Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-25/2025 24.04.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Saat 15:15 X16 Məhəmməd oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx xxxxxx 1976-cı il tarixdə Bərdə rayonu Cumalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmamış, Bərdə rayonu Cumalar kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində «polisin nəzarəti altına vermə haqqında» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxx 1994-cü il tarixdə Bərdə rayonu Cumalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmamış, Bərdə rayonu Cumalar kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində «polisin nəzarəti altına vermə haqqında» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 20 noyabr 2024-cü il tarixdə saat 00:20 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs qismində qohumu Təqsirləndirilən şəxs2 ilə birləşərək Zərərçəkmiş şəxs1 məxsus Goranboy rayonu Borsunlu kəndində yerləşən açıq sahəyə mıxla bağlı olan dişi cinsli, beş yaşında, diri çəkisi 380 kiloqram olan, kəhər (qırmızı) rəngli 750 (yeddi yüz əlli) manat dəyərində bir rəst atı, erkək cinsli, dörd yaşında, diri çəkisi 250 kiloqram olan, kəhər (qırmızı) rəngli 600 (altı yüz) manat dəyərində bir rəst atı və erkək cinsli, üç yaşında, diri çəkisi 220 kiloqram olan, sarı (səmənd) rəngli 450 (dörd yüz əlli) manat dəyərində bir rəst atı gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1800 (bir min səkkiz yüz) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədilə 20 noyabr 2024-cü il tarixdə saat 04 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs qismində Təqsirləndirilən şəxs2 ilə birləşərək Zərərçəkmiş şəxs2 məxsus Goranboy rayonu Borsunlu kəndində yerləşən açıq sahəyə mıxla bağlı olan erkək cinsli, dörd yaşında, diri çəkisi 250 kiloqram, sarı rəngli, 600 (altı yüz) manat dəyərində, bir rəst atı və erkək cinsli, üç yaşında, diri çəkisi 200 kiloqram, qara rəngli, 400 (dörd yüz) manat dəyərində bir rəst atı gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 1000 (bir min) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 20 noyabr 2024-cü il tarixdə saat 00:20 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs qismində qohumu Təqsirləndirilən şəxs1 ilə birləşərək Zərərçəkmiş şəxs1 məxsus Goranboy rayonu Borsunlu kəndində yerləşən açıq sahəyə mıxla bağlı olan dişi cinsli, beş yaşında, diri çəkisi 380 kiloqram olan, kəhər (qırmızı) rəngli 750 (yeddi yüz əlli) manat dəyərində bir rəst atı, erkək cinsli, dörd yaşında, diri çəkisi 250 kiloqram olan, kəhər (qırmızı) rəngli 600 (altı yüz) manat dəyərində bir rəst atı və erkək cinsli, üç yaşında, diri çəkisi 220 kiloqram olan, sarı (səmənd) rəngli 450 (dörd yüz əlli) manat dəyərində bir rəst atı gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1800 (bir min səkkiz yüz) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədilə 20 noyabr 2024-cü il tarixdə saat 04 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs qismində Təqsirləndirilən şəxs1 ilə birləşərək Zərərçəkmiş şəxs2 məxsus Goranboy rayonu Borsunlu kəndində yerləşən açıq sahəyə mıxla bağlı olan erkək cinsli, dörd yaşında, diri çəkisi 250 kiloqram, sarı rəngli, 600 (altı yüz) manat dəyərində, bir rəst atı və erkək cinsli, üç yaşında, diri çəkisi 200 kiloqram, qara rəngli, 400 (dörd yüz) manat dəyərində bir rəst atı gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 1000 (bir min) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu Cumalar kəndində atası X5, anası X6, arvadı X7, oğlanları xx.xx.2001-ci il təvəllüdlü X8 və xx.xx.2002-ci il təvəllüdlü X9 ilə birlikdə yaşayır. Əvvəllər psixi xəstəliklər keçirməmişdir. O, rəsmi olaraq heç yerdə işləmir. Buna görə də həmişə müxtəlif fermalarda çoban işləmişdir. Hazırda yaşadığı kənddə həmkəndlisi Vidadi adlı şəxsin heyvanlarını saxlayır. Təqsirləndirilən şəxs2 onun doğma qardaşı oğludur. Hacı ilə münasibətləri yaxşı olmuş, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Təxminən 4 ay əvvəl Hacının özünə məxsus olan “Qazel” markalı, **-GN-*** dövlət nömrə nişanlı maşınını satmasını bilib razılaşıb “Finca” bankdan kredit götürüb 3000 manata həmin maşını almışdır. Hacı ona nəqliyyat vasitələrinə sərəncan verilməsi barədə etibarnamə vermişdir. O, yaşadığı kənddən həmkəndlilərinin heyvanlarını pul qarşılığında “Qazel” markalı, **-GN-*** dövlət nömrə nişanlı maşını ilə Bərdə rayonunda yerləşən mal bazarına aparmışdır. Bir aydan çox müddət olar ki, Hacının Bərdə rayonu Canavarlı kəndindən pul qarşılığında aldığı 11 rəst atı iki dəfəyə Hacının yaşadığı fərdi yaşayış evinə aparmışdır. O, Hacıdan buna görə pul almış, maşınına benzin töküb elə gedib atları gətirmişdir. 19 noyabr 2024-cü il tarixdə Hacı ona “Gəncə şəhərindən heyvan alacam, axşam gedib gətirərik” demiş, lakin nə heyvan olduğunu deməmiş, o, da Hacı ilə razılaşmışdır. 19 noyabr 2024-cü il tarixdə saat 22 radələrində Hacı ilə birlikdə yaşadığı kənddən çıxıb Gəncə şəhəri istiqamətində gedəndə Bakı-Qazax magistral yolunun Goranboy rayonu Borsunlu kəndindən keçən hissəsindən gedən zaman yolun sağ kənarında olan sahədə iki rəst at diqqətini çəkmiş, buna görə də Hacıya “bu atları oğurlayacam” demiş, Hacı ona “mənlik deyil” demiş, o, Hacıya “mən oğurlayacam” demişdir. Magistral yolun Borsunlu kəndində olan arakəsməsindən dönüb geri qayıdanda körpünü keçəndən sonra yolun sağ tərəfində Borsunlu kəndi ərazisində sahədə 3 rəst at da diqqətini çəkmiş, Hacıya həmin atları da oğurlayacağını demiş, Hacı “mənlik deyil” demişdir. O, maşını magistral yoldan sağda magistral yola paralel olan torpaq yola sürüb atları biraz keçib saxlamış, maşından düşüb atlara yaxınlaşmış, 20 noyabr 2024-cü il tarixdə saat 00:20-də atların hər üçünün mıxını torpaqdan çıxarıb Qazelə tərəf aparmışdır. Hacı maşında oturmuş, o, atların ikisinin ipini Qazelə bağlamış, təxminən iki yaşlı, erkək cinsli, sarı rəngli atın kəndirini Qazelin yük yerinin yuxarı sol tərəfində olan dəmir borudan keçirib atı arxadan vurmuşdur ki, at Qazelin yük yerinə çıxsın, təxminən 10 dəqiqədən sonra birinci atı Qazelin yük yerinə mindirmiş, bundan sonra isə ikinci dəfə təxminən beş yaşlı, kəhər rəngli, dişi cinsli atı da eyni qaydada Qazelin yük yerinə mindirmiş, üçüncü dəfə isə təxminən 7-8 yaşlarında olan, kəhər rəngli, erkək cinsli atı da eyni üsulla Qazelin yük yerinə mindirmişdir. Bundan sonra Qazelin yük yerinin qapısını bağlamış və Qazeli sürüb yaşadığı evə getmiş, saat 02-03 radələrində evinə çatmış, atları maşından düşürüb həyətində olan tövləyə bağlamışdır. Lakin, ailə üzvlərimdən heç biri bunu görməmiş, yatmışlar. Hacı isə həmin vaxt maşında yatmışdır. O, maşını idarə edib Goranboy rayonu Borsunlu kəndində yolun kənarında gördüyü iki rəst atı oğurlamaq üçün qayıtmış, Hacı isə maşında yatmışdır. 20 noyabr 2024-cü il tarixdə saat 04 radələrində o, atların bağlandığı sahəyə çatmağa az qalmış orada olan körpüyə çatmamış, maşını yolun sağ kənarında olan torpaq yol ilə sahənin içərisinə təxminən 500 metr gedib saxlamışdır ki, yoldan keçən maşınlar onun maşınını görməsinlər. Bundan sonra maşından düşüb sahənin içərisi ilə Borsunlu kəndində yolun kənarında gördüyü iki rəst atın yanına getmiş, hər iki atın mıxını torpaqdan çıxarıb sahələrin içərisi ilə özülə birlikdə maşına tərəf aparmış, eyni qaydada birinci 3-4 yaşlarında olan, qara rəngli, erkək cinsli atı maşının yük yerinə mindirib ipini maşına bağlamış, ikinci dəfə isə təxminən 3-4 yaşlarında olan, sarı rəngli, erkək cinsli atı maşına mindirmişdir. Hacı həmin vaxt oyanmış “bunları nəyə görə aparırsan?” demiş, o da “borcum var, satıb onu verəcəm” demişdir. Hacı isə ona heç nə deməmişdir. Bundan sonra yaşadığı evə qayıtmış, iki atı da açıb aparıb həyətində olan tövləyə bağlamış, bundan sonra Hacıya “mən Gəncə şəhərinə gedə bilməyəcəm, yatacam” demiş, Hacı da öz evinə getmişdir. 20 noyabr 2024-cü il tarixdə saat 16 radələrində Hacıya “atları satıram” demiş, o, Hacıya “min manat ver, atların beşini də sənə verim, bundan aşağı olsa Bərdə bazarına çıxardıb özüm satacam” demiş, Hacı isə onunla razılaşmış, ona “atları aparıb satıb sənin pulunu verəcəm” demişdir. O, “mənim pulumu biraz tez verərsən, borcum var” demiş, Hacı “yaxşı verəcəm” demişdir. 20 noyabr 2024-cü il tarixdə saat 21 radələrində Hacı sürücüsünü tanımadığı və adını bilmədiyi yük maşını ilə onun evinin qarşısına gəlmiş, o, atları açıb aparıb beşini də markasını və nömrə nişanını bilmədiyi həmin maşına yükləmişdir. Goranboy rayonu Borsunlu kəndi ərazisində yerləşən sahədən əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 məxsus üç rəst atdan və əvvəllər tanımadığı Zərərçəkmiş şəxs2 məxsus iki rəst atdan başqa həmin ərazidən və ya başqa ərazilərdən at və ya başqa heyvan oğurlamamışdır. Onun məqsədi həmin atları oğurlamaq olmuşdur. Təqsirləndirilən şəxs2 onun Goranboy rayonu Borsunlu kəndi ərazisində yerləşən sahədən Zərərçəkmiş şəxs1 məxsus üç rəst atı və Zərərçəkmiş şəxs2 məxsus iki rəst atı oğurlamağı barədə məlumatı olmuşdur, lakin ona köməklik etməmiş və maşında onu gözləməmişdir. Bununla bağlı başqa şəxs və ya şəxslərlə əvvəlcədən və ya sonradan razılaşmamışdır. O, Zərərçəkmiş şəxs1 məxsus üç rəst atı və Zərərçəkmiş şəxs2 məxsus iki rəst atı oğurladıqdan sonra bu barədə heç kimə məlumat verməmişdir. O, oğurladığı beş rəst atı 20 noyabr 2024-cü il tarixdə saat 16 radələrində Hacıya min manata satmağını demiş, Hacı da onunla razılaşmış, lakin buna görə ona pul verməmiş, atları satıb gələn kimi onun pulunu verəcəyini demiş və razılaşmışlar. Hacı 20 noyabr 2024-cü il tarixdə saat 21 radələrində sürücüsünü tanımadığı və adını bilmədiyi yük maşını ilə onun evinin qarşısına gəlmiş, o, beş rəst atı markasını və nömrə nişanını bilmədiyi yük maşınına yükləmişdir. O, Goranboy rayonu və ya Respublikanın başqa rayonlarında başqa oğurluq hadisəsi törətməmişdir. Etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslərə dəyən ziyanı tamamilə ödəmişdir, zərərçəkmiş şəxslər onunla barışmışlar, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbləri yoxdur. Odur ki, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu Cumalar kəndində arvadı X2, azyaşlı övladları X10, X14 və X15 ilə birlikdə yaşayır. Əvvəllər psixi xəstəliklər keçirməmişdir. O, rəsmi olaraq heç yerdə işləmir. Buna görə də təxminən 10 il olar ki, mal-qara və at alış-verişi ilə məşğul olur. Təqsirləndirilən şəxs1 onun doğma əmisidir. İlhamla münasibətləri yaxşı olmuş, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Təxminən 4 ay əvvəl o, özünə məxsus olan “Qazel” markalı, **-GN-*** dövlət nömrə nişanlı maşınını satmaq istəmiş, əmisi İlham da bunu bilib onunla razılaşıb 3000 manata həmin maşını almışdır. O, əmisi İlhama nəqliyyat vasitələrinə sərəncan verilməsi barədə etibarnamə vermişdir. Bir aydan çox müddət olar ki, o, Bərdə rayonu Canavarlı kəndində Eldəniz adlı şəxsdən pul qarşılığında aldığı 11 rəst atı iki dəfəyə əmisi İlhamla onun Qazeli ilə yaşadığı fərdi yaşayış evinə aparmışdır. 19 noyabr 2024-cü il tarixdə İlham ona “Goranboy rayonu Goran yolunun üstündə ferma var, ordan at almışam gedək onu gətirək” demiş, həmçinin İlham ona spirtli içki qəbul etməsini, buna görə də maşın sürə bilməyəcəyini demiş, o da İlhamla razılaşmışdır. 19 noyabr 2024-cü il tarixdə saat 22 radələrində İlhamla birlikdə yaşadığı kənddən çıxıb Goranboy rayonu istiqamətində getmişlər. Yanlarında başqa heç kim olmamışdır. Bakı-Qazax magistral yolunun Goranboy rayonu Borsunlu kəndindən keçən hissəsindən “Azpetrol” yanacaqdoldurma məntəqəsini keçdikdən sonra magistral yolun Borsunlu kəndində olan arakəsməsinə çatan zaman İlham ona “buradan geri dön qayıdaq” demiş, həmin yeri geri qayıdanda körpünü keçəndən sonra yolun sağ tərəfində Borsunlu kəndi ərazisində sahədə İlham “burada saxla, gedim görüm atı hara bağlayıblar” demiş, o da maşını saxlamış, 20 noyabr 2024-cü il tarixdə saat 00:20-də İlham maşından düşüb telefon əlində sahəyə tərəf getmiş, sonra magistral yoldan sahəyə keçən torpaq yolla maşını sürmüş, o da həmin yola daxil olub biraz maşını sürüb İlhamın dediyi nisbətən çökək yerdə maşını saxlamışdır. Təxminən iyirmi dəqiqə gözləmiş, maşından yerə düşməmişdir. İlham gələndə əlində üç rəst atın ipini tutub gətirmiş, sonra özü təkcə atları maşına mindirmiş, lakin o, atları maşına mindirməsinə İlhama kömək etməmişdir. İlham üç rəst atı maşına mindirəndən sonra “sür gedək” demişdir. 20 noyabr 2024-cü il tarixdə saat 02-03 radələrində İlhamın evinə çatmışlar, İlham atları maşından düşürüb həyətində olan tövləyə bağlamışdır. O da maşından düşüb İlhamı gözləmiş, təxminən 15-20 dəqiqə sonra İlham “orada yenə atlarım qalıb” demiş, o, İlhama “elə idisə deyərdin hamısını bir dəfəyə gətirərdik” demiş, İlham “maşının yük yerinə yerləşməyəcəkdi” demişdir. O, maşını idarə edib İlhamın dediyi yerə, Goranboy rayonu Borsunlu kəndinə yenidən qayıtmış, Gəncə şəhəri istiqamətində gedəndə Borsunlu kəndində olan yerüstü körpüyə çatmamış, İlham magistral yoldan sahəyə gedən torpaq yolu göstərib “burada saxla, gedim iki rəst at qalıb onu da gətirim” demişdir. O, Qazeli torpaq yolla 150-200 metr məsafədə sahənin içərisinə sürmüş, maşında gözləmiş, İlham da “mən gedim atları gətirim” demişdir. İlham körpünü keçib getmiş, lakin İlhamın hara getməsini dəqiq görməmiş, təxminən 30 dəqiqə sonra İlham iki rəst at balasının, daylağın ipindən tutub gəldiyini görmüş, o, maşından düşmüş, İlhama “bunlar daylağdır, sən deyirdin ki at almışam” demiş, İlham həmin vaxt ona “atları almamışam, oğurlayıram” demişdir. O da İlhama “burax getsin, lazım deyil” demiş, İlham “ehtiyacım var, ona görə oğurlayıram” demişdir. 20 noyabr 2024-cü il tarixdə saat 04 radələrində İlham həmin iki rəst atı da Qazelə yükləmiş, sonra İlham o yuxuladığı üçün maşını özü sürmüş, İlhamın yaşadığı evə getmişlər. İlham həmin atları da maşından düşürüb həyətindəki tövləyə aparıb bağlamış, o, İlhamdan “əvvəl gətirdiyin üç rəst at da oğurluqdur?” demiş, İlham da ona “hə, pula ehtiyacım var, ona görə oğurlamışam” demişdir. Bundan sonra yaşadığı evə getmişdir. 20 noyabr 2024-cü il tarixdə saat 16 radələrində İlham ona “atları satıram, beş rəst ata min manat ver sənə verim” demiş, o da “nağdı pulum yoxdur, atları satıb sənin pulunu verəcəm” demişdir. İlham da onunla razılaşmış, bundan sonra onun özündə olan əvvəlcədən aldığı beş rəst atı da Yusif adlı Çeçenistan Respublikası vətəndaşının markasını və nömrə nişanını bilmədiyi maşını ilə Qazaxıstan Respublikasına göndərəcəyi üçün İlhamdan da atları nisyə almışdır. 20 noyabr 2024-cü il tarixdə saat 21 radələrində o, İlhamın evinə getmiş, Yusif adlı Çeçen vətəndaşını da həmin yerə gəlməsini demiş, Yusif azərbaycan dilini bilmədiyi üçün o, ona yolu göstərib öz həyətində olan atları İlhamın köməkliyi ilə TİR-a mindirmişdir. TİR-ın yük yeri iki mərtəbəli olduğu üçün onun atlarını birinci mərtəbəyə mindirmiş, sonra gedib İlhamın atlarını da köməkli TİR-ın ikinci mərtəbəsinə mindirmişdir. O, öz maşını ilə getmişdir ki, atları yolda yatanda qoymasın ki, atlar yatanda xəsarət alırlar. Ələt qəsəbəsində Yusif ona başa salmışdır ki öz yükünün sənədləri düzəlməyib, ona görə də Qazaxıstana getməyəcək, ondan başqa iki nəfər Xaçmaz rayon sakini də Ələtdə Yusifin TİR-na at yükləyəcəklərini bilmiş, aralarında olan söhbət zamanı o, “10 rəst atı satıram” demişdir. Xaçmaz rayon sakinləri ilə razılaşmışlar, o, TİR-ın yük yerinin aşağısında olan özünə məxsus beş rəst atı 1720 (bir min yeddi yüz iyirmi) manata satmış, TİR-ın yük yerinin yuxarısında olan, yəni İlhamdan aldığı beş rəst atı isə 2280 (iki min iki yüz səksən) manata həmin şəxslərə satıb, oradan da Bakı şəhərinə şəxsi işlərinin arxası ilə getmişdir. Goranboy rayonu Borsunlu kəndi ərazisində yerləşən sahədən əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 məxsus üç rəst atı və əvvəllər tanımadığı Zərərçəkmiş şəxs2 məxsus iki rəst atı əmisi İlham oğurlamış, o da İlhamın yanında olmuşdur. Bundan başqa həmin ərazidən və ya başqa ərazilərdən at və ya başqa heyvan oğurlamamışdır. O, Təqsirləndirilən şəxs1 Goranboy rayonu Borsunlu kəndi ərazisində yerləşən sahədən Zərərçəkmiş şəxs1 məxsus üç rəst atı və Zərərçəkmiş şəxs2 məxsus iki rəst atı oğurlamağı barədə məlumatı olmamışdır. İlham iki rəst atı maşına mindirəndə o, atların oğurluq olmasını bilmiş, bununla bağlı İlhamla, başqa şəxs və ya şəxslərlə əvvəlcədən və ya sonradan razılaşmamışdır. O, Zərərçəkmiş şəxs1 məxsus üç rəst atı və Zərərçəkmiş şəxs2 məxsus iki rəst atı əmisi İlham oğurlamış, o, İlhamın yanında olmuşdur. O, bu barədə heç kimə məlumat verməmişdir. Əmisi İlham həmin atları min manata satacağını dediyi üçün o, atları İlhamdan razılaşıb min manata almış, lakin sonradan atları Xaçmaz rayonundan olan iki nəfər tanımadığı şəxsə 2280 manata satmış, lakin İlhama min manatı verməmiş, həmin pulu xərcləmişdir. Xaçmaz rayonundan olan iki nəfər şəxsə və Çeçenistan Respublikasının vətəndaşı olan TİR sürücüsü Yusif adlı şəxsə atların oğurluq olması barədə heç bir məlumat verməmişdir. O, Goranboy rayonu və ya Respublikanın başqa rayonlarında başqa oğurluq hadisəsi törətməmişdir. Əməlindən peşman olmuşdur, zərərçəkmiş şəxslərə dəyən ziyanı tamamilə ödəmişdir, zərərçəkmiş şəxslər onunla barışmışdır, ondan heç bir şikayət və tələbləri yoxdur. Odur ki, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləmir, buna görə də kənd təsərrüfatı ilə məşğul olur, yaşadığı kəndin ərazisində olan fermada xırdabuynuzlu heyvan saxlayır. Yay aylarında xırdabuynuzlu heyvanlarını otarmaq üçün Daşkəsən rayonu ərazisində olan yaylağa aparır, ancaq payız aylarında Goranboy rayonu Borsunlu kəndinin pay torpaq sahələrindən kənd sakinlərindən icarəyə yonca sahəsi alır və xırdabuynuzlu heyvanları orada otarır. Heyvanları otarmaq üçün yaylağa, həmçinin qışlağa aparmaq üçün at lazım olur. Buna görə də o, təsərrüfatında üç rəst at saxlayır. Həmin atlar da gündüz vaxtı xırdabuynuzlu heyvanlarının yanında olur. Lakin, gecə xırdabuynuzlu heyvanları kərəskəyə salır, atları isə Borsunlu kəndində aldığı sahədə iplə bağlı saxlayır. 19 noyabr 2024-cü il tarixdə saat 20 radələrində özünə məxsus üç rəst atını Bakı-Qazax magistral yolunun Goranboy rayonu Borsunlu kəndindən keçən hissəsində yolun sol kənarında olan sahəyə bağlamışdır. Həmin yerin yaxınlığında yolüstü körpü də vardır. Atları hər gün gecə həmin sahədə bağlı qalmışdır. 20 noyabr 2024-cü il tarixdə səhər saatlarında o, heyvanlarının yanından vaxt edib atların otlaması üçün yerlərini dəyişmək məqsədi ilə atların yanına getmiş, lakin atları bağladığı yerdə tapa bilməmişdir. Buna görə də, atlarını axtarmağa başlamış, həmin gün saat 13 radələrinə kimi sahələrdə atlarını axtarmış, lakin tapa bilməmiş, bundan sonra həmkəndlisi Zərərçəkmiş şəxs2 ilə əlaqə saxlamışdır. Çünki, Kamal da onun kimi Borsunlu kəndində sahə alıb heyvanlarını orada saxlayır. Kamal da ona iki rəst atının olmadığını demiş, axtarıb tapa bilməmişdir. O, buna görə də atlarının oğurlanmasını bilmiş və bu barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Özünə məxsus üç rəst atı əvvəllər tanımadığı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurlamasını polis əməkdaşları ona demiş, həmin şəxsləri tanımamışdır. Onun oğurlanmış bir rəst dişi cinsli, beş yaşında, diri çəkisi 380 kiloqram olan, kəhər (qırmızı) rəngli atı min iki yüz manat, bir rəst erkək cinsli, dörd yaşında, diri çəkisi 250 kiloqram olan, kəhər (qırmızı) rəngli atı min yüz əlli manat və bir rəst erkək cinsli, üç yaşında, diri çəkisi 220 kiloqram olan, sarı (səmənd) rəngli atı doqquz yüz manat dəyərində olmuşdur, üç rəst atının oğurlanması nəticəsində ona ümumilikdə üç min iki yüz əlli manat maddi ziyan vurulmuşdur. Onun üç rəst atı açıq sahədən oğurlanmışdır. Hazırda ona dəyən ziyan təqsirləndirilən şəxslər tərəfindən tamamilə ödənilmişdir, təqsirləndirilən şəxslərlə barışmışdır, təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləmir, buna görə də kənd təsərrüfatı ilə məşğul olur, yaşadığı kəndin ərazisində olan fermada xırdabuynuzlu heyvan saxlayır. Yay aylarında xırdabuynuzlu heyvanlarını otarmaq üçün Daşkəsən rayonu ərazisində olan yaylağa aparır, ancaq payız aylarında Goranboy rayonu Borsunlu kəndinin pay torpaq sahələrindən kənd sakinlərindən icarəyə yonca sahəsi alır və xırdabuynuzlu heyvanları orada otarır. Heyvanları otarmaq üçün yaylağa, həmçinin qışlağa aparmaq üçün at lazım olur. Buna görə də, təsərrüfatında iki rəst at saxlayır. Həmin atlar da gündüz vaxtı xırdabuynuzlu heyvanlarının yanında olur. Lakin, gecə xırdabuynuzlu heyvanları kərəskəyə salır. Atları isə Borsunlu kəndində aldığı sahədə iplə bağlı saxlayır. 19 noyabr 2024-cü il tarixdə saat 18 radələrində özünə məxsus iki rəst atını Bakı-Qazax magistral yolunun Goranboy rayonu Borsunlu kəndindən keçən hissəsində yolun sağ kənarında olan sahəyə bağlamışdır, həmin yerin yaxınlığında yolüstü körpü də vardır. Atları hər gün gecə həmin sahədə bağlı qalmışdır. 20 noyabr 2024-cü il tarixdə səhər saatlarında o, heyvanlarının yanından vaxt edib atların otlaması üçün yerlərini dəyişmək məqsədi ilə atların yanına getmişdir. Lakin, atları bağladığı yerdə tapa bilməmişdir. Buna görə də atlarını axtarmağa başlamışdır. Həmin gün saat 13 radələrinə kimi sahələrdə atlarını axtarmış, lakin tapa bilməmişdir. Bundan sonra həmkəndlisi Zərərçəkmiş şəxs1 ilə əlaqə saxlamış, Abbas da Borsunlu kəndində sahə alıb heyvanlarını orada saxlayır. Abbas da ona üç rəst atının olmadığını, axtarıb tapa bilmədiyini demiş, o da buna görə atlarının oğurlanmasını bilmiş, bu barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Özünə məxsus iki rəst atı əvvəllər tanımadığı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurlamasını polis əməkdaşları ona demişdir. Onun oğurlanmış bir rəst atı erkək cinsli, dörd yaşında, diri çəkisi 250 kiloqram, sarı rəngli, arxa sağ ayağı isə ağ rənglidir, həmin atının dəyəri min üç yüz manatdır, digər bir rəst atı isə erkək cinsli, üç yaşında, diri çəkisi 200 kiloqram, qara rəngli, arxa ayaqları ağ rəngli, başında da ağ rəngli böyük xalı vardır, həmin atı isə min manat dəyərindədir. İki rəst atının oğurlanması nəticəsində ona ümumilikdə iki min üç yüz manat maddi ziyanlıq vurulmuşdur. Onun iki rəst atı açıq sahədən oğurlanmışdır. Hazırda ona dəyən maddi ziyan təqsirləndirilən şəxslər tərəfindən tamamilə ödənilmişdir, o, təqsirləndirilən şəxslərlə barışmışdır, onun təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 20 noyabr 2024-cü il tarixdə Goranboy rayonu Qaradağlı kənd sakini Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminə müraciət edərək və Goranboy RPŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, 19 noyabr 2024-cü il tarixdən 20 noyabr 2024-cü il tarixə keçən gecə Goranboy rayonu Borsunlu kəndi ərazisində yerləşən açıq sahəyə mıxla bağlı olan dişi cinsli, beş yaşında, diri çəkisi 380 kiloqram olan, kəhər (qırmızı) rəngli, bir rəst atı, erkək cinsli, dörd yaşında, diri çəkisi 250 kiloqram olan, kəhər (qırmızı) rəngli bir rəst atı və erkək cinsli, üç yaşında, diri çəkisi 220 kiloqram olan, sarı (səmənd) rəngli bir rəst atı naməlum şəxs və ya şəxsər tərəfindən oğurlanmışdır. Bundan başqa, 20 noyabr 2024-cü il tarixdə Goranboy rayonu Qaradağlı kənd sakini Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminə müraciət edərək və Goranboy RPŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, 19 noyabr 2024-cü il tarixdən 20 noyabr 2024-cü il tarixə keçən gecə Goranboy rayonu Borsunlu kəndində yerləşən açıq sahəyə mıxla bağlı olan erkək cinsli, dörd yaşında, diri çəkisi 250 kiloqram, sarı rəngli bir rəst atı və erkək cinsli, üç yaşında, diri çəkisi 200 kiloqram, qara rəngli bir rəst atını naməlum şəxs və ya şəxslər oğurlamışdır. Zərərçəkmiş şəxs1 məxsus üç rəst atı və Zərərçəkmiş şəxs2 məxsus iki rəst atı oğurlamış naməlum şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs1 məxsus üç rəst atı və Zərərçəkmiş şəxs2 məxsus iki rəst atı Bərdə rayonu Cumalar kənd sakini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurlamaları müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 21 noyabr 2024-cü il tarixdə Bərdə şəhəri ərazisində saxlanılaraq Goranboy RPŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs2 ilə telefon vasitəsilə aparılmış profilaktiki danışıqlar nəticəsində 07 dekabr 2024-cü il tarixdə könüllü olaraq Goranboy RPŞ-nə gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 22 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 20 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus iki rəst atın oğurlandığı hadisə yeri Goranboy rayonu Borsunlu kəndində yerləşir. Həmin yer Bakı-Qazax magistral yolunun Goranboy rayonu Borsunlu kəndindən keçən hissəsində magistral yolun üzərində olan körpünü keçdikdən sonra yolun sağ kənarında olan torpaq sahəsidir. Zərərçəkmiş şəxs2 oğurlanmış iki rəst atı üzərində mıx olan iplə həmin torpaq sahəsində otlaması və gecə qalması üçün bağlanılması müəyyən edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 21 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus üç rəst atın oğurlandığı hadisə yeri Goranboy rayonu Borsunlu kəndində yerləşir. Həmin yer Bakı-Qazax magistral yolunun Goranboy rayonu Borsunlu kəndindən keçən hissəsində magistral yolun üzərində olan körpüyə çatmamış yolun sol kənarında olan torpaq sahəsidir. Zərərçəkmiş şəxs1 oğurlanmış üç rəst atı üzərində mıx olan iplə həmin torpaq sahəsində otlaması və gecə qalması üçün bağlanılması müəyyən edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş 05 dekabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkum olunmamışdır. Təqsirləndirilən şəxs2 barəsində Bərdə rayon prokurorluğu tərəfindən 28 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi icraatdadır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş 05 dekabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkum olunmamışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Şübhəli şəxsin tutulması haqqında” 06 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsindən şübhələnməyə əsas verən kifayət qədər əsaslar olduğu üçün həmin tarixdə saat 21:00-da şübhəli şəxs qismində tutulmuşdur; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Şübhəli şəxsin tutulması haqqında” 07 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsindən şübhələnməyə əsas verən kifayət qədər əsaslar olduğu üçün həmin tarixdə saat 18:30-da şübhəli şəxs qismində tutulmuşdur; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 08 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və şəxsin azad edilməsi haqqında” 08 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, Goranboy RPŞ-nin MSY-dən azad edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 09 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və şəxsin azad edilməsi haqqında” 08 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, Goranboy RPŞ-nin MSY-dən azad edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 yanvar 2025-ci il tarixli 9/9993 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqda qərarda göstərilən atların 2024-cü ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 2800,00 (1800+1000) manat müəyyən olunur. Zərərçəkmiş şəxs1 məxsus bir rəst dişi cinsli, beş yaşında, diri çəkisi, 380 kiloqram olan, kəhər (qırmızı) rəngli at 750 manat, bir rəst erkək cinsli, dörd yaşında, diri çəkisi, 250 kiloqram olan, kəhər (qırmızı) rəngli at 600 manat, bir rəst erkək cinsli, üç yaşında, diri çəkisi, 220 kiloqram olan, sarı (səmənd) rəngli at 450 manat olmaqla ümumilikdə 1800 manat təşkil edir. Zərərçəkmiş şəxs2 məxsus bir rəst erkək cinsli, dörd yaşında, diri çəkisi, 250 kiloqram olan, sarı rəngli at 600 manat, bir rəst erkək cinsli, üç yaşında, diri çəkisi, 200 kiloqram olan, qara rəngli at 400 manat, olmaqla ümumilikdə 1000 manat təşkil edir. Qiymətləndirmə atların yaşı və çəkisi nəzərə alınmaqla aparılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Zərərçəkmiş şəxs1 Goranboy RPŞ-nə yazdığı ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanmış üç rəst atının oğurlanması nəticəsində ona vurulmuş maddi ziyan sonuncular tərəfindən tam olaraq ödənilmişdir, buna görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində şikayət və mülki tələbi yoxdur, odur ki, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Zərərçəkmiş şəxs2 Goranboy RPŞ-nə yazdığı ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanmış iki rəst atının oğurlanması nəticəsində ona vurulmuş maddi ziyan sonuncular tərəfindən tam olaraq ödənilmişdir, buna görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində şikayət və mülki tələbi yoxdur, odur ki, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş 16 dekabr 2024-cü il tarixdə Bərdə rayon prokurorluğundan daxil olmuş ********* nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Bərdə rayon prokurorluğunda Azərbaycan Respublikası CM-in 208.2.1 və 308.1-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri” seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Adı çəkilən Qərarın 4-cü bəndinə əsasən özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Həmin Qərarda, həmçinin göstərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. Məhkəmə qeyd edir ki, mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özgəyə, yəni zərərçəkmiş şəxslərə məxsus əmlakı gizli olaraq talayaraq, zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla oğurluq etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən onların barələrində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən aşağıdakıları cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır: -törətdiyi əməli etiraf edib peşman olmasını, zərərçəkmiş şəxslərə dəyən ziyanı tam ödəməsini, sonuncularla barışmasını, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını, yaşayış və qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Bərdə rayon icra hakimiyyəti başçısının Mirzəxan Qaraqoyunlu kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamə). Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən aşağıdakıları cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır: -törətdiyi əməli etiraf edib peşman olmasını, zərərçəkmiş şəxslərə dəyən ziyanı tam ödəməsini, sonuncularla barışmasını, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını, yaşayış və qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Bərdə rayon icra hakimiyyəti başçısının Mirzəxan Qaraqoyunlu kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamə). Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyətləri, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran hallar, təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid olunmadan islah edilmələrinin mümkünlüyü qənaətinə gələrək, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, - Təqsirləndirilən şəxs1 faktiki olaraq 06 dekabr 2024-cü il tarixdən 08 dekabr 2024cü il tarixədək şübhəli şəxs qismində saxlanılması nəzərə alınaraq, ona təyin olunmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün, - Təqsirləndirilən şəxs2 faktiki olaraq 07 dekabr 2024-cü il tarixdən 09 dekabr 2024cü il tarixədək şübhəli şəxs qismində saxlanılması nəzərə alınaraq, ona təyin olunmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmalı, üzərlərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, cəzaçəkmə müddətlərinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındıqları tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş ”polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə ekspertiza xərci 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs1, Goranboy rayon Vəkil Bürosunun vəkili X4 isə Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etməsinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, həmçinin vəkil Müdafiəçi və vəkil X11 tərəfindən ayri-ayrılıqda təqdim edilmiş hesabatları nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi xidmətə görə Goranboy rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi məhkəmədə iştirak etdiyi 18 (on səkkiz) iş saatına görə hər iş saatına 6 (altı) manat hesab edilməklə 108 (bir yüz səkkiz) manat məbləğində, X3 məhkəmədə iştirak etdiyi cəmi 18 (on səkkiz) iş saatına görə hər iş saatına 6 (altı) manat hesab edilməklə 108 (bir yüz səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs1 faktiki olaraq 06 dekabr 2024cü il tarixdən 08 dekabr 2024-cü il tarixədək olan müddətdə 02 (iki) gün müddətinə şübhəli şəxs qismində saxlanılması nəzərə alınaraq, ona təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Bərdə rayonu Cumalar kəndində yaşadığı evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Vəkil Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 18 (on səkkiz) iş saatına görə 108 (bir yüz səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs2 faktiki olaraq 07 dekabr 2024cü il tarixdən 09 dekabr 2024-cü il tarixədək olan müddətdə 02 (iki) gün müddətinə şübhəli şəxs qismində saxlanılması nəzərə alınaraq, ona təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Bərdə rayonu Cumalar kəndində yaşadığı evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Vəkil X11 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 18 (on səkkiz) iş saatına görə 108 (bir yüz səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə ekspertiza xərci 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinin (Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Toğrul Məmmədov