Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-27/2023 13.04.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X8 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 14 avqust 1997-ci il tarixdə Goranboy rayonu Xoylu kəndində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, Goranboy rayonu Xoylu kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan – barəsində başqa yerə getməmək haqqında «itizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30 yanvar 2023-cü il tarixdə saat 17 radələrində Goranboy rayonu Xoylu kəndi ərazisindən keçən çayın kənarındakı ağacların yaxınlığında yerdən taparaq satış məqsədi olmadan şəxsi istifadəsi ilə əlaqədar qanunsuz əldə etdiyi şəxsi istehlak miqdarından artıq bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 9,52 qram olan bitki mənşəli kütlə tərkibində narkorik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əynində olan qara rəngli gödəkcənin sol iç yan cibinə yerləşdirib qanunsuz saxlayaraq daşımış, 31 yanvar 2023-cü il tarixdə saat 17:30 radələrində Goranboy rayon polis şöbəsinin əməkdaşlarının keçirmiş olduqları əməliyyataxtarış tədbirləri nəticəsində Goranboy rayonu Xoylu kəndi ərazisində saxlanılaraq RPŞ-nə gətirilib üzərində şəxsi axtarış aparılan zaman satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 9,52 qram olan bitki mənşəli kütlə tərkibində narkorik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əynində olan qara rəngli gödəkcənin sol iç yan cibində aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir müddətdir narkotik vasitə olan marixuana istifadə edir. 30 yanvar 2023-cü il tarixdə saat 17 radələrində Goranboy rayonu Xoylu kəndində yaşadığı evdən çıxıb kəndin ərazisində piyada gəzişən zaman kəndin ərazisindən keçən çayın kənarındakı ağacların yaxınlığında yerdə bir ədəd şəffaf rəngli sellofan büküm olduğunu görmüş, həmin şəffaf rəngli sellofan büküm diqqətini cəlb etdiyi üçün açıb içərisinə baxan zaman sellofanın içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüş, narkotik vasitə istifadəçisi olduğu üçün həmin bir ədəd şəffaf rəngli sellofan bükümü götürüb həmin vaxt əynində olan qara rəngli gödəkcənin sol iç yan cibinə yerləşdirib oradan ayrılıb şəxsi işləri ilə məşğul olmuş, lakin həmin gün tapmış olduğu şəffaf rəngli sellofan bükümün içərisində olan narkotik vasitə qurudulmuş marixuanadan istifadə etməmiş, həmçinin də bir ədəd şəffaf rəngli sellofan büküm özünə məxsus qara rəngli gödəkcənin sol iç yan cibində qalmış, bir gün sonra yəni 31 yanvar 2023-cü il tarixdə saat 17:20 radələrində yaşadığı evdən çıxmış, evdən çıxan zaman qara rəngli gödəkcəni əyninə geyinmiş, həmin vaxt isə bir gün əvvəl tapdığı bir ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuana əyninə geyindiyi qara rəngli gödəkcənin sol iç yan cibində olmuş, evdən çıxdıqdan sonra piyada kəndin ərazisi ilə hərəkət edib çayxana istiqamətində hərəkət etməyə başlamış, təxminən saat 17:30 radələrində kəndin ərazisində piyada hərəkət edən zaman mülki geyimli şəxslər ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edib Goranboy rayon polis şöbəsinin əməkdaşları olduqlarını deyib narkotik vasitələnin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib ona hüquq və vəzifələrini izah edib onlarla birlikdə Goranboy rayon polis şöbəsinə getməli olduğunu demişlər.O da polis əməkdaşlarının təklifini qəbul edib onlarla birlikdə Goranboy rayon polis şöbəsinə gəlmiş, Goranboy rayon polis şöbəsinin inzibati binasına çatdıqdan sonra polis əməkdaşları onu tanımadığı bir otağa aparmışlar. Orada olan zaman şübhəli şəxs qismində saxlanıldığını demişlər və ona üzərində şəxsi axtarış keçiriləcəyi izah edilmiş, həmçinin polis əməkdaşları hüquqlarının müdafiəsi ilə bağlı vəkil seçmək hüququmun olmasını izah etmişlər. Bunun ardınca isə təqdim edilmiş siyahı üzrə hüquqlarının müdafiəsi üçün vəkil Müdafiəçi hüquqlarını müdafiə etməsini istəmiş, buna görə Müdafiəçi Goranboy rayon polis şöbəsinə dəvət edilmiş, vəkil Müdafiəçi gəldikdən sonra isə üzərində şəxsi axtarış aparılacağı bir daha polis əməkdaşları tərəfindən ona bildirilmiş, həmçinin yenidən hüquq və vəzifələri izah edilmiş, bundan sonra polis əməkdaşları və vəkil Müdafiəçi iştirakı ilə üzərində video çəkiliş altında şəxsi axtarış aparılmasına başlanılmış, şəxsi axtarış zamanı ona üzərində olan əşyaları könüllü olaraq təqdim etməyi bildirildiyi üçün əynində olan boz rəngli cins şalvarın sağ arxa cibindən bir ədəd 20 manat və 2 ədəd 5 manatlıq pul əskinazlarını, bunun ardınca isə əynində olan qara rəngli gödəkcənin sol iç yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, bundan başqa şəxsi axtarış zamanı üzərindən heç bir əşya və ya digər məmulatlar aşkar edilməmiş, təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofan bükümə polis əməkdaşları tərəfindən baxış keçirilmiş və sellofan bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuana olması aşkar edilmiş, üzərindən aşkar edilmiş içərsində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd şəffaf rəngli sellofan büküm elektron tərəzi vasitəsi ilə çəkilmiş, bunun ardınca isə üzərindən aşkar olunmuş içərsində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd şəffaf rəngli sellofan büküm polis əməkdaşları tərəfindən bir ədəd zərfdə qablaşdırılmış və götürülmüş, şəxsi axtarış zamanı üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd 20 manat və 2 ədəd 5 manatlıq pul əskinazları isə iş üzrə maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmış, sonda isə bununla bağlı tərtib edilmiş sənədlər o və digər iştirakçılar tərəfindən imza edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs ifadəsində əynində olan qara rəngli gödəkcənin sol iç yan cibindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı özü istifadə etmək məqsədi ilə üzərində saxladığını, həmin narkotik vasitə olan qurudulmuş marixuananı satmaq niyyəti olmadığını göstərmişdir. Yekunda əməlindən peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 31 yanvar 2023-cü il tarixdə Goranboy rayonu Xoylu kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi işi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bundan sonra Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa edilməsi ilə bağlı daxil olmuş məlumat dərhal onun tərəfindən Goranboy rayon polis şöbəsinin rəhbərliyinə məruzə edilmiş, təxirə salınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün onun tərəfindən qərar qəbul edilmiş, eyni zamanda tədbirin keçirilməsi üçün əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun üzvləri isə Goranboy RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X4 və ondan ibarət olmuş, bundan sonra isə Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa edilməsi məqsədi ilə NMQ-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə 31 yanvar 2023-cü il tarixdə saat 16:30 radələrində xidməti avtomobillə Goranboy rayonu Xoylu kəndi ərazisinə yollanmışlar. Təxminən 40 dəqiqə sonra Goranboy rayonu Xoylu kəndi ərazisinə çatmışlar. Daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs Xoylu kəndində yaşadığı evdən çıxıb yol ilə piyada hərəkət edəcəyi məlum olduğu üçün həmin yerə gedib orada təxminən 20 dəqiqə gözlədikdən sonra saat 17:30 radələrində Təqsirləndirilən şəxs piyada yol ilə gəldiyini görmüşlər. Buna görə də həmin vaxt əməliyyat müvəkkili Şahid2la birlikdə Təqsirləndirilən şəxs yaxınlaşıb xidməti vəsiqələrini çıxarıb ona Goranboy rayon polis şöbəsinin əməkdaşları olduqlarını deyib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib birlikdə üzərində şəxsi axtarış aparılacağı məqsədi ilə Goranboy rayon polis şöbəsinə gəlməli olduğunu demişlər. Təqsirləndirilən şəxs da təklifi qəbul edib hüquqlarının və vəzifələrinin aydın olduğunu bildirərək Goranboy rayon polis şöbəsinə getməyə razılıq vermiş, odur ki, Təqsirləndirilən şəxsla birlikdə xidməti avtomobillə Goranboy rayon polis şöbəsinə gəlmişlər. Cabbar Mikayıllov RPŞ-nin inzibati binasına gətirildikdən sonra X3un xidməti otağına aparıldı. X3 tərəfindən yenidən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilib üzərində şəxsi axtarış aparılacağı bunun üçün isə şübhəli şəxs qismində tutulacağı bildirilmiş, Təqsirləndirilən şəxs da bununla bağlı heç bir etirazının olmadığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs X3 tərəfindən şübhəli şəxs qismində tutulmuş, bunun ardınca isə X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə Goranboy rayon ərazisində və digər yerlərdə fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs hüquqlarının Goranboy rayon vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən müdafiə edilməsini istədiyi üçün vəkil Müdafiəçi qismində dəvət edilmiş, bir az sonra vəkil Müdafiəçi gəlmiş, bundan sonra onun, Şahid2 və vəkil Müdafiəçi iştirakı ilə video çəkiliş altında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanmış, video çəkilişi isə Goranboy RPŞ-nin KTQ-nun baş inspektoru kriminalisti Həbib Məmmədov həyata keçirmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, buna görə də Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ arxa cibindən pul əskinaslarını, bunun ardınca isə əynində olan qara rəngli gödəkcənin sol iç yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən heç bir əşya və ya digər məmulatlar aşkar edilməmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd şəffaf rəngli sellofan bükümə baxış keçirilmiş və sellofan bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərsində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan bir ədəd şəffaf rəngli sellofan büküm elektron tərəzi vasitəsi ilə çəkilmiş, bunun ardınca isə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərsində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan bir ədəd şəffaf rəngli sellofan büküm X3 tərəfindən bir ədəd zərfdə qablaşdırılmış və möhürlənərək ekspertiza tədqiqatına təqdim olunması üçün götürülmüş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş pul əskinasları isə iş üzrə maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmış, sonda isə video çəkiliş dayandırılaraq X3 tərəfindən protokol tərtib edilmiş, o və digər iştirakçılar isə həmin protokolu imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 iş üzrə digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Şübhəli şəxsin tutulması haqqında” 31 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 31 yanvar 2023-cü il tarixdə, saat 17:30-da məhdudlaşdırılmışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Şəxsi axtarış aparılması haqqında” 31 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı X5 tərəfindən Goranboy RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid2, RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1, RPŞ-nin KTQ-nun baş inspektoru kriminalisti X2, şübhəli şəxs Təqsirləndirilən şəxs və Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs əynində 1 (bir) ədəd qara rəngli gödəkçə, 1 ədəd ağ və açıq qəhvəyi rəngli jaket, 1 ədəd boz rəngli cins şalvar, ayağında 1 cüt qara rəgli ayaqqabı olmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin yuxarı sol iç cibində bir ədəd şəffad rəngli sellofan torbanın içərisində olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, boz rəngli cins şalvarının sağ arxa yan cibindən isə 2 ədəd 5 manatlıq və 1 ədəd 20 manatlıq pul əskinaslarını çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni yaşadığı Xoylu kəndi ərazisində xx.xx.2023-cü il tarixdə çayın kənarında, ağacların yanında tapdığını bildirmişdir. Şəxsi axtarış süni işıqlandırılmış şəraitdə həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə vəkilin və iştirakçıların iştirakı ilə elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə 10.5 qram olması müəyyən edilmişdir. Daha sonra üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə götürülərək 1 ədəd ağ rəngli zərfə qoyulmuş, və DİN-nin 121 saylı möhürü ilə möhürlənərək ekspertiza tədqiqi aparılması üçün qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 ədəd 5 manatlıq və 1 ədəd 20 manatlıq pul əskinasları maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün vətəndaşın özünə qaytarılmışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 fevral 2023cü il tarixli, 16/172 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 9,52 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuananın ümumi təmiz çəkisi 9,52 qram, tədqiqata sərf edildi 0,02 qr, qalıq 9,5 qr. Aparılmış tədqiqatın dəyəri 30,40 manatdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və saxlanıldığı Goranboy RPŞ-nin MSY-dən azad edilməsi haqqında” 02 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Maddi sübut kimi tanıma barədə” 06 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülərək 1 ədəd zərfdə qablaşdırılmış ekspertiza tədqiqatından sonra təmiz çəkisi 9,5 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanması üçün Goranboy RPŞ-nin saxlancına təhvil verilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 13 fevral 2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 27 fevral 2023-cü il tarixli, 339 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Sübutların qiymətləndirilməsi barədə” 02 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 9,52 qram olan bitki mənşəli kütlə tərkibində narkotik vasitə olan çətənə (kannabis) bitkisindən kusta üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana ekspertiza tədqiqatında Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə sınaq mərkəzi tərəfindən ölçmə dəqiqliyi 071.07 nömrəli, “Şəhadətnamə” ilə təsdiq edilmiş “CAS MWP 300” markalı elektron tərəzi vasitəsi ilə çəkilmiş və ekspertiza tədqiqatında istifadə edilən elektron tərəzi daha dəqiq olduğundan istintaq zamanı Təqsirləndirilən şəxs elan edilmiş ittihamda ekspertiza tədqiqatında əks olunmuş çəkinin qeyd olunması nəzərə alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-146-cı maddələri). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 12-ci qrafasına əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs qanunsuz saxladığı narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 9.52 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf etməsi və əməlindən peşman olmasını; qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Xoylu kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş xasiyyətnamə); “Vətən müharibəsi” iştirakçısı olmasını (əsas: iş materiallarında olan Mİ № 005105 nömrəli vəsiqənin surəti və Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə verilmiş medalların vəsiqələrin surəti). İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (31 yanvar 2023-02 fevral 2023-cü il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (Azərbaycan Respublikası Cinayət Məcəlləsi -69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Goranboy RPŞ-nin saxlancına təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz çəkisi 9,5 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi -132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi - 198.1). Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Goranboy rayonu Xoylu kəndində yaşadığı evi axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, narkomaniyadan, müalicə kursu keçmək vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Goranboy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Goranboy RPŞ-nin saxlancına təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz çəkisi 9,5 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza xərci 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №1(045)-27/2023
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-27/2023
13.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver