Məhkəmə qərarları › İş №1(045)-21/2025

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-21/2025

01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-21/2025 01.05.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Saat 12:55 X3 Məhəmməd oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Börüsunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1977-ci ildə Goranboy rayonu Xanqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Goranboy rayonu Xanqərvənd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 23 oktyabr 2024-cü il tarixdə saat 07:10 radələrində Goranboy rayonu Xanqərvənd kəndi ərazisində avtobus dayanacağında dayanmış sərnişinləri daşımaq məqsədilə taksi fəaliyyəti ilə məşğul olduğu “Megan Renault” minik markalı ** SE *** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşdirdiyi zaman bunu görən Goranboy- Xanqərvənd marşrut xətti üzrə hərəkət edən “Merscedes Benz 208 D” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Zərərçəkmiş şəxs həmin sərnişinləri daimi olaraq daşıması, onun isə qanunsuz taksi fəaliyyəti ilə məşğul olaraq sərnişinləri götürməsinə iradını bildirərək özünə məxsus “Samsung A3” markalı mobil telefonu ilə onu video görüntüyə çəkdiyinə əsəbiləşərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs yaxınlaşıb xuliqanlıq niyyəti ilə yumruqla vuraraq sonuncuya burunun küt travması, qançırı, tənəffüsün davamlı pozulması və burun sümüyünün sınığı ilə nəticələnən xəsarətlər yetirib sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurduqdan sonra öz qanunsuz hərəkətlərini davam etdirərək səs-küyə həmin yerə toplaşmış və ətrafda olan digər insanlara əhəmiyyət verməyib ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib, Zərərçəkmiş şəxs uca səslə nalayiq söyüşlərlə söyüb təhqir edərək əynindəki 90 manat dəyərində gödəkcəsini dartıb cıraraq yararsız hala salmaqla, həmçinin sonuncuya məxsus “Samsung A3” markalı mobil telefonunun ekranını sındırıb 110 manat məbləğində maddi ziyan vurmaqla, habelə həmin ünvana toplaşmış insanların rahatlığını və dincliyini pozmaqla qərəzli xuliqanliq hərəkətləri etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç yerdə işləmir, lakin ailəsini dolandırmaq üçün özünə məxsus “Megan Renault” minik markalı, **- SE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə qanunsuz olaraq taksi fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs tanımır və münasibəti olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 07:10 radələrində idarə etdiyi “Megan Renault” minik markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Goranboy rayonu Xanqərvənd kəndində yaşadığı evdən çıxıb Xanqərvənd kəndində avtobus dayanacağına gedib dayanmış, həmin vaxt yaşlı, tanımadığı qadın ona yaxınlaşmış və Naftalan şəhərinə getmək istədiyini bildirmişdir. O da etiraz etməmiş və avtomobilinə əyləşməyini bildirmişdir. Bundan əvvəl isə yaşadığı evin yaxınlığından adlarını bilmədiyi iki nəfər şəxs də Naftalan şəhərinə getmək üçün avtomobilinə əyləşmişlər. O, dayanacaqdan Naftalan şəhəri istiqamətində hərəkət etmək istəyən zaman adını sonradan bildiyi Zərərçəkmiş şəxs mobil telefonu ilə onu video görüntüyə alaraq yanına gəlmiş, o isə avtomobilindən yerə düşməyib Vaqifdən onu və avtomobilini nəyə görə video görüntüyə aldığını soruşmuşdur. Vaqif isə ona “dövlətə vergi ödəyirəm, yaxşı edib video görüntüyə alıram” deyib avtomobilinin pəncərəsinə tərəf yaxınlaşıb onu başa salacağını demişdir. Ona görə də, Vaqiflə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o, Vaqifə “get nə bilirsən elə” demiş, Vaqif isə həmin vaxt başını avtomobilin pəncərəsindən içəri salaraq “avtomobilində heç kim olmasaydı, sənin ağzını ovub başa salardım” demişdir. O da ona görə əsəbləşmiş və avtomobildən yerə düşmüşdür. Həmin vaxt Vaqif onun sinəsindən tutmuş, o da ona görə əsəblərinə hakim ola bilməyib Vaqifin sinə nahiyəsindən kurtkasından tutub bir dəfə yumruqla qəsdlə onun burun nahiyəsindən vurmuş, həmin vaxt Vaqifin burun nahiyəsi qanamışdır. Sonra orada olan tanımadığı şəxslər onu aralamışlar. O da idarə etdiyi avtomobilinə əyləşib çıxıb getmişdir. Vaqiflə onun arasında olan dava-dalaş onun avtomobilinin arxasında olduğu üçün mübahisə və dava-dalaşı heç kim görməmiş, lakin Vaqifi döydükdən sonra ətrafda olan tanımadığı şəxslər oraya toplaşmışlar. Vaqiflə aralarında olan mübahisə və davadalaş təxminən 20 dəqiqəyə yaxın davam etmişdir. Dava-dalaş zamanı yumruqla Vaqifin sol gözaltı nahiyəsindən vurmamışdır, ola bilsin ki, yumruqla Vaqifin burun nahiyəsindən vuran zaman sol gözünün alt nahiyəsindən də xəsarət almışdır. Mübahisə zamanı əsəbi olduğu üçün Vaqifi nalayiq ifadələrlə təhqir etmişdir. Zərərçəkmiş şəxs özünə məxsus “Samsung A3” markalı mobil telefonu ilə çəkdiyi video görüntünü sosial şəbəkədə və ya digər bir yerdə yaymamışdır. Zərərçəkmiş şəxs həmin video görüntünü sosial şəbəkədə və ya digər yerdə yaysaydı bilərdi. Dava-dalaş zamanı Vaqifin kurtkasından dartmış və həmin vaxt Vaqifin kurtkası cırılmışdır, həmçinin Zərərçəkmiş şəxs əlində olan” Samsung A3” markalı mobil telefonunu yerə düşmüş və ekranı sınmışdır. Dava-dalaşdan sonra, həmçinin xx.xx.2024-cü il tarixdə səhər saatlarında Vaqifi sözlə öldürməklə hədələməmişdir. xx.xx.2024-cü il tarixdə idarə etdiyi avtomobillə Goranboy rayonu Qızılhacılı qəsəsbəsində Zərərçəkmiş şəxs idarə etdiyi avtomobili keçməmiş və idarə etdiyi avtomobili Vaqifin idarə etdiyi avtomobilin üzərinə çəkib qəza şəraiti yaratmamışdır, Zərərçəkmiş şəxs ona şər atır. Etdiyi əməldən peşmandır, zərərçəkmişlə barışmaq üçün dəfələrlə cəhd göstərsə də, barışığa nail ola bilməmişdir. Odur ki, təqsirləndirildiyi CM-nin hər iki maddəsi üzrə ona yüngül, azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç yerdə işləmir. Ona görə də, ailəsini dolandırmaq üçün Goranboy-Xanqərvənd yolu üzrə marşurut sürücüsü işləyir. Təxminən hadisə baş verməmişdən bir həftə əvvəl idarə etdiyi “Merscedes Benz 208 D” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı mikroavtobusla Goranboy rayonu Xanqərvənd kəndindən Goranboy şəhərinə gəlmiş, həmin vaxt Xanqərvənd kəndində yerləşən dayanacaqlarda həmişə onunla gələn sərnişinlərin dayanacaqlarda olmadığını görmüşdür. Ona görə də, Goranboy şəhər avtovağzalının müdiri Cəlaləddin müəllimin yanına gəlib bu barədə demiş, daha sonra isə Azərbaycan Respublikası Yerüstü X1 regional idarəsinin müdiri Müzadil müəllimə teleqram vuraraq bu barədə məlumat vermişdir. İdarədən isə həmin sərnişinləri daşıyan avtomobillərin video görüntüsünü çəkməsini bildirmişlər. xx.xx.2024-cü il tarixdə səhər saatlarında idarə etdiyi mikroavtobusla Goranboy şəhərindən Xanqərvənd kəndinə getmiş, həmin gün saat 07:10 radələrində Goranboy rayonu Xanqərvənd kəndində dayanacaqda dayanan zaman adını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Megan Renault” minik markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə qanunsuz olaraq taksi fəaliyyəti ilə məşğul olduğunu və mütəmadi olaraq onun idarə etdiyi mikroavtobusla Goranboy şəhərinə gedən sərnişinləri avtomobilinə əyləşdirdiyini görmüşdür. Ona görə də, idarə etdiyi mikroavtobusdan yerə enib istifadəsində olan “Samsung A3” markalı mobil telefonu ilə Təqsirləndirilən şəxs video görüntüyə alaraq ona yaxınlaşmışdır. Elnurla salamlaşdıqdan sonra dövlətə vergi ödədiyini, həmin sərnişinləri aparmamağını xahiş etmişdir. Elnur isə avtomobilin içərisindən ona “get işinlə məşğul ol, kimə deyirsən de” demişdir. O da işinin bu olduğunu bildirmişdir. Həmin vaxt Elnur avtomobildən yerə enib qəflətən onun əynində olan kurtkasından tutmuş və bir dəfə qəsdlə yumruqla əvvəlcə onun burun, daha sonra isə bir dəfə də sol göz altı nahiyəsindən vurub uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin vaxt əlində olan “Samsung A3” markalı mobil telefonu yerə düşərək ekranı sınmışdır. Ətrafda olan şəxslər Elnuru onun yanından uzaqlaşdırmaq istəyən zaman Elnur onun kurtkasından tutaraq dartmış, nəticədə kurtkası cırılıb yararsız hala düşmüşdür. Elnurun onu döyməsi nəticəsində burnu qanamışdır. Elnur onun ünvanına qarşı nalayiq ifadələr işlətməyə davam etmiş, daha sonra isə Elnur idarə etdiyi “Megan Renault” minik markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşərək çıxıb getmişdir. O da xəsarət aldığı üçün yaşadığı Tərtər rayon Şıxarx kəndində olan fərdi yaşayış evinə getmişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxsla Goranboy rayonu Xanqərvənd kəndi ərazisində rastlaşmış, həmin vaxt Elnur onu sözlə öldürməklə hədələmişdir. Təqsirləndirilən şəxsla aralarında olan dava-dalaş təxminən 20 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxsla aralarında olan dava-dalaş zamanı ətrafda və uzaqda tanımadığı şəxslər olmuş, lakin Təqsirləndirilən şəxs onu döyərkən Mehman, Eldəniz, Orxan və digər tanımadığı şəxslər görmüş, həmin şəxslər də Elnuru ondan aralamışlar. Dava-dalaş zamanı Təqsirləndirilən şəxs onun əynində olan kurtkanı cıraraq yarasız hala salmış və “Samsung A3” markalı mobil telefonu yerə düşərək sınmışdır. Kurtkanı 90 manata almış, mobil telefonununun ekranı isə 110 manat dəyərində olmuşdur. Ümumilikdə ona 200 manat ziyan dəymişdir. Özünə məxsus “Samsung A3” markalı mobil telefonu ilə Təqsirləndirilən şəxs qanunsuz olaraq taksi fəaliyyəti ilə məşğul olmasını Azərbaycan Respublikası Yerüstü X1 regional idarəsinə sübut etmək məqsədilə video görüntüyə almış, lakin həmin video görüntünü heç kimə göstərməmiş və ya yaymamışdır. xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Mersedec Benz” mikroavtobus markalı avtomobillə Tərtər rayonundan Goranboy şəhərinə gələrkən Goranboy rayonu Xanqərvənd kəndi ərazisində yerləşən işıqforun yanından keçərkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə çayxananın qarşısında dayanmış və kiminləsə söhbət etmişdir. İdarə etdiyi avtomobillə Goranboy rayonu Qızılhacılı qəsəbəsində hərəkətdə olarkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə arxadan gəlib onun idarə etdiyi avtomobili keçmək istəyərkən avtomobilini onun idarə etdiyi avtomobilin üzərinə çəkmiş, ona görə də idarə etdiyi avtomobilin Elnurun idarə etdiyi avtomobilə dəyməməsi üçün avtomobili yolun sağına çəkmiş, həmin vaxt yolun sağında kənarda 3 nəfər tanımadığı şəxs olmuş, idarə etdiyi avtomobillə Təqsirləndirilən şəxs hərəkətlərinə görə az qala həmin şəxsləri vurmuşdur. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmamışdır, ondan şikayətçidir, odur ki, Təqsirləndirilən şəxs barəsində ağır cəza, yəni azadlıqdan məhrumetmə cəzası təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç yerdə işləmir. Zərərçəkmiş şəxs tanıyır. Vaqiflə münasibəti normal olmuş, onunla aralarında düşəmçilik və ya ədavət olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 07 radələrində Goranboy şəhərindən Zərərçəkmiş şəxs idarə etdiyi “Mersedec Benz” markalı mikroavtobusla iş yoldaşı Şahid1 və oğlu Şahid3 ilə birlikdə Tərtər rayonu Seydimli kəndinə xurma yığmağa getmişlər. Həmin vaxt mikroavtobusda onlardan başqa heç kim olmamışdır. Goranboy rayon Xanqərvənd kəndində olan zaman Zərərçəkmiş şəxs mikroavtobusu yolun kənarında dayandırmış və avtomobildən düşərək əlində olan mobil telefonu ilə yolun kənarında avtobus dayanacağında dayanan “Renault Megan” minik markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobili video görüntüyə çəkərək həmin avtomobilə yaxınlaşmışdır. Həmin vaxt o, Eldəniz və Orxan avtobusda əyləşmişlər. Bu zaman sonradan adını bildiyi Təqsirləndirilən şəxs “Renault Megan” minik markalı, **-SE- *** dövlət qeydiyyat nişanlı avtomobilindən düşərək Zərərçəkmiş şəxs qarşı uca səslə nalayiq ifadələr işlətməyə başlayıb təhqir etmişdir. Həmin vaxt o, Eldəniz və Orxan mikroavtobusdan yerə düşmüşlər. Vaqif Elnura yaxınlaşan zaman yenə də uca səslə təhqir edərək üstünə gedib əynində olan qara rəngli gödəkcəsindən tutub qəsdlə bir dəfə əvvəlcə burun, daha sonra isə sol gözünün altına zərbə endirmişdir. Zərbənin təsirindən Vaqif yerə yıxılmış və burnu qanamışdır. Elnur Vaqifin kurtkasından tutub dartarkən kurtkası cırılaraq yararsız hala düşmüşdür. Həmçinin Vaqifin əlində olan mobil telefonu yerə düşmüş və telefonun ekran şüşəsi sınmışdır. Orxan, Eldəniz, o və ətrafda olan tanımadığı şəxslər oraya yaxınlaşmış və Goranboy rayon Xanqərvənd kəndində yaşayan Təqsirləndirilən şəxs kənara aparmışlar. Lakin, buna baxmayaraq Elnur yenə də Vaqifi nalayiq ifadələrlə söyərək təhqir etməyə davam etmişdir. Sonra isə Elnur idarə etdiyi avtomobilə əyləşib çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları eynilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs tanıyır. Lakin, Vaqiflə heç bir münasibəti olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 07 radələrində Tərtər-Gəncə avtobusu ilə Gəncə şəhərinə getmiş, onlar Goranboy rayonu Xanqərvənd kəndi ərazisində olarkən yolun kənarında çoxlu şəxslərin toplaşdığını görmüşlər. Ona görə də, avtobusun sürücüsü avtobusunu saxlamış və onlar yerə düşmüşlər. Həmin vaxt Vaqifi görmüşdür. Vaqifin sifəti qan içində olmuşdur. O, Vaqifə yaxınlaşıb nə baş verdiyini soruşmuş, Vaqif də ona Elnurun onu vurduğunu bildirmişdir. Tanımadığı şəxslər isə Elnuru tutub sakitləşdirmək istəmişlər. Vaqif sakitləşdikdən sonra onlar avtobusa minib Gəncə şəhərinə getmişlər. Təqsirləndirilən şəxs Fazil oğlunu tanımır. Vaqiflə dava zamanı onun adının Elnur olduğunu bilmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğunu görməmiş, lakin həmin vaxt Vaqifin sifəti qanın içində olmuş, Vaqif ona Elnurun onu vurduğunu demişdir. Hadisə yerinə toplaşan tanımadığı şəxslər isə Elnuru sakitləşdirmişlər. Lakin, Elnur sakitləşməmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilən Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Cinayət işinin icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə istintaq olunan ********* saylı cinayət işi Goranboy RPŞ-nin İB-nin icraatına qəbul edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Tərtər rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə təqsirli bilinib, aylıq qazancından hər ay dövlət nəfinə 20 % pul tutulmaqla, 06 ay islah işləri cəzasına məhkum olunmuşdur; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-nin xx.xx.2024-cü il tarixli 654 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində burunun küt travması, qançırı, tənəffüsün davamlı pozulması ilə burun sümüyünün sınığı küt əşyanın təsirindən o, cümlədən xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən yumruq zərbəsi ilə vurulma zamanı əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “ST Telekom” mağazasının 15 yanvar 2025-ci il tarixli arayışından görünür ki, 23 oktyabr 2024cü il tarixdə “Samsung A3” markalı mobil telefonun ekranının qiyməti 110 manat civarındadır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy rayon İcra və Probasiya Şöbəsinin 106/2015 saylı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Tərtər rayon məhkəməsinin 1(061)-08 saylı xx.xx.2015-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə təqsirli bilinib, aylıq qazancından dövlət nəfinə hər ay 20 % pul tutulmaqla, 06 ay islah işləri cəzasına məhkum olunmuş, “28 may Respublika Günü münasibətilə Amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016cı il tarixli qərarı ilə xx.xx.2016-cı il tarixdə islah işləri cəzasından azad edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-nin 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-nin 127.2.3-cü maddəsinə əsasən, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər — min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, CM-nin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 oktyabr 2022-ci il tarixli Qərardadında müəyyən edilmişdir ki, xuliqanlıq cinayətinin xırda xuliqanlıqdan fərqli olaraq ictimai təhlükəliliyi ictimai qaydanın məhz kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan, şəxslər üzərində zor tətbiqi və ya hədəsi, yaxud əmlakın məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan hərəkətlərdən ibarətdir. Xuliqanlıq cinayətinin əsas obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Bu cinayətin obyektiv cəhəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirən, şəxslər üzərində zor tətbiqi və ya zor tətbiqi hədəsi və ya özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdə ifadə olunur. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın məhkəmə istintaqında öz təsdiqini tapması nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. CM-nin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: səmimi peşman olmasını; ailədə yeganə qazanc gətirən şəxs olmasını; himayəsində yaşlı, 1949-cu il təvəllüdlü anasının olmasını; yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: Goranboy RİHB-nin Xanqərvənd kəndi üzrə İN-nin xx.xx.2024cü il tarixli arayışı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 4-cü hissəsinə əsasən CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da, cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxslə barışmasa da, həm ibtidai, həm də məhkəmə istintaqı zamanı dəfələrlə onunla barışmaq üçün cəhdlər göstərmiş və peşmanlıq hisslərini ifadə etmişdir. Məhkəmə, CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-nin 58.3-cü maddəsi). Məhkəmə,yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının yuxarı həddə təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə həmin maddəni rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs cəzaları tam toplamaq yolu ilə qəti olaraq azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs CM-nin 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli, ona CM-nin 127.2.3 və 221.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan yuxarı həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-nin 66.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin edilən azadlığın məhdudlaşdırılması cəzalarını tam toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs üzərinə Goranboy rayonu Xanqərvənd kəndində olan yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Goranboy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etməsinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə vəkil Müdafiəçi2 tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə sərf edilmiş 18 iş saatına görə 6 manatdan hesablanmaqla, 2 iş saatına görə 11 manatdan hesablanmaqla, cəmi 130 (bir yüz otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və CPM-nin 344, 346-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq, 04 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Goranboy rayonu Xanqərvənd kəndində olan yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Goranboy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Vəkil Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi 18 iş saatına görə 6 manatdan hesablanmaqla, 2 iş saatına görə 11 manatdan hesablanmaqla, cəmi 130 (bir yüz otuz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar