Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-21/2024 02.05.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olan, Goranboy rayonunun Əhmədabad kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.2.1-ci maddəsində, xx.xx.1997-ci il tarixdə Goranboy rayonunun Əhmədabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Goranboy rayonunun Əhmədabad kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 CM-in 177.2.3 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 04 mart 2023-cü il tarixdə həmkəndliləri Şahid1, Şahid2, Zərərçəkmiş şəxs1 və ögey qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə iştirak etdiyi, Goranboy rayonunun Dəliməmmədli şəhərində yerləşən “Tac” şadlıq sarayında keçirilən toy məclisindən çıxıb taksi ilə yaşadıqları Goranboy rayonu Əhmədabad kəndinə gəlib həmin gün saat 22 radələrində kəndə çatdıqdan sonra taksidən düşərək kəndarası torpaq yolla evlərinə doğru piyada hərəkətdə olarkən toy məclisində qəbul etdiyi spirtli içkinin təsiri altında alkoqol sərxoşluğu vəziyyətində Zərərçəkmiş şəxs1 ucadan işlətdiyi və ona aid olmadığı sonuncu tərəfindən bildirilmiş ünvansız nalayiq ifadələri bəhanə edərək heç bir əsaslı səbəb olmadan ögey qardaşı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında birləşərək ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına qarşı saymamazlıq, şəxslər üzərində zor tərbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək insanların mütəmadi olaraq giriş çıxışının olduğu həmin yerdə, kənd sakinlərinin istirahətini kobud şəkildə pozub kənar şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs1 qəsdən itələyib yerə yıxaraq qrupun digər üzvü Təqsirləndirilən şəxs2 zərərçəkmiş Zərərçəkmiş şəxs1 təpiklə vurub sonuncuya qarının ön divarının sol yan səthinin və sol bazunun hemotomaları ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirməsinə şərait yaratmaqla bir qrup şəxs halında xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 04 mart 2023-cü il tarixdə həmkəndliləri Şahid1, Şahid2, Zərərçəkmiş şəxs1 və ögey qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə iştirak etdiyi, Goranboy rayonun Dəliməmmədli şəhərində yerləşən “Tac” şadlıq sarayında keçirilən toy məclisindən çıxıb taksi ilə yaşadıqları Goranboy rayonu Əhmədabad kəndinə gəlib həmin gün saat 22 radələrində kəndə çatdıqdan sonra taksidən düşərək kəndarası torpaq yolla evlərinə doğru piyada hərəkətdə olarkən toy məclisində qəbul etdiyi spirtli içkinin təsiri altında alkoqol sərxoşluğu vəziyyətində Zərərçəkmiş şəxs1 ucadan işlətdiyi və ögey qardaşı Təqsirləndirilən şəxs1 aid olmadığı Zərərçəkmiş şəxs1 tərəfindən bildirildikdən sonra ünvansız nalayiq ifadələri bəhanə edərək heç bir əsaslı səbəb olmadan Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında birləşərək ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına qarşı saymamazlıq, şəxslər üzərində zor tərbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək insanların mütəmadi olaraq giriş çıxışının olduğu həmin yerdə, kənar şəxslərin gözü qarşısında, kənd sakinlərinin istirahətini kobud şəkildə pozub qrupun üzvü Təqsirləndirilən şəxs1 tərəfindən itələnib yerə yıxılmış Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyyələrinə təpiklə qəsdən vuraraq ona qarının ön divarının sol yan səthinin və sol bazunun hemotomaları ilə müşayət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarət yetirməklə bir qrup şəxs halında xuliqanlıq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə 11 noyabr 2023-cü il tarixdə saat 02 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs2 məxsus Goranboy rayonu Əhmədabad kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyatyanı sahəsində yeləşən tövləsinin giriş qapısını açaraq qanunsuz daxil olaraq hər birinin dəyəri 255 manat olan 11 ədəd xırdabuynuzlu heyvanlarını gizli yolla talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 2805 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 04 mart 2023-cü il tarixdə həmkəndlisi Habil adlı şəxs qızına Goranboy rayonu Dəliməmmədli şəhərində yerləşən “Tac” şadlıq sarayında toy mərasimi keçirmiş, o da dəvətli olduğu üçün saat 17 radələrində toya getmiş, toy mərasimində iştirak etmiş, həmin toyda Zərərçəkmiş şəxs1 də iştirak etmiş, lakin onlar eyni masa arxasında əyləşməmişlər. Toy mərasimində spritli içki qəbul etmiş, lakin ağır dərəcəli sərxoş olmamışdır. Təxminən saat 22 radələrində toy mərasimindən çıxmış, həmin vaxt yanında qardaşı Təqsirləndirilən şəxs2, həmkəndliləri Samir, Asim və Zərərçəkmiş şəxs1 olmuşdur. Onlar Dəliməmmədli şəhərindən tanımadığı şəxsin idarə etdiyi VAZ 2106 markalı, dövlət qeydiyyat nişanına fikir vermədiyi, ağ rəngli avtomobilə əyləşib yaşadıqları Əhmədabad kəndinə gəlmiş, Əhmədabad kəndində asfalt yolun qurtaracağında olan mağazanın qarşısında düşmüşdür. Avtomobildə olan zaman, həmçinin toy mərasimi zamanı Zərərçəkmiş şəxs1 ilə aralarında heç bir mübahisə olmamışdır. Avtomobilindən düşdüyü yer ilə Zərərçəkmiş şəxs1 yaşadığı fərdi yaşayış evinin təxminən 50-60 metr arası olmuşdur. O, Elşən, Samir və Asim piyada yaşadığı ev istiqamətinə hərəkət etməyə başlamış, bu zaman Zərərçəkmiş şəxs1 evlərinə getmək əvəzinə heç bir səbəb olmadan qardaşı Təqsirləndirilən şəxs2 qarşı nalayiq ifadələr işlətmiş, onunla mübahisə etməyə başlamışdır. Lakin o, Elşənin Mühitə qarşı hər hansı hərəkət etməsinə icazə verməmişdir. Təxminən avtomobildən düşdüyü yerdən 200 metr evlərinə doğru hərəkət edən zaman Zərərçəkmiş şəxs1 yenə onların arxasınca gəlmiş, bu zaman qardaşı Elşən ilə Zərərçəkmiş şəxs1 bir-birlərinin paltarının sinə nahiyəsindən tutaraq yaxalaşmış, o, araya girərək dava etmələrinə imkan verməmiş və bununla da aralarında olan mübahisə dayanmışdır. O isə Samir ilə söhbət etməyə başlamış, həmin zaman Mühit təxminən ondan 5-6 metr aralıda dayanmış, qaranlıq olduğu üçün Mühitin hərəkətlərini görə bilməmiş, Samir ilə söhbət edən zaman Zərərçəkmiş şəxs1 anidən yerdən daş götürərək ona doğru atmış, Mühitin atdığı daş onun sol gözünün üst hissəsinə, alın nahiyəsinə dəymişdir. Zərbənin təsirindən o, aşağı çökmüş, ağız və burnundan qan gəlməyə başlamış, sonra onu yaşadığı fərdi yaşayış evinə aparmışlar. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirdi ki, o, Zərərçəkmiş şəxs1 vurmamışdır, sadəcə olaraq Mühitlə qardaşı Elşəni aralayan zaman Mühiti itələdiyi üçün sonuncu yerə yıxılmışdır. Lakin bu zaman qardaşı Elşən onu təpiklə vurmamışdır. O, həmin kənddə gəlmə olduğu üçün yerli sakinlər onu heç vaxt həmkəndliləri kimi qəbul etməmiş, buna görə də, ona qarşı zərərçəkmiş və şahidlər qərəzli ifadələr vermişlər. Yekunda Təqsirləndirilən şəxs1 barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun anabir ata ayrı qardaşıdır. Zərərçəkmiş şəxs1 isə onun həmkəndlisidir, onunla normal münasibəti var, onunla heç bir düşməçilik və ya ədavətləri olmamışdır. Qardaşı Zaurla onun arasında olan dava-dalaşdan sonra münasibətləri pisləşmişdir. xx.xx.2023-cü il tarixdə həmkəndlisi Habil adlı şəxs qızına Goranboy rayonu Dəliməmmədli şəhərində yerləşən “Tac” şadlıq sarayında toy mərasimi keçirmişdir. O da dəvətli olduğu üçün saat 17 radələrində toya getmiş, toy mərasimində iştirak etmişdir. Həmin toyda qardaşı Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs1 də iştirak etmiş, lakin onunla eyni masa arxasında əyləşməmişlər, o, toy mərasimində digər həmkəndliləri ilə birlikdə əyləşmişdir. Toy mərasimində spritli içki qəbul etmiş, lakin ağır dərəcəli sərxoş olmamışdır. Təxminən saat 22 radələrində toy mərasimindən çıxmış, həmin vaxt həmkəndliləri Zərərçəkmiş şəxs1, qardaşı Təqsirləndirilən şəxs1, Samir və Asim onunla olmuşdur. Onlar Dəliməmmədli şəhərindən tanımadığı şəxsin idarə etdiyi VAZ 2106 markalı, dövlət qeydiyyat nişanına fikir vermədiyi, ağ rəngli avtomobilə əyləşib yaşadıqları Əhmədabad kəndinə gəlmiş, Əhmədabad kəndində asfalt yolun qurtaracağında olan mağazanın qarşısında düşmüş, avtomobildə gələn zaman Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs1 arasında heç bir mübahisə olmamışdır. Onlar avtomobildən düşdükdən sonra birlikdə təxminən 200 metr məsafə qət etmiş, onlar öz evilərinə tərəf getmək istəyəndə Zərərçəkmiş şəxs1 onun qarşısını kəsərək “lato” oynamağa dəvət etmiş, o da saatın gec olmasına görə, həmçinin yorğun olduğu üçün oynamaq istəmədiyini bildirmişdir. Lakin Mühit bu cavabdan əsəbləşərək onun yaxasından tutmuş, onu təkidlə çayxanaya oyun oynamağa dartmaq istədikdə qardaşı Təqsirləndirilən şəxs1 yaxınlaşaraq onları ayırmışdır. Bir neçə dəqiqədən sonra Mühit heç bir səbəb olmadan yerdən daşı götürüb qardaşı Elşənə sarı ataraq onun bir gözünü kor etmişdir. Bundan başqa o, 10 noyabr 2023-cü il tarixdə saat 22 radələrində Goranboy rayonu Gülməmmədli kəndində yaşayan dayısı Ələs, dayısı oğlu Tofiqin idarə etdiyi avtomobillə Goranboy rayonu Borsunlu kəndi ərazisində yerləşən kafeyə çay içməyə getmiş, Ələslə Tofiq çay içmiş, o isə pivə içmişdir. Bir müddətdən sonra Ələslə Tofiq evə gemək istədiklərini demiş, o isə onlara “siz gedin mən sonra gələcəm” demişdir. Ələslə Tofiq avtomobillə getmiş, o isə kafedə pivə içməyə davam etmişdir. Təxminən 3 saat kafedə oturmuş və pivə içmişdir. Sonra kafedən çıxıb piyada Borsunlu kəndində yerləşən mağazanın qarşısına gəlmiş, bir müddət orada avtomobil gözləmiş, sonra tanımadığı taksi ilə yaşadığı Əhmədabad kəndinə gəlmiş, o, taksini kəndin ortasında saxlatdırıb avtomobildən düşmüş, taksi sürücüsünə 8 manat pul vermiş, bir neçə dəqiqə kənd arası yolda dayanmış, saat 02 radələrində pula ehtiyacı olduğu üçün həmkəndlisi Zərərçəkmiş şəxs2 məxsus xırdabuynuzlu heyvanlarını oğurlamaq qərarına gəlmişdir. Ona görə də, xx.xx.2023-cü il tarixdə saat 02 radələrində tək piyada Faiqin yaşadığı evin yanına getmiş, o, hasarda olan qapını itələyib açaraq Faiqin həyətində olan tövləyə daxil olmuş, tövlədə olan xırdabuynuzlu heyvanların 10 başını ayırıb tövlədən küçəyə çıxarmış, sonra isə tövlənin qapısını örtmüşdür. Bundan sonra Faiqə məxsus oğurladığı 10 baş xırdabuynuzlu heyvanları kəndarası yolla öz yaşadığı evə aparıb həyətyanı sahəsində olan tövləyə salıb qapını bağlamışdır. Oğurladığı xırdabuynuzlu heyvanları tövləyə saldıqdan sonra evə gedib yatmışdır. Səhər yuxudan oyanandan sonra kəndlərində Goranboy rayon polis şöbəsinin əməkdaşlarının olduğunu görüb qaçıb getmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirdi ki, qardaşı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 vurmamış, sadəcə onu itələmiş və bu zaman sonuncu yerə yıxılmamışdır. Lakin Zərərçəkmiş şəxs1 heç bir səbəb olmadan daşla qardaşını göz nahiyəsindən vurmuşdur. Bundan başqa o, 10 baş xırdabuynuzlu heyvan oğurladığını bildirsə də, sonradan ibtidai istintaqda 11 baş heyvan oğurladığı ona məlum olmuşdur. Hazırda onda olan 10 baş xırdabuynuzlu heyvanları sahibinə geri qaytarıb onunla barışmış və Zərərçəkmiş şəxs2 ondan heç bir şikayət və tələbi yoxdur. Yekunda Təqsirləndirilən şəxs2 barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə həmkəndlisi Habil adlı şəxsin Goranboy rayonu Dəliməmmədli şəhərində yerləşən “Tac” şadlıq sarayında keçirilən toy mərasimində dəvətli olduğu üçün saat 17 radələrində toya getmiş və toy mərasimində iştirak etmişdir. Həmin toyda Təqsirləndirilən şəxs1 də iştirak etmiş, lakin onlar eyni masa arxasında əyləşməmişlər. O, toy mərasimində digər həmkəndliləri ilə birlikdə əyləşmişdir. Toy mərasimində spritli içki qəbul etmiş, lakin ağır dərəcəli sərxoş olmamışdır. Təxminən saat 22 radələrində toy mərasimindən çıxmış, həmin vaxt həmkəndliləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Samir və Asim də onun yanında olmuşdur. Onlar Dəliməmmədli şəhərindən tanımadığı şəxsin idarə etdiyi VAZ 2106 markalı, dövlət qeydiyyat nişanına fikir vermədiyi, ağ rəngli avtomobilə əyləşib yaşadıqları Əhmədabad kəndinə gəlmişdir. Əhmədabad kəndində asfalt yolun qurtaracağında olan mağazanın qarşısında avtomobildən düşmüş, toy mərasimi zamanı, həmçinin avtomobildə gələn zaman Zaur və onun qardaşı Elşənlə ilə aralarındada heç bir mübahisə olmamışdır. Onlar avtomobildən düşdükdən sonra birlikdə 50-60 metr məsafə qət etmiş, yol ikiyə ayrılmış, Samir, Asim və o yol ayrıcından iki qardaşlardan ayrılmışdır. Zaurgil öz evlərinə tərəf, onlar isə bulaqdan su içməyə yönəlmişdir. O, Samir və Asimlə zarafatlaşmağa başlamış, bu vaxt Zaur ondan kimlə zarafat etdiyini soruşmuş, o isə Zaura onunla olmadığını demiş, bu vaxt onunla birlikdə olan Samir və Asim də onun dediyi sözləri təsdiqləmişlər. Zaur isə ona inanmamış, bu vaxt Zaur ona tərəf gəlmiş, ona demişdir ki, “gəl gedək söhbət edək”. O isə Zaura “hara istəyirsən gedək” demiş, onlar bir neçə metr birgə hərəkət etmiş, Zaur heç bir səbəb olmadan onu itələyib yıxmış, Elşən də Zaurun yanında olduğu üçün o, yıxılan kimi Samir Zauru tutmuş, Elşən isə onun üstünə cumub onun bədəninə təpiklə vurmağa başlamış və bu vaxt Zaur ondan təxminən 3 metr kənarda dayanmışdır. Elşən onu təpikləyən zaman yerdən bir ədəd daşı götürüb Elşən tərəfə atmış, həmin daş Zaurun başına dəymiş, bundan sonra o, öz evinə, Zaurla qardaşı Elşən isə öz evlərinə getmişlər. Bundan başqa o, ifadəsində Zauru özünü müdafiə etmək məqsədi ilə vurduğunu, davadalaşın Zaur və qardaşı Elşən tərəfindən başlandığını bildirmişdir. Yekunda Zərərçəkmiş şəxs1 bildirdi ki, hər iki təqsirləndirilən şəxsdən şikayətçidir. Onlara ağır cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, yaşadığı evin həyətyanı sahəsində iribuynuzlu və xırdabuynuzlu heyvanlar saxlayır, onun 15 baş iribuynuzlu, 57 baş isə xırdabuynuzlu heyvanları vardır. Xırdabuynuzlu heyvanlardan 3 keçi qalanları isə qoyundurlar. O, hər axşam heyvanlarını yaşadığı evin həyətyanı sahəsində yerləşən tövləyə salıb qapısını isə bağlayır. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində heyvanlarını sayıb tövləyə salıb qapısını isə örtüb rəzəsini bağlamışdır. xx.xx.2023-cü il tarixdə saat 08 radələrində heyvanlara baxmaq üçün tövləyə getmiş, tövlənin qapısını açıb tövləyə daxil olmuş, həmin vaxt xırdabuynuzlu heyvanlarının az olduğunu görmüşdür. Ona görə də, xırdabuynuzlu heyvanlarını saymış, xırdabuynuzlu heyvanların 11 başının az olduğunu bilmişdir. Sonra o, kəndi gəzməyə başlamış, lakin 11 baş xırdabuynuzlu heyvanlarını tapa bilməmişdir. Həmçinin kənd sakinlərindən heyvanlarını görüb-görmədiklərini soruşmuş, lakin kənd sakinləri görmədiklərini demişlər. Bundan sonra o, 11 baş xırdabuynuzlu heyvanlarının oğurlandığını bilmiş və ona görə də, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Bundan sonra Goranboy RPŞ-nin əməkdaşları yaşadığı ünvana gəlib baxış keçirmiş, polis əməkdaşları kimdən şübhələndiyini soruşan zaman o da həmkəndlisi Təqsirləndirilən şəxs2 şübhələndiyini bildirmişdir. Sonradan polis əməkdaşları Təqsirləndirilən şəxs2 yaşadığı ünvana gedib baxış keçirərkən, oğurlanmış 10 baş xırdabuynuzlu heyvanları onun yaşadığı evin həyətyanı sahəsində yerləşən tövlədən aşkar etmişlər. Yekunda Zərərçəkmiş şəxs2 bildirdi ki, Təqsirləndirilən şəxs2 ilə barışmış, ondan şikayətçi deyildir və ona dəymiş ziyan ödənilmişdir. Buna dair ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs1 onun həmkəndliləridir, onlarla aralarında düşmənçiliyi və ya ədavətləri yoxdur. O, xx.xx.2023-cü il tarixdə həmkəndlisi Habil adlı şəxsin Goranboy rayonu Dəliməmmədli şəhərində yerləşən “Tac” şadlıq sarayında keçirilən toy mərasimində dəvətli olduğu üçün saat 17 radələrində toya getmiş və toy mərasimində iştirak etmişdir. Toy mərasiminə həmkəndlisi Şahid2 və Təqsirləndirilən şəxs1 ilə birgə getmiş və toyda eyni masa arxasında oturmuşlar. Zərərçəkmiş şəxs1 də həmin toyda iştirak etmiş, lakin onunla eyni masa arxasında əyləşməmişdir. Toy mərasimində hamısı spritli içki qəbul etmiş, təxminən saat 22 radələrində toy mərasimindən çıxmış, həmin zaman yanında Təqsirləndirilən şəxs1, Zaurun qardaşı Təqsirləndirilən şəxs2, həmkəndliləri Şahid2 və Zərərçəkmiş şəxs1 olmuşdur. Onlar Dəliməmmədli şəhərindən tanımadığı şəxsin idarə etdiyi VAZ 2106 markalı, dövlət qeydiyyat nişanına fikir vermədiyi, ağ rəngli avtomobilə əyləşib yaşadıqları Əhmədabad kəndinə gəlmiş, Əhmədabad kəndində asfalt yolun qurtaracağında olan mağazanın qarşısında düşmüş, avtomobildə gələn zaman Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs1 arasında heç bir mübahisə olmamışdır. Taksi avtomobilindən düşdüyü yer ilə Zərərçəkmiş şəxs1 yaşadığı fərdi yaşayış evinin təxminən 50-60 metr arası olmuşdur. Onlar avtomobildən düşdükdən sonra piyada yaşadığı kənddə olan bulağın yanına gedirmiş. Lakin sonra Zaur və qardaşı Elşən evlərinə getmək qərarına gəlmiş və öz küçələrinə dönmüşdür. Təxminən Zaur və Elşən onlardan 20-25 metr aralanmışlar. Bu zaman Mühit zarafatyana nalayiq ifadə işlətmiş, Mühitin işlətdiyi nalayiq ifadəni Zaur eşitmiş, Mühitdən ona deyib-demədiyini soruşmuş, Mühit isə ona qarşı nalayiq ifadə işlətmədiyini demiş, həmin zaman o, Zaura demişdir ki, Mühit onunla zarafat etdiyini və nalayiq ifadəni ona qarşı işlətdiyini demişdir. Lakin Zaur ona və Mühitə inanmamış, təxminən 8-10 metr geri, onlara doğru qayıtmışdır. Bu zaman Mühit də Zaurun qabağına getmiş, həmin zaman Zaur və Mühit arasında sözlü mübahisə yaranmış, lakin bir-birilərini vurmamışlar. O, Şahid2 ilə birlikdə araya girmiş və onları aralamışlar. Təxminən 5-6 metr Mühiti kənara çəkib aparmış, bu zaman Zaur anidən Mühitin üstünə qaçmış və əlləri ilə itələyib Mühiti yerə yıxmışdır. Mühit yerdə olan zaman Zaurun qardaşı Elşən Mühitin bədən nahiyəsinə ard-arda təpik vurmağa başlamış, Şahid2 Zaurun qarşısına keçmiş, Mühiti vurmağına imkan verməmişdir. O isə Elşəni aralamaq istəmiş, lakin sərxoş olduğu üçün Elşənə gücü çatmamış, onu kənara çəkə bilməmişdir. Elşən yerdə uzanıqlı olan Mühitə təpik vurmağa davam etmiş bu vaxt Şahid2 Zaurun qarşısında dayanmış, onu sakitləşdirməyə çalışmış, Mühit isə yerdə uzanıqlı vəziyyətdə olmuşdur. Zaur ilə Mühitin arasında təxminən 2 metr məsafə olmuşdur. Bu zaman Mühit uzanıqlı vəziyyətdə yerdən daş götürüb atmış, Mühitin atdığı daş Samirin yaxınlığından keçib Zaurun sol gözünün üst hissəsinə, alın nahiyəsinə dəymiş, zərbənin təsirindən Zaur aşağı çökmüş və burnundan qan gəlməyə başlamışdır. Sonra Zauru qardaşı yaşadığı fərdi yaşayış evinə aparmışdır. Verilmiş suallara cavab olaraq Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadəsində göstərdikləri yalandır, dava-dalaş Zaurun təşəbbüsü ilə başlanılmış və onlar Zərərçəkmiş şəxs1 döymüşdürlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs1 onun həmkəndliləridir, Onlarla aralarında düşmənçiliyi və ya ədavətləri yoxdur. O, xx.xx.2023-cü il tarixdə həmkəndlisi Habil adlı şəxsin Goranboy rayonu Dəliməmmədli şəhərində yerləşən “Tac” şadlıq sarayında keçirilən toy mərasimində dəvətli olduğu üçün saat 17 radələrində toya getmiş və toy mərasimində iştirak etmişdir. Toy mərasiminə həmkəndlisi Şahid1, Təqsirləndirilən şəxs1 ilə birgə getmiş və toyda eyni masa arxasında oturmuşlar. Zərərçəkmiş şəxs1 də həmin toyda iştirak etmiş, lakin onunla eyni masa arxasında əyləşməmişdir. Toy mərasimində hamısı spritli içki qəbul etmiş, təxminən saat 22 radələrində toy mərasimindən çıxmış, həmin zaman yanında Təqsirləndirilən şəxs1, Zaurun qardaşı Təqsirləndirilən şəxs2, həmkəndliləri Şahid1 və Zərərçəkmiş şəxs1 olmuşdur. Onlar Dəliməmmədli şəhərindən tanımadığı şəxsin idarə etdiyi VAZ 2106 markalı, dövlət qeydiyyat nişanına fikir vermədiyi, ağ rəngli avtomobilə əyləşib yaşadıqları Əhmədabad kəndinə gəlmiş, Əhmədabad kəndində asfalt yolun qurtaracağında olan mağazanın qarşısında düşmüş, avtomobildə gələn zaman Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs1 arasında heç bir mübahisə olmamışdır. Taksi avtomobilindən düşdüyü yer ilə Zərərçəkmiş şəxs1 yaşadığı fərdi yaşayış evinin təxminən 50-60 metr arası olmuşdur. Onlar avtomobildən düşdükdən sonra piyada yaşadığı kənddə olan bulağın yanına gedirmiş. Lakin sonra Zaur və qardaşı Elşən evlərinə getmək qərarına gəlmiş və öz küçələrinə dönmüşdür. Təxminən Zaur və Elşən onlardan 20-25 metr aralanmışlar. Bu zaman Mühit zarafatyana nalayiq ifadə işlətmiş, Mühitin işlətdiyi nalayiq ifadəni Zaur eşitmiş, Mühitdən ona deyib-demədiyini soruşmuş, Mühit isə ona qarşı nalayiq ifadə işlətmədiyini demiş, lakin Zaur Mühit və Asimə inanmamış və təxminən 8-10 metr geri, onlara doğru qayıtmışdır. Bu zaman Mühit də Zaurun qabağına getmiş, həmin vaxt Zaur və Mühit arasında sözlü mübahisə yaranmış, lakin bir-birilərini vurmamışlar. O, Asim ilə birlikdə araya girmiş və onları aralamışlar. Təxminən 5-6 metr Mühiti kənara çəkib aparmış, Bu zaman Zaur anidən Mühitin üstünə qaçmış və əlləri ilə itələyib Mühiti yerə yıxmış, Mühit yerdə olan zaman Zaurun qardaşı Elşən Mühitin bədən nahiyəsinə ard-arda təpik vurmağa başlamış, o, Zaurun qarşısına keçmiş, Mühiti vurmağına imkan verməmişdir. Asim isə Elşəni aralamaq istəmiş, lakin Elşən yerdə uzanıqlı olan Mühitə təpik vurmağa davam etmiş, həmin zaman Zaurun qarşısında Samir dayanmış, Mühit isə yerdə uzanıqlı vəziyyətdə olmuş, Zaur ilə Mühitin arasında təxminən 2 metr məsafə olmuşdur. Bu zaman Mühit uzanıqlı vəziyyətdə yerdən daş götürüb atmış, Mühitin atdığı daş onun yaxınlığından keçib Zaurun sol gözünün üst hissəsinə, alın nahiyəsinə dəymişdir. Zərbənin təsirindən Zaur aşağı çökmüş və burnundan qan gəlməyə başlamış, sonra Zauru qardaşı yaşadığı fərdi yaşayış evinə aparmışdır. Verilmiş suallara cavab olaraq Şahid2 bildirdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadəsində göstərdikləri yalandır, dava-dalaş Zaurun təşəbbüsü ilə başlanılmış və onlar Zərərçəkmiş şəxs1 döymüşdürlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs1 onun həmkəndliləridir, onlarla aralarında düşmənçiliyi və ya ədavəti yoxdur. xx.xx.2023-cü il tarixdə adlarını xatırlamadığı həmkəndliləri ilə birlikdə Goranboy rayonu, Əhmədabad kəndində yerləşən bulağın yanında dayanan zaman Mühit, Asim və Samir onların yanına gəlmiş, Zaurla Elşən isə yol ayrıcından dönüb evlərinə tərəf getmişdirlər. Bu vaxt Samir, Asim, Mühit və o öz aralarında zarafatlaşmağa başlamış, bu vaxt Təqsirləndirilən şəxs1 ayaq saxlayaraq Mühitdən kimi söydüyünü soruşmuş, Mühit isə ona “səninlə deyiləm” demiş, bundan sonra həmin vaxt orada olan digər şəxslər də Mühitin dediklərini təsdiqləmişlər. Bundan sonra Zaur Mühiti yanına çağıraraq söhbət etmək üçün onlardan kənarlaşdırmış, Mühiti itələyib yıxmış və Mühit yerə yıxıldıqdan sonra Təqsirləndirilən şəxs2 Mühiti yerdə təpikləmişdir. Həmin vaxt Mühit yerdən bir ədəd daş götürüb Zaura tərəf atmış və həmin daş Zaurun gözünə dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs1 onun həmkəndliləridir, onlarla aralarında düşmənçiliyi və ya ədavəti yoxdur. O, xx.xx.2023-cü il tarixdə həmkəndlisi Habil adlı şəxsin Goranboy rayonu Dəliməmmədli şəhərində yerləşən “Tac” şadlıq sarayında keçirilən toy mərasiminə dəvətli olduğu üçün saat 17 radələrində toya getmiş və toy mərasimində iştirak etmişdir. Toy mərasiminə həmkəndlisi Şahid1, Təqsirləndirilən şəxs1 və Şahid2lə birgə getmiş və toyda eyni masa arxasında oturmuşlar. Saat 22 radələrində toy mərasimindən çıxmış və evinə getmişdir. Evdə olan zaman küçədən səs-küy gəldiyini eşidib küçəyə çıxan zaman Zaurun burnundan qan gəldiyini görmüş və ona kömək etmişdir. Bundan başqa o, hadisə barədə heçnə görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs1 onun həmkəndliləridir, onlarla aralarında düşmənçiliyi və ya ədavəti yoxdur. O, xx.xx.2023-cü il tarixdə həmkəndlisi Habil adlı şəxsin Goranboy rayonu Dəliməmmədli şəhərində yerləşən “Tac” şadlıq sarayında keçirilən toy mərasiminə dəvətli olduğu üçün saat 17 radələrində toya getmiş və toy mərasimində iştirak etmişdir. Həmin tarixdə saat 21 radələrində toy mərasimindən çıxıb yaşadığı evə gəlmiş, evində istirahət edən zaman həyətinin qarşısındakı küçədə səs-küy gəldiyini eşidib nə baş verdiyini öyrənmək üçün evinin qarşısına çıxan zaman 5-6 nəfər şəxsin olduğunu görmüş və söhbət əsnasında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs1 arasında dava-daş olduğunu və hadisədən sonra Zaurun evinə aparıldığını bilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Maddi sübut kimi tanıma haqqında” 18 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 qaytarılmış 10 (on) baş xırdabuynuzlu heyvanlar iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmışdır; “Şübhəli şəxsin tutulması haqqında” 18 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində 18 noyabr 2023-cü il tarixdə saat 17:00-da tutulmuşdur; “Təqsiləndirilən şəxsin barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi və MSY-dən həbsdən azad edilməsi haqqında” 20 noyabr 2023-cü il tarixli qərardan görünür ki, CM-in 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Goranboy RPŞ-nin MSY-dən azad edilmişdir; Goranboy Şəhəri Mərkəzi Bazarının “Qiymətləndirmə haqqında” xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 11 noyabr 2023-cü il tarixdə diri çəkisi 38 kq olan 10 aylıq bir baş xırdabuynuzlu heyvanın qiyməti 255 manat civarında olmuşdur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertizası və patoloji anatomiya birliyi X2 xx.xx.2023-cü il tarixli, 131a nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər – qarnın ön divarının sol yan səthinin və sol bazunun hematomaları KÜT əşyanın (ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən təpiklə vurulma zamanı əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertizası və patoloji anatomiya birliyi X2 xx.xx.2023-cü il tarixli, 214 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində aşkar olunan xəsarət – baş beynin yüngül dərəcəli əzilməsi, sol gicgah nahiyəsinin epidural qansızması, baş beyin kürələrarası lövhələrinin hematoması, alın sümüyünün solda kəllə əsasına və orbitin yuxarı damına keçən az yerdəyişən sınıqları, üzün və sol göz almasının yumşaq toxumalarının əzilməsi, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə hər hansı bir bərk küt alətlə, o cümlədən daş parçası ilə zərbə nəticəsində əmələ gələ bilərdilər, ağırlıq dərəcələrinə görə xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Təqsirləndirilən şəxs1 bədənində olan xəsarətləri özü-özünə yetirməsi az inandırıcıdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olan şəxsdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır; xx.xx.2023-cü il tarixli “Üzləşdirmə haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs2 ilə Şahid2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və sonuncu ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir; xx.xx.2023-cü il tarixli “Üzləşdirmə haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və sonuncu ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir; xx.xx.2023-cü il tarixli “Üzləşdirmə haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və sonuncu ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir; xx.xx.2023-cü il tarixli “Üzləşdirmə haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və sonuncu ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir; xx.xx.2023-cü il tarixli “Üzləşdirmə haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Şahid2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və sonuncu ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir; xx.xx.2023-cü il tarixli “Üzləşdirmə haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs2 ilə Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və sonuncu ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir; Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(100)-188/2020 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində CM-in 62-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə PsixiatrikEkspertiza Mərkəzi” X2 ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 28 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 YÜNGÜL DƏRƏCƏLİ ƏQLİ GERİLİK (YÜNGÜL DEBİLLİK SƏVİYYƏSİNDƏ), DAVRANİŞ POZUNTULARİ İLƏ XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F70.1 xəstəliyindən əziyyət çəkmişdir, halhazırda da həmin xəstəlikdən əziyyət çəkir. Təqsirləndirilən şəxs2 ona şamil edilən cinayət hadisəsini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən ANLAQLİ olmuşdur. Onun halhazırda məcburi müalicəyə ehtiyacı yoxdur; Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs2 ilə barışmış, ona dəymiş ziyan tam ödənilib, heç bir şikayət və tələbi yoxdur; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 sentybar 2020ci il tarixli, 1(100)-188/2020 nömrəli hökmü ilə təyin edilmiş 1(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 2(iki) ay 4 (dörd) gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir; Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndi tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilərək həmin maddə ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilmişdir. Məhkəmə, təqsirləndirilən şəxslərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özləri etiraf etməsələr də, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144- 146-cı maddələri). Eyni zamanda Təqsirləndirilən şəxs2 tərəfindən CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiklərini etiraf etməmələri, yəni Zərərçəkmiş şəxs1 sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirməklə üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etməmələri ilə bağlı ifadələrinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxslərin ifadələrində göstərdiyi xüsusatlar məhkəmə istintaqında araşdırılan sübutlarla tam təkzib olunur. Belə ki: - Zərərçəkmiş şəxs1 ifadəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ictimai yerdə onu onu vurmalarını göstərmişdir; - Şahid1 04 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kəndarası yolda insanların gözü qarşısında Zərərçəkmiş şəxs1 vurmalarını göstərmişdir; - Şahid2 04 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kəndarası yolda insanların gözü qarşısında Zərərçəkmiş şəxs1 vurmalarını göstərmişdir; - Şahid3 04 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kəndarası yolda insanların gözü qarşısında Zərərçəkmiş şəxs1 vurmalarını göstərmişdir; - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində Zərərçəkmiş şəxs1 vurmadıqlarını göstərsələr də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmətibbi ekspertizası və patoloji anatomiya birliyi X2 xx.xx.2023-cü il tarixli, 131a nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilən xəsarətlər xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən təpiklə vurulma zamanı əmələ gələ bilərdi; - xx.xx.2023-cü il tarixli “Üzləşdirmə haqqında protokol”dan görünür ki, Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir; - xx.xx.2023-cü il tarixli “Üzləşdirmə haqqında protokol”dan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir; - xx.xx.2023-cü il tarixli “Üzləşdirmə haqqında protokol”dan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir; - xx.xx.2023-cü il tarixli “Üzləşdirmə haqqında protokol”dan görünür ki, Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir; - xx.xx.2023-cü il tarixli “Üzləşdirmə haqqında protokol”dan görünür ki, Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir; xx.xx.2023-cü il tarixli “Üzləşdirmə haqqında protokol”dan görünür ki, Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. CM-in 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən törədildikdə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Xuliqanlıq cinayətinin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlıq əməli subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 oktyabr 2022-ci il tarixli Qərardadında müəyyən edilmişdir ki, xuliqanlıq cinayətinin xırda xuliqanlıqdan fərqli olaraq ictimai təhlükəliliyi ictimai qaydanın məhz kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan, şəxslər üzərində zor tətbiqi və ya hədəsi, yaxud əmlakın məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan hərəkətlərdən ibarətdir. Xuliqanlıq cinayətinin əsas obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Bu cinayətin obyektiv cəhəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirən, şəxslər üzərində zor tətbiqi və ya zor tətbiqi hədəsi və ya özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdə ifadə olunur. Sözügedən Qərardadda qeyd olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər isə təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlər kimi müəyyən edilmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı). Konstitusiya Məhkəməsi öz Qərardadında vurğulamışdır ki, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyən edilmədikdə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli Qərarında vurğulanmışdır ki, xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, CM-in xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. 4-cü bəndinə əsasən CM-in 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilmişdir ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Hazırkı iş üzrə məhkəmə nəzərə alır ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına qarşı saymamazlıq, şəxslər üzərində zor tərbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək insanların mütəmadi olaraq gediş-gəlişi olduğu yerdə kənd sakinlərinin istirahətini kobud şəkildə pozub kənar şəxslərin gözü qarşısında cəmiyyətin üzvü olan Zərərçəkmiş şəxs1 qanuni mənafelərinə toxunan hərəkətlər törətmiş, sonuncunun sağlamlığına zərər vurmuşlar. Eyni zamanda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk etmiş, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini qabaqcadan görmüş və bunu arzu etmişlər. Məhkəmə təqsirləndirilən şəxslərin əməllərinə hüquqi qiymət verərkən hadisənin baş verdiyi yerin kəndarası yolda insanların gediş-gəlişinin olduğu yer olmaqla ictimai yer hesab olunması, eyni zamanda cinayətin subyektiv cəhəti olan niyyətin müəyyən edilməsi zamanı cinayət hadisəsinin qisas, intiqam hissi ilə törədilməməsini, əvvəllər tərəflər arasında bu səbəbdən belə bir münaqişənin olmamasını, cinayətin məhz cüzi səbəbdən və ya bəhanədən baş verməsini nəzərə alır. CM-in: 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 177.2.3-cü maddəsinə əsasən olaraq eyni əməllər yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli CM-in 221.2.1, Təqsirləndirilən şəxs2 əməli isə CM-in 221.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onların barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Goranboy RİHB-nin Yolpaq kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə); - himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını (əsas: iş materiallarında olan Goranboy RİHB-nin Yolpaq kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş ailə tərkibi haqda arayış); - övladı xx.xx.2005-ci il təvəllüdlü Vəliyev İzzət Zaur oğluna sağlamlıq vəziyyətinə görə patron (köməkçi) təyin edilməsi (əsas: iş materiallarında olan Goranboy RİHB-nin sərəncamı və TSEK-in xx.xx.2023-cü il tarixli çıxarışı). Məhkəmə CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, CM-in: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarına əsasən CM-in 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasından vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. CM-in 83.4 və 83.4-1-ci maddələrinə görə, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 28 və 71-ci maddələrinin İİ hissəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 167-ci maddəsinə münasibətdə şərh edilməsinə dair” 1 sentyabr 2023-cü il tarixli qərarında qeyd edilir ki, məhkumluğun səbəb olduğu cinayət-hüquqi xarakterli ağır nəticələrdən biri isə həmin şəxs tərəfindən yeni cinayətin törədilməsi zamanı residivin yaranmasıdır. Cinayətin residivi zamanı, bir qayda olaraq, şəxs ona qarşı tətbiq olunmuş cinayət-prosessual, cinayət-hüquqi və cəza icra tədbirlərinə və vasitələrinə etinasız yanaşdığını, onlara məhəl qoymadığını göstərir ki, bu da onun yüksək sosial risk daşıyıcısı olduğuna və ictimai təhlükəliliyinə dəlalət edir. Cəzanın çəkilməsindən sonra qanunla müəyyən edilmiş müddət daxilində yeni cinayət törətməklə şəxs qanunauyğun həyat tərzi sürmək, cinayət qanununun normalarının tələblərinə riayət etmək istəyinin olmamasını aşkar şəkildə göstərməklə, ona qarşı daha sərt cinayət-hüquqi məsuliyyətin və cəzanın tətbiqini labüd edir. Residiv yeni bir cinayətin törədilməsindən daha qəliz hadisə olduğundan, burada növbəti cinayətin (residivin) baş verə biləcəyi zaman sərhədini dəqiq müəyyən etmək çox vacibdir. Bu sərhəd qismində isə şəxsin məhkumluğu çıxış edir. Məhz məhkumluğun mövcudluğu şəxsin hərəkətlərində residivin olub-olmamasını müəyyən etməyə imkan verir. Ağır cinayət törətdiyi üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına münasibətdə Təqsirləndirilən şəxs1 məhkumluğu hazırkı cinayət əməlini törədərkən ödənilməmişdir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. CM-in: 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 hazırkı cinayət əməlini Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli hökmü ilə təyin olunmuş cəzasını çəksə də, məhkumluğunun ödənilmədiyi müddətdə törətmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən CM-in 65.1-ci maddəsində sadalanan hallarla yanaşı, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bütün bunlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 CM-in 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan hesablanmalı (CPM-158.2.1, 158.6, CM-69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-56.1.3). Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - CM-in 177.2.3-cü maddəsinə münasibətdə cinayət əməlini törətməsini etiraf edib peşman olmasını və zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəyib onunla barışması; - qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Goranboy rayon Yolpaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamə); - yüngül dərəcəli əqli gerililiyinin (yüngül debillik səviyyəsində) olması (əsas: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X2 ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 28 saylı rəyi). Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bütün bunlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 CMin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması və 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin maddəni rəhbər tutaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 qəti cəza az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 CM-in 177.2.3 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli, ona CM-in 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması və 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti cəza təyin edilməli (CM-66.2), ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 2 (iki) gün (18 noyabr - 20 noyabr 2023-cü il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı (CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan hesablanmalı (CPM- 158.2.1, 158.6, CM-69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan 10 (on) baş xırda buynuzlu heyvanın zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-in 221.2.1 və Təqsirləndirilən şəxs2 177.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Goranboy rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin vəkillər tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə vəkillər Müdafiəçi1 və Müdafiəçi2 hər birinə məhkəmədə iştirak etdikləri 12 (on iki) iş saatı üçün cəmi 72 (yetmiş iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan, yəni 02 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 02 (iki) gün (xx.xx.2023 - xx.xx.2023-cü il), ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan, yəni 02 may 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut – 10 (on) baş xırda buynuzlu heyvanın Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 12 (on iki) iş saatı üçün cəmi 72 (yetmiş iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 12 (on) iş saatı üçün cəmi 72 (yetmiş iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan məhkum aldığı) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №1(045)-21/2024
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-21/2024
02.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver