Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-18/2023 09.03.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ saat 12:57 X27 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1992-ci il ildə Goranboy rayonunun Səmədabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Goranboy rayonunun Səmədabad kəndində qeydiyyat olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs daimi narkotik vasitələrin aludəçisi olduğu üçün xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolundan Goranboy rayonu Səmədabad kəndinə gedən yolun kənarında yerdən taparaq satış məqsədi olmadan şəxsi istifadəsi ilə əlaqədar qanunsuz əldə etdiyi şəxsi istehlak miqdarından artıq bir ədəd ağ rəngli polietilen torbada ümumi təmiz çəkisi 14,25 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı iki hissəyə bölüb 11,14 qramını bir ədəd sellofan paketə qablaşdıraraq gələcəkdə özü istifadə etmək məqsədilə anası X4 məxsus sürücülük hüququ və etibarnaməsi olmadan idarə etdiyi VAZ-21013 minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq oturacaqlarının arasında olan qoltuqaltının arxasında gizlətməklə, 3,11 qramını isə istifadə etmək məqsədilə bir ədəd polietilen paketə qablaşdırıb sağ ayağına geyindiyi corabın içərisində qanunsuz saxlayaraq daşıyıb, 23 oktyabr 2022-ci il tarixdə saat 00:45 radələrində idarə etdiyi VAZ-21013 minik markalı, **- BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Goranboy rayonu Səmədabad kəndi ərazisində hərəkətdə olarkən avtomobilin dövlət qeydiyyat nişanlarının üzərində olmaması səbəbindən həmin ərazidə xidmət aparan Goranboy RPŞ-nin əməkdaşları tərəfindən saxlanılarkən özünü şübhəli apardığı üçün üzərində və ya idarə etdiyi avtomobildə qanunsuz əşya olması polis əməkdaşlarında şübhə yaratdığından onlar tərəfindən saxlanılaraq RPŞ-nə gətirilib üzərində şəxsi axtarış aparılan zaman satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı bir ədəd polietilen paketdə təmiz çəkisi 3,11 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana sağ ayağına geyindiyi corabın içərisində, avtomobilə baxış keçirilərkən isə 11,14 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana avtomobilin qabaq oturacaqlarının arasında olan qoltuqaltının arxasında aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. İdarə etdiyi VAZ 21013 markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil anası Aybəniz Cabbarovaya məxsusdur. Lakin, həmin avtomobili anasının razılığı ilə etibarnasi olmadan idarə edir. Həmçinin onun avtomobil idarə etmək üçün sürücülük hüququ yoxdur. O həmin avtomobili təmir elətdirdiyi üçün dövlət qeydiyyat nişanlarını açmışdır. O 2020-ci ilin noyabr ayından narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir.xx.xx.2022-ci il tarixdə saat 22 radələrində yaşadığı Goranboy rayonu Səmədabad kəndinə gedərkən idarə etdiyi avtomobilin arxa təkəri deşilmiş, ona görə də, avtomobilini saxlayıb ehtiyyatda olan təkəri çıxarıb deşilmiş təkər ilə dəyişdirmişdir. Həmin vaxt yolun kənarında yerdə ağ rəngli poletilen torba olduğunu görmüş, həmin poletilen torbanı götürüb baxanda içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bilmişdir. O həmin narkotik vasitə olan qurudulmuş marixuananı götürüb avtomobilinə əyləşmiş, avtomobildə həmin marixuananı iki yerə bölüb bir hissəsini gələcəkdə istifadə etmək üçün idarə etdiyi VAZ 21013 markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq oturacaqlarının arasında olan qoltuq altının arxasında gizlətmiş, az bir hissəsini isə özü evə gedəndə istifadə etmək üçün ağ rəngli poletilen torbaya yetrləşdirib sağ ayağımda olan corabın altında gizlətmişdir. Sonra Səmədabad kəndinə getmiş, Səmədabad kəndində əmisioğlu X24 ilə görüşüb bir qədər söhbət etmişlər. X30 ilə birlikdə idarə etdiyi avtomobillə Goranboy rayonu Nadirkənd kəndinə getmişdir. Nadirkənd kəndindən qayıdarkən X8 zəng edib harada olduğunu soruşmuşdur. Belə ki, Teyyub Hüseynov günəmuzd fəhlə işləyir. O yaşadığı evin həyətində olan ağacları budatdırmaq istəmişdir. Bu səbəbdəndə Teyyub Hüseynova zəng etmişdir. Teyyub Hüseynovda ona Səmədabad kəndinə gedən yolda olduğunu bildirmişdir. O Teyyuba səhər gəlib həyətindəki ağacları “budayarsanmı” demişdir. Teyyub da ona “gəlib həyətindəki ağacları budayaram” demişdir. Sonra Teyyuba “yolun kənarında gözlə gəlirəm” demişdir. Səmədabad kəndinə qayıdan zaman yolun kənarında dayanmış X9 da avtomobilinə götürmüşdür. İdarə etdiyi avtomobillə hərəkətdə olan zaman, yəni xx.xx.2022-ci il tarixdə, saat 00:45 radələrində polis əməkdaşları avtomobilini dayandırmağını işarə etmişlər. Ona görə də, o avtomobili dayandırmış və polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra polis əməkdaşları onun narkotik vasitə istifadə etməyindən, üzərində və avtomobilində saxlamağından şübhələnib onları rayon polis şöbəsinə dəvət etmişlər. Onlar da etiraz etmədən polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə gəlmişlər. Rayon polis şöbəsində yenə də, onun narkotik vasitələrin saxlanılmasında şübhəli olduğunu, üzərində şəxsi axtarış aparacaqlarını və avtomobilinə baxış keçirəcəklərini bildirmişlər. O da heç bir etiraz etməmişdir. Bundan sonra müdafiəçi və digər iştirakçıların iştirakı ilə üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış aparılmazdan əvvəl hüquq və vəzifələrini polis əməkdaşları ona izah etmişlər və üzərində olan əşyaları könüllü olaraq masanın üzərinə qoymağını təklif etmişlər. O da, şalvarının sağ yan cibində olan telefonu, əynində olan gödəkcənin yan cibində olan avtomobilin açarlarını, şalvarının sol arxa cibində olan bir ədəd 10 manatlıq, bir ədəd 5 manatlıq, bir ədəd 1 manatlıq pul əskinazlarını, sağ ayağında olan qara rəngli corabın altında saxlayaraq gizlətdiyi ağ rəngli poletilen torbada olan qurudulmuş marixuananı masanın üzərinə qoymuşdur. Üzərindən aşkar edilən ağ rəngli poletilen torbada olan narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəzidə çəkilərək 5,6 qram olduğu müəyyən edilmişdir. Sonra bir ədəd ağ rəngli poletilen torbada olan qurudulmuş marixuana iştirakçıların iştirakı ilə götürülərək 1 ədəd ağ rəngli üzərində yazısı olmayan zərfə qoyulmuş və möhürlənərək ekspert tədiqatına göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Sonra bu barədə protokol tərtib olunmuş, həmin protokol iştirakçılar və onun tərəfindən imzalanmışdır. Üzərində şəxsi axtarış aparılan zaman başqa yerdə narkotik vasitə saxlayıb saxlamadığı soruşulmuş, o da, avtomobilində də narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları vəkilin və onun iştirakı ilə birlikdə idarə etdiyi VAZ 21013 markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirmişlər. O, idarə etdiyi VAZ 21013 markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq oturacaqların arasında olan qoltuq altının arxasında ağ rəngli poletilen torbada saxladığı qurudulmuş marixuananı polislərə təqdim etmişdir. Avtomobilindən aşkar edilən ağ rəngli poletilen torbada olan qurudulmuş marixuana elektron tərəzidə çəkilərək 13,7 qram olduğu müəyyən edilmişdir. Bundan sonra həmin marixuana iştirakçıların iştirakı ilə götürülərək 1 ədəd ağ rəngli üzərində yazısı olmayan zərfə qoyulmuş və möhürlənərək ekspert tədiqatına göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. xx.xx.2022-ci il tarixdə saat 00:45 radələrində idarə etdiyi avtomobillə yaşadığı kəndə gedərkən polis əməkdaşları avtomobilini saxlatdırıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərmişlər. Sonra polis əməkdaşları qanunsuz olaraq narkotik vasitə saxlamağında şübhəli olduğunu və bu səbəbə görə onu Goranboy RPŞ-nə dəvət etmişlər. O da etiraz etmədən polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə gəlmiş, rayon polis şöbəsində üzərində şəxsi axtarış, idarə etdiyi avtomobilinə baxış keçirmişlər. Həmin vaxt çox həyacanlamış və bu səbə görə üzərindən aşkar edilən qurudulmuş marixuananı səhvən Saday adlı şəxsdən aldığını bildirmişdir. Hazırki ifadəsi doğrudur. Hal-hazırda həyacanı yoxdur və o sərbəst ifadə verir. Belə ki, üzərindən və avtomobilindən aşkar olunmuş marixuananı xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Goranboy rayonu Səmədabad kəndinə gedən yolun kənarından yerdən tapmışdır. Heç kimə qurudulmuş marixuana verməmiş və satmamışdır. Narkotik vasitədən istifadə etməyini, üzərində, avtomobilində saxlayıb daşıdığını ailə üzvüləri, kənar şəxslər, həmçinin X24 və X13 bilməmişlərÜzərində və avtomobilində saxlayıb daşıdığı narkotik maddə olan qurudulmuş marixuananı özü şəxsi istifadə etmək məqsədilə saxlayıb daşımışdır. Yekunda əməlindən peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin ƏRQ-nun kiçik inspektoru Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 00:45 radələrində Goranboy RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis baş serjantı X18 ilə birlikdə Goranboy rayonu Səmədabad kəndi ərazisində xidmətdə olarkən, üzərində dövlət qeydiyyat nişanları olmayan VAZ 21013 markalı avtomobilin hərəkətdə olduğunu görüb, həmin avtomobili saxlatmışlar.Həmin avtomobilin sürücüsünə yaxınlaşıb özlərini təqdim etmişlər və avtomobildə sürücüdən başqa iki nəfər şəxsində olduğunu görmüşlər. Həmin şəxslərdən özlərini təqdim etməklərini xahiş etmişlər, həmin şəxslərdə özlərini onlıara təqdim etmişlər. Həmin vaxt sürücü özünü Təqsirləndirilən şəxs kimi, avtomobildə sərnişin olanlar isə X12 və X3 təqdim etmişlər. Sürücü Təqsirləndirilən şəxs nəqliyyat vasitəsinin hansı səbəbə görə qeydiyyat nişanı olmadan idarə etməyini soruşub sənədlərini təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs, Şamxal Əmirov və Teyyub Hüseynov özlərini şübhəli apararaq sənədlərinin olmadığını onlara bildirmişlər. Bu səbəbdən onlarda sonuncuların üzərlərində və avtomobildə hanısısa qanunsuz əşyanın olması şübhəsi yaranmış, ona görə də yaxınlıqda xidmətdə olan Goranboy RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili polis baş leytenantı X1 çağırmışlar. Bundan sonra Təqsirləndirilən şəxs, Şamxal Əmirova və Teyyub Hüseynova narkotik vasitələrin qanunsuz dövrüyyəsi ilə məşğul olmaqlarında üzərlərində və avtomobildə saxlamaqlarında şübhələndiklərini bildirib sonuncuları Goranboy RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs, Şamxal Əmirov və Teyyub Hüseynov heç bir etiraz etmədən onlarla birlikdə rayon polis şöbəsinə gəlmişlər. Rayon polis şöbəsində Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edilmək üçün Goranboy rayon Vəkil Bürosunun vəkili X2 rayon polis şöbəsinə dəvət olunaraq ona təqdim edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçiriləcəyi bildirilərək, Goranboy RPŞ-nin TBnin təhqiqatçısı polis kapitanı X19 tərəfindən şübhəli şəxs qismində tutdulmuş, bundan sonra Təqsirləndirilən şəxs üzərində video çəkilşlə, foto çəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı polis kapitanı Elcan Qurbanlı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək, üzərində olan əşyaları könüllü olaraq masanın üzərinə qoymağını təklif etmişdir. Təqsirləndirilən şəxs şalvarının sağ yan cibində olan telefonu, əynində olan gödəkcənin yan cibində olan avtomobilin açarlarını, şalvarının sol arxa cibində olan bir ədəd 10 manatlıq, bir ədəd 5 manatlıq, bir ədəd 1 manatlıq pul əskinazlarını, sağ ayağında olan qara rəngli corabın altından ağ rəngli poletilen torbada olan bükümü masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs ağ rəngli poletilen torbada olan bükümün qurudulmuş marixuana olduğunu bildirib özü istifadə etmək üçün gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəzidə çəkilərək 5,6 qram olduğu müəyyən edilmiş və ekspert tədqiqatına göndərilməsi üçün zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası DİN 121 saylı möhürü ilə möhürlənib götürülmüşdür. Sonra bu barədə protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib olunduğu üçün iştirakçılar tərəfindən imzalanmış və protokola 1 (bir) ədəd DVD disk əlavə olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman başqa yerdə narkotik vasitə saxlayıb saxlamadığı soruşulmuş, Təqsirləndirilən şəxs avtomobilində də narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21013 markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21013 markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq oturacaqların arasında olan qoltuq altının arxasında ağ rəngli poletilen torbada saxladığı qurudulmuş marixuananı təqdim etmişdir. Avtomobildən aşkar edilən ağ rəngli poletilen torbada olan qurudulmuş marixuana elektron tərəzidə çəkilərək 13,7 qram olduğu müəyyən edilmiş və ekspert tədqiqatına göndərilməsi üçün zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası DİN 121 saylı möhürü ilə möhürlənib götürülmüş, sonra bu barədə protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib olunduğu üçün iştirakçılar tərəfindən imzalanmış, protokola 1 (bir) ədəd DVD disk əlavə olunmuşdur. Şəxsi axtarış zamanı avtomobilin açarları, bir ədəd 10 manatlıq, bir ədəd 5 manatlıq, bir ədəd 1 manatlıq pul əskinazlar sübut əhəmiyyəti kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin İTB-nin sahə polis nəfəri X18 iş üzrə digər Şahid ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncuların dediklərini təsdiq etdilər. Məhkəmə iclasında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə ifadəsi elan edilmiş şahid X15 ibtidai araşdırma zamanı iş üzrə digər Şahid ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Şübhəli şəxsin tutulması haqqında” 23 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 23 oktyabr 2022-ci il tarixdə, saat 00:45-də məhdudlaşdırılmışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Şəxsi axtarış aparılması haqqında” 23 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı X19 tərəfindən Goranboy RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili X5, RPŞ-nin İTB-nin sahə polis nəfəri X16, RPŞ-nin ƏRQ-nun kiçik inspektoru Şahid, RPŞ-nin KTQ-nun baş inspektoru kriminalisti X11, şübhəli şəxs Təqsirləndirilən şəxs və Goranboy rayon Vəkil Bürosunun vəkili X6 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs əynində tünd göy rəngli qabağı zəncirbəndlə bağlanan isti gödəkcə, zoğalı rəngli isti geyim olan jaket, açığ göy rəngli cins şalvar, qara rəngli dəri ayaqqabısı olmuşdur. Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli şalvarın qabaq sağ cibindən bir ədəd “SAMSUNG” markalı mobil telefonu, əynində olan tünd göy rəngli gödəkcənin aşağı sol cibindən avtomobil açarı, açıq göy cins şalvarın sağ arxa cibindən 1 ədəd 1 manatlıq, 1 ədəd 5 manatlıq, 1 ədəd 10 manatlıq əskinas və sağ ayağında olan qara corabın alt hissəsindən şəffaf rəngli sellofanada olan “marixuana” a bənzər kütləni könüllü olaraq təqdim edib masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan “marixuanya” bənzər kütləni xx.xx.2022-ci il tarixdə Saday adlı şəxsdən 70 manat aldığını bildirmişdir. Şəxsi axtarış süni işıqlandırılmış şəraitdə həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə vəkilin və iştirakçıların iştirakı ilə elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə 5.6 qram olması müəyyən edilmişdir. Daha sonra üzərində olan aşkar edilmiş narkotik vasitə olan marixuanaya bənzər kütlə götürülərək 1 ədəd ağ rəngli zərfə qoyuldu və DİN-nin 121 saylı möhürü ilə möhürlənərək ekspertiza tədqiqi aparılması üçün qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd Samsung markalı mobil telefon, 1 ədəd 1 manatlıq, 1 ədəd 5 manatlıq və 1 ədəd 10 manatlıq pul əskinasları maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün vətəndaşın özünə qaytarılmışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Baxış keçirilməsi haqqında” 23 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı X19 tərəfindən Goranboy RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili X5, RPŞ-nin İTB-nin sahə polis nəfəri X16, RPŞ-nin ƏRQ-nun kiçik inspektoru Şahid, RPŞ-nin KTQ-nun baş inspektoru kriminalisti X11, şübhəli şəxs Təqsirləndirilən şəxs və Goranboy rayon Vəkil Bürosunun vəkili X6 iştirakları ilə Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21011” markalı **-BF-*** dövlət nömrə nişanlı maşınında olan əşyaları könüllü surətdə göstərməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21011” markalı **-BF-*** dövlət nömrə nişanlı maşını sarı rənglidir. Təqsirləndirilən şəxs maşının qabaq oturacaqların orta hissəsində yerləşən əşya qoyulması üçün nəzərdə tutulan saxlanc yerinin alt arxa tərəfində saxladığı şəffaf rəngli sellofanda olan narkotik vasitə olan marixuanaya bənzər kütləni çıxarıb avtomobilin arxa yük yerinin üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs şəffaf rəngli sellofanda olan narkotik vasitə olan marixuanaya bənzər kütlənin narkotik vasitə olan marixuana olmasını, Saday adlı şəxsdən 70 manata aldığını Sadayın haradan olduğunu dəqiq bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş şəffaf rəngli sellofandakı narkotik vasitə olan marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilərək ümumi çəkisinin 13.7 (on üç tam onda yeddi) qram olduğu müəyyən edilmiş və iştirakçıların iştirakı ilə ağ rəngli zərfə qoyularaq qablaşdırıldı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 121 saylı möhürü ilə möhürlənərək ekspert tədqiqatına göndərilməsi üçün tərəfimdən götürülmüşdür. Təqsirləndirilən şəxs avtomobilinə baxış zamanı avtomobilin ön sağ oturacağının qarşı tərəfində olan saxlanc yerindən özünə məxsus olan müxtəlif əşyalar, sağ ön günlükdən güzgü və dua yazılmış şəfaf salafanda kağız parçası, arxa oturacaqların üzərindən usta ailətləri, çıxarıb oturacağın üzərinə qoymuşdur. Avtomobilin arxa yük yerində müxtəlif usta alətləri olmuşdur. Təqsirləndirilən şəxs elan edilərək idarə etdiyi “VAZ 21011” markalı **- BF-*** dövlət nömrə nişanlı maşına baxış zamanı aşkar edilmiş əşyalar maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün onun özünə qaytarılmışdır. Baxış süni işıqlandırılmış şəraitdə həyata keçirilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 oktyabr 2022-ci il tarixli, 16/1220 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “..Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı müəyyən olunmuş.” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan paketdə təmiz çəkisi 3,11 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “..Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21011 markalı, **-BF-*** dövlət nömrə nişanlı avtomobildən götürülmüş...” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd sellofan paketdə təmiz çəkisi 11,14 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuananın ümumi təmiz çəkisi 14,25 qram, tədqiqata sərf edildi 0,04 qr (hər birindən 0.02 qr), qalıq 14,21 qr. Aparılmış tədqiqatın dəyəri 30,40 manatdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Qətimkan tədbirinin seçilməsi barədə” 24 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Maddi sübut kimi tanıma haqqdında” 28 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib saxladığı və daşıdığı 14,25 qram marixuanadan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 14,21 qram şəxsi istehlak miqdarından artıq çəkidə olan kustar üsulla hazırlanmış qurudulmuş marixuna iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanması üçün Goranboy RPŞ-nin anbarına təhvil verilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 14 dekabr 2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 13 yanvar 2023-cü il tarixli, 58 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzba çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 23 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X26 bölməsinin 23 oktyabr 2023-cü il tarixli 16/1220 rəyində üzərində “Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı müəyyən olunmuş” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd sellofan paketdə təmiz çəkisi 3,11 qram və üzərində “ Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21011 markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobildən götürülmüş” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd sellofan paketdə təmiz çəkisi 11,14 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana olduğu üçün istintaq zamanı həmin çəkilər əsas götürülməsi nəzərə alınması, cinayət işinin bəzi istintaq sənədlərində texniki səhv olaraq X4 məxsus Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21013 minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin markası VAZ-21011 kimi qeyd olunmuşdur. Cinayət işinə əlavə edilmiş, nəqliyyat vasitəsinin AA895459 nömrəli qeydiyyat şəhadətnaməsi ilə VAZ-21013 minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin markası VAZ-21013 minik markalı olduğu müəyyən edilmişdir. Odur ki, istintaq sənədlərində X4 məxsus Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21013 minik markalı, **- BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin markası VAZ-21013 minik markalı kimi oxunması qərara alınmışdır; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 12-ci qrafasına əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs qanunsuz saxladığı narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 14,21 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf etməsi və əməlindən peşman olmasını; qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Səmədabad kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş xasiyyətnamə). İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 23 oktyabr 2022-ci il tarixdə saat 00:45 radələrində saxlanılmış və onun barəsində 24 oktyabr 2022-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək o, həbsdən azad edilmişdir. İş materiallarında olan 24 oktyabr 2022-ci il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:00-dək dindirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs 24 oktyabr 2022-ci il tarixdə azad olunsa da, onun azadlığının faktiki məhdudlaşdırılması 24 saatdan artıq olmuşdur. Bununla da məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 4 (dörd) gün çıxılmalıdır (həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla). Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (23-24 oktyabr 2022ci il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsi), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığından narkomaniyadan məcburi müalicə təyin edilməməli, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Goranboy RPŞ-nin saxlancına təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz çəkisi 14,21 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi - 198.1). Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini, Goranboy rayonu Səmədabad kəndində yaşadığı evi axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Goranboy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Goranboy RPŞ-nin saxlancına təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz çəkisi 14,21 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza xərci 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X7, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №1(045)-18/2023
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-18/2023
09.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver