Məhkəmə qərarları › İş №1(045)-22/2024

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-22/2024

13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-22/2024 13.06.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X29 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X7 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X16 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Gəncə şəhəri, Avtozavod qəsəbəsində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs daimi narkotik vasitələrin aludəçisi olduğu üçün istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən satış məqsədilə qanunsuz olaraq əldə etdiyi 1,053 qram narkotik vasitə olan heroini xx.xx.2023-cü il tarixdə saat 22:33 dəqiqədə Gəncə şəhəri Avtozavod qəsəbəsi ərazisində yerləşən “Malik” marketin qarşısında 15 manat pul müqabilində X5, bundan sonra xx.xx.2023-cü il tarixdə Gəncə şəhərində “Qaraçılar” məhəlləsi deyilən ərazidə yaşayan X3 məqsədi olmadan öz şəxsi istifadəsi üçün 25 manat pul müqabilində şəxsi istehlak miqdarından artıq 0,452 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini almaqla qanunsuz olaraq əldə edib əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibinə yerləşdirib qanunsuz olaraq saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində Goranboy RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri “Qələbə” parkında saxlanılaraq Goranboy RPŞ-yə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində bir ədəd gümüşü kağız bükümündə olan 0,452 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 14 fevral 2023-cü il tarixdə iş yerində olmuşdur. Həmin vaxt Mahir Ələsgərov ona zəng edərək Şəmkirdə qohumugildə olduğunu bildirmiş və ondan narkotik vasitə götürməyi xahiş etmişdir. O isə xəbər edəcəyini demişdir. Bu zaman onun xalası oğlunun kartı onda olmuşdur. Mahir narkotik vasitə almaq üçün həmin karta pul ata biləcəyini və o, gələnə qədər narkotik vasitə almasını demişdir. Daha sonra Mahir gələrək onunla görüşmüş və çıxıb getmişdir. Həmin gün saat təxminən axşamüstü 5-ə işləmiş o, iş yerinin qarşısında dayanan zaman 3 nəfər şəxs onlara yaxınlaşmışdır. Həmin şəxslər işlədiyi evin sahibinin oğlundan paltar işi ilə çoxdan məşğul olub-olmadığını soruşmuşlar. Daha sonra həmin şəxslər ondan adını soruşmuş və o, adını demişdir. Bu zaman həmin şəxslər onun əlini burmuş və onun başından tutaraq aşağı əymişlər. Daha sonra həmin vəziyyətdə onu maşına otuzdurmuşlar. O, buna etiraz etmiş və cəza çəkdiyini, ayağında elektron nəzarət vasitəsi olduğunu demişdir. Həmin şəxslər isə hər şeydən xəbərləri olduğunu demişlər. Həmin şəxslər ona onlarla birlikdə Goranboy RPŞ-yə getməli olduğu bildirmişlər. Daha sonra həmin şəxslər Goranboy şəhərinin girişində maşını saxlamışlar. Bu zaman o, avtomobildə arxada əyləşmiş, sağında Şahid2, solunda isə Şahid1 oturmuşdur. Goranboy şəhərinin girişində Şahid1 maşından düşərək marketə girmiş və sellofan torba alaraq gətirib onun başına keçirtmişdir. Bu vəziyyətdə o, Goranboy RPŞ-yə gətirilmişdir. Goranboy RPŞ-də o, Tural adlı polis əməkdaşının otağına aparılmışdır. Bu zaman Tural adlı polis əməkdaşı ona bildirmişdir ki, “özün öz boynuna götürürsən yoxsa pis hərəkət edək”. Daha sonra o, başqa otağa aparılmışdır. Həmin otaqda ona bəzi əxlaqsız təkliflər edilmiş və o, yenidən Tural adlı şəxsin otağına gətirilmişdir. Bu zaman Tural adlı şəxs seyfdən falqa və “kakos” adlanan maddə çıxartmışdır. Həmin vaxt hətta “kakos” adlanan maddə ətrafa da dağılmışdır. Tural ona bildirmişdir ki, onun dediyi kimi ifadə verməlidir. Tural adlı şəxs ona necə ifadə vermək lazım olduğunu demişdir. Belə ki, Tural ona demişdir ki, ifadəsində narkotik vasitəni 45 manata alıb, 55 manata Mahirə satdığını göstərməlidir. Daha sonra onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuşdur. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, işlədiyi evin sahibinin adını bilmir. Onu həmin yerdə işləməyə dostunun dayısı düzəltmişdir. Dostunun və dayısının adını bilmir. Mahirlə çoxdan tanış olmuşdur. Onlar birlikdə narkotik vasitə istifadə etmişdir. Mahir ondan narkotik vasitə istəyəndə o, nahar fasiləsinə çıxmamışdır. Mahir ona zəng edəndə sonuncu polis şöbəsində olmuşdur. Narkotik vasitə aldığı adamın adı Rövşən olmuşdur. Mahir onun kartına 15 manat pul atmışdır. O, narkotik vasitəni 15 manata alıb Mahirə verməli idi. Bunun müqabilində Mahir ona narkotik vasitənin üzərindən götürüb çəkməyə verməli idi. O, həmin vaxt Rövşəndən narkotik vasitə almamışdır. O, bir neçə dəfə Rövşəndən narkotik vasitə almış və Mahirlə birlikdə çəkmişdir. Narkotik vasitə alan zaman onların yanında Mahirin xalası oğlu da olmuşdur. Səhv etmirsə onun adı Teymur idi. Sonradan həmin Teymur adlı şəxs Mahirin xalası oğlu olmadığını, Mahirlə taksidə tanış olduğunu ona demişdir. Sonuncu dəfə tutulmamışdan bir neçə gün əvvəl onlar Rövşəndən narkotik vasitə almışdır. Mahirin atdığı 15 manat pul müqabilində o, yenidən Rövşəndən narkotik vasitə almalı idi. O, bununla bağlı Rövşənə zəng etsə də sonuncu narkotik vasitənin hələ olmadığını demişdir. O, narkotik vasitəni ala bilmədiyi Mahirə geri zəng edib demişdir. Polis əməkdaşları ona yaxınlaşan zaman əynində cırıqcırıq olan cins şalvar, qara gödəkçə və idman ayaqqabısı olmuşdur. Polis şöbəsində Tural adlı şəxs ona bildirmişdir ki, onun kartına atılmış 15 manat pul onun puludur. O, Rövşəndən 1 dəfə narkotik vasitə almışdır. Rövşəni çoxdan “Qaraçılar”dan tanıyır. Verdiyev Samir onun xalası oğludur və Samirə məxsus kart onun istifadəsində olmuşdur. Ona edilən psixi və fiziki təsirlə bağlı rəsmi müraciət etməsə də, prokurorluğun nümayəndəsinə bu barədə şifahi bildirmişdir. Onun barəsində məhkəmədə həbs qətimkan tədbiri seçilən zaman bu barədə məlumat verməmişdir. Sonda Təqsirləndirilən şəxs hər iki maddə ilə təqsirinin olmamasını nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Goranboy RPŞ-nin baş əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında rəhbərliyə məlumat verilmiş və bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Daha sonra onlar Gəncə şəhərinə gedərək “Qələbə” parkı yaxınlığında “Orxan” adlı şəxsi saxlayaraq Goranboy RPŞ-yə gətirmişlər. Goranboy RPŞ-də dərhal təhqiqatçı Həbib Hacıyev müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə baxış keçirtmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Hadisədən uzun müddət keçdiyi üçün çox şeyləri xatırlamır. Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, “Orxan” adlı şəxsin dalınca Goranboy RPŞ-nin baş əməliyyat müvəkkili Şahid1 ilə birlikdə getmişdir. Onlar özlərini təqdim etmiş və şübhənin əsasını Təqsirləndirilən şəxs izah etmişlər. Təqsirləndirilən şəxs birbaşa təhqiqatçının otağına aparılmışdır. Təqsirləndirilən şəxs təhqiqatçının otağına aparmaqda məqsədləri onun üzərinə baxış keçirtmək olmuşdur. Təqsirləndirilən şəxs üzərində saxladığı narkotik vasitə heroinə bənzər maddəni könüllü olaraq təqdim edərək stolun üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman işlədiyi yerin qarşısında olmuşdur. Təqsirləndirilən şəxs əynində olan paltarını dəyişməmiş və həmin paltarda da Goranboy RPŞ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs dediyi, yəni əməliyyat zamanı 3-cü polis əməkdaşının da iştirak etməsi yalandır. Təqsirləndirilən şəxs nə onun nə də digər polis əməkdaşları tərəfindən hər hansı təzyiq və təsir olmuşdur. Məhkəmə iclasında şahid Sabirabad RPŞ-nin CAB-ın axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, əvvəl Goranboy RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində çalışmışdır. 2023-cü ilin fevral ayının ortalarında Goranboy RPŞ-nin baş müstəntiqi Şahid3 əməliyyat tapşırığı onun icraatına daxil olmuşdur. Əməliyyat tapşırığında göstərilmişdir ki, X23 ifadə verən zaman narkotik vasitə heroini Gəncə şəhər sakini Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Tapşırıqda Təqsirləndirilən şəxs şəxsiyyətinin müəyyən edilməsi və saxlanılaraq Goranboy RPŞ-yə gətirilməsi tapşırılmışdır. 2023-cü ilin fevral ayında “Orxan” adlı şəxsin yerini Gəncə şəhərində müəyyən etmişlər. X32 RPŞ-yə dəvət etmiş və sonuncu sərbəst şəkildə onlarla Goranboy RPŞ-yə gəlmişdir. Yolboyu Orxan onlara Goranboy RPŞ-yə getməməyi, bu məsələni öz aralarında yoluna qoymağı təklif etmişdir. Goranboy RPŞ-yə gətiriləndən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil təyin edilmiş və təhqiqatçı tərəfindən sonuncu şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs üzərində olan əşyaları, yəni pulları və cibində olan bükümdəki narkotik vasitə heroini könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs ilkin dindirilən zaman narkotik vasitə heroin istifadəçisi olduğunu demiş və narkotik vasitəni xatırlamadığı şəxsdən aldığını və üzərinə pul qoyaraq X1 bildirmişdir. Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, əvvəllər Orxanı üzdən tanımamışdır. Orxanın yerini əməliyyat-axtarış tədbiri keçirməklə müəyyən etmişlər. Bu zaman onlar Orxanın iş yerini müəyyən etmişdilər. Orxanı üzdən tanımasalar da, onun şəklini əldə etmişdilər. O, əməliyyata Şahid2 ilə birlikdə getmişdir. Onlar Orxana yaxınlaşan zaman şübhənin əsaslarını və Goranboy RPŞ-yə dəvət etmələrinin səbəbini izah etmişdilər. O, Təqsirləndirilən şəxs əməliyyat müvəkkili Şahid2 ilə birlikdə yaxınlaşmışdır. Onlardan başqa Orxanın saxlanılmasında 3-cü şəxs iştirak etməmişdir. Bu zaman onların bütün diqqəti Orxanın üzərində olmuşdur ki, sonuncunun üzərində olması ehtimal olunan hər hansı əşyanı onun atmaq imkanı olmasın. Bu zaman onlar mülki geyimdə olmuşdur. Onlar özlərini Orxana təqdim etmiş və xidməti vəsiqələrini göstərmişdir. Orxan Goranboy RPŞ-yə gətirilən zaman onlar avtomobili yolda saxlamamışlar. Orxan Goranboy RPŞ-yə gətirilən zaman birbaşa təhqiqatçının otağına aparılmışdır. Bunun səbəbi isə Orxanın yolda onlara etdiyi təklif olmuşdur. Belə ki, yolda Orxan Goranboy RPŞ-yə aparılmamağı üçün təkliflər etmiş və özünü şübhəli aparmışdır. Onun yanında Orxanın cibindən hər hansı əşyanı çıxardıb atması qeyri-mümkün idi. Belə ki, Orxan onun tam nəzarətində idi. X14 ibtidai istintaq zamanı Tural tərəfindən dindirilməsindən və Mahirin dediklərindən məlumatı olmamışdır. Onun Teymur adlı tanışları vardır. Təqsirləndirilən şəxs ilə Şahid1 çarpaz dindirilən zaman verilmiş suallara Şahid1 cavab olaraq bildirmişdir ki, onun tərəfindən necə ifadə verməsi ilə bağlı Təqsirləndirilən şəxs hər hansı fiziki və psixi təsir olmamışdır. Məhkəmə iclasında müdafiə tərəfinin təşəbbüsü ilə dindirilmiş şahid Goranboy RPŞnin İB-nin baş müstəntiqi Şahid3 ifadəsində göstərmişdir ki, iş üzrə ibtidai istintaq onun tərəfindən aparılmışdır. Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən ibtidai istintaq müddətində təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən təqsirləndirilən şəxsə zorakılıq təzyiqlə bağlı vəsatəti daxil olmuş və həmin vəsatət onun tərəfindən, eyni zamanda prokurorluq tərəfindən araşdırılmış və vəsatət əsassız olduğundan rədd edilmişdir. Müdafiəçinin vermiş olduğu digər vəsatətlər əsasında tərəfindən üzləşdirmələr keçirilmiş və həmin üzləşdirmələr əsasında protokollar yazılmışdır. Aparılmış istintaq hərəkətləri obyektiv və qanunidir. Məhkəmə iclasında müdafiə tərəfinin təşəbbüsü ilə dindirilmiş şahid Daşkəsən RPŞnin TB-nin rəisi X26 ifadəsində göstərmişdir ki, tutulmamışdan əvvəl təqsirləndirilən şəxsi tanımamışdır. Goranboy RPŞ tərəfindən əvvəl Mahir adlı şəxs, daha sonra isə Orxan və adını xatırlamadığı sonuncunun narkotik vasitəsini aldığı adlı şəxslər tutulmuşdur. Üzərində qanunsuz olaraq narkotik vasitə saxladığı üçün Mahir tutulmuş və o, dindirilən zaman həmin maddəni Orxan adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra Orxanın yeri müəyyən edilmiş və tutularaq Goranboy RPŞ-yə gətirilmişdir. Orxan Gəncə şəhəri ərazisində saxlanılaraq Goranboy RPŞ-yə gətirilmişdir. Onun tərəfindən Orxana verilməsi məqsədilə Mahirə pul verilməmişdir. Belə ki, o, Mahiri əvvəllər tanımamışdır. Mahirin deməsinə əsasən Orxanın yeri müəyyən edilərək saxlanılmışdır. Saxlanıldıqdan sonra üzərinə baxış keçirilən zaman Orxanın da üzərindən narkotik vasitə heroin aşkar edilmişdir. Mahirin telefonundan Orxana zəng edildiyi üçün bu Orxanın şəxsiyyətinin müəyyən edilməsinə kömək etmişdir. Mahir Orxanla onun yanında danışmamışdır. Mahir Orxanın nömrəsini təqdim edərək narkotik vasitəni sonuncudan aldığını bildirmişdir. Mahir Orxanın da narkotik vasitə heroini başqa şəxsdən aldığını bildirmişdir. Mahirin maşınında Orxanın kartına pul köçürülməsi ilə bağlı qəbz olmuşdur. Mahirin üzərindən aşkar edilmiş narkotik vasitə təhqiqatçı tərəfindən rəsmiləşdirilmişdir. Orxan Goranboy RPŞ-yə gətirilən zaman bölmə rəisi olduğu üçün ona məlumat verilmişdir. Lakin, Orxanın üzərinə onun tərəfindən deyil, təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Orxanın dedikləri, yəni Orxana pulu onun göndərməsi, Orxana fiziki və psixi təsir etmələri yalandır. Məhkəmə iclasında müdafiə tərəfinin təşəbbüsü ilə dindirilmiş şahid X23 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs dostu Çingizə görə tanıyır, onunla yoldaşlıq münasibəti olmuşdur. O, Təqsirləndirilən şəxslə birlikdə narkotik vasitə qəbul etmişdir. Onlar narkotik vasitəni əldə edərək birlikdə istifadə etmişlər. Narkotik aldıqları adamı Təqsirləndirilən şəxs tanıyır. O, 4-5 dəfə bu yolla narkotik vasitə əldə etmişdir. Onlar narkotik vasitənin pulunu karta atmışlar. Narkotik vasitənin pulunu onlar yarıbayarı qoyurdular. Üzərindən və maşınından aşkar olunmuş narkotik vasitələrlə bağlı o, 2023-cü ilin fevral ayında saxlanılaraq Goranboy RPŞ-yə gətirilmişdir. Burada adını bilmədiyi bir şəxs ona Orxana zəng etməyi və narkotik vasitə istəməyi təklif etmişdir. Verilmiş suallar əsasında həmin şəxsin adının Tural olduğunu təsdiq etmişdir. Həmin şəxs ona təklif etmişdir ki, Orxan narkotik vasitə alsın və onlar da Orxanı tutsunlar. Həmin şəxs mülki geyimdə olmuş və öz vəzifəsini ona təqdim etməmişdir. Orxanın telefon nömrəsi onun telefonundan götürülmüşdür. Məhz Orxanın nömrəsini götürməkdə məqsəd isə onları Teymur adında şəxs satmışdır. O, Teymuru Goranboy rayonuna gətirəkən Goranboy rayonunun Dəliməmmədli şəhərində “Tac” şadlıq sarayının qarşısında saxlanılmışdır. Belə ki, Teymur, Orxan və o əvvəllər bir yerdə narkotik vasitə qəbul etmişlər. Goranboya O, Tural adlı şəxs tərəfindən məcbur edilmişdir ki, Orxana zəng etsin və sonuncudan narkotik vasitə istəsin. Orxandan narkotik vasitə almaq üçün pulu ona Tural adlı şəxs vermişdir. Tural ona Orxanın kartına göndərmək üçün 20 manat pul vermişdir. O, Orxanın kartına əvvəllər də pul göndərdiyi üçün kartın nömrəsini bilmişdir. Həmin vaxt o, Orxana zəng edərək narkotik vasitə istədiyini demişdir. Orxan da ona məlumat verəcəyini demişdir. Orxanın kartına pulu Tural adlı polis əməkdaşı göndərmişdir. Bu zaman Tural öz kartından Orxanın kartına pul köçürməsi etmişdir. İbtidai istintaq zamanı sərbəst verdiyi ifadəni və üzləşdirmə zamanı verdiyi ifadəni təzyiq altında vermişdir. Belə ki, Tural ona verəcəyi ifadələrin məzmunu ilə bağlı təzyiq etmişdir. Təsdiq edir ki, tutulmamışdan bir qədər əvvəl, yəni 11 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş, sonuncunun xalası oğluna məxsus bank kartına 15 manat pulu narkotik vasitə almaq üçün göndərmişdir. Özünün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılan zaman da ona necə ifadə verməsi ilə bağlı təzyiq olunmuşdur. Həmin cinayət işi üzrə məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə hazırda verdiyi ifadə arasında olan ziddiyyətə aydınlıq gətirə bilmir, lakin bildirir ki, hazırda verdiyi ifadə düzgündür. Məhkəmədə işi araşdırılan zaman özü gedib-gəlmiş, onu polislər gətirib aparmamışdır. Məhkəmədə verəcəyi ifadə ilə bağlı ona polis tərəfindən hər hansı göstəriş verilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Şübhəli şəxsin tutulması haqqında” 14 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Şəxsi axtarış aparılması haqqında” 14 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı X27, Goranboy rayon Vəkil Bürosunun vəkili X21, Goranboy RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1, Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü surətdə masanın üzərinə qoyaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində 1 (bir) ədəd qara rəngli gödəkçə, 1 (bir) ədəd sarı rəngli köynək, 1 (bir) ədəd göy rəngli cins şalvar, ayağında 1 (bir) cüt qara rəngli üzəri ağ xətli idman ayaqqabısı olmuşdur. Təqsirləndirilən şəxs qara rəngli gödəkçənin sol yan cibində olan 1 (bir) ədəd 5 manatlıq əskinası, 1 (bir) ədəd 1 manatlıq əskinası, ümumilikdə 6 (altı) manat pulu və 1 ədəd leobanka məxsus bank kartını, daha sonra qara rəngli gödəkçənin sağ yan cibində olan şəxsi istifadəsi üçün üzərində gəzdirdiyi gümüşü rəngli falqanın içərisində narkotik maddə olan heroinə bənzər maddəni çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş falqanın içərisində narkotik maddə olan heroin olduğunu və Gəncə şəhərində işlədiyi Qələbə parkının yaxınlığında yerdən tapmasını, şəxsi istifadəsi üçün üzərində gəzdirməsini bildirmişdir. Sorğu zamanı Orxan X4 narkotik maddə olan heroin satmasını, belə ki, sonuncudan 55 manat pul alıb Sabutay adlı şəxsə verərək 45 manat bir cet narkotik maddə olan heroini alıb Mahir Ələsgərova satmasını və 10 manat qazanc əldə etdiyini, təxminən iki il olar narkotik maddələrdən istifadə etdiyini və Mahir Ələsgərovdan başqa əlavə şəxsə narkotik maddə satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd gümüşü rəngli falqanın içərisində narkotik maddə olan heroinə bənzər kütlənin elektron tərəzidə çəkilərək ümumi çəkisinin 0,6 qram olduğu müəyyən edilmiş və iştirakçıların iştirakı ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 121 saylı möhürü ilə möhürlənərək ekspert tədqiqatına göndərilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 1 (bir) ədəd 5 manatlıq əskinas, 1 (bir) ədəd 1 manatlıq əskinas, ümumilikdə 6 (altı) manat pul və 1 ədəd leobanka məxsus bank kartı maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 fevral 2023-cü il tarixli, 16/219 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər maddə...” sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 0,452 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,452 qr, tədqiqata cəmi sərf edildi 0,05 qr, qalıq 0,402 qr. Aparılmış ekspertiza tədqiqatının dəyəri 32,4 (otuz iki manat qırx qəpik) manatdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy Rayon Məhkəməsinin 4(045)-8/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 14 fevral 2023-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Gəncə Şəhər Məhkəməsinin 1(125)-137/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və qəti olaraq ona 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Maddi sübut kimi tanıma haqqında” 17 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib saxladığı və daşıdığı 0,452 qram heroindən tədqiqata sərf edildikdən sonra qalan 0,402 qram kustar üsulla hazırlanmış heroin iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün Goranboy RPŞ-nin anbarına təhvil verilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Üzləşdirmə dindirmə haqqında” 17 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə X24 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı X24 xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ondan pul müqabilində narkotik vasitə heroin aldığını sonuncunun üzünə qarşı demişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 fevral 2023-cü il tarixli, 16/224 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “X15 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə hesab edilən heroinə bənzər kütlə olan bir büküm...” sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd açıq-qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,572 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin təmiz çəkisi - 0,572 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,522 qram. Aparılmış tədqiqatın dəyəri 32,4 (otuz iki manat qırx qəpik) manatdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2023-cü il tarixli, 16/267 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 2 (iki) ədəd kağız paketlərdəki heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Aparılmış tədqiqatın dəyəri 32,4 (otuz iki manat qırx qəpik) manatdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 13 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Cəlilabad Hərbi Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 335.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən həmin cəza 6 ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X9 Məcburi Narkoloji-tibbi yoxlama haqqında 13 mart 2023-cü il tarixli, 424 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Üzləşdirmə haqqında” 05 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə X23 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı X23 xx.xx.2023-cü il tarixdə, saat 21:00 radələrində Orxana zəng edib narkotik vasitə istədiyini, Orxanın kartına 18 manat pul göndərdiyini, bir qədər sonra Orxanın ona zəng edərək narkotik vasitəni Gəncə şəhəri “Avtozavod” qəsəbəsində yerləşən “Malik” marketin yaxınlığında olan böyük daşın yanına qoyduğunu və narkotik vasitə heroini deyilən yerdən gedib götürdüyünü bildirmişdir. Verilmiş suala cavab olaraq X23 ifadəsində səhvən 18 manat göstərdiyini, əslində Təqsirləndirilən şəxs istifadəsində olan, lakin X22 məxsus karta 15 manat göndərdiyini bildirmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Mahir Ələsgərov tərəfindən yazılmış və imzalanmış ərizədən görünür ki, o, xx.xx.2023-cü il tarixdə, saat 22:33 dəqiqədə Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin almaq üçün "xxxx" ödəniş terminalı vasitəsilə göndərdiyi 15 manat pulun qəbzini könüllü olaraq təqdim etmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Baxış keçirilməsi və götürmə barədə” 06 may 2023-cü il tarixli protokoldan görünür ki, X2 təqdim etdiyi Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin almaq üçün "xxxx" ödəniş terminalı vasitəsilə göndərdiyi 15 manat pulun qəbzinə baxış keçirilmişdir. Baxış zamanı qəbzin "xxxx" ödəniş terminalına məxsus olduğu müəyyən edilmişdir (Modeniş MMC VÖEN **********, qəbzin nömrəsi 56166, terminalın ünvanı Gəncə şəhəri Şəmkir yolu Azpetrol YDM-Gəncə Billur, tarix xx.xx.2023-cü il, vaxt saat 22:33:53 saniyə, LeoBanka daxil edilmiş 15 AZN, məbləğ X18 adına olan karta göndərilmişdir). Qəbz iş üzrə əhəmiyyət kəsb etdiyi üçün Goranboy RPŞ-nin İB-nin baş müstəntiqi Şahid3 tərəfindən götürülmüşdür; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli, 16/206 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində, “X14 üzərində aşkar edilmiş heroinə bənzər maddə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd qara kağız bükümdə təmiz çəkisi 1,053 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim olunmuş üzərində, “X14 avtomobilindən aşkar edilmiş qurudulmuş marixuanaya bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd qırmızı rəngli polietilen paketdə təmiz çəkisi 440 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60,8 (altmış manat səksən qəpik) manatdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli, 16/448 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində, “X14 üzərində aşkar edilmiş heroinə bənzər maddə” yazılar olan paketdəki 1 (bir) ədəd bükümdə olan heroin ilə üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər kütlə” yazılar olan paketdəki 1 (bir) ədəd bükümdə olan heroin, kimyəvi tərkiblərinə görə eyni deyildirlər. Aparılmış ekspertiza tədqiqatının dəyəri 30,4 (otuz manat qırx qəpik) manatdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Üzləşdirmə haqqında” 14 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə X26 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı X8 Orxan Elçin oğlunun dediklərinin yalan olmasını sonuncunun üzünə qarşı demişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Üzləşdirmə haqqında” 14 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Şahid2 Təqsirləndirilən şəxs dediklərinin yalan olmasını sonuncunun üzünə qarşı demişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Sübutların qiymətləndirilməsi barədə” 15 iyun 2023-cü il tarixli qərardan görünür ki, istintaq zamanı götürülmüş və 17 fevral 2023-cü il tarixli qərarla ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 0,402 qram heroindən əlavə məhkəmə-kimyəvi ekspertizalar tədqiqatına sərf edildikdən sonra 0,362 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin qaldığı üçün iş üzrə maddi sübut kimi tanınıb Goranboy RPŞ-nin maddi sübutlar anbarına məsul saxlanca təhvil verilmiş heroinin çəkisinin 0,362 qram olması nəzərə alınmışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Məhkəmənin sorğusuna əsasən Gəncə Şəhər Probasiya Şöbəsinin 11 oktyabr 2023-cü il tarixli, 175/2022 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin 1(125)-137/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs 24 noyabr 2022-ci il tarixdə şöbənin qeydiyyatına alınmış və cəzasının əvvəli həmin tarixdən hesablanmışdır. Məhkum Təqsirləndirilən şəxs 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının şübhəli şəxs kimi saxlanıldığı 14 fevral 2023-cü il tarixədək 02 (iki) ay 21 (iyirmi bir) gününü çəkmiş, cəzasının çəkilməmiş qalan hissəsi 01 (bir) il 09 (doqquz) ay 05 (beş) gün təşkil edir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(045)-38/2023 nömrəli hökmündən görünür ki, X24 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və qəti olaraq ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(045)-41/2023 nömrəli hökmündən görünür ki, X23 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və qəti olaraq ona 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(104)-416/2023 nömrəli qərarından görünür ki, Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(045)-41/2023 nömrəli hökmü dəyişdirilmiş, X17 qəti olaraq 2 (iki) il 1 (bir) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsi özü etiraf etməsə də, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-146-cı maddələri). Məhkəmə, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin onun tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər sübutlarla tam təkzib edilmişdir. Təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatlar məhkəmə istintaqında araşdırılan sübutlarla tam təkzib olunur. Belə ki: - Məhkəmə iclasında şahid Ağalarlı X12 Mahir Zəfər oğlunun Təqsirləndirilən şəxs narkotik vasitə alması barədə əməliyyat məlumatı daxil olduğunu, həmin məlumat əsasında Təqsirləndirilən şəxs Gəncə şəhəri, “Qələbə” parkı yaxınlığında saxlayaraq Goranboy RPŞ-yə gətirdiklərini, orada üzərinə baxış keçirilən zaman sonuncunun sağ cibindən narkotik vasitə heroinə bənzər maddə aşkar edildiyini göstərmişdir. Həmçinin, verilmiş suallara cavab olaraq Şahid2 əməliyyatda Şahid1 ilə birlikdə iştirak etdiyini, orada təqsirləndirilən şəxsin dediyi kimi 3-cü şəxsin olmadığını, Təqsirləndirilən şəxs Goranboy RPŞ-yə gətirilən zaman birbaşa təhqiqatçının otağına aparıldığını, polis əməkdaşı X19 orada olmadığını, Təqsirləndirilən şəxs hər hansı fiziki və ya psixi təsir göstərilmədiyini bildirmişdir; - Məhkəmə iclasında Şahid1 ifadəsində X14 Təqsirləndirilən şəxs narkotik vasitə alması barədə əməliyyat məlumatı daxil olduğunu, həmin məlumat əsasında Təqsirləndirilən şəxs Gəncə şəhəri ərazisində saxlayaraq Goranboy RPŞ-yə gətirdiklərini, orada üzərinə baxış keçirilən zaman sonuncunun cibindən narkotik vasitə heroinə bənzər maddə aşkar edildiyini bildirmişdir. Həmçinin, verilmiş suallara cavab olaraq Şahid1 əməliyyatda Şahid2 ilə birlikdə iştirak etdiyini, orada təqsirləndirilən şəxsin dediyi kimi 3-cü şəxsin olmadığını, Təqsirləndirilən şəxs Goranboy RPŞ-yə gətirilən zaman birbaşa təhqiqatçının otağına aparıldığını, polis əməkdaşı X19 orada olmadığını, Təqsirləndirilən şəxs hər hansı fiziki və ya psixi təsir göstərilmədiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ilə Şahid1 çarpaz dindirilən zaman Şahid1 onun tərəfindən necə ifadə verməsi ilə bağlı Təqsirləndirilən şəxs hər hansı fiziki və psixi təsir olmadığını bildirmişdir; - Məhkəmə iclasında müdafiə tərəfinin təşəbbüsü ilə dindirilmiş şahid X26 tutulmamışdan əvvəl təqsirləndirilən şəxsi tanımadığını, Mahir dindirilən zaman narkotik vasitəni Orxan adlı şəxsdən aldığını bildirdiyi üçün Orxanın Gəncə şəhəri ərazisində saxlanılaraq Goranboy RPŞ-yə gətirildiyini, onun tərəfindən Orxana verilməsi məqsədilə Mahirə pul verilmədiyini, Mahiri əvvəllər tanımadığını, saxlanıldıqdan sonra üzərinə baxış keçirilən zaman Orxanın da üzərindən narkotik vasitə heroin aşkar edildiyini, Orxan Goranboy RPŞ-yə gətirilən zaman bölmə rəisi olduğu üçün ona məlumat verildiyini, Orxanın üzərinə onun tərəfindən deyil, təhqiqatçı tərəfindən baxış keçirildiyini, Orxanın dediklərinin, yəni Orxana pulu onun göndərməsinin, Orxana fiziki və psixi təsir etmələrinin yalan olduğunu bildirmişdir; - Məhkəmə, müdafiə tərəfinin təşəbbüsü ilə dindirilmiş şahid X14 ifadəsində göstərdiyi xüsusatlara, yəni Tural adlı polis əməkdaşının Orxana zəng etməyi və narkotik vasitə istəməyi ona məcbur etməsinə, Tural adlı polis əməkdaşının Orxandan narkotik vasitə alması üçün ona pul verməsinə, ibtidai istintaq zamanı sərbəst verdiyi ifadəni və üzləşdirmə zamanı verdiyi ifadəni təzyiq altında verməsinə dair qeyd edir ki, ilk növbədə X23 tutulmamışdan bir qədər əvvəl, yəni 11 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş, sonuncunun xalası oğluna məxsus bank kartına 15 manat pulu narkotik vasitə almaq üçün göndərdiyini təsdiq etmişdir. Sözügedən hal iş materialları ilə də təsdiq olunur. Belə ki, ibtidai istintaq zamanı X6 olaraq Təqsirləndirilən şəxs narkotik vasitə heroin almaq üçün "xxxx" ödəniş terminalı vasitəsilə göndərdiyi 15 manat pulun qəbzini təqdim etmişdir. Bundan başqa X23 özünün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə hazırda verdiyi ifadə arasında olan ziddiyyətə aydınlıq gətirə bilməmiş, həmçinin məhkəmədə verəcəyi ifadə ilə bağlı ona polisdən hər hansı göstəriş verilmədiyini demişdir. Həmçinin, Goranboy Rayon Məhkəməsinin 01 iyun 2023cü il tarixli, 1(045)-41/2023 nömrəli qanuni qüvvəyə minmiş hökmündə X23 xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri Avtozavod qəsəbəsində yaşayan tanışı Təqsirləndirilən şəxs narkotik vasitə heroin aldığını bildirmişdir; - Mahir Ələsgərov ifadəsində Goranboy RPŞ-də olan zaman Təqsirləndirilən şəxs kartına pulun atılmasına məcbur edildiyini, Tural adlı polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olan karta pul atıldığını göstərsə də iş materialları ilə müaəyyən olunur ki, 15 manat pul Təqsirləndirilən şəxs istifadəsində olan karta xx.xx.2023-cü il tarixdə, saat 22:33-də göndərilmişdir (əsas: iş materiallarında olan ödəniş terminalının qəbzi). Həmçinin, həmin vaxt X14 azadlıqda olması, onun Goranboy RPŞ-də olmaması da məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(045)-41/2023 nömrəli hökmündən göründüyü kimi X23 11 fevral 2023-cü il tarixdə, saat 23:40-da şübhəli şəxs qismində tutulmuşdur; - 14 fevral 2023-cü il tarixdə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və sonuncu könüllü olaraq əynindəki qara rəngli gödəkçənin sağ yan cibində olan şəxsi istifadəsi üçün üzərində gəzdirdiyi gümüşü rəngli falqanın içərisində narkotik vasitə heroinə bənzər maddəni könüllü olaraq çıxarıb təqdim etmişdir (əsas: iş materiallarında olan “Şəxsi axtarış aparılması haqqında” 14 fevral 2023-cü il tarixli protokol). Həmçinin, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin kustar üsulla hazırlanmış narkotik vasitə heroin olması öz təsdiqini tapmışdır (əsas: iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 fevral 2023-cü il tarixli, 16/219 nömrəli rəyi); - Üzləşdirmə zamanı X24 xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ondan pul müqabilində narkotik vasitə heroin aldığını sonuncunun üzünə qarşı demişdir (əsas: iş materiallarında olan “Üzləşdirmə dindirmə haqqında” 17 fevral 2023-cü il tarixli protokol). Həmçinin, hər iki şəxsin üzərindən aşkar edilmiş heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynilik təşkil etmişdir (əsas: iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2023-cü il tarixli, 16/267 nömrəli rəyi); - Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkməsi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olması (əsas: iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X9 Məcburi Narkoloji-tibbi yoxlama haqqında 13 mart 2023-cü il tarixli, 424 nömrəli rəyi); - Üzləşdirmə zamanı X23 xx.xx.2023-cü il tarixdə, saat 21:00 radələrində Orxana zəng edib narkotik vasitə istədiyini, Orxanın kartına 18 manat pul göndərdiyini, bir qədər sonra Orxanın ona zəng edərək narkotik vasitəni Gəncə şəhəri “Avtozavod” qəsəbəsində yerləşən “Malik” marketin yaxınlığında olan böyük daşın yanına qoyduğunu və narkotik vasitə heroini deyilən yerdən gedib götürdüyünü bildirmişdir. Verilmiş suala cavab olaraq X23 ifadəsində səhvən 18 manat göstərdiyini, əslində Təqsirləndirilən şəxs istifadəsində olan, lakin X22 məxsus karta 15 manat göndərdiyini bildirmişdir (əsas: iş materiallarında olan “Üzləşdirmə haqqında” 05 may 2023-cü il tarixli protokol); - X14 ifadəsində göstərdiyi digər xüsusatla, yəni Təqsirləndirilən şəxs ilə narkotik vasitə heroni birgə pul qoyaraq almaları və bölərək birlikdə istifadə etmələri ilə bağlı məhkəmə qeyd edir ki, hər iki şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə heroinlər eyni tərkibli deyildir (əsas: iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 16/448 nömrəli rəyi); - Üzləşdirmə zamanı X8 Orxan Elçin oğlunun dediklərinin yalan olmasını sonuncunun üzünə qarşı demişdir (əsas: iş materiallarında olan “Üzləşdirmə haqqında” 14 iyun 2023-cü il tarixli protokol); - Üzləşdirmə zamanı Şahid2 Təqsirləndirilən şəxs dediklərinin yalan olmasını sonuncunun üzünə qarşı demişdir (əsas: iş materiallarında olan “Üzləşdirmə haqqında” 14 iyun 2023-cü il tarixli protokol). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsi baxımından, həmçinin daxili inamına əsasən qiymət verərək hesab edir ki, həmin sübutların məcmusu istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə irəli sürülən ittihamı əsaslı hesab etməklə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin özünümüdafiə xarakteri daşımasını təsdiq edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarışəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,452 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə düzgün tövsif edilmişdir və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır: qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Gəncə şəhər MKTİ-nin rəisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamə); himayəsində azyaşlı uşağının olmasını (əsas: iş materiallarında olan Gəncə şəhər MKTİ-nin rəisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış). İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə məhkum olunmuşdur. Məhkəmə göstəriləni Təqsirləndirilən şəxs şəxsiyyətini səciyyələndirən hal kimi nəzərə alır və hesab edir ki, bu hal Təqsirləndirilən şəxs cinayət törətməyə meylli şəxs kimi xarakterizə olunmasına əsas verir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə, həmçinin hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin 1(125)-137/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 01 (bir) il 09 (doqquz) ay 05 (beş) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla (10 (on) ay 20 (iyirmi) gün) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməli və Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Gəncə Şəhər Məhkəməsinin 1(125)-137/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 01 (bir) il 09 (doqquz) ay 05 (beş) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla (10 (on) ay 17 (on yeddi) gün) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməli və ona qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi - 158.2.1, 158.6, Azərbaycan Respublikası Cinayət Məcəlləsi - 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (Azərbaycan Respublikası Cinayət Məcəlləsi - 56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniya xəstəliyindən məcburi müalicə təyin olunmalı və o, narkoloji kabinetdə qeydiyyata alınmalı (Azərbaycan Respublikası Cinayət Məcəlləsi - 93.1.2), iş üzrə maddi sübut - Goranboy RPŞ-nin anbarına təhvil verilmiş, qalıq çəkisi 0,362 qram olan narkotik vasitə heroin məhv edilməlidir. Məhkəmə, həmçinin hazırki iş üzrə ekspertiza tədqiqatının dəyərinin təqsirləndirilən şəxsdən tutulması ilə bağlı qeyd edir ki, 16 fevral 2023-cü il tarixli və 03 mart 2023-cü il tarixli ekspert tədqiqatlarının dəyəri 64,8 manat X10 tutulmuşdur (əsas: iş materiallarında olan Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(045)-38/2023 nömrəli hökmü). Həmçinin, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ekspert tədqiqatlarının dəyəri 91,2 manat X11 tutulmuşdur (əsas: iş materiallarında olan Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(045)-41/2023 nömrəli hökmü). Hazırda 15 fevral 2023-cü il tarixli ekspert tədqiqatının dəyəri 32,4 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 3 (üç) il 5 (beş) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci və 68.1.1-1-ci maddəsinə əsasən Gəncə Şəhər Məhkəməsinin 1(125)-137/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 01 (bir) il 09 (doqquz) ay 5 (beş) gün azadlığın məhdudlaşdırılması cəzası, azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 10 (on) ay 17 (on yeddi) gün hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilsin və qəti olaraq ona 3 (üç) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 14 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin olunsun və o, narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Goranboy RPŞ-nin anbarına təhvil verilmiş, qalıq çəkisi 0,362 qram olan narkotik vasitə heroin məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 32,4 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X13, KOD– 210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X33

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar