Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-2/2025 15.05.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 oğlunun, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğlunun iştirakı ilə, xx.xx.1989-cu ildə Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda AR ƏN PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 32.3,186.2.1 və 32.3,186.2.2-ci maddələri ilə, 14 oktyabr 1992-ci il tarixdə Goranboy rayonu Xanqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Gəncə şəhəri Həsrət və Yaşar Əliyev qardaşları küçəsi ev 10, mənzil 1-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda AR ƏN PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3, xx xxxxxx 1989-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Gəncə şəhəri Həsrət və Yaşar Əliyev qardaşları küçəsi Yataqxana 10, otaq 23-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs”qətimkan tədbiri seçilmiş, hazırda AR ƏN PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 CM-in 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 Goranboy rayonu Nadirkənd kənd sakini Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması nəticəsində Zərərçəkmiş şəxs qisas almaq məqsədi ilə sonuncuya məxsus Goranboy rayonu, Nadirkənd kəndi ərazisində yerləşən içərisində 230 baş xırdabuynuzlu heyvanlar olan tövləni xırdabuynuzlu heyvanlarla birlikdə yandırmaqla əmlakını qəsdən məhv etmək qərarına gələrək, öz cinayətkar niyyətini həyata keçirmək üçün 2024-cü ilin fevral ayında tanışı Təqsirləndirilən şəxs3 ilə bu işi görməsi üçün danışıb razılığa gələrək sonuncuya bunun müqabilində ümumilikdə 200 manat pul verməklə qeyd olunan cinayətin törədilməsinə rəhbərlik etmiş, Təqsirləndirilən şəxs3 isə öz növbəsində qaynı Təqsirləndirilən şəxs1 və tanışı X4 həmin cinayət hadisəsinin birgə icra edilməsi barədə qabaqcadan razılaşdıqdan sonra 14 mart 2024-cü il tarixdə saat 01:30 radələrində Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Erik Vəliyev tərəfindən tez alışan rəngsiz uçucu maye olan benzini Zərərçəkmiş şəxs tövləsinin damına və ətrafına töküb yandırmaqla sonuncuya məxsus 5000 manat dəyərində olan tövlənin və tövlənin içərisindəki hər biri 270 manat, cəmi 24300 manat dəyərində 90 baş quzuların və hər biri 270 manat, cəmi 37800 manat dəyərində 140 baş ana qoyunların yandırılmasına nail olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs külli miqdarda, yəni 67100 (altmış yeddi min bir yüz) manat dəyərində əmlakının qəsdən məhv edilməsini təşkil etmişdir. Təqsirləndirilən şəxs3 2024-cü ilin fevral ayında tanışı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması nəticəsində Zərərçəkmiş şəxs qisas almaq məqsədilə sonuncuya məxsus Goranboy rayonu, Nadirkənd kəndi ərazisində yerləşən içərisində 230 baş xırdabuynuzlu heyvanlar olan tövləni xırdabuynuzlu heyvanlarla birlikdə yandırmaqla əmlakını qəsdən məhv etmək barədə Təqsirləndirilən şəxs2 sifarişini yerinə yetirəcəyi ilə bağlı razılığa gələrək bunun müqabilində sonuncudan ümumilikdə 200 manat pul aldıqdan sonra öz qaynı Təqsirləndirilən şəxs1 və tanışı X4 həmin cinayət hadisəsinin birgə icra edilməsi barədə qabaqcadan razılaşaraq 14 mart 2024-cü il tarixdə saat 01:30 radələrində Təqsirləndirilən şəxs1 və Erik Vəliyevlə birlikdə əldə etdikləri tez alışan rəngsiz uçucu maye olan benzini Zərərçəkmiş şəxs Goranboy rayonu, Nadirkənd kəndi ərazisində yerləşən tövləsinin damına və ətrafına töküb yandırmaqla sonuncuya məxsus 5000 manat dəyərində olan tövləni və tövlənin içərisindəki hər biri 270 manat, cəmi 24300 manat dəyərində 90 baş quzuları və hər biri 270 manat, cəmi 37800 manat dəyərində 140 baş ana qoyunları yandırılmaqla, ümumilikdə Zərərçəkmiş şəxs külli miqdarda, yəni 67100 (altmış yeddi min bir yüz) manat dəyərində əmlakını qəsdən məhv etmişdir. Təqsirləndirilən şəxs1 13 mart 2024-cü il tarixdə axşam saatlarında öz evində bacısının əri Təqsirləndirilən şəxs3 ilə yeyib içərkən Təqsirləndirilən şəxs3 tanışı Zərərçəkmiş şəxs pis insan olmasını bildirərək cəzalandırmaq məqsədilə sonuncuya məxsus Goranboy rayonu, Nadirkənd kəndi ərazisində yerləşən içərisində 230 baş xırdabuynuzlu heyvanlar olan tövləni xırdabuynuzlu heyvanlarla birlikdə yandırmaqla əmlakını qəsdən məhv etmək barədə təklifini qəbul edib qeyd olunan cinayət hadisəsini Təqsirləndirilən şəxs3 və sonuncunun tanışı X4 birgə icra etmək barədə qabaqcadan razılaşaraq 14 mart 2024-cü il tarixdə saat 01:30 radələrində Təqsirləndirilən şəxs3 və Erik Vəliyevlə birlikdə əldə etdikləri tez alışan rəngsiz uçucu maye olan benzini Zərərçəkmiş şəxs Goranboy rayonu, Nadirkənd kəndi ərazisində yerləşən tövləsinin damına və ətrafına töküb yandırmaqla sonuncuya məxsus 5000 manat dəyərində olan tövləni və tövlənin içərisindəki hər biri 270 manat, cəmi 24300 manat dəyərində 90 baş quzuları və hər biri 270 manat, cəmi 37800 manat dəyərində 140 baş ana qoyunları yandırılmaqla, ümumilikdə Zərərçəkmiş şəxs külli miqdarda, yəni 67100 (altmış yeddi min bir yüz) manat dəyərində əmlakını qəsdən məhv etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs2 CMin 32.3,186.2.1 və 32.3,186.2.2-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 2 ünvanında yaşayır. Goranboy rayonu, Nadirkənd kənd sakini Zərərçəkmiş şəxs təxminən 4 ildir ki, tanıyır. Onunla əvvəllər münasibəti yaxşı olmuş, düşmənçiliyi və ədavəti olmamışdır. O, Goranboy rayonu, Nadirkənd kəndi ərazisində Mahirin yanında dəmir qəbulu məntəqəsi açıb işlətmişdir. Belə ki, o, işlətdiyi məntəqəni Mahirin qardaşı Ələsdandan icarəyə götürmüşdür. Mahir isə məntəqənin yan tərəfində xırdabuynuzlu heyvan saxlamışdır. Həmin ərazidə gecələr bir gün o, bir gün isə Mahir qalmışdır. Həmçinin onun işlətdiyi obyektə və Mahirin obyektinə kamera quraşdırılmışdır. Sonradan onun Mahirlə münasibəti korlanmışdr. Belə ki, dəmir alqısatqısı ilə məşğul olur, lakin ziyanlıq etmişdir. Mahirin həmin vaxtlar yığdığı metal tullantılarını oğurlamağa başladığını bilmişdir. O da, bunu Mahirə deyəndə boynuna almamışdır. Kamera görüntülərinə baxanda özü gecə obyektdə qalan müddətdə işıqların sönmədiyini, lakin Mahir obyektdə gecələr qalanda işıqların təxminən 25-30 dəqiqə söndüyünü, sonra isə işıqların yandığını görmüşdür. Mahir obyektdə qalan gecələr gecə saatlarında Fizuli adlı şəxsin sarı rəngli VAZ 2106 markalı dövlət qeydiyyat nişanını bilmədiyi avtomobili ilə obyektə gəlib ikisi də avtomobildən düşdüklərini, sonra isə Mahirin işıqları söndürdüyünü, sonuncu işıqları yandıranda isə obyektində görünüən metalların olmadığını kamerada görmüşdür. O, işlətdyi məntəqədən Mahirin dəmir tullantılarını oğurlamasını biləndən sonra məntəqədən çıxıb həmin məntəqədən bir neçə obyekt aralıda yeni məntəqə götürüb işlətməyə başlamışdır. O, yeni məntəqə götürəndən sonra təxminən 10 il olar ki, münasibətdə olduğu Goranboy rayonu, Xanqərvənd kəndində anadan olmuş, hal-hazırda Gəncə şəhərində yaşayan Təqsirləndirilən şəxs3 da işə götürmüşdür. Yəni, Cavid dəmir tullantıları yığmaqda ona köməklik etməyə başlamışdır. O, Cavidlə söhbət edən zaman Mahirin ona qarşı etdiklərini danışmışdır. Həmçinin Mahirin ona qarşı etdiyi pisliyə görə Cavidə sonuncuya “necə ziyan vura bilərik?” demiş, Cavid də ona “nə deyirsənsə sənə köməklik etməyə hazıram” demişdir. Mahirin Nadirkənd kəndi ərazisində yerləşən fermasında dəqiq sayını bilmədiyi miqdarda xırda buynuzlu heyvan saxladığını bilmiş, ona görə də, Cavidə “həmin fermanı heyvanlarla birlikdə yandıraraq Mahirə ziyan vura bilərikimi?” demişdir. Yəni, cinayətin sifarişini o, Cavidə demişdir. Cavid də onunla razılaşmışdır. O, Cavidə həmin vaxt Mahirin fermasını yandırmağa görə pul verəcəyini də demişdir. 13 mart 2024-cü il tarixdə Cavidlə Nadirkənd kəndi ərazisində görüşmüş, Cavid həmin vaxt onun yanına tək gəlmiş, Cavid ona bu gecə Mahirin fermasını yandıracağını demişdir. O da Cavidə həmin vaxt ilkin olaraq 50 manat pul vermişdir. Cavid də çıxıb getmişdir. 14 mart 2024-cü il tarixdə 01:30 radələrinbdə Cavid həmin vaxt tanımadığı şəxslərlə Mahirin fermasını heyvanlarla birlikdə yandırmışdır. Belə ki, o həmin vaxt iş yerində qalmış, iş yeri də Mahirin fermasına yaxın olmuşdur. O, səhər iş yerini açanda Mahirin fermasının yanmasını bilmişdir. 14 mart 2024-cü il tarixdə səhər tezdən Cavid iş yerinə gəlib Mahirin fermasını yandırdığını ona deyib 50 manat pul almışdır. Bir gündən sonra, yəni 15 mart 2024-cü il tarixdə Cavid onun iş yerinə gəlib fermanı yandırdığına görə ondan yenidən 100 manat pul almışdır. O, həmin vaxt Caviddən fermanı kimlərlə yandırdığını və həmin uşaqların ağzı bərk olub-olmamasını soruşmuş, Cavid də ona fermanı yandırmaqda ona köməklik edən uşaqları onun tanımadığını və ona həmin uşaqların ağzı bərk olduğunu, heç bir narahatçılıq olmadığını demişdir. O da, digər şəxslər kimi Mahirin fermasının yandırılmasına görə polisə şikayət etməsini bilmişdir. Goranboy rayon polis şöbəsinin əməkdaşları onu polis şöbəsinə dəvət edib onunla əməliyyat yönümlü söhbətlər aparan zaman etdiyi cinayəti özü səmimi olaraq etiraf etmişdir. Belə ki, Cavidə Mahirin fermasını heyvanlarla birlikdə yandırmasını və Mahirə ziyan vurulmasını Cavidə deməsini etiraf etmişdir. Yəni, həmin cinayəti o sifariş etmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs3 onun sifariş etdiyi cinayəti sonradan Təqsirləndirilən şəxs1 və Erik Vəliyevlə törətməsini bilmişdir. X7 fermasını benzinlə yandırmasını da polis şöbəsində bilmişdir. Mahirin ferması yandırılan zaman fermada xırdabuynuzlu heyvanlar da yanmışdır. Etdiyi əməldən peşmandır. Hazırda o, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəməmişdir. Odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs3 CMnin 186.2.1 və 186.2.2-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 tanıyır. Belə ki, Goranboy rayonu Borsunlu kəndində Bəhruzun dəmir tullantılarının satıldığı sexi var. O da ehtiyac olduqda gedib həmin sexdə işləməklə pul qazanmışdır. Yəni o, mütəmadi olaraq Bəhruza məxsus sexdə işləməmişdir. Bu münasibətlə də Bəhruzu tanımışdır. Bəhruzla münasibəti həmişə normal olmuşdur. Bəhruzla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. O, 2024-cü ilin fevral ayında Goranboy rayonu Nadirkənd kəndində yerləşən Bəhruza məxsus dəmir tullantıları sexinə işləməyə gəlmişdir. O, həmin sexdə işlədikdən sonra Bəhruzla söhbət edərkən Bəhruz ona ədavəti olduğu Goranboy rayonu Nadirkənd kənd sakini Mahirdən qisas almaq istədiyini demişdir. Bəhruz bunu necə edə biləcəyini onunla söhbət edərkən ona Mahirin Goranboy rayonu Nadirkənd kəndində yerləşən içərisində xırdabuynuzlu heyvanlar saxladığı tövləsini yandırmağı təklif etmişdir. Həmçinin həmin vaxt Bəhruz ona bu işin müqabilində pul verəcəyini də demişdir. O da Bəhruzun təklifi ilə razılaşsa da, konkret olaraq bu işi həyata keçirmək üçün vaxt təyin etməmişlər. 13 mart 2024-cü il tarixdə saat 20 radələrində Goranboy rayonu Nadirkənd kəndinin girişinə gəlmişdir. Həmin yerə Gəncə şəhərində yaşayan dəmir tullantılarının daşıması işini həyata keçirən Erikin idarə etdiyi Vaz 2107 minik markalı avtomobili ilə gəlmişdir. Həmin yerə Bəhruzdan Mahirə məxsus tövləni yandırmaq məqsədi ilə pul almaq üçün gəlmişdir. Çünki, əvvəlcədən bu barədə aralarında razılaşma olmuşdur. Ona görə də, Bəhruzun istifadəsində olan ***-***- **-** mobil nömrəsinə ***-***-**-** nömrəli mobil telefonundan zəng edib Goranboy rayonu Nadirkənd kəndinin girişində olduğunu və həmin yerə gəlməyini demişdir. Bir az sonra Bəhruz həmin yerə gəlmiş, Bəhruzla görüşüb Mahirə məxsus tövləni yandıracağını deyib əvvəlcədən verdiyi sözünə əməl etməsini tələb etmiş və Bəhruzdan pul istəmişdir. Bəhruz da həmin vaxt çıxarıb ona 50 manat pul verib getmişdir. O, fermanın yanına gedib fermaya baxmış, sonra isə qayıdıb Erikin yanına gəlib avtomobilinə əyləşmişdir. Həmin vaxt Erikə “gecə saat 1-də fermanı yandıracayıq, bunun müqabilində isə sənə sürücü kimi 50 manat pul verəcəyəm” demişdir. Erik də, onunla razılaşmışdır. Bundan sonra, Eriklə birlikdə Gəncə şəhərinə qayıtmış və avtomobildən düşəndə Erikə “gecə saat 1-də görüşüb gedərik” demişdir. Erik də onunla razılaşmışdır. Sonra o, qaynı Təqsirləndirilən şəxs1 zəng etmiş, həmin vaxt qaynı Cavid onu evlərinə dəvət etmişdir. O da mağazaya daxil olub içməkləri üçün pivə alıb qaynı Cavidgilə getmişdir. Bundan sonra, qaynı Təqsirləndirilən şəxs1 ilə stol araxasında əyləşib şam edib spirtli içki olan araq, çaxır və pivə içmişlər. Bir qədər yeyib-içdikdən sonra qaynı Təqsirləndirilən şəxs1 “Goranboy rayonu Nadirkənd kəndində yerləşən Mahir adlı şəxsə məxsus tövləni yandırmaq lazımdır” demişdir. Belə ki, o, Mahirin pis bir insan olmasını və buna görə də ona məxsus tövlənin yandırılmasının vacib olduğunu demişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 tövlənin içərisində xırdabuynuzlu heyvanlar olmasını da demişdir. Sonra isə qaynı Təqsirləndirilən şəxs1 bu işi birlikdə görməyi təklif etmiş, qaynı Təqsirləndirilən şəxs1 də onun təklifi ilə razılaşmışdır. Həmçinin, qaynı Təqsirləndirilən şəxs1 onları Goranboy rayonu Nadirkənd kəndi ərazisinə tanışı Erikin Vaz 2107 minik markalı avtomobili ilə aparacağını demişdir. Qaynı Cavidlə bir xeyli yeyib-içdikdən sonra 13 mart 2024-cü il tarixdən 14 mart 2024-cü il tarixə keçən gecə saat 01 radələrində evdən çıxıb binanın qarşısına düşdükdə tanışı Erik Vaz 2107 minik markalı avtomobili ilə onları qarşılamış, lakin o, tövlənin yandırmağa getməkləri ilə bağlı Bəhruza məlumat verməmişdir. Belə ki, tövləni yandırdıqdan sonra Bəhruza bu barədə məlumat verib əlavə pul almağını düşünmüşdür. Çünki, razılaşmalarına əsasən, Vaz 2107 minik markalı avtomobilin sürücüsü Erikə 50 manat pul verəcəkmiş. 14 mart 2024-cü il tarixdə saat 01 radələrində yaşadıqları binanın qarşısında qaynı Cavidlə birlikdə Erikin Vaz 2107 minik markalı avtomobilinə əyləşmişlər. Həmin vaxt qaynı Cavidin tanışı Xəyal da onların yanına gəlib avtomobilə əyləşmiş və onlardan hara getdiklərini soruşmuşdur. Onlar da Xəyala işləri olduğu üçün Goranboy rayonuna getdiklərini demişlər. Xəyal da onlarla birlikdə Goranboy rayonuna getmək istədiyini bildirmiş, onlar da Xəyala çox sərxoş olduğu üçün bir söz deməmişlər. Həmçinin Xəyala hansı məqsədlə Goranboy rayonuna getməklərini də deməmişlər. Belə ki, Xəyal onların Mahirə məxsus Goranboy rayonu Nadirkənd kəndi ərazisində fermasını yandırmağa getdiklərini bilməmişdir. Xəyal sərxoş olduğu üçün avtomobilə əyləşən kimi yatmışdır. Onlar Gəncə şəhərindən çıxarkən yolun sağında olan yanacaq doldurma məntəqəsinə daxil olmuş və Erik Vaz 2107 minik markalı avtomobilinə 7 litr benzin vurduqdan sonra əlavə olaraq da 2 litr qabda tövləni yandırmaqları üçün benzin almışdır. O isə həmin vaxt avtomobildən düşüb yanacaq doldurma məntəqəsinin yaxınlığındakı köşkə gedib oradan tövləni yandırmaqda istifadə etməkləri üçün sellofan torba almışdır. Bundan sonra isə gəlib Erikin idarə etdiyi Vaz 2107 minik markalı avtomobildə əyləşmiş, Erik də avtomobili işə salıb Goranboy rayonu Nadirkənd kəndində yerləşən Mahirə məxsus tövlə istiqamətində idarə etməyə başlamışdır. 14 mart 2024-cü il tarixdə təxminən saat 01:30 radələrində Goranboy rayonu Nadirkənd kəndində yerləşən Mahirə məxsus tövlənin yaxınlığına gəlmişlər. Həmin yerdə Erik avtomobili saxladıqdan sonra razılaşmalarına əsasən Erik Vaz 2107 minik markalı avtomobilin içərisində qalıb onları gözləmiş, o isə qaynı Cavidlə birlikdə avtomobildən yerə düşüb Mahirə məxsus tövləyə yaxınlaşmışdır. Xəyal isə avtomobilin içərisində yatmış və oyanmamışdır. O, avtomobildən düşərkən tövləni yandırmaq üçün əvvəlcədən aldıqları 2 litr həcmli benzini və sellofan torbaları götürmüşdür. Bundan sonra isə o, əlində olan benzindən bir hissəsini sellofan torbaların üzərinə tökmüş, bir hissəsini isə tövlənin ətrafına töküb, qalan hissəsini isə tövlənin damına atmışdır. Bundan sonra isə, üzərində olan alışqanı çıxarıb sellofan torbaları yandırıb tövlənin ətrafına tökdüyü benzinin üzərinə atmış və tövlə yanmağa başlamış, lakin tövlə tam alışmadığı üçün Erikin Vaz 2107 minik markalı avtomobilinin yanına gəlib həmin avtomobilin yük yerində olan 1 litr həcmli ehtiyat üçün saxlanılan benzini götürüb tövlənin yanına gəlib həmin benzini tövlənin ətrafına töküb yenidən alışqanla yandırmış və nəhayət tez bir zamanda tövlə alov tutub yanmağa başlamışdır. Həmçinin qaynı Cavid də alışqanla tövlənin aşağı tərəfində olan samanları yandırmışdır. Onlar tövlənin içərisində olan xırdabuynuzlu heyvanlarla birlikdə yanmasına tam əmin olduqdan sonra oradan çıxıb Erikə məxsus Vaz 2107 minik markalı avtomobilinə əyləşib Gəncə şəhərinə qayıtmışlar. Gəncə şəhərinə çatdıqdan sonra isə hər biri yaşadıqları evə getmişlər. 14 mart 2024-cü il tarixdə günorta saatlarında Goranboy rayonu Borsunlu kəndinə Bəhruzun yanına gəlib gecə Mahirə məxsus tövləni içərisindəki xırdabuynuzlu heyvanlarla birlikdə yandırdığını demişdir. Həmçinin həmin işdə ondan başqa iki nəfər tanışlarının da iştirak etməsini demişdir. Həmin vaxt Bəhruzdan tanışlarından birinə 50 manat pul verməli olduğu üçün 50 manat pul istəmiş, Bəhruz da ona 50 manat pul vermişdir. O da 50 manat pulu götürüb Gəncə şəhərinə getmiş və həmin 50 manat pulu Erikə vermişdir. Bir gün sonra isə Bəhruzla Gəncə şəhərində görüşmüş və həmin vaxt Bəhruz Mahirə məxsus tövləni içərisindəki xırdabuynuzlu heyvanlarla birlikdə yandırmaqları ilə bağlı ona əlavə 100 manat da pul vermişdir. Beləliklə, Bəhruz bu işlə bağlı ona ümumilikdə 200 manat pul vermişdir. O da Bəhruzun sonuncu dəfə verdiyi 100 manat pulu qaynı Cavidlə birlikdə xərcləmişdir. 20 mart 2024-cü il tarixdə isə Gəncə şəhəri ərazisində Goranboy RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Goranboy RPŞ-nə gətirilmiş, Goranboy RPŞ-nə gətirilən zaman isə polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmişdir. Goranboy RPŞ-də olan zaman törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etmişdir. Bəhruzun yanında işlədiyi vaxtlardan Mahirə məxsus tövlənin içərisində xırdabuynuzlu heyvanlar olduğunu bilmişdir. Ona görə də, tövləni yandıran zaman içərisində xırdabuynuzlu heyvanların yanıb tələf olacağını bilmiş, lakin konkret olaraq tövlənin içərisində nə qədər xırdabuynuzlu heyvanlar olmasını bilməsə də, niyyətləri tövləylə birlikdə içərisində olan xırdabuynuzlu heyvanların hamısını yanırmaqdan ibarət olmuşdur. Hazırda o, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəməmişdir. Odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 CMnin 186.2.1 və 186.2.2-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs3 tanıyır. Belə ki, Təqsirləndirilən şəxs3 onun bacısı Elvira ilə evlənmişdir. Yəni, Təqsirləndirilən şəxs3lə qohumdur, qohum kimi Təqsirləndirilən şəxs3lə münasibəti həmişə yaxşı olmuşdur. Təqsirləndirilən şəxs3lə heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. 13 mart 2024-cü il tarixdə saat 21 radələrində yaşadığı evdə olarkən yeznəsi Təqsirləndirilən şəxs3lə əlaqə saxlayıb onu yaşadığı evə dəvət etmiş, bir az sonra Təqsirləndirilən şəxs3 yaşadığı evə gəlmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs3lə stol arxasında əyləşib şam edib spirtli içki olan araq, çaxır və pivə içmişlər. Bir qədər yeyib-içdikdən sonra Təqsirləndirilən şəxs3 ona “Goranboy rayonu Nadirkənd kəndində yerləşən Mahirə məxsus tövləni yandırmaq lazımdır” demişdir. Belə ki, Təqsirləndirilən şəxs3 Mahirin pis bir insan olmasını və buna görə də ona məxsus tövlənin yandırılmasının vacib olduğunu demişdir. Həmçinin, Təqsirləndirilən şəxs3 tövlənin içərisində xırdabuynuzlu heyvanlar olmasını demişdir. Təqsirləndirilən şəxs3 bu işi birlikdə görməyi ona təklif etmişdir. O da Təqsirləndirilən şəxs3 təklifi ilə razılaşmışdır. Həmçinin Təqsirləndirilən şəxs3 onları Goranboy rayonu Nadirkənd kəndi ərazisinə tanışı Erik Vaz 2107 minik markalı avtomobili ilə aparacağını demişdir. O da yeznəsi Cavidlə razılaşmışdır. Yeznəsi Cavidlə bir xeyli yeyib-içdikdən sonra 13 mart 2024-cü il tarixdən 14 mart 2024-cü il tarixə keçən gecə saat 01 radələrində yaşadığı evdən çıxıb binanın qarşısına gəldikdə onları yeznəsi Cavidin tanışı Erik Vaz 2107 minik markalı avtomobili ilə qarşılamışdır. 14 mart 2024-cü il tarixdə saat 01 radələrində yaşadığı binanın qarşısında yeznəsi Cavidlə birlikdə Erikin Vaz 2107 minik markalı avtomobilinə əyləşmişlər. Həmin vaxt kirvə qohumu X9 onların yanına gəlib avtomobilə əyləşmiş və onlardan hara getdiklərini soruşmuşdur. Onlar da, Xəyala işləri olduğu üçün Goranboy rayonuna getdiklərini demişlər. Xəyal da onlarla birlikdə Goranboy rayonuna getmək istədiyini bildirmişdir. Onlar da Xəyal çox sərxoş olduğu üçün bir söz deməmişlər. Həmçinin Xəyala hansı məqsədlə Goranboy rayonuna getməklərini də deməmişlər. Belə ki, Xəyal onların Mahirə məxsus Goranboy rayonu Nadirkənd kəndi ərazisində fermasını yandırmağa getdiklərini bilməmişdir. Xəyal sərxoş olduğu üçün avtomobilə əyləşən kimi yatmışdır. Onlar Gəncə şəhərindən çıxarkən yolun sağında olan yanacaq doldurma məntəqəsinə daxil olmuşlar. Həmin yerdə Erik Vaz 2107 minik markalı avtomobilinə 7 litr benzin vurduqdan sonra əlavə olaraq da 2 litr qabda tövləni yandırmaq üçün benzin almışlar. Yeznəsi Cavid isə həmin vaxt avtomobildən düşüb yanacaq doldurma məntəqəsinin yaxınlığındakı köşkə gedib oradan tövləni yandırmaq da istifadə etməkləri üçün sellofan torba almışdır. Bundan sonra isə gəlib Erikin idarə etdiyi Vaz 2107 minik markalı avtomobildə əyləşmiş, Erik də avtomobili işə salıb Goranboy rayonu Nadirkənd kəndində yerləşən Mahirə məxsus tövlə istiqamətində idarə etməyə başlamışdır. 14 mart 2024-cü il tarixdə təxminən saat 01:30 radələrində Goranboy rayonu Nadirkənd kəndində yerləşən Mahirə məxsus tövlənin yaxınlığına gəlmişlər. Həmin yerdə Erik avtomobili saxladıqdan sonra razılaşmalarına əsasən, Erik Vaz 2107 minik markalı avtomobilin içərisində qalıb onları gözləmişdir. O, isə yeznəsi Cavidlə birlikdə avtomobildən yerə düşüb Mahirə məxsus tövləyə yaxınlaşmışlar. Xəyal isə avtomobilin içərisində yatmış və oyanmamışdır. Həmin vaxt avtomobildən düşərkən yeznəsi Cavid tövləni yandırmaq üçün əvvəlcədən aldıqları 2 litr həcmli benzini və sellofan torbaları avtomobildən götürmüşdür. Bundan sonra isə Cavid əlində olan benzindən bir hissəsini sellofan torbaların üzərinə tökdükdən sonra bir hissəsini tövlənin ətrafına töküb qalan benzini isə tövlənin damına atmışdır. O da həmçinin üzərinə benzin tökülmüş sellofan torbaları tövlənin üzərinə doğru atıb alışqanla aşağıda olan samanları yandırmışdır. Yeznəsi Cavid isə üzərində olan alışqanı çıxarıb sellofan torbaları yandırıb tövlənin ətrafına tökdüyü benzinin üzərinə atmış və tövlə yanmağa başlamış, lakin tövlə tam alışmadığı üçün yeznəsi X13 2107 minik markalı avtomobilinin yanına gedib həmin avtomobilin yük yerində olan 1 litr həcmli ehtiyat üçün saxlanılan benzini götürüb tövlənin yanına gəlib həmin benzini tövlənin ətrafına töküb yenidən alışqanla yandırmış və nəhayət tez bir zamanda tövlə alov tutub yanmağa başlamışdır. Onlar tövlənin içərisində olan xırdabuynuzlu heyvanlarla birlikdə yanmasına tam əmin olduqdan sonra oradan çıxıb Erikə məxsus Vaz 2107 minik markalı avtomobilə əyləşib Gəncə şəhərinə getmişlər. Gəncə şəhərinə çatdıqdan sonra isə hər biri yaşadıqları evə getmişlər. Hadisədən təxminən 2-3 gün sonra isə yeznəsi Təqsirləndirilən şəxs3 tanışı Təqsirləndirilən şəxs2 sifarişi əsasında onlara tövləni yandırmağı dedikdən sonra onlar gedib həmin tövləni yandırdıqlarını bilmişdir. 21 mart 2024-cü il tarixdə isə Gəncə şəhəri ərazisində Goranboy RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Goranboy RPŞ-nə gətirilmiş, Goranboy RPŞ-nə gətirilən zaman isə polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, Goranboy RPŞ-də olan zaman törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etmişdir. Mahirə məxsus tövləni yandırmağın Təqsirləndirilən şəxs2 tərəfindən Təqsirləndirilən şəxs3 sifariş edilməsini və bunun müqabilində Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 13 mart 2024-cü il tarixdə 50 manat, 14 mart 2024-cü il tarixdə 50 manat və 15 mart 2024-cü il tarixdə isə 100 manat pul verməsini bilməmişdir. O, hadisəni törətdikdən iki-üç gün sonra Təqsirləndirilən şəxs3 hadisənin sifarişini Bəhruzdan aldığını və Təqsirləndirilən şəxs3 bunun müqabilində Bəhruzdan ümumilikdə 200 manat pul almasını bilmişdir. Yeznəsi Cavid ona pul verməmiş, lakin yemək və içmək almışdır. Yeznəsi Cavid onunla danışan zaman Mahirə məxsus tövlənin içərisində xırdabuynuzlu heyvanlar olmasını demişdir. Ona görə də, tövləni yandıran zaman içərisində xırdabuynuzlu heyvanların yanıb tələf olacağını bilmiş, lakin konkret olaraq tövlənin içərisində nə qədər xırdabuynuzlu heyvanlar olmasını bilməsə də, niyyətləri tövlə ilə birlikdə içərisində olan xırdabuynuzlu heyvanların hamısını yanırmaqdan ibarət olmuşdur. Hazırda o, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəməmişdir. Odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, daimi olaraq heç bir yerdə işləmir. Ona görə də, Goranboy rayonu Nadirkənd kəndi ərazisində yerləşən köhnə pambıq məntəqəsinin ərazisində yüngül tikinti materialları ilə inşa edilmiş fermada (tövlədə) 230 baş xırdabuynuzlu heyvan saxlayır. Özü isə həmin fermaya bitişik yardımçı tikilidə qalır. Həmin ferma taxtadan və qamışdan inşa edilmişdir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında xırdabuynuzlu heyvanları otarıb gətirdikdən sonra fermaya salıb qapısını bağlamışdır. Fermanın ön hissəsində isə çox ayıq olan iti olmuşdur. Sonra yatmaq üçün özü qaldığı yardımçı tikiliyə gedib yatmışdır. 14 mart 2024-cü il tarixdə saat 01:30 radələrində səsə yuxudan oyanıb çölə çıxmış, həmin vaxt içərisində xırdabuynuzlu heyvanları olan fermanın yandığını görmüş, alov güclü olduğu üçün tövlənin qapısını açıb xırdabuynuzlu heyvanlarını çıxarda bilməmiş və 230 baş xırdabuynuzlu heyvanlarının hamısı yanmışdır. Sonra yanğın söndürənlər gəlmiş və alovun ikinci tövləyə keçməsinə imkan verməyib söndürmüşlər. Ona məxsus ferması və 230 baş xırdabuynuzlu heyvanı tamamilə yanaraq məhv olmuşdur. O, fermanı 5000 manata inşa etmişdir. Bundan başqa, 230 baş xırdabuynuzlu heyvanların 90 başı 6 aylıq quzular olmuş, quzuların hər birinin diri çəkiləri 30 kiloqram olmaqla, ümumi dəyəri 22950 manat, qalan 140 baş xırdabuynuzlu heyvanlar isə ana qoyunlar olmuş, qoyunların hər birinin diri çəkisi isə 40 kiloqram olmaqla, ümumi dəyəri 42000 manat olmuşdur. Ümumilikdə, yanğın zamanı ona 69950 manat ziyan dəymişdir. İlkin izahat verərkən ona dəyən ziyanı dəqiq bilmədiyi üçün 50000 manatdan yuxarı ziyan dəydiyini göstərmiş, sonra isə ona dəyən ziyanı hesablamış və 69950 manat ziyan dəydiyini bilmişdir. Yanğın zamanı heç kim xəsarət almamışdır. Bəhruzun ifadəsində göstərdikləri yalandır. Belə ki, 2024-cü ilin fevral ayının axırlarında axşam saatlarında fermada olmuş, həmin gün Fizuli idarə etdiyi avtomobillə yaşadığı evdən itinə yal gətirmişdir. Həmin vaxt Fizuliyə “fənəri bura sal işıqların elektrik naqilində boşluq var, çınqı verir” demiş, Fizuli də fənəri o deyən yerə salmış, o, elektriki ayırmış və elektirik naqilini kəlbətinlə sıxmağa başlamışdır. Bu zaman elektrik naqilinin biri sınmış, sonra o, həmin naqili təmizləyib yerinə bağlayıb işıqları yandırmışdır. Bundan sonra, Fizuli avtomobilini idarə edib yaşadığı evə getmişdir. O, Bəhruzun obyektindən heç bir vaxt dəmir oğurlamamışdır. Bəhruzun obyektində heç bir vaxt 30 və ya 35 ton dəmir olmamışdır. O, 10 baş xırdabuynuzlu heyvanlarını öz fermasında satmışdır. Qazel markalı avtomobillə xırdabuynuzlu heyvanlarını Gəncə şəhərinə satmağa aparmamışdır. Onun 240 baş xırdabuynuzlu heyvanı olmuşdur, onlardan 10 başını satmış, yerdə 230 baş xırdabuynuzlu heyvanı qalmışdır. Hazırda o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Cavid Allahveriyev və Təqsirləndirilən şəxs1 ilə barışmamışdır, onlardan şikayətçidir. Təqsirləndirilən şəxs2, Cavid Allahveriyev və Təqsirləndirilən şəxs1 ona dəymiş maddi ziyanı ödəməmişlər. Buna görə də, Təqsirləndirilən şəxs2, Cavid Allahveriyev, Təqsirləndirilən şəxs1 və Erik Vəliyevə qarşı mülki iddia tələbi ilə müraciət edərək, 67100 manat məbləğində maddi ziyan və 40000 manat məbləğində əldən çıxmış faydanı tələb etmişdir. Hazırda o, Erik Vəliyevdən şikayətçi olsa da, ondan mülki iddia üzrə heç bir tələbi yoxdur. Lakin, mülki iddiasının Təqsirləndirilən şəxs2, Cavid Allahveriyev və Təqsirləndirilən şəxs1 aid hissədə tam təmin edilməsini, onlradan ümumilikdə 107100 manat məbləğində pulun alınıb ona verilməsi barədə qərar qəbul edilməsini, eyni zamanda Təqsirləndirilən şəxs2, Cavid Allahveriyev və Təqsirləndirilən şəxs1 barəsində ən ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, baytardır. Müxtəlif xəstəliklərin qarşısının alınması məqsədilə onlara dövlət tərəfindən heyvanlara vurulması üçün dərmanlar verilir. Onlara təqdim edilmiş siyahı əsasında vətəndaşlarla telefon vasitəsilə əlaqə saxlayıb, gedib həmin dərmanları heyvanlara vurur, sonra isə vatsap ani mesajlaşma proqramı vasitəsilə çəkiliş edib baytar həkimlərin qrupuna göndərir. 2023-cü ilin aprel ayında Zərərçəkmiş şəxs 240 baş qoyun-quzu və keçisinə iynə vurmuş, bu barədə lazımi sənədləşmə işlərini həyata keçirmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Nadirkənd kəndinin icra nümayəndəsidir. Hər ilin əvvəlində onlar tabeliklərində olan ərazi dairəsində yaşayan sakinlərə məxsus heyvanların sayı barədə müvafiq sorğu apararaq sənədləşmə işlərini həyata keçirirlər. O, müvafiq sorğu əsasında Zərərçəkmiş şəxs məxsus heyvanların sayı barədə Goranboy RPŞ-yə arayış təqdim etmişdir. O, bu barədə məlumatı Zərərçəkmiş şəxs şifahi sorğu əsasında əldə etmişdir. Mahir ona 96 baş heyvanının olmasını bildirmişdir. Ümumiyyətlə heyvanların fevral-mart aylarında bala verən vaxtı olduğu üçün, ola bilsin ki, Zərərçəkmiş şəxs təsərrüfatında olan heyvanların sayında artım olmuşdur. Yanğın baş verən gün gecə təxminən saat 02 radələrində ona zəng olunmuş, baş verən yanğın barədə məlumat verilmiş, o, dərhal müavini ilə birlikdə hadisə yerinə getmiş, yanğının FHN əməkdaşları tərəfindən söndürüldüyünü, orada çoxlu topa-topa heyvan cəsədlərinin olmasını görmüşdür. Həmin vaxt FHN əməkdaşları hadisə yerində araşdırma aparmış, baş vermiş yanğında 230 baş xırdabuynuzlu heyvanın yanmasını bildirmişlər. Əldə etdiyi məlumata görə Zərərçəkmiş şəxs 2024-cü ilin fevral ayında əlavə heyvanlar almışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, Goranboy RPŞ-nin TQ-nin təhqiqatçısıdır. Hasidə baş verən gün o, növbədə olmuş, buna görə də əməliyyat-istintaq qrupu ilə birlikdə hadisə yerinə araşdırma aparmaq üçün getmişdir. Həmin vaxt yanğında tələf olmuş heyvan cəsədlərini saymış, təxmini 200-210 baş xırdabuynuzlu heyvanın yanaraq ölməsini görmüşdür. Heyvanlar çox yanaraq əridiyindən, sayı tam dəqiq müəyyən etmək mümkün olmamışdır. Hadisədən çox vaxt keçməsinə görə bəzi təfərrüatlar yadında qalmamışdır. Heyvanları sayandan sonra protokol tərtib edərək cinayət işinin materiallarına əlavə etmək yadından çıxmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 21 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və qeyrilərinin barəsində Azərbaycan Respublikası CM-nin 186.2.1 və 186.2.2-ci maddələri ilə cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün Goranboy RPŞ-nin İB-nin icraatına qəbul edilmişdir; “Şübhəli şəxsin tutulması haqqında” 21 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs3 həmin tarixdə saat 02:00-da Azərbaycan Respublikası CM-nin 186.2.1 və 186.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs3 azadlığı faktiki olaraq xx.xx.2024-cü il tarixdən saat 23:00-dan məhdudlaşdırılmışdır; “Şübhəli şəxsin tutulması haqqında” 21 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 03:00-da Azərbaycan Respublikası CM-nin 186.2.1 və 186.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; “Şübhəli şəxsin tutulması haqqında” 21 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 17:15-də Azərbaycan Respublikası CM-nin 186.2.1 və 186.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs1 azadlığı faktiki olaraq xx.xx.2024-cü il tarixdən saat 16:00-dan məhdudlaşdırılmışdır; “Əməlin tövsif edilməsi haqqında” 22 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 186.2.1 və 186.2.2-ci maddələrindən həmin məcəllənin 32.3,186.2.1 və 32.3,186.2.2-ci maddələrinə tövsif edilmişdir; “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 22 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.3,186.2.1 və 32.3,186.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 22 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 22 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; “Qətimkan tədbiri seçilməsi barədə” Goranboy Rayon Məhkəməsinin 4(045)-20/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 32.3,186.2.1 və 32.3,186.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir; “Qətimkan tədbiri seçilməsi barədə” Goranboy Rayon Məhkəməsinin 4(045)-18/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs3 barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir; “Qətimkan tədbiri seçilməsi barədə” Goranboy Rayon Məhkəməsinin 4(045)-19/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Allahverdiyev X8 şəhər Kəpəz rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuş, Gəncə şəhər Apellyasiya məhkəməsinin cinayət kollegiyasının xx.xx.2015-ci il tarixli qərarı ilə barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək, cəzası 02 il sınaq müddəti ilə şərti tətbiq edilmişdir (sınaq müddətinin əvvəli xx.xx.2015); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 185.2.1, 185.2.2 və 66.3-cü maddələri ilə təqsirli bilinib, 02 il 06 ay 06 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək, ona 02 il 06 ay müddətinə şərti sınaq müddəti təyin edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2011-ci il tarixdə Kəpəz RPŞ-si tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə məsuliyyətə cəlb edilmiş, həmin tarixdə Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən barəsində cinayət işinin başlanılması rədd edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Məhkəmə-Əmtəəşünaslıq Ekspertizasının 21 may 2024-cü il tarixli 9/3263 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus 90 baş hər biri 6 aylıq, diri çəkiləri 30 kiloqram olan quzuların hər bir başının qiyməti 270 manat, ümumi dəyəri 24300 manat və 140 baş diri çəkisi 40 kiloqram olan ana qoyunların hər bir başının qiyməti 270 manat, ümumi dəyəri 37800 manat, cəmi 62100 manatdır. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil etmişdir; “Qətimkan tədbirinin müddətinin uzadılması barədə” Goranboy Rayon Məhkəməsinin 4(045)-31/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, CM-in 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 02 ay, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır; “Qətimkan tədbirinin müddətinin uzadılması barədə” Goranboy Rayon Məhkəməsinin 4(045)-32/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, CM-in 32.3,186.2.1 və 32.3,186.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 02 ay, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır; “Qətimkan tədbirinin müddətinin uzadılması barədə” Goranboy Rayon Məhkəməsinin 4(045)-30/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, CM-in 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 02 ay, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır; “Maddi sübut kimi tanıma haqqında” 21 iyun 2024-cü il tarixli qərardan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs götürülmüş ona məxsus Goranboy rayonu Nadirkənd kəndi ərazisində yerləşən fermasında olan tövlənin və içərisində olan xırdabuynuzlu heyvanların yandırıldıqdan sonra çəkdiyi video görüntünün diski iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Kompleks Məhkəmə Yanğın-Texniki və Kimyəvi Ekspertizasının 04 iyul 2024-cü il tarixli, 3-16-16/2- 6/3099 nömrəli rəyindən görünür ki, tədqiqata yanğından sonrakı qalıq nümunə qismində təqdim olunmuş, üzərində “Azərbaycan Respublikası DİN-nin Zərflər üçün № 121” dairəvi möhür əksləri olan polietilen bağlamalarda qablaşdırılmış, üzərində “2. Fermanın damının orta hissəsindən götürülmüş nümunə” yazıları olan bağlamanın içərisindəki yanmış taxta parçalarının üzərində tezalışan neft məhsullarına (benzin, kerosin və ya dizel yanacağı) məxsus izlər aşkar edildi; üzərində “1. Fermanın damının ön hissəsindən götürülmüş nümunə” və “3. Fermanın damının arxa tərəfindən götürülmüş nümunə” yazıları olan bağlamanın içərisindəki yanmış taxta parçalarının üzərində tezalışan neft məhsullarına (benzin, kerosin və ya dizel yanacağı) məxsus izlər aşkar edilməmişdir. Aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat təşkil etmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Kompleks Məhkəmə Yanğın-Texniki və Kimyəvi Ekspertizasının 22 iyul 2024-cü il tarixli 3-16-16/2- 10/4223 nömrəli rəyindən görünür ki, Goranboy rayonu, Nadirkənd kəndi ərazisində Zərərçəkmiş şəxs məxsus tövlədə yanğın izləri tövlənin bütün sahəsi boyunca bərabərləşdiyi üçün yanğının mənbəyini, həmçinin yayılma istiqamətini müəyyən etmək mümkün olmamışdır. Yanğın, istintaq tərəfindən müəyyən edilən şəraitdə, yəni neft məhsulundan odlama vasitəsi kimi istifadə edilməklə kənardan gətirilmiş alışdırma mənbəyinin təsirindən baş vermişdir. Aparılmış tədqiqatın dəyəri 120 (bir yüz iyirmi) manat təşkil etmişdir; “Maddi sübut kimi tanıma haqqında” 22 iyul 2024-cü il tarixli qərardan görünür ki, yanğından sonra qalmış qalıqlardan götürülmüş nümunələr iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün Goranboy RPŞ-nin maddi sübutlar anbarına məsul saxlanca təhvil verilmişdir; “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması barədə” 22 iyul 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və qeyrilərinin barəsində ********* cinayət işindən X5 barəsində CM-in 186.2.1 və 186.2.2-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır; Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Goranboy rayon Məhkəməsinin icraatına daxil olmuş xx.xx.2024-cü il tarixli mülki iddiasından görünür ki, dəymiş maddi ziyana görə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və X2 müştərək qaydada 67100 manat məbləğində pulun alınıb ona verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir; Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Goranboy rayon Məhkəməsinin icraatına daxil olmuş iddia tələbinin həcminin artırılmasına dair xx.xx.2024-cü il tarixli mülki iddiasından görünür ki, dəymiş maddi ziyana və zərərə görə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və X2 müştərək qaydada 67100 manat məbləğində pulun və 40000 manat məbləğində əldən çıxmış fayda kimi, yəni ümumi zərərə görə cəmi 107100 manat məbləğində pulun alınıb ona verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir; xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmədə iddia qaldırmaq üçün ümumilikdə 501,30 manat dövlət rüsumu ödəmişdir; Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi, Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin, Goranboy rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin 3-22-1-2-19/2189/2024 saylı xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Goranboy rayonu HSBX İdarəsinin Nadirkənd kəndinə təhkim edilmiş özəl baytar həkimi Şahid2 tərəfindən Nadirkənd kənd sakini Zərərçəkmiş şəxs 2023-cü ildə şəxsi təsərrüfatına məxsus 240 baş xırdabuynuzlu heyvanlarında peyvəndləmə tədbirləri aparılmışdır; Azərbaycan Respublikası Goranboy rayon İcra Hakimiyyəti Başçısının Nadirkənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 5-45-14/2-75/2024 saylı 01 noyabr 2024-cü il tarixli arayışından görünür ki, Goranboy rayonu Nadirkənd sakini Zərərçəkmiş şəxs şəxsi təsərrüfatında 01 yanvar 2024-cü il tarixə 6 baş iribuynuzlu, 96 baş xırdabuynuzlu heyvanı qeydə alınmışdır; Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə Goranboy rayon Məhkəməsinin icraatına daxil olmuş həmin tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxs X2 tələbi və mülki iddiasının olmamasını bildirərək, əvvəllər vermiş olduğu mülki iddiasına dəyişiklik etmiş, X5 mülki cavabdehlər sırasından çıxarılmasını, ona dəymiş maddi ziyana görə 67100 manatın və əldən çıxmış faydaya görə 40000 manatın, ümumilikdə 107100 manat pulun təqsirləndirilən şəxslər (mülki cavabdehlər) Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq ona verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 tərəfindən CM-in 32.3,186.2.1 və 32.3,186.2.2-ci maddələri, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tərəfindən CMin 186.2.1 və 186.2.2-ci maddələrində nəzərdə tutulan əməllərin törədilməsi özlərinin etirafedici ifadələrindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 32.3-cü maddəsinə əsasən cinayətin törədilməsini təşkil etmiş və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmiş, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratmış və ya bunlara rəhbərlik etmiş şəxs cinayətin təşkilatçısı sayılır. CM-in 186.2.1 və 186.2.2-ci maddələrinə əsasən əmlakı qəsdən məhv etmə və ya zədələmə - zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə və ya yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Təhlil edilən cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını məhv etməklə və ya zədələməklə mülkiyyət münasibətlərinə qəsd edir, ona ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Digər tərəfdən, bu əməllərin ümumi təhlükəli üsullarla törədilməsi insanların sağlamlığını, həyatını və qanunla qorunan digər dəyərləri də təhlükə altına alır. Zərərçəkmiş şəxs qisas almaq üçün ona məxsus içərisində 230 baş xırdabuynuzlu heyvanlar olan tövləni həmin heyvanlarla birlikdə yandırılması barədə Təqsirləndirilən şəxs2 sifarişi əsasında digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 pul müqabilində Zərərçəkmiş şəxs məxsus sözügedən tövləni həmin heyvanlarla birlikdə yandıraraq sonuncuya külli miqdarda ziyan vurmaqla əmlakını qəsdən məhv etmişdirlər. Məhv etmə dedikdə, əmlakın xassələrinin elə dəyişməsi başa düşülür ki, bu zaman əmlak təsərrüfat dəyərini itirir, məqsədli təyinatı üzrə istifadə edilə bilmir, başqa sözlə, tam yararsız vəziyyətə salınır. Əmlakı məhv etmə onun dağıdılmasında, parçalanmasında, ümumiyyətlə maddi dəyərin tamamilə təsərrüfat dövriyyəsindən çıxmasında ifadə olunur. Bu zaman həmin əmlakı təmirlə və ya başqa üsulla bərpa etmək mümkünsüz olur. Yandırma dedikdə isə müxtəlif yandırıcı maddələrdən və ya əmlakın özünün yana bilmək xüsusiyyətindən istifadə edərək əmlakı məhv etmə və ya zədələmə başa düşülür. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətlədirərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakını qəsdən məhv etmələri, yəni zərərçəkmiş şəxsə məxsus əmlakı yandırmaq yolu ilə məhv etmələri ilə bağlı verilmiş ittihamın məhkəmə istintaqında tam həcmdə öz təsdiqini tapması nəticəsinə gəlir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 əməlləri CM-in 32.3,186.2.1 və 32.3,186.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əməlləri isə CM-in 186.2.1 və 186.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə CPM-in 44.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 barəsində CM-in 32.3,186.2.1 və 32.3,186.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barəsində isə CM-in 186.2.1 və 186.2.2-ci maddələri iləittiham hökmü çıxarmağı qanuni və əsaslı hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-nin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 – 59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qsimində nəzərə alına bilər; 61.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 61.1.1—61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: -törətdiyi əməli etiraf edib peşman olmasını; -yaşayış və qeydiyyat yeri üzrə müsbət xarakterizə olunması və himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını (əsas: iş materiallarında olan Gəncə şəhər icra hakimiyyəti başçısının 3 nömrəli SİƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamə və ailə tərkibi haqqında arayış). İş üzrə Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: -törətdiyi əməli etiraf edib peşman olmasını; -yaşayış və qeydiyyat yeri üzrə müsbət xarakterizə olunması və himayəsində bir azyaşlı uşağının olmasını (əsas: iş materiallarında olan Gəncə şəhər icra hakimiyyətinin 10 saylı MİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamə və AZ-İV seriyalı, 723010 №-li doğum haqqında şəhadətnamə). İş üzrə Təqsirləndirilən şəxs3 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: -törətdiyi əməli etiraf edib peşman olmasını; -yaşayış və qeydiyyat yeri üzrə müsbət xarakterizə olunması və himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını (əsas: iş materiallarında olan Gəncə şəhər icra hakimiyyətinin 10 saylı MİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamə və AZ-İİ seriyalı, 596255 №-li doğum haqqında şəhadətnamə). İş üzrə Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, cəzanı yüngülləşdirən olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdikləri cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onların özlərinin şəxsiyyətlərinə və ailə vəziyyətlərinə tam uyğun olmalıdır. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid edilməsini məqsədəmüvafiq və zəruri hesab etməklə hər birinə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 CM-in 32.3,186.2.1 və 32.3,186.2.2-ci, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 isə CM-in 186.2.1 və 186.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və onlara həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməli, cəzaçəkmə müddətlərinin başlanğıcı tutulduqları tarixdən hesablanmalı (CPM-in 158.2.1 və 158.6), cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan və Goranboy RPŞ-nin maddi sübutlar anbarına məsul saxlanca təhvil verilmiş hadisə yerindən götürülmüş nümunələr məhv edilməli, iş üzrə ekspertiza xərci 250 (iki yüz əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət büdcəsinin hesabına keçirilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 CM-in 32.3,186.2.1 və 32.3,186.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 CM-in 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddiaya dair məhkəmə qeyd edir ki, CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir; 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; 181.2, 181.2.4-cü maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə mənəvi ziyanın ödənilməsini tələb edə bilər; 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmə, baş vermiş cinayət hadisəsi nəticəsində zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs külli miqdarda maddi ziyanın dəyməsini mümkün hesab etsə də, maddi ziyan qismində əldən çıxmış fayda kimi tələb olunan məbləğlə razılaşmır. Məhkəmə, mülki iddia ilə bağlı qeyd edir ki, iş materiallarından və təqdim edilmiş mülki iddiadan görünür ki, qabaqcadan əlbir olan bir qrup şəxs - mülki cavabdehlər (təqsirləndirilən şəxslər) Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tərəfindən tövlə və içərisində olan xırdabuyunuzlu heyvanların qəsdən yandırılması nəticəsində mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs 67100 (altmış yeddi min bir yüz) manat məbləğində maddi ziyan vurulmuşdur. Mülki iddiada göstərilən əldən çıxmış faydaya görə tələb olunan 40000 manat məbləğində pul vəsaitilə bağlı isə yetərli sübut təqdim edilmədiyi üçün məhkəmə tələb olunan məbləği ağlabatan hesab etmir. Hakim Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 218.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qərar çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırkı mülki iddiada belə müstəsna hallar müəyyən edilməmişdir. Məhkəmə iş materiallarını araşdırıb sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, mülki iddiaçıya məxsus tövlə və içərisində olan xırdabuynuzlu heyvanların qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən məhv edilməsi, yandırılması nəticəsində mülki iddiaçıya real olaraq 67100 manat məbləğində maddi ziyanın dəyməsi hissəsində mülki iddianın təmin edilməsini qanuni və ədalətli hesab edir. Bundan başqa əldən çıxmış faydaya görə mülki iddiaçı tərəfindən məhkəməyə mötəbər dəlillər təqdim edilmədiyi üçün ədalətlilik prinsipi baxımından məhkəmə mülki iddianın həmin hissədə qismən təmin edilməsi qənaətinə gələrək, hesab edir ki, ötən müddət ərzində əldən çıxmış fayda 7000 (yeddi) manat məbləğində müəyyən edilməlidir. Odur ki, mülki cavabdehlər (təqsirləndirilən şəxslər) Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 müştərək qaydada 67100 (altmış yeddi min bir yüz) manat maddi ziyan, 7000 manat məbləğində əldən çıxmış fayda və ödənilmiş 312,30 (üç yüz on iki manat otuz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 74412,30 (yetmiş dörd min dörd yüz on iki manat otuz qəpik) manat məbləğində pul vəsaiti tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs verilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 42 (qırx iki) iş saatına görə 252 (iki yüz əlli iki) manat və sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 04 (dörd) iş saatına görə 44 (qırx dörd) manat olmaqla, ümumilikdə 296 (iki yüz doxsan altı) manat məbləğində vəsait, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi hər ikisinə bir yerdə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 84 (səksən dörd) iş saatına görə 504 (beş yüz dörd) manat və sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 08 (səkkiz) iş saatına görə 88 (səksən səkkiz) manat olmaqla, ümumilikdə 592 (beş yüz doxsan iki) manat məbləğində vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:
1. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3,186.2.1 və 32.3,186.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri Hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 21 mart 2024-cü il tarixdən hesablansın. Vəkil Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 42 (qırx iki) iş saatına görə 252 (iki yüz əlli iki) manat və sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 4 (dörd) iş saatına görə 44 (qırx dörd) manat olmaqla, ümumilikdə 296 (iki yüz doxsan altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülsün.
2. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri Hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 20 mart 2024-cü il tarixdən hesablansın. Vəkil Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs3 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 42 (qırx iki) iş saatına görə 252 (iki yüz əlli iki) manat və sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 4 (dörd) iş saatına görə 44 (qırx dörd) manat olmaqla, ümumilikdə 296 (iki yüz doxsan altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülsün.
3. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri Hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 21 mart 2024-cü il tarixdən hesablansın. Vəkil Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 42 (qırx iki) iş saatına görə 252 (iki yüz əlli iki) manat və sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 4 (dörd) iş saatına görə 44 (qırx dörd) manat olmaqla, ümumilikdə 296 (iki yüz doxsan altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Goranboy RPŞ-nin maddi sübutlar anbarına məsul saxlanca təhvil verilmiş hadisə yerindən götürülmüş nümunələr məhv edilsin. İş üzrə maddi sübut olan və istintaq zamanı Zərərçəkmiş şəxs götürülmüş, ona məxsus Goranboy rayonu Nadirkənd kəndi ərazisində yerləşən fermasında olan tövlənin və içərisində olan xırdabuynuzlu heyvanların yandırıldıqdan sonra çəkdiyi video görüntünün diski maddi sübut kimi cinayət işinin materiallarında saxlanılsın. Mülki iddiaçı - Zərərçəkmiş şəxs mülki cavabdehlər - Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 qarşı mülki iddiası qismən təmin olunsun. Mülki cavabdehlər - Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 müştərək qaydada 67100 (altmış yeddi min bir yüz) manat məbləğində maddi ziyan, 7000 manat məbləğində əldən çıxmış fayda və ödənilmiş 312,30 (üç yüz on iki manat otuz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 74412,30 (yetmiş dörd min dörd yüz on iki manat otuz qəpik) manat məbləğində vəsait tutularaq mülki iddiaçı - Zərərçəkmiş şəxs ödənilsin. İş üzrə ekspertiza xərci 250 (iki yüz əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət büdcəsinin (Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim Taleh Mustafayev