Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-19/2025 13.02.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1982-ci ildə Goranboy rayonu Safıkürd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Goranboy rayonu Tatarlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən tamah niyyətilə saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə 02 aprel 2024-cü il tarixdə saat 02 radələrində Goranboy rayonu Səfikürd kəndində yerləşən X3 məxsus faktiki yaşayış olmayan evin həyətyanı sahəsinin arxasında olan məftil torla hörülmüş çəpərin yanına gəlib, çəpərin üstündən keçməklə əvvəlcə həyətə, oradan isə yaşayış sahəsi hesab edilən evin pəncərəsini özü ilə gətirdiyi vintaçanla açaraq evə qanunsuz daxil olub, qonaq otağından ev sahibi Zərgül Əsgərovanın qardaşı Zərərçəkmiş şəxs məxsus 250 manat dəyərində bir ədəd “LG” markalı, “42LN540V” model, 106 diaqonallı (42 düyüm) televizoru, 200 manat dəyərində “Tefal” markalı qazan dəstini, 200 manat dəyərində “Tefal” markalı çaynik dəstini və 50 manat dəyərində iki nəfərlik çarpayının örtüyünü, ümumilikdə Zərərçəkmiş şəxs 700 manat dəyərində əmlakını gizli yolla talamaqla oğurlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CMin 177.2.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə yaşayır və daimi olaraq heç bir yerdə işləmir. Ailəsini dolandırmaq üçün fəhləlik edir. X5 və onun arvadı X4 tanıyır. Belə ki, sonuncularla eyni kənddə yaşayır. Sonuncularla münasibəti normal olmuş, heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Murad Əsgərov işləmək üçün ailəsi ilə birlikdə Rusiya Federasiyasına gedib orada yaşayır. Murad Əsgərov bir neçə ildən bir ailəsi ilə birlikdə Goranboy rayonu Səfikürd kəndində yerləşən evinə gəlib-gedir. X12 Federasiyasına gedəndə fərdi yaşayış evinə Samux rayonunda yaşayan qaynı Zərərçəkmiş şəxs nəzarət edir. Belə ki, Murad Əsgərov evinə nəzarət etmək üçün qaynı Murada tapşırmış və evin açarlarını da ona vermişdir. Onun pula ehtiyacı olduğu üçün Murad Əsgərovun evindən oğurluq etmək qərarına gəlmişdir. Murad Əsgərovun evində heç kimin olmadığını bilmiş, ona görə də, xx.xx.2024-cü il tarixdə saat 02 radələrində yaşadığı evdən vintaçan götürüb Murad Əsgərovun yaşadığı evin həyətyanı sahəsinin arxasına getmişdir. O, həyətyanı sahənin arxasında olan məftil torun üstündən aşıb həyətə, sonra isə evin yanına gəlmiş və evin yataq otağının plastik pəncərəsini özü ilə gətirdiyi vintaçanla açıb pəncərədən evin yataq otağına daxil olmuşdur. Bundan sonra isə evin qonaq otağına keçmiş və qonaq otağında “LG” markalı plazma televizor olduğunu görmüşdür. Televizoru örtüyün içinə qoymaq üçün yataq otağına keçib çarpayının üzərində olan örtüyü götürüb yenidən qonaq otağına keçmiş və televizoru həmin yataq örtüyünün arasına qoymuşdur. Bundan sonra evin mətbəxinə keçmiş və mətbəxdə iki karobka olduğunu görmüşdür. Həmin karobkaların birinin içərisində təzə qazan dəstinin, digərinin içərisində isə çay dəstinin olduğunu görmüşdür. O, həmin karobkaları və televizoru evə daxil olduğu pəncərədən bir-bir həyətə çıxarmış, sonra isə oğurladığı əşyaları bir-bir evin həyətyanı sahəsinin arxasına, yəni həyətyanı sahəyə girdiyi yerə aparıb yığmışdır. Bundan sonra isə həmin oğurladığı əşyaları məftil torun üstündən keçirib yaşadığı evə aparmışdır. Belə ki, birinci televizoru yaşadığı evə aparmış, sonra isə qayıdıb içərisində qazan və çaydan dəsti olan karobkaları götürüb yaşadığı evə aparmışdır. O, oğurladığı əşyaları yaşadığı evin həyətyanı sahəsində olan təzə tikilidə gizlətmişdir. Oğurladığı əşyaları ailə üzvlərinin heç biri görməmişlər və onun oğurluq etməyindən xəbərləri olmamışdır. Həmin oğurladığı televizor onda olmuş və həmin televizoru təqdim etmişdir. Lakin, çaydan və qazan dəstini isə Gəncə şəhərində yerləşən Dubay adlı bazarda tanımadığı şəxsə satmışdır. Vintaçanla iki nəfərlik çarpayının örtüyünü isə sahəliyə atmışdır. Murad Əsgərovun evindən tək oğurluq etmişdir. Onun oğurluq etməyindən heç kimin xəbəri olmamışdır. Oğurluq etməyindən ailə üzvlərinin heç birinin xəbəri olmamış və oğurluq etməyi ilə bağlı ailə üzvlərinə heçnə deməmişdir. Etdiyi əməldən peşmandır, zərərçəkmiş şəxsə dəyən maddi ziyanı tam ödəmiş, sonuncu ilə barışmış, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti, tələbi və iddiası yoxdur. Odur ki, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Goranboy rayonunun Səfikürd kəndində bacısı X3 məxsus olan fərdi yaşayış evi yerləşir. Həmin ev bacısının həyat yoldaşı X6 məxsusdur və onlar uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayırlar. Sonuncular bir neçə ildən bir gələrək Goranboy rayonunun Səfikürd kəndində yerləşən evdə yaşayırlar. Sonuncu dəfə isə onlar 2023-cü ilin may ayından sentyabr ayınadək olan müddətdə Azərbaycanda olmuşlar. Həmin evə sonuncular burada olmadıqları müddətdə nəzarəti o edir. Həyətyanı sahəyə isə qonşuluqda yaşayan Şahid1 nəzarət edir. Evin giriş qapısının açarları isə yalnız onda olur. Şahid1 evin açarları yoxdur. Bacısı Zərgülün evində heç kim yaşamadığı üçün o, evində olan bəzi əşyalarını gətirib həmin evə qoymuşdur. O, evə nəzarət edərkən evin otaqlarına və həyətə baxmışdır. xx.xx.2024-cü il tarixdə Murad Əsgərovun əmisi oğlu Şahid2 ona zəng edərək evin pəncərələrindən birinin açıq olmasını bildirmişdir. O isə Ramilə yaxın müddətdə kəndə gəlmədiyini və sonuncu dəfə kənddən çıxdıqda isə pəncərələri bağlı halda qoyaraq getdiyini demişdir. Ramil ona zəng etdikdə saat təxminən 18:35 radələri olmuşdur. Həmin gün artıq gec olduğu və yol uzaq olduğu üçün Goranboy rayonunun Səfikürd kəndinə gəlməmiş, xx.xx.2024-cü il tarixdə isə Goranboy rayonunun Səfikürd kəndində yerləşən və bacısı Zərgül Əsgərovaya məxsus olan evə gəlmişdir. O, evə daxil olmazdan əvvəl evin ətrafına baxmaq üçün gəzmiş və bu zaman evin həyətyanı sahəsinə baxan pəncərələrindən birinin açıq olduğunu görmüşdür. Həmin vaxt onunla birlikdə Şahid1 də orada olmuşdur. Bundan sonra Şahid1lə birlikdə evin giriş qapısını açaraq evdən hansısa əşyaların götürülüb-götürülmədiyini yoxlamışlar. Evə daxil olduqda ilk olaraq qonaq otağında olan 1 ədəd, təxminən 500 manat dəyərində olan “LG” markalı, 102 dioqanallı televizorun olmadığını aşkar etmişlər. Daha sonra isə digər otaqlara baxmışlar və evin mətbəxinə daxil olduqda mətbəx mebelinin üzərində olan qablardan iki bağlamanın yerində olmadığını görmüşlər. Həmin bağlamalardan birində təxminən 200 manat dəyərində olan tava dəsti, digərində isə təxminən 200 manat dəyərində olan çaydan dəsti olmuşdur. Həmçinin, pəncərəsi açıq halda olan yataq otağından 50 manat dəyərində 1 ədəd iki nəfərlik çarpayının örtüyünün də evə daxil olan şəxs və yaxud şəxslər tərəfindən oğurlanmasını görmüşlər. Bundan sonra isə polisə müraciət etmək qərarına gəlmiş və Goranboy RPŞ-yə yazılı ərizə ilə müraciət etmişdir. Oğurlanan əmlakın hamısı ona məxsus olmuşdur. Belə ki, bacısı Zərgül Əsgərova işləmək üçün ailəsi ilə birlikdə Rusiya Federasiyasına getmiş və hal-hazırda orada yaşayırlar. Zərgül ailəsi ilə birlikdə Rusiya Federasiyasına işləmək üçün gedərkən evinin açarlarını ona verib nəzarət etməyini xahiş etmişdir. Bu səbəbdən də, o, mütəmadi olaraq Zərgülün fərdi yaşayış evinə gəlib nəzarət etmişdir. Zərgülün evində heç kim yaşamadığı üçün o, evində olan bəzi əşyalarını aparıb bacısının evinə qoymuşdur. Oğurluq zamanı Zərgülə məxsus əşyalar oğurlanmamışdır. Oğurlanan əşyaların hamısı ona məxsusdur və ona maddi ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmişdir, bu səbəbdən də təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayəti, tələbi və iddiası yoxdur, gələcəkdə də olmayacaqdır. Buna dair müvafiq ərizəsini də məhkəməyə təqdim edir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, X7 onun qonşusudur. X8 rayonu Səfikürd kəndində fərdi yaşayış evi vardır. Murad ailəsi ilə birlikdə uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır. Muradgil bir neçə ildən bir gələrək Goranboy rayonunun Səfikürd kəndində yerləşən evlərində yaşayırlar. Sonuncu dəfə isə Muradgil 2023-cü ilin may ayından sentyabr ayınadək olan müddətdə Azərbaycanda olmuşlar. Həmin evə Muradgil burada olmadıqları müddətdə Muradın arvadı X2 qardaşı Zərərçəkmiş şəxs nəzarət edir. Həyətyanı sahəyə isə o nəzarət edir. Evin giriş qapısının açarları yalnız Zərərçəkmiş şəxs olur, onda evin açarları yoxdur, yalnız həyətin darvazasının açarları vardır. O, Muradın həyətyanı sahəsində olan ağaclara qulluq edir. Bəzi vaxtlar Muradın əmisi oğlu və qonşuları Şahid2 saxladığı heyvanları Muradın həyətinə keçirib otarır. xx.xx.2024-cü il tarixdə saat 18:35 radələrində Ramil heyvanlarını Muradın həyətyanı sahəsinə keçirmiş, həmin vaxt Ramil evin pəncərəsinin birinin açıq olduğunu görmüş, ona görə də Zərərçəkmiş şəxs zəng edib evin pəncərəsinin açıq olduğunu demişdir. Zərərçəkmiş şəxs da Ramilə yaxın müddətdə kəndə gəlmədiyini və sonuncu dəfə kənddən çıxdıqda isə pəncərələri bağladığını demişdir. Həmin gün gec olduğu və yol uzaq olduğu üçün Zərərçəkmiş şəxs Goranboy rayonunun Səfikürd kəndinə gəlməmişdir. xx.xx.2024-cü il tarixdə isə Zərərçəkmiş şəxs Goranboy rayonunun Səfikürd kəndində yerləşən və Murad Əsgərova məxsus olan evə gəlmiş, Zərərçəkmiş şəxs evə daxil olmazdan əvvəl onunla birlikdə evin ətrafına baxmaq üçün gəzmişlər və bu zaman evin həyətyanı sahəsinə baxan pəncərələrindən birinin açıq olmasını görmüşlər. Bundan sonra Zərərçəkmiş şəxs onunla birlikdə evin giriş qapısını açıb evdən hansısa əşyaların götürülüb-götürülmədiyini yoxlamışlar. Evə daxil olduqda ilk olaraq qonaq otağında olan 1 ədəd LG markalı, 102 dioqanallı televizorun olmadığını aşkar etmişlər. Daha sonra isə digər otaqlara baxmışlar. Evin mətbəxinə daxil olduqda mətbəx mebelinin üzərində olan qablardan iki bağlamanın yerində olmadığını görmüşlər. Həmin bağlamalardan birində tava dəsti, digərində isə çaydan dəsti olmuşdur. Həmçinin pəncərəsi açıq halda olan yataq otağından 1 ədəd iki nəfərlik çarpayı örtüyünün də oğurlanmasını görmüşlər. Ona görə də, Zərərçəkmiş şəxs ərizə ilə Goranboy RPŞ-yə müraciət etmişdir. X9 evindən oğurluq edən şəxsin Goranboy rayonu Tatarlı kəndində yaşayan Təqsirləndirilən şəxs olduğunu bilmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Götürmə aparılması haqqında” Goranboy RPŞ-nin İB-nin 19 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs nəzarət etdiyi bacısı X3 məxsus Goranboy rayonu Safıkürd kəndi ərazisində yerləşən fərdi yaşayış evindən oğurladığı bir ədəd LG markalı 102 diaqonallı televizor iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür; “Qətimkan tədbirinin seçilməsi barədə” 22 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir; “Maddi sübut kimi tanıma haqqında” 04 noyabr 2024-cü il tarixli qərardan görünür ki, istintaq zamanı götürülmüş bir ədəd LG markalı 102 diaqonallı televizor iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 333.1, 333.2, 333.4 və 66.3-cü maddələri ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası CM-nin 77-ci maddəsinə əsasən 01 il 05 ay 08 gün azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuş, Moskva şəhər Kikulinski şəhər məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən RFCM-nin 162-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib 04 il müddətdə azadlıqdan məhrum edilmişdir; Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 dekabr 2024-cü il tarixli 9/9318 nömrəli rəyindən görünür ki, 01 ədəd “LG” markalı, “42LN540V” model, 106 diaqonal (42 düyüm) televizorun orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin aprel ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 250,00 manat müəyyən olunur. Qərarda qeyd edilən digər 03 adda mallar barədə kifayət qədər ətraflı məlumat (markası, modeli, istesal yeri, ölçüləri, sayı vəs.) olmadığından həmin mallar üzrə tədqiqat aparılmamışdır. Qeyd: tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir; Zərərçəkmiş şəxs Goranboy Rayon Məhkəməsində tərtib və təqdim etdiyi 13 fevral 2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs ilə barışmışdır, onun Təqsirləndirilən şəxs heç bir şikayəti, tələbi və iddiası yoxdur, gələcəkdə də olmayacaqdır, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Adı çəkilən Qərarın 4-cü bəndinə əsasən özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Həmin Qərarda, həmçinin göstərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-in 16.2-ci maddəsinə müvafiq olaraq, CM-in 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-in 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda, həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə qeyd edir ki, mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs özgəyə, yəni Zərərçəkmiş şəxs nəzarətində olan fərdi yaşayış evinə qanunsuz daxil olmaqla sonuncunun 700 manat dəyərində əmlaklarını gizli olaraq talayaraq, zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. CM-in 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: -törətdiyi əməli etiraf edib peşman olmasını; -zərərçəkmiş şəxsə dəyən maddi ziyanı tam ödəməsini, sonuncu ilə barışmasını və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını; -yaşayış və qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Goranboy rayon icra hakimiyyəti başçısının tatarlı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamə). Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: -yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; -elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; -məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; -müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş ”polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - bir ədəd “LG” markalı, “42LN540V” model, 106 diaqonallı (42 düyüm) televizorun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, iş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət büdcəsinin hesabına tutulmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə əlavə olaraq qeyd edir ki, Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etməsinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 6 (altı) iş saatına görə hər iş saatına 6 (altı) manat hesab edilməklə 36 (otuz altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy Rayon Vəkil Bürosunun hesabına tutulmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Goranboy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut - bir ədəd “LG” markalı, “42LN540V” model, 106 diaqonallı (42 düyüm) televizorun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət büdcəsinin (Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) hesabına tutulsun. Vəkil Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 6 (altı) iş saatına görə 36 (otuz altı) manat məbləğində vəsait dövlət büdcəsindən Goranboy Rayon Vəkil Bürosunun hesabına tutulsun. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №1(045)-19/2025
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-19/2025
13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver