Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-31/2024 08.08.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Goranboy rayonunun Şəmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Goranboy şəhəri, H.Əliyev prospekti, ev 59-da qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3 və 29,177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən tamah niyyətilə saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə 23 avqust 2023-cü il tarixdə saat 23 radələrində etibarnaməsi olmadan atası Şahid2 Sirac oğluna məxsus 2106 markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə Goranboy rayonu Goran qəsəbəsində yerləşən, Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi «Lider İnşaat» mağazasının arxasına gəlib mağazanın anbarının dəmir lövhələrini elektro drellə açıb, mağazanın anbarına qanunsuz daxil olaraq, oradan 670 manat dəyərində 1 ədəd “Maketa-35” markalı qaynaq aparatını və 720 manat dəyərində 1 ədəd “Şimqe-40” markalı su mühərrikini, Zərərçəkmiş şəxs ümumilikdə 1390 manat dəyərində əmlakını gizli yolla talamaqla oğurlamışdır. Bundan sonra o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə 02 sentyabr 2023-cü il tarixdə saat 23 radələrində özünə məxsus “Volkswagen Passat” markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobillə Goranboy rayonu Goran qəsəbəsində yerləşən, Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi «Lider İnşaat» mağazasının arxasına gəlib mağazanın anbarının dəmir lövhələrini elektro drellə açıb, mağazanın anbarına qanunsuz daxil olaraq, oradan 1650 manat dəyərində 1 ədəd “Rossi” markalı kombi aparatını gizli yolla talamaqla oğurlamışdır. Bundan sonra o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə 14 sentyabr 2023-cü il tarixdə saat 23 radələrində özünə məxsus “Volkswagen Passat” markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobillə Goranboy rayonu Goran qəsəbəsində yerləşən, Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi «Lider İnşaat» mağazasının arxasına gəlib mağazanın anbarının dəmir lövhələrini elektro drellə açıb, mağazanın anbarına qanunsuz daxil olaraq, oradan 380 manat dəyərində 1 ədəd “Ural” markalı odun doğrayanı gizli yolla talamaqla oğurlamışdır. Bundan sonra o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə 22 sentyabr 2023-cü il tarixdə saat 22:30 radələrində Goranboy rayonu Goran qəsəbəsində yerləşən, Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi «Lider İnşaat» mağazasının arxasına gəlib mağazanın anbarının dəmir lövhələrini elektro drellə açıb, mağazanın anbarına qanunsuz daxil olaraq, oradan 1900 manat dəyərində 1 ədəd «Hidro» markalı kombi aparatını, 1650 manat dəyərində 1 ədəd «Rossi» markalı kombi aparatını, hər biri 360 manat, cəmi 720 manat dəyərində 2 ədəd «ATO» markalı su qızdırıcını, hər biri 420 manat, cəmi 1680 manat dəyərində 4 ədəd «Fan» markalı su qızdırıcını, 470 manat dəyərində 1 ədəd «Espa» markalı hidrofon su mühərrikini, 470 manat dəyərində 1 ədəd «Safun-160» markalı qaynaq aparatını, hər biri 380 manat, cəmi 760 manat dəyərində 2 ədəd «Ural» markalı odun doğrayanını, hər biri 390 manat, cəmi 780 manat dəyərində 2 ədəd «Zenit» markalı odun doğrayanını, 470 manat dəyərində 1 ədəd 2,26-lıq yer deşən peraparatorunu, hər biri 680 manat, cəmi 1360 manat dəyərində 2 ədəd «Karpat-300» markalı qaynaq aparatını, 820 manat dəyərində 1 ədəd «Maketa-250» markalı qaynaq aparatını, 670 manat dəyərində 1 ədəd «Maketa-35» markalı qaynaq aparatını, 400 manat dəyərində 1 ədəd «Marqus-40» su mühərrikini, 1100 manat dəyərində 1 ədəd «Şimqe-100» markalı su mühərrikini, 720 manat dəyərində 1 ədəd «Şimqe-40» su mühərrikini, hər biri 15 manat, cəmi 750 manat dəyərində 50 ədəd radiator kranlarını, 800 manat dəyərində 1 ədəd «Marqus» markalı 100-lük paplavok mühərrikini, 470 manat dəyərində 1 ədəd «Marqus-158» markalı su mühərrikini, ümumilikdə 15990 manat dəyərində əmlakını gizli yolla oğurlayarkən mağazada fəhlə işləyən X2 mağazaya gəldiyi üçün öz iradəsindən asılı olmayan səbəbdən oğuluq cinayət əməlini başa çatdıra bilməyərək xeyli miqdarda özgə əmlakını gizli yolla talamağa cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CMin 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 3 il əvvəl Goranboy rayonu Goran qəsəbəsi ərazisində yerləşən və Zərərçəkmiş şəxs işlətdiyi «Lider inşaat» mağazasında satıcı işləmiş, sonra isə Rusiyaya getdiyinə görə işdən çıxmışdır. O, mağazada işlədiyi zaman Zərərçəkmiş şəxs onun adına kreditlə Gəncə şəhərində yerləşən «Kontakt-Home» mağazasından Samsunq-A40 markalı mobil telefon almışdır. Moskva şəhərindən qayıdarkən onu Bakı şəhərində aeroportda telefonun kreditini ödəmədiyi üçün saxlamışlar. Onu buraxmaları üçün həmin telefonun yığılmış 1000 manat kreditini ödəmiş və onu buraxmışlar. Bundan sonra, yaşadığı Goranboy rayonuna gəlib Turalla görüşmüş və ona 1000 manat pulunu verməyini demişdir. Tural isə gülərək “mənim pulummu var verim?” demişdir. Ona görə də, Turalın mağazasından oğurluq edib heyifini almaq qərarına gəlmiş, bu səbəbdən də, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində elektro-direl götürüb atasına məxsus 2106 markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs işlətdiyi Goranboy rayonu Goran Ticarət mərkəzində yerləşən “Lider” inşaat mağazasının arxasına getmiş, avtomobili bir az kənarda saxlayıb özü ilə götürdüyü elektro-dreli avtomobildən götürüb düşmüş, sonra mağazanın arxasında olan anbarın yanına getmişdir. O, mağazanın anbarının dəmir konstruksiyalarının vintlərini elektro drellə açmış və dəmir listi aralayıb mağazanın anbarına daxil olmuşdur. Mağazanın anbarına daxil olduqdan sonra, oradan bir ədəd “Maketa-35” markalı qaynaq aparatını və bir ədəd “Şimqe-40” markalı su mühərrikini dəmir kostruksiyanın arasından çıxardıb mağazanın arxasına yığmış, sonra isə anbarın dəmir konstruksiyalarının vintlərini elektro drellə yerinə bağlamışdır. Bundan sonra, avtomobilin yanına gedib idarə edərək anbarın arxasına hərəkət etdirmiş və anbardan oğurladığı bir ədəd “Maketa-35” markalı qaynaq aparatını və bir ədəd “Şimqe-40” markalı su mühərrikini avtomobilin salonuna yükləmiş, həmin malları avtomobilə yüklədikdən sonra idarə edərək getmişdir. Oğurladığı əşyaları satmaq üçün Gəncə şəhərində yerləşən Dubay adlanan bazara aparmış və tanımadığı şəxslərə satmışdır. Oğurluq yolu ilə əldə etdiyi qazancı öz ehtiyacı üçün xərcləmişdir. Bundan sonra yenə də, oğurluq etmək qərarına gəldiyi üçün xx.xx.2023-cü il tarixdə saat 23 radələrində özünə məxsus “Volkswagen Passat” markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs işlətdiyi Goranboy rayonu Goran Ticarət mərkəzində yerləşən “Lider” inşaat mağazasının arxasına getmiş, avtomobili yenə də bir az kənarda saxlayıb özü ilə götürdüyü elektro dreli avtomobildən götürüb düşmüş, sonra isə mağazanın arxasında olan anbarın yanına getmişdir. Mağazanın anbarının dəmir konstruksiyalarının vintlərini elektro drellə açmış və dəmir listi aralayıb mağazanın anbarına daxil olmuşdur. Mağazanın anbarına daxil olduqdan sonra, oradan bir ədəd “Rossi” markalı 27 litrlik kombi aparatını dəmir kostruksiyanın arasından çıxardıb mağazanın arxasına qoymuş, sonra isə anbarın dəmir konstruksiyalarının vintlərini elektro drellə yerinə bağlamışdır. Bundan sonra avtomobilin yanına gedib idarə edərək anbarın arxasına hərəkət etdirmiş və anbardan oğurladığı “Rossi” markalı 27 litrlik kombi aparatını avtomobilin salonuna yükləmiş, həmin kombi aparatını avtomobilə yüklədikdən sonra idarə edərək getmişdir. Oğurladığı kombi aparatını satmaq üçün yenə də, Gəncə şəhərində yerləşən Dubay adlanan bazara aparmış və tanımadığı şəxsə satmışdır. Oğurluq yolu ilə əldə etdiyi qazancı öz ehtiyacı üçün xərcləmişdir. Bundan sonra yenə də, oğurluq etmək qərarına gəldiyi üçün xx.xx.2023-cü il tarixdə saat 23 radələrində özünə məxsus “Volkswagen Passat” markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs işlətdiyi Goranboy rayonu Goran Ticarət mərkəzində yerləşən “Lider” inşaat mağazasının arxasına getmiş, avtomobili yenə də bir az kənarda saxlayıb özü ilə götürdüyü elektro dreli avtomobildən götürüb düşmüş, sonra isə mağazanın arxasında olan anbarın yanına getmişdir. Mağazanın anbarının dəmir konstruksiyalarının vintlərini elektro drellə açmış və dəmir listi aralayıb mağazanın anbarına daxil olmuşdur. Mağazanın anbarına daxil olduqdan sonra, oradan bir ədəd “Ural” markalı odun doğrayanı dəmir kostruksiyanın arasından çıxardıb mağazanın arxasına qoymuşdur. Sonra isə anbarın dəmir konstruksiyalarının vintlərini elektro drellə yerinə bağlamış, bundan sonra isə avtomobilin yanına gedib idarə edərək anbarın arxasına hərəkət etdirmiş və anbardan oğurladığı “Ural” markalı odun doğrayanı avtomobilin salonuna yükləmişdir. Həmin odun doğrayanı avtomobilə yüklədikdən sonra idarə edərək getmişdir. Oğurladığı odun doğrayanı satmaq üçün yenə də, Gəncə şəhərində yerləşən Dubay adlanan bazara aparmış və tanımadığı şəxsə satmışdır. Oğurluq yolu ilə əldə etdiyi qazancı öz ehtiyacı üçün xərcləmişdir. Bundan sonra yenə də, oğurluq etmək qərarına gəldiyi üçün xx.xx.2023-cü il tarixdə təxminən saat 21 radələrində dostu, Goranboy şəhər sakini Şahid1 yalandan qızla görüşə gedəcəyini, onu avtomobili ilə Goran qəsəbəsinə aparmağını demişdir. Aqşin də onunla razılaşmışdır. O, avtomobilinin sürücü oturacağından başqa, digər oturacaqlarını söküb, yuyulmağa verdiyi üçün avtomobilinin arxasında yerdə oturmuş, Aqşin də avtomobilini idarə edib onu Goran qəsəbəsində körpünün yanına aparıb düşürmüşdür. O, avtomobildən düşəndə özü ilə götürdüyü elektro-drelidə götürmüş, lakin Aqşin avtomobildən elektro-dreli götürdüyünü görməmişdir. Həmçinin o, avtomobildən düşərkən Aqşinə “zəng edəndə gəlib məni götürərsən” demişdir. Sonra Aqşin avtomobilini idarə edib Goranboy şəhərinə qayıtmışdır. Bundan sonra o, piyada «Lider İnşaat» mağazasının arxasına getmiş və özü ilə götürdüyü elektro-drellə mağazanın arxasındakı anbar olan yerin dəmir konstruksiyalarının vintlərini açmış, sonra dəmir listi aralayıb mağazanın anbarına daxil olmuşdur. Mağazanın anbarına daxil olduqdan sonra, oradan iki ədəd kombi aparatı, su nasosları, su qızdırıcıları, qaynaq aparatları, «Drujba» odun doğrayanları, dəmir konstruksiyanın arasından çıxardıb mağazanın arxasına yığmışdır. Mağazanın arxasında satış üçün saxlanılan iki ədəd motoreller olmuş, o mağazaya girən zaman idman gödəkçəsini soyunub motorellerin oturacağının üzərinə qoymuşdur. O, həmin malları çıxardıb mağazanın arxasına yığan zaman mağazanın içərisində səs gəlmiş və kiminsə gəldiyini bilmişdir. Ona görə də çıxardığı malları mağazanın arxasında qoyub yola tərəf çıxmış və Aqşinə zəng etmiş, Aqşin də avtomobili ilə gəlib onu götürmüşdür. O, qaçarkən idman gödəkçəsi yadından çıxıb mağazanın arxasında motorellerin üstündə qalmışdır. Sonra Goranboy şəhərində bulağın başına gedib orada Aqşinlə domino oynamışlar. Təxminən saat 24 radələrində evə gedərkən polis əməkdaşları gəlib onu polis şöbəsinə dəvət etmişlər. Mağazadan oğurladığı malları Gəncə şəhərində yerləşən Dubay bazarında satdığı şəxsləri tanımır və onlara malları satarkən oğurluq olduğunu deməmişdir. Həmin şəxslərə malları satarkən özünə məxsus olduğunu demiş, həmin şəxslərdə ona inanıb malları ondan almışlar. Atası Şahid2 2106 markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə oğurluq etməyə getdiyini deməmişdir. Atası və ailə üzvləri onun oğurluq etdiyini bilməmişlər. O, bu barədə heç kimə bir söz deməmişdir. Zərərçəkmiş şəxs ifadəsində göstərdikləri yalandır. O, Turalın mağazasından 160000 manat dəyərində əmlakını oğurlamamışdır. Video görüntüdən də Turalın mağazasından160000 manat dəyərində əmlakını oğurladığı öz əksini tapmır. Turalın mağazasından oğurladığı malların hamısını öz ifadəsində göstərmişdir. Bundan başqa o, Turalın mağazasından oğurluq etməmişdir. O, Aqşinə Goran qəsəbəsinə görüşə getdiyini, avtomaşınının orada görsənməməsini demiş, mağazadan oğurluq etməyə getməyini deməmişdir. Ona görə də, Aqşin onun mağazadan oğurluq edəcəyini bilməmişdir. Etdiyi əməldən peşmandır. Qeyd olunan oğurluqdan əvvəl və sonra oğurluq etməmişdir. Son olaraq əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəyən ziyanı tamailə ödədiyini, sonuncu ilə barışmağa cəhd etdiyini, lakin zərərçəkmiş şəxsin onunla barışmadığını bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Goranboy rayonu Goran qəsəbəsində, Bakı-Gəncə avtomagistral yolunun kənarında «Lider İnşaat» mağazasını şifahi razılaşma əsasında icarəyə götürüb işlədir. Onun mağazasında təxminən 3 il əvvəl Goranboy şəhər sakini Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, Ayaz avtomobillə müştərilərin aldıqları malları aparmışdır. Sonra Ayazı müştərini aldatdığına görə işdən çıxartmışdır. xx.xx.2023-cü il tarixdə mağazada işdə olmuş, saat 20:00-da mağazanı bağlayıb evə getmişdir. Saat 21:30 radələrində Bərdə rayonundan polis əməkdaşları ona zəng edib generator lazım olduğunu dedikləri üçün Goranboy rayonu Boluslu kəndində yaşayan, mağazada fəhlə işləyən X3 zəng edib mağazaya gedib həmin şəxslərə generator verməyini demiş, Ramil də mağazaya gedib, həmin şəxslərə 5 ədəd generator vermiş, arxa anbara tərəf keçəndə qutuların üstündə telefon işığı yandığını görmüş və mağazada kiminsə olduğundan şübhələnmişdir. Bu barədə Ramil ona xəbər verən kimi o, Goranboy rayonu Goran qəsəbəsinə gəlmiş və mağazaya daxil olarkən mağazanın anbarına keçib baxanda anbarın arxasında dəmir konstruksiyadan olan hissənin vintlərinin açıldığını və dəmir lövhənin aralandığını, oradan baxanda mağazadan xeyli sayda malların çıxarılıb mağazanın arxasına yığıldığını görmüşdür. Eyni zamanda mağazanın arxasında olan iki ədəd satış üçün saxladıqları motorellerlərdən birinin üzərində kişi idman gödəkçəsi, gödəkçənin cibində isə kent-1 siqareti olmuşdur. Gödəkçənin Təqsirləndirilən şəxs məxsus olduğunu bilmişlər. Ayaz mağazanın fəhləsi Ramilin mağazada olmasını görüb, çıxartdığı malları aparmadan, orada qoyub getmişdir. Bundan sonra o, Goranboy rayon polis şöbəsinə məlumat vermiş və hadisə yerinə polis əməkdaşları gəlmişlər. Mağazadan Ayaz 1 ədəd, 1900 manat dəyərində «Hidro» markalı kombi aparatı, 1 ədəd-1650 manat dəyərində «Rossi» markalı kombi aparatı, 2 ədəd-720 manat dəyərində «ATO» markalı su qızdırıcı, 4 ədəd-1680 manat dəyərində «Fan» markalı su qızdırıcı, 1 ədəd-470 manat dəyərində «Espa» markalı hidrofon mühərriki, 1 ədəd-470 manat dəyərində «Safun-160» markalı qaynaq aparatı, 2 ədəd-760 manat dəyərində «Ural» markalı odun doğrayan, 2 ədəd-780 manat dəyərində «Zenit» markalı odun doğrayan, 1 ədəd-470 manat dəyərində yer deşən peraparator, 2 ədəd-2360 manat dəyərində «Karpat-300» markalı qaynaq aparatı, 1 ədəd-820 manat dəyərində «Maketa-250» markalı qaynaq aparatı, 1 ədəd-670 manat dəyərində «Maketa-35» markalı qaynaq aparatı, 1 ədəd-400 manat dəyərində «Marqus-40» su mühərriki, 1 ədəd-1100 manat dəyərində «Şimqe-100» markalı su mühərriki, 1 ədəd-720 manat dəyərində «Şimqe-40» su mühərriki, 50 ədəd-750 manat dəyərində radiator krantları, 1 ədəd-800 manat dəyərində «Marqus» markalı Paplavok mühərriki-100-lük, 1 ədəd-480 manat dəyərində «Marqus-158» markalı su mühərriki oğurlamağa cəhd etmişdir. Ayaz mağazadan çıxartdığı malları apara bilmədiyi üçün mağazanın arxasında qoyub qaçmışdır. Polis əməkdaşları tərəfindən baxış keçirildikdən sonra həmin mallar saxlanılması üçün mağazaya qoyulmuşdur. Ayazın ifadəsində göstərdikləri yalandır. Belə ki, o, özü Ayaza 2 ədəd mobil telefon almış, evinə kondinsioner vermişdir. O, Ayazın adına kreditə telefon götürməmişdir. Onun Ayaza heç bir borcu yoxdur, Ayaz yalan ifadə verərək özünə haqq qazandıraraq məsuliyyətdən yayınmaq istəyir. O, hesab edir ki, Ayaz onun mağazasından əslində dəyəri 100000 (yüz min) manatdan çox elektrik malları oğurlamışdır. Yekunda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirərək, ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Goranboy şəhərində yaşayan Təqsirləndirilən şəxs tanıyır və yaxın münasibəti olmuşdur. xx.xx.2023-cü il tarixdə təxminən saat 21 radələrində Goranboy şəhərində bulaq deyilən yerdə çayxanada olmuş, bu zaman Ayaz onun yanına gəlmiş və ona Goran qəsəbəsinə qadınla görüşə getdiyini, onun avtomobili ilə onu aparıb Goran qəsəbəsinə düşürüb gəlməyini, sonra zəng edəndə gedib onu götürməyini demişdir. O da, Ayazın sözü ilə onun avtomobili ilə Ayazı aparıb Goranboy rayonu Goran qəsəbəsində, körpünün üzərindən düşən yerdə, yəni Goran dəmiryol vağzalına çatmamış düşürüb qayıdıb Goranboy şəhərinə gəlmişdir. Ayazın Volksvagen-Passat markalı avtomobilində ancaq sürücünün oturacağı olmuş, avtomobilin digər oturacaqları isə olmamışdır. Ayaz ona avtomobilin salonunu və oturacaqlarını yığdırdığını demişdir. O, avtomobili idarə etmiş, Ayaz isə arxada yerdə oturmuş və Goran qəsəbəsinə getmişlər. Onu düşürüb Goranboy şəhərinə qayıtmış və çayxanada domino oynamağa başlamışdır. Təxminən 1 saatdan sonra Ayaz ona zəng edib düşürdüyü yerdən götürməyini demişdir. O da, Ayazın avtomobilini idarə edib Goran qəsəbəsinə getmiş və Ayazı düşürdüyü yerdə, yolun kənarında onu gözlədiyini görmüşdür. O, Ayazı götürüb Goranboy şəhərinə gətirmiş və Ayazın avtomobilini özünə vermişdir. Yenə də bulağın yanındakı çayxanaya gedib orada domino oynamağa başlamışdır. Bir qədər keçmiş Ayaz da oraya gəlmiş və sonra onu aparıb evinə düşürmüşdür. Ayaz ona Goran qəsəbəsinə qızla görüşə getdiyini, ondan onun avtomobili ilə Goran qəsəbəsinə aparıb düşürməyini demiş, Ayazla yaxın münasibəti olduğu üçün aparıb Goran qəsəbəsinə düşürmüş, sonra isə zəng etdikdə gedib götürmüşdür. Ayaz ona oğurluq etməsi barədə heç bir söz deməmiş, ümumiyyətlə Ayazın oğurluq etməsini bilməmiş, özü də heç vaxt, heç bir oğurluq etməmişdir. Onun Ayaza məxsus avtomobili idarə etməyə etibarnaməsi olmamışdır. O, öz evinə təzə suqızdırıcı cihaz almış, sonradan isə həmin su qızdırıcını sensorlu su qızdırıcı ilə dəyişmək qərarına gəlmiş, ona görə də, 15 yanvar 2023-cü il tarixdə Xəyalın işlədiyi mağazaya gedib sadə tez su qızdırıcı cihaz almış, həmin suqızdırıcı cihazı gətirib sensorlu ilə dəyişmək istəmiş, üstündə də pul verəcəyini bildirmişdir. Belə ki, o təklif etdiyi su qızdırıcı cihaz ucuz, Xəyalın satdığı su qızdırıcı cihaz isə bahalı olmuşdur. 80 manat o gətirdiyi su qızdırıcını hesablamışlar, Xəyal satdığı su qızdırıcı isə 180 manata ona vermişdir. O, su qızdırıcı cıhazın üstündə Xəyala 100 manat pul vermiş və su qızdırıcını dəyişmişdir. Xəyalın əmisioğlu Emin mağazaya gəlib işlədiyi obyekdə müvəqqəti işlətmək üçün qaynaq aparatı istəmiş, Xəyal da, qaynaq aparatının təzə olduğu üçün verməmiş, ona görə də Emin narazılıq etmişdir. O da, sonunculara işlənmiş qaynaq aparatının olduğunu və həmin aparatı sata biləcəyini demişdir. Xəyal da ona “gətir baxım” demişdir. O da, gedib qaynaq aparatını gətirmiş, qaynaq aparatını 75 manata satmışdır. O, Xəyala “Emel” markalı qaz kombi aparatı, “Maketa” markalı qaynaq aparatı və bir ədəd dərman vuran aparatı satmamışdır. Həmin satdığı su qızdırıcı və işlənmiş qaynaq aparatı özünə məxsus olmuş, həmin qaynaq aparatı “Maketa” markalı olmamışdır. Ayazın oğurluq etdiyini bilməmiş və Ayaz ona heç bir əşya verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Sirac oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Onun özünə məxsus 2106 markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur. Hazırda həmin avtomobili satmışdır. Ayaz avtomobili arada işi olduğu üçün ondan idarə etmək üçün istəmiş, o da, razılaşıb avtomobili idarə etmək üçün Ayaza vermişdir. Oğlu Ayazın xx.xx.2023-cü il tarixdə saat 23 radələrində ona məxsus 2106 markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs işlətdiyi “Lider” inşaat mağazasından oğurluq etməyə getdiyini bilməmişdir. Ayaz ona işi olduğu üçün avtomobili istəmiş, o da, razılaşıb avtomobilini Ayaza vermişdir. Əgər Ayazın ona məxsus avtomobillə oğurluq etməyə getdiyini bilsəydi verməzdi və bunun qarşısını alardı. Ümumiyyətlə Ayazın oğurluq etdiyini bilməmişdir. Oğlu Ayaza avtomobilini idarə etmək üçün etibarnamə verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Goranboy rayonlararası mühafizə bölməsində polis nəfəri vəzifəsində xidmət edir. O, Goranboy rayonu Goran ticarət mərkəzinə posta çıxır. xx.xx.2023-cü il tarixdə saat 22-23 radələrində postda olarkən Lider inşaat mağazasında fəhlə işləyən Ramil ona zəng edib mağazaya çağırmışdır. O, dərhal Ramilin yanına getmişdir. Həmin vaxt Ramil ona mağzanın anbarında telefon işığı yandığını və mağazada kiminsə olduğunu bildirmişdir. O, Ramillə mağazaya girib anbara getmiş, pilləkəndən baxmış və telefon işığının yanmadığını görmüşlər. İçəri işıq salmış, gözlərinə heç nə dəyməmişdir. Qayıdıb oradan çıxmışlar. Ramil mağazanın müdiri Turala zəng edib mağazaya gəlməyini, içəridə işıq yandığını bildirmişdir. Tural gələnə kimi Ramillə o, onun avtomobili ilə mağazanın arxasına tərəf getmişlər. Avtomobili saxlayıb baxmış, lakin şübhəli bir şey hiss etməmişlər. Bundan sonra, yenidən mağazanın qarşısına keçmişlər. Bundan sonra, Tural da gəlmiş və arxa anbara keçib baxdıqda görmüşlər ki, anbarın dəmir lövhəsinin vintləri açılmış, dəmir aralanmışdır, mağazadan xeyli sayda mallar çıxarılıb arxada olan motorellerlərin yanına yığılmışdır. Motorellerin oturacağının üzərində bir ədəd kişi gödəkçəsi olduğunu görmüşlər. Həmin gödəkçənin cibində isə bir ədəd Kent-1 siqareti olmuşdur. Onlar gödəkçəni tanımışlar. Həmin gödəkçə əvvəllər mağazada işləmiş Ayazın gödəkçəsi idi. Bundan sonra, Tural polisə məlumat vermiş və hadisə yerinə polis əməkdaşları gəlmişlər. Mağazadan kombi aparatları, su nasosları, elektrik qızdırıcıları və digər motorlar, alətlər oğurlanmışdı, lakin oğurluq edən şəxs həmin malları apara bilməyərək, mağazanın arxasında qoyub getmişdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Goranboy rayonu Goran qəsəbəsində yerləşən əmisioğlu X4 məxsus “Kombi evi” mağazasında satıcı işləyir. Goranboy şəhər sakini Şahid1 tanıyır. Aqşinlə münasibəti normal olmuş, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Aqşin 2023-cü ilin yanvar ayının əvvəllərində işlədiyi mağazadan ondan müxtəlif inşaat materialları götürmüş və mağazaya 800 manata yaxın borcu yaranmışdır. 15 yanvar 2023-cü il tarixdə Aqşin işlədiyi mağazaya gəlib sadə tez suqızdırıcı cihaz aldığını, həmin su qızdırıcı cihazı gətirib sensorlusu ilə dəyişmək istədiyini, üstündə də pul verəcəyini bildirmişdir. Belə ki, Aqşinin ona təklif etdiyi su qızdırıcı cihaz ucuz, onlar satdığı su qızdırıcı cihaz isə bahalı olmuşdur. 80 manat Aqşinin gətirdiyi su qızdırıcını hesablamışlar, onlar satdığı su qızdırıcı isə 180 manata olmuşdur. Aqşin su qızdırıcı cıhazın üstündə ona 100 manat pul vermiş, o da, Aqşin gətirdiyi su qızdırıcı ilə dəyişmişdir. Bundan sonra, mağazanın yanında işləyən əmisioğlu Emin mağazaya gəlib işlədiyi obyektdə müvəqqəti işlətmək üçün qaynaq aparatı istəmiş, onlar da qaynaq aparatı təzə olduğu üçün vermək istəməmişlər. Ona görə də Emin narazılıq etmişdir. Aqşin də onlara onda işlənmiş qaynaq aparatı olduğunu, həmin aparatı sata biləcəyini demiş, o da, Aqşinə “gətir baxım” demişdir. Aqşin də gedib qaynaq aparatını gətirmiş, həmin aparat işlənmiş olmuş, Aqşinlə qaynaq aparatını 75 manata razılaşıb almışdır. Həmin 75 manatı Aqşinin mağazaya borclu olduğu puldan silmişlər. Aqşinin verdiyi sı qızdırıcı cihazı mağazada tanımadığı şəxsə satmış, qaynaq aparatı isə Naftalanda yaşayan əmisigildədir. Bundan başqa, Aqşindən hər hansı bir əşya almamışdır. Aqşin ona satdığı su qızdırıcının və qaynaq aparatının özünə məxsus olduğunu demişdir. Su qızdırıcı cihaz öz qutusunda olmaqla təzə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2013-cü ildən “Mərd” kampaniyasında nəzarətçi işləyir. Onun işi Goranboy rayonu Goran qəsəbəsində yerləşən mağazaların mallarını götürüb mağaza sahiblərinə təhvil verməkdən ibarətdir. Həmçinin malları geri qaytaranda həmin malları mağaza sahiblərindən təhvil alıb göndərirlər. O, bir gündən bir işləyir. Belə ki, saat 17:00-dan gedib, səhəri gün 07:00-da işdən çıxır. Ümumiyyətlə, orada yerləşən mağazalara nəzarət edir. Təqsirləndirilən şəxs tanıyır. Ayaz əvvəllər Turala məxsus mağazada satıcı işləmişdir. Ayazın arvadına Bakı şəhərindən satmaq üçün mallar gəlmişdir. Həmin malları elə olmuşdur ki, o götürmüş, sonra isə səhəri gün Ayazın yaşadığı evə gətirib vermişdir. Bəzi hallarda isə Ayaz özü avtobusun qarşısına çıxıb malları götürmüşdür. Ayaz gecələr Goran qəsəbəsinə gələndə gəlib onların yanında dayanıb söhbət edib, sonra isə getmişdir. Ayazın Turala məxsus mağazadan oğurluq etdiyini bilməmiş və görməmişdir. Həmçinin Turalın mağazasına onların kampaniyası nəzarət etmir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında işdə olarkən mağazaların arxasından avtomobil işıqları gəldiyini görmüş, ona görə də həmin tərəfə getmişdir. Həmin avtomobili saxlatdırmış və “xeyirdimi?” demiş, avtomobildə Turalın mağazasında işləyən Ramil olduğunu görmüşdür. Ramil mağazadan Turalın tapşırığı ilə mal götürməyi üçün gəldiyini, mağazanın içərisinə daxil olanda mağazadan işıq və səs gəldiyini eşidib qorxub çıxdığını bildirmişdir. Sonra Ramil, o və mühafizəçi ilə birlikdə gedib mağazanın arxasına baxmışlar. Həmin vaxt mağazaların qapılarının arxadan bağlı olduğunu görmüşlər. Bir müddən keçdikdən sonra mağazanın sahibi Tural və qardaşı həmin yerə gəlmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Maddi sübut kimi tanıma haqqında” Goranboy RPŞ-nin İB-nin 23 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, 1 ədəd, «Hidro» markalı kombi aparatı, 1 ədəd «Rossi» markalı kombi aparatı, 2 ədəd «ATO» markalı su qızdırıcı, 4 ədəd «Fan» markalı su qızdırıcı, 1 ədəd «Espa» markalı hidrofon mühərriki, 1 ədəd «Safun-160» markalı qaynaq aparatı, 2 ədəd «Ural» markalı odun doğrayan, 2 ədəd «Zenit» markalı odun doğrayan, 1 ədəd yer deşən peraparator, 2 ədəd «Karpat-300» markalı qaynaq aparatı, 1 ədəd «Maketa-250» markalı qaynaq aparatı, 1 ədəd «Maketa-35» markalı qaynaq aparatı, 1 ədəd «Marqus-40» su motoru, 1 ədəd «Şimqe-100» markalı su mühərriki, 1 ədəd «Şimqe- 40» su mühərriki, 50 ədəd radiator kranları, 1 ədəd «Marqus» markalı paplavok mühərrik- 100-lük, 1 ədəd «Marqus-158» markalı su mühərriki iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və məhkəmə baxışının sonunadək saxlanması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs təhvil verilmişdir; “Şübhəli şəxsin tutulması haqqında” 23 sentyabr 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,177.2.3 və 29,177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsindən şübhələnməyə əsas verən kifayət qədər əsaslar olduğu üçün həmin tarixdə saat 15:00-da şübhəli şəxs qismində tutulmuşdur; “Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” 25 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, saat 14:50-də Goranboy RPŞ-nin MSY-dən azad edilmişdir; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 04 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir; Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 31 yanvar 2024-cü il tarixli 9/741 nömrəli rəyindən görünür ki, 2023-cü ilin sentyabr ayına Zərərçəkmiş şəxs məxsus bir ədəd “Hidro” markalı 36 litirlik kombi aparatının qiyməti 1900 manat, bir ədəd “Rossi” markalı 27 litirlik kombi aparatının qiyməti 1650 manat, bir ədəd “ATO” markalı tez su qızdırıcının qiyməti 360 manat, bir ədəd “Fan” markalı su qızdırıcının qiyməti 420 manat, bir ədəd “Espa 5” markalı hidrofon su mühərrikinin qiyməti 470 manat, bir ədəd “Safun-160” markalı qaynaq aparatının qiyməti 470 manat, bir ədəd “Ural” markalı odun doğrayanın qiyməti 380 manat, bir ədəd “Zenit” markalı odun doğrayanın qiyməti 390 manat, bir ədəd 2,26-lıq yer deşən peraparatorun qiyməti 470 manat, bir ədəd “Karpat-300” markalı qaynaq aparatının qiyməti 680 manat, bir ədəd “Maketa-250” markalı qaynaq aparatının qiyməti 820 manat, bir ədəd “Maketa-35” markalı qaynaq aparatının qiyməti 670 manat, bir ədəd “Marqus-40” markalı su mühərrikinin qiyməti 400 manat, bir ədəd “Şimqe-100” markalı su mühərrikinin qiyməti 1400 manat, bir ədəd “Şimqe-40” markalı su mühərrikinin qiyməti 720 manat, bir ədəd radiator kranının qiyməti 15 manat, bir ədəd “Marqus” markalı 100-lük paplavok mühərrikinin qiyməti 800 manat və bir ədəd “Marqus-158” markalı su mühərrikinin qiyməti 470 manatdır. Tədqiqata təqdim olunmuş ******* saylı qaiməfakturadan istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda göstərilən malların təzə vəziyyətdə 2023-cü ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 12485 manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir; “Götürmə aparılması haqqında” Goranboy RPŞ-nin İB-nin 15 aprel 2024-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda oğurluq etməsi barədə olan video görüntünün diski iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüş və cinayət işinə əlavə edilmişdir; “Diskə baxış keçirilməsi haqqında” Goranboy RPŞ-nin İB-nin 15 aprel 2024-cü il tarixli protokolundan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində VAZ 2106 markalı avtomobil Zərərçəkmiş şəxs işlətdiyi Goranboy rayonu Goran Ticarət mərkəzində yerləşən “Lider” inşaat mağazasının arxasına gəlir və bir nəfər şəxs avtomobilin salonuna mağazanın anbarından çıxartdığı malı yükləyir, sonra isə gedir. Sonra xx.xx.2023-cü il tarixdə Volkswagen Passat markalı avtomobil Zərərçəkmiş şəxs işlətdiyi Goranboy rayonu Goran Ticarət mərkəzində yerləşən “Lider” inşaat mağazasının arxasına gəlir və bir nəfər şəxs avtomobilin salonuna mağazanın anbarından çıxartdığı malı yükləyir, sonra isə gedir. Bundan sonra, xx.xx.2023-cü il tarixdə Volkswagen Passat markalı avtomobil Zərərçəkmiş şəxs işlətdiyi Goranboy rayonu Goran Ticarət mərkəzində yerləşən “Lider” inşaat mağazasının arxasına gəlir və bir nəfər şəxs avtomobilin salonuna mağazanın anbarından çıxartdığı malı yükləyir, sonra isə gedir. Baxış zamanı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23 radələrində tək atasına məxsus 2106 markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs işlətdiyi Goranboy rayonu Goran Ticarət mərkəzində yerləşən “Lider” inşaat mağazasının arxasına getdiyini, avtomobili bir az kənarda saxlayıb özü ilə götürdüyü elektro-dreli avtomobildən götürüb düşdüyünü, sonra mağazanın arxasında olan anbarın yanına getdiyini, mağazanın anbarının dəmir konstruksiyalarının vintlərini elektro drellə açdığını, bundan sonra dəmir listi aralayıb mağazanın anbarına daxil olduğunu, mağazanın anbarına daxil olduqdan sonra, oradan bir ədəd “Maketa-35” markalı qaynaq aparatını və bir ədəd “Şimqe-40” markalı su mühərrikini dəmir kostruksiyanın arasından çıxardıb mağazanın arxasına yığdığını, sonra isə anbarın dəmir konstruksiyalarının vintlərini elektro drellə yerinə bağladığını, bundan sonra avtomobilin yanına gedib idarə edərək anbarın arxasına hərkət etdirdiyini və anbardan oğurladığı “Maketa-35” markalı qaynaq aparatını və bir ədəd “Şimqe-40” markalı su mühərrikini avtomobilin salonuna yüklədiyini, həmin malları avtomobilə yüklədikdən sonra idarə edərək getdiyini, bundan sonra xx.xx.2023-cü il tarixdə saat 23 radələrində özünə məxsus Volkswagen Passat markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs işlətdiyi Goranboy rayonu Goran Ticarət mərkəzində yerləşən “Lider” inşaat mağazasının arxasına getdiyini, avtomobili yenə də bir az kənarda saxlayıb özü ilə götürdüyü elektro dreli avtomobildən götürüb düşdüyünü, sonra mağazanın arxasında olan anbarın yanına getdiyini, mağazanın anbarının dəmir konstruksiyalarının vintlərini elektro drellə açdığını, bundan sonra dəmir listi aralayıb mağazanın anbarına daxil olduğunu, mağazanın anbarına daxil olduqdan sonra, oradan bir ədəd “Rossi” markalı 27 litrlik kombi aparatını dəmir kostruksiyanın arasından çıxardıb mağazanın arxasına qoyduğunu, sonra isə anbarın dəmir konstruksiyalarının vintlərini elektro drellə yerinə bağladığını, bundan sonra avtomobilin yanına gedib idarə edərək anbarın arxasına hərəkət etdirdiyini və anbardan oğurladığı “Rossi” markalı 27 litrlik kombi aparatını avtomobilin salonuna yüklədiyini və həmin kombi aparatını avtomobilə yüklədikdən sonra idarə edərək getdiyini, bundan sonra xx.xx.2023-cü il tarixdə saat 23 radələrində yenə də özünə məxsus Volkswagen Passat markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs işlətdiyi Goranboy rayonu Goran Ticarət mərkəzində yerləşən “Lider” inşaat mağazasının arxasına getdiyini, avtomobili yenə də bir az kənarda saxlayıb özü ilə götürdüyü elektro dreli avtomobildən götürüb düşdüyünü, sonra mağazanın arxasında olan anbarın yanma getdiyini, mağazanın anbarının dəmir konstruksiyalarının vintlərini elektro drellə açdığını və dəmir listi aralayıb mağazanın anbarına daxil olduğunu, mağazanın anbarına daxil olduqdan sonra, oradan bir ədəd “Ural” markalı odun doğrayanı dəmir kostruksiyanın arasından çıxardıb mağazanın arxasına qoyduğumu, sonra isə anbarın dəmir konstruksiyalarının vintlərini elektro drellə yerinə bağladığını, bundan sonra avtomobilin yanına gedib idarə edərək anbarın arxasına hərəkət etdirdiyini və anbardan oğurladığı "Ural” markalı odun doğrayanı avtomobilin salonuna yüklədiyini, həmin odun doğrayanı avtomobilə yüklədikdən sonra idarə edərək getdiyini bildirmişdir; “Maddi sübut kimi tanıma haqqında” Goranboy RPŞ-nin İB-nin 16 aprel 2024-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs götürülmüş Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda oğurluq etməsi barədə olan video görüntünün diski iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir; Təqsirləndirilən şəxs tərəfindən məhkəmə təqdim edilmiş 08 avqust 2024-cü il tarixli TT**********3573448 saylı qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ittiham aktında göstərilən dəymiş maddi ziyan üzrə 3420 (üç min dörd yüz iyirmi) manat məbləğində pul köçürmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3 və 29,177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Adı çəkilən Qərarın 4-cü bəndinə əsasən özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Həmin Qərarda, həmçinin göstərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-in 16.2-ci maddəsinə müvafiq olaraq, CM-in 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-in 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda, həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə qeyd edir ki, mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs özgəyə, yəni Zərərçəkmiş şəxs məxsus mağazaya qanunsuz daxil olmaqla sonuncunun xeyli miqdarda əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. CM-in 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3 və 29,177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri CM-in 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: -törətdiyi əməli etiraf edib peşman olmasını; -zərərçəkmiş şəxsə dəyən ziyanı tam ödəməsini, sonuncu ilə barışmağa cəhd etməsini; -yaşayış və qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Goranboy rayon icra hakimiyyəti başçısının Goranboy şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamə). İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3 və 29,177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: -yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; -elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; -məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; -müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3 və 29,177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş ”polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan - 1 ədəd, «Hidro» markalı kombi aparatı, 1 ədəd «Rossi» markalı kombi aparatı, 2 ədəd «ATO» markalı su qızdırıcı, 4 ədəd «Fan» markalı su qızdırıcı, 1 ədəd «Espa» markalı hidrofon mühərriki, 1 ədəd «Safun- 160» markalı qaynaq aparatı, 2 ədəd «Ural» markalı odun doğrayan, 2 ədəd «Zenit» markalı odun doğrayan, 1 ədəd yer deşən peraparator, 2 ədəd «Karpat-300» markalı qaynaq aparatı, 1 ədəd «Maketa-250» markalı qaynaq aparatı, 1 ədəd «Maketa-35» markalı qaynaq aparatı, 1 ədəd «Marqus-40» su motoru, 1 ədəd «Şimqe-100» markalı su mühərriki, 1 ədəd «Şimqe-40» markalı su mühərriki, 50 ədəd radiator kranları, 1 ədəd «Marqus» markalı paplavok mühərrik-100-lük və 1 ədəd «Marqus-158» markalı su mühərrikinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, iş üzrə ekspertiza xərci 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinin (Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs faktiki olaraq 23 sentyabr 2023-cü il tarixdən 25 sentyabr 2023-cü il tarixədək müddətdə 02 (iki) gün şübhəli şəxs qismində tutulması nəzərə alınaraq, ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmalı, onun üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etməsinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, həmçinin vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə hər iş saatına 6 (altı) manat hesab edilməklə 120 (bir yüz iyirmi) manat vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3 və 29,177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs faktiki olaraq 23 sentyabr 2023cü il tarixdən 25 sentyabr 2023-cü il tarixədək müddətdə 02 (iki) gün şübhəli şəxs qismində tutulması nəzərə alınaraq, ona təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Goranboy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan - 1 ədəd, «Hidro» markalı kombi aparatı, 1 ədəd «Rossi» markalı kombi aparatı, 2 ədəd «ATO» markalı su qızdırıcı, 4 ədəd «Fan» markalı su qızdırıcı, 1 ədəd «Espa» markalı hidrofon mühərriki, 1 ədəd «Safun-160» markalı qaynaq aparatı, 2 ədəd «Ural» markalı odun doğrayan, 2 ədəd «Zenit» markalı odun doğrayan, 1 ədəd yer deşən peraparator, 2 ədəd «Karpat-300» markalı qaynaq aparatı, 1 ədəd «Maketa-250» markalı qaynaq aparatı, 1 ədəd «Maketa-35» markalı qaynaq aparatı, 1 ədəd «Marqus-40» su motoru, 1 ədəd «Şimqe-100» markalı su mühərriki, 1 ədəd «Şimqe- 40» markalı su mühərriki, 50 ədəd radiator kranları, 1 ədəd «Marqus» markalı paplavok mühərrik-100-lük və 1 ədəd «Marqus-158» markalı su mühərrikinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinin (Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Vəkil Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Taleh Mustafayev
Məhkəmə qərarları › İş №1(045)-31/2024
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-31/2024
08.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver