Məhkəmə qərarları › İş №1(045)-32/2024

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-32/2024

30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-32/2024 30.05.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Saat 17:55 X5 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2001-ci il tarixdə Goranboy rayonu Ağamalıoğlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Goranboy rayonunun Düzqışlaq kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2001-ci ildə anadan olmaqla yetkinlik yaşına çatdığı halda, ilk dəfə 14 mart 2022-ci il tarixdə saat 16 radələrində Goranboy rayonu Düzqışlaq kəndində yaşadığı evin yataq otağında yerləşən çarpayı tipli qurğunun üzərində, bundan sonra da qeyrirəsmi nikaha daxil olaraq birgə yaşadıqları vaxt ərzində xx xxxxxx 2007-ci ildə anadan olmuş, on altı yaşına çatmayan və aralarındakı yaş fərqi iki ildən artıq olan Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmuşdur. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ruhanə Həsənovla 2022-ci ilin fevral ayında “İnstagram” sosial şəbəkə proqramı vasitəsi ilə tanış olmuş, ilk öncə Zərərçəkmiş şəxs ilə aralarında dostluq münasibətləri yaranmış, daha sonra isə Zərərçəkmiş şəxs ilə aralarında olan münasibətlər sevgiyə çevrilmişdir. Ruhanəylə evlənmək qərarına gəlmiş, Ruhanəyə evlənmək məqsədi ilə qoşulub ona getməyi təklif etmiş, Ruhanə onu sevdiyi üçün razılaşmış, həmin vaxta qədər Ruhanəylə görüşüb söhbət etməsə də onun şəkillərini görüb bəyənmiş, odur ki, razılaşmalarına əsasən 14 mart 2022-ci il tarixdə evlənmək məqsədi ilə Masallı rayonu Təzə Alvadı kəndinə gedib Ruhanəni götürüb Goranboy rayonuna yaşadığı kəndə gətirməli olmuş, bunun üçün isə 14 mart 2022-ci il tarixdə səhər saatlarında yaşadığı evdən çıxıb Masallı rayonu Təzə Alvadı kəndinin girişinə gəlmiş, bundan sonra isə Ruhanənin yanına getmiş, həmin vaxt bacısı Qənirə də onunla birlikdə getdiyi üçün yanında olmuş, Ruhanəylə salamlaşdıqdan sonra onu gəldiyi sürücüsünü, markasını və dövlət qeydiyyat nişanlarını xatırlamadığı taksiyə dəvət etmiş, Ruhanə də onun təklifini qəbul etmiş, bacısı və onunla birlikdə avtomobilə əyləşmiş, bundan sonra həmin yerdən çıxıb Goranboy rayonu Düzqışlaq kəndinə yaşadığı evə gəlmişlər, həmin vaxt evdə onları atası və anası qarşılamış, Goranboy rayonu Düzqışlaq kəndində yerləşən evlərinə çatdıqda təxminən saat 15 radələri olmuş, bundan sonra Ruhanə ona cinsi əlaqədə olmağı təklif etmiş, o da razılaşmış həmin gün saat 16 radələrində Runanəylə yaşadıqları evdə onlar üçün hazırlanmış yataq otağında Ruhanəylə cinsi əlaqədə olmuş, cinsi əlaqədə olduqdan sonra Ruhanənin cinsiyyət orqanına boşalmış və Ruhanənin cinsiyyət orqanından qan gəlmiş, bir qədər sonra isə Goranboy rayon polis şöbəsinin əməkdaşları gəlmiş, belə ki, Ruhanənin valideynləri şikayət etmiş, qorxduğu üçün evdən çıxıb Gəncə şəhərində yaşayan qardaşı Suliddinin evinə getmiş, polis əməkdaşlarının yaşadıqları evdən getməsini bildikdən sonra isə həmin gün saat təxminən 19-20 radələrində isə qardaşı Suliddin gedib Ruhanəni Gəncə şəhərində yaşadığı evə onun yanına gətirmidir. 15 mart 2022-ci il tarixdə sat 09 radələrində Ruhanəni qardaşı Goranboy rayonu Düzqışlaq kəndinə valideynləri ilə birlikdə yaşadığı evə aparmış, o da Gəncə şəhərində qalmış, Ruhanə valideynləri ilə birlikdə yaşadığı evdə olan zaman isə təxminən saat 15 radələrində Masallı rayon polis şöbəsinin əməkdaşları gəlib Ruhanənin valideynləri şikayət etdiyi üçün izahat almaq məqsədi ilə onu Masallı rayonuna aparmışlar, həmin vaxt bacısı Qənirə də Ruhanə və polis əməkdaşları ilə birlikdə Masallı rayonuna getmiş, Masallı rayon polis şöbəsində olan zaman Ruhanə faktiki olaraq evlənmək məqsədi ilə könüllü qoşulub gəldiyi üçün bu barədə izahat və ərizə vermiş, həmçinin Ruhanənin bakirəliliyinin pozulması ilə bağlı polis tərəfindən məhkəmə-tibbi ekspertizasından keçirilmiş, nəticə də məlum olmuş ki, Ruhanənin qızlıq pərdəsi pozulmuş, polis əməkdaşları Ruhanəni valideynlərinə təhvil vermələrinə baxmayaraq bir-birlərini sevdikləri üçün Ruhanəylə ər-arvad münasibətində bir yerdə yaşamaq istəmiş, buna görə də valideynlərinə bu barədə demiş, həmçinin Ruhanə də onunla ər-arvad münasibətində yaşamaq istədiyi üçün valideynlərinə bu barədə dediyinə görə onun da valideynləri razılaşmış, bundan sonra isə Ruhanə onun valideynləri ilə birlikdə Masallı rayonu Ərkivan qəsəbəsindən çıxıb Goranboy rayonu Düzqışlaq kəndinə yaşadıqları evə gəlmiş, bununla da Ruhanəylə ər-arvad münasibətində bir yerdə yaşamağa başlamışdır. Ruhanəylə ər-arvad münasibətində bir yerdə 22 avqust 2023cü il tarixə qədər yaşamış, həmin müddət ərzində isə mütəmadi olaraq cinsi əlaqədə olmuşlar, Runahəylə ər-arvad münasibətində bir yerdə yaşadıqları dövrdə ilkin münasibətləri yaxşı olmuş, lakin sonradan Ruhanə onunla birlikdə qalmaq istəmədiyini demiş, buna görə də Ruhanəylə aralarında mübahisələr olmuş, ən sonda isə Ruhanənin anası 22 avqust 2023cü il tarixdə gəlib Ruhanəni yaşadıqları Masalı rayonu Ərkivan qəsəbəsinə aparmış, dəfələrlə Ruhanədən geriyə qayıtmasını xahiş etsə də Ruhanə geri qayıtmamışdır. Ruhanəyə qarşı zor tətbiq etməmişdir. Onunla onun xahişi əsasında cinsi əlaqədə olmuşdur.Törətdiyi əməldən peşmandır, səhvini başa düşür və məhkəmədən barəsində yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında qanuni nümayəndəsi Nümayəndə iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, belə ki, Təqsirləndirilən şəxsla 2022-ci ilin fevral ayında “İnstagram” sosial şəbəkə proqramı vasitəsi ilə tanış olmuş, Təqsirləndirilən şəxsla aralarında dostluq münasibətləri yaranmış, daha sonra isə Təqsirləndirilən şəxsla aralarında olan münasibətlər sevgiyə çevrilmiş, bunun ardınca isə Vüqarla evlənmək qərarına gəlmişlər, Vüqar evlənmək məqsədi ilə ona qoşulub getməyini təklif etmiş, o da Vüqarı sevdiyi üçün onunla razılaşmış, həmin vaxta qədər Vüqarla görüşüb söhbət etməsə də onun şəkillərini görüb bəyənmiş, odur ki, razılaşmalarına əsasən Vüqar 14 mart 2022-ci il tarixdə evlənmək məqsədi ilə Masallı rayonu Təzə Alvadı kəndinə gəlib onu Goranboy rayonuna yaşadığı kəndə aparmalı olmuş, bunun üçün isə 14 mart 2022-ci il tarixdə saat 08:30 radələrində yaşadığı evdən məktəbə getmək adı ilə çıxıb Masallı rayonu Ərkivan qəsəbəsi dariəsinə gedərək oradan taksi fəaliyyəti ilə məşğul olan tanımadığı şəxsin idarə etdiyi markasını və dövlət qeydiyyat nişanlarını bilmədiyi avtomobillə Masallı rayonu Təzə Alvadı kəndinin girişinə gəlmiş, həmin yerdə təxminən 5-10 dəqiqə gözlədikdən sonra Vüqar yanına gəlmiş, həmin vaxt Vüqarın yanında bir nəfər qadın olmuş və həmin qadın Vüqarın bacısı Qənirə olmuş, Vüqar və bacısı Qənirə ilə salamlaşdıqdan sonra onların gəldiyi sürücüsünü tanımadığı markasını və dövlət nömrə nişanlarını bilmədiyi avtomobilə əyləşmiş, həmin vaxt avtomobildə arxa oturcaqda əyləşmiş, yanında Vüqarın bacısı Qənirə əyləşmiş, Vüqar isə avtomobildə sağ ön oturacaqda əyləşmiş, bundan sonra da tanımadığı şəxs avtomobili işə salıb idarə etməyə başlamış, bir neçə saat sonra Goranboy rayonu Düzqışlaq kəndinə Vüqarın ailəsi ilə birlikdə yaşadığı evə gəlmiş, həmin vaxt evdə onları Vüqarın atası və anası qarşılamış, bundan sonra isə orada qalmaq istəmədiyini demiş, lakin Vüqarın bacısı Qənirə isə ona evdə qalmalı olduğunu, əgər çıxıb getsə onun qardaşı Vüqarı tutacaqlarını demiş, lakin yenə də qalmaq istəməmiş, buna baxmayaraq Qənirə qolundan tutaraq onu yaşadıqları evdə olan yataq otağına aparmış, o da otağa girmək istəməsə də Qənirə zorla onu otağa salıb qardaşı Vüqarın tutulmaması üçün Vüqarla təbii yolla cinsi əlaqədə olmalı olduğunu demiş, lakin Qənirəyə Vüqarla təbii yolla cinsi əlaqədə olmaq istəmədiyini demiş, buna baxmayaraq Qənirə onu otaqda qoyub çölə çıxmış, az sonra isə Vüqar otağa daxil olmuş, həmin vaxt isə saat təxminən 15 radələri olmuş, Vüqar otağa daxil olduqdan sonra onunla təbii yolla cinsi əlaqədə olmaq istəmiş, o da buna etiraz etdikdə Vüqar sifətinə bir dəfə şillə ilə vurub onunla zorla cinsi əlaqədə olmuş, o da ağrıdan qışqırmış, lakin Vüqar onun qışqırmağına məhəl qoymayıb təxminən 15 dəqiqə ərzində təbii yolla zorla onunla cinsi əlaqədə olmuş, cinsi əlaqənin sonunda cinsiyyət orqanından qan gəlmiş və həmin vaxt bakirəliliyi pozulduğu üçün Vüqarı kənara itələmiş, bir az sonra isə Vüqarın bacısı Qənirə onların olduğu otağa daxil olmuş, həmin vaxt isə qışqırıb Vüqarla sözlü olaraq mübahisə etmiş, Qənirə isə ona sakitləşməyini atasının evdə olduğunu və Goranboy rayon polis şöbəsinin əməkdaşlarının valideynləri şikayət etdikləri üçün gəldiklərini demiş, o da bundan sonra yuyunub trusikini və şalvarını əyninə geyinib otaqdan çölə çıxmış, çölə çıxdıqda Vüqarın atası, anası və bacısı Qənirə ona polis əməkdaşlarına Vüqarın zorla onunla təbii yolla cinsi əlaqədə olması barədə məlumat verməməsini demiş, o da razılaşmış və Goranboy rayon polis şöbəsinin tanımadığı əməkdaşlarına könüllü olaraq öz razılığı əsasında Vüqara qoşularaq gəldiyini və hətta Vüqarla könüllü olaraq öz razılığı əsasında cinsi əlaqədə olduğunu demiş, bundan sonra isə Goranboy rayon polis şöbəsinin əməkdaşları Vüqarı soruşmuşlar, Qənirə isə polis əməkdaşlarına Vüqarın evdə olmadığını demiş, belə ki, Vüqar həmin vaxt evdən çıxıb Gəncə şəhərində yaşayan qardaşı Suliddinin evinə getmiş, Goranboy rayon polis şöbəsinin əməkdaşları isə Vüqarın evdə olmadığını bildikdən sonra onu axtarıb tapacaqlarını demişlər, buna görə də Goranboy rayon polis şöbəsinin əməkdaşları çıxıb getmişlər, bundan sonra isə Vüqarın ailə üzvləri ilə birlikdə bir evdə qalmış, həmin gün saat təxminən 19-20 radələrində isə Vüqarın Gəncə şəhərində yaşayan qardaşı Suliddin gəlib onu Gəncə şəhərində dəqiq bilmədiyi ünvanda yerləşən evinə aparmış, belə ki, Masallı rayon polis şöbəsinin əməkdaşları onun ardınca gəlirmişlər, buna görə də Vüqarın ailəsi onu gizlətmək üçün Suliddinə məlumat vermişlər, Suliddin də buna görə onu Gəncə şəhərində yaşadığı evə aparmış, gecəni Suliddinin Gəncə şəhərində yaşadığı evdə qalmış, həmin vaxt Vüqar da orada qalmasına baxmayaraq onunla birlikdə yatmamış, gecəni orada tək başına yatmış, səhəri gün yəni 15 mart 2022-ci il tarixdə saat 09 radələrində Suliddin onu Goranboy rayonu Düzqışlaq kəndinə valideynlərinin yaşadığı evə gətirmiş, lakin Vüqar Gəncə şəhərində qalmış, Vüqarın valideynləri ilə birlikdə yaşadığı evdə olan zaman isə təxminən saat 15 radələrində Masallı rayon polis şöbəsinin əməkdaşları gəlmiş və valideynləri şikayət etdiyi üçün izahat almaq məqsədi ilə ona Masallı rayonuna polis şöbəsinə getməyi təklif etmişlər, polis əməkdaşlarının təklifini qəbul edib onlarla birlikdə Masallı rayonuna gedəcəyini demiş, lakin Qənirə də onunla Masallı rayonuna gedəcəyini demiş, polis əməkdaşları da Qənirə ilə razılaşmış, bundan sonra isə Qənirə ona qardaşı Vüqar tutulmaması üçün könüllü olaraq öz razılığı əsasında Vüqara qoşularaq gəldiyini və könüllü olaraq öz razılığı əsasında da onunla təbii yolla Goranboy rayonu Düzqışlaq kəndində cinsi əlaqədə olmağını bildirməsini demiş, o da Qənirə ilə razılaşmış, bundan sonra isə Masallı rayon polis şöbəsinin əməkdaşları və Qənirə ilə birlikdə Goranboy rayonu Düzqışlaq kəndindən çıxıb Masallı rayonunda yerləşən polis şöbəsinə gəlmiş, həmin vaxt valideynləri də polis şöbəsində olmuş, atası və anasına könüllü olaraq öz razılığı əsasında Vüqara qoşularaq getdiyini və könüllü olaraq öz razılığı əsasında Vüqarla təbii yolla cinsi əlaqədə olduğunu demiş, bundan sonra polis əməkdaşları onu tanımadığı bir otağa aparmış, həmin otaqda atasının iştirakı ilə ondan izahat alınan zaman Vüqarla tanış olmalarını, aralarında olan sevgi münasibətlərini, könüllü olaraq evlənmək məqsədi ilə ona qoşularaq getdiyini demiş, həmçinin yalandan izahatını alan polis əməkdaşına könüllü olaraq Vüqarla təbii yolla Goranboy rayonu Düzıqşlaq kəndində yaşadığı evdə onlar üçün hazırlanmış yataq otağında cinsi əlaqədə olduğunu demiş, bundan sonra isə izahatını alan polis əməkdaşı onu məhkəmə-tibbi ekspertizasına göndərmiş və məhkəmə-tibbi ekspertizasından keçmiş, nəticə də məlum olmuş ki, qızlıq pərdəsi pozulmuş, polis əməkdaşları onu valideynlərinə təhvil vermələrinə baxmayaraq artıq Vüqarla cinsi əlqədə olduğu üçün Vüqarla ər-arvad münasibətində bir yerdə yaşamaq istəmiş, buna görə də valideynlərinə bu barədə demiş, valideynləri də onunla razılaşmış, bundan sonra isə Vüqarın atası, anası, qardaşı və bacısı ilə birlikdə yaşadığı Masallı rayonu Ərkivan qəsəbəsindən çıxıb Goranboy rayonu Düzqışlaq kəndinə gəlmiş, bununla da Vüqarla ər-arvad münasibətində bir yerdə yaşamağa başlamış, lakin Vüqarla ər-arvad münasibətində bir yerdə yaşamaqda davam etsə də onunla cinsi əlaqədə olmamış, belə ki, Vüqarı artıq sevməmiş, həmçinin Vüqarın valideynlərinin yaxşı insanlar olmadığını anlamış, bu səbəblərə görə də Vüqarla cinsi əlaqədə olmamış, lakin Vüqarla bir yerdə yaşamağa başladıqdan təxminən üç ay sonra dəqiq xatırlamadığı ayda və gündə Vüqar yenə də yataq otağlarında istəmədiyi halda onunla təbii yolla cinsi əlaqədə olmuş, bundan sonra isə 2023-cü ilin avqust ayının 22-nə qədər Vüqar və onun valideynləri eyni zamanda bacısı Qənirə ilə birlikdə bir evdə qalmış, həmin vaxta qədər də bir daha Vüqarla cinsi əlaqədə olmamış, Vüqarla ərarvad münasibətində yaşadığı dövrdə Vüqarın valideynləri və bacısı onu yola verməmişlər, onlar onun Vüqarla yaşamağını istəməmişlər, hətta dəfələrlə Vüqarın bacısı Qənirə onunla dalaşaraq onu döymüş, lakin bununla bağlı şikayət etməmiş, bu səbəblərə görə də 22 avqust 2023-cü il tarixdə isə Vüqarla əvvəlcədən ayrılmaq qərarına gəldiyi üçün valideynləri gəlib onu yaşadıqları Masallı rayonu Ərkivan qəsəbəsinə aparmışlar. Eyni zamanda Zərərçəkmiş şəxs ifadəsində öz razılığı əsasında 14 mart 2022-ci il tarixdə Masallı rayonunda Vüqara qoşularaq evlənmək məqsədi ilə Goranboy rayonu Düzqışlaq kəndinə gəldiyini, həmin vaxt Vüqar və ya onun yanında olmuş bacısı Qənirə və eyni zamanda tanımadığı avtomobilin sürücüsü ona zor tətbiq etmədiklərini və ya zor tətbiq etməklə hədələmədiklərini, buna baxmayaraq Vüqara qoşulub gəldikdən sonra Vüqarın onunla yaşadığı evdə zorla cinsi əlaqədə olduğunu, sadəcə olaraq qorxduğundan və adına söz çıxmasından narahat olduğu üçün əvvəlki izahatında könüllü olaraq Vüqarla təbii yolla cinsi əlaqədə olduğunu dediyini, lakin Vüqarla öz razılığı əsasında cinsi əlaqədə olmadığını, ümumiyyətlə iki dəfə Vüqarla təbii yolla cinsi əlaqədə olduğunu, həmin vaxtlar isə Vüqarın bunu zorla etdiyini, məhkəmətibbi ekspertizasından keçən zaman könüllü olaraq öz razılığı əsasında Vüqarla cinsi əlaqədə olduğunu dediyini, həmçinin həmin vaxt bədəni üzərində hər hansısa xəsarətin olmadığını, Vüqarın tutulmaması üçün onun zorla cinsi əlaqədə olması barədə ekspertə məlumat vermədiyini, həmçinin də Vüqarın zorla cinsi əlaqədə olan zaman ona hər hansısa xəsarət yetirmədiyini, sadəcə olaraq Vüqarın cinsi əlaqə zamanı şillə ilə onun sifətinə bir dəfə vurduğunu, Vüqarın tutulmaması üçün izahatında Vüqarla dörd ay əvvəl tanış olmağını, evlənmək məqsədi ilə qoşulub getmək barədə təklifi özünün etdiyini, Qənirənin həmin vaxt yanlarında olmamasını, eyni zamanda Vüqara və valideynlərinə 16 yaşının tamam olmasını deməyini göstərdiyini, əslində isə evlənmək məqsədi ilə qoşulub getmək barədə təklifi Vüqarın etdiyini, eyni zamanda Vüqara qoşulub getməmişdən bir ay öncə onunla “İnstagram” sosial şəbəkə proqramı vasitəsi ilə tanış olduğunu, bundan başqa isə Vüqara qoşularaq gedən zaman yanlarında onun bacısı Qənirənin də olduğunu, bundan başqa isə Vüqarla tanış olan zaman 16 yaşının tamam olmamasını dediyini, həmçinin də Vüqarın valideynlərinə də onların evinə gələn zaman 16 yaşının tamam olmamasını dediyini, hətta şəxsiyyət vəsiqəsinin üzərində olduğu üçün onlara göstərdiyini, Vüqarla ər-arvad münasibətində bir yerdə yaşadıqdan sonra onunla bir dəfə zorla cinsi əlaqədə olduqdan sonra bu barədə hüquq-mühafizə orqanlarına məlumat vermək üçün yol tapa bilmədiyini, belə ki, mobil telefonunun olmadığını və Goranboy rayonunu tanımadığı üçün gedib şəxsən də bu barədə müraciət edə bilmədiyini, Qənirənin onunla dalaşaraq döyməsi barədə hər hansısa hüquqmühafizə orqanına müraciət etmədiyini, belə ki, mobil telefonunun olmadığını və Goranboy rayonunu tanımadığı üçün gedib şəxsən də bu barədə müraciət edə bilmədiyini, ilk dəfə 14 mart 2022-ci il tarixdə saat 15 radələrində Goranboy rayonu Düzqışlaq kəndində Vüqarla onun yaşadığı evdə cinsi əlaqədə olduğunu, həmin vaxt Vüqarın zorla onunla cinsi əlaqədə olduğunu və nəticədə bakirəliləyinin pozulduğunu göstərmişdir. X3 şikayətçidir. Heç vaxt Təqsirləndirilən şəxs bağışlamayacaq. O, Təqsirləndirilən şəxs sevmir və onunla ailə qurmaq istəmir. Odur ki, Təqsirləndirilən şəxs cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs doğma qızıdır, qızı Zərərçəkmiş şəxs Nümayəndə ilə birgə olan nikahlarından dünyaya gəlmiş, qızı Zərərçəkmiş şəxs 14 mart 2022-ci il tarixdə yaşadıqları evdən məktəbə getmək adı ilə çıxıb getdikdən sonra həmin gün saat 10 radələrində çərşənbə bayramı olması münasibəti ilə o, Runahəyə məktəbdən icazə alması üçün məktəbdə təsərrüfat müdiri işləyən Vüqarla danışmış, az sonra Vüqar onun mobil telefonuna zəng vurub Ruhanənin ümumiyyətlə məktəbə gəlmədiyini demiş, bunu bildikdən sonra isə arvadı Nümayəndə ilə birlikdə narahat olmuş, buna görə də qızları Ruhanəni axtarmağa başlamışlar, lakin bir nəticə əldə edə bilmədikləri üçün yaşadıqları evə qayıtmışlar, həmin gün saat 15 radələrində tanımadıqları bir nəfər şəxs onun mobil telefonuna zəng vurub Ruhanəni evlənmək məqsədi ilə qaçırmasını və qızlarının onunla birlikdə Goranboy rayonunda olmasını demiş, bundan sonra isə həmin tanımadıqları şəxs telefon danışığını sonlandırmış, arvadı Arzu ilə birlikdə sonuncunun atası Şakirə zəng edərək baş verənlər barədə məlumat verib onu yaşadıqları evə dəvət etmişlər, bir az sonra Arzunun atası Şakir gəlmiş və aralarında qızları Ruhanənin qaçırılması barədə polisə şikayət etmək qərarına gəldikləri üçün Şakir DİN-in “102” zəng xidmətinə, o isə Masallı rayon polis şöbəsinə müraciət etmiş, bundan bir gün sonra yəni 15 mart 2022-ci il tarixdə Masallı rayon polis şöbəsinin əməkdaşları tərəfindən qızı Ruhanənin evlənmək məqsədi ilə Təqsirləndirilən şəxs tərəfindən qaçırıldığı və Goranboy rayonu Düzqışlaq kəndindən Masallı rayonuna gətirilməsi müəyyən edilmiş, həmin vaxt qızı Ruhanənin yanında qoşulub qaçdığı Vüqarın bacısı Qənirə gəlmiş, həmçinin Vüqarın atası, anası və qardaşı da gəlmişlər, qızı ilə söhbət edən zaman qızı Ruhanə Təqsirləndirilən şəxsla “İnstagram” sosial şəbəkə proqramı vasitəsi ilə tanış olub danışdığını, zamanla Vüqarla aralarında sevgi münasibətlərinin yarandığını, buna görə də evlənmək məqsədi ilə könüllü olaraq öz razılığı əsasında Masallı rayonu ərazisində Vüqara qoşularaq Goranboy rayonu Düzqışlaq kəndinə getdiyini, bundan sonra isə könüllü olaraq öz razılığı əsasında Vüqarla Goranboy rayonu Düzqışlaq kəndində təbii yolla cinsi əlaqədə olmasını, cinsi əlaqənin sonunda bakirəliliyin pozulmasını, cinsiyyət orqanından qan gəldiyini, Vüqarı sevdiyi üçün onunla birlikdə yaşamaq istədiyini və Goranboy rayonu Düzqışlaq kəndinə qayıtmaq istədiyini demiş, bundan sonra isə qızı izahatında da könüllü olaraq Vüqara qoşularaq evlənmək məqsədi ilə getməsini, könüllü olaraq öz razılığı əsasında Vüqarla Goranboy rayonu Düzqışlaq kəndi ərazisində cinsi əlaqədə olduğunu və Vüqarı sevdiyini bildirmiş, polis əməkdaşları tərəfindən Ruhanə onlara təhvil verilmiş, qızı təhvil verilən zaman onun bədəni üzərində hər hansısa xəsarət və ya zorakılıq izləri olmamış, qızını sağ-salamat təhvil almış, sonra isə qızı Ruhanə məhkəmə-tibbi ekspertizadan keçirilmiş, arvadı ilə birlikdə buna etiraz etməmiş, qızı Ruhanə məhkəmə-tibbi ekspertizadan keçən zaman da müayinədə könüllü olaraq öz razılığı əsasında Vüqara qoşularaq evlənmək məqsədi ilə getdiyini və bundan sonra Vüqarla Goranboy rayonu Düzqışlaq kəndində könüllü olaraq cinsi əlaqədə olmasını və bakirəliyinin pozulmasını demiş, ekspert müayinəsinin sonunda da qızının bakirəliliyinin pozulması müəyyən edilmiş, həmçinin ekspert müayinəsi zamanı da qızı Ruhanənin bədəni üzərində hər hansısa xəsarətin olmaması aşkar olunmuş, bundan sonra isə qızı Vüqarı sevdiyi və onunla birlikdə yaşamaq istədiyini demiş, hətta qızı Vüqarın yanına getmədiyi halda özünü öldürəcəyini demiş, buna görə də arvadı Arzu ilə birlikdə qızları Ruhanənin Goranboy rayonu Düzqışlaq kəndinə gedib Vüqarla ər-arvad münasibətində bir yerdə yaşamalarına razı olmuşlar, buna görə də qızı Ruhanə Vüqarın atası, anası, bacısı və qardaşı ilə birlikdə Masallı rayonundan çıxıb Goranboy rayonu Düzqışlaq kəndinə getmiş və bundan sonra da qızı X4 rayonu Düzqışlaq kəndində ər-arvad münasibətində bir yerdə yaşamaqda davam etmiş, o da arvadı Arzu ilə birlikdə el adətinə uyğun olaraq qızı Ruhanə üçün cehizlik əşyalar göndərmişlər, aradan bir müddət keçdikdən sonra isə qonaq olaraq Goranboy rayonu Düzqışlaq kəndinə qızı Ruhanənin Vüqar və valideynləri ilə birlikdə yaşadığı evə gedib orada qonaq qismində qalmış, həmin vaxtlar Vüqarın ailəsinin davranışları xoşuna gəlməmiş, onlar qızı Ruhanə ilə normal davranmamışlar, buna görə də qızına onunla birlikdə getməyi təklif etsə də qızı onunla gəlmək istəmədiyini demiş, o da bundan sonra çıxıb Masallı rayonu Ərkivan qəsəbəsinə getmiş, aradan bir müddət keçdikdən sonra qızı Ruhanənin qayınanası Mədinənin ad gününə dəvət etdikləri üçün arvadı Arzu Masallı rayonundan çıxıb Goranboy rayonu Düzqışlaq kəndinə qızı Ruhanənin yaşadığı evə getmiş, orada bir neçə gün qalmış, yenə də Vüqarın valideynlərinin qızına qarşı yaxşı münasibət göstərməmələrinin şahidi olmuş, eyni zamanda Vüqar özü də Ruhanəyə qarşı normal münasibət göstərməmiş, arvadı Arzu qızı ilə bu barədə danışan zaman isə qızı ona Vüqar və onun ailə üzvlərinin onu yola vermədikləri üçün onlarla birlikdə qalmaq istəmədiyini demiş, Arzu da bu barədə bildikdən sonra oradan çıxıb Masallı rayonuna yaşadığı ünvana gəlib ona məlumat vermiş, məsləhətləşdikdən sonra isə 22 avqust 2023-cü il tarixdə Masallı rayonundan arvadı Arzu ilə birlikdə çıxıb Goranboy rayonu Düzqışlaq kəndinə qızı Ruhanənin yaşadığı evə gəlmişlər, bundan sonra qızlarını apramaq istədiklərini deyib oradan götürüb Masallı rayonu Ərkivan qəsəbəsinə yaşadıqları evə gətirmişlər, qızı Ruhanə evə gəldikdən sonra isə onlara demiş ki, könüllü olaraq öz razılığı əsasında Vüqara qoşulub getsə də həmin gün yəni 14 mart 2022-ci il tarixdə Vüqar Goranboy rayonu Düzqışlaq kəndində yaşadıqları evdə onunla zorla təbii yolla cinsi əlaqədə olmuş, həmçinin qızı Ruhanə sonradan da Vüqarın bir dəfə onunla Goranboy rayonu Düzqışlaq kəndində təbii yolla zorla cinsi əlaqədə olmasını demiş, həmçinin qızı Ruhanə Vüqarın valideynləri ilə birlikdə ona həmin ünvanda yaşadığı dövrdə pis münasibət göstərmələrini, baldızı Qənirənin bir neçə dəfə dalaşaraq onu döyməsini bildirmiş, bundan başqa isə Vüqar və onun valideynlərinin də qızlarını qaytardıqdan sonra onlardan əl çəkmədiklərini demiş, gəlib Ruhanəni aparmaq istəsələr də razı olmamışlar, bununla yanaşı isə Vüqar və valideynləri bundan sonra onları telefonla narahat etməyə başlamışlar və sonda məcbur olub bu barədə şikayətlər etməyə başlamışdır. Eyni zamanda Nümayəndə ifadəsində həmin vaxt qızı Ruhanənin ona və ya atasına Vüqara evlənmək məqsədi ilə qoşulub getdikdən sonra Vüqarın onunla zorla təbii yolla cinsi əlaqədə olması barədə demədiyini, əksinə qızı Ruhanə onlara Vüqara evlənmək məqsədi ilə qoşulub getdikdən sonra Vüqarla könüllü olaraq öz razılığı əsasında cinsi əlaqədə olmasını, Vüqarı sevməsini, buna görə də Vüqarla ər-arvad münasibətində bir yerdə yaşamaq istəməsini, buna icazə vermədikləri halda özünü öldürəcəyini dediyini, buna görə əri ilə fikirləşib Ruhanənin Vüqarla ər-arvad münasibətində bir yerdə yaşamasına razılıq verdiklərini, lakin sonradan qızları Ruhanəni evə gətirdikdə Ruhanənin Vüqara könüllü olaraq evlənmək məqsədi ilə qoşulub getdikdən sonra geriyə qayıtmaq istəsə də Vüqarın bacısı Qənirənin buna imkan vermədiyini, bundan sonra isə Vüqarın zorla yaşadıqları evdə onunla cinsi əlaqədə olduğunu, sonrada Qənirənin Vüqarın tutulmaması üçün hər şeyin könüllü olaraq baş verməsini bildirməsini dediyi üçün polisə və onlara elə məlumat verdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qisində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verərək, sonuncunun ifadəsində göstərdiyi xüsusatları eynilə təsdiq etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə şahid qismində ifadəsi elan edilmiş Şahid3 ibtidai araşdırma zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, belə ki, Təqsirləndirilən şəxs qardaşıdır, 14 mart 2022-ci ildə qardaşı Vüqar sevdiyi qızı Masallı rayonundan evlənmək məqsədi ilə götürüb Goranboy rayonunda yaşadıqları kəndə gətirmək üçün onunla birlikdə getməyini təklif etmiş, qardaşı Vüqar sevdiyi qızla danışdığını və 14 mart 2022-ci ildə onu Goranboy rayonunda yaşadıqları kəndə gətirməli olduğunu demiş, o da Vüqarla razılaşmış, bunun üçün isə 14 mart 2022-ci il tarixdə səhər saatlarında qardaşı Vüqarla birlikdə yaşadıqları evdən çıxıb Masallı rayonu Təzə Alvadı kəndinin girişinə getmişlər, bundan sonra isə qardaşı Vüqarla birlikdə Ruhanənin yanına getmişlər, Ruhanəylə salamlaşdıqdan sonra qardaşı Vüqar onu gəldikləri sürücüsünü, markasını və dövlət qeydiyyat nişanlarını xatırlamadığı taksiyə dəvət etmiş, Ruhanə də qardaşı Vüqarın təklifini qəbul etmiş, onlarla birlikdə avtomobilə əyləşmiş, bundan sonra həmin yerdən çıxıb Goranboy rayonu Düzqışlaq kəndinə yaşadıqları evə gəlmişlər, həmin vaxt evdə onları atası və anası qarşılamış, Goranboy rayonu Düzqışlaq kəndində yerləşən evlərinə çatdıqda təxminən saat 15 radələri olmuş, bundan sonra Ruhanə könüllü olaraq öz razılığı əsasında qardaşı Vüqarla təbii yolla cinsi əlaqədə olmaq istədiyini bildirdiyi üçün evdə onların qalacağı yataq otağını hazırlamış, bundan sonra isə saat 16 radələrində qardaşı Vüqarla Ruhanə onlar üçün hazırladığı yataq otağına daxil olub təbii yolla cinsi əlaqədə olmuşlar, cinsi əlaqənin sonunda Ruhanənin bakirləliyi pozulduğu üçün onun cinsiyyət orqanından qan gəlmiş, bir qədər sonra isə Goranboy rayon polis şöbəsinin əməkdaşları gəlmişlər, belə ki, Ruhanənin valideynləri şikayət etmiş, Vüqar qorxduğu üçün evdən çıxıb Gəncə şəhərində yaşayan digər qardaşı Suliddinin evinə getmiş, polis əməkdaşları yaşadıqları evdən getdikdən sonra həmin gün saat təxminən 19-20 radələrində isə digər qardaşı Suliddin gəlib Ruhanəni Gəncə şəhərində yaşadığı evə, Vüqarın yanına aparmış, belə ki, Masallı rayon polis şöbəsinin əməkdaşları Ruhanənin ardınca gəlmişlər, səhəri gün yəni 15 mart 2022-ci il tarixdə saat 09 radələrində Ruhanəni Gəncə şəhərində yaşayan digər qardaşı Suliddin Goranboy rayonu Düzqışlaq kəndinə valideynləri ilə birlikdə yaşadıqları evə gətirmiş, Vüqar isə Gəncə şəhərində qalmış, Ruhanə onlarla birlikdə yaşadıqları evdə olan zaman isə təxminən saat 15 radələrində Masallı rayon polis şöbəsinin əməkdaşları gəlib Ruhanənin valideynləri şikayət etdiyi üçün izahat almaq məqsədi ilə onu Masallı rayonuna aparmışlar, həmin vaxt o da Ruhanə və polis əməkdaşları ilə birlikdə Masallı rayonuna getmiş, Masallı rayon polis şöbəsində olan zaman Ruhanə faktiki olaraq evlənmək məqsədi ilə könüllü qoşulub qardaşı Vüqara gəldiyi üçün bu barədə izahat və ərizə vermiş, həmçinin Ruhanənin bakirəliliyinin pozulması ilə bağlı polis tərəfindən məhkəmə-tibbi ekspertizasından keçirilmiş, nəticə də məlum olmuş ki, Ruhanənin qızlıq pərdəsi pozulmuş, polis əməkdaşları Ruhanəni valideynlərinə təhvil vermələrinə baxmayaraq qardaşı ilə bir-birlərini sevdikləri üçün Vüqar onlara Ruhanəylə ər-arvad münasibətində bir yerdə yaşamaq istədiyini demiş, həmçinin Ruhanə də qardaşı Vüqarla ər-arvad münasibətində yaşamaq istədiyi üçün valideynlərinə bu barədə dediyi üçün onun da valideynləri razılaşmış, bundan sonra isə Ruhanə onlarla birlikdə Masallı rayonu Ərkivan qəsəbəsindən çıxıb Goranboy rayonu Düzqışlaq kəndinə yaşadıqları evə gəlmiş, bununla da qardaşı Vüqar Ruhanəylə ər-arvad münasibətində bir yerdə yaşamağa başlamış, qardaşı Vüqar Ruhanəylə ər-arvad münasibətində bir yerdə 22 avqust 2023-cü il tarixə qədər yaşamış, qardaşı Vüqar Runahəylə ər-arvad münasibətində birgə yaşadıqları dövrdə ilkin münasibətləri yaxşı olmuş, lakin sonradan Ruhanə qardaşı Vüqarla birlikdə qalmaq istəmədiyini demiş, buna görə də Ruhanəylə aralarında mübahisələr olmuş, ən sonda isə Ruhanənin anası 22 avqust 2023-cü il tarixdə gəlib Ruhanəni yaşadıqları Masalı rayonu Ərkivan qəsəbəsinə aparmış, qardaşı Vüqar dəfələrlə Ruhanədən geriyə qayıtmasını xahiş etsə də Ruhanə geri qayıtmamışdır. Eyni zamanda Şahid3 ifadəsində Zərərçəkmiş şəxs evlənmək məqsədi ilə 14 mart 2022-cü il tarixdə qardaşı Vüqarla birlikdə qaçıran zaman və bunun ardınca qardaşı Vüqarın onunla həmin gün saat 16 radələrində yaşadıqları evdə təbii yolla cinsi əlaqədə olan zaman Ruhanənin 16 yaşına çatmadığını bildiyini, onlar bir-birilərini sevdikləri üçün ər-arvad münasibətində bir yerdə yaşadıqlarını, sadəcə olaraq sonradan Ruhanənin qardaşı ilə qalmaq istəmədiyini, buna görə də çıxıb getdiyini, Zərərçəkmiş şəxs Vüqarı sevdiyi üçün könüllü olaraq öz razılığı əsasında onlara qoşularaq gəldiyini, Ruhanəyə qarşı zor tətbiq etmədiklərini və ya zor tətbiq etməklə onu hədələmədiklərini, Zərərçəkmiş şəxs evlənmək məqsədi ilə 14 mart 2022-cü il tarixdə ona və qardaşına qoşulub gəldikdən sonra getmək istəmədiyini, onu zorla yataq otağına salmadığını, qardaşı Vüqarın isə Ruhanəyə zor tətbiq etməklə onunla təbii yolla cinsi əlaqədə olmadığını, çünkü qardaşı ilə Ruhanə özü cinsi əlaqədə olmaq istədiyini dediyini, eyni zamanda qardaşı Vüqarın Ruhanəyə zor tətbiq etməklə onunla münasibətdə olduğu halda Ruhanənin Masallı rayon polis şöbəsində olan zaman valideyinlərinə və onlara Vüqarı sevdiyini və buna görədə onunla yaşamaq istədiyini deməyəcəyini, sadəcə olaraq Ruhanənin qardaşı Vüqardan ayrılıb getdiyi üçün qardaşı və onun barəsində yalan məlumat verdiyini, çünkü Ruhanənin əvvəlki araşdırma zamanı faktiki olaraq Vüqarla könüllü olaraq öz razılığı əsasında təbii yolla cinsi əlaqədə olmasını dediyini, Zərərçəkmiş şəxs yalan məlumat verdiyini, belə ki, Rühanəni heç vaxt döymədiyini, həmçinin atası və ya anasının da Ruhanəni döymədiyini göstərmişdir. Məhkəmə iclasında şahid qisində dindirilmiş Şahid4 Şahid3 ifadəsinə oxşar ifadə verərək, sonuncunun ifadəsində göstərdiyi xüsusatları eynilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi X6in 16 mart 2022-ci il tarixli, 181 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs hər hansı bir xəsarət aşkar olmamışdır. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin anatomik tamlığı pozulmuşdur, pozulma müddəti qərarda qeyd olunan vaxtda, yəni 14 mart 2022-ci il tarixə uyğun gəlir. Zərərçəkmiş şəxs qeyri-təbii yolla, yəni düz bağırsaqdan cinsi əlaqədə olmaya dair əlamətlər aşkar olunmamışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Şübhəli şəxs barəsində axtarış elan edilməsi haqqında” 11 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və tutulduqda Goranboy RPŞ-nin MSYyə təhvil verilməsi qərara alınmışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 21 yanvar 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Axtarışda olan şəxsin tutulması haqqında” 11 fevral 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 17:00-da Təqsirləndirilən şəxs yeri Goranboy rayonunun Qaradağlı kəndində müəyyən olunmuş və tutularaq Goranboy RPŞ-nin MSY-yə təhvil verilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və saxlanıldığı Goranboy RPŞ-nin MSY-dən azad edilməsi haqqında” 12 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Goranboy RPŞ-nin MSY-dən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixatrik X1 Hüquqi Şəxs”in xx.xx.2024-cü il tarixli 10 nömrəli rəyindən görünür ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləvəyə asan daxil ola bilir, yaş xüsusiyyətləri, intellektual və psixi inkişafı nəzərə alınmaqla azyaşlı Zərərçəkmiş şəxs ona qarşı edilən hərəkətlərin xarakterini, mənasını, mahiyyətini anlaya bilərdi, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs özünün yaş və fərdi-psixi xüsusiyyətlərindən, intellektual inkişafından və emosional halından asılı olaraq müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs iş üçün əhəmiyyətləri halları düzgün qavraya bilmiş, təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə və yaxud hadisəni özündən uydurmağa meyilli deyildir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA birliyi X6”in 07 mart 2024-cü il tarixli, 10 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs fizioloji inkişafı nəzərə alınmaqla və antroskopik, antropometrik göstəricilərinə əsasən hal-hazırki fiziki inkişaf yaşı 17-18 ilə uyğun gəlir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-146cı maddələri). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinə əsasən on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 152 və ya 153-cü maddələrində nəzərdə tutulmuş cinayətlərə görə məsuliyyət həmin maddələrdə göstərilən əməlləri törətmiş şəxslə zərərçəkmiş şəxsin yaş fərqi iki ildən çox olduqda yaranır. Məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: müharibə veteranı olmasını, eyni zamanda 44 günlük müharibədə göstərdiyi şücaətə görə “Ağdamın azad olunması medalı” və “Vətən müharibəsi iştirakçısı medalı” ilə təltif olunması. (əsas: iş materiallarında olan -5276 və İ-56270 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqələrinin surətləri) müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Goranboy rayon İcra Hakimiyyəti Başçısının Düzqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə). Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsi) nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli həbs olunduğu tarixdən hesablanmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 11 fevral 2024-cü il tarixdə saat 17:00 radələrində saxlanılmış və onun barəsində 12 fevral 2024-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək o, həbsdən azad edilmişdir. İş materiallarında olan 12 fevral 2024-cü il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00-dək dindirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs 12 fevral 2024-cü il tarixdə azad olunsa da, onun azadlığının faktiki məhdudlaşdırılması 24 saatdan artıq olmuşdur. Bununla da məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından 2 (iki) gün çıxılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və qəti olaraq ona 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli 30 may 2024-cü il tarixdən hesablansın. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar