Məhkəmə qərarları › İş №1(045)-20/2025

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-20/2025

06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-20/2025 06.03.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı oğlunun, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili X16, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1971-ci il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Goranboy rayonu Xoylu kəndində daimi qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.1984-ci il tarixdə Goranboy rayonunda anadan olmuş, orta təhsilli, subay, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, işləməyən, Goranboy rayonu, Qaradağlı kəndində daimi qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tanışı X12 xahiş ilə birgə istifadə etmək üçün narkotik vasitə almaq niyyəti ilə xx.xx.2024-cü il tarixdə saat 17 radələrində digər tanışı Təqsirləndirilən şəxs2 ilə Goranboy rayonu Qaradağlı kəndi ərazisində görüşüb Kamran Kərimovun vermiş olduğu 70 manat pul vəsaiti müqabilində xeyli miqdarda olmaqla 1 kibrit qutusunda qablaşdırılmış ümumi təmiz çəkisi 6,74 qram təşkil edən narkotik vasitə hesab edilən qurudulmuş marixuananı satın almaqla satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq həmin tarixdə saat 18 radələrində heç bir qazanc əldə etmədən Kamran Kərimova vermiş, sonuncu xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Goranboy rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonu Xoylu kəndində saxlanılaraq üzərində yoxlama aparılan zaman qeyd olunan narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq tanışı Təqsirləndirilən şəxs1 xahişi ilə ondan aldığı 70 manat müqabilində Ramiz Məmmədovun vasitəsi ilə X3 Goranboy rayonu Qaradağlı kəndi ərazisində xeyli miqdar təşkil etməklə 1 ədəd kibrit qutusunda qablaşdırılmış ümumi təmiz çəkisi 6,74 qram təşkil edən narkotik vasitə hesab edilən qurudulmuş marixuananı satın almaqla qanunsuz olaraq üzərində daşıyıb Təqsirləndirilən şəxs1 heç bir qazanc əldə etmədən vermiş, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Goranboy rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonu Xoylu kəndində Kamran Kərimov saxlanılaraq üzərində yoxlama aparılan zaman ümumi təmiz çəkisi 6,74 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuana əynində olan göy rəngli cins şalvarının qabaq sol cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 15 il olar ki, narkotik vasitə istifadə edir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə əvvəllər məhkum olunmuşdur. X14 uzun illərdir ki tanıyır. Kamranla normal münasibəti olmuş, aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 16 radələrində Kamranla Xoylu kəndində görüşmüşlər. Söhbət zamanı Kamran narkotik vasitə olan qurudulmuş marixuana istədiyini bildirmişdir. O isə Kamrana narkotikinin olmadığını bildirmişdir. Kamran isə ona narkotik tapmağını demişdir. O da Kamranla razılaşmışdır. Bundan sonra Kamran ona 70 manat pul vermişdir ki, həmin pulun müqabilində ona narkotik vasitə hesab edilən qurudulmuş marixuana təşkil etsin. Bundan əlavə olaraq, Kamran ona narkotik təşkil edəcəyi halda bir hissəsini çəkə biləcəyini demiş, o da Kamranla razılaşmışdır. Bundan sonra o, birlikdə bir neçə dəfə narkotik vasitə çəkdiyi Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə zəng edərək ondan narkotik vasitə olan qurudulmuş marixuana olub-olmadığını soruşmuşdur. Ramil isə ona özündə olmadığını, lakin tapa biləcəyini bildirmişdir. Ramil ona Qaradağlı kəndində yerləşən çayxananın qarşısına gəlməyini və pulu verməyini bildirmişdir. O da həmin çayxananın qarşısına getmiş və 70 manat pulu Ramilə vermiş, Ramil də ona bir kibrit qutusu narkotik vasitə olan qurudulmuş marixuana vermişdir. Bundan sonra o, həmin narkotik vasitəni Kamrana vermişdir. Bundan sonra o, Kamranın tutulduğunu öyrənmişdir. O, Ramilin narkotik vasitəni kimdən aldığını bilməmişdir. O, narkotik maddələrin alqı-satqısı ilə məşğul olmamış, narkotik vasitəni Kamrana alan zaman hansısa bir qazancı olmamışdır, sadəcə olaraq aldığı narkotik vasitənin bir hissəsini çəkmək üçün götürmüşdür. Yekunda Təqsirləndirilən şəxs1 əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs1 və X8 uzun illərdir ki, tanıyır. Onlarla normal münasibəti olmuş, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Niyaməddini isə əvvəllər tanımamış, Niyaməddinlə Ramizin vasitəsi ilə tanış olmuşdur. Onun adı Ramil olsa da, kənd arasında onu “Qara” kimi tanıyırlar və “Qara” deyə çağırırlar. xx.xx.2024-cü il tarixdə saat təxminən 14-15 radələrində Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək bir kibrit qutusu narkotik vasitə olan qurudulmuş marixuana lazım olduğunu bildirmişdir. O isə Seyrəddinə özündə narkotik vasitə olmadığını, maraqlanıb cavab verəcəyini demişdir. Bundan sonra o, əvvəlcədən bir neçə dəfə narkotik vasitə istifadə etdiyi X7 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək bir kibrit qutusu narkotik vasitə olan qurudulmuş marixuana lazım olduğunu bildirmişdir. Ramiz isə ona həll edəcəyini demişdir. Bundan sonra, bir qədər gözləmiş, Niyaməddin Qaradağlı kəndində yerləşən çayxananın qarşısına gəlmiş, o, Niyaməddindən həmin yerdə bir kibrit qutusu narkotik vasitə olan qurudulmuş marixuananı götürmüş, 70 manat pulu isə Ramizə vermişdir. Bundan sonra o, onlardan aralanmış və Goranboy rayonu Qaradağlı kəndində yerləşən çayxananın yanında narkotikin üzərindən özü çəkmək üçün bir qədərini götürmüş və qalanını Seyrəddinə vermişdir. O, Seyrəddindən aldığı 70 manat pulu heç bir qazanc əldə etmədən Ramizə vermiş, həmin puldan heç bir qazancı olmamışdır. Narkotik vasitəni Seyrəddinin əldə etməsinə köməklik etməkdə məqsədi narkotik vasitəni düzüb-qoşduqdan sonra bir hissəsini çəkə biləcəyini bildirdiyi üçün Seyrəddinə köməklik etmişdir. O, narkotik maddələrin alqı-satqısı ilə məşğul olmamışdır. Yekunda Təqsirləndirilən şəxs2 əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 06 sentyabr 2024-cü il tarixdə Gəncə şəhər sakini X12 Goranboy rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Kamran Kərimovun qanunsuz əməllərinin ifşa edilməsi ilə bağlı daxil olmuş məlumatı rayon polis şöbəsinin rəhbərliyinə məruzə edilmiş, təxirəsalınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün qərar qəbul edilmiş, eyni zamanda tədbirin keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri isə o, Şahid1 Müşfiq oğlu və Şahid3 ibarət olmuşdur. Bundan sonra Kamran Kərimovun qanunsuz əməllərinin ifşa edilməsi məqsədi ilə həmin tarixdə xidməti avtomobillə əməliyyat müvəkkili Şahid1 və Şahid3lə birlikdə Goranboy rayonunun Xoylu kəndinə yollanmışlar. Bir qədər sonra qeyd olunan ünvana çatmışlar. Daxil olmuş əməliyyat məlumatına əsasən Kamran Kərimovun hərəkət istiqaməti onlara məlum olmuşdur. X24 hərəkət istiqamətində gözləməyə başlamışlar. Bir qədər gözlədikdən sonra Kamran Kərimovun piyada hərəkət edərək onlara doğru gəldiyini görmüşlər. X27 yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək Goranboy rayon polis şöbəsinin əməkdaşları olduqlarını demişlər. Kamran Kərimovun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib hüquq və vəzifələrini izah edib üzərində yoxlama aparacaqlarını bildirmişlər. Kamran Kərimov təklifi qəbul edib hüquqlarının və vəzifələrinin ona aydın olduğunu bildirərək üzərində yoxlama aparılmasına razılıq vermişdir. Kamran Kərimovun üzərində yoxlama aparılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan, saxlanıldığı yerdə insanların sıx toplaşması, avtomobillərin intensiv hərəkət etməsi səbəbindən X12 üstünü həmin yerdə yoxlamaq mümkün olmadığı üçün təxminən 100 metr kənarda, Xoylu kəndində olan artezianın yaxınlığında yoxlamağa başlamışlar. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl X15 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra X19 əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd kibrit qutusunu təqdim etmiş, bundan sonra Kamran Kərimovun üstü yoxanılmış, yoxlama zamanı sonuncunun təqdim etdiyi əşyadan əlavə üzərindən əşya predmet aşkar edilməmişdir. Kamran Kərimov təqdim etdiyi kibrit qutusunun içərisində narkotik maddə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra. narkotik vasitə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 6,87 qram olduğu müəyyən olunmuşdur. Sonra həmin kütlə qablaşdırılmışdır. Kamran Kərimov verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitəni taparaq əldə etdiyini, şəxsi istifadəsi üçün üzərində saxladığını, kiməsə satmaq və ya vermək niyyətinin olmadığını, əlavə olaraq narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş digər əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra X23 RPŞ-yə gətirilərək təhqiqatçı Hidayyət Cəfərova təqdim edilmiş, Hidayyət Cəfərov tərəfindən yoxlama zamanı aşkar edilmiş narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər maddəyə baxış keçirilmişdir. Bundan sonra həmin narkotik vasitəni Kamran Kərimova onun pulunun müqabilində təşkil edən Əliyev X6 RPŞ-yə gətirilərək təhqiqatçı Hidayyət Cəfərova təqdim edilmişdir. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 narkotik vasitəni əldə etdiyi Orucov X18 RPŞ-yə gətirilərək müstəntiq Nurlan Allahverdiyevə təqdim edilmişdir. Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 narkotik vasitə əldə etməsinə köməklik etmiş X2 RPŞ-yə gətirilərək müstəntiq Nurlan Allahverdiyevə təqdim edilmişdir. Ramiz Məmmədov şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Ramiz Məmmədov qabaq sağ cibindən 1 ədəd “Samsung” A12 markalı mobil telefonu təqdim etmişdir. Həmin telefonun arxasından 1 ədəd 10 manatlıq pul əskinazını və 1 ədəd işıq kartı təqdim edərək 10 manat pulun Təqsirləndirilən şəxs2 ona verdiyi puldan qalan pul olduğunu bildirmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs2 ona verdiyi 70 manat pulun 60 manatını xərclədiyini və qalan 10 manat pulun həmin puldan olduğunu bildirmişdir. Götürülmüş 10 manatlıq pul əskinazı iş üçün əhəmiyyətli olduğu üçün müstəntiq tərəfindən ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 121 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı X7 üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 Ramiz Məmmədovun köməkliyi ilə narkotik vasitəni satan X1 RPŞ-yə gətirilərək müstəntiq Nurlan Allahverdiyevə təqdim edilmişdir. Niyaməddin Məmmədov şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Niyaməddin Məmmədovun üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində digər Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə verərək onun dediyi xüsusatları bir daha təsdiq etmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilən Şahid1 Müşfiq oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Şahid X17 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan və tədqiq edilərkən məlum oldu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına və götürmə aparılmasına dair” 06 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, X12 06 sentyabr 2024-cü il tarixdə Goranboy rayonu Xoylu kəndində video çəkilişdən istifadə edilməklə üstünün yoxlanılması aparılarkən Kamran Kərimov əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd kibrit qutusunda ilk baxışdan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmiş, həmin kibrit qutusu elektron tərəzidə çəkildikdən sonra müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Kamran Kərimovun üstünün yoxlanılmasının görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir; “Şübhəli şəxsin tutulması haqqında” 07 sentyabr 2024-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 07 sentyabr 2024-cü il tarixdə saat 00:55-də CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs1 azadlığı faktiki olaraq saxlanıldığı andan, yəni 07 sentyabr 2024-cü il tarixdə saat 00:10-dən məhdudlaşdırılmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X25 Bölməsinin 07 sentyabr 2024-cü il tarixli, 16/953 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “X12 üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan marixuanaya bənzər kütlə” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,74 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır; “Şübhəli şəxsin tutulması haqqında” 07 sentyabr 2024-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 07 sentyabr 2024-cü il tarixdə saat 11:00-da CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs2 azadlığı faktiki olaraq saxlanıldığı andan, yəni 07 sentyabr 2024-cü il tarixdə saat 10:00-dan məhdudlaşdırılmışdır; “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və şəxsin MSY-dən azad edilməsi haqqında” 08 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 12:30-da saxlanıldığı Goranboy RPŞ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və şəxsin MSY-dən azad edilməsi haqqında” 09 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 10:50-də saxlanıldığı Goranboy RPŞ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 oğlu əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmuş və hazırda ödənilməmiş-götürülməmiş məhkumluğu yoxdur; Goranboy Rayon Məhkəməsinin 1(045)-31/2018 nömrəli, 03 aprel 2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 237.1-ci maddəsi ilə təqsirli bilinərək, 06 (altı) ay 04 (dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və qətimkan tədbiri qaydasında faktiki olaraq həbsdə və ev dustaqlığında 06 (altı) ay 04 (dörd) gün olması nəzərə alınaraq cəza çəkməkdən azad edilmişdir; Məhkəmə-narkoloji ekspertizasının 09 yanvar 2025-ci il tarixli, 31 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub, o, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür; Məhkəmə-narkoloji ekspertizasının 09 yanvar 2025-ci il tarixli, 33 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür; “Sübutların qiymətləndirilməsi barədə” 09 yanvar 2025-ci il tarixli qərardan görünür ki, X12 üzərindən götürülmüş təmiz çəkisi 6,74 qram olan, ekspertiza tədqiqatından sonra qalıq 6,72 qram nakotik vasitə - qurudulmuş marixuana və 1 ədəd 10 manatlıq pul əskinazı cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmış və saxlama müddəti ərzində Goranboy rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmişdir; “Cinayət işi üzrə icraatın ayrılması haqqında” 15 yanvar 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxslər X19, X13 və X5 barəsində Azərbaycan Respublikası CM-nin 32,234.1, 234.1 və 234.2-ci maddələri ilə cinayət işinin materiallarından ayrıca ********* nömrəli cinayət işi ayrılmışdır. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın İ siyahısının “Narkotik vasitələr” fəslinin 109.1-ci qrafasına əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın (kannabis) xeyli miqdar daxil olmaqla, aşağı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi barəsində ********* nömrəli cinayət işi ayrılmış təqsirləndirilən şəxs X12 üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 6,74 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar hazırkı iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - cinayəti etiraf etməsi və əməlindən peşman olmasını; - qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarına əlavə olunmuş Goranboy RİHB-nin Xoylu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 226 saylı 12 sentyabr 2024-cü il tarixli xasiyyətnamə); İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - cinayəti etiraf etməsi və əməlindən peşman olmasını; - qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarına əlavə olunmuş Goranboy RİHB-nin Qaradağlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 402 saylı 13 sentyabr 2024-cü il tarixli xasiyyətnamə); İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyətləri, o cümlədən cəzalarını yüngülləşdirən hallar, cəzalarını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İşin hallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 nəinki narkotik vasitələri şəxsi istehlak etmişlər, həmiçinin narkotik vasitələrin satış məqsədi olmadan dövriyyəsini də təşkil etməklə digər şəxslərin də narkotik vasitə əldə etməsinə şərait yaratmışlar. Belə ki, Təqsirləndirilən şəxs2 Ramiz Məmmədovdan narkotik alıb həm özü istifadə etmiş, həm də Təqsirləndirilən şəxs1 vermiş, sonuncu da öz növbəsində həmin narkotik vasitəni həm özü istehlak etmiş, həm də satış məqsədi olmadan Kamran Kərimova istehlak etmək məqsədilə vermişdir. Göründüyü kimi hər iki təqsirləndirilən şəxs həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 yalnız narkotik vasitələrin istehlakı ilə məşğul olmamışlar, həmçinin narkotik vasitələrin satış məqsədilə olmasa da, onun dövriyyəsində də iştirak etməklə cəmiyyət üçün daha çox ictimai təhlükə yaratmışlar. Təqsirləndirilən şəxs1 əməlinin ictimai təhlükəliliyini artıran amillərdən biri də ondan ibarətdir ki, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə (CM-in 237.1-ci maddəsilə) azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmasına baxmayaraq, islah olunmamış və yenidən eyni xarakterli ictimai təhlükəli əməl törətmişdir. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən islah olunması mümkün deyildir, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan qanunla müəyyən edilmiş həddə azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 07 sentyabr 2024-cü il tarixdə saat 10:00 radələrində saxlanılmış və onun barəsində 08 sentyabr 2024-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək saat 11:00-da həbsdən azad edilmişdir. İş materiallarında olan 08 sentyabr 2024-cü il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 11:40-dan 12:10-dək dindirilmiş, saat 12:30-da saxlanıldığı Goranboy RPŞ-nin MSY-dən azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 08 sentyabr 2024-cü il tarixdə azad olunsa da, onun azadlığının faktiki məhdudlaşdırılması 24 saatdan artıq olmuşdur. Bununla da məhkəmə hesab edir ki, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından 2 (iki) gün çıxılmalıdır (həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 faktiki olaraq 07 sentyabr 2024-cü il tarixdən 09 sentyabr 2024-cü il tarixədək olan müddətdə 02 (iki) gün şübhəli şəxs qismində tutulması nəzərə alınaraq, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından 2 (iki) gün çıxılmalıdır (həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla). Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və onlara həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 2 (iki) gün (07-08 sentyabr 2024-cü il) və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 2 (iki) gün (07-09 sentyabr 2024-cü il) həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla, onlara təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalı (CM-69.3), Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, onlar dərhal məhkəmə iclas zalından həbsə alınmalı, barələrində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətlərinin əvvəli 06 mart 2025-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməklə yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı, iş üzrə maddi sübut Goranboy RPŞ-nin maddi sübutların saxlanması otağına verilmiş, ekspertiza tədqiqatından sonra təmiz çəkisi 6,72 qram qalan narkotik vasitə hesab edilən qurudulmuş marixuana məhv edilməli, iş üzrə ekspertiza xərci 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinin hesabına keçirilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Goranboy rayon Vəkil Bürosunun vəkili X20 Təqsirləndirilən şəxs1 və həmin büronun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etməsinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə vəkil X22 tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə sərf edilmiş hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 9 (doqquz) iş saatına görə 54 (əlli dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə sərf edilmiş hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 9 (doqquz) iş saatına görə 54 (əlli dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs1 faktiki olaraq 07 sentyabr 2024-cü il tarixdən 08 sentyabr 2024-cü il tarixədək 02 (iki) gün müddətinə şübhəli şəxs qismində saxlanılması nəzərə alınaraq, ona təyin olunmuş 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından 02 (iki) gün çıxılsın, üzərində qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. Vəkil X22 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 9 (doqquz) iş saatına görə 54 (əlli dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs2 faktiki olaraq 07 sentyabr 2024-cü il tarixdən 09 sentyabr 2024-cü il tarixədək 02 (iki) gün müddətinə şübhəli şəxs qismində saxlanılması nəzərə alınaraq, ona təyin olunmuş 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından 02 (iki) gün çıxılsın, üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilsin və yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Vəkil Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 9 (doqquz) iş saatına görə 54 (əlli dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut - Goranboy RPŞ-nin maddi sübutların saxlanması otağına verilmiş, ekspertiza tədqiqatından sonra təmiz çəkisi 6,72 qram qalan narkotik vasitə hesab edilən qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza xərci 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinin (Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X9, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar