Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-30/2025 06.10.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X4 Samir oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1999-cu ildə Goranboy rayonu Tatarlı kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası CM-nin 179.1ci maddəsi ilə məhkum olunmuş, cəzasını çəkib qurtarmamış, Goranboy rayonu Tatarlı kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncə 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx.xx.2025-ci il tarixdə günorta saatlarında həmkəndlisi Zərərçəkmiş şəxs onun yaşadığı Goranboy rayonu Tatarlı kəndində yerləşən fərdi yaşayış evinə gəlib telefon vasitəsilə manato.az-dan adına kredit götürməsində köməkdarlıq etməsini bildirdikdən sonra, o, sonuncuya məxsus “ Samsung A25” markalı mobil telefonunu alıb manato.az-dan Zərərçəkmiş şəxs adına kredit götürüb telefonu özünə qaytarmış, bundan sonra isə sonuncuya məxsus “Samsung A25” markalı mobil telefonu ilə özünə manato.az-dan kredit götürməsi bəhanəsi ilə əldə edərək telefonda mövcud olan mobil tətbiq vasitəsilə elektron məlumat daşıyıcısı hesab edilən 4169 7388 8005 6159 nömrəli “X3” kartında olan 200 manat məbləğində pulu Şahid2 adına sənədləşdirilmiş, lakin tanışı Şahid1 istifadəsində olan 5239 1517 8278 9138 nömrəli "xxxx" ASC-yə məxsus elektron pul kisəsinə köçürüb nağdlaşdırmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs 200 manat məbləğində maddi ziyan vuraraq, elektron məlumat daşıyıcısından istifadə etməklə oğurlamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 177.2.3-1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə günorta saatlarında həmkəndlisi Zərərçəkmiş şəxs onun yaşadığı evə gəlmiş, həmin vaxt Elməddin ona “telefon vasitəsilə manato.az-dan kredit pul götürməyi bacarırsanmı?” demiş, o da, Elməddinə telefon vasitəsilə manato.az-dan kredit pul götürməyi bacardığını bildirmişdir. Sonra Elməddin ona borcu olduğunu, ona görə də, manato.az-dan kredit pul götürməkdə ona köməklik etməyini xahiş etmiş, o da Elməddinlə razılaşmışdır. Zərərçəkmiş şəxs manato.az-dan 200 manat kredit pul götürmək üçün özünə məxsus “Samsung A25” markalı mobil telefonunu və şəxsiyyət vəsiqəsini ona vermiş, o da, Elməddinin mobil telefonundan istifadə edərək şəxsiyyət vəsiqəsi ilə sonuncunun adına manato.az-dan 200 manat kredit pul götürmüş, 200 manat pul Zərərçəkmiş şəxs istifadəsində olan "xxxx"a məxsus 4169 7388 8005 6159 nömrəli kart hesabına köçmüşdür. Sonra Elməddin pulun kartına köçdüyünü yoxlamaq üçün onun yanında telefonunda olan birbank tətbiqini kodunu yığıb açmış, Elməddin 200 manat pulun kartına köçdüyünü görmüşdür. Elməddin yanında telefonunda olan birbank tətbiqinin kodunu yığıb kart hesabına baxarkən kodu görmüş və yadında saxlamışdır. Onun pula ehtiyacı olduğu üçün Elməddinin kartına köçmüş 200 manat pulu oğurlamaq qərarına gəlmişdir. Ona görə də, Elməddinə yalandan öz adına pul götürəcəyini bildirərək ondan telefonunu istəmiş, Elməddin də telefonunu ona vermişdir. O da, Elməddinin telefonunda olan birbank tətbiqinin kodunu yığıb birbank tətbiqinə daxil olmuş və sonuncunun kartında olan 200 manat pulu tanışı Elçinin istifadəsində olan "xxxx" ASC-yə məxsus 5239 1517 8278 9138 nömrəli karta köçürərək oğurlamışdır. Elməddinin onun kartında olan 200 manat pulu oğurlamağından xəbəri olmamışdır. Sonra Elməddinə onun adına kredit verilmədiyini deyib telefonunu özünə qaytarmışdır. Bundan sonra Elməddin öz yaşadığı evə getmişdir. Elməddin öz evinə getdikdən sonra Elçinə zəng edib harada olduğunu soruşmuş, Elçin də ona Goranboy şəhərində olduğunu bildirmişdir. O, Elçinə yalandan telefon vasitəsilə öz adına manato.az-dan 200 manat kredit pul götürdüyünü və onun istifadəsində olan "xxxx" ASC-yə məxsus olan Şahid2 adına sənədləşdirilmiş 5239 1517 8278 9138 nömrəli karta köçürdüyünü və kartı ondan götürüb pulu çıxaracağını demişdir. Elçin də onunla razılaşmışdır. Ona görə də, yaşadığı evdən Goranboy şəhərinə getmiş və Elçinlə görüşmüşdür. Elçinlə görüşdükdən sonra kartı götürüb Elməddinin kartından oğurladığı 200 manat pulu "xxxx"ın Goranboy rayon filialının qarşısında yerləşən bankomatdan çıxarmışdır. Həmin pulu öz ehtiyacı üçün xərcləmişdir. Bir qədər keçdikdən sonra Elməddin ona zəng edərək 200 manat pulunu oğurladığını və qaytarmağını demiş, o da Elməddinə 200 manat pulu onun kartından özünün istifadə etdiyi kart hesabına köçürərək oğurladığını demişdir. "xxxx" ASC-yə məxsus 5239 1517 7801 9138 nömrəli kart Şahid2 adına sənədləşdirilmişdir. Lakin, həmin kart yanında çoban işlədiyi tanışı Elçinin istifadəsində olmuşdur. Elməddinin kartından 200 manat pulu oğurlamağından Gülnarın və Elçinin məlumatı olmamışdır. Gülnarla Elçinə pul oğurlamağı barədə bir söz dəməmişdir. Etdiyi əməldən peşmandır. Hazırda o, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödəmişdir. Zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanıyır. Nicatla eyni kənddə yaşayır və həmkəndlidirlər. Nicatla münasibəti normal olmuş, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Onun borcu olduğu üçün telefon vasitəsi ilə manato.az-dan kredit götürmək qərarına gəlmiş, lakin telefon vasitəsilə manato.az-dan kredit pul götürməyi bilməmişdir. Ona görə də, xx.xx.2025-cü il tarixdə günorta saatlarında Nicatın yaşadığı evə getmiş, həmin vaxt Nicata “telefon vasitəsilə manato.az-dan kredit pul götürməyi bacarırsanmı?” demiş, Nicat da, telefon vasitəsilə manato.az-dan kredit pul götürməyi bacardığını ona demişdir. Sonra Nicata borcu olduğunu, ona görə də, manato.az-dan 200 manat kredit pul götürməkdə ona köməklik etməyini xahiş etmişdir. Nicat da onunla razılaşmışdır. Bundan sonra o, özünə məxsus “Samsung A25” markalı mobil telefonunu və şəxsiyyət vəsiqəsini Nicata vermiş, Nicat da onun telefonunda olan manato.az kredit səhifəsinə daxil olmuş və əməliyyat apararaq onun adına 200 manat kredit pul götürmüşdür. O, həmin 200 manat pulun telefonunda olan birbank hesabına köçməsini yoxlamaq üçün Nicatın yanında birbank tətbiqini kodunu yığıb açmış və 200 manat pulun onun istifadəsində olan "xxxx"a məxsus 4169 7388 8005 6159 nömrəli kart hesabına köçdüyünü görmüşdür. Sonra Nicat ona öz adına kredit pul götürəcəyini bildirərək ondan telefonunu istəmiş, o da, telefonunu Nicata vermişdir. Həmin vaxt Nicat onun telefonu ilə əməliyyat aparmışdır. Sonra Nicat ona pul vermədiklərini deyib telefonunu qaytarmışdır. O da, telefonu Nicatdan alıb yaşadığı evə getmişdir. Yaşadığı evdə olan zaman telefonunda olan birbank tətbiqinə daxil olmuş və hesabında olan 200 manat pulun olmadığını görmüşdür. O, telefonunda olan birbank tətbiqinin tarixinə baxan zaman həmin pulun **** 9138 saylı hesab nömrəsinə köçürüldüyünü bilmiş, Nicatın dəfələrlə oğurluq etdiyini bildiyi üçün 200 manat pulunu öz hesabına köçürərək oğurladığını bilmişdir. Ona görə də, Nicata zəng edib pulunu oğurladığını və qaytarmağını bildirmişdir. Nicat da əməlini səmimi etiraf edərək 200 manat pulunu onun istifadəsində olan kartından özünün istifadəsində olan kart hesabına köçürərək oğurladığını bildirmişdir. Nicatdan pulunu istəsə də, o, onun pulunu ödəməkdən boyun qaçırmışdır. Nicat onun birbank tətbiqinin kodunu bilməmişdir. Lakin, Nicat ona məxsus telefonla ona manato.az-dan kredit götürəndən sonra pulun kartına köçdüyünü yoxlamaq üçün birbank tətbiqinin kodunu yığıb açmış, həmin vaxt Nicat yanında olmuş və kodu yığdığını görmüşdür. Nicat özünə kredit götürmək adı ilə ondan telefonunu alanda birbank tətbiqinə daxil olaraq kart hesabında olan 200 manat pulunu oğurlamışdır. Nicata telefonunda olan birbank tətbiqindən istifadə etməsinə icazə verməmişdir. Nicat ona demədən mobil telefonunun birbank tətbiqinə qanunsuz daxil olaraq pulunu oğurlamışdır. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam ödəmişdir. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, onun Goranboy rayonu ərazisində özünə məxsus ferması var. Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs onun fermasında çoban işləmişdir. Hazırda isə Nicat onun fermasında işləmir. Nicat onun fermasında işlədiyi müddət ərzində onunla əmək müqaviləsi bağlamamışdır. Nicatla münasibəti normal olmuş, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. O, Şahid2 ilə qeyri rəsmi ər-arvad münasibətində yaşayır. Gülnarın adına sənədləşdirilmiş "xxxx" ASC-yə məxsus olan 5239 1517 8278 9138 nömrəli kart həmişə onun istifadəsində olmuşdur. xx.xx.2025-ci il tarixdə günorta saatlarında işi ilə əlaqədar Goranboy şəhərinə gəlmiş, həmin vaxt Nicat ona zəng edib harada olduğunu soruşmuş, o da Nicata Goranboy şəhərində olduğunu demişdir. Nicat ona telefon vasitəsilə manato.az-dan öz adına 200 manat kredit pul götürdüyünü, həmin pulu istifadəsində olan karta köçürdüyünü və həmin pulu çıxarmaq istədiyini bildirmişdir. O da Nicata “gəl kartı verim, çıxart” demişdir. Bir neçə dəqiqədən sonra Nicat onun yanına gəlmişdir. O, Gülnarın adına sənədləşdirilmiş, istifadəsində olan "xxxx"a məxsus 5239 1517 8278 9138 nömrəli kartı Nicata vermiş, Nicat da, kartı ondan alıb Goranboy şəhərində yerləşən "xxxx"ın Goranboy rayon filialının qarşısında yerləşən bankomatdan çıxarmış, bundan sonra Nicat kartı ona verib getmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs istifadəsində olan kartından xx.xx.2025-ci il tarixdə 200 manat pulu oğurlayıb onun istifadəsində olan 5239 1517 8278 9138 nömrəli karta köçürməyindən xəbəri olmamışdır. Nicatın Zərərçəkmiş şəxs istifadəsində olan kartından 200 manat pulunu oğurlamasında heç bir iştirakı və rolu olmamışdır. Nicat ona telefon vasitəsi ilə manato.az-dan öz adına 200 manat kredit pul götürdüyünü, həmin pulu istifadəsində olan karta köçürdüyünü demiş, o da Nicata inanmışdır. Nicat həmin 200 manat pulu oğurladığı barədə ona bir söz deməmişdir. Əgər Nicatın həmin pulu oğurladığını bilsəydi, dərhal hüquq mühafizə orqanlarına məlumat verərdi. İttiham aktının siyahısında şahid qismində göstərilən Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, o, Şahid1 ilə qeyri rəsmi ər-arvad münasibətində yaşayır. Təqsirləndirilən şəxs da tanıyır. Təqsirləndirilən şəxs Elçinin fermasında çoban işləmişdir. Hazırda isə Nicat Elçinin fermasında işləmir. Nicatla münasibəti normal olmuş, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. O, "xxxx" ASC-yə məxsus olan 5239 1517 8278 9138 nömrəli kart almış, lakin həmin kartı o alsa da, onun adına sənədləşdirilsə də, həmin kart həmişə Elçində olmuş və Elçin istifadə etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs istifadəsində olan kartından xx.xx.2025-ci il tarixdə 200 manat pulu oğurlayıb onun adına sənədləşdirilmiş 5239 1517 8278 9138 nömrəli karta köçürməsindən xəbəri olmamışdır. Nicatın Zərərçəkmiş şəxs istifadəsində olan kartından 200 manat pulunu oğurlamasında heç bir iştirakı və rolu olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 10 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMin 177.2.3-1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir; “Şübhəli şəxsin tutulması haqqında” 10 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi üçün kifayət qədər əsaslar olduğundan şübhəli şəxs qismində tutulmuşdur; “Şübhəli şəxsin tutulması haqqında” 10 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi üçün kifayət qədər əsaslar olduğundan o, xx.xx.2025-ci il tarixdə saat 12:00-da şübhəli şəxs qismində tutulmuşdur; Füzuli rayon məhkəməsinin 1(064)-04/2024 saylı xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.1-ci maddəsilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 21 dekabr 2023-cü il tarixdən həbsdə olduğu 01 (bir) ay 02 (iki) gün müddət ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına hesablanıb həmin cəzadan çıxılmış, üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır; “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 12 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir; “Qətimkan tədbiri seçilməsi və MSY-dən həbsdən azad edilməsi barədə” xx.xx.2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və o, Goranboy RPŞ-nin MSY-dən azad edilmişdir; Zərərçəkmiş şəxs Goranboy rayon Polis Şöbəsində yazdığı xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona vurmuş olduğu 200 manat məbləğində maddi ziyanı tam şəkildə ödəmişdir. Ona görə də Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Cəfərov X1 rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Füzuli rayon məhkəməsinin xx.xx.2024cü il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 179.1 və 69.3-cü maddəsilə təqsirli bilinərək 01 il 09 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2024-cü il tarixdə Goranboy RPŞ-si tərəfindən Azərbaycan Respublikası CM-nin 179.1-ci maddəsilə təqsirli bilinmiş və həmin tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3-cü və CM-nin 73-1.1-ci maddələri ilə barəsində olan cinayət işinin başlanılması rədd edilmişdir; “Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması, qətimkan tədbiri seçilməsi və icraatın dayandırılması barədə” Goranboy Rayon Məhkəməsinin 1(045)-30/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi, barəsində axtarış elan olunması və iş üzrə icraatın dayandırılması qərara alınmışdır; Goranboy Rayon Polis Şöbəsinin 3-13-75/2-7259/2025 saylı, 28 aprel 2025-ci il tarixli məktubundan görünür ki, Cəfərov X1 RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə Goranboy RPŞ-yə gətirilmiş, Goranboy Rayon Məhkəməsinin müvafiq qərarına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 02 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir; Goranboy rayon Məhkəməsinin 7(045)-12/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Füzuli Rayon Məhkəməsinin 1(064)-04/2024 nömrəli, xx.xx.2024cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin olunmuş 01 (bir) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 08 (səkkiz) ay 16 (on altı) gün hissəsi iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrumetmə hesabı ilə hesablanmaqla, 04 (dörd) ay 08 (səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Goranboy rayon Məhkəməsinin icraatında olan 1(045)-30/2025 saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində verilmiş xx.xx.2025-ci il tarixli həbsli axtarış qərarı əsasında xx.xx.2025-ci il tarixdə tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 02 saylı İstintaq Təcridxanasına təhvil verilməsi nəzərə alınmaqla, cəza çəkməsinin əvvəlinin 28 aprel 2025-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 177.2.3-1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Adı çəkilən Qərarın 4-cü bəndinə əsasən özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bakomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərərçəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Ödəniş kartı ilə həyata keçirilən bütün bank əməliyyatları kartın sahibi və emitent (bank) arasında bağlanmış müqavilə əsasında və çərçivəsində həyata keçirilir. Kartı bankomata daxil edərək və klaviatura ilə müvafiq əməliyyatlar apararaq, təqsirli şəxs bilavasitə bankın seyfinə daxil olmur, sadəcə bank-emitentin əməliyyat sisteminə qoşularaq hesaba müdaxilə edir və banka müəyyən əməliyyatın aparılması üçün göstəriş verir. Burada bankomatın yarılmasından fərqli olaraq, saxlanc yerinə (bankomatın seyfinə) fiziki daxil olma baş vermir. Konkret şəxşin adına olan və oğurlanmış bank kartından istifadə etməklə nağd pul vəsaitlərinin oğurlanması zamanı, şəxs hər hansı texnologiyadan istifadə etmir, sadəcə olaraq ona məlum olan identifikasiya nömrəsini (pin kodu) bankın kompyuter sisteminə daxil etməklə kart sahibinin pul vəsaitini ələ keçirməyə nail olur, yaxud həmin şəxsin pul vəsaiti hesabına müxtəlif ödənişləri həyata keçirir. CM-in 177.2.3-1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə qeyd edir ki, mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Beləliklə, məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs Abizər oğlu tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx.xx.2025-ci il tarixdə günorta saatlarında həmkəndlisi Zərərçəkmiş şəxs onun yaşadığı Goranboy rayonu Tatarlı kəndində yerləşən fərdi yaşayış evinə gəlib telefon vasitəsilə manato.az-dan adına kredit götürməsində köməkdarlıq etməsini bildirdikdən sonra, o, sonuncuya məxsus “ Samsung A25” markalı mobil telefonunu alıb manato.azdan Zərərçəkmiş şəxs adına kredit götürüb telefonu özünə qaytarmış, bundan sonra isə sonuncuya məxsus “Samsung A25” markalı mobil telefonu ilə özünə manato.az-dan kredit götürməsi bəhanəsi ilə əldə edərək telefonda mövcud olan mobil tətbiq vasitəsilə elektron məlumat daşıyıcısı hesab edilən 4169 7388 8005 6159 nömrəli “X3” kartında olan 200 manat məbləğində pulu Şahid2 adına sənədləşdirilmiş, lakin tanışı Şahid1 istifadəsində olan 5239 1517 8278 9138 nömrəli "xxxx" ASC-yə məxsus elektron pul kisəsinə köçürüb nağdlaşdırmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs 200 manat məbləğində maddi ziyan vuraraq, elektron məlumat daşıyıcısından istifadə etməklə oğurlamışdır. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətlədirərək Təqsirləndirilən şəxs Abizər oğlunun aldatma və etibardan sui-istifadə etmək yolu ilə zərərçəkmiş şəxsə məxsus əmlakı ələ keçirməsi ilə bağlı verilmiş ittihamın məhkəmə istintaqında tam həcmdə öz təsdiqini tapması nəticəsinə gəlir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Abizər oğlunun əməli CM-in 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Abizər oğlunun barəsində CM-in 177.2.3-1-ci maddəsi ilə ittiham hökmü çıxarmağı qanuni və əsaslı hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs Abizər oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Abizər oğluna CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 – 59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: -törətdiyi əməli etiraf edib peşman olmasını; -zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəməsini; -zərərçəkmiş şəxsin onunla barışıb, ondan heç bir şikayət və tələbinin olmamasını; -himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: Goranboy rayon İHB-nin Tatarlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli yaşayış yeri haqqında xasiyyətnamə); Təqsirləndirilən şəxs Abizər oğlunun əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, cəza məsələsini müzakirə edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Abizər oğluna təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs Abizər oğluna məhz azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. İş materiallarından göründüyü kimi Cəfərov X2 rayon məhkəməsinin 1(064)-04/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 179.1-ci maddəsilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Lakin, bu dövr ərzində Təqsirləndirilən şəxs Abizər oğlu məhkumluğunun olmasına baxmayaraq, bundan lazımi nəticə çıxarmamış və islah olunmamış, yenidən cinayət əməli törətmişdir ki, bu da onun şəxsiyyətini mənfi cəhətdən xarakterizə edir. Bundan başqa «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. CM-in 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə təqsieləndirilən şəxs Təqsirləndirilən şəxs Abizər oğlu CM-in 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Goranboy rayon Məhkəməsinin 7(045)-12/2025 saylı, 01 may 2025-ci il tarixli qərarı ilə təyin olunmuş 04 (dörd) ay 08 (səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmalı, üzərində qəti olaraq məyyən müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs Abizər oğlunun faktiki olaraq 10 fevral 2025-ci il tarixdən 12 fevral 2025-ci il tarixədək müddətdə 02 (iki) gün şübhəli şəxs qismində tutulması nəzərə alınaraq, ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından 02 (iki) gün çıxılmaqla, üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1 və 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Abizər oğlunun CM-in 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçi iş üzrə Təqsirləndirilən şəxs Abizər oğluna cəmi 14 (on dörd) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Odur ki, məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Abizər oğlunun məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 14 (on dörd) iş saatına görə 154 (bir yüz əlli dörd) manat məbləğində vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Goranboy rayon Məhkəməsinin 7(045)-12/2025 saylı, 01 may 2025ci il tarixli qərarı ilə təyin olunmuş 04 (dörd) ay 08 (səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə ona təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın, üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs faktiki olaraq 10 fevral 2025-ci il tarixdən 12 fevral 2025-ci il tarixədək müddətdə 02 (iki) gün şübhəli şəxs qismində tutulması nəzərə alınaraq, ona təyin olunmuş 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından 02 (iki) gün çıxılsın, üzərində qəti olaraq 02 (iki) il 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 28 aprel 2025-ci il tarixdən hesablansın. Vəkil Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 14 (on dörd) iş saatına görə 154 (bir yüz əlli dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində, həbsdə saxlanılan şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Əliyev
Məhkəmə qərarları › İş №1(045)-30/2025
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-30/2025
06.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver