Məhkəmə qərarları › İş №1(045)-3/2025

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-3/2025

08.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-3/2025 08.05.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Saat 12:55 X14 Məhəmməd oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər X6 və Zərərçəkmiş şəxs8 Zərqəm qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Göygöl şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək PX-in ünvan 2 təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 29,177.2.2, 29,177.2.3, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən tamah niyyətilə saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə 20:00 radələrində Gəncə şəhəri Gülüstan qəsəbəsi ünvanında yerləşən Zərərçəkmiş şəxs7 məxsus ünvansız fərdi yaşayış evinə pəncərədən daxil olma yolu ilə daxil olaraq həmin evdən 600 manat məbləğində nəğd pul, 01 (bir) ədəd 1200 manat dəyərində sarı rəngli, Rusiya Federasiyası istehsallı, 583 əyyarda olan qızıl sırğanı, 05 (beş) ədəd 01 ədədinin qiyməti 10 manat olmaqla ümumi 50 manat dəyərində polad tərkibli, hər ədədi 03 qram çəkidə olan qolbaq və 01 (bir) ədəd 35 manat plastik metaldan hazırlanmış, qızıl nöqtələrlə bəzədilmiş muncuğu, ümumilikdə Zərərçəkmiş şəxs7 məxsus 1885 (bir min səkkiz yüz səksən beş) manat dəyərində əmlakı oğurlamışdır. Bundan sonra, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 27 dekabr 2023-cü il tarixdə saat 20:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən ünvansız fərdi yaşayış evinə pəncərədən daxil olma yolu ilə daxil olub həmin evdən 300 manat nağd pulu, evin yataq otağında yerləşən qızıl qabında olan 01 (bir) ədəd 700 manat dəyərində olan sarı rəngli, Rusiya Federasiyası istehsallı, 8 qram çəkili, 583 əyarda olan üzüyü, 01 (bir) ədəd 500 manat dəyərində sarı rəngli, Rusiya Federasiyası istehsallı, 4.5 qram çəkidə, beşlik qızılı, 01 (bir) ədəd 1100 manat dəyərində sarı rəngli, Rusiya Federasiyası istehsallı, 12 qram çəkidə, 583 əyyarda olan qızıl boyunbağını, 01 (bir) ədəd 300 manat dəyərində sarı rəngli, Rusiya Federasiyası istehsallı, 4 qram çəkidə, 583 əyyarda olan qızıl klonu, 01 (bir) ədəd 40 manat dəyərində şüşə tərkibli, 2 qram çəkidə qıraqları qızıl naxışlarla bəzədilmiş gözmuncuğunu, 01 ədəd 900 manat dəyərində sarı rəngli, Rusiya Federasiyası istehsallı, 10 qram çəkidə, 583 əyyarda olan qızıl üzüyü, 01 (bir) ədəd 40 manat dəyərində dəmirdən hazırlanmış, üz qapağı şüşədən olan adi qol saatını, 01 (bir) ədəd 45 manat dəyərində polad tiyəli, 20 sm uzunluğu, 3 sm eni olan, taxta dəstəkli, dəri üzlüklü suvenir bıçağı, 01 (bir) ədəd 15 manat dəyərində qızılı rəngli, polad tərkibli, 9 qram çəkili üzüyü, 01 (bir) ədəd 20 manat dəyərində polad tərkibli, 15 qram çəkidə olan boyunbağını, ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 3960 (üç min doqquz yüz altmış) manat dəyərində əmlakı oğurlamışdır. Bundan sonra, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 27 dekabr 2023-cü il tarixdə saat 21:00 radələrində Zərərçəkmiş şəxs8 Zərqəm qızına məxsus Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən ünvansız fərdi yaşayış evinə pəncərədən daxil olma yolu ilə daxil olub həmin evin yataq otağında yerləşən əşya dolabının önündə olan mücrünün içərisindən 02 (iki) ədəd bir ədədinin qiyməti 60 manat, ümumi qiyməti 120 manat olan gümüşdən hazırlanmış, hər birinin ayrılıqda çəkisi 13 qram olan üzüyü, 01 (bir) ədəd 300 manat dəyərində polad materialdan hazırlanmış, 40 qram çəkidə olan boyunbağını, 10 (on) ədəd bir ədədinin qiyməti 15 manat olmaqla ümumi qiyməti 150 manat olan polad materialdan hazırlanmış, hər birinin ayrılıqda çəkisi 04 qram olan sırğaları, 05 (beş) ədəd bir ədədinin qiyməti 25 manat olmaqla ümumi qiyməti 125 manat olan hər birinin çəkisi ayrılıqda 10 qram olan, polad materialdan hazırlanmış sırğaları, 05 ədəd hər birinin ayrılıqda qiyməti 30 manat olmaqla ümumi qiyməti 150 manat olan polad materialdan hazırlanmış, hər birinin ayrılıqda çəkisi 15 qram olan üzükləri, 01 (bir) ədəd 15 manat dəyərində polad materialdan hazırlanmış, zümrüd qaşlı, 15 qram çəkiyə malik olan, boyunbağını, 03 (üç) ədəd bir ədədinin qiyməti 25 manat olmaqla ümumi dəyəri 75 manat olan dəmir materialdan hazırlanmış, mərkəz hissəsi şüşədən olan, adi qadın saatını, 01 (bir) ədəd 90 manat dəyərində “Samsung” markalı, smart qol saatını, 01 (bir) ədəd 12 manat dəyərində polad materialdan hazırlanmış, 04 qram çəkiyə malik olan üzüyü, 03 (üç) ədəd bir ədədinin qiyməti 14 manat olmaqla ümumi qiyməti 42 manat olan polad materialdan hazırlanmış, hər birinin ayrılıqda ümumi çəkisi 07 qram olan qolbağları, ümumilikdə Zərərçəkmiş şəxs8 məxsus 1079 (bir min yetmiş doqquz) manat dəyərində əmlakı oğurlamışdır. Bundan sonra, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 27 dekabr 2023-cü il tarixdə saat 21:00 radələrində Zərərçəkmiş şəxs4 məxsus Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən ünvansız fərdi yaşayış evinə hasardan aşma yolu ilə daxil olaraq fərdi yaşayış evindən 02 (iki) ədəd bir ədədinin qiyməti 850 manat olmaqla 1700 manat dəyərində sarı rəngli, Rusiya Federasiyası istehsallı, 10 qram çəkidə, 583 əyyarda olan qızıl üzükləri, 02 (iki) ədəd bir ədədinin qiyməti 850 manat olmaqla ümumi 1700 manat dəyərində sarı rəngli, İtaliya Respublikası istehsallı, 10 qram çəkidə, 585 əyarda olan qızıl üzükləri, 01 (bir) ədəd 1100 manat dəyərində sarı rəngli, Rusiya Federasiyası istehsallı, 12 qram çəkidə, 583 əyyarlı üzüyü, 01 (bir) ədəd 3400 manat dəyərində sarı rəngli, Rusiya Federasiyası istehsallı, 40 qram çəkidə, 583 əyyarda olan qızıl qol saatı, 01 (bir) ədəd 1000 manat dəyərində sarı rəngli, Rusiya Federasiyası istehsallı, 12 qram çəkidə, 585 əyyarda olan qızıl boyunbağını, 01 (bir) ədəd 1000 manat dəyərində ağ rəngli, İtaliya Respublikası istehsallı, 12 qram çəkili, 585 qram çəkidə olan qızıl boyunbağını, 01 (bir) ədəd 500 manat dəyərində sarı rəngli, İtaliya Respublikası istehsallı, 5,5 qram çəkidə, 585 əyyarda olan qızıl klonu, 01 (bir) ədəd 600 manat dəyərində sarı rəngli, İtaliya Respublikası istehsallı, 7 qram çəkili, 585 əyarda olan qızıl qolbağı, 01 (bir) ədəd 250 manat dəyərində sarı rəngli, Rusiya Federasiyası istehsallı, 3 qram çəkidə, 583 əyyarda olan uşaq üçün qolbağı, 01 (bir) ədəd 700 manat dəyərində sarı rəngli, İtaliya Respublikası istehsallı, 9 qram çəkidə, 585 əyyarda olan qızıl sırğanı, 01 (bir) ədəd 200 manat dəyərində sarı rəngli, Rusiya Federasiyası istehsallı, 2 qram çəkidə, 583 əyyarda olan, istifadəyə yararsız qızıl parçasını, 01 (bir) ədəd 20 manat dəyərində 5 qram çəkidə olan gümüş üzüyü, 01 (bir) ədəd 20 manat dəyrində 5 qram çəkidə olan gümüş sırğanı, ümumilikdə Zərərçəkmiş şəxs4 məxsus 12190 (on iki min yüz doxsan) manat dəyərində xeyli miqdarda əmlakı oğurlamışdır. Bundan sonra, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 22 radələrində ünvan 5 ünvanında Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinə daxil olaraq həmin evdən 2000 manat pul vəsaitinin, 01 (bir) ədəd 150 manat dəyərində “Naviforce” markalı, dəmirdən hazırlanmış, adi qol satını, 01 (bir) ədəd 150 manat dəyərində “Naviforce” markalı, kənarları dəridən hazılanmış, adi qol saatını, 01 (bir) ədəd 700 manat dəyərində sarı rəngli, Rusiya Federasiyası istehsallı, 8 qram çəkidə, 583 əyyarda olan qızıl boyunbağını, 01 ədəd 550 manat dəyərində sarı rəngli, Rusiya Federasiyası istehsallı, 6 qram çəkidə, 583 əyyarda olan qızıl sırğanı, 01 (bir) ədəd 900 manat dəyərində sarı rəngli, İtaliya Respublikası istehsallı, 10 qram çəkidə 585 əyyarda olan qızıl qolbağı, 01 ədəd 300 manat dəyərində “Samsung” markalı, smart qol saatını, 02 (iki) ədəd bir ədədinin qiyməti 30 manat olan dəmir materialdan hazılanmış qadın qol saatını, ümumilikdə Zərərçəkmiş şəxs3 məxsus 4810 ( dörd min səkkiz yüz on) manat dəyərində əmlakı oğurlamışdır. Bundan sonra, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Gəncə şəhəri Gülüstan qəsəbəsi F.Yusubov küçəsi ünvanında yerləşən X5 məxsus fərdi yaşayış evinə evin plastik pəncərəsini güc tətbiq edərək açmaq yolu ilə daxil olaraq həmin evin yataq otaqlarını axtarmış, lakin, evdə hər hansı bir dəyərli əmlak aşkar edə bilmədiyi üçün evi tərk edərək oğurluq etməyə cəhd etmişdir. Bundan sonra, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Gəncə şəhəri Gülüstan qəsəbəsi İ.Hakverdiyev küçəsi ünvanında yerləşən Zərərçəkmiş şəxs5 məxsus fərdi yaşayış evinə evin plastik pəncərəsini güc tətbiq edərək açmaq yolu ilə daxil olaraq həmin evin yataq otaqlarını axtarmış, lakin, evdə hər hansı bir dəyərli əmlak aşkar edə bilmədiyi üçün evi tərk edərək oğurluq etməyə cəhd etmişdir. Bundan sonra, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 04 iyul 2024-cü il tarixdə saat 22 radələrində piyada Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisində hərəkət edib Dəliməmmədli şəhəri T.Əkbəri küçəsi 06 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 Səfadil qızına məxsus iki mərtəbəli fərdi yaşayış evinin həyətinə hasardan keçməklə qanunsuz daxil olduqdan sonra fərdi yaşayış evinin ikinci mərtəbəsinin pəncərəsini əli ilə itələyib açaraq qanunsuz evin içərisinə daxil olub giriş otağında, sağ hissədə ikinci sırada olan yataq otağına keçərək çarpayının üzərindəki döşəyin altında əl dəsmalının içərisində saxlanılan 8970 manat dəyərində bir dəst İtaliya Respublikası istehsallı 750 əyarlı təxminən 78 qram çəkidə yəni (1 ədəd brilliant qaşlı ağ rəngli qızıl boyunbağını, 1 ədəd brilliant qaşlı ağ rəngli qızıl üzüyü və 1 cüt brilliant qaşlı ağ rəngli qızıl sırğanı), 1700 manat dəyərində bir dəst Rusiya Federasiyası Federiyası istehsallı olan 585 əyarlı təxminən 20 qram çəkidə yəni (1 ədəd qızıl boyunbağını, 1 ədəd qızıl üzüyü və 1 cüt qızıl sırğanı), 1035 manat dəyərində bir ədəd İtaliya Respublikası istehsallı 750 əyarlı təxminən 9 qram çəkidə zümrüd qaşlı brilliant daşlarla əhatə edilmiş qızıl üzüyü, 1035 manat dəyərində bir ədəd İtaliya Respublikası istehsallı 750 əyarlı təxminən 9 qram çəkidə olan brilliant qaşlı bir ədəd qızıl üzüyü, həmin otaqda giriş qapısının sol tərəfində olan dolabın üzərindəki 5 manat dəyərində bir ədəd “Məkkə” şəkili olan suveniri (brelok), ümumi dəyəri 10 manat təşkil edən 5 ədəd qızılı rəngli çömçə qaşıqları, 150 manat dəyərində gümüşü materialdan olan təsbehi və 6 manat nəğd pulu gizli yolla talayıb ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus 12906 (on iki min doqquz yüz altı) manat dəyərində xeyli miqdarda əmlakı oğurlamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-nin 29,177.2.2, 29,177.2.3, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ailəlidir, lakin, rəsmi nikahı yoxdur. Bir uşaq atasıdır. O heç bir yerdən oğurluq etməmişdir. İbtidai araşdırma zamanı ifadəsini təsir altında vermişdir. Onun oğurluq etməsi barədə heç bir sübut yoxdur. Yəni, heç kim onun oğurluq etdiyini görməmişdir. Buna görə də özünü təqsirli bilmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, o, 2 nömrəli regional avtomobil yollarının yaşıllaşdırılması və ekologiyası idarəsində nəzarətçi işləyir. Gəncə şəhəri Gülüstan qəsəbəsi F.Yusubov küçəsində yerləşən fərdi yaşayış evi ona məxsusdur. Bu evdə ailəsilə birlikdə yalnız yay aylarında qalır. Təxminən, 10 ay olar ki, həmin evi özü təmir edir. Demək olar ki, hər gün həmin evdə tək şəkildə təmir işləri edir. xx.xx.2023-cü il tarixdə də yenə evə gəlmiş və evdə təmir işləri görmüşdür. Lakin, saat axşam 18-19 arasında o, evin qapılarını kilidləyib, evdən çıxmışdır. 4 gün evə gəlməmişdir. xx.xx.2023-cü il tarixdə isə qonşuları ona zəng edərək demişlər ki, qonşuluqda olan evlərdən oğurluqlar olmuşdur. O da bunu eşitdikdən sonra dərhal evə gəlmişdir və darvazanın kilidini açıb həyətə daxil olmuşdur. Həyətdə olarkən görmüşdür ki, evin giriş qapısının sağ tərəfində yerləşən mətbəxin plastik pəncərəsi açıq vəziyyətdədir. O, dərhal evin giriş qapısının kilidini açıb içəri daxil olmuşdur. Dəhlizdən ümumi otaqlara giriş qapısının şüşəsinin sındırıldığını və qapısının açıq olduğunu görmüşdür. O, dərhal evin otaqlarına baxmış və yataq otaqlarında olan əşya və paltar dolablarının axtarıldığını görmüşdür. Dərhal da polis orqanlarına müraciət etmişdir.Ona məxsus evdən heç bir əşya oğurlanmamışdır. Hazırda o, Təqsirləndirilən şəxsla barışmamışdır, ondan şikayətçidir. Odur ki, Təqsirləndirilən şəxs barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, işləmir, İİ qrup əlildir. 2020-ci il tarixdən “leykoz” xəstəliyindən əziyyət çəkir. Bakı şəhərində Milli Hemotologiya və Transfiziologiya mərkəzində qeydiyyatdadır. Halhazırda dərman vasitələri qəbul edir. Gəncə şəhəri AKTA 6-da yerləşən fərdi yasayiş evi ona məxsusdur. Həmin evdə ailə üzvlərilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində o, ailə üzvlərilə birlikdə qonşuluqda yaşayan qardaşının evinə qonaq getmişdir. Onlar qardaşıgildə olarkən qardaşının oğlu telefonla zəng edərək onların evinin pəncərəsinin açıq olduğunu onlara bildirmişdir. Onlar da dərhal evə qayıtmışlar. O, evə çatarkən görmüşdür ki, evin küçəyə baxan pəncərəsi açıq vəziyyətdədir. O, dərhal evin içərisinə daxil olmuşdur. Evin qonaq otağı olduğu kimi qalmışdır. Daha sonra o, evin yataq otağına keçmişdir. Yataq otağı dağıdılmış vəziyyətdə olmuşdur. Paltarlar yerə dağılmış, otaqda olan sandıq yerə tökülmüşdür. Otaqda olan əşya və paltar dolabları açılmış və içərisi qarışdırılmışdır. O, dərhal DİN-nin 102 zəng xidmətinə müraciət etmişdir. Polis əməkdaşları bir neçə dəqiqədən sonra gəlmiş, o, həmin otağa daha da yaxından baxmağa başlamışdır və ona məlum olmuşdur ki, həmin otaqdakı qızıl qabının içərisindəki 200 manat və arvadının əl çantasında olan 100 manat, ümumilikdə 300 manat pul, bundan başqa, qızıl qabında olan 01 (bir) ədəd 700 manat dəyərində olan sarı rəngli, Rusiya istehsalı, 8 qram çəkili, 583 əyyarda olan üzük, 01 (bir) ədəd 500 manat dəyərində sarı rəngli, Rusiya istehsalı, 4.5 qram çəkidə, beşlik qızıl, 01 (bir) ədəd 1100 manat dəyərində sarı rəngli, Rusiya istehsalı, 12 qram çəkidə, 583 əyyarda olan qızıl boyunbağı, 01 (bir) ədəd 300 manat dəyərində sarı rəngli, Rusiya istehsalı, 4 qram çəkidə, 583 əyyarda olan qızıl klon, 01 (bir) ədəd 40 manat dəyərində şüşə tərkibli, 2 qram çəkidə qıraqları qızıl naxışlarla bəzədilmiş gözmuncuğu, 01 ədəd 900 manat dəyərində sarı rəngli, Rusiya istehsalı, 10 qram çəkidə, 583 əyyarda olan qızıl üzük, 01 (bir) ədəd 40 manat dəyərində dəmirdən hazırlanmış, üz qapağı şüşədən olan adi qol saatı, 01 (bir) ədəd 45 manat dəyərində polad tiyəli, 20 sm uzunluğu, 3 sm eni olan, taxta dəstəkli, dəri üzlüklü suvenir bıçaq, 01 (bir) ədəd 15 manat dəyərində qızılı rəngli, polad tərkibli, 9 qram çəkili üzük, 01 (bir) ədəd 20 manat dəyərində polad tərkibli, 15 qram çəkidə olan boyunbağı yaşadığı evin yataq otağından oğurlanmış, ona ümumilikdə 3960 (üç min doqquz yüz altmış) manat maddi ziyanın dəymişdir. Hazırda o, Təqsirləndirilən şəxsla barışmamışdır, ondan şikayətçidir, Şahin ona dəymiş maddi ziyanı ödəməmişdir. Odur ki, Təqsirləndirilən şəxs barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, işləmir. xx.xx.2023-cü il tarixdə axşam saat 22 radələrində o, Gəncə şəhəri Gülüstan qəsəbəsi, AKTA 6 ərazisində yaşadığı fərdi yaşayış evində olmuşdur. O, saat 22 radələrində evin mətbəxinin işiğını söndürüb yataq otağına keçmişdir. Yarım saat sonra o, həyətə çıxmış və görmüşdür ki, evin darvazası açıqdır. Darvazanı bağlayıb evə qayıtmışdır. Yatmaq üçün yatağına uzanmışdır. Bu zaman arvadı onun yanına gələrək evə oğru girdiyini demişdir. O, dərhal əynini geyinib evin otaqlarına baxmağa başlamışdır. Görmüşdür ki, evin digər yataq otağının yataq dəsti dağıdılıb, həmin otağın paltar və əşya dolabları qarışdırılıb. O, otağa baxarkən görmüşdür ki, həmin otaqdakı paltar dolabında dəmir qablara qoyduqları 02 (iki) ədəd bir ədədinin qiyməti 850 manat olmaqla 1700 manat dəyərində sarı rəngli, Rusiya istehsalı, 10 qram çəkidə, 583 əyyarda olan qızıl üzüklər, 02 (iki) ədəd bir ədədinin qiyməti 850 manat olmaqla ümumi 1700 manat dəyərində sarı rəngli, İtaliya istehsalı, 10 qram çəkidə, 585 əyarda olan qızıl üzüklər, 01 (bir) ədəd 1100 manat dəyərində sarı rəngli, Rusiya istehsalı, 12 qram çəkidə, 583 əyarlı üzük, 01 (bir) ədəd 3400 manat dəyərində sarı rəngli, rusiya istehsalı, 40 qram çəkidə, 583 əyyarda olan qızıl qol saatı, 01 (bir) ədəd 1000 manat dəyərində sarı rəngli, rusiya istehsalı, 12 qram çəkidə, 585 əyarda olan qızıl boyunbağı, 01 (bir) ədəd 1000 manat dəyərində ağ rəngli, İtaliya istehsalı, 12 qram çəkili, 585 qram çəkidə olan qızıl boyunbağı, 01 (bir) ədəd 500 manat dəyərində sarı rəngli, İtaliya istehsalı, 5,5 qram çəkidə, 585 əyyarda olan qızıl klon, 01 (bir) ədəd 600 manat dəyərində sarı rəngli, İtaliya istehsalı, 7 qram çəkili, 585 əyyarda olan qızıl qolbaq, 01 (bir) ədəd 250 manat dəyərində sarı rəngli, Rusiya istehsalı, 3 qram çəkidə, 583 əyarda olan uşaq üçün qolbaq, 01 (bir) ədəd 700 manat dəyərində sarı rəngli, İtaliya istehsalı, 9 qram çəkidə, 585 əyarda olan qızıl sırğa, 01 (bir) ədəd 200 manat dəyərində sarı rəngli, Rusiya istehsalı, 2 qram çəkidə, 583 əyarda olan, istifadəyə yararsız qızıl parçası, 01 (bir) ədəd 20 manat dəyərində 5 qram çəkidə olan gümüş üzük, 01 (bir) ədəd 20 manat dəyrində 5 qram çəkidə olan gümüş sırğanın oğurlandığını aşkar etmiş və dərhal polisə müraciət etmişdir. Ona ümumi olaraq 12190 (on iki min yüz doxsan) manat maddi ziyan dəymişdir. O, birinci ifadəsində evindən oğurlanmış əşyaları tam olaraq xatırlamamışdır, sonradan ailə üzvlərilə hesabladıqda hazırda qeyd etdiyi əşyaların da oğurlandığını bilmişdir. Qiymətləri isə ümumi olaraq maraqlandıqdan sonra hazırki ifadəsində qeyd etmişdir. X11 onun oğludur. Murad onlarla birlikdə yaşayır. Murad onlarla birlikdə yaşadığı üçün evdən əl-barmaq izi çıxa bilər. Lakin, digər şəxs yəni Təqsirləndirilən şəxs tanımır. Ona məxsus Gəncə şəhəri Gülüstan qəsəbəsi AKTA 6 ərazisində yerləşən fərdi yaşayış evindən aşkar olunmuş əl-barmaq izlərinin iki nəfər şəxsə, yəni X10 və Göygöl rayon sakini Təqsirləndirilən şəxs aid olması ona bildirilmişdir. Hazırda o, Təqsirləndirilən şəxsla barışmamışdır, ondan şikayətçidir, Şahin ona dəymiş maddi ziyanı ödəməmişdir. Odur ki, Təqsirləndirilən şəxs ən ağır cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, işləmir. xx.xx.2023-cü il tarixdə axşam saat 22 radələrində o, Gəncə şəhəri Gülüstan qəsəbəsi, F.Yusubov küçəsi, ev 39-da evin qonaq otağında uzanıb dincəlmişdir. Bu zaman o, evin yataq otağından səslər eşitmişdir. Amma, o, qorxduğu üçün otaqdan çıxmamışdır. 3-4 dəqiqədən sonra səslər kəsilmişdir. Səslər kəsildikdən sonra o, elə həmin otaqda yuxuya getmişdir. Sabahı gün saat 09:00 radələrində o, paltar asmaq üçün həyətə düşmüşdür. Bu zaman evin arxa tərəfində olan plastik pəncərənin açıq olduğunu görmüşdür. O, dərhal evə qayıdıb, pəncərəsi açıq olan yataq otağına girmişdir. Otağa girdikdə otaqdakı paltar dolabının, əşya dolabının və yataq dəstinin dağınıq vəziyyətdə olduğunu görmüşdür. O, otaqda olan əşya dolabının içərisinə baxdıqda görmüşdür ki, dolabda olan pulqabının içərisinə qoyduğu 2000 manat pul orada yoxdur. Daha sonra o, həmin otağı axtararkən otaqda olan əşya dolabının içərisindən 01 (bir) ədəd 150 manat dəyərində “Naviforce” markalı, dəmirdən hazırlanmış, adi qol saatının, 01 (bir) ədəd 150 manat dəyərində “Naviforce” markalı, kənarları dəridən hazırlanmış adi qol saatının, 01(bir) ədəd 700 manat dəyərində sarı rəngli, Rusiya istehsalı, 8 qram çəkidə, 583 əyarda olan qızıl boyunbağının, 01 ədəd 550 manat dəyərində sarı rəngli, Rusiya istehsalı, 6 qram çəkidə, 583 əyarda olan qızıl sırğanın, 01 (bir) ədəd 900 manat dəyərində sarı rəngli, İtaliya istehsalı, 10 qram çəkidə 585 əyarda olan qızıl qolbağın, 01 ədəd 300 manat dəyərində “Samsung” markalı, smart qol saatının, 02 (iki) ədəd bir ədədinin qiyməti 30 manat olan dəmir materialdan hazırlanmış qadın qol saatının oğurlandığını aşkar etmiş və dərhal polis orqanlarına müraciət etmişdir. Onun evindən 2000 manat pul, yataq otağında olan əşya dolabından 01 (bir) ədəd 150 manat dəyərində “Naviforce” markalı, dəmirdən hazırlanmış, adi qol saatı, 01 (bir) ədəd 150 manat dəyərində “Naviforce” markalı, kənarları dəridən hazırlanmış, adi qol saatı, 01 (bir) ədəd 700 manat dəyərində sarı rəngli, Rusiya istehsalı, 8 qram çəkidə, 583 əyarda olan qızıl boyunbağı, 01 ədəd 550 manat dəyərində sarı rəngli, Rusiya istehsalı, 6 qram çəkidə, 583 əyarda olan qızıl sırğa, 01 (bir) ədəd 900 manat dəyərində sarı rəngli, İtaliya istehsalı, 10 qram çəkidə 585 əyarda olan qızıl qolbaq, 01 ədəd 300 manat dəyərində “Samsung” markalı, smart qol saatı, 02 (iki) ədəd bir ədədinin qiyməti 30 manat olan dəmir materialdan hazırlanmış qadın qol saatı oğrulanmışdır və ona ümumilikdə 4810 (dörd min səkkiz yüz on) manat maddi ziyan dəymişdir. O, sonradan həmin günü evində olan əşyaları xatırlamışdır və hazırda qeyd etdiyi əşyaların da oğurlandığını bilmişdir. Ona görə də, hazırki ifadəsində qeyd etdiyi miqdar doğrudur. Hazırda o, Təqsirləndirilən şəxsla barışmamışdır, ondan şikayətçidir, Şahin ona dəymiş maddi ziyanı ödəməmişdir. Odur ki, Təqsirləndirilən şəxs ən ağır cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 Zərqəm qızı ifadəsində göstərdi ki, Gəncə şəhəri N saylı hərbi hissədə aşbaz vəzifəsində işləyir. Onun ünvan 6 ünvanında özünə məxsus fərdi yaşayış evi vardır. O, xx.xx.2023-cü il tarixdə saat gecə 12 radələrində həmin evin həyətində yerləşən digər evdə uzanmışdır. O, həmin vaxtı əsas evə bir neçə əşyasını götürmək üçün girmişdir. O, evin yataq otağına getdikdə görmüşdür ki, evin yataq otağının dolabları və yorğanı, şkafları dağıdılmışdır. O, bunu gördükdən sonra əl izi düşməsin deyə heç bir yerə toxunmamış və küçəyə çıxmaq istəmişdir. Küçəyə çıxarkən polis əməkdaşlarının qapının önündə olduğunu görmüşdür. Polis əməkdaşlarına evdən oğurluq olduğunu bildirmişdir. Polis əməkdaşları ilə birlikdə yenidən evə daxil olub, yataq otağına keçmişdir. Yataq otağında əşya dolabının önündə olan mücrünün içərisində baxdıqda oradan 02 (iki) ədəd bir ədədinin qiyməti 60 manat, ümumi qiyməti 120 manat olan gümüşdən hazırlanmış, hər birinin ayrılıqda çəkisi 13 qram olan üzüyün, 01 (bir) ədəd 300 manat dəyərində polad materialdan hazırlanmış, 40 qram çəkidə olan boyunbağının, 10 (on) ədəd bir ədədinin qiyməti 15 manat olmaqla ümumi nqiyməti 150 manat olan polad materialdan hazırlanmış, hər birinin ayrılıqda çəkisi 04 qram olan sırğaların, 05 (beş) ədəd bir ədədinin qiyməti 25 manat olmaqla ümumi qiyməti 125 manat olan hər birinin çəkisi ayrılıqda 10 qram olan, polad materialdan hazırlanmış sırğaların, 05 ədəd hər birinin ayrılıqda qiyməti 30 manat olmaqla ümumi qiyməti 150 manat olan polad materialdan hazırlanmış, hər birinin ayrılıqda çəkisi 15 qram olan üzüklərin, 01 (bir) ədəd 15 manat dəyərində polad materialdan hazırlanmış, zümrüd qaşlı, 15 qram çəkiyə malik olan, boyunbağının, 03 (üç) ədəd bir ədədinin qiyməti 25 manat olmaqla ümumi dəyəri 75 manat olan dəmir materialdan hazırlanmış, mərkəz hissəsi şüşədən olan, adi qadın saatının, 01 (bir) ədəd 90 manat dəyərində “Samsung” markalı, smart qol saatının, 01 (bir) ədəd 12 manat dəyərində polad materialdan hazırlanmış, 04 qram çəkiyə malik olan üzüyün, 03 (üç) ədəd bir ədədinin qiyməti 14 manat olmaqla ümumi qiyməti 42 manat olan polad materialdan hazırlanmış, hər birinin ayrılıqda ümumi çəkisi 07 qram olan qolbaqların oğurlandığını aşkar etmişdir. Ona ümumilikdə 1079 (bir min yetmiş doqquz) manat maddi ziyan dəymişdir. Hazırda Şahin ona dəymiş maddi ziyanı ödəməmişdir, lakin, o, Təqsirləndirilən şəxs şikayətçi deyildir. Odur ki, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Səfadil qızı ifadəsində göstərdi ki, 05 iyul 2024-cü il tarixdə saat 19 radələrində oğlu Miryunis yaşadıqları evdən çıxıb torpaq sahəsini suvarmaq üçün getmiş, oğlu Miryunis getdikdən bir qədər sonra isə gəlini Elmira da Dəliməmmədli şəhərində yerləşən ata evinə getmiş, o da evdə tək qalmış, evin birinci mərtəbəsində gündüz aldığı çiyələkləri təmizləmişdir. Həmin gün saat təxminən 22 radələrində qonşuluğunda yaşayan Cavid gəlib əmisi Rafiqin yaşadığı evin həyətyanı sahəsindən bir nəfər şəxsin onların həyətyanı sahəsinə daxil olduğunu demiş, odur ki, Cavid həyətyanı sahəyə baxmaq istədiyini demiş, o da buna etiraz etməmiş və Cavidlə birlikdə həyətyanı sahəyə baxmış, lakin məhlədə heç kimi tapmamışlar. Buna görə də məhlədən çıxıb evin girişinə tərəf gəldikdə oğlu Miryunis gəlmiş, həmin vaxt Miryunis nə baş verdiyini soruşduqda, ona Cavidin bir nəfər şəxsin əmisinin məhləsindən onların məhləsinə keçməsini deməsini bildirmiş, həmin vaxt isə Cavid çıxıb getmiş, oğlu da buna görə məhləyə keçib baxmış, lakin oğlu məhlədə heç kimi tapmamış, bundan sonra isə oğlu yanına gəlmiş və ona birlikdə şam etməyi təklif etsə də, oğlu şam etməyəcəyini, arvadı gəldikdən sonra birlikdə şam etməyi demiş, bundan sonra oğlu Miryunis yenidən məhləyə keçmiş və həmin vaxt qışqırıb məhlədən bir nəfər şəxsin qaçıb getməsini demişdir. O da buna görə məhləyə oğlunun yanına keçmiş və ona məhlədən çıxıb qaçan şəxsin ardınca getməməsini demiş, lakin oğlu məhlədən asfalt yola doğru çıxmış və o da oğlunun ardınca yola çıxmış, lakin yola çıxdıqdan sonra məhlədən çıxan şəxsi tapmamışlar. Buna görə də oğlu Miryunislə geri qayıtmışlar. Geriyə qayıdan zaman qonşunun məhləsində özü üçün aldığı qızılı rəngli 5 ədəd çömçə qaşıqları tapmış, həmin vaxt oğlu ilə düşünmüşlər ki, məhlədə olan şəxs həmin çömçə qaşıqları oğurlamış, lakin özü ilə apara bilməmişdir. Odur ki, həyətə gəldikdən sonra oğlu Miryunis qaz sayğacına pul yükləmək üçün evdən çıxmaq istəyərkən evin ikinci mərtəbəsinə qalxmış, evin ikinci mərtəbəsinin giriş otağına daxil olduqdan sonra görmüşdür ki, giriş otağının sağ yan tərəfində yerləşən iki ədəd yataq otağı dağınıq vəziyyətdədir. Eyni zamanda giriş otağının qarşısındakı yataq otağı olan, lakin müəyyən əşyaları və paltarları saxladığı otaqda dağınıq vəziyyətdədir. Həmin vaxt oğlu Miryunisi səsləmiş və Miryunis yanına gəlib evin vəziyyətini görmüş, bunun ardınca isə Miryunis evin ikinci mərtəbəsindən çölə çıxmış, o da yataq otaqlarına baxmış və həmin vaxt müəyyən etmişdir ki, naməlum şəxs giriş otağı ilə qarşı-qarşıya olan yataq otağı kimi nəzərdə tutulsa da, əşya və paltarları saxladığı otağa pəncərədən keçməklə giriş otağından sağda, ikinci sırada yerləşən yataq otağına daxil olub orada çarpayının üzərində olan döşəyin altında saxladığı ona məxsus 15000 ABŞ dolları və təxminən 15000 manat dəyərində qızılzinət əşyalarını oğurlamışdır. Odur ki, oğlu bu barədə DİN-in “102” zəng xidmətinə müraciət etmiş, bir qədər sonra Goranboy RPŞ-nin əməkdaşları gəlib evə baxış keçirmişlər. Baxış keçirildikdən sonra polis əməkdaşları evin ikinci mərtəbəsində yerləşən otaqlara daxil olmamağını və hər hansısa əşyaya toxunmamağı demiş, özü, oğlu və gəlini isə polis əməkdaşlarının sözünə əməl edərək ikinci mərtəbəyə daxil olmamışlar və orada hər hansısa əşyalara toxunmamşlar. 05 iyul 2024-cü il tarixdə saat 13 radələrində evin ikinci mərtəbəsinin giriş otağından sağda, ikinci sırada yerləşən yataq otağına daxil olduqda isə uşaq pampersinin arasında saxladığı pulunu çarpayının yanında yerdən tapmışdır. Belə ki, pulu pampersin içərisinə yığıb yataq otağındakı çarpayının üzərində olan döşəyin altında saxlamışdır. Pampersin içərisini açıb baxdıqda müəyyən etmişdir ki, 15000 ABŞ dolları pulu yerindədir. Həmin vaxt pulunu tapdığı üçün otağı axtarsa da, qızıl-zinət əşyalarını tapa bilməmişdir. Pulunu tapdıqdan sonra bu barədə oğluna, sonra isə Goranboy rayon polis şöbəsinə məlumat vermişdir. Evin ikinci mərtəbəsinin yataq otağındakı çarpayının üzərində olan döşəyin altında saxladığı əl dəsmalının içərisində olan bir dəst İtaliya istehsallı 750 əyarlı təxminən 78 qram çəkidə, yəni 1 ədəd brilliant qaşlı ağ rəngli qızıl boyunbağını, 1 ədəd brilliant qaşlı ağ rəngli qızıl üzüyü və 1 cüt brilliant qaşlı ağ rəngli qızıl sırğanı, bir dəst Rusiya Federiyası istehsalı olan 585 əyarlı 1 dəst təxminən 20 qram çəkidə 1 ədəd qızıl boyunbağını, 1 ədəd qızıl üzüyü və 1 cüt qızıl sırğanı, bir ədəd İtaliya istehsallı 750 əyarlı təxminən 9 qram çəkidə zümrüd qaşlı brilliant daşlarla əhatə edilmiş qızıl üzüyü və bir ədəd İtaliya istehsallı 750 əyarlı təxminən 9 qram çəkidə olan brilliant qaşlı bir ədəd qızıl üzüyü naməlum şəxs tərəfindən oğurlanmış, ümumilikdə qızıl-zinət əşyalarının oğurlanması nəticəsində ona 15000 manat məbləğində maddi ziyan vurulmuşdur. Oğurlandığını qeyd etdiyi qızıl-zinət əşyalarını təxminən üç il əvvəl almışdır. Bundan başqa, evinə girən naməlum şəxs evdən 6 manat pul, bir ədəd gümüşü materialdan olan təsbeh və üzərində Məkkənin şəkli olan suveniri oğurlamışdır. Həmin gümüşü materialdan olan təsbehi oğlu üçün 150 manat pul müqabilində, üzərində Məkkənin şəkli olan suveniri isə 30 manat pul müqabilində almış, eyni zamanda qonşunun məhləsindən tapdığı 5 ədəd qızılı rəngli çömçə qaşıqların isə bir ədədini 6 manat pul müqabilində almışdır. İlkin müraciətində evini tam axtara bilmədiyi üçün konkret olaraq evdən nəyin oğurlanmasını bilməmiş, sonradan isə evini tam axtarmış və 6 manat pulun, bir ədəd gümüşü materialdan olan təsbehin və üzərində Məkkənin şəkli olan suvenirin oğurlanmasını da müəyyən etmişdir. Hazırda Şahin ona dəymiş ziyanın bir hissəsini ödəmişdir, lakin, o, Təqsirləndirilən şəxs şikayətçi deyildir. Odur ki, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Zərərçəkmiş şəxs2 Səfadil qızının ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə uyğun ifadə verdi. İttiham aktının siyahısında zərərçəkmiş şəxs qismində göstərilən Zərərçəkmiş şəxs5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, o, Gəncə şəhəri 1 saylı tam orta məktəbdə müəllim işləyir. ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. Bu evdə tək yaşayır. Son bir ildir ki, səhhətilə əlaqədar olaraq Gəncə şəhərində yaşayan qızının evinə tez-tez gedib gəlir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında o, yaşadığı evin bütün qapı və pəncərələrini bağlayaraq qızının evinə getmişdir. xx.xx.2023-cü il tarixdə eşitmişdir ki, yaşadığı ərazidə bir neçə evdə oğurluq olmuşdur. O, dərhal evə gəlmiş, darvazanın qapısını açıb həyətə daxil olmuş, evin ön tərəfinə keçdikdə görmüşdür ki, qapının sağ tərəfində olan plastik pəncərə qırıq və açıq vəziyyətdədir. O, dərhal evin içərisinə girmiş və yataq otaqlarına baxmışdır. Bu zaman görmüşdür ki, yataq otağının əsya və paltar dolabları açılmış və içərisi axtarılmışdır. Daha sonra digər otaqlara baxmış və otaqlarda dəyişikliklər aşkar etmışdir. Dərhal polis orqanlarına müraciət etmişdir. İttiham aktının siyahısında zərərçəkmiş şəxs qismində göstərilən Zərərçəkmiş şəxs7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, ünvan 6 ünvanında ona məxsus fərdi yaşayış evi vardır. 27 dekabr 2023-cü il tarixdə gecə 12 radələrində arvadı Zülfiyyə əsas evə bir neçə əşyanı götürmək üçün girmiş, evin yataq otağına getdikdə arvadı Zülfiyyə görmüşdür ki, evin yataq otağının dolabları və yorğanı, şkafları dağıdılmışdır. Arvadı bunu gördükdən sonra əl izi düşməsin deyə heç bir yerə toxunmamış və küçəyə çıxmaq istəmiş, onlar küçəyə çıxarkən polis əməkdaşlarının qapının önündə olduğunu görmüşlər. Polis əməkdaşlarına evdən oğurluq olduğunu bildirmişlər. Polis əməkdaşları ilə birlikdə yenidən evə daxil olub, yataq otağına keçmişlər. Yataq otağında əşya dolabının önündə olan mücrünün içərisində baxdıqda oradan 02 (iki) ədəd gümüşdən hazırlanmış, hər birinin ayrılıqda çəkisi 13 qram olan üzüyün, 01 (bir) ədəd polad materialdan hazırlanmış, 40 qram çəkidə olan boyunbağının,10 (on) ədəd polad materialdan hazırlanmış, hər birinin ayrılıqda çəkisi 04 qram olan sırğaların, 05 (beş) ədəd hər birinin çəkisi ayrılıqda 10 qram olan, polad materialdan hazırlanmış sırğaların, 05 ədəd polad materialdan hazırlanmış, hər birinin ayrılıqda çəkisi 15 qram olan üzüklərin, 01 (bir) ədəd polad materialdan hazırlanmış, zümrüd qaşlı,15 qram çəkiyə malik olan boyunbağının, 03 (üç) ədəd dəmir materialdan hazırlanmış, mərkəz hissəsi şüşədən olan, adi qadın saatının, 01 (bir) ədəd polad materialdan hazırlanmış, 04 qram çəkiyə malik olan üzüyün, 03 (üç) ədəd polad materialdan hazırlanmış, hər birinin ayrılıqda ümumi çəkisi 07 qram olan qolbaqların oğurlandığını, həmçinin, həmin yataq otağında balaca stulun üzərində olan 01 (bir) ədəd “Samsung” markalı, smart qol saatının oğurlandığını aşkar etmişlər. 27 dekabr 2023-cü il tarixdə tam dəqiq bilmədiyi saatda ona məxsus ünvan 8 ünvanında yerləşən arvadı ilə birgə mülkiyyətlərində olan fərdi yaşayış evinin yataq otağında əşya dolabının önündə mücrünün içərisindən 02 (iki) ədəd gümüşdən hazırlanmış, hər birinin ayrılıqda çəkisi 13 qram olan üzük, 01 (bir) ədəd polad materialdan hazırlanmış, 40 qram çəkidə olan boyunbağı ,10 (on) ədəd polad materialdan hazırlanmış, hər birinin ayrılıqda çəkisi 04 qram olan sırğa, 05 (beş) ədəd hər birinin çəkisi ayrılıqda 10 qram olan, polad materialdan hazırlanmış sırğa, 05 ədəd polad materialdan hazırlanmış, hər birinin ayrılıqda çəkisi 15 qram olan üzük, 01 (bir) ədəd polad materialdan hazırlanmış zümrüd qaşlı, 15 qram çəkiyə malik olan boyunbağı, 03 (üç) ədəd dəmir materialdan hazırlanmış, mərkəz hissəsi şüşədən olan, adi qadın saatı, 01 (bir) ədəd polad materialdan hazırlanmış, 04 qram çəkiyə malik olan üzüyün, 03 (üç) ədəd polad materialdan hazırlanmış, hər birinin ayrılıqda ümumi çəkisi 07 qram olan qolbaqlar, həmçinin, həmin yataq otağında balaca stulun üzərində olan 01 (bir) ədəd “Samsung” markalı, smart qol saatının oğurlandığını göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Cinayət işi başlanılması və icraata qəbul edilməsi barədə” 05 iyul 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Şübhəli şəxsin tutulması haqqında” 05 iyul 2024-cü il tarixli protokoldan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Onun azadlığı faktiki olaraq saxlanıldığı andan, yəni xx.xx.2024-cü il tarixdən saat 13:00-dan məhdudlaşdırılmışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 07 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Qətimkan tədbiri seçilməsi barədə” Goranboy Rayon Məhkəməsinin 4(045)-36/2024 saylı xx.xx.2024cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə, yəni 05 oktyabr 2024-cü il tarixədək müddətdə “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Cinayət işinin icraata qəbul edilməsi barədə” 27 iyul 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 29,177.2.2, 29,177.2.3, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə olan ********* saylı cinayət işi Goranboy RPŞ-nin İB-nin icraatına qəbul edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Cinayət işlərinin birləşdirilməsi barədə” 27 iyul 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 29,177.2.2, 29,177.2.3, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə olan ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilmiş və bir icraatda ********* nömrə altında istintaqı davam etdirilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Video görüntüyə baxış keçirilməsi haqqında” 04 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Gəncə şəhəri Gülüstan qəsəbəsi AKTA 6 ərazisində müxtəlif fərdi yaşayış evilərinə quraşdırılmış müşahidə kameralarının qeydə aldığı videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd “DVD-R” diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, ilk öncə diskdə olan birinci videogörüntüdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 21:36 dəqiqədə Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən küçələrdən birində qara rəngli paltarda olan kişi cinsinə mənsub bir nəfər küçə ilə hərəkət edir, həmin şəxs hərəkət zamanı özünün sağ tərəfində olan fərdi yaşayış evinin hasarına dırmaşıb içəri baxdıqdan sonra geri qayıdıb küçə ilə hərəkət edir. Həmin videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd “DVD-R” disk cinayət işi materiallarına əlavə edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu ildə Göygöl rayon Məhkəməsinin hökmü ilə AR-nın CM-nin 29,177.2.2, 29,177.2.2, 29,177.2.3, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri təqsirli bilinərək 04 (dörd) il AME, həbsdə qaldığı müddət nəzərə alınmaqla qəti olaraq 03 il 09 ay 19 gün AME, 03 il şərti sınaq müddəti cəzasına məhkum edilmişdir. Bundan başqa, xx.xx.2011ci il tarixdə Gəncə şəhər Nizami rayon Məhkəməsinin hökmü ilə AR-nın CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 71.5, 67.1-ci maddələri ilə təqsirli bilinərək 03 il 11 ay 04 gün AME, CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzası 03 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Gəncə şəhər Apellyasiya məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə xx.xx.2011-ci il tarixli hökm ləğv edilərək c/işi birinci instansiya məhkəməsinə ilkin baxışa qaytarılmışdır. xx.xx.2013-cü il tarixdə Göygöl rayon Məhkəməsinin hökmü ilə AR-nın CM-nin 128,67.1, 71.4-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2013-cü il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə AR CM-nin 177.3.3-cü, 66.5-ci maddələri ilə təqsirli bilinərək 07 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2017-ci il tarixdə Bakı şəhər Nizami rayon Məhkəməsinin qərarı ilə əməli CM-nin 177.2.1, 177.2.2, 177.2.3 maddələrinə tövsif edilib, cəzası 05 ilə endirilmiş və həbsdən azad edilmişdir. xx.xx.2020-ci il tarixdə Gəncə şəhər Nizami rayon Məhkəməsinin hökmü ilə AR CM-nin 312-2.1, 177.2.3, 177.2.4, 66.5-ci maddələri ilə təqsirli bilinərək 02 il 09 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon Məhkəməsinin qərarı ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Nizami rayon Məhkəməsinin qərarı ilə 01 ay 12 gün vaxtından əvvəl şərti azad edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Şübhəli şəxsin tutulması haqqında” 29 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Qətimkan tədbiri seçilməsi barədə” Gəncə şəhər Məhkəməsinin 4(125)-608/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Gəncə şəhər BPİ-nin İTİ-də olan ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 29,177.2.2, 29,177.2.3, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə, yəni 29 mart 2024-cü il tarixədək müddətdə “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Həbsdə saxlanılma müddətinin uzadılmasına dair” Gəncə şəhər Məhkəməsinin 4(125)-76/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Gəncə şəhər BPİ-nin İTİ-də olan ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 29,177.2.2, 29,177.2.3, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 ay, yəni 29 may 2024-cü il tarixədək uzadılmışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Məhkəmə-Əmtəəşünaslıq Ekspertizasının 14 mart 2024-cü il tarixli, 9/803 nömrəli rəyindən görünür ki, 1) zərərçəkmiş şəxs X1 məxsus 01 adda zərgərlik məmulatı - 680,0 manat müəyyən edilmiş, 02 adda mallar haqqında ətraflı məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır; 2) Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs1 məxsus 05 adda zərgərlik məmulatı - 3390,0 manat müəyyən edilmiş, 05 adda mallar haqqında ətraflı məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır; 3) Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs4 məxsus 11 adda zərgərlik məmulatı – 10413,0 manat müəyyən edilmiş, 02 adda mallar haqqında ətraflı məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır; 4) Zərərçəkmiş şəxs3 məxsus 03 adda zərgərlik məmulatı – 2040,0 manat müəyyən edilmiş, 04 adda mallar haqqında ətraflı məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır; 5) Zərərçəkmiş şəxs8 Zərqəm qızına məxsus 10 adda mallar haqqında ətraflı məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-doktiloskopik ekspertizasının xx.xx.2024-cü il tarixli, 24/721 nömrəli rəyindən görünür ki, 1) xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA-6 ünvanında vət. X1 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı 08 ədəd yapışqan lent kəsiklərinin vasitəsi ilə götürülmüş əl izlərindən 03 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 01 ədədi xx.xx.1992-ci ildə Göygöl rayonunda anadan olmuş X2 əlinin böyük barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02 ədəd əl barmaq izi DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə eynilik aşkar edilməmişdir; 2) xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən vət. Zərərçəkmiş şəxs4 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı 07 ədəd yapışqan lent kəsiklərinin vasitəsi ilə götürülmüş əl izlərindən 03 ədəd əl-barmaq və 03 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 03 ədədi xx.xx.1994-cü ildə Göygöl rayonunda anadan olmuş X3 əlinin ovucu (02 dəfə) və çeçələ barmağının əksləri ilə, 01 ədədi isə xx.xx.1992-ci ildə Göygöl rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin böyük barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl-barmaq və 01 ədəd ovuc izi DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə eynilik aşkar edilməmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Həbsdə saxlanılma müddətinin uzadılmasından imtina edilməsi barədə” Gəncə şəhər Məhkəməsinin 4(125)-175/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqdimat təmin edilməmiş, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddətinin uzadılmasından imtina edilmiş, onun dərhal həbsdən azad edilməsi qərara alınmışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Məhkəmə- Əmtəəşünaslıq Ekspertizasının 15 avqust 2024-cü il tarixli 9/5596 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd “Məkkə” şəkili olan suvenirin (brelok) qiyməti 5 manat tədqiqata təqdim edilməmiş, bir dəst İtaliya istehsallı 750 əyarlı təxminən 78 qram çəkidə yəni (1 ədəd brilliant qaşlı ağ rəngli qızıl boyunbağının, 1 ədəd brilliant qaşlı ağ rəngli qızıl üzüyün və 1 cüt brilliant qaşlı ağ rəngli qızıl sırğanın) qiyməti - 8970 manat, bir dəst Rusiya Federasiyası istehsallı olan 585 əyarlı təxminən 20 qram çəkidə yəni (1 ədəd qızıl boyunbağının, 1 ədəd qızıl üzüyün və 1 cüt qızıl sırğanın) qiyməti - 1700 manat, bir ədəd İtaliya istehsallı 750 əyarlı təxminən 9 qram çəkidə zümrüd qaşlı brilliant daşlarla əhatə edilmiş qızıl üzüyün qiyməti - 1035 manat, bir ədəd İtaliya istehsallı 750 əyarlı təxminən 9 qram çəkidə olan brilliant qaşlı bir ədəd qızıl üzüyün qiyməti - 1035 manat, 5 ədəd qızılı rəngli çömçə qaşıqların qiyməti - 10 manat, ümumilikə 12750 manat təşkil edir. Təqdim edilməyən digər bir adda mal haqqında, yəni təsbeh haqqında kifayət qədər məlumat olmadığından, həmin mal üzrə qiymətləndirmə aparılmamışdır. Ekspertiza rəyində tədqiqata təqdim edilməyən qızıl-zinət əşyalarının qiyməti 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti ilə müəyyən edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Maddi sübut qismində tanıma barədə” 16 avqust 2024-cü il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Məkkə ” şəkili olan suvenir (brelok) iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi PHŞ-nin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 13 yanvar 2025-ci il tarixli 61 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər-hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Bunu cinayət işinin materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi vaxt öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xaraketrli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi ilə bağlı ifadəsini özünümüdafiə kimi qiymətləndirir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X12 tərəfindən CM-nin 29,177.2.2, 29,177.2.3, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan əməlin törədilməsi özünün qismən etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-nin 29,177.2.2, 29,177.2.3, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-nin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Adı çəkilən Qərarın 4-cü bəndinə əsasən özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Həmin Qərarda, həmçinin göstərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-nin 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda, həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə qeyd edir ki, mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs özgəyə, yəni zərərçəkmiş şəxslərə məxsus yaşayış evlərinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxslərə məxsus xeyli miqdarda əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətlədirərək Təqsirləndirilən şəxs oğurluq yolu ilə zərərçəkmiş şəxslərə məxsus əmlakı ələ keçirməsi ilə bağlı verilmiş ittihamın məhkəmə istintaqında tam həcmdə öz təsdiqini tapması nəticəsinə gəlir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 29,177.2.2, 29,177.2.3, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində CM-nin 29,177.2.2, 29,177.2.3, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham hökmü çıxarmağı qanuni və əsaslı hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-nin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 – 59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə, cəza məsələsini müzakirə edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, əməlində cinayətlərin residivinin olmasını, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon Məhkəməsinin hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Nizami rayon Məhkəməsinin qərarı ilə 01 ay 12 gün vaxtından əvvəl şərti azad edilmişdir. Lakin, bu dövr ərzində Təqsirləndirilən şəxs məhkumluğunun olmasına baxmayaraq, bundan lazımi nəticə çıxarmamış və islah olunmamış, yenidən cinayət əməli törətmişdir ki, bu da onun şəxsiyyətini mənfi cəhətdən xarakterizə edir, digər tərəfdən, CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq hazırkı iş üzrə Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaradır. CM-nin: 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur; 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli Qərarında qeyd edilmişdir ki, CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CMnin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünə məxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Cinayətin yenidən törədilməsinin daha təhlükəli növü kimi residiv çıxış edir. CM-nin 18.1-ci maddəsinin məzmunundan və mənasından göründüyü kimi, residiv cinayət məsuliyyətinə cəlb olunan və ya məhkum olunan andan deyil, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxs tərəfindən yeni qəsdən cinayət əməlinin törədildiyi andan yaranır. Bundan başqa, «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. CM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. CM-nin 65.2-ci maddəsinə uyğun olaraq residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə, CM-nin 56.1.3-cü maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi vaxtdan hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-nin 29,177.2.2, 29,177.2.3, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1 və 158.6), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - cinayət işinin materiallarına əlavə edilmiş Gəncə şəhəri Gülüstan qəsəbəsi AKTA 6 ərazisində müxtəlif fərdi yaşayış evlərinə quraşdırılmış müşahidə kameralarının qeydə aldığı videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd “DVD-R” disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübut - bir ədəd üzərində “Məkkə” şəkli olan suvenirin (brelok) sahibi Zərərçəkmiş şəxs2 Səfadil qızına qaytarılması nəzərə alınmalı, iş üzrə ekspertiza xərci 100 (bir yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinin hesabına keçirilmilidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs faktiki olaraq 29 dekabr 2023-cü il tarixdən 29 may 2024-cü il tarixədək müddətdə 05 (beş) ay həbsdə olması nəzərə alınaraq, ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından 05 (beş) ay çıxılmalı, onun üzərində müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 29,177.2.2, 29,177.2.3, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 41 (qırx bir) iş saatına görə (39 saat 6 manatdan hesablanmaqla, 2 saat isə 11 manatdan hesablamaqla) 256 (iki yüz əlli altı) manat məbləğində vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.2, 29,177.2.3, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 (üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs faktiki olaraq 29 dekabr 2023-cü il tarixdən 29 may 2024-cü il tarixədək müddətdə 05 (beş) ay həbsdə olması nəzərə alınaraq, ona təyin olunmuş 03 (üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzasından 05 (beş) ay çıxılsın, üzərində 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri Hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 iyul 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut - cinayət işinin materiallarına əlavə edilmiş Gəncə şəhəri Gülüstan qəsəbəsi AKTA 6 ərazisində müxtəlif fərdi yaşayış evlərinə quraşdırılmış müşahidə kameralarının qeydə aldığı videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd “DVD-R” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut - bir ədəd üzərində “Məkkə” şəkli olan suvenirin (brelok) sahibi Zərərçəkmiş şəxs2 Səfadil qızına qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 100 (bir yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinin (Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Vəkil Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi 41 (qırx bir) iş saatına görə (39 saat 6 manatdan hesablanmaqla, 2 saat isə 11 manatdan hesablamaqla) 256 (iki yüz əlli altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X15

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar