Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-30/2023 23.11.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X25 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.1987-ci ildə Goranboy rayonu Şəfəq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də çilingər işləmiş, Goranboy rayonu Şəfəq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayının axırlarında Goranboy rayonu ərazisində yerləşən “Barambat” meşə massivində heyvanını axtaran zaman oradan, zavod üsulu ilə istehsal edilmiş «AK-74», «AKS-74», «AKS-74U» və s. konstruksiyalı avtomatik silahlarda, «RPK-74» və s. uyğun kalibrli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulan, dib hissələrində “60-80”, “60-85” rəqəmləri olanlar 1980, 1985-ci illərdə “Frunze maşınqayırma zavodu”nda, dib hissələrində “3-76”, “3-79”, “3-81” rəqəmləri olanlar 1976, 1979, 1981-ci illərdə “Ulyansk maşınqayırma zavodu”nda, dib hissəsində "539-83” rəqəmləri olan 1983-cü ildə “Tula silah zavodu”nda istehsal edilmiş, döyüş sursatı hesab edilən, istifadəyə (atəşə) yararlı olan 5,45x39 mm kalibrli 9 (doqquz) ədəd patronu, 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrə malik “SVD” konstruksiyalı tüfənglərdə “PK”, “PKM” və s. əl pulemyotlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, dib hissələrində “60-79” rəqəmləri olanlar 1979-cu ildə "Frunze maşınqayırma zavodu”nda, dib hissələrində “188- 85”, “188-76” rəqəmləri olanlar 1976, 1985-ci illərdə “Novosibrski silahqayırma zavodu”nda istehsal edilmiş, döyüş sursatı hesab edilən, istifadəyə (atəşə) yararlı olan 39 (otuz doqquz) ədəd LPS patronu, «AK», «AKM», «AKMC» modelli avtomatik silahlarda, «RPK» əl pulemyotlarında, «SKS» karabinlərdə və s. uyğun kalibrli yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, dib hissələri üzərində “60-74” rəqəmləri olanlar 1974-cü ildə “Frunze maşınqayırma zavodu”nda, dib hissələrində “539- 73”, “539-87”, “539-71” rəqəmləri olanlar 1971, 1973, 1987-ci illərdə “Ulyansk maşınqayırma zavodu”nda, dib hissələrində “711-83”, “711-78”, “711-79”, “711-74” rəqəmləri olanlar 1974, 1978, 1979, 1983-cü illərdə “Klinovski silahqayırma zavodu”nda, dib hissələrində “270-73”, “270-74”, “270-75” rəqəmləri olanlar 1973, 1974, 1975-ci illərdə “Luqans silahqayırma zavodu”nda, dib hissələrində ”3-73” rəqəmləri olanlar 1973-cü ildə “Ulyansk maşınqayırma zavodu”nda, dib hissəsində “17-59” rəqəmləri olan patron 1959-cu ildə “Barnaul silahqayırma zavodu”nda istehsal edilmiş, döyüş sursatı hesab edilən, istifadəyə (atəşə) yararlı olan 7,62x39 mm kalibrli 123 (yüz iyirmi üç) ədəd patronu, zavod üsulu ilə istehsal edilmiş, “Makarov” və avtomatik “Steçkin” konstruksiyalı tapançalarda istifadə edilən, döyüş sursatı hesab olunan, istifadəyə (atəşə) yararlı olan 9x18 mm kalibrli 1 (bir) ədəd patronu, zavod üsulu ilə istehsal edilmiş, «F-1» tipli qəlpəli əl qumbaralarının hissələri-gövdələri olmaqla istifadəyə yararlı olan 2 (iki) ədəd predmeti, «Tokarev» («TT») konstruksiyalı tapançalarda, «PPŞ», «PPS» konstruksiyalı tapança-pulemyotlarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, 1945 və 1946-cı illərdə “Tula silah zavodu”nda istehsal edilmiş, döyüş sursatı hesab edilən, istifadəyə (atəşə) yararlı olan 7,62 mm kalibrli 18 (on səkkiz) ədəd patronu qanunsuz olaraq əldə edib daşıyaraq Goranboy rayonu Şəfəq kəndi ərazisində yerləşən icarəyə götürüb işlətdiyi fermaya gətirib, fermanın həyətində olan tövlədə gizlədib qanunsuz olaraq saxlamış, Goranboy RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 08 noyabr 2022-ci il tarixdə tarixdə saat 03:55 radələrində qeyd olunan fermaya baxış keçirilərkən fermanın həyətində olan tövlədən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 2022-ci ilin istintaqa məlum olmayan ayında və günündə Goranboy rayonu Şəfəq kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin istifadəyə yararlı hissələrini toplayıb həmin yerdə qurutmaqla qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 403,96 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuananı satış məqsədilə qanunsuz saxlayıb, daşıyaraq Goranboy rayonu Şəfəq kəndi ərazisində yerləşən icarəyə götürüb işlətdiyi fermaya gətirib, fermanın həyətində yerləşən tövlədə qanunsuz olaraq saxlamış, 07 noyabr 2022-ci il tarixdə saat 20:30 radələrində həmin narkotik vasitə - qurudulmuş marixuananın 7,34 qramını tanışı X5 80 manata satmış, Goranboy RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 08 noyabr 2022-ci il tarixdə tarixdə saat 03:55 radələrində Goranboy rayonu Şəfəq kəndi ərazisində yerləşən icarəyə götürüb işlətdiyi fermaya keçirilmiş baxış zamanı qanunsuz olaraq satış məqsədi ilə əldə edib fermanın həyətində yerləşən tövlədə saxladığı 3 ədəd sellofan torbalarda ümumi çəkisi 390,0 qram və sellofan torbaların birində olan 2 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,33 qram və 3,29 qram, ümumi təmiz çəkisi 396,62 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, arvadı X21, oğlu X22, qızı X12 və oğlu X15 ilə birlikdə yaşayır. O, təsərrüfatla məşğul olur və heyvan saxlayır. 2-3 il olar ki, narkotik vasitə olan marixunadan istifadə edir. O, Şəfəq kəndi ərazisində icarəyə götürdükləri fermada heyvan saxlayır. Təxminən 2022-ci ilin sentyabr ayının axırlarında “Barambat” meşəsinin ərazisində heyvanını axtaran zaman orada olan torba diqqətini cəlb etmiş, həmin torbaya baxanda torbanın içərisində müxtəlif çaplı patronlar, bir ədəd sandıq, 2 ədəd “F1” qumbarası və 5 ədəd tüstü bombası olduğunu görmüş, həmin torbanı götürüb fermaya gətirmiş və heyvan saxladığı tövlədə gizlədib saxlamışdır. Bundan başqa fermanın təxminən 350-400 metr yaxınlığında fermaya aid olmayan ərazidə tutulduqdan 25 gün əvvəl 7 ədəd marixuana kolu görmüş və orada marixuana kollarının budaqlarından yığıb həmin ərazidə qurudub saxlamışdır. 10-12 gün olar ki, həmin marixuananı gətirib fermanın həyətində olan tövlədə şəffaf rəngli sellofanlara büküb vedrələrə qoyub saxlamışdır. Həmçinin həmin yerdə sıx kolluq olan ərazidə çətənə kollarının toxumları olmuş və həmin toxumları da, götürüb fermanın ərazisində olan yaşadığı tikilidə saxlamışdır. Çətənə kollarının toxumlarının bir hissəsini yağ qutusunda saxlamış, qalanını isə siqaret qabında kiçik şəffaf sellofanlara büküb saxlamışdır. Lakin toxumların sayını bilməmişdir. O, marixunanı özü istifadə etmək və satmaq məqsədi ilə saxlamışdır. xx.xx.2022-ci il tarixdə əvvəllər tanıdığı X13 onun ***-***-**-** sim və ya ***-***-**-** nar nömrəsinə zəng edərək qurudulmuş marixuana almaq istədiyini demiş, o da, Elşənə qurudulmuş marixuanası olduğunu demişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 20:30 radələrində Elşən idarə etdiyi avtomobillə fermanın ərazisinə gəlmiş, sonra Eşlən ona zəng edib marixuananı gətirməyini bildirmişdir. O da, əvvəlcədən kibrit qutusuna doldurub saxladığı bir kibrit qutusunda olan marixuananı götürüb Elşənin yanına getmişdir. Elşən həmin vaxt idarə etdiyi avtomobildən düşüb yanına gəlmişdir. Həmin vaxt Elşəınin yanında kiminsə olduğunu görməmişdir. O gətirdiyi kibirit qutusundakı qurudulmuş marixuananı Elşənə vermişdir. Həmin vaxt Elşənə verdiyi marixuananı kibrit qutusundan əlavə içərisində siqaret olmayan “Classik” markalı siqaret qutusuna qoymuş və üzərini şəffaf rəngli sellofanla bağlamışdır. Elşən də ona 80 manat pul vermişdir. O da, Elşəndən həmin 80 manat pulu götürmüşdür. xx.xx.2022-ci il tarixdə saat 01 radələrində o Goranboy rayonu Rəhimli kəndinin ərazisindən heyvanlarını yük avtomobilinə mindirib qışlağa aparmaq üçün hazırlıq işləri görmüşdür. Həmin vaxt əvvəllər tanımadığı şəxslər ona yaxınlamış və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib, onu RPŞ-nə dəvət etmişlər. O da, etitraz etmədən polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə gəlmişdir. Rayon polis şöbəsində onun narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olmağını və üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. O, heç bir etiraz etməmişdir. Polis əməkdaşları şöbənin inzibati binasında xidməti iş otaqlarının birində hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmağına görə ona müdafiəçilərin siyahısını təqdim etmişlər və ona həmin müdafiəçilərdən kimi istəyirəmsə seçə biləcəyini, əgər seçməkdə tərəddüd edərsə bu gün növbətçi vəkilin yardımından istifadə edə biləcəyini bildirmişlər. O da, təqdim olunmuş vəkillərin siyahısından vəkil Müdafiəçi1 hüquqlarının dövlət hesabına müdafiə etmək üçün seçmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Müdafiəçi1 şöbəyə dəvət olunaraq ona təqdim edilmiş, bundan sonra protokol və digər sənədlər tərtib olunmuş, o da, həmin sənədlərin düzgün tərtib edildiyi üçün imzalamışdır. Bundan sonra polis əməkdaşları müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparmışlar. Üzərində şəxsi axtarış aparılımazdan əvvəl Goranboy RPŞ-nin TB-nin baş təhqiqatçısı polis mayoru Fərid Mehdiyev ona könüllü olaraq üzərindəki əşyaları masanın üzərinə qoymağı təklif etmiş, o da, əynində olan qara rəngli gödəkcənin sol aşağ yan cibindən açılıb qatlanan, əl tutacaq yeri (tiyəsi) qara rəngli, kəsici hissəsi dəmir tərkibli materialdan hazırlanmış bıçağı, göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd yaşıl rəngli alışqanı, həmin cibindən bir qutu “LD” markalı içərisində 9 dənə siqaret olan qutunu, qara rəngli gödəkcənin sağ yan aşağı cibindən özünə məxsus idarə etdiyi avtomobilin qara rəngli pultunu, qara rəngli gödəkcəmin sol çöl yuxarı cibindən 1 ədəd 20 (yirmi) manatlıq pul əskinazını, həmin gödəkcənin sol yuxarı iç cibindən 1 ədəd kibrit qutusunu, göy rəngli şalvarının sol yan cibindən ağ rəngli quru salfetkaları könüllü olaraq təqdim edib masanın üzərinə qoymuşdur. Üzərindən aşkar edilmiş həmin bıçaq iştirakçıların iştirakı ilə 1 ədəd ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və DİN-in 121 saylı möhürü ilə möhürlənmiş, sonra bu barədə protokol tərtib olunmuş, həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Həmin bıçağı Bərdə rayonundakı mal bazarından 25 manata almışdır. Üzərindən aşkar edilmiş digər əşyalar maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı ona xx.xx.2022-ci il tarixdə Goranboy rayon Səfikürd kənd sakini X5 80 (səksən) manat müqabilində qurudulmuş marixuana satmağı barədə sual verilmiş və o da, Elşənə qurudulmuş marixuana satdığını səmimi olaraq etiraf etmişdir. Həmçinin Goranboy rayon Şəfəq kəndi ərazisində olan fermanın həyətində yerləşən tövlədə narkotik vasitə olan qurudulmuş marixuana və çətənə kolunun toxumlarını fermanın ərazisində təsərrüfat üçün olan yaşayış yerində saxladığını, bundan başqa “Barambat” meşəsindən tapdığı patronları, tüstü bombaları və qumbaraları fermanın ərazisindəki digər tövlədə saxladığını bildirmişdir. Ona görə də polis əməkdaşları və müdafiəçi ilə birlikdə fermaya getmişlər və fermada yaşadığı olacaqda ağ rəngli sellofan torbanın içərisində olan bir ədəd üzərinə “BİOSEEDS” yazısı olan qutuda saxladığı çətənə bitkisinin toxumlarını, bir ədəd üzərində “BİOSEEDS” yazısı olan lakin içərisində toxum olmayan qutunu, “Sobranie” markalı siqaret qutusunun içərisində şəffaf rəngli sellofanlara bükdüyü çətənə bitkisinin toxumlarını, qızılı rəngli falqada içərisində şəffaf rəngli sellofanlara bükdüyü çətənə bitkisinin toxumlarını təqdim etmiş və həmin toxumları fermanın yaxınlığındakı ərazidən tapdığını bildirmişdir. Həmin toxumlar şəffaf sellofan bükülülərdə bir ədəd şəffaf sellofan torbaya qoyularaq elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 10,1 qram olduğu müəyyən edilmişdir. Həmçinin bir qutu üzərində “BİOSEEDS” yazısı qutuda olan çətənə bitkisinin toxumları elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 8,5 qram olduğu müəyyən edilmişdir. Sonra iştirakçıların iştirakı ilə həmin toxumlar bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və DİN-in 121 saylı möhürü ilə möhürlənərək ekspertiza tədqiqatına təqdim edilməsi üçün götürülmüşdür. Bundan sonra protokol tərtib olunmuş, həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Sonra o otaqda olan şkafın içərisindəki sellofanda olan 154 ədəd kibrit qutusunu polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra fermanın həyətində olan tövlənin içərisində sağ tərəfdə saxladığı iki ədəd göy rəngli plastik və bir ədəd sarı rəngli dəmir vedrədəki şəffaf rəngli sellofandakı narkotik vasitə olan quruduluş marixuananı göstərib həmin kütlələrin narkotik vasitə olan marixuana olduğunu demiş və çətənə bitkisinin toxumlarını tapdığı yerdən topladığını bildirmişdir. Göy rəngli vedrələrin birindən içərisində kibrit qutuları olmuş, sarı rəngli vedrənin içərisinə isə gümüşü rəngli bir ədəd elektron tərəzi qoymuşdur. Həmin tərəzi maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüş, sellofanda olan narkotik vasitə hesab edilən qurudulmuş marixuana çıxarıldıqdan sonra vedrənin içərisində iki ədəd kibrit qutusuna qablaşdırdığı narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Şəffaf rəngli sellofanda olan narkotik vasitə olan qurudulmuş marixuana ayrı ayrılıqda elektron tərəzidə çəkilmiş, ilk çəkilən sellofan torbada olan narkotik vasitə olan marixuana 500 qram, ikinci 230 qram, üçüncü isə 510 qram, iki ədəd kibrit qutusunda olan içərisində narkotik vasitə olan qurudulmuş marixuana olan kütlə isə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 11,3 qram olduğu müəyyən edilmişdir. Tövlənin içərisinə ümumi baxış keçirilmiş, lakin maddi sübut əhəmiyyəti kəsb edəcək əşya və ya maddə aşkar edilməmiş, tövlənin içərisi narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qablaşdırmaq üçün əlverişsiz olduğuna görə tövlənin qarşısında ümumi çəkisi 1251,3 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuana bir ədəd ağ rəngli sintetik kisəyə qoyularaq qablaşdırılmış və DİN-in 121 saylı möhürü ilə möhürlənərək ekspertiza tədqiqatına təqdim edilməsi üçün götürülmüşdür. Sonra bu barəıdə protokol tərtib edilmiş, həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. O, həmin narkotik vasitə hesab edilən marixuananı özü istifadə və satmaq üçün saxladığını bildirmişdir. Daha sonra o iribuynuzlu heyvanları saxladığı tövlənin girişindən sol tərəfdəki otaqda dolabın içərisində parça torbada saxladığı, “Barambat” meşəsindən tapdığı 5 ədəd tüstü qumbarasını, iki ədəd “F1” əl qumbarasını, 198 ədəd 5,45 mm kalibrli, 7,62 mm kalibrli patronları və 1 ədəd sandıqçanı (snayper silahına məxsus) təqdim etmiş və aşkar edilmiş 5 ədəd tüstü qumbarası, iki ədəd “F1” əl qumbarası, 5,45 mm kalibrli, 7,62 mm kalibrli ümumi sayı 198 ədəd olan patronlar və 1 ədəd sandıq onun iştirakı ilə bir ədəd ağ rəngli sintetik kisəyə qoyularaq qablaşdırılmış və DİN-in 121 saylı möhürü ilə möhürlənərək ekspertiza tədqiqatına təqdim edilməsi üçün götürülmüşdür. Daha sonra polis əməkdaşalrı tərəfindən tövlənin girişindən solda olan həmin otağa və tövləyə ümumi baxış keçirilmiş, oradan qanunla dövriyyəsi qadağa olunmuş əşya və ya maddə, həmçinin qeyri qanuni saxladığı əlavə bir əşya aşkar edilməmişdir. O, tövlədə 4 baş iribuynuzlu heyvanı olduğunu, qalan iribuynuzlu heyvanları isə Samux rayonu Alazan adlı ərazidə icarəyə götürdüyü yerə apardığını və orada saxladığını bildirmişdir. Daha sonra Rəhimli kəndi ərazisində saxladığı ona məxsus olan “Renault Laguna” minik markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomibilinə baxış keçirilmiş, lakin qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmiş və avtomobilində olan maddi sübut əhəmiyyəti kəsb etməyən əşyaları özünə qaytarılmışdır. Üzərimdə şəxsi axtarış və fermaya baxış keçirilərkən vidio və foto çəklişdən istifadə olunmuşdur. Başqa yerdə nakotiki yoxdur. O, Elşəndən başqa heç kimə narkotik verməmiş və satmamışdır. Onun 5 ədəd tüstü, iki ədəd “F1” əl qumbarası, 198 ədəd 5,45 mm kalibrli, 7,62 mm kalibrli patronlarla və 1 ədəd sandıqla cinayət törətmək niyyəti olmamışdır. Həmin silah-sursatları tapdığı üçün icarə əsasında işlətdiyi fermaya gətirərək gizlədib saxlamışdır. Tutulmaqdan qorxduğu üçün onları təhvil verməmişdir. Onun həmin silah-sursatları kiməsə vermək və ya satmaq niyyəti olmamışdır. Üzərində şəxsi axtarış aparılan zamanı polis əməkdaşları ona hüquq və vəzifələrini izah edərək vəkil təqdim etmişlər. Polis əməkdaşları tərəfindən ona heç bir təzyiq və zor olmamışdır. Son olaraq əməlindən peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Goranboy RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir.07 noyabr 2022-ci il tarixdə Goranboy RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis baş leytenantı X7 xx.xx.1988-ci ildə Goranboy Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Respublikası CM-nin 128-ci maddəsi ilə məhkum olunmuş, Goranboy rayonu Səfikürd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X4 Goranboy rayonu ərazisində qanunsuz olaraq narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olaraq üzərində və idarə etdiyi VAZ-21150 markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxlayaraq daşıması barədə əməliyyat məlumat almış və aldığı məlumat barədə dərhal şöbə rəhbərliyinə raportla məruzə etmişdir. Şöbə rəhbərliyi də, X4 barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılmasına və idarə etdiyi VAZ-21150 markalı 01-BT- 579 dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilməsinə icazə verdikdən sonra Goranboy RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis baş leytenantı X1, Goranboy RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili polis leytenantı Şahid3, Goranboy RPŞnin CAB-nin əməliyyat müvəkkili polis leytenantı X2, Goranboy RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Goranboy RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X8 və Goranboy RPŞ-nin TB-nin baş təhqiqatçısı polis mayoru X9 və onun daxil olduğu əməliyyat qurupu yaradılmışdır. Bundan sonra əməliyyataxtarış qurupunun üzvləri Goranboy RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis baş leytenantı X7, Goranboy RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı X10 və Goranboy RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X16 birlikdə Goranboy rayonu Səfikürd kəndi ərazisinə gedib xx.xx.2022-ci il tarixdə saat 21:40 radələrində X6 idarə etdiyi VAZ-21150 markalı 01-BT- 579 dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Goranboy RPŞ-nə gətirib üzərinə şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirmişlər. Bu zaman Elşən Abdullayevin üzərindən və avtomobilindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmin vaxt Elşən Abdullayev üzərindən və avtomobilindən aşkar edilən qurudulmuş marixuananı 80 manata Goranboy rayonu Şəfəq kəndində yaşayan Qənbərdən aldığını bildirmişdir. Ona görə də Goranboy RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru X20 rayonu Şəfəq kənd sakini Qənbər adlı şəxsin şəxsiyyətini və yerini müəyyən edilərək zəruri hərəkətlər aparılması üçün Goranboy RPŞ-nin TB-nə gətirilməsi üçün raportla şöbə rəhbərliyini məruzə etmişdir. Raportun icrası ilə əlaqədar olaraq Goranboy RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili polis leytenantı Şahid3, Goranboy RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və o, Qənbər adlı şəxsin Goranboy rayonu Şəfəq kəndində yaşayan Təqsirləndirilən şəxs və onun Goranboy rayonu Rəhimli kəndi ərazisində olduğunu müəyyən etmişlər. Ona görə də, onlar Goranboy rayonu Rəhimli kəndi ərazisinə getmişlər və xx.xx.2022-ci il tarixdə saat 01:40 radələrində Abbasov X14 rayon Rəhimli kəndi ərazisində olan zaman ona yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövrüyyəsi ilə məşğul olmağında şübhəli olduğunu bildirib RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da, heç bir etiraz etmədən onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Rayon polis şöbəsində Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edilmək üçün Goranboy rayon Vəkil Bürosunun vəkili Verdiyev X11 rayon polis şöbəsinə dəvət olunaraq ona təqdim edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı bildirilərək, Goranboy RPŞ-nin TB-nin baş təhqiqatçısı polis mayoru X17 tərəfindən şübhəli şəxs qismində tutdulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində video və foto çəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl baş təhqiqatçı polis mayoru Fərid Mehdiyev tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək, üzərində olan əşyaları könüllü olaraq masanın üzərinə qoymağını təklif etmişdir. Təqsirləndirilən şəxs da, əynində olan qara rəngli gödəkcənin sol aşağı yan cibindən açılıb qatlanan, əl tutacaq yeri (tiyəsi) qara rəngli bıçağı, göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd yaşıl rəngli alışqanı, həmin cibindən bir qutu “LD” markalı içərisində 9 ədəd olan siqareti, qara rəngli gödəkcənin sağ yan aşağı cibindən özünə məxsus idarə etdiyi avtomobilə məxsus qara rəngli pultu, qara rəngli gödəkcənin sol çöl yuxarı cibindən 1 ədəd 20 (yirmi) manatlıq pul əskinazını, həmin gödəkcənin sol yuxarı iç cibindən 1 ədəd kibrit qutusunu, göy rəngli şalvarın sol yan cibindən ağ rəngli quru salfetkaları könüllü olaraq təqdim edib masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bıçaq iştirakçıların iştirakı ilə 1 ədəd ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 121 saylı möhürü ilə möhürlənərək ekspert tədqiqatına göndərilməsi üçün götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş, protokol iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Goranboy rayon Səfikürd kənd sakini X5 80 (səksən) manat müqabilində qurudulmuş marixuana satdığını, Goranboy rayon Şəfəq kəndi ərazisində icarəyə götürdüyü fermanın həyətində yerləşən tövlədə narkotik vasitə olan qurudulmuş marixuana saxladığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd alışqan, “LD” markalı siqaret, 1 ədəd kibrit qutusu, 1 ədəd 20 (yirmi) manatlıq pul əskinaz, ağ rəngli quru salfetkalar iş üzrə maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün onun özünə qaytarılmışdır.Bundan sonra Təqsirləndirilən şəxs icarəyə götürüb işlətdiyi fermaya baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs işlətdiyi fermanın ərazisində ki, yaşayış sahəsinin otağında saxladığı ağ rəngli sellofan torbanın içərisində olan bir ədəd qablaşdırılmış üzərinə “BİOSEEDS” yazısı olan qutunun içərisindəki çətənə bitkisinin toxumlarına bənzər toxumları, bir ədəd üzərində “BİOSEEDS” yazısı olan lakin içərisində toxum olmayan qutunu, “Sobranie” markalı siqaret qutusunun içərisində şəffaf rəngli sellofanlara bükülü olan çətənə bitkisinin toxumlarına bənzər toxumları, qızılı rəngli falqada içərisində şəffaf rəngli sellofanlara bükülü oan çətənə bitkisinin toxumlarına bənzər toxumları təqdim etmiş və həmin toxumları fermanın yaxınlığındakı ərazidən tapdığını bildirmişdir. Həmin otaqda olan taxta sandığın içərisinə, kiçik stulun üzərinə, soyuducunun içərisinə və otağa ümumi baxış keçirilmiş, lakin qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya maddə aşkar edilməmişdir. Bundan sonra sonuncu otağa baxış keçirilmiş, oradakı stolun üzərinə, çarpayılara və otağa ümumi baxış keçirilmiş, lakin qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya maddə aşkar edilməmiş, həmin otaqda olan stolun üzərində çətənə toxumlarına bənzər toxumlar şəffaf sellofan bükülülərdə bir ədəd şəffaf sellofan torbaya qoyularaq elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 10,1 qram olduğu, həmçinin üzərində “BİOSEEDS” yazısı olan bir ədəd qutunun içərisindəki çətənə bitkisinin toxumlarına bənzər toxumlar da elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 8,5 qram olduğu müəyyən edilmiş, iştirakçıların iştirakı ilə bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 121 saylı möhürü ilə möhürlənərək ekspertiza tədqiqatına təqdim ediləsi üçün götürülmüşdür. Sonra baxış zamanı Təqsirləndirilən şəxs yaşayış sahəsindəki ikinci otağında olan şkafın içərisindəki sellofanda olan 154 ədəd kibrit qutusunu təqdim etmişdir. Evin digər otaqlarına baxış zamanı oradan kənd təsərrüfatı təyinatlı alətlər, şkafların içərisini göstərmiş və maddi sübut əhəmiyəti kəsb edəcək əşya və ya maddə aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs fermanın həyətində olan tövlənin içərisində sağ tərəfdə saxladığı iki ədəd göy rəngli plastik və bir ədəd sarı rəngli dəmir vedrədəki şəffaf rəngli sellofandakı narkotik vasitə olan quruduluş marixuanaya bənzər kütlələri göstərib həmin kütlələrin narkotik vasitə olan marixuana olduğunu və toxumları tapdığı yerdən tapdığını bildirmişdir. Göy rəngli vedrələrin birindən içərisində kibrit qutuları aşkar edilmiş, sarı rəngli vedrənin içərisindən gümüşü rəngli bir ədəd elektron tərəzi aşkar edilmişdir, həmin tərəzi maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Sellofan da olan narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlə çıxarıldıqdan sonra vedrənin içərisində iki ədəd kibrit qutusuna qablaşdırılmış narkotik vasitə olan qurudulmuş marixuana da aşkar edilmişdir. Şəffaf rəngli sellofanda olan narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlələr ayrı ayrılıqda elektron tərəzidə çəkilmiş, ilk çəkilən sellofan torbada olan narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlənin 500 qram, ikinci 230 qram, üçüncü isə 510 qram, iki ədəd kibrit qutusunda olan içərisində narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlə isə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 11,3 qram olduğu müəyyən edilmişdir. Bundan sonra tövlənin içərisinə ümumi baxış keçirilmiş, lakin maddi sübut əhəmiyyəti kəsb edəcək əşya və ya maddə aşkar edilməmişdir. Tövlənin içərisindən narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlələri qablaşdırmaq üçün əlverişsiz olduğuna görə tövlənin qarşısında ümumi çəkisi 1251, 3 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlələr bir ədəd ağ rəngli sintetik kisəyə qoyularaq qablaşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 121 saylı möhürü ilə möhürlənərək ekspertiza tədqiqatına təqdim ediləsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitə hesab edilən marixuanaya bənzər kütlələri öz istifadəsi və satması üçün saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs iribuynuzlu heyvanları saxladığı tövlənin girişindən sol tərəfdəki otaqda dolabın içərisində parça torbada saxladığı, təxminən bir ay əvvəl “Barambat” meşəsindən tapdığını bildirdiyi 5 ədəd tüstü qumbarasını, iki ədəd “F1” əl qumbarasını, 191 ədəd 5,45 mm kalibrli, 7,62 mm kalibrli patronları və 1 ədəd sandıqçanı (snayper silahına məxsus) təqdim etmişdir. Həmin torbanın qoyulduğu dolabın yanındakı ağ rəngli dəmir qutudan əlavə 7 ədəd patron aşkar edilərək götürülmüşdür. Aşkar edilən 5 ədəd tüstü qumbarası, iki ədəd “F1” əl qumbarası, 5,45 mm kalibrli, 7,62 mm kalibrli ümumi sayı 198 ədəd olan patronlar və 1 ədəd sandıqça bir ədəd ağ rəngli sintetik kisəyə qoyularaq qablaşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 121 saylı möhürü ilə möhürlənərək ekspertiza tədqiqatına təqdim ediləsi üçün götürülmüşdür.Tövlənin girişindən solda olan həmin otağa və tövləyə ümumi baxış keçirilmiş, oradan qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya maddə, həmçinin qeyri qanuni saxladığı əlavə bir əşya aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs tövlədə 4 baş iribuynuzlu heyvan olduğunu, qalan iribuynuzlu heyvanları isə Samux rayonu Alazan adlı ərazidə icarəyə götürdüyü yerə apardığını və orada saxladığını bildirmişdir. Sonra bu barədə protokol tərtib edilmiş, protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs məxsus olan “Renault Laguna” minik markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomibilinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs məxsus olan “Renault Laguna” minik markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomibildə qabaq sırada oturacaqların arasında olan saxlanc yerində bir ədəd, içərisində müxtəlif növ sənədlər olan və qəbzlər olan pul qabı, qabaq sağ otracağın qarşısında olan saxlanc yerində isə bir ədəd qəhvəyi rəngli içərisi boş olan pul qabı, şəffaf rəngli sellofanın içərisində bənövşəyi rəngli salfetka, şəffaf rəngli sellofanın içərisində müxtəlif sənədlər, bir ədəd “Nokia” və “Samsung” markalı mobil telefonlar və müxtəlif sənədlər müəyyən edilmişdir. Avtomobilin arxa oturacağı ilə arxa yük yerinin birləşməsində bir ədəd odun sobası, bənövşəyi rəngli çantanın içərisində olan paltarlar, bir ədəd açılıb yığılan çarpayı, kağız qutunun içrisində müxtəlif sayda toyuq yumurtası, 2 ədəd qəhvəyi rəngli ip, bir ədəd kibrit qutusu, ağ rəngli sellofan torbanın içərisində çörək, bir cüt qara rəngli qış ayaqqabısı və müxtəlif sayda olan şişlər, avtomobilin ehtiyat təkəri, avtomobilin öz sənədləri və avtomobilin təmiri üçün nəzərdə tutulmuş sənədlər müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məxsus olan “Renault Laguna” minik markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı maddi sübut əhəmiyyəti kəsb edəcək hər hansı bir əşya aşkar edilməmiş, bu barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy rayon Polis Şöbəsinin CABın əməliyyat müvəkkili Şahid2, Goranboy rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili Şahid3 iş üzrə digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncuların dediklərini təsdiq etdilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Şübhəli şəxsin tutulması haqqında” 08 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 02:05-də şübhəli şəxs qismində tutulmuşdur; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Şəxsi axtarış aparılması haqqında” 08 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü surətdə masanın üzərinə qoyaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində qara rəngli isti gödəkcə, krem rəngli hər iki kənarı palıdı rəngli zolaqlardan ibarət jaket, göy rəngli şalvar parça şalvar və qara rəngli rezin uzunboğaz çəkmə vardır. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol aşağı yan cibindən açılıb qatlanan, əl tutacaq yeri (tiyəsi) qara rəngli, kəsici hissəsi dəmir tərkibli materialdan hazırlanmış bıçağı, göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd yaşıl rəngli alışqanı, həmin cibdən bir qutu “LD” markalı içərisində 9 dənə siqaret, qara rəngli gödəkcənin sağ yan aşağı cibindən özünə məxsus idarə etdiyi avtomobilə məxsus qara rəngli pultu, qara rəngli gödəkcənin sol çöl yuxarı cibindən 1 ədəd 20 (yirmi) manatlıq pul əskinazını, həmin gödəkcənin sol yuxarı iç cibindən 1 ədəd kibrit qutusunu, göy rəngli şalvarın sol yan cibindən ağ rəngli quru salfetkaları könüllü olaraq təqdim edib masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin bıçaq iştirakçıların iştirakı ilə 1 ədəd ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırıldı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 121 saylı möhürü ilə möhürlənərək ekspert tədqiqatına göndərilməsi üçün tərəfimdən götürüldü, tərtib edilmiş protokola əlavə edildi. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı bildirdi ki, üzərində aşkar edilmiş bıçağı 25 manata Bərdə şəhərində yerləşən mal bazarından almışdır. Həmçinin sorğu zamanı xx.xx.2022-ci il tarixdə Goranboy rayon Səfıkürd kənd sakini X5 80 (səksən) manat müqabilində qurudulmuş marixuana satmış, Goranboy rayon Şəfəq kəndi ərazisində istifadəsində olan fermanın həyətində yerləşən tövlədə narkotik vasitə olan qurudulmuş marixuana saxlayır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd alışqan, “LD” markalı siqaret, 1 ədəd kibrit qutusu, 1 ədəd 20 (yirmi) manatlıq pul əskinazı, ağ rəngli quru salfetkalar iş üzrə maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün onun özünə qaytarılmışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Baxış keçirilməsi haqqında” 08 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan Goranboy rayonu Şəfəq kəndi ərazisində yerləşən fermadakı və fermanın həyətyanı sahəsində olan tövlədəki əşyaları könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan Goranboy rayonu Şəfəq kəndi ərazisində yerləşən fermanın yaşayış sahəsi girişdən solda yerləşir. Sorğu zamanı Təqsirləndirilən şəxs çətənə kolunun toxumlarını fermanın ərazisində təsərrüfat üçün olan yaşayış yerində saxladığını, qurudulmuş marixuananı isə tövlədə saxladığını, bundan başqa o, Barambat adlı meşədə gəzdiyi zaman tapdığı güllələri, tüstü bombalarını və qumbaraları fermanın ərazisindəki digər tövlədə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan fermanın ərazisindəki təsərrüfat üçün nəzərdə tutulmuş yaşayış yerinin giriş qapısı bir taylı taxta qapıdır, oradan keçdikdə bir otaq var, həmin otaqdan bir taylı taxta qapıdan keçməklə ikinci otaq və həmin otağın solunda bir qarşı tərəfində isə digər bir otaq vardır. Təqsirləndirilən şəxs girişdən ikinci otağın solundakı otaqda saxladığı ağ rəngli sellofan torbanın içərisində olan bir ədəd tamlığı pozulmamış qablaşdırmada olan üzərinə “BİOSEEDS” yazısı olan çətənə bitkisinin toxumlarına bənzər toxumları, bir ədəd üzərində “BİOSEEDS” yazısı olan lakin içərisində toxum olmayan qutunu, “Sobranie” markalı siqaret qutusunun içərisində şəffaf rəngli sellofanlara bükülü olan çətənə bitkisinin toxumlarına bənzər toxumları, qızılı rəngli falqada içərisində şəffaf rəngli sellofanlara bükülü oan çətənə bitkisinin toxumlarına bənzər toxumları təqdim etdi və həmin toxumları fermanın yaxınlığındakı ərazidən tapdığını bildirmişdir. Həmin otaqda olan taxta sandığın içərisinə, kiçik stulun üzərinə, soyuducunun içərisinə və otağa ümumi baxış keçirildi, lakin qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya maddə aşkar edilməmişdir. Bundan sonra sonuncu otağa baxış keçirilmiş, oradakı stolun üzərinə, çarpayılara və otağa ümumi baxış keçirilmiş, lakin qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya maddə aşkar edilməmiş, həmin otaqda olan stolun üzərində çətənə toxumlarına bənzər toxumlar şəffaf sellofan bükülülərdə bir ədəd şəffaf sellofan torbaya qoyularaq elektron tərəzidə çəkildi və ümumi çəkisinin 10.1 qram olması, həmçinin bir qutu üzərində “BİOSEEDS” yazısı olan çətənə bitkisinin toxumlarına bənzər toxumlar da elektron tərəzidə çəkildi və ümumi çəkisinin 8.5 qram olması müəyyən edilmiş, iştirakçıların iştirakı ilə bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 121 saylı möhürü ilə möhürlənərək ekspertiza tədqiqatına təqdim ediləsi üçün tərtib edilmiş protokola əlavə edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evin girişdən ikinci otağında olan şkafın içərisindəki sellofanda olan 154 ədəd kibrit qutusunu təqdim etmişdir. Evin digər otaqlarına baxış zamanı oradan kənd təsərrüfatı təyinatlı alətləri, şkafların içərisini göstərdi və maddi sübut əhəmiyəti kəsb edəcək əşya və ya maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs fermanın həyətində olan tövlənin içərisində sağ tərəfdə saxladığı iki ədəd göy rəngli plastik və bir ədəd sarı rəngli dəmir vedrədəki şəffaf rəngli sellofandakı narkotik vasitə olan quruduluş marixuanaya bənzər kütlələri göstərib həmin kütlələrin narkotik vasitə olan marixuana olduğunu və toxumları tapdığı yerdən tapmasını bildirmişdir. Göy rəngli vedrələrin birindən içərisində kibritlər olan kibrit qutuları aşkar edilmişdir. Sarı rəngli vedrənin içərisindəın gümüşü rəngli bir ədəd elektron tərəzi aşkar edilmiş, həmin tərəzi maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülərək protokola əlavə edilmiş, sellofanda olan narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlə çıxarıldıqdan sonra vedrənin içərisində iki ədəd kibrit qutusuna qablaşdırılmış narkotik vasitə olan qurudulmuş marixuana əşkar edilmişdir. Şəffaf rəngli sellofanda olan narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlələr ayrı ayrılıqda elektron tərəzidə çəkilmiş, ilk çəkilən sellofan torbada olan narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlənin 500 qram, ikinci 230 qram, üçüncü isə 510 qram, iki ədəd kibrit qutusunda olan içərisində narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlə isə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 11.3 qram olması müəyyən edilmişdir. Tövlənin içərisinə ümumi baxış keçirilmiş, lakin maddi sübut əhəmiyyəti kəsb edəcək əşya və ya maddə aşkar edilməmiş, tövlənin içərisi narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlələri qablaşdırmaq üçün əlverişsiz olduğuna görə tövlənin qarşısında ümumi çəkisi 1251.3 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlələr bir ədəd ağ rəngli sintetik kisəyə qoyularaq qablaşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 121 saylı möhürü ilə möhürlənərək ekspertiza tədqiqatına təqdim ediləsi üçün tərtib edilmiş protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə hesab edilən marixuanaya bənzər kütlələri öz istifadəsi və satmaq üçün saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs iribuynuzlu heyvanları saxladığı tövlənin girişindən sol tərəfdəki otaqda dolabın içərisində parça torbada saxladığı, təxminən bir ay əvvəl “Barambat” meşəsindən tapdığını bildirdiyi 5 ədəd tüstü qumbarasını, iki ədəd “F1” əl qumbarasını, 191 ədəd 5.45 mm kalibrli, 7.62 mm kalibrli patronları və 1 ədəd sandıqçanı (snayper silahına məxsus) təqdim etdi. Həmin torbanın qoyulduğu dolabın yanındakı ağ rəngli dəmir qutudan əlavə 7 ədəd patron aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş 5 ədəd tüstü qumbarası, iki ədəd “F1” əl qumbarası, 5.45 mm kalibrli, 7.62 mm kalibrli ümumi sayı 198 ədəd olan patronlar və 1 ədəd sandıqça bir ədəd ağ rəngli sintetik kisəyə qoyularaq qablaşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 121 saylı möhürü ilə möhürlənərək ekspertiza tədqiqatına təqdim ediləsi üçün tərtib edilmiş protokola əlavə edilmişdir. Tövlənin girişindən solda olan həmin otağa və tövləyə ümumi baxış keçirilmiş, oradan qanunla dövriyyəsi qadağa olunmuş əşya və ya maddə, həmçinin qeyri qanuni saxladığı əlavə bir əşya aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs tövlədə 4 baş iribuynuzlu heyvan olmasını, qalan iribuynuzlu heyvanları isə Samux rayonu Alazan adlı ərazidə icarəyə götürdüyü yerə aparmasını və orada saxlamasını bildirmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Baxış keçirilməsi haqqında” 08 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus olan Renault Laguna minik markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomibilində olan əşyaları könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs məxsus olan Renault Laguna minik markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomibildə qabaq sırada oturacaqların arasında olan saxlanc yerində bir ədəd, içərisində müxtəlif növ sənədlər olan və qəbzlər olan pul qabı, qabaq sağ otracağın qarşısında olan saxlanc yerində isə bir ədəd qəhvəyi rəngli içərisi boş olan pul qabı, şəffaf rəngli sellofanın içərisində bənövşəyi rəngli salfetka, şəffaf rəngli sellofanın içərisində müxtəlif sənədlər, bir ədəd Nokia və Samsung markalı mobil telefon və müxtəlif sənədlər vardır. Avtomobilin arxa oturacağı ilə arxa yük yerinin birləşməsində bir ədəd odun sobası, bənövşəyi rəngli çantanın içərisində olan paltarlar, bir ədəd açılıb yığılan çarpayı, kağız qutunun içrisində müxtəlif sayda toyuq yumurtası, 2 ədəd qəhvəyi rəngli ip, bir ədəd kibrit qutusu, ağ rəngli sellofan torbanın içərisində çörək, bir cüt qara rəngli qış ayaqqabısı və müxtəlif sayda olan şişlər, avtomobilin ehtiyat təkəri, avtomobilin öz sənədləri və avtomobilin təmiri üçün nəzərdə tutulmuş sənədlər vardır. Təqsirləndirilən şəxs məxsus olan Renault Laguna minik markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı baxış zamanı oradan maddi sübut əhəmiyyəti kəsb edəcək hər hansı bir əşya aşkar edilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs məxsus olan Renault Laguna minik markalı, **- KA-*** dövlət qeydiyyat nişanlı baxış zamanı aşkar edilmiş əşyalar maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün onun özünə qaytarılmışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy Rayon Məhkəməsinin 4(045)-53/2022 nömrəli, 09 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 noyabr 2022-ci il tarixli, 16/1270 nömrəli Məhkəmə ballistik ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq əldəqayırma üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. Üzərində hazırlandığı yeri bildirən işarələr olmadığından harada hazırlandığını müəyyən etmək mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 31,50 (otuz bir manat əlli qəpik) manat təşkil edir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 dekabr 2022-ci il tarixli, 3/1693 nömrəli Məhkəmə ballistik ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 9 (doqquz) ədəd patron, zavod üsulu ilə istehsal edilmiş «AK- 74», «AKS-74», «AKS-74U» və s. konstruksiyalı avtomatik silahlarda, «RPK-74» və s. uyğun kalibrli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulan, zavod üsulu ilə istehsal edilmiş, 5,45x39 mm kalibrli döyüş sursatı hesab edilən patronlardır, istifadəyə (atəşə) yararlıdır. Patronlardan dib hissələri üzərində “60-80”, “60-85” rəqəmləri olanlar, 1980, 1985-ci illərdə “Frunze maşınqayırma zavodunda”, dib hissəsində “3-76”, “3-79”, “3- 81” rəqəmləri olanlar, 1976, 1979, 1981 -ci ildə Ulyansk maşınqayırma zavodunda, dib hisəsində "539-83” rəqəmləri olan patron 1983-cü ildə Tula silah zavodunda istehsal edilmişdir. Tədqiqata təqdim edilmiş 39 (otuz doqquz) ədəd patron, zavod üsulu ilə istehsal edilmiş, 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrə malik “SVD” konstruksiyalı tüfənglərdə “PK” “pkm” və s .əl pulemyotlarında istifadə edilmək üçün nəzərdə tutulmuş LPS patronlarıdır, istifadəyə (atəşə) yararlıdır. Patronlardan dib hissələri üzərində “60-79” rəqəmləri olanlar 1979-cu ildə "Frunze maşınqayırma zavodunda”, dib hissəsində “188- 85”, “188-76” rəqəmləri olanlar isə 1976, 1985-ci ildə Novosibrski silahqayırma zavodunda istehsal edilmişdir. Tədqiqata təqdim edilmiş 123 (yüz iyirmi üç) ədəd patron, zavod üsulu ilə istehsal edilmiş 7,62x39 mm kalibrli olmaqla, «AK», «AKM», «AKMC» modelli avtomatik silahlarda, «RPK» əl pulemyotlarında, «SKS» karabinlərdə və s. uyğun kalibrli yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş patronlardır, istifadəyə (atəşə) yararlıdır. Patronlardan dib hissələri üzərində “60-74” rəqəmləri olanlar 1974-cü ildə “Frunze maşınqayırma zavodunda”, dib hissəsində “539- 73”, “539-87”, “539-71” rəqəmləri olanlar 1971, 1973, 1987-ci ildə Ulyansk maşınqayırma zavodunda, dib hisəsində “711-83”, “711-78”, “711-79”, “711-74” rəqəmləri olanlar 197*r 1978, 1979, 1983-cü illərdə Klinovski silahqayırma zavodunda, dib hissəsində “270-73”, “270-74”, “270-75” rəqəmləri olanlar 1973, 1974, 1975-ci illərdə Luqans zilahqayırma zavodunda, dib hissəsində ”3-73” rəqəmləri olanlar 1973-cü ildə Ulyansk maşınqayırma zavodunda, dib hissəsində “17-59” rəqəmləri olan patron 1959-cu ildə Barnaul silahqayırma zavodunda istehsal edilmişdir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd 9x18 mm kalibrli patron, zavod üsulu ilə istehsal edilmiş, “Makarov” və avtomatik “Steçkin” konstruksiyalı tapançalarda istifadə edilənpatrondur, döyüş sursatı hesab edilir, istifadəyə (atəşə) yararlıdır. Tədqiqata təqdim edilmiş 9 (doqquz) ədəd patron, 9,39 kalibrli olmaqla, həmin kalibrə' malik yivsiz ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş patronlardır, istifadəyə (atəşə) yararlıdır. Patronların dib hissələri üzərində istehsal yeri və istehsal vaxtına aid hər hansı bir işarə olmadığından harada və neçənci ildə istehsal olunduğunu müəyyən etmək mümkün olmadı. Tədqqiata təqdim edilmiş 2(iki) ədəd predmet, zavod üsulu ilə istehsal edilmiş, «F- 1» tipli qəlpəli əl qumbaralarının hissələridir-gövdələridir, istifadəyə yararlıdırlar. Predmetlərin üzərində istehsal yeri və istehsal vaxtına aid hər hansı bir işarə olmadığından harağa və neçənci ildə istehsal olunduqlarını müəyyən etmək mümkün olmadı. Tədqqiata təqdim edilmiş 5(beş) ədəd predmet, zavod üsulu ilə istehsal edilmiş, hərbi təlimlərdə atəşi imitasiya etmək və səs effektini təqlid üçün istifadə olunan patronlardır, döyüş sursatı hesab edilmir, təyinatı üzrə istifadəyə yararlıdır.Predmetlər Rusiyada zavod üsulu ilə istehsal edilmişdir. Lakin üzərlərində istehsal vaxtına aid hər hansı bir işarə olmadığından istehsal tarixini müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet, zavod üsulu ilə istehsal edilmuiş, təqdim edilmiş 1 (bir) ədəd predemet zavod üsulu ilə istehsal edilmiş, Remington silahlarda istifadə olunan 10 ədəd 5,56 mm kalibrli patron tutumlu funksional əhəmiyyət daşımayan komplekt hissədir - sandıqçadır, təyinatı üzrə istifadəyə yararlıdır, üzərində istehsal yeri və istehsal vaxtına aid işarə olmadığından harada və neçənci ildə istehsal olunduqlarını müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş 18 (on səkkiz) ədəd patron, zavod üsulu ilə istehsal edilmiş, 7,62 mm kalibrli, «Tokarev» («TT») konstruksiyalı tapançalarda, «PPŞ», «PPS» konstruksiyalı tapança-pulemyotlarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən patronlardır, istifadəyə (atəşə) yararlıdır. Təqdim edilmiş patronlar Tula silah zavodunda 1945 və 1946-cı illərdə istehsal edilmişdir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet, zavod üsulu ilə istehsal edilmiş traktor forsunkasıdır,döyüş sursatı hesab edilmir. Tədqiqata təqdim edilmiş predmetlər zavod üsulu ilə istehsal edilmiş, “Kalaşnikov” konstruksiyalı avtomat silahların sökmək, təmizləmək üçün nəzərdə tutulmuş funksional vəzifə daşımayan komplekt hissəsidir ləvazimatıdır- penaldır, pərçimaçandır, vintaçandır, təyinatı üzrə istifadə üçün yararlıdır və döyüş sursatları hesab edilmirlər. Aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manat təşkil edir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy Rayonu İcra Hakimiyyəti Başçısının Şəfəq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş 02 nömrəli, 24 yanvar 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş AZ-İİİ № 302277 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs 13 aprel 2014-cü il təvəllüdlü Sahilə adlı övladı vardır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş AZ-İV № 432314 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs 28 mart 2020-ci il təvəllüdlü Ənvər adlı övladı vardır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 fevral 2023-cü il tarixli, 7/31 nömrəli təkrar məhkəmə-bioloji ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs tövləsindən aşkar olunmuş marixuanaya bnzər kütlələr” yazılar və imzalar olan ağ rəngli sintetik kisədə 3 (üç) ədəd sellofan torbalarda ümumi çəkiləri 390,0 qram və sellofan torbaların birində 2 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,33 qram, 3,29 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 3 (üç) ədəd sellofan torbalardakı və 2 (iki) ədəd kibrit qutusunda olan marixuanaların ümumi çəkisi 396,62 qramdır. Təqdiqata təqdim olunmuş 3 (üç) ədəd sellofan torbalardakı kütlələrdən ayrılmış 879,94 qram çəkidə olan bitki mənşəlli kütlələrin tərkibində narkotik aktivliyə malik komponentlər yoxdur, o narkotik vasitələrə aid deyildir. Marixunaların ümumi çəkisi-396,62 qram (1-5№-li ob), tədqiqata istifadə olundu cəmi – 0,1 qram (hər obyektdən 0,02 qram), qalıq – 396,52 qram. Bitki mənşəli kütlənin ümumi çəkisi – 879,94 qram (1-3a №-li on), tədqiqata istifadə olundu cəmi – 0,06 qram (hər obyektdən 0,02 qram), qalıq – 879,88 qram. Aparılmış tədqiqatın dəyəri 72 manat təşkil edir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Maddi sübut kimi tanıma haqqında” 20 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib saxladığı və daşıdığı «AK-74», «AKS- 74», «AKS-74U» və s. konstruksiyalı avtomatik silahlarda, «RPK-74» və s. uyğun kalibrli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulan, dib hissələrində “60-80”, “60-85” rəqəmləri olanlar 1980, 1985-ci illərdə “Frunze maşınqayırma zavodu”nda, dib hissələrində “3-76”, “3-79”, “3-81” rəqəmləri olanlar 1976, 1979, 1981-ci illərdə “Ulyansk maşınqayırma zavodu”nda, dib hissəsində "539-83” rəqəmləri olan 1983-cü ildə “Tula silah zavodu”nda istehsal edilmiş, döyüş sursatı hesab edilən, istifadəyə (atəşə) yararlı olan 5,45x39 mm kalibrli 9 (doqquz) ədəd patron, 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrə malik “SVD” konstruksiyalı tüfənglərdə “PK”, “PKM” və s. əl pulemyotlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, dib hissələrində “60-79” rəqəmləri olanlar 1979cu ildə "Frunze maşınqayırma zavodu”nda, dib hissələrində “188- 85”, “188-76” rəqəmləri olanlar 1976, 1985-ci illərdə “Novosibrski silahqayırma zavodu”nda istehsal edilmiş, döyüş sursatı hesab edilən, istifadəyə (atəşə) yararlı olan 39 (otuz doqquz) ədəd LPS patronu, «AK», «AKM», «AKMC» modelli avtomatik silahlarda, «RPK» əl pulemyotlarında, «SKS» karabinlərdə və s. uyğun kalibrli yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, dib hissələri üzərində “60-74” rəqəmləri olanlar 1974-cü ildə “Frunze maşınqayırma zavodu”nda, dib hissələrində “539-73”, “539-87”, “539-71” rəqəmləri olanlar 1971, 1973, 1987-ci illərdə “Ulyansk maşınqayırma zavodu”nda, dib hissələrində “711-83”, “711-78”, “711-79”, “711-74” rəqəmləri olanlar 1974, 1978, 1979, 1983-cü illərdə “Klinovski silahqayırma zavodu”nda, dib hissələrində “270-73”, “270-74”, “270-75” rəqəmləri olanlar 1973, 1974, 1975-ci illərdə “Luqans silahqayırma zavodu”nda, dib hissələrində ”3-73” rəqəmləri olanlar 1973-cü ildə “Ulyansk maşınqayırma zavodu”nda, dib hissəsində “17-59” rəqəmləri olan patron 1959-cu ildə “Barnaul silahqayırma zavodu”nda istehsal edilmiş, döyüş sursatı hesab edilən, istifadəyə (atəşə) yararlı olan 7,62x39 mm kalibrli 123 (yüz iyirmi üç) ədəd patron, zavod üsulu ilə istehsal edilmiş, “Makarov” və avtomatik “Steçkin” konstruksiyalı tapançalarda istifadə edilən, döyüş sursatı hesab olunan, istifadəyə (atəşə) yararlı olan 9x18 mm kalibrli 1 (bir) ədəd patron, zavod üsulu ilə istehsal edilmiş, «F-1» tipli qəlpəli əl qumbaralarının hissələri-gövdələri olmaqla istifadəyə yararlı olan 2 (iki) ədəd predmeti, «Tokarev» («TT») konstruksiyalı tapançalarda, «PPŞ», «PPS» konstruksiyalı tapança-pulemyotlarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, 1945 və 1946-cı illərdə “Tula silah zavodu”nda istehsal edilmiş, döyüş sursatı hesab edilən, istifadəyə (atəşə) yararlı olan 7,62 mm kalibrli 18 (on səkkiz) ədəd patron iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün Goranboy RPŞ-nin anbarına təhvil verilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 fevral 2023-cü il tarixli, 7/238 nömrəli komision məhkəmə-bioloji ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim olunmuş qəhvəyi rəngli kağız torbadakı ağ kağız üzərində “Təqsirləndirilən şəxs tövləsindən aşkar olunmuş marixuanaya bənzər kütlələr” yazılar və imzalar olan ağ rəngli sintetik kisədə 01 (bir) ədəd sellofan torbada təmiz çəkisi 389,94 qram və sellofan torbaların birində 02 (iki) ədəd kibirit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,31 qram; 3,27 qram bitki mənşəlli kütlələr, tərkibində narkotok maddələr olan çətənə (kannabis) bitkilərindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd sellofan torbalardakı və 02 (iki) ədəd kibirit qutusunda olan marixuanaların ümumi çəkisi-396,52 qramdır. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd sellofan torbalardakı təmiz çəkisi 879,88 qram olan bitki mənşəlli kütləlnin tyərkibində narkotik aktivliyə malik komponentlər yoxdur, o narkotik vasitələrə aid deyildir. Həmin bitki mənşəlli kütlə “Adaçayı” cinsinə aiddir. Marixuanaların ümumi çəkisi – 396,52 qram (1№ və 3-4 № ob), tədqiqata istifadə olundu cəmi – 0,15 qram (hər obyektdən 0,05qram), qalıq – 396,37 qram. Bitki mənşəli kütlənin çəkisi – 879,88 qram (2№-li ob), tədqiqata istifadə olundu cəmi – 0,05 qram, qalıq – 879,83 qram. Aparılmış tədqiqatın dəyəri 78 manat təşkil edir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy Rayon Məhkəməsinin 4(045)-10/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində Goranboy Rayon Məhkəməsinin 09 noyabr 2022-ci il tarixli 4(045)-53/2022 saylı qərarına əsasən seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs ev dutaqlığında saxlanılma müddəti 08 mart 2023-cü il tarixədək müəyyən edilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Maddi sübut kimi tanıma haqqında” 24 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib saxladığı və daşıdığı 396,52 qram marixuanadan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan ümumi çəkisi 396,37 qram bitki mənşəli olan kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana və bir ədəd elektron tərəzi iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və Goranboy RPŞ-nin maddi subutlar anbarına məsul saxlanca təhvil verilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy Rayon Məhkəməsinin 4(045)-11/2023 nömrəli, 02 mart 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.2-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 08 aprel 2023-cü il tarixədək uzadılmışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 13 mart 2023-cü il tarixli, 421 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 13 mart 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 fevral 2023-cü il tarixli 7/31 nömrəli rəyində üzərində “Təqsirləndirilən şəxs tövləsindən aşkar olunmuş marixuanaya bənzər kütlələr” yazılar və imzalar olan ağ rəngli sintetik kisədə 3 (üç) ədəd sellofan torbalarda ümumi çəkiləri 390,0 qram və sellofan torbaların birində 2 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3.33 qram, 3.29 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana olduğu, 3 (üç) ədəd sellofan torbalardakı və 2 (iki) ədəd kibrit qutusunda olan marixuanaların ümumi çəkisi 396,62 qram olduğu üçün istintaq zamanı həmin çəkilərin əsas götürülməsi qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs və şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-146-cı maddələri). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci maddəsi çıxış edir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1, 3, 5 və 6-cı bəndlərinə əsasən silah - canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır; soyuq silah konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır; 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi, xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır; 21-ci maddəsinin İİİ hissəsinə əsasən mülki silah sahibi bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli, bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməlidir; 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsini rəhbər tutaraq təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini; himayəsində 2 azyaşlı övladının olmasını; yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını; törətdiyi əməli etiraf edərək peşman olmasını. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Bu səbəbdən də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində Goranboy Rayon Məhkəməsinin 09 noyabr 2023-cü il tarixli qərarı ilə 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 08 noyabr 2023-cü il tarixdən hesablanmış, daha sonra isə Goranboy Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli 08 noyabr 2023-cü il tarixindən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 13 mart 2023-cü il tarixli, 421 nömrəli rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs istintaq zamanı götürülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 396,37 qram kustar üsulla hazırlanmış qrudulmuş marixuana məhv edilməlidir. Bundan başqa, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd elektron tərəzi, «AK-74», «AKS-74», «AKS-74U» və s. konstruksiyalı avtomatik silahlarda, «RPK-74» və s. uyğun kalibrli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulan, dib hissələrində “60- 80”, “60-85” rəqəmləri olanlar 1980, 1985-ci illərdə “Frunze maşınqayırma zavodu”nda, dib hissələrində “3-76”, “3-79”, “3-81” rəqəmləri olanlar 1976, 1979, 1981-ci illərdə “Ulyansk maşınqayırma zavodu”nda, dib hissəsində "539-83” rəqəmləri olan 1983-cü ildə “Tula silah zavodu”nda istehsal edilmiş, döyüş sursatı hesab edilən, istifadəyə (atəşə) yararlı olan 5,45x39 mm kalibrli 9 (doqquz) ədəd patron, 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrə malik “SVD” konstruksiyalı tüfənglərdə “PK”, “PKM” və s. əl pulemyotlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, dib hissələrində “60-79” rəqəmləri olanlar 1979-cu ildə "Frunze maşınqayırma zavodu”nda, dib hissələrində “188- 85”, “188-76” rəqəmləri olanlar 1976, 1985-ci illərdə “Novosibrski silahqayırma zavodu”nda istehsal edilmiş, döyüş sursatı hesab edilən, istifadəyə (atəşə) yararlı olan 39 (otuz doqquz) ədəd LPS patronu, «AK», «AKM», «AKMC» modelli avtomatik silahlarda, «RPK» əl pulemyotlarında, «SKS» karabinlərdə və s. uyğun kalibrli yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, dib hissələri üzərində “60-74” rəqəmləri olanlar 1974-cü ildə “Frunze maşınqayırma zavodu”nda, dib hissələrində “539-73”, “539-87”, “539-71” rəqəmləri olanlar 1971, 1973, 1987-ci illərdə “Ulyansk maşınqayırma zavodu”nda, dib hissələrində “711-83”, “711-78”, “711-79”, “711-74” rəqəmləri olanlar 1974, 1978, 1979, 1983-cü illərdə “Klinovski silahqayırma zavodu”nda, dib hissələrində “270-73”, “270-74”, “270-75” rəqəmləri olanlar 1973, 1974, 1975-ci illərdə “Luqans silahqayırma zavodu”nda, dib hissələrində ”3-73” rəqəmləri olanlar 1973-cü ildə “Ulyansk maşınqayırma zavodu”nda, dib hissəsində “17-59” rəqəmləri olan patron 1959-cu ildə “Barnaul silahqayırma zavodu”nda istehsal edilmiş, döyüş sursatı hesab edilən, istifadəyə (atəşə) yararlı olan 7,62x39 mm kalibrli 123 (yüz iyirmi üç) ədəd patron, zavod üsulu ilə istehsal edilmiş, “Makarov” və avtomatik “Steçkin” konstruksiyalı tapançalarda istifadə edilən, döyüş sursatı hesab olunan, istifadəyə (atəşə) yararlı olan 9x18 mm kalibrli 1 (bir) ədəd patron, zavod üsulu ilə istehsal edilmiş, «F-1» tipli qəlpəli əl qumbaralarının hissələri-gövdələri olmaqla istifadəyə yararlı olan 2 (iki) ədəd predmeti, «Tokarev» («TT») konstruksiyalı tapançalarda, «PPŞ», «PPS» konstruksiyalı tapança-pulemyotlarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, 1945 və 1946-cı illərdə “Tula silah zavodu”nda istehsal edilmiş, döyüş sursatı hesab edilən, istifadəyə (atəşə) yararlı olan 7,62 mm kalibrli 18 (on səkkiz) ədəd patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Məhkəmə, eyni zamanda qeyd edir ki, hazırki iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 245.50 (iki yüz qırx beş manat əlli qəpik) manat (31,50+6472+78=245.50) məbləğində pul vəsaiti dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, ekspetizasının dəyəri Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş cəzalar qismən toplanılmaqla qəti cəza müəyyən edilməli (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin-66.2-ci maddəsi), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 08 noyabr 2022-ci il tarixdən hesablanmalı, ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 1 (bir) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin-69.3-cü maddəsi), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin - 56.1.2-ci maddəsi), barəsində seçilmiş ev dustaqlığı növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 13 mart 2023-cü il tarixli, 421 nömrəli rəyi nəzərə alınmaqla ona narkomaniyadan məcburi müalicə təyin edilməli (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin - 93.1.2-ci maddəsi), iş üzrə maddi sübut – Təqsirləndirilən şəxs istintaq zamanı götürülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 396,37 qram kustar üsulla hazırlanmış qrudulmuş marixuana məhv edilməli (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsi), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198.1-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 13 mart 2023-cü il tarixli, 421 nömrəli rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata götürülsün. İş üzrə maddi maddi sübut - Təqsirləndirilən şəxs istintaq zamanı götürülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 396,37 qram kustar üsulla hazırlanmış qrudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübüt - bir ədəd elektron tərəzi, «AK-74», «AKS-74», «AKS-74U» və s. konstruksiyalı avtomatik silahlarda, «RPK-74» və s. uyğun kalibrli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulan, dib hissələrində “60-80”, “60-85” rəqəmləri olanlar 1980, 1985-ci illərdə “Frunze maşınqayırma zavodu”nda, dib hissələrində “3-76”, “3-79”, “3-81” rəqəmləri olanlar 1976, 1979, 1981-ci illərdə “Ulyansk maşınqayırma zavodu”nda, dib hissəsində "539-83” rəqəmləri olan 1983-cü ildə “Tula silah zavodu”nda istehsal edilmiş, döyüş sursatı hesab edilən, istifadəyə (atəşə) yararlı olan 5,45x39 mm kalibrli 9 (doqquz) ədəd patron, 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrə malik “SVD” konstruksiyalı tüfənglərdə “PK”, “PKM” və s. əl pulemyotlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, dib hissələrində “60-79” rəqəmləri olanlar 1979-cu ildə "Frunze maşınqayırma zavodu”nda, dib hissələrində “188- 85”, “188-76” rəqəmləri olanlar 1976, 1985-ci illərdə “Novosibrski silahqayırma zavodu”nda istehsal edilmiş, döyüş sursatı hesab edilən, istifadəyə (atəşə) yararlı olan 39 (otuz doqquz) ədəd LPS patronu, «AK», «AKM», «AKMC» modelli avtomatik silahlarda, «RPK» əl pulemyotlarında, «SKS» karabinlərdə və s. uyğun kalibrli yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, dib hissələri üzərində “60-74” rəqəmləri olanlar 1974-cü ildə “Frunze maşınqayırma zavodu”nda, dib hissələrində “539-73”, “539-87”, “539-71” rəqəmləri olanlar 1971, 1973, 1987-ci illərdə “Ulyansk maşınqayırma zavodu”nda, dib hissələrində “711-83”, “711-78”, “711-79”, “711-74” rəqəmləri olanlar 1974, 1978, 1979, 1983-cü illərdə “Klinovski silahqayırma zavodu”nda, dib hissələrində “270-73”, “270-74”, “270-75” rəqəmləri olanlar 1973, 1974, 1975-ci illərdə “Luqans silahqayırma zavodu”nda, dib hissələrində ”3-73” rəqəmləri olanlar 1973-cü ildə “Ulyansk maşınqayırma zavodu”nda, dib hissəsində “17-59” rəqəmləri olan patron 1959-cu ildə “Barnaul silahqayırma zavodu”nda istehsal edilmiş, döyüş sursatı hesab edilən, istifadəyə (atəşə) yararlı olan 7,62x39 mm kalibrli 123 (yüz iyirmi üç) ədəd patron, zavod üsulu ilə istehsal edilmiş, “Makarov” və avtomatik “Steçkin” konstruksiyalı tapançalarda istifadə edilən, döyüş sursatı hesab olunan, istifadəyə (atəşə) yararlı olan 9x18 mm kalibrli 1 (bir) ədəd patron, zavod üsulu ilə istehsal edilmiş, «F-1» tipli qəlpəli əl qumbaralarının hissələri-gövdələri olmaqla istifadəyə yararlı olan 2 (iki) ədəd predmeti, «Tokarev» («TT») konstruksiyalı tapançalarda, «PPŞ», «PPS» konstruksiyalı tapança-pulemyotlarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, 1945 və 1946-cı illərdə “Tula silah zavodu”nda istehsal edilmiş, döyüş sursatı hesab edilən, istifadəyə (atəşə) yararlı olan 7,62 mm kalibrli 18 (on səkkiz) ədəd patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə ekspertiza xərci 245.50 (iki yüz qırx beş manat, əlli qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan edildiyi (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №1(045)-30/2023
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-30/2023
23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver