Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-26/2023 04.05.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Goranboy Rayon Məhkəməsində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1947-ci il tarixdə Goranboy rayonunun Xanqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, təqaüdçü, Goranboy rayonunun Xanqərvənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, xx.xx.1984-cü il tarixdə Goranboy rayonunun Xanqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Goranboy rayon SSİ-də mühəndis vəzifəsində işləyən, Goranboy rayonunun Xanqərvənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 həmkəndlilərinin onun bələdiyyə torpağından qanunsuz istifadə etməsi ilə bağlı müxtəlif dövlət orqanlarına etdikləri müraciətlərlə əlaqədar məsələni araşdırmaq üçün Goranboy rayon İcra Hakimiyyəti başçısının Xanqərvənd kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid1 dəvəti ilə 24 sentyabr 2022-ci il tarixdə saat 13 radələrində övladı Təqsirləndirilən şəxs2 ilə birlikdə nümayəndəliyə gedərək kənd sakinlərinin etdiyi müraciətlərin əsassız olduğunu, əksinə ona qarşı haqsızlığa yol verildiyini bildirib ərazi nümayəndəsinin xidməti iş otağında əyləşmiş Goranboy rayon Xanqərvənd bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs ona qanunla nəzərdə tutulmuş qaydalarda torpaqdan istifadə etməli olduğunu izah etməsindən əsəbiləşərək ətrafda kənar şəxslərin olmasına əhəmiyyət vermədən, ictimai qaydanı pozmaqla sonuncunun ünvanına nalayiq ifadələr işlətmiş, daha sonra aralarında olan mübahisəni bayırda davam etdirərək oğlu Təqsirləndirilən şəxs2la bir qrup şəxs halında birləşərək ictimai qaydanı kobud surətdə pozub, heç bir əsaslı səbəb olmadan cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozmaqla, nümayəndəliyin inzibati binasının qarşısında ətrafda olan şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə etinasızlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edib, oradakı insanlara məhəl qoymadan, həmin insanların gözü qarşısında açıq-aşkar heç bir əsaslı səbəb olmadan Xanqərvənd bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər işlətmiş və sonuncunun bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri vuraraq Zərərçəkmiş şəxs sol bazunun küt travması, hematoması və hərəkət məhdudluğu ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirməklə şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs2 həmkəndlilərinin onun atası Təqsirləndirilən şəxs1 bələdiyyə torpağından qanunsuz istifadə etməsi ilə bağlı müxtəlif dövlət orqanlarına etdikləri müraciətlərlə əlaqədar məsələni araşdırmaq üçün Goranboy rayon İcra Hakimiyyəti başçısının Xanqərvənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid1 dəvəti ilə 24 sentyabr 2022-ci il tarixdə saat 13 radələrində atası Təqsirləndirilən şəxs1 ilə birlikdə nümayəndəliyə gedərək kənd sakinlərinin etdiyi müraciətlərin əsassız olduğunu, əksinə onlara qarşı haqsızlığa yol verildiyini bildirib ərazi nümayəndəsinin xidməti iş otağında əyləşmiş Goranboy rayon Xanqərvənd bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs atasına qanunla nəzərdə tutulmuş qaydalarda torpaqdan istifadə etməli olduğunu izah etməsindən əsəbləşən Təqsirləndirilən şəxs1 ətrafda kənar şəxslərin olmasına əhəmiyyət vermədən, ictimai qaydanı pozmaqla sonuncunun ünvanına nalayiq ifadələr işlətdikdən sonra aralarında olan mübahisəni bayırda davam etdirərək atası Təqsirləndirilən şəxs1la bir qrup şəxs halında birləşərək ictimai qaydanı kobud surətdə pozub, heç bir əsaslı səbəb olmadan cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozmaqla, nümayəndəliyin inzibati binasının qarşısında ətrafda olan şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə etinasızlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edib, oradakı insanlara məhəl qoymadan, həmin insanların gözü qarşısında açıq-aşkar heç bir əsaslı səbəb olmadan Xanqərvənd kənd bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər işlətmiş və sonuncunun bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri vuraraq Zərərçəkmiş şəxs sol bazunun küt travması, hematoması, hərəkət məhdudluğu ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirməklə şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs yaşadığı Goranboy rayonu Xanqərvənd kənd bələdiyyəsinin sədridir, eyni zamanda onlar həmkəndlidir. Cəlalla əvvəllər heç bir düşmənçiliyi, ədavəti olmamış, münasibətləri normal olmuş, Cəlala dərs demişdir. Lakin, sonradan icra nümayəndəsi Şahid1 və bələdiyyə sədri Zərərçəkmiş şəxs birləşib subartezian quyusunun ondan alınması üçün akt tərtib etmişdir. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində o, oğlu Təqsirləndirilən şəxs2la birlikdə Goranboy rayonu Xanqərvənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasına getmişdir. Oraya getməkdə məqsədi bələdiyyə və icra hakimiyyəti tərəfindən təsdiq olunmuş sənədləri icra nümayəndəsinə təqdim etmək olmuşdur. O, barəsində olan şikayətlərlə bağlı həmin sənədi təqdim etmək istəmişdir. Nümayəndəliyin inzibati binasına o və oğlu Təqsirləndirilən şəxs2 daxil olduqda həmin vaxt nümayəndəlikdə icra nümayəndəsi Şahid1 başqa heç kim olmamışdır. Şahid1 ondan sənədləri alıb onun günahının olmamasını demişdir. Həmin vaxt Xanqərvənd bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs içəri daxil olub sənədlərə baxmış və həmin sənədlərin hüquqi qüvvəsinin olmadığını bildirmişdir. O isə yararsız torpaq sahəsini aldığını və orada heyvanları üçün qamışdan yer tikdiyini bildirmişdir. Zərərçəkmiş şəxs bununla razı olmadığını bildirmişdir. O, sahibkar olduğunu, heç bir cinayət törətmədiyini, torpaqdan istifadə edəcəyini demişdir. Bu zaman Zərərçəkmiş şəxs qolundan tutub onu bayıra çıxartmış və həyətdə qəfildən onun sifətinə bir yumruq zərbəsi vurmuş və o, yerə yıxılmışdır. Sonra Cəlal yerdən daş götürüb onun qolundan vurmuş və onu yerdə boğmağa başlamışdır. O, qışqırmış və bu zaman oğlu Təqsirləndirilən şəxs2 və Şahid1 gəlib onu Zərərçəkmiş şəxs aralamışlar. Şahid1 Zərərçəkmiş şəxs otağa aparmışdır. O və oğlu Təqsirləndirilən şəxs2 isə avtomobillərinə tərəf getmişlər. Bu zaman keçmiş bələdiyyə sədri Şahid4 da ona yaxınlaşmışdır. Avtomobilə minərkən Zərərçəkmiş şəxs avtomobilə hücum etmişdir. Hətta həmin vaxt Rövşən Cəlala əsəbiləşmiş və çıxıb getməsini bildirmişdir. Onlar isə avtomobilə minərək dərhal oradan getmişlər. Həmin hadisə zamanı o, sol qolundan və sifət nahiyəsindən, eləcə də əməliyyat olunmuş sağ gözündən xəsarət almışdır. Həmin gözünə qan sızmışdır. Orada ondan başqa heç kim xəsarət almamışdır. Həmin vaxt Goranboy rayonu Xanqərvənd kənd icra nümayəndəliyində oğlu Təqsirləndirilən şəxs2, icra nümayəndəsi Şahid1, bələdiyyə sədri Zərərçəkmiş şəxs və ondan başqa heç kimin olmamışdır. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirdi ki, ona qarşı siyasi oyun qurulduğunu hesab edir. Bu oyunu X5 ona qarşı qurmuşdur. Ağsaqqal olduğu üçün nəvəsi yaşında Cəlalla barışmağa razıdır. İnzibati binanın içərisində dava-dalaş olmamışdır. Cəlal onu çölə çıxardanda hesab etmişdir ki, Cəlal torpağın sənədini düzəltmək variantını ona təklikdə demək istəyir. Çölə çıxan kimi Cəlal qəfildən onu vurmuşdur, lakin onu vurmasının səbəbini bilmir. Yekunda Təqsirləndirilən şəxs1 barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun atasıdır, Zərərçəkmiş şəxs isə yaşadıqları Goranboy rayonu Xanqərvənd kənd bələdiyyəsinin sədridir. Cəlalla əvvəllər heç bir düşmənçiliyi, ədavəti olmamış, münasibətləri normal olmuşdur. Lakin, sonradan icra nümayəndəsi Şahid1la, bələdiyyə sədri Zərərçəkmiş şəxs birləşib atası Təqsirləndirilən şəxs1 sahibkarlıq üçün verilmiş subartezian quyusunun ondan alınması üçün akt tərtib etmişdir. Onlar Xanqərvənd kənd sakinlərindən atası Təqsirləndirilən şəxs1 qarşı adamlar yığıb akt yazıb möhürlə təsdiq etmişlər. Halbuki, həmin adamların Təqsirləndirilən şəxs1 torpaqları yoxdur və həmin şəxslər heç bir müqavilələri olmadan torpaq əkirlər. 23 sentyabr 2022-ci il tarixdə Şahid1 atası Təqsirləndirilən şəxs1 zəng edərək onu nümayəndəliyə dəvət etmişdir. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində atası Təqsirləndirilən şəxs1la birlikdə Goranboy rayonu Xanqərvənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasına getmişdir. Nümayəndəliyin inzibati binasına o və atası Təqsirləndirilən şəxs1 daxil olmuşdur. Həmin vaxt nümayəndəlikdə icra nümayəndəsi Şahid1 başqa heç kim olmamışdır. Şahid1 atasından sənədləri alıb onların günahının olmadığını demişdir. Həmin vaxt Xanqərvənd bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs içəri daxil olmuş və sənədlərə baxaraq onların hüquqi qüvvəsinin olmamasını demişdir. Bu zaman atası Təqsirləndirilən şəxs1 Cəlala yararsız torpaq sahəsini alaraq orada qamışdan heyvanları üçün yer tikdiyini bildirmişdir. Zərərçəkmiş şəxs bununla razı olmadığını demişdir. Atası Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs onun müəllimi olduğunu, hər hansı cinayət törətmədiyini demişdir. Zərərçəkmiş şəxs atasının qolundan tutub bayıra çıxartmış, o isə Şahid1la birlikdə otaqda qalmışdır. Təxminən 2-3 dəqiqə sonra atasının bayırdan bərk qışqırıq səsini eşidib, dərhal icra nümayəndəsi Şahid1la birlikdə həyətə çıxan zaman, Zərərçəkmiş şəxs atasını yerə yıxıb boğduğunu görmüşdür. Onları aralamışlar, Zərərçəkmiş şəxs nalayiq sözlərlə atasını təhqir etmişdir. Şahid1 Zərərçəkmiş şəxs otağa aparmışdır. O, atası Təqsirləndirilən şəxs1la avtomobillərinə tərəf getmişdir. Avtomobilə minərkən Zərərçəkmiş şəxs avtomobilə hücum etmiş, onlar isə avtomobilə minərək dərhal oradan getmişlər. Zərərçəkmiş şəxs onu döyməmiş, ona hər hansı xəsarət yetirməmişdir. Cəlal atası Təqsirləndirilən şəxs1 döyərək ona sağ gözündən, qolundan xəsarət yetirmişdir. Həmin hadisə zamanı Goranboy rayonu Xanqərvənd kənd icra nümayəndəliyində icra nümayəndəsi Şahid1, atası Təqsirləndirilən şəxs1, bələdiyyə sədri Zərərçəkmiş şəxs və o olmuş, onlardan başqa orada heç kim olmamışdır. Zərərçəkmiş şəxs ifadəsində onu daşla vurmadığını bildirmişdir. Bunun əksinə isə Şahid1 onun Cəlalı daşla vurmasını bildirmişdir. Göründüyü kimi ifadələr arasında ziddiyyət vardır. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirdi ki, o, Cəlalı vurmamışdır. Sadəcə atasını qorumaq üçün Cəlalı itələmişdir. Hadisə vaxtı onun əlində daş olmamışdır. Dava-dalaş qurtardıqdan sonra Nailə və onun oğlu Nemət orda olmuşdur. Mübahisə olan vaxtı ətrafda heç kim olmamışdır. Proses təxminən 15-20 dəqiqə davam etmişdir. Cəlal onu binanın içərisində təhqir etmişdir. Onlara qarşı belə aqressiyanın olmasının səbəbini dəqiq bilmir. Hesab edir ki, Cəlal onlara qarşı quraşdırılmış oyunun iştirakçısı olmuşdur. Barışığa hazırdır. Yekunda Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Goranboy rayonunun Xanqərvənd kəndində anadan olmuşdur və həmin kənddə yaşayır. Hazırda Xanqərvənd kənd bələdiyyəsinin sədri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs1 örüş sahəsinin ayrılması ilə bağlı ona ərizə ilə müraciət etmişdir. O da bələdiyyə üzvlərinin iştirakı ilə Yaqubun ərizəsinə cavab yazmışdır. Bundan sonra Yaqub şifahi olaraq dəfələrlə ona müraciət etmişdir. O isə həmin torpağı örüş sahəsi olduğu üçün icarəyə verə bilməyəcəyini demişdir. Yaqub isə həmin torpaq sahəsini əvvəllər əkdiyini bildirirdi. Təqsirləndirilən şəxs1 yataq kimi istifadə etdiyi ərazi də bələdiyyə torpağıdır və onun istifadəsi qanunsuzdur, çünki heç bir icazə sənədi yoxdur. Həmin yer də digər vətəndaşların pay torpaqlarının arasındadır. Bununla bağlı vətəndaşlar dəfələrlə ona müraciət etmişdir. 23 sentyabr 2022-ci il tarixdə icra nüməyəndəsi Yaquba zəng edərək, onun barəsində şikayət olduğunu demiş, Yaqubu nümayəndəliyə dəvət etmiş, lakin Yaqub gəlməmişdir. 24 sentyabr 2022-ci il tarixə əvvəlcədən elan edilmiş iməciliklə bağlı o və Şahid1 icra nümayəndəliyinin inzibati binasında otaqda olduqları zaman Yaqub və oğlu Ramil onların yanına gəlmişlər. Həmin vaxt nümayəndəliyin bir neçə işçisi və kənd sakinləri də iməciliklə bağlı orada olmuşdur. Bu zaman Yaquba vətəndaşların şikayətinin mahiyyəti izah olunmuş və vətəndaşların onun yatağından gələn iydən narahat olduqları bildirilmişdir. Lakin, Yaqub buna əhəmiyyət verməyərək həmin yerə sənədinin olduğunu bildirmişdir. Bundan sonra Yaqub örüş sahəsinin onun istifadəsinə verilməsini tələb etmiş və buna dair sənədləri təqdim etmişdir. O, Yaqubun təqdim etdiyi sənədə baxmış və həmin sənədin hüquqi qüvvəsi olmadığını demişdir. Əvvəl də 30 vətəndaş Yaqubun subartezian quyusundan istifadəsi ilə bağlı şikayət etmiş və bununla bağlı Yaqubun həmin quyudan istifadəsinə qadağa qoyulmuşdur. Yaqub isə həmin vaxtdan onunla düşmənçilik etmiş və quyudan istifadəsinə qoyulan qadağanın onunla bağlı olmasını fikirləşmişdir. Lakin, əslində bu məsələ vətəndaşların təşəbbüsü ilə olmuşdur. Daha sonra Yaqubun təqdim etdiyi sənədləri özünə qaytarmış və iməciliklə bağlı tədbirə başlamaq üçün otaqdan çıxmaq istədikdə Yaqub əvvəlcə nalayiq sözlərlə onu təhqir etmiş, lakin, o, əhəmiyyət verməmişdir. Daha sonra o, otaqdan çıxaraq iməciliyə başlamaq istədikdə Yaqub onun üzərinə hücum edərək yumruqla onun başından vurmuşdur. Bundan sonra Yaqubun oğlu Ramil də onun üstünə gələrək onun qolundan vurmuşdur. Həmin vaxt o, Yaqubu və onun oğlunu vurmamış, sadəcə müqavimət göstərmiş və onu vuran şəxsləri itələməyə çalışmışdır. Daha sonra inzibati binanın içərisində olan Şahid1 səsi eşidərək onların yanına gəlmiş və onları aralamağa çalışmışdır. Bu zaman ətrafda həm icra nümayəndəliyinin işçiləri, həm də kənar şəxslər olmuşdur. Belə ki, icra nümayəndəliyi kənd sakinlərinin ümumi gediş-gəliş yolunun üstündə yerləşir və mütəmadi olaraq buradan kənd sakinləri və digər şəxslər keçir. İnzibati binanın həyətində Yaqub və oğlu Ramil onu döymüş və nalayiq sözlərlə onu təhqir etmişlər. Hətta, Ramil yerdən daş götürərək onun üstünə qıcanmış, lakin daşla onu vurmamışdır. Həmin daşı da istintaq orqanına təhvil vermiş və daş maddi sübut kimi götürülmüşdür. Verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs2 da onu həm vurmuş, həm də nalayiq sözlərlə təhqir etmişdir. Yaqubun istifadəsində olan örüş torpağına dair istifadə sənədi yoxdur. Həmin torpaq sahəsi 2 hektardır. O, bələdiyyə sədri seçilənə qədər Yaqub həmin torpaq sahəsini əkib-becərmişdir. Lakin, o, qanuni olmadığından buna icazə vermir. 28 aprel 2022-ci il tarixdən bələdiyyə sədri işləyir. Hadisə vaxtı inzibati binada o, icra nümayəndəsi Şahid1, Yaqub və oğlu Ramil, ətrafda isə Şahid2, Nailənin oğlu Nemət olmuşdur. İnzibati binanın qarşısında isə həmçinin digər kənd sakinləri və yoldan keçən şəxslər də olmuşdur. Mübahisə Yaqubun torpaq sahəsini ondan tələb etməsi ilə başlamışdır. Daha sonra Yaqub və oğlu onu maşının yanına dəvət edərək söhbəti orada davam etdirməyi təklif etmişdir. Lakin, o, razı olmamışdır. Çöldə olan zaman isə Yaqub başını əyərək onu vurmasını demiş, lakin, o, buna əhəmiyyət verməmişdir. Hadisə təxminən 20 dəqiqə çəkmişdir. Şahid1 onları aralamışdır. Hadisə qurtardıqdan sonra ətrafa çoxlu kənd sakinlərinin yığışdığını görmüşdür. Nailənin oğlu Neməti də qucağında uşaqla hadisə yerində görmüşdür. Şahid2 evi icra nümayəndəliyinin yanında yerləşir. 24 sentyabr 2022-ci il şənbə günü olsa da, iməciliklə bağlı hamı ora dəvət olunmuş və nümayəndəlikdə iş günü kimi qeyd olunmuşdur. Baş vermiş hadisə nəticəsində icra nümayəndəliyinin iş ahəngi pozulmuşdur. 24 sentyabr 2022-ci il tarixdə başqa şəxslə mübahisəsi olmamışdır və ona başqa şəxslər tərəfindən xəsarət yetirilməmişdir. Yekunda Zərərçəkmiş şəxs bildirdi ki, hər iki təqsirləndirilən şəxsdən şikayətçidir. Onlara ağır cəza verilməsini xahiş edir. Yaqub hətta indi də ona təzyiq edir. Atası onkoloji xəstədir. Buna baxmayaraq Yaqub onun atasına zəng edərək bu işdən əl çəkməyimi, əks halda bu işdə ölüm olacağını deyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2022-ci ilin mart ayının 18-də Xanqərvənd kənd icra nümayəndəsi təyin edilmişdir. İşlədiyi müddətdə bir neçə dəfə kənd sakinləri Yaqubdan şikayət etmişlər. Hətta, 30 nəfər şikayətçi Yaqubdan şikayət edərək subarteziandan Yaqubun istifadəsinin məhdudlaşdırılmasını istəmişdir. Həmin şikayətlə bağlı Yaqubun arteziandan istifadəsinə qadağa qoyulmuşdur. Bundan sonra Yaqub icra nümyəndəliyi və bələdiyyə ilə düşmənçilik etməyə başlamışdır. Yaqubun istifadəsində yataq da vardır. Kənd sakinləri həmin yataqdan da iy gəldiyi üçün dəfələrlə şikayət etmişdir. Həmçinin, Yaqubun əkib becərdiyi torpaq sahəsi də örüş torpağıdır. Yaqub dəfələrlə müraciət edərək həmin yerə dair onlardan sənəd tələb etmişdir. Lakin, onlar bunun qanunsuz olduğunu bildirdikdə Yaqub razılaşmamışdır. 23 sentyabr 2022-ci il tarixdə vətəndaşların şikayəti ilə bağlı Yaquba zəng edərək onu nümayəndəliyə çağırmış, lakin, Yaqub gəlməmişdir. 24 sentyabr 2022-ci il tarixə iməcilik təyin olunmuş və bununla bağlı əməkdaşlar və kənd sakinləri icra nümayəndəliyinə gəlmişdir. Bu zaman təxminən günorta saat 12-dən sonra Yaqub və oğlu Ramil də icra nümayəndəliyinə gəlmişdir. O, bələdiyyə sədri Zərərçəkmiş şəxsla inzibati binanın içərisində olan zaman Yaqub və oğlu Ramil içəri daxil olmuşdur. Yaqub söhbət zamanı qanunsuz istifadə etdiyi torpaq sahəsinə dair ona rəsmi sənəd verilməsini tələb etmişdir. Lakin, bələdiyyə sədri Zərərçəkmiş şəxs bunun qanunsuz olduğunu bildirmişdir. Bu zaman Yaqub nalayiq sözlərlə Cəlalı təhqir etmiş və onu çölə, maşında söhbət etməyə dəvət etmişdir. Zərərçəkmiş şəxs bununla razılaşmayaraq çölə çıxaraq iməciliyə başlamağı demişdir. Çöldə olan zaman Yaqub Cəlalın üstünə getmiş və başını əyərək onu vurmasını demişdir. Cəlal isə buna əhəmiyyət verməmişdir. Bu zaman Yaqub yumruqla Cəlalın başından vurmuşdur. Daha sonra onlar əlbəayaq olmuş və Yaqubun oğlu Ramil də məsələyə qarışmışdır. Ramil də təpik və yumruqla Cəlalın qolundan vurmuşdur. Hətta, Ramil yerdən daş götürərək Cəlalın üstünə getmişdir. Hazırda yadında belə qalmışdır ki, Ramil Cəlalı daşla da vurmuşdur. O isə birtəhər onları aralamışdır. Ətrafda kənd sakinləri və nümayəndəliyin əməkdaşları olmuşdur. Yaqub və Ramil Zərərçəkmiş şəxs nalayiq sözlərlə təhqir etmişdir. Verilmiş suallara cavab olaraq Şahid1 bildirdi ki, hadisə inzibati binanın içərisində olan otaqda söz-söhbətlə başlamış, lakin çöldə dava-dalaşa çevrilmişdir. İnzibati binanın çölündə Yaqubun və oğlu Ramilin Cəlalı döydüklərini görmüş, onları birinci o, aralamış, daha sonra səs-küyə xadimə Nailə gəlmişdir. X1, üzbəüzdə olan mağazanın sahibi Emiliyanı, qonşuluqda yaşayan Misirzadə Səddamı, Rövşəni görmüşdür. Hadisə təxminən 15-20 dəqiqə çəkmişdir. Əvvəlcədən təyin olunmuş iməcilik baş tutmamış və idərənin normal fəaliyyəti pzoulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Yaqub və oğlu Ramili kənd sakini kimi tanıyır, onlarla heç bir qohumluğu və ədavəti yoxdur. 2011-ci ildən icra nümayəndəliyində xadimə işləyir. 24 sentyabr 2022-ci il tarixdə iməciliklə bağlı işə gəlmişdir. Həmin vaxt o, idarənin həyətində təmizliklə məşğul olmuşdur. Bu zaman həyətdə səs-küy eşitmiş və Yaqub, Ramil, Cəlalın mübahisə etdiyini görmüşdür. Həmin vaxt Yaqub və Ramil nalayiq sözlərlə Cəlalı təhqir etmiş, həmçinin Yaqub yumruqla Cəlalın başından, Ramil isə Cəlalın qolundan vurmuşdur. Ətrafa bir neçə kənd sakini də yığışmışdır. Verilmiş suallara cavab olaraq Şahid2 bildirdi ki, hadisənin baş verdiyi saat dəqiq yadında deyil, amma hadisə günorta vaxtı olmuşdur. O, oğlu Nemətlə bir evdə qalır və onların evi icra nümayəndəliyinin yanındadır. Səs-küyə oğlu Nemət də gəlmişdir. Hadisə vaxtı Yaqub və oğlu Ramil nalayiq sözlər Cəlalın ünvanına işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, icra nümayəndəliyinin yanında olan evdə anası Nailə və digər ailə üzvləri ilə birlikdə yaşayır. Anası Nailə icra nümayəndəliyində xadimə işləyir. 24 sentyabr 2022-ci il tarixdə evdən çıxaraq anası Nailənin yanına getmək istədikdə nümayəndəliyin həyətində Yaqub, Ramil və Cəlalın dalaşdığını, Yaqubun nalayiq sözlər işlətdiyini görmüşdür. Bu zaman qucağında uşaq olduğu üçün hadisəni kənardan izləmişdir. Aralarında məsafə olduğu üçün kimin kimi vurduğunu görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Goranboy rayon Xanqərvənd kəndində yaşayır. Yaqub və oğlu Ramili tanıyır, onlarla qohumluq əlaqəsi, düşmənçiliyi yoxdur. 24 sentyabr 2022-ci il tarixdə avtomobili ilə kəndin mərkəzinə gedən zaman icra nümayəndəliyinin qarşısında bir neçə nəfərin yığışdığını görmüşdür. Bu zaman avtomobilini saxlamış və oraya getmişdir. Orada olan zaman Yaqub və oğlu Ramilin əsəbi halda söyüş söydüyünü görmüşdür. Bələdiyyə sədri Zərərçəkmiş şəxs da orda olmuşdur. O, Zərərçəkmiş şəxs sakitləşdirmiş və ona Yaquba baş qoşmamağı bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs başında və qolunda xəsarət olduğunu görmüşdür. O, həmin xəsarətlərin səbəbini soruşduqda, Cəlal Yaqub və oğlu Ramilin onu döydüyünü demişdir. Daha sonra Yaqub və oğlu Ramil bir daha Cəlalın üstünə gəlmək istədikdə, onlar buna imkan verməmişlər. Daha sonra Yaqub və oğlu Ramil maşına minərək oradan uzaqlaşmışdır. Verilmiş suallara cavab olaraq Şahid4 bildirdi ki, hadisənin tam olaraq nə qədər davam etdiyini bilmir. Çünki, o, yaxınlaşanda artıq hadisə başlamışdır. Ətrafa bir neçə nəfər kənd sakinləri və icra nümayəndəliyinin əməkdaşları yığılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 11 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Goranboy rayon prokurorunun böyük köməkçisi X3, hal şahidlərinin, Xanqərvənd bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs iştirakları ilə sonuncunun Təqsirləndirilən şəxs1 tərəfindən döyüldüyü yerə baxış keçirtmişdir. Baxış keçirilən yer Goranboy rayonu Xanqərvənd kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyinin inzibati binası və binanın həyətidir. Həyətin ətrafı taxta hasarla əhatələnmişdir. Həyətin giriş yerində inzibati bina yerləşir. İnzibati binanın içərisinə eni 1,2 metr olan, hündürlüyü 2,2 metr olan qapıdan daxil olunur. Həmin qapıdan 6 metr məsafədə nümayəndənin xidməti otağı yerləşir. Otağın giriş qapısının eni 1 metr, hündürlüyü isə 2,2 metrdir. Baxış iştirakçısı Zərərçəkmiş şəxs deməsinə görə 24 sentyabr 2022-ci il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kənd icra nümayəndəliyinə gəlmişlər. İlk öncə nümayəndənin otağında Təqsirləndirilən şəxs1 onunla mübahisə etmiş, daha sonra nümayəndəliyin həyətində inzibati binanın giriş qapısından 12 metr məsafədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onu döymüşlər. Həmin vaxt yaxınlıqda olan kənd sakinləri onları aralamış və bu vaxt Təqsirləndirilən şəxs2 yerdən daş götürərək onu vurmaq istəmiş, lakin fikrini dəyişmişdir. Həmin daşı Zərərçəkmiş şəxs göstərmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs vurmaq istədiyi daş müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür; “Hadisə yerinə baxış keçirilməsi haqqında” 11 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Goranboy rayon prokurorunun böyük köməkçisi X3, hal şahidlərinin, Xanqərvənd bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs iştirakları ilə vətəndaş Təqsirləndirilən şəxs1 Xanqərvənd kənd bələdiyyəsindən almaq istədiyi torpaq sahəsinə baxış keçirtmişdir. Baxış keçirilən torpaq sahəsi Xanqərvənd kənd İƏD üzrə nümayəndəliyinin inzibati binasında 5 kilometr məsafədə yerləşir. Həmin torpaq sahəsində 600 metr məsafədə Təqsirləndirilən şəxs1 məxsus ferma vardır. Baxış iştirakçısı Zərərçəkmiş şəxs deməsinə görə qeyd edilən torpaq sahəsi örüş təyinatlıdır və Təqsirləndirilən şəxs1 həmin torpaq sahəsinin onun mülkiyyətinə verilməsini tələb edir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertizası və patoloji anatomiya birliyi publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 692 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ və sol saidin, döş qəfəsinin ön səthinin qançırları küt əşyanın (ların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilmiş tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Vətəndaş Təqsirləndirilən şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətləri özü tərəfindən yetirilməsi inkar olunmur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertizası və patoloji anatomiya birliyi publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 695 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarət - sol bazunun küt travması, hematoması, hərəkət məhdudluğu küt əşyanın (ların), o cümlədən müayinə olunanın göstərdiyi şərait və tarixdə, yəni xx.xx.2022-ci il tarixdə yumruq və təpiklə vurulma zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Bu xəsarətlərin özü tərəfindən yetirilməsi inkar olunur; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertizası və patoloji anatomiya birliyi publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 883 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər sağ və sol saidin, döş qəfəsinin ön səthinin qançırları küt əşyanın (ların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilmiş tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir; xx.xx.2023-cü il tarixli “Üzləşdirmə haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və sonuncu ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir; xx.xx.2023-cü il tarixli “Üzləşdirmə haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Şahid2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və sonuncu ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir; xx.xx.2023-cü il tarixli “Üzləşdirmə haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Şahid3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və sonuncu ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir; xx.xx.2023-cü il tarixli “Üzləşdirmə haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və sonuncu ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir; xx.xx.2023-cü il tarixli “Üzləşdirmə haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Şahid4 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və sonuncu ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir; xx.xx.2023-cü il tarixli “Üzləşdirmə haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və sonuncu ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir; Goranboy Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 1-31/2006 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək şərti maliyyə vahidinin 250 (iki yüz əlli) misli məbləğində cərimə cəzasına məhkum edilmişdir; Goranboy rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli, 138/2006 nömrəli məktubundan görünür ki, Goranboy Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 1-31/2006 nömrəli hökmü ilə CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək şərti maliyyə vahidinin 250 (iki yüz əlli) misli məbləğində cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1 ona təyin edilmiş cərimə cəzasından “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 08 may 2007-ci il tarixli qərarına əsasən azad edilmişdir; “Sübutların qiymətləndirilməsi haqqında” 04 fevral 2023-cü il tarixli qərardan görünür ki, hadisə yerinə baxış keçirilərkən xx.xx.2022-ci il tarixli protokolla götürülmüş 1 (bir) ədəd daş maddi sübut kimi tanınmış və saxlanılması üçün Goranboy RPŞ-yə təhvil verilmişdir; “Qətimkan tədbiri seçilməsi haqqında” 06 fevral 2023-cü il tarixli qərardan və həmin tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Qətimkan tədbiri seçilməsi haqqında” 06 fevral 2023-cü il tarixli qərardan və həmin tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, təqsirləndirilən şəxslərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özləri etiraf etməsələr də, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməli etiraf etməmələri, yəni Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər işlədərək, onun sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirməklə üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etməmələri ilə bağlı ifadələrinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxslərin ifadələrində göstərdiyi xüsusatlar məhkəmə istintaqında araşdırılan sübutlarla tam təkzib olunur. Belə ki: - Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ictimai yerdə onun ünvanına nalayiq ifadələr işlətmələrini, onu vurmalarını göstərmişdir; - Şahid1 24 sentyabr 2022-ci il tarixdə həm ərazi nümayəndəliyinin inzibati binasında, həm də nümayəndəliyin inzibati binasının qarşısında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməsini, inzibati binanın həyətində isə Cəlalı vurmalarını göstərmişdir; - Şahid2 24 sentyabr 2022-ci il tarixdə ərazi nümayəndəliyinin inzibati binasının qarşısında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməsini, Cəlalı vurmalarını göstərmişdir; - Şahid3 24 sentyabr 2022-ci il tarixdə ərazi nümayəndəliyinin inzibati binasının qarşısında Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməsini bildirmişdir; - Şahid4 24 sentyabr 2022-ci il tarixdə ərazi nümayəndəliyinin inzibati binasının qarşısında Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməsini bildirmiş, həmçinin Cəlalın başında və qolunda xəsarət olduğunu bildirmişdir; - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində Zərərçəkmiş şəxs vurmadıqlarını göstərsələr də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmətibbi ekspertizası və patoloji anatomiya birliyi publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 695 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilən xəsarətlər xx.xx.2022-ci il tarixdə yumruq və təpiklə vurulma zamanı əmələ gələ bilərdi, həmçinin həmin xəsarətlərin özü tərəfindən yetirilməsi inkar olunur; - Təqsirləndirilən şəxs1 ifadəsində Zərərçəkmiş şəxs onu vurmasını göstərsə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertizası və patoloji anatomiya birliyi publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 692 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində müəyyən edilən xəsarətlərin özü tərəfindən yetirilməsi inkar olunmur; - xx.xx.2023-cü il tarixli “Üzləşdirmə haqqında protokol”dan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir; - xx.xx.2023-cü il tarixli “Üzləşdirmə haqqında protokol”dan görünür ki, Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir; - xx.xx.2023-cü il tarixli “Üzləşdirmə haqqında protokol”dan görünür ki, Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir; - xx.xx.2023-cü il tarixli “Üzləşdirmə haqqında protokol”dan görünür ki, Şahid4 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir; - xx.xx.2023-cü il tarixli “Üzləşdirmə haqqında protokol”dan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. - Şahid1 Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs daşla xəsarət yetirməsini bildirməsinə, bunun əksinə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 daşı götürərək onun üzərinə gəlməsi, lakin onu daşla vurmamasını bildirməsinə, ifadələr arasında bununla bağlı ziddiyyətin olmasına dair məhkəmə qeyd edir ki, ümumiyyətlə təqsirləndirilən şəxslərə zərərçəkmiş şəxsə daşla (silah qismində istifadə edilən əşya ilə) xəsarət yetirmələri ilə bağlı ittiham irəli sürülməmişdir. CM-in 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən törədildikdə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Xuliqanlıq cinayətinin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlıq əməli subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 oktyabr 2022-ci il tarixli Qərardadında müəyyən edilmişdir ki, xuliqanlıq cinayətinin xırda xuliqanlıqdan fərqli olaraq ictimai təhlükəliliyi ictimai qaydanın məhz kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan, şəxslər üzərində zor tətbiqi və ya hədəsi, yaxud əmlakın məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan hərəkətlərdən ibarətdir. Xuliqanlıq cinayətinin əsas obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Bu cinayətin obyektiv cəhəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirən, şəxslər üzərində zor tətbiqi və ya zor tətbiqi hədəsi və ya özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdə ifadə olunur. Sözügedən Qərardadda qeyd olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər isə təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlər kimi müəyyən edilmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı). Konstitusiya Məhkəməsi öz Qərardadında vurğulamışdır ki, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyən edilmədikdə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli Qərarında vurğulanmışdır ki, xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, CM-in xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. 4-cü bəndinə əsasən CM-in 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilmişdir ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Hazırki iş üzrə məhkəmə nəzərə alır ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müəssisənin (əməl ərazi nümayəndəliyinin inzibati binasının içərisində və qarşısında törədildiyi üçün) normal fəaliyyətini pozmuş, kütləvi tədbirin (iməciliyin) pozulmasına səbəb olmuş, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər törətməklə ictimai qaydanı pozmuşlar. Həmçinin, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ətrafdakı şəxslər üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərərək nalayiq ifadələr işlətmiş, cəmiyyətin üzvü olan Zərərçəkmiş şəxs qanuni mənafelərinə toxunan hərəkətlər törətmiş, sonuncunun sağlamlığına zərər vurmuşlar. Eyni zamanda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk etmiş, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini qabaqcadan görmüş və bunu arzu etmişlər. Məhkəmə, təqsirləndirilən şəxslərin əməllərinə hüquqi qiymət verərkən hadisənin baş verdiyi yerin yolun kənarında, insanların gediş-gəlişinin olduğu yer olmaqla ictimai yer hesab olunması, həmçinin hadisə zamanı ərazi nümayəndəliyinin inzibati binasının içərisində və qarşısında başqa şəxslərin olmasını, eyni zamanda cinayətin subyektiv cəhəti olan niyyətin müəyyən edilməsi zamanı cinayət hadisəsinin qisas, intiqam hissi ilə törədilməməsini, əvvəllər tərəflər arasında bu səbəbdən belə bir münaqişənin olmamasını, cinayətin məhz cüzi səbəbdən baş verməsini, hadisə baş verən gün ictimai tədbirin (iməciliyin) keçirilməsini nəzərə alır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli CM-in 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onlar barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxs X4 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - məhkumluğunun olmamasını; - yaşını (əsas: iş materiallarında olan AZE seriyalı, 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surəti , xx.xx.1947-ci il təvəllüdlü). İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 nömrəli Qərarının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Bu zaman cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınması ilə yanaşı məhkəmələr eyni zamanda nəzərə almalıdırlar ki, hadisələrin təsadüfü axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə, o cümlədən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən CM-in 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrum etmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması cəzanın məqsədini təmin edə bilməsin. Məhkəmə, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 nömrəli Qərarının 13-cü bəndindəki tövsiyəni rəhbər tutaraq Təqsirləndirilən şəxs1 CM-in 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığının məhdudlaşdırılması cəzasını təyin etməklə cəzanın məqsədinin təmin olunması nəticəsinə gəlir və bu cəzanın təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, təqsirləndirilən şəxs X2 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; - himayəsində 2 yetkinlik yaşına çatmayan uşağının olmasını (əsas: iş materiallarında olan Goranboy rayon İHB-nin Xanqərvənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 06 nömrəli məktub); - qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Goranboy rayon Xanqərvənd kənd İƏD üzrə nümayəndə tərəfindən verilmiş xasiyyətnamə). İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 nömrəli Qərarının 13-cü bəndindəki tövsiyəni rəhbər tutaraq Təqsirləndirilən şəxs2 CM-in 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığının məhdudlaşdırılması cəzasını təyin etməklə cəzanın məqsədinin təmin olunması nəticəsinə gəlir və bu cəzanın təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və onlara həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barələrində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - Goranboy RPŞ-də saxlanılan, xx.xx.2022-ci il tarixli protokolla götürülmüş 1 (bir) ədəd daş məhv edilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Goranboy rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin vəkillər tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə vəkillər Müdafiəçi1 və Müdafiəçi2 hər birinə məhkəmədə iştirak etdikləri 10 (on) iş saatı üçün cəmi 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Goranboy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Goranboy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut - Goranboy RPŞ-də saxlanılan, xx.xx.2022-ci il tarixli protokolla götürülmüş 1 (bir) ədəd daş məhv edilsin. Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatı üçün cəmi 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatı üçün cəmi 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №1(045)-26/2023
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-26/2023
04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver