Məhkəmə qərarları › İş №1(045)-2/2024

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-2/2024

16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-2/2024 16.05.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs və nümayəndəsi Göygöl Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Gəncə Şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, xx.xx.1982-ci ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 5 (beş) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmamış, Goranboy rayonu Xanqərvənd kəndində qeydiyyatda olan və yaşamış, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.3, 177.2.4, 186.2.1 və 186.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olaraq özgənin xeyli miqdarda əmlakını gizli yolla talamaqla oğurluq etmiş və özgənin külli miqdarda əmlakını qəsdən yandırmaqla məhv etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2022-ci ilin may ayının 26-da istintaqa məlum olmayan saatda qəsdən özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaq məqsədi ilə Zərərçəkmiş şəxs yaşadığı Goranboy rayonu Xanqərvənd kəndində yerləşən evinin həyətinə qanunsuz daxil olduqdan sonra həyətdə yerləşən yaşayış sahəsi hesab edilən evin zala açılan pəncərisini zor tətbiq etməklə açaraq evin otağına daxil olmuş və evin yataq otağında yerləşən dəmir seyfin əvvəlcə qapısının kilidini istintaqla müəyyən edilməyən alətlə zor tətbiq etməklə sındırıb seyfi açdıqdan sonra seyfin içəri hissəsində yerləşən kiçik ölçülü saxlanc yeri olan seyfin bağlı halda olan kilidini də sındırmaq yolu ilə açdıqdan sonra həmin saxlanc yerindən Zərərçəkmiş şəxs məxsus olan bir ədəd sellofan torbada qızıl qutularının içərisində olan Rusiya istehsalı, 583 əyarlı, 12 qram çəkidə, üzəri brilyant qaşlarla bəzədilmiş, dəyəri 970 manat olan 1 ədəd qızıl nişan üzüyünü, dəyəri 2000 manat olan, 583 əyarlı, 21,9 qram çəkidə 1 ədəd Rusiya istehsalı, kənarları çıxıntılı, şam ağacı formasında olan bilərziyi, dəyəri 1600 manat olan, 583 əyarlı, 9,4 qram çəkidə, Rusiya istehsalı 1 ədəd qızıl sırğa-üzük dəstinin üzüyünü, dəyəri 3500 manat olan, 750 əyarlı, 12,5 qram çəkidə 1 cüt, İtalya istehsalı, brilliant qaşlarla bəzədilmiş üzük-sırğa dəstinin sırğalarını, bir ədədinin dəyəri 1200 manat olan, Rusiya istehsalı, 950 əyarlı, 10 qramlıq 3 ədəd onluq qızılı, dəyəri 600 manat olan, 950 əyarlı, Rusiya istehsalı, 5 qramlıq 1 ədəd beşlik qızılı, dəyəri 200 manat olan, 583 əyarlı, 3,1 qram çəkidə üzərində “Gülüzar” sözü yazılmış, 1 ədəd Rusiya istehsalı qızıl qolbağı, dəyəri 250 manat olan, 583 əyarlı, 2 qram çəkidə, Rusiya istehsalı, ortasında “Sapfir” (göy) rəngli iri qaşı, həmin qaşın kənarlarını əhatə edən xırda ölçülü çıxsaylı yaşlı qaşlar olan 1 ədəd qızıl üzüyü, dəyəri 600 manat olan, 750 əyarlı, 5,3 qram çəkidə 1 ədəd İtalya istehsallı qızıl sep klonu ilə birlikdə, dəyəri 500 manat olan, 583 əyarlı, 5,5 qram çəkidə 1 ədəd üzəri brilyant qaşlarla bəzədilmiş qızıl kişi, nişan üzüyünü, dəyəri 800 manat olan, 583 əyarlı, 10 qram çəkidə içərisində “İlqar+Gülüzar” sözləri yazılmış, Rusiya istehsallı, 1 ədəd qızıl üzüyü, dəyəri 600 manat olan, 750 əyarlı, 4,2 qram çəkidə İtalya istehsalı, 1 ədəd qızıl üzüyü, həmin seyfin saxlanc yerində tünd yaşıl rəngli sellofanın içərisində saxlanılan Zərərçəkmiş şəxs məxsus Azərbaycan manatının ekvialenti ilə 29274 manat dəyərində olan 17220 ABŞ dollarını və Azərbaycan manatının ekvialenti ilə 1005,51 manat dəyərində olan 550 avronu qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 45499,51 (qırx beş min dörd yüz doxsan doqquz manat əlli bir qəpik) manat məbləğində ziyan vurmaqla qəsdən yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli yolla talamaqla oğurluq etmiş və törətdiyi cinayətin izlərini itimək üçün Zərərçəkmiş şəxs məxsus olan Goranboy rayonu Xanqərvənd kəndində yerləşən ümumi sahəsi 196 kmv.m olan, bir mərtəbəli, kürsülü, 5 otaqdan ibarət fərdi yaşayış evini içərisindəki əşyalarla birlikdə alov vurub qəsdən yandırmaqla evin içərisində olan Zərərçəkmiş şəxs məxsus 1 ədəd 2800 manat dəyərində yataq otağı üçün mebel dəstini, 1 ədəd 3600 manat dəyərində yataq otağı üçün mebel dəstini, 1 ədəd 3300 manat dəyərində yataq otağı üçün mebel dəstini, 1 ədəd təxminən 7800 manat dəyərində qonaq otağı üçün mebel dəstini (divan kreslo ilə birlikdə), 1 ədəd 1000 manat dəyərində stolu və 8 ədəd stulları, 1 ədəd 700 manat dəyərində “Regulyar” markalı 107 diaqonallı LCD televizoru, 1 ədəd 1500 manat dəyərində mətbəx üçün mebel dəstini, 1 ədəd dəyəri 400 manat dəyərində olan “Orsk” markalı soyuducunu, 1 ədəd 700 manat dəyərində “Samsung” markalı paltaryuyan maşını, 1 ədəd 90 manat dəyərində 20 litr tutumlu “Ariston” markalı elektrikli su qızdırıcısını, 690 manat dəyərində stolu və 6 ədəd stulları, ümumi dəyəri 1380 manat olan 6 ədəd qazan dəstini 1 ədəd 980 manat dəyərində 3x6 ölçüdə İran gəbəsini, 3 ədəd ümumi dəyəri 840 manat olan 2x3 ölçüdə İran gəbəsini, 3 ədəd ümumi dəyəri 1050 manat olan 3x3 ölçüdə İran gəbəsini, 4 ədəd ümumi dəyəri 720 manat olan qoşa çarpayı üçün nəzərdə tutulmuş Türkiyə istehsallı pastel dəstini, 3 ədəd ümumi dəyəri 720 manat olan tək çarpayı üçün nəzərdə tutulmuş pastel dəstini, 6 ədəd ümumi dəyəri 900 manat olan Azərbaycan istehsalı yun materialdan hazırlanmış yorğanı, 8 ədəd ümumi dəyəri 480 manat olan qaz tükündən hazırlanmış yastığı, 2 ədəd Türkiyə istehsallı ümumi dəyəri 700 manat olan qoşa çarpayı üçün nəzərdə tutulmuş örtüyü, 3 ədəd Türkiyə istehsalı ümumi dəyəri 1200 manat olan qoşa çarpayı üçün nəzərdə tutulmuş örtüyü, 1 çemodan Türkiyə istehsalı dəyəri 360 manat olan qaşıq-çəngəl dəstini, 1 ədəd Çexiya istehsalı 700 manat dəyərində güldanı, 2 ədəd ümumi dəyəri 800 manat olan Çexiya istehsalı vazanı, 2 ədəd ümumi dəyəri 1600 manat olan Yuqoslaviya istehsalı nahar servis dəstini, 2 ədəd ümumi dəyəri 600 manat olan Çexiya istehsalı çaynı servis dəstini, 1 ədəd dəyəri 150 manat olan Çexiya istehsalı çaynı servis dəstini, 1 ədəd Koreya istehsalı 330 manat dəyərində “Samsung” markalı su ilə işləyən tozsoranı, 1 ədəd 280 manat dəyərində Türkiyə istehsalı “Beko” markalı tozsoranı, 20 metr uzunluğunda Türkiyə istehsalı dəyəri 200 manat olan parçanı, 30 metr uzunluğunda Türkiyə istehsalı dəyəri 300 manat olan parçanı, 1 ədəd Türkiyə istehsalı 350kv.m-lik 3300 manat dəyərində kombini, 10 ədəd aliminium materialından olan İtalya istehsalı ümumi dəyəri 3200 maant olan radiatoru, 1 ədəd Türkiyə istehsalı “Galaxy” markalı 100 kv.m-lik 1200 manat dəyərində kondisioneri, 1 ədəd 400 manat dəyərində Türkiyə istehsalı çilçırağı, 1 ədəd 300 manat dəyərində Türkiyə istehsalı çilçırağı, 1 ədəd 250 manat dəyərində Türkiyə istehsalı çilçırağı, 1 ədəd 1500 manat dəyərində Türkiyə istehsalı çilçırağı, 1 ədəd 70 manat dəyərində Türkiyə istehsalı çilçırağı , evin 9x18 metr ölçüdə 4300 manat dəyərindəki dəmir konstruksiyadan çardağı və 196 kv.m ümumi sahədən ibarət olan bir mərtəbəli, beş otaqlı 68 645 manat dəyərində olan yaşayış evini yandırmaqla məhv edərək zərəcəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 118 235 (yüz on səkkiz min iki yüz otuz beş) manat miqdarında ziyan vurmaqla Zərərçəkmiş şəxs külli miqdarda əmlakını qəsdən yandırmaqla məhv etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilmiş Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, yaşadığı kənd ərazisində meyvə sataraq dolanışığını həyata keçirir. Həmkəndlisi olan Zərərçəkmiş şəxs müxtəlif dövlət orqanlarına etmiş olduğu çoxsaylı müraciətlərlə tanışdır. Zərərçəkmiş şəxs və ailə üzvləri ilə onun münasibətləri yaxşı olmuşdur. Aralarında heç bir narazılıq olmamışdır. Lakin Zərərçəkmiş şəxs məxsus olan, Goranboy rayonu Xanqərvənd kəndində yerləşən fərdi yaşayış evi yandıqdan sonra Zərərçəkmiş şəxs onun barəsində şikayətlər etməyə başlamışdır. Lakin bu şikayətlərin heç bir əsası olmamışdır. Onun Zərərçəkmiş şəxs evindən baş vermiş oğurluq və yanğın hadisəsi ilə heç bir əlaqəsi yoxdur. O, Zərərçəkmiş şəxs evində baş verən oğurluq və yanğın hadisəsinin kimin tərəfindən törədilməsini bilmir. O, 2022-ci ilin may ayının 26-da yuxudan oyandıqdan sonra yaşadığı evdə olmuş. Həmin gün saat 14 radələrindən sonra dayısı oğlu, həmin vaxt Goranboy RPŞ-də əməliyyatçı vəzifəsində işləyən Şahid17la birlikdə yemək yemək üçün Goranboy rayonu Xanqərvənd kənd ərazisində yerləşən “Xan” şadlıq sarayının restoranında yemək yemiş və saat 21 radələrində restoranda olan zaman Zərərçəkmiş şəxs evinin yandığını bildiyidən kömək məqsədi ilə Zərərçəkmiş şəxs evinin həyətinə getmişdir. O, həmin gün Məhbubə ilə küsülü olduğundan Məhbubə ilə görüşmək üçün həmin küçəyə getmişdir. Belə ki, Məhbubə də İlqarın yaşadığı küçədə yaşayır. Ancaq o, Məhbubə ilə rastlaşan zaman Məhbubə evə daxil olduğu üçün onunla görüşməmişdir. Məhbubə ilə qarşılaşdıqda Məhbubə evə daxil olduğundan o, Məhbubə ilə söhbət edə bilməmişdir. O, Məhbubə ilə onun evinin həyətinin giriş qapısının qarşısında rastlaşmışdır. O, Teymura, Mahmuda və Elzaminə oğurluq edəcəyi barədə heç bir söz deməmişdir. Zərərçəkmiş şəxs evindən dəqiq olaraq hansı məbləğdə pulun oğurlandığını bilmir. O, 2022-ci ilin sentyabr ayında Şahid7 ilə Yevlax rayonu ərazisində kafelərin birində yemək yeyərək söhbət etmişdir. Həmin söhbət əsnasında dəqiq olaraq nə danışdığını xatırlamır. O, oğurluq hadisəsi törətməmişdir. Çırağın heç bir məlumatı olmamışdır. O, 2022-ci ilin iyuniyul aylarında Şahid10 üzük hədiyyə etmişdir. Həmin üzük arvadı Şahid16 Tariyel qızına məxsus olmuşdur. Həmin üzüyü də Şahid10 “İnşaatçılar” yox, “Memar Əcəmi” metrostansiya yaxınlığında yerləşən lombardda satmışdır. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, Məhbubə ilə barışa bilmədiyi üçün yenidən evinə geri qayıtmış, günorta vaxtları təxminən saat 15-16 radələrində qohumu Çıraq ona zəng edərək “Xan” şadlıq sarayının restoranına birlikdə yemək yeməyə getmişlər və Zərərçəkmiş şəxs evinin yanma xəbəri gələnə, təqribən saat 21 radələrinə kimi restoranda olmuşlar. İlqarın evindən oğurlanmış vəsaitin məbləği haqda məlumat ictimaiyyət arasında geniş yayıldığından və hər kəs kimi o da bundan məlumatlı olduğundan vəsaitin məbləğini polis əməkdaşı Elgünə dəqiq demişdir. Ümumiyyətlə Elgünlə söhbət edərkən o, narkotik vasitə və spirtli içki qəbul etdiyi üçün sərxoş olmuşdur, ona görə də söylədiyi fikirlər onun həqiqi iradəsini əks etdirməmişdir. İbtidai istintaq zamanı onun əleyhinə toplanmış sübutların heç biri mötəbər və həqiqətə uyğun deyildir. Yekunda Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Goranboy rayonu Xanqərvənd kəndində qeydiyyatda olmaq həmin kənddə yerləşən özünə məxsus olan fərdi yaşayış evində ailə üzvləri ilə, yəni arvadı Şahid1 və oğlu Şahid15 ilə birlikdə yaşayır. Onun oğlu Şahid15 2022-ci ilin fevral ayında əslən Gəncə şəhərindən olan və hazırda Gəncə şəhərində yaşayan arvadı X1 boşanmışdır. O və arvadı Şahid1 Naftalan şəhərində yerləşən özlərinə məxsus olan “730 Dokta” aptekində işləyirlər. Oğlu Şahid15 isə Naftalan şəhərində yerləşən ərzaq mağazasında işləyir. Buna görə də onların hər üçü səhər saatlarında evdən çıxaraq işlədikləri Naftalan şəhərinə gedir və saat təxminən 21 radələrində yaşadıqları Xanqərvənd kəndinə qayıdlar. 26 may 2022-ci il tarixdə saat 08:15-də o, arvadı Gülüzar və oğlu Sübhan ona məxsus olan “Pajero” markalı avtomobil ilə yaşadıqları kənddən çıxaraq Naftalan şəhərinə işə getmişdirlər. Həmin gün saat 21:01-də onunla Xanqərvənd kəndində qonşu yaşayan əmisi nəvəsi X6 arvadı Gülüzara zəng edərək Xanqərvənd kəndində yerləşən evinin yandığını bildirmişdir. Həmin vaxt o, aptekdə arvadı Gülüzarla birlikdə olmuşdur. O, evinin yandığını bildikdən sonra dərhal arvadı Gülüzarla birlikdə avtomobilə əyləşərək yaşadığı Xanqərvənd kəndinə yola düşmüşdür. O, yaşadığı evə təxminən 10 dəqiqə sonra çatmışdır. O, evin qarşısına çatdıqda evin həyət qapısının açıq olduğunu və kənd sakinlərinin onun evinin həyətində olduğunu görmüşdür. O, evin həyətinə girərək evin giriş qapısına yaxınlaşmış və qapını açarla açmışdır. O, qapını açdıqda yanğın daha da şiddətlənmişdir. Yanğın şiddətləndiyi üçün onun evin giriş qapısından evə daxil olması mümkün olmamışdır. Buna görə də, o, evin arxa hissəsinə keçərək seyf olan otağa daxil olmaq istəmişdir. O, evin arxa hissəsində yerləşən yataq otağına pəncərədən daxil olmaq istəyən zaman Goranboy rayon yanğından mühafizə hissəsinin əməkdaşları onun yanan evinin həyətinə daxil olmuşdurlar. O, dərhal yanğınsöndürənlərə evinə daxil olaraq evində içərisində pul və qızıl-zinət əşyaları olan seyfi çıxarmalarını istəmişdir. Bu zaman adını bilmədiyi yanğınsöndürənlə birlikdə evin arxa hissəsində yerləşən yataq otağının pəncərəsini qıraraq açmış və yanğınsöndürənlə yataq otağına daxil olmuşdur. Yanğınsöndürən yataq otağına daxil olan zaman o, pəncərədən yanğınsöndürəni müşahidə edərək yanğınsöndürəndən seyfi çıxarmasını xahiş etmişdir. O, dəqiq olaraq yanğınsöndürənin hərəkətlərini görə bilmişdir, çünki pəncərədən baxdıqda otaq açıq şəkildə görünmüşdür. Yanğınsöndürən seyfə yaxınlaşaraq seyfi itələyərək pəncərəyə tərəf gətirmiş və bu zaman o, pəncərədən seyfə baxdıqda seyfin qapısının açıq olduğunu görmüşdür. O, diqqətlə seyfə baxdıqda seyfin iç hissəsində olan saxlanc yerinin də qapısının açıq olduğunu və seyfin içərisində olan sənədlərindən başqa pulların və qızıl-zinət əşyalarının olmadığını görmüşdür. Bu zaman o, seyfdə olan qızıl-zinət əşyaların və pulun oğurlandığını bilmişdir. Buna görə də, ilk öncə seyfi evdən çıxarmamışdır. Saat təxminən 23 radələrində polis əməkdaşlarının iştirakı ilə seyf evdən çıxarılmış və seyf maddi sübut kimi əhəmiyyət kəsb etdiyindən polis əməkdaşları tərəfindən götürülmüşdür. O, ilk öncə evin həyətinə daxil olduqda evin ətrafında gəzərək evə daxil olmaq üçün yer axtarmışdır. Bu zaman sadəcə evin arxa hissəsində zaldan açılan pəncərənin açıq olduğunu görmüşdür. Buna görə də, oğurluq edən şəxsin evinə zaldan açılan pəncərədən daxil olduğunu güman etmişdir. Ancaq alov zalı tamamilə əhatə etdiyindən evin zalına daxil olmaq mümkün olmamışdır. O, 26 may 2022-ci ildə saat 21:15 radələrində yaşadığı evin yataq otağında olan seyfə baxdıqda seyfin qapılarının açıq olduğunu və içərisində olan qızıl-zinət əşyaları ilə pullarının oğurlandığını aşkar etmişdir. Bundan başqa o, seyfin içinə baxdıqda seyfin birinci qapısının qıfılının seyfin içinə düşmüş vəziyyətdə və qıfılın hissələrinin seyfin içərisinə dağılmış vəziyyətdə, bundan başqa qıfılın dilinin əyilmiş vəziyyətdə olduğunu görmüşdür. O, evdən çıxan zaman evin pəncərələri və giriş qapısı bağlı vəziyyətdə olmuşdur. O, evdən çıxan zaman işığı və qazı kökdən bağlamışdır. Onun evinin yataq otağında, yəni oğlu Şahid15 yatdığı yataq otağında olan seyfin içərisindəki saxlanc yeri kimi istifadə edilən kiçik ölçülü qapaqlı, açarla bağlanan yerdən 17220-17240 (on yeddi min iki yüz iyirmi-on yeddi min iki yüz qırx) ABŞ dolları arasında pulu, 550 (beş yüz əlli) avro pulu və 15000 (on beş min) manat dəyərində qızılzinət əşyaları oğurlanmışdır. O, ilkin olaraq ifadə verən zaman həyəcanlı olduğundan ABŞ dolları pulunun dəqiq miqdarını göstərməmişdir. Belə ki, onun seyfində, seyfin iç gözündə olan hissədə rezinlə bağlanmış şəkildə 10000 (on min) ABŞ dolları pulu, təxminən 7220- 7240 (yeddi min iki yüz iyirmi-yeddi min iki yüz qırx) ABŞ dolları pulu rezinlənmiş şəkildə olan 10000 (on min) ABŞ dolları pulunun üzərində olmuşdur. Təxminən 220-240 (iki yüz iyirmi-iki yüz qırx) ABŞ dolları pulu birlik, ikilik, beşlik və iyirmilik ABŞ dolları əskinasları şəklində olmuşdur. Buna görə də dəqiq miqdarını xatrılaya bilməmişdir. Lakin təxminən 220-240 (iki yüz iyirmi-iki yüz qırx) ABŞ dolları olmuşdur. Yəni ümumilikdə onun 17220- 17240 (on yeddi min iki yüz iyirmi-on yeddi min iki yüz qırx) ABŞ dolları arasında pulu oğurlanmışdır. Onun oğurlanan 17220-17240 (on yeddi min iki yüz iyirmi-on yeddi min iki yüz qırx) ABŞ dolları arasında pulu və 550 (beş yüz əlli) avro pulu bir yerdə 1 ədəd ağ rəngli zərfin içərisində olmuşdur. Həmin zərf isə tünd yaşıl rəngli sellofan torbanın içərisində seyfin iç gözündə olmuşdur. Oğurlanan qızıl-zinət əşyaları hər biri öz qutusunda olmaqla ümumilikdə bir ədəd sellofan torbanın içərisində seyfin iç gözündə olmuşdur. O, qazanc əldə edən zaman pulları ABŞ dollarına və avroya çevirərək saxlamışdır. Həmin pulu hissə-hissə yığmışdır. O, oğurlanan ABŞ dolları pulunu və avronu qara bazarda valyuta dəyişən tanımadığı şəxslərdən hissə-hissə almışdır. Onun ümumilikdə 14 adda qızıl-zinyət əşyaları oğurlanmışdır. Onun oğlu Sübhanın nişanlısı üçün aldığı 1 ədəd Rusiya istehsalı olan, 583 əyarlı, 12 qram çəkidə, üzəri brilyant qaşlarla bəzədilmiş, dəyəri 970 manat olan 1 ədəd qızıl nişan üzüyü. Oğurluq hadisəsi baş verən zaman dəyəri təxminən 2000 manat olan, 583 əyarlı, 21,9 qram çəkidə arvadı Gülüzara məxsus 1 ədəd Rusiya istehsalı olan, kənarları çıxıntılı (şam ağacı, yəni yolka formasında) bilərzik. Oğurluq hadisəsi baş verən zaman dəyəri təxminən 1600 manat olan, 583 əyarlı, 9,4 qram çəkidə, Rusiya istehsalı olan, arvadı Gülüzara məxsus 1 ədəd qızıl sırğa-üzük dəstinin üzüyü (həmin dəstin sırğaları onun yataq otağında termonun sürməsində olmuşdur, hadisədən sonra sürməyə baxdıqda sırğanı oradan tapmışdır, sırğa oğurlanmamışdır). Oğurluq hadisəsi baş verən zaman dəyəri təxminən 3500 manat olan, 750 əyarlı, 12,5 qram çəkidə keçmiş gəlini Lalə Qədimovaya məxsus 1 cüt İtalya istehsalı olan, brilyant qaşlarla bəzədilmiş üzük-sırğa dəstinin sırğaları (həmin dəstin üzüyü keçmiş gəlini Lalə Qədimovada olmuşdur, oğurlanmamışdır). Oğurluq hadisəsi baş verən zaman bir ədədinin dəyəri təxminən 1200 manat olan, Rusiya istehsalı olan, 950 əyarlı, 10 qramlıq 3 ədəd onluq qızıl. Oğurluq hadisəsi baş verən zaman bir ədədinin dəyəri təxminən 600 manat olan, 950 əyarlı, Rusiya istehsalı olan, 5 qramlıq 1 ədəd beşlik qızıl. Oğurluq hadisəsi baş verən zaman dəyəri təxminən 200 manat olan, 583 əyarlı, 3,1 qram çəkidə nəvəsi Gülüzara məxsus olan, üzərində “Gülüzar” sözü yazılmış, 1 ədəd Rusiya istehsalı olan, qızıl qolbağı. Oğurluq hadisəsi baş verən zaman dəyəri təxminən 250-300 manat olan, 583 əyarlı, 2 qram çəkidə arvadım Gülüzara məxsus olan, Rusiya istehsalı olan, ortasında “Sapfir” (göy) rəngli iri qaşı, həmin qaşın kənarlarını əhatə edən xırda ölçülü çıxsaylı yaşlı qaşlar olan 1 ədəd qızıl üzük. Oğurluq hadisəsi baş verən zaman dəyəri təxminən 600 manat olan, 750 əyarlı, 5,3 qram çəkidə keçmiş gəlini Lalə Qədimovaya məxsus 1 ədəd İtalya istehsallı qızıl sep klonu ilə birlikdə. Oğurluq hadisəsi baş verən zaman dəyəri təxminən 500 manat olan, 583 əyarlı, 5,5 qram çəkidə oğlu Sübhana məxsus Rusiya istehsallı, 1 ədəd üzəri brilyant qaşlarla bəzədilmiş qızıl kişi, nişan üzüyü. Oğurluq hadisəsi baş verən zaman dəyəri təxminən 800 manat olan, 583 əyarlı, 10 qram çəkidə arvadı Gülüzara məxsus, içərisində “İlqar+Gülüzar” sözləri yazılmış, Rusiya istehsallı, 1 ədəd qızıl üzük. Oğurluq hadisəsi baş verən zaman dəyəri təxminən 600 manat olan, 750 əyarlı, 4,2 qram çəkidə arvadı Gülüzara məxsus İtalya istehsallı, 1 ədəd qızıl üzük oğurlanmışdır. Oğurlanan qızıl-zinət əşyalarının ümumi dəyəri təxminən 15000 manat olmuşdur. Qızılzinət əşyalarının pasportları olmamışdır. Oğurlanan qızıl-zinət əşyalarından 4 ədədinin, yəni oğurluq hadisəsi baş verən zaman dəyəri təxminən 1600 manat olan, 583 əyarlı, 9,4 qram çəkidə, Rusiya istehsalı olan, arvadı Gülüzara məxsus 1 ədəd qızıl sırğa-üzük dəstinin sırğalarının şəklini təqdim edə bilər, həmin dəstin sırğaları onun yataq otağında termonun sürməsində olmuşdur, hadisədən sonra sürməyə baxdıqda sırğanı oradan tapmış, sırğa oğurlanmamışdır. Buna görə də həmin sırğadan üzüyün formasını müəyyən etmək mümkündür. Bundan başqa, oğurluq hadisəsi baş verən zaman dəyəri təxminən 3500 manat olan, 750 əyarlı, 12,5 qram çəkidə keçmiş gəlini Lalə Qədimovaya məxsus 1 cüt İtalya istehsalı olan, brilyant qaşlarla bəzədilmiş üzük-sırğa dəstinin sırğalarının fotoşəklini təqdim edə bilər. Eyni zamanda həmin sırğanın əks edildiyi fotoda 1 ədəd qızıl sep ilə klonun şəkli də əks edilmişdir. Həçinin oğurluq hadisəsi baş verən zaman bir ədədinin dəyəri təxminən 1200 manat olan, Rusiya istehsalı olan, 950 əyarlı, 10 qramlıq 1 ədəd onluq qızılın şəklini təqdim edə bilər. Bundan başqa oğurluq hadisəsi baş verən zaman dəyəri təxminən 250-300 manat olan, 583 əyarlı, 2 qram çəkidə arvadı Gülüzara məxsus olan, Rusiya istehsalı olan, ortasında “Sapfir” (göy) rəngli iri qaşı, həmin qaşın kənarlarını əhatə edən xırda ölçülü çıxsaylı yaşlı qaşlar olan 1 ədəd qızıl üzüyün fotoşəklini təqdim edə bilər. O, dəyəri təxminən 1600 manat olan, 583 əyarlı, 9,4 qram çəkidə olan arvadı Gülüzara məxsus olan üzük-sırğa dəstinin sırğalarının fotoşəklini həmin dəstin sırğaları oğurlanmadığından, yataq otağında termoda qaldığndan sırğaların şəklini çəkərək təqdim edə bilər. Dəyəri təxminən 3500 manat olan, 750 əyarlı, 12,5 qram çəkidə keçmiş gəlini Lalə Qədimovaya məxsus 1 cüt İtalya istehsalı olan, brilyant qaşlarla bəzədilmiş üzük-sırğa dəstinin sırğalarının fotoşəklini və 1 ədəd qızıl sep ilə klonun şəklini keçmiş gəlini Lalə Qədimovadan götürərək təqdim edə bilər. Belə ki, 2022-ci ilin fevral ayından etibarən X4 boşanaraq yaşadığı evdən Gəncə şəhərinə ata evinə getmişdir. Həmin foto şəkil keçmiş gəlinində qalmışdır. Fotoda əks edilən qadın onun keçmiş gəlini Lalə Qədimovadır. Lalə Qədimovanın qulağında olan sırğa, boynunda olan qızıl sep və klon oğurlanan qızıl-zinyət əşyalarının içərisində olmuşdur. Dəyəri təxminən 1200 manat olan, Rusiya istehsalı olan, 950 əyarlı, 10 qramlıq 1 ədəd onluq qızılın şəklini təxminən 2022-ci ilin yanvar ayında 1 ədəd qızıl onluq alan zaman onluq qızılın şəklini çəkərək arvadı Gülüzara “Whatsapp” tətbiqi vasitəsi ilə göndərmişdir. Buna görə də həmin şəkil telefonunda qalmışdır. Dəyəri təxminən 250-300 manat olan, 583 əyarlı, 2 qram çəkidə, ortasında “Sapfir” (göy) rəngli iri qaşı, həmin qaşın kənarlarını əhatə edən xırda ölçülü çıxsaylı yaşlı qaşlar olan 1 ədəd qızıl üzüyün fotoşəklini keçmiş gəlini Lalə Qədimovadan götürmüşdür. Belə ki, 2015-ci ildə Lalə Qədimova yaşadığı evə gəlin gələn zaman el adətinə uyğun olaraq “stolda oturmuram” dediyindən o, evdə olan Gülüzara məxsus həmin ortasında “Sapfir” (göy) rəngli iri qaşı, həmin qaşın kənarlarını əhatə edən xırda ölçülü çıxsaylı yaşlı qaşlar olan 1 ədəd qızıl üzüyü gəlini lalə Qədimovanın barmağına taxmışdır. Bundan sonra gəlini lalə Qədimova stolda əyləşmiş və həmin vaxt gəlini Lalə Qədimova ilə oğlu Şahid15 fotoşəkli çəkilmişdir. Həmin fotoşəkildə sözügedən üzük tam olaraq əks edilmişdir. Oğurluq hadisədən sonra Lalə Qədimova həmin fotoşəkili ona vermişdir ki, istintaqa təqdim etsin. Boşanma prosessi tam olaraq başa çatmadığından və gəlini Lalə Qədimova ona məxsu olan qızıl-zinyət əşyalarını istəmədiyindən qızıllar müvəqqəti olaraq onun yaşadığı evdə seyfdə olmuşdur. Onun evinin yanması nəticəsində 1 ədəd təxminən 2800 manat dəyərində Yataq otağı üçün mebel dəsti, 1 ədəd təxminən 3600 manat dəyərində Yataq otağı üçün mebel dəsti, 1 ədəd təxminən 3300 manat dəyərində Yataq otağı üçün mebel dəsti, 1 ədəd təxminən 7800 manat dəyərində Qonaq otağı üçün mebel dəsti (divan kreslo ilə birlikdə), 1 ədəd 1000 manat dəyərində Stol 8 ədəd stulları ilə birlikdə, 1 ədəd 700 manat dəyərində Televizor LCD “Regulyar” 107 diaqonal, 1 ədəd 1500 manat dəyərində Mətbəx üçün mebel dəsti, 1 ədəd 400 manat dəyərində “Orsk” markalı Soyuducu, 1 ədəd 700 manat dəyərində Paltaryuyan maşın “Samsung”, 1 ədəd 90 manat dəyərində Elektrikli su qızdırıcısı “Ariston” 20 LT, 690 manat dəyərində Stol 6 ədəd stulları birlikdə, 6 ədəd qazan dəsti ümumi dəyəri 1380 manat olan, 1 ədəd 980 manat dəyərində 3x6 ölçüdə İran gəbəsi, 3 ədəd ümumi dəyəri 840 manat olan 2x3 ölçüdə İran gəbəsi, 3 ədəd ümumi dəyəri 1050 manat olan 3x3 ölçüdə İran gəbəsi, 4 ədəd ümumi dəyəri 720 manat olan qoşa çarpayı üçün nəzərdə tutulmuş Türkiyə istehsallı pastel dəsti, 3 ədəd ümumi dəyəri 720 manat olan tək çarpayı üçün nəzərdə tutulmuş pastel dəsti, 6 ədəd ümumi dəyəri 900 manat olan Azərbaycan istehsallı yun materialdan hazırlanmış yorğan, 8 ədəd ümumi dəyəri 480 manat olan qaz tükündən hazırlanmış yastıq, 2 ədəd Türkiyə istehsallı ümumi dəyəri 700 manat olan qoşa çarpayı üçün nəzərdə tutulmuş örtük, 3 ədəd Türkiyə istehsalı ümumi dəyəri 1200 manat olan qoşa çarpayı üçün nəzərdə tutulmuş örtük, 1 çemodan Türkiyə istehsalı dəyəri 360 manat olan qaşıq-çəngəl dəsti, 1 ədəd Çexiya istehsalı 700 manat dəyərində güldan, 2 ədəd ümumi dəyəri 800 manat olan Çexiya istehsalı vaza, 2 ədəd ümumi dəyəri 1600 manat olan Yuqoslaviya istehsalı nahar servis dəsti, 2 ədəd ümumi dəyəri 600 manat olan Çexiya istehsalı çaynı servis dəsti, 1 ədəd dəyəri 150 manat olan Çexiya istehsalı çaynı servis dəsti, 1 ədəd Koreya istehsalı 330 manat dəyərində “Samsung” markalı su ilə işləyən tozsoran, 1 ədəd 280 manat dəyərində Türkiyə istehsalı “Beko” markalı tozsoran, 20 metr uzunluğunda Türkiyə istehsalı dəyəri 200 manat olan parça, 30 metr uzunluğunda Türkiyə istehsalı dəyəri 300 manat olan parça, 1 ədəd Türkiyə istehsalı 350kv.m-lik 3300 manat dəyərində kombi, 10 ədəd aliminium materialından olan İtalya istehsalı ümumi dəyəri 3200 maant olan radiator, 1 ədəd Türkiyə istehsalı “Galaxy” markalı 100 kv.m-lik 1200 manat dəyərində kondisioner, 1 ədəd 400 manat dəyərində Türkiyə istehsalı çilçıraq, 1 ədəd 300 manat dəyərində Türkiyə istehsalı çilçıraq, 1 ədəd 250 manat dəyərində Türkiyə istehsalı çilçıraq, 1 ədəd 1500 manat dəyərində Türkiyə istehsalı çilçıraq, 1 ədəd 70 manat dəyərində Türkiyə istehsalı çilçıraq və 9x18 metr ölçüdə 4300 manat dəyərindəki naves yanaraq məhv olmuşdur. Onun yanaraq məhv olan əşyalarının ümumi dəyəri təxminən 50000 manat olmuşdur. Onun evi Goranboy rayonu Xan Qərvənd kəndində yerləşir, evinin ümumi sahəsi 196 kv.m-dir, bir mərtəbəlidir və 5 otaqdan ibarətdir, evini əvvəlki vəziyyətə gətirmək üçün təxminən 70000 manat pul lazımdır. Ona dəymiş ziyanlıqda ABŞ dolları pulunun 17220 (on yeddi min iki yüz iyirmi) dollar olaraq götürülməsini istəyir. Çünki artıq miqdar deyərək haqsızlıq etmək istəmir. Belə olan təqdirdə, 17220 (on yeddi min iki yüz iyirmi) ABŞ dolları pulunun oğurlanan zamankı məzənnə ilə dəyəri, 27274 (iyirmi yeddi min iki yüz yetmiş dörd) manat təşkil etmişdir, 550 avrom isə həmin günün məzənnəsi ilə 1005,51 (min beş manat əlli bir qəpik) manat təşkil etmişdir. Beləliklə qızıl-zinət əşyaları ilə birlikdə oğurlanan əmlakının dəyəri 43279,51 (qırx üç min iki yüz yetmiş doqquz manat əlli bir qəpik) manat təşkil etmişdir. Onun evi və əşyaları tamamilə yanaraq məhv olduğundan ona təxminən evinin və əşyalarımın yanması nəticəsində, yəni oğurlanan pulları və qızılzinət əşyalarını hesablamadan təxminən 120000 (yüz iyirmi min) manat miqdarında ziyanlıq dəymişdir. O, seyfdə göstərdiyi pullardan və qızıl-zinət əşyalarından başqa əlavə olaraq 1300 (min üç yüz) AZN pulu var idi. O, həmin pulu 26 may 2022-ci il tarixdə evdən çıxan zaman aptek üçün dərman aldığı şirkətə verməkdən ötəri seyfdən götürmüşdür. Həmin vaxt oğurlanan ABŞ dolları, avro pulu və qızıl-zinət əşyaları yerində olmuşdur. O, 1300 (min üç yüz) manat pulu götürdükdən sonra ilk öncə seyfin içərisində olan saxlanc yerinin qapısını açarla bağlamış daha sonra isə seyfin qapısını digər açarla bağlamışdır. O, dəqiq olaraq seyfin iç gözünü və çöl qapısını bağlamışdır. Çünki seyfin iç qapısı bağlanmadan çöl qapısı bağlanmır. Onun seyfinin iç gözünün bir ədəd və çöl qapısının bir ədəd açarı olmuşdur. Həmin iki ədəd açar ayrı-ayrı açarlar olmuşdur. Bir açar seyfin çöl qapısını, digəri isi seyfin iç qapısını, yəni saxlanc yerini açmışdır. Həmin iki ədəd açardan başqa əlavə açar olmamışdır. Həmin açarlar daimi olaraq onda olmuşdur. Hadisə baş verən günü də açarlar onda olmuşdur. Onun evində olan seyfdə pulun və qızıl-zinət əşyalarının olmasını ondan başqa arvadı Gülüzar bilmişdir. Təqsirləndirilən şəxs onunla bir kənddə yaşamış. Hadisəyədək Təqsirləndirilən şəxsla münasibətləri normal olmuşdur. Aralarında heç bir ədavəti, düşmənçiliyi olmamışdır. O, Namiqlə bir kənddə yaşayır və Namiqin cinayətə, oğurluğa meyilli şəxs olduğunu bilirdi. Bundan başqa onun Xanqərvənd kəndində yerləşən evinin küçəsinin sonu bağlıdır. Yəni onun küçəsinə gələn şəxs dəqiq olaraq hansısa bir ünvana gəlməlidir. Küçənin sonunda hərəkət hissəsi dayanır. Hadisə günü, yəni 26 may 2022-ci il tarixdə günorta saatlarında Namiqin onun yaşadığı küçədə olmasını qonşusu Məhbubə görmüşdür. Bundan başqa yanğın davam edən zaman qohumu Şahid12 da hadisə yerində olmuşdur. Firəddin ona bildirmişdir ki, o, hadisə yerində olan zaman Namiq də bir qədər sonra hadisə yerinə gəlmiş və birbaşa evin arxa hissəsinə zalın çölə açılan pəncərəsinə tərəf getmişdir. Namiq onun evinə böyük ehtimalla zalın evin arxa hissəsinə açılan pəncərəsindən daxil olunmuşdur. Buna görə də Namiqin birbaşa həmin hissəyə getməsi onda əsaslı şübhələr yaratmışdır. Yekunda Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs şikayətçidir, məhkəmədən onun barəsində ağır cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 əri Zərərçəkmiş şəxslə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, onun Namiqlə heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. O, Goranboy rayonu Boluslu kəndinə yaşayır. Təqsirləndirilən şəxs təxminən 8 ildir ki, tanıyır. Belə ki, o, təxminən 8 il öncə Goranboy rayon polis şöbəsinin müvəqqəti saxlama yerində inzibati həbsdə olan zaman Təqsirləndirilən şəxs da onunla birlikdə inzibati həbsdə olmuşdur. Həmin müddətdən onunla Təqsirləndirilən şəxs arasında yaxın münasibət yaranmışdır. Onlar inzibati həbsdən çıxdıqdan sonra mütəmadi olaraq görüşmüşdürlər. Onların yaxın münasibəti olmuşdur. Namiq Goranboy rayonu Xanqərvənd kənd ərazisində kafe açaraq işlətmişdir. O da mütəmadi olaraq Namiqin kafesinə gedərk onunla çay içib yemək yemişdir. Həmçinin o, uzun illər ərzində Goranboy rayonu ərazisində müxtəlif kafelər işlətmişdir. Namiq onun işlətdiyi kafelərə gələrək yemək yemişdir. Onun kafelərində daimi olaraq X2 işləmişdir. X9 münasibətləri yaranmışdır. Bunu da 2021-ci ildə Nərgiz ona demişdir. O, 2021-ci ildə Goranboy rayonu Borsunlu kəndində Akif adlı şəxsin kafesini icarəyə götürüb işlədən zaman Namiq ona 600 manat borc pul vermişdir. 2022-ci ilin may ayının əvvəllərində Namiq onun evinə qonaq gəlmişdir. Həmin vaxt onun evinə həmkəndlisi Şahid3 və Şahid5 də qonaq gəlmişdir. Onlar birlikdə çay içmişdirlər. Bu zaman Namiq Elzaminin ayağında qandal olduğunu görərək Elzamindən nə səbəbə ayağında qandal olduğunu soruşmuşdur. Elzamin televizor oğurluğu səbəbindən tutulduğunu demişdir. Namiq isə Elzaminə rişxəndlə gülərək oğurluq edəndə tutarlı oğurluq etmək lazım olduğunu demiş və onlara bildirmişdir ki, bu yaxınlarda Naftalan şəhərində ər-arvad aptek və mağaza işlədən, onunla bir kənddə, yəni Xanqərvənd kəndində yaşayan şəxsin evindən oğurluq edəcək, külli miqdarda pul oğurlayacaqdır. Bundan sonra onlar bir qədər söhbət etdikdən sonra Namiq onun evindən çıxaraq getmişdir. 26 may 2022-ci il tarixdə saat təxminən 21 radələrində Namiq özünə məxsus olan ***-***-**-** saylı mobil nömrəsindən onun ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək dediyi evin yandığını bildirmişdir. O, Namiqdən evi onun yandırıb-yandırmadığını soruşduqda Namiq ona sonra danışarıq demişdir. Az müddət sonra, yəni Zərərçəkmiş şəxs evində oğurluq və yanğın hadisəsi baş verdikdən sonra, yəni 2022-ci ilin iyun ayında Namiq onunla birlikdə Bakı şəhərinə gedərək kafe işlətmək istədiyini demişdir. Buna görə də, o, 2022-ci ilin iyun ayında Namiqlə birlikdə Bakı şəhərinə getmiş və Namiqin Nəsimi rayonunda icarə götürdüyü “TT” çay evini işlətməyə başlamışdır. Həmin kafe heç bir gəlir verməsə də, Namiq kafeni işlətmənin onun üçün vacib olduğunu deyərək kafe işlədərək iz azdırdığını ona bildirmişdir. O, Bakı şəhərində Namiqlə kafe işlətdiyi dövürdə Namiqdən İlqarın evindən oğurluğu onun törədib-tərətmədiyini bir neçə dəfə soruşmuşdur. Onun suallarına Namiq “sən bilmirsən ki, mən baltayam, nə işinə qalıb sən kafeni işlət” demişdir. Onlar Bakı şəhərində olduqları dövürdə, yəni 2022-ci ilin iyun-iyul aylarında Namiq özünə “Mitsubishi” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Kafe işlətdikləri dövürdə Çıraq bir neçə dəfə Namiqin göndərdiyi kartlara pullar atmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, onun Namiqlə heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. O, Goranboy rayonu Boluslu kəndinə yaşayır. Təqsirləndirilən şəxs həmkəndlisi Şahid2 vasitəsi ilə tanımışdır. 2022-ci ilin may ayının əvvəllərində o, həmkəndlisi Şahid2 evinə qonaq gəlmişdir. Həmin vaxt Şahid2 evinə həmkəndlisi Şahid5 və sonradan adının Namiq olduğunu bildiyi şəxs də Teymurun evinə qonaq gəlmişdir. Onlar adlarını qeyd etdiyi şəxslərlə birlikdə çay içmişdirlər. Bu zaman Namiq Elzaminin ayağında qandal olduğunu görərək Elzamindən nə səbəbə ayağında qandal olduğunu soruşmuşdur. Elzamin Namiqə televizor oğurluğu səbəbindən tutulduğunu demişdir. Namiq isə Elzaminə rişxəndlə gülərək oğurluq edəndə tutarlı oğurluq etmək lazım olduğunu demiş və onlara bildirmişdir ki, bu yaxınlarda Naftalan şəhərində ər-arvad aptek və mağaza işlədən, onunla bir kənddə, yəni Xanqərvənd kəndində yaşayan şəxsin evindən oğurluq edəcəkdir, külli miqdarda pul oğurlayacaqdır. Bundan sonra onlar bir qədər söhbət etdikdən sonra Namiq Teymurun evindən çıxaraq getmişdir. Namiq Teymurun evindən getdikdən sonra o, Teymura cinayətə meyilli şəxsi evinə dəvət etdiyi üçün acıqlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Namiq Rütəmovu həmkəndlisi Goranboy rayonu, Cinlibolsulu kəndində yaşayan Teymur adlı şəxsin vasitəsilə tanımışdır. xx.xx.2022-ci il tarixdə məhkəmə hökmü ilə ona təyin edilmiş müəyyyən müddətə azadlıqdan məhrumetmə cəzasını çəkib qurtarıb yaşadığı Goranboy rayonu Cinliboluslu kəndinə gəlmişdir. Bundan sonra Teymur Goranboy rayonu, Goran qəsəbəsində yerləşən kafedə olan zaman Namiq də oraya gəlmiş və onlarla eyni masada əyləşmişdir. O elə həmin vaxt ilk dəfə Namiq Rütəmovu orada tanımışdır. Biraz oturduqdan sonra Namiq getmiş və o, Teymurla kafedə qalmışdır. Namiq çıxdıqdan sonra Teymur ona demişdir ki, Namiq Goranboy rayonu, Xanqərvənd kəndində evdən oğurluq etmiş, o da cavabında “bunu ona niyə deyirsən?” demişdir. Teymurun oğurluqla bağlı ona dedilərində ev yandırması sözü olmamışdır. O, Təqsirləndirilən şəxs özündən konkret olaraq oğurluqla bağlı söz eşitməmişdir. Verilmiş suallara cavab olaraq Şahid5 bildirdi ki, o, işləmək üçün Bakı şəhərinə getmiş və Nəsimi Rayon Polis İdarəsinin yaxınlığında icarəyə kafe götürüb işlətmişdir. Dəqiq vaxtı xatırlamır, təxminən 2022-ci ilin iyul ayı olardı ki, işlətdiyi kafedə olan zaman Goranboy RPŞ-nin rəisi Ramin Qədirov, müstəntiqi Vüqar Hüseynov və həmkəndlisi Şahid2 ora gəlmişlər. Onlar ona Namiq barəsində izahatın alınmasını bildirmişlər, o da onlara eynən yuxarıda qeyd etdiyi xüsusatları bildirmişdir. İzahatı işlətdiyi kafedə alınmış və onun tərəfindən imza edilmişdir. İbtidai istintaqda verdiyi izahat onun fikirlərini əks etdirmir, o, elə izahat verməyibdir. Həmin izahat ona oxunmadan imza etdirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Goranboy rayonu Xanqərvənd kəndində qeydiyyatdadır və ailə üzvləri ilə birlikdə Xanqərvənd kəndində Zərərçəkmiş şəxslə qonşuluqda yaşayır. Onun evi ilə Zərərçəkmiş şəxs evinin arasında təxminən 30-40 metr məsafə var. Onların evinin arasında sadəcə bir bağ sahəsi vardır. O, 26 may 2022-ci il tarixdə saat təxminən 13 radələrində özünə məxsus olan şəxsi təsərrüfatında baxdığı ev quşlarından (qaz) birinin İlqarla onun evinin arasında olan bağ sahəsinə keçdiyini görmüşdür. O, qazı bağ sahəsində olan itin yeyəcəyindən ehtiyat etdiyindən evin həyətindən çıxaraq həmin bağ sahəsinə keçmiş və bağdan çıxan zaman Təqsirləndirilən şəxs küçə ilə Zərərçəkmiş şəxs evinə tərəf piyada hərəkət etdiyini görmüşdür. Lakin Namiqlə danışmadığı üçün onunla salamlaşmamışdır. O, 26 may 2023-cü il tarixdə saat təxminən 18 radələrində Mingəçevir şəhərinə getmiş və 27 may 2023-cü il tarixdə yaşadığı kəndə geri qayıtmışdır. 27 may 2023-cü il tarixdə saat təxminən 10 radələrində polis əməkdaşları yaşadıqları küçədə sorğu keçirən zaman qonşusu Yeganəyə 26 may 2023-cü il tarixdə Namiqi yaşadıqları küçədə gördüyünü deyərək Yeganədən Namiqi küçədə görüb-görmədiyini soruşmuşdur. Yeganə isə Təqsirləndirilən şəxs görmədiyini deyərək ona bu məsləyə qarışmamasını sonra get-gələ düşəcəyini demişdir. Onun Təqsirləndirilən şəxsla danışmamasının səbəbi Namiqin onun evinə meyvə gətirməməsi olmuşdur, buna görə də Namiqdən küsmüşdür. Ancaq Namiqlə arasında heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. Sadəcə olaraq Namiqdən incimişdir. O, dəqiq olaraq Namiqi İlqarın evinin yaxınlığında, küçədə görmüşdür. Namiqi küçədə görən zaman küçədə onlardan başqa heç kimsə olmamışdır. Verilmiş suallara cavab olaraq Şahid6 bildirdi ki, Təqsirləndirilən şəxs hadisə günü həmin küçəyə onunla barışmaq üçün gəlməsi barədə dediklərini inandırıcı hesab etmir, çünki Namiq onu görsə də, barışmaq üçün hər hansı cəhd etməmiş, Namiq ona heçnə demədən yanından ötüb keçərək küçənin İlqar və digər qonşuların evlərinin yerləşdiyi istiqamətində irəliləmiş, daha sonra o da öz həyətinə keçmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, Goranboy RPŞ-nin CAB-ın sabiq baş əməliyyat müvəkkili olmuş, hazırda Sabirabad RPŞdə xidmət edir. 26 may 2023-cü il tarixdə xidməti ərazisi olan Goranboy rayonu Xanqərvənd kəndində Zərərçəkmiş şəxs məxsus olan fərdi yaşayış evində oğurluq və yanğın hadisəsi baş vermişdir. Zərərçəkmiş şəxs evində baş verən oğurluq və yanğın hadisəsindən sonra tərəfindən bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilmişdir. Əməliyyat-axtarış tədbirləri zamanı tərəfindən Zərərçəkmiş şəxs evində baş vermiş oğurluq və yanğın hadisəsinin Goranboy rayon Xanqərvənd kənd sakini Təqsirləndirilən şəxs tərəfindən törədilməsi barədə bir sıra əməliyyat məlumatları əldə edilmişdir. Buna görə də, o, məlumatları əldə etdikdən sonra Təqsirləndirilən şəxsla yaxın münasibət saxlamağa başlamışdır. Təqsirləndirilən şəxs qohumu Şahid17 onunla birlikdə əvvəllər CAB-da əməliyyat müvəkkili vəzifəsində işlədiyindən və Təqsirləndirilən şəxs onun Şahid17la yaxın münasibətdə olduğunu bildiyindən ona etibar etmişdir. Təqsirləndirilən şəxsla görüşən zaman ilk vaxtlar Namiq ona etibarlı şəxs olduğunu, onunla istədiyi işi görə biləcəyini deyərək ona qarşı etibar yaratmağa çalışmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evindən oğurluq etməsi və cinayətin izlərini itirmək üçün Zərərçəkmiş şəxs məxsus olan evi yandırması barədə əsaslı şübhələr olduğundan Goranboy Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli 5(045)-81/2022 nömrəli “əməliyyat-axtarış tədbirinin aparılmasına dair” qərarı əsasında 09 sentyabr 2023-cü il tarixdə saat təxminən 18 radələrində Təqsirləndirilən şəxs ilə Yevlax rayon ərazisində yerləşən kafelərin birində görüşmüş və onunla kafedə yemək yeyərək spirtli içki qəbul etmişdir. Görüş zamanı o, Goranboy rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, 5(045)-81/2022 nömrəli “əməliyyat-axtarış tədbirinin aparılmasına dair” qərarına əsasən Təqsirləndirilən şəxsla aralarında baş tutan söhbəti gizlin olaraq səsyazıya almışdır. Söhbət zamanı Təqsirləndirilən şəxs əvvəllər də oğurluq cinayət hadisəsi törətdiyini, onun üstü açılmamış cinayətlərinin çox olduğunu, tutulacağı təqdirdə heç kimsənin adını çəkməyəcəyini, 26 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs evinə girdiyini, Zərərçəkmiş şəxs evindən qızılzinyət əşyaları və pul vəsaitləri oğurladığını, cinayətin izlərini itirmək üçün evi yandırdığını etiraf etmişdir. O, Təqsirləndirilən şəxs əməliyyat xarakterli sual verərək Zərərçəkmiş şəxs inanmadığını, Zərərçəkmiş şəxs evində göstərdiyi məbləğdə pulun olmasına şübhə etdiyini bildirdikdə Təqsirləndirilən şəxs hadisəni ondan soruşmalı olduğunu, Zərərçəkmiş şəxs evindən 17000 ABŞ dolları pulu oğurladığını etiraf etmiş və bundan başqa Zərərçəkmiş şəxs evindən dəqiq olaraq 550 avro pulunu, qızıl-zinyət əşyalarını oğurladığını bildirmişdir. Halbuki, Zərərçəkmiş şəxs evindən dəqiq olaraq hansı məbləğdə pulun oğurlanması barədə Təqsirləndirilən şəxs heç kimsə məlumat verməmişdir. Həmçinin söhbət zamanı Təqsirləndirilən şəxs oğurluq hadisəsində ondan şübhələnildiyini bildiyini, ancaq polis əməkdaşlarının onun evə daxil olduğunu bilmədiyini, başqasını saldığını zənn etdiklərini demişdir. O, Təqsirləndirilən şəxsla aralarında olan söhbəti məhkəmə qərarına əsasən gizlin olaraq xüsusi qurğu vasitəsi ilə səsyazıya yazmışdır. Təqsirləndirilən şəxs Goranboy şəhərində yeni oğurluq hadisəsi törətməyi planlaşdırmış və qohumu Şahid17la olan yaxın münasibətinə görə onun Namiqə havadarlıq edəcəyini, cinayətin izlərini gizlətməsində ona köməklik edəcəyini zənn etmişdir. Buna görə də Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs evindən oğurluq etdiyini və cinayətin izlərini itirmək üçün evi yandırdığını etiraf etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əməliyyataxtarış tədbirlərinin istiqamətini dəyişmək üçün Bakı şəhərində kafe işlətdiyini, kənar şəxslərə kafe işlədərək qazanc əldə etdiyini göstərməyə çalışdığını, oğurluq hadisəsindən sonra özünə avtomobil aldığını, ancaq avtomobili kreditlə alaraq ondan heç kimsənin şübhələnməməsinə çalışdığını etiraf etmişdir. Təqsirləndirilən şəxs yeni törədəcəyi oğurluq hadisəsindən əldə ediləcək “qazancın” üç yerə bölünəcəyini, həmin “qazancın” bir hissəsinin özünə, bir hissəsini ona, bir hissəsinin isə qohumu Şahid17 çatacağını demişdir. Onun vəzifəsinin Namiqi hadisədən kənarda saxlamaq olduğunu, cinayətin izlərinin itirilməsində köməklik etməsindən ibarət olduğunu deyərək ondan şübhələniləcəyi təqdirdə hadisə baş verən saatda onunla birlikdə olduğunu deməkdən ibarət olduğunu bildirmişdir. Tərəfindən Təqsirləndirilən şəxsla aralarında baş verən söhbət səsyazısına alındıqdan sonra şöbə rəhbərliyinə məruzə edilmiş və səsyazısını əməliyyat-axtarış sənədlərinə əlavə etmişdir. Bundan başqa tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri zamanı Zərərçəkmiş şəxs evində baş verən oğurluq hadisəsini və yanğın hadisəsini Təqsirləndirilən şəxs törətməsi barədə əlavə əməliyyat məlumatları almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. O, ünvan 2 ünvanında yerləşən Haqverdi Təhməzova məxsus olan lombardda 2021-ci ildən etibarən satıcı-qeydiyyatçı kimi işləmiş, lakin hazırda bir neçə ay olar ki, həmin lombarddan çıxmış və xəstə olduğu üçün heç yerdə işləmir. Onun vəzifəsi müştərilərin satmaq istədiyi qızıl-zinət əşyalarını qiymətləndirərək almaq, qızıl-zinət əşyalarını girov qoymaq istəyən şəxslərin qızıllarını girov kimi qəbul edərək müqavilələri hazırlamaqdan ibarətdir. 2022-ci ilin təxminən iyuniyul aylarında o, işlədiyi lombardda olan zaman əvvəllər tanımadığı sonradan adının Şahid10 olduğunu bildiyi qadın qucağında olan körpə uşaqla onun işlədiyi lombarda daxil olmuş və barmağında olan, özünə məxsus olduğunu bildirdiyi bir ədəd üzərində iri ölçülü sapfir - göy rəngli qaş və həmin qaşın ətrafında xırda ölçülü çoxsaylı açıq yaşıl rəngli qaşlar olan qızıl üzüyü təqdim edərək həmin üzüyü satmaq istədiyini demişdir. O, qızılı elektron tərəzidə çəkdikdən sonra işi tam olaraq bilmədiyindən, yəni işə yeni başladığından onun lombardın yaxınlığında zərgərlik fəaliyyəti ilə məşğul olan, adını xatırlamadığı şəxdən qızılı alarkən qaşlarını qiymətə daxil etməli olub-olmadığını soruşmuşdur. Həmin şəxs qaşların dəyərsiz olduğunu bildirdiyindən o, Şahid10 qızıl üzüyün qarşılığında ona cəmi 150 manat pul verə biləcəyini demişdir. Ancaq alğı-satqı zamanı Şahid10 şəxsiyyət vəsiqəsinin olmadığını dediyi üçün o, Şahid10 şəxsiyyət vəsiqəsi olan bir tanışı ilə birlikdə gəlməsini istəmişdir. Şahid10 da lombarddan gedərək bir neçə saat sonra qohumu olduğunu bildirdiyi, sonradan adının Şahid9 olduğunu bildiyi qadınla birlikdə işlədiyi lombarda gəlmiş və o, 150 manat qarşılığında Rozanın təqdim etdiyi qızıl üzüyü almışdır. O, Şahid10 150 manat pul verdikdən sonra qızıl alğı-satqısını Şahid9 adına rəsmiləşdirmişdir. O, alğı-satqı dəftərində müvafiq qeyd apardıqdan sonra Şahid9 dəftəri imzalatmışdır. O, həmin qızıl üzüyü bir gün sonra tanımadığı qadına 170 manat pul qarşılığında satmışdır. Ancaq ilk öncə ifadəsi alınan zaman artıq almış olduğu üzüyün oğurluq olduğunu başa düşdüyü və dəftərdə qızıl üzüyü almağı ilə bağlı qeydi tapa bilmədiyindən qorxduğu üçün ifadəsində Şahid10 qızıl üzüyü almadığını bildirmişdir. Lakin əslində o, Şahid10 təqdim etdiyi bir ədəd üzərində iri ölçülü sapfir - göy rəngli qaş və həmin qaşın ətrafında xırda ölçülü çoxsaylı açıq yaşıl rəngli qaşlar olan qızıl üzüyü 150 manat pul qarşılığında almışdır. Verilmiş suallara cavab olaraq Şahid8 bildirdi ki, sözügedən qızıl üzüyü müdiriyyətdən gizli olaraq qazanc əldə etmək məqsədilə satdığı üçün həmin üzüyün alğısatqısına dair Şahid9 adına alğı-satqı dəftərində aparılmış qeydin aid olduğu vərəqi cırıb atmışdır, ona görə də həmin qeydi ibtidai istintaqa təqdim edə bilməmişdir. Bundan başqa uzun müddət keçdiyi üçün həmin dövrü əhatə edən qeyd dəftəri lombardda Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, o, Yevlax şəhərində qeydiyyatda olmasına baxmayaraq Bakı şəhərində kirayədə yaşayır. Onun Təqsirləndirilən şəxsla və Şahid10 ilə heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. Şahid10 onun bibisi nəvəsidir. 2022-ci ilin iyun-iyul aylarında Şahid10 Bakı şəhərində olan zaman anasının xəstə olduğu üçün üzüyünü satmaq itədiyini, lakin yetkinlik yaşına çatmadığı üçün vəsiqəsinin olmadığını, buna görə də, onun vəsiqəsi ilə özünə məxsus olan, yəni qeyri-rəsmi nikahda yaşadığı Təqsirləndirilən şəxs ona hədiyyə etdiyi qızıl üzüyü satmaq istədiyini demişdir. O da Rozanın anası xəstə olduğu üçün ona köməklik etmək məqsədi ilə Roza ilə birlikdə İnşaatçılar metro stansiyasının yaxınlığında yerləşən, sonradan istintaq dövründə Haqverdi Tağıyevə məxsus olduğunu bildiyi lombarda getmişdir. Onlar həmin lombardda sonradan adının Leyla olduğunu bildiyi qadına həmin bir ədəd qızıl üzüyü 150 manata satmışdır. 150 manat pulu Roza götürsə də, qızıl alğısatqısı onun adına rəsmiləşdirilmişdir. Qızıl alqı-satqısı zamanı üzüyün üzərindəki qaşlar qiymətə daxil edilməmişdir, satıcı üzüyün üzərindəki qaşların dəyərsiz olduğunu demişdir. Onlar üzüyü satan vaxt Şahid10 qucağında uşağı olmuşdur. O, Roza ilə birlikdə üzüyü Leylaya satmışdırlar. Rozaya məxsus olan qızıl üzüyün üzərində bir ədəd iri ölçülü göy rəngli qaş, həmin qaşın ətrafında isə xırda ölçülü mavi rəngli qaşlar olmuşdur. Məhkəmə iclasında Şahid10 ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin iyun ayının əvvəllərində xx.xx.2022-ci il təvəllüdlü övladı X10 doğulduqdan təxminən 10 gün sonra Bakı şəhərində yaşayan zaman təsadüfən Bakı şəhərində Əcəmi metrostansiyasının yaxınlığında fəaliyyət göstərən Namiq adlı şəxsin işlətdiyi “TT” çay evində işə başlamışdır. Həmin vaxtdan onun Goranboy rayon Xanqərvənd kənd sakini Təqsirləndirilən şəxs arasında sevgi münasibətləri yaranmış və Namiqlə ər-arvad münasibətlərində yaşamışdır. O, həmin vaxt qeyri-rəsmi yaşadığı, övladının atası Vüqar adlı şəxsdən ayrılmışdır. O, Namiqlə birlikdə Yasamal rayonunda Ümid Əkbərov küçəsində dəqiq ünvanını bilmədiyi evdə kirayədə yaşamışdır. Onunla birlikdə mərhum anası Xatirə də yaşamışdır. Lakin o, ev sahibinin adını xatırlamır. Həmin evin kirayəsinə Namiq aylıq 250 manat pul vermişdir və evin bütün tələbatlarını Namiq ödəmişdir. O, kafedə ofisiant kimi işləmişdir. Onun övladı 1 aylıq olan zaman Namiq ona 1 ədəd üzərində bir ədəd iri göy rəngli qaşı və həmin qaşın kənarlarında yaşıl rəngli xırda qaşları olan qızıl üzük hədiyyə etmişdir. Namiq üzüyü ona hədiyyə edən zaman ona tapşırmışdır ki, qətiyyən həmin üzüyü heç kimsəyə satmasın. Ancaq onun anası xəstə olduğu üçün o, anasının müalicəsi ilə bağlı pul lazım olduğundan Namiq Goranboy rayonunda olan zaman həmin üzüyü satmaq qərarına gəlmişdir. Buna görə də, o, Yasamal rayonu İnşaatçılar metro stansiyasının yaxınlığında fəaliyyət göstərən Lombarda gedərək üzüyü Lombardda satıcı-qeydiyyatçı işləyən xanıma təqdim edərək üzüyü satmaq istədiyimi demişdir. Lakin həmin satıcı şəxsiyyət vəsiqəsi olmadan üzüyü sata bilməyəcəyini demişdir. Buna görə də, o, həmin gün bir neçə saat sonra qohumu olan, Bakı şəhərində yaşayan Şahid9 onun şəxsiyyət vəsiqəsi ilə qızıl üzüyünü satmaq istədiyini bildirmişdir. Zeynəb onunla razılaşdığı üçün o, Zeynəblə birlikdə yenidən həmin Lombarda gedərək qızıl üzüyü Lombardda olan sonradan adının Leyla olduğunu bildiyi satıcıya 150 manata satmışdır. Satıcı qadın qızılın üzərində olan qaşların sadə olduğundan qiymətdə hesablanmadığını ona demişdir. O, 150 manat pulu götürdükdən sonra Zeynəb şəxsiyyət vəsiqəsini satıcıya vermişdir. O, həmin 150 manat pulu anasının müalicəsi üçün xərcləmişdir. Sonradan Namiq Bakı şəhərinə qayıtdıqda isə o, Namiqə üzüyü itirdiyini demişdir. Namiq bəzən bir neçə günlük başqa yerə getdiyini deyərək evdən çıxmış və bir neçə gün evə gəlməmişdir. Namiq başqa rayona getdiyini demiş və evdən gedən zaman onun mobil telefonunu öz ilə aparmışdır. Namiq evdən gedən zaman ona tapşırmışdır ki, mütləq onun telefonu açıq olsun. Namiq Bakı şəhərində olmasa belə onun mobil telefonu açıq vəziyyətdə kirayədə qaldıqları ünvanda olmuşdur. Namiq Goranboy RPŞ-də həbs edilən zaman da onun mobil telefonu Namiqdə olmuşdur. O, lombarda Namiqin ona hədiyyə etdiyi qızıl üzüyü satmağı barədə Goranboy RPŞ-nin əməkdaşlarına məlumat verməmişdir. Onun Namiqlə heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. 28 aprel 2023-cü il tarixdə saat 12:15-də istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə ***- ***-**-** saylı mobil nömrədən zəng gəlmiş, ona zəng edən qadın özünü Təqsirləndirilən şəxs anası Elmilya İsgəndərova kimi təqdim edərək, onun ifadəsinə görə oğlu Təqsirləndirilən şəxs həbs edildiyini, ifadəsini dəyişəcəyi təqdirdə onun üçün nə lazım olsa edəcəyini, ifadəsini dəyişərək üzüyün guya anasından qaldığını istintaqa deməsini ondan xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Goranboy rayonu Xanqərvənd kəndində Zərərçəkmiş şəxslə bir küçədə, Zərərçəkmiş şəxs evi ilə yanaşı evdə yaşayır. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs evində yanğın hadisəsi baş verdikdə o, öz evində olmuşdur və yanğın hadisəsini bildikdə evdən çıxaraq qonşularla birlikdə yanğını söndürməyə köməklik etmişdir. xx.xx.2022-ci il tarixdə günün hər hansı bir saatında Təqsirləndirilən şəxs onun evinə gəlməmişdir. xx.xx.2022-ci il tarixdə onunla bir küçədə yaşayan Məhbubə ona xx.xx.2022ci il tarixdə Namiqi küçədə, İlqarın evinin yaxınlığında gördüyünü ona demişdir. Verilmiş suallara cavab olaraq Şahid11 bildirdi ki, onların yaşadığı küçə dalandır, başqa küçəyə keçid yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, onun Təqsirləndirilən şəxsla və ya Zərərçəkmiş şəxslə hər hansı düşmənçili və ədavəti olmamışdır.o, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində öz evində olan zaman işlədiyi qaz idarəsindən xatırlamadığı iş yoldaşı zəng edərək Zərərçəkmiş şəxs evində yanğın hadisəsi baş verdiyini demişdir. O, dərhal Zərərçəkmiş şəxs evinə getmişdir. O, Zərərçəkmiş şəxs evinin həyətində olan zaman, təxminən 10 dəqiqə sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evinin həyətinə gəlmişdir. Təqsirləndirilən şəxs evin həyətinə daxil olduqdan sonra dərhal evin arxasına keçmiş və evin açıq olan pəncərəsinə tərəf boylanaraq baxmışdır. Namiqin həmin gün özünü həyəcanlı aparması səbəbindən Namiqin hərəkətləri dəqiq olaraq onun xatirində qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 5-6 ildir ki, tanıyır. O, əvvəllər Təqsirləndirilən şəxs yanında, onun kafesində işləmişdir. Onun əvvəllər Təqsirləndirilən şəxsla aralarında qeyri-rəsmi nikah münasibətləri olmuşdur. Daha sonra 2020-ci ildə Nicat adlı şəxslə evləndikdən sonra Namiqlə münasibətlərini sonlandırmışdır. Lakin buna baxmayaraq Namiqlə əlaqələri tam olaraq kəsilməmişdir. 2022-ci ilin may ayında o, Namiqlə Gəncə şəhərində bir neçə dəfə görüşmüşdür. Həmin görüşlər zamanı Namiq ona borcundan 300 manat qaytarmışdır. 2022-ci ilin təxminən iyun-iyul aylarında Namiq onunla Gəncə şəhərində görüşmüşdür. Görüş zamanı o, Namiqin qara rəngli markasını xatırlamadığı xarici avtomobil ilə gəldiyini görərək Namiqə “oğurluq edib avtomobil almısanmı” demişdir. Həmin vaxtı və bir neçə dəfə Namiq ona zəng edərək ona demişdir ki, “sənə 10000 manat verim gəl mənimlə Bakıya gedək, sənə ev alım” demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Goranboy rayonu Xanqərvənd kəndində qeydiyyatdadır və ailə üzvləri ilə birlikdə Xanqərvənd kəndində yaşayır. Zərərçəkmiş şəxs onun atasının əmisi oğludur. O, Zərərçəkmiş şəxslə qonşuluqda yaşayır. Həmin gün saat təxminən 20:30 radələrində İlqarın və onun qohumu olan, İlqarla yanaşı yaşayan Cahid Hətəmov ona zəng edərək harada olduğunu soruşmuşdur. O, Cahidə məktəbin qarşısında olduğunu dedikdə Cahid Zərərçəkmiş şəxs evinin yandığını, yanğınsöndürənlərə məlumat verdiyini deyərək “ala qapının” yanında dayanaraq yanğınsöndürən avtomobillərinə istiqamət verərək Zərərçəkmiş şəxs evinin yerini göstərməsini istəmişdir. O, məktəbin qarşısından “ala qapının” yanına gedənədək Eldənizə zəng edərək Zərərçəkmiş şəxs evinin yanması barədə Eldənizə məlumat vermişdir. O, “ala qapının” yanına çatdıqdan təxminən 1 dəqiqə sonra Eldəniz özünə məxsus olan “VAZ 2106” markalı avtomobili ilə “ala qapının” yanına gəlmişdir. Bu zaman o, Eldənizinlə birlikdə sonuncunun avtomobili ilə Zərərçəkmiş şəxs evinin yaxınlığına getmişdir. Eldəniz avtomobildən düşərək İlqarın evinə tərəf getmişdir. O, isə Eldənizin avtomobili ilə “ala qapının” yanına gedərək yanğınsöndürənləri gözləməyə başlamışdır. Təxminən 2-3 dəqiqə sonra yanğınsöndürənlər kəndə daxil olmuşdur. O, yanğınsöndürənlərə istiqamət verərək onları İlqarın evinə göndərdikdən sonra özü də köməklik etmək üçün İlqarın evinə getmişdir. O, İlqarın evinə çatdıqda kənd sakinlərindən təxminən 100 nəfərdən çox şəxsin evin həyətində olduğunu və yanğını söndürməyə köməklik etdiklərini görmüşdür. Şahid19 ilə Zərərçəkmiş şəxs oğlu Sübhan yaxın dosd olduqları üçün o, Eldənizə yanğınla bağlı məlumat vermişdir. Sonradan onunla qonşuluqda yaşayan Şahid6 Təqsirləndirilən şəxs həmin gün günorta saatlarında onun yaşadığı küçədə gördüyünü bildirmişdir. O, yanğın hadisəsi baş verdikdən sonra Zərərçəkmiş şəxs evinin həyətinə getdikdən bir qədər sonra Təqsirləndirilən şəxs da kənd sakinləri ilə birlikdə görmüşdür. Lakin Namiqin dəqiq olaraqa ora nə zaman gəldiyini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2021-ci ilin yay aylarından bacısı Nərgizin vasitəsi ilə tanımış, həmin vaxt o, Nərgizlə birlikdə Bakı şəhəri Zabrat qəsəbəsində yaşamış, Namiq Nərgizə zəng edib Bakı şəhərinə gəldiyini, pulunun olduğunu bildirmiş və çay evi götürüb işlətməyi Nərgizə təklif etmişdir. Namiq Bakı şəhərinə çatmış, Nərgiz və o, Bakı şəhəri Neftçilər metrostansiyasının yaxınlığında olan Ticarət mərkəzinin qarşısında Namiqlə görüşmüşlər. O, Namiqlə görüşdükdən sonra Namiq ona və bacısı Nərgizə paltar və telefon almış, daha sonra onlar birlikdə kafeyə getmişlər. Həmin günün gecəsi onlar birlikdə otelə getmişlər. Oteldə Namiq 20000 manata yaxın pulu çıxararaq çarpayının üzərinə düzmüş və telefonla pulun videosunu çəkmişdir. Verilmiş suala cavab olaraq Şahid14 bildirdi ki, Təqsirləndirilən şəxs həmin 20000 manat pulu hardan əldə etdiyini soruşduqda o da Moskovaya vurduğu malın pulu olduğunu demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, o, zərərçəkmiş şəxs İlqarın oğludur, ailə üzvləri ilə birlikdə Goranboy rayon Xanqərvənd kəndində yaşayır. Naftalan şəhərində yerləşən Çinar marketi icarəyə götürərək işlətmiş, hər gün saat 09 radələrində evdən çıxaraq Naftalan şəhərinə getmiş, axşam saat 22 radələrində evə qayıtmışdır. xx.xx.2022-ci il tarixdə Naftalan şəhərində olan zaman Goranboy rayon Xanqərvənd kəndində yerləşən evlərində yanğın olması barədə məlumatı olmuş, evə getdikdən sonra isə qızıl-zinət əşyalarının və pullarının oğurlandığını bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid19 ifadəsində göstərmişdir ki, o, Goranboy rayonu Xanqərvənd kəndində qeydiyyatdadır və ailə üzvləri ilə birlikdə Xanqərvənd kəndində yaşayır. Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Onun yaşadığı ev Zərərçəkmiş şəxs evindən təxminən 400-500 metr kənarda yerləşir. 26 may 2022-ci il tarixdə saat təxminən 19:30 radələridə o, həmkəndlisi olan dosdu Səid Həşimova zəng edərək harada olduğunu soruşmuşdur. Bu zaman Səid ortaq dosdu olan Naftalan şəhər sakini Şəmi ləqəbli, Şəmsəddinlə birlikdə Xanqərvənd kənd ərazisində yerləşən “Xan” restoranında çay içdiyini deyərək onu da “Xan” restoranına dəvət etmişdir. O, təxminən 5 dəqiqə sonra özünə məxsus olan “VAZ 2106” markalı avtomobili ilə restorana getmiş və Səidlə Şəmsəddinin əyləşdiyi otağa daxil olmuşdur. Onlar birlikdə çay içərək söhbət etməyə başlamışdırlar. Təxminən 15-20 dəqiqə sonra həmkəndlisi İslam ona zəng edərək harada olduğunu soruşmuşdur. O da Səid və Şəmsəddinlə birlikdə “Xan” restoranında çay içdiyini demişdir. İslam ala qapının yanına çıxacağını onu da gəlib götürməsini, onlarla birlikdə çay içmək istədiyini demişdir. O, İslamla telefonla danışdıqdan sonra yenə də çay içməyə davam etmişdir. Təxminən 3-4 dəqiqə sonra İslam yenidən ona zəng edərək Zərərçəkmiş şəxs evinin yandığını ona bildirmişdir. O, Sübhanla bir insitutda təhsil aldığı üçün və həmkəndli olduğundan dərhal çay içdiyi otaqdan çıxaraq kəndə getmək istəmişdir. Həmin vaxt “Xan” restoranının otaqlarının yerləşdiyi koridorda ayaq üstə dayanaraq söhbət edən həmkəndlisi Namiq və Çırağı görmüşdür. O, otaqdan çıxan zaman Çıraq ondan hara getdiyini soruşmuşdur. O, da Çırağa İlqarın evinin yandığını, ona kömək etməyə getdiyini demişdir və restorandan çıxaraq kəndə getmişdir. O, İlqarın evinin həyətinə çatdıqdan təxminən 5-10 dəqiqə sonra Namiqin İlqarın evinin həyətinə gəldiyini görmüşdür. O, “Xan” restoranında tanışları Səid və Şəmsəddinlə birlikdə çay içən zaman Çıraqla Namiq onlarla birlikdə çay içməmişdirlər. O, otaqdan çıxan zaman Çıraqla Namiqi restoranın dəhlizində görmüşdür. O, Çıraqla Namiqi görən zaman onlar restoranın dəhlizində ayaq üstə dayanaraq söhbət etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir, onunla 2007-ci ilin dekabr ayının 2-də evlənmişdir. O, 2022-ci ilin təxminən iyul ayında Namiqə özünə məxsus olan toy mərasimi zamanı Namiqin ona hədiyyə etdiyi, üzərində bir ədəd yaşıl rəngli qaş, həmin qaşın kənarlarında isə xırda ölçülü ağ rəngli qaşlar olan üzüyü vermişdir. Həmin üzük tək üzük olmuşdur. 2022-ci ilin iyul ayında Namiqin kredit borcu olduğundan o, həmin üzüyü satması üçün Namiqə vermişdir. Sonradan Namiqin həmin üzüyü kimə verməsində və ya satıb-satmamasından məlumatı olmamışdır. Həmin üzüyün üzərində bir ədəd iri ölçülü yaşıl qaş və həmin qaşın kənarlarında isə ağ rəngli xırda qaşlar olmuşdur. Verilmiş suallara cavab olaraq Şahid16 bildirdi ki, o, ibtidai istintaqda həyəcanlı olduğu və müstəntiq onu çaşdırdığı üçün fərqli ifadə verərək üzüyün üzərində qırmızı qaşın olduğunu qeyd etmişdir. Odur ki, məhkəmə iclasında verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərmişdir ki, o, Goranboy RPŞ-nin sabiq polis əməkdaşı olmuş, hazırda Naftalan RPŞ-də polis nəfəri kimi xidmət edir. Təqsirləndirilən şəxs onun bibisioğludur, onunla heç bir cinayət əlaqəsi olmamışdır, deyilənlər hamsı şər-böhtandır. Hətta sözügedən məsələ ilə bağlı Yevlax RPŞyə çağırılmış, bununla bağlı araşdırma aparılmış və təqsiri olmadığı üçün araşdırma bağlanmışdır. Şahid10 ilə də onun heç bir şəxsi əlaqəsi olmamış, üzünü belə görməmiş, sadəcə Namiq tutulan vaxt onunla telefon əlaqəsi yaradaraq Namiqin avtomobilinin açarını göndərməsini ondan xahiş etmişdir. Həmçinin pula ehtiyacı olduğu üçün bir neçə dəfə Namiqə pul da göndərmiş və göndərdiyi hesabların kimə məxsus olmasından xəbəri olmamışdır. Verilən suala cavab olaraq Şahid17 bildirdi ki, Zərərçəkmiş şəxs evi yanan vaxt o və Namiq Xanqərvənd kəndində yerləşən “Xan” restoranında yemək yeyirlərmiş, buna təsdiq edən şahidlər də vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid18 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs həmkəndliləri kimi tanıyır. Hadisə olan vaxtı o, Xanqərvənd kəndində yerləşən “Xan” restoranında nəzarətçi işləyirmiş. Həmin vaxt o, Namiq və Çırağın “Xan” restoranında oturub yemək yediklərini və daha sonra axşam saatlarında restoranı tərk etdiklərini görmüşdür. Lakin Şahid19 orada görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy Rayon Polis Şöbəsinin “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, hadisə Goranboy rayonu Xanqərvənd kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində baş vermişdir. Fərdi yaşayış evi kürsülü, bir mərtəbədən ibarət olmaqla, evin üzəri boya ilə rənglənmişdir. Evin giriş qapısı bir taylı olmaqla dəmir materialdan hazırlanmışdır. Giriş qapısının sağ və sol tərəflərində plastik materialdan pəncərələr quraşdırılmışdır. Evdə iki yataq otağı, bir zal və bir mətbəxt vardır. Giriş qapısından evə daxil olduqda sağ tərəfdə holun sol tərəfində 2-ci yataq otağı yerləşir. Zərərçəkmiş şəxs dəmir seyfi həmin yataq otağında olmuşdur. Evin bütün otaqları və içərisində olan əşyalar yanaraq məhv olmuşdur. Həmçinin, evin üstü tamamilə yanmışdır. Evin üzərinə qarğı və qamış düzülmüşdür. Evə baxış keçirilərkən ev yandığı üçün hadisə yerindən heç bir iz və əşya müəyyən edilməmişdir. Evin giriş qapısının kilidi və seyf Goranboy RPŞ tərəfindən götürüldü; X11 Xidmətinin “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin girişi ilk olaraq üzunu 2 metr, eni 1 metr olan dəhlizdən başlayır. Fərdi yaşayış evi 5 otaqdan ibarətdir. Fərdi yaşayış evinin 6 giriş çıxış qapısı və 8 işıqlandırma pəncərəsi vardır. Pəncərələr plastikdən ibarətdir. Hadisə yerinə baxış zamanı və şahidlərin, ev sahibinin verdiyi izahata, ərizəyə əsasən belə güman etmək olar ki, yanğın fərdi yaşayış evinin sanitar qovşaq olan otaqdan başlayıb. Baş vermiş yanğın hadisəsi zamanı xəsarət alan və yaralanan olmamışdır. Baxış zamanı iş üçün əhəmiyyətli 6 ədəd fərdi yaşayış evinin hər otağından kül nümunələri götürüldü; "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, xx.xx.2022-ci il tarixdə Goranboy rayonu Xanqərvənd kəndi ərazisində yerləşən vətəndaş Zərərçəkmiş şəxs məxsus yanğın baş vermiş fərdi yaşayış evində saat 2000-dan 2130-dək elektrik enerjisinin verilməsində fasilə olmamışdır; X11 Xidmətinin “Yanğın haqqında” xx.xx.2022-ci il tarixli aktından görünür ki, yanğının səbəbi qeyri-müəyyəndir. Belə ki, vətəndaş Zərərçəkmiş şəxs verdiyi izahata və ərizəyə əsasən hadisənin qəsdən olduğuna güman edilir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyul 2022-ci il tarixli, 3/791 nömrəli “məhkəmə-trasoloji ekspertizasının” rəyindən görünür ki, tədqiqata təqdim edilən seyfin və onun qapısı üzərində bərk predmetə dəyməsi, sürtünməsi nəticəsində yaranmağa xarakterik sürtünmə, deformasiya zədələri vardır. Həmin zədələr bərk küt predmetdən (məs. ling və s.) istifadə etməklə yaranmışdır. Lakin bu zədələr seyfin kənar predmetlə mexaniki təsir nəticəsində açılmasına dəlalət etmir. Seyfin qapısının iç hissəsində olan sürtünmə , deformasiya zədələri onun bağlı vəziyyətdə yaranmasını istisna edir. Tədqiqata təqdim edilən seyfin “1” rəqəmi ilə işarələnmiş qıfılının suvald mexanizminin üzərində deformasiya əlamətləri aşkar edildi və bu deformasiya seyfin qapısının açıq vəziyyətdə olarkən qoyulmuş zədələrdir. Təqdim edilən “2” rəqəmi ilə işarələnmiş qıfılın suvald mexanizminin səthində və daxili detallarının üzərində kənar predmetin təsirindən yaranmağa xarakterik iz və zədə aşkar edilmədi. Həmin suvald mexanizmini ştat açarına uyğunlaşdırılmış açarla açılması mümkündür. Açar olmadan hər hansı bir predmetin və ya alətin köməyi ilə təqdim edilmiş mexanizmin iz qoymadan açılması mümkündür. Tədqiqata təqdim edilmiş “1-2” rəqəmi ilə işarələnmiş iki ədəd qıfıl nasazdır və istifadəyə yararsızdır. Tədqiqata təqdim edilən iki ədəd silindrik mexanizmi və açarların səthində və daxili detalları üzərində kənar predmetin təsiri nəticəsində yetirilməyə xarakterik deformasiya, cızılma, əzilmə və s. izlər aşkar edilmədi. Bununla belə həmin silindrik mexanizmin ştat açarına uyğunlaşdırılmış açarla, o cümlədən hər hansı bir kənar predmetlə iz qoymadan açılması mümkündür. Tədqiqata təqdim edilmiş iki ədəd qıfıl istifadəyə yararlıdır. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5 avqust 2022-ci il tarixli, 6/3117 nömrəli “materialların məhkəmə ekspertizasının” rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 6 (altı) ədəd bükümdə olan yanğından sonrakı qalıq nümunələrinin üzərində tez alışan neft məhsullarına məxsus izlər aşkar edilmədi. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 avqust 2022-ci il tarixli, 10/4422 nömrəli “yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının” rəyindən görünür ki, Goranboy rayonu Xanqərvənd kəndində Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində yanğının mənbəyi, evin sanitar qovşağında olmuşdur. Hadisə yeri ilkin vəziyyətdə saxlanılmadığı üçün, hadisə yerinə baxış keçirilib yanğının yayılma istiqamətini müəyyən etmək mümkün olmamışdır. İstintaq tərəfindən müəyyən edilən şəraitdə, yəni hadisə ərəfəsində evdə heç kimin olmadığını, sakinlər tərəfindən sonuncu dəfə evdən çıxarkən işıqların söndürüldüyünü və evin daxilində hadisədən sonra qeyri-leqal müdaxilə hallarına xas olan əlamətlərin (seyfdən pul, qızıl-zinət əşyalarının oğurlanması faktının) müəyyən edildiyini nəzərə aldıqda, yanğın kənardan gətirilmiş alışdırma mənbəyinin təsirindən baş verə bilərdi. Aparılmış tədqiqatın dəyəri 102 (yüz iki) manat təşkil edir; Goranboy Rayon Polis Şöbəsinin “Maddi sübut kimi tanıma” haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, yanğından sonra qalmış qalıqlardan götürülmüş nümunələr iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanması üçün Goranboy RPŞ-nin anbarına təhvil verilmişdir; Yevlax Rayon Polis Şöbəsinin “əşyanın maddi sübut qismində tanınması” haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs polis şöbəsinə təqdim etdiyi qızıl-zinət əşyalarının əks edildiyi 5 ədəd fotoşəkil Zərərçəkmiş şəxs məxsus olan evdən oğurluq hadisəsi baş verən zaman oğurlanmış qızıl-zinət əşyalarını özündə əks etdirdiyi üçün cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və cinayət işi materiallarına əlavə edilmişdir; Goranboy Rayon Məhkəməsinin 5(045)-81/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin Vİ hissəsinin tələbləri nəzərə alınmaqla 25580 nömrəli əməliyyat işi üzrə Təqsirləndirilən şəxs söhbət zaman törətmiş olduğu cinayət əməlləri barədə iş üçün əhəmiyyət kəsb edən məlumatlar verməsi ehtimalları nəzərə alınaraq, texniki vasitələrdən istifadə etməklə və ya səs yazan, video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə Təqsirləndirilən şəxs yaşayış yerinin müşahidə edilməsi ilə bağlı bir ay müddətinə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi qərara alınmışdır; “Diskə baxış keçirilməsi” haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, AR DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş 26 may 2022-ci il tarixdə Goranboy rayonu Xanqərvənd kəndində mobil nömrələrin görünmə aralığını özündə əks etdirən 01 ədəd CD diskə baxış keçirilən zaman Zərərçəkmiş şəxs, Şahid1 və Şahid15 26 may 2022-ci il tarixdə 08:30-dan 26 may 2022-ci il tarixdə saat 21:15-dək Goranboy rayonu Xanqərvənd kənd ərazisində olmadıqları müəyyən edilmişdir; "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, ƏQ-268/2023 nömrəli qızıl-zinət və məişət avadanlıqlarının qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evdə yanaraq məhv olmuş 39 (otuz doqquz) sayda məişət avadanlıqlarının və oğurlanmış 14 (on dörd) sayda qızıl-zinət əşyalarının müqayisə yanaşması ilə real bazar dəyəri 64910 (altmış dörd min doqquz yüz on) manat təşkil etmişdir; "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, ƏQ-267/2023 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus Goranboy rayonu Xanqərvənd kəndində yerləşən 196 kv.m ümumi sahədən ibarət, bir mərtəbəli, beş otaqlı fərdi yaşayış evinin hazırkı vəziyyətə gətirilməsi üçün dəymiş ziyanın real bazar dəyəri 68645 (altmış səkkiz min altı yüz qırx beş) manat təşkil etmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Rüstəmov X7 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtarmamışdır; “Şübhəli şəxsin tutulması haqqında” 17 aprel 2023-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:30-da şübhəli şəxs qismində tutulmuşdur; xx.xx.2023-cü il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və sonuncu ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir; xx.xx.2023-cü il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və sonuncu ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir; Yevlax Rayon Məhkənəsinin “qətimkan tədbirinin seçilməsi” barədə xx.xx.2023-cü il tarixli, 4(039)-49/2023 nömrəli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 01 (bir) ay 23 (iyirmi üç) gün müddətə həbs qətimkan tədbiri seçilmişdir; Yevlax Rayon Məhkənəsinin “qətimkan tədbirinin seçilməsi” barədə xx.xx.2023-cü il tarixli, 4(039)-64/2023 nömrəli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli əməliyyat məlumatından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Goranboy rayonu Xanqərvənd kəndində yaşayan Zərərçəkmiş şəxs evinə girərək oradan xeyli miqdarda pul və qızıl-zinət əşyalarını oğurlamışdır. Təqsirləndirilən şəxs oğurladığı qızıldan bir ədəd üzüyü Roza adlı qadına vermiş və halhazırda Roza adlı qadının istintaqa ifadəsində həmin üzüyü Təqsirləndirilən şəxs anası tərəfindən verdiyini iddia etməsini bildirməsi üçün çalışır. Pulun bir hissəsinə “Mitsubishi” markalı avtomobil alımış və həmin avtomobili hal-hazırda Goranboy rayon ərazisində tanışlarının birinin evində saxlayır. Həmçinin, Təqsirləndirilən şəxs əvvəlki cinayət işində 400 manat pul müqabilində yalançı şahidlik etmələri üçün kafedə ofisiant işləyən şəxslərə pul vermişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/725-4/747 nömrəli “audio və videoyazıların məhkəmə ekspertizasının” rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli CD diskdə olan mübahisəli fonoqramda danışıqların tədqiqatı tələb olunan mətn hissələri rəyin tədqiqi hissəsində verilmiş yazılı mətnlərindən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli CD diskdə olan mübahisəli fonoqramdakı danışıqlar qapalı şəraitdə qeydə alınmışdır. Ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli CD diskdə olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi – Təqsirləndirilən şəxs, “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi Şahid7 məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli CD diskdə olan mübahisəli fonoqramdakı danışıqlarda diktorların emosianal vəziyyətinin və sayının əsaslanmamış dəyişməsi, akustik fonun kəskin şəkildə dəyişməsi, danışıqlarda məntiqi rabitənin pozulması, audiosiqnalın itməsi kimi montaj əlamətləri müəyyən olunmadı. Lakin mübahisəli fonoqramın qeydə alındığı yazı qurğusu tədqiqata təqdim olunmadığından digər dəyişikliklərin olub-olmadığını müəyyən etmək mümkün olmadı. Aparılmış tədqiqatın dəyəri 200 (iki yüz) manat təşkil edir; “Diskə baxış keçirilməsi” haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid7 ilə Goranboy rayonu Xanqərvənd kənd sakini Təqsirləndirilən şəxs arasında 3 saat 09 dəqiqə 34 saniyə müddətində aparılmış söhbətdə sonuncu xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs evindən oğurluq etdiyini etiraf etmişdir; Goranboy Rayon Məhkəməsinin 1(045)-101/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir; "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Goranboy rayonu Xanqərvənd kəndində 26 may 2022-ci il tarixdə enerji verilişində fasilələr və qısa qapanma halları olmamışdır; Goranboy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Rüstəmov X7 Rayon Məhkəməsinin 1(045)-101/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü üzrə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 03 (üç) ay 03 (üç) gününü çəkmiş, 02 (iki) il 02 (iki) ay 07 (yeddi) gün çəkilməmiş cəzası qalmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 177.2.3, 177.2.4, 186.2.1 və 186.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi özü etiraf etməsə də, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Məhkəmə Təqsirləndirilən şəxs CM-in 177.2.3, 177.2.4, 186.2.1 və 186.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini etiraf etməməsi, yəni qəsdən yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olaraq özgənin xeyli miqdarda əmlakını gizli yolla talamaqla oğurluq etməməsi və özgənin külli miqdarda əmlakını qəsdən yandırmaqla məhv etməməsi ilə bağlı ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxsin ifadələrində göstərdiyi xüsusatlar məhkəmə istintaqında araşdırılan sübutlarla tam təkzib olunur. Belə ki: - Şahid2 ifadəsində Təqsirləndirilən şəxs ona, Şahid3 və Şahid5 Naftalan şəhərində ər-arvad aptek və mağaza işlədən, onunla bir kənddə, yəni Xanqərvənd kəndində yaşayan şəxsin evindən oğurluq edəcəyini bildirməsini göstərmişdir; - Şahid3 ifadəsində Təqsirləndirilən şəxs ona, Şahid2 və Şahid5 Naftalan şəhərində ər-arvad aptek və mağaza işlədən, onunla bir kənddə, yəni Xanqərvənd kəndində yaşayan şəxsin evindən oğurluq edəcəyini bildirməsini göstərmişdir; - Şahid6 ifadəsində Təqsirləndirilən şəxs hadisə günü, yəni xx.xx.2022-ci il tarixdə günorta saatlarında İlqarın evinin yaxınlığında, küçədə gördüyünü və Namiqin həmin günü oraya onunla barışmaq üçün gəlmədiyini, İlqar və digər qonşuların evlərinin yerləşdiyi istiqamətində getdiyini göstərmişdir; - Şahid7 Telma oğlu ifadəsində Təqsirləndirilən şəxs ona 26 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs evinə girdiyini, Zərərçəkmiş şəxs evindən qızıl-zinət əşyaları və pul vəsaitləri oğurladığını, cinayətin izlərini itirmək üçün evi yandırdığını etiraf etməsini göstərmişdir; - Şahid8 ifadəsində Şahid10 və Şahid9 bir ədəd üzərində iri ölçülü sapfir - göy rəngli qaş və həmin qaşın ətrafında xırda ölçülü çoxsaylı açıq yaşıl rəngli qaşlar olan qızıl üzüyü satın aldığını göstərmişdir; - Şahid9 ifadəsində Şahid10 ilə birlikdə bir ədəd üzərində iri ölçülü sapfir - göy rəngli qaş və həmin qaşın ətrafında xırda ölçülü çoxsaylı açıq yaşıl rəngli qaşlar olan qızıl üzüyü lombardda işləyən Şahid8 satdığını göstərmişdir; - Şahid10 ifadəsində 2022-ci ilin yay aylarında Təqsirləndirilən şəxs ona bir ədəd üzərində iri ölçülü sapfir - göy rəngli qaş və həmin qaşın ətrafında xırda ölçülü çoxsaylı açıq yaşıl rəngli qaşlar olan qızıl üzüyü hədiyyə etdiyini, həmin üzüyü Şahid9 ilə birlikdə lombardda işləyən Şahid8 satdığını, bundan başqa özünü Namiqin anası kimi təqdim edən Emilya İsgəndərovanın ona zəng edərək ifadəsini dəyişərək üzüyün guya anasından qaldığını istintaqa deməsini xahiş etdiyini göstərmişdir; xx.xx.2023-cü il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir; xx.xx.2023-cü il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 avqust 2022-ci il tarixli, 10/4422 nömrəli “yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının” rəyindən görünür ki, hadisə ərəfəsində evdə heç kimin olmadığını, sakinlər tərəfindən sonuncu dəfə evdən çıxarkən işıqların söndürüldüyünü və evin daxilində hadisədən sonra qeyri-leqal müdaxilə hallarına xas olan əlamətlərin (seyfdən pul, qızıl-zinət əşyalarının oğurlanması faktının) müəyyən edildiyini nəzərə aldıqda, Goranboy rayonu Xanqərvənd kəndində Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində yanğın kənardan gətirilmiş alışdırma mənbəyinin təsirindən baş verə bilərdi; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli əməliyyat məlumatından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Goranboy rayonu Xanqərvənd kəndində yaşayan Zərərçəkmiş şəxs evinə girərək oradan xeyli miqdarda pul və qızıl-zinət əşyalarını oğurlamışdır. Təqsirləndirilən şəxs oğurladığı qızıldan bir ədəd üzüyü Roza adlı qadına vermiş və halhazırda Roza adlı qadının istintaqa ifadəsində həmin üzüyü Təqsirləndirilən şəxs anası tərəfindən verdiyini iddia etməsini bildirməsi üçün çalışır. Pulun bir hissəsinə “Mitsubishi” markalı avtomobil alımış və həmin avtomobili hal-hazırda Goranboy rayon ərazisində tanışlarının birinin evində saxlayır; “Diskə baxış keçirilməsi” haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid7 ilə Goranboy rayonu Xanqərvənd kənd sakini Təqsirləndirilən şəxs arasında 3 saat 09 dəqiqə 34 saniyə müddətində aparılmış söhbətdə sonuncu xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs evindən oğurluq etdiyini etiraf etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə qeyd edir ki, mülkiyyət cəmiyyətin iqtisadi özülünü təşkil edən mühüm iqtisadi və hüquqi kateqoriyadır. Maddi nemətlərə sahiblik, onlardan istifadə və onların barəsində sərəncamla əlaqədar yaranan ictimai münasibətlərdən ibarət olan mülkiyyət münasibətləri hüquqla tənzimlənərək hüquqi forma kəsb edir və konkret mülkiyyətçinin öz əmlakı barədə sahiblik, istifadə və sərəncam səlahiyyətini əks etdirən hüquq münasibətinə çevrilir. Mülkiyyət münasibətləri mülki-hüquqi aktlarla müfəssəl tənzimlənir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin üç formasını nəzərdə tutur: 1) xüsusi mülkiyyət; 2) dövlət mülkiyyəti; 3) bələdiyyə mülkiyyəti. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülkiyyətin bütün formalarının bərabərliyini və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyini təsbit edir. Ona görə də yeni cinayət qanununda sovet cinayət qanunvericiliyindən fərqli olaraq, bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Ümumiyyətlə, mülkiyyət əleyhinə olan cinayətlərin bir növü kimi talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Talamanın mühüm əlamətlərindən biri də talanan əmlakın özgənin olmasıdır, yəni təqsirkar şəxs həmin əmlak barəsində heç bir həqiqi və ya güman edilən mülkiyyət hüququna malik olmamalıdır. Oğurluq cinayətinin daha bir obyektiv əlaməti özgənin əmlakının götürülməsinin əvəzsiz olmasıdır. Oğurluq fəal hərəkətlərlə törədilir və təqsirkarın talama hərəkətləri ilə zərərçəkmiş şəxsə maddi ziyan dəyməsi arasında səbəbli əlaqə müəyyyən olunmalıdır.Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan başa çatmış hesab olunur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs özgəyə, yəni Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə qanunsuz daxil olmaqla sonuncunun xeyli miqdarda əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. CM-in 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. CM-in 186.2.1 və 186.2.2-ci maddələrinə əsasən həmin Məcəllənin 186.1-ci maddəsində göstərilən (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) əməllər zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Təhlil edilən cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını məhv etməklə və ya zədələməklə mülkiyyət münasibətlərinə qəsd edir, ona ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Digər tərəfdən, bu əməllərin ümumi təhlükəli üsullarla törədilməsi insanların sağlamlığını, həyatını və qanunla qorunan digər dəyərləri də təhlükə altına alır. Hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs özgəyə, yəni Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə qanunsuz daxil olmaqla sonuncunun xeyli miqdarda əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmiş və daha sonra törətdiyi cinayətin izlərini itirmək üçün zərərçəkmiş şəxsə məxsus olan fərdi yaşayış evini içərisindəki əşyalarla birlikdə alov vurub qəsdən yandırmaqla sonuncuya külli miqdarda ziyan vurmaqla əmlakını məhv etmişdir. Məhv etmə dedikdə, əmlakın xassələrinin elə dəyişməsi başa düşülür ki, bu zaman əmlak təsərrüfat dəyərini itirir, məqsədli təyinatı üzrə istifadə edilə bilmir, başqa sözlə, tam yararsız vəziyyətə salınır. Əmlakı məhv etmə onun dağıdılmasında, parçalanmasında, ümumiyyətlə maddi dəyərin tamamilə təsərrüfat dövriyyəsindən çıxmasında ifadə olunur. Bu zaman həmin əmlakı təmirlə və ya başqa üsulla bərpa etmək mümkünsüz olur. Yandırma dedikdə isə müxtəlif yandırıcı maddələrdən və ya əmlakın özünün yana bilmək xüsusiyyətindən istifadə edərək əmlakı məhv etmə və ya zədələmə başa düşülür. Beləliklə, məhkəmə istintaqında araşdırılan sübutlarla Təqsirləndirilən şəxs özgənin əmlakını zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurlaması və yandırmaqla külli miqdarda ziyan vurmaqla qəsdən məhv etməsi öz təsdiqini tapır. Məhkəmə, Təqsirləndirilən şəxs özünu təqsirli bilməməsi barədə ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə verilən və məhkəmə istintaqı zamanı araşdırılan, yuxarıda qeyd olunan sübutlarla təkzib olunan ifadə kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs ifadəsində irəli sürülən dəlillər tam təkzib olunur. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətlədirərək Təqsirləndirilən şəxs özgənin əmlakını zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurlaması və yandırmaqla külli miqdarda ziyan vurmaqla qəsdən məhv etməsi ilə bağlı verilmiş ittihamın məhkəmə istintaqında öz təsdiqini tapması nəticəsinə gəlir və onun ifadəsini məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilən ifadə kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.3, 177.2.4, 186.2.1 və 186.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını (əsas: iş materiallarına əlavə olunmuş Goranboy RİHB-nin Xanqərvənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ailə tərkibi haqqında arayış); İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-in 177.2.3, 177.2.4, 186.2.1 və 186.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. CM-in 66.2-ci maddəsinə əsasə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməllərini Goranboy Rayon Məhkəməsinin 1(045)-101/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü çıxarılmazdan əvvəl, yəni 26 may 2022-ci il tarixdə törətmişdir. Buna görə də CM-in 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən həmin hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.3, 177.2.4, 186.2.1 və 186.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli, ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, həmin cəzaları qismən toplamaq yolu ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli (CM-in 66.2), Goranboy Rayon Məhkəməsinin 1(045)-101/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 2 (iki) il 5 (beş) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla qəti cəza müəyyən edilməli (CM-in 66.5, 68.1.1-1), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 17 aprel 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübutlar - Yevlax Rayon Polis Şöbəsində saxlanca verilmiş 1 ədəd seyf Zərərçəkmiş şəxs qaytarılmalı, 1 ədəd kisədə qablaşdırılmış Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi Tədqiqat obyekti №19 mətninə malik ştampla möhürlənmiş vəziyyətdəki 2 ədəd qıfıl, 2 ədəd silindrik mexanizm, 5 ədəd açar, 1 ədəd kisədə qablaşdırılmış Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi Tədqiqat obyekti №59 mətninə malik ştampla möhürlənmiş vəziyyətdəki yanğından sonra götürülmüş 6 ədəd bükümdəki qalıq nümunələri dəyəri olmadığına görə məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3, 177.2.4, 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddiaya dair məhkəmə qeyd edir ki, CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir; 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; 181.2, 181.2.4-cü maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə mənəvi ziyanın ödənilməsini tələb edə bilər; 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmə baş vermiş cinayət hadisəsi nəticəsində zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs əmlakının talanması və məhv olmasını nəzərə alaraq, ona həm maddi, həm mənəvi ziyan dəyməsini mümkün hesab etsə də, maddi ziyanla razılaşdığı halda, mənəvi ziyanla bağlı tələb olunan məbləğlə razılaşmır. Məhkəmə ilk öncə mülki iddianın maddi ziyanla bağlı hissəsinə dair qeyd edir ki, Əmlakın Qiymətləndirilməsi” MMC-nin xx.xx.2023-cü il tarixli, ƏQ-267/2023 və ƏQ- 268/2023 mütəxəssis rəylərindən görünür ki, mülki iddiaçı Zərərçəkmiş şəxs məxsus Goranboy rayonu Xanqərvənd kəndində yerləşən 196 kv.m ümumi sahədən ibarət, bir mərtəbəli, beş otaqlı fərdi yaşayış evinin hazırkı vəziyyətə gətirilməsi üçün dəymiş ziyanın real bazar dəyəri 68645 (altmış səkkiz min altı yüz qırx beş) manat və həmin fərdi yaşayış evdə yanaraq məhv olmuş 39 (otuz doqquz) sayda məişət avadanlıqların və oğurlanmış 14 (on dörd) sayda qızıl-zinət əşyaların müqayisə yanaşması ilə real bazar dəyəri 64910 (altmış dörd min doqquz yüz on) manat olmaqla, ümumilikdə 133555 manat təşkil edir. Hakim Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 218.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qərar çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırkı mülki iddiada belə müstəsna hallar müəyyən edilməmişdir. Məhkəmə göstərilən mütəxəssis rəylərini mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək mülki iddianın mülki iddiaçıya məxsus əmlakların oğurlanması və məhv edilməsinə görə tələb hissəsinin həmin məbləğdə təmin edilməsini qanuni və ədalətli hesab edir. Məhkəmə daha sonra mülki iddianın mənəvi ziyanla bağlı hissəsinə dair qeyd edir ki: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında qeyd olunur ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Qərarda həmçinin qeyd olunur ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hisslərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və X5 haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi “Varnava və digərləri Türkiyəyə qarşı iş” üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Göründüyü kimi, “İnsan Hüquqlarının və X5 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə hesab edir ki, zərəçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs əmlakının oğurlanması və məhv edilməsi ilə bağlı fiziki və ya psixoloji ağrı və əzab, sıxıntı, ağır mənəvi sarsıntı və iztirab hissləri keçirməsi, yəni ona mənəvi ziyan dəyməsi, yuxarıda təsvir olunan hallar da nəzərə alınmaqla, danılmazdır. Bu baxımdan ona dəyən mənəvi ziyana görə cavabdehdən pul tutulması tələbi əsaslıdır. Lakin məhkəmə, mülki cavabdehin də əmlak vəziyyətini nəzərə alaraq tələb olunan mənəvi ziyan məbləğini ağlabatan və ədalətli hesab etmir. Bu baxımdan məhkəmə mülki iddianın mənəvi ziyanla bağlı hissəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Məhkəmə tələbin təmin edilmiş hissəsinə mütənasib olaraq Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və “X12” Azərbaycan Respublikasının Qanununun 8.1.4-cü maddələrinə əsasən mülki iddianın ödənilmiş dövlət rüsumu ilə bağlı hissəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Qeyd olunanlara əsasən və CPM-in 344, 347, 349, 351-353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(045)-101/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 5 (beş) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən (iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrumetməyə bərabər olmaq hesabı ilə 2 (iki) il 5 (beş) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması = 1 (bir) il 2 (iki) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə) hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmənin əvvəli tutulduğu vaxtdan, yəni 17 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - Yevlax Rayon Polis Şöbəsində saxlanca verilmiş 1 ədəd seyf Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə maddi sübut - Yevlax Rayon Polis Şöbəsində saxlanca verilmiş 1 ədəd kisədə qablaşdırılmış Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi Tədqiqat obyekti №19 mətninə malik ştampla möhürlənmiş vəziyyətdəki 2 ədəd qıfıl, 2 ədəd silindrik mexanizm, 5 ədəd açar, 1 ədəd kisədə qablaşdırılmış Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi Tədqiqat obyekti №59 mətninə malik ştampla möhürlənmiş vəziyyətdəki yanğından sonra götürülmüş 6 ədəd bükümdəki qalıq nümunələri dəyəri olmadığına görə məhv edilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddiası qismən təmin olunsun. Mülki cavabdeh Təqsirləndirilən şəxs 118235 (yüz on səkkiz min iki yüz otuz beş) manat məbləğində maddi ziyan, 5000 (beş min) manat məbləğində mənəvi ziyan və ödənilmiş 413,24 (dörd yüz on üç manat iyirmi dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi, ümumilikdə 123648,24 (yüz iyirmi üç min altı yüz qırx səkkiz manat iyirmi dörd qəpik) manat məbləğində vəsait tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 481 (dörd yüz səksən bir) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD – 210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar