Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 1(045)-3/2023 12.01.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Goranboy rayon məhkəməsində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Goranboy rayonunun Səfikürd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Goranboy rayonunun Səfikürd kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 15 yanvar 2018-ci il tarixdən başlayaraq 02 may 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150,00 manat sabit pul məbləğində alimentin tutularaq Əliyeva (Həsənova) Ayna Nəsir qızına verilməsinə dair Goranboy Rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli, 2(045)-298/2018 saylı qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə həmin rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 26 aprel 2019-cu il tarixdə 10 gün müddətdə inzibati qaydada həbs, 20 aprel 2021-ci il tarixdə isə 500,00 manat məbləğində inzibati cərimə edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 01 oktyabr 2021-ci il tarixədək şəxsi maraq niyyətilə 3680,00 manat aliment borcunu ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq və qəsdən icra etməyərək zərər çəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilib, Goranboy Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 28 mart 2018-ci il tarixli 2(045)-298/2018 saylı qətnaməsi üzrə 01 oktyabr 2021-ci il tarixədək olan borcunu, yəni 3680,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs X1 hesabına tam ödədiyini bildirdi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs X4 bildirdi ki, Təqsirləndirilən şəxs 3680,00 manat məbləğində aliment borcunu tam ödəmişdir, odur ki, cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Buna dair müvafiq ərizəsini məhkəməyə təqdim etdi. Bundan başqa, Dövlət ittihamçısı məhkəmə baxışında çıxış edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş əməli ilk dəfə törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə borclu olduğu məbləği ödəməsini bildirərək, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə edilmiş dəyişikliyin Təqsirləndirilən şəxs barəsində tətbiq edilməsini və Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin qeyd hissəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməsinə dair cinayət işinin icraatına xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunmasını bildirmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur; Zərərçəkmiş şəxs X1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs aliment üzrə ona olan 3680,00 manat məbləğində borcunu tam ödəmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Həsənov X3 Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 28 mart 2018-ci il tarixli 2(045)-298/2018 saylı qətnaməsi üzrə 01 oktyabr 2021-ci il tarixədək olan borcunu tam ödədiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər elilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsinə qeyd əlavə edilmişdir: Bu maddədə nəzərdə tutulmuş əməli törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə, cinayət məsuliyyətindən azad olunur. Qeyd edilən Qanunun 2.7-ci bəndinə əsasən, bu Qanunun 1-ci maddəsinə əsasən cinayət hesab olunmayan əməllərə dair məhkəmələrin, ibtidai istintaq və ya təhqiqat orqanlarının icraatında olan cinayət işləri və materiallara əməlin cinayət olmasını aradan qaldıran yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilmə əsasları ilə xitam verilir və ya cinayət təqibinin başlanması rədd edilir və bu əməllərin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən Goranboy rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 28 mart 2018-ci il tarixli, 2(045)-298/2018 saylı qətnaməsi üzrə 01 oktyabr 2021-ci il tarixədək olan borcun tam ödənilməsini, yəni həmin tarixədək qətnamənin tam icra edilməsini, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, CM-in 306.1-ci maddəsinin “Qeyd” hissəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. CPM-in 156.4 və 175.5-ci maddələrini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməlidir. Həmin Məcəllənin 321-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı məhkəmə tərəfindən həll edilən bütün məsələlər üzrə qərar çıxarılır. Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə çıxarılan qərarlar ayrıca sənədlər şəklində tərtib edilir və məhkəmənin bütün tərkibi tərəfindən (cinayət işinə təkbaşına baxıldığı halda hakim tərəfindən) imzalanır. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə iclaslarında Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına müdafiə etmiş Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə hesab edir ki, Müdafiəçi məhkəmə iclaslarında təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 07 (yeddi) iş saatına görə 42 (qırx iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən, CPM-in 40.3, 43, 305.2, 321, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 306.1-ci maddəsi ilə cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə zalında dərhal həbsdən azad edilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 07 (yeddi) iş saatı üçün cəmi 42 (qırx iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olduğu andan 20 (iyirmi) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №1(045)-3/2023
Goranboy Rayon Məhkəməsi Qərar — İş №1(045)-3/2023
12.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver