Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-32/2023 04.05.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Goranboy rayon məhkəməsində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Dövlət ittihamçısı iştirakları ilə, xx xxxxxxx 1960-cı il tarixdə Goranboy rayonunun Dəliməmmədli qəsəbəsində anadan olmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs daimi narkotik vasitələrin aludəçisi olduğu üçün 06 fevral 2023cü il tarixdə saat 16 radələrində Goranboy rayonu Dəliməmmədli şəhərindən keçən dəmiryol xəttinin kənarında yerdən taparaq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf sellofan torbacıqda 0,961 qram narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib əynindəki qara rəngli cins şalvarın sağ yan cibinə qoyaraq qanunsuz saxlamaqla daşımış, 07 fevral 2023-cü il tarixdə saat 13:00 dəqiqədə Goranboy RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisində saxlanılaraq RPŞ-yə gətirilib, üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibində satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı bir ədəd şəffaf sellofan torbacıqda 0,961 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə aludəçisidir, daimi olaraq narkotik vasitə qəbul edir, qəbul etmədikdə bədənində ağrılar olur. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Goranboy rayon Dəliməmmədli şəhərində yaşadığı evdən çıxıb dəmir yolu xəttinin kənarı ilə piyada çayxanaya gedən zaman dəmir yolu xəttinin yanında, yerdə şəffaf sellofan torbacıq görmüş, diqqətini çəkmiş, əyilib yerdən həmin şəffaf sellofan torbacığı götürüb içinə baxan zaman sellafon torbacığın içərisində narkotik vasitə heroin olduğunu görmüşdür. Narkotik vasitə istifadə etdiyi üçün sellofan torbacıqda olan maddənin heroin olduğunu bilmiş, öz istifadəsi üçün yerdən götürüb əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə bədəni ağrıdıqda istifadə etmək məqsədi qoymuş, bu barədə heç kimə heç nə deməmişdir. xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində Goranboy rayon Dəliməmmədli şəhərində Azərbaycan küçəsində mağazadan çıxıb yaşadığı fərdi yaşayış evinə gedən zaman küçədə polis əməkdaşları ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu demiş və üzərində şəxsi axtarış aparılacağını bildirib onu Goranboy RPŞ-yə dəvət etmişlər. O, etiraz etmədən polis əməkdaşları ilə birlikdə Goranboy RPŞ-yə gəlmişdir. Goranboy RPŞ-də onun hüquqlarının müdafiəsi üçün müdafiəçi təyin edilmiş və üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl hüquq və vəzifələri izah olunmuş və üzərində olan əşyaları, eləcə də narkotik vasitə vardırsa onu könüllü çıxarıb masanın üzərinə qoymağı təklif olunmuşdur. Bundan sonra üzərində olan şəxsi əşyaları və qara rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofan torbacıqda içərisində narkotik vasitə heroini masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin sellofan torbacığın içərisindəki narkotik vasitə heroin tərəzidə çəkilmiş və qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, tərtib olunmuş protokol ucadan oxunmuş, protokol doğru tərtib olunduğu üçün iştirakaçılarla birlikdə o da imza etmişdir. Üzərindən aşkar olunmuş digər əşyalar iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün ona qaytarılmışdır. Saxlanılan və üzərinə baxış keçirilən zaman polis əməkdaşları tərəfindən ona qarşı fiziki və ya psixi zor tətbiq edilməmişdir. Sonda əməlindən peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 07 fevral 2023-cü il tarixdə Goranboy rayon Dəliməmmədli şəhərində Goranboy RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid2la birlikdə xidmətdə olan zaman Dəliməmmədli şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsi işi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi ilə bağlı daxil olmuş məlumatı dərhal Goranboy rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmiş, təxirə salınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün tərəfindən qərar qəbul edilmiş, eyni zamanda tədbirin keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri isə ondan, Goranboy RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid2, Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı X6 ibarət olmuşdur. Bundan sonra isə Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədi ilə həmin tarixdə saat 11:50 radələrində xidməti avtomobillə polis nəfəri Şahid2la birlikdə Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisinə yollanmış, təxminən 20 dəqiqə sonra Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisinə çatmışlar. Daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs Dəliməmmədli şəhəri, Azərbaycan küçəsində olan çayxanaya gedəcəyi məlum olduğu üçün həmin yerə gedib orada təxminən 50 dəqiqə gözlədikdən sonra saat 13:00 radələrində Dəliməmmədli şəhəri, Azərbaycan küçəsində Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görüb ona sahənin polis nəfəri Şahid2la birlikdə yaxınlaşıb xidməti vəsiqələrini çıxarıb Goranboy rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, hüquq və vəzifələrini izah edib onlarla birlikdə üzərində şəxsi axtarış aparılacağı məqsədi ilə Goranboy rayon polis şöbəsinə gəlməli olduğunu demişlər. Təqsirləndirilən şəxs onların dəvətini qəbul edib Goranboy rayon polis şöbəsinə gəlməyə razılıq vermişdir. Sonra Təqsirləndirilən şəxs xidməti avtomobillə onlarla birlikdə Goranboy rayon polis şöbəsinə gəlmişdir. Goranboy RPŞ-də Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil təyin edilmişdir. Bundan sonra video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim etməsi təklif edilmiş, buna görə də Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə içərisində narkotik vasitə olan heroinə bənzər maddəni və şəxsi əşyalarını masanın üzərinə qoyaraq təqdim etmişdir. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd səffaf sellofan torbacığın içərisində narkotik maddə heroin elektron tərəzidə çəkilmiş və ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş digər əşyalar isə iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün sonda özünə qaytarılmışdır. Verilmiş suallara cavab olaraq Şahid1 bildirdi ki, saxlanılan və üzərinə baxış keçirilən zaman təqsirləndirilən şəxsə qarşı hər hansı təzyiq və ya zorakılıq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin İTB-nin polis nəfəri Şahid2 iş üzrə digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 07 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “Şəxsi axtarış aparılması haqqında” 07 fevral 2023-cü tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və sonuncu könüllü olaraq əynində olan qara rəngli cins şalvarın sağ yan cibindəki 1 (bir) ədəd sellofan bükümdə içərisində narkotik vasitə heroinə bənzər maddəni könüllü olaraq təqdim etmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 fevral 2023-cü il tarixli, 16/197 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazı və imzalar olan kağız paketdəki, 4 (dörd) ədəd qırmızı rəngli sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,472 qram, 0,492 qram, 0,499 qram, 0,275 qram, ümumi təmiz çəkisi 1,738 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 32,4 (otuz iki manat qırx qəpik) manatdır; Goranboy Rayon Məhkəməsinin 4(045)-06/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 07 fevral 2023-cü il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir; “Maddi sübut qimində tanıma haqqında” 14 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülərək bir ədəd şəffa sellofan torbacıqda ekspertiza tədqiqatından sonra təmiz çəkisi 0,911 qram narkotik vasitə heroin iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün Goranboy RPŞ-nin saxlancına təhvil verilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə o, Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X2 məcburi narkolojitibbi yoxlama haqqında 01 aprel 2023-cü il tarixli, 540 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür; Goranboy Rayon Məhkəməsinin 1(045)-84/2021 nömrəli, 23 sentyabr 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir; Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2023-cü il tarixli, 3-16- 17/31/2-1602/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2021-ci il tarixli Goranboy Rayon Məhkəməsinin hökmünə əsasən təyin edilmiş 1 il müddətə azadlıqdan məhrum etmə cəzası xx.xx.2021-ci il tarixli Suraxanı Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndi tətbiq edilməklə 6 ay azaldılmış və o, xx.xx.2022-ci il tarixdə cəza müddətinin sonu ilə müəssisədən azad edilmişdir; Məhkəmənin sorğusuna əsasən Goranboy rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli, 42/2009 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Goranboy Rayon Məhkəməsinin 1(045)-43/2009 nömrəli, 07 iyul 2009-cu il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 1000 (min) manat cərimə cəzasına məhkum edilmiş və o, “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 07 may 2013-cü il tarixli Qərarına əsasən təyin olunmuş cəzadan xx.xx.2013-cü il tarixdə azad edilmişdir; Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(010)-666/2021 nömrəli Qərarından görünür ki, Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs cəzası 6 (altı) ay azaldılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarışəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,961 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - törətdiyi əməli etiraf edib əməlindən peşman olmasını; - qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Goranboy rayon İcra Hakimiyyətinin Başçısının Dəliməmmədli şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamə). CM-in 61-ci maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Goranboy Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli hökmü) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Yəni, CM-in 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzanı çəkməkdən azad olunduğu vaxtdan, yəni 24 yanvar 2022-ci il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd edilir ki, CM-in 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.3), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan hesablanmalı (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), ona narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-in 198.1), iş üzrə maddi sübut - Goranboy RPŞ-nin saxlancına təhvil verilmiş narkotik vasitə heroinin qalıq çəkisi məhv edilməlidir (CPM-in 132). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkil Dövlət ittihamçısı dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin vəkil Dövlət ittihamçısı tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, ona məhkəmədə iştirak etdiyi 6 (altı) iş saatı üçün cəmi 36 (otuz altı) manat məbləğində vəsait ödənilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 07 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 32,4 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD– 210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. İş üzrə maddi sübut - Goranboy RPŞ-nin saxlancına təhvil verilmiş narkotik vasitə heroinin qalıq çəkisi (0,911 qram) məhv edilsin. Dövlət ittihamçısı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 6 (altı) iş saatı üçün cəmi 36 (otuz altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №1(045)-32/2023
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-32/2023
04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver