Məhkəmə qərarları › İş №1(045)-33/2023

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-33/2023

27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-33/2023 27.04.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X24 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1979-cu il tarixdə Göyçay rayonunda anadan olmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 08 yanvar 2023-cü il tarixdə saat 10 radələrində Naftalan şəhərinin kənarında boş ərazidə piyada hərəkətdə olan zaman yerdən taparaq satış məqsədi olmadan şəxsi istifadəsi ilə əlaqədar qanunsuz əldə etdiyi şəxsi istehlak miqdarından artıq bir ədəd səffaf sellofan torbacıqdakı “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 1.052 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əynində olan tünd göy rəngli, qabağı zəncirbəndlə bağlanan isti gödəkçənin yuxarı iç sol cibinə yerləşdirib qanunsuz saxlayaraq daşımış, 08 yanvar 2023cü il tarixdə saat 19:40 radələrində Goranboy rayon polis şöbəsinin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonu Goran qəsəbəsi ərazisində saxlanılaraq RPŞ-nə gətirilib üzərində şəxsi axtarış aparılan zaman satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı bir ədəd səffaf sellofan torbacıqdakı “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 1.052 qram psixotrop maddə olan metamfetamin əynində olan tünd göy rəngli, qabağı zəncirbəndlə bağlanan isti gödəkçənin yuxarı iç sol cibində aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 1 il olar şüşə kimi tanıdığı psixotrop maddə olan metamfetamin istifadə edir. Uzun müddətdir ki, X12, Şahid5 və Şahid6 tanıyır, həmin şəxslərlə düşmənçiliyi, ədavəti yoxdur, əksinə münasibəti yaxşı olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Naftalan şəhərinin kənarında boş ərazidə piyada hərəkət edən zaman yerdə olan şəffaf rəngli büküm onun diqqətini çəkmiş, həmin bükümü götürüb baxmış və həmin şəffaf rəngli sellofanın içərisindəki gümüşü rəngli bükümdə şüşə kimi tanıdığı metamfetamin olmasını görmüş, metamfetamin istifadəçisi olduğu üçün tapdığı metamfetamini götürüb əynində olan isti gödəkçəmin yuxarı sol iç cibinə istifadə etmək məqsədi ilə qoymuş, lakin istifadə etməmişdir. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Elnurun maşını ilə, Laçın Elmirlə birlikdə Goran qəsəbəsinə çay evinə getmişlər, Goran qəsəbəsində olan körpünün yaxınlığındakı çay evinə getmək məqsədi ilə Elnur avtomobili körpünün yaxınlığında saxlamış, avtomobildə olan şəxslərin hamısı avtomobildən düşmüşdür. Bu zaman bir neçə nəfər mülki geyimli şəxs onlara yaxınlaşmış və xidməti vəsiqələrini göstərərək özlərini təqdim edib Goranboy RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər və onları Goranboy RPŞ-yə dəvət etmişlər və onlara üzərilərində şəxsi axtarış aparılacağını bildirmişlər. O, heç bir etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə gəlmişdir. Rayon polis şöbəsində üzərində şəxsi axtarış aparılmazdan əvvəl onu vəkillə təmin etmişlər, hüquq və vəzifələrini izah etmişlər. Sonra üzərində şəxsi axtarış aparılan zaman ona könüllü olaraq üzərindəki əşyaları masanın üzərinə qoymağı təklif olunmuş, buna görə də o, üzərində olan tünd göy rəngli isti gödəkçəsinin yuxarı iç sol cibindən bir qutu classic markalı siqareti, sonra həmin cibindən bir ədəd yaşıl rəngli alışqanı, bir ədəd Samsung markalı mobil telefonu, yaşadığım fərdi yaşayış evinin işıq sayğacının kartını və bir ədəd bükümdə olan şüşə kimi tanıdığı metamfetamini çıxarıb masanın üzərinə qoymuşdur. Əlavə olaraq üzərində heç bir əşya qalmamışdır. Daha sonra ona üzərində başqa əşya olub-olmaması sualı verilmiş, o, da üzərində başqa əşya olmadığını demiş, bundan sonra polis əməkdaşları onun üzərində şəxsi axtarış aparmışlar, lakin üzərindən başqa əşya aşkar edilməmişdir. Sonra üzərindən aşkar olunmuş şüşə kimi tanıdığı metamfetaminə bənzər maddə elektron tərəzidə çəkilmiş, sonra ekspertiza tədqiqatına təqdim olunması üçün bir ədəd ağ rəngli zərfə qoyularaq möhürlənərək götürülmüşdür. Digər əşyalar maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Sonra ondan haradasa narkotik vasitə və ya psixotrop maddə saxlayıb saxlamağı soruşulmuş, o, başqa yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamadığını bildirmişdir. Üzərində şəxsi axtarış aparılan zaman video və foto çəkilişdən də istifadə olunmuşdur. Avtomobildə onunla birlikdə olan digər şəxslərin Laçın, Elmir və Elnur onun üzərində psixotrop maddə olan metamfetamin olması barədə məlumatları olmamışdır. Üzərində psixotrop maddə daşıması barədə heç kimə heç nə deməmişdir. Həmçinin Laçın, Elmir və Elnurun üzərində qanunla dövriyyəsi qadağan olunmuş əyşa olub-olmamasından məlumatı olmamışdır. Eyi zamanda ifadəsində üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə olan metamfetamini tapdıqdan sonra istifadə etmək məqsədi ilə üzərində saxlayaraq daşımışdır. Həmin psixotrop maddə olan metamfetamini kiməsə satmaq və ya vermək niyyətim olmamışdır. Üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə olan metamfetamini yerdən tapıb üzərində saxlayaraq daşıması barədə heç kimə məlumat verməmiş və bu barədə heç kimin məlumatı olmamışdır. Saxlanılan, üzərinə baxış keçirilən zaman ona qarşı hər hansı bir təzyiq və zor tətbiq olunmamışdır. Yekunda əməlindən peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin CAB-ın cinayət axtarış üzrə baş əməliyyat müvəkilli Şahid1 ifadəsində göstərmişdir ki, 08 yanvar 2023-cü il tarixdə saat 19:40 radələrində Goranboy rayonu Goran qəsəbəsi ərazisində Goranboy RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Goranboy RPŞ-nin PPXB-nün polis nəfərləri, polis serjantı, Şahid3 və polis serjantı Şahid4 ilə birlikdə xidmətdə olan zaman narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Naftalan şəhər sakini Təqsirləndirilən şəxs və ünvan 2 ünvanında yaşayan X4 Goranboy şəhər sakini Şahid6 məxsus VAZ 21070 markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşərək Goranboy rayonu Goran qəsəbəsi ərazisində dayanmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatdan dərhal sonra həmin avtomobilə yaxınlaşmışlar, xidməti vəsiqələrini təqdim edərək Goranboy RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt avtomobilin sürücüsü Şahid6, avtomobildə olan sərnişinlər Təqsirləndirilən şəxs, Laçın Süleymanov və sonradan adı onlara məlum olan Şahid5 özlərini şübhəli aparmaları diqqətlərini cəlb etmişdir. Buna görə Şahid6, Laçın Süleymanova, Təqsirləndirilən şəxs, Şahid5 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib hüquq və vəzifələrini izah edib onlarla birlikdə üzərilərində şəxsi axtarış aparılacağı məqsədi ilə Goranboy rayon polis şöbəsinə gəlməli olduqlarını demişlər. Şahid6, Laçın Süleymanov, Təqsirləndirilən şəxs, Şahid5 heç bir etiraz etmədən hüquq və vəzifələrinin onlara aydın olduğunu bildirərək Goranboy rayon polis şöbəsinə getməyə razılıq vermişlər. Sonra Şahid6, Laçın Süleymanov, Təqsirləndirilən şəxs, Şahid5 xidməti avtomobillə onlarla birlikdə Goranboy rayon polis şöbəsinə gətirilmişdir. Şahid6, Laçın Süleymanov, Təqsirləndirilən şəxs, Şahid5 Goranboy rayon polis şöbəsinə gətirildikdən sonra Şahid6 Goranboy RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru Fərid Mehdiyevin xidməti otağına aparılmış, Laçın Süleymanov, Təqsirləndirilən şəxs, Şahid5 Goranboy RPŞ-nin inzibati binasının digər xidməti otaqlarında saxlanılmışdır. Baş təhqiqatçı Fərid Mehdiyev tərəfindən yenidən Şahid6 hüquq və vəzifələri izah edilib üzərində şəxsi axtarış aparılacağı, bunun üçün isə şübhəli şəxs qismində tutulacağı bildirilmişdir. Şahid6 bununla bağlı heç bir etirazının olmadığını bildirmiş, bundan sonra Şahid6 baş təhqiqatçı Fərid Mehdiyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Ardınca isə baş təhqiqatçı Fərid Mehdiyev tərəfindən Şahid6 hüquqlarının müdafiə edilməsi məqsədi ilə Goranboy rayon ərazisində və digər yerlərdə fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmiş, Şahid6 hüquqlarının Goranboy rayon vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən müdafiə edilməsini istədiyi üçün vəkil Müdafiəçi qismində dəvət edilmiş, biraz sonra vəkil Müdafiəçi gəlmiş, sonra onun, Şahid2, Şahid3, Şahid4 və vəkil Müdafiəçi iştirakı ilə video çəkilişdən istifadə edilməklə Şahid6 üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Video çəkilişi isə Goranboy RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti, polis baş leytenantı X22 həyata keçirmişdir. Şəxsi axtarış zamanı Şahid6 üzərində olan əşyaları könüllü təqdim etməsi təklif edilmiş, buna görə də Şahid6 əynində olan şalvarın sağ yan cibindən iki ədəd iyirmi manatlıq, bir ədəd on manatlıq pul əskinaslarını, həmin cibindən bir ədəd qara rəngli “Nokia” markalı mobil telefonunu, idarə etdiyi avtomobilin açarını və bir ədəd on qəpiyi çıxarıb masanın üzərinə qoymuşdur. Şəxsi axtarış zamanı Şahid6 üzərindən narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş əşya aşkar edilməmişdir. Şahid6 könüllü olaraq təqdim etdiyi iki ədəd iyirmi manatlıq, bir ədəd on manatlıq pul əskinasları, bir ədəd qara rəngli “Nokia” markalı mobil telefon, idarə etdiyi avtomobilin açarı və bir ədəd on qəpik maddi sübüt əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Sonra baş təhqiqatçı Fərid Mehdiyev tərəfindən tərtib edilmiş sənədləri digər iştirakçılar ilə birlikdə imza etmişdir. Sonra onun, Şahid2, Şahid3, Şahid4 və vəkil Müdafiəçi iştirakı ilə video çəkilişdən istifadə edilməklə Şahid6 məxsus VAZ 21070 markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilə Fərid Mehdiyev tərəfindən baxış keçirilmiş, baxış zamanı avtomobildən maddi sübüt əhəmiyyəti kəsb edəcək heç bir əşya aşkar edilməmiş və götürülməmişdir. Bundan sonra baş təhqiqatçı Fərid Mehdiyev tərəfindən Şahid6 şübhəli şəxs qismindən azad edilməsi barədə qərar qəbul edilmiş və Şahid6 sərbəst buraxılmışdır. Bunun ardınca Şahid5 Goranboy RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru Fərid Mehdiyevin xidməti otağına gətirilmiş, baş təhqiqatçı Fərid Mehdiyev tərəfindən yenidən Şahid5 hüquq və vəzifələri izah edilib üzərində şəxsi axtarış aparılacağı bunun üçün isə şübhəli şəxs qismində tutulacağı bildirilmişdir. Şahid5 bununla bağlı heç bir etirazının olmadığını bildirmiş, sonra Şahid5 baş təhqiqatçı Fərid Mehdiyev tərəfindən şübhəli şəxs qismində tutulmuş, ardınca isə baş təhqiqatçı Fərid Mehdiyev tərəfindən Şahid5 hüquqlarının müdafiə edilməsi məqsədi ilə Goranboy rayon ərazisində və digər yerlərdə fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmişdir. Şahid5 hüquqlarının Goranboy rayon vəkil bürosunun vəkili X7 tərəfindən müdafiə edilməsini istədiyi üçün vəkil Sərvər Mustafayev müdafiəçi qismində dəvət edilmiş, biraz sonra vəkil Sərvər Mustafayev gəlmiş, bundan sonra onun, Şahid2, Şahid3, Şahid4 və vəkil Sərvər Mustafayevin iştirakı ilə video çəkilişdən istifadə edilməklə Şahid5 üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Video çəkilişi isə Goranboy RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti, polis baş leytenantı X10 həyata keçirmişdir. Şəxsi axtarış zamanı Şahid5 əynində olan qara, qırmızı və boz rəngli zolaqları olan, qabağı zəncirbəndlə bağlanan isti gödəkçənin aşağı sağ yan cibindən bir ədəd alışqanı və həmin cibdən bir ədəd açarı çıxarıb masanın üzərinə qoymuş, sorğu zamanı Şahid5 həmin açarın yaşadığı evin açarı olmasını bildirmişdir. Şəxsi axtarış zamanı Şahid5 üzərindən narkotik vasitə, psixotrop maddə və dövriyyəsi qanunla qadağan olunmuş əşya aşkar olunmamış və götürülməmişdir. Şahid5 məxsus olan şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş bir ədəd alışqan və bir ədəd açar maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Baş təhqiqatçı Fərid Mehdiyev tərəfindən tərtib edilmiş sənədləri digər iştirakçılar ilə birlikdə imza etmişdir. Bundan sonra baş təhqiqatçı Fərid Mehdiyev tərəfindən Şahid5 şübhəli şəxs qismindən azad edilməsi barədə qərar qəbul edildi və Şahid5 sərbəst buraxılmışdır. Bundan sonra Heydarov X5 RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru Fərid Mehdiyevin xidməti otağına gətirilmiş, baş təhqiqatçı Fərid Mehdiyev tərəfindən yenidən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilib üzərində şəxsi axtarış aparılacağı, bunun üçün isə şübhəli şəxs qismində tutulacağı bildirilmişdir. Təqsirləndirilən şəxs bununla bağlı heç bir etirazının olmadığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs baş təhqiqatçı Fərid Mehdiyev tərəfindən şübhəli şəxs qismində tutulmuş, vəkil Müdafiəçi qismində dəvət edilmiş, sonra video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Video çəkilişi isə Goranboy RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti, polis baş leytenantı X10 həyata keçirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim etməsi təklif edilmiş, buna görə də Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli qabağı zəncirbəndlə bağlanan isti gödəkçənin yuxarı iç sol cibindən bir qutu “Classic” markalı siqareti, sonra həmin cibdən bir ədəd yaşıl rəngli alışqanı, bir ədəd “Samsung” markalı mobil telefonu, işıq kartını və bir ədəd şəffaf rəngli sellofan bükümün içərisindəki gümüşü rəngli falqaya bükülmüş psixotrop maddə olan metamfetaminə bənzər maddəni çıxarıb masanın üzərinə qoymuşdur. Əlavə olaraq şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qanunla qadağan olunmuş başqa bir maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş şəffaf rəngli sellofandakı gümüşü rəngli falqadakı bir büküm psixotrop maddə olan metamfetaminə bənzər maddə elektron tərəzidə çəkilərək ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 121 saylı möhürü ilə möhürlənərək ekspert tədqiqatına göndərilməsi üçün götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir qutu “Classic” markalı siqaret, bir ədəd yaşıl rəngli alışqan, bir ədəd “Samsung” markalı mobil telefon və işıq kartı maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün onun özünə qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2, Goranboy RPŞ-nin PPXB-nin polis nəfəri Şahid4 iş üzrə digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etdilər. İş üzrə digər şahidlər Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunarkən aydın olur ki, o, iş üzrə digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunarkən aydın olur ki, 2012-ci ildən Xocalı rayon X13 hissəsində yanğınsöndürən, daxili xidmət çavuşu vəzifəsində xidmət edir, atası X8, anası X11, həyat yoldaşı X15 ilə birlikdə yaşayır. Uzun müddətdir ki, X12, Təqsirləndirilən şəxs və Şahid6 tanıyır, düşmənçiliyi, ədavəti yoxdur, əksinə münasibətləri yaxşı olmuşdur. Əvvəllər narkotik vasitə və ya psixotrop maddə istifadə etməmişdir. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Elnura məxsus maşınla Laçın və Fəqanla birlikdə Goran qəsəbəsində olan çay evinə çay içmək üçün getdiklərini demişdir. Goranboy rayon Goran qəsəbəsində olan körpünün yaxınlığında yerləşən çay evinin yanında avtomobildən düşən zaman bir neçə nəfər şəxs onlara yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edərək Goranboy rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqları üçün üzərilərində şəxsi axtarış aparılması məqsədi ilə Goranboy RPŞ-nə dəvət etmişlər. Onlar heç bir etiraz etmədən polis əməkdaşlarının xidməti avtomobilinə əyləşərək Goranboy RPŞ-nə gəlmişlər. Rayon polis şöbəsində ona üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, o, da heç bir etirazı olmadığını demişdir. Rayon polis şöbəsində üzərində şəxsi axtarış aparılan zaman ona könüllü olaraq üzərindəki əşyaları masanın üzərinə qoymağı təklif olunduğu üçün üzərində olan qara, qırmızı və boz rəngli zolaqları olan qabağı zəncirbəndlə bağlanan isti gödəkçəmin aşağı sağ yan cibindən bir ədəd alışqanı və yaşadığı fərdi yaşayış evinin bir ədəd açarını çıxarıb masanın üzərinə qoymuşdur. Sonra ona üzərində başqa əşya olub olmaması sualı verilmiş, o, üzərində başqa əşya olmadığını demiş, ardınca polis əməkdaşları üzərində şəxsi axtarış aparmış, lakin üzərindən başqa əşya aşkar edilməmişdir. Sonra üzərindən aşkar olunmuş əşyalar əşyalar, yəni alışqan və açar özünə qaytarılmışdır. Sonra ondan haradasa narkotik vasitə və ya psixotrop maddə saxlayıb-saxlamamağı soruşulmuş, o, narkaotik vasitə və ya psixotrop maddə saxlamadığını bildirmişdir. Avtomobildə onunla birlikdə olan digər şəxslərin, yəni Laçın, Fəqan və Elnurun üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı maddə və əşya olması barədə əvvəldən heç bir məlumatı olmamışdır. X14 və Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetamin aşkar olunduğu bilmişdir. Eyni zamanda ifadəsində X12 və Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olan metamfetamin olduğunu polis əməkdaşları onları saxlayan zaman, yəni xx.xx.2023-cü il tarixdə bilməmiş, X14 və Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetamin aşkar olunduğu bilmiş, həmin psixotrop maddəni haradan, nə məqsəd ilə əldə etmələri barədə heç bir məlumatı olmamışdır. Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunarkən aydın olur ki, rəsmi olaraq heç yerdə işləmir, uzun müddətdir ki, X12, Təqsirləndirilən şəxs və Şahid5 tanıyır. Əvvəllər narkotik vasitə və ya psixotrop maddə istifadə etmədiyini qeyd etmişdir. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində ona məxsus VAZ 21070 markalı, **- LA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Laçın Süleymanov, Şahid5 və Təqsirləndirilən şəxs ilə birlikdə Goran qəsəbəsində olan çay evinə çay içmək üçün getdiyini, Goranboy rayon Goran qəsəbəsində olan körpünün yaxınlığında avtomobilini saxladığını bildirmişdir. Avtomobildən düşən zaman bir neçə nəfər şəxs onlara yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etmiş və Goranboy rayon polis şöbəsinin əməkdaşları olduqlarını demişlər. Sonra onları üzərilərində şəxsi axtarış aparılması məqsədi ilə Goranboy RPŞ-nə dəvət etmişlər. Onlar heç bir etiraz etmədən polis əməkdaşlarının xidməti avtomobilinə əyləşərək Goranboy RPŞ-nə gəlmişlər. Rayon polis şöbəsində ona üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, o, da heç bir etirazı olmadığını demişdir. Rayon polis şöbəsində üzərində şəxsi axtarış aparılan zaman ona könüllü olaraq üzərindəki əşyaları masanın üzərinə qoymağı təklif olunmuş, buna gör də əynində olan şalvarın sağ yan cibindən iki ədəd iyirmi manatlıq, bir ədəd on manatlıq, pul əskinasını, həmin cibindən bir ədəd qara rəngli “Nokia” markalı mobil telefonunu, idarə etdiyim avtomobilin açarını və bir ədəd 10 qəpiyi çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonraona üzərində başqa əşya olubolmaması sualı verilmiş, o, üzərində başqa əşya olmadığını demişdir. Bundan sonra polis əməkdaşları onun üzərində şəxsi axtarış aparmışlar, lakin üzərindən başqa əşya aşkar edilməmiş, buna görə də həmin əşyalar, iki ədəd iyirmi manatlıq, bir ədəd on manatlıq, pul əskinası, bir ədəd qara rəngli “Nokia” markalı mobil telefon, idarə etdiyim avtomobilin açarı və bir ədəd 10 qəpiy özünə qaytarılmışdır. Sonra ondan haradasa narkotik vasitə və ya psixotrop maddə saxlayıb-saxlamamağı soruşulmuş, o, narkaotik vasitə və ya psixotrop maddə saxlamadığını bildirmişdir. Bundan sonra Goranboy RPŞ-nin inzibati binasının həyətində onun iştirakı ilə polis əməkdaşları tərəfindən avtomobilinə baxış keçirilmiş, avtomobilində olan əşyaları bir-bir göstərərək təqdim etmişdir. Baxış zamanı avtomobilindən qanunla dövriyyəsi qadağan olunmuş əşya aşkar olunmamış və götürülməmişdir. Avtomobildə onunla birlikdə olan digər şəxslərin, yəni Laçın, Fəqan və Elmirin üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı maddə və əşya olması barədə əvvəldən heç bir məlumatı olmamışdır. X14 və Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetamin aşkar olunduğu bilmişdir. Eyni zamanda ifadəsində X12 və Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olan metamfetamin olduğunu polis əməkdaşları onları saxlayan zaman, yəni xx.xx.2023-cü il tarixdə bilməmiş, X14 və Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetamin aşkar olunduğu bilmiş, həmin psixotrop maddəni haradan, nə məqsəd ilə əldə etmələri barədə heç bir məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Şübhəli şəxsin tutulması haqqında” 08 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 08 yanvar 2023-cü il tarixdə, saat 19:40-da məhdudlaşdırılmışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Şəxsi axtarış aparılması haqqında” 09 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı X16 tərəfindən Goranboy RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1, RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2, RPŞ-nin PPXB-nin polis nəfəri Şahid4, RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3, RPŞ-nin KTQ-nın baş inspektor kriminalisti X3, şübhəli şəxs Təqsirləndirilən şəxs və Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü surətdə masanın üzərinə qoyaraq təqdim olunması təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində 1 (bir) ədəd tünd göy rəngli qabağı zəncirbəndlə bağlanan isti gödəkçə, 1 (bir) ədəd boz rəngli qabağı zəncirbəndlə bağlanan idman koftası, 1 (bir) ədəd qara rəngli idman şalvarı, ayağında 1 (bir) cüt qara rəngli idman ayaqqabısı olmuşdur. Fəqan Heydərov əynində olan tünd göy rəngli qabağı zəncirbəndlə bağlanan isti gödəkçənin yuxarı iç sol cibindən bir qutu “Classic” markalı siqareti, sonra həmin cibdən bir ədəd yaşıl rəngli alışqanı, bir ədəd “Samsung” markalı mobil telefonu, işıq kartını və bir ədəd şəffaf rəngli sellofan bükümün içərisindəki gümüş rəngli falqaya bükülün psixotrop maddə olan metamfetaminə bənzər maddəni çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Fəqan Heydərov həmin şüşə kimi tanıdığı metamfetamini Naftalan şəhərinin kənarından tapmasını, özü istifadə etdiyi üçün üzərində gəzdirməsini bildirmişdir. Şəxsi axtarış zamanı Fəqan Heydərovun üzərindən dövriyyəsi qanunla qadağan olunmuş başqa bir maddə aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş şəffaf rəngli sellofandakı gümüşü rəngli falqa bükümdə olan psixotrop maddə olan metamfetaminə bənzər maddənin metamfetamin (patı) olmasını bildirmişdir. Fəqan Heydərovun üzərindən aşkar edilmiş şəffaf rəngli sellofandakı gümüşü rəngli falqadakı bir büküm psixotrop maddə olan metamfetaminə bənzər maddə elektron tərəzidə çəkilmiş və iştirakçıların iştirakı ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 121 saylı möhürü ilə möhürlənərək ekspert tədqiqatına göndərilməsi üçün götürülmüşdür. Fəqan Heydərova məxsus olan şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş bir qutu “Classic” markalı siqareti, bir ədəd yaşıl rəngli alışqanı, bir ədəd “Samsung” markalı mobil telefonu və işıq kartını maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün onun özünə qaytarılmışdır. Şəxsi axtarış süni işıqlandırılmış şəraitdə həyata keçirilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 yanvar 2023-cü il tarixli, 16/39 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetaminə bənzər maddə.” sözləri və imzalar olan kağız paketdə, 1 (bir) ədəd şəffaf sellofan torbacıqdakı “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 1,052 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir Metamfetaminin təmiz çəkisi 1,052 qr, tədqiqata sərf edildi 0,05 qr, qalıq 1,002 qr. Aparılmış tədqiqatın dəyəri 32,40 manatdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin haqqında” 10 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Maddi sübut qismində tanıma barədə” 14 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülərək bir ədəd şəffaf sellofan torbacıqdakı “gümüşü” rəngli kağız bükümdə ekspertiza tədqiqatından sonra təmiz çəkisi 1,002 qram psixotrop maddə olan metamfetamin əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanması üçün rayon polis şöbəsinin saxlancına verilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 mart 2023cü il tarixli, 16/228 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş “X1 üzərindən aşkar edilmiş metamfetaminə bənzər maddə” yazılar olan kağız paketdəki 1 ədəd bükümdəki metamfetaminlə, üzərində “X4 üzərindən aşkar edilmiş metamfetaminə bənzər maddə” yazıları olan kağız paketdəki 1 ədəd bükümdə olan metamfetamin tərkiblərinə görə eyni deyildir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 16 fevral 2023-cü il tarixli, 274 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizotik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 28 fevral 2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Sübutların qiymətləndirilməsi barədə” 22 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş şəxsi istehlak miqdarından artıq bir ədəd səffaf sellofan torbacıqdakı “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 1.052 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin ekspertiza tədqiqatında Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə Sınaq mərkəzi tərəfindən ölçmə dəqiqliyi 071306 nömrəli şəhadətnamə ilə təsdiq olunmuş “CAS CUS 620H” markalı elektron tərəzi vasitəsi ilə çəkilmiş və ekspertiza tədqiqatında istifadə edilən elektron tərəzi daha dəqiq olduğundan istintaq zamanı Təqsirləndirilən şəxs elan edilmiş ittihamda ekspertiza tədqiqatında əks olunmuş çəkinin qeyd olunması nəzərə alınsın. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Naftalan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 13 yanvar 2023-cü il tarixli 31 saylı arayışından görünür ki, Heydarov X6 şəhətri, İ.Məmməd məhəlləsi ev 10 ünvanında qeydiyyatdadır. Himayəsində yetkinlik yaşına çatmayan oğlu xx.xx.2014-cü il təvəllüldü X9, xx.xx.2015-ci il təvəllüdlü X17 vardır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması barədə 22 mart 2023-cü il tarixli qərardan görünür ki, X4 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi olduğuna görə Laçın Süleymanov barəsində ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarışəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən psixotrop maddə sayılan 0,15 qram metafetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi isə 0,952 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf etməsi və əməlindən peşman olmasını; himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - Goranboy RPŞ-nin saxlancına təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz çəkisi 0,952 qram olan psixotrop maddə metamfetamin məhv edilməli (CPM-132), məcburi müalicəyə ehtiyacı olmadığından ona narkomaniyadan məcburi müalicə təyin edilməməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naftalan şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Naftalan şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Goranboy RPŞ-nin saxlancına təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz çəkisi 0,952 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə ekspertiza xərci 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar