Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-18/2025 03.04.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Saat 15:50 X7 Məhəmməd oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Naftalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Naftalan şəhəri, İ.Həsənzadə küçəsi ev 15, mənzil 16-da qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.1993-cü il tarixdə Naftalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Goranboy rayonu, Qarqucaq kəndində qeydiyyatda olmaqla, şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, xx.xx.1988-ci il tarixdə Goranboy rayonu, Hacallı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Goranboy rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Repsublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, məhkumluğu qanunla nəzərdə tutulmuş qaydada ödənilməyən və götürülməyən, Goranboy rayonu, Hacallı kəndində qeydiyyatda olmaqla, şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 16 oktyabr 2024-cü il tarixdə saat 01 radələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək Zərərçəkmiş şəxs3 məxsus Goranboy rayonu, Təhlə kəndində yerləşən fermanın həyətində olan ağıla qapıdan qanunsuz daxil olub, ağılda olan 4800 (dörd min səkkiz yüz) manat dəyərində 12 baş 4-5 aylıq boğaz vəziyyətdə dişi cinsli diri çəkisi 50-60 kiloqram olan qoyunu gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 4800 (dörd min səkkiz yüz) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 10 aprel 2024-cü il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək Zərərçəkmiş şəxs1 məxsus Füzuli rayonu, Kərimbəyli kəndində yerləşən fermanın həyətində olan yay tövləsinə qapıdan qanunsuz daxil olub, yay tövləsində olan 7605 (yeddi min altı yüz beş) manat dəyərində 13 baş çəkiləri təxminən 65-70 kiloqram, təmiz ətinin çəkisi isə 30-35 kiloqram olan təxminən 1 yaş civarında toğlu, 8190 (səkkiz min yüz doxsan) manat dəyərində 21 baş çəkiləri təxminən 65-70 kiloqram, təmiz ətinin çəkisi isə 30-35 kiloqram olan təxminən 1 və 2 dəfə doğmuş boğaz qoyun, 735 (yeddi yüz otuz beş) manat dəyərində 01 baş 2 yaşlı diri çəkisi təxminən 100-110 kiloqram, təmiz ətinin çəkisi isə 50-55 kiloqram olan erkək qoç, 735 (yeddi yüz otuz beş) manat dəyərində 01 baş 4-5 yaşlı diri çəkisi təxminən 100-110 kiloqram, təmiz ətinin çəkisi isə 50-55 kiloqram olan erkək qoç, 1700 (bir min yeddi yüz) manat dəyərində 02 baş 2-3 yaşlı diri çəkiləri təxminən 100 kiloqram, təmiz ətinin çəkisi isə 50-55 kiloqram olan erkək qoç və 22400 (iyirmi iki min dörd yüz) manat dəyərində 32 baş 3-4 yaşlı diri çəkisi təxminən 70-80 kiloqram, təmiz ətinin çəkisi isə 40- 45 kiloqram olan təxminən 2 və 3 dəfə doğmuş boğaz qoyunu gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 xeyli miqdarda, yəni 41365 (qırx bir min üç yüz altmış beş) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 03 oktyabr 2024-cü il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək Zərərçəkmiş şəxs2 məxsus Goranboy rayonu, Qızılhacılı qəsəbəsində yerləşən fermanın həyətində olan ağıla qapıdan qanunsuz daxil olub, ağılda olan 400 (dörd yüz) manat dəyərində 02 baş 04 aylıq diri çəkisi 20 kiloqram olan erkək qoç və 9000 (doqquz min) manat dəyərində 20 baş 3-4 yaşı olan diri çəkisi 50 kiloqram qoyunu gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 xeyli miqdarda, yəni 9400 (doqquz min dörd yüz) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 16 oktyabr 2024-cü il tarixdə saat 01 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək Zərərçəkmiş şəxs3 məxsus Goranboy rayonu, Təhlə kəndində yerləşən fermanın həyətində olan ağıla qapıdan qanunsuz daxil olub, ağılda olan 4800 (dörd min səkkiz yüz) manat dəyərində 12 baş 4-5 aylıq boğaz vəziyyətdə dişi cinsli diri çəkisi 50-60 kiloqram olan qoyunu gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 4800 (dörd min səkkiz yüz) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 10 aprel 2024-cü il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək Zərərçəkmiş şəxs1 məxsus Füzuli rayonu, Kərimbəyli kəndində yerləşən fermanın həyətində olan yay tövləsinə qapıdan qanunsuz daxil olub, yay tövləsində olan 7605 (yeddi min altı yüz beş) manat dəyərində 13 baş çəkiləri təxminən 65-70 kiloqram, təmiz ətinin çəkisi isə 30-35 kiloqram olan təxminən 1 yaş civarında toğlu, 8190 (səkkiz min yüz doxsan) manat dəyərində 21 baş çəkiləri təxminən 65-70 kiloqram, təmiz ətinin çəkisi isə 30-35 kiloqram olan təxminən 1 və 2 dəfə doğmuş boğaz qoyun, 735 (yeddi yüz otuz beş) manat dəyərində 01 baş 2 yaşlı diri çəkisi təxminən 100-110 kiloqram, təmiz ətinin çəkisi isə 50-55 kiloqram olan erkək qoç, 735 (yeddi yüz otuz beş) manat dəyərində 01 baş 4-5 yaşlı diri çəkisi təxminən 100-110 kiloqram, təmiz ətinin çəkisi isə 50-55 kiloqram olan erkək qoç, 1700 (bir min yeddi yüz) manat dəyərində 02 baş 2-3 yaşlı diri çəkiləri təxminən 100 kiloqram, təmiz ətinin çəkisi isə 50-55 kiloqram olan erkək qoç və 22400 (iyirmi iki min dörd yüz) manat dəyərində 32 baş 3-4 yaşlı diri çəkisi təxminən 70-80 kiloqram, təmiz ətinin çəkisi isə 40- 45 kiloqram olan təxminən 2 və 3 dəfə doğmuş boğaz qoyunu gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 xeyli miqdarda, yəni 41365 (qırx bir min üç yüz altmış beş) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 03 oktyabr 2024-cü il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək Zərərçəkmiş şəxs2 məxsus Goranboy rayonu, Qızılhacılı qəsəbəsində yerləşən fermanın həyətində olan ağıla qapıdan qanunsuz daxil olub, ağılda olan 400 (dörd yüz) manat dəyərində 02 baş 04 aylıq diri çəkisi 20 kiloqram olan erkək qoç və 9000 (doqquz min) manat dəyərində 20 baş 3-4 yaşı olan diri çəkisi 50 kiloqram qoyunu gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 xeyli miqdarda, yəni 9400 (doqquz min dörd yüz) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 16 oktyabr 2024-cü il tarixdə saat 01 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək Zərərçəkmiş şəxs3 məxsus Goranboy rayonu, Təhlə kəndində yerləşən fermanın həyətində olan ağıla qapıdan qanunsuz daxil olub, ağılda olan 4800 (dörd min səkkiz yüz) manat dəyərində 12 baş 4-5 aylıq boğaz vəziyyətdə dişi cinsli diri çəkisi 50-60 kiloqram olan qoyunu gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 4800 (dörd min səkkiz yüz) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.3-cü, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 CMin 177.2.1 və 177.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 uşaqlıqdan tanıyır, onun Təqsirləndirilən şəxs2 ilə dostluq münasibəti vardır. Onun Təqsirləndirilən şəxs2 ilə heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. Təqsirləndirilən şəxs3 isə əvvəllər tanımamış, onun Təqsirləndirilən şəxs3 ilə heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. O, alver etmək məqsədi ilə müvəqqəti olaraq kirayə yük avtomobili götürmək qərarına gəlmişdir. “Whatsapp” ani mesajlaşma platformasında kirayə “Ford Transit” markalı avtomobil görmüşdür. İlkin olaraq avtomobil ilə bağlı İsa adlı şəxs ilə danışmışdır. Bundan sonra o, Bakı şəhərinə Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobil ilə yollanmışdır. 13 oktyabr 2024-cü il tarixdə Bakı şəhərində şifahi olaraq İsa adlı şəxs ilə ilkin olaraq 200 manat depozit qoymaqla, sonradan isə hər ay 400 manat pul ödəmək şərti ilə razılaşıb ** CT *** dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı avtomobili etibarnamə ilə alıb icarəyə götürmüşdür. O, avtomobili götürdükdən sonra Naftalan şəhərinə gəlmiş və avtomobildən istifadə etməklə Şəmkir rayonundan kələm alaraq Goranboy rayonunda yerləşən Borsunlu, Qərvənd, Ağcakənd və digər kəndlərdə satmışdır. O, Təqsirləndirilən şəxs2 ilə daimi olaraq dostluq etməklə müxtəlif məclislərdə spirtli içki qəbul etmişdir. Məclislərin birində Orxan onu Laçın ilə tanış etmişdir. Lakin o, Laçın ilə münasibət saxlamamışdır. 15 oktyabr 2024-cü il tarixdə saat 19-20 radələrində o və Orxan Goranboy rayonu, Tapqaraqoyunlu kəndində yerləşən restoranda əyləşib spirtli içki qəbul etmişdir. Məclis davam edərkən Orxan ona sərxoş vəziyyətdə avtomobilini idarə edib-edə bilməyəcəyini soruşmuşdur. O, sərxoş vəziyyətdə avtomobili idarə edə biləcəyini bildirmiş və nə baş verdiyini soruşmuşdur. Orxan isə Bakı şəhərinə mal aparmaq lazım olacağını bildirmişdir. Restorandan çıxdıqdan sonra Orxan ona məxsus avtomobili idarə etmiş, o, isə Orxanın yanında əyləşmişdir. Orxan avtomobili Goranboy rayonu Hacallı kəndinə sürmüşdür. Hacallı kəndinə çatdıqda Laçını yoldan avtomobilə götürmüşdür. Hacallı kəndini çıxdıqda sükan arxasına o özü əyləşmişdir. Laçın ona Tərtər rayonu istiqamətində idarə etməyi bildirmişdir. O, Laçının dediyinə əməl etmişdir. 16 oktyabr 2024-cü il tarixdə saat 00:30 radələrində Tərtər istiqamətində hərəkətdə olarkən Təhlə kəndinin ərazisindən keçərkən Laçın ona avtomobili saxlamağını bildirmişdir. Orxan və Laçın Təhlə kəndində mal-qara və ya qoyun oğurlamalarını, ona isə bir müddət oradan getməsini, zəng elədikdə gəlməsini bildirmişlər. O isə Goranboy rayonu ərazisində yerləşən yanacaq doldurma məntəqəsinin kənarında avtomobili saxlayıb yuxuya getmişdir. Həmin gecə saat təxminən 02 radələrində Orxan zəng edərək onu Təhlə kəndində olan su artezianının yanına çağırmışdır. O, su artezianının yanına gəlmiş, avtomobili saxlamış və aşağı düşmüşdür. Laçın və Orxan bu zaman avtomobilin yük hissəsinə 12 baş qoyun yığmışlar. O isə avtomobilə əyləşmişdir. Orxan və Laçın avtomobilə qoyunları yığdıqdan sonra avtomobilə əyləşmişlər. Laçın ona avtomobili Bakı şəhərinə doğru idarə etməyi bildirmişdir. Səhət saat 07 radələrində Bakı şəhərinə çatmışlar və “20 yanvar” deyilən ərazidə o, istirahət etmək üçün avtomobildən düşmüşdür. Orxan və Laçın isə qoyunları satmağa getmişlər. Təxminən saat 09 radələrində Laçın və Orxan onun yanına gəlmişlər və onu yolun kənarından götürmüşlər. Laçın 12 baş qoyunu 2000 manat pul əvəzində satmasını və həmin puldan onun payına çatan 650 manat pulu vermişdir. O, 650 manat puldan Orxana borcu olan 370 manat hissəsini qaytarmışdır. Laçın Bakı şəhərində avtovağzalda düşmüş, o və Orxan isə Goranboy rayonuna qayıtmışlar. Yerdə qalan 280 manat pul ilə o, Şəmkir rayonunda kələm alıb satmış, bir hissəsini isə gələcəkdə satmaq üçün turşu hazırlamışdır. O, əvvəlcədən, yəni 16 oktyabr 2024-cü il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Goranboy rayonu Təhlə kəndində yerləşən fermadan oğurluq etməsini bilmişdir. Bu barədə ona Orxan və Laçın Təhlə kəndində olarkən məlumat vermişdir. Oğurluq cinayət əməlini törədərkən rolların bölgüsünə əsasən o, avtomobili kənarda saxlayaraq Orxan və Laçını gözləməli, oğurluq hadisəsindən sonra isə idarə etdiyi avtomobil ilə oğurlanmış qoyunları Bakı şəhərinə çatdırmalı olmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Goranboy rayonu Təhlə kəndində yerləşən fermadan oğurluq edərkən onun avtomobili ətrafda olan şəxslərin diqqətini cəlb etməməsi məqsədi ilə kənarda saxlamışdır. Etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsə dəyən ziyanı tamamilə ödəmişdir, zərərçəkmiş şəxs onunla barışmışdır, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 CMin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 uşaqlıqdan tanıyır. X8 ilə heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs3 da uşaqlıqdan tanıyır, onun Laçın ilə heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. O, əvvəllər Laçın ilə əlbir olaraq cinayət törətmiş və məhkəmə hökmü ilə cəza alıb, cəzasını çəkmişdir. Təqsirləndirilən şəxs1 ilə isə o, tez-tez müxtəlif məclislərdə oturub yemək yeyərək spirtli içki olan araq qəbul etmişdir. Həmçinin Natiq ilə birlikdə o, Bakı şəhərinə getmiş və bu zaman Natiq icarəyə “Ford Transit” markalı avtomobil götürmüşdür. O, dəfələrlə Təqsirləndirilən şəxs3 ilə oğurluq etmişdir. Onun pula ehtiyacı yoxdur, o, yükdaşıma ilə pul qazanır. Lakin, oğurluq etmək onun üçün həyat tərzinə çevrilmiş və bununla o, həyatına rəng qatır. 10 aprel 2024-cü il tarixdə Füzuli rayonu, Kərimbəyli kəndi ərazisindən xırdabuynuzlu heyvanların oğurlanması ilə bağlı məlumatı var, həmin heyvanları xatırladığı qədəri ilə 10 aprel 2024-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs3la birlikdə oğurlamışdır. O, 2024-cü ilin aprel aylarında Füzuli rayonu ərazisində yol tikintisi ilə məşğul olan “Kalyon” şirkətində sürücü işləmiş və həmin vaxtlarda yeni çəkilməkdə olan Zəngəzur avtomobil yolu ilə Füzuli rayonu ərazisindən Ağdam yoluna qum aparmışdır. Həmin yolun Füzuli rayonu Kərimbəyli kəndi ərazisindən keçən hissəsində yolun kənarında tanımadığı şəxsə məxsus təsərrüfat ferması olmuş və həmin fermada çoxlu sayda xırdabuynuzlu heyvan olmuşdur. Həmin ferma yaşayış yerindən kənarda olduğu üçün, həmçinin ətrafında başqa tikili olmadığı üçün diqqətini çəkmiş və həmin fermadan rahatlıqla oğurluq edə biləcəyi qənaətinə gəlmiş, bu məqsədlə əvvəllər birlikdə fermalardan oğurluq etdiyi və etdikləri oğurluqlara görə məhkum olunduğu, onunla qonşu kənddə yaşan tanışı Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil telefonla 09 aprel 2024-cü il tarixdə, saat 13-14 radələrində zəng edərək, hal-əhval tutduqdan sonra işlədiyi Füzuli rayonu ərazisində yaşayış yerindən kənarda, içərisində çoxlu sayda xırdabuynuzlu heyvan olan ferma olduğunu, həmin fermadan oğurluq edə bilib-bilməyəcəklərini soruşmuşdur. Laçın da hazırda maddi vəziyyətinin aşağı olduğunu, pula ehtiyacı olduğunu demiş və həmin fermadan birlikdə oğurluq etməyə razılıq vermişdir. Laçın həmin tarixdə axşam saatlarında Füzuli rayonuna gələcəyini, gələn zaman onunla əlaqə saxlayacağını demişdir. Bundan sonra, 10 aprel 2024-cü il tarixdə, saat təxminən 02 radələrində Laçın ona zəng edərək Füzuli rayonuna yaxınlaşdığını söyləmiş, o da Füzuli rayonu Horadiz şəhəri ərazisinə gəlməsini, orada qarşılayacağını bildirmişdir. Təxminən 1 saat Laçın ona zəng edərək çatdığını demiş və Laçın ilə Füzuli rayonu, Horadiz şəhəri ərazisində görüşmüşlər. Laçın onun sürücü kimi işlədiyi şirkətə məxsus, idarə etdiyi, qırmızı rəngli “SHACMAN” markalı, ** AB *** dövlət nömrə nişanlı yük avtomobilinə əyləşdikdən sonra onlar avtomobilin daxilində birlikdə edəcəkləri oğurluqla bağlı planlar qurmağa başlamışlar. O, Laçını həmin fermanın yaxınlığında düşürməsi, Laçın ətrafa nəzər yetirdikdən sonra orada olan xırdabuynuzlu heyvanları oğurlaya bilibbilməyəcəklərini ona deməsi barədə razılığa gəlmişlər. O isə Laçının orada olduğu müddətdə şirkətə məxsus yük avtomobili ilə Füzuli rayonundan Ağdam yoluna yük aparıb qayıtmalı olmuşdur. Bundan sonra yeni çəkilməkdə olan Zəngəzur yolu ilə həmin ferma istiqamətində Laçınla birlikdə getmiş, Laçını fermanın yaxınlığında düşürmüş, o da ona xəbər edəcəyini demiş və o, yoluna davam etmişdir. Təxminən 1-2 saat sonra Laçın ona zəng edərək həmin fermadan oğurluq etməyin rahat olacağını, onun gəlməyini demişdir. Bundan sonra o, Laçının yanına yaxınlaşdığını demiş və həmin fermanın yaxınlığına çatan zaman artıq Laçın xırdabuynuzlu heyvanları yolun kənarına gətirmişdir. Bundan sonra o və Laçın birlikdə həmin qoyunları şirkətə məxsus “SHACMAN” markalı, ** AB *** dövlət nömrə nişanlı yük avtomobilinə mindirməyə başlamışlar, onlar qoyunların təxminən yarı hissəsini avtomobilə mindirdikdən sonra kənardan maşın işığının gəldiyini görüb, həmçinin onsuzda heyvanların hamısını avtomobilə yerləşdirə bilməyəcəklərini bildikləri üçün yerdə qalan xırdabuynuzlu heyvanları ferma istiqamətində buraxıb, özləri də yük avtomobilinin yük yerinin qapısını bağlayaraq oradan uzaqlaşmışlar. Lakin, yerdə qalan heyvanların hara getdiyini bilməmişlər. Bundan sonra Laçın həmin günü İmişli mal bazarı günü olduğunu demiş, onlar İmişli rayonu istiqamətində hərəkətə başlamış və təxminən 1 saat yol qət etdikdən sonra yolun hərəkət hissəsinin kənarında avtomobillərin dayandığını, həmin yerin mal bazarı olduğunu bilib, avtomobili saxlayaraq heyvanları orada düşürmüşlər. O, Laçına heyvanları satdıqdan sonra onunla əlaqə saxlamasını demiş, özü isə işə qayıtmışdır. Bundan sonra o, idarə etdiyi yük avtomobili ilə Füzuli rayonuna geri qayıtmışdır. Təxminən 5 gün sonra yaşadığı Goranboy rayonuna geri qayıtmış və Laçınla görüşən zaman Laçın ona oğurladıqları qoyunları 4300 manat pul qarşılığında satdığını, 2150 manat pulun onun payı olduğunu deyərək həmin məbləğdə pulu ona vermişdir. O, həmin pulu öz şəxsi ehtiyaclarına sərf etmişdir. O, Zərərçəkmiş şəxs1 tanımır, həmin şəxslə heç bir düşmənçilik və ya ədavəti yoxdur. Həmin vaxt orada Laçınla ondan başqa heç kim olmamış, onların oğurluq etməyini heç kim görməmiş və bu barədə kiməsə məlumat verməmişdir. O, Laçını heyvanları satdığı yerdə düşürüb qayıtdığı üçün, həmin şəxsləri görməmiş, həmin şəxsləri tanımır, heyvanları alan şəxslər ilə bağlı heç bir məlumatı yoxdur. Laçının fermadan ilk öncə neçə baş heyvan çıxardığını dəqiq bilmir, təxminən 60-70 baş olmuş, onlar təxminən yarı hissəsini avtomobilə mindirmişlər və sonradan Laçın satdığı heyvanların cəmi 31 baş olduğunu demiş, o özü isə avtomobildə neçə baş xırdabuynuzlu heyvan olduğunu saymamışdır. Heyvanların bir hissəsini mindirdikdən sonra kənardan avtomobil işığı gəldiyi üçün, həmçinin heyvanların hamısının onsuzda avtomobilə yerləşməyəcəyini bildiyi üçün yerdə qalan digər heyvanları ferma istiqamətinə buraxmışdır. Onun bildiyinə görə həmin gün İmişli bazarı olmuş və onun Laçını düşürdüyü rayonda İmişli rayonu olmuşdur. Bundan əlavə, Füzuli rayonu Kərimbəyli kəndində yerləşən fermadan oğurlanan qoyunların sayını o, dəqiq bilmir. Belə ki, xırda buynuzlu heyvanları Laçın onun yanına gətirdikdə hava qaranlıq olmuş və o, heyvanları saymamışdır. Heyvanları avtomobilə yığarkən Laçın saymışdır, o, dəqiq olaraq hansı miqdarda heyvanların avtomobilə yerləşdirilməsini bilmir. Laçın ona 31 baş xırda buynuzlu heyvanları yığmasını demişdir. Lakin, orada 36 baş heyvan ola bilərdi. 02 oktyabr 2024-cü il tarixdə saat 18 radələrində o, uşaqlıq dostu olan Natiq ilə Goranboy rayonu Tapqaraqoyunlu kəndində oturub spirtli içki qəbul etmişdir. Bu zaman Laçın ona zəng edərək asan qazanc əldə etmək üçün yenidən oğurluq etməyi təklif etmişdir. O isə asan qazanc əldə etmək məqsədi ilə Laçın ilə razılaşmışdır. Əvvəlcədən əldə etdikləri sövdələşməyə əsasən o, etibarnamə ilə idarə etdiyi “Ford Transit” markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Naftalan şəhərinə getmiş və Naftalan şəhərində Laçın ilə görüşmüşdür. Görüşdükdə Laçın ona Goranboy rayonu Qızılhacılı kəndində fermanın olmasını və fermadan oğurluq edəcəklərini demişdir. O, Laçın ilə razılaşmış və orada rol bölgüsünü aparmışdır. O, idarə etdiyi avtomobil ilə yolun kənarında gözləməli olmuş, Laçın isə heyvanları oğurlayıb onun yanına gətirməli olmuşdur. 03 oktyabr 2024-cü il tarixdə saat 02 radələrində o və Laçın Goranboy rayonu Qızılhacılı kəndinə çatmışlar. Kəndə çatdıqda o, avtomobili yolun kənarında saxlamışdır. Laçın avtomobildən düşmüş və kənddə olan fermaya getmişdir. Təxminən 5-10 dəqiqə sonra Laçın 22 baş xırda buynuzlu heyvan ilə birlikdə onun yanına gəlmişdir. Heyvanlardan 2 baş quzu erkək, digər 20 baş heyvan isə dişi qoyun olmuşdur. O, avtomobildən düşmüş və heyvanları Laçın ilə birlikdə avtomobilin yük hissəsinə yığmışdır. Laçın ona heyvanları ağılın qapısını açaraq aparmasını bildirmişdir. O və Laçın Bakı şəhərinə yollanmış və Bakı şəhərində Qaraçuxur qəsəbəsində yerləşən tanımadığı şəxsə Laçın heyvanları satmışdır. Alqı-satqı prosesində iştirak etmədiyi üçün Laçının kimə hansı miqdar müqabilində heyvanları satmasını bilmir. Lakin, Bakı şəhərində olarkən 22 baş heyvanların satılmasından əldə edilən qazancdan ona 1000 manat pul verilmişdir. O isə Laçından hansı miqdara satmasını soruşduqda, ona 2000 manata satmasını bildirmişdir. Bundan sonra cinayətkar fəaliyyətini davam etdirmiş və asan qazanc əldə etmək üçün oğurluq etmişdir. Həmişəki qaydada o, 15 oktyabr 2024cü il tarixdə saat 19 radələrində Goranboy rayonu Tapqaraqoyunlu kəndində yerləşən restoranda oturub Natiq ilə birlikdə spirtli içki qəbul etmişdir. Spirtli içki qəbul edərkən Natiq çoxlu borclarının olmasını ona danışmışdır. Natiq borclarını bağlamaq üçün asan qazanc yollarını axtarmasını və oğurluq etməyə hazır olmasını bildirmişdir. O, oğurluq üçün güclü təcrübəsi olan Laçına müraciət etməyi təklif etmişdir. Natiq onunla razılaşdıqdan sonra o, Laçına zəng etmişdir. Laçın ilə mobil telefon vasitəsilə danışarkən Laçına keçmiş peşələrinə qayıtmağı, bu səfər də xırda buynuzlu heyvanları oğurlamağı təklif etmişdir. Sərxoş vəziyyətdə olan Laçın onun təklifini xoş qarşılaşmış və ona Hacallı kəndindən onu götürməyi demişdir. O və Natiq “Ford Transit” markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Hacallı kəndinə yollanmışdır. Avtomobili Natiq idarə etmişdir. Laçın avtomobilə əyləşdikdən sonra Natiq Goranboy rayonu Təhlə kəndində yerləşən fermada xırda buynuzlu heyvanların olmasını bildirmişdir. O və Laçın Təhlə kəndində yerləşən fermadan oğurluq etmək ilə bağlı təklif ilə razılaşmışdır. Bundan sonra Natiq avtomobili Təhlə kəndinə sürmüşdür. 16 oktyabr 2024-cü il tarixdə saat 01 radələrində Təhlə kəndində yolun kənarında olan fermanın yaxınlığında avtomobili saxlamışdır. O və Laçın avtomobildən düşüb fermaya tərəf getmiş və Natiqə qoyunları çıxardıqda zəng edəcəyini bildirmişdir. Avtomobilin fermanın kənarında olması şübhə yarada bilərdi. Fermanın daxilində itlərin olması səbəbi ilə, həmçinin gələn olacağı təqdirdə xəbər vermək üçün o, ot tayasının kənarında gözləmişdir. Laçın isə fermanın daxilinə getmişdir. Təxminən 10-15 dəqiqədən sonra Laçın 12 baş dişi cinsli xırda buynuzlu heyvanları onun yanına gətirmişdir. O, Laçına kömək etmiş və fermadan uzaqlaşıb yolun kənarına gəlmişdir. Saat 02 radələrində o, Natiqə zəng etmiş və olduğu yerə çağırmışdır. Natiq idarə etdiyi avtomobil ilə onun və Laçının olduğu yerə gəlmişdir. Bundan sonra o, Laçın və Natiq 12 baş heyvanı avtomobilin yük hissəsinə mindirmişlər. Ümumi sövdələşmə apararaq qoyunları satmaq üçün ən təhlükəsiz yerin Bakı olması qərarına gəlmişlər. Natiq avtomobili idarə etmiş, o və Laçın isə avtomobildə oturmuşlar. Saat 07 radələrində Bakı şəhərinə çatmışlar. “20 yanvar” deyilən ərazidə “Oba” marketin yanında Natiq avtomobildən düşmüş və mobil telefonunu şarj etmək istəmişdir. O, avtomobili idarə etmiş və Laçın ilə birlikdə qarşılarına çıxan tanımadığı qəssaba ümumilikdə 12 baş heyvanı 2000 manat müqabilində satmışlar. Pulları avtomobildə o, Laçın və Natiq birlikdə bölmüşdür. 2000 manat puldan hər birinə 650 manat pul düşmüş, yerdə qalan 50 manat pula isə avtomobilə yanacaq almışdır. Həmçinin Natiq ona borclu olduğu 370 manat pulu geri qaytarmışdır. O isə oğurluqdan əldə etdiyi pul ilə Qəşəmə borclu olduğu 320 manat pulu vermişdir. Yerdə qalan pulu isə kafe və restoranlarda xərcləmişdir. O, 16 oktyabr 2024-cü il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Goranboy rayonu Təhlə kəndində yerləşən fermadan oğurluq etməsini bilmişdir. O, Orxan və Laçın edəcəkləri oğurluğun planını əvvəlcədən fikirləşib sövdələşmişlər. Oğurluq cinayət əməlini törədərkən rolların bölgüsünə əsasən o, kiminsə gəlməsini Laçına məlumat verməli olmuş, sonradan isə oğurlanan əmlakın satılmasında köməklik etməli olmuşdur. Əməlindən peşman olmuşdur, zərərçəkmiş şəxslərə dəyən ziyanı tamamilə ödəmişdir, zərərçəkmiş şəxslər onunla barışmışdır, ondan heç bir şikayət və tələbləri yoxdur. Odur ki, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 CMin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 uşaqlıq dostudur, onun Təqsirləndirilən şəxs2 ilə yaxın dostluq münasibəti var, heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. O, əvvəllər Orxan ilə əlbir olaraq oğurluq cinayət əməlini törətmiş və məhkəmə hökmü ilə cəza alıb, cəzasını çəkmişdir. Onun pula ehtiyacı yoxdur, o, xırda və iri buynuzlu heyvanları saxlayaraq pul qazanır. Lakin, oğurluq etmək onun üçün həyat tərzinə çevrilmiş və bununla o, həyatına rəng qatır. Təqsirləndirilən şəxs2 ilə görüşərək yenidən kriminal fəaliyyətini davam etdirmək qərarına gəlmişdir. Orxan ilə arasında əvvəlcədən oğurluq etmək barədə razılıq olmuş, sadəcə olaraq o, xırda buynuzlu heyvanların olduğu yeri müəyyən etməli olmuşdur. 10 aprel 2024-cü il tarixdə Füzuli rayonu, Kərimbəyli kəndi ərazisindən xırdabuynuzlu heyvanların oğurlanması ilə bağlı məlumatı vadır, həmin heyvanları xatırladığı qədəri ilə 10 aprel 2024-cü il tarixdə Orxan adlı şəxslə birlikdə oğurlamışdır. 09 aprel 2024-cü il tarixdə, saat 13 radələrində Orxan onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək işlədiyi Füzuli rayonu ərazisində yolun kənarında təsərrüfat ferması olduğunu, həmin fermada xeyli sayda xırdabuynuzlu heyvan olduğunu, son zamanlar axşamlar fermanın ətrafında heç kimi görmədiyini, oğurluq etmək üçün əlverişli yer olduğunu bildirmişdir. Həmin vaxt onunda maddi vəziyyəti aşağı səviyyədə olduğu üçün Orxanla onun dediyi Füzuli rayonu ərazisində yerləşən fermadan oğurluq etməyə razılıq vermişdir. Bundan sonra onlar həmin tarixdə axşam saatların Füzuli rayonu ərazisinə gedəcəkləri ilə bağlı razılığa gəlmişlər. O, həmin tarixdə saat 21-22 radələrində tanımadığı yol avtomobili ilə Goranboy rayonu ərazisindən Tərtər rayonu ərazisinə gedib oradan da tanımadığı şəxsin idarə etdiyi VAZ 2015 markalı avtomobillə Füzuli rayonu ərazisinə getmişdir. Füzuli rayonu ərazisinə çatmağına az qalmış Orxanın istifadəsində olan xatırlamadığı mobil telefon nömrəsi ilə əlaqə saxlamış və Orxanın ona tərif etdiyi yeri, yəni Füzuli rayonu, Horadiz şəhəri ərazisinə getməyini sürücüyə söyləmiş, sürücü də onu həmin yerə aparmışdır. Bundan sonra o, sürücüyə 35 manat yol pulu verib avtomobildən düşüb adını bilmədiyi çayxananın qarşısında Orxanla görüşmüş və Orxanın idarə etdiyi “SHACMAN” markalı, ** AB *** dövlət nömrə nişanlı yük avtomobilinə əyləşmişdir. Onlar avtomobilin daxilində Orxanla edəcəkləri oğurluqla bağlı planlar qurmağa başlamışlar. Belə ki, Füzuli rayonu, Kərimbəyli kəndi ərazsində, yeni çəkilməkdə olan Zəngəzur avtomobil yolunun, yəni Orxan işlədiyi yerin kənarında yerləşən, gecələri nəzarətsiz qalan təsərrüfat fermasına o daxil olaraq heyvanları oğurlamalı, Orxan özü isə idarə etdiyi avtomobildə oturaraq ətrafa nəzərə yetirməli və hər hansı şəxsin gəldiyini gördükdə ona məlumat verməli olmuşdur. Bundan sonra qərara gəldikləri kimi edərək Orxan idarə etdiyi yük avtomobilini avtomobil yolunun kənarında saxlamış, o isə onun göstərdiyi yeni çəkilməkdə olan Zəngəzur yolunun kənarında yerləşən fermaya yaxınlaşaraq nəzər yetirmiş və ətrafda heç kimin olmadığı qənaətinə gəldikdən sonra mişar daşı ilə tikilmiş tikilinin qarşısında yerləşən dəmir torla çəkilmiş ağılın qapısını açaraq ağıla daxil olmuş və həmin ağılın bir gözündə olan, yanında balası olmayan xırdabuynuzlu heyvanların olduğu ağılın qapısını açaraq heyvanları çölə çıxarıb, Orxanın yük avtomobilini saxladığı yer istiqamətində aparmışdır. Orxanla birlikdə heyvanları yük avtomobilinə mindirən zaman avtomobil yolundan maşın işığının gəldiyini görüb, yerdə qalan xırdabuynuzlu heyvanları ferma istiqamətində buraxıb, özü də yük avtomobilinin yük yerinin qapısını bağlayaraq oradan uzaqlaşmışlar. Onlar həmin vaxt fermadan oğurladığı heyvanların təxminən yarısını avtomobilə mindirmişlər və yerdə qalan heyvanların isə hara getdiyini bilməmişlər. Orxan təxminən iki saat asfalt və torpaq yollarla avtomobili idarə etdikdən sonra tanımadığı bir yerə çatmış, Orxan həmin yeri ona göstərərək burada mal bazarı olduğunu demişdir. Onlar orada olan su arxının kənarında heyvanları avtomobildən düşürmüş və həmin vaxt onlara avtomobildə ümumilikdə 31 baş xırdabuynuzlu heyvan olması məlum olmuşdur. Orxan özünün sürücü işlədiyi şirkətə qayıtmalı olduğunu, ona heyvanları satdıqdan sonra əlaqə saxlamağını bildirmiş və Orxanla razılaşdıqdan sonra Orxan idarə etdiyi avtomobillə oradan uzaqlaşaraq getmişdir. O, həmin yerdə heyvanları bir qədər otardıqdan sonra yaxınlıqda olan mal bazarına aparan zaman mal bazarına daxil olmamış iki nəfər şəxs ona yaxınlaşıb, heyvanları satıbsatmadığını soruşmuş, o da təxminən 31 baş subay qoyun olduğunu, ümumilikdə 10000 (on min) manat pul qarşılığında satdığını demişdir. Bundan sonra həmin şəxslər heyvana baxdıqdan sonra 10000 manatın baha olduğunu demiş və onlar 7000 manat qarşılığında 31 baş heyvanı satmaqla bağlı razılığa gəlmişlər. Həmin şəxslərdən digərinə nisbətdə yaşlı olan kişi cibindən pulu çıxararaq çox hissəsi 100 manatlıq pul əskinaslarından ibarət olan ümumilikdə 7000 manat pulu ona vermişdir. Bundan sonra o, oradan kənarlaşaraq Orxana zəng edib, heyvanları satdığını, özünə pul lazım olduğu üçün Orxana 2000 manat pul verəcəyini demiş, lakin ümumilikdə 7000 manat pul qarşılığında satdığını deməmişdir. Həmin vaxt Orxan 2150 manat pul verməyini, yerdə qalan pulu isə özünə götürməyini demişdir. O, bundan sonra tanımadığı bir neçə yol avtomobili dəyişərək Goranboy rayonu ərazisinə gəlmişdir. Bundan təxminən 2-3 gün sonra Orxan kənd ərazisinə gəldikdə o, oğurladığı heyvanları satmağı qarşılığında əldə etdiyi puldan 2150 manat pulu Orxana vermişdir. Yerdə qalan 4850 manat pulu isə öz şəxsi ehtiyaclarına sərf etmişdir. O, əvvəllər dəfələrlə fermalardan heyvan oğurladığı üçün məhkum olunmuş və heyvan oğurlamaqda təcrübəsi var. O, Füzuli rayonu ərazisində yerləşən sözü gedən fermaya yaxınlaşan zaman orada olan itləri əvvəlki oğurluqlarında etdiyi kimi sakitləşdirmiş, fermanın qarşısındakı dəmir setkalarda olan və ayrı-ayrılıqda yerləşdirilmiş heyvanlara baxdıqda, digər ağılda olan heyvanların yanında balası olduğunu, həmin heyvanları fermadan çıxaran zaman balalarının mələyərək səs-küy salacağını və onların səs-küy yaratmaları oğurluq etməyinə maneə yaradacağı üçün digər ağılda olan subay qoyunları oğurlamaq qərarına gəlmiş və həmin ağıldakı heyvanların hamısını fermadan çıxararaq Orxanın onu gözlədiyi yerə aparmışdır. O, Zərərçəkmiş şəxs1 tanımır, həmin şəxslə heç bir düşmənçilik və ya ədavəti yoxdur. Zərərçəkmiş şəxs1 Orxanın da tanıdığını zənn etmir. Sadəcə olaraq Orxan fermanın kənarında olan Zəngəzur avtomobil yolunu çəkən şirkətdə sürücü işləmiş və Orxan onunla danışan zaman işlədiyi yerin yaxınlığında olan həmin fermada gecələri heç kimi görmədiyini, oğurluq etməyi üçün əlverişli yer olduğunu demişdir. Hadisə zamanı orada Orxanla ondan başqa heç kim olmamış, onların oğurluq etməklərini heç kim görməmiş və bu barədə kiməsə məlumat verməmişdir. O, heyvanları satdığı şəxsləri tanımır, həmin şəxslər ilə bağlı heç bir məlumatı yoxdur və satmış olduğu heyvanların özünə məxsus olduğunu demişdir. Fermadan ilk öncə neçə baş heyvan çıxardığını xatırlamır, xatırladığı qədəri ilə 31 baş heyvanı yük avtomobilinə mindirmiş, kənardan avtomobil işığı gəldiyi üçün qorxub, yerdə qalan digər heyvanları ferma istiqamətinə buraxmışdır. O, digər rayonları yaxşı tanımadığı üçün, həmçinin həmin yerə gecə saatlarında getdikləri üçün heyvanları satdığı rayonu tanımır. Onu həmin yerə Orxan idarə etdiyi avtomobillə gətirmişdir. 02 oktyabr 2024-cü il tarixdə saat 11 radələrində o, Goranboy rayonunda gəzərkən Qızılhacılı kəndinin ərazisində heyvan sürüsünün otlamasını görmüşdür. O, isə həmin sürünü izləmiş və sürünün olduğu fermanı müəyyən etmişdir. Bundan sonra axşam olmağını gözləmiş və həmin günü saat 18 radələrində Təqsirləndirilən şəxs2 zəng edərək oğurluq etmək üçün xırda buynuzlu heyvanları aşkar etməyini demişdir. Orxan isə asan qazanc əldə etmək məqsədi ilə onunla razılaşmışdır. Əvvəlcədən əldə etdikləri sövdələşməyə əsasən Orxan etibarnamə ilə idarə etdiyi “Ford Transit” markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Naftalan şəhərinə gəlmiş və Naftalan şəhərində onunla görüşmüşdür. Görüşdükdə o, Orxana Goranboy rayonu Qızılhacılı kəndində fermanın olmasını və fermadan oğurluq edəcəklərini demişdir. Orxan onunla razılaşmış və orada rol bölgüsünü aparmışlar. Orxan idarə etdiyi avtomobil ilə yolun kənarında gözləməli olmuşdur, o, isə heyvanları oğurlayıb Orxanın yanına gətirməli olmuşdur. Bundan başqa kiminsə gələcəyi təqdirdə, Orxan ona xəbər verməli olmuşdur. 03 oktyabr 2024-cü il tarixdə saat 02 radələrində o və Orxan Goranboy rayonu Qızılhacılı kəndinə çatmışlar. Kəndə çatdıqda Orxan özünə məxsus “Ford Transit” markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomobili yolun kənarında saxlamışdır. O, isə avtomobildən düşmüş və kənddə olan fermaya getmişdir. Fermanın həyətində ağılda çoxlu xırda buynuzlu heyvanın olmasını görmüşdür. O, ağılın qapısında olan ipləri açmış və ağılın qapısından içərisinə daxil olaraq 22 baş xırda buynuzlu heyvanı oradan qarşısına salıb aparmışdır. Heyvanlardan 2 baş quzu erkək, digər 20 baş heyvan isə dişi qoyun olmuşdur. Heyvanları Orxanın avtomobilinin yanına gətirdikdə, Orxan avtomobildən düşmüş və heyvanları Laçın ilə birlikdə avtomobilin yük hissəsinə yığmışlar. O, Orxana avtomobili Bakı şəhərinə idarə etməsini və orada bazarda heyvanları satmağı demişdir. O, qəsdən Orxandan heyvanları satacağı şəxsin kimliyini gizlətmişdir. Bakı şəhəri Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində heyvanları əvvəldən tanıdığı Tehranın yanına aparmışdır. Tehran onun heyvandarlıq ilə məşğul olduğunu bildiyi üçün heyvanları oğurlamağından şübhələnməyəcəyini düşünmüşdür. 03 oktyabr 2024-cü il tarixdə saat 09 radələrində Tehranın yaşıdığı evin küçəsinə çatdıqda, o, heyvanları avtomobildən düşürtmüş və qabağında Tehranın evinə aparmışdır. Tehranın darvazasına çatdıqda onu çölə çağırmışdır. Tehran çölə çıxıb heyvanlara baxmış, heyvanların bir neçəsinin xəstə olmasını və arıq olmasını bildirmişdir. Ümumilikdə Tehran ilə 22 baş heyvanı 3100 manat müqabilində satmağı razılaşmışdır. Bundan sonra 3100 manat pul almış və piyada Orxanın yanına gəlmişdir. Orxana heyvanları 2000 manata satdığını demiş və Orxana cinayət nəticəsində əldə etdiyi puldan 1000 manat hissəsini vermişdir. Öz payına düşən 2100 manat pulu isə kafe və restoranlarda xərcləmişdir. Bundan sonra cinayətkar fəaliyyəti davam etdirmiş və asan qazanc əldə etmək üçün oğurluq etməyə davam etmişdir. Orxan ilə razılığı əsasən yenidən oğurluq etmək üçün xırda buynuzlu heyvanları axtarmışdır. O, oğurluq etmək üçün lazımı vaxtı gözləmişdir. 15 oktyabr 2024-cü il tarixdə saat 19 radələrində o, evdə spirtli içki qəbul edərkən ona Orxan zəng etmiş və həmişəki qaydada oğurluq etməyi təklif etmişdir. O, razılıq verdikdə Orxan ona dostu Natiqin də qoşulmasını bildirmişdir. O, narazılıq etməmişdir. Bundan sonra Orxan və Natiq “Ford Transit” markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Hacallı kəndinə onun yaşadığı evə gəlmişlər. Avtomobili Natiq idarə etmişdir. O, avtomobilə əyləşdikdən sonra Natiq Goranboy rayonu Təhlə kəndində yerləşən fermada xırda buynuzlu heyvanların olmasını bildirmişdir. O və Orxan Təhlə kəndində yerləşən fermadan oğurluq etmək ilə bağlı təklif ilə razılaşmışdır. Bundan sonra Natiq avtomobili Təhlə kəndinə sürmüşdür. 16 oktyabr 2024cü il tarixdə saat 01 radələrində Təhlə kəndində yolun kənarında olan fermanın yaxınlığında avtomobili saxlamışdır. O və Orxan avtomobildən düşüb fermaya tərəf getmiş və Natiqə qoyunları çıxardıqda zəng edəcəyini bildirmişdir. Belə ki, avtomobilin fermanın kənarında olması şübhə yaratma ehtimalı olmuşdur. Fermanın daxilində itlərin olması səbəbi ilə, həmçinin gələn olacağı təqdirdə xəbər vermək üçün Orxan ot tayasının kənarında gözləmişdir. O isə fermanın daxilinə getmişdir. O, fermaya getmiş və fermanın həyətində olan ağılın qapısında olan ipləri açaraq ağıla daxil olub 12 baş dişi cinsli xırda buynuzlu heyvanları ordan çıxardıb, Orxan və Natiqin yanına gətirmişdir. Orxan ona kömək etmiş və fermadan uzaqlaşıb yolun kənarına gəlmişdir. Bu zaman saat 02 radələrində Orxan Natiqə zəng etmiş və olduğu yerə çağırmışdır. Bu zaman Natiq idarə etdiyi avtomobil ilə onun olduğu yerə gəlmişdir. Bundan sonra o, Orxan və Natiq 12 baş heyvanı avtomobilin yük hissəsinə mindirmişlər. Ümumi sövdələşmə aparmışlar, o, isə qoyunları satmaq üçün ən təhlükəsiz yerin Bakı olmasını təklif etmişdir. Natiq avtomobili idarə etmiş, o və Orxan isə avtomobildə oturmuşlar. Saat 07 radələrində Bakı şəhərinə çatmışlar. O, yenidən Tehranın yanına getməyi qərara almış, Tehran onun heyvan saxlamağını bildiyi üçün şübhələnməməli olmuşdur. Küçədə avomobili ilkin olaraq saxlayıb Natiqi düşürtmüş, sonra isə o düşmüş və 12 baş heyvan ilə Tehranın yanına getmişdir. Tehran 12 baş heyvanların müqabilində ona 2600 manat pul vermişdir. O, Natiq və Orxanın yanına getmiş və heyvanları 2000 manat müqabilində satmağını bildirmişdir. 2000 manat puldan Orxan və Natiqə 650 manat pul vermiş, 50 manat pula avtomobilə yanacaq almış, yerdə qalan pulu isə kafe və restoranlarda xərcləmişdir. O, 22 baş və 12 baş xırda buynuzlu heyvanları satarkən Şahid4 heyvanların oğurluq olmasından xəbəri olmamışdır. Əməlindən peşman olmuşdur, zərərçəkmiş şəxslərə dəyən ziyanı tamamilə ödəmişdir, zərərçəkmiş şəxslər onunla barışmışdır, ondan heç bir şikayət və tələbləri yoxdur. Odur ki, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, onun Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində fermer təsərrüfatı vardır. Həmin fermada xırdabuynuzlu heyvan saxlayır. Həmçinin, həmkəndlisi və dostu Şahid1 də onunla birlikdə həmin fermada öz xırdabuynuzlu heyvanlarını saxlayır. Həmin ferma Hacıqabul-Mincivan avtomobil yolunun Füzuli rayonu, Kərimbəyli kəndi ərazisindən keçən sağ hissəsində yeni çəkilməkdə olan Zəngəzur avtomobil yolunun kənarında yerləşir. Fermada ona məxsus 128 baş qoyun və 60 baş quzu olmuş, həmkəndlisi Ədalətin isə 108 baş qoyunu, 40 baş quzusu olmaqla fermada ümumilikdə ona məxsus 188 baş xırdabuynuzlu heyvan, Ədalətə məxsus isə təxminən 148 baş xırdabuynuzlu heyvan olmuşdur. Həmin heyvanlara təxminən 7 ildir ki, Füzuli rayonu, Zobucuq qəsəbəsində yaşayan Behbud adlı şəxs qulluq edir və qarşılığında Behbuda aylıq əmək haqqı verir. Lakin, gecələri fermada heç kim olmur, yəni heyvanlara qulluq edən Behbud, onunla birlikdə fermada heyvanları olan Ədalət və o fəsilə uyğun olaraq son vaxtlar hər gün saat 20 radələrində fermadan çıxaraq yaşadıqları evə getmiş və səhər saat 07 radələrində fermaya gəlmişlər. Həmçinin, çox vaxtlar gecə saat 03, 04 radələrində o və ya Ədalət fermaya gələrək nəzarət etmiş, yaşadıqları evə geri qayıtmışlar. Lakin, daimi olaraq gecələri fermaya heç kim nəzarət etmir. Fermada gecələri subay qoyunları, yanında balası olan qoyunları və Ədalətə məxsus qoyunları ayıraraq gecələri tövlənin qarşısında qoyunların gecələməsi üçün dəmir setkadan hazırlanmış ağılın ayrı-ayrı hissələrinə yerləşdirir və səhər otlaq sahəsinə aparan zaman yenidən heyvanların hamısını qarışdırmışlar. Qış fəslində heyvanları mişar daşı ilə tikilmiş tövlənin daxilinə salmış, başqa fəsillərdə isə tövlənin qarşısında setkadan hazırlanmış ağılda saxlamışlar. Gecələri ona məxsus subay qoyunlar ağılın bir gözündə, yanı balalı qoyunlar bir hissəsində, Ədalətə məxsus subay qoyunlar bir hissəsində, yanı balalı qoyunlar isə bir hissəsində, yəni ayrı-ayrılıqda gecələmişlər. Hər ağılın ayrı-ayrılıqda öz qapısı olmaqla, ona məxsus ağılın ümumilikdə bir giriş qapısı olmuşdur. 10 aprel 2024-cü il tarixdə, saat 07 radələrində heyvanlara qulluq edən Behbud adlı şəxs ona zəng edərək ona məxsus subay qoyunların yerində olmadığını bildirmişdir. O, dərhal Ədalətə zəng edərək Ədalətlə birlikdə fermanın ətraf ərazilərinə gedərək otlaq və əkin sahələrində qoyunları axtarmağa başlamış, lakin heç bir nəticə əldə edə bilməyərək təxminən 1 saat sonra fermaya qayıtmışlar. Onlar fermaya gələn zaman ona məxsus subay qoyunların qaldığı setqadan hazırlanmış ağılın qapısının yarı açıq vəziyyətdə, ümumi setka çəpərin isə qapısının tam açılmış vəziyyətdə olduğunu görmüşlər və o, həmin an qoyunların hər hansı şəxs tərəfindən oğurlanmasını başa düşmüşdür. Bundan sonra o, qoyunları dəqiqliyi ilə saymadan Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək 80 baş qoyununun oğurlanması barədə məlumat vermişdir. Həmin vaxt Füzuli rayon Polis Şöbəsinin əməkdaşları dərhal oğurluq hadisəsinin baş verdiyi ona məxsus fermaya gəlmişlər və hadisə yerinə baxış keçirilən zaman o, yerdə qalan qoyunları sayaraq ümumilikdə 70 baş qoyununun oğurlandığını dəqiqləşdirmiş və ona məxsus 70 baş xırdabuynuzlu heyvanın oğurlanması barədə Füzuli rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin tarixdə onlar və polis əməkdaşları ətraf əraziləri axtarmağa başlamış və saat 11 radlərində polis əməkdaşları fermadan bir qədər uzaqlıqda yerləşən otlaq sahəsindən oğurlanması barədə məlumat verdiyi ona məxsus qoyunların bir hissəsini tapdıqlarını bildirmişlər. O, qoyunların tapıldığı yerə gedərək 34 baş qoyunun tapıldığını, yerdə qalan 36 baş qoyunun isə orada olmadığı görmüşdür. Ona məxsus ümumilikdə 70 baş xırdabuynuzlu heyvan oğurlanmışdır. Oğurlanmış heyvanların 34 başı dişi, 2 başı isə erkək cinsindəndir. Həmin qoyunların 13 başı toğludur, yəni təxminən 1 yaş civarında, 21 başı isə 1 və 2 dəfə doğmuş boğaz qoyunlardır, dişi cinsindən olan qoyunların diri çəkiləri təxminən 65-70 kiloqram, təmiz ətinin çəkisi isə 30-35 kiloqram olmuşdur. Oğurlanmış 2 baş erkək qoyunun 1 başı 2 yaşlı, digər 1 başı isə 4-5 yaşlarındadı, həmin qoçların diri çəkisi təxminən 100-110 kiloqram, təmiz ətinin çəkisi isə 50-55 kiloqram olmuşdur. Bundan əlavə isə oğurluq hadisəsindən sonra fermanın yaxınlığından aşkar etdiyi 34 baş xırda buynuzlu heyvan isə 02 baş 2-3 yaşlı diri çəkisi təxminən 100 kiloqram, təmiz ətinin çəkisi isə 50-55 kiloqram olan erkək qoç və 32 baş 3-4 yaşlı diri çəkisi təxminən 70-80 kiloqram, təmiz ətinin çəkisi isə 40-45 kiloqram olan təxminən 2 və 3 dəfə doğmuş boğaz qoyun olmuşdur. Oğurlanmış qoyunlardan 13 baş toğlunun hər biri hazırda 400 manat, 21 baş 1 və 2 dəfə doğmuş boğaz qoyunların hər bri 700 manat, 2 baş erkək qoyunun (qoçun) həri biri 750 manat dəyərində olmaqla, ona ümumilikdə 21400 (iyirmi bir min dörd yüz) manat maddi ziyan dəymişdir. Həmçinin talandıqdan sonra sahəyə buraxılan aşkar etdiyi 34 baş xırda buynuzlu heyvan olmuşdur. Onun sonradan aşkar etdiyi 2 baş qoçun dəyəri 1700 manat və 32 baş qoyunun dəyəri isə 22400 manat olmuşdur. Ümumi ziyan isə 45500 manat olmuşdur. Ona məxsus fermadan oğurluq edən şəxsləri tanımır və ya onları görməmişdir. Ona dəyən ziyan təqsirləndirilən şəxslər tərəfindən tamamilə ödənilmişdir, təqsirləndirilən şəxslərlə barışmışdır, təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, xırda buynuzlu heyvanları saxlayıb təsərrüfat yaratmaqla pul qazanır. Onun Goranboy rayonu Qızılhacılı kəndi ərazisində Qərvənd kəndinə gedən yolun kənarında ferması var. Həmin fermada 152 baş xırda buynuzlu heyvan saxlayır. Həmin fermada müxtəlif şəxslər özlərinə və ona məxsus heyvanları saxlayırlar. O, isə ümumi nəzarəti həyata keçirir. 27 sentyabr 2024-cü il tarixdə o, həmişəki qaydada özünə məxsus heyvanları sayaraq 152 baş xırda buynuzlu heyvan olmasını müəyyən etmişdir. 03 oktyabr 2024-cü il tarixdə saat 08 radələrində xatırlamadığı çoban ona zəng edərək quzuların səs etdiyini və qoyunların bir hissəsinin yerində olmamasından şübhələndiyini demişdir. Sonradan isə 05 oktyabr 2024-cü il tarixdə saat 09 radələrində digər çobanlardan biri ona zəng edərək heyvanlardan birinin qan içində olmasını və heyvanın canavar tərəfindən parçalanma ehtimalının olmasını bildirmişdir. O isə öz növbəsində heyvanları saymaq qərarına gəlmişdir. Həmin gün saat 11 radələrində o, heyvanları saydıqda heyvanlardan 2 baş 4 aylıq diri çəkisi 20 kiloqram olan erkək qoç, 20 baş 3-4 il yaşı olan diri çəkisi 50 kiloqram olan dişi cinsli qoyunların yerində olmamasını aşkar etmişdir. Yerində olmayan qoyunların bir hissəsinin quzularının yerində olmasını gördükdə o, oğurluqdan şübhələnmişdir. Qoyunlar fermanın həyətində olan ağılın içərisində saxlanılmış və digər səbəblər olsa izlər aşkar edilməli olmuşdur. Bu səbəbdən naməlum şəxslərin onun fermasının ağılının qapısını açıb qanunsuz olaraq ağıla daxil olmalarını və oğurluq etmələrini anlamışdır. Bundan sonra DİN-nin 102 xidmətinə müraciət etmişdir. Ona məxsus 2 baş 4 aylıq diri çəkisi 20 kiloqram olan erkək qoçun bir ədədinin dəyəri 200 manat olmaqla, ümumi 400 manat dəyəri olmuş, 20 baş 3-4 il yaşı olan diri çəkisi 50 kiloqram qoyunun bir ədədinin dəyəri 500 manat olmaqla, ümumi dəyəri 10000 manat olmuş, ona ümumi olaraq 10400 manat maddi ziyan dəymişdir. Ona məxsus 2 baş 4 aylıq diri çəkisi 20 kiloqram olan erkək qoçun və 20 baş 3-4 il yaşı olan diri çəkisi 50 kiloqram qoyunun talanması nəticəsində ona ümumilikdə 10400 manat maddi ziyan dəymişdir. Hazırda ona dəyən maddi ziyan təqsirləndirilən şəxslər tərəfindən tamamilə ödənilmişdir, o, təqsirləndirilən şəxslərlə barışmışdır, onun təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, xırda və iri buynuzlu heyvanları saxlayıb təsərrüfat yaratmaqla pul qazanır. Onun Goranboy rayonu Təhlə kəndində su artezianının yaxınlığında ferması var. Həmin fermada 70 baş xırda buynuzlu heyvan saxlayır. Həmin fermada işçi olaraq X3, Cəlilin bacısı Rəqibə və Sahib adlı şəxslər işləyirlər. O isə ümumi nəzarəti həyata keçirir. Xırda buynuzlu heyvanlara daimi olaraq Sahib baxır və nəzarətini həyata keçirir. 15 oktyabr 2024-cü il tarixdə saat 19 radələrində Sahib xırda buynuzlu heyvanları sayıb 70 baş olmasına əmin olduqdan sonra evə getmişdir. Fermada gecəni Cəlil və Rəqibə qalmışdır. 16 oktyabr 2024-cü il tarixdə saat 08 radələrində Sahib ona zəng edərək heyvanları saymasını və heyvanlardan 12 baş 4-5 aylıq hamilə vəziyyətdə dişi cinsli diri çəkisi 50-60 kiloqram olan qoyunların yerində olmamasını aşkar etməsini demişdir. O, dərhal fermaya gəlmişdir. Fermaya çatdıqda fermanın həyətində dəmir hasarların daxilinə baxmışdır. Dəmir hasarların qapısının gecə ilə açılmasını görmüşdür. Bundan əlavə gecəni yağış yağdığından torpaqda avtomobil izləri və qoyunların hərəkət izləri olmuşdur. O, izləri gördükdən sonra naməlum şəxslərin onun fermasının hasarının qapısını açıb qanunsuz olaraq fermaya daxil olmalarını və fermadan oğurluq etmələrini anlamışdır. Bundan sonra DİN-nin 102 xidmətinə müraciət etmişdir. Ona məxsus 12 baş xırda buynuzlu heyvanın bir ədədinin dəyəri təxminən 332-333 manat olmaqla ümumi olaraq dəyəri 4000 manat olmuşdur. Ona məxsus 12 baş xırda buynuzlu heyvanların talanması nəticəsində ona ümumilikdə 4000 manat maddi ziyan dəymişdir. Hazırda ona dəyən maddi ziyan təqsirləndirilən şəxslər tərəfindən tamamilə ödənilmişdir, o, təqsirləndirilən şəxslərlə barışmışdır, onun təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, onun Zərərçəkmiş şəxs3 ilə heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. O, təxminən bir və iki ay müddətdir Zərərçəkmiş şəxs3 fermasında xırda buynuzlu heyvanları saxlayır. Ferma Goranboy rayonu Təhlə kəndində yerləşir. O, 15 oktyabr 2024-cü il tarixdə saat 19 radələrində fermada olan heyvanları otlaqdan gətirmiş və fermanın həyətində olan ağıla heyvanları sayıb yerləşdirmişdir. Bu zaman heyvanlarının sayının 70 olması ona məlum olmuşdur. 16 oktyabr 2024-cü il tarixdə saat 07 radələrində o, fermanın həyətində olan ağıldan heyvanları otlağa aparmaq üçün çıxartmışdır. Bu zaman yenidən heyvanları saymağa başlamışdır. Lakin, heyvanlardan 12 baş 4-5 aylıq hamilə vəziyyətdə dişi cinsli diri çəkisi 50-60 kiloqram olan qoyunların yerində olmamasını aşkar etmişdir. Bundan sonra heyvanları Cəlil ilə axtarmağa başlamışdır. Lakin, tapa bilmədikdə bu barədə Rəfayıla məlumat vermişdir. Sonradan ona fermanın həyətində olan ağıldan heyvanları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 oğurlaması məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs3 təxminən 10 il müddətdir tanıyır. Onun Təqsirləndirilən şəxs3 ilə dostluq münasibəti var, onun Laçın ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə əvvəllər tanımamışdır. Onun Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1lə heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. O, rəsmi olaraq Bakı şəhəri, Yeni Günəşli qəsəbəsində ət satışı ilə məşğul olur, yəni qəssabdır. Bundan əlavə isə o, xırda buynuzlu heyvanları saxlayır və 40 baş xırda buynuzlu heyvanı hazırda Laçın rayonundadır. Yaşadığı evin həyətində isə o, 5-10 ədəd quzunu kəsib satmaq üçün saxlayır. 02 oktyabr 2024-cü il tarixdə saat təxminən 18 radələrində Laçın ona zəng edərək özünün saxladığı xırda buynuzlu heyvanları alıb-ala bilməyəcəyini soruşmuşdur. O isə heyvanlara baxmaq lazım olmasını bildirmişdir. 03 oktyabr 2024-cü il tarixdə saat 09 radələrində Laçın onun yaşadığı evə gəlmişdir. Laçın ona zəng edərək çölə çağırmışdır. O, çölə çıxdıqda Bakı şəhəri Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində yerləşən evinin qarşısında Laçını və xırda buynuzlu heyvanları görmüşdür. Laçın həmin zaman xırda buynuzlu heyvanları satmaq istədiyini bildirmişdir. O, Laçının piyada olaraq ona gətirdiyi 22 baş xırda buynuzlu heyvanlara bir-bir baxmağa başlamışdır. Heyvanların hamısı qoca olmaqla çəkiləri az olmuşdur. Həmçinin 8 baş xırda buynuzlu heyvanda ağ ciyər xəstəliyi olmuş və heyvanlar öskürmüşdür. Bu səbəbdən o, ilkin olaraq Laçın ilə razılaşmamış və heyvanların baxıma ehtiyacı olmasını bildirmişdir. Lakin, Laçın pula ehtiyacı olmasını, heyvanları almağını xahiş etmişdir. O, 14 baş xırda buynuzlu heyvanı bir başı 150 manat olmaqla ümumilikdə 2100 manat müqabilində, yerdə qalan 8 baş xəstə heyvanı isə bir baş 125 manat olmaqla ümumilikdə 1000 manat müqabilində almağı təklif etmişdir. Laçın onunla qiymət baxımından ilkin olaraq mübahisə etsə də, sonradan onunla razılaşmışdır. O, heyvanları ümumilikdə 3100 manat müqabilində almışdır. O, Laçının heyvandarlıq ilə məşğul olmasını bildiyi üçün heyvanları Laçından almışdır. 15 oktyabr 2024-cü il tarixdə saat 17 radələrində Laçın ona zəng edərək yenə xırda buynuzlu heyvanları gətirmək istəməsini bildirmişdir. O isə heyvanları gətirməsini və onun baxmağını bildirmişdir. 16 oktyabr 2024-cü il tarixdə təxminən saat 09- 10 radələrində yaşadığı evin qapısı döyülmüşdür. O, qapını açdıqda Laçını xırda buynuzlu heyvanlar ilə birlikdə görmüşdür. O, Laçını necə heyvanları bura gətirməsini soruşduqda, Laçın ona heyvanları gətirən avtomobilin tələsməsini və oradan getməsini bildirmişdir. O, Laçının gətirdiyi 12 baş xırda buynuzlu heyvana baxmış və bu səfər yaxşı heyvanların olmasını görmüşdür. Həmin heyvanlardan 2 başın qoca olmasını görmüşdür. O, Laçın ilə danışmış, Laçın heyvanlar üçün 3000 manat istəmişdir. O isə 2500 təklif etmişdir. Bu zaman o, heyvanların dəyərinin 2500 manat olmaqla, Laçına son olaraq 2600 manat verəcəyini demişdir. Laçın onunla razılaşmış və o, Laçına 2600 manat pulu verib heyvanları almışdır. O, 03 oktyabr 2024-cü il tarixdə saat 09 radələrində Bakı şəhəri Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində 22 baş xırda buynuzlu heyvanı Təqsirləndirilən şəxs3 alarkən xırda buynuzlu heyvanların oğurluq olmasını bilməmişdir. Bundan başqa 16 oktyabr 2024-cü il tarixdə saat 09-10 radələrində Bakı şəhəri Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində 12 baş xırda buynuzlu heyvanı Təqsirləndirilən şəxs3 alarkən xırda buynuzlu heyvanların oğurluq olmasını bilməmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilən Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edildikdən sonra elan edilmiş ifadəsindən məlum oldu ki, o, 09 aprel 2024-cü il tarixdən 10 aprel 2024-cü il tarixə keçən gecə Zərərçəkmiş şəxs1 məxsus xırdabuynuzlu heyvanların oğurlanmasından məlumatı olmuşdur. Belə ki, həmkəndlisi Zərərçəkmiş şəxs1 Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində fermer təsərrüfatı vardır. Həmin fermada o və Tahir birlikdə öz xırdabuynuzlu heyvanlarımı saxlayır. Həmin ferma Hacıqabul-Mincivan avtomobil yolunun Füzuli rayonu, Kərimbəyli kəndi ərazisindən keçən sağ hissəsində yeni çəkilməkdə olan Zəngəzur avtomobil yolunun kənarında yerləşir. Fermada oğurluq hadisəsi baş verən zaman Zərərçəkmiş şəxs1 məxsus onun bildiyi qədəri ilə 128 baş qoyun və 60 baş quzu olmuş, ona məxsus isə 108 baş qoyun, 40 baş quzu olmaqla fermada ümumilikdə Tahirə məxsus 188 baş xırdabuynuzlu heyvan, ona məxsus isə 148 baş xırdabuynuzlu heyvan olmuşdur. Həmin heyvanlara təxminən 7 ildir ki, Füzuli rayonu, Zobucuq qəsəbəsində yaşayan Behbud adlı şəxs qulluq edir və qarşılığında ona aylıq əmək haqqı vermişdir. Lakin, gecələri fermada heç kim olmur, yəni heyvanlara qulluq edən Behbud, onunla birlikdə fermada heyvanları olan Tahir və o demək olar ki, fəsilə uyğun olaraq son vaxtlar hər gün saat 20 radələrində fermadan çıxaraq yaşadıqları evə getmişlər və səhər saat 07 radələrində fermaya gəlmişlər. Həmçinin, çox vaxtlar gecə saat 03, 04 radələrində o və ya Tahir fermaya gələrək nəzarət etmiş, yaşadıqları evə geri qayıtmışlar. Lakin, daimi olaraq gecələri fermaya heç kim nəzarət etməmişdir. Fermada gecələri subay qoyunları, yanında balası olan qoyunları və Tahirə məxsus qoyunları ayıraraq gecələri tövlənin qarşısında qoyunların gecələməsi üçün dəmir setkadan hazırlanmış ağılın ayrıayrı hissələrinə yerləşdirmişlər və səhər otlaq sahəsinə aparan zaman yenidən heyvanların hamısını qarışdırmışlar. Qış fəslində heyvanları mişar daşı ilə tikilmiş tövlənin daxilinə salmışlar, başqa fəsillərdə isə tövlənin qarşısında setkadan hazırlanmış ağılda saxlamışlar. Gecələri ona məxsus subay qoyunlar ağılın bir gözündə, yanı balalı qoyunlar bir hissəsində, Tahirə məxsus subay qoyunlar bir hissəsində, yanı balalı qoyunlar isə bir hissəsində, yəni ayrı-ayrılıqda gecələmişlər. Hər ağılın ayrı-ayrılıqda öz qapısı vardır. 10 aprel 2024-cü il tarixdə, saat 07 radələrində Tahir ona zəng edərək heyvanlara qulluq edən Behbdu adlı şəxsin zəng edib Tahirə məxsus subay qoyunların yerində olmadığını deməsini bildirmişdir. O, dərhal Tahirlə görüşərək Tahirlə birlikdə fermanın ətraf ərazilərinə gedərək otlaq və əkin sahələrində qoyunları axtarmağa başlamış, lakin heç bir nəticə əldə edə bilməmiş, təxminən 1 saat sonra fermaya qayıtmışlar. Onlar fermaya gələn zaman Tahirə məxsus subay qoyunların qaldığı setkadan hazırlanmış ağılın qapısının yarı açıq vəziyyətdə, ümumi setka çəpərin isə qapısının tam açılmış vəziyyətdə olduğunu görmüş və onlar həmin an qoyunların hər hansı şəxs tərəfindən oğurlanmasını başa düşmüşdür. Bundan sonra Tahir qoyunları dəqiqliyi ilə saymadan Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək 80 baş qoyunun oğurlanması barədə məlumat vermişdir. Həmin vaxt Füzuli rayon Polis Şöbəsinin əməkdaşları dərhal oğurluq hadisəsinin baş verdiyi fermaya gəlmişlər və hadisə yerinə baxış keçirilən zaman Tahir yerdə qalan qoyunları sayaraq ümumilikdə 70 baş qoyunun oğurlandığını dəqiqləşdirdi və Tahirə məxsus 70 baş xırdabuynuzlu heyvanın oğurlanması barədə Füzuli rayon Polis Şöbəsinə ərizə ilə müraciət etdi. Həmin tarixdə onlar və polis əməkdaşları ətraf ərizələri axtarmağa başlamış və saat 11 radələrində polis əməkdaşları fermadan bir qədər uzaqlıqda yerləşən otlaq sahəsindən Tahirə məxsus oğurlanması barədə məlumat verdiyi qoyunların bir hissəsini tapdıqlarını bildirmişlər. Onlar qoyunların tapıldığı yerə gedərək 34 baş qoyunun tapıldığını, yerdə qalan 36 baş qoyunun isə orada olmadığı görmüşdür. İttiham aktının siyahısında şahid qismində göstərilən Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Şahid2 istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edildikdən sonra elan edilmiş ifadəsindən məlum oldu ki, o, digər Şahid1 ilə eyni məzmunlu ifadə vermiş və onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 21 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir; 16 oktyabr 2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus 12 baş xırda buynuzlu heyvanların oğurlandığı yer Goranboy rayonu Təhlə kəndində yerləşən fermanın həyətində olan ağıldır; 21 oktyabr 2024-cü il tarixli “baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Goranboy rayonu Təhlə kəndində yerləşən fermanın həyətində olan ağıldan Zərərçəkmiş şəxs3 məxsus 12 baş xırda buynuzlu heyvanlar oğurlanan zaman Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən “Ford Transit” markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomobildən istifadə edilmişdir; “Şübhəli şəxsin tutulması haqqında” 21 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsindən şübhələnməyə əsas verən kifayət qədər əsaslar olduğu üçün həmin tarixdə saat 21:00-da şübhəli şəxs qismində tutulmuşdur; “Şübhəli şəxsin tutulması haqqında” 21 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsindən şübhələnməyə əsas verən kifayət qədər əsaslar olduğu üçün həmin tarixdə saat 22:50-də şübhəli şəxs qismində tutulmuşdur; 05 oktyabr 2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus 22 baş xırda buynuzlu heyvanların oğurlandığı yer Goranboy rayonu Qızılhacılı kəndində yerləşən fermanın həyətində olan ağıldır; 22 oktyabr 2024-cü il tarixli “baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Goranboy rayonu Qızılhacılı kəndində yerləşən fermanın həyətində olan ağıldan Zərərçəkmiş şəxs2 məxsus 22 baş xırda buynuzlu heyvanlar oğurlanan zaman Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən “Ford Transit” markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomobildən istifadə edilmişdir; “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 23 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; Goranboy rayon Məhkəməsinin 4(045)-55/2024 saylı 23 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 21 oktyabr 2024-cü il tarixdən hesablanmışdır; “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 23 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və şəxsin azad edilməsi haqqında” 23 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, Goranboy RPŞ-nin MSY-dən saat 20:00-da azad edilmişdir; “Şübhəli şəxsin tutulması haqqında” 29 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsindən şübhələnməyə əsas verən kifayət qədər əsaslar olduğu üçün həmin tarixdə saat 21:00-da şübhəli şəxs qismində tutulmuşdur; “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 31 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; Goranboy rayon Məhkəməsinin 4(045)-56/2024 saylı 31 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs3 barəsində 02 ay 22 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 29 oktyabr 2024-cü il tarixdən hesablanmışdır; Zərərçəkmiş şəxs2 tərəfindən xx.xx.2024-cü il tarixdə notarial qaydada təsdiq edilmiş və xx.xx.2024-cü il tarixdə Goranboy rayon Polis Şöbəsinə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 ona dəymiş maddi ziyanı tamamilə ödəmişdir, buna görə də, təqsirləndirilən şəxsdən şikayətçi deyil, ondan heç bir tələbi və iddiası yoxdur, odur ki, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir; Zərərçəkmiş şəxs3 tərəfindən xx.xx.2024-cü il tarixdə notarial qaydada təsdiq edilmiş və xx.xx.2024-cü il tarixdə Goranboy rayon Polis Şöbəsinə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 ona dəymiş maddi ziyanı tamamilə ödəmişdir, buna görə də, təqsirləndirilən şəxsdən şikayətçi deyil, ondan heç bir tələbi və iddiası yoxdur, odur ki, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir; Zərərçəkmiş şəxs3 tərəfindən xx.xx.2024-cü il tarixdə notarial qaydada təsdiq edilmiş və xx.xx.2024-cü il tarixdə Goranboy rayon Polis Şöbəsinə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs3 ona dəymiş maddi ziyanı tamamilə ödəmişdir, buna görə də, təqsirləndirilən şəxsdən şikayətçi deyil, ondan heç bir tələbi və iddiası yoxdur, odur ki, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir; Zərərçəkmiş şəxs2 tərəfindən xx.xx.2024-cü il tarixdə notarial qaydada təsdiq edilmiş və xx.xx.2024-cü il tarixdə Goranboy rayon Polis Şöbəsinə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs3 ona dəymiş maddi ziyanı tamamilə ödəmişdir, buna görə də, təqsirləndirilən şəxsdən şikayətçi deyil, ondan heç bir tələbi və iddiası yoxdur, odur ki, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir; Zərərçəkmiş şəxs1 tərəfindən xx.xx.2024-cü il tarixdə notarial qaydada təsdiq edilmiş və Goranboy rayon Polis Şöbəsinə təqdim edilmiş ərizədən görünür ki, iş üzrə şikayət və tələbi yoxdur, odur ki, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir; Goranboy rayon Məhkəməsinin 1(045)-91/2023 saylı 23 noyabr 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 CM-in 128-ci maddəsi ilə təqsirli bilinib, barəsində CM-nin 69.4-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 500 manat məbləğində cərimə cəzasına məhkum olunmuşdur; xx.xx.2023-cü il tarixdə cərimə tam şəkildə ödənilmişdir Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 04 noyabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkumluğu olmamışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 05 noyabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda məhkumluğu yoxdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10 iyul 2024-cü il tarixli 9/5085 nömrəli rəyindən görünür ki, dəyəri 7605 manat olmaqla 13 baş çəkiləri təxminən 65-70 kiloqram, təmiz ətinin çəkisi isə 30-35 kiloqram olan təxminən 1 yaş civarında toğlu, dəyəri 8190 manat olmaqla 21 baş çəkiləri təxminən 65-70 kiloqram, təmiz ətinin çəkisi isə 30-35 kiloqram olan təxminən 1 və 2 dəfə doğmuş boğaz qoyun, dəyəri 735 manat olmaqla 01 baş 2 yaşlı diri çəkisi təxminən 100-110 kiloqram, təmiz ətinin çəkisi isə 50-55 kiloqram olan erkək qoç və dəyəri 735 manat olmaqla 01 baş 4-5 yaşlı diri çəkisi təxminən 100-110 kiloqram, təmiz ətinin çəkisi isə 50-55 kiloqram olan erkək qoçun 2024-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 17265 manat müəyyən edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29 noyabr 2024-cü il tarixli 9/9188 nömrəli rəyindən görünür ki, 12 baş 4-5 aylıq hamilə vəziyyətdə dişi cinsli diri çəkisi 50-60 kiloqram olan qoyunların 2024-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 4800 manat müəyyən edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29 noyabr 2024-cü il tarixli 9/8934 nömrəli rəyindən görünür ki, dəyəri 400 manat olmaqla 02 baş 04 aylıq diri çəkisi 20 kiloqram olan erkək qoç və dəyəri 9000 manat olmaqla 20 baş 3-4 yaşı olan diri çəkisi 50 kiloqram qoyunun 2024-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 9400 manat müəyyən edilmişdir; Zərərçəkmiş şəxs3 tərəfindən xx.xx.2025-ci il tarixdə notarial qaydada təsdiq edilmiş və Goranboy rayon Məhkəməsinə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 ona dəymiş maddi ziyanı tamamilə ödəmişdir, buna görə də, təqsirləndirilən şəxsdən şikayətçi deyil, ondan heç bir tələbi və iddiası yoxdur, odur ki, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir; Zərərçəkmiş şəxs1 tərəfindən xx.xx.2025-ci il tarixdə Goranboy rayon Məhkəməsində tərtib və təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ona dəymiş maddi ziyanı tamamilə ödəmişdir, buna görə də, təqsirləndirilən şəxslərdən şikayətçi deyil, onlardan heç bir tələbi və iddiası yoxdur, odur ki, ərizəsinin nəzərə alınmasını, təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir; Goranboy rayon Məhkəməsinin 1(045)-18/2024 saylı 13 mart 2025-ci il tarixli qərarından görünür ki, CM-in 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı növündə qətimkn tədbiri ilə əvəz edilmiş, onların dərhal məhkəmə iclas zalından həbsdən edilmələri qərara alınmışdır. Məhkəmə təqsirləndirilən şəxslərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 tərəfindən CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 və X5 tərəfindən isə CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Adı çəkilən Qərarın 4-cü bəndinə əsasən özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Həmin Qərarda, həmçinin göstərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-in 16.2-ci maddəsinə müvafiq olaraq, CM-in 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-in 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda, həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə qeyd edir ki, mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 özgəyə, yəni zərərçəkmiş şəxslərə məxsus metal torla hasara alınmış saxlanc yeri hesab olunan ağılın ərazisinə qanunsuz daxil olaraq oradan xeyli miqdarda əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişlər. CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməli CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri isə CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onların barələrində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən aşağıdakıları cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf edib peşman olmasını; zərərçəkmiş şəxsə dəyən ziyanı tam ödəməsini, sonuncu ilə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını; yaşayış və qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Naftalan şəhər icra hakimiyyəti başçısının 1 nömrəli sahə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamə). Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən aşağıdakıları cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf edib peşman olmasını; zərərçəkmiş şəxslərə dəyən ziyanı tam ödəməsini, sonuncularla barışmasını, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını. yaşayış və qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Goranboy rayon icra hakimiyyəti başçısının Qarqucaq kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamə). Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs3 cəza təyin edərkən aşağıdakıları cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf edib peşman olmasını; zərərçəkmiş şəxslərə dəyən ziyanı tam ödəməsini, sonuncularla barışmasını, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını; yaşayış və qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Goranboy rayon icra hakimiyyəti başçısının Qarqucaq kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamə). Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyətləri, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran hallar, təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəmiyyətdən təcrid olunmadan islah edilmələrinin mümkünlüyü qənaətinə gələrək, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.3-cü, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: -yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; -elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; -məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; -müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.3-cü, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və onlara həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 faktiki olaraq 21 oktyabr 2024-cü il tarixdən 23 oktyabr 2024-cü il tarixədək müddətdə 02 gün müddətində şübhəli şəxs qismində saxlanılması nəzərə alınaraq, ona təyin olunmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün, - Təqsirləndirilən şəxs2 faktiki olaraq 21 oktyabr 2024-cü il tarixdən 03 aprel 2025-ci il tarixədək müddətdə 05 ay 13 gün müddətində həbsdə və ev dustaqlığında olması nəzərə alınaraq, ona təyin olunmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasından 10 ay 26 gün, - Təqsirləndirilən şəxs3 faktiki olaraq 29 oktyabr 2024-cü il tarixdən 03 aprel 2025-ci il tarixədək müddətdə 05 ay 05 gün müddətində həbsdə və ev dustaqlığında olması nəzərə alınaraq, ona təyin olunmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasından 10 ay 10 gün çıxılmalı, üzərlərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, cəzaçəkmə müddətlərinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındıqları tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilməli, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş ”polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - “Ford Transit” markalı ** CT *** dövlət qeydiyyat nişanlı və “Ford Transit” markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomobillərin saxlanılması üçün sahiblərinə geri qaytarılması nəzərə alınmalı, iş üzrə ekspertiza xərci 150 (bir yüz əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq dövlət büdcəsinin hesabına keçirilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs1, Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 isə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etməsinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, həmçinin vəkil Müdafiəçi1 və vəkil Müdafiəçi2 tərəfindən ayri-ayrılıqda təqdim edilmiş hesabatları nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi xidmətə görə Goranboy rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 18 (on səkkiz) iş saatına görə hər iş saatına 6 (altı) manat hesab edilməklə 108 (bir yüz səkkiz) manat məbləğində, Müdafiəçi2 məhkəmədə iştirak etdiyi cəmi 36 (otuz altı) iş saatına görə hər iş saatına 6 (altı) manat hesab edilməklə 216 (iki yüz on altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs1 faktiki olaraq 21 oktyabr 2024cü il tarixdən 23 oktyabr 2024-cü il tarixədək olan müddətdə 02 (iki) gün müddətinə şübhəli şəxs qismində saxlanılması nəzərə alınaraq, ona təyin olunmuş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın, üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naftalan şəhərinin və Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Naftalan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Vəkil Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 18 (on səkkiz) iş saatına görə 108 (bir yüz səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülsün.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə və ev dustaqlığında saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs2 faktiki olaraq 21 oktyabr 2024-cü il tarixdən 03 aprel 2025-ci il tarixədək olan müddətdə 05 (beş) ay 13 (on üç) gün müddətinə həbsdə saxlanılması və ev dustaqlığında olması nəzərə alınaraq, ona təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 10 (on) ay 26 (iyirmi altı) gün çıxılsın, üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Goranboy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Vəkil Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 18 (on səkkiz) iş saatına görə 108 (bir yüz səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülsün.
3. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə və ev dustaqlığında saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs3 faktiki olaraq 29 oktyabr 2024-cü il tarixdən 03 aprel 2025-ci il tarixədək olan müddətdə 05 (beş) ay 05 (beş) gün müddətinə həbsdə saxlanılması nəzərə alınaraq, ona təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 10 (on) ay 10 (on) gün çıxılsın, üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Goranboy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Vəkil Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs3 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 18 (on səkkiz) iş saatına görə 108 (bir yüz səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut - “Ford Transit” markalı ** CT *** dövlət qeydiyyat nişanlı və “Ford Transit” markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomobillərin saxlanılması üçün sahiblərinə geri qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 150 (bir yüz əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq dövlət büdcəsinin (Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim Toğrul Məmmədov