Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 1(045)-24/2024 06.06.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci ildə Beyləqan rayonu Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmamış, Beyləqan rayonu, Qaradağlı kəndində qeydiyyatda olan və yaşamış, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 2 saylı X2 saxlanılan şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 179.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məxsus əmlakı qabaqcadan əlbir olan bir qrup şəxs halında mənimsəməklə talamışdır. Belə ki, Təqsirləndirilən şəxs 01 avqust 2023-cü il tarixdən şifahi razılıq əsasında Goranboy rayonu Xanqərvənd kənd sakini Zərərçəkmiş şəxs məxsus olmaqla həmin kənddə yerləşən 195 baş xırdabuynuzlu heyvandan ibarət fermada çoban işləyən tanışı X4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, sonuncuya etibar edilmiş, həmin fermada saxlanılan xırdabuynuzlu heyvanların 9 başını mənimsəyərək talamaq qərarına gəlmiş və bu məqsədlə 22 avqust 2023-cü il tarixdə hər birinin təmiz ət çıxarı 20 kq, həmin dövr üçün orta bazar qiyməti 340 manat, ümumi qiyməti 3060 manat olan 9 baş xırdabuynuzlu heyvanı tanışı Xəzər Hilalovla birlikdə taksi kimi sifariş etdikləri Şahid4 idarə etdiyi “Vaz-2107” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyaraq özünün yaşadığı Beyləqan rayonuna aparıb, orada “Görüş” adlanan ərazidə qeyd olunan xırdabuynuzlu heyvanları Füzuli rayon sakini Şahid2 950 manata sataraq əldə etdikləri pulun onun payına düşən hissəsini özünün şəxsi ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs məxsus 3060 manat dəyərində əmlakı qabaqcadan əlbir olan bir qrup şəxs halında mənimsəməklə talamışdır. Bununla da, Təqsirləndirilən şəxs CM-in 179.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 179.2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilib Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəyən ziyanı tam, eyni zamanda ona münasibətdə vurulmuş ziyanın, yəni 1530 manatın 25 faizi miqdarında pulu dövlət büdcəsinə ödədiyini söyləyərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi və buna dair müvafiq ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona dəyən ziyanın (təqsirləndirilən şəxsə münasibətdə 1530 manat) ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından, ona dəyən ziyanı ödəyərək sonuncunun ona qarşı tələbi olmadığından, həmçinin cinayət nəticəsində dəyən ziyanın 25 faizi məbləğində dövlət büdcəsinə ödəniş etdiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in: 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndində qeyd olunur ki, bu Məcəllənin 72–73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, zərərçəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CMin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 40.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72 – 73- 2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri iştirakçılıqla törədildiyi hallarda həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyan və dövlət büdcəsinə ödənişin iştirakçıların hər biri tərəfindən müəyyən pay üzrə ödənilməsi məhkəməyədək icraat zamanı təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarı, məhkəmə icraatı zamanı isə məhkəmənin qərarı ilə həll olunur. 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır; 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin həmin Məcəllənin 73-1.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli qərarında qeyd edilir ki, iştirakçılıqla törədilən Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələrində göstərilən cinayətlər üzrə vurulmuş ziyanın və dövlət büdcəsinə ziyanın müvafiq olaraq iyirmi beş və ya əlli faizi məbləğlərində ödənişin tamamilə ödənilməsi dedikdə, məhz hər bir iştirakçı üçün müvafiq qaydada müəyyən edilmiş payı təşkil edən məbləğin zərərçəkmiş şəxsə və dövlət büdcəsinə tamamilə ödənilməsi ehtiva olunur. Yəni paylar müəyyən edildikdən sonra cinayətin hər bir iştirakçısının üzərinə zərərçəkmiş şəxsə və dövlət büdcəsinə ödənişlərin məhz onun payına müvafiq olan hissənin edilməsi vəzifəsi düşür. Həmçinin Cinayət Məcəlləsinin 73- 1.2 və 73-1.3-cü maddələrində cinayət məsuliyyətindən azad etmənin şərtləri qismində müəyyən edilmiş hallar onu göstərir ki, cinayət məsuliyyətindən azad etmə fərdi qaydada, ictimai-təhlükəli əməli törətmiş hər bir şəxsin cinayət prosesində nümayiş etdirdiyi davranışdan asılı olaraq tətbiq edilən, Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndi, 73-1.2 və 73-1.3-cü maddələrinə uyğun müsbət davranış göstərən (yəni müəyyən edilmiş pay üzrə ziyanı və ziyanın müvafiq faizi miqdarında dövlət büdcəsinə ödənişi etməklə zərərçəkmiş şəxslə barışıq əldə edən) təqsirləndirilən şəxsi belə davranış göstərməyən təqsirləndirilən şəxslərdən fərqləndirməyə xidmət edən güzəşt institutu kimi nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs sözügedən cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında onun iştirakının əhəmiyyətini, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirini nəzərə alaraq hesab edir ki, zərərçəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçıları tərəfindən bərabər pay üzrə ödənilməlidir. İş materiallarında olan Goranboy Rayon Məhkəməsinin 4(045)-13/2024 nömrəli, 05 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1-ci maddəsi ilə istintaq müddətinin sonunadək, yəni 25 mart 2024-cü il tarixədək həbs qətimkan tədbirinin seçilməsi, həbsetmənin əvvəlinin 04 mart 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş: Zərərçəkmiş şəxs X3 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən ziyan tam ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaq; "xxxx" ASC-nin Goranboy filialının xx.xx.2024-cü il tarixli, 1032 nömrəli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X1 dəymiş zərərin (1530 manat ona münasibətdə) 25 faizi, yəni 383 manat pul ödənilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X5 ilə barışdığını və ona vurulmuş ziyanın müəyyən edilmiş paya əsasən üzərinə düşən hissəsini tam ödəməsini, habelə həmin payın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini (1530 manat - 25 faizi 382,5 manat), prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, CM-in 73-1.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun CM-in 179.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərcləri və xüsusi müsadirə olunası əmlak yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 179.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə zalında dərhal həbsdən azad edilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatı üçün cəmi 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №1(045)-24/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №1(045)-24/2024
06.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver