Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-21/2023 30.03.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X7 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Goranboy rayonunun Baxçakürd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işsiz, Goranboy rayonu Baxçakürd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs daimi narkotik vasitələrin aludəçisi olduğu üçün istintaqa məlum olmayan tarixdə, naməlum mənbədən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, şəxsi istehlak miqdarından artıq miqdarda 405 qram tərkibində narkotik maddələr olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək bir ədəd polietilen torbaya qablaşdırıb gələcəkdə özü istifadə etmək məqsədilə həyətində olan saxlanc otağında qanunsuz saxlamış, xx.xx.2022-ci il tarixdə saat 14:00 dəqiqədə Azərbaycan Respublikası DİN-nin BNMİ-nin QBRŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Goranboy rayonu Bağçakürd kəndində yerləşən fərdi yaşayış evinin həyətindəki saxlanc otağına baxış keçirilərkən həmin otaqda qanunsuz olaraq saxladığı bir ədəd polietilen torbada 405 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə olan qurudulmuş marixuana istifadə edir. 2022-ci ilin yay ayında yaşadığı evin həyətyanı torpaq sahəsində əkib becərdiyi bir ədəd narkotik tərkibli çətənə bitkisindən yığıb, qurudaraq əldə edib, özünün istifadəsi üçün yaşadığı evin həyətindəki saxlanc evində saxlamışdır. 29 noyabr 2022-ci il tarixdə saat 14:00 radələrində o yaşadığı kənddə yerləşən fərdi yaşayış evinin həyətində olan zaman çağırıldığını eşidib küçəyə çıxanda bir neçə nəfər mülki geyimli şəxsləri ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini göstərmişlər. Polis əməkdaşları barəsində olan əməliyyat-axtarış tədbirləri haqqında qərarla onu tanış edərək qanunsuz olaraq yaşadığı evdə narkotik vasitə marixuana saxlamaqda və satmaqda şübhəli olduğunu bildirərək yaşadığı evə baxış keçirilməsi zərurətinin olduğunu söyləmişlər. O, həmin şəxslərə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Onun razılıq ərizəsi əsasında yaşadığı evə videoçəklişlə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl ona yaşadığı evdə narkotik vasitə və ya qanunsuz hər hansı bir əşya varsa təqdim etməyini təklif etmişlər. Bu təklifdən sonra o, yaşadığı evin həyətindəki saxlanc otağında döşəmənin üzərində saxladığı bir ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuananı götürüb təqdim etmişdir. Həmin torbaya baxış keçirilib elektron tərəzidə çəkilmiş və içərisində qurudulmuş marixuana olan bir ədəd sellofan torbanın çəkisi 415 qram olmuşdur. Həmin bir ədəd sellofan torbanın ağzı bağlanaraq bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılıb möhürlənmiş, üzəri onlar tərəfidən imzalandıqdan sonra polis əməkdaşı tərəfindən götürülmüşdür. Polis əməkdaşları tərəfindən ona verilən suallara cavab olaraq, həmin aşkar olunan kütlənin narkotik vasitə qurudulmuş marixuana olmasını, həmin narkotik vasitəni 2022-ci ilin yay aylarında yaşadığı evin həyətyanı torpaq sahəsində əkib becərdiyi bir ədəd narkotik tərkibli çətənə bitkisindən yığıb qurudaraq əldə edib özünün istifadəsi üçün saxladığını bildirmişdir. Bundan sonra baxış qurtarmış, polis əməkdaşları onu Gəncə şəhərində yerləşən BNMİ QBRŞ-yə aparmışlar. Şöbədə protokol tərtib edilib ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün o həmin protokola imza etmişdir. Bundan sonra üzərində videoçəkilişlə şəxsi axtarış aparacaqlarını bildirmişlər. Buna görə də ona müdafiəçi siyahısı təqdim edilmiş və o müdafiəçi seçdikdən sonra müdafiəçi şöbəyə gəlmiş, ona hüquq və vəzifələrini izah etmişlər və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra videoçəkilişlə üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Bundan sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edildikdən sonra o, həmin protokola müdafiəçinin iştirakı ilə imza etmişdir. O, narkotik vasitə olan qurudulmuş marixuana istifadə etdiyinə görə də evinin həyətindəki saxlanc otağandakı qurudulmuş marixuananı öz istifadəsi üçün saxladığını, həmin marixuanadan başqa şəxslərə vermədiyini və ya satmadığını bildirmişdir. O, ümumiyyətlə narkotik vasitə satmaqla məşğul olmadığını göstərmişdir. Onun həyətindəki saxlanc otağında narkotik vasitə saxlamağından heç kimin, nə ailə üzvlərinin, nə də başqa şəxslərin xəbəri olmadığını bildirmişdir. Yekunda əməlindən peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin baş əməliyyat müvəkkili Əmrah Fikrət oğlu ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsi üzrə Regional şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə Goranboy rayonu Baxçakürd kəndində yaşayan Namiq adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi və yaşadığı evdə narkotik saxlaması barədə DİN-nin BNMİ-nin QBRŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat müəyyənləşdirilməsində həmin Namiq adlı şəxsin, xx.xx.1970-ci ildə anadan olmuş, Goranboy rayonu Baxçakürd kənd sakini Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Daxil olmuş məlumatla əlaqədar DİN-nin BNMİ-nin QBRŞ-nin rəhbərliyinə raportla müraciət etmiş və Təqsirləndirilən şəxs ətrafında əməliyat-axtarış tədbirinin keçirilməsi məqsədi ilə DİN-nin BNMİ-nin QBRŞ-nin əməkdaşlarından ibarət əməliyyataxtarış qrupu yaradılması barədə şöbə rəhbərliyi tərəfindən əmr imzalanmışdır. Əməliyyataxtarış qrupunun rəhbəri təyin edilmiş və xx.xx.2022-ci il tarixdə saat 14:00 radələrində Nəzərov X2 rayonu Baxçakürd kəndində yaşadığı evin qarşısında saxlanılaraq onun barəsində olan əməliyyat-axtarış tədbirləri ilə bağlı qərarla tanış edilmişdir. Təqsirləndirilən şəxs fərdi yaşayış evinə baxış keçirilməsinə etiraz etməmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Baxış keçirilməsinin video çəkilişlə aparıldması elan edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs fərdi yaşayış evinə baxış keçirilməsinə başlanılmışdır. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs evində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya varsı təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə olan qurudulmuş marixuana saxladığını etiraf etmiş və həmin narkrtik vasitəni təqdim etmək üçün onlarla birlikdə həyətinə daxil olduqda onları həyətdə sağ tərəfdə yerləşən saxlanc otağı kimi istifadə etdikləri binaya dəvət etmişdir. Onlar Təqsirləndirilən şəxs arxası ilə həmin binaya getmişlər və Təqsirləndirilən şəxs həmin binaya daxil olaraq, qapıdan ikinci arxa otağa gedərək həmin otağın giriş qapısının yanında, döşəmənin üzərində saxladığı bir ədəd qara rəngli sellofan torbanı götürüb döşəmənin üzərinə qoyub, təqdim edərək həmin torbadakı kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmişdir. Həmin torbaya baxış keçirilərkən içərisində yaşıl rəngli, kəskin iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu aşkar edilmişdir. Həmin torba içərisindəki kütlə ilə birgə elektron tərəzidə çəkilərkən ümumi çəkisinin 415 qram olması müəyyən edilmişdir. Həmin torbanın ağzı bağlanmış, bir ədəd ağ kağız paketdə qablaşdırılaraq üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Təqsirləndirilən şəxs yaşayış evinə baxış zamanı başqa qanunsuz əşya aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin qurudulmuş marixuana olmasını, həmin marixuananı 2022-ci ilin yay aylarında yaşadığı evin həyətyanı sahəsində əkib becərdiyi bir ədəd narkotik tərkibli çətənə bitkisindən yığıb qurudaraq özünün istifadəsi üçün saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs fərdi yaşayış evindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuana ilə birlikdə QBRŞ-nə aparılmışdır. Orada Təqsirləndirilən şəxs fərdi yaşayış evinə baxış keçirilməsi barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. QBRŞ-də Təqsirləndirilən şəxs hüquqları izah edilməklə müdafiəçi dəvət olunaraq şübhəli şəxs qismində tutulmuş və onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və yaxud iş üzrə sübüt əhəmiyyət kəsb edən digər qanunsuz əşya varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd 20 manatlıq pul əskinasını, həmin şalvarın arxa sağ cibindən 1 manat 50 qəpik metal pulları, açıq yaşıl rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd Vest markalı siqaret qutusunu və bir ədəd alışqanı çıxardıb masanın üzərinə qoymuş və üzərində narkotik vasitə və yaxud qanusuz əşya olmadığını bildirmişdir. Bundan sonra onun tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və üzərindən narkotik vasitə, yaxud digər qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş pul, siqaret və alışqan özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış video çəkilişlə həyata keçirilmişdir və Təqsirləndirilən şəxs qarşı heç bir zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin polis nəfəri - sürücü Şahid iş üzrə digər şahid Əmrah Fikrət oğlunun ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncuların dediklərini təsdiq etdilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Baxış keçirilməsi və götürmə haqqında” 29 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin təhqiqatçısı X4 tərəfindən Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin baş əməliyyat müvəkkili Əmrah Fikrət oğlunun, Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin sürücü polis nəfəri Şahid və Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı Goranboy rayonunun Baxçakürd kəndində yaşadığı fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış keçirilməsinə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin küçə qapısının qarşısından başlanılmışdır. Baxış keçirilmədən öncə Təqsirləndirilən şəxsyə narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə qurudulmuş marixuana saxladığını etiraf edərək həmin kütləni təqdim etməsi üçün polis əməkdaşlarını həyətə daxil olduqda sağ tərəfdə yerləşən saxlanc otağı kimi istifadə etdikləri tikiliyə dəvət etmişdir. Sonra polis əməkdaşları, yəni əməliyyat qrupunun üzvləri Təqsirləndirilən şəxs arxasınca sağda yerləşən birmərtəbəli tikiliyə tərəf getmişlər. Təqsirləndirilən şəxs həmin tikiliyə daxil olub qapıdan keçərək ikinci, arxa otağa getmiş və həmin otağın giriş qapısının yanında, döşəmənin üzərində saxladığı bir ədəd qara rəngli sellofan torbanı götürüb döşəmənin üzərinə qoyub təqdim edərək həmin torbadakı kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin bir ədəd qara rəngli sellofan torbaya baxış keçirilərkən içərisində yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu aşkar olunmuşdur. Həmin torba elektron tərəzidə çəkilərkən torbanın ümumi çəkisi 415 qram müəyyən olunmuşdur. Həmin torbanın ağzı qatlanıb bağlanmış, bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış, üzəri DİN- in Zərflər üçün 7(2) möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərfindən imzalanmış və götürülmüşdür. Davam etdirilən baxış zamanı başqa qanunsuz əşya aşkar olunmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı evin həyətindəki saxlanc otağından aşkar olunmuş kütlə narkotik vasitə qurudulmuş marixuanadır, həmin narkotik vasitəni bu ilin yay ayında yaşadığı evin həyətyanı torpaq sahəsində əkib becərdiyi bir ədəd narkotik tərkibli çətənə bitkisindən yığıb qurudaraq əldə edib özünün istifadəsi üçün saxlamışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Şübhəli şəxsin tutulması haqqında” 29 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 29 noyabr 2022-ci il tarixdə, saat 14:00-da məhdudlaşdırılmışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 29 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin təhqiqatçısı X4 tərəfindən Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin baş əməliyyat müvəkkili Əmrah Fikrət oğlunun, Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin sürücü polis nəfəri X5 və Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd 20 manatlıq pul əskinasını, həmin şalvarın arxa sağ cibindən metal əskinaslardan ibarət 1 manat 50 qəp pulu, açıq yaşıl rəngli gödəkcənin sağ yan cibindən bir ədəd Vest markalı siqaret qutusunu və bir ədəd alışqanı çıxarıb otaqdakı masanın üzərinə qoyub təqdim edərək üzərində narkotik vasitə və ya digər qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildikdə onun gödəkcəsinin sol yan cibindən bir ədəd Vest markalı siqaret qutusu da aşkar olunsada üzərindən narkotik vasitə və ya digər qanunsuz əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş pul, alışqan və siqaret qutuları şəxsin özünə qaytarılmışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2022-ci il tarixli, 16/1346 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “..Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı müəyyən olunmuş.” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan paketdə təmiz çəkisi 3,11 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki saxlanc otağından aşkar olunmuş..” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd qara rəngli sellofan paketdə, təmiz çəkisi 405 qram, olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuananın ümumi təmiz çəkisi 405 qr, tədqiqata sərf edildi 0,02 qr, qalıq 404,98 qr. Aparılmış tədqiqatın dəyəri 30,40 manatdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi və MSY-dən həbsdən azad edilməsi haqqında” 01 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və Goranboy RPŞ-nin MSY-dən azad edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Maddi sübut kimi tanıma haqqdında” 07 dekabr 2022-ci il tarixli qərardan görünür ki, 29 noyabr 2022-ci il tarixli protokolla götürülmüş 405 qram, tədqiqata cəmi 0,02 qram sərf edildikdən sonra 404,98 qram qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Goranboy RPŞ-yə təhvil verilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 22 dekabr 2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 13 yanvar 2023-cü il tarixli, 103 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə etmə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 30 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə Regional şöbəsinin məhkəmə-bioloji ekspertinin rəyində qeyd olunmuş çəkinin daha dəqiq olması nəzərə alınmaqla narkotik vasitə olan qurudulmuş marixuananın məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 16/1346 nömrəli rəyində göstərilən 405 qram miqdarı əsas götürülmüşdür; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-146-cı maddələri). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 12-ci qrafasına əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs qanunsuz saxladığı narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 405 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - törətdiyi əməli etiraf etməsi və əməlindən peşman olmasını; - qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Baxçakürd kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş xasiyyətnamə). - himayəsində 2 yetkinlik yaşına çatmayan övladlarının olmasını (əsas: iş materiallarında olan doğum haqqında şəhadətnamələr). - müharibə veteranı olmasını (əsas: iş materiallarında olan MV 009686 nömrəli vəsiqənin surəti). İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (xx.xx.2022-ci il - 01 dekabr 2022-ci il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Goranboy RPŞ-nin saxlancına təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz çəkisi 404,98 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi -132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi - 198.1). Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Goranboy rayonu Baxçakürd kəndində yerləşən evi axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Goranboy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Goranboy RPŞ-nin saxlancına təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz çəkisi 404,98 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza xərci 30,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №1(045)-21/2023
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-21/2023
30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver