Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-25/2024 06.06.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Saat 16:05 X8 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər (mülki iddiaçılar) – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 2002-ci il tarixdə Goranboy rayonunun Yolqullar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Goranboy rayonunun Yolqullar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan - barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrii ilə, xx xxxxxx 1989-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilmiş, ünvan 2 ünvanda yaşayan - barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 03 fevral 2023-cü il tarixdə saat 20 radələrində piyada Goranboy rayonu Yolqullar kəndi ərazisində hərəkət edib Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin önündən keçərkən evdə heç kimin olmadığından əmin olub Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətinə giriş hissədə yerləşən darvazanın sağındakı dəmir qapını əli ilə irəliyə doğru itələyib açıb qanunsuz daxil olduqdan sonra fərdi yaşayış evinin həyətində olan stolu götürüb ayağının altına yerləşdirməklə evin taxta materialdan olan pəncərəsini əli ilə itələyib açaraq qanunsuz evin içərisinə daxil olub yataq otağına keçərək çarpayının üzərindəki döşəyin altında saxlanılan qadın pul kisəsinin içərisindən Zərərçəkmiş şəxs1 məxsus 3600 manat pulu gizli yolla talayaraq oğurlamışdır. Bundan sonra o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 02 yanvar 2024-cü il tarixdə saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşərək Təqsirləndirilən şəxs2 kirayə əsasında istifadə etdiyi Mercedes Benz E-220 minik markalı VV 012 TT dövlət qeydiyyat nişanlı avtomobillə Goranboy rayonu Qaradağlı kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus ərzaq məhsulları mağazasının yaxınlığına gəlib avtomobili saxladıqdan sonra Təqsirləndirilən şəxs2 xəbər vermək üçün avtomobilin içərisində qalıb ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs2 isə avtomobildən düşüb piyada hərəkət edərək özü ilə birlikdə gətirdiyi əlcəkləri hər iki əlinə, papağı isə maska kimi istifadə edərək başına geyinib əlində saxladığı dəmir alətdən istifadə etməklə mağazanın mühafizə oldunduğu dəmir barmaqlığın bağlı olduğu qıfılı sındıraraq içərisinə qanunsuz daxil olduqdan sonra, mağazanın plastik materialdan olan giriş qapısını əlində saxladığı dəmir alətdən istifadə etməklə sındıraraq içərisinə qanunsuz daxil olub 108 manat nəğd pulu, 187 manat 50 qəpik dəyərində “Banketnaya Yubiley” markalı 700 qram həcmli 15 ədəd arağı, 36 manat dəyərində “Golden Blend” markalı 1 litr həcmli 3 ədəd arağı, 105 manat dəyərində “Golden Blend” markalı 700 qram həcmli 10 ədəd arağı, 17 manat dəyərində “Golden Blend” markalı 500 qram həcmli 2 ədəd arağı, 80 manat dəyərində “Tiktok” markalı 700 qram həcmli 10 ədəd arağı, 9 manat dəyərində “İnterpol” markalı 700 qram həcmli 1 ədəd arağı, 7 manat dəyərində “İnterpol” markalı 500 qram həcmli 1 ədəd arağı, 7 manat dəyərində “Pushka” markalı 700 qram həcmli 1 ədəd arağı, 12 manat 50 qəpik dəyərində “Organic Green” markalı 1 litr həcmli 1 ədəd arağı, 19 manat 50 qəpik dəyərində “Moskovska Chistaya” markalı 700 qram həcmli 3 ədəd arağı, dəyəri 33 manat olan “Ay-min MMC”-yə məxsus bir ədəd 3 kiloqram çəkidə “Mübah Lyubitelskaya” markalı kolbasanı, dəyəri 14 manat olan “Ay-min MMC”-yə məxsus 550 qram həcmli 2 ədəd “Dadlıca Servealat” kolbasasını, dəyəri 7 manat olan “Ay-min MMC”-yə məxsus 550 qram həcmli bir saplı servalat kolbasasını, dəyəri 39 manat olan "xxxx" MMC-yə məxsus 3 kiloqram çəkidə “Manqalüstü” sosiskasını, dəyəri 7 manat 80 qəpik olan 450 qram həcmli iki qutu “ARİEL ABTOMAT” markalı yuyucu toz vasitəsini, dəyəri 8 manat 50 qəpik olan “ARİEL ABTOMAT” markalı 1 kiloqram 500 qram həcmli bir ədəd polietilen paket yuyucu toz vasitəsini, dəyəri 10 manat 40 qəpik olan “MY ENTRPİSE" MMC-yə məxsus “X14” markalı 26 ədəd kofeni, dəyəri 5 manat 50 qəpik olan “Baker House” markalı bir qutu şokoladlı piroqu, dəyəri 3 manat olan “Cooky chefs” markalı cemli 250 qram həcmli iki ədəd peçenyəni, dəyəri 8 manat 50 qəpik olan "xxxx" MMC-yə məxsus “X13” markalı bir kiloqram şokoladı, dəyəri 6 manat olan “Konirom” LTC-yə məxsus “İKİBANA” markalı bir kiloqram şokoladı, dəyəri 6 manat olan "xxxx" MMC-yə məxsus “Kokos Truffle” markalı bir kiloqram şokoladı, dəyəri 16 manat 50 qəpik olan dondurulmuş 3 kiloqram çəkidə toyuq budlarını, dəyəri 14 manat olan “Mərcan” markalı qutuda qablaşdırılmış 1 kq həcmli iki ədəd toyuğu, dəyəri 3 manat olan “Şükran” markalı 690 qram həcmli bir qutuda qablaşdırılmış toyuq ciyərini, dəyəri 4 manat olan “Siyəzən” markalı 555 qram həcmli bir qutuda qablaşdırılmış toyuq döşünü, dəyəri 9 manat 20 qəpik olan “Romaşka” markalı iki ədəd smetanı, dəyəri 4 manat 50 qəpik olan “Final Günəbaxan” markalı 1 litr həcmli duru yağı, dəyəri 4 manat olan “Kərəm” markalı bitki yağını, dəyəri 7 manat olan 2 kiloqram çəkidə bananı, dəyəri 60 manat olan “Kent 4” markalı nazik qara siqaretin 15 paketini, dəyəri 100 manat olan “Kent 8” markalı qalın siqaretin 25 paketini, dəyəri 77 manat 40 qəpik olan “Sobranie” markalı ağ nazik siqaretin 18 paketini, dəyəri 47 manat 60 qəpik olan “LD” markalı kompakt ağ rəngli siqaretin 14 paketini, dəyəri 57 manat olan “LD” markalı nazik qara siqaretin 15 paketini, dəyəri 64 manat 60 qəpik olan “Vinston” markalı kompakt boz siqaretin 17 paketini, dəyəri 72 manat 20 qəpik olan “Vinston” markalı nazik boz siqaretin 19 paketini, dəyəri 38 manat 40 qəpik olan “Vhincester” markalı boz kompakt siqaretin 12 paketini, dəyəri 51 manat 20 qəpik olan “Vhincester” markalı nazik boz siqaretin 16 paketini, dəyəri 57 manat 60 qəpik olan “Magna” markalı nazik ağ siqaretin 24 paketini, dəyəri 43 manat 20 qəpik olan “Magna” markalı nazik boz siqaretin 18 paketini, dəyəri 40 manat 80 qəpik olan “Magna” markalı nazik qara siqaretin 17 paketini, dəyəri 43 manat 20 qəpik olan “Magna” markalı göy kompakt siqaretin 18 paketini, dəyəri 40 manat 80 qəpik olan “Magna” markalı boz kompakt siqaretin 17 paketini, dəyəri 41 manat 60 qəpik olan “Classic” markalı boz kompakt siqaretin 16 paketini, dəyəri 33 manat 60 qəpik olan “Viceroy” markalı nazik qara siqaretin 14 paketini, dəyəri 45 manat 60 qəpik olan Prima” markalı göy qalın siqaretin 19 paketini, dəyəri 40 manat 80 qəpik olan “Keno” markalı ağ nazik siqaretin 17 paketini, dəyəri 36 manat olan “Keno” markalı göy kompakt siqaretin 15 paketini və dəyəri 250 manat olan “Star Track” markalı, ST-32D-AZ2200-Smart modelli televizoru ümumilikdə Zərərçəkmiş şəxs2 2041 manat dəyərində əmlakını gizli yolla talamaqla oğurlamışdır. Təqsirləndirilən şəxs2, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 02 yanvar 2024-cü il tarixdə saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşərək onun kirayə əsasında istifadə etdiyi Mercedes Benz E-220 minik markalı VV 012 TT dövlət qeydiyyat nişanlı avtomobillə Goranboy rayonu Qaradağlı kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus ərzaq məhsulları mağazasının yaxınlığına gəlib avtomobili saxladıqdan sonra Təqsirləndirilən şəxs1 ona xəbər vermək üçün avtomobilin içərisində qalıb ətrafı müşahidə etmiş, o, isə avtomobildən düşüb piyada hərəkət edərək özü ilə birlikdə gətirdiyi əlcəkləri hər iki əlinə, papağı isə maska kimi istifadə edərək başına geyinib əlində saxladığı dəmir alətdən istifadə etməklə mağazanın mühafizə oldunduğu dəmir barmaqlığın bağlı olduğu qıfılı sındıraraq içərisinə qanunsuz daxil olduqdan sonra, mağazanın plastik materialdan olan giriş qapısını əlində saxladığı dəmir alətdən istifadə etməklə sındıraraq içərisinə qanunsuz daxil olub 108 manat nəğd pulu, 187 manat 50 qəpik dəyərində “Banketnaya Yubiley” markalı 700 qram həcmli 15 ədəd arağı, 36 manat dəyərində “Golden Blend” markalı 1 litr həcmli 3 ədəd arağı, 105 manat dəyərində “Golden Blend” markalı 700 qram həcmli 10 ədəd arağı, 17 manat dəyərində “Golden Blend” markalı 500 qram həcmli 2 ədəd arağı, 80 manat dəyərində “Tiktok” markalı 700 qram həcmli 10 ədəd arağı, 9 manat dəyərində “İnterpol” markalı 700 qram həcmli 1 ədəd arağı, 7 manat dəyərində “İnterpol” markalı 500 qram həcmli 1 ədəd arağı, 7 manat dəyərində “Pushka” markalı 700 qram həcmli 1 ədəd arağı, 12 manat 50 qəpik dəyərində “Organic Green” markalı 1 litr həcmli 1 ədəd arağı, 19 manat 50 qəpik dəyərində “Moskovska Chistaya” markalı 700 qram həcmli 3 ədəd arağı, dəyəri 33 manat olan “Ay-min MMC”-yə məxsus bir ədəd 3 kiloqram çəkidə “Mübah Lyubitelskaya” markalı kolbasanı, dəyəri 14 manat olan “Ay-min MMC”-yə məxsus 550 qram həcmli 2 ədəd “Dadlıca Servealat” kolbasasını, dəyəri 7 manat olan “Ay-min MMC”-yə məxsus 550 qram həcmli bir saplı servalat kolbasasını, dəyəri 39 manat olan "xxxx" MMC-yə məxsus 3 kiloqram çəkidə “Manqalüstü” sosiskasını, dəyəri 7 manat 80 qəpik olan 450 qram həcmli iki qutu “ARİEL ABTOMAT” markalı yuyucu toz vasitəsini, dəyəri 8 manat 50 qəpik olan “ARİEL ABTOMAT” markalı 1 kiloqram 500 qram həcmli bir ədəd polietilen paket yuyucu toz vasitəsini, dəyəri 10 manat 40 qəpik olan “MY ENTRPİSE" MMC-yə məxsus “X14” markalı 26 ədəd kofeni, dəyəri 5 manat 50 qəpik olan “Baker House” markalı bir qutu şokoladlı piroqu, dəyəri 3 manat olan “Cooky chefs” markalı cemli 250 qram həcmli iki ədəd peçenyəni, dəyəri 8 manat 50 qəpik olan "xxxx" MMC-yə məxsus “X13” markalı bir kiloqram şokoladı, dəyəri 6 manat olan “Konirom” LTC-yə məxsus “İKİBANA” markalı bir kiloqram şokoladı, dəyəri 6 manat olan "xxxx" MMC-yə məxsus “Kokos Truffle” markalı bir kiloqram şokoladı, dəyəri 16 manat 50 qəpik olan dondurulmuş 3 kiloqram çəkidə toyuq budlarını, dəyəri 14 manat olan “Mərcan” markalı qutuda qablaşdırılmış 1 kq həcmli iki ədəd toyuğu, dəyəri 3 manat olan “Şükran” markalı 690 qram həcmli bir qutuda qablaşdırılmış toyuq ciyərini, dəyəri 4 manat olan “Siyəzən” markalı 555 qram həcmli bir qutuda qablaşdırılmış toyuq döşünü, dəyəri 9 manat 20 qəpik olan “Romaşka” markalı iki ədəd smetanı, dəyəri 4 manat 50 qəpik olan “Final Günəbaxan” markalı 1 litr həcmli duru yağı, dəyəri 4 manat olan “Kərəm” markalı bitki yağını, dəyəri 7 manat olan 2 kiloqram çəkidə bananı, dəyəri 60 manat olan “Kent 4” markalı nazik qara siqaretin 15 paketini, dəyəri 100 manat olan “Kent 8” markalı qalın siqaretin 25 paketini, dəyəri 77 manat 40 qəpik olan “Sobranie” markalı ağ nazik siqaretin 18 paketini, dəyəri 47 manat 60 qəpik olan “LD” markalı kompakt ağ rəngli siqaretin 14 paketini, dəyəri 57 manat olan “LD” markalı nazik qara siqaretin 15 paketini, dəyəri 64 manat 60 qəpik olan “Vinston” markalı kompakt boz siqaretin 17 paketini, dəyəri 72 manat 20 qəpik olan “Vinston” markalı nazik boz siqaretin 19 paketini, dəyəri 38 manat 40 qəpik olan “Vhincester” markalı boz kompakt siqaretin 12 paketini, dəyəri 51 manat 20 qəpik olan “Vhincester” markalı nazik boz siqaretin 16 paketini, dəyəri 57 manat 60 qəpik olan “Magna” markalı nazik ağ siqaretin 24 paketini, dəyəri 43 manat 20 qəpik olan “Magna” markalı nazik boz siqaretin 18 paketini, dəyəri 40 manat 80 qəpik olan “Magna” markalı nazik qara siqaretin 17 paketini, dəyəri 43 manat 20 qəpik olan “Magna” markalı göy kompakt siqaretin 18 paketini, dəyəri 40 manat 80 qəpik olan “Magna” markalı boz kompakt siqaretin 17 paketini, dəyəri 41 manat 60 qəpik olan “Classic” markalı boz kompakt siqaretin 16 paketini, dəyəri 33 manat 60 qəpik olan “Viceroy” markalı nazik qara siqaretin 14 paketini, dəyəri 45 manat 60 qəpik olan Prima” markalı göy qalın siqaretin 19 paketini, dəyəri 40 manat 80 qəpik olan “Keno” markalı ağ nazik siqaretin 17 paketini, dəyəri 36 manat olan “Keno” markalı göy kompakt siqaretin 15 paketini və dəyəri 250 manat olan “Star Track” markalı, ST-32D-AZ2200-Smart modelli televizoru ümumilikdə Zərərçəkmiş şəxs2 2041 manat dəyərində əmlakını gizli yolla talamaqla oğurlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilmiş Təqsirləndirilən şəxs1 irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 tanıyır, belə ki, Təqsirləndirilən şəxs2la bir ay əvvəl tanış olmuş, həmin vaxt Gəncə şəhərində yaşayan dostu Fərid Goranboy rayonu Yolqullar kəndinə yanına gəlmiş, Fəridin yanında isə Təqsirləndirilən şəxs2 olmuş, həmin vaxtda Rövşənlə tanış olmuş, Rövşənlə tanış olduqdan sonra isə aralarında münasibət yaranmış, X10 E-220 minik markalı dövlət qeydiyyat nişanlarını xatırlamadığı avtomobili kirayə götürüb Gəncə şəhərindən Bakı şəhərinə müştəri daşımaq işi ilə məşğul olmuş, Rövşənlə aralarında münasibət yarandıqdan sonra Rövşənə Bakı şəhərinə aparması üçün müştəri tapırmış, Rövşən onun tapdığı müştərini Bakı şəhərinə apardıqdan sonra isə ona da pul vermiş, 01 yanvar 2024-cü il tarixdə saat 13 radələrində Gəncə şəhərində olan zaman tanışı Rövşənin istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng vurub görüşməyi təklif etmiş, bundan sonra da Rövşənlə Gəncə şəhərində görüşmüş, Rövşənlə Gəncə şəhərində görüşdükdən sonra bir yerdə vaxt keçirmişlər, həmin gün saat 21 radələrində Gəncə şəhərində Rövşənlə kafedə şam edən zaman Rövşən pula ehtiyacı olduğunu, buna görə də asan qazanc əldə etmək məqsədi ilə ona birlikdə oğurluq etməyi təklif etmiş, ilk öncə Rövşənlə razılaşmasa da Rövşən yenidən pula ehtiyacı olduğunu deyib ona birlikdə oğurluq etməyi təklif etmiş, o da Rövşənlə birlikdə oğurluq etməyə razılıq vermiş, Rövşən mağazadan oğurluq edəcəklərini demiş, belə ki, Rövşən Goranboy rayonu Qaradağlı kəndi ərazisindən müştəri götürən zaman həmin kəndin ərazisində ərzaq məhsulları satılan mağaza gördüyünü və birlikdə həmin mağazadan oğurluq etməyi təklif etmiş, Əli də onun təklifi ilə razılaşmış, lakin Rövşənə oğurluq edən zaman çöldə gözləyəcəyini, mağazanın içərisinə daxil olmayacağını demiş, Rövşən də onunla razılaşmış, bundan sonra isə 01 yanvar 2024-cü il tarixdən 02 yanvar 2024-cü il tarixdə saat 01 radələrində Gəncə şəhərindən Rövşənlə birlikdə çıxmışlar, həmin vaxt Rövşənin kirayə əsasında götürüb istifadə etdiyi Mercedes Benz E-220 markalı avtomobili idarə etmiş, Rövşən isə avtomobildə sağ ön oturacaqda əyləşmiş, onlar təxminən saat 02 radələrində Goranboy rayonu Qaradağlı kəndi ərazisinə çatmışlar, kəndin ərazisində olan zaman Rövşən ona birlikdə oğurluq edəcəkləri mağazanın yerləşdiyi yeri göstərdiyi üçün avtomobili həmin istiqamətdə idarə edib saxlamış, az sonra oğurluq edəcəkləri ərzaq məhsulları mağazasının yaxınlığına gəlmişlər, mağazadan təxminən 500 metr əvvəl avtomobili yolun kənarında saxlayıb avtomobilin içərisində qalıb ətrafı müşahidə etməyə başlamış, Rövşən isə əvvəlcədən özü ilə götürdüyü əlcək, maska və dəmir alətlə birlikdə avtomobildən düşüb ərzaq məhsulları mağazasına doğru getmiş, Rövşən mağazanın qarşısına çatdıqdan sonra isə hava qaranlıq olduğu üçün tam görməsə də əlində apardığı dəmir alətlə mağazanın qapısını sındırıb içəriyə daxil olmaq istəməsini görmüş, az sonra isə Rövşənin mağazanın içərisinə daxil olduğunu görmüş, bundan sonra isə Rövşən bir neçə dəfəyə olmaqla ərzaq məhsulları mağazasından oğurladığı kolbasaları, sosiskaları, konfetləri, şirniyyatları, kofeləri, siqarteləri, araqları, yağları, yuyucu vasitələri, toyuq əti məhsullarını, bananları, smetanları və bir ədəd televizoru gətirib Mercedes Benz E-220 markalı avtomobilin arxa salonuna yığmış, həmçinin Rövşən mağazadan 63 manat kağız əskinaslardan ibarət və miqdarını dəqiq bilmədiyi qəpiklərdən ibarət pulda oğurlamış, qəpik əskinaslardan ibarət pulları Rövşən ona vermiş, kağız əskinaslardan ibarət pullar isə Rövşəndə qalmış, bundan sonra isə Rövşən avtomobildə sağ ön oturacaqda əyləşmiş, o isə avtomobili işə salıb Gəncə şəhəri istiqamətində idarə etməyə başlamış, Gəncə şəhərinə çatdıqdan sonra isə avtomobili Rövşənin yaşadığı ev istiqamətində idarə etmiş və Rövşənin yaşadığı evin önünə gəldikdən sonra isə Rövşən birlikdə oğurladıqları avtomobildə olan bir ədəd televizoru və müxtəlif markalı sayını dədiq bilmədiyi araqları götürüb yaşadığı evdə gizlətmiş, bundan sonra isə Rövşən gəlib avtomobildə sağ ön oturacaqda əyləşmiş və ona avtomobili qeyri-rəsmi münasibətdə olduğu adını xatırlamadığı qadının yaşadığı ev istiqamətində idarə etməsini demiş, o da bundan sonra avtomobili həmin istiqamətdə idarə etməyə başlamış, Gəncə şəhərində Rövşənin qeyri-rəsmi münasibətdə olduğu adını xatırlamadığı qadının yaşadığı evin önünə çatdıqdan sonra avtomobili saxlamış, həmin vaxt Rövşən avtomobilin içərisində qalmış sellofan paketlərdə olan birlikdə oğurladıqları kolbasaları, sosiskaları, konfetləri, şirniyyatları, kofeləri, siqarteləri, yağları, yuyucu vasitələri, toyuq məhsullarını, smetanları və bananları götürüb qeyri-rəsmi münasibətdə olduğu qadının yaşadığı evin həyətinə daxil olmuş, o da bundan sonra avtomobildən düşüb Rövşənin ardınca həmin həyətə daxil olmuş, Rövşən evin qapısından içəriyə daxil olduqdan sonra o da evin içərisinə daxil olmuş, həmin vaxt Rövşənin qeyri-rəsmi münasibətdə olduğu adını xatırlamadığı qadın evdə yatmış, buna görə də Rövşən həmin qadını yuxudan oyatmış, o isə həmin vaxt çölə çıxmış, sonra isə yenidən evə daxil olmuş, bundan sonra isə Rövşənlə birlikdə həmin evdə qalmış, Rövşənlə birlikdə oğurladıqları məhsulları qeyri-rəsmi münasibətdə olduğu adını xatırlamadığı qadının evinə qoymuş, bundan sonra isə Rövşənin qeyri-rəsmi münasibətdə olduğu adını xatırlamadığı qadın çıxıb getmiş, o da Rövşənlə birlikdə yatmış, səhəri gün yəni 02 yanvar 2024-cü il tarixdə saat 12 radələrində Rövşənlə yuxudan oyandıqdan sonra Rövşənlə birlikdə oğurlayıb Rövşənin qeyri-rəsmi münasibətdə olduğu qadının evinə gətirdikləri sosiskaları və smetanları yemişlər, həmçinin evdə saxladıqları iki ədəd qutuda olan toyuq ətini, kərə və duru yağı, siqaretləri götürüb evdən çıxıb getmişlər, Rövşənlə birlikdə oğurladıqları digər məmulatlar isə həmin qadının evində qalmış, bundan sonra isə Rövşənin avtomobili ilə Gəncə şəhəri ərazisində hərəkət edib gəzinmişlər, Gəncə şəhəri ərazisində olan zaman isə Rövşənlə birlikdə oğurlayıb onun evində gizlətdikləri araqların bir qismini götürmüşlər, bundan sonra isə Rövşənlə birlikdə oğurladıqları və üzərlərində olan markalarını və saylarını dəqiq bilmədiyi siqaretləri və araqları, iki ədəd qutuda olan toyuq ətini, kərə və duru yağı Gəncə şəhərində tanımadıqları bir nəfər şəxsə satmışlar, əldə etdikləri pulu isə aralarında bölmüşlər, həmin gün yəni 02 yanvar 2024-cü il tarixdə saat təxminən 15 radələrində Gəncə şəhərində Rövşənin yaşadığı evin qarşısında olan zaman mülki geyimli şəxlsər ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edib Goranboy rayon polis şöbəsinin əməkdaşları olduqlarını deyib Goranboy rayonu Qaradağlı kəndi ərazisində yerləşən mağazadan oğurluq edilməsində şübhəli olduğunu bildirib hüquq və vəzifələrini izah etdikdən sonra onlarla birlikdə Goranboy rayon polis şöbəsinə getməyi təklif etmişlər, o da polis əməkdaşları ilə razılaşmış, həmin vaxt isə Rövşən yaşadığı ev istiqamətində getmiş, lakin polis əməkdaşları Rövşəni tuta bilməmişlər və Rövşən qaçıb getmiş, şifahi sorğu zamanı polis əməkdaşlarına Goranboy rayonu Qaradağlı kəndində yerləşən ərzaq məhsulları mağazasından Rövşənlə birlikdə oğurluq etdiklərini etiraf etmiş, həmçinin oğurladıqları məmulatların bir qisminin Gəncə şəhərində Rövşənin yaşadığı evdə, digər qismini isə Rövşənin qeyri-rəsmi münasibətdə olduğu adını xatırlamadığı qadının evində saxladıqlarını demiş, bunun ardınca isə Rövşənin qeyri-rəsmi münasibətdə olduğu adını xatırlamadığı qadının yaşadığı evi polis əməkdaşlarına göstərmiş və sonra isə polis əməkdaşları ilə birlikdə Goranboy rayon polis şöbəsinə gəlmişdir. Digər oğurluq epizodu üzrə, yəni Zərərçəkmiş şəxs1 evinə girməmiş və oradan oğurluq etməmişdir. Belə ki, ibtidai istintaq dövründə həmin oğurluq əməlini polis əməkdaşlarının təzyiqi ilə qəbul etmişdir və etirafedici ifadələr vermişdir. Eyni zamanda X5 mağazasından taladıqları bütün ərzaq və digər əşyaları polis əməkdaşları onları tutan zaman təhvil vermişlər. Lakin sözügedən əşyalar tam şəkildə zərərçəkmiş şəxsə təhvil verilməmişdir. Əməlindən peşmandır və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilmiş Təqsirləndirilən şəxs2 irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tanıyır, belə ki, Təqsirləndirilən şəxs1la bir ay əvvəl tanış olmuş, həmin vaxt Gəncə şəhərində yaşayan tanışı Fəridlə Goranboy rayonu Yolqullar kəndinə getmiş, Fərid Yolqullar kəndinə tanışı Təqsirləndirilən şəxs1la görüşməyə getmiş, həmin vaxt Təqsirləndirilən şəxs1la görüşüb tanış olmuş, bundan sonra Təqsirləndirilən şəxs1la aralarında münasibət yaranmış, Mercedes Benz E-220 minik markalı VV 012 TT dövlət qeydiyyat nişanlı avtomobili kirayə götürüb Gəncə-Bakı şəhərləri arasında sərnişin daşıma işi ilə məşğul olmuş, Əli ilə aralarında münasibət yarandıqdan sonra Əli ona Bakı şəhərinə aparmaq üçün müştəri tapmış, Əlinin tapdığı müştərini Bakı şəhərinə apardıqdan sonra Əliyə pul verirmiş, 01 yanvar 2024-cü il tarixdə saat 13 radələrində Gəncə şəhərində olan zaman tanışı Əli istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng vurub harada olduğunu soruşmuş, Əliyə Gəncə şəhərində olduğunu demiş, Əli də Gəncə şəhərində olduğunu dediyi üçün onunla Gəncə şəhərində görüşmüş, Əli ilə Gəncə şəhərində görüşdükdən sonra bir yerdə vaxt keçirmişlər, həmin gün saat 21 radələrində Gəncə şəhərində Əli ilə kafedə şam edən zaman pula ehtiyacı olduğu üçün asan qazanc əldə etmək məqsədi ilə Əliyə birlikdə oğurluq etməyi təklif etmiş, ilk öncə Əli onunla razılaşmasa da yenidən Əliyə pula ehtiyacı olduğu üçün birlikdə oğurluq etməyi təklif etmiş, Əli də onunla razılaşmış, Əliyə mağazadan oğurluq edəcəklərini demiş, belə ki, bir neçə gün öncə Goranboy rayonu Qaradağlı kəndi ərazisindən müştəri götürən zaman həmin kəndin ərazisində ərzaq məhsulları satılan mağazanı görmüş və həmin mağazadan birlikdə Əliyə oğurluq etməyi təklif etmiş, Əli də onun təklifi ilə razılaşmış, lakin Əli ona oğurluq edən zaman çöldə gözləyəcəyini demiş, Rövşən mağazanın içərisinə daxil olmağa razılıq vermiş, bundan sonra isə 01 yanvar 2024-cü il tarixdən 02 yanvar 2024-cü il tarixə keçən gecə saat 01 radələrində Gəncə şəhərindən Əli ilə birlikdə çıxmışlar, həmin vaxt Əli onun kirayə əsasında götürüb istifadə etdiyi Mercedes Benz E-220 minik markalı avtomobili idarə etmiş, o da avtomobildə sağ ön oturacaqda əyləşmiş, onlar təxminən saat 02 radələrində Goranboy rayonu Qaradağlı kəndi ərazisinə çatmışlar, kəndin ərazisində olan zaman Əliyə birlikdə oğurluq edəcəkləri mağazanın yerləşdiyi yeri göstərdiyi üçün Əli avtomobili həmin istiqamətdə idarə edib saxlamış, az sonra oğurluq edəcəkləri ərzaq məhsulları mağazasının yaxınlığına gəlmişlər, Əli mağazadan təxminən 500 metr əvvəl avtomobili yolun kənarında saxlayıb avtomobilin içərisində qalıb ətrafı müşahidə etməyə başlamış, o da əvvəlcədən özü ilə götürdüyü əlcək, maska olaraq istifadə edilən papaq və dəmir alətlə birlikdə avtomobildən düşüb ərzaq məhsulları mağazasına doğru getmiş, yolda gedərkən özü ilə götürdüyü iki ədəd əlcəyi əlinə və maska kimi istifadə olunan papağı başına keçirmiş, bir az sonra mağazanın qarşısına çatmış, mağazanın giriş qapısının önündə quraşdırılmış dəmir barmaqlığın qapısının üzərində olan qıfılı özü ilə gətirdiyi dəmir alətlə sındırıb mağazanın plastik materialdan olan ağ rəngli giriş qapısına yaxınlaşıb əlində olan dəmir alətlə giriş qapısını sındırıb mağazanın içərisinə daxil olmuş, mağazanın içərisinə daxil olduqdan sonra kassa kimi istifadə olunan sivirməni açıb içərisindən bir manatlıq kağız əskinaslardan və qəpik əskinaslardan ibarət pulları götürmüş, bunun ardınca isə mağazanın içərisində vitrinə yığılmış dəqiq sayını bilmədiyi müxtəlif markalı və müxtəlif həcmli araqları götürüb sellofana yığmağa başlamış, bundan sonra isə mağazadan çıxıb sellofanın içərisində olan araqları gətirib avtomobilin arxa oturacağına qoymuş, həmin vaxt isə Əli avtomobilin sükanında əyləşib ətrafı müşahidə etmiş, bunun ardınca isə yenidən mağazaya gəlib daxil olduqdan sonra mağazanın içərisində quraşdırılmış bir ədəd televizoru sökərək əli ilə götürüb mağazadan çıxıb avtomobilin yanına gəlib avtomobilin arxa salonuna qoymuş, həmin vaxt Əli isə avtomobilin sükanında əyləşib ətrafı müşahidə etmiş, bundan sonra yenidən mağazaya gedib içəriyə daxil olduqdan sonra mağazanın içərisindən dəqiq sayını bilmədiyi müxtəlif markalı siqaretləri, sayını dəqiq xatırlamadığı kolbosaları, dəqiq sayını xatırlamadığı sosiskaları, üç ədəd yuyucu toz vasitəsi olan Arieli, dəqiq sayını xatırlamadığı kofeləri, dəqiq sayını xatırlamadığı şirniyyatları, dəqiq çəksini bilmədiyi şokoladları, dəqiq çəksini bilmədiyi toyuq budlarını, iki ədəd qutuda olan toyuğu, bir ədəd qutuda olan toyuq ciyərini, iki ədəd smetanları, bananları, bir ədəd duru və bir ədəd kərə yağını götürüb sellofan torbalara yığaraq mağazadan çıxıb avtomobilin yanına gəlib həmin məmulatları avtomobilin arxa salonuna yığmış, həmin vaxt isə Əli avtomobilin sükanında əyləşib ətrafı müşahidə etmiş, bundan sonra isə o da avtomobildə sağ ön oturacaqda əyləşmiş, Əli də avtomobili işə salıb Gəncə şəhəri istiqamətində idarə etməyə başlamış, bir müddət sonra Gəncə şəhərinə çatmışlar, Gəncə şəhərinə çatdıqdan sonra Əlidən avtomobili yaşadığı ev istiqamətində idarə etməsini xahiş etdiyi üçün Əli avtomobili onun Gəncə şəhərində yaşadığı ev istiqamətində idarə etməyə başlamış, yaşadığı evin önünə çatdıqdan sonra isə Əli avtomobili saxlamış, həmin vaxt avtomobildən yerə düşüb avtomobilin arxa salonunda olan araqları və bir ədəd televizoru yaşadığı evin həyətinə aparmış, araqları yaşadığı evin həyətində gizlətmiş, televizoru isə yaşadığı evə aparmış, həmin vaxt evdə hər kəs yatdığı üçün televizoru evə qoyub çıxmış, bundan sonra isə gəlib avtomobilin arxa salonunda olan mağazadan Əli ilə birlikdə oğurladıqları digər məmulatları yəni sayını dəqiq bilmədiyi müxtəlif markalı siqaretləri, sayını dəqiq xatırlamadığı kolbosaları, dəqiq sayını xatırlamadığı sosiskaları, üç ədəd yuyucu toz vasitəsi olan Arieli, dəqiq sayını xatırlamadığı kofeləri, dəqiq sayını xatırlamadığı şirniyyatları, dəqiq çəksini bilmədiyi şokoladları, dəqiq çəksini bilmədiyi toyuq budlarını, iki ədəd qutuda olan toyuğu, bir ədəd qutuda olan toyuq ciyərini, iki ədəd smetanları, bananları, bir ədəd duru və bir ədəd kərə yağını götürüb sellofan torbalarla birlikdə avtomobilin arxa yük yerinə qoymuş, bundan sonra isə Əlidən avtomobili qeyri-rəsmi münasibətdə olduğu Zibərin yaşadığı ev istiqamətində idarə etməsini xahiş etmiş, belə ki, gedib Zibərin kirayə yaşadığı evdə qalmaq istəmiş, Zibərin yaşadığı evə çatdıqdan sonra avtomobildən düşüb avtomobilin yük yerində sellofan torbalarda olan sayını dəqiq bilmədiyi müxtəlif markalı siqaretləri, sayını dəqiq xatırlamadığı kolbosaları, dəqiq sayını xatırlamadığı sosiskaları, üç ədəd yuyucu toz vasitəsi olan Arieli, dəqiq sayını xatırlamadığı kofeləri, dəqiq sayını xatırlamadığı şirniyyatları, dəqiq çəksini bilmədiyi şokoladları, dəqiq çəksini bilmədiyi toyuq budlarını, iki ədəd qutuda olan toyuğu, bir ədəd qutuda olan toyuq ciyərini, iki ədəd smetanları, bananları, bir ədəd duru və bir ədəd kərə yağını götürüb Zibərin yaşadığı evə daxil olmuş, həmin vaxt Əli də onun ardınca evə daxil olmuş və daxil olduqda Zibərin yatdığını görmüş, həmin vaxt isə saat təxminən 06 radələri olmuş, Zibəri yuxudan oyandırmış, həmin vaxt isə sellofanlarda olan dəqiq sayını bilmədiyi müxtəlif markalı siqaretləri, sayını dəqiq xatırlamadığı kolbosaları, dəqiq sayını xatırlamadığı sosiskaları, üç ədəd yuyucu toz vasitəsi olan Arieli, dəqiq sayını xatırlamadığı kofeləri, dəqiq sayını xatırlamadığı şirniyyatları, dəqiq çəksini bilmədiyi şokoladları, dəqiq çəksini bilmədiyi toyuq budlarını, iki ədəd qutuda olan toyuğu, bir ədəd qutuda olan toyuq ciyərini, iki ədəd smetanları, bananları, bir ədəd duru və bir ədəd kərə yağını evin içərisində olan stolun üzərinə qoymuş, həmin məmulatları Zibərə mağazadan aldığını demiş, bundan sonra isə Zibər əynini geyinib işə getmiş, o da Əli ilə birlikdə Zibərin evində qalıb yatmış, səhəri gün yəni 02 yanvar 2024-cü il tarixdə saat 12 radələrində yuxudan oyanıb Əliylə birlikdə oğurlayıb Zibərin evinə gətirdikləri sosiskaları və smetanları yemişlər, həmçinin evdə saxladıqları iki ədəd qutuda olan toyuq ətini, kərə və duru yağı siqaretləri götürüb evdən çıxıb getmişlər, Əliylə birlikdə oğurladıqları digər məmulatlar isə Zibərin evində qalmış, bundan sonra isə Əli ilə avtomobildə Gəncə şəhəri ərazisində hərəkət edib gəzinmişlər, Gəncə şəhəri ərazisində olan zaman isə Əliylə birlikdə oğurlayıb evlərində gizlətdikləri araqların bir qismini götürmüşlər, bundan sonra isə Əliylə birlikdə oğurladıqları və üzərlərində olan markalarını və saylarını dəqiq bilmədiyi siqaretləri və araqları, iki ədəd qutuda olan toyuq ətini, kərə və duru yağı Gəncə şəhərində tanımadıqları bir nəfər şəxsə satmışlar, əldə etdikləri pulu isə aralarında bölmüşlər, həmin gün yəni 02 yanvar 2024-cü il tarixdə saat 23 radələrində yaşadığı evdə olarkən Goranboy rayon polis şöbəsinin əməkdaşları gəlib xidməti vəsiqələrini təqdim edib Goranboy rayonu Qaradağlı kəndi ərazisində yerləşən mağazadan oğurluq edilməsində şübhəli olduğunu bildirib hüquq və vəzifələrini izah etdikdən sonra onlarla birlikdə Goranboy rayon polis şöbəsinə getməyi təklif etmişlər, o da polis əməkdaşları ilə razılaşmış, həmin vaxt isə yaşadığı evdə gizlətdiyi bir ədəd televizoru və yaşadığı evin həyətində gizlətdiyi araqları da polis əməkdaşlarına təqdim etmiş və polis əməkdaşları ilə birlikdə Goranboy rayon polis şöbəsinə gəlmiş, Goranboy rayon polis şöbəsinə gələrkən bir ədəd televizoru və araqları da gətirmiş, şifahi sorğu zamanı polis əməkdaşlarına Goranboy rayonu Qaradağlı kəndində yerləşən ərzaq məhsulları mağazasından Əli ilə birlikdə oğurluq etdiklərini etiraf etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs2 ifadəsində qəpik əskinaslardan ibarət pulları Əliyə verdiyini, kağız əskinaslardan ibarət pulları isə özündə qaldığını və sonra xərclədiyini, oğurluq etdikləri Qaradağlı kəndində yerləşən mağazanın sahibinin kim olduğunu bilmədiyini, Goranboy rayonu Qaradağlı kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus mağazdan oğurluq etmək barədə başqa şəxs və ya şəxslərin Əliylə ona köməklik etmədiyini, eyni zamanda bununla bağlı başqa şəxs və ya şəxslərlə aralarında əvvəlcədən və ya sonradan razılaşma olmadığını, Əliylə birlikdə oğurladıqları məmulatların bir qismini yəni bir ədəd televizoru və dəqiq sayını bilmədiyi araqları yaşadığı evə aparıb qoyduqdan sonra digər qismini yəni sellofanlarda olan müxtəlif markalı siqaretləri, sayını dəqiq xatırlamadığı kolbosaları, dəqiq sayını xatırlamadığı sosiskaları, üç ədəd yuyucu toz vasitəsi olan Arieli, dəqiq sayını xatırlamadığı kofeləri, dəqiq sayını xatırlamadığı şirniyyatları, dəqiq çəksini bilmədiyi konfet şokoladlarını, dəqiq çəksini bilmədiyi toyuq budlarını, iki ədəd qutuda olan toyuğu, bir ədəd qutuda olan toyuq ciyərini, iki ədəd smetanları, bananları, bir ədəd duru və bir ədəd kərə yağını qeyri-rəsmi münasibətdə olduğu Zibərin evinə apardığını, çünkü həmin məmulatları gizlədə biləcəyi başqa bir yerin olmadığını, lakin Zibərə onun evinə apardıqları məmulatları oğurladıqlarını demədiyini, Zibərə həmin məmulatları aldıqlarını dediyini, Zibərin onların oğurluq etməyindən məlumatı olmadığını və ya bununla bağlı onunla aralarında hər hansısa razılaşma olmadığını, Əliylə birlikdə oğurlayıb Zibərin evində saxladıqları məmulatları isə yer tapa bilmədikləri üçün orada saxladıqlarını, həmin məmulatları onun evində saxladıqları digər məmulatlar ilə birlikdə satdıqdan sonra əldə etdikləri pulla borcunu bağlayıb qalan pulu aralarında böləcəklərini, Əliylə birlikdə mağazadan oğurluq edən zaman konkret olaraq oğurladıqları siqartelərin, araqların, kolbasaların, konfetlərin, şirniyyatların, kofelərin, siqartelərin, araqların, yağların, yuyucu vasitələrin, smetanların sayını, bananların və toyuq əti məhsullarının isə çəkilərini bilmədiyini, Goranboy rayonu və ya Respublikanın başqa rayonlarında başqa oğurluq hadisəsi törətmədiyini, mağazadan oğurladığı kağız əskinaslardan ibarət pulun sonradan 63 manat olmasını müəyyən etdiyini, lakin qəpik əskinaslardan ibarət pulların nə qədər olmasını xatırlamadığını göstərmişdir. Eyni zamanda X5 mağazasından taladıqları bütün ərzaq və digər əşyaları polis əməkdaşları onları tutan zaman təhvil vermişlər. Lakin sözügedən əşyalar tam şəkildə zərərçəkmiş şəxsə təhvil verilməmişdir. Əməlindən peşmandır və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, evində cəmi 2000 ABŞ dolları, 200 AZN pulu və həyat yoldaşına məxsus qızıl-zinət əşyaları olmuş, pulları evində yataq otağındakı çarpayının üzərində olan döşəyinin altına qadın pul kisəsinin içərisinə qoyaraq orada saxlamış, həyat yoldaşının qızıl-zinət əşyaları isə həmin otaqdakı dolabın içində saxlamışlar, 04 fevral 2023cü il tarixdə qonşuluqda yaşayan bacısı qızının toy mərasimi olacağından və 03 fevral 2023-cü il tarixdə axşam tərəfi ailəsi ilə birlikdə bacısı evinə getmişlər, belə ki, 03 fevral 2023-cü il tarixdə təxminən saat 18:30 radələrində həyat yoldaşı və oğlanları bacısı evinə getmişlər, onlardan 20-30 dəqiqə sonra isə məhlədən keçərək bacısı gilə getmiş, bacısının evi ilə onların evləri yaxın olmuş, çox vaxt onlara gedərkən çəpərdən keçmişlər.Təxminən saat 19 radələrində bacısı Hicranın evinə getmiş, gedərkən evin giriş qapısını qıfıllayıb sonra getmiş, həmin vaxt evin işıqlarını söndürmüş, mətbəxdə qaz peçi yandığı üçün mətbəxin pəncərəsinin arxasını bağlamamış, bacısı evində təxminən saat 20 radələrinədək olmuş, sonra özü tək evlərinə qayıtmış, evin giriş qapısını açarla açıb içəri girmiş, içəri girəndə otaqların qapısının açıq olduğunu görmüş, şübhələnmiş, mətbəxə keçib baxanda mətbəxin küçə tərəf həyətə olan pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüş, pəncərənin üzərində olan tor çərçivə cırılmış, şübhələnmiş ki, evə oğru girmiş, ona görədə otağın ortasında dayanıb uşaqlarına zəng edərək evə gəlmələrini bildirmiş, uşaqları, ailə üzvləri gələndən sonra otağa keçmiş və görmüş ki, aynəbənddəki uşaqların çarpayısı bir qədər dağılmış, tez evə keçmişlər və həyat yoldaşı yatağ otağındakı çarpayının altına pul qoyduqları yerə baxmış və görmüş ki, pul qabı yerindədir, ancaq içi boş, pul yerində yoxdur, oğurlanmış, yəni çarpayının döşəyinin altındakı pul qabında saxladıqları 2000 ABŞ dolları və 200 AZN pul oğurlanmış, bundan sonra oğlu Kənan evdə olan cins şalvarının cibinə baxmış və şalvarının cibində olan 4 manat pulun olmadığını bildirmiş, dört manat pulda oğurlanmış, bundan sonra isə DİN-in “102” zəng xidmətinə müraciət edib bu barədə məlumat vermiş, müraciətindən sonra Goranboy rayon polis şöbəsinin əməkdaşları yaşadığı evə gəlib baxış keçirmişlər, sonra isə polis əməkdaşları getmişlər, bir gün sonra isə arvadı Elnarə ona evdəki güzgülü dolabın sivirməsində saxladığı təxminən 480-500 manat dəyərində olan bir cüt qızıl sırğasının da oğurlandığını demiş, buna görə də Goranboy rayon polis şöbəsinə gedib izahat verən zaman evindən 2000 Abş dolları, 204 manat pulla yanaşı bir cüt qızıl sırğanın da oğurlanmasını bildirmiş, sonra isə bununla bağlı ifadə vermiş, lakin aradan bir qədər müddət keçdikdən sonra arvadı Elnarə özünə məxsus olan bir cüt qızıl sırğanı yaşadıqları evdən tapmış, həmçinin oğlu Kənan da şalvarının cibindən oğurlandığını zənn etdiyi 4 manatı sonradan xərclədiyini xatırladığını demiş, beləliklə də evinə girən naməlum şəxs (lər) evdən ona məxsus 2000 Abş dolları və 200 manat pulunu oğurladığı məlum olmuş, lakin işi ilə bağlı polisə dəvət edilmədiyi üçün arvadının ona bir cüt qızıl sırğasını tapdığını, oğlu Kənanın isə 4 manat pulu xərclədiyini xatırlamasını deməmiş, 03 fevral 2023-cü il tarixdə yaşadığı evdən ona məxsus 2000 Abş dolları və 200 manat pulu naməlum şəxs (lər) tərəfindən oğurlanmış, eyni zamanda polis tərəfindən evindən oğurluq edən şəxsin həmkəndlisi Təqsirləndirilən şəxs1 olduğu bildirilmiş, belə ki, Təqsirləndirilən şəxs1 Goranboy rayonu Qaradağlı kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus ərzaq məhsulları satılan mağazadan oğurluq etdikdən sonra Goranboy rayon polis şöbəsinin əməkdaşları tərəfindən yeri müəyyən olunaraq saxlanılmışdır. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 qarşı şikayətçi olduğunu və ona dəymiş ziyanın ödənilmədiyini bildirərək sonuncu barəsində cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Goranboy rayonu Qaradağlı kəndində ərzaq məhsullarının satışını həyata keçirdiyi mağazası vardır.Mağazanın küçə tərəfdən olan plastik giriş qapısına və plastik pəncərələrə dəmir barmaqlıqlar əlavə etdirmiş, giriş qapısına əlavə etdirdiyi həmin dəmir barmaqlıqların qapısını isə qıfılla bağlamış, 01 yanvar 2024-cü il tarixdə gecə saat 22 radələrində Goranboy rayonu Qaradağlı kəndində yerləşən mağazasını bağlayıb yaşadığı evə getmiş, növbəti gün yəni 02 yanvar 2024-cü il tarixdə Qaradağlı kəndində yerləşən ərzaq məhsulları satılan mağazasına gəldikdə isə mağazanın plastik materialdan olan giriş qapısının üzərinə əlavə etdirdiyi dəmir barmaqlıqların bağlı olduğu qıfılın sındırıldığını və dəmir barmaqlıqların açıq vəziyyətdə olduğunu görmüş, həmçinin həmin vaxt mağazanın plastik materialdan olan giriş qapısının da açıq vəziyyətdə olmasını müəyyən etmiş, həmin vaxt mağazadan oğurluq edilməsindən şübhə etmiş, buna görə də mağazanın içərisinə daxil olub baxdıqda mağazanın içərisindən oğurluq edildiyini görmüş, buna görə də DİN-in “102” zəng xidməti mərkəzinə zəng edərək bu barədə məlumat vermiş, bir az sonra Goranboy rayon polis şöbəsinin əməkdaşları gəlib mağazaya baxış keçirmişlər, həmin vaxt isə mağazadan oğurlanan əmlakın dəqiq siyahısını müəyyən etmədiyi üçün təxmini olaraq mağazadan edilmiş oğurluq nəticəsində ona 2000 manat məbləğində maddi ziyan vurulmasını demiş, bundan sonra isə polis əməkdaşları getmişlər, polis əməkdaşları getdikdən sonra mağazadan oğurlanmış əmlakın siyahısını və dəyərini müəyyən etməyə başlamış, nəticə də müəyyən etmiş ki, naməlum şəxs ona məxsus mağazadan 2023-cü ilin oktyabr ayında 380 manat pul müqabilində aldığı bir ədəd “Star Track” ST-32D-AZ2200-Smart markalı televizorunu, hər biri bir manatlıq kağız əskinaslardan ibarət 63 manat pulunu, qəpiklərdən, əskinaslardan ibarət 45 manat pulunu, hər birinin dəyəri 12 manat 50 qəpik olan 15 ədəd “Banketnaya Yubiley” markalı 700 qram həcmli araqları, hər birinin dəyəri 12 manat olan “Golden Blend” markalı 1 litr həcmli 3 ədəd araqları, hər birinin dəyəri 10 manat 50 qəpik olan “Golden Blend” markalı 700 qram həcmli 10 ədəd araqları, hər birinin dəyəri 8 manat 50 qəpik olan “Golden Blend” markalı 500 qram həcmli 2 ədəd araqları, hər birinin dəyəri 8 manat olan “Tiktok” markalı 700 qram həcmli 10 ədəd araqları, dəyəri 9 manat olan “İnterpol” markalı 700 qram həcmli 1 ədəd arağı, dəyəri 7 manat olan “İnterpol” markalı 500 qram həcmli 1 ədəd arağı, dəyəri 7 manat olan “Pushka” markalı 700 qram həcmli 1 ədəd arağı, dəyəri 12 manat 50 qəpik olan “Organic Green” markalı 1 litr həcmli 1 ədəd arağı, hər birinin dəyəri 6 manat 50 qəpik olan “Moskovska Chistaya” markalı 700 qram həcmli 3 ədəd arağı, “Ay-min MMC”-yə məxsus dəyəri 33 manat olan bir ədəd 3 kiloqram çəkidə “Mübah Lyubitelskaya” markalı kolbasanı, “Ay-min MMC”-yə məxsus hər birinin dəyəri 7 manat olan 550 qram həcmli “Dadlıca Servealat” kolbasasının 2 ədədini, “Ay-min MMC”-yə məxsus dəyəri 7 manat olan 550 qram həcmli bir saplı servalat kolbasasını, "xxxx" MMC-yə məxsus bir kiloqramı 13 manat təşkil edən “Manqalüstü” sosiskanın 3 kiloqramını, hər birinin dəyəri 3 manat 90 qəpik olan 450 qram həcmli “ARİEL ABTOMAT” markalı iki qutu yuyucu toz vasitəsini, dəyəri 8 manat 50 qəpik olan 1 kiloqram 500 qram həcmli “ARİEL ABTOMAT” markalı bir ədəd polietilen paket yuyucu toz vasitəsini, hər birinin dəyəri 40 qəpik olan “MY ENT”RPİSE" MMC-yə məxsus “X14” markalı 26 paket kofeləri, dəyəri 5 manat 50 qəpik olan “Baker House” markalı bir qutu şokoladlı piroqu, hər birinin dəyəri 1 manat 50 qəpik olan 250 qram həcmli iki ədəd “Cooky chefs” markalı cemli peçenyeni, "xxxx" MMC-yə məxsus 8 manat 50 qəpik təşkil edən “X13” markalı şokoladın bir kiloqramını, “Konirom” LTC-yə məxsus 6 manat olan “İKİBANA” markalı şokoladın bir kiloqramını, "xxxx" MMC-yə məxsus dəyəri 6 manat olan “Kokos Truffle” markalı şokoladın bir kiloqramını, bir kiloqramı 5 manat 50 qəpik olan dondurulmuş toyuq budlarının 3 kiloqramını, hər birinin dəyəri 7 manat təşkil edən “Mərcan” markalı qutuda qablaşdırılmış 1 kq həcmli iki ədəd toyuğu,dəyəri 3 manat olan “Şükran” markalı 690 qram həcmli bir qutuda qablaşdırılmış toyuq ciyərini, dəyəri 4 manat olan “Siyəzən” markalı 555 qram həcmli bir qutuda qablaşdırılmış toyuq döşünü, hər birinin dəyəri 4 manat 60 qəpik olan “Romaşka” markalı iki ədəd smetanları, dəyəri 4 manat 50 qəpik olan “Final Günəbaxan” markalı 1 litr həcmli duru yağı, dəyəri 4 manat olan “Kərəm” markalı bitki yağını, dəyəri 3 manat 50 qəpik olan 2 kq çəkidə bananı, hər birinin dəyəri 4 manat olan “Kent 4” markalı nazik qara siqaretin 15 qutusunu, hər birinin dəyəri 4 manat olan “Kent 8” markalı qalın siqaretin 25 qutusunu, hər birinin dəyəri 4 manat 30 qəpik olan “Sobranie” markalı ağ nazik siqaretin 18 qutusunu, hər birini dəyəri 3 manat 40 qəpik olan “LD” markalı kompakt ağ rəngli siqaretin 14 qutusunu, hər birinin dəyəri 3 manat 80 qəpik olan “LD” markalı nazik qara siqaretin 15 qutusunu, hər birinin dəyəri 3 manat 80 qəpik olan “Viniston” markalı kompakt boz siqaretin 17 qutusunu, hər birinin dəyəri 3 manat 80 qəpik olan “Viniston” markalı nazik boz siqaretin 19 qutusunu, hər birinin dəyəri 3 manat 20 qəpik olan “Vhincester” markalı boz kompakt siqaretin 12 qutusunu, hər birinin dəyəri 3 manat 20 qəpik olan “Vhincester” markalı nazik boz siqaretin 16 qutusunu, hər birinin dəyəri 2 manat 40 qəpik olan “Magna” markalı nazik ağ siqaretin 24 qutusunu, hər birinin dəyəri 2 manat 40 qəpik olan “Magna” markalı nazik boz siqaretin 18 qutusunu, hər birinin dəyəri 2 manat 40 qəpik olan “Magna” markalı nazik qara siqaretin 17 qutusunu, hər birinin dəyəri 2 manat 40 qəpik olan “Magna” markalı göy kompakt siqaretin 18 qutusunu, hər birinin dəyəri 2 manat 40 qəpik olan “Magna” markalı boz kompakt siqaretin 17 qutusunu, hər birinin dəyəri 2 manat 60 qəpik olan “Classic” markalı boz kompakt siqaretin 16 qutusunu, hər birinin dəyəri 2 manat 40 qəpik olan “Viceroy” markalı nazik qara siqaretin 14 qutusunu, hər birinin dəyəri 2 manat 40 qəpik olan “Prima” markalı göy qalın siqaretin 19 qutusunu, hər birinin dəyəri 2 manat 40 qəpik olan “Keno” markalı ağ nazik siqaretin 17 qutusunu, hər birinin dəyəri 2 manat 40 qəpik olan “Keno” markalı göy kompakt siqaretin 15 qutusunu oğurlamış, nəticədə mağazadan oğurluq etmiş şəxs ümumilikdə ona 2171 manat məbləğində maddi ziyan vurmuş, sonradan mağazadan oğurluq edən şəxslərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduğunu bilmişdir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslərin oğurluq etmələri nəticəsində ona dəymiş ziyan qismən ödənilmişdir. Odur ki, təqsirləndirilən şəxslərə qarşı şikayətçi olduğunu və ona dəymiş ziyanın tam ödənilmədiyini bildirərək təqsirləndirilən şəxslər barəsində cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 tanıyır. Təqsirləndirilən şəxs2 ilə bir il əvvəl Gəncə şəhərində tanış olmuş, bundan sonra Rövşənlə aralarında sevgi münasibətləri yaranmış, Rövşən hər gün olmasa da müxtəlif vaxtlarda onun kirayə yaşadığı evə gəlmiş, bəzi vaxtlarda Rövşən onunla qalmış, bəzi vaxtlarda isə gecə qalmadan çıxıb getmiş, 02 yanvar 2024-cü il tarixdə saat 06 radələrində kirayə yaşadığı evdə yatan zaman Rövşən onu yuxudan oyatmış, həmin vaxt Rövşənin yanında tanışı Əli olmuş, Rövşən onu yuxudan oyatdıqdan sonra əlindəki sellofan torbanın içərisindəki dəqiq sayını bilmədiyi kolbasaları, sosiskaları, bir ədəd duru yağı, bir ədəd kərə yağını, üç ədəd yuyucu toz vasitəsi olan Arieli, sayını dəqiq xatırlamadığı bananları, 2 ədəd smetanları, toyuq əti məhsullarını, konfetləri və şirniyyatları evin içərisində olan stolun üzərinə qoymuş, Rövşəndən həmin məmulatları haradan aldığını və nə üçün gətirdiyini soruşduqda həmin məmulatları mağazadan aldığını və yaşadığı evə gedən zaman özü ilə aparacağını demiş, o da Rövşənə bir söz deməmiş, belə ki, Rövşənin onunla birlikdə qalmağa gəldiyini bilmiş, bundan sonra isə işə getməli olduğu üçün Rövşən və onun tanışı Əlini kirayə yaşadığı evdə qoyub işə getmiş, həmin gün yəni 02 yanvar 2024cü il tarixdə saat 19 radələrində kirayə yaşadığı evə gəldikdə görmüş ki, Rövşən və onun tanışı Əli evdə yoxdur.Lakin Rövşənin mağazadan aldığını dediyi məmulatlar kirayə yaşadığı evdə stolun üzərindədir.Bir az sonra polis əməkdaşları gəlmişlər və ona xidməti vəsiqələrini təqdim edib Goranboy rayon polis şöbəsində xidmət etdiklərini demişlər və ondan Rövşənin harada olmasını soruşmuşlar.O da polis əməkdaşlarına Rövşənin səhərə yaxın tanışı Əli ilə birlikdə yaşadığı evə gəlmələrini, sonra isə işə getdiyini və evə gəldikdə Rövşənlə Əlinin evdə olmadığını gördüyünü demiş, bundan sonra polis əməkdaşları ona Rövşənin Əli ilə birlikdə Goranboy rayonu ərazisində fəaliyyət göstərən mağazadan oğurluq etmələrini və oğurladıqları məmulatların bir qismini onun kirayə qaldığı evə gətirməyini demişlər. Həmin vaxt başa düşmüş ki, səhərə yaxın Rövşən əlində gətirdiyi məmulatları oğurlamışdır. Rövşənin gətirdiyi məmulatlara toxunmadığı üçün həmin məmulatların yaşadığı evdə olmasını, lakin Rövşənin həmin məmulatları oğurlamasından məlumatsız olduğunu demiş, bundan sonra isə evdə Rövşənin gətirib stolun üzərində saxladığı dəqiq sayını bilmədiyi kolbasaları, üç ədəd yuyucu toz vasitəsi olan Arieli, sayını dəqiq xatırlamadığım bananları, toyuq əti məhsullarını, konfetləri və şirniyyatları polis əməkdaşlarına göstərmiş, polis əməkdaşları ona hüquq və vəzifələrini izah etdikdən sonra onlarla birlikdə Goranboy rayon polis şöbəsinə getməli olduğunu demişlər, o da bundan sonra Goranboy rayon polis şöbəsinə gəlmiş, Rövşənin onun evində saxladığı dəqiq sayını bilmədiyi kolbasaları, üç ədəd yuyucu toz vasitəsi olan Arieli, sayını dəqiq xatırlamadığım bananları, toyuq əti məhsullarını, konfetləri və şirniyyatları polis əməkdaşları ilə birlikdə gələn zaman gətirmişdir. Eyni zamanda Şahid ifadəsində Təqsirləndirilən şəxs2 əvvəlcədən və ya sonradan Təqsirləndirilən şəxs1la birlikdə oğurluq edəcəkləri barədə ona heç bir məlumat vermədiyini, onlarla oğurluq etmək barədə arasında hər hansısa razılaşma olmadığını, bundan başqa Rövşənin oğurluq etdikdən sonra oğurladığı məmulatları onun yaşadığım evdə saxlaması barədə aralarında əvvəlcədən və ya sonradan hər hansısa razılaşma olmadığını, evində yatdığı zaman Rövşən tanışı Əli ilə birlikdə gəldiyini, həmin vaxt Rövşən əlində gətirdiyi dəqiq sayını bilmədiyim kolbasaları, sosiskaları, bir ədəd duru yağı, bir ədəd kərə yağını, üç ədəd yuyucu toz vasitəsi olan Arieli, sayını dəqiq xatırlamadığı bananları, 2 ədəd smetanları, toyuq əti məhsullarını, konfetləri və şirniyyatları mağazadan özü üçün aldığını dediyini, Rövşənin həmin məmulatları tanışı Əli ilə birlikdə oğurlamasından məlumatsız olduğunu, çünkü Rövşən və ya Əlinin həmin məmulatları oğurlamalarını ona demədiklərini, bundan başqa isə Rövşənin evə gətirdiyi məmulatların gündəlik həyatda istifadə olunduğu üçün həmin məmulatların oğurlanmasından şübhə etmədiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 02 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı Orxan Həziyev Zərərçəkmiş şəxs2 şikayəti əsasında hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. Baxış Goranboy rayonunun Qaradağlı kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus ərzaq mağazasıdır. Baxış zamanı həmin mağazanın pəncərə və qapı olan hissələri dəmir barmaqlıqlar bərkidilmiş vəziyyətdədir. Mağazanın ön hissəsində yaşıl rəngli “Market” sözləri yazılmışdır. Mağaza avtomobil yolunun kənarındadır. Baxış zamanı Zərərçəkmiş şəxs2 mağazanın plastik giriş qapısının kilid hissəsinin sındırılmış halda əli ilə göstərmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 mağazanın daxilində oğurlanmış olan “Smart” markalı televizorun, spirtli içkilərin, tütün məmulatlarının və nağd pulun saxlandığı yaşıl rəngli çəkməcəni əli ilə göstərmişdir; “Şübhəli şəxsin tutulması haqqında” 02 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 17:30 dəqiqədən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur; “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 02 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin İB-nin müstəntiqi Zülfüqar Arif tərəfindən təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1, Müdafiəçi1 və hal şahidlərin iştirakı ilə oğurluq faktı ilə bağlı baxış keçirilmə və götürmə aparılmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd sellofan paket masanın üzərinə qoyulmuşdur. Bunun ardınca bir ədəd sellofan paketin içərisinə baxıldıqda həmin sellofan paketin içərisində 10 və 20 qəpik əskinaslardan ibarət pullar olması müəyyən edilmişdir. Bunun ardınca sellofan paketin içərisində olan 10 və 20 qəpik əskinaslardan ibarət pullar çıxarılaraq hesablanmış və müəyyən olunmuşdur ki, sellofan paketin içərisində 24 ədəd 20 qəpik, 43 ədəd 10 qəpik əskinaslardan ibarət ümumi məbləği 9 manat 10 qəpik təşkil etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi qəpik əskinaslardan ibarət ümumi məbləği 9 manat 10 qəpik təşkil edən pullar Təqsirləndirilən şəxs2la birlikdə Goranboy rayonunun Qaradağlı kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus ərzaq məhsulları mağazasından oğurlandığını bildirmişdir. Odur ki, 24 ədəd 20 qəpik və 43 ədəd 10 qəpik əskinaslardan ibarət ümumi məbləği 9 manat 10 qəpik təşkil edən pul iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür; “Şübhəli şəxsin tutulması haqqında” 03 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 00:40 dəqiqədən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. Həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 faktiki azadlığı 02 yanvar 2024-cü il tarixdə, saat 23:00 dəqiqədə məhdudlaşdırılmışdır; “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 03 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin İB-nin müstəntiqi Zülfüqar Arif tərəfindən təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs2, Müdafiəçi2 və hal şahidlərin iştirakı ilə oğurluq faktı ilə bağlı baxış keçirilmə və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs2 təqdim etdiyi bir ədəd araqlar və bir ədəd televizor masanın üzərinə qoyulmuşdur. Həmin araqların ümumi sayı 16 ədəd olmuşdur. Təqdim edilmiş araqlardan altı ədəd “Golden Blend” markalı, üç ədədi “Tik Tok” markalı, üç ədədi “Chistaya Moskovska”, iki ədədi “İnterpol” markalı, bir ədəd “Organic” və bir ədədi isə “Pushka” markalı olmuşdur. “Golden Blend” markalı araqlardan bir ədədi 1 litr həcmli, bir ədədə 0,7 litr həcmli, iki ədədi isə 0,5 litr həcmli olmuşdur. “Tik Tok” markalı araqlardan hər üçü 0,7 litr həcmli, “Chistaya Moskovska” markalı araqlardan hər üçü 0,7 litr həcmli, “İnterpol” markalı araqlardan bir ədəd 0,7 litr həcmli, bir ədədi isə 0,5 litr həcmli olmuşdur. “Organic” markalı araq 1 litr həcmli və “Pushka” markalı araq isə 0,7 litr həcmli olmuşdur. Təqdim edilmiş bir ədəd televizor isə “Star Track” markalı, ST-32D-AZ2200-Smart modelli olmuşdur. Təqsirləndirilən şəxs2 təqdim etdiyi ümumi sayı 16 ədəd təşkil edən araqları və bir ədəd televizoru tanışı Təqsirləndirilən şəxs1la birlikdə Goranboy rayonu Qaradağlı kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus ərzaq məhsulları mağazasından oğurladığını bildirmişdir. Odur ki, ümumi sayı 16 ədəd təşkil edən araqlar və bir ədəd televizor iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür; Goranboy Rayon Məhkəməsinin 4(045)-2/2024 nömrəli, 03 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 02 yanvar 2024cü il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir; Goranboy Rayon Məhkəməsinin 4(045)-1/2024 nömrəli, 03 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 02 yanvar 2024cü il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir; “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 04 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin İB-nin müstəntiqi Zülfüqar Arif tərəfindən hal şahidlərinin iştitakı ilə baxış keçirmə və götürülmə aparılmışdır. Belə ki, Şahid təqdim etdiyi 6 ədəd banan, 26 ədəd “X14” markalı kofələr, 2 ədəd “Dadlıca” sarımsaqlı servelat kolbasasını, 1 ədəd “Lyubitelskaya” markalı kolbasa, 1 ədəd “Zernistaya” markalı kolbasa, bir ədəd sellofanın içərisində olan toyuq budları, 1 ədəd “Siyəzən” markalı toyuq döş əti, 1 ədəd “Şükran quşçuluq” markalı toyuq ciyəri, 3 ədəd “Ariel” yuyucu vasitəsi, ikisi qutuda, biri isə paketdə, bir ədəd sellofanın içərisində olan şokolodlar, 1 ədəd “Baker House” markalı piroq və 2 ədəd “Cooky chefs” markalı peçenyələr masanın üzərinə qoyulmuşdur. Şahid təqdim etdiyi məmulatların onun Gəncə şəhərində kirayədə yaşadığı evə tanışı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə birlikdə gətirildiyini bildirmişdir. Odur ki, Şahid təqdim etdiyi 6 ədəd banan, 26 ədəd “X14” markalı kofələr, 2 ədəd “Dadlıca” sarımsaqlı servelat kolbabası, 1 ədəd “Lyubitelskaya” markalı kolbasa, 1 ədəd “Zernistaya” markalı kolbasa, bir ədəd sellofanın içərisində olan toyuq budları, 1 ədəd “Siyəzən” markalı toyuq döş əti, 1 ədəd “Şükran quşçuluq” markalı toyuq ciyəri, 3 ədəd “Ariel” yuyucu vasitəsi, ikisi qutuda, biri isə paketdə, bir ədəd sellofanın içərisində olan şokolodlar, 1 ədəd “Baker House” markalı piroq və 2 ədəd “Cooky chefs” markalı peçenyələr iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür; “Baxış keçirilməsi barədə” 03 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin İB-nin müstəntiqi Gündüz Yusifov tərəfindən hal şahidlərinin iştitakı ilə baxış keçirmə aparılmışdır. Baxış keçirilmə yeri Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evidir. Baxış zamanı müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs1 fərdi yaşayış evi Goranboy rayonunun Yolqullar kəndində yerləşməklə yanaşı, mişar daşı ilə tikilmiş birmərtəbəlidir. Yaşayış evinin küçə tərəfindən olan hissəsi daş hasarla əhatələnmişdir. Həyətə giriş dəmir darvazadan və dəmir qapıdandır. Evə giriş qapısı dəmir qapıdandır. Yaşayış evinə girdikdə dəhliz, sağ tərəfdə dəhliz, sol tərəfdə hamam otağı yerləşir. Dəhlizdən düz istiqamətdə taxta qapıdan birinci yataq otağı və həmin otaqdan keçəndə ikinci yataq otağı yerləşir. Birinci otaqda sağ divar tərəfdə çarpayı yerləşir. Çarpayının döşəyi dağılmışdır. Mətbəxin həyət tərəfində olan pəncərəsinin üzərində olan tor cırılmışdır. İkinci yataq otağındakı qoşa çarpayının döşəyinin kənarı qatlanmışdır. Evdə digər əşyalar dağılmamış və səliqəlidir; Diskə baxış keçirilən zamanı müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 dindirilmə zamanı Zərərçəkmiş şəxs1 məxsus Goranboy rayonunun Yolqullar kəndində yerşən fərdi yaşayış evinin qarşısından axşam 20 radələrində keçən zaman evin işıqlarının sönmüş olduğu üçün evdə heç kimin olmadığını bilmişdir. Fərdi yaşayış evinin həyət tərəfdən pəncərəsindən ayağının altına stul qoymaqla evə daxil olmuş və evin içərisində çarpayıda olan döşəyin altından pul kisəsi götürmüşdür. Həmin pul kisəsinin içərisində 2000 Abş dolları və 200 manat pulu götürərək evə daxil olduğu yerdən çıxmışdır. Daha sonra 2000 Abş dolları Gəncə şəhərində manata dəyişmiş və öz ehtiyacı üçün xərcləmişdir; “Maddi sübut qismində tanıma barədə” 06 yanvar 2024-cü il tarixli qərardan görünür ki, İstintaq zamanı Təqsirləndirilən şəxs1 götürülmüş 43 ədəd 10 və 24 ədəd 20 qəpik əskinaslardan ibarət ümumi məbləği 9 manat 10 qəpik təşkil edən pul vəsaiti, Təqsirləndirilən şəxs2 götürülmüş altı ədəd “Golden Blend” markalı, üç ədəd “Tik Tok” markalı, üç ədəd “Chistaya Moskovska”markalı, iki ədəd “İnterpol” markalı, bir ədəd “Organic” markalı, bir ədəd “Pushka” markalı, ümumi sayı 16 ədəd təşkil edən araq və bir ədəd “Star Track” markalı, ST-32D-AZ2200-Smart modelli televizor və Şahid götürülmüş 6 ədəd banan, 26 ədəd “X14” markalı kofələr, 2 ədəd “Dadlıca” sarımsaqlı servelat kolbasasını, 1 ədəd “Lyubitelskaya” markalı kolbasa, 1 ədəd “Zernistaya” markalı kolbasa, bir ədəd sellofanın içərisində olan toyuq budları, 1 ədəd “Siyəzən” markalı toyuq döş əti, 1 ədəd “Şükran quşçuluq” markalı toyuq ciyəri, 3 ədəd “Ariel” yuyucu vasitəsi, ikisi qutuda, biri isə paketdə, bir ədəd sellofanın içərisində olan şokolodlar, 1 ədəd “Baker House” markalı piroq və 2 ədəd “Cooky chefs” markalı peçenyə iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmalı və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs2 təhvil veriləcəyi nəzərə alınmışdır; “Maddi sübutun təhvil verilməsi barədə” 06 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə maddi sübut olan 43 ədəd 10 və 24 ədəd 20 qəpik əskinaslardan ibarət ümumi məbləği 9 manat 10 qəpik təşkil edən pul vəsaiti, altı ədəd “Golden Blend” markalı, üç ədəd “Tik Tok” markalı, üç ədəd “Chistaya Moskovska”markalı, iki ədəd “İnterpol” markalı, bir ədəd “Organic” markalı, bir ədəd “Pushka” markalı, üumi sayı 16 ədəd təşkil edən araq və bir ədəd “Star Track” markalı, ST-32D-AZ2200-Smart modelli televizor, 6 ədəd banan, 26 ədəd “X14” markalı kofələr, 2 ədəd “Dadlıca” sarımsaqlı servelat kolbasasını, 1 ədəd “Lyubitelskaya” markalı kolbasa, 1 ədəd “Zernistaya” markalı kolbasa, bir ədəd sellofanın içərisində olan toyuq budları, 1 ədəd “Siyəzən” markalı toyuq döş əti, 1 ədəd “Şükran quşçuluq” markalı toyuq ciyəri, 3 ədəd “Ariel” yuyucu vasitəsi, ikisi qutuda, biri isə paketdə, bir ədəd sellofanın içərisində olan şokolodlar, 1 ədəd “Baker House” markalı piroq və 2 ədəd “Cooky chefs” markalı peçenyə saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs2 təhvil verilmişdir; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Füzuli Hərbi Məhkəməsinin 02 may 2023cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 9 ay 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Goranboy Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli qərarı ilə həmin cəzanın çəkilməmiş hissəsi 03 ay 10 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur; Goranboy Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 7(045)-28/2023 nömrəli qərarından görünür ki, Füzuli Hərbi Məhkəməsinin 1-1(097)-84/2023 nömrəli, 02 may 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 qəti olaraq təyin olunmuş 09 (doqquz) ay 2 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 6 (altı) ay 21 (iyirmi bir) gün hissəsi, iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 03 (üç) ay 10 (on) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir; Goranboy şəhər Mərkəzi Bazarından daxil olmuş 16 fevral 2024-cü il tarixli, 5 nömrəli məktubdan görünür ki, Goranboy rayonu ərazisində 02 yanvar 2024-cü il tarixdə “Banketnaya Yubiley” markalı 700 qram həcmli arağın bir ədədinin qiyməti 12 manat 50 qəpik olmaqla 15 ədədi-187 manat 50 qəpik, “Golden Blend” markalı 1 litr həcmli arağın qiyməti 12 manat olmaqla 3 ədədi-36 manat, “Golden Blend” markalı 700 qram həcmli arağın qiyməti-10 manat 50 qəpik olmaqla 10 ədədi-105 manat, “Golden Blend” markalı 500 qram həcmli arağın qiyməti 8 manat 50 qəpik olmaqla 2 ədədi-17 manat, “Tiktok” markalı 700 qram həcmli arağın qiyməti 8 manat olmaqla 10 ədədi-80 manat, “İnterpol” markalı 700 qram həcmli 1 ədəd arağın qiyməti-9 manat, “İnterpol” markalı 500 qram həcmli 1 ədəd arağın qiyməti-7 manat, “Pushka” markalı 700 qram həcmli 1 ədəd arağın qiyməti-7 manat, “Organic Green” markalı 1 litr həcmli 1 ədəd arağın qiyməti-12 manat 50 qəpik, “Moskovska Chistaya” markalı 700 qram həcmli arağın qiyməti-6 manat 50 qəpik olmaqla 3 ədədi-19 manat 50 qəpik, “Ay-min MMC”-yə məxsus bir ədəd 3 kiloqram çəkidə “Mübah Lyubitelskaya” markalı kolbasanın qiyməti-33 manat, “Ay-min MMC”-yə məxsus 550 qram həcmli “Dadlıca Servealat” kolbasasının qiyməti-7 manat olmaqla 2 ədədi-14 manat, “Ay-min MMC”-yə məxsus 550 qram həcmli bir saplı servalat kolbasasının qiyməti- 7 manat, "xxxx" MMC-yə məxsus “Manqalüstü” sosiskanın bir kiloqramının qiyməti-13 manat olmaqla 3 kiloqramı 39 manat, 450 qram həcmli “ARİEL ABTOMAT” markalı qutu yuyucu toz vasitəsinin qiyməti-3 manat 90 qəpik olmaqla, iki qutusu-7 manat 80 qəpik, “ARİEL ABTOMAT” markalı 1 kiloqram 500 qram həcmli bir ədəd polietilen paket yuyucu toz vasitəsinin qiyməti-8 manat 50 qəpik, “MY ENTRPİSE" MMC-yə məxsus “X14” markalı kofenin qiyməti 40 qəpik olmaqla 26 ədədi-10 manat 40 qəpik, “Baker House” markalı bir qutu şokoladlı piroqun qiyməti- 5 manat 50 qəpik, “Cooky chefs” markalı cemli 250 qram həcmli peçenyənin qiyməti-1 manat 50 qəpik olmaqla iki ədədi-3 manat, "xxxx" MMC-yə məxsus “X13” markalıbir kiloqram şokoladın qiyməti-8 manat 50 qəpik, “Konirom” LTC-yə məxsus “İKİBANA” markalı bir kiloqram şokoladın qiyməti-6 manat, "xxxx" MMC-yə məxsus “Kokos Truffle” markalı bir kiloqram şokoladın qiyməti-6 manat, dondurulmuş toyuq budlarının 1 kiloqramı 5 manat 50 qəpik olmaqla 3 kiloqramı-16 manat 50 qəpik, “Mərcan” markalı qutuda qablaşdırılmış 1 kq həcmli toyuğun qiyməti 7 manat olmaqla iki ədədi-14 manat, “Şükran” markalı 690 qram həcmli bir qutuda qablaşdırılmış toyuq ciyərinin qiyməti-3 manat, “Siyəzən” markalı 555 qram həcmli bir qutuda qablaşdırılmış toyuq döşünün qiyməti-4 manat, “Romaşka” markalı smetanın qiyməti-4 manat 60 qəpik olmaqla iki ədədi-9 manat 20 qəpik, “Final Günəbaxan” markalı 1 litr həcmli duru yağın qiyməti-4 manat 50 qəpik, “Kərəm” markalı bitki yağının qiyməti-4 manat, 1 kiloqram həcmli bananın qiyməti - 3 manat 50 qəpik olmaqla 2 kiloqramı-7 manat, “Kent 4” markalı nazik qara siqaretin bir paketinin qiyməti-4 manat olmaqla 15 paketi-60 manat, “Kent 8” markalı qalın siqaretin bir paketinin qiyməti-4 manat olmaqla 25 paketi-100 manat, “Sobranie” markalı ağ nazik siqaretin bir paketinin qiyməti- 4 manat 30 qəpik olmaqla 18 paketi- 77 manat 40 qəpik, “LD” markalı kompakt ağ rəngli siqaretin bir paketinin qiyməti-3 manat 40 qəpik olmaqla 14 paketi-47 manat 60 qəpik, “LD” markalı nazik qara siqaretin bir paketinin qiyməti-3 manat 80 qəpik olmaqla 15 paketi-57 manat, “Vinston” markalı kompakt boz siqaretin bir paketinin qiyməti-3 manat 80 qəpik olmaqla, 17 paketi-64 manat 60 qəpik, “Vinston” markalı nazik boz siqaretin bir paketinin qiyməti-3 manat 80 qəpik olmaqla 19 paketi-72 manat 20 qəpik, “Vhincester” markalı boz kompakt siqaretin bir paketinin qiyməti-3 manat 20 qəpik olmaqla 12 paketi-38 manat 40 qəpik, “Vhincester” markalı nazik boz siqaretin bir paketinin qiyməti-3 manat 20 qəpik olmaqla 16 qutusu-51 manat 20 qəpik, “Magna” markalı nazik ağ siqaretin bir paketinin qiyməti-2 manat 40 qəpik olmaqla 24 paketi-57 manat 60 qəpik, “Magna” markalı nazik boz siqaretin bi paketinin qiyməti- 2 manat 40 qəpik olmaqla 18 paketi-43 manat 20 qəpik, “Magna” markalı nazik qara siqaretin bir paketinin qiyməti-2 manat 40 qəpik olmaqla 17 paketi-40 manat 80 qəpik, “Magna” markalı göy kompakt siqaretin bir paketinin qiyməti-2 manat 40 qəpik olmaqla 18 paketi- 43 manat 20 qəpik, “Magna” markalı boz kompakt siqaretin bir paketinin qiyməti-2 manat 40 qəpik olmaqla 17 paketi-40 manat 80 qəpik, “Classic” markalı boz kompakt siqaretin bir paketinin qiyməti-2 manat 60 qəpik olmaqla 16 paketi-41 manat 60 qəpik, “Viceroy” markalı nazik qara siqaretin bir paketinin qiyməti-2 manat 40 qəpik olmaqla 14 paketi-33 manat 60 qəpik, “Prima” markalı göy qalın siqaretin bir paketinin qiyməti-2 manat 40 qəpik olmaqla 19 paketi-45 manat 60 qəpik, “Keno” markalı ağ nazik siqaretin bir paketinin qiyməti-2 manat 40 qəpik olmaqla 17 paketi-40 manat 80 qəpik və “Keno” markalı göy kompakt siqaretin bir paketinin qiyməti-2 manat 40 qəpik olmaqla 15 paketi- 36 manat təşkil edir.Ümumilikdə qeyd olunan məhsulların qiyməti- 1683 manat təşkil edir; Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/906 nömrəli rəyindən görünür ki, 01 ədəd “Star Track” markalı, ST-32D-AZ2200-Smart modelli televizorun orta istismar müddəti və istismar intensivliyi parametrlərinə müvafiq olaraq orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 250 manat təşkil edir. (Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir.); “Maddi sübutun təhvil verilməsi barədə” 09 mart 2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə maddi sübut 43 ədəd 10 və 24 ədəd 20 qəpik əskinaslardan ibarət ümumi məbləği 9 manat 10 qəpik təşkil edən pul vəsaiti, altı ədəd “Golden Blend” markalı, üç ədəd “Tik Tok” markalı, üç ədəd “Chistaya Moskovska”markalı, iki ədəd “İnterpol” markalı, bir ədəd “Organic” markalı, bir ədəd “Pushka” markalı, ümumi sayı 16 ədəd təşkil edən araqlar, bir ədəd “Star Track” markalı, ST-32D-AZ2200-Smart modelli televizor, 6 ədəd banan, 26 ədəd “X14” markalı kofələr, 2 ədəd “Dadlıca” sarımsaqlı servelat kolbasası, 1 ədəd “Lyubitelskaya” markalı kolbasa, 1 ədəd “Zernistaya” markalı kolbasa, bir ədəd sellofanın içərisində olan toyuq budları, 1 ədəd “Siyəzən” markalı toyuq döş əti, 1 ədəd “Şükran quşçuluq” markalı toyuq ciyəri, 3 ədəd “Ariel” yuyucu vasitəsi, ikisi qutuda, biri isə paketdə, bir ədəd sellofanın içərisində olan şokolodlar, 1 ədəd “Baker House” markalı piroq və 2 ədəd “Cooky chefs” markalı peçenyə saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs2 qaytarılmışdır; “Mülki iddiaya dair” Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddiadan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 maddi zərərin ödənilməsi üçün 2041 (iki min qırx bir) manat məbləğin tutulub ona verilməsini xahiş etmişdir; “Mülki iddiaya dair” Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddiadan görünür ki, Təqsirləndirilən şəxs1 maddi zərərin ödənilməsi üçün 3600 (üç min altı yüz) manat məbləğin tutulub ona verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokol və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci maddəsinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2005-ci il 03 mart tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Məhkəmə, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 törətdiyi oğurluq əməlini qismən etiraf edərək oğurladığı və X3 məxsus yaşayış evindən oğurluq etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə məqsədi ilə verildiyi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş diskə baxış zamanı Təqsirləndirilən şəxs1 dindirilmə zamanı Zərərçəkmiş şəxs1 məxsus Goranboy rayonunun Yolqullar kəndində yerşən fərdi yaşayış evinin qarşısından axşam 20 radələrində keçən zaman evin işıqlarının sönmüş olduğu üçün evdə heç kimin olmadığını bilmiş, fərdi yaşayış evinin həyət tərəfdən pəncərəsindən ayağının altına stul qoymaqla evə daxil olmuş və evin içərisində çarpayıda olan döşəyin altından pul kisəsi götürmüşdür. Həmin pul kisəsinin içərisində 2000 Abş dolları və 200 manat pulu götürərək evə daxil olduğu yerdən çıxmışdır. Daha sonra 2000 Abş dolları Gəncə şəhərində manata dəyişmiş və öz ehtiyacı üçün xərclədiyini bildirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 nömrəli Qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və ağırlaşdırılan hallar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs1 məhz azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 02 yanvar 2024-cü il tarixdən hesablanmalı (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin -69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin -56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsə aid hissədə ondan tutulub dövlət büdcəsinə keçirilməlidir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin - 198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdırılan hallar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs2 məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 02 yanvar 2024-cü il tarixdən hesablanmalı (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin - 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsə aid hissədə ondan tutulub dövlət büdcəsinə keçirilməlidir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin -198.1). İş üzrə maddi sübut 43 ədəd 10 və 24 ədəd 20 qəpik əskinaslardan ibarət ümumi məbləği 9 manat 10 qəpik təşkil edən pul vəsaiti, altı ədəd “Golden Blend” markalı, üç ədəd “Tik Tok” markalı, üç ədəd “Chistaya Moskovska”markalı, iki ədəd “İnterpol” markalı, bir ədəd “Organic” markalı, bir ədəd “Pushka” markalı, ümumi sayı 16 ədəd təşkil edən araqlar, bir ədəd “Star Track” markalı, ST-32D-AZ2200-Smart modelli televizor, 6 ədəd banan, 26 ədəd “X14” markalı kofələr, 2 ədəd “Dadlıca” sarımsaqlı servelat kolbasası, 1 ədəd “Lyubitelskaya” markalı kolbasa, 1 ədəd “Zernistaya” markalı kolbasa, bir ədəd sellofanın içərisində olan toyuq budları, 1 ədəd “Siyəzən” markalı toyuq döş əti, 1 ədəd “Şükran quşçuluq” markalı toyuq ciyəri, 3 ədəd “Ariel” yuyucu vasitəsi, ikisi qutuda, biri isə paketdə, bir ədəd sellofanın içərisində olan şokolodlar, 1 ədəd “Baker House” markalı piroq və 2 ədəd “Cooky chefs” markalı peçenyə saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddiaya dair məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.2, 181.2.1-ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini edə bilər; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 3600 (üç min altı yüz) manat məbləğində Zərərçəkmiş şəxs1 ziyan vurmuşdur. Belə olan halda isə məhkəmə, Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddianın təmin edilərək 3600 (üç min altı yüz) manat pulun mülki cavabdeh Təqsirləndirilən şəxs1 tutularaq Zərərçəkmiş şəxs1 ödənilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə Zərərçəkmiş şəxs2 mülki iddiasına dair hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 2041 (iki min qırx bir) manat məbləğində Zərərçəkmiş şəxs2 ziyan vurmuşdur. Goranboy şəhər Mərkəzi bazarının məktubundakı qiymətləndirməyə və maddi sübutun təhvil verilməsi barədə protokoluna əsasən Zərərçəkmiş şəxs2 dəymiş 2041 (iki min qırx bir) manat məbləğində maddi ziyandan 518.11 (beş yüz on səkkiz manat on bir qəpik) manat qaytarıldığından iddia qismən təmin edilərək 1522.89 (min beş yüz iyirmi iki manat səksən doqquz qəpik) manat pulun təqsirləndirilən şəxslər (mülki cavabdehlər) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Zərərçəkmiş şəxs2 ödənilməsini qanuni və əsaslı hesab edir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs1 və Goranboy rayon Vəkil Bürosunun vəkili X4 Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etməsinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, həmçinin vəkillər tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi xidmətə görə Goranboy rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və X2 məhkəmədə iştirak etdikləri 13 (on üç) iş saatına görə hər birinə 78 (yetmiş səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 02 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 02 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - 43 ədəd 10 və 24 ədəd 20 qəpik əskinaslardan ibarət ümumi məbləği 9 manat 10 qəpik təşkil edən pul vəsaiti, altı ədəd “Golden Blend” markalı, üç ədəd “Tik Tok” markalı, üç ədəd “Chistaya Moskovska”markalı, iki ədəd “İnterpol” markalı, bir ədəd “Organic” markalı, bir ədəd “Pushka” markalı, ümumi sayı 16 ədəd təşkil edən araqlar, bir ədəd “Star Track” markalı, ST-32D-AZ2200-Smart modelli televizor, 6 ədəd banan, 26 ədəd “X14” markalı kofələr, 2 ədəd “Dadlıca” sarımsaqlı servelat kolbasası, 1 ədəd “Lyubitelskaya” markalı kolbasa, 1 ədəd “Zernistaya” markalı kolbasa, bir ədəd sellofanın içərisində olan toyuq budları, 1 ədəd “Siyəzən” markalı toyuq döş əti, 1 ədəd “Şükran quşçuluq” markalı toyuq ciyəri, 3 ədəd “Ariel” yuyucu vasitəsi, ikisi qutuda, biri isə paketdə, bir ədəd sellofanın içərisində olan şokolodlar, 1 ədəd “Baker House” markalı piroq və 2 ədəd “Cooky chefs” markalı peçenyə saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə Zərərçəkmiş şəxs1 mülki iddiası təmin edilsin və 3600 (üç min altı yüz) manat pul təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 tutularaq zərəçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 ödənilsin. İş üzrə Zərərçəkmiş şəxs2 mülki iddiası qismən təmin edilsin və 1522.89 (min beş yüz iyirmi iki manat səksən doqquz qəpik) manat pul təqsirləndirilən şəxslər (mülki cavabdehlər) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq zərəçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №AZ34CTRE********************, X1, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 13 (on üç) iş saatına görə 78 (yetmiş səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. X7 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 13 (on üç) iş saatına görə 78 (yetmiş səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №1(045)-25/2024
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-25/2024
06.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver