Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-31/2025 08.05.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Saat 14:55 Goranboy Rayon Məhkəməsinin hakimi X11 oğlunun sədrliyi, məhkəmə iclas katibi İbrahimov Anar Azər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Börüsunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Goranboy rayonu Kəpənəkçi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Goranboy Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, şəxsi istifadəsi ilə əlaqədar qanunsuz olaraq əldə etdiyi bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 6,62 qram xeyli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əynində olan qara rəngli gödəkçənin sağ yan cibinə yerləşdirib üzərində satış məqsədi olmadan şəxsi istifadəsi ilə əlaqədar qanunsuz saxlayaraq daşımış, 27 yanvar 2025-ci il tarixdə saat 18:10 radələrində DİN-nin BNMİ-nin QBRŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy şəhəri İsmət Qayıbov küçəsində saxlanılaraq üzərində yoxlama keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi, təmiz çəkisi 6,62 qram xeyli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, X9 iştirakçısıdır. “Suqovuşanın azad edilməsinə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Təxminən 5-6 il olar narkotik vasitə olan qurudulmuş marixuana istifadə edir. xx.xx.2025-ci il tarixdə günorta saatlarında Goranboy rayonu Goran qəsəbəsinə getmiş, orada olan “Nikoil” yanacaqdoldurma məntəqəsinin yanında piyada hərəkət edib keçən zaman yerdə bir ədəd sellofan büküm görmüş, həmin sellofan büküm diqqətini cəlb etdiyi üçün əyilib yerdən götürmüş və içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüşdür. Ona görə də, həmin marixuananı şəxsi istifadəsi üçün götürüb əynində olan qara rəngli gödəkcənin sağ cibinə qoyub saxlamışdır. 27 yanvar 2025-ci il tarixdə saat 18 radələrində Goranboy şəhərində “Kəpənəkçi dairəsi” adlanan yerin yaxınlığında dostu X6 idarə etdiyi “Opel” markalı avtomobildə oturub söhbət etmişlər. Həmin vaxt bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşıb, xidməti vəsiqələrini təqdim edərək BNMİ QBRŞ-nin əməkdaşları olduqlarını, üzərində qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə əldə edərək saxlmaqda, daşımaqda şübhəli olduğunu və üzərini yoxlayacaqlarını bildirmişlər. Həmçinin polis əməkdaşları avtomobildə olan dostu Fərid Quliyevə yaxınlaşaraq nə məqsəd ilə onu saxladıqlarını bildirmişlər. Sonra polis əməkdaşları ona həmin yerdə insanların sıx toplaşdığını və avtomobillərin intensiv hərəkətini olduğunu bildirərək insanların və avtomobillərin hərəkətinin az olduğu İsmət Qayıbov küçəsinə dəvət etmişlər. O da, polis əməkdaşlarına heç bir etiraz etmədən həmin yerə getmişdir. X13 də, onunla birlikdə həmin yerə gəlmişdir. Bundan sonra polis əməkdaşları videoçəkilişdən istifadə etməklə üzərini yoxlamğa başlamışlar. İlk öncə polis əməkdaşları ona üzərində olan əşyaları təqdim etməyini təklif etmişlər. O, bu təklifdən sonra əynində olan qara rəngli gödəkcənin sağ yan cibində olan sellofan bükümdə olan qurudulmuş marixuananı, “Sobranie” markalı siqareti və alışqanı, əynində olan göy rəngli cins şalvarın sol yan cibində olan “Samsung” markalı mobil telefonunu təqdim etmişdir. Sonra polis əməkldaşları üzərini yoxlamışlar, üzərindən təqdim etdiyi əşyalardan başqa əlavə əşya, predmet aşkar edilməmişdir. Sonra təqdim etdiyi bir ədəd sellofan bükümü göstərərək içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, şəxsi istifadəsi üçün tapdıqdan sonra üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin büküm elektron tərəzidə çəkilmiş və 6,76 qram olduğu müəyyən edilmişdir. Daha sonra içərisində qurudulmuş marixuana olan həmin büküm müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Həmçinin təqdim etdiyi bir ədəd “Samsung” markalı mobil telefonu da, polis əməkdaşları tərəfindən götürülmüşdür. Siqaret və alışqan isə özünə qaytarılmışdır. X19 polis əməkdaşları dedikdən sonra üzərində olan əşyaları təqdim etmiş, bundan sonra isə avtomobili yoxlanılmışdır. Fərid Quliyevin üzərindən, avtomobilindən narkotik vasitə, psixotrop maddə aşkar edilməmişdir. Sonra polis əməkdaşları onun BNMİ QBRŞ-nin inzibati binasına aparmışlar. Həmçinin polis əməkdaşları Fərid Quliyevi də, BNMİ QBRŞnin inzibati binasına dəvət etmişlər. Bundan sonra üzərinin yoxlanılması barədə protokol tərtib edilmiş, protokol doğru olduğu üçün imzası ilə təsdiq etmişdir. Ardınca hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmağından ötrü ona müdafiəçilərin siyahısı təqdim edilmiş və ona həmin müdafiəçilərdən kimi istəyirə seçə biləcəyini bildirmişlər. O, təqdim olunmuş vəkillərin siyahısından X2 hüquqlarımın dövlət hesabına müdafiə olunması üçün seçmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Müdafiəçi X7 dəvət olunaraq ona təqdim edilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuş, həmin sənədlər düzgün tərtib edildiyinə görə imzalamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı xx.xx.2025-ci il tarixdə Goranboy rayonu Goran qəsəbəsi ərazisində yerdən tapmış, narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə məşğul olmamış, əldə etdiyi narkotik vasitədən kiməsə verməmiş, satmamış, kiməsə vermək və ya satmaq niyyəti olmamışdır.Üzərindən aşkar olunmuş qurudulmuş marixuanadan istifadə etməmişdir. “Samsung” markalı mobil telefon ona məxsusdur, həmin telefonda ***-***-**-** saylı mobil nömrə istifadə etmişdir. Polis əməkdaşları onu saxlayarkən, həmçinin polis şöbəsinin inzibati binasında olarkən onun hüquq və vəzifələrini izah etmişlər, onun müdafiə hüququnu təmin edərək dövlət hesabına müdafiəçi ilə təmin etmişlər, ona qarşı heç bir qanunsuz hərəkət etməmişlər. Etdiyi əməldən peşmandır, “X9” iştirakçısı olmasını, “Azərbaycan Ordusunun yaranmasınnın 100 illiyi”, “Suqovuşanın azad edilməsinə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsini nəzərə alaraq yüngül cəza təyin edilməsi xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi tədqiq edildikdən sonra elan edilmiş Şahid1 ibtidai araşdırma zamanı ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-nin BNMİ-nin QBRŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 27 yanvar 2025-ci il tarixdə Goranboy şəhər sakini Süleyman adlı şəxsin qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə əldə etməsi və üzərində saxlayaraq daşıması barədə DİN-nin BNMİ-nin QBRŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat müəyyənləşdirilməsi nəticəsində Süleyman adlı şəxsin xx.xx.1999-cu ildə Goranboy rayonunda anadan olması, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra daxil olmuş məlumat barədə dərhal şöbə rəhbərliyinə tərəfindən raportla məruzə edilmişdir. Şöbə rəhbərliyi də, qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə saxlanılmasında şübhəli bilinən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barədə əməliyyat yolu ilə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verdikdən sonra Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və onun daxil olduğu əməliyyat qurupu yaradılmışdır. Bundan sonra onlar əməliyyat-axtarış qrupunun üzvləri Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə saxlaması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 27 yanvar 2025-ci il tarixdə saat 18:10-da Əliyev X5 şəhəri, Vüqar Bayram küçəsində yerləşən “Kəpənəkçi dairəsi” adlanan yerin yaxınlığında X6 idarə etdiyi “Opel Astra” markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşən zaman ona yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini təqdim etdikdən sonra qanunsuz olaraq narkotik vasitə saxlamağında şübhəli olduğunu, bu səbəbə görə də üzərinin və sərnişin qismində əyləşdiyi avtomobilin yoxlanmasının zəruri olduğunu bildirib saxlamışlar. Saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs saxlanıldığı yerdə insanların sıx toplaşdığı və avtomobillərin hərəkət intensivliyi nəzərə alınaraq onun üzərinin və avtomobilin yoxlanılması üçün Goranboy şəhəri, İsmət Qayıbov küçəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs və avtomobilin sürücüsü X12 heç bir etiraz etmədən onlarla birlikdə Goranboy şəhəri İsmət Qayıbov küçəsinə gəlmişlər. Təqsirləndirilən şəxs üzərini, avtomobili yoxlama və götürmə aparılmasından əvvəl ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsini təklif etmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən bir qutu “Sobranie” markalı siqareti, bir ədəd alışqanı, bir ədəd şəffaf sellofan bükümü, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı onun təqdim etdiyi əşyalardan əlavə əşya, predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükümü göstərərək içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, Goranboy rayonu Goran qəsəbəsi ərazisindən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd “Samsung” markalı mobil telefonun içərisində sübut əhəmiyyəti kəsb edə biləcək məlumatlar olması ehtimal edildiyi üçün götürülmüş, lakin üzərindən aşkar edilmiş digər əşyalar maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd şəffaf sellofan bükümün içərisindəki narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və 6,76 qram olduğu müəyyən edilmişdir. Bundan sonra həmin büküm bir ədəd zərfin içərisinə qoyularaq müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Daha sonra X8 üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra sonuncu üzərində olan əşyaları təqdim etmiş, narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış hər hansı əşya, predmet aşkar edilməmişdir. X1 məxsus “Opel Astra” markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobil də, yoxlanılmış və avtomobildən narkotik vasitə, psixotrop maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, narkotik vasitə olan marixuana istifadəçisi olduğunu, üzərindən aşkar olunmuş narkotik vasitə olan marixuanaya bənzər kütləni Goranboy rayonu Goran qəsəbəsi ərazisindən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, kiməsə satmaq və ya vermək niyyətinin olmadığını, həmçinin saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki, psixi zor tətbiq edilmədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs üzəri və avtomobili yoxlama Goranboy şəhəri, İsmət Qayıbov küçəsində keçirilərkən “Samsung” markalı mobil telefon vasitəsi ilə QBRŞ-nin baş əməliyat müvəkkili, polis mayoru Şahid2 tərəfindən video çəkiliş aparılmışdır. Həmin yerdə protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən BNMİ QBRŞ-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edildiyi üçün, imzalarla təsdiq edilmiş və protoloka 1(bir) ədəd DVD əlavə olunmuşdur. Məhkəmə iclasında ifadəsi tədqiq edildikdən sonra elan edilmiş şahidlər Şahid2 və Şahid3 ibtidai araşdırma zamanı Şahid1 ilə eyni məzmunlu ifadə vermişdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X16 bölməsinin 28 yanvar 2025-ci il tarixli 16/76 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim ediımiş üzərində “Təqsirləndirilən şəxsüzərindən aşkar olunan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 6,62 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata sərf edildi 0,03 qram, qalıq 6,59 qram. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsinin Narkoloji dispanserinin 18 mart 2025-ci il tarixli 439 nömrəli rəyinə əasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizotik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsinə görə Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Goranboy rayon İcra Hakimiyyəti Başçısının Goranboy şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 5-45-1/2-80/2025 nömrəli xasiyatnaməsində Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatda olduğu, yaşadığı müddətdə onun özü və ailə üzvləri barədə Goranboy şəhər İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyinə vətəndaşlar tərəfindən heç bir ərizə və şikayət daxil olmadığı göstərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Goranboy rayon İcra Hakimiyyəti Başçısının Goranboy şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 5-45-1/2-79/2025 nömrəli arayışında xx.xx.1999cu il təvəllüdlü Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatda olduğu, ailə tərkibinin isə atası X4, anası X3 və qardaşı X10 ibarət olduğu göstərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, İstintaq zamanı götürülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 6,59 qram bitki mənşəli olan kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və Goranboy RPŞ-nin maddi subutlar anbarına məsul saxlanca təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Suqovuşanın azad edilməsinə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 27 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, 29 yanvar 2025-ci il tarixdə RPŞnin MSY-dən azad edilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlinin istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edildiyi qənaətinə gəlir. Məhkəmə istintaqı zamanı şahidlərin tədqiq edilmiş ifadəsinə, ekspert rəylərinə və işin digər materallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs istinad olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham elan olunan əmələ görə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdən səmimi peşiman olmasını, “X9” iştirakçısı olmaqla “Suqovuşanın azad edilməsinə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətdikdən sonrakı davranışını, cəzasını yüngülləşdirən halı nəzərə alıb ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmçinin səhhəti, şəxsiyyəti, törətdiyi əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törətdikdən sonrakı davranışı, cəzasını yüngülləşdirən halları nəzərə alınaraq həmin maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının xərcələri olan 30,40 manat pul tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs barədə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs 27 yanvar 2025-ci il tarixdən 29 yanvar 2025-ci il tarixədək 2 gün həbsdə olduğu müddət 1 günə 2 gün hesablanmaqla, ümumilikdə 4 gün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətindən çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Goranboy RPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan 6,59 qram bitki mənşəli olan kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Vəkil Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi 4 iş saatına görə 44 (qırx dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 27 yanvar 2025-ci il tarixdən 29 yanvar 2025-ci il tarixədək 2 gün həbsdə olduğu müddət, 1 günə 2 gün hesablanmaqla, ümumilikdə 4 gün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətindən çıxılmaqla onun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirlməsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı ünvan 1 ünvanında yerləşən evi təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 23:00-dan saat 07:00-dək tərk etməmək; - Goranboy rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq.; - kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının xərcələri olan 30,40 manat pul tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Goranboy RPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan 6,59 qram bitki mənşəli olan kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Goranboy Rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Vəkil Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi 4 iş saatına görə 44 (qırx dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №1(045)-31/2025
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-31/2025
08.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver