Məhkəmə qərarları › İş №1(045)-17/2025

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-17/2025

06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-17/2025 06.03.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ saat 14:45 X8 Məhəmməd oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Kəlbəcər rayonu, Çaykənd kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri, DOS 84-də yaşayan, barəsində "həbs” qətimkan tədbiri seçilmiş, hazırda AR ƏN PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, xx.xx.1992-ci ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Kəlbəcər rayonu, Otqışlaq kəndində qeydiyyatda olmaqla, məcburi köçkün kimi Gəncə şəhər, 1500 ailəlik yeni qəsəbə, bina 21, mənzil 56-da yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda AR ƏN PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3, xx.xx.1995-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Şəmkir rayonu Könüllü kəndində daimi qeydiyyatda olmaqla, Gəncə şəhəri, məcburi köçkünlər binası, bina 23, mənzil 60-da yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda AR ƏN PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq, yəni özgə əmlakını aldatma və ya etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək qərarına gələrək, bu məqsədlə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib Goranboy rayonu, Dəliməmmədli şəhəri Ailə Sağlamlıq Mərkəzində ailə həkimi işləyən Zərərçəkmiş şəxs ona yazdığı resept əsasında istifadə etdiyi dərman preparatlarının qəbulu nəticəsində yalandan səhhətinin daha da pisləşməsini, sonradan isə ölməsini bildirib guya müalicə olunması, davadərman alınması, sonradan yas mərasiminin təşkil edilməsi, işlərinin polisə düşməsi və həll olunması adı ilə aldadaraq 01 mart 2024-cü il tarixdən 19 iyun 2024-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs mobil telefonunda quraşdırılmış "Birbank” mobil tətbiqi vasitəsilə sonuncunun yaşadığı Goranboy rayonu Dəliməmmədli şəhərində yerləşən evdən qrupun üzvlərinə məxsus olan bank kartlarına hissə-hissə olmaqla ümumilikdə 19740 (on doqquz min yeddi yüz qırx) manat məbləğində pul köçürülməsinə nail olduqdan sonra həmin pulu vahid niyyətlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dəlduzluq etmişdir. Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq, yəni özgə əmlakını aldatma və ya etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək qərarına gələrək, bu məqsədlə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək Goranboy rayonu, Dəliməmmədli şəhər Ailə Sağlamlıq Mərkəzində ailə həkimi işləyən Zərərçəkmiş şəxs qrupun üzvü Təqsirləndirilən şəxs1 yazdığı resept əsasında istifadə etdiyi dərman preparatlarının qəbulu nəticəsində yalandan səhhətinin daha da pisləşməsini, sonradan isə ölməsini bildirib guya müalicə olunması, dava-dərman alınması, sonradan yas mərasiminin təşkil edilməsi, işlərinin polisə düşməsi və həll olunması adı ilə aldadaraq 01 mart 2024-cü il tarixdən 19 iyun 2024-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs mobil telefonunda quraşdırılmış “Birbank” mobil tətbiqi vasitəsilə sonuncunun yaşadığı Goranboy rayonu Dəliməmmədli şəhərində yerləşən evdən qrupun üzvlərinə məxsus olan bank kartlarına hissə-hissə olmaqla ümumilikdə 19740 (on doqquz min yeddi yüz qırx) manat məbləğində pul köçürülməsinə nail olduqdan sonra həmin pulu vahid niyyətlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq, yəni özgə əmlakını aldatma və ya etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək qərarına gələrək, bu məqsədlə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək Goranboy rayonu, Dəliməmmədli şəhər Ailə Sağlamlıq Mərkəzində ailə həkimi işləyən Zərərçəkmiş şəxs qrupun üzvü Təqsirləndirilən şəxs1 yazdığı resept əsasında istifadə etdiyi dərman preparatlarının qəbulu nəticəsində yalandan səhhətinin daha da pisləşməsini, sonradan isə ölməsini bildirib guya müalicə olunması, dava-dərman alınması, sonradan yas mərasiminin təşkil edilməsi, işlərinin polisə düşməsi və həll olunması adı ilə aldadaraq 01 mart 2024-cü il tarixdən 19 iyun 2024-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs mobil telefonunda quraşdırılmış “Birbank” mobil tətbiqi vasitəsilə sonuncunun yaşadığı Goranboy rayonu Dəliməmmədli şəhərində yerləşən evdən qrupun üzvlərinə məxsus olan bank kartlarına hissə-hissə olmaqla ümumilikdə 19740 (on doqquz min yeddi yüz qırx) manat məbləğində pul köçürülməsinə nail olduqdan sonra həmin pulu vahid niyyətlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Gəncə şəhəri, Dos 84-də məskunlaşmışdır. Maddi imkanı olmadığı üçün müxtəlif şəxslərin pullarını dələduzluq yolu ilə ələ keçirmək qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixdə Goranboy rayonu, Dəliməmmədli kəndində yaşayan bacısı Samirə Məhərrəmligilə qonaq getmişdir. Bacısının evində olan zaman xəstələnmiş və xx.xx.2024-cü il tarixdə Goranboy rayonu Dəliməmmədli şəhərində yerləşən xəstəxanaya xalası oğlu Ələddinlə birlikdə getmişdir. Xəstəxanada o, Natiq həkimə müraciət etmişdir. Natiq həkim ona soyuqladığını bildirərək müalicə yazmışdır. O da yazılan müalicəni almaq üçün aptekə getmişdir. Lakin, həmin reseptin 1 dərmanını tapa bilməmiş və yenidən həkimə yaxınlaşaraq bu barədə bildirmişdir. Həkim ona dərmanın eyni tərkibli başqa növünü məsləhət görmüş və o, həmin dərmanı alıb evinə getmişdir. xx.xx.2024-cü il tarixdə xalası oğlu Təqsirləndirilən şəxs3 ona zəng edərək görüşmək istədiyini bildirmişdir. O isə Ələddinə “məndən uzaq ol” demişdir. Bununla telefon danışıqları başa çatmış, bir qədər sonra Ələddin yenidən zəng edərək təcili işinin olduğunu və görüşmək istədiyini bildirmişdir. O da Ələddinlə razılaşaraq görüşməyi qəbul etmişdir. xx.xx.2024-cü il tarixdə yaşadığı evin yaxınlığında Ələddinlə görüşmüş, həmin vaxt Ələddinin yanında 1 nəfər tanımadığı şəxs olmuşdur. O, Ələddindən həmin şəxsin kim olduğunu soruşanda həmin şəxsin adının İmdad olduğunu və uzaq qohumunun olduğunu bildirmişdir. O da İmdadla tanış olmuş, həmin gündən əvvəl İmdadı tanımamışdır. Görüş zamanı Ələddin ona “həkimdən pul alacam, sənədə verəcəm, sənində xəbərin olsun deyə deyirəm” demişdir. O isə Ələddinə “məni bu işlərə qatma” demişdir. Lakin, Ələddin ona bu işi görəcəyini, İmdadın da onunla birlikdə olduğunu bildirmişdir. O da Ələddinə “edin” deməsə də razılaşmışdır. Ələddin xx.xx.2024-cü il tarixdə təkrarən ona zəng edərək görüşmək istədiklərini bildirmişdir. O da İmdad və Ələddinlə Gəncə şəhərində görüşmüş, İmdad ona demişdir ki, “həkimə sənin vəziyyətinin pis olduğunu deyərək pul alacam”. O isə İmdada “mən səni təzə tanıyıram, başınıza problem açmayın” demişdir. İmdad isə ona “sən narahat olma heç bir problem olmayacaq mən həkimdən pul alacam” demişdir. Bundan sonra İmdadla Ələddin ondan kart nömrəsini istəmiş, o da özünə məxsus olan **********917279 saylı kartın nömrəsini Ələddinlə İmdada vermişdir. Bundan sonra Ələddinlə İmdad çıxıb getmişlər. Bundan sonra onun kartına müxtəlif vaxtlarda 300-400 manat civarında 4 dəfə pul gəlmişdir. O da həmin pulları Ələddinin kartına göndərmişdir. Pullar onun kartına gələndən bir gün sonra Ələddin ona zəng edərək görüşmək istədiyini, maşınının kreditinə ona köməklik etməyini bildirmişdir. O da Ələddinlə Gəncə şəhərində görüşmüş, çayxanada çay içən zaman Ələddin ona 200 manat pul vermişdir. O, Ələddindən ona nə üçün az pul verdiyini soruşan zaman Ələddin ona uşağını müalicə etdirdiyini, maşının kreditinin vaxtı olduğunu, İmdadın da pul götürdüyünü və ona görə də ona az pul çatdığını bildirmişdir. Bundan sonra Ələddin ona hissə-hissə 2700 manat pul vermişdir. O da həmin pulları öz ehtiyacları üçün xərcləmişdir. Bundan sonra Ələddin İmdada onun yanında zəng edərək məsələni qurtarmasını demiş və onlar öz aralarında razılaşmışlar. Bundan bir qədər sonra İmdad onların yanına gəlib avtomobilə əyləşmiş və ona öz arvadını onun bacısı kimi göstərərək həkimlə danışdırdığını və pul aldığını bildirmişdir. O da İmdada heç bir söz deməmişdir. Bundan sonra onun İmdad və Ələddinlə əlaqəsi kəsilmişdir. Bundan başqa o, əlavə dindirilən zaman Zərərçəkmiş şəxs dələduzluq yolu ilə ələ keçirilən puldan ona cəmi 700 manat pul çatdığını, 2700 manatı ilkin ifadəsində səhvən qeyd etdiyini, Zərərçəkmiş şəxs alınan digər pullardan xəbərinin olmadığını bildirmişdir. Hazırda o, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəməmişdir. Odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs3 CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Kəlbəcər rayonu, Əmirallılar kəndində daimi qeydiyyatda olmaqla yaşayır. Əvvəllər Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanıyır, İmdad və Eldəniz onun qohumlarıdır. O, maddi imkanı olmadığı üçün müxtəlif şəxslərin pullarını dələduzluq yolu ilə ələ keçirmək qərarına gəlmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə Eldəniz ona demişdir ki, “məni Goranboy rayonu Yolpaq kəndində yaşayan bacımgilə apar”. O da idarə etdiyi “Opel” markalı avtomobili ilə Eldənizi bacısıgilə aparmış, Eldəniz bacısıgildən bir neçə əşya götürüb çıxmış və təkrarən onun avtomobilinə əyləşmişdir. Bundan sonra Gəncə şəhəri istiqamətində hərəkətə başlamışlar. Onlar Dəliməmmədli şəhər xəstəxanasının yanından keçən zaman Eldəniz boğazının ağrıdığını deyərək xəstəxanaya getmək istədiyini bildirmişdir. O da avtomobilini xəstəxananın yanında saxlamış, Eldəniz avtomobildən düşüb xəstəxanaya getmişdir. O da maşında Eldənizi gözləmişdir. Bir qədər sonra Eldəniz geri qayıdıb onun avtomobilinə əyləşmiş və onlar yollarına davam etmişlər. Gəncə şəhərində yerləşən “Dan Ulduzu” şadlıq sarayının yanına çatan zaman Eldəniz ona “gəl həkimə zəng edək, ona şok keçirdiyimi deyib pul alaq” demişdir. O da pulu olmadığı üçün Eldənizlə razılaşmışdır. Bundan sonra o, Eldənizin telefonu ilə Natiq adlı həkimə zəng edərək özünü Eldənizin kirvəsi Kamal kimi təqdim edərək Eldənizin onun yazdığı resept əsasında qəbul etdiyi dərmanlardan şoka düşdüyünü bildirmişdir. Həmin vaxt Eldəniz onun yanında dayanmışdır. Natiq həkim isə ona demişdir ki, “nə lazımdısa edim, heçkimə bu barədə bildirməyin”. O isə Natiqə Eldənizin ailə üzvləri analizsiz müalicə yazdığı üçün səs-küy saldığını bildirmişdir. Natiq ondan harada olduğunu soruşan zaman xəstəxanada olduğunu və 300 manat xərclərinin çıxdığını bildirmişdir. Natiq də həmin pulu Eldənizin kartına atmışdır. Natiq ona təkrarən “nə xərci varsa mən çəkim bu söhbət kənara çıxmasın” demişdir. Bundan sonra o, Natiqə Eldənizi Bakı şəhərinə aparmalı olduğunu bildirmişdir. Bundan sonra o, Eldənizdən ayrılaraq öz evləriə getmiş, səhəri günü Eldənizlə görüşmüş və söhbət əsnasında Eldəniz ona “axşam həkim mənə zəng etmişdi, mən onunla evin bakonunda danışdım, ona xərci sabah deyəcəm” dediyini bildirmişdir. Bundan sonra onlar “Dan Ulduzu” restoranının yanında Eldənizlə görüşmüşdür. O, Eldənizin telefonu ilə Natiqə zəng edərək 600 manat xərcinin çıxdığını bildirmişdir. Bundan sonra Natiq pulu Eldənizin kartına göndərmişdir. Bundan sonra həmin pulları Eldənizlə aralarında bərabər bölmüş, hərəsinə 450 manat pul düşmüşdür. Bundan sonra onlar həmin yerdə olan zaman İmdad onların yanına gəlmiş, onlar söhbəti İmdada danışmışlar. İmdad nömrəsinin öz adına olmadığını və rahatçılıqla həkimdən pul ala biləcəklərini bildirmişdir. Bundan sonra o, İmdadın telefonu ilə həkimə zəng edərək “bu da mənim nömrəmdir” deyərək 200 manat da əlavə pul atmalı olduğunu demişdir. Natiq isə saat 16-ya kimi 200 manat pul atacağını demişdir. Bundan sonra onlar ayrılmış və hərəsi öz evinə getmişdir. Bundan sonra Eldənizlə zəngləşmiş və Eldənizi evindən götürüb həmin şadlıq sarayının yanına gətirmişdir. Bu vaxt həkim ona zəng edərək Eldənizin arvadı ilə danışdığını və həmin qadının kartına 200 manat pul atdığını demişdir. Bundan sonra o, İmdada zəng edərək arvadının adını soruşmuş, İmdad ona arvadının Şahid1 Alim qızı olduğunu bildirmiş, o da Natiq həkimin ona atdığı qəbzə baxan zaman 200 manat pulun Könülün kartına yükləndiyini görmüşdür. Bundan sonra İmdadla aldığı pulu ona demədiyi üçün dalaşmış, İmdadın yaşadığı evə getmiş və İmdad ona Eldənizin bilməməsi üçün demədiyini bildirmişdir. İmdad həmin yerdə ona 45 manat pul vermiş, o da həmin pulun 5 manatını İmdadın qızına vermiş, bundan sonra İmdad kartından çıxarıb ona 20 manat da vermişdir. Bundan sonra o, işləmək üçün Kəlbəcər rayonuna getmiş və olanlardan məlumatı olmamışdır. Hazırda o, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəməmişdir. Odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs2 CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Şəmkir rayonu Könüllü kəndində daimi qeydiyyatda olmaqla Gəncə şəhəri, qaçqın binası bina 23, məzil 60-da yaşayır. Əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə məhkum olunmuşdur. O, maddi imkanı olmadığı üçün müxtəlif şəxslərin pullarını dələduzluq yolu ilə ələ keçirmək qərarına gəlmişdir. X2 tanıyır, Ələddin onun uzaq qohumudur, Təqsirləndirilən şəxs1 isə Ələddinin xalası oğludur. Onlarla normal münasibəti vardır, aralarında heç bir düşmənçilik və ya ədavətləri yoxdur. O, Ələddinlə söhbət edən zaman Ələddin ona Eldənizlə birlikdə Goranboy rayonu Dəliməmmədli şəhərində yerləşən xəstəxanaya getdiyini, orada Natiq adlı həkimə müalicə yazdırdıqlarını, müalicə nəticəsində Eldənizin yalandan vəziyyətinin ağırlaşdığını deyərək müxtəlif məbləğlərdə pul aldıqlarını bildirmişdir. O, həmin vaxt həkimi tanımamış və Natiqlə heç bir münasibəti olmamışdır. O, Ələddin və Eldənizlə görüşən zaman Ələddin ondan telefonu istəmiş, o da telefonu Ələddinə vermişdir. Ələddin ondan telefonu alıb kənarda danışmış və bir müddətdən sonra telefonu ona qaytarmışdır. Bu hadisədən təxminən 10 gün sonra onun telefonuna əngəllənmiş nömrələrdən zəng gəldiyini görmüşdür. Həmin nömrəyə zəng edən zaman Natiq adlı şəxs ona “Kamal” deyə müraciət edərək pulun hazır olduğunu və pulu hansı karta köçürməli olduğunu soruşmuş, o, həmin söhbəti bildiyi üçün Zərərçəkmiş şəxs pullarını ələ keçirmək qərarına gəlmişdir və arvadı Könülün kart nömrəsini Natiq həkimə atmışdır. Bir müddət sonra həmin karta 150 manat pul gəlmişdir. Bundan sonra o, Natiqə zəng edərək Eldənizin öldüyünü və onun ölü sahiblərinə köməklik etməli olduğunu demişdir. Bundan sonra öz kartını Natiqə atmış və Eldənizin ölümü və digər məsələlərlə bağlı mütəmadi olaraq Natiqdən pul almağa başlamışdır. Belə ki, bir dəfə ona 1000 manat, bir dəfə 900 manat, bir dəfə 500 manat, bir dəfə 200 manat, bir dəfə 150 manat, bir dəfə 300 manat və xatırlamadığı miqdarlarda pul vəsaiti yollamışdır. O, həmin pul vəsaitlərini tutulmamaq üçün əvvəllər birlikdə usta kimi işləyən Şahid4 və arvadı Şahid1 kartlarına atdırmışdır. Həmin pulları atdırdıqdan sonra çıxarıb götürmüş və həmin şəxslərə pul verməmişdir. O, Zərərçəkmiş şəxs müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul almış və nə qədər pul aldığını konkret bilməmişdir. Hazırda o, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəməmişdir. Odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 1987-ci ildən Dəliməmmədli şəhər xəstəxanasında həkim vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə iş vaxtı Təqsirləndirilən şəxs1 xəstə kimi müraciət etmiş, o da Eldənizi müayinə edərək kəskin respirator (nəfəs yollarının soyuqlaması) xəstəliyi diaqnozu ilə müalicə yazmış və ev şəraitində müalicə etdirməyi məsləhət görmüşdür. Təxminən 1 saat sonra xəstənin bacanağı Kamal adlı şəxs ona zəng edərək dərman qəbulundan sonra xəstənin şoka düşdüyünü və təcili X1 apardıqlarını bildirmişdir. Zərərçəkmiş şəxs bununla əlaqədar narahat olmuş və xəstə haqqında vaxtaşırı ona məlumat verməsini ondan xahiş etmişdir. Təxminən 1 saat sonra ona məlumat vermişdir ki, xəstəxanada xəstəyə yardım göstərilərək vəziyyətdən çıxarılmışdır. Ancaq həmin xəstənin həyat yoldaşının təkidi ilə xəstə qazi olduğu üçün əvvəl müalicə aldığı Silahlı Qüvvələrin Baş Klinik hospitalına aparılmasını tələb edir ki, orada müalicə və müayinəsi davam etdirilsin. Lakin o, həmin şəxsə bildirmişdir ki, xəstə bu vəziyyətdə uzaq yola çıxmasa yaxşı olar. X9 xəstəxanasında müalicəsini davam etdirsin. Həmin şəxs ona demişdir ki, həyat yoldaşı belə istəyir və təcili yardım maşını ilə danışılıb ki, Eldənizi həmin yerə çatdırsın. O, artıq heçnə deyə bilməmiş, xəstənin sağlığı üçün deyilən hər tələbə razı olmuşdur. xx.xx.2024-cü il tarixdə Eldənizin bacanağı Kamal ona zəng edərək demişdir ki, xəstənin vəziyyəti yaxşıdır, həkimlər konsultasiya ediblər vəziyyəti yaxşıdır, sadəcə olaraq xəstəni 2 gün nəzarətdə saxlayaraq evə buraxacaqlar. Həmin gün təxminən saat 12-13 radələrində xəstə Eldəniz özü ona zəng vuraraq minətdarlığını bildirmişdir. xx.xx.2024-cü il tarixdə bacanağı Kamal ona zəng edərək xəstənin evində olduğunu və hərarəti olduğunu bildirmişdir. O da Kamala bildirmişdir ki, xəstə şokdan çıxsa da hələ öz xəstəliyi müalicə olunmayıb və xəstənin ciddi müalicəyə ehtiyacı var. Yaxşı olar ki, xəstəxana şəraitində müalicə alsın. Bu müddətdə xəstəyə onun tərəfindəm 1050 manat pul xərclənmişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 11-12 radələrində Kamal tərəfindən onun telefonuna çoxlu sayda zənglər gəlmiş, o da telefonu açmış və ondan nə narahatçılıq olduğunu soruşmuşdur. Kamal da ona demişdir ki, xəstə Eldənizin səhhəti birdən-birə pisləşmiş və dünyasını dəyişmişdir. Eldənizin ailəsinin vəziyyəti imkansız olduğunu, cənazəsini ailəsinə çatdırmaq üçün köməklik etmək lazım olduğunu bildirmişdir. Ondan 200 manat pul istəmiş və o da onlara kömək məqsədi ilə həmin pulu vermişdir. xx.xx.2024-cü il tarixdə ona xəstənin həyat yoldaşı ağlayaraq zəng vurmuş və ona demişdir ki, “onsuzda qaynanam məni qəbul etmir, iki uşaqla küçədə qalmışam heç olmasa yoldaşımın 3 mərasiminə kömək et, 500 manat pul lazımdır”. O da həmin pulu vermişdir. 1 həftədən sonra ona Kamal adında bir şəxs zəng edərək demişdir ki, “sizi Gəncə şəhər Baş Polis İdarəsindən narahat edirlər, sizin haqqınızda şikayət var, Eldənizin ailəsi ölüm kağızı ilə müraciət edirlər ki, onun ölümündə sizin günahınız var. Ölüm kağızında göstərilir ki, xəstə anaflaktik (dərman qəbulu nəticəsində şoka düşmə) şokdan ölmüşdür”. Qeyd etdiyi sözləri dedikdən sonra onu Gəncə şəhər baş polis idarəsinə dəvət etmişdir. O isə vaxtının olmadığını, 10 gün yaşayan xəstənin anaflaktik şokdan ölmə ehtimalının olmadığını bildirmişdir. Özünü polis əməkdaşı kimi təqdim edən Kamal adlı şəxs ona bildirmişdir ki, “gəlmirsənsə məndə səni qolu bağlı bura gətizdirərəm, yada sən özün ölü sahibinin bütün ehtiyaclarını qarşıla, şikayətlərini geri götürsünlər”. Bundan sonra ölünün anası, qaynı və həyat yoldaşı dəfələrlə ona zəng vuraraq təhdid edərək ondan müəyyən məbləğdə (yas xərclərini, məzarının hazırlanması və digər xərclərin ödənməsi üçün) pul lazımdır demişlər. Həmin polis Kamal ona zəng edərək “ölənin anası mənin yanımdadır və tələb edir ki, bu işlərə görə 4000 manat kredit götürüb və həkim bu pulu ödəməsə şikayətimi geri götürməyəcəm” demişdir. Həmçinin mərhumun il mərasimi üçün 2000 manat pul verməli olduğunu bildirmişdir. Lakin, bir müddət sonra Kamal adlı polis ona zəng edərək guya “xəstənin anası şikayətini geri götürdü, iş bağlandı və onların hamısından izahat alınıb, səni heç kim narahat etməyəcək” demişdir. Ancaq polis rəisinin bu işi təsdiq etməsi üçün 2000 manat verilməli olduğunu bildirmişdir. O da həmin pulu ödəmişdir. Bir müddət sonra ölənin qaynı Sərxan adlı şəxs ona zəng edərək demişdir ki, ölənin ailəsi başsız qalıbdı, onlara o baxır və kömək etməli olduğunu, ölünün ailəsini Rusiya Federasiyasına aparacağını bildirərək 840 manat pul istəmiş, o da həmin pulu vermişdir. Həmin Sərxan adlı şəxs bir dəfə evinə, iki dəfə iş yerinə gələrək ona hədə qorxu gəlmiş, hətta bir dəfə gecə saat 24 radələrində polis Kamal ona zəng edərək Sərxanın onunla danışmaq istədiyini bildirmiş və ona “Sərxanla danış, işi yoluna qoy, o çıxıb getsin” demişdir. O da Sərxanı yığıb ona demişdir ki, gecə vaxtı sənin onun evində nə işin var deyə soruşmuş, Sərxan isə ona “sən bu işdən canını qurtara bilməyəcəksən, hələ sənin başına çox işlər gələcək” demişdir. Bundan sonra o, telefonu söndürmüş, onun nömrəsini də bloklamış və polis müvəkkilinin nömrəsini telefonunda saxlamışdır ki, hər hansı bir hadisə baş verərsə bu haqda xəbər versin. Səhərisi gün polis Kamal zəng eliyərək Sərxanın gecə gəldiyini, yoldan qaytardığını, Sərxanın dərdinin yol pulu almaq olduğunu bildirmişdir. O, yenə ona 300 manat pul verərək yola salmışdır. İyun ayının əvvəllərində bir nəfər qadın ona zəng edərək “mən ölən şəxsin bacısıyam, bu iş məndən xəbərsiz bağlanıb, bu işin başını buraxmayacam” deyərək telefonu sondürmüşdür. O da polis Kamala zəng etmiş və soruşmuşdur ki, “dediniz ki iş bağlanıbdır, lakin mənə bacısından zəng gəlmişdir”. O da zəng olunan nömrənin son iki rəqəmini dedikdən sonra Kamal təsdiqləmişdir ki, həmin şəxs ölənin bacısı Gülnardır. Özü onunla danışıb işi qaydasına qoyacaqdır. Bir neçə gündən sonra polis Kamal yenidən ona zəng vuraraq ölənin anası, Sərxanın anası və Sərxanın özünün Rusiyaya getməsi üçün hərəsinə 340 manat pul lazım olduğunu bildirmişdir. O da son olaraq yoldaşının kartından ona 500 manat pul göndərmişdir. O, pulları kartlara göndərmişdir, pulları göndərməsi barədə arvadı Şahid3 məlumatı olmuşdur. Hazırda o, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2lə barışmamışdır, onlardan şikayətçidir, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ona dəymiş maddi ziyanı ödəməmişlər. Odur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində ən ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Gədəbəy rayonu, Qaravəlilər kəndində daimi qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs2 onun keçmiş həyat yoldaşıdır. İmdadla 4-5 il bundan əvvəl ayrılmışdır. O, İmdaddan ayrılan zaman bütün sənədləri İmdadın yaşadığı evdə qalmışdır. Onun həm kartı, həm də şəxsiyyətini təsdiq edən sənəd İmdadın evində qalmışdır. O, İmdadın nə işlə məşğul olduğunu bilmir, sadəcə olaraq İmdad ona Goranboy rayonunda yaşayan Natiq həkimdən pul aldığını danışandan sonra xatırlamışdır ki, bir gün Ələddin onun yaşadığı evə gəlmiş, İmdadla Ələddin mətbəxdə söhbət etmiş, o, həmin şəxslərin həmin vaxt nə iş gördüklərini bilməsə də, İmdad ona həmin vaxt həkimdən pul aldıqlarını sonradan bildirmişdir. Onun kartı İmdadda olmuş, həmin kartdan İmdad istifadə etmişdir, ona məxsus olan karta pul göndərilsə də, həmin pulu İmdad göndərtdirmişdir, pul göndərildikdən sonra pulu İmdad çıxarmışdır, İmdadın nə qədər pul ələ keçirdiyini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Gədəbəy rayonu, Qaravəlilər kəndində daimi qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs2 bacısı Könülün keçmiş həyat yoldaşıdır. İmdadla normal münasibəti var, aralarında heç bir düşmənçilik və ya ədavət yoxdur. 2024-cü ilin aprel ayında özünə kart çıxarmaq qərarına gəlmiş, Gəncə şəhərinə gəlmiş və özünə boş pul kartı götürmüşdür. Bundan sonra işləmək üçün Bakı şəhərinə getmişdir. Təminən 2 ay sonra Bakı şəhərində olan zaman Təqsirləndirilən şəxs2 ona zəng edərək salamlaşmış və kartına pul gəldiyini bildirmişdir. O isə İmdada kartının tətbiq proqramının olmadığını və kartına pul gəlib-gəlmədiyini bilmədiyini bildirmişdir. Bundan sonra İmdad Bakı şəhərinə gəldiyini, pulu kartından çıxaracağını bildirmişdir. O da İmdadı gözləmiş və bir müddətdən sonra İmdad onun yaşadığı evə gəlmişdir. O, İmdadla birlikdə pulu çıxarmaq üçün bankomata getmişdir. Yolun yarısını qət etdikdən sonra İmdad ona demişdir ki, “mən pulu çıxarıb Gəncə şəhərinə qayıdacam, sən get evə”. O da İmdadla sağollaşaraq evinə getmişdir. Bundan bir qədər sonra İmdad ona zəng edərək kartdakı pulları çıxardığını bildirmiş, o isə həmin kartdan heç bir pul çıxarmadığını bildirmiş, onlar telefonda bir qədər sözlə mübahisə etmiş və telefon danışıqları başa çatmışdır. Bu söhbətdən bir-iki gün sonra İmdad ona zəng edərək üzr istəmiş və pulu çıxardığını bildirmişdir. Bundan sonra onun kartı İmdadda qalmış və həmin kartı geri götürməmişdir. O, İmdadın nə işlə məşğul olduğunu bilməmiş, İmdadın onun kartına yüklətdirdiyi pulun cinayət nəticəsində əldə olunan pul olduğunu bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, ustadır, Gəncə şəhərində yaşayır. Təqsirləndirilən şəxs2 köməkçi kimi onun yanında işləmişdir. 2024-cü ildə dəqiq xatırlamadığı gündə Təqsirləndirilən şəxs2lə Gəncə şəhərində olan çayxanaların birində oturub çay içən zaman Təqsirləndirilən şəxs2 ondan bank kartına pul göndərilməsi üçün icazə almış, o da buna etiraz etməmişdir. Bir qədər sonra onun bank kartına 150 manat məbləğində pul göndərilmişdir. O, İmdadı öz şəxsi avtomobili ilə bankomata aparmış, pulu çıxardıb İmdada vermişdir. Bir müddət keçdikdən sonra onlar yenə biryerdə olarkən İmdad onun kartına pul gələcəyini bildirmişdir. Az sonra onun bank kartına pul köçürülmüş, İmdad sərxoş olduğu üçün onu avtomobili ilə bankomata aparmasını xahiş etmişdir. O, İmdadı şəxsi avtomobili ilə bankomata aparmış, bank kartından pulu çıxarıb İmdada vermişdir. Lakin, pulun nə qədər olması yadında qalmamışdır. Bir müddət sonra o, öz avtomobilini satıb başqa avtomobil almaq istədiyi üçün özünə məxsus torpaq sahəsini satmış, özünə yeni avtomobil almış, köhnə avtomobilini isə hər ay hissə-hissə ödəniş etməklə 3500 manata İmdada satmışdır. İmdad isə hər ay ona ən azı 300 manat ödəniş etmək şərtilə avtomobili ondan almışdır. Hazırda İmdadın avtomobilə görə ona 600 manat borcu vardır. O, İmdadın nə işlə məşğul olduğunu bilməmiş, İmdadın onun kartına yüklətdirdiyi pulun cinayət nəticəsində əldə olunan pul olduğunu bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon prokurorluğunun “Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 26 iyul 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında Goranboy RPŞ-nin İB-də toplanmış HK-1-1372 nömrəli material üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmış, həmin cinayət işinə ********* nömrəsi verilməklə ibtidai istintaqın aparılması üçün iş aidiyyəti üzrə Goranboy RPŞ-nin İB-nə göndərilmişdir; Goranboy RPŞ-nin İB-nin “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 27 iyul 2024cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Göygöl rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 178.2.1 və 178.2.3-cü maddələri ilə təqsirləndiriləməsinə dair ********** nömrəli cinayət işi üzrə məsuliyyətdən azad edilmiş və barəsində olan cinayət işinin icraatına xitam verilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, İsayev X5 rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 02 il 10 ay azadlıqdan məhrumetmə və 700 manat cərimə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış və dərhal cəza çəkdiyi müəssisədən azad edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Gəncə şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 178.2.2 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 19 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmişdir; “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 13 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilmişdir; “Qətimkan tədbiri seçilməsi barədə” Goranboy Rayon Məhkəməsinin 4(045)-47/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 oğlu barəsində 02 ay 12 gün müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 00:40-dan hesablanmışdır; “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 03 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilmişdir; “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 03 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilmişdir; “CD diskə baxış keçirilməsi haqqında” 20 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, qeyd olunan CD disk kompyuterdə açılmış və disk açılan zaman orada 02 ədəd Şahid2 adlı, 2 ədəd Şahid4 adlı, 4 ədəd Təqsirləndirilən şəxs2 adlı, 02 ədəd Təqsirləndirilən şəxs1 adlı və X6 adlı faylların olması müəyyən edilmişdir. Həmin diskdə əks olunan fayllara yuxarıdan aşağı baxış keçirilməsinə başlanmışdır. 1-ci sırada yerləşən Şahid2 adlı fayla daxil olan zaman 5 ədəd şəkil olması müəyyən edilmişdir. 1-ci şəkildə Təqsirləndirilən şəxs2 şəkili olması və həmin şəkilin üzərində xx.xx.2024-cü il, saat 20:50:40 olması qeyd olunmuşdur. 2ci şəkildə Təqsirləndirilən şəxs2 şəkili olması və həmin şəkilin üzərində xx.xx.2024-cü il, saat 23:48:10 olması qeyd olunmuşdur. 3-cü şəkildə Təqsirləndirilən şəxs2 şəkili olması və həmin şəkilin üzərində xx.xx.2024-cü il, saat 21:06:16 olması qeyd olunmuşdur. 4-cü şəkildə Şahid4 şəkili olması və həmin şəkilin üzərində xx.xx.2024-cü il, saat 10:03:19 olması qeyd olunmuşdur. 5-ci şəkildə Təqsirləndirilən şəxs2 şəkili olması və həmin şəkilin üzərində xx.xx.2024-cü il, saat 11:54:26 olması qeyd olunmuşdur. 2-cı sırada yerləşən Təqsirləndirilən şəxs2 adlı fayla daxil olan zaman 20 ədəd şəkil olması müəyyən edilmişdir. Həmin şəkillərə baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində bankomatdan pul çıxarmasının əks olunduğu müəyyən edilmişdir. 3-cü sırda yerləşən Təqsirləndirilən şəxs2 6621 adlı fayla daxil olan zaman 04 ədəd şəkil olması müəyyən edilmişdir. Həmin şəkillərə baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində bankomatdan pul çıxarmasının əks olunduğu müəyyən edilmişdir. 4-cü sırada yerləşən Təqsirləndirilən şəxs1 adlı fayla daxil olan zaman 07 ədəd şəkil olması müəyyən edilmişdir. Həmin şəkillərə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində bankomatdan pul çıxarmasının əks olunduğu müəyyən edilmişdir. 5-ci sırada yerləşən Şahid4 adlı fayla daxil olan zaman 08 ədəd şəkil olması müəyyən edilmişdir. Həmin şəkillərə baxış keçirilən zaman Şahid4 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində bankomatdan pul çıxarmasının əks olunduğu müəyyən edilmişdir. 6-cı sırada yerləşən Şahid2 6158 adlı fayla daxil olan zaman həmin faylda Şahid2 məxsus anket və bank kartından əməliyyat tarixləri barədə məlumatlarının olması müəyyən edilmişdir. 7-ci sırada yerləşən Şahid1 adlı fayla daxil olan zaman həmin faylda Şahid1 məxsus anket və bank kartından əməliyyat tarixləri barədə məlumatlarının olması müəyyən edilmişdir. 8-ci sırada yerləşən Təqsirləndirilən şəxs2 6621 adlı fayla daxil olan zaman həmin faylda Təqsirləndirilən şəxs2 məxsus anket və bank kartından əməliyyat tarixləri barədə məlumatlarının olması müəyyən edilmişdir. 9-cu sırada yerləşən Təqsirləndirilən şəxs2 6665 adlı fayla daxil olan zaman həmin faylda Təqsirləndirilən şəxs2 məxsus anket və bank kartından əməliyyat tarixləri barədə məlumatlarının olması müəyyən edilmişdir. 10-cu sırada yerləşən Təqsirləndirilən şəxs1 7279 adlı fayla daxil olan zaman həmin faylda Təqsirləndirilən şəxs1 məxsus anket və bank kartından əməliyyat tarixləri barədə məlumatlarının olması müəyyən edilmişdir. 11-ci sırada yerləşən Şahid4 4845 adlı fayla daxil olan zaman həmin faylda Şahid4 məxsus anket və bank kartından əməliyyat tarixləri barədə məlumatlarının olması müəyyən edilmişdir; “Qətimkan tədbiri seçilməsi barədə” Goranboy Rayon Məhkəməsinin 4(045)-58/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 barəsində 02 ay 09 gün müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır; Goranboy Rayon Məhkəməsinin 4(045)-59/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti istintaq müddətinin sonunadək, yəni xx.xx.2025-ci il tarixədək uzadılmışdır; “Qətimkan tədbiri seçilməsi barədə” Goranboy Rayon Məhkəməsinin 4(045)-61/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs3 barəsində 02 ay 04 gün müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 15:20-dən hesablanmışdır; Göygöl rayon məhkəməsinin 1(066)-22/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində CM-nin 73-1.2-ci maddəsi tətbiq edilməklə o, cinayət işi üzrə məsuliyyətdən azad edilmiş və barəsində olan cinayət işi üzrə icraata xitam verilmişdir; “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 26 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 13:19-da 409858******7279 saylı karta 350 manat pul göndərilmişdir. xx.xx.2024-cü il tarixdə saat 17:49-da 409858******7279 saylı karta 250 manat pul göndərilmişdir. xx.xx.2024-cü il tarixdə saat 13:05-də 409858******7279 saylı karta 300 manat pul göndərilmişdir. xx.xx.2024-cü il tarixdə saat 21:25-də 409858******6423 saylı karta 150 manat pul göndərilmişdir. xx.xx.2024-cü il tarixdə saat 14:26-da 409858******6665 saylı karta 230 manat pul göndərilmişdir. xx.xx.2024-cü il tarixdə saat 16:00-da 409858******6665 saylı karta 120 manat pul göndərilmişdir. xx.xx.2024-cü il tarixdə saat 13:34-da 409858******6665 saylı karta 200 manat pul göndərilmişdir. xx.xx.2024cü il tarixdə saat 17:30-da 409858******6665 saylı karta 500 manat pul göndərilmişdir. xx.xx.2024-cü il tarixdə saat 13:37-da 409858******6665 saylı karta 300 manat pul göndərilmişdir. xx.xx.2024-cü il tarixdə saat 10:13-da 409858******6665 saylı karta 700 manat pul göndərilmişdir. xx.xx.2024-cü il tarixdə saat 14:22-da 409858******6665 saylı karta 800 manat pul göndərilmişdir. xx.xx.2024-cü il tarixdə saat 10:22-də 409858******6665 saylı karta 1300 manat pul göndərilmişdir. xx.xx.2024-cü il tarixdə saat 19:23-də 409858******6665 saylı karta 200 manat pul göndərilmişdir. xx.xx.2024-cü il tarixdə saat 18:42-də 409858******6665 saylı karta 600 manat pul göndərilmişdir. xx.xx.2024-cü il tarixdə saat 20:48-də 409858******6665 saylı karta 1000 manat pul göndərilmişdir. xx.xx.2024-cü il tarixdə saat 19:57-də 409858******6665 saylı karta 1300 manat pul göndərilmişdir. xx.xx.2024-cü il tarixdə saat 18:51-da 409858******6665 saylı karta 1500 manat pul göndərilmişdir. xx.xx.2024-cü il tarixdə saat 10:21-də 409858******6665 saylı karta 500 manat pul göndərilmişdir. xx.xx.2024-cü il tarixdə saat 10:58-də 409858******6665 saylı karta 400 manat pul göndərilmişdir. xx.xx.2024-cü il tarixdə saat 11:01-də 409858******6665 saylı karta 300 manat pul göndərilmişdir. xx.xx.2024-cü il tarixdə saat 15:32-də 409858******6665 saylı karta 300 manat pul göndərilmişdir. xx.xx.2024-cü il tarixdə saat 20:40-da 409858******6665 saylı karta 200 manat pul göndərilmişdir. xx.xx.2024-cü il tarixdə saat 19:02-də 409858******6665 saylı karta 300 manat pul göndərilmişdir. xx.xx.2024-cü il tarixdə saat 10:28-də 409858******6665 saylı karta 700 manat pul göndərilmişdir. xx.xx.2024-cü il tarixdə saat 18:23-də 524375******6158 saylı karta 100 manat pul göndərilmişdir. xx.xx.2024cü il tarixdə saat 19:43-da 409858******6665 saylı karta 460 manat pul göndərilmişdir. xx.xx.2024-cü il tarixdə saat 18:48-də 524375******6158 saylı karta 300 manat pul göndərilmişdir. xx.xx.2024-cü il tarixdə saat 18:52-də 409858******6665 saylı karta 2000 manat pul göndərilmişdir. xx.xx.2024-cü il tarixdə saat 11:17-də 541124******6621 saylı karta 300 manat pul göndərilmişdir. xx.xx.2024-cü il tarixdə saat 21:02-də 541124******6621 saylı karta 250 manat pul göndərilmişdir. xx.xx.2024-cü il tarixdə saat 17:40-da 524375******6158 saylı karta 600 manat pul göndərilmişdir. xx.xx.2024-cü il tarixdə saat 11:37-də 524375******6158 saylı karta 100 manat pul göndərilmişdir. xx.xx.2024-cü il tarixdə saat 17:34-də 541124******6621 saylı karta 800 manat pul göndərilmişdir. xx.xx.2024-cü il tarixdə saat 14:32-də 541124******4845 saylı karta 130 manat pul göndərilmişdir. xx.xx.2024-cü il tarixdə saat 17:19-da 541124******6621 saylı karta 120 manat pul göndərilmişdir. xx.xx.2024cü il tarixdə saat 18:41-də 541124******6621 saylı karta 180 manat pul göndərilmişdir. xx.xx.2024-cü il tarixdə saat 17:21-də 541124******6621 saylı karta 300 manat pul göndərilmişdir. xx.xx.2024-cü il tarixdə saat 10:16-da 541124******6621 saylı karta 300 manat pul göndərilmişdir. xx.xx.2024-cü il tarixdə saat 17:43-də 541124******6621 saylı karta 300 manat pul göndərilmişdir. xx.xx.2024-cü il tarixdə saat 18:53-də 541124******6621 saylı karta 500 manat pul (ümumilikdə 19240) göndərilmişdir; Gəncə şəhər məhkəməsinin 1(125)-107/2022 saylı xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 178.2.2-maddəsi ilə təqsirli bilinib, CM-nin 66.5 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 01 il 19 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir; “Məhkum barəsində amnistiyanın tətbiq edilməsi haqqında” Salyan rayon Məhkəməsinin 7(057)-525/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Samux rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 67.1, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 69.3 və 68.2-ci maddələri ilə təqsirli bilinərək, 02 il 10 ay azadlıqdan məhrumetmə və 700 manat cərimə cəzasına məhkum edilmiş, 5 saylı CCM-də faktiki cəza çəkən Təqsirləndirilən şəxs2 8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli 395-VİQR nömrəli qərarın İV bəndinə əsasən çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış və dərhal cəza çəkdiyi müəssisədən azad edilmişdir; İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 müharibə veteranıdır, “Vətən mübaribəsi iştirakçısı” “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. “Cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsində vurulmuş maddi ziyanın tutulması barədə” xx.xx.2025-ci il tarixli mülki iddiadan görünür ki, mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs mülki cavabdehlər (təqsirləndirilən şəxslər) Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hər birindən müştərək qaydada bərabər hissələrlə cəmi 19740 manat məbləğində pul tutulmasını xahiş etmişdir. Məhkəmə, təqsirləndirilən şəxslərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən CM-in 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan əməlin törədilməsi özlərinin etirafedici ifadələrindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146cı maddələri). CM-in 178.2.1 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil etsə də, bu cinayətin predmeti talama cinayətlərinin digər formalarının predmetindən fərqlənir. Dələduzluq özünün törədilmə üsuluna görə iki növə ayrılır: aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə yolu ilə dələduzluq. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin, bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda, həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.2.1 və 178.2.4-cü maddələrinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan suiistifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətlədirərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 aldatma və etibardan sui-istifadə etmək yolu ilə zərərçəkmiş şəxsə məxsus əmlakı ələ keçirmələri ilə bağlı verilmiş ittihamın məhkəmə istintaqında tam həcmdə öz təsdiqini tapması nəticəsinə gəlir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməlləri CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, CPM-in 44.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə ittiham hökmü çıxarmağı qanuni və əsaslı hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 İntqam oğlunun Samux rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 02 il 10 ay azadlıqdan məhrumetmə və 700 manat cərimə cəzasına məhkum edilməsi, Salyan rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılması, dərhal cəza çəkdiyi müəssisədən azad edilməsinə və ona təyin edilmiş 700 manat cərimə cəzasına dair münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs2 İntqam oğlu ona təyin edilmiş 700 manat cərimə cəzasından azad edilməsinə baxmayaraq, barəsində amnistiya tətbiq edilməsi barədə Salyan rayon Məhkəməsinin 7(057)-525/2021 saylı xx.xx.2021-ci il tarixli qərarında göstərilməmiş, 700 manat cərimə cəzasından azad edilməli olduğu halda edilməmişdir. 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 2.11-ci bəndinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə əsas cəza kimi cərimə cəzası təyin edilmiş şəxslər, habelə əsas və ya əlavə cəza kimi iki min manatdan artıq olmayan miqdarda cərimə cəzası təyin edilmiş və ya bu Qərarın tətbiq edildiyi gün cərimə cəzasının ödənilməmiş hissəsi iki min manatdan artıq olmayan şəxslər cəzadan azad edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 2.11-ci bəndinə əsasən Təqsirləndirilən şəxs2 İntqam oğluna amnistiya tətbiq edilməli, Samux rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 700 manat cərimə cəzasından azad edilmiş hesab edilməli, məhkumluğun ödənilməsi müddəti 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının qəbul edildiyi vaxtdan, yəni 05 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 – 59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qsimində nəzərə alına bilər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəzalarını yüngülləşdirən və ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs1 müharibəsi iştirakçısı olmasını və təltif olunmasını cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə, cəza məsələsini müzakirə edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdikləri cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onların özlərinin şəxsiyyətlərinə və ailə vəziyyətlərinə tam uyğun olmalıdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilməsini məqsədəmüvafiq və zəruri hesab etməklə hər birinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməlidir. Belə ki, hər üç təqsirləndirilən şəxs əvvəllər məhz talama cinayətlərinə görə cinayət məsuliyyətlərinə cəlb edilmələrinə baxmayaraq islah olunmamış və yenidən eyni kateqoriyalı cinayət törətmişlər. Təqsirləndirilən şəxs1 dələduzluq cinayətinə görə məsuliyyətə cəlb olunsa da, icraata xitam verilməklə məhkum olunmamasını, cəzasını yüngülləşdirən halları nəzərə alaraq, məhkəmə ona aşağı həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 CM-in 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və onlara həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduqları tarixdən hesablanmalı (CPM-in 158.2.1 və 158.6), cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddiaya dair məhkəmə qeyd edir ki, CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir; 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; 181.2, 181.2.4-cü maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə mənəvi ziyanın ödənilməsini tələb edə bilər; 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmə, baş vermiş cinayət hadisəsi nəticəsində zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs xeyli miqdarda dəymiş maddi ziyanın olmasını nəzərə alır. Məhkəmə, mülki iddia ilə bağlı qeyd edir ki, iş materiallarından və təqdim edilmiş mülki iddiadan görünür ki, tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs - mülki cavabdehlər (təqsirləndirilən şəxslər) Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən dələduzluq, yəni özgə əmlakını aldatma və ya etibardan sui-istifadə etmək yolu ilə ələ mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs məxsus 19740 (on doqquz min yeddi yüz qırx) manat məbləğində pul vəsaiti ələ keçirilmişdir. Hakim Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 218.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qərar çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırkı mülki iddiada belə müstəsna hallar müəyyən edilməmişdir. Məhkəmə, iş materiallarını araşdırıb sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, mülki iddianın mülki iddiaçıya məxsus maddi vəsaitin tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq, yəni özgə əmlakını aldatma və ya etibardan sui-istifadə etmək yolu ilə ələ keçirilməsinə görə həmin məbləğdə təmin edilməsini qanuni və ədalətli hesab edir. Bu baxımdan məhkəmə mülki iddianın təmin edilməsi qənaətinə gəlir. Odur ki, mülki cavabdehlər (təqsirləndirilən şəxslər) Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 19740 (on doqquz min yeddi yüz qırx) manat məbləğində (maddi ziyan) vəsait tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs verilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 18 (on səkkiz) iş saatına görə 108 (bir yüz səkkiz) manat məbləğində vəsait, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi hər ikisinə bir yerdə 36 (otuz altı) iş saatına görə cəmi 216 (iki yüz on altı) manat məbləğində vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 12 sentyabr 2024-cü il tarixdən hesablansın. Vəkil Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 18 (on səkkiz) iş saatına görə 108 (bir yüz səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün.

2. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 20 noyabr 2024-cü il tarixdən hesablansın. Vəkil Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs3 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 18 (on səkkiz) iş saatına görə 108 (bir yüz səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün.

3. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ona Samux rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 700 manat cərimə cəzasından 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclinin 5 noyabr 2021-ci il tarixli qərarının 2.11-ci bəndinə əsasən azad edilmiş hesab edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 noyabr 2024-cü il tarixdən hesablansın. Vəkil Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 18 (on səkkiz) iş saatına görə 108 (bir yüz səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Mülki iddiaçı - Zərərçəkmiş şəxs mülki cavabdehlər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qarşı mülki iddiası təmin olunsun. Mülki cavabdehlər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 19740 (on doqquz min yeddi yüz qırx) manat məbləğində (maddi ziyan) vəsait tutularaq mülki iddiaçı - Zərərçəkmiş şəxs ödənilsin. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar