Məhkəmə qərarları › İş №1(045)-27/2025

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-27/2025

22.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-27/2025 22.09.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X4 Samir oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, şikayət vermiş şəxs Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Həsənov İlqar Həsən oğlunun iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, 2 uşaq atası, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında yerləşən MKTİB-in keçmiş inzibati binasında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 13 radələrində Goranboy şəhəri S.Vurğun küçəsində şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Zərərçəkmiş şəxs sol göz nahiyəsindən yumruqla qəsdən vuraraq sonuncuya sol gözün travmatik zədələnməsi, sol göz altı nahiyəsinin hematoması, sol gözün ağlı qişasına qansızma xəsarətindən ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, barəsində şikayət edən Zərərçəkmiş şəxs tanıyır, o, əvvəllər MKTİB-nin binasında yaşamışdır. Təxminən 2 il əvvəl yaşamağa yeri olmadığı üçün əvvəllər Təranənin yaşadığı MKTİB-nin binasında yerləşən otağın qapısını sındırmışdır. Buna görə də Təranə qapının sındırılmasına görə ondan 150 manat pul tələb etmişdir. Lakin, maddi imkanı olmadığı üçün pulu verə bilməmişdir. xx.xx.2025-ci il tarixdə saat 13 radələrində həyat yoldaşı Səma ona zəng edərək Təranənin anası Gülarə ilə yaşadığı ünvana gələrək 150 manat pul tələb etməsini və onu döşəməsilən ağacla vurduğunu bildirmişdir. Buna görə də o, iş yerindən taksi ilə yaşadığı ünvana gəlmişdir. Həmin vaxt Təranə və anası Gülarə Goranboy şəhərində S.Vurğun küçəsində hərəkətdə olmuşlar. Daha sonra o, həyat yoldaşı Səma ilə Təranəgilin arxasınca getmişdir. O, Təranəyə bir ay səbirli olmasını, qapını təmir etdirəcəyini bildirmişdir. Bu zaman Təranə əlində olan çantanı Səmaya tərəf ataraq kürək nahiyəsindən vurmuş və saçından tutub yolan zaman o, yumruğu ilə bir dəfə Təranənin sol göz nahiyəsindən vurmuşdur. Bu zaman Təranənin anası Gülarə onları aralamışdır. Daha sonra onlar çıxıb getmişlər. Mübahisə olan zaman yanlarında mübahisə iştirakçılarından başqa əlavə şəxs olmamışdır. Mübahisə və dava-dalaş təxminən 3-5 dəqiqə olmuşdur. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır, Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbi yoxdur, bu barədə notarial qaydada təsdiq olunmuş ərizəsi də vardır. O, əməlindən səmimi peşman olmuşdur, bir daha belə əməllərə yol verməyəcəyinə söz verir. Odur ki, göstərilənləri nəzərə alaraq, barəsində yüngül, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs tanıyır, onunla münasibəti yaxşı olmamışdır. O, 2023-cü ildə Goranboy şəhərində MKTİB-nin binasında müvəqqəti yaşayan zaman Təqsirləndirilən şəxs onun yaşadığı otağın qapısını sındırmışdır. Bununla bağlı Goranboy RPŞ-də araşdırma aparılmışdır. Nicat qapını qırdığı üçün ona 150 manat borcu yaranmışdır. Nicat pulu verəcəyini bildirsə də, hər dəfə müxtəlif bəhanələr gətirərək verməmişdir. xx.xx.2025-ci il tarixdə saat 13 radələrində o, anası Şahid2 ilə birlikdə Nicatdan pulunu almaq üçün sonuncunun yaşadığı köhnə MKTİB-nin binasına getmişdir. Onlar çöldən Nicatı çağırmış, Nicatın arvadı Səma çölə çıxmışdır. O, Səmadan ona olan 150 manat borclarını verməsini bildirmiş, Səma isə pulu verməyəcəyini bildirərək həyat yoldaşı Nicatı çağırıb onları döydürəcəyini demişdir. Daha sonra Səma kiməsə zəng edib Nicatı evə gətirməsini demişdir. X2rı şərləyəcəyini bildirərək çıxıb getməyini demişdir. Daha sonra onlar həyətdən uzaqlaşan zaman Nicat tanımadığı avtomobillə yaşadığı ünvana gəlmişdir. Həmin vaxt onlar Goranboy şəhəri S.Vurğun küçəsinə doğru piyada hərəkətdə olmuşlar. Həmin vaxt Nicat həyat yoldaşı Səma ilə onların arxası ilə gələrək onu çağıraraq dayanmasını bildirmişdir. O isə dayanmayıb anası ilə piyada hərəkətinə davam etmişdir. Daha sonra Nicat onun arxasınca qaçaraq gəlib çatmışdır. O, Nicata “gedək polis şöbəsinə mənim pulumu polis əməkdaşlarının iştirakı ilə ver” demişdir. Bu zaman Nicat onun üzərinə gələrək yumruğu ilə bir neçə dəfə onun baş nahiyəsindən vurmuşdur. Həmin vaxt Nicatın yumruğunun biri onun göz nahiyəsinə xəsarət yetirmişdir. O da Nicatdan polisə şikayət edəcəyini bildirmiş, Nicat “hara şikayət edirsən et” demişdir. Daha sonra anası Gülarə onu Goranboy RMX-na gətirmişdir. xx.xx.2025-ci il tarixdə Goranboy şəhəri S.Vurğun küçəsində Təqsirləndirilən şəxs onu vurarkən yanlarında kənar şəxs olmamışdır. O, Şahid1 döşəmə silən ağacla döyməmiş, nə də çantası ilə Səmanın kürək nahiyəsindən vuraraq saçından tutub dartmamışdır. Səma yalan danışaraq ona şər atır, hadisə zamanı ictimai qayda pozulmamış, aralarındakı mübahisə qısa müddətli olmuş, mübahisə zamanı Şahid1 və ya Təqsirləndirilən şəxs ona qarşı nalayiq ifadə və ya şərəf və ləyaqətini alçaldacaq hər hansı ifadə işlətməmiş, mübahisə və dava-dalaş təxminən 3-5 dəqiqə ərzində baş vermişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmışdır, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, bu barədə notarial qaydada təsdiq olunmuş ərizəsi də vardır. Odur ki, göstərilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır, o, əvvəllər MKTİB-nin binasında yaşamışdır. Həyat yoldaşı Təqsirləndirilən şəxs 2 ildən çoxdur ki, Təranənin qaldığı otağın qapısını sındırmışdır. Buna görə də Təranə qapısının sındırılmasına görə onlardan 150 manat pul tələb edir. xx.xx.2025-ci il tarixdə saat 13 radələrində Təranə anası Gülarə ilə onların yaşadığı MKTİB-nin binasına gələrək yaşadığı ünvana daxil olmuşlar. Təranə ya pulunu verməsini, ya da evdən çıxmasını bildirmişdir. O, pulunun olmadığını, bir ay gözləməsini bildirmişdir. Təranə isə bu dəqiqə pulu verməsini bildirmişdir. Buna görə də onların arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Təranə döşəmə silən ağacla onun üzərinə gələrək sol qol nahiyəsindən bir dəfə vurmuşdur. Bu zaman o, Nicata zəng edərək Təranənin pulunu istəməyə gəldiyini, ona görə evə gəlməsini bildirmişdir. Daha sonra Təranəgil çıxıb gedən zaman Nicat taksi ilə gəlib çatmışdır. Həmin vaxt Təranə və anası Gülarə Goranboy şəhərində S.Vurğun küçəsində hərəkətdə olmuşlar. Daha sonra həyat yoldaşı Nicat ilə onların arxasınca getmişdir. O, Təranənin yanına çatan zaman Təranə ona çantasını ataraq kürək nahiyəsindən vurmuş və saçından tutub yolan zaman həyat yoldaşı Təqsirləndirilən şəxs yumruğu ilə bir dəfə Təranənin sol göz nahiyəsindən vurmuşdur. Bu zaman onları Təranənin anası Gülarə aralamışdır. Daha sonra onlar çıxıb getmişlər. Mübahisə və davadalaş təxminən 3-5 dəqiqə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Zərərçəkmiş şəxs ilə eyni məzmunlu izahat verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: MTE və PA birliyinin Goranboy rayon şöbəsi publik hüquqi şəxsinin verdiyi xx.xx.2025-ci il tarixli 108 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərindəki xəsarətlər - sol gözün travmatik zədələnməsi, sol gözaltı nahiyəsinin hematoması, sol gözün ağlı qişasına qansızma KÜT əşyanın (ların) o cümlədən qərarın təsvir hissəsində göstərilmiş tarixdə, yəni xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən yumruqla vurulma zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL ZƏRƏR vurmaya aid edilir; Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 332.1, 33.1, 66.3, 68.1.1 maddələri ilə təqsirli bilinərək Lənkəran Hərbi məhkəməsinin hökmü ilə barəsində 03 il 03 ay azadlıqdan məhrumetmə cəzası, xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək Goranboy rayon məhkəməsinin hökmü ilə 03 il 07 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzasını çəkib qurtarmış, xx.xx.2020-ci il tarixdə Goranboy RPŞ-də CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CPM-nin 40.2 və CM-nin 74-cu maddəsinə əsasən, barəsində cinayət işinin başlanması rədd edilmiş və hazırda məhkumluğu olmayan şəxsdir; Azərbaycan Respublikası TƏBİB PHŞ-nin Goranboy RMX PHŞ-nin xx.xx.2025-ci il tarixli 18-1-39/2-309/2025 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs və Alxasov X1 RMX-nın poliklinikasında ruhi-əsəb və narkoloji kabinetlərdə dispanser qeydiyyatında dayanmırlar; Goranboy rayon İHB-nin Goranboy şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 5-45-1/2-61/2025 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır; “Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması, qətimkan tədbiri seçilməsi və icraatın dayandırılması barədə” Goranboy Rayon Məhkəməsinin 1(045)-27/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsi, barəsində axtarış elan olunması və iş üzrə icraatın dayandırılması qərara alınmışdır; Goranboy Rayon Polis Şöbəsinin 3-13-75/2-13259/2025 saylı, 28 iyul 2025-ci il tarixli məktubundan görünür ki, Alxasov X1 RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə Goranboy rayonu ərazisində tutularaq Goranboy RPŞ-yə gətirilmiş, Goranboy Rayon Məhkəməsinin müvafiq qərarına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 02 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir; Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən və Goranboy rayon Məhkəməsində tərtib və təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsndən görünür ki, o, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur, Nicat ona dəymiş maddi ziyanı tam ödəmişdir, o, Nicatı bağışlamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə alınmış ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməli etiraf edib peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs faktiki olaraq 28 iyul 2025-ci il tarixdən 22 sentyabr 2025-ci il tarixədək həbsdə saxlanılması nəzərə alınaraq, ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 03 (üç) ay 18 (on səkkiz) gün çıxılmalı, onun üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı iş üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçi iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəmi 20 (iyirmi) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə müdafiəçisi Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 20 (iyirmi) iş saatı üçün cəmi 220 (iki yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs faktiki olaraq 28 iyul 2025-ci il tarixdən 22 sentyabr 2025-ci il tarixədək həbsdə saxlanılması nəzərə alınaraq, ona təyin olunmuş 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 03 (üç) ay 18 (on səkkiz) gün çıxılsın, üzərində qəti olaraq 02 (iki) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə ünvan 1 ünvanında yerləşən yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Goranboy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi 20 (iyirmi) iş saatı üçün cəmi 220 (iki yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar