Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-22/2023 18.05.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X10 qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Goranboy rayon məhkəməsində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Ağcabədi rayonu Boyad kəndində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, Ağdam şəhəri, Təqsirləndirilən şəxs küçəsi ev 32-də qeydiyyatda olmaqla, Ağdam rayonu Ballar kəndində yaşayan - barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 03 noyabr 2022-ci il tarixdə saat 07 radələrində Goranboy rayonu Səfikürd kəndində Şahid3 yaşadığı evin həyətində bəxşiş olaraq Şahid3 satış məqsədi olmadan şəxsi istifadəsi ilə əlaqədar əvəzsiz alaraq qanunsuz əldə etdiyi şəxsi istehlak miqdarından artıq iki ədəd iç-içə sellofan bükümdə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əynində olan boz rəngli pencəyin sol iç yan cibinə yerləşdirib qanunsuz saxlayaraq daşımış, Goranboy rayonu Səfikürd kəndi ərazisində piyada hərəkətdə olarkən əynində olan pencəyin sol iç yan cibində qanunsuz olaraq saxladığı narkotik vasitə olan qurudulmuş marixuanın bir qismini istifadə edib, qalan iki ədəd iç-içə sellofan bükümdə təmiz çəkisi 5,31 qram olan narkotik vasitə - qurudulmuş marixuananı əynində olan boz rəngli pencəyin sol iç yan cibinə yerləşdirib qanunsuz saxlayaraq daşıyarkən özünü şübhəli aparması səbəbindən 03 noyabr 2022-ci il tarixdə saat 11 radələrində Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Goranboy şəhəri H.Əliyev prospektində saxlanılaraq RPŞ-yə gətirilib üzərində şəxsi axtarış aparılan zaman satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı iki ədəd içiçə sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 5,31 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana əynində olan boz rəngli pencəyin sol iç yan cibində aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir müddətdir ki, o, narkotik vasitə istifadə edir. 01 noyabr 2022-ci il tarixdə saat 22 radələrində Goranboy rayonu Səfikürd kəndinə gəlmiş, belə ki, bir gün sonra dostu Elməddinin toy məclisi təşkil olunması nəzərdə tutulmuş, həmin məclisə Elməddin tərəfindən dəvətli olduğu üçün gəlmiş, toy məclisi isə Elməddinin evi olmadığı üçün xalası Sevdanın yaşadığı evin həyətində keçirilməsi nəzərdə tutulmuş, bundan sonra həmin gecə qalmağa yeri olmadığı üçün Səfikürd kəndində Elməddinin xalası Sevdanın evində qalmış, növbəti gün yəni 02 noyabr 2022-ci il tarixdə isə Sevdanın yaşadığı evin həyətində Elməddinin toy məclisi təşkil edilmiş, o da təşkil edilmiş toy məclisində iştirak etməyə başlamış, həmin gün saat 22 radələrində Elməddinin toy məclisi sonlanmış, bundan sonra isə Sevdanın evində qalmağa yeri olmadığı üçün gecəni Elməddinin yeznəsi Pərvizin evində qalmalı olmuş, buna görə də toy məclisinin təşkil olunduğu yerdən çıxıb Pərvizin evinə getmiş, bundan sonra Pərvizlə tanış olmuş, Pərvizlə söhbət etmişlər və aralarında münasibət yaranmış, sonra isə gecəni Pərvizin evində yatmış, səhəri gün yəni 03 noyabr 2022-ci il tarixdə səhər saat 07 radələrində yuxudan oyanmış, yuxudan oyandıqdan sonra Pərviz də yuxudan oyandığı üçün onunla söhbət etmişdir. Söhbət zamanı Pərviz ona yaşadığı evin həyətində yerləşən tövlədə narkotik vasitə olan qurudulmuş marixuana saxladığını demiş, o da narkotik vasitə olan marixuana istifadə etdiyi üçün Pərvizdən ona da narkotik vasitə olan marixuana verməsini xahiş etmiş, Pərviz də ona narkotik vasitə olan marixuana verə biləcəyini demiş, odur ki, Pərvizlə onun yaşadığı evin həyətində yerləşən tövləyə daxil omuş, tövlənin içərsində olan zaman Pərviz dolaba bənzər alətin üzərindən polietilen paketi götürmüş, bundan sonra Pərviz həmin paketin içərsindən narkotik vasitə olan qurudulmuş marixuananın bir qədərini götürüb ona vermiş, həmin narkotik vasitə olan qurudulmuş marixuananı iki ədəd iç-içə sellofana bükmüş, bunun ardınca isə içərsində narkotik vasitə olan həmin sellofanı əynində olan pencəyin sol iç yan cibinə yerləşdirmiş, Pərviz paketdə olan narkotik vasitə qurudulmuş marixuananı yaşadığı evə aparıb gizlətmiş, bundan sonra isə Pərvizlə sağollaşıb Bakı şəhərinə getmək üçün Pərvizin yaşadığı evdən çıxmış, yolda piyada gedərkən Pərvizdən götürdüyü narkotik vasitə olan qurudulmuş marixuananı əynində olan pencəyin sol iç yan cibindən çıxarıb bir qədərini istifadə etmiş, geriyə qalan narkotik vasitə olan qurudulmuş marixuananı isə yenidən iki ədəd iç-içə keçirilmiş selllofana büküb əynində olan pencəyin sol iç yan cibinə yerləşdirib yola davam etdiyini, sonra isə yoldan keçən taksi ilə Goranboy şəhərinə gəldiyini, Goranboy şəhərində “Şəhidlər” abidəsinin yaxınlığında olan zaman saat 11 radələrində yenidən üzərində olan narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmək qərarına gəldiyini, bunun üçün isə özünü bir qədər şübhəli apardığını deyə həmin vaxt polis əməkdaşları ona yaxınlaşıb Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını deyib xidməti vəsiqələrini təqdim etmişlər. Polis əməkdaşları onun nəyə görə özünü şübhəli apardığını soruşduqda polis əməkdaşlarına üzərində narkotik vasitə olan qurudulmuş marixuana saxladığını demiş, polis əməkdaşları bu səbəbdən onu Goranboy Rayon Polis Şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşlarının dəvətini qəbul etmiş, bu vaxt isə polis əməkdaşları ona hüquq və vəzifələrini izah etmişlər. O da hüquq və vəzifələrinin aydın olduğunu bildirdikdən sonra polis əməkdaşları ilə birlikdə Goranboy rayon polis şöbəsinə gəlmiş, şöbənin inzibati binasına çatdıqdan sonra polis əməkdaşları onu tanımadığı bir otağa aparmışlar. Orada olan zaman şübhəli şəxs qismində saxlanıldığını demişlər və ona üzərində şəxsi axtarış keçiriləcəyi izah edilmiş, həmçinin polis əməkdaşları hüquqlarının müdafiəsi ilə bağlı vəkil seçmək hüququnun olmasını ona izah etmişlər. Bunun ardınca isə təqdim edilmiş siyahı üzrə hüquqlarının müdafiəsi üçün vəkil Müdafiəçi hüquqlarını müdafiə etməsini istəmiş, buna görə Müdafiəçi Goranboy rayon polis şöbəsinə dəvət edilmiş, vəkil Müdafiəçi gəldikdən sonra isə üzərində şəxsi axtarış aparılacağı bir daha polis əməkdaşları tərəfindən ona bildirilmiş, həmçinin yenidən hüquq və vəzifələri izah edilmiş, bundan sonra polis əməkdaşları və vəkil Müdafiəçi iştirakı ilə üzərində video çəkiliş altında şəxsi axtarış aparılmasına başlanılmış, şəxsi axtarış zamanı ona üzərində olan əşyaları könüllü olaraq təqdim etməyi bildirildiyi üçün əynində olan boz rəngli pencəyin sol iç yan cibindən 2 ədəd iç-içə sellofana bükümdə içərisində narkotik vasitə olan qurudulmuş marixuananı, şalvarının sağ yan cibindən bir ədəd açıq qırmızı rəngli alışqanı, bir ədəd 20 qəpiyi, 3 ədəd 10 qəpiyi və bir ədəd düyməni, şalvarının sol yan cibindən isə bir ədəd saç darağını masanın üzərinə qoymuş, təqdim etdiyi iki ədəd iç-içə sellofan bükümə baxış keçirilmiş və içərsində narkotik vasitə olan qurudulmuş marixuana olması aşkar edilmişdir. Bundan sonra üzərindən aşkar edilmiş içərsində narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəzi vasitəsilə çəkilmiş, bunun ardınca isə üzərimdən aşkar edilmiş bir ədəd açıq qırmızı rəngli alışqan, bir ədəd 20 qəpik, 3 ədəd 10 qəpik, bir ədəd düymə və bir ədəd saç darağı iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün onun özünə qaytarılmış, bunun ardınca isə üzərindən aşkar olunmuş içərsində narkotik vasitə olan qurudulmuş marixuana iç-içə iki ədəd sellofan bükümdə polis əməkdaşları tərəfindən qablaşdırılmış və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 121 saylı möhürü ilə möhürlənərək ekspertiza tədqiqatına təqdim olunması üçün götürülmüş, bununla bağlı sənədlər isə o və iştirakçılar tərəfindən imza edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs əynində olan boz rəngli pencəyin sol yan cibindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı özü istifadə etmək məqsədi ilə üzərində saxladığını, həmin narkotik vasitə olan qurudulmuş marixuananı satmaq niyyətinin olmadığını, Şahid3 narkotik vasitə olan qurudulmuş marixuananı ona heç bir mənfəət əldə etmədən və ya ondan pul almadan verdiyini, Pərvizin həmin narkotik vasitə olan qurudulmuş marixuananı bəxşiş olaraq ona verdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı Şahid2 ifadəsində göstərdi ki, hazırda Azərbaycan Respublikası DİN-in Goranboy RPŞ-nin İTB-nin sahə polis nəfəri vəzifəsində xidmət edir. Goranboy rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili Şahid1 ilə birlikdə 03 noyabr 2022-ci il tarixdə saat 11 radələrində Goranboy şəhəri H.Əliyev prospektində xidmətdə olarkən “Şəhidlər” abidəsinin yaxınlığında bir nəfər şəxsin özünü şübhəli aparmasını görüb ona yaxınlaşmışlar. Həmin şəxs qaçmaq istəsə də onu saxlayıb xidməti vəsiqələrini təqdim edib Goranboy RPŞ-nin əməkdaşları olduqlarını deyib ondan kim olmasını, nəyə görə qaçmaq istəməsini və üzərində hər hansısa dövriyyəsi qadağan edilmiş əşya olub-olmamasını soruşmuşlar. Həmin şəxs isə Təqsirləndirilən şəxs olduğunu deyib üzərində narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmiş, buna görə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib ona üzərində şəxsi axtarış aparılmasının vacibliyini bildirib Goranboy rayon polis şöbəsinə getməli olduğunu demişlər. Təqsirləndirilən şəxs da hüquq və vəzifələrinin ona aydın olduğunu deyib onlarla birlikdə Goranboy rayon polis şöbəsinə gəlmiş, şöbədə olan zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz saxlaması barədə raport yazıb rəhbərliyə məruzə etdikdən sonra Təqsirləndirilən şəxs baş təhqiqatçı Ruslan Abbasovun xidməti otağına aparılmış, baş təhqiqatçı Ruslan Abbasov tərəfindən yenidən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilib üzərində şəxsi axtarış aparılacağı bunun üçün isə şübhəli şəxs qismində tutulacağı bildirilmiş, Təqsirləndirilən şəxs da bununla bağlı heç bir etirazının olmadığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs baş təhqiqatçı Ruslan Abbasov tərəfindən şübhəli şəxs qismində tutulmuş, bunun ardınca isə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə Goranboy rayon ərazisində və digər yerlərdə fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs hüquqlarının Goranboy rayon vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən müdafiə edilməsini istədiyi üçün vəkil Müdafiəçi qismində dəvət edilmiş, biz az sonra vəkil Müdafiəçi gəlmiş, bundan sonra onun, Şahid1 və vəkil Müdafiəçi iştirakı ilə video çəkiliş altında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanmış, video çəkilişi isə Goranboy RPŞ-nin KTQ-nun baş inspektoru kriminalisti Həbib Məmmədov həyata keçirmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, buna görə də Təqsirləndirilən şəxs əynində olan boz rəngli pencəyin sol iç cibindən 2 ədəd iç-içə seloffan bükümü, şalvarının sağ yan cibindən bir ədəd açıq qırmızı rəngli alışqanı, bir ədəd 20 qəpiyi, 3 ədəd 10 qəpiyi və bir ədəd düyməni, şalvarının sol yan cibindən bir ədəd saç darağını çıxarıb masanın üzərinə qoymuş, iki ədəd iç-içə sellofan bükümə baxış keçirildikdə içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar edilmiş, aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzi vasitəsi ilə çəkilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 ədəd iç-içə sellofan bükümün içərsindəki narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə baş təhqiqatçı Ruslan Abbasov tərəfindən qablaşdırılmış və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 121 saylı möhürü ilə möhürlənərək ekspertiza tədqiqatına təqdim olunması üçün götürülmüş, bunun ardınca isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd açıq qırmızı rəngli alışqan, bir ədəd 20 qəpik, 3 ədəd 10 qəpik, bir ədəd düymə və bir ədəd saç darağı iş üzrə maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün onun özünə qaytarılmış, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni tanışı Goranboy rayon Səfikürd kənd sakini Şahid3 əldə etməsini və şəxsi istifadəsi ilə əlaqədar üzərində gəzdirməsini bildirmiş, sonda isə baş təqhqiatçı Ruslan Abbasov tərəfindən tərtib edilmiş sənədləri digər iştirakçılar ilə birlikdə imza etmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilən Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, o, hazırda Azərbaycan Respublikası DİN-in Goranboy RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 03 noyabr 2022-ci il tarixdə saat 11 radələrində Goranboy RPŞnin İTB-nin sahə polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə Goranboy şəhəri H.Əliyev prospektində xidmətdə olarkən “Şəhidlər” abidəsinin yaxınlığında bir nəfər şəxsin özünü şübhəli aparmasını görüb ona yaxınlaşmışlar. Həmin şəxs qaçmaq istəsə də onu saxlayıb xidməti vəsiqələrini təqdim edib Goranboy RPŞ-nin əməkdaşları olduqlarını deyib ondan kim olmasını, nəyə görə qaçmaq istəməsini və üzərində hər hansısa dövriyyəsi qadağan edilmiş əşya olub-olmamasını soruşmuşlar. Həmin şəxs isə Təqsirləndirilən şəxs olduğunu deyib üzərində narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmiş, buna görə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib ona üzərində şəxsi axtarış aparılmasının vacibliyini bildirib Goranboy rayon polis şöbəsinə getməli olduğunu demişlər. Təqsirləndirilən şəxs da hüquq və vəzifələrinin ona aydın olduğunu deyib onlarla birlikdə Goranboy rayon polis şöbəsinə gəlmiş, Goranboy rayon polis şöbəsində olan zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz saxlaması barədə raport yazıb rəhbərliyə məruzə etdikdən sonra Təqsirləndirilən şəxs baş təhqiqatçı Ruslan Abbasovun xidməti otağına aparılmış, baş təhqiqatçı Ruslan Abbasov tərəfindən yenidən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilib üzərində şəxsi axtarış aparılacağı bunun üçün isə şübhəli şəxs qismində tutulacağı bildirilmiş, Təqsirləndirilən şəxs da bununla bağlı heç bir etirazının olmadığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs baş təhqiqatçı Ruslan Abbasov tərəfindən şübhəli şəxs qismində tutulmuş, bunun ardınca isə baş təhqiqatçı Ruslan Abbasov tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə Goranboy rayon ərazisində və digər yerlərdə fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs hüquqlarının Goranboy rayon vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən müdafiə edilməsini istədiyi üçün vəkil Müdafiəçi qismində dəvət edilmiş, bir az sonra vəkil Müdafiəçi gəlmiş, bundan sonra onun, Şahid2 və vəkil Müdafiəçi iştirakı ilə video çəkiliş altında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanmış, video çəkilişi isə Goranboy RPŞ-nin KTQ-nun baş inspektoru kriminalisti Həbib Məmmədov həyata keçirmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, buna görə də Təqsirləndirilən şəxs əynində olan boz rəngli pencəyin sol iç cibindən 2 ədəd iç-içə seloffan bükümü, şalvarının sağ yan cibindən bir ədəd açıq qırmızı rəngli alışqanı, bir ədəd 20 qəpiyi, 3 ədəd 10 qəpiyi və bir ədəd düyməni, şalvarının sol yan cibindən bir ədəd saç darağını çıxarıb masanın üzərinə qoymuş, iki ədəd iç-içə sellofan bükümə baxış keçirildikdə içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar edilmiş, aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzi vasitəsi ilə çəkilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 ədəd iç-içə sellofan bükümün içərsindəki narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə baş təhqiqatçı Ruslan Abbasov tərəfindən qablaşdırılmış və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 121 saylı möhürü ilə möhürlənərək ekspertiza tədqiqatına təqdim olunması üçün götürülmüş, bunun ardınca isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd açıq qırmızı rəngli alışqan, bir ədəd 20 qəpik, 3 ədəd 10 qəpik, bir ədəd düymə və bir ədəd saç darağı iş üzrə maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün onun özünə qaytarılmış, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni tanışı Goranboy rayon Səfikürd kənd sakini Şahid3 əldə etməsini və şəxsi istifadəsi ilə əlaqədar üzərində gəzdirməsini bildirmiş, sonda isə baş təqhqiatçı Ruslan Abbasov tərəfindən tərtib edilmiş sənədləri digər iştirakçılar ilə birlikdə imza etmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilən Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, o, bir müddətdir ki, narkotik vasitə istifadə edir. X5 tanıyır. Belə ki, Xəyyam Həsənov onun dostudur. Xəyyamla münasibətləri həmişə normal olmuş, Xəyyamla heç bir ədavəti və ya düşmənçiliyi olmamış, 2022-ci ilin oktyabr ayında dəqiq xatırlamadığı gündə Xəyyam Həsənov onun istifadəsində olan mobil telefonuna “vatcap” sosial şəbəkə proqramı vasitəsi ilə Goranboy rayonu Şəfəq kəndi ərazisində yabanı halda bitmiş çətənə kollarının foto şəklini göndərmişdir. O, 30 oktyabr 2022-ci il tarixdə Bakı şəhərindən çıxıb arvadı Suqra ilə birlikdə Goranboy rayonu Səfikürd kəndinə yaşadığı evə gəlmiş, belə ki, 02 noyabr 2022-ci il tarixdə arvadı Suqranın qardaşı Elməddinin toy məclisi təşkil olunması nəzərdə tutulmuş, o və arvadı da toya dəvət olunduqları üçün Bakı şəhərindən çıxıb Goranboy rayonu Səfikürd kəndinə gəlmiş, 01 noyabr 2022-ci il tarixdən 02 noyabr 2022-ci il tarixə keçən gecə saat 01 radələrində Xəyyamla mobil telefonla əlaqə saxlayıb onu yaşadığı ünvana dəvət etmiş, belə ki, qərara almış ki, Xəyyamın bir müddət bundan əvvəl ona şəklini göndərdiyi yabanı halda bitmiş çətənə kollarının olduğu yerə gedib yararlı hissələrini toplayıb şəxsi istifadəsi üçün saxlasın.Bir qədər sonra Xəyyam gəlmiş, Xəyyam gəldikdən sonra yaşadığı evin həyətində onunla görüşmüş, sonra isə onlar söhbət etməyə başlamışlar. Söhbət zamanı Xəyyamdan onu şəklini göndərdiyi yabanı halda bitmiş çətənə kollarının olduğu yerə aparmasını xahiş etmiş, Xəyyam da onu həmin yerə apara biləcəyini demiş, bundan sonra Xəyyam Namiq adlı taksi fəaliyyəti ilə məşğul olan şəxlsə telefonla danışmış, odur ki, o və Xəyyam yaşadıqları evdən çıxıb yolda Namiq adlı şəxsin “VAZ 2107” markalı avtomobilinə əyləşmişlər. Bundan sonra Namiq adlı şəxs onları Goranboy rayonu Şəfəq kəndi ərazisinə gətirmiş, Goranboy rayonu Şəfəq kəndi ərazisində torpaq sahələri olan yerin yaxınlığında Namiq Vaz 2107 markalı avtomobilini saxlamış, bundan sonra Xəyyamla birlikdə avtomobildən düşüb torpaq sahələrinə doğru getmişlər. Həmin vaxt saat təxminən 02 radələri olmuş, Namiq isə avtomobildə qalmış, Xəyyam onu yabanı halda bitmiş çətənə kollarının olduğu yerə yəni çayın kənarına aparmış, həmin yerdə o və Xəyyam çətənə kollarını gövdə hissədən qopararaq əynlərində olan paltarın altına gizlətmişlər. Bundan sonra isə gəlib Namiqə məxsus Vaz 2107 markalı avtomobildə əyləşmişlər. Namiq də onları Pərvizin yaşadığı evin yaxınlığına gətirmiş, orada o və Xəyyam avtomobildən düşüb Namiqin pulunu vermişlər. Sonra isə Xəyyamla birlikdə yaşadığı evin həyətinə gəlib tövləyə daxil olub Xəyyamla birgə qopardıqları çətənə kollarının gövdə hissələrini tövlənin içərsində yerə sərdiyi göy rəngli polietilen paketin üzərinə tökmüşlər. Bundan sonra tövlədən çıxmışlar. Xəyyam çıxıb getmiş, o da tövləyə daxil olub çətənə kollarının gövdə hissələrinin yararlı hissələrini gövdədən ayıraraq polietilen paketin üzərinə quruması üçün yığmış, sonra isə yaşadığı evə daxil olub yatmış, səhəri gün yuxudan oyandıqdan sonra tövləyə daxil olub polietilen paketin üzərinə sərdiyi çətənə kollarının yarpaqlarının quruduğunu gördüyü üçün həmin çətənə kollarının yarpaqlarını göy rəngli polietilen paketə büküb həmin göy rəngli polietilen paketi isə yaşıl rəngli polietilen paketə keçirib tövlədə olan setka çarpayının üzərinə yerləşdirmiş, bundan sonra isə həmin gün yəni 02 noyabr 2022-ci il tarixdə qaynı Elməddinin toy məclisində iştirak etmiş, həmin gün saat 22 radələrində toy məclisi yekunlaşmış, Elməddinin toyuna gəlmiş dostu Röyalın qalmağa yeri olmadığı üçün Röyalı yaşadığı evə aparmış, bundan sonra Röyalla aralarında münasibət yaranmış, Röyal gecəni onun yaşadığı evdə yatmış, səhəri gün yəni 03 noyabr 2022-ci il tarixdə yuxudan oyandıqdan sonra Röyalla söhbət edən zaman şəxsi istifadəsi ilə əlaqədar yaşadığı evin həyətində yerləşən tövlədə narkotik vasitə olan qurudulmuş marixuana saxladığını demiş, Röyal da narkotik vasitə olan qurudulmuş marixuana istifadəçisi olduğu üçün ona istifadə etməsi üçün bir qədər narkotik vasitə olan qurudulmuş marixuana verməyini istəmiş, o da Röyalla razılaşıb tövləyə daxil olmuş, bundan sonra tövlədə setka çarpayının üzərində iki ədəd yaşıl və göy rəngli sellofanın içərsinədki narkotik vasitə olan qurudulmuş marixuandan bir qədərini istifadə etməsi üçün Röyala vermiş, Röyal da həmin narkotik vasitə olan qurudulmuş marixuananı sellofana büküb əynində olan kostyumun sol iç yan cibinə yerləşdirib onunla sağollaşıb getmiş, o da iki ədəd yaşıl və göy rəngli polietilen paketdə olan narkotik vasitə qurudulmuş marixuananı yaşadığı evə aparıb yataq otağında olan divanın altına qoymuş, bundan sonra isə şəxsi işləri ilə məşğul olmuş, sonradan məlumat almış ki, Goranboy rayon polis şöbəsinin əməkdaşları onunla maraqlanıblar. Odur ki, polis əməkdaşlarının narkotik vasitə olan qurudulmuş marixuana saxlamağından şübhə etdiklərini anladığı üçün saat 16 radələrində əmisi nəvəsi Fəxri Məmmədovun mobil telefonuna zəng vurub ona yaşadığı evdə yataq otağında divanın altında polietilen paket olduğunu və həmin paketi evə daxil olaraq oradan götürüb qonşuluğunda yerləşən Vilayət Süleymanova məxsus lakin içərsində yaşayış olmayan evin zirzməsinə aparıb yerləşdirməsini xahiş etmiş, evin açarları onda olduğu üçün Fəxridən xahiş etmiş ki, pəncərədən daxil olub divanın altında olan paketi götürsün. Lakin Fəxriyə polietilen paketin içərsində nə olduğunu deməmiş, Fəxri bu barədə soruşsa da ona məlumat verməmiş, sadəcə olaraq ondan xahiş etmiş ki, həmin paketi oradan götürsün. Bir qədər sonra Fəxri ilə danışmış və Fəxri ona yaşadığı evin yataq otağında divanın altında gizlətdiyi paketi aparıb qonşuluğunda yerləşən Vilayətə məxsus evin zirzəmisinə yerləşdirdiyini demiş, bundan sonra həmin gün, yəni 03 noyabr 2022-ci il tarixdə saat 17 radələrində Goranboy rayonu Səfikürd kəndi ərazisində olan zaman mülki geyimdə şəxslər ona yaxınlaşıb Goranboy rayon polis şöbəsinin əməkdaşları olduqlarını deyib xidməti vəsiqələrini təqdim etmişlər. Bunun ardınca polis əməkdaşları ona narktoik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib hüquq və vəzifələrini izah edib onu Goranboy rayon polis şöbəsinə dəvət etmişlər. O da hüquq və vəzifələrinin aydın olduğunu deyib polis əməkdaşları ilə birlikdə Goranboy rayon polis şöbəsinə gəlmiş, Goranboy rayon polis şöbəsinin inzibati binasına çatdıqdan sonra polis əməkdaşları onu tanımadığı bir otağa aparmışlar. Orada olan zaman şübhəli şəxs qismində saxlanıldığını demişlər və ona üzərində şəxsi axtarış keçiriləcəyi izah edilmiş, həmçinin polis əməkdaşları hüquqlarının müdafiəsi ilə bağlı vəkil seçmək hüququnun olmasını izah etmişlər. Bunun ardınca isə təqdim edilmiş siyahı üzrə hüquqlarının müdafiəsi üçün vəkil X1 hüquqlarını müdafiə etməsini istəmiş, buna görə X6 rayon polis şöbəsinə dəvət edilmiş, vəkil Sərvər Mustafayev gəldikdən sonra isə üzərində şəxsi axtarış aparılacağı bir daha polis əməkdaşları tərəfindən ona bildirilmiş, həmçinin yenidən hüquq və vəzifələri izah edilmiş, bundan sonra polis əməkdaşları və vəkil Sərvər Mustafayevin iştirakı ilə üzərində video çəkiliş altında şəxsi axtarış aparılmasına başlanılmış, şəxsi axtarış zamanı ona üzərində olan əşyaları könüllü olaraq təqdim etməyi bildirildiyi üçün əynində olan tünd göy rəngli gödəkcənin sol yan cibindən 1 ədəd ətir qabını, şalvarının sağ arxa cibindən 2 ədəd 5 manatlıq əskinazı, əynində olan gödəkcənin sol iç cibindən bir ədəd fotoşəkili çıxarıb masanın üzərinə qoymuş, bundan başqa şəxssi axtarış zamanı üzərindən narkotik vasitə və ya dövriyyəsi qadağan olunmuş hər hansısa alət və ya əşya aşkar olunmamış, üzərindən aşkar olunmuş 1 ədəd ətir qabı, 2 ədəd 5 manatlıq pul əskinazı və bir ədəd fotoşəkil iş üzrə maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmış, şifahi sorğu zamanı polis əməkdaşları başqa bir yerdə narkotik vasitə saxlayıb-saxlamadığını soruşduqda polis əməkdaşlarına yaşadığı ünvanda gizlətdiyi lakin sonradan Fəxrinin vasitəsi ilə qonşuluğunda yerləşən Vilayət Süleymanova məxsus evin zirzəmisində iki ədəd yaşıl və göy rəngli polietilen paketin içərsində narkotik vasitə olan qurudulmuş marixuana saxladığını demiş, polis əməkdaşları isə həmin ünvana baxış keçirilməsinin zəruri olduğunu demişlər. Bundan sonra isə tərtib edilmiş sənədləri digər iştirakçılar ilə birlikdə imza etmiş, sonra isə Vilayət Süleymanova məxsus Səfikürd kəndində yerləşən evin zirzəmisinə baxış keçirilməsi zərurəti yarandığı üçün polis əməkdaşları ona Səfikürd kəndinə gedəcəklərini deyib hüquq və vəzfiələrini izah etmişlər. Bundan sonra polis əməkdaşları və vəkil Sərvər Mustafayevlə birlikdə xidməti avtomobillə Goranboy rayonu Səfikürd kəndinə Vilayət Süleymanovun yaşdığı evin önünə gəlmişlər. Orada isə Vilayət Süleymanovun qardaşı Elxan Süleymanov, Fəxri Məmmədov və onun anası Ceyhunə Hüseynova olmuş, polis əməkdaşları yenidən ona və digər iştirakçılara hüquq və vəzifələri izah etmişlər, sonra isə baxışa başlanılmış, baxış video çəkiliş altında aparılmış, Vilayət Süleymanovun yaşadığı evin həyətinə daxil olduqdan sonra evin zirzəmisinin önünə gəlmişlər. Həmin yerdə, o və Fəxri polietilen paketin olduğu zirzəmini göstərmişlər. Bundan sonra Fəxri həmin zirzəmin taxta materialdan olan qapısını açıb zirzəmidə iki ədəd yaşıl və göy rəngli polietilen paketi çxarıb yerə qoymuş, polis əməkdaşları tərəfindən həmin iki ədəd polietilen paketin içərsinə baxış keçirilmiş və göy rəngli polietilen paketin içərsində narkotik vasitə olan qurudulmuş marixuana olması aşkar edilmiş, aşkar edilmiş içərsində narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəzi vasitəsi ilə çəkilmiş, bunun ardınca isə aşkar edilmiş həmin narkotik vasitə olan qurudulmuş marixuana polis əməkdaşları tərəfindən qablaşdırılmış və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 121 saylı möhürü ilə möhürlənərək ekspertiza tədqiqatına təqdim olunması üçün götürülmüş, bununla bağlı sənədlər isə, o və digər iştirakçılar tərəfindən imza edilmiş, bundan sonra isə Goranboy rayonu Səfikürd kəndində yerləşən fərdi yaşayış evinə gəlinərək onun, vəkil Sərvər Mustafayevin, polis əməkdaşlarının, Fəxri Məmmədovun və onun anasının iştirakı ilə baxış keçirilməsi qərara alındığı üçün polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilməsinə etiraz etmədiyini demiş, bundan sonra video çəkiliş altında onun yaşadığı fərdi yaşayış evinə və həyətyanı sahəyə baxış keçirilmiş, baxış zamanı evdə və həyətyanı sahədə narkotik vasitə və ya dövriyyəsi qadağan edilmiş digər əşya və məmulat aşkar edilməmiş, bununla da baxış keçirilməsi başa çatdırılmış, yaşadığı ünvandan çıxıb polis əməkdaşları ilə birlikdə Goranboy rayon polis şöbəsinin inzibati binasına gəlib sonda hazırlanmış sənədləri digər iştirakçılar ilə birlikdə imza etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 03 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:00-da şübhəli şəxs qismində tutulmuşdur; “Şəxsi axtarış aparılması haqqında” 03 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis kapitanı X4, Goranboy RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, Goranboy RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı Şahid2, RPŞ-nin KTQ-nın baş inspektor kriminalisti, polis baş leytenantı X3, Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə sonuncunun üzərinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində bir ədəd boz rəngli pencək, bir ədəd boz rəngli şalvar, ayağında bir cüt qara rəngli dəri ayaqqabı vardır. Təqsirləndirilən şəxs əynində olan boz rəngli pencəyin sol iç cibindən 1 (bir) ədəd şəffaf sellofan bükülmüş qurudulmuş marixuananı, şalvarın sağ yan cibindən bir ədəd açıq qırmızı rəngli alışqanı, 1ədəd 20 qəpiyi, 3 ədəd 10 qəpiyi və 1 ədəd düyməni, şalvarın sol yan cibindən bir ədəd saç darağını masanın üzərinə qoymuşdur. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əlavə olaraq heç bir əşya aşkar olunmamışdır. Şəxsi axtarış zamanı pencəyin sol iç cibindən 1 (bir) ədəd şəffaf sellofan bükülmüş qurudulmuş marixuana olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik maddəni Goranboy rayonu, Səfikürd kəndi sakini Pərviz adlı şəxsdən aldığını, şəxsi istifadəçisi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd şəffaf sellofan bükülmüş qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilərək 6,2 (altı tam onda iki) qram olduğu müəyyən edilmişdir. Həmin narkotik maddə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlə ağ rəngli 1 (bir) ədəd zərfə qoyularaq ağzı bağlanıb qablaşdırılmış, DİN-in 121 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən zərfin üzərinə imza edilərək ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş digər əşyalar maddi sübut əhəmiyyəti kəsb etmədiyindən özünə qaytarılmışdır. Şəxsi axtarış aparılarkən videoçəkilişdən istifadə edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 noyabr 2022-ci il tarixli, 16/1254 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “... Təqsirləndirilən şəxs üzərindən götürülmüş...” yazı və imzalar olan kağız paketdəki, 2 (iki) ədəd iç-içə sellofan bükümdə təmiz çəkisi 5,31 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Aparılmış tədqiqatın dəyəri 30,40 manatdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 noyabr 2022-ci il tarixli, 16/1255 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “xx.xx.2022-ci il tarixdə Şahid3 məxsus qurudulmuş marixuanaya bənzər kütlə” və “... Təqsirləndirilən şəxs üzərindən götürülmüş...” yazı və imzalar olan sintetik kisə və kağız paketdəki marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidir; “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 05 noyabr 2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Məmmədov X7 rayonu Səfikürd kəndində Şahid3 yaşadığı evin həyətində bəxşiş olaraq Şahid3 satış məqsədi olmadan şəxsi istifadəsi ilə əlaqədar əvəzsiz alaraq qanunsuz əldə etdiyi şəxsi istehlak miqdarından artıq iki ədəd içiçə sellofan bükümdə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əynində olan boz rəngli pencəyin sol iç yan cibinə yerləşdirib qanunsuz saxlayaraq daşımış, Goranboy rayonu Səfikürd kəndi ərazisində piyada hərəkətdə olarkən əynində olan pencəyin sol iç yan cibində qanunsuz olaraq saxladığı narkotik vasitə olan qurudulmuş marixuanın bir qismini istifadə edib, qalan iki ədəd iç-içə sellofan bükümdə təmiz çəkisi 5,31 qram olan narkotik vasitə qurudulmuş marixuananı əynində olan boz rəngli pencəyin sol iç yan cibinə yerləşdirib qanunsuz saxlayaraq daşıyarkən özünü şübhəli aparması səbəbindən 03 noyabr 2022-ci il tarixdə saat 11 radələrində Goranboy rayon polis şöbəsinin əməkdaşları tərəfindən Goranboy şəhəri H.Əliyev prospektində saxlanılaraq RPŞ-nə gətirilib üzərində şəxsi axtarış aparılan zaman satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı iki ədəd iç-içə sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 5,31 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana əynində olan boz rəngli pencəyin sol iç yan cibində aşkar olunaraq götürülmüşdür. “Təqsirləndirilən şəxsin başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 05 noyabr 2022-ci il tarixli qərardan və həmin tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və saxlandığı Goranboy RPŞ-nin MSY-dən azad edilmişdir; “Maddi sübut qismində tanıma haqqında” 10 noyabr 2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixli protokolla götürülmüş ekspertiza tədqiqatında sonra 5,29 qram qalmış qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Goranboy RPŞ-yə təhvil verilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur; “Axtarışda olan şəxsin tutulması haqqında” 24 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 yanvar 2023-cü il tarixdə Goranboy RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq Goranboy RPŞ-nin MSY-nə təhvil verilmişdir; “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 26 yanvar 2023-cü tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 15 fevral 2023-cü il tarixli, 256 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdın istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyidən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür; Goranboy Rayon Məhkəməsinin 1(045)-22/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmişdir; Goranboy Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə könüllü olaraq Goranboy RPŞ-yə gələrək özünü təqdim etmiş və məhkəmənin qərarına əsasən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, həbs edilmiş şəxs Məmmədov X7 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən həbs edilərək, xx.xx.2023-cü il tarixdə məhkəmənin hesabına müəssisəyə daxil olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 12-ci qrafasına əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 474,98 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - törətdiyi əməli etiraf etməsi və əməlindən peşman olmasını; - qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamə). Məhkəmə, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, tutma altında saxlanıldığı və həbsdə olduğu 1 (ay) 12 (on iki) gün (xx.xx.2022xx.xx.2022-ci il, xx.xx.2023-xx.xx.2023-cü il, xx.xx.2023-xx.xx.2023-cü il), həbsdə saxlanmanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Goranboy RPŞ-də saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 5,29 qram olan qurudulmuş marixuana məhv edilməli (CPM - 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM - 198.1). Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 1 (ay) 12 gün həbsdə saxlanmanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 01 (bir) il 09 (doqquz) ay 06(altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron məzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Ağdam rayonun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağdam Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Goranboy RPŞ-də saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 5,29 qram olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza xərci 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az. MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №1(045)-22/2023
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-22/2023
18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver