Məhkəmə qərarları › İş №1(045)-19/2024

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-19/2024

07.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-19/2024 07.03.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X9 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1994-cü ildə Goranboy rayonu Dəliməmmədli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə 29 noyabr 2023-cü il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs məxsus Goranboy rayonu Dəliməmmədli şəhərində yerləşən mağazanın qarşısına gəlib plastik qapının üzərində olan asma qıfılı dəmir linglə sındırıb mağazaya qanunsuz daxil olub, oradan 100 manat nəğd pulu, hər biri 2 manat 90 qəpik, cəmi 203 manat dəyərində 70 qutu “Vinchester” markalı, hər biri 2 manat 40 qəpik, cəmi 72 manat dəyərində 30 qutu “Vikerroy” markalı, hər biri 2 manat 60 qəpik, cəmi 54 manat 60 qəpik manat dəyərində 21 qutu “Classik” konpakt markalı, hər biri 2 manat 90 qəpik, cəmi 145 manat dəyərində 50 qutu “Pallmal” markalı,hər biri 2 manat 90 qəpik, cəmi 174 manat 60 qutu “Rotmans” markalı, hər biri 3 manat 20 qəpik, cəmi 96 manat dəyərində 30 qutu “LD” konpakt markalı, hər biri 3 manat 40 qəpik, cəmi 105 manat 40 qəpik dəyərində 31 qutu “LD” nazik markalı, hər biri 4 manat, cəmi 320 manat dəyərində 80 qutu “Kent 4” markalı, hər biri 4 manat, cəmi 40 manat dəyərində 10 qutu “Kent 8” markalı, hər biri 2 manat 40 qəpik, cəmi 24 manat dəyərində 10 qutu “Veqas” boz nazik markalı, hər biri 3 manat 80 qəpik, cəmi 304 manat dəyərində 80 qutu “Vinston” markalı, hər biri 4 manat 30 qəpik, cəmi 344 manat dəyərində 80 qutu “Sobranie” markalı, hər biri 4 manat, cəmi 160 manat dəyərində 40 qutu qara “Davidoff” markalı, hər biri 3 manat 40 qəpik, cəmi 68 manat dəyərində 20 qutu göy “Davidoff” markalı, hər biri 2 manat 40 qəpik, cəmi 96 manat dəyərində 40 qutu “Maqna” markalı, hər biri 2 manat 40 qəpik, cəmi 24 manat dəyərində 10 qutu “Prima” markalı, hər biri 2 manat 70 qəpik, cəmi 54 manat dəyərində 20 qutu “Vest” markalı tütün məmulatlarını, hər biri 10 manat, cəmi 230 manat dəyərində 23 ədəd qəlyanlarını, hər biri 4 manat 50 qəpik, cəmi 22 manat 50 qəpik dəyərində 5 ədəd “Redbull” içkilərini, 300 manat dəyərində bir ədəd təzə “Rolex qold” markalı kişi qol saatını, 40 manat dəyərində bir ədəd kişi ətrini və 35 manat “Samsung S4” markalı telefonunu, Zərərçəkmiş şəxs ümumilikdə 3011 manat 50 qəpik dəyərində əmlakını gizli yolla talamaqla oğurlamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun Gəncə şəhərində yaşayan Arzu Həsənova 700 manat borcu olmuşdur. Arzu ilə o, eyni cəzaçəkmə müəssisəsində bir yerdə cəza çəkmiş və həmin vaxtdan sonuncunu tanıyır. Onlar cəzasını çəkib qurtardıqdan sonra Arzudan 700 manat borc pul almışdır. Həmin borcu qaytara bilməmişdir. Ona görə də, Arzunun borcunu qaytarmaq üçün tanıdığı Goranboy rayonu Dəliməmmədli şəhərində yaşayan Məmmədtağının mağazasından oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 03 radələrində yaşadığı evdən qara rəngli idman papağı, qara corab, fəhlə əlcəyi və bir ədəd balaca dəmir ling götürmüş, evdən çıxanda papağı başına qoymuş, əlcəyi əlinə taxmış, corabı isə sifətinə bağlamışdır ki, onu tanıyan olmasın. Sonra o, Məmmədtağının mağazasının qarşısına gəlmiş, əlində olan dəmir lingi mağazanın plastik qapısının üstündə asılmış asma qıfılın arasına salıb güç verərək açmış, qapını açdıqdan sonra mağazaya daxil olmuş və mağazada olan stolun sürməsini açıb orada olan 100 manat olan qəpik və kağız pulları götürüb cibinə qoymuşdur. Bundan sonra 2 ədəd politelin torba götürmüş və vitirində olan siqaretləri həmin politelin torbanın içərisinə doldurmuşdur. Sonra o, mağazadan çıxıb qapını örtmüş, mağazadan oğuraldığı əşyaları aparıb Dəlmiməmmədli şəhərində yerləşən “Mecid”in yanına qoymuşdur. Sonra yenə də mağazaya qayıtmış və 3 ədəd politelin torbanı vitrində olan siqaretlərlə, qəlyanlarla doldurmuşdur. Bundan sonra stolun sürməsində olan bir ədəd kişi qol saatını sonra bir ədəd “Samsung” markalı telefonu, stolun üstündə olan kişi ətrini götürmüşdür. Bundan sonra soyuducuda olan “Redbull” içkisini götürüb mağazadan çıxmışdır. Həmin əşyalarıda “Mecid”in yanına aparmış, yolda gedərkən idiman papağını, əlcəyi, corabı və dəmir lingi atmışdır. Bundan sonra oğurladığı siqaretləri qəlyanları aparıb yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində olan əl damında gizlətmiş, lakin telefonu, kişi ətrini, kişi qol saatını, oğurladığı pulları isə özü ilə götürüb evə qoymuşdur.”Redbul” içkilərini isə özü içmişdir. O, mağazadan 100 manat nəğd pul, 70 qutu Vinchester markalı, 30 qutu Vikerroy markalı, 21 qutu Classik konpakt markalı, 50 qutu Pallmal markalı, 60 qutu Rotmans markalı, 30 qutu LD konpakt markalı, 30 qutu LD nazik boz markalı, 80 qutu Kent 4 markalı, 10 qutu Kent 8 markalı, 10 qutu Veqas markalı, 80 qutu Vinston markalı, 80 qutu Sobranie markalı, 60 qutu Davidoff markalı, 40 qutu Maqna markalı, 10 qutu Prima markalı, 20 qutu Vest markalı tütün məmulatları, 23 ədəd qəlyanlar, 5 ədəd Redbull içkiləri, bir ədəd təzə Rolex qold markalı kişi qol saatı, bir ədəd kişi ətiri və bir ədəd Samsung S4 markalı telefon oğurlamışdır.O, oğurladığı siqaretləri, qəlyanları və başqa əşyaları qorxduğu üçün yerini deməmiş və təqdim etməmişdir. Sonradan o, tutulduqdan qardaşı Şahid yaşadığı evin həyətində yerləşən əl damında gizlətdiyi siqaretləri, qəlyanları və başqa əşyaları tapıb aşkar etdiyini və gətirib polis şöbəsinə təqdim etdiyini bilmiş, ona görə də hazırki ifadəsi doğrudur. O, mağazadan oğurladığı siqaretləri, qəlyanları və başqa əşyalari Arzuya verməmiş, Arzunun onun oğurluq etməyindən xəbəri olmamışdır. Onun oğurluq etməyini ailə üzvüləri bilməmiş, ailə üzvülərinə oğurluq etməyi barədə deməmişdir. Oğurluğu tək etmişdir. Oğurluq edərkən yanında heç kim olmamışdır. Təqsirləndirilən şəxs son olaraq əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, daimi olaraq heç bir yerdə işləmir. Lakin özünə məxsus yaşadığı Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisində yerləşən kiçik mağazası var və həmin mağazanı işlədir. Mağazanı hər gün saat 08:30 radələrində açııb gecə saat 22:00 radələriində bağlayır. xx.xx.2023-cü il tarixdə yenə həmişəki kimi saat 08:30 radələrində mağazanı açmış və saat 22:00 radələrində isə mağazanı bağlayıb evə getmişdir. xx.xx.2023-cü il tarixdə saat 08:30 radələrində mağazanı açmağa gəlmiş, həmin vaxt mağazanın qapısının açıq olduğunu və üzərində olan asma qıfılın açıq vəziyyətdə asıldığını görmüşdür. Sonra o mağazaya daxil olmuş və mağazasından oğurluq olduğunu bilmişdir. Mağazasından 100 manat nəğd pulu, hər birinin dəyəri 2 manat 90 qəpik olan 70 qutu Vinchester markalı, hər birinin dəyəri 2 manat 40 qəpik olan 30 qutu Vikerroy markalı, hər birinin dəyəri 2 manat 60 qəpik olan 21 qutu Classik konpakt markalı, hər birinin dəyəri 2 manat 90 qəpik olan 50 qutu Pallmal markalı, hər birinin dəyəri 2 manat 90 qəpik olan 60 qutu Rotmans markalı, hər birinin dəyəri 3 manat 20 qəpik olan 30 qutu LD konpakt markalı, hər birinin dəyəri 3 manat 40 qəpik olan 31 qutu Ld nazik boz markalı, hər birinin dəyəri 4 manat olan 80 qutu Kent 4 markalı, hər birinin dəyəri 4 manat olan 10 qutu Kent 8 markalı, hər birinin dəyəri 2 manat 40 qəpik olan 10 qutu Veqas boz nazik markalı, hər birinin dəyəri 3 manat 80 qəpik olan 80 qutu Vinston markalı birinin dəyəri 4 manat 30 qəpik olan 80 qutu Sobranie markalı, hər birinin dəyəri 4 manat olan 40 qutu qara Davidoff markalı, hər birinin dəyəri 3 manat 40 qəpik olan 20 qutu Davidoff markalı, hər birinin dəyəri 2 manat 40 qəpik olan 40 qutu Maqna markalı, hər birinin dəyəri 2 manat 40 qəpik olan 10 qutu Prima markalı, hər birinin dəyəri 2 manat 70 qəpik olan 20 qutu Vest markalı tütün məlumatlarım, hər birinin dəyəri 10 manat olan 23 ədəd qalyanlarım, hər birinin dəyətri 4 manat 50 qəpik olan 5 ədəd Redbul içkilərim, 300 manat dəyərində bir ədəd təzə Rolex qold markalı qol saatımı, 40 manat dəyərində bir ədəd Duximi və 35 manat dəyərində 5 il müddətində işlənmiş Samsung S4 markalı telefonu oğurlanmışdır. Ümumilikdə oğurluq nəticəsində ona 3011 manat 50 qəpik dəyərində ziyan dəymişdir. Yekunda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin, iddiasının olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. xx.xx.2023-cü il tarixdə qardaşı Elçibəyin Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus mağazadan tütün məmulatlarını və başqa əşyalar oğurladığını eşitmişdir. Bundan sonra yaşadığı evi axtarmağa başlamış, yaşadıqları evin həyətyanı sahəsində yerləşən əl damını axtaran zaman qardaşı Elçibəyin mağazadan oğurladığı tütün məmulatlarını və qəlyanlar aşkar etmişdir. Bundan sonra həmin tütün məmulatlarını və qəlyanları Goranboy rayon polis şöbəsinə gətirmişdir. Qardaşı Təqsirləndirilən şəxs mağazadan oğurluq etdiyini bilməmişdir. Əgər Elçibəyin oğurluq etdiyini bilsəydi onun oğurluq etməyinə imkan verməzdi. Elçibəyin oğurluq etməyindən heç bir məlumatı, heç bir rolu olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Baxış keçirilməsi barədə” 29 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin İB-nin baş müstəntiqi X2 RPŞ-nin İB-nin rəisi X3, Goranboy RPŞ-nin İB-nin müstəntiqi X1, Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, hadisə Goranboy rayonu Dəliməmmədli şəhərində yerləşən Zərərçəkmiş şəxs məxsus mağazada baş vermişdir. Mağazanın giriş qapısı bir taylı olmaqla plastik materialdan hazırlanmışdır. Plastik qapının üzərində asma qıfıllan bağlanmaq üçün dəmir hissələri əzilmiş və plastik hissəsi sınmışdır. Giriş qapısının sağ tərəfində iki ədəd soyuducu yerləşdirilmiş və hər ikisinin içərisində müxtəlif içkilər olmuşdur. Giriş qapısının sol tərəfində də 3 ədəd soyuducu yerləşdirilmiş və içərilərində müxtəlif içkilər olmuşdur. Giriş qapısından mağazaya daxil olduqda sol tərəf vitirinlərdə müxtəlif ərzaq məhsulları düzülmüşdür. Giriş qapısından düzünə vitirinlərdə müxtəlif çeşidlərdə tütün məmulatları vardır və həmin tütün məmulatları dağılmış vəziyyətdə olmuşdur. Bəzi vitirində isə tütün məmulatları götürülmüşdür. Həmin vitirinin önündə stol olmuşdur. Stolun üstündə kompüter manitoru, müxtəlif tütün məmulatları və alışqanlar olmuşdur. Sol tərəf vitirinin üzərində isə kamera görüntüsünün manitoru yerləşdirilmişdir. Giriş qapısının sağ tərəf vitirinində müxtəlif ərzaq məhsulları və müxtəlif içkilər düzülmüşdür. Giriş qapısının sağ tərəf küncündə bir ədəd soyuducu yerləşdirilmiş və soyuducunun içərisində müxtəlif içkilər vardır. Mağazanın içərisində olan kameradan oğurluq edən şəxsin video görüntüsü götürülmüş və protokola əlavə edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Şübhəli şəxsin tutulması haqqında” 29 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Baxış keçirilməsi və götürmə barədə” 30 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin İB-nin baş müstəntiqi X2 RPŞ-nin İB-nin rəisi X3, Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə baxış keçirmişdir. Təqsirləndirilən şəxs Zahi oğlunun ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilərkən Goranboy rayonu Dəliməmmədli şəhərində yerləşən fərdi yaşayış evində xx.xx.2023-cü il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs məxsus mağazadan oğurladığı telefon, kişi ətri, qol saatı, oğurladığı qəpik pullara baxış keçirilərkən, kişi qol saatı, oğurladığı qəpik pullara baxış keçirilərkən, kişi qol saatının “Rolex qold” markalı olduğu, telefonun “Samsung S4” markalı olduğu müəyyən edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy Rayon Məhkəməsinin 4(045)-68/2023 nömrəli, 01 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 29 noyabr 2023-cü il tarixdən hesablanmışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Baxış keçirilməsi və götürmə barədə” 02 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Şahid könüllü təqdim etdiyi, qardaşı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs mağazasından oğurladığı Vinchester markalı, Vikeroy markalı, Classik konpakt markalı, Pallmal markalı, Rotmans markalı, LD kompakt markalı, LD nazik boz markalı, Kent 4 markalı, Kent 8 markalı, Veqas boz nazik markalı, Vinston markalı, Sobranie markalı, qara Davidoff markalı, Davidoff markalı, Maqna markalı, Prima markalı, Vest markalı tütün məmulatları və 23 ədəd qəlyanlar Goranboy RPŞ-nin İB-nin baş müstəntiqi X7 tərəfindən götürülmüşdür. Baxış zamanı tütün məmulatlarının 70 qutu Vinchester markalı, 30 qutu Vikerroy markalı, 21 qutu Classik conpakt markalı, 50 qutu Pallmal markalı, 60 qutu Rotmans markalı, 30 qutu LD konpakt markalı, 31 qutu LD nazik boz markalı, 80 qutu Kent 4 markalı, 10 qutu Kent 8 markalı, 10 qutu Veqas boz nazik markalı, 80 qutu Vinston markalı, 80 qutu Sobranie markalı, 40 qutu qara Davidoff markalı, 20 qutu Davidoff markalı, 40 qutu Maqna markalı, 10 qutu prima markalı, 20 qutu Vest markalı, 23 ədəd qəlyanlar olduğu müəyyən edilmişdir. Götürmə zamanı Zərərçəkmiş şəxs həmin tütün məmulatlarının və qəlyanların xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə ona məxus Goranboy rayonu Dəliməmmədli şəhərində yerləşən mağazadan oğurlanan tütün məmulatlarının və qəlyanların olduğunu bildirmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Belə ki, o, Goranboy Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 03 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Goranboy Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə təyin edilmiş 3 il 6 ay azadlıqdan məhrum edilmə cəzasının çəkilməmiş qalan 8 ay 15 gün hissəsi ilə qismən birləşdirilərək üzərində qəti olaraq 2 il 8 ay 15 gün müddətində azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə Gəncə şəhər Nizami Rayon Məhkəməsi tərəfindən ümumi Cinayət Məcəlləsinə köçürülmüş, Goranboy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsilə təqsirli bilinib 02 il 08 ay azadlıqdan məhrum edilmiş, xx.xx.2020-ci il tarixli Xətai Rayon Məhkəməsinin qərarı ilə 03 ay 20 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasını çəkib qutarmış, Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə təqsirli bilinib 02 il azadlıqdan məhrum edilmiş, xx.xx.2023-cü il tarixli Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 03 ay vaxtından əvvəl şərti azad edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy rayon mərkəzi bazarının 23 nömrəli, 15 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, 19 noyabr 2023-cü il tarixə bir qutu “Vinchester” markalı, siqaretin qiyməti 2 manat 90 qəpik, bir qutu “Vikerroy” markalı, siqaretrin qiyməti 2 manat 40 qəpik, bir qutu “Classik” konpakt markalı, siqaretin qiyməti 2 manat 60 qəpik, bir qutu “Pallmal” markalı, siqaretin qiyməti 2 manat 90 qəpik, bir qutu “Rotmans” markalı, siqaretin qiyməti 2 manat 90 qəpik, bir qutu “LD” konpakt markalı,siqaretin qiyməti 3 manat 20 qəpik, bir qutu “LD” nazik markalı,siqaretin qiyməti 3 manat 40 qəpik, bir qutu “Kent 4” markalı, siqaretin qiyməti 4 manat, bir qutu “Kent 8” markalı, siqaretin qiyməti 4 manat, bir qutu “Veqas” boz nazik markalı, siqaretin qiyməti 2 manat 40 qəpik, bir qutu “Vinston” markalı, siqaretin qiyməti 3 manat 80 qəpik, bir qutu “Sobranie” markalı, siqaretin qiyməti 4 manat 30 qəpik, bir qutu qara “Davidoff” markalı, siqaretin qiyməti 4 manat, bir qutu göy “Davidoff” markalı, siqaretin qiyməti 3 manat 40 qəpik, bir qutu “Maqna” markalı, siqaretin qiyməti 2 manat 40 qəpik, bir qutu “Prima” markalı, siqaretin qiyməti 2 manat 40 qəpik, bir qutu “Vest” markalı, siqaretin qiyməti 2 manat 70 qəpik, bir ədəd qəlyanın qiyməti 10 manat, bir ədəd “Redbull” içkisinin qiyməti 4 manat 50 qəpik, bir ədəd təzə “Rolex qold” markalı kişi qol saatının qiyməti 300 manat, bir ədəd kişi ətrinin qiyməti, 40 manat vı beş il müddətində işlənmiş “Samsung S4” markalı telefonunun qiyməti 35 manat civarındadır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Maddi sübut kimi tanıma haqqında” 15 yanvar 2024-cü il tarixli qərardan görünür ki, istintaq zamanı götürülmüş 70 qutu Vinchester markalı, 30 qutu Vikerroy markalı, 21 qutu Classik konpakt markalı, 50 qutu Pallmal markalı, 60 qutu Rotmans markalı, 30 qutu LD konpakt markalı, 31 qutu Ld nazik boz markalı, 80 qutu Kent 4 markalı, 10 qutu Kent 8 markalı, 10 qutu Veqas boz nazik markalı, 80 qutu Vinston markalı, 80 qutu Sobranie markalı, 40 qutu qara Davidoff markalı, 20 qutu Davidoff markalı, 40 qutu Maqna markalı, 10 qutu Prima markalı, 20 qutu Vest markalı tütün məlumatları, 23 ədəd qalyanları, bir ədəd Rolex qold markalı qol saatı, bir ədəd Duxi və Samsung S4 markalı telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınaraq zərərçəkmiş Zərərçəkmiş şəxs saxlanılması üçün təhvil verilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy Rayon Məhkəməsinin 1(045)-99/2020 nömrəli, 25 noyabr 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 7(001)-346/2023 nömrəli, 05 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(045)-99/2021 nömrəli hökmü ilə təyin edilmiş 2 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 03 ay 24 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Dəliməmmədli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş 30 yanvar 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Həmin Qərarda həmçinin götərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətidyi əməli etiraf edib peşman olması; zərərçəkmiş şəxslə barışmasını, ona vurulmuş ziyanı ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət, tələb və iddiasının olmaması. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətlərin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Goranboy Rayon Məhkəməsinin 04 aprel 2018-ci il tarixli hökmü ilə təyin edilmiş cəzaya münasibətdə onun məhkumluğu götürülmüşdür. Belə ki, iş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs həmin hökmlə ona təyin edilmiş cəzadan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 03 ay 20 gün müddətinə vaxtından əvvəl azad edilmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və o, xx.xx.2023-cü il tarixdə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 03 ay 24 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Beləliklə, az ağır cinayət törətməyə görə məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu hazırkı cinayət əməlini törədərkən ödənilməmişdir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsində sadalanan hallarla yanaşı, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 29 noyabr 2023-cü il tarixdən hesablanmalı (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi-158.2.1, 158.6, Azərbaycan Respublikası Cinayət Məcəlləsi-69.3), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (Azərbaycan Respublikası Cinayət Məcəlləsi-56.1.3). İş üzrə maddi sübutlar - 70 qutu Vinchester markalı, 30 qutu Vikerroy markalı, 21 qutu Classik konpakt markalı, 50 qutu Pallmal markalı, 60 qutu Rotmans markalı, 30 qutu LD konpakt markalı, 31 qutu Ld nazik boz markalı, 80 qutu Kent 4 markalı, 10 qutu Kent 8 markalı, 10 qutu Veqas boz nazik markalı, 80 qutu Vinston markalı, 80 qutu Sobranie markalı, 40 qutu qara Davidoff markalı, 20 qutu Davidoff markalı, 40 qutu Maqna markalı, 10 qutu Prima markalı, 20 qutu Vest markalı tütün məlumatları, 23 ədəd qalyanları, bir ədəd Rolex qold markalı qol saatı, bir ədəd Duxi və Samsung S4 markalı telefon zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etməsinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, həmçinin vəkil Müdafiəçi2 tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 08 (səkkiz) iş saatı üçün 48 (qırx səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 29 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - 70 qutu Vinchester markalı, 30 qutu Vikerroy markalı, 21 qutu Classik konpakt markalı, 50 qutu Pallmal markalı, 60 qutu Rotmans markalı, 30 qutu LD konpakt markalı, 31 qutu Ld nazik boz markalı, 80 qutu Kent 4 markalı, 10 qutu Kent 8 markalı, 10 qutu Veqas boz nazik markalı, 80 qutu Vinston markalı, 80 qutu Sobranie markalı, 40 qutu qara Davidoff markalı, 20 qutu Davidoff markalı, 40 qutu Maqna markalı, 10 qutu Prima markalı, 20 qutu Vest markalı tütün məlumatları, 23 ədəd qalyanları, bir ədəd Rolex qold markalı qol saatı, bir ədəd Duxi və Samsung S4 markalı telefonun zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 8 (səkkiz) iş saatı üçün cəmi 48 (qırx səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar