Məhkəmə qərarları › İş №1(045)-28/2023

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-28/2023

06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-28/2023 06.04.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X6 qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Goranboy rayon məhkəməsində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1999-cu il tarixdə Goranboy rayonu Səfikürd kəndində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, Goranboy rayonu Səfikürd kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan – barəsində başqa yerə getməmək haqqında «iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 04 yanvar 2023-cü il tarixdə saat 16 radələrində Goranboy rayonu Səfikürd kəndi ərazisində yerləşən torpaq sahələrinin yaxınlığındakı su arxının kənarında yerdən taparaq satış məqsədi olmadan şəxsi istifadəsi ilə əlaqədar qanunsuz əldə etdiyi şəxsi istehlak miqdarından artıq bir ədəd qara rəngli polietilen paketdə təmiz çəkisi 475 qram olan bitki mənşəli kütlə tərkibində narkorik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı üzərində qanunsuz saxlayaraq daşıyıb Səfikürd kəndində yerləşən yaşadığı fərdi yaşayış evinin məhləsinə gətirərək gizlətmiş, 05 yanvar 2023-cü il tarixdə saat 17:30 radələrində yaşadığı evin məhləsində gizlətdiyi bir ədəd qara rəngli polietilen paketdə təmiz çəkisi 475 qram olan bitki mənşəli kütlə tərkibində narkorik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı başqa yerdə saxlamaq üçün əynində olan boz rəngli gödəkçənin sağ alt tərəfinə yerləşdirib qanunsuz saxlayaraq daşımış, 05 yanvar 2023-cü il tarixdə saat 18 radələrində Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirmiş olduqları əməliyyataxtarış tədbirləri nəticəsində Goranboy rayonu Səfikürd kəndi ərazisində saxlanılaraq RPŞ-yə gətirilib üzərində şəxsi axtarış aparılan zaman satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı bir ədəd qara rəngli polietilen paketdə təmiz çəkisi 475 qram olan bitki mənşəli kütlə tərkibində narkorik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əynində olan boz rəngli gödəkçənin sağ alt tərəfində aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, bir müddətdir narkotik vasitə olan marixuana istifadə edir. 04 yanvar 2023-cü il tarixdə saat 16 radələrində yaşadığı evdən çıxıb yaxınlıqda olan torpaq sahələrinə doğru gedən zaman su arxının kənarında qara rəngli polietilen paket olmasını görmüş, həmin qara rəngli polietilen paket diqqətini cəlb etdiyi üçün açıb içərisinə baxan zaman paketin içərisində narkotik vasitə olan qurudulmuş marixuana görmüşdür. Narkotik vasitə istifadəçisi olduğu üçün həmin bir ədəd qara rəngli polietilen paketi götürüb oradan ayrılıb yaşadığı evin həyətinə gedib, həmin paketi məhlədə gizlətmiş, lakin həmin gün tapmış olduğu qara rəngli polietilen paketin içərisində olan narkotik vasitə qurudulmuş marixuanadan istifadə etməmiş, bir gün sonra yəni 05 yanvar 2023-cü il tarixdə saat 17:30 radələrində məhlədə gizlətdiyi bir ədəd qara rəngli polietilen paketin içərisində narkotik vasitə olan qurudulmuş marixuananın yerini dəyişib başqa bir yerdə gizlətmək məqsədi ilə həmin bir ədəd qara rəngli içərisində narkotik vasitə - qurudulmuş marixuana olan polietilen paketi götürüb əynində olan boz rəngli gödəkçənin altında sağ tərəfdə gizlətmiş, bundan sonra isə yaşadığı evdən çıxıb Səfikürd kəndi ərazisində piyada hərəkət etməyə başlamış, üzərində daşıdığı bir ədəd qara rəngli içərisində narkotik vasitə - qurudulmuş marixuana olan polietilen paketi gizlətmək üçün yer axtarmış, Səfikürd kəndində piyada gəzinən zaman saat 18 radələrində mülki geyimli şəxslər ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edib Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu deyib ona hüquq və vəzifələrini izah edib birlikdə Goranboy Rayon Polis Şöbəsinə getməli olduğunu bildirmişlər. O da polis əməkdaşlarının təklifini qəbul edib onlarla birlikdə Goranboy Rayon Polis Şöbəsinə gəlmiş, polis şöbəsinin inzibati binasına çatdıqdan sonra polis əməkdaşları onu tanımadığı bir otağa aparmışlar. Orada olan zaman şübhəli şəxs qismində saxlanıldığını demişlər və ona üzərində şəxsi axtarış keçiriləcəyi izah edilmiş, həmçinin polis əməkdaşları hüquqlarının müdafiəsi ilə bağlı vəkil seçmək hüququnun olmasını izah etmişlər. Bunun ardınca isə təqdim edilmiş siyahı üzrə hüquqlarının müdafiəsi üçün vəkil Müdafiəçi hüquqlarını müdafiə etməsini istəmiş, buna görə Müdafiəçi polis şöbəsinə dəvət edilmiş, vəkil Müdafiəçi gəldikdən sonra isə üzərində şəxsi axtarış aparılacağı bir daha polis əməkdaşları tərəfindən ona bildirilmiş, həmçinin yenidən hüquq və vəzifələri izah edilmiş, bundan sonra polis əməkdaşları və vəkil Müdafiəçi iştirakı ilə üzərində video çəkiliş altında şəxsi axtarış aparılmasına başlanılmış, şəxsi axtarış zamanı ona üzərində olan əşyaları könüllü olaraq təqdim etməyi bildirildiyi üçün əynində olan boz rəngli gödəkçənin altında sağ tərəfdə gizlətdiyi bir ədəd qara rəngli polietilen paketi, əynində olan cins şalvarın sol yan cibindən isə bir ədəd Nokia markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuş, təqdim etdiyi 1 ədəd qara rəngli polietilen paketə polis əməkdaşları tərəfindən baxış keçirilmiş və paketin içərisində narkotik vasitə olan qurudulmuş marixuana olması aşkar edilmiş, bundan başqa şəxsi axtarış zamanı üzərindən heç bir əşya və ya digər məmulatlar aşkar edilməmiş, üzərindən aşkar edilmiş içərsində narkotik vasitə - qurudulmuş marixuana olan bir ədəd qara rəngli polietilen paket elektron tərəzi vasitəsi ilə çəkilmiş, bunun ardınca isə üzərindən aşkar olunmuş içərsində narkotik vasitə - qurudulmuş marixuana olan bir ədəd qara rəngli polietilen paket polis əməkdaşları tərəfindən bir ədəd zərfdə qablaşdırılmış və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 121 saylı möhürü ilə möhürlənərək ekspertiza tədqiqatına təqdim olunması üçün götürülmüş, şəxsi axtarış zamanı üzərindən aşkar olunaraq götürülmüş bir ədəd Nokia markalı mobil telefon isə iş üzrə maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmış, sonda isə bununla bağlı tərtib edilmiş sənədlər o və iştirakçılar tərəfindən imza edilmişdir. Yekunda Təqsirləndirilən şəxs bildirdi ki, əməlindən peşmandır. Hər hansı xəstəliyi yoxdur, ilk cinayət əməlidir. Əvvəllər mütəmadi narkotik istifadəçisi olsa da, son zamanlar narkotik vasitədən istifadə etməyib, sonuncu dəfə təxminən aylar öncə narkotik vasitədən istifadə etmişdir. Qeyd etdiklərini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili X4 ifadəsində göstərdi ki, Goranboy RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 05 yanvar 2023-cü il tarixdə Goranboy rayonu Səfikürd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bundan sonra Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa edilməsi ilə bağlı daxil olmuş məlumat dərhal Goranboy RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən Goranboy Rayon Polis Şöbəsinin rəhbərliyinə məruzə edilmiş, təxirə salınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün qərar qəbul edilmiş, eyni zamanda tədbirin keçirilməsi üçün əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun üzvləri isə ondan, Goranboy RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru X3 və Şahid1 ibarət olmuş, bundan sonra isə Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa edilməsi məqsədi ilə CAB-nin baş əməliyyat müvəkkili Şahid1 ilə birlikdə 05 yanvar 2023cü il tarixdə saat 17 radələrində xidməti avtomobillə Goranboy rayonu Səfikürd kəndi ərazisinə yollanmışlar. Təxminən 20 dəqiqə sonra Goranboy rayonu Səfikürd kəndi ərazisinə çatmışlar. Daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs Səfikürd kəndində yaşadığı evdən çıxıb yol ilə piyada hərəkət edəcəyi məlum olduğu üçün həmin yerə gedib orada təxminən 40 dəqiqə gözlədikdən sonra Təqsirləndirilən şəxs piyada yol ilə gəldiyini görmüşlər. Buna görə də həmin vaxt əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs yaxınlaşıb xidməti vəsiqələrini çıxarıb ona Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını deyib onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib birlikdə üzərində şəxsi axtarış aparılacağı məqsədi ilə Goranboy Rayon Polis Şöbəsinə gəlməli olduğunu demişlər. Təqsirləndirilən şəxs da onların təklifini qəbul edib hüquqlarının və vəzifələrinin ona aydın olduğunu bildirərək Goranboy Rayon Polis Şöbəsinə getməyə razılıq vermiş, odur ki, Təqsirləndirilən şəxsla birlikdə xidməti avtomobillə Goranboy Rayon Polis Şöbəsinə gəlmişlər. Cahid Bayarmov RPŞ-nin inzibati binasına gətirildikdən sonra baş təhqiqatçı Ruslan Abbasovun xidməti otağına aparılmış, baş təhqiqatçı Ruslan Abbasov tərəfindən yenidən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilib üzərində şəxsi axtarış aparılacağı, ona görə şübhəli şəxs qismində tutulacağı bildirilmiş, Təqsirləndirilən şəxs da bununla bağlı heç bir etirazının olmadığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs baş təhqiqatçı Ruslan Abbasov tərəfindən şübhəli şəxs qismində tutulmuş, bunun ardınca isə baş təhqiqatçı Ruslan Abbasov tərəfindən Cahid Bayarmova hüquqlarının müdafiə edilməsi məqsədi ilə Goranboy rayon ərazisində və digər yerlərdə fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs hüquqlarının Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən müdafiə edilməsini istədiyi üçün vəkil Müdafiəçi qismində dəvət edilmiş, bir az sonra vəkil Müdafiəçi gəlmiş, bundan sonra Şahid1, onun və vəkil Müdafiəçi iştirakı ilə video çəkiliş altında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmış, video çəkilişi isə Goranboy RPŞ-nin KTQ-nun baş inspektoru kriminalisti Həbib Məmmədov həyata keçirmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, buna görə də Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçənin altında sağ tərəfdə gizlətdiyi bir ədəd qara rəngli polietilen paketi, əynində olan cins şalvarın sol yan cibindən isə bir ədəd Nokia markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd qara rəngli polietilen paketə baxış keçirilmiş və paketin içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar edilmiş, bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən heç bir əşya və ya digər məmulatlar aşkar edilməmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərsində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan bir ədəd qara rəngli polietilen paket elektron tərəzi vasitəsi ilə çəkilmiş, bunun ardınca isə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərsində narkotik vasitə - qurudulmuş marixuanaya bənzər kütlə olan bir ədəd qara rəngli polietilen paket baş təhqiqatçı Ruslan Abbasov tərəfindən bir ədəd zərfdə qablaşdırılmış və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 121 saylı möhürü ilə möhürlənərək ekspertiza tədqiqatına təqdim olunması üçün götürülmüş, şəxsi axtraış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd Nokia markalı mobil telefon isə iş üzrə maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmış, sonda isə video çəkiliş dayandırılaraq baş təhqiqatçı Ruslan Abbasov tərəfindən protokol tərtib edilmiş, o və digər iştirakçılar isə həmin protokolu imza etmişlər. İttiham aktının siyahısında şahid qismində göstərilən Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, Goranboy RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 05 yanvar 2023-cü il tarixdə Goranboy rayonu Səfikürd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi işi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bundan sonra Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa edilməsi ilə bağlı daxil olmuş məlumat dərhal onun tərəfindən Goranboy Rayon Polis Şöbəsinin rəhbərliyinə məruzə edilmiş, təxirə salınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün tərəfindən qərar qəbul edilmiş, eyni zamanda tədbirin keçirilməsi üçün əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun üzvləri isə Goranboy RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X4, Goranboy RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru X3 və ondan ibarət olmuş, bundan sonra isə Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa edilməsi məqsədi ilə CABnin əməliyyat müvəkkili Oqtay Verdiyev ilə birlikdə 05 yanvar 2023-cü il tarixdə saat 17 radələrində xidməti avtomobillə Goranboy rayonu Səfikürd kəndi ərazisinə yollanmışlar. Təxminən 20 dəqiqə sonra Goranboy rayonu Səfikürd kəndi ərazisinə çatmışlar. Daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs Səfikürd kəndində yaşadığı evdən çıxıb yol ilə piyada hərəkət edəcəyi məlum olduğu üçün həmin yerə gedib orada təxminən 40 dəqiqə gözlədikdən sonra Təqsirləndirilən şəxs piyada yol ilə gəldiyini görmüşlər. Buna görə də həmin vaxt əməliyyat müvəkkili Oqtay Verdiyevlə birlikdə Təqsirləndirilən şəxs yaxınlaşıb xidməti vəsiqələrini çıxarıb ona Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını deyib onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib birlikdə üzərində şəxsi axtarış aparılacağı məqsədi ilə Goranboy Rayon Polis Şöbəsinə gəlməli olduğunu demişlər. Təqsirləndirilən şəxs da onların təklifini qəbul edib hüquqlarının və vəzifələrinin ona aydın olduğunu bildirərək Goranboy Rayon Polis Şöbəsinə getməyə razılıq vermiş, odur ki, Təqsirləndirilən şəxsla birlikdə xidməti avtomobillə Goranboy Rayon Polis Şöbəsinə gəlmişlər. Cahid Bayarmov RPŞ-nin inzibati binasına gətirildikdən sonra baş təhqiqatçı Ruslan Abbasovun xidməti otağına aparılmış, baş təhqiqatçı Ruslan Abbasov tərəfindən yenidən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilib üzərində şəxsi axtarış aparılacağı, ona görə şübhəli şəxs qismində tutulacağı bildirilmiş, Təqsirləndirilən şəxs da bununla bağlı heç bir etirazının olmadığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs baş təhqiqatçı Ruslan Abbasov tərəfindən şübhəli şəxs qismində tutulmuş, bunun ardınca isə baş təhqiqatçı Ruslan Abbasov tərəfindən Cahid Bayarmova hüquqlarının müdafiə edilməsi məqsədi ilə Goranboy rayon ərazisində və digər yerlərdə fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs hüquqlarının Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən müdafiə edilməsini istədiyi üçün vəkil Müdafiəçi qismində dəvət edilmiş, bir az sonra vəkil Müdafiəçi gəlmiş, bundan sonra onun, Oqtay Verdiyevin və vəkil Müdafiəçi iştirakı ilə video çəkiliş altında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmış, video çəkilişi isə Goranboy RPŞ-nin KTQ-nun baş inspektoru kriminalisti Həbib Məmmədov həyata keçirmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, buna görə də Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçənin altında sağ tərəfdə gizlətdiyi bir ədəd qara rəngli polietilen paketi, əynində olan cins şalvarın sol yan cibindən isə bir ədəd Nokia markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd qara rəngli polietilen paketə baxış keçirilmiş və paketin içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar edilmiş, bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən heç bir əşya və ya digər məmulatlar aşkar edilməmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərsində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan bir ədəd qara rəngli polietilen paket elektron tərəzi vasitəsi ilə çəkilmiş, bunun ardınca isə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərsində narkotik vasitə - qurudulmuş marixuanaya bənzər kütlə olan bir ədəd qara rəngli polietilen paket baş təhqiqatçı Ruslan Abbasov tərəfindən bir ədəd zərfdə qablaşdırılmış və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 121 saylı möhürü ilə möhürlənərək ekspertiza tədqiqatına təqdim olunması üçün götürülmüş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd Nokia markalı mobil telefon isə iş üzrə maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmış, sonda isə video çəkiliş dayandırılaraq baş təhqiqatçı Ruslan Abbasov tərəfindən protokol tərtib edilmiş, o və digər iştirakçılar isə həmin protokolu imza etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 05 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur; “Şəxsi axtarış aparılması haqqında” 05 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1, Goranboy RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis Leytinantı Şahid2, Goranboy RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti, polis baş leytinantı X2, müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakları ilə sonuncunun üzərinə baxış keçirtmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində bir ədəd boz rəngli qış gödəkçəsi, bir ədəd mavi rəngli şalvar, ayağında bir cüt qara rəngli ayaqqabı vardır. Təqsirləndirilən şəxs əynində olan boz rəngli qış gödəkçəsinin sağ tərəf içəri hissəsindən 1 (bir) ədəd sellofan torbanın içərisində qurudulmuş marixuananı, şalvarın sol yan cibindən bir ədəd qara rəngli Nokia markalı mobil telefonu masanın üzərinə qoymuşdur. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əlavə olaraq heç bir əşya aşkar olunmamışdır. Şəxsi axtarış zamanı qış gödəkçəsinin altından çıxartdığı 1 (bir) ədəd qara sellofan torbada olan kütlə narkotik maddə olan qurudulmuş marixuanaya olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik maddəni Goranboy rayonu, Səfikürd kəndi ərazsisinə sahəliyə getdiyi zaman sahəlikdən tapdığını, şəxsi istifadəçisi üçün gizlətdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd qara sellofan torbada olan marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilərək 500 (beş yüz) qram olduğu müəyyən edilmişdir. Həmin narkotik maddə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlə ağ rəngli 1 (bir) ədəd zərfə qoyularaq ağzı bağlanıb qablaşdırılmış, DİN-in 121 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən zərfin üzərinə imza edilərək ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Nokia” markalı mobil telefon maddi sübut əhəmiyyəti kəsb etmədiyindən özünə qaytarılmışdır. Şəxsi axtarış aparılarkən videoçəkilişdən istifadə edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2023-cü il tarixli, 16/19 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “........Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qurudulmuş marixuanaya bənzər kütlə olan zərf” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd qara rəngli polietilen paketdə təmiz çəkisi 475 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Aparılmış tədqiqatın dəyəri 30,40 manatdır; “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəməyə təqdimat verilməsindən imtina edilməsi barədə” 07 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında 07 yanvar 2023-cü il tarixli vəsatətin müdafiə olunmasından imtina edilmiş və Təqsirləndirilən şəxs saxlandığı Goranboy RPŞ-nin MSY-dən dərhal azad edilmişdir; “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 07 yanvar 2023-cü il tarixli qərardan və həmin tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Maddi sübut qismində tanıma barədə” 09 yanvar 2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixli protokolla götürülmüş ekspertiza tədqiqatından sonra 474,98 qram qalmış qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Goranboy RPŞ-yə təhvil verilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 27 fevral 2023-cü il tarixli, 340 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyidən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 12-ci qrafasına əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 475 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - törətdiyi əməli etiraf etməsi və əməlindən peşman olmasını; - qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Goranboy RİH başçısının Səfikürd kənd İƏD üzrə nümayəndəsi tərəfindən xx.xx.2023cü il tarixli xasiyyətnamə və 191, 192 nömrəli arayışlar). Məhkəmə, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, eyni zamanda təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, lakin Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 gün (05 yanvar-07 yanvar 2023-cü il) ona təyin edilmiş cəzadan çıxılmalı (CM - 69.3), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalı, cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı tarixdən hesablanmalı (CPM -158.2.1, 158.6, CM - 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM - 56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Goranboy RPŞ-də saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 474,98 qram olan qurudulmuş marixuana məhv edilməli (CPM - 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM - 198.1). Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 2 (iki) gün (05 yanvar-07 yanvar 2023-cü il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və qəti olaraq ona 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 06 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Goranboy RPŞ-də saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 474,98 qram olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza xərci 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar