Məhkəmə qərarları › İş №1(045)-3/2024

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-3/2024

18.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-3/2024 18.01.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, cəzasını çəkib qurtarmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Goranboy rayonu Rəhimli kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01 aprel 2023-cü il tarixdə saat 15 radələrində qəbul etdiyi spirtli içkinin təsiri altında Goranboy rayonu Rəhimli kəndi ərazisində yerləşən qəbiristanlığa gələrək əvvəlcədən sifariş verdiyi mərhum atası X6 məzar daşının pulunu tam şəkildə ödəmədiyi üçün hazır olmamasına narazılığını bildirib, heç bir əsaslı səbəb olmadan ictimai aşayişin pozulmasına, şəxslərin hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədi ilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq etmək hədəsi və özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən, qəsdən qərəzli hərəkətlər edərək məzar daşı düzəldilən sexin müdirinin ünvanına ucadan nalayiq ifadələr işlətməklə ətrafda olan şəxslərin 10-15 dəqiqə ərzində narahatçılığına səbəb olmuş, həmçinin özü ilə gətirdiyi özünə məxsus, qeydiyyatda olan, “Vinçestr” tipli, 12 mm kalibrli, “Escort” modelli, “588883” nömrəli pompalı, təklüləli yivsiz odlu ov silahından əvvəlcə havaya bir dəfə, daha sonra isə məzar daşı hazırlanan sexin qarşısında dayanmış, həmin sexdə usta işləyən Zərərçəkmiş şəxs məxsus “Mersedes Benz E240” minik markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilə iki dəfə atəş açıb avtomobili zədələyərək Zərərçəkmiş şəxs 1605 manat məbləğində maddi ziyan vurmaqla qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 25 fevral 2023-cü il tarixdə atası X8 ölmüş, atası X10 rayonu Rəhimli kənd qəbiristanlığında dəfn etmişlər, 06 aprel 2023-cü il tarixdə qırx mərasimi keçirilməsi nəzərdə tutulmuş, atasının qəbir daşını Rəhimli qəbiristanlığında qəbir daşı düzələn sexin müdiri Şahid5 sifariş etmiş və qəbir daşını 850 manat pul müqabilində düzəltməsi üçün Nizaməddin ilə razılaşmışdır. Lakin 06 aprel 2023-cü il tarixdə atasının qırx mərasiminin olacağına baxmayaraq, Nizaməddin qəbir daşını hazır etməmişdirə. Dəfələrlə onu xəbərdarlıq etsə də, sonuncu onu aldatmış və qəbir daşını düzəltməmişdir. 01 aprel 2023-cü il tarixdə günorta saatlarında fərdi yaşayış evində olan zaman araq içmiş, Nizaməddinə nə qədər zəng etsə də, Nizaməddin zənglərinə cavab verməmiş, buna görə əsəbləşmiş və evdə olan, özünə məxsus, rəsmi sənədləri olan HASTAN markalı, tək lüləli, 12 çaplı, 588883 nömrəli ov silahını götürüb qəbiristanlığa Nizaməddinin sexinə getmişdir. Evdən əlində silah götürüb çıxmağını qonşusu Nicat görmüş və ona mane olmaq üçün arxasınca gələrək sexə getmişdir. Orada bir neçə nəfər adlarını bilmədiyi ustalar olmuş, onlardan Nizaməddinin harada olduğunu soruşmuş və Nizaməddinin orada olmadığını demişlər. Həmin vaxt ustalardan birinin qara rəngli “Mersedes” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobildə yatdığını görmüş, əli ilə avtomobilin sol qapısının şüşəsini döyüb “niyə yatırsız, gedin baş daşını yerinə qoyun” demiş və qəbiristanlıqdan çıxıb getmiş, qəbiristanlıqdan çıxan zaman Nizaməddinə zəng etmiş, lakin yenə Nizaməddin zənginə cavab verməmişdir. Həmçinin, həmin günü rəhmətlik qaynınının doğum günü olduğu üçün onu yad etmək məqsədilə əlində olan ov silahından havaya bir dəfə atəş açmış, sonra çıxıb evinə getmişdir. Evdə olan müddətdə dəfələrlə Nizaməddinə zəng etməsinə baxmayaraq, Nizaməddin onun zənglərinə cavab verməmiş, təxminən 15 dəqiqə sonra yenə ov silahını götürüb qəbiristanlığa getmiş, həmin zaman orada olan ustalardan Nizaməddinin harada olduğunu soruşmuş, ustalar yenə də, Nizaməddinin orada olmadığını demişlər. Daha sonra orada olan qara rəngli “Mersedes” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin Nizaməddinə məxsus olduğunu düşünmüş, əsəbini soyutmaq üçün iki dəfə həmin avtomobilə atəş açmış, birinci dəfə avtomobilin sol qabaq və arxa qapılarının birləşən yerinin yuxarı dam hissəsinə, ikinci dəfə isə avtomobilin arxa şüşəsini atəş açaraq sındırmış, sonra qəbiristanlıqdan çıxıb fərdi yaşayış evinə getmişdir. Verilmiş suallara cavab olaraq bildirdi ki, Nizaməddinin onun atasının qırx mərasiminə bir neçə gün qalmasına baxmayaraq, qəbir daşını hazır etmədiyinə və zənglərinə cavab vermədiyinə əsəbləşmiş və onu qorxutmaq üçün əlində silahla qəbiristanlığa gedərək atəş açmış, həmin vaxt orada heç kimə xəsarət yetirməmiş, yalnız Vasif adlı şəxsin avtomobilinə ziyan vurmuş, həmin ziyanı da ödəmiş, heç kimi silahla vurmaq niyyəti olmamış, silahdan atəş açan zaman orada olan şəxslərin heç birinə qarşı nalayiq ifadə işlətməmiş, onları təhqir etməmiş, Şahid5 də ünvanına nalayiq ifadələr işlətməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını, ona vurulmuş ziyanı tam ödədiyini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Goranboy rayonu Rəhimli kənd qəbiristanlığında yerləşən qəbir daşı sexində rəssam olduğu üçün qəbir daşlarının üzərinə şəkil çəkir. Təxminən iki ay olar həmin sexdə işləyir, sexin müdiri X1r. Həftədə iki-üç dəfə işə gəlir, özünə aid olan işləri görüb qayıdır. 01 aprel 2023-cü il tarixdə saat təxminən 12 radələrində özünə məxsus “Mersedes Benz E 240” minik markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə işə gəlmiş, avtomobili sexin həyətində saxlayaraq işləməyə başlamış, həmin vaxt onunla birlikdə sexdə iş yoldaşları Şahid3, Alim və bir nəfər adını bilmədiyi şəxs olmuş, Şahid3 ilə birlikdə işlədiyi üçün digər iki nəfər Alim və adını bilmədiyi şəxsi yaxından tanımır. Həmin gün saat 14:30 radələrində əvvəllər tanımadığı, sonradan adını bildiyi Təqsirləndirilən şəxs əlində qara rəngli ov silahı ilə sexə gəlmiş, bu zaman Təqsirləndirilən şəxs yanında tanımadığı bir nəfər şəxs də olmuş, eyni zamanada Təqsirləndirilən şəxs sərxoş olması hiss olunmuşdur. Sonuncu ona yaxınlaşarq salamlaşmış və ondan “müdiriniz haradadır” deyə soruşmuş, o da Təqsirləndirilən şəxs əvvəllər tanımadığı üçün nə məqsədlə gəldiyini bilməmiş, buna görə də, “müdir burada yoxdur, işçilər buradadır” demişdir. Həmin vaxt Şahid3 ona məxsus avtomobilin sağ qabaq oturacağını açaraq avtomobilin içərisində yatmış, Alim və adını bilmədiyi digər şəxs isə sexdə yemək yeyirmişlər. Təqsirləndirilən şəxs Alimgilin yanına doğru hərəkət etdikdə, Xəyyamın avtomobildə yatdığını görmüş və əli ilə avtomobilin sağ qabaq qapısının şüşəsini vuraraq Xəyyamı oyatmış, lakin Xəyyam ona fikir verməmişdir. Təqsirləndirilən şəxs Alimgilin yanına çatdıqda, “müdirinizə deyin baş daşını yerinə qoysun, niyə indiyənədək qoymayıb” demiş və yanında olan şəxs ilə birlikdə çıxıb getmişdir. Təqsirləndirilən şəxs qəbiristanlığın giriş qapısından çıxarkən əlində olan ov silahı ilə havaya bir dəfə atəş açmış və daha sonra getmişdir. Ov silahından atılan atəş səsinə Şahid3 oyanaraq avtomobildən düşmüşdür. Bundan təxminən 10-15 dəqiqə sonra Təqsirləndirilən şəxs yenidən yanında olan şəxslə birlikdə əlində silahla sexə gəlmiş və ona məxsus avtomobili göstərərək avtomobilin kimə aid olmasını soruşmuş, o da avtomobilin özünə məxsus olduğunu bildirmiş, lakin Qədir ona qulaq asmamış və silahı onun avtomobilinə doğru tuşlayarq iki dəfə avtomobilə atəş açmışdır. Təqsirləndirilən şəxs birinci dəfə atdığı atəş onun avtomobilinin sol qabaq və arxa qapılarının birləşdiyi yerin üstünə dam hissəsinə dəymiş, ikinci dəfə atdığı atəş avtomobilinin arxa şüşəsindən dəymiş və şüşəni sındırmış, bundan sonra Təqsirləndirilən şəxs yanında olan şəxslə birlikdə çıxıb getmişdir. Verilmiş suallara cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs onun avtomobilinin sexin müdiri Şahid5 məxsus olduğunu zənn etdiyi üçün avtomobilinə atəş açmış, daha sonra Şahid5 ünvanına nalayiq ifadə işlədərək ona atasının baş daşının bugün yerinə qoymağını deməsini onlara bildirmiş və çıxıb getmişdir. Təqsirləndirilən şəxs təxminən 5-10 dəqiqə orada olmuş, bu zaman sexin normal iş fəaliyyəti qısa müddətlik pozulmuş, lakin Təqsirləndirilən şəxs nə ona, nə də ki, ətrafda olan digər şəxslərə heç bir xəsarət yetirməmiş və onların heç birinə qarşı nalayiq ifadə işlətməmiş, həmçinin Təqsirləndirilən şəxs yanında olan şəxs də ona və ətrafda olan şəxslərə qarşı hər hansı formada zor tətbiq etməmiş, əksinə həmin şəxs Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışmışdır. Təqsirləndirilən şəxs qəbiristanlıqda atəş açan zaman kənar şəxslərin gəlib toplaşmasını və həmin vaxt qəbiristanlıqda ziyarətçilərin olub-olmamasını görməmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəyən ziyanın ödənildiyini, şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır, Təqsirləndirilən şəxs həmkəndlisidir, düşmənçiliyi, ədavəti yoxdur, münasibəti yaxşı olmuşdur. Təqsirləndirilən şəxs həyətyanı sahəsində tikdirdiyi, gələcəkdə mağaza kimi istifadə olunması nəzərdə tutulan obyektdə usta işləyir. 01 aprel 2023-cü il tarixdə saat 13 radələrində nahar fasiləsinə çıxmış, Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evində nahar etmiş, həmin vaxt Təqsirləndirilən şəxs də onunla birlikdə nahar etmiş, naharda Təqsirləndirilən şəxs ilə birlikdə spritli içki (araq) içmiş, bundan sonra Təqsirləndirilən şəxs atasının qəbir daşının hazır olub-olmamsını öyrənmək üçün sexin sahibi Şahid5 dəfələrlə zəng etmiş, lakin Nizaməddin Qədirin zənglərinə cavab verməmiş, bundan sonra Qədir onun telefonu ilə Nizaməddinə zəng etmiş, onun mobil nömrəsini tanımadığı üçün Nizamədddin zəngə cavab verməmiş, bu zaman Qədir əsəbləşmiş, Nizaməddinə qarşı nalayiq ifadə işlətmiş, sonra fərdi yaşayış evindən özünə məxsus ov silahını götürüb qəbiristanlığa tərəf qaçmış, o da Təqsirləndirilən şəxs sakitləşdirmək məqsədi ilə dərhal onun arxasınca getmişdir. Təqsirləndirilən şəxs Rəhimli kənd qəbiristanlığında olan sexə getmiş, həmin zaman orada bir neçə nəfər adlarını bilmədiyi ustalar olmuş, Təqsirləndirilən şəxs ustalardan Nizaməddinin harada olduğunu soruşmuş və həmin şəxslər Qədirə Nizaməddinin sexdə olmadığını bildirmişlər. Həmin zaman ustalardan biri qara rəngli Mersedes markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobildə yatdığı üçün Qədir əli ilə avtomobilin sol qapısının şüşəsini döyərək, “niyə yatırsız, gedin baş daşını yerinə qoyun” demişdir. Sonra sexdə yemək yeyən ustaların yanına getmiş, Qədir yemək yeyən ustalardan, sonradan adlarını bildiyi Əli və Alimdən qəbir daşının niyə hazır olmadığını soruşmuş, Əli adlı usta qəbir daşının hazır olduğunu, gün ərzində yerinə quraşdırılacağını bildirmişdir. Bundan sonra Qədir qəbiristanlıqdan çıxmış, o da Qədirin yanında getmiş, qəbiristanlıqdan çıxan zaman Qədir Nizaməddinə zəng etmiş, lakin yenə zənginə cavab verməmiş, buna görə Qədir əsəbləşib qəbiristanlığın giriş hissəsində əlində olan ov silahından havaya bir dəfə atəş açmış, sonra çıxıb evə getmişdir. Qədir evdə olan müddətdə dəfələrlə Nizaməddinə zəng etməyinə baxmayaraq, Nizaməddin zənglərə cavab verməmiş, Qədir təxminən 15 dəqiqə sonra yenə ov silahını götürüb qəbiristanlığa getmiş, o da Qədir ilə birlikdə qəbiristanlığa getmiş, həmin zaman Qədir orada olan ustalardan Nizaməddinin harada olduğunu soruşmuş, ustalar yenə də, Nizaməddinin orada olmadığını bildirmişlər. Bundan sonra Qədir sexdə olan qara rəngli Mersedes markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin Nizaməddinə məxsus olduğunu düşünərək əlində olan ov silahından iki dəfə həmin avtomobilə atəş açmış və avtomobil bir neçə yerindən zədələnmişdir. Bundan sonra Qədir onunla birlikdə qəbiristanlıqdan çıxıb evinə getmişdir. Verilmiş suallara cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs ətrafda olan şəxslərə doğru atəş açmamış, ətrafda olan şəxslərə heç bir xəsarət yetirməmiş, hadisənin baş verdiyi yerdə olan zaman ətrafda olan şəxslərə qarşı hər hansı formada zor tətbiq etməmiş və sexdə olan şəxslərin ünvanına nalayiq ifadə işlətməmiş, yalnız sexin sahibi Şahid5 ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç yerdə işləmir, buna görə gündəlik olaraq fəhləlik edir. 01 aprel 2023-cü il tarixdə səhər saatlarında Goranboy rayonu Rəhimli kənd qəbiristanlığında yerləşən qəbir daşı sexinə fəhlə işləmək üçün gəlmiş, əvvəllər həmin sexdə işləməmiş, həmin gün ilk dəfə işə gəlmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, düşmənçiliyi və ədavəti yoxdur. Hadisə olan günü saat təxminən 14:30 radələrində iş yoldaşı Şahid2 ilə birlikdə işlədikləri sexdə olan tikilinin içərisində oturub yemək yeyirmişlər, bu zaman sonradan adını bildiyi Təqsirləndirilən şəxs onların yanına gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əlində ov silahı olmuş və sərxoş olduğu hiss olunurdu. Təqsirləndirilən şəxs atasının qəbir daşının nəyə görə hazır olmadığını onlardan soruşmuş, bu zaman iş yoldaşı Əli qəbir daşının hazır olduğunu, gün ərzində yerinə quraşdırılacağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yanında olan, tanımadığı, adını sonradan bildiyi Şahid4 ilə birlikdə oradan çıxıb getmişdir. O da Əli ilə birlikdə yemək yeməyə davam etmiş, Təqsirləndirilən şəxs oradan getdikdən təxminən 2-3 dəqiqə sonra bir dəfə atəş səsi eşitmişlər, Əli ilə birlikdə nə baş verdiyini öyrənmək üçün dərhal oturduqları tikilidən çölə çıxmışlar və Təqsirləndirilən şəxs qəbiristanlığın giriş hissəsində əlində olan ov silahından atəş açdığını bilmişlər, atəş açdıqdan sonra Təqsirləndirilən şəxs çıxıb getmişdir. Təxminən 10-15 dəqiqə sonra sexdə işləyərkən, iki dəfə silahdan açılan atəş səsi eşitmiş, tez atəş səsi gələn yerə getmiş və Təqsirləndirilən şəxs əlində olan ov silahı ilə sexdə usta işləyən Zərərçəkmiş şəxs məxsus Mersedes markalı, qara rəngli avtomobilinə atəş açdığını bilmişdir. Təqsirləndirilən şəxs ov silahından açdığı atəş avtomobili zədələmiş, təxminən 5-6 dəqiqə sonra Təqsirləndirilən şəxs yanında olan Şahid4 ilə birlikdə çıxıb getmişdir. Bundan sonra Zərərçəkmiş şəxs sexin müdiri, həmin vaxt sexdə olmayan Şahid5 zəng edərək məlumat vermiş, təxminən 15-20 dəqiqə sonra polis əməkdaşları hadisə yerinə gəlib baxış keçirmişlər. Verilmiş suallara cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs avtomobilinin sexin müdiri Şahid5 məxsus olduğunu zənn etdiyi üçün avtomobilə atəş açaraq avtomobili zədələmiş, daha sonra Şahid5 ünvanına nalayiq ifadə işlədərək hadisə yerindən çıxıb getmişdir. Təqsirləndirilən şəxs təxminən 5-10 dəqiqə orada olmuş, bu zaman sexin normal iş fəaliyyəti qısa müddətlik pozulmuş, lakin Təqsirləndirilən şəxs ona və ətrafda olan şəxslərə doğru atəş açmamış, heç bir xəsarət yetirməmiş, onları əlində olan silah ilə atəş açıb xəsarət yetirəcəyi ilə hədələməmiş, onun və sexdə olan digər şəxslərin ünvanına nalayiq ifadə işlətməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 iş üzrə digər Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, təxminən iki aydır ki, Goranboy rayonu Rəhimli kəndində yerləşən müdiri X3 olan qəbir daşlarının hazırlanması sexində işləyir. Təxminən həftədə iki üç dəfə işə gəlir, özünə aid olan işləri görüb gedir. 01 aprel 2023-cü il tarixdə saat təxminən 12 radələrində bibisi oğlu Zərərçəkmiş şəxs məxsus Mersedes Benz E 240 minik markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə işə gəlmiş və Vasif avtomobilini sexin həyətində saxlamışdır. Saat təxminən 13:15 radələrində yuxusu gəldiyi üçün Vasifin avtomobilinin sağ qabaq oturacağını geriyə doğru açaraq uzanıb yatmış, həmin zaman onunla birlikdə sexdə iş yoldaşları Vasif, Alim və bir nəfər adını bilmədiyi şəxs olmuş, Vasif ilə birlikdə işləmiş, digər iki nəfər Alim və adını bilmədiyi şəxsi yaxından tanımır. Saat 14:30 radələrində avtomobildə yatan zaman sonradan adını bildiyi, əvvəllər tanımadığı Təqsirləndirilən şəxs əli ilə avtomobilin şüşəsini döyərək onu yuxudan oyatmış, lakin o, fikir vermədən yenidən yatmış, təxminən 3-4 dəqiqə avtomobildə yatan zaman atəş səsi eşitmiş, tez avtomobildən düşmüş və Təqsirləndirilən şəxs əlində olan ov silahından atəş açdığını bilmişdir. Bundan təxminən 10-15 dəqiqə sonra Təqsirləndirilən şəxs yanında olan şəxslə birlikdə əlində silah sexə gəlmiş və Vasifin avtomobilini göstərərək maşının kimə məxsus olmasını soruşmuş, Vasif isə avtomobilin özünə məxsus olduğunu bildirsə də, Qədir Vasifə qulaq asmamış, silahı avtomobilə doğru tuşlamış və iki dəfə avtomobilə atəş açmış, bu zaman avtomobil bir neçə yerindən zədələnmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yanında olan şəxslə birlikdə çıxıb getmişdir. Verilmiş suallara cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs birinci dəfə sexə gəlib getdikdən təxminən 15 dəqiqə sonra yenidən sexə gəlmiş, həmin zaman orada ondan əlavə sexdə işləyən Vasif, Alim, adını bilmədiyi bir nəfər əlavə şəxs və Təqsirləndirilən şəxs yanında gələn tanımadığı bir nəfər şəxs də olmuşdur. Təqsirləndirilən şəxs Vasifin avtomobilinə iki dəfə atəş açmış, müdirə baş daşını yerinə qoymağını deyilməsini bildirib getmiş, həmin zaman Təqsirləndirilən şəxs ona və ətrafda olan şəxslərə doğru atəş açmamış, heç kimə xəsarət yetirməmiş, Təqsirləndirilən şəxs yanında olan şəxs də ona və ətrafda olan şəxslərə qarşı hər hansı formada zor tətbiq etməmiş, əksinə həmin şəxs Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışmışdır. Təqsirləndirilən şəxs qəbiristanlıqda atəş açan zaman kənar şəxslərin toplaşmasını və qəbiristanlıqda ziyarətçilərin olub-olmadığını görməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, daimi olaraq heç bir yerdə işləmir. Qəbir daşlarının düzəldilməsi işi ilə məşğul olub pul qazanır. Səyyari olaraq qəbir daşlarının düzəldilməsi işi məşğul olsa da, Goranboy rayonu Rəhimli kəndində yerləşən qəbiristanlıqda qəbir daşları düzəldilən sexi vardır. Həmin sexdə də sifariş olduğu halda qəbir daşları düzəldir. Zərərçəkmiş şəxs tanıyır. Belə ki, Zərərçəkmiş şəxs rəssam işləyir. Sifariş əsasında qəbir daşları hazırlanan zaman rəssam lazım olduqda Vasiflə əlaqə saxlayıb qəbir daşına şəkil döymək işini ona həvalə edirmiş, Vasif də buna görə Rəhimli kəndində yerləşən sexə hərdən gəlib qəbir daşına şəkil döymək işini görürmüş. 01 aprel 2023-cü il tarixdə Vasif onunla əlaqə saxlayaraq Rəhimli kəndində yerləşən ona məxsus sexdə qəbir daşı üzərində iş görən zaman bir nəfər şəxsin oraya əlində ov silahı ilə gəlib ətrafa atəş açdığını bildirmiş, həmin vaxt isə sexdə olmadığı üçün dərhal DİN-in “102” zəng xidməti mərkəzinə zəng edib məlumat vermiş, sonradan isə məlum olmuş ki, sexə gəlib atəş açan Rəhimli kənd sakini Təqsirləndirilən şəxsdur. Verilmiş suala cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs onunla ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs atasının qəbir daşının hazırlanması gecikdirilməmiş və deyilən vaxta uyğun iş görülmüşdür. Odur ki, sonuncunun belə hərəkət etməsinin səbəbini anlamamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 01 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin müstəntiqi X7 Şahid5 Azərbaycan Respublikası DİN-in 102 xidmətinə verdiyi məlumatla əlaqədar hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. Baxış keçirilən yer Goranboy rayonu Rəhimli kəndi ərazisində yerləşən qəbiristanlıqdır. Həmin qəbiristanlıq avtomobil yolunun kənarında yerləşir və onun yaxınlığında fərdi yaşayış evləri yerləşir. Hadisə yerinə baxış zamanı qəbiristanlığın giriş qapısından çöl tərəfdə yolun kənarında bir ədəd və qəbiristanlığın içərisində sağ tərəfdə yerləşən məzar daşları düzəldilən sexin həyətindən isə əlavə olaraq iki ədəd 12 çaplı ov silahından atılmış boş gilizlər aşkar olunaraq götürülmüşdür. Bundan başqa sexin qarşısında dayanmış Zərərçəkmiş şəxs məxsus “Mercedes Benz E 240” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin sol qabaq qapısı ilə sol arxa qapısının birləşdiyi yerin üst hissəsinə atəş nəticəsində avtomobilə zədə yetirildiyi, həmçinin avtomobilin arxa şüşəsinin atılan atəş nəticəsində bir hissəsinin sınaraq avtomobilin içərisinə töküldüyü müəyyən edilmişdir. Baxış və götürmə istintaq hərəkətlərinə dair fotoşəkillər çəkilərək tərtib edilmiş protokola əlavə edilmişdir; “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında 94 nömrəli, xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ağır dərəcə sərxoş olmuşdur; “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 01 aprel 2023-cü il tarixdə saat 16:30-dan məhdudlaşdırılmışdır; Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(045)-19/2023 nömrəli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 01 aprel 2023-cü il tarixdən hesablanmışdır; Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(104)-697/2022 nömrəli qərarından görünür ki, Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(045)- 92/2022 nömrəli hökmü məhkuma təyin edilmiş cəzaya aid hissədə dəyişdirilərək, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddəti 03 (üç) il müddətə artırılmış və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır; Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 10 may 2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(104)-697/2022 nömrəli qərarı ilə qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-ballistik və atəş izləri ekspertizasının 05 may 2023-cü il tarixli 3/606 və 3/607 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd silah Türkiyə Respublikasında zavod üsulu ilə istehsal edilmiş “Vinçester” tipli, 12 mm kalibrli, “ Escort ” modelli, “588883” nömrəli pompalı, təklüləli tüfəngdir - yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir, istifadəyə (atəşə) yararlıdır və üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 03 (üç) ədəd giliz zavod üsulu ilə istehsal edilmiş, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 12 kalibrli patronların atəşlə ayrılmış hissələridir-gilizləridir, istifadəyə yararsızdır. Təqdim edilmiş gilizlərin dib hissələri üzərində silahın vurucusunun izi vardır. Təqdim edilmiş gilizlər “Vinçester“ tipli, 12 mm kalibrli, “Escort” modelli, “588883” nömrəli, pompalı, təklüləli ov tüfəngindən atılmışdır. Tədqiqata təqdim edilmiş silahın lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edilmiş, bu da onu göstərir ki, həmin silahdan təqdim edilmiş vəziyyətdə atəş (atəşlər) açılmışdır. Hazırlanmış müvafiq elmi metodika olmadığından həmin silahdan sonuncu dəfə nə vaxt və neçə dəfə atəş açılmasını məüyyən etmək mümkün olmamışdır; Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(045)-32/2023 nömrəli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və ev dustaqlığında saxlanılma müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir; Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(045)-33/2023 nömrəli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddəti 2 (iki) ay müddətinə, yəni 01 sentyabr 2023-cü il tarixədək uzadılmışdır; “Sübutların qiymətləndirilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Goranboy Rayon Polis Şöbəsinə saxlanca verilmiş hadisə yerinə baxış zamanı götürülmüş zavod üsulu ilə istehsal edilmiş, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 12 kalibrli patronların atəşlə ayrılmış hissələri üç ədəd giliz, Təqsirləndirilən şəxs götürülmüş 01 (bir) ədəd Türkiyə Respublikasında zavod üsulu ilə istehsal edilmiş “Vinçester” tipli, 12 mm kalibrli, “Escort” modelli, “588883” nömrəli pompalı, təklüləli tüfəng-yivsiz odlu ov silahı və Zərərçəkmiş şəxs mülkiyyətində olan “Mercedes Benz E 240” minik markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut qismində tanınmışdır; “Maddi sübutun təhvil verilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə maddi sübut olan “Mercedes Benz E 240” minik markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır; xx.xx.2023-cü il tarixli raportdan görünür ki, iş üzrə maddi süubtlar olan hadisə yerinə baxış zamanı götürülmüş zavod üsulu ilə istehsal edilmiş, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş 12 kalibrli patronların atəşlə ayrılmış hissələri üç ədəd giliz və Təqsirləndirilən şəxs götürülmüş 01 (bir) ədəd Türkiyə Respublikasında zavod üsulu ilə istehsal edilmiş “Vinçester” tipli, 12 mm kalibrli, “Escort” modelli, “588883” nömrəli pompalı, təklüləli tüfəng-yivsiz odlu ov silahı Goranboy Rayon Polis Şöbəsinə saxlanca verilmişdir; Goranboy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(104)-697/2022 nömrəli qərarı ilə qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs cəzasının 02 ayını çəkmiş, 02 il 09 ay 26 gün çəkilməmiş cəzası qalmışdır; xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs dəymiş ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur; Goranboy Rayon Məhkəməsinin 1(045)-61/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmişdir; Goranboy Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Goranboy RPŞ-nin polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi üzrə özünü təqsirli bilməsə də, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əmələ görə özünü təqsirli bilməməsini, yəni silahdan istifadə etməklə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri etməməsi ilə bağlı ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatlar məhkəmə istintaqında araşdırılan sübutlarla tam təkzib olunur. Belə ki: - Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs odlu ov silahı ilə onun avtomobilinin sexin müdiri Şahid5 məxsus olmasını zənn edərək atəş açaraq onun avtomobilini zədələdiyini və sexin normal iş fəaliyyətinin qısa müddətlik pozulduğunu bildirmişdir; - Şahid4 ifadəsində Təqsirləndirilən şəxs sexin sahibi Şahid5 ünvanına nalayiq ifadələr işlətdiyini və Zərərçəkmiş şəxs avtomobilinin Şahid5 məxsus olduğunu zənn etdiyi üçün həmin avtomobilə ov silahı ilə atəş açaraq avtomobili zədələdiyini bildirmişdir; - Şahid1 ifadəsində Təqsirləndirilən şəxs sexin sahibi Şahid5 ünvanına nalayiq ifadələr işlətdiyini və Zərərçəkmiş şəxs avtomobilinin Şahid5 məxsus olduğunu zənn etdiyi üçün həmin avtomobilə ov silahı ilə atəş açaraq avtomobili zədələdiyini, bu zaman sexin normal iş fəaliyyətinin qısa müddətlik pozulduğunu bildirmişdir; -Şahid2 ifadəsində Təqsirləndirilən şəxs sexin sahibi Şahid5 ünvanına nalayiq ifadələr işlətdiyini və Zərərçəkmiş şəxs avtomobilinin Şahid5 məxsus olduğunu zənn etdiyi üçün həmin avtomobilə ov silahı ilə atəş açaraq avtomobili zədələdiyini, bu zaman sexin normal iş fəaliyyətinin qısa müddətlik pozulduğunu bildirmişdir; - Şahid3 ifadəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs avtomobilinin Şahid5 məxsus olduğunu zənn etdiyi üçün həmin avtomobilə ov silahı ilə atəş açdığını bildirmişdir; CM-in 221.3-cü maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Xuliqanlıq cinayətinin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlıq əməli subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakını məhv etmək, yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıqca hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 oktyabr 2022-ci il tarixli Qərardadında müəyyən edilmişdir ki, xuliqanlıq cinayətinin xırda xuliqanlıqdan fərqli olaraq ictimai təhlükəliliyi ictimai qaydanın məhz kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan, şəxslər üzərində zor tətbiqi və ya hədəsi, yaxud əmlakın məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan hərəkətlərdən ibarətdir. Xuliqanlıq cinayətinin əsas obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Bu cinayətin obyektiv cəhəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirən, şəxslər üzərində zor tətbiqi və ya zor tətbiqi hədəsi və ya özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdə ifadə olunur. Sözügedən qərardadda qeyd olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər isə təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlər kimi müəyyən edilmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı). Konstitusiya Məhkəməsi öz qərardadında vurğulamışdır ki, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyən edilmədikdə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli Qərarında vurğulanmışdır ki, xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. CM-in 221.3-cü maddəsi xuliqanlığın digər tövsifedici əlaməti qismində bu cinayət əməlinin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur. CM-in 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, CM-in xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Eyni zamanda həmin qərarda qeyd edilir ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə, silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilibedilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Xuliqanlıq cinayətinin ictimai qaydaya və vətəndaşların rahatlığına qəsd edən, bəzi hallarda silah tətbiq edilməklə, digər daha ağır cinayətlərin törədilməsi ilə nəticələnən təhlükəli və geniş yayılmış cinayət olması nəzərə alınmaqla, məhkəmələrin diqqəti xuliqanlığa qarşı cəza tətbiqində mövcud nöqsanların aradan qaldırılması zəruriyyətinə cəlb edilsin. Məhkəmələrə tövsiyyə edilir ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla, hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Hazırkı iş üzrə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qanunvericiliklə tənzimlənən ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər törətməklə vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaratmış, qorxu və narahatçılıq hissinə səbəb olaraq ictimai qaydanı kobud surətdə pozmaqla cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs ətrafdakı şəxslər üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərərək nalayiq ifadələr işlətmiş, cəmiyyətin üzvü olan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni mənafelərinə toxunan hərəkətlər törədərək sonuncunun əmlakına odlu silahdan atəş açaraq zərər vurmuşdur. Eyni zamanda Təqsirləndirilən şəxs cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk etmiş, bu hərəkətləri nəticəsində zərərçəkmişin əmlakına zərər vurula biləcəyini qabaqcadan görmüş və bunu arzu etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən hadisənin baş verdiyi yerin, yəni qəbiristanlığın insanların mütəmadi olduğu məkan olmaqla, ictimai yer hesab olunması, həmçinin hadisə zamanı sexdə başqa şəxslərin olması, eyni zamanda cinayətin subyektiv cəhəti olan niyyətin müəyyən edilməsi zamanı cinayət hadisəsinin qisas, intiqam hissi ilə törədilməməsini, əvvəllər tərəflərin aralarında bu səbəbdən belə bir münaqişənin olmamasını, cinayətin məhz cüzi səbəbə görə təqsirləndirilən şəxsin özünü ictimai qaydaya qarşı qoyaraq gücünü nümayiş etdirməklə baş verməsini nəzərə alır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: -Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəməsi, onunla barışması, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını (əsas: zərərçəkmiş şəxsin ərizəsi); -himayəsində biri azyaşlı olmaqla, üç yetkinlik yaşına çatmayan uşaqlarının olmasını (əsas: doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqələrinin surətləri); -yaşayış yer üzrə müsbət xarakterizə olunmasını (əsas: Granboy Rayon İHB-nin Rəhimli kənd İƏD-si üzrə nümayəndili tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamə). İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 19 iyul 2022-ci il tarixdə CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə görə məhkəmənin qərarı ilə məhkum olunmuş və cəzasını çəkdiyi dövrdə yeni cinayət törətmişdir. Məhkəmə göstərilənləri Təqsirləndirilən şəxs şəxsiyyətini səciyyələndirən hallar kimi nəzərə alır və hesab edir ki, bu hallar Təqsirləndirilən şəxs cinayət törətməyə meylli şəxs kimi xarakterizə olunmasına əsas verir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə, həmçinin qeyd edir ki, Gəncə Apellyasiya Məhkəməsinin 1(104)-697/2022 nömrəli, 26 dekabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 02 (iki) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası, CM-in 68.1.1-1-ci maddəsinə uyğun olaraq azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla (02 (iki) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün = 01 (bir) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün) CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməli və Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınmış, Goranboy Rayon Polis Şöbəsinə saxlanca verilmiş “Vinçestr” tipli, 12 mm kalibrli, “Escort” modelli, “588883” nömrəli pompalı, təklüləli yivsiz odlu ov silahına dair qeyd edir ki, iş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs həmin silahın qanuni sahibi olmuşdur. Lakin, bu halda məhkəmə “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini rəhbər tutur. Belə ki, sözügedən Qanunun: 7-ci maddəsinin İV hissəsinin 3-cü bəndinə əsasən ağır cinayətlərə görə, habelə silahdan, döyüş sursatından və ya partlayıcı maddələrdən istifadə etməklə törədilmiş cinayətlərə görə məhkum olunduqda vətəndaşın xidməti və ya mülki silah əldə etməsi qadağandır; 18-ci maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən sahibin xidməti və ya mülki silahı əldə etmək, saxlamaq və təyinatı üzrə istifadə etmək hüququnun məhdudlaşdırılması üçün bu Qanunun 7-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş əsaslar müəyyən edildikdə xidməti və ya mülki silahın əldə edilməsinə, saxlanılmasına, gəzdirilməsinə və istifadə edilməsinə dair bu Qanunun 8-ci və 9-cu maddələrində göstərilmiş sənədlər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (bu halda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə) tərəfindən ləğv edilir. Göründüyü kimi Qanunla döyüş sursatından və ya partlayıcı maddələrdən istifadə etməklə törədilmiş cinayətlərə görə məhkum olunmuş vətəndaşın xidməti və ya mülki silah əldə etməsi qadağandır. Həmçinin, bu əsas olduqda xidməti və ya mülki silahın əldə edilməsinə, saxlanılmasına, gəzdirilməsinə və istifadə edilməsinə dair sənədlər də ləğv olunur. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs hazırda qanuni sahibliyində olan silahdan istifadə etməklə cinayət törətmişdir və bu hal Qanunun tələbinə əsasən ona verilmiş xidməti və ya mülki silahın əldə edilməsinə, saxlanılmasına, gəzdirilməsinə və təyinatı üzrə ondan istifadə edilməsinə dair sənədin ləğvi üçün əsasdır. Sadalananlara əsasən məhkəmə sözügedən silahın müsadirə edilməsini məqsədəmüvafiq hesab etməklə ona dair sənədlərin ləğvi məsələsinə baxılması üçün müvafiq quruma (bu halda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə) məlumat göndərilməsini qanuni və əsaslı hesab edir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həbsdə və ev dustaqlığında saxlanıldığı 09 (doqquz) ay 17 (on yeddi) gün (01 aprel-18 yanvar 2024-cü il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı (CM-69.3), Gəncə Apellyasiya Məhkəməsinin 1(104)-697/2022 nömrəli, 26 dekabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 02 (iki) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası, azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla (01 (bir) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün) CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməli və ona qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 18 yanvar 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar – Goranboy Rayon Polis Şöbəsinə saxlanca verilmiş zavod üsulu ilə istehsal edilmiş, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 12 kalibrli patronların atəşlə ayrılmış hissələri üç ədəd giliz məhv edilməli, “Vinçestr” tipli, 12 mm kalibrli, “Escort” modelli, “588883” nömrəli pompalı, təklüləli yivsiz odlu ov silahı xüsusi müsadirə edilməli və “Mersedes Benz E 240” minik markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Gəncə Apellyasiya Məhkəməsinin 1(104)-697/2022 nömrəli, 26 dekabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 02 (iki) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası, azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla 01 (bir) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin və qəti olaraq ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı 09 (doqquz) ay 17 (on yeddi) gün ona təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 02 (iki) il 08 (səkkiz) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 18 yanvar 2024-cü il tarixdən hesablansın İş üzrə maddi sübut - Goranboy Rayon Polis Şöbəsinə saxlanca verilmiş zavod üsulu ilə istehsal edilmiş, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 12 kalibrli patronların atəşlə ayrılmış hissələri üç ədəd giliz məhv edilsin. İş üzrə maddi sübut – Goranboy Rayon Polis Şöbəsinə saxlanca verilmiş “Vinçestr” tipli, 12 mm kalibrli, “Escort” modelli, “588883” nömrəli pompalı, təklüləli yivsiz odlu ov silahı xüsusi müsadirə edilsin. İş üzrə maddi sübut - “Mersedes Benz E 240” minik markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut - Goranboy Rayon Polis Şöbəsinə saxlanca verilmiş “Vinçestr” tipli, 12 mm kalibrli, “Escort” modelli, “588883” nömrəli pompalı, təklüləli yivsiz odlu ov silahına dair Təqsirləndirilən şəxs verilmiş sənədlərin ləğv edilməsi məsələsinə baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə məlumat göndərilsin. Ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X4, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar