 (altmış manat səksən qəpik) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. İş üzrə maddi sübut - Goranboy RPŞ-nin anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra 14,62 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, bir ədəd sintetik kisədə qablaşdırılmış üç ədəd bitki nümunəsi əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi və bir ədəd kağız paketdə qablaşdırılmış bir ədəd bitki nümunəsi məhv edilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatı üçün cəmi 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X15
Məhkəmə qərarları › İş №1(045)-15/2025
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-15/2025
30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver